Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   60   61   62   63   64   65   66   67   ...   118

 
196 
rinin  salınmasına,  məhv  olmaq  məqamında  olan  ağac  və  me-
şələrin  bərpasına,  kurort  və  sanatoriyaların,  turist  yerləri  ətra-
fının,  qədim  meyvə  bağlarının  salınmasına,  eləcədə  bərpasına 
böyük  ehtiyac  vardır.  Məsələyə  böyük  dövlət  əhəmiyyətli  və 
uzun  müddətli  bir  proqram  çərçivəsində  baxılmalıdır,  təbil 
çalınmalıdır. 
 
 
12.2. Azərbaycan meĢəsiz qala bilər 
 
Azərbaycanda  təcili  tədbirlər  görülməzsə,  onun  qırmızı 
kitaba düşmüş ağac növləri ilə  yanaşı  digər meşələrindən tam 
məhrum olmaq təhlükəsi realdır. Ölkəmizin təbii tarixinə nəzər 
salınarsa Azərbaycanın  Kür-Araz və digər  çaylarının sahilləri, 
xüsusən dağ ətəyi  bölgələrin hamısı  sıx və çox qiymətli meşə 
örtükləri ilə qədimdən zəngin olduğu məlum olur. Şimali Azər-
baycan  ən  qədimlərdən  Böyük  Qafqaza,  Kiçik  Qafqaza  xas 
olan  ağac  və  bitki-örtüyünə  malik  diyar  olmuşdur.  Bu  isə  öz 
növbəsində  Qafqazın  mineral  süxurların  çox  zəngin  və  rənga-
rəngliyindən irəli gələn amillərlə əlaqələndirilir. 
Azərbaycan təbii meşə və bitkilərlə zəngin olduğu qədər 
də  mədəni  bitki,  cürbəcür  mədəni  ağaclar  yetişdirilməsi  sayə-
sində də həm qədim tarixə və həm də qədim ənənəyə malikdir. 
Meşənin  çoxluğu  məhsuldar  torpaq,  təmiz  hava,  təmiz  və  bol 
su deməkdir. Bu səbəbdəndir ki, Azərbaycanda "Su olan yerdə 
abadlıq olar", "Su harda, dirrik orda", "Torpağın qarası üz ağar-
dar"  xalq  deyimləri  vardır.  Azərbaycan  torpağı  hələ  miladdan 
əvvəl mədəni bitki və ağacların vətəni olmuşdur. Azərbaycanın 
tunc dövrü tayfalarının qədim yaşayış yerlərindən əldə edilmiş, 
üzüm, əncir, nar, badam, şaftalı, dağdağan tumları, qoz və fm-
dıq qabıqları, onların çöküntüləri qədimdə  yaşamış xalqımızın 
bağcalıq  məşğuliyyətləri  haqqında  dəyərli  elmi  məlumatlar-
dandır. Bir çox meyvələrin ilk dəfə məhz Azərbaycanda mədə-
niləşdirilməsi haqqında tədqiqatçılar maraqlı qənaətə gəlmişlər. 


 
197 
Mədəni  bitki  növləri  Cənubi  Qafqazın  digər  bölgələrində 
eneolit dövrü abidələrində, Azərbaycan ərazisində orta tunc və 
son  tunc  dövrü  abidələrində  aşkara  çıxarılıb  tədqiq  olunmuş-
dur. Yəni, Azərbaycan qədim tarixə malik ölkə kimi, qədim ta-
rixli  meşə  salma,  bağ-bağça  salmaq  və  əkib-becərmək  mə-
dəniyyətinə  də  malik  bir  diyardır.  Bu  ənənəni  qoruyub  sax-
lamaq  bu  günkü  və  sabahkı  Azərbaycan  vətəndaşının  yaşa-
yışını  təmin  etməklə,  həm  də  onun  sağlamlığını,  ölkənin  eko-
loji durumunun bədxah ermənilərə sübüt etmiş oluruq ki, Azər-
baycan türkləri köçəri xalq olmayıb, ta qədimdən oturaq təsər-
rüfat növləri ilə də məşğul olmuş bir xalqdır və aborogen xalq-
dır, haylar kimi yersiz yurdsuz insanlar deyillər. 
Hazırda Azərbaycan az meşəli ölkə sayılır. Meşə torpaq-
larının  ümumi  sahəsi  1180  min  olub,  bu  ərazidəki  meşəçilik 
onun təxminən 14%-ni təşkil edir. Adambaşına 0,14 hektar me-
şə sahəsi düşür və bu rəqəm böyük sürətlə aşağı düşür. Böyük 
Qafqazın  payına  Azərbaycan  meşələrinin  48,6%-i,  Lerik  böl-
gəsinin 15%-i Kür-Araz ovalığının payına isə 2,5% düşür. Me-
şələrimizin  11,0%-i  su  təmizləyici,  68%-i  torpaqqoruyucu,  12 
%-i sağlamlaşdırıcı, 8%-i isə xüsusi məqsədyönlü hesab edilir. 
Böyük və Kiçik Qafqaz dağlarının yamacları əsasən enli-
yarpaqlı  meşələrdir.  Burada  meşələrin  yayılmasında  bir  qa-
nunauyğunluq da vardır. Beləki, dəniz səviyyəsindən 500-1000 
m hündürlükdə palıd, vələs, çökə, qoz ağacı, dəmir ağacı növ-
ləri  üstünlük  təşkil  edir.  Çayətrafı  bölgələrdə  isə  şabalıd-
yarpaqlı palıd, dəmir ağacı, qoz ağacı, ağcaqayın, Qafqaz xur-
ması daha çox üstünlük təşkil edir. 1000 m-dən 2000 m-ə qədər 
yüksəkliklərdə  fıstıq,  vələs,  müxtəlif  növ  ağcaqayın,  göyrüş, 
çökə,  şərq  çinarı,  ayı  fındığı,  küknar,  şam  ağacı  daha  çox  xa-
rakterikdir. 1500 m hündürlüklərdə zoğalağ, əzgil, alça, yemi-
şan və s. baş verən və verməyən ağac növləri daha uzun ömür-
lüdür. 2000-2500 m hündürlüklərdə isə ziyimli tozağacı, ağca-
qayın,  şərq  palıdı  və  bəzən  də  ağcaqovaq,  söyüd,  ardıc  ağac-
larına daha çox rast gəlinir. Kiçik Qafqazın isə öz məxsusluğu 


 
198 
da  var.  Hacıkənd,  Göygöl  meşələrində  şərq  vələsi  ilə  yanaşı 
enliyarpaqlı ağcaqayın, Hirkan ağacaqayını, keçi söyüdü, ardıc, 
qaraçöhrə,  üvəz,  yemişan,  əzgil  və  s.  yayılıb.  Bu  meşələrdə 
vələsin  hündürlüyü  25-30  m,  diametri  isə  0,8-1,0  m-ə  çatır. 
Kiçik  Qafqazın  arazyanı  bölgələrində  dağdağan  və  vələs 
meşələri qalmaqdadır. 
Xəzər səviyyəsindən başlayaraq 600-700 m hündürlükdə 
əsasən  dəmirağac,  şabalıdyarpaq  palıd,  vələs,  Qafqaz  xurması 
və  qarışıq  meşə  əmələ  gətirən  Hirkan  ağcaqayını  təşkil  edən 
subtropik  meşə  sahəsi  yayılıb.  Ancaq  bu  sahələr  çox  kiçik 
olmaqla,  onun  qırılması  da  davam  etdiyindən  bu  meşələrində 
itirilmə  təhlükəsi  vardır.  Talış  dağı  meşələri  cənubi-şərqi 
Asiyanın  rütubətli  subtropik  bölgələrinin  meşələrinə  xas  olan 
fenoloji  quruluş  xüsusiyyətləri  ilə  seçilir  ki,  bu  da  həmin 
ərazilərdə  bitki  aləminin  qurşaqlar  üzrə  bir-birini  necə  əvəz 
edilməsinin və çoxnövlüyün ən bariz nümunəsidir. 
Azərbaycanda tarixən təbii şəkildə mövcud olmuş böyük 
meşə sahələrini itirməklə  yanaşı  bir  çox ağac növlərinin kökü 
də  kəsilmişdir.  Çoxyaşlı  ağaclardan  Respublikamızda  cəmi 
2090  ədəd  yaşı  100-150  ilədək,  diametri  0,6-0,75  m-dək, 
hündürlüyü isə 12-45 metrədək olan çox qədim ağac qalmışdır. 
Bunların  1423  ədədi  şərq  çinarı,  262  ədədi  palıd,  108  ədədi 
azad ağacı, 25 ədədi saqqız ağacı, 19 ədədi şabalıd, 3 ədədi qa-
raağac, 15 ədədi isə ağcaqayın ağaclarıdır. Çinarlar əsasən Zən-
gilan bölgəsində olduğundan əldə dəqiq məlumatımız yoxdur. 
Bu  çinarlar  həm  yaşına  və  həm  də  ölçülərə  görə  ancaq 
burada qalmışdı. Bəzi məlumatlara görə burada əbədi qalacaq-
larına  inanmayan  ermənilər  Zəngilan  abidələrini  məhv 
etmişlər.  
Azəraycanda dünyanın heç bir yerində tapılmayan və ya-
xud çox az tapılan digər ağac növləri kiçik sahədə də olsa möv-
cuddur. Lakin bunlara da qayğı, diqqət az olduğundan bir yol-
luq məhv olma təhlükəsi vardır. Bunlar təbiət abidələri sırasına 
daxil  olmaqla  ümumilikdə  15097  hektar  sahəni  əhatə  etmiş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə