208
ardıc, ara-sıra cır armud, cır alça, cır alma, cır əzgil, zoğal, qoz,
fındıq, qarağat, qaraağac, hər yerdə yayılmış itburnu kolu
(həmərsin) və s. çoxluq təşkil edirdi. Burada ağacların yaşı
120-150 il, tək-tək hallarda 200-250 il və ardıc meşəsinin
1992-ci ilə qədərki sahəsi 1100 hektar olmuşdur. Maraqlı
sahəyə və keçmiş tarixə malik yerlərdən biri Laçının Qaragöl
Dövlət Təbiət qoruğudur ki, hazırda ermənilər burada ancaq
dağıdıcı əməllərlə məşğuldurlar. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin məlumatlarına görə - Ermənistan ordusunun işğal
edərək, ekoloji cəhətdən yararsız hala saldığı Azərbaycan əra-
zilərində təbiətə qarşı amansız münasibət indi də davam et-
məkdədir. Təəssüf ki, hələ də dünya ictimaiyyəti və beynəlxalq
qurumlar müasir dünyanın inkişaf qaydalarına məhəl qoyma-
yan davamlı inkişaf konsepsiyasının tələblərinə göz yuman er-
məni barbarlarına tutarlı cavab verməyib.
Zəngin biomüxtəlifliyə malik Azərbaycan təbiətinin bir
parçası olan, işğala məruz qalmış Laçın bölgəsində yerləşən
Qaragöl Dövlət Təbiət Qoruğunda da ətraf mühitə vurulan
ziyanın məbləği ölçüyə gəlməz dərəcədədir.
Azərbaycan Respublikası Nazirlər Sovetinin 17 noyabr
1987-ci il tarixli 408 saylı qərarı ilə yaradılan Qaragöl (ermə-
nilər Sevlic adı veriblər). Respublikalararası Dövlət Təbiət Qo-
ruğu Laçın rayonu ilə Gorus rayonu sərhəddində, dəniz səviy-
yəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sa-
həsi 240 hektardır. Buraya 176 hektar İşıqlı Qaragölün su
akvatoriyası və gölün sahili boyunca 100 metr eninə 64 hektar
quru sahəsi aiddir. Göl sönmüş vulkan kraterini xatırladan
relikt su mənbəyidir.
Gölün uzunluğu 1950, maksimum eni 1250, sahil xəttinin
uzunluğu 5500, dərinliyi maksimum 7,8 metrdir. Hesablama-
lara görə, göldə suyun həcmi l0 mln. m
3
-dur. Bundan başqa qo-
ruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var.
Hələ 1964-cü ildə gölün Ermənistana məxsus sahillərində
heyvandarlıq fermalarının inşa edilməsi, göl kənarında güclü
209
nasos stansiyaları tikərək onun suyundan Gorus bölgəsinin əkin
sahələrinin suvarılmasında istifadə olunması, gölün nasos
yağları ilə çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düş-
məsinə səbəb olmuşdur.
Ermənilər indi də bu ərazini talan etməkdədirlər. Hazırda
nəzarətdən kənar qalmış gölün suyundan intensiv istifadə, onun
üçün qarşısıalınmaz mənfı təsirlərə gətirib çıxarıb. Qaragöl və
onun əhatəsindəki ərazilərin məhv olmaq təhlükəsi yaranıb.
Laçın bölgə Dövlət Təbiət yasaqlığı - Laçın ərazisində
daha bir dünya əhəmiyyəti daşıyan incidir. 1961-ci ilin noyabr
ayında buradakı heyvan və quşları qoruyub saxlamaq və artır-
maq məqsədi ilə ərazi yasaqlıq elan olunub. Xüsusi mühafizə
olunan təbiət ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı,
turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb.
Yasaqlığın ərazisi isə orta və yüksək dağlıq əraziyə xas olan
relyefə malikdir. Meşələri əsasən vələs, çökə, ağcaqayın və s.
qarışıq tiplidir.
1989-cu ildə yasaqlıqda aparılan yoxlamada: - dağ-keçisi
(bezoar keçisi) 196, qaban 360, cüyür 320, ayı 110 baş, çoxlu
sayda canavar, porsuq, dələ və s. heyvanlar, qırqovul 200, kək-
lik 1500 baş və s. quşlar qeydə alınmışdı.
1991-ci ilin mart ayında aparılan yoxlama nəticəsində
ermənilər tərəfindən ovlandığı üçün heyvan və quşların sayının
xeyli azaldığı, 90-cı illərdə isə bir çox növləri məhv etməyə
başladıqları müşahidə edilib. Yasaqlığın ərazisində Hacışamlı
meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl
palıd) vardır. Həmin ağacdan istifadə etmək üçün hələ çar hö-
kuməti dövründə fransızlar çətin dağlarla, Xankəndindən Qırx-
qız dağını keçməklə araba yolu çəkmişdilər. Lakin Sovet ha-
kimiyyəti qurulduğundan onlar taxta materiallarından çox apa-
ra bilməmişdilər. Həmin ağacın materialından qiymətli mebel
və xüsusən konyak spirti saxlamaq üçün çəlləklər düzəldilmə-
sində istifadə edilirdi. Bu ağac Azərbaycanda yalnız həmin ya-
210
saqlıqda yayılmışdır. İndi qırmızı palıd və digər növləri ermə-
nilər tərəfindən vəhşicəsinə qırılaraq daşınır.
Nadir təbiət ərazilərinin kortəbii məhvi ölkəmizdə və
dünyamızda ekoloji tarazlığın pozulmasına səbəb olub. Ekoloji
terror, faktlarının araşdırılaraq, dünya ictimaiyyətinə çatdırıl-
ması isə hələdə qalmaqdadır.
Laçın rayonunun işğalından sonrakı ekoloji durumunu
daha müfəssəl təsvir etsək nələri itirdiyimizdən dəhşətə gəlmək
olar. Belə ki, 18 may 1992-ci il tarixində ermənilər tərəfindən
işğal olunmuş Laçın rayonu Azərbaycan Respublikasının
cənub-qərbində Ermənistanla (Qərbi Azərbaycanla) sərhəddə
yerləşir, inzibati bölgə kimi 1929-cu ildə təşkil olunmuşdur.
Sahəsi 182603 hektardır (03.10.2005-ci ilə olan məlu-
mat), əhalisi 1989-cu ilin əvvəlinə 58,6 min, 2002-cü ildə isə
68,1 min nəfər olmuşdur. Dağlıq relyefə malik bölgənin şər-
qində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında
Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yay-
lası tutur. Bölgənin Qızılboğaz dağı (2823 m) ərazisi Yura-An-
tropogen çöküntülərindən ibarətdir. Ərazinin çox yerində qışı
quraq keçən, mülayim-isti və soyuq iqlim üstündür. Orta tem-
peratur yanvarda 0-dan 10 selsiyədək, iyulda müsbət 10-22 sel-
siyədəkdir. İllik yağıntı 600-900 mm-dir. Ən böyük çayı Hə-
kəridir. Əsasən, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı
dağ-qara torpaqlar üstünlük təşkil edir. Bitki örtüyü kollu və
seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrində
(palıd, vələs və s.), subalp və alp çəmənliklərindən ibarətdir.
Alçaq dağlıq yerlərdə seyrək ardıc ağacları çox yayılmışdır.
Laçın bölgəsində Alıcan kəndindən başlayaraq şimal-
qərb istiqamətində yan süxurları yararaq üzə çıxan maqmatik
süxurlar boyunca Turş su, Qaladərəsi, Ağanus, Xırmanlar, Tı-
ğık, Turş-tığık, Nurəddin (böyük debitə malikdir), Nağdalı, Ha-
cıxanlı (Xallanlı, Başlıbel - Kəlbəcər bölgəsində) narzan tipli
müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur. Laçın bölgəsində
dünya memarlığının nadir inciləri olan tarixi-memarlıq abi-
Dostları ilə paylaş: |