193
əhəmiyyəti barədə elm hələ öz sözünü tam deməmişdir.
Meşələrdə təkcə bakteriyaların deyil, insanların da nəfəs
sistemi ilə qəbul etdikləri fitonsit maddələr sinir sisteminə,
insanın ayrı-ayrı orqanlarının fəaliyyətinə təsiri çox gərəklidir.
İnsan meşədə olarkən o ağciyər provitamin maddələrdən
qədərincə "yeyə" bilir və bunun sayəsində insan xeyli müddət
özünü gümrah hiss edir. Meşələrin xüsusilə dağ bölgələri üçün
əhəmiyyəti çətin qiymətləndirilə bilən hidroloji və mühafizə
faktorları çox-çox qiymətlidir. Yer kürəsində meşələrin suqoru-
yucu və sutəmizləyici xüsusiyyəti problemi ilə alimlər çox-çox
əvvəllərdən məşğuldurlar və kifayət qədər müsbət elmi nəti-
cələr əldə etmişlər. Bu sahəyə artan marağın digər səbəbi isə
dünyada sənayenin və kənd təsərrüfatının inkişafındakı suya
olan tələbatın çoxalması ilə birbaşa bağlıdır. Onu söyləmək
kifayətdir ki, bir ton poladın alınması üçün 300 ton, bir ton azot
gübrəsi emalı üçün 600 ton, bir ton süni lif almaq üçün on min
ton və s. su sərf etmək lazım gəlir.
Dünyada əhali artımı ilə əlaqəli kənd təsərrüfatı bitkilə-
rinin becərilməsi üçün də suya tələbat artmışdır. Buraya aid bir
neçə misal gətirək. Bir ton şəkər əldə etmək üçün şumlanmış
torpaqlarda çuğundur becərilməsi 1000 ton, bir ton buğdaya
500 ton, bir ton çəltiyə 4000 ton, bir ton pambıq liftinə 10.000
ton su tələb olunur. Adi görünən bu misallarla yanaşı, qeyd et-
məliyik ki, Yer kürəsində su ən geniş yayılmış, ən ucuz hesab
olunan və bununla yanaşı ən qiymətli, əvəz olunmaz xammal-
dır ki, onunda istehsalı və təmizliyi meşələrdən asılıdır. Me-
şələrlə bağlı deyilənlər və deyilməyənlərlə bərabər qeyd et-
məliyik ki, onu dərk edən insanlar və dövlətlər tarixən müəy-
yən ölçülərdə götürmüşlər. Yer kürəsində meşələrin həddən-zi-
yadə məhvi çaylarda şirin suların kəskin azalmasına və key-
fıyyətinin pisləşməsinə səbəb olmuşdur. Bu səbəbdən də 1954-
cü ildə Hindistanda çağrılmış IV Ümumdünya konqresində be-
lə bir müddəa qəbul edilmişdir: "Meşə nəmlik, nəmlik-məhsul,
məhsul həyat deməkdir".
194
1215-ci ildə ilk dəfə olaraq Fransada "Su və meşələr ba-
rədə Dekret" qəbul edilmişdir. Meşənin insan həyatındakı əhə-
miyyətini dərk edən İsveçrədə 1382-ci ildə qar uçqunlarının
qarşısını almaq məqsədi ilə qoruq-meşələr ayrılmış, tələb olu-
nan yerlərdə meşələr salınmışdır. Bu hökumət 1443-cü ildə ye-
nidən meşə probleminə qayıdaraq Su axınının təmizlənməsi
məqsədi ilə dağ yamaclarında meşələrin qorunmasını nəzərdə
tutan "Meşə qanunu"nu qəbul etmişdir. Vaxt keçdikcə yəni
XIV əsrdə Avstriyada, İtaliyada və yenidən Fransada dağ çay-
larının su tutumunu saxlamaq, yaxşılaşdırmaq məqsədilə meşə-
lərin qırılmasını qadağan edən dekretlər imzalanmışdır. Bundan
az keçmiş meşələrin mühafizəsi qanunları Avropada, ABŞ-da
və Rusiyada da qəbul edildi. I Pyotr 1701-ci ildə əlavə olaraq
ağac axıdılan və gəmilər hərəkət edən çayların 30 km-lik əha-
təsində meşələrin qırılmasını qadağan etmişdir. I Pyotrun fər-
manına əsasən qadağalar qoyulmuş sahələrdə meşə qırmağın
cəzası ölüm idi. Hökmə görə hər verstdə cığır boyu düzülmüş
dar ağacları insanları lərzəyə gətirirdi. Meşənin ucdan tutma
məhv edilməsi, həm də torpaq örtüyünün məhvinə səbəb olur,
daşqınlar, sellər yaradır ki, bunlarda öz növbəsində digər zə-
rərli fəsadlar yaradırlar.
Azərbaycanda dağ və dağətəyi meşələrin müasir vəziy-
yəti çox acınacaqlıdır. Hidroloji və müdafıə funksiyalarının
tam pozulduğu meşələrdə, hətta narın yağışın yağmasından da
daşqın və sel axınları baş verir. Misal üçün deyək ki, Böyük və
Kiçik Qafqazın nadir vələs meşələrinin demək olar ki, 60%-ə
yaxın sahəsi otarmanın həddindən çox olması nəticəsində məhv
edilmişdir. Buda torpaq qalınlığına pis təsir etdiyindən suyun
süxurda süzülmə qabiliyyəti pis vəziyyətə düşmüş və digər
məlum fəsadlar yaranmışdır. Ekoloji tarazlığın pozulması uzun
illər boyu davam etmiş və torpağın su-fiziki xüsusiyyətləri kəs-
kin pisləşmiş, bitkilərin məhv olmasına, nəticədə tez-tez baş
verən daşqın və sel axınlarına-yəni fövqəladə hallar yaranma-
sına səbəb olmuşdur. Buda öz növbəsində respublikamızın
195
dağlıq bölgələrində böyük maddi zərər və hətta insan tələfatına,
kəndlərin, yaşayış məskənlərinin dağılmasına gətirib çıxar-
mışdır. Odur ki, Azərbaycanda fəlakətli təbiət hadisələrinin
yaranması tez-tez təkrarlanan hallardan birinə çevrilmişdir. Elə
deyilən səbəblərdəndir ki, Çinin Çunsin Əyalətində Yanszı adlı
böyük Çin çayının yuxarı hissəsində 1998 və son bir neçə ildə
böyük maddi ziyan gətirən daşqınlar tuğyan etmişdir. Bu
səbəbdən də çıxış yolu kimi Çinin Yanszı çayının yuxarı
axarında meşələrin qırılması qadağan edildi və yeni meşə
massivlərinin salınmasına qərar verildi. Deyilən sahədə üç il
ərzində 2700 hektar yeni meşə sahəsi salındı və mövcud meşə
sahələrini isə 11 il ərzində 41% genişləndirmək işinə
başlanıldı.
Azərbaycan Respublikasının aidiyyatı dövlət təşkilatla-
rıda Çinin, ABŞ-ın ölkələrinin və digərlərinin sınaqdan çıxmış
qaydalarından istifadə etməklə ölkənin dağlıq və dağ ətəyi sa-
hələrinin daha çox ehtiyac duyulan yerlərində meşə salınması
və olanlarının isə qoruq elan edilməsi işinə təcili olaraq başla-
malıdırlar. Meşə salınmasında da hər şeyin taraz olması üçün
yaxşı meşəçi alimlərin tövsiyyəsindən bəhrələnməkdə unudul-
mamalıdır. Respublikamızda meşələrimizə biganəlik nəti-
cəsində məhvinin qarşısının alınması və yenisinin salınması
üçün dünya alimlərinin təklifləri də nəzərə alınmalı, fövqəladə
halların qarşısının alınması üçün vaxt itirmədən işə baş-
lanılmalıdır.
Azərbaycanda meşənin əhəmiyyəti, onun azalmasının
qarşısının alınması, fəlakətlər törədən çaylarımızın hövzələri və
onlarla mübarizə, sel və daşqınlar olan çayların əmələ gətirdik-
ləri fəsadlar, hətta onlardan bəhrələnmək yolları və hazırki
yazımızda meşələrin ekoloji sistemə, insan sağlamlığına, ayrı-
ayrı təsərrüfat sahələrinə təsiri məsələləri qısada olsa şərh
edildiyindən onları yenidən təkrarlamaq istəməzdik. Amma, bir
məsələ aydındır ki, təkcə Bakı ilə Sumqayıt deyil, bütövlükdə
Azərbaycanda meşələrin, bağların, parkların, meşə massivlə-
Dostları ilə paylaş: |