Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   63   64   65   66   67   68   69   70   ...   118

 
205 
çirklənməsi  beynəlxalq  aləmdə  qəbul  edilmiş  normalardan 
xeyli yuxarıdır. 
Aran bölgələrimizdə təbii şorluluq, yaxud insan fəaliyyəti 
ilə  bağlı  şoranlaşmanı  da  nəzərə  alsaq,  torpaqlarımızın  hansı 
vəziyyətdə  olması  aydınlaşar.  Burada  bir  amili  də  yaddan  çı-
xarmaq olmaz ki, aran bölgələrimizdə, xüsusən Kür-Araz ova-
lığında  və  Abşeronda  Xəzər  gölünün  suyunun  səviyyəsi  qalx-
dıqca  həmin  yerlərdə  də  qrunt  sularının  səviyyəsi  də  uyğun 
olaraq qalxır. 
Beləliklə, adları çəkilən bölgələrdə qrunt suları torpaqlar-
da duzlaşmanı artırır, şirin lay suların korlayır, bitkiləri, bağları 
məhv edir. Odur ki, aran bölgələrimizdə su, torpaq və bitki alə-
mi  ilə  bağlı  işlərimizdə  çox  həssas  və  tələbkar  mövqedə 
olmalıyıq. 
Xəzər  gölü  ilə  bağlı  problemlər  Xaçmazdan  tutmuş 
(Bakı-Abşeron  da  daxil  olmaq  şərti  ilə)  Astaraya  qədər  bütöv 
bir zolağı əhatə edir. 
Torpaqlarımızın çirklənməsi bir sıra amillərlə də bağlıdır. 
Bunlardan  ən  vacibi  neft  və  neft  məhsulları  ilə  çirklən-
mədir. Abşeron, Salyan, Neftçala, Şirvan, Siyəzən və ən nəha-
yət  dəniz  neft  mədənlərinin  çirkləndirdiyi  dəniz  sahillərimiz 
belə ərazilərdəndir. Adları çəkilən  yerlərdə elə torpaq sahələri 
var ki, onlar həqiqətən ən ölü torpaqlara çevrilmişdir. Belə ki, 
torpaqların neft məhsulları ilə çirklənməsi həmin ərazilərdə or-
ta  hesabla  normadan  50-70  dəfə  çoxdur.  Abşeronun  bəzi  yer-
lərində  -  Sabunçuda  bu  rəqəm  140,  "Əzizbəyovneft"  də  130 
dəfəyə çatmışdır. 
Sənaye şəhərlərimiz olan Bakı, Sumqayıt, Şirvan, Mingə-
çevir, Lənkəran, Gəncə və s. şəhərlərimiz isə başqa bir "xəstə-
lik"  -  sənaye  və  məişət  tullantıları  ilə  “xəstələnib”.  Tamamilə 
zərərli maddələrdən ibarət olan bu tullantılar heç bir emal üzü 
görmədən şəhərlərimizin  ətrafına səpələnir. Bu cür zərərli tul-
lantılar  nəinki  torpaqlarımızı  korlayır,  hətta  ümumilikdə  Res-
publika  ekologiyasını  daha  da  gərginləşdirir.  Adları  çəkilən 


 
206 
sənaye şəhərlərinin hər  bir sakini şəhərin ətrafına çıxdıqda bu 
səhnənin şahidi ola bilər. 
Təəssüflər olsun ki, Bakı və Sumqayıtda, xüsusən Bakıda 
yaşayan və bu işlərə məsul olan vətəndaşlarımız bütün bunların 
canlı  şahidi  olduğu  halda  hələ  ki,  heç  bir  əməli  tədbirə  əl 
atmırlar.  Unutmaq  olmaz  ki,  evlərimizə  və  bağlarımıza  daş 
çəpər çəkməklə təmiz hava udmaq, təmiz su içmək və ümumən 
ekoloji zərərlərdən yaxa qurtarmaq mümkün deyildir.  
 
 
12.5. Laçının özü və təbiəti vəhĢiliklə talan edilir 
 
XIX əsrin ortaları insana məlum olub ki, cəmiyyət və tə-
biətin qarşılıqlı təsiri - bir sistemin iki tərəfidir. Bu sistemin in-
kişafının  mənbəyi  ziddiyyətdir,  tərəflər  arasında  daimi  müba-
rizədir. 
Təbiət  həmişə  ictimai  həyatın  zəruri  maddi  əsası  olmuş 
və bundan sonra da zəruri maddi əsas olaraq qalacaqdır. 
Laçın bölgəsi isə ən qədim dövrlərdən insan üçün lazım 
olan maddiatla dünyada öz yeri olan ən zəngin Azərbaycan tor-
paqlarındandır. 
Alimlərin  məlumatına  görə  hətta  yaşadığımız  dövrün 
özündə  belə,  Böyük  və  Kiçik  Qafqaza  xas  olan  600  bitki  nö-
vündən 540-ı Laçın bölgəsində təbii olaraq bitir. Bu xüsusiyyət 
dünyanın  başqa  bölgələri  ilə  müqayisədə  ölçüyə  gəlməz  də-
rəcədə Laçının xeyrinədir. 
Bölgədə  il  boyu  zirvəsi  qarlı  dağlar,  könül  açan  sərin 
yaylaqlar,  zəngin  və  nadir  meşəliklər,  suvarma  və  enerji  əhə-
miyyətli çaylar, min bir dərdin dərmanı olan isti su, turş su və 
Laçında  adi  sayılan  bulaqlar  və  heyvanlar  aləmi  çox  zəngin 
olmuş bir yerdir. 
Belə füsunkar təbiəti saxlamaq üçün Laçında tarixən ya-
saqlıqlar olmuşdur. Bu yasaqlıqlar Türkün Tanrıçılıq dövründə 
bütün  dövrlərdən  üstün  olmuşdur.  Çünki,  Tanrıçılığın  ən  baş-


 
207 
lıca  meyarı,  dini-mənəvi  dəyəri  insanın  təbiətə  müdaxiləsinin 
qadağan  olması  idi.  Tanrıçılıq  hesab  edirdi  ki,  Yer  üzündə  nə 
varsa o, tək tanrı tərəfindən yaradılıb, lazım bilib yaradıb, özü-
nün  yaratdığı  canlıları  üçün  yaradıb,  bu  təbiət  insanından  ya-
xud digər canlılarından asılı olmayaraq bütün canlılara yaradıb. 
Odur ki, təbiətə əl vurma qadağa idi, insan ondan ancaq öz eh-
tiyacı  qədərinə  əl  vura  bilərdi,  korlaya  bilməzdi,  artıq  götürə 
bilməzdi.  Qədim  Türklər  təbiətə  də  canlı  bir  aləm  kimi  baxır, 
Tanrının  olduğunu  bilir  və  təbiətə  toxunmağı  günah  sanırdı. 
Sonrakı dini-inanclarda bu prinsip tədricən unudulsada, Laçında 
xüsusi  meşə,  topaq,  bulaq  sahibləri  də  öz  şəxsi  təminatı  ba-
xımından onu qorumuşdur. İnsan təbiətdən daha çox onun ye-
tirdiklərini  istəyən  dövrlərdə  isə  cəmiyyətlər,  dövlətlər  müəy-
yən qadağalar tətbiq etmişdir ki, bu qadağalar, qoruqlar bütün 
dövrlərdə  təbiətinin  zənginliyi  nəzərə  alınaraq  Laçın  böl-
gəsində  də  tətbiq  edilmişdir.  XX  əsrin  əvvəllərinə  kimi  Laçın 
bölgəsi zəngin yaylaqları ilə yanaşı, həm də zəngin meşələri ilə 
də məşhur idi. 
Ümumilikdə  Azərbaycan  meşələri  birinci  qrup  meşələrə 
aid olub, əsasən torpaqqoruyucu, suqoruyucu, hava təmizləyici, 
suyaradıcı,  quş  və  heyvanatın  çoxluğunu  təmin  edən,  torpaq 
sürüşmələrinin  qarşısını  alan,  qida  mənbəyi,  maddi  nemətlər 
yaradan,  ekoloji  təbii  tarazlığın  təminatçısı  funksiyalarını 
daşıyır. Laçında oraya daxil olmaqla Azərbaycanın ərazisi bitki 
müxtəlifliyi  ilə  zəngin  olub,  4300  növə  yaxın  ali,  sporlu  və 
çiçəkli bitkilərdən ibarət olub, onlardan 350-dən çoxu endemik 
və  relikt  bitkilərdir.  Onların  isə  400  növünün  nəsli  kəsilmək 
üzrədir və 140 növü isə Azərbaycanın "Qırmızı kitabı" na daxil 
edilmişdir.  Laçın  Kiçik  Qafqaz  sayılır  və  burada  dağların 
yamacları  əsasən  enliyarpaqlı,  ara-sıra  iynəyarpaqlı  meşələrlə 
örtülmüşdür  və  burada  meşələrin  yayılmasında  müəyyən  bir 
qanunauyğunluq mövcud olmuşdur. Laçının dağ yamaclarında 
əsasən qırmızı (qızıl) palıd, vələs (ulas), göyrüş, şam, akasiya, 
qovaq,  söyüd,  dəmirqara,  üvəs,  ağcaqayın,  cökə,  yemişan, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə