Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   68   69   70   71   72   73   74   75   ...   118

 
220 
qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşə-
lərin  əvvəlki  vəziyyətini  bərpa  etmək,  torpaqların  eroziyaya 
uğramasının və hadisələrinin qarşısını almaq və s. ibarətdir. 
Qoruğun  adı  Qax  bölgəsindəki  İlisu  kəndinin  adı  ilədir. 
Həmin  kəndin  adı  isə  yaxınlıqdakı  kükürdlü  suyu  olan  bulaq-
dan  gələn  iy  ilə  əlaqədar  olaraq  "iyli  su"  mənasından  alın-
mışdır. 
Ərazi  Baş  Qafqaz  dağlarının  dik  yamaclı,  çay  dərələri 
vasitəsilə  intensiv  parçalanmış  sahələri  üçün  səciyyəvi  olan 
relyefə  malikdir.  Qoruğun  ərazisində  qışı  quraq  keçən  soyuq 
iqlim  və  yağıntıları  təxminən  bərabər  paylanan  mülayim-isti 
iqlim  növləri  hakimdir.  Havanın  orta  illik  temperaturu  5-12
0
 
arasında tərəddüd edir və hündürlüyə qalxdıqca yağıntının miq-
darı 920 mm-dən 1400 mm-ə qədər artır. İlisu qoruğunun əra-
zisində  dağ-çəmən,  dağ-çəmən-meşə,  qonur  dağ-meşə,  çürün-
tülü-karbonatlı  dağ-meşə  və  qəhvəyi  dağ-meşə  torpaqları 
üstünlük təşkil edir. 
İlisu  qoruğunda  dərman,  endemik,  nadir  və  nəsli  kəsil-
mək  təhlükəsi  altında  olan  bitki  növləri  çoxdur.  Ərazidə  şərq 
fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvet-
ter  ağcaqayını,  quşarmudu,  itburnu,  böyürtkən,  dovşanalması, 
topulqa,  yabanı  gilas,  zoğal,  moruq  və  s.  bitkilər  yayılmışdır. 
Qaraçöhrə, Radde  ağcaqayını bitkilərinin  adları  Qırmızı  kitab-
lara daxil edilmişdir. 
Qoruğun  ərazisində  5  dəstəyə  aid  olan  35  növ  məməli 
yaşayır.  Bunlar  dırnaqlılar  (nəcib  maral,  cüyür,  köpgər,  təkə, 
çöl donuzu),  yırtıcılar (qonur ayı,  canavar, tülkü, daş və meşə 
dələləri,  gəlincik,  porsuq,  yenot,  meşə  pişiyi,  vaşaq),  gəmiri-
cilər  (dovşan,  süleysinlər,  siçanlar,  sincablar  və  s.),  cücüye-
yənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir. 
Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır 
və onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. 
Qoruqda sürünənlərin 12 növü yaşayır. Onların 7-si kər-
tənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1 -i isə koramallara aiddir. 


 
221 
Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Digər balıq-
lardan isə şərq qışovçusu, kür şirbiyi və kür xramulyası yalnız 
Kurmuxçayın  aşağı  sərhəddindəki  hissədə  məskunlaşmışdır. 
Qoruqda  suda-quruda  yaşayanların  5  (qurbağalar)  növü  yayıl-
mışdır. 
Türyançay  Dövlət  Təbiət  Qoruğu  Azərbaycan  Höku-
mətinin 6 may 1958-ci il tarixli Qərarı ilə 12344 hektar ərazidə 
yaradılmışdır.  2003-cü  ildə  ərazisi  genişləndirilmiş  və  hazırda 
sahəsi 22488 hektar təşkil edir. Qoruq Ağdaş, Oğuz, Yevlax və 
Qəbələ  bölgələrinin  ərazisində  yerləşir.  Qoruğun  yaradılma-
sında  məqsəd  Azərbaycanın  arid  meşə  sahələrindən  biri,  həm 
də  ən  başlıcası  olan  Bozdağın  arid  meşə  lanşaft  sahəsini 
qorumaqdır. 
Ərazisi  qərbdən  və  şimal-qərbdən  şərqə  və  cənub-şərqə 
doğru  uzanan  alçaq  dağ  tirələrdən  ibarətdir.  Bura  kəskin  par-
çalanmış  relyefə  malikdir.  Geomorfoloji  cəhətdən  burada  arid 
denudasiya  relyef  növü  səciyyəvidir.  Qoruq  quru,  dərin 
dərələrə şiddətli parçalanmışdır. Parçalanma burada arid iqlim 
şəraitində bitki örtüyünün zəif inkişafı, torpaq örtüyünün isə az 
qalın və az münbitli olması ilə nəticələnmişdir. 
Quru subtropik iqlim Turyançay qoruğunun ərazisi üçün 
səciyyəvidir. Burada qışı quraq keçən mülayim-isti yarımsəhra 
və  bozqır  iqlim  tipləri  hakimdir.  Qoruqda  yay  isti,  qış  isə 
mülayim-isti keçir. Orta illik temperatur 14
0
-dir. İl ərzində ya-
ğıntının miqdarı 500 mm-ə, yağıntılı günlərin sayı isə 90 günə 
çatır. 
Qoruğun ərazisində qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-
qəhvəyi,  qonur,  allüvial  çəmən-meşə  torpaqları  inkişaf  etmiş, 
bendlend  sahələr  yayılmışdır.  Ərazidə  yarımsəhra  və  bozqır 
bitki növləri  yayılmışdır. Onun özünəməxsus arid bitki örtüyü 
vardır. Ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, 
qismən  də  Qafqaz  palıdı,  Qafqaz  ağcaqayını,  qaratikan,  şərq 
doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efed-
ra və s. yayılmışdır. 


 
222 
Türyançay  Dövlət  Təbiət  Qoruğunda  çöl  donuzu,  qonur 
ayı,  porsuq,  dələ,  tülkü,  dovşan,  çaqqal,  vaşaq  və  s.  məməli 
vəhşi  və  çöl  heyvanları  mövcuddur.  Qoruğun  ərazisi  hey-
vanların  ən  əlverişli  qışlaq  yeridir.  Sürünənlərdən  müxtəlif 
ilanlara və kərtənkələlərə təsadüf edilir və ilanlardan gürzə da-
ha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez rast 
gəlinir.  Yerli  quşlardan  kəklik,  göyərçin,  adi  qur-qur,  ağbaş 
Asiya  kərkəsi,  leşyeyən  qartal,  qara  kərkəs,  sərçələr,  qara-
toyuqlar,  zığ-zığ,  payız  bülbülü,  dağ  vələmirquşu,  böyük  və 
uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbay-
canın  "Qırmızı  kitabı"na  adları  düşən  ayıya,  şahinə,  berkuta, 
çöl qartalına təsadüf edilir. 
300  hektarlıq  sahəsi  olan  Eldar  Şamı  filialı  Respublika 
hökumətinin  21  noyabr  1967-ci  il  tarixli  qərarı  ilə  Göy-göl 
Dövlət  Təbiət  Qoruğuna  verilmiş,  daha  sonra,  ərazisi  geniş-
ləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2004-cü 
il  16  dekabr  tarixli  Sərəncamı  ilə  1686  hektar  ərazidə  Eldar 
Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır. 
ġirvan  Dövlət  Təbiət  Qoruğu  Kür-Araz  ovalığının 
cənub-şərqi  Şirvan  düzənliyində  yerləşir.  1961-ci  ildə  Kür-
Araz  ovalığının  həmin  hissəsində  ceyranların  sayının  77  baş 
olduğu  bir  vaxtda,  Azərbaycan  Hökumətinin  xüsusi  qərarı  ilə 
Bəndovan Dövlət Yasaqlığı yaradılmışdı. 8 ildən sonra, burada 
ceyranların  sayının  400  başa  çatdığı  vaxtda  Respublika 
hökumətinin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17,7 
min  hektar  sahədə  Şirvan  Dövlət  Təbiət  Qoruğu  təşkil  edildi. 
2003-cü  ildə  Şirvan  Dövlət  Təbiət  Qoruğunun  bazasında  və 
ətraf  ərazilərində  Şirvan  Milli  Parkı  yaradılmışdır.  Hazırda 
Şirvan Dövlət Təbiət Qoruğunun sahəsi 6232 hektardır. Qoru-
ğun  yaradılmasında  əsas  məqsəd  Azərbaycan  Respublikasının 
"Qırmızı  kitab"ına  düşmüş  gözəllik  rəmzi  olan  ceyranların  və 
bu ərazi üçün səciyyəvi olan digər fauna növlərinin mühafizə-
sini və bərpasını təmin etməkdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə