Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   58   59   60   61   62   63   64   65   ...   118

 
190 
bilirdi.  İndi  demək  olar  ki,  bundan  bir  növ  məhrum  olmuşuq. 
Meşələr  həm  də  hündürlüklərdə,  dağların  özündə  sürüşmə  və 
qar  uçqunlarını  azaltmağa  qadirdir.  Mütəxəsislərimiz  də 
təsdiqləyərlərki  Azərbaycan  meşələri  1-ci  qrup  meşələrə  aid 
olmaqla  torpaqqoruyucu  su,  sutəmizləyici,  rekreasiya  işlərinin 
daşıyıcısı olmuşdur. Çox qədimlərdən Azərbaycan ərazisi bitki, 
meşə müxtəlifliyi ilə zəngin bir ölkə olmuşdur. İndinin özündə 
də  Azərbaycanda  4300  növə  qədər  ali,  çiçəkli,  sporlu  bitki 
növləri qeydə alınmaqla-onlardan 350-yə qədəri endemik-relikt 
olub,  400  növ  bitkilərin  də  meşələrimiz  kimi  nəsli-kökü 
kəsilmək üzrədir. 
Akademik  B.Ç,Hacıyevin  tədqiqatlarına  görə  dahi  şai-
rimiz  Nizaminin  yaşadığı  vaxtlarda  Gəncə  şəhərində  şərqə  və 
qərbə  doğru  80  km-dən  çox  Eldar  Şamı  olan  meşə  zolağı 
xüsusi qayğı ilə bəslənir və qorunurdu. Kür çayının hər iki sa-
hili  indi  yalnız  adı  qalmış  Tuğay  meşələri  ilə  tam  örtülü  idi. 
Azərbaycanın  1400-1600  metirlik  hündürlüklərində  Şərq 
palıdı,  tozağacı,  trautvettera ağcaqayını, Şərq fısdığı  daha  çox 
idi.  Təəssüf  ki,  insanın düşünülməmiş  fəaliyyəti  nəticəsidə  bu 
meşələr  məhv  olmuş,  buda  öz  növbəsində  digər  fövqəladə 
fəsadlar yaratmışdır. 
İnsan həyatı və fəaliyyətində meşə çox əhəmiyyətli olub, 
sanitar-gigyenik, qoruyucu-hidroloji, ağac emalı, estetik mühit, 
ovçuluq,  meyvəçilik,  arıçılıq,  dərman  xammalı  və  hətta 
göbələk xammalı üçün münbit mühit yaradandır. Alimlər hesab 
edirlər ki, fısdıq ağacı ilkin insanlığın meyvə və qidalı kökləri 
əldə etməkdə istifadə etdiyi ilk qida mənbələrindən biri olmuş-
dur. Dəyənək, kötək, ağac, ucluqlar, kaman və s. ilkin insanlara 
yırtıcılardan  qorunma  imkanı,  ovçuluqla  məşğul  olma  im-
kanları yaratmaqla meşə insanlara ilk alətlər yaratmağa kömək 
etmiş, onun mövcudluğu amillərindən biri olmuşdur. 
Heçdə təsadüfi olmayan təbiəti mühafizə obyektlərindən 
1-cisi meşə olmaqla, o insan həyatında, bütövlükdə planetimi-
zin  həyatında  əhəmiyyəti  böyük  olub,  ətraf  mühitə  böyük 


 
191 
təsirinə görə qiymətləndirilir. Alimlərin tədqiqatlarına görə Yer 
kürəsinin bütöv bitki örtüyü 141 milyard 100 milyon ton çəki-
sindədir.  Bitki  örtüyü  fotosintez  nəticəsində  150  milyon  ton 
karbon qazı udur və 400 milyard ton oksigen qazı xaric edir ki, 
onunda  70%-i  meşələrin  payına  düşür.  Bir  ağac  yarpaqları 
səthinin 25%-i bir insana sutka ərzində lazım olan oksigeni "is-
tehsal" edir. Hər bir insan ildə 9 ton oksigen istifadə edir bir av-
tomobil  isə  1000  km  yolda  bir  adamın  oksigenə  olan  illik 
tələbatını sərf edir. 
Meşə  həmçinin  özünün  tutduğu  sahədən  dəfələrlə  çox 
geniş sahəni əhatə edən çətir səthinin hesabına onu tozdan, zə-
rərli  qaz  və  mikroblardan  təmizləyir.  Çətir  sahəsi  150  kvad-
ratmetr olan fısdıq ağacının arsenalında 800 min yarpaq olur, bir 
hektar  sahədə  fısdıq  ağacının  torpaq  səthi  isə  15  hektar  təşkil 
edir,  yaxud  meşənin  hər bir  hektarı  18  milyon  kubmetr havanı 
zərərli  qazlardan,  tozdan  və  bir  çox  mikroblardan  təmizləyir. 
Bu məsələ böyük şəhərlərdə, xüsusən Bakı kimi sənaye, tikinti 
aparılan  şəhərlərdə  hər  bir  kvadrat  klometr  sahəyə  onun 
atmosferindən  500  ton-dan  çox  toz  və  his  çökür.  Əgər  şəhər 
ağacla, yaşıl cücərtilərlə elmi əsaslarla zəngin olursa bu toz və 
hisi, onların tərkibində olan digər xəstəliklər törədə bilən mik-
robları sanitar-gigiyenik məqsədlərlə neytrallaşdırmaq olar. Nə-
zərə alsaq ki, Bakı və Sumqayıtın səmasından təxminən 4 milyon 
insanın başına il ərzində təxminən 260 min ton zərərli his və toz 
tökülür.  O,  zaman  məsələnin  hansı  dərəcədə  ciddi  olduğunu 
anlayarıq. Əsl həqiqətdə isə bunu anlayırıqmı, yaxud anlasaqda 
əməl edirikmi? Bakı və Sumqayıt kimi şəhərlərdə, deyilən şərait-
də yaşıl ağaclıqların başlıca əhəmiyyəti insanı və onun yaşayış ye-
rini  günəşin  yandırıcı  şüalarından  qorumaq,  havanın  rütubətini 
tənzimləmək,  küləyin  sürətini  azaltmaq,  udduğumuz  havanın 
toz,  his,  tüstü  və  digər  zərərli  mikroorqanizmlərdən  mühafizə 
etməyin ən vacib amilidir. 
Elmi surətdə müəyyən etmişlər ki, ancaq sanitar normala-
ra uyğun olaraq şəhər əhalisinin hər bir nəfərinə ümumi istifadə 


 
192 
üçün  ən  azı  25  kvadratmetr  meşəlik  düşməlidir.  Gəlin  görək 
Paytaxtımız  Bakıda  deyilənə  əməl  olunurmu?  Dediklərimizlə 
yanaşı,  meşə  və  yaşıllıq  havanı  oksigenlə  zənginləşdirir,  onun 
nəmliyini  tənzimləyir,  atmosferi  qeyd  etdiyimiz  toz  və  hisdən 
təmizləməklə yanaşı meşə zərərli mikroorqanizmləri məhv edən 
fitonsizləridir  özündən  xaric  etmə  qabiliyyətinə  malikdir.  Belə 
ki, evkalipt ağacı yarpaqları üzərinə su damcısı ilə salınmış bak-
teriya  4,  qovaq  və  toz  ağacı  yarpaqları  üzərində  isə  3  saatdan 
sonra  məhv  olur.  Yaşayış  otaqlarında  qoyulmuş  tuya  budaqları 
havadakı  mikrobların  əksəriyyətini  (2/3)  qısa  müddətdə  azalda 
bilir. Hətta, təzəcə qopardılaraq otağa gətirilən ağ Şam ağacının 
budaqları  otağın  havasında  olan  mikrobları  10  dəfə  aşağı  salır. 
Odur ki, hər kəs, heç olmazsa öz sağlamlığı naminə evlərdə də 
olsa yaşıl gül-çiçək becərsə heç də pis olmaz. Dədə-babalanmız 
palıd yarpaqlarından dizenteziya və qarın yatalağı törədicilərini 
məhv  etmək  üçün  ondan  dərman bitkisi  kimi istifadə  etmişlər. 
Ardıc  meşələrinin  hər  bir  hektarı  24  saat  müddətində  30  kq 
fitonsit  uçucu  üzvü  maddəsinin  hasil  edirik,  həmin  miqdarla 
böyük  bir  şəhərin,  böyük  bir  sahəsinin  havasını  deyilənlərdən 
xilas etmək olar. 
Azərbaycanda  adambaşına  düşən  meşə  sahələri  çox  az 
olsa da, mövcud ağac növləri insan sağlamlığı üçün çox dəyər-
lidir. Hətta oksigendən istifadə  edən qoz ağacı fitonsiz keyfiy-
yətlidir. Bildiyimiz kimi yaşıl bitkilərsiz heç bir ölkə və müali-
cəxana da təsəvvür etmək mümkün deyil. Azərbaycan belə bir 
diyardır ki, burada kurort, müalicəxana və turist şəbəkəsini ge-
nişləndirməyə  böyük  imkanlar  vardır.  Bunun  üçün  münasib 
yerlərdə və sahələrdə elmə əsaslanan müxtəlif ağac və bitki ör-
tüyü yaratmaqla ölkənin hər bir guşəsində lazımi ekoloji mühit 
yaratmaqla  yanaşı  lazımi  qədərdə  iş  yeri  açmaq  olar  ki,  hansı 
ki,  Azərbaycanın  buna  böyük  ehtiyacı  vardır.  Digər  yanaş-
madan, meşələr nəinki insanların istirahət yeridir, onlar həm də 
sanatoriya-kurort  zonalarında  əlverişli  iqlim  rejimi  yaradırlar. 
Qeyd edək ki, meşələrin insan üçün sanitar-gigiyenik və estetik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə