Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   62   63   64   65   66   67   68   69   ...   118

 
202 
Mütəxəssislərin  müşahidəsi  göstərir  ki,  tırtıllar  meşələrin 
yarpaqlarını  məhv  edib  qurtardıqdan  sonra  əkin  sahələrinə  üz 
tuturlar. Bu isə ölkəmiz üçün fəlakətli və fövqəladə halların ya-
ranması  deməkdir.  Meşələrin  ziyanvericilərdən  xilas  etməyin 
əsas  vasitəsi  ağacların  tırtıllardan  əllə  və  mexaniki  üsullarla 
təmizlənməsidir.  İpəkqurdu  təhlükəli  meşə  zərərvericisi  ol-
maqla,  ümumi  təhlükənin  yaranmasının  ilkin  şərti  antropogen 
amillərdəndir. Fikrimizcə onun belə kütləvi basqınını orta illik 
temperaturun  artması  və  zərərvericilərlə  mübarizə  lazımı  sə-
viyyəli  tədbirlərin  keçirilməməsindədir.  Deyilən  zərərvericilər 
ilk  həftə  ərzində  məskunlaşdığı  sahələrdə  bütün  meşələri  çıl-
paqlaşdırmağa  qadirdir.  Havaların  yaz  isitməsində  onların  hər 
toxumluğundan 500-1000 tırtıl əmələ gəlir və onların böyüməsi 
çox sürətlidir. Qeyd edək ki, epidemiyanın kəskinləşmə dövrü 
3-5 il arasında dəyişə bilir. 
Sovetlər  Birliyi  dövründə  və  hazırda  da  bu  ziyanveri-
cilərə  qarşı  Azərbaycanda  kimyəvi  və  bəzəndə  bioloji  vasitə-
lərdən az da olsa istifadə edilmişdir. Kimyəvi tədbirdən sonra 
meşə nemətləri olan göbələklər, giləmeyvələr və s. zəhərlənir. 
Bu  səbəbdən  də  ipəkqurduna  və  digər  ziyanvericilərə  qarşı 
işlədilən kimyəvi vasitələr meşədəki bütün canlıları məhv edir, 
insanın  özünü,  həmin  ətrafda  olan  canlıları,  torpaqları,  bağ-
bağçaları və s. zəhərləyir ki, bu da deyilən üsulun xeyrdən çox 
zərər gətirməsinə səbəb olur. Onların əsasını isə ən çox xlor və 
fosforlu üzvi zəhərli kimyəvi birləşmələr təşkil edir. 
SSRİ  dövründə  pestisid  və  herbisidlərdən  geniş  istifadə 
olunurdu.  Bu  isə  torpaqda  fəlakətli  dəyişikliklər  yaradır,  çay-
lara  və  göllərə,  o  cümlədən  Xəzər  dənizinə  də  ziyan  vururdu. 
Dünyada  belə  bir  kimyəvi  birləşmə  yoxdur  ki,  o  ətraf  mühitə 
zərər vurmasın. 
Ekoloji cəhətdən təhlükəsiz, eyni zamanda ziyanvericilər 
üçün  məhvedici  olan  bakterial  yönlü  vasitələrdən  istifadə  isə 
həm meşələrimizi və həm də canlı aləmimizi bu təhlükələrdən 
xilas  edə  bilər.  Digər  tərəfdən  müəyyənləşdirilmişdir  ki,  rəng-


 
203 
bərəng  kəpənək  ipəkqurdunun  ən  qatı  düşmənidir,  onun  əsas 
qidalarındandır. 
Bakı və Abşeron yarımadasında isə yaşıllıqların ən böyük 
düşməni  Amerika  ağ  kəpənəyidir.  Ağ  kəpənəklər  əsasən  bağ-
larda, parklarda özünə məskən tapır və uzunömürlüdürlər. Bü-
tövlükdə  meşələrimizə  düşmən  kəsilən,  onları  məhv  edən  zi-
yanverici həşaratların sayı 12 minə qədərdir. Deməli meşələrin 
xilasının digər istiqaməti 12 min zərərvericilərin məhvindədir. 
 
 
12.4. Torpağımıza qayğı, özümüzə qayğıdır 
 
Azərbaycan  Respublikası  bütün  başqa  əlamətləri  ilə  ya-
naşı  öz  torpaqlarının  xüsusiyyətlərinə  görə  də  çoxcəhətlidir. 
Torpaqla,  bitki  aləmi  ilə  bağlı  Azərbaycan  haqqında  özümüz-
dən əlavə, bir çox xarici dövlətlərin də yazılı mənbələrində mə-
lumatlara rast gəlmək olur. Amma, tarixi məlumatlarla bu gün-
ki  reallığı  qarşı-qaşıya  qoyduqda  çox  təəssüflənirsən.  Şimali 
Azərbaycanın  Naxçıvandan  Bakıya  qədər  bitki  aləmini  hər 
hansı  keçmiş  məlumatlarla  müqayisə  etdikdə  bu  bitkilərin  bir 
çoxu indi mövcud deyil. Torpaq örtüyünü, onun çirklənmə də-
rəcəsini araşdırdıqda isə bu məsələ daha faciəlidir. 
Əslində  bu  qəbildən  olan  respublika  problemləri  lazımi 
dairələrə  çoxdan  məlumdur.  Lakin,  çox  şeyləri  bilməyimizə 
baxmayaraq, hələ çox az iş görürük. 
Respublikamızın  dağlıq  zonaları  əsasən  Kiçik  Qafqaz, 
Naxçıvan,  Qusar,  Balakən,  Quba,  Qəbələ,  Şəki,  Zaqatala  böl-
gələridir. Yetmiş-səksən il öncə bu bölgələrdə torpaqlı örtüyün 
sahəsində,  bitki  aləmi  də  daha  üstünlük  təşkil  etmişdir.  İkinci 
bir amil də - torpağın çirklənmə dərəcəsi o illərdə daha az ol-
muşdur. Yəni vaxt keçdikdə öz günahlarımız ucbatından meşə-
lərimiz məhv olur və bu zəmində də dağ və dağətəyi  yerlərdə 
torpaq  yuyularaq  çılpaq  qayalıqlara  çevrilir.  Bu  səbəbdən  də 
Respublikamızda  bitki  aləmi,  torpaq,  su,  təmiz  hava  yoxa  çı-


 
204 
xaraq,  yerinə  ürək  ağrıdan  mənzərələr,  yazılı  mənbələrdə  isə 
xoş təəssüratlar oyadan fikirlər qalır. 
Söz  arası  olsa  da  çox  yaxşı  olardı  ki,  dağ  və  dağətəyi 
rayonlarımızda torpaq örtüyünü, təmiz havanı,  təmiz suyu  ye-
nidən bu yerlərə qaytarmaq üçün bu bölgələrdə kütləvi şəkildə 
ağac  əkiləydi.  Həm  də  nə  gəldi  yox,  hər  zonaya  münasib  bar 
verən,  yəni  qoz,  fındıq,  şabalıd,  zoğal,  qırmızı  palıd,  dəmir 
ağacı və s. 
Aran bölgələrimizdə isə yenə də vaxtı ilə  ölmüş ağacla-
rın,  xüsusi  ilə  meşə  zolaqlarının  salınması  mühüm  əhəmiyyət 
kəsb edir. 
Respublikamız  üçün  ənənəvi  həm  də  iqtisadiyat  üçün 
zəruri  olan  tut  bağlarının  salınmasına  fıkir  verilməlidir.  Tut 
bağlarına xüsusi torpaq ayırmaq və ona qulluq etməyə elə ehti-
yac da yoxdur. Əkini, sadəcə olaraq, bütün su tutarların ətrafla-
rında  əkmək  daha  məqsədyönlüdür.  Belə  ki,  böyük  və  kiçik-
liyindən  asılı  olmayaraq  bütün  çaylarımızın,  kanallarımızın 
sahilləri  boyu  tut  ağacları  əkmək  mümkündür.  Bu  əkin  Kür-
Araz  boyunca  olan  digər  problemlərə  də  köməklik  edər,  ətraf 
mühitin  ekologiyasına  müsbət  təsir  göstərər,  çayların  sahili 
boyu  sahili  bərkitməyə  ehtiyac  qalmaz,  daşqınların  yaratdığı 
təhlükələr  sovuşar,  tutun  yarpaqları  isə  barama  yetişdirmək 
üçün  xammal  mənbəyinə  çevrilər,  ən  başlıcası  isə  bir  çox  iş 
yerləri açıla bilər. 
Aran bölgələrimizdəki torpaq, bitki aləminin vəziyyəti də 
ürək açan deyil. Respublikamızda pambıq, taxıl, üzüm, yonca, 
çuğundur, tərəvəz və s. əkilən torpaqlarda aparılan müşahidələr 
göstərmişdir  ki,  bu  sahələrin  40-45%-nin  tərkibində  canlı 
aləmə,  xüsusilə  bitkilərin  inkişafına  mane  olan  çoxlu  zərərli 
maddələr  (xlor,  üzvi  pesdisidlər)  vardır.  Belə  çirklənmə  Zər-
dab,  Sabirabad,  Salyan,  Ağcabədi,  Ağdaş,  Bərdə,  Biləsuvar, 
Göyçay,  Yevlax  və  s.  aran  bölgələrimiz  üçün  daha  gözə  çar-
pandır.  Ümumiyyətlə,  torpaqlarımızın  zərərli  maddələrlə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə