211
dələri, Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın bölgəsi Dövlət
Təbiət Yasaqlığı da hal-hazırda işğal altındadır.
Laçın bölgəsində ümumi ehtiyatları 1124 ton olan 3
(Narzanlı, Çilgəzçay, Sarıbulaq) civə, ehtiyatları 2533 min m
3
olan və istismara cəlb edilən, üzlük daşı istehsalına yararlı
Hoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatları 5125 min
m
3
olan və mişar daşı istehsalına yararlı 2 (Ağoğlan, Molla
Əhmədli) tuf, ehtiyatları 4457 min ton olan və əhəng istehsa-
lına yararlı Laçın əhəngdaşı, ehtiyatları 998 min m
3
olan və
kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144
min m
3
olan Quşçu pemza, ehtiyatları 15794 min m
3
olan Yu-
xarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və
0,9 ton cad olan 2 əlvan-bəzək daşı, ümumi ehtiyatları 10449
min ton olan 3 vulkan külü, istismar ehtiyatları 4300 min
m
3
/gün olan Minkənd mineral su yataqları vardır.
Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları
vardır ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektar və ya
80,05% təşkil edirdi. Təsərrüfatda 176 hektar mədəni meşə
əkinlərinin 56 hektarı çətiri birləşmiş formadadır. Təsərrüfatda
1466 hektar bitki örtüyü seyrək sahələr, 1387 hektar xəndək-
qobu sahələri olmaqla meşə ilə örtülü olmayan meşə fondu
sahələri 2853 hektar təşkil etmişdir (meşə inventarlaşma kitabı,
1 hissə). Təsərrüfat ərazisində 19 hektar şum, 423 hektar
biçənək, 1329 hektar örüş, 18 hektar yol və kanalaltı, 39 hektar
sualtı, 98 hektar tingçilik, 8 hektar qumluq, 606 hektar daşlı-
çınqıllı sahə və 1189 hektar digər torpaqlar vardır. Meşələrdə
şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq,
söyüd, dəmirqara, armudağacları üstünlük təşkil edir.
Laçın bölgəsində Həkəri çayının sağ sahilində yol tikinti
idarəsinin həyətində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq
çinarı təbiət abidəsi kimi qeydə alınaraq qorunurdu.
Laçın bölgəsində Meşə təsərrüfatının dövlət meşə fon-
dunda 1100 ha sahəni əhatə edən ardıc ağacı xüsusi olaraq
qorunurdu. Dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən
212
həmin meşələrdə şabalıd və qaraçöhrə ağacları mühafizə
edilirdi.
Hal-hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
"İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii
sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ
mərkəz"i aşağıdakı faktları aşkarlanmışdır.
Laçın və Xankəndinə gedən müxbirlər çıxışlarında və
Laçın bölgə Meşə təsərrüfatı İdarəsinin məlumatında ermə-
nilərin Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıdı qıra-
raq, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması
üçün Fransaya satdıqları bildirilir. Həmin bölgənin ərazisində
külli miqdarda təbii halda bitən iri gövdəli qoz ağacları isə
qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İran İslam
Respublikasına satılır.
Erməni girovluğundan azad edilmiş şahidin bildirildiyinə
görə onları Ağdərə meşəçiliyində meşə qırmağa məcbur edil-
mişlər. O, qeyd edir ki, meşə qırılmasından alınan əsas material
İrana satılır, oduncaq isə yanacaq kimi ermənilər tərəfindən is-
tifadə edilir.
Digər şahid ifadəsi isə Laçın bölgəsinin Hacılar-Sadınlar
kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsinin qırılması,
evlərin yandırılması, qəbiristanlıqların buldozerlə dağıdılması
faktlarını üzə çıxarmışdır. Bu gün Laçının işğalından 20 il keçir.
Bu müddət ərzində Laçın təbiətinin itirdiklərini tam əhatə et-
mək məqsəd olmasa da, ekoloji terrora son qoyulmazsa, gələ-
cəkdə görmək və acısını dadmaq təəssüf ki, hamıya nəsib ola
bilər.
Respublikamızın qoşulduğu Beynəlxalq Konvensiyaların
müddəalarından, ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların
tribunalarından davamlı çıxışlar etmək, hər kəsin öz imkanı
daxilində təbiətimizin məhvinə yönəldilmiş zorakılıqları dünya
ictimaiyyətinə çatdırmaq, bu sahədə Dövlətimizə dəstək ver-
mək isə Vətənini sevən hər bir vətəndaşımızın ümdə vəzifələ-
rindəndir.
213
12.6. Azərbaycanda dövlət təbiət qoruqları
Eldar ġamı Dövlət Təbiət Qoruğu xüsusi mühafizə olu-
nan təbiət ərazilərinin inkişafına dövlət qayğısı olmaqla Res-
publika Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 saylı Sə-
rəncamı ilə Samux bölgəsinin inzibati ərazisində yaradılmış,
mühafizə və eyni zamanda elmi-tədqiqat idarəsi statusuna ma-
lik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik
fondun, bioloji müxtəlifliyin, ekoloji məsələlərin, səciyyəvi və
nadir təbiət rəngarəngliyinin saxlanılması (ardıc, saqqız ağacı
və s.), dünyada yeganə təbii vətəni olan Elləroyuğunda Eldar
şamı meşəliyinin qorunub saxlama məqsədilə yaradılmışdır.
Hələ, 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı sa-
həsi botaniki yasaqlıq elan edilmişdi. Samux bölgəsi ərazisində
dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması
məqsədi ilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli
qərarı ilə "Eldar Şamı" yasaqlığı yaradıldı. Eldar şamı respubli-
kamızın və xarici ölkələrin müxtəlif bölgələrinin quraq sahə-
lərində əkilməyə başlandı. Quraq, az münbit torpaqlı sahələrin
Eldar şamı ilə yaşıllaşdırılması şöhrəti hər tərəfə yayıldı.
Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha
sahə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun
filialına çevrildi və dövlət meşə torpaqları hesabına 1978-ci
ildə 92 ha artırıldı. Hazırda Eldar şamı qoruğunun sahəsi 1686
hektardır. Eldar şamı qoruğunun yerləşdiyi ərazi, mütləq örtü-
yü 600 m-ə çatan və şimal-qərbdən cənub-şərqə uzanan alçaq
dağlıq sahədir. Torpaq örtüyü şiddətli eroziyaya uğramış, çox
yerdə torpaq əmələ gətirən süxurlardan az fərqlənən qəhvəyi
arid meşə torpaqlarıdır. Burada yarımsəhra və quru bozqırların
yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Eldar şamı
Elləroyuğunda özünəməxsus arid meşə landşaftı əmələ gətir-
mişdir. Burada meşələr əsasən Eldar şamı, ardıc, saqqız agacı,
murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağat, dovşan al-
ması, qaratikan kimi ağac və kollardan ibarətdir. Eldar şamı
Dostları ilə paylaş: |