229
Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik
dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və
göy-yaşıl yosunlar geniş sahələri əhatə edir.
Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq,
sulələyi və s. yayılmaqla yanaşı sualtı bitki örtüyü əmələ
gəlmişdir və qamış, dəniz lığvari, ciyən isə həmişə vardır.
Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növ-
dən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa,
sıf, çapaq, kefal, xul və başqa balıqlar sənaye əhəmiyyətlidir.
Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin
adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cü-
rə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək,
sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan
qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl ha-
çaquyruq cüllütü) Azərbaycanın "Qırmızı Kitabı"na daxil
edilmişdir.
Qızılağac Dövlət Təbiət Qoruğunda suda-quruda yaşa-
yanlardan - müxtəlif növ qurbağalar üstünlük təşkil edirlər. Sü-
runənlərdən isə Xəzər və bataqlıq tısbağaları, zolaqlı kər-
tənkələ,
biçimli ilanbaş, adi və su koramalı, gürzə və s. yaşayır.
Qoruqda məməlilərin də bir çox növləri var. Burada ca-
navar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi,
uzunquyruq ağdiş, Qafqaz kirpisi, Qafqaz dovşanı və başqa
növlər daha çox yayılmışdır. Böyük Qızılağac körfəzində Xə-
zər suitisinə də təsadüf edilir.
Qaragöl Dövlət Təbiət Qoruğu İşıqlı Qaragöl Azər-
baycan Respublikasının Laçın bölgəsi ilə Ermənistan Respubli-
kasının Gorus bölgəsi sərhəddində yerləşir və sərhəd gölü
hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən
biridir. Alp landşaft şəraitinə malikdir. Bu göl mühüm hidroloji
və təsərrüfat əhəmiyyətlidir. Onun suyundan yerli əhali qoyun
sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün
istifadə edirlər.
231
ġahbuz Dövlət Təbiət Qoruğunun əsas torpaq sahələri
2200-2400 metr yüksəkliyə malik olan dağlıq sahələrdən, ya-
ğıntının qismən çox olduğu Batabat gölü və Biçənək aşırımı
ərazilərində yerləşir.
Müxtəlif torpaq növlərinin inkişaf tapdığı bu ərazidə
2899 bitki növü vardır. Qoruğun ərazisi geoloji cəhətdən Təba-
şir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və al-
lüvial relyef xüsusiyyətləri ilə xarakterizə olunur. Ərazidə şa-
balıdı və torflu torpaq növlərinin inkişaf tapması landşaft-bitki
örtüyünün yayılmasında böyük əhəmiyyət kəsb etmişdir.
Şahbuz Dövlət Təbiət Qoruğunun su ehtiyatları əsasən at-
mosfer çöküntüləri hesabına formalaşan Batabat mineral bulaq-
larından ibarətdir. Bu mineral bulaqlar Naxçıvan şəhərindən 65
km məsafədə, dəniz səviyyəsindən 2445 m yüksəklikdə yer-
ləşirlər. Batabat su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-
1 (hövzəsinin sahəsi 0,18 km
2
), Batabat-2 (0,7 km
2
) və
Batabat-3 (0,18 km
2
). Ümumi su tutumu təqribən 3 mln. kub
metrdir. Anbarın suyu əsasən Zorbulaq çayı və qismən at-
mosfer çöküntüləri hesabına formalaşır. Zəif parçalanmış dağ-
lıq ərazilərdə inkişaf etmiş dağ-çəmən çimli torpaqlar üzərində
çəmən və qismən bataqlıq bitkiləri yayılmışdır. Biçənək aşırı-
mından cənub-qərbə Batabat gölü ətrafında sürüşmələrin geniş
yayıldığı ərazilərdir. 2100-2200 m mütləq yüksəkliyə malik bu
sahələrdə torf və torflu torpaqlar yayılmışdır. İkinci Batabat
gölü üzərində əmələ gəlmiş torf qatı geniş sahəni əhatə
etməklə, qalınlığı 2 m-ə çatır. "Üzən ada" adlandırılan bu kütlə
küləyin təsiri ilə gölün üzərində hərəkət edir.
Batabat ərazisində əsasən dağ-çəmən landşaftı inkişaf
etmişdir. Təbiətin gözəl guşələrindən biri olan Batabat, ərazisi
gül-çiçəkli çəmənlikləri, süni gölləri, saf və təmiz dağ
havası,təbii meşələri, Zorbulaq, Südlübulaq kimi şirin və "Nar-
zan" tipli mineral suları ilə məşhurdur. Hər 3
təbii gölün özünə-
məxsus hidro-faunası vardır. Naxçıvan Muxtar Respublikasının
çaylarında, göllərində, su anbarlarında 29 balıq növü müəyyən