Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   48   49   50   51   52   53   54   55   ...   118

 
159 
dən avtomobil magistral yolunun, su altında qalması və s. belə 
hallardandır. 
Hələ  1992-ci  ildə  Lənkəran  şəhəri  ətrafında  5,0  km-lik 
sahilbərkitmə  işləri  nəzərdə  tutulurdu.  Eyni  ilə  Port-İliç  şəhə-
rində, Nərimanabadda, Balıqçılar, Göy-Şaban kəndləri və s. ya-
şayış  məntəqələri,  torpaq  sahələri,  təsərrüfatlar  su  altında  qal-
mış, bir çox torpaqlar şoranlaşaraq istifadədən çıxmışdır. 
Bakı buxtasında bir çox obyektlərin su içərisində qalma-
sı,  Bakı  Dəniz  limanı  öz  fəaliyyətini  beynəlxalq  yükdaşımada 
kəsməsi,  Dərin  Özüllər  zavodunun  dəniz  suyu  səviyyəsindən 
xeyli aşağıda qalması və s. və i.a. Bakılıların hər gün müşahidə 
etdiklərin fövqəladə hallardan olmuşdur. 
Amma nədənsə uçan, dağılan, məhv olan bu qədər dövlət 
əmlakının, xalq malının qeydinə qalmaq unudulmuşdur. Təkcə 
"Bulvar"  deyilən  əhalinin  gəzintiyə  çox  maraqla  çıxdığı  yer 
adamda  ürək  ağrısı  yaradırdı.  Bəlkə  də  gəzinti  sahəsinə  döz-
mək  olar,  lakin  Respublikanın  iqtisadiyyatında  aparıcı  rol  oy-
nayan, çox böyük mənfəət gətirə bilən obyektlərə neçə dözmək 
olar. Əgər bu obyektlərin ölkəyə neçəyə başa gəldiyini hesabla-
saq-məbləğ milyardlarla manat olacaqdır. Göz görə-görə bu cür 
zərbələrə biz nə vaxta kimi biganə qalmalıyıq. Respublikamıza 
bu  cür  iqtisadi  zərərin  özü  də  fövqəladə  hal  kimi  qiymətlən-
dirməli və müvafıq tədbirlər hazırlanmalı idi. 
 
 
10.8. Güclü qar fövqəladə hal yaradır 
 
Respublikamızda müşahidə edilən əsas təhlükəli hadisələr-
dən biri də  güclü qar  yağıntılarıdır.  Əgər  güclü qar  düşməsi 12 
saat ərzində 20 mm və daha çox çöküntü verərsə, yaxud qar ya-
ğarkən  güclü  çovğun  (küləyin  sürəti  15-20  m/s  və  çox)  olarsa, 
bu zaman həmin ərazidə fövqəladə hal yarana bilər. Qar yağıntı-
ları belə olan illər qar çöküntülərinə görə anomal il adlanır. 


 
160 
Bizim Respublikamızda belə anomallıq 1993-cü ildə qey-
də  alınmışdır.  Bu  dövrdə  Respubükamızın  hər  yerində  güclü 
qar  yağmışdır.  Buna  səbəb  Arktik  hövzədən  çox  soyuq  hava 
kütləsinin  respublikamızın  ərazisinə  gəlməsi,  onun  havasının 
temperaturunu  kəskin  aşağı  salmasına  səbəb  olmuşdur.  Daha 
güclü  qar  yağması  Masallı,  Lənkəran,  Astara,  Şəki,  Zaqatala, 
Quba,  İsmayıllı  və  Kiçik  Qafqaz  bölgələrində  müşahidə  olun-
muşdur.  Düzənlik  bölgələri  üçün  çox  az  təsadüf  olunan  qısa 
müddətdə 25-40 sm qar düşmüşdür. Lənkəran-Astara və Zaqa-
tala-Balakən bölgələrində qarın hündürlüyü həmin dövr /15-16 
fevral 1993-cü il / üçün 50-60 sm olmuşdur. Havanın minimal 
temperaturu dağlıq ərazilərdə -14-22
0
C-dən çox, Aran ərazilər-
də isə -6-14
0
C-i ötmüşdür. 1993-cü ilin 18-19 fevralı Lənkəran 
ərazisi üçün maksimum şaxtalı gün olub, temperatur -8-14
0
C-ə 
qədər  aşağı  düşmüşdür.  Qar  yağıntısına  görə  2-ci  ən  böyük 
anomallıq  1993-cü  il  aprelin  22-25-nə  təsadüf  edib,  Azərbay-
can  ərazisində  havanın  kəskin  dəyişməsinə  və  güclü  qar  yağ-
masına səbəb olmuşdur. Bu anomallıq şimal soyuq və cənub is-
ti hava kütləsinin böyük sürətlə bir-birinə qarışması nəticəsində 
alınmış, çox böyük sahəni - Zaqafqaziyanı, Xəzəri, Ukraynanı, 
Şimali Qafqazı,  Kiçik  Asiyanı,  Rusiyanın  cənubi-şərqini  və s. 
əhatə etmişdir. Həmin antisiklon Arktik hava kütlələri hesabına 
vaxtaşırı  bir  qədər  də  qüvvətlənmiş  və  soyuqlaşmışdır.  Barik 
sistemlər yüksək cəbhə bölgələrinin aparıcı axınlarının təsirinə 
məruz qalaraq, tədricən şərqə doğru hərəkət etmişdir. Mülayim 
enliklərin  soyuq  dəniz  hava  kütlələri  mərkəzi  siklonun  ar-
xasından ardıcıl respublika ərazisinə daxil olmuşdur. 
Soyuq hava axınları respublikaya  əsasən, Şərqdən-Xəzər 
dənizindən hərəkət etmişdir. Soyuq hava kütləsi Kür-Araz ova-
lığı  ilə  qərbə  doğru  hərəkət  etdikcə  buradakı  isti  və  rütubətli 
havanı  tədricən  atmosferin  yüksək  təbəqələrinə  sıxışdırmış, 
respublika  atmosferində  qalın  bulud  təbəqəsi  əmələ  gətirmiş, 
küllü miqdarda qar yağmasına səbəb olmuşdur. 


 
161 
Soyuq  hava  kütlələrinin  Şimali  Qafqazdan  Azərbaycan 
ərazisinə daxil olması ilə Abşeron yarımadası və ona yaxın böl-
gələrdə 15-20 m/s sürətlə şimal küləyi əsmiş, minimal tempera-
tur  respublikanın  düzənlik  ərazilərində  +2-4
0
C-yə,  dağ  ətəklə-
rində -l-3
0
C-yə, dağlarda -7-9
0
C-yə enmişdir. Bu səbəbdən də ap-
relin axırıncı ongünlüyündə  I-ciyə  nisbətən -5-8
0
C soyuq olmuş-
dur. Aprelin 22-dən 23-nə keçən kecə havanın temperaturu Nax-
çıvanda  -4
0
C,  Ordubadda  -3
0
C,  Culfada  -2,2
0
C,  Şərurda  2-3


olmuş, güclü qar yağmışdır. 
Azərbaycan  ərazisində  föqəladə  hal  yaranmış,  güclü  qar 
yağması  Kiçik  Qafqaz,  Böyük  Qafqaz,  Şamaxı-Quba,  Qobus-
tan, Yardımlı, Samux və s. bölgələrdə də qeydə alınmışdır. Qar 
örtüyünün qalınlığı Yardımlıda 42 sm, Kəlbəcərdə 63 sm, Şəki-
Zaqatala bölgəsində isə 50-75 sm-ə çatmışdır. 
Yaz aylarında soyuqların normadan çox olması adətən 5-
8  ildən  bir  baş  verə  bilir.  Belə  illərdə  qış  soyuqları  yaz  ay-
larında da davam edir və bəzən təhlükəli atmosfer hadisələri ilə 
müşahidə olunur. 1993-cü ilin aprelinə oxşar anomal hadisə so-
nuncu dəfə 1987-ci il əprelin 20-21-də qeydə alınmışdır. 
1993-cü  ildə  fövqəladə  hal  yaratmış  güclü  qar  yağması 
nəticəsində respublikamıza dəyən zərər hesablanmışdır. Lakin, 
çoxlu miqdarda telefon və işıq dirəklərinin sınması, evlərin üs-
tünün örtüklərinin dağılması, sahillərin su basmasından təsərrü-
fatların  zərər  çəkməsi,  bir  çox  avtomobil  yollarının  dağılması, 
bəzi  yerlərdə  insan  tələfatı  olması,  təsərrüfatlarda  mal-qaranın 
ölməsi,  bir  çox  yerlərdə  əkin  sahələrinin,  meyvə  ağaclarının 
şaxtadan məhv olması və s. hadisələr qeydə alınmışdır. 
Bununla  yanaşı,  əhalinin,  təsərrüfatların  əksəriyyəti  qa-
baqcadan  məlumat  almalarına  baxmayaraq  bu  anomallığa  ya 
hazır  olmamış,  yaxud  da  işlərinə  biganə  yanaşmalarına  görə 
respublikaya külli miqdarda ziyan dəymişdir. 
Qalır bircə yol, ya təbiətin yarada biləcəyi fövqəladə hal-
lara hazır olmaq və ya ölkəmizə dəyən ziyanlarla göz-görəsi ra-
zılaşmaq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə