Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   67   68   69   70   71   72   73   74   ...   118

 
217 
yuxarı  dağ-meşə  qurşağının,  qismən  də  subalp  çəmənliyi  qur-
şağının landşaftı səciyyəvidir. Meşələr Qırxbulaq çayının dərə-
sində  və  Qart  dağının  şimal-şərq  və  qərb  yamaclarında  ya-
yılmışdır. Pirqulu sahəsi 1000-1500 m hündürlükdə günbəzvari 
Pirqulu  dağında  yerləşir.  Bu  sahə  əsasən  orta  dağ-meşə  ya-
rımqurşağının, qismən də bozqırlaşmış dağ-çəmən landşaftının 
təbiəti üçün səciyyəvidir. Cəngi sahəsi isə aşağı  dağ-meşə  ya-
rımqurşağında, 800-1100 m hündürlükdə yerləşir. Ərazisi əsa-
sən Cəngi çayı hövzəsinin sol (Cəngi dağının şimal yamacı) və 
qismən də sağ hissəsini əhatə edir. 
Qoruğun  ərazisinin  yerləşdiyi  hündürlük  onun  iqliminin 
müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar alə-
minin zənginliyinə əsaslı təsir göstərmişdir. 
Relyefin  şaquli  dəyişməsi  və  parçalanması,  mürəkkəb 
iqlim  şəraiti  və  torpaq  örtüyü  burada  bitki  örtüyünün  olduqca 
müxtəlifliyinə səbəb olmuşdur. Hətta 15-20 kvadrat  m  sahədə 
20-25 ağac və kol, 60-70 ot bitkisi növünə rast gəlinir. Meşələr, 
əsasən  iberiya  və  şərq  palıdından,  şərq  fısdığından  və  Qafqaz 
vələsindən əmələ  gəlmiş,  həm  təmiz , həm  də qarışıq  meşələr 
təşkil edir. Bu meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qara-
çöhrə, ağ ağcaqayın, söyüd, qoz, gilas, alma, armud və s. ağac-
lar, dəmirqara, əzgil,  yemişan, böyürtkan, itburnu, zirinc və s. 
kol bitkiləri də yayılmışdır. 
Heyvanat  aləmi  müxtəlif  məməli  və  quşlardan  ibarətdir. 
Burada  məməlilərdən  cüyür,  çöl  donuzu,  qonur  ayı,  çaqqal, 
dovşan, dələ, canavar, tülkü, maral, qarapaça, təkə, ayı, vaşaq, 
gəlincik,  porsuq,  quşlardan  qırqovul,  qaratoyuq,  alabaxta,  bil-
dirçin,  sarıköynək,  çobanaldadan,  ağacdələn,  qarğa,  kəklik  və 
digər növlərə təsadüf olunur. 
Pirqulu  Dövlət  Təbiət  Qoruğunda  Qırmızı  kitablara  adı 
düşən məməlilərdən qonur ayı, köpgər, quşlardan turac, berkut, 
çöl  qartalı  və  s.  qorunur.  Bu  qoruqdakı  təbiət  gözəlliyinin 
rəngarəngliyi,  bitki  və  heyvanlar  aləminin  zənginliyi  əhalinin 
diqqətini həmişə buraya cəlb edir, turist axını yaradır. 


 
218 
Zaqatala  Dövlət  Təbiət  Qoruğu  respublikamızın  ən 
qədim  qoruqlarından  biridir.  Qoruq  1929-cu  ildə  Zaqatala  və 
Balakən  inzibati  bölgələrinin  ərazisində,  Böyük  Qafqaz  sıra 
dağlarının  mərkəz  hissəsinin  cənub  mikroyamaclarında  təşkil 
edilmişdir və ərazisi 23844 hektardır. 
Zaqatala  Dövlət  Təbiət  Qoruğunun  yaradılmasında  baş-
lıca  məqsəd  bu  meşələrin  əvəzedilməz  torpaqqoruyucu  və  su-
saxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı bölgədə yerləşən ya-
şayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük 
Qafqazın  cənub  yamacının  təbii  varlığını,  bitki  və  heyvanat 
aləmini mühafizə etmək olmuşdur. 
Qoruğun  ərazisi  meşələr,  subalp  və  alp  çəmənlikləri  və 
yüksək  sal  qayalıqlardan  ibarətdir.  Böyük  Qafqaz  sıra  dağ-
larının  cənub  yamaclarında,  dəniz  səviyyəsindən  650-3646  m 
hündürlükdə yerləşir. Yüksəklik artdıqca qoruğun iqlimi müla-
yim isti iqlimdən dağ tundrası iqliminə doğru dəyişir. Aşağı və 
orta  dağ  qurşaqları  (800-2200  m.d.s.  h.)  fısdıq,  vələs  və  palıd 
meşələri  ilə  örtülüdür,  yüksəklik  artdıqca  isə  bunlar  subalp 
seyrəklikləri  ilə,  sonra  subalp  çəmənlikləri  (2400  m.)  daha 
sonra isə alp çəmənlikləri (3200 m-ə kimi) və nəhayət, subnival 
və nival qurşaqları ilə əvəz olunurlar. Qoruğun ərazisi çox mü-
rəkkəb  və  kəskin  relyefə  malikdir.  Burada  dağlar  və  yüksək-
liklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə kəsilir. Qo-
ruğun  şimal  hissəsində  yerləşən  dağlar  şiş  zirvəli  sal  qaya-
lardan ibarətdir. Bu qayalar ilin çox vaxtı qar örtüyü altında qa-
lır,  cənub  hissədəki  günbəzvari  dağlar  isə  alp  çəmənlikləri  ilə 
örtülü olurlar. 
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi çox kəskin çay 
şəbəkəsi ilə kəsilir. Öz mənbəyini qoruğun ərazisindən götürən 
və  şimaldan  cənuba  kimi  bütovlükdə  bu  ərazidən  keçən  əsas 
çaylardan Alazan çayının qolları olan Katexçay və Balakənçayı 
göstərmək olar. Dağ çaylarının suyunun əsasını su ayrıclarında 
böyük miqdarda yağan qar və yağışlar təşkil edir. Əsrlər boyu 
qoruğun ərazisindən axıb keçən əsas çaylar orta dağlıq hissədə 


 
219 
hündürlüyü  20  metrə  çatan  gözəl  şəlalələr,  keçilməz  dərələr 
yaratmışlar.  Ərazinin  əsas  süxurları  gilli  şistlər  və  qum  daş-
larından  ibarətdir.  Qoruğun  torpaq  örtüyü  əsasən  ibtidai  dağ-
çəmən,  dağ-çəmən-meşə  və  qonur  meşə  torpaq  növlərindən 
ibarətdir. 
Qoruqda  1000-dən  artıq  bitki  növünə  təsadüf  edilir.  Me-
şəlik təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şa-
balıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. xeyli yayılmışdır. 
Burada  32  növ  məməli,  89  növ  köçəri  və  oturaq  quşlar 
yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş 
maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır. 
1950-ci ildə qoruqda elmi-tədqiqat işlərinin aparılmasına 
rəhbərlik edən şöbə yaradılmışdır və hazırda beynəlxalq bioloji 
problemlər üzrə tədqiqat işləri də aparılır. Qoruğun elmi təma-
yülü  Böyük  Qafqazın  şimali-şərq  hissəsinin  ayrı-ayrı  bölgə-
lərində  susaxlayıcı,  torpaqqoruyucu  və  kurort-iqlim  əhəmiy-
yətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və on-
lardan səmərəli istifadə olunmasına yönəldilmişdir. 
Çox  qiymətli  dərman  bitkisi  olan  jenşenin  Böyük  Qaf-
qazın  dağətəyi  şəraitində  yetişdirilməsi  imkanı,  dağ  çəmən-
lərinin məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun 
bərpası,  Sosnovski  baldırğanı  timsalında  dağ-çəmən  və  yem 
bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və 
yırtıcı  quşların  biologiya  və  ekologiyası  məsələlərinin  tədqiq 
edilməsi bu baxımdan çox əhəmiyyətlidir. Elmi-tədqiqat işi qo-
ruğun  əməkdaşları  və  başqa  elmi-tədqiqat  və  tədris  institutla-
rının alimləri tərəfindən aparılır. 
Ġlisu  Dövlət  Təbiət  Qoruğu  Azərbaycan  Hökumətinin 
20  fevral  1987-ci  il  tarixli  57  №-li  Qərarı  ilə  9345  hektar 
ərazidə yaradılmışdır. Böyük Qafqazın cənub yamacında (Qax 
bölgəsi), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 
m hündürlükdədir və hazırda qoruğun sahəsi 17381,5 hektardır. 
Qoruğun  təşkil  edilməsində  məqsəd  təbii  mühiti  daha 
yaxşı qorumaq və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə