Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   74   75   76   77   78   79   80   81   ...   118

 
238 
qartalı,  ağgöz  dalğıc,  adi  qızılqaz,  yaşılbaş  ördək,  qazlar  (boz, 
qaşqa və qırmızıdöş) və başqaları məskunlaşmışdır. 
Parkın  ərazisində  məməli  heyvan  növlərindən  canavar, 
çaqqal,  çöl  donuzu,  tülkü,  dovşan  və  müxtəlif  yarasalara  rast 
gəlinir.  Qamışlıqlarda  isə  heyrətamiz  qamış  pişiyinin  güclü 
populyasiyasına təsadüf olunur. 
Altıağac Milli Parkı Respublika Prezidentinin 31 avqust 
2004-cü  il  tarixli  Sərəncamı  ilə  Xızı  və  Siyəzən  bölgələrinin 
inzibati  ərazilərində  yaradılmışdır.  Milli  Park  Azərbaycanın 
şimal-şərqində, Xızı və Siyəzən inzibati bölgələrinin ərazisində 
yerləşir.  Park  Altıağac  Dövlət  Təbiət  Qoruğu  və  ona  həmsər-
həd olan dövlət meşə fondu torpaqları sahəsində yaradılmışdır, 
ərazisi 11035 hektardır. 
Bu  Milli  Parkm  yaradılmasında  əsas  məqsəd  Böyük 
Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və 
fauna  növlərinin  qorunub  saxlanılması,  bərpası,  təbii  kom-
plekslərin  mühafizəsinin  gücləndirilməsi,  ekoloji  monitorinqin 
həyata  keçirilməsi  və  eləcə  də,  tədqiqatlar,  turizm  və  istirahət 
(rekreasiya)  üçün  şəraitin  yaradılması  və  əhalinin  ekoloji  cə-
hətdən maarifləndirilməsinin həyata keçirilməsidir. 
Parkın  ərazisində  qonur  dağ-meşə,  çürüntülü-karbonatlı 
dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və digər 
torpaq  tipləri  mövcuddur,  qışı  quraq  keçən  mülayim-isti  və 
yayı quraq keçən mülayim-isti iqlim növlüdür. 
Altıağac  Milli  Parkının  ərazisindən  Ataçay  və  onun  bir 
sıra kiçik qolları keçir. Ataçay öz başlanğıcını Dubrar dağının 
1870 metr hündürlüyündən götürərək, Xəzər dənizinə tökülür. 
Suyundan  suvarma  məqsədlərilə  istifadə  olunur.  Parkın  əra-
zisinin  çox  hissəsini  meşələr  əhatə  edir  və  bu  meşələri  əmələ 
gətirən  əsas  ağac  növləri  Qafqaz  palıdı,  Qafqaz  vələsi,  Şərq 
fısdığı,  adi  göyrüş,  itiyarpaqlı  ağcaqayın  olmaqla  yemişan, 
böyürtkən, əzgil, qaratikan, itburnu kimi kol bitkiləri üstünlük 
təşkil edir. 


 
239 
Altıağac  Milli  Parkınm  ərazisində  məməlilərdən  cüyür, 
qonur  ayı,  çöl  donuzu,  vaşaq,  yenot,  dovşan,  tülkü,  dələ,  ca-
navar  və  quşlardan  isə  qırqovul,  alabaxta,  bildirçin,  çoban-
aldadan,  çöl  qartalı, kəklik,  qaratoyuqa rast  gəlmək olar. Əra-
zidə adları Azərbaycanm «Qırmızı Kitabı»na daxil edilmiş qar-
talkimilərin müxtəlif növləri diqqəti daha çox cəlb edir. 
AbĢeron Milli Parkı Respublika Prezidentinin 2005-ci il 
8  fevral  tarixli  Sərəncamı  ilə  Bakı  şəhərinin  Xəzər  bölgəsinin 
inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət 
Yasaqlığının  əsasında  yaradılmışdır.  Milli  Park  Abşeron 
yarımadasının cənub-şərq qurtaracağında - Şah Dili ərazisində 
yerləşir.  Parkın  yaradılmasında  başlıca  məqsəd  ətraf  mühitin 
mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə 
olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kə-
killi dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və başqaları) qoru-
nub  saxlanılması,  ekoturizmin  inkişaf  etdirilməsi,  turizm  və 
istirahət  zonalarının  yaradılması,  ekoloji  monitorinqin  həyata 
keçirilməsi  və  əhalinin  ekoloji  cəhətdən  maarifləndirilməsini 
təmin etməkdir. Burada torpaq örtüyü yaxşı inkişaf etməmişdir, 
ərazi əsasən dəniz sahili qumluqlarla örtülüdür. 
Parkda yarımsəhra və quru bozqırların mülayim isti iqlim 
növü hakimdir, bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli 
aşağıdır.  Dəniz  sahili  qum  bitkiləri,  cığlı-qamışlı  və  paz  otlu 
çəmənliklər,  birillik  şoran  otları  və  digərləri  yayılmışdır.  Efe-
merlər də erkən yazda nisbətən yaxşı inkişaf edir. 
Abşeron  Milli  Parkının  heyvanat  aləmi  çox  zəngindir. 
Onun  ərazisində  suda-quruda  yaşayanlardan  göl  qurbağası, 
yaşıl  quru  qurbağası,  sürünənlərdən  Aralıqdənizi  tısbağası, 
Xəzər tısbağası, Qafqaz kələzi, Xəzər qekkonu, koramal, uzun-
ayaq  Şneyder,  əlvan  kərtənkələcik,  cəld  kərtənkələcik,  xaltalı 
eyrenis, suilanı, gürzə və başqaları yaşayırlar. Quşlardan gümü-
şü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquy-
ruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ 
vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz boz-


 
240 
cası  və  digərləri,  məməli  heyvan  növlərindən  isə  ceyran,  ca-
navar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dov-
şan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar 
məskunlaşmışlar. 
Abşeron  Milli  Parkının  Xəzər  dənizi  ərazisində  xeyli 
miqdarda  Xəzər  suitisi  yayılmışdır.  Bu  növ  pərayaqlıların  ye-
ganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi 
«Ginnes»in rekordlar kitabına düşmüşdür. 
Abşeron  Milli  Parkının  yaradılması  həmin  ərazidə  nadir 
təbiət «inci»lərinin, Xəzər suitisinin, ceyranın, su-bataqlıq quş-
larının 
qorunub  saxlanılmasına  və  inkişafına  imkan 
yaradacaqdır. 
 ġirvan  Milli Parkı  Respublika Prezidentinin 2003-cü il 
05 iyul tarixli 1298 saylı Sərəncamı ilə Bakı şəhərinin Qaradağ
Salyan  və  Neftçala  bölgələrinin  inzibati  ərazilərinin  54373,5 
hektarında  yaradılmışdır.  Kür-Araz  ovalığının  cənub-şərqi 
Şirvan  düzənliyində  ümumi  ərazisi  65580  hektar  olan,  xüsusi 
mühafizə  olunan  təbiət  ərazisinin  54373,5  hektarında  Şirvan 
Milli Parkı 6232,0 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 
4930,0 hektarında Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. 
Milli  Parkın  yaradılmasında  əsas  məqsəd  yarımsəhra 
landşaftının  başlıca  əlamətlərini,  Azərbaycan  Respublikasının 
«Qırmızı kitabı»na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi 
olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi hə-
yata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və isti-
rahət  üçün  şərait  yaratmaqdır.  Parkın  ərazisində  relyefin  bitki 
və  torpaq  örtüyünün  müxtəlifliyi  burada  bir  sıra  təbii  landşaft 
sahələrini  ayırmağa  imkan  verir.  Ərazinin  əsas  hissəsini 
yovşanlı,  şoranotlu  yarımsəhra  xırda  təpəlikləri  və  şoranotlu 
yarımsəhra düzənliyi təşkil edir və qədim sahil tirələri, laqunlar 
müəyyən  sahələrdə  aydın  nəzərə  çarpır.  Külək  vasitəsilə  ya-
ranan əsas relyef  forması  - düyün təpəcikləri ceyranların  sığı-
nacağı və mühafizəsi üçün çox sərfəlidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə