Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   79   80   81   82   83   84   85   86   ...   118

 
253 
qarşı  qabaqlayıcı  tədbirlər  görməlidirlər.  Buraya  çaykənarı  və 
dağ  yamacları  yerlərdə  meşələrin  salınması, daşqın  gözlənilən 
yerlərdə  çayların  sahili  boyu  müdafiə  hidrotexniki  qurğuların 
tikintisi,  quraqlığa  dözümlü  ağacların,  kolların,  bitkilərin 
əkilməsi, əlavə mühafizə meşə zolağının salınması, şəhərlərdə 
yaşıllıqların  artırılması,  böyük  qol-budaqlı  kölgə  yaradan 
ağaclara üstünlük verilməsi, xəstə insanların, uşaqların və yaşlı 
şəxslərin  sağlamlıq  vəziyyətinin  daim  nəzarətdə  saxlanılması 
və s. tədbirlər çox vacib hesab edilməlidir. 
Ekoloqlar  və  həkimlər  çox  isti  vaxtlarda  əhalinin 
sağlamlığının  qorunması  üçün  təklif  edirlər  ki,  evlərin  və 
otaqların  – xüsusən cənuba və cənub-qərbə baxan pəncərə pər-
dələrinin  bağlı  saxlanılması,  kondisionerlər  olduqda  onların  iş 
rejimlərinə  riayət  edilməsi,  günün  günorta  çağlarında  açıq  ha-
vada  olmaqdan  imtina,  belə  havalarda  gərgin  fiziki  və  əqli 
işlərdən,  gərgin  idmandan  imtina  etmək,  bədənin  sərin  və  yaş 
saxlanılması,  soyuq  suda  isladılmış  dəsmalla  bədənin  tez-tez 
silinməsi, çoxlu maye qəbul edilməsi, spirtli içkilərdən imtina, 
geyimin düzgün seçilməsi – yəni geniş, yüngül, açıq rəngli və 
təbii  mal-materiallardan  hazırlanan  paltarlardan  istifadə  daha 
məqsədə uyğundur.  Ürək-damar, tənəffüs sistemində patalogi-
yası olan xroniki xəstələrin, habelə başgicəllənmə, zəiflik, qıc-
olma  və  ağrılar  hiss  edən  şəxslərin  dərhal  təcili  tibbi  yardıma 
cəlb edilməsi vacib və zəruridir. 
Qeyd  edilmişdir  ki,  Azərbaycanda  davamlı  ekoloji 
siyasətin  formalaşdırılması,  ölkəmizdə  yaşıllığın  qorunması, 
artırılması,  bölgələrimizdə  əhalinin  təmiz  su  ilə  təmin 
olunması,  Bakı  şəhərinə  yeni  su  kəmərinin  –  Oğuz-Qəbələ 
kəmərinin  çəkilməsi,  səhiyyə  sistemində  dünya  standartlarına 
cavab  verə  bilən  yeni-yeni  tibbi  müəssisələrin  yaradılması, 
Fövqəladə  Hallar  Nazirliyinin  geniş  və  müasir  tipli  struktur 
şəbəkələrinin  yaradılması bu sahədə bir çox ölkələrə, xüsusən 
də MDB ölkələrinə bir örnəkdir. 


 
254 
Lakin, bütün bunlarla bərabər Azərbaycanda ekoloji mü-
hitin sağlamlaşdırılmasına, əhalimizin maarifləndirilməsinə, ic-
ra strukturlarının dövlət və hökümət göstərişlərinə düzgün əməl 
edilməsinə, iri şəhərlərdə – xüsusən də Bakı, Sumqayıt, Gəncə 
kimi  şəhərlərdə  tullantıların  təlabata  uyğun  idarə  edilməsinə, 
məsuliyyətlə yanaşılmasına çox böyük ehtiyac vardır. 
İnsan sağlamlığı günümüzdə qlobal istiləşmədən, ekoloji 
gərginliyin  yaranmasından  çox  əziyyət  çəkdiyindən  böyük, 
dünyəvi  problemə  çevrildiyindən,  bu  məsələ  ilə  bağlı  kiməsə 
güzəştə getmək ilk növbədə özümüzə, öz xalqımıza çox böyük 
zərərlər gətirər.       
 
 
 


 
255 
XIII FƏSĠL 
 
XƏZƏRƏ PĠSLĠK ETMƏYĠN, YAXġILIĞA ĠSƏ 
EHTĠYACI OLMAYACAQ 
 
13.1. Xəzər tarixindən məqamlar və onunla bağlı 
yaranan fövqəladə hallar 
 
Ümumilikdə,  Azərbaycan  təbii  fəlakətlər  baxımından 
dünyanın ən "zəngin" bölgələrindən biri sayılır. Bununla yanaşı 
respublikamızda  mürəkkəb  texnologiyaya  malik  çoxlu  neft 
emalı müəssisələrinin, güclü təsirli kimyəvi maddələr işlədilən 
zavod və fabriklərin olması texnogen mənşəli fövqəladə hallar 
mənbələrinin də çox olmasını göstərir. 
Dünya təcrübəsi götərir ki, istehsalat qəzalarının qarşısı-
nın  alınması  və  təbii  fəlakətlərin  vura  biləcəyi  ziyanın  azal-
dılması  məqsədi  ilə  əvvəlcədən  çəkilən  xərclər,  belə  halların 
nəticələrini  aradan  qaldırmaq  üçün  sərf  edilən  vəsaitdən  dəfə-
lərlə az olur. Bunun üçün nəinki, fəlakətlərdən sonra onun nəti-
cələrinin  aradan  qaldırılması  işlərini  təşkil  və  onlara  rəhbərlik 
edən,  həm  də  milli  proqram  əsasında  fəlakətlərlə  mübarizə 
dövlət siyasəti və fəaliyyətinin istiqamətlərindən birincisi kimi 
olmalıdır. 
Okeanlardan təcrid olunmuş, qapalı su hövzəsi olan Xə-
zər,  özünəməxsus  hidroloji  rejimə  malikdir.  Bu  rejim  dənizin 
müxtəlif  sahələrində  müxtəlifdir  və  onun  dərinliyindən,  dibin 
relyefindən,  çayların  axarından,  xeyli  dərəcədə  isə  iqlim  xü-
susiyyətlərindən  asılı  olsa  da,  ona  yaxın  fəza  cismlərinin  hə-
rəkət təsiri, onlarda gedən periodik dəyişikliklərdən də asılıdır. 
Minilliklər ərzində Xəzərdə suyun səviyyəsi daim dəyiş-
miş,  dəniz  gah  hücum  edib  sahilləri  basmış,  gah  da  geri  çə-
kilmiş, suyun səviyyəsi metrlərlə aşağı düşmüş, həcmi və sahil 
xətti heç vaxt sabit qalmamışdır. 


 
256 
Dəniz  sahillərindəki  bir  sıra  əlamətlər  və  abidələr,  tarix 
boyu suyun səviyyəsinin müntəzəm olaraq dəyişdiyinə şahidlik 
edir. 
Mütəxəsislər  qədim  dövr  ədiblərinin,  etnoqraflarının, 
səyahətçilərinin yazılı əsərlərindən, qədim xəritələrdən, arxeo-
loji  elmi  işlərdən  istifadə  etməklə  Xəzər  səviyyəsinin  1556-cı 
ildən 1830-cu illərədək olan dövrdə səth dəyişməsinin mənzə-
rəsini  tərtib  etmişlər.  Elə  1830-cu  ildən  də  mütəmadi  Bakı  li-
manında  Xəzər  səviyyəsinin  dəyişməsini  qeydə  almağa 
başlamışlar. 
Azərbaycanda və Xəzər ətrafı ölkələrin hamısında bir sıra 
təsərrüfat sahələrinin vəziyyəti dənizlə sıx bağlıdır, su səviyyə-
sinin  dəyişməsindən  bilavasitə  asılıdır.  Xəzər  akvatoriyasında 
inkişaf edən neft sənayesi, qaz sənayesi, neft məhsulları və di-
gər yüklər daşıyan, su nəqliyyatı, geniş balıqçılıq təsərrüfatları, 
Qaraboğazgöl körfəzində sulfat istehsalı, digər kimya sənayesi, 
habelə  Bakı  və  Sumqayıt  şəhər  təsərrüfatının  problemləri  Xə-
zərin səviyyəsindən çox ciddi olaraq asılıdır. 
Xəzər  səviyyəsinin  aşağı  düşməsi,  limanlara  yaxınlaşma 
yerlərinin dayazlaşmasına səbəb olmaqla, ümumiyyətlə gəmilə-
rin hərəkətini çətinləşdirir. Kür, Volqa, Ural çayları mənsəblə-
rində suyun gəmiçilik üçün tələb olunan dərinliyinin saxlanma-
sı,  Bakı,  Türkmənbaşı,  Mahaçqala və s. limanlarında  yanalma 
kanallarının  dərinləşdirilməsi  üçün  külli  miqdar  vəsait  tələb 
edir. Suyun səviyyəsinin aşağı düşməsi sahil elektrik stansiya-
larının da fəaliyyətinə mənfi təsir edir. 
1977-ci ildən bəşlayaraq, Xəzər səviyyəsinin 2,2 metrdən 
çox  qalxması  Respublikamızda  xalq  təsərrüfatı  üçün  bir  sıra 
neqativ hallar yaratdı. Lənkəran, Astara, Şimali Abşeron bölgə-
si,  Nabran  bölgəsi,  Qaradağ  bölgəsinin  Dənizkənarı  qəsəbəsi, 
Bakı  limanının  ayrı-ayrı  yerləri,  Sumqayıt  sahilləri  və  s.  çox 
böyük itkilərə məruz qaldı. 
Sənaye,  neft  və  məişət  tullantıları  ilə  çirkləndirilmiş  sa-
hələr isə Xəzər ekologiyasına böyük zərərlər vurdu. Nəzərə al-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə