223
Şirvan Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bit-
ki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii land-
şaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini
yovşanlı yarımsəhra xırda təpəlikləri, şoranotlu yarımsəhra xır-
da təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Hər
bir təbii landşaft sahələrinin ceyranlar üçün xüsusi əhəmiyyəti
vardır.
Müxtəlif dövrlərdə qoruğun ərazisi bir neçə dəfə Xəzərin
suları altında qalmışdır. Xəzərin səviyyəsinin azalması ilə
əlaqədar ərazi dəniz, qismən sel və allüvial çöküntülər nə-
ticəsində quruya çevrilmişdir. Ərazi dəniz səviyyəsindən aşa-
ğıda yerləşir. Burada mikrorelyef yaxşı nəzərə çarpır. Külək
vasitəsilə yaranan dyun təpəciklərinin hündürlüyü 0,5-1,2 m-ə
qədərdir və onlar ceyranların mühafizəsi və sığınacağı üçün
çox sərfəlidir.
Qoruq ərazisində əsasən boz, boz-çəmən və çəmən-ba-
taqlıq torpaqları və qumluqlar yayılmışdır.
Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və qu-
ru bozqır iqlim növü hakimdir. Bu iqlim növü az və ya zəif
nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsilə
səciyyələnir. Qoruq ərazisi yarımsəhra zonasında, düzənlik əra-
zidə yerləşdiyindən burada çay və bulaq yoxdur. Qoruğun əra-
zisindən bir neçə kollektorlar keçir. Onların vasitəsilə qoruqda
olan Çala gölü su ilə təmin olunur. Xəzərin, kanalların suyu
qışda donmur, bu da ceyran və quşlar üçün çox əhəmiyyətlidir.
Bəndovan Dövlət Yasaqlığının və Şirvan Dövlət Təbiət
Qoruğunun ərazilərində yerləşən Çala gölünün sahəsi 100 hek-
tardan çoxdur və onun dərinliyi 0,3-1,0 m çatır. Göldə qamış
və digər su bitkiləri yaxşı inkişaf etmişlər. Gölün köçəri su-ba-
taqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır.
Qoruğun ərazisində əsasən yovşanlı yarımsəhra, şoranot-
lu yarımsəhra, yovşan-şoranotlu yarımsəhra, qismən də səhra,
çəmən-çala və qumluq bitkiləri yayılmışdır.
224
Şirvan Dövlət Təbiət Qoruğu yarımsəhra bölgədə yerləş-
sə də, heyvanlar aləmi çox zəngindir. Burada xeyli miqdarda
məməlilər, sürünənlər və suda-quruda yaşayanlar yaşayırlar.
Qoruqda ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər su-
itisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar məskun-
laşmışlar. Ərazidə oturaq və köçəri quşlar daha çoxdur. Quş
növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz,
Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük
ağ vağ, kiçik ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, en-
liburun ördək və s. məskən salmışdır. Qoruqda Azərbaycan
Respublikasının "Qırmızı Kitabı" na düşmüş çəhrayı qutan,
qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızıl-
qaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri quşlar
mühafizə olunur.
Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökuməti-
nin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan bölgəsi ərazisin-
də yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngi-
lan bölgəsi ərazisində Bəsitçay dərəsində yerləşir və onun
ərazisinin landşaft sahəsi, xüsusilə nadir təbii çinar meşəliyini
qorumaq məqsədilə təşkil edilmişdir. Qoruğun adı dərəsində
yerləşdiyi çayın adı ilə eynidir. Bəsitçay respublika qoruq-
larının ən kiçiyidir. Onun sahəsi 107 hektardır. Meşə ilə örtülü
sahənin əsas ağac cinsi şərq çinarıdır. Lakin bunlar arasında
müxtəliflik də mövcuddur.
Ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündür-
lüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan,
sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çö-
küntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik
uzanır. Dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.
Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə
aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik tem-
peraturu 13 dərəcədir. İllik yağıntının miqdarı 600 mm-dir.
Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı
üçün çox əlverişlidir.
225
Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən
allüvial-meşə torpaqları yayılıb və çay dərələrinin yamac-
larında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları
inkişaf etmişdir. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf
etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Daşlı-
çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur.
Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa
tələbkar deyil, lakin çinar meşələri gillicəli, yaxşı su fiziki-
kimyəvi xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa
və bonitetə malikdir.
Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun
yalnız bir növü-şərq çinarı inkişaf edib. Şərq çinarının çox-
sahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki ol-
masını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı
Azərbaycanın "Qırmızı Kitabı"na salınmışdır.
Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar
meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçaym də-
rəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar me-
şəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, sö-
yüd, qovaq, və s. ağac - yemişan, itburnu, murdarça, qaratikan,
və s. kollar inkişaf edib. Qoruqdakı çinar ağaclarının orta yaşı
165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.
Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl
donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s. mə-
məlilərə - kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbay-
can təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması
və artırılması üçün diqqətə layiq tədbirdir. Hazırda qoruq er-
məni işğalı altındadır və bu təbiət incisinin kökü tam kəsilmək
üzrədir.
Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan höku-
mətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax bölgəsi
ərazisində - Ağstafa meşə təsərrüfatının Kür ətrafı meşələrində
6000 hektara yaxın ərazidə yaradılmışdır. Lakin, sonra qoruğun
Dostları ilə paylaş: |