Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   76   77   78   79   80   81   82   83   ...   118

 
244 
mışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət əra-
zisinin  27870,0  hektarında  Ordubad  Dövlət  Təbiət  Yasaqlığı 
yerləşir. 
Ordubad  Milli  Parkının  yaradılmasında  məqsəd  ərazidə 
ayrı-ayrı  komponentlərin  mühafizəsi,  ərazinin  özünəməxsus 
iqlim,  relyef  və  digər  fiziki-coğrafi  xüsusiyyətlərə  malik 
olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik 
növlərin  qorunub  saxlanması  ilə  yanaşı,  ərazi  üçün  səciyyəvi 
olan  fauna  növlərini  qoruyub  saxlamaq,  ekoloji  monitorinqi 
həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün 
əlverişli şərait yaratmaqdan ibarətdir. 
Orta  hündürlüyü  3200  metrə  çatan  Zəngəzur  silsiləsi 
Kiçik  Qafqazın  bütün  silsilələrindən  yüksəkdir.  Onun ən  yük-
sək  zirvəsi  olan  Gəmiqaya  Ordubad  Milli  Parkının  ərazisində 
olmaqla  3906  metrdir.  Eyni  zamanda  Kiçik  Qafqazın  Azər-
baycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur 
silsiləsinin  sonuncu,  üçüncü  hissəsi  Soyuq  dağdır  ki,  o  da 
Ordubad Milli Parkının ərazisinə aiddir. Soyuq dağ 2000-3000 
metr mütləq yüksəklik arasında tərəddüd edir. Bu hissə 12 km-
lik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır. 
Burada  uçurumlu  yamaclar,  dar  su  ayrıcları  var.  Aşınmış  sü-
xurlar çox geniş yayılmışdır. Soyuq dağda qədim buzlaq relyefi 
azalır  və  relyeflərin  alçalması  ilə  əlaqədar  olaraq  yox  dərəcə-
sinə çatır. Ordubad Milli Parkının ərazisinin çox hissəsi dağlıq-
dır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar 
ayında 3-10
0
-dək, iyulda 10-25
0
-dir. İllik yağıntı 300-800 mm-
dir.  Bölgənin  su  şəbəkəsi  Gilançay,  Vənənçay,  Ordubad  çay-
larıdır.  İranla  sərhədboyu  Araz  çayı  axır.  Ərazinin  torpaq  ör-
tüyü  müxtəlifdir.  Əsasən  boz-çəmən,  allüvial-çəmən,  dağ-me-
şə, çimli, dağ-çəmən torpaqlar yayılmışdır. Ordubad Milli Par-
kının su şəbəkəsini əsasən ərazidən axan çaylar təşkil edir. Or-
dubad bölgəsinin ərazisində çay şəbəkəsi bərabər inkişaf etmə-
mişdir.  Ərazidən  axan  çaylardan  Gilançay,  Düylünçay,  Və-
nəndçay, Kotamçay, Kilitçay öz mənbələrini bulaqlardan, yağış 


 
245 
və qar sularından alırlar. Başlanğıcını Göy-göldən götürən Sa-
ğarsu çayı Gilançaya tökülür. 
Naxçıvan  Muxtar  Respublikası  ərazisində  suda-quruda 
yaşayanların 6 növü mövcuddur. Bunlardan Suriya sarımsaqiy-
li  qurbağası,  yaşıl  qurbağa,  adi  ağac  qurbağası,  qısaayaq  qur-
bağa,  göl  qurbağası,  Zaqafqaziya  qurbağası  və  Kiçik  Asiya 
qurbağası  yayılmışdır.  6  növ  suda-quruda  yaşayanların  4 
növünə  Ordubad  Milli  Parkının  ərazisində  rast  gəlmək  müm-
kündür.  Bunlar  Suriya  sarımsaqiyli  qurbağası,  yaşıl  qurbağa, 
kiçik  ağac qurbağası,  qısaayaq  göl  qurbağasıdır.  Suriya sarım-
saqiyli qurbağasının nəsli kəsilmək təhlükəsi olduğundan Azər-
baycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmişdir. 
Naxçıvan  Muxtar  Respublikası  ərazisində  38  növ  və 
yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 
növ  və  yarımnöv  ilanlara  rast  gəlmək  olar.  Xəzər  tısbağası, 
Aralıq  dənizi  tısbağası,  yovşanlıq  girdaban  kərtənkələsi,  kiçik 
Asiya  gürzəsi,  kiçik  Asiya  kərtənkələsi,  Zaqafqaziya  təlxəyi, 
ox ilanı qorunduğu üçün «Qırmızı Kitab»a salınmışdır. 
Naxçıvan Muxtar Respublikası öz quş faunasının zəngin-
liyinə görə Azərbaycan Respublikasında özünə məxsus yer tu-
tur.  Ərazidə  217  növ  və  yarımnöv  quşa  rast  gəlinir  ki,  bun-
lardan  15  növü  Avropa  tüvüyü,  çəhrayı  qutan,  qıvrımlələk 
qutan,  ərsindimdik,  ağquyruq  dəniz  qartalı,  berqut,  toğ-
lugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək və 
başqaları «Qırmızı Kitab»a daxil edilmişdir. 
Naxçıvan  Muxtar  Respublikasında  62-yə  qədər  məməli 
heyvan növünə və ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 
növ  və  ya  yarımnövə  Ordubad  Milli  Parkının  və  Ordubad 
Dövlət  Təbiət  Yasaqlığının  ərazisində  rast  gəlinir.  Bunlardan 
Blazilius  və  ya Aralıq dənizi  nalburunu, cənub nalburunu, adi 
uzunqanadlı,  oxlu  kirpi,  kəsəyən  dağ  siçancığı,  bəbir,  çöl 
pişiyi, manul pişiyi, qonur ayı, Qafqaz bezoar keçisi, dağ qoyu-
nu və digərləri ərazidə məskunlaşmışdır. 


 
246 
Naxçıvan  Muxtar  Respublikası  ərazisində  12  növ  yırtıcı 
heyvan vardır. Bunlardan Milli Parkın ərazisində canavar, çaq-
qal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi 
və digərlərinə rast gəlmək mümkündür. 
Azərbaycan  sularında  100-ə  yaxın  balıq  növü  yaşayır. 
Bunlardan Naxçıvan sularında 16 növ balığın olması müəyyən 
edilmişdir.  Bunlardan  Kür  altağızı,  Kür  qumlaqçası,  Araz 
xramuliyası, Kür şirbiti, ilişkən, çəki, qızılxallı balıq, zərdəbər, 
Qafqaz  gümüşcəsi  və  digərlərini  qeyd  etmək  olar.  Göstərilən 
balıqlardan yalnız «Qızılxallı» balıq Azərbaycanın «Qırmızı ki-
tab»ına düşmüşdür. Qızıl xallı balıq əsasən Milli Parkın ərazi-
sində olan Çalğarsu Əyriçay və Paraqaçayda geniş yayılmışdır. 
Ordubad  Milli  Parkının  və  Ordubad  Dövlət  Təbiət  Ya-
saqlığının ərazisi ali və nadir bitkilərə  görə də zəngindir.  Belə 
ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bit-
kidən 77 növü Milli Parkın və Yasaqlığın ərazisində mövcud-
dur. Bunlardan çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, 
zərif  süsən,  Qrossheym  süsəni,  Gözəl  qayışləçək,  Mişşenko 
zümrüdçiçəyi və digər 77 növ ali və nadir bitkinin əksəriyyəti 
«Qırmızı Kitab»a düşmüşdür. 
Ordubad  Milli  Parkının  və  Ordubad  Dövlət  Təbiət  Ya-
saqlığının  ərazisi  fauna  və  floranın  zənginliyi  ilə  yanaşı,  həm 
də təbii və tarixi abidələr diyandır. 
ġahdağ  Milli  Parkı Azərbaycan Respublikası Preziden-
tinin  2006-cı  il  08  dekabr  tarixli  1814  nömrəli  Sərəncamı  ilə 
yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, 
bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət qoruqları 21014 ha, 
Quba,  Qusar,  İsmayıllı,  Qəbələ,  Oğuz  və  Şamaxı  bölgələrinin 
inzibati  ərazilərində  olan  dövlət  meşə  fondu  torpaqları  81797 
ha və həmin bölgələrin hüdudlarındakı yüksəkliklərdə yerləşən 
və istifadəsiz yaylaqlar 13084 təşkil edir. 
Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu say-
da endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd kö-
çəri  heyvanlar  da  daxil  olmaqla  qlobal  əhəmiyyətli  dağ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə