185
Qeyd edək ki, Samur-Abşeron Su Təsərrüfatı İstehsalat
İstismar hövzə birliyi balansında respublika əhəmiyyəti olan bu
obyektin qəzasız işləməsi və müxtəlif təxribatlardan qorunması
üçün layihələşdirilmiş tədbirlərin həyata keçirilməsinə lazımi
diqqət yetirilməzsə, fövqəladə hallara gətirib çıxara bilər.
Bu obyektin sanitar mühafizə zonasında su qanunculuğu-
nun tələblərinin pozulmasının, ekoloji gərginliyin kəskinləşmə-
sinin əsas səbəbi odur ki, Ceyranbatan su anbarı çirklənmədən
qorumaq üçün, onun sanitar mühafizə zonasında layihədə nə-
zərdə tutulmuş tədbirlər tam həyata keçirilməmişdir. Bu tədbir-
ləri çirklənmədən qorumaq üçün, onun sanitar mühafizə zona-
sında layihədə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilmə-
mişdir. Bu tədbirlərin ən başlıcası dəryaçanın qərb sahili boyu
axıntı və yağış sularını toplamaq, vaxtlı-vaxtında kənar etmək
üçün 10 km kanalın, avtomat nasos məntəqəsinin tikilməsidir.
Məhz bu səbəbdən dəryaçanın cənub-qərb və qərb hissəsində,
sanitar mühafizə zonasında, müxtəlif qəza hadisələri nəticəsin-
də daim axıntı suları yığılır ki, bu da ekoloji gərginliyi bir az da
artırır.
Ceyranbatan su anbarının sanitar-mühafizə zonasının qo-
runması üçün anbarın ətrafına məftil
ilə çəpər çəkmək və siqna-
lizasiya qoyulması işi də əsasdır. Bakı-Kür su kəmərlərində
süzgəclərin etibarsız işləməsinin səbəbləri eyni ilə Ceyranbatan
su kəmərində işləyən süzgəclərə də aid edilməlidir.
Ceyranbatan su kəmərinin təmizləyici qurğularının yarar-
sız işləməsini qismən ört-basdır edən suyun Ceyranbatan su an-
barında təbii sürətdə durulmasıdır. Burada su, təmizləyic qur-
ğulara daxil olur və nisbətən çirklənmiş halda xaric olur. Cünki
suya "təmizləməni intensivləşdirmək üçün" reagent verilir və
təmizlənəcək su qarışdırıcılardan, kamera reaksiyasından sonra
isə duruduculardan keçərək süzgəclərə daxil olur. Yuxarıda
göstərildiyi kimi, süzgəclərin pis işləməsi nəticəsində su nibə-
tən çirklənmiş halda tələbatçılara verilir. Əgər, Ceyranbatan su
anbarında su lazımi səviyyədə sabit saxlanılarsa, durulducular