186
və çöküntülü şəffaflandırıcıdır birinci pillə təmas süzgəclərlə
əvəz edilirsə, suyun təmizlənməsini yüksək keyfiyyətlə apar-
maq, koaqulyantın sərfini 80 faiz azaltmaq,
Ceyranbatan təmiz-
ləmə stansiyasının məhsuldarlığını saniyədə 5,5 kubmetrə qə-
dər artırmaq mümkün olar. Lakin, Bakı şəhərində içməli suyun
çatışmamasını ııəzərə alaraq, sutəmizləmə qurğuları hətta çay
sularının yüksək bulanlığında da işlətmə məcburiyyəti olur.
Bunun nəticəsində də əhaliyə verilən suyun
həm keyfiyyətcə və
həm də kəmiyyətcə aşağı düşməsinə səbəb olur.
Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasındakı
yaşayış məntəqələrini içməli su ilə təmin edən Ceyranbatan su
anbarının və Samur-Abşeron kanalı kompleksinin sanitar-mü-
hafizə zonasının yox dərəcəsində olmasının bir səbəbi də Qu-
sar, Quba, Dəvəçi və Siyəzən bölgələrinin ərazisində fərdi tə-
sərrüfatların, ictimai müəssisələrin çirkab sularının bu ərazidən
keçən II Bakı su kəmərinin üstünə axıdılmasıdır.
Xaçmaz şəhərində kanalizasiya sistemi olmadığından
yağıntı, çirkab suları I Bakı su kəmərinin ətrafına toplanır.
Ceyranbatan gölünün sanitar-mühafizə zonasında tikilmiş, tiki-
lən
tikintilər, istixanalar ən acınacaqlı bir hal yaradır.
Göstərilən pozuntular adları çəkilən rayon və qəsəbələrin
icra hakimiyyəti rəhbərlərinin laqeydliyi və Respublika Daxili
İşlər Nazirliyi mühafızə idarəsinin su kəmərlərini mühafizə üz-
rə polis alayının biganəliyi ucbatından baş vermişdir.
Odur ki, su təchizatı mənbələrinin və ötürücülərinin sani-
tar-mühafızə zonalarının layihələşdirilməsi və qorunması qay-
dalarına uyğun olaraq müvafiq qərar qəbul edilərsə, yeni qərar
layihəsində məsələlər nəzərə alınmalıdır.
Samur-Abşeron kanalını (SAK) qidalandıran Samur, Qu-
dyal və Vəlvələ çaylarının məhdudlaşdırıcı zonasının sər-
həddləri təmin edilməli.
Xudat şəhərində birinci su kəmərinin 10-12 metrliyindəki
evləri, Xaçmaz şəhərində Müzəffəroba kəndində 2-ci su kəmə-
rinin 10-15 metrliyində tikilən fərdi evləri, Dəvəçi şəhərinin
189
XII FƏSĠL
MEġƏ VƏ CANLI HƏYAT
12.1. Ġnsanın həyatında meĢənin əhəmiyyəti.
Meşə təbiətin məhsulu, onun tərkib hissəsi, planetar miq-
yasda biosferin tərkib hissəsi olmaqla təbiətin bir çox fəsad-
larım tarazlaşdıran təbii sistemdir. Bəşəriyyətin həyatında çox
böyük rolu olan meşə öz inkişafında bioloji cəhətdən qarşılıqlı
əlaqədə olaraq bir-birinə və ətraf mühitə təsir edən ağac, kol, ot
və digər bitkiləri, canlıları və mikroorqanizmləri özündə cəm-
ləyən təbii bitkilik tiplərindən biridir.
Yer kürəsində Antarktida istisna olmaqla digər qitələrin
hamısında meşə mövcuddur. Lakin, 150-200-il bundan öncəyə
nisbətən meşələrin sahəsi çox azalmış və dünya üzrə onun
sahəsi 4
milyard hektar olub, quru sahələrin 30% təşkil edir.
Keçmiş Qırmızı İmperiyanın ümumi sahəsinin 36% -ni
meşələr təşkil edirdi. Azərbaycanın ümumi ərazisinin 11%-ni
meşələr təşkil edir desələr də son illər bölgələrimizin qazla tə-
minatı hələliyə tam olmadığından, ağac materiallara tələbat art-
dığından, əhalinin bir qisminin gəlir mənbəyinə çevrildiyindən,
təbii mühitə nəzarətin zəifliyindən, lazımlı yerlərdə lazımlı me-
şələrin salınmadığından və əhalimizin özünün yaşadığı mühitə
biganəliyindən bu rəqəm çox aşağı düşmüşdür. Azərbaycanda
ozon qatı problemi olduğundan, Azərbaycanda və ətraf ölkələr-
də əhali sıxlığının azaltmasından, içməli suya, sənaye suyu-na,
torpağa təlabat çoxaldığından və avtonəqliyyatın, xüsusəndə
Bakıda-Abşeronda çoxaldığından ölkə meşə barədə acınacaqlı
vəziyyətə düşmüşdür.
Respublikamızın dağ meşəlikləri tarixən bir növ rütubət
akkumulyatoru funksiyasını oynayaraq saysız-hesabsız dağ
çaylarına başlanğıc vermiş, il ərzində düzəngəhlərdə suyun
paylanmasını tənzimləyərək, onu müəyyən qədər tarazlaşdıra