Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   75   76   77   78   79   80   81   82   ...   118

 
241 
Ərazidə  yayı  quraq  keçən  mülayim-isti  yarımsəhra  və 
quru bozqır növlü iqlim hakimdir. Burada çay və bulaq yoxdur, 
ərazini şərqdən Xəzər dənizi,  şimaldan Baş Şirvan kollektoru, 
bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü əhatə edir ki, bu 
da ceyranları su ilə tam təmin edir. Burada Xəzərin, kanalların 
və  gölün  suyunun  qışda  donmaması  ceyranlar  və  quşlar  üçün 
çox əhəmiyyətlidir. 
Milli  Parkın  ərazisində  qaraşoranlı,  şahsevdi  və  duzlaq-
çoğanlı,  yarımsəhra  bitkiləri  və  çərənli-yovşanlı,  yovşanlı-
efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil 
qumlu  və  çala-çəmən  (dəvəotlu)  bitki  formasiyaları  üstünlük 
təşkil edir. 
Landşaft,  iqlim  və  relyef  xüsusiyyətlərinə  görə  Parkın 
ərazisində  xarakterik  suda-quruda  yaşayanlar  və  sürünənlər 
faunası  formalaşmışdır.  İsti  yarımsəhra və quru çöllüklərə xas 
olan  hitki  formasiyalarının,  müxtəlif  relyefli  və  növlü  torpaq 
örtüklərinin, göl və su axarlarının kanal və kollektor sularının, 
köhnə  və  qurumuş  arx  yerlərinin  olması  parkm  ərazisində  bir 
çox  suda-quruda  yaşayan  və  sürünən  heyvan  növlərinin  ya-
yılmasına şərait  yaratmışdır. Əlverişli təbii biotopların, zəngin 
yem bazasının (müxtəlif növ quşların, gəmirici heyvanların və 
digər  xırda  məməlilərin)  mövcud  olması  ərazidə,  xüsusən, 
sürünən heyvanların geniş yayılmasına imkan verir. 
Şirvan  Milli  Parkının  ərazisində  4  növ  suda-quruda  ya-
şayan  heyvanlara  rast  gəlinir.  Bunlar  Suriya  sarımsaqiyli  qur-
bağa, yaşıl quru qurbağası, Kiçik Asiya ağac qurbağası və göl 
qurbağasıdır. 
Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təh-
lükəsi ilə üzləşmiş növ olduğu üçün  «Beynəlxalq Təbiəti Mü-
hafizə  İttifaqının  Siyahısı»na  və  Respublikamızm  «Qırmızı 
Kitabı»na  daxil  edilmişdir.  Şirvan  Milli  Parkının  heterofauna-
sını 17 növ sürünən heyvanların təşkil edir. Bunlardan 3 növü 
tısbağa,  6  növü  kərtənkələ  və  8  növü  ilanlardır.  Tısbağalar–


 
242 
Aralıq dənizi və ya quru tısbağası, Xəzər tısbağası, bataqlıq və 
ya çay tısbağası. 
Kərtənkələlərdən - Xəzər gekkonu, koramal cəld kərtən-
kələcik rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, zərif ilan-
baş  kərtənkələ.  İlanlardan  -  kor  ilan,  adi  suilanı,  suilanı,  Zey-
tuni təlxə, qızılı təlxə, xaltalı eyrenis, kələz ilan və Cənubi Qaf-
qaz gürzəsidir. 
Aralıqdənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək 
təhlükəsi  ilə  üzləşmiş  növ  olduğu  üçün  «Beynəlxalq  Təbiəti 
Mühafizə  İttifaqının  Siyahısı»na  və  Azərbaycan  Respublika-
sının  «Qırmızı  Kitabı»a  daxil  edilmişdir.  Cənubi  Qafqaz  gür-
zəsi  Milli  Parkın  ərazisində  geniş  yayılmış  sürünən  növlər-
dəndir, tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli 
sürünən növü hesab olunur. Şirvan Milli Parkında 230 növ quş 
qeydə alınmışdır. Bu zənginlik Parkın quşlarının miqrasiya yo-
lunda  yerləşməsi  və  ərazisində  quşların  yaşayışı  üçün  biotop-
ların müxtəlifliyi ilə sıx bağlıdır. 
Quşların  miqrasiyası  və  qışlama  dövründə  göllərin  və 
dənizin  dayaz  yerlərində,  əsasən  yaşılbaş  ördəklər,  fitçi  cürə, 
boz ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, 
flaminqo,  fısıldayan  qu,  qaşqaldaq,  dərin  su  sahələrində  isə 
qırmızıburun,  qırmızıbaş,  kəkilli  və  dəniz  dalğıcları,  güləyən 
ördək  və  digər  ördək  növləri  toplanırlar.  Göllərin  ətrafındakı 
açıq  bataqlıq  sahələrdə,  dənizsahili  nəmli  qumsallıqlar  və  la-
qunalarda  çovdarçılar,  bizdimdiklər  və  bekaslar  toplantılar 
əmələ gətirir. Qırmızıdöş qaz, boz, ağalın və ağqaş qazlar Milli 
Parkın  bütün  açıq  su  biotoplarında  istirahət  edir,  yarım-
səhraların  dənli-efemer,  yovşanlı-efemer və digər bitki  forma-
siyaları ilə örtülü olan sahələrində qidalanırlar. 
Böyük  və  Kiçik  Çala  (Qızılqaz)  göllərinin  60-65  faizini 
təşkil  edən  qarğı  və  qamışlıqların  əsas  sakinləri  su  fərəsi,  adi 
porzan,  kiçik  porzan,  cırtdan  porzan  və  qamışlıq  fərələridir. 
Milli  Parkın  əsas  hissəsini  təşkil  edən  yarımsəhralar  Azər-
baycan və dünya miqyasında təhlükədə olan bəzgəyin və dov-


 
243 
dağın  yaşayışı  üçün  xüsusi  əhəmiyyətə  malikdir.  Yırtıcı  quş-
lardan  çay  qaraquşu,  ağquyruq  dəniz  qartalı,  çöl  sarı,  adi  sar, 
çöl  qartalı,  böyük  qartalça,  məzar  qartalı,  ütəlgi,  şahin  və  s. 
növlərə  az  miqdarda  rast  gəlinir.  Oturaq  növ  olan  turac  Milli 
Parkın  cənub-qərb  və  cənub-şərq  hissəsində  çox  kiçik  sahə-
lərdə yayılmışdır. 
Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlar-
dan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü 
yalnız Azərbaycanın «Qırmızı Kitabı»na, 10-u ancaq «Beynəl-
xalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı»na, 10-u isə həm 
Azərbaycanın «Qırmızı Kitabı»na (1989), həm də «Beynəlxalq 
Təbiəti  Mühafizə  Cəmiyyətinin  Siyahısı»na  (2002)  daxil 
edilmişdir. 
Məməli heyvanların respublikamızda yayılmış bütün dəs-
tələrinin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast 
gəlinir. 
Həşəratyeyənlər  dəstəsindən  ağdöş  və  qulaqlı  kirpilər, 
quldenştedt  qonurdişi,  Yarasalar  dəstəsindən  itiqulaq,  bığlı, 
cırtdan və Küli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng 
könlücə,  dağ  könlücəsi  və  başqaları;  Gəmiricilər  dəstəsindən 
ictimai  çöl  siçanı,  qara  və  boz  siçovullar,  qırmızıquyruq  qum 
siçanı, kiçik və Kiçik Asiya ərəbdovşanları; Dovşankimilərdən 
boz  dovşan;  Yırtıcılardan  canavar,  çaqqal,  tülkü,  gəlincik, 
safsar  porsuq,  qamışlıq  pişiyi,  çöl  pişiyi;  Kürəkayaqlılardan 
xəzər  suitisi;  Cütdırnaqlılardan  çöl  donuzu  və  ceyran  Milli 
Parkda məməlilər faunasının özəyini təşkil edir. Bu növlərdən 
ceyran, safsar və çöl pişiyi respublikamızın «Qırmızı Kitabı»na 
daxil  edilmişdir.  Xəzər  suitisi,  ceyran  və  safsar  «Beynəlxalq 
Təbiəti  Mühafizə  Cəmiyyətinin  Siyahısı»nda  müxtəlif  statusla 
qorunan  növlər  elan  edilmişdir.  Bütün  yarasa  növləri 
EUROBATS konvensiyasına görə mühafizə olunurlar. 
Ordubad Milli Parkı Respublika Prezidentinin 2003-cü 
il 16 iyun tarixli Sərəncamı ilə Ordubad bölgəsinin inzibati əra-
zisinin  12131,0  hektar  sahəsində  Ordubad  Milli  Parkı  yaradıl-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə