Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   73   74   75   76   77   78   79   80   ...   118

 
235 
Azərbaycanın  cənubi-şərqində,  Lənkəran  və  Astara  inzibati 
bölgələrinin  ərazisindədir  və  Talış  dağlarının  ərazilərini  əhatə 
edir. 
Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazini ən 
azı  olduğu kimi saxlamaq, 3-cü  dövrün relikt və endemik bitki 
növlərini  mühafizə  etmək,  Respublikanın  "Qırmızı  Kitabı"  na 
düşmüş  flora  və  fauna  növlərinin  qorunub  saxlanılması,  ətraf 
mühitin  monitorinqinin  həyata  keçirilməsi,  ictimaiyyətin 
məlumatlandırılması,  eləcə  də  tədqiqatlar,  turizm  və  istirahət 
üçün şəraitin yaradılmasıdır. 
Parkın ərazisinin çox hissəsini meşələr və şimali-qərbdən 
cənubi-şərqə  doğru  uzanan  sıra  dağlar  əhatə  edir.  Ərazidə 
əsasən  yayı  quraq  keçən  mülayim-isti  iqlim  növü  hakimdir. 
Buranın yayı quraq, payızı rütubətli və qışı mülayimdir. Hirkan 
Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 
m-ə  qədər),  şərqdən  qərbə  dağlara  qalxdıqca  meşələrin  şaquli 
qurşaqlar üzrə  dəyişdiyini  müşahidə  etmək  olar. Aşağı  hissədə 
şabalıdyarpaq palıd, dəmirağac və vələsin (ipək akasiya, Xəzər 
lələyi,  Hirkan  ənciri,  Qafqaz  xurması,  Azat  və  başqaları  ilə 
birlikdə) üstünlük təşkil  etdiyi meşələr  yayılmışdır. Hündürlüyə 
qalxdıqca,  əsasən  dəmirağac,  qismən  də  şabalıdyarpaq  palıd 
azalır, onları fısdıq meşələri əvəz edir. 
Buranın  meşələrində  ayıdöşəyi,  Hirkan  bigəvəri,  Hirkan 
şümşadı,  pırkal,  müxtəlif  lianlar  geniş  yayılmış  və  bitkilərin 
əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na düşmüşdür. 
Bu  Parkın  yerləşdiyi  Lənkəran  bölgəsinin  subtropik 
meşələrinin  ən  səciyyəvi  xüsusiyyətlərindən  biri  də  burada 
Hirkan  növlü  meşələrin  yaxşı  saxlanılması,  bir  çox  endemik, 
nadir ağac və kol bitkilərinin geniş yayılmasıdır. 
Parkın  entomofaunası  endem  növlərlə  zəngindir.  Burada 
"Qırmızı  Kitabı"  a  düşmüş  növlərdən  Tündqırmızı  Talış  uzun-
bığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, ey-
fema,  Talış  brameyası,  iri  tənək  hafı,  Oxim  qızılı  kəpənəyi, 
Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və başqa həşərat-


 
236 
lara  rast  gəlmək  olar.  Ərazidə  suda-quruda  yaşayan  heyvan 
növlərindən  adi  triton,  daraqlı  triton,  Suriya  sarımsaqiyli  qur-
bağası, Qafqaz xaçlıcası, adi quru qurbağası yayılmışdır. 
Milli  Parkın  ərazisində  sürünənlərdən  Aralıq  dənizi 
tısbağası,  zolaqlı  çılpaqgöz  kərtənkələ,  girdəbaş  yovşanlıq 
kərtənkələsi,  xarabalıq  kələzi,  Eskulap  ilanı  və  s.  növlər 
mövcuddur.  Hirkan  Milli  Parkının  ornitofaunasına  daxil  olan 
qara  leylək,  məzar  qartalı,  qıvrımlələk  qutan,  turac,  mərmər 
cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşla-
rın adları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir və 
ərazinin  bitki  aləminin zənginliyi  burada  çoxsaylı  heyvanların 
yaşamasına  imkan  yaratmışdır.  Parkın  heyvanat  aləmi  çox 
zəngindir.  Burada  məməlilərdən  bəbir,  xallı  maral,  vaşaq, 
porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar. Hir-
kan Milli  Parkı həmçinin öz nadir təbiət  abidələri ilə də məş-
hurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. 
Ən  məşhur  təbii  meşə  abidələrindən  biri  Astara  bölgəsinin 
Züngüləş kəndi  yaxınlığında  yerləşir. Xəzər dənizinin yaxınlı-
ğı,  təbiətin  rəngarəngliyi  ərazidə  ekoturizmin  inkişafı  və  ətraf 
mühitin öyrənilməsi üçün əlverişli şəraitlidir. 
Ağ göl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl eko-
sistemi olub, köçəri və yerli quşların və digər heyvanların məs-
kunlaşdığı  ərazilərdən biridir. Ağ  gölün  qorunmasının beynəl-
xalq  əhəmiyyətli  olub,  göldə  adları  Beynəlxalq  Təbiəti  Mü-
hafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respub-
likasının  «Qırmızı  Kitabı»na  daxil  edilmiş  quşların  məskun-
laşması ilə əlaqədardır. 
Ağ  göl  mühüm  su-bataqlıq  ərazisi  kimi  miqrasiya  edən 
quş  növlərinin  qışlama  yeri  olub,  2001-ci  il  25  may  tarixində 
"Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiy-
yəti  olan  sulu-bataqlıq  yerlər  haqqında"  Ramsar  Konven-
siyasının  «Ramsar Siyahısı»na daxil edilmişdir. Ağ  göl  Ağca-
bədi və Beyləqan bölgələrinin inzibati ərazisində yerləşir, onun 
qorunmasında  ilk  addım  1964-cü  ildə  9173  hektar  sahədə  Ağ 


 
237 
göl  Dövlət  Təbiət  Yasaqlığı  yaradılarkən  atılmışdır.  1978-ci 
ilin  2  mart  tarixində  gölün  4400  hektara  bərabər  olan  su  əra-
zisinə ciddi qorunma statusu verilmiş və Ağ göl Dövlət Təbiət 
Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Respublika 
Prezidentinin  müvafiq  Sərəncamı  ilə  Ağ  göl  Dövlət  Təbiət 
Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi Milli 
Park  elan  edilmişdir.  Parkın  ərazisi  ancaq  bataqlıqlar  deyil, 
həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir. 
Ağ  göl  Milli  Parkının  yaradılmasının  əsas  məqsədi  mü-
hüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra 
landşaftını,  göldə  və  onun  ətrafında  məskunlaşmış  nəsli 
kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi 
üçün  xarakterik  olan  bəzi  fauna  növlərini  keçmiş  ərazilərinə 
reintroduksiya  etmək,  eləcə  də  ətraf  mühitin  monitorinqini, 
əhalinin  ekoloji  cəhətdən  maarifləndirilməsini  və  ekoturizmin 
inkişafını  təmin  etməkdir.  Ağ  gölün  dərinliyi  0.5-2.5  m  ara-
sında dəyişir, əsasən qamışlıqlarla əhatə olunmuşdur, suyunun 
səviyyəsi yay mövsümündə azalaraq, ən aşağı həddə çatır. Par-
kın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların 
mülayim-isti  iqlim  növü  hakimdir.  Belə  iqlim  şəraiti  (gölün 
suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar 
və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağ 
göl üçün  yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğun-
laşmış bitki örtüyü səciyyəvidir, ərazidə bitki növlərindən əsa-
sən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, 
yovşan, qırtıc və başqaları yayılmışdır. Burada suda-quruda ya-
şayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası 
və göl qurbağasına rast gəlinir. Sürünənlərdən Aralıqdənizi tıs-
bağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, 
qızıl təlxə, xaltalı eyrenis, gürzə və digər növlər yayılmışdır. 
Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəz-
gək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıl-
dayan  qu  quşları,  Misir  vağı,  çobanaldadan,  böyük  su  fərəsi, 
sultan toyuğu, ərsindimdik,  qıvrımlələk qutan,  ağquyruq dəniz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə