Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   57   58   59   60   61   62   63   64   ...   118

 
186 
və  çöküntülü  şəffaflandırıcıdır  birinci  pillə  təmas  süzgəclərlə 
əvəz  edilirsə,  suyun  təmizlənməsini  yüksək  keyfiyyətlə  apar-
maq, koaqulyantın sərfini 80 faiz azaltmaq, Ceyranbatan təmiz-
ləmə  stansiyasının  məhsuldarlığını  saniyədə  5,5  kubmetrə  qə-
dər artırmaq mümkün olar. Lakin, Bakı şəhərində içməli suyun 
çatışmamasını  ııəzərə  alaraq,  sutəmizləmə  qurğuları  hətta  çay 
sularının  yüksək  bulanlığında  da  işlətmə  məcburiyyəti  olur. 
Bunun nəticəsində də əhaliyə verilən suyun həm keyfiyyətcə və 
həm də kəmiyyətcə aşağı düşməsinə səbəb olur. 
Bakı,  Sumqayıt  şəhərlərini  və  Abşeron  yarımadasındakı 
yaşayış məntəqələrini içməli su ilə təmin edən Ceyranbatan su 
anbarının  və  Samur-Abşeron  kanalı  kompleksinin  sanitar-mü-
hafizə  zonasının  yox  dərəcəsində  olmasının  bir  səbəbi  də  Qu-
sar,  Quba,  Dəvəçi  və  Siyəzən  bölgələrinin  ərazisində  fərdi  tə-
sərrüfatların, ictimai müəssisələrin çirkab sularının bu ərazidən 
keçən II Bakı su kəmərinin üstünə axıdılmasıdır. 
Xaçmaz  şəhərində  kanalizasiya  sistemi  olmadığından 
yağıntı,  çirkab  suları  I  Bakı  su  kəmərinin  ətrafına  toplanır. 
Ceyranbatan gölünün sanitar-mühafizə zonasında tikilmiş, tiki-
lən tikintilər, istixanalar ən acınacaqlı bir hal yaradır. 
Göstərilən pozuntular adları çəkilən rayon və qəsəbələrin 
icra  hakimiyyəti  rəhbərlərinin  laqeydliyi  və  Respublika  Daxili 
İşlər Nazirliyi mühafızə idarəsinin su kəmərlərini mühafizə üz-
rə polis alayının biganəliyi ucbatından baş vermişdir. 
Odur ki, su təchizatı mənbələrinin və ötürücülərinin sani-
tar-mühafızə  zonalarının  layihələşdirilməsi  və  qorunması  qay-
dalarına uyğun olaraq müvafiq qərar qəbul edilərsə, yeni qərar 
layihəsində məsələlər nəzərə alınmalıdır. 
Samur-Abşeron kanalını (SAK) qidalandıran Samur, Qu-
dyal  və  Vəlvələ  çaylarının  məhdudlaşdırıcı  zonasının  sər-
həddləri təmin edilməli. 
Xudat şəhərində birinci su kəmərinin 10-12 metrliyindəki 
evləri, Xaçmaz şəhərində Müzəffəroba kəndində 2-ci su kəmə-
rinin  10-15  metrliyində  tikilən  fərdi  evləri,  Dəvəçi  şəhərinin 


 
187 
Qaqarin qəsəbəsindəki 2 saylı məktəb, 2721 saylı avtobaza, ka-
fe və s. obyektlər ləğv olunmalı, Quba şəhəri və Krasnı Slobo-
da qəsəbəsində SAK boyu yağıntı suları yığılıb SAK su götürü-
lən yerdən aşağı olmaq şərtilə çaya buraxmaq üçün betonlaşdı-
rılmış  kanal  tikilməli,  Dəvəçi  və  Siyəzən  şəhərlərində  SAK-a 
tökülən çirkab su axıntılarının qarşısının alınması, Siyəzən qaz-
benzin  yaxınlığında  SAK-ın  keçdiyi  ərazidə  sənaye  çirkab  su-
ları bataqlığı qurudulmalıdır. 
İstismar  olunan  su  kəmərlərində  zəruri  sayılan  analizlərin 
aparılmaqla  əhaliyə  verilən  içməli  suyun  keyfıyyətinin  stan-
dartlara uyğunluğunu ciddi nəzarətə almaqda zəruri şərtləndəndir. 
Su anbarlarının yerüstü sular üçün ildə 2 dəfə -yaz və pa-
yız daşqınlarından sonra, yeraltı sular üçün isə ildə bir dəfə yu-
yulması və xlorlanması təmin olunmalıdır. 
Başqa bir məsələ - Bakı quşçuluq fabrikinin Ceyranbatan 
su  anbarının  sanitar  mühafizə  zonasında  yerləşdirilməsi,  onun 
və  bu  zonada  yerləşən  istixana,  yeməkxanaların  çirkab  su-
larının gölün cənub bəndinin ətrafına axıdılması, burada bataq-
lığın  əmələ  gəlməsinə,  sanitariya  vəziyyətinin  pisləşməsinə 
əsas səbəbdir. 
Bakı  şəhəri  su  paylayıcı  xətlərinin  hazırki  vəziyyəti  də 
ciddi narahatlıq doğurur. Su borularının 800 km-dən çox hissə-
si 30 ildən artıq istismar olunur, bunların vaxtlı-vaxtında dəyiş-
dirilməsi  və  keyfiyyətsiz  təmir  edilməsi  üzündən  tez-tez  qəza-
lar baş verir, Bunlar da şəhər əhalisinə suyun verilməsində fa-
silələr  yaranmasının,  suyun  azalmasının  və  keyfiyyətinin  pis-
ləşməsinin əsas amillərindəndir. 
Şəhərin əksər sıı anbarlannda sanitar-epidemioloji vəziy-
yət  qeyri-qənaətbəxşdir.  İs  o  yerə  gəlib  çıxmışdır  ki,  bəzən  su 
anbarında müxtəlif vibrionlar aşkar edilmişdir. 
Deməli,  şəhərin  su  təchizatı  sistemi  sanitar-epidemioloji 
tələbatlara cavab vermir. Onun üçün də vaxtında təcili tədbirlər 
görülməzsə, həm su vasitəsilə yayılan və həm də su qıtlığından 


 
188 
yaranan antisanitariyadan əmələ gələn yoluxucu xəstəliklər get-
gedə özünə vüsət alar. 
Son olaraq cavabdeh nazirliklərin, komitələrin, baş idarə-
lərin,  birlik  və  təşkilatların,  Bakı  şəhər  İcra  Hakimiyyətinin 
rəhbərləri  göstərilənlərdən  nəticələr  çıxarmalı,  Bakı  şəhərinə 
verilən suyun keyfiyyətcə  sanitar-epidemioloji cəhətdən  yarar-
lı, miqdarca normativə  müvafiq su ilə təmin etmək üçün  əllə-
rindən gələnləri əsirgəməməlidirlər. 
 


 
189 
XII FƏSĠL 
 
MEġƏ VƏ CANLI HƏYAT 
 
12.1. Ġnsanın həyatında meĢənin əhəmiyyəti. 
 
Meşə təbiətin məhsulu, onun tərkib hissəsi, planetar miq-
yasda  biosferin  tərkib  hissəsi  olmaqla  təbiətin  bir  çox  fəsad-
larım  tarazlaşdıran  təbii  sistemdir.  Bəşəriyyətin  həyatında  çox 
böyük rolu olan meşə öz inkişafında bioloji cəhətdən qarşılıqlı 
əlaqədə olaraq bir-birinə və ətraf mühitə təsir edən ağac, kol, ot 
və digər bitkiləri, canlıları  və mikroorqanizmləri özündə cəm-
ləyən təbii bitkilik tiplərindən biridir. 
Yer  kürəsində  Antarktida  istisna  olmaqla  digər  qitələrin 
hamısında meşə mövcuddur. Lakin, 150-200-il bundan öncəyə 
nisbətən  meşələrin  sahəsi  çox  azalmış  və  dünya  üzrə  onun 
sahəsi 4 milyard hektar olub, quru sahələrin 30% təşkil edir. 
Keçmiş  Qırmızı  İmperiyanın  ümumi  sahəsinin  36%  -ni 
meşələr  təşkil  edirdi.  Azərbaycanın  ümumi  ərazisinin  11%-ni 
meşələr təşkil edir desələr də son illər bölgələrimizin qazla tə-
minatı hələliyə tam olmadığından, ağac materiallara tələbat art-
dığından, əhalinin bir qisminin gəlir mənbəyinə çevrildiyindən, 
təbii mühitə nəzarətin zəifliyindən, lazımlı yerlərdə lazımlı me-
şələrin salınmadığından və əhalimizin özünün yaşadığı mühitə 
biganəliyindən  bu  rəqəm  çox  aşağı  düşmüşdür.  Azərbaycanda 
ozon qatı problemi olduğundan, Azərbaycanda və ətraf ölkələr-
də əhali sıxlığının azaltmasından, içməli suya, sənaye suyu-na, 
torpağa  təlabat  çoxaldığından  və  avtonəqliyyatın,  xüsusəndə 
Bakıda-Abşeronda  çoxaldığından  ölkə  meşə  barədə  acınacaqlı 
vəziyyətə düşmüşdür. 
Respublikamızın  dağ  meşəlikləri  tarixən  bir  növ  rütubət 
akkumulyatoru  funksiyasını  oynayaraq  saysız-hesabsız  dağ 
çaylarına  başlanğıc  vermiş,  il  ərzində  düzəngəhlərdə  suyun 
paylanmasını  tənzimləyərək,  onu  müəyyən  qədər  tarazlaşdıra 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə