214
ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28
sm, boniteti V, sıxlığı 0,32-dir. Onun adı Azərbaycan Respub-
likasının "Qırmızı kitab"ına daxil edilmişdir.
Qoruğun ərazisinin əsas hissəsini meşə sahəsi, qalan his-
səsini isə yarğanlar və sıldırım yamaclar təşkil edir. Burada
heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən hey-
vanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir.
Meşələr üçün qeyri-adi hesab edilən şəraitdə bitib inkişaf
edən Eldar şamı quraq və az münbit torpaqlı ərazilərin yaşıllaş-
dırılması üçün münasib ağac növüdür. Quraq ərazilərdə meşə
massivlərinin, tarlaqoruyucu meşə zolaqlarının salınması, dərə
və yarğanların eroziyasının qarşısının alınması, qumluqların
bərkidilməsi, dekorativ yaşıllaşdırma tədbirləri üçün Eldar
şamının çox geniş ərazilərdə əkilməsi daha məqsədyönlüdür.
Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu
yaradılmışdır.
Ġsmayıllı Dövlət Təbiət Qoruğu Azərbaycan Respubli-
kası Nazirlər Sovetinin 1 iyun 1981-ci il tarixli 256 saylı Qərarı
ilə İsmayıllı bölgəsinin 5778 hektarlıq ərazisində yaradılmışdır.
2003-cü ildə qoruğun ərazisi genişləndirilmiş və 16740 hektara
çatdırılmışdır. Respublika Prezidentinin 08 dekabr 2006-cı il
tarixli 1844 saylı Sərəncamı ilə İsmayıllı Dövlət Təbiət Qoruğu
Şah dağ Milli Parkının ərazisinə daxil edilmişdir. Qoruğun
nəzdində İsmayıllı Dövlət Yasaqlığı fəaliyyət göstərir. Yasaq-
lıq İsmayıllı bölgəsi ərazisində Böyük Qafqazın cənub yama-
cında alçaq dağlıq ərazidən başlayıb dəniz səviyyəsindən 3629
m hündürlüyə kimi olan sahələri əhatə edir. Yasaqlıq 1969-cu
ildə yaradılmışdır. İsmayıllı Dövlət Təbiət Qoruğu Böyük Qaf-
qazın cənub yamacının şərq hissəsində yüksəklik istiqamətində
meşə qurşağının təbii mühitini, xüsusilə meşə bitkilərinin qiy-
mətli nümunələrini, heyvanat aləmini, onların nadir və qiymətli
növlərini, torpaq örtüyünü qorumaq, artırmaq və zənginləşdir-
mək, həmçinin, təbii kompleksin sabitliyini tənzimləmək məq-
sədi ilə yaradılmışdır. Qoruq dəniz səviyyəsindən 600-2500 m
215
hündürlüyündə yerləşir və iki hissədən ibarətdir. Qoruğun əsas
hissəsi dağlıq (800-2250 m) ərazidən ibarət olan Topçu
meşələrini əhatə edir. Ərazi şimaldan subalp çəmənliyi, şərq və
cənub-şərqdən Axoxçay boyunca Talıstan meşələri, cənubdan
Topçu meşəsinin suayrıcı xətti və qərbdən isə Göyçay çayı ilə
sərhədlənir. Qoruğun qalan ərazisini isə Qalıncaq meşəliyi
əhatə edir (600 m).
Qoruğun ərazisi Böyük Qafqazın cənub yamacının aşağı
və orta dağ qurşağının tipik relyef formalarına malikdir. Ərazi
şimaldan cənuba çay dərələri ilə kəskin parçalanmışdır. Bu sa-
hələr üçün müxtəlif istiqamətli və meylli yamaclar, dağ sil-
silələrinin suayrıcı, enli və dərin dərələr səciyyəvidir. Qoruğun
ərazisində geoloji cəhətdən Yura, Təbaşir, Üçüncü və Dör-
düncü dövrlərin əhəngdaşları, gil şistləri, qum daşları və tufo-
gen süxurları intişar tapmışdır. Onlar lantşaftın, torpaq və bitki
örtüyünün formalaşmasında böyük əhəmiyyət kəsb edir.
Qoruğun ərazisi meşə ilə örtülü olduğu üçün burada yalnız
dağ-meşə torpaqları, subalp çəmənlikləri ilə sərhəddə isə dağ-
meşə-çəmən torpaqları yayılmışdır. İsmayıllı Dövlət Təbiət
Qoruğunda qışı rütubətli keçən soyuq və yağıntısı təxminən
bərabər paylanan mülayim isti iqlim tipləri hakimdir.
Qoruğun su şəbəkəsi Göyçay, Axoxçay çaylarından,
onların bir neçə qollarından və yüzlərlə bulaqlardan ibarətdir.
Meşələrdə əsasən fısdıq, vələs, palıd (şabalıdyarpaq, ibe-
riya və şərq) qismən də göyrüş, cökə, qaraçöhrə, ağcaqayın və
s. ağaclar yayılmışdır. Bunlardan şabalıdyarpaq palıd və qara-
çöhrə növləri Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına
daxil edilmişdir.
Qoruğun bitki örtüyü dəniz səviyyəsindən yüksəkliyə
doğru dəyişir. Aşağı dağ meşə yarımqurşağında (800-1000m)
əsasən İberiya palıdı və Qafqaz vələsindən ibarət palıd və
vələsli-palıd meşələri yayılmışdır. Qoruğun ərazisinin çox his-
səsini təşkil edən orta dağ-meşə yarımqurşağı (1000-1700m),
əsasən şərq fıstığından və Qafqaz vələsindən ibarətdir. Onlar
216
fısdıq və vələsli-fısdıq meşələrini təşkil edir. Yuxarı dağ-meşə
yarımqurşağında (1700-2000m) əsasən fısdıq, qismən isə vələs
və palıd meşələri inkişaf etmişdir. Yüksəkliyə doğru (2000-
2250) seyrək subalp kolluqları ilə əvəz olunur. Ümumiyyətlə,
qoruq ərazisinin meşə ilə örtülü sahəsində fısdıq, vələs, palıd,
ağcaqayın meşələri çoxluq təşkil edir.
İsmayıllı Dövlət Təbiət Qoruğunda heyvanat aləmi də
çox zəngindir. Burada cüyür, çöl donuzu, təkə, köpgər, nəcib
Qafqaz maralı, ayı, canavar, vaşaq, meşə pişiyi, çaqqal, tülkü,
yenot, dələ, dovşan, qırqovul, qaratoyuq, alabaxta, bildirçin,
sarıköynək, ağacdələn, çobanaldadan və s. heyvan və quşlar
vardır. Onlardan köpgər və vaşaq Azərbaycan Respublikasının
"Qırmızı Kitab"ına daxil edilmişdir.
Pirqulu Dövlət Təbiət Qoruğu Azərbaycan hökumə-
tinin 25 dekabr 1968-ci il tarixli Qərarı ilə 1521 hektar sahədə
Böyük Qafqaz sıra dağlarının şərq qurtaracağında, Şamaxı
inzibati bölgəsi ərazisində təşkil edilmişdir. 2003-cü ildə
qoruğun sahəsi genişləndirilmiş və 4274 hektara çatdırılmışdır.
Respublika Prezidentinin 08 dekabr 2006-cı il tarixli 1844 saylı
Sərəncamı ilə Pirqulu Dövlət Təbiət Qoruğu Şah dağ Milli
Parkının ərazisinə daxil edilmişdir. Qoruğun təşkil edilməsində
əsas məqsəd eroziya proseslərinin və astrofizika rəsədxanasının
fəaliyyətinə mənfı təsir göstərən atmosferanın tozlanmasının
qarşısını almaq, habelə bura üçün xas olan tipik dağ-meşə
landşaftlarının, xüsusilə müxtəlif bitki örtüyünün, torpağın
münbit qatının qorunub saxlanılması, meşə örtüyü sahəsinin
təbii artımının təmin edilməsi, eləcə də qiymətli, nadir və sə-
naye əhəmiyyətli heyvan və quşların sayının artırılması, elmi-
tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yara-
dılması olmuşdur. Buradakı meşələr zəngin, füsunkar və gözəl
mənzərələr yaratmaqla məhşurlaşıb. Üstünlük təşkil edən cins-
lər - vələs, palıd, fısdıq ağaclarıdır. Pirqulu Qoruğunun ərazisi
üç ayrı-ayrı hissədən ibarətdir. Araxçın sahəsi 1600-2000 m
hündürlükdə yerləşir. Burada Avaxıl kəndindən şimal-qərbdə
Dostları ilə paylaş: |