Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   78   79   80   81   82   83   84   85   ...   118

 
250 
“istixana qazları”nın qatılığı insan sivilizasiyası tarixində indiki 
qədər  yüksək  olmamışdır.  Təsdiq  edilmişdir  ki,  hazırda  dün-
yada bir gündə yandırılan neft, qaz, daş kömür və s. karbohid-
rogen  yanacağının  miqdarı  beş  min  il  müddətində  təbiətdə 
toplanmış yanacaq qədərdir. Yer səthinin, onun sularının istili-
yinin  artması, artıq  Arktika, Qrenlandiya və digər iri  dağ buz-
laqlarının  əriməsinə  səbəb  olub.  Təsdiqlənmişdir  ki,  son  bir 
əsrdə  Yer  atmosferinin  temperaturu  1
0
C-dən  çox,  okean 
sularının  temperaturu  isə  0,8
0
C  qədər  çoxalmışdır.  Elə  bu 
səbəbdən  də  dəniz  və  okean  sularının  səviyyəsi  qalxır,  çaylar 
tez-tez  daşır,  subasmalar,  fırtına,  tufan,  qasırğa,  leysan 
yağışları,  quraqlıq,  şiddətli  istilər,  meşə  yanğınları,  ərazilərin 
səhralaşması və s. təbii fəlakətlər baş verir. İnsan isə tam başqa 
mühitin məhsuludur. 
Hökümətlərarası  Ekspertlər  Qrupunun  rəyinə  görə 
yaşadığımız  əsrin  sonuna  qədər  okean  sularının  səviyyəsi  30-
45 santimetr qalxmalıdır. Bu isə, ilk növbədə böyük ərazilərin, 
bir sıra adaların, dünyanın iri sahil şəhərlərinin su altında qal-
ması kimi nəticələrə gətirib çıxara bilər. Qeyd edək ki, Abşeron 
yarımadası və Bakı şəhəri okean səviyyəsindən 25-26 metr aşa-
ğı olduğundan və bunun Azərbaycanın bütün Xəzər sahillərinə 
aid  olduğunu  yada  salsaq,  bu  çox  faciəli  bir  fəsadlar  yarada 
bilər.  Xəzərdə  su  səviyyəsinin  ayrı-ayrı  dövrlərdə  qalxaraq 
sahilləri basması artıq hər birimizə bəllidir. 
Quru  sahillərin  su  altında  qalması  bir  çox  fəsadları  ilə 
yanaşı ərzaq məhsulları qıtlığı da yarada bilir. 
Qlobal  iqlim  dəyişmələrinin  nəticələri,  xüsusən  onların 
sağlamlığa  təsiri  artıq  dünyanın  hər  yerində  çox  müxtəlif 
dərəcədə və şəkildə çılpaqlığı ilə görünməkdədir. 
Dünya Səhiyyə Təşkilatının Avropa bölgəsinə daxil olan 
53 ölkəsində apardığı tədqiqatlar göstərir ki, iqlim dəyişmələri-
nin  sağlamlığa  təsiri  anomal  yüksək  və  ya  aşağı  temperaturlu 
günlərdə,  habelə  sellər,  tufanlar  və  s.  zamanı  əhali  arasında 
xəstələnmələr çoxalır, bir çox xəstəliklərin sürəti artır. 


 
251 
İqlim dəyişmələri hazırda hər il 200 min vaxtsız ölümlərə 
səbəb olur. 2003-cü ilin iyun-sentyabr isti yay ayları müddətin-
də  12  Avropa  ölkəsində  70  mindən  artıq  gözlənilməyən  ölüm 
hadisəsi baş vermişdir. İqlimin istiləşməsi, eyni zamanda bir sı-
ra yoluxucu xəstəlik törədicilərinin artması ilə müşahidə olunur 
ki, bu da çoxsaylı fəsadlara gətirib çıxarır. 
Yer  kürəsində  istiləşmənin  nəticələri  olan  təbii 
fəlakətlərin iqtisadi nəticələrinə, sahil ərazilərini su basması ilə 
əlaqədar  evlərin  uçulub-dağılması,  içməli  su  qıtlığının  ya-
ranması, yolların, körpülərin və digər mühəndis qurğu və infra-
strukturların sıradan çıxması və s. ilə müşayət olunan əhalinin 
həyat şəraitinin pisləşməsi aid edilir. Azərbaycanda da son illər 
belə  təbii  hadisələr  çoxalmış,  ayrı-ayrı  şəxsi  təsərrüfatlara, 
dövlət  müəssisə  və  təşkilatlarına,  torpaqlarımıza,  yollara,  kör-
pülərə, şəxsi və dövlət tikililərinə xeyli zərər dəymişdir və pro-
ses get-gedə çoxalır. 
Ətraf  mühitin  mühafizəsi  və  sosial  problemlərlə  məşğul 
olan  beynəlxalq  təşkilatların  təhlillərindən  çıxan  əsas  nəticə 
ondan  ibarətdir  ki,  ətraf  mühitə  insan  fəaliyyətinin  təsirinə 
mütləq  hədd  olmalıdır.  Beynəlxalq  birliklərin  elmi  təhlilinə 
görə  qlobal  istiləşmənin  2
0
C-yə  çatması  arzu  olunmaz  sərhəd 
sayılmalıdır. Əgər, bu temperaturda XXI əsrin ortalarında 500 
milyon insan içməli su  qıtlığından əziyyət  çəkəcəksə, 3
0
  C-də 
bu rəqəm üç milyarda bərabər olacaqdır. 
Qlobal  istiləşmənin  “istixana  qəzaları”  ilə  birbaşa 
əlaqədar  olduğu  təqdirdə  həmin  qazların  yaşadığımız  əsrin 
ortalarına  iki  dəfəyə  qədər  azaldılması  2007-ci  ilin  sentyabr 
ayında 8 super-dövlətlərin – “səkkizlərin” samitində qərara alı-
nıb və 2009-cu ilin “səkkizlər” görüşündə yenidən təsdiqlənib. 
Artıq, problem inkişaf edərək, ekologiyadan iqtisadiyyata, istə-
nilən enerji növlərinə,  yeyinti məhsullarına, içməli suya və ən 
başlıcası  isə  insanın  “ölüm-dirim”  məsələsinə  gətirib  çıxar-
mışdır. 


 
252 
Hazırda  qlobal  istiləşmənin  qarşısının  alınması  və  əhali 
sağlamlığının  mühafizəsi  üçün  dünya  elmi  ictimaiyyəti 
tərəfindən  əsaslandırılaraq  bəyənilmiş  və  BMT-nin  iqlim 
dəyişmələri problemi üzrə sənədlərində yerinə yetirilməsi vacib 
sayılan tədbirlərin iki istiqaməti müəyyən olunmuşdur. 
Birincisi  yuxarıda  qeyd  edildiyi  kimi  “istixana  qaz-
ları”nın  miqdarı  XXI  əsrin  ortalarına  iki  dəfədən  çox  azaldıl-
masıdır. Bu mühüm tədbirin həyata keçirilməsinə Avropa ölkə-
lərində  olduqca  həssas  yanaşılır,  antropogen  tullantı  mən-
bələrinin  sayının  məhdudlaşdırılması  və  bu  sahədə  yeni 
texnologiyaların  tətbiq  edilməsini  sürətləndirirlər.  Burada  çox 
vacib məsələ alternativ enerji məsələsidir. Bu məsələ hələ XX 
əsrin ortalarında Az.SSR Ali Soveti Rəyasət Heyyətinin Sədri, 
görkəmli  dövlət  xadimi  və  görkəmli  alim-professor  Məmməd 
İsgəndərov  tərəfindən  qaldırılmışdır.  O,  Azərbaycan,  onun 
paytaxtı  Bakı  şəhərində  istifadəsi  mümkün  və  əlverişli  olan 
Günəş, külək, dağ çayları və dəniz suyu enerjisindən istifadəni 
təklif etməklə Azərbaycan ekologiyasına da bir töhvə olacağını 
söyləmişdir.  Belə  olan  təqdirdə,  müxtəlif  enerji  mənbələrinə 
münasib  yeni  texnologiyaların  işlənib  hazırlanması  və  tətbiqi, 
yanacaq  və  enerji  istehlakının,  o  cümlədən  yeni  yaşayış  və 
ictimai  binaların  tikilməsi  və  rekonstruksiyası,  enerjidən 
qənaətlə istifadə, yeni standartların tətbiqi, bu standartlara ciddi 
əməl  edilməsi,  tullantı  mənbələrində  “istixana  qazları”nın 
maksimum  utilizasiyasının  texnoloji  həlli,  iri  şəhərlərdə 
karbohidrogen  yanacaqları  ilə  işləyən  nəqliyyat  hərəkətlərinin 
məhdudlaşdırılması və s. tələb olunur.  
Digər vacib məsələ isə insanların dəyişən iqlim şəraitinə 
uyğunlaşmasına  nail  olunmasıdır.  Yəni,  əhalinin  yüksək  tem-
peratur şəraitinə adaptasiya qabiliyyətini  artırmaq və “istixana 
qazları”nın  atmosferə  atılmasına  qarşı  tədbirlərin  həyata 
keçirilməsi üçün vacib strategiyanın ortaya qoyulmasıdır. 
Bu strategiyaya uyğun olaraq hər bir dövlət, özünün mü-
vafiq  bölgələrində  çayların  daşmasına  və  içməli  su  qıtlığına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə