226
meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax
bölgəsinin Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hek-
tar ərazisi qaldı. 2003-cü ildə qoruğun ərazisi genişləndirilərək
9658 hektara çatdırıldı. Qoruqda məşhur Qarayazı meşələrinin
təbii sahələri qorunur. Azərbaycanın düzən meşələrinin xeyli
hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr əvvəllər
uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və
Kürün hidroloji vəziyyətinin dəyişməsilə əlaqədar sahəsi azal-
mış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir. Kür-
ətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa böl-
gəsindəki Qarayazı meşələri sahəsində həyata keçirilməyə baş-
lanmışdır. Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca
onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissə-
sini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət
Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı-Tbilisi dəmir
yolu, cənubda Kür çayı ilə əhatələnmişdir. Qoruğun ərazisi
əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə
örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir.
Meşəsiz sahə əsasən qumluqlardan, su sahələrindən, bataq-
lıqlardan və s. ibarətdir.
Ərazidə qışı quraq keçən mülayim-isti yarımsəhra və
quru bozqır iqlim növü hakimdir. Bu iqlim növü qışın quraq və
mülayim, yayın isə quraq və isti keçməsi ilə fərqlənir. Havanın
orta illik temperaturu 12,2°-dir; yalnız yanvarın orta tem-
peraturu 00-dən aşağı (-0,10) düşür. İllik yağıntının miqdarı
400 mm olduğu halda, illik buxarlanma bundan 2,3 dəfə
artıqdır.
Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloji xüsusiy-
yətləri, Kür çayının təsiri, süxur suyunun səthə yaxın olması,
bitki örtüyünün müxtəlifliyi və digər xüsusiyyətləri burada
allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə və çə-
mən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratmışdır.
Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nə-
zərə çarpır. Çay yatağının sahili boyunca söyüd, böyürtkən, iy-
227
də, zirinc kimi kollar inkişaf etmişdir, onların əmələ gətirdiyi
kolluqların eni bir neçə metrə çatır. Sahildən uzaqlaşdıqda on-
ları tipik tuğay meşələri əvəz edir. Bu meşələr çoxyarusludur.
Birinci yarusu ağyarpaq qovaq, ikinci yarusu isə palıd, qı-
zılağac təşkil edir. Meşəaltı kollar, cavan ağaclar meşənin nis-
bətən seyrək yerlərində daha çox inkişaf etmişdir. Bunlar əsa-
sən ağyarpaq qovaq, palıd, yemişan, böyürtkən, amorf, söyüd,
qaramurdarça, iydə, göyəm və s. ibarətdir.
Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı me-
şələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ,
gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi,
süleysün və s. məməlilər məskunlaşmışdır.
Qoruq daimi yaşayan və köçəri quşlarla da zəngindir.
Onlar sıx meşələrdə və müxtəlif kolluqlarda daha çox məskən
salmışlar. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq,
ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qə-
dərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az
deyildir və həmişəsevilən bülbül də qorunur.
Suda-quruda yaşayanlardan göl və quru qurbağaları,
bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtən-
kələləri göstərmək olar.
Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və digər
balıqlar Kürün daimi sakinləridir.
Qoruğun əsas funksiyalarından biri də buradakı hey-
vanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün
əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.
Qızılağac Dövlət Təbiət Qoruğu Azərbaycanda köçəri
quşların daha çox məskunlaşdığı ərazi olub respublikanın cə-
nub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük
Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir.
Körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı bölgələrinin
bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Bunu
nəzərə alan Azərbaycan hökuməti öz Qərarı ilə Qızılağac
körfəzində 180 min ha sahədə 1926-cı ildə Ovçuluq Təsərrüfatı
228
Yasaqlığı elan edildi və burada hər cür ov qadağan olundu.
Sonra isə Azərbaycanın Qədim abidələrinin qorunması Ko-
mitəsinin təşəbbüsü ilə 1929-cu ildə həmin yasaqlıq dovlət qo-
ruğuna çevrildi. Hazırda qoruğun ərazisi 88360 ha-dır və
qoruqla birlikdə 10,7 min ha sahəsi olan Kiçik Qızılağac ya-
saqlığı da fəaliyyət göstərir.
Qızılağac Dövlət Təbiət Qoruğu Respublikamızda sa-
həsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur.
Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazi-
lərində quşları qorumaq, onların sayını artırmaq, onların məs-
kunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır.
Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildən
Beynəlxalq konvensiyanın ilk su-bataqlıq bölgəsinin biri kimi
qeydə alınmış, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi
təsdiq edilmişdir.
Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarım-
səhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq ke-
çən mülayim-isti iqlim növləri hakimdir. Bu iqlim növləri çox
az və zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti
keçməsi ilə səciyyələnir. Havanın orta illik temperaturu 14,4°-
dir, qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,2, ən
isti ayın orta temperaturu isə 25,5° olur.
Böyük Qızılağac körfəzi Xəzər dənizinin cənub-şərq
sahilində, Azərbaycanın cənub-şərq hissəsində yerləşir.
Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsilə
əlaqədar olaraq yarımadaya çevrilən Sara adası Böyük Qızıl-
ağac körfəzinin bir hissəsi ondan ayrılıb xüsusi ekoloji şəraitli
Kiçik Qızılağac körfəzini əmələ gətirmişdir. Quşların məs-
kunlaşması və balıq ehtiyatına görə bu körfəz Böyük Qızılağac
körfəzindən geri qalmır. Onun üçdə bir hissəsi qoruq, üçdə iki
hissəsi isə yasaqlıqdır.
Qoruğun ərazisində su, bataqlıq və quru ərazlərin ot və
kol bitkiləri vardır. Bunlar da quşlar üçün ən qiymətli yem ba-
zası, yuvalamaq və yaşamaq üçün əlverişli yerdir.
Dostları ilə paylaş: |