Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə28/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

70
Cədvəl 9
1886-cı il ailə siyahısına əsasən Naxçıvan bölgəsinin əhalisi
Əhali
Ərazi
ailələr
kişi
qadın
cəmi
Naxçıvan qəzası
9.918  41.353 31.529 72.882
Şərur – Dərələyəz
qəzasından Şərur sahəsi
4.907  17.380 14.380 31.760
İrəvan qəzasından
Sədərək kənd cəmiyyəti
526
2.134 1.603
3.737
Yekun
15.351 60.867 47.512 108.379
Qaynaq: Svod statistiçeskix dannıx o naselenii Zakavkazskoqo kraə, izvleçennıx iz poemeynıx spiskov
1886 q. Tiflis, 1893
Cədvəldən göründüyü kimi 1886-cı ildə Naxçıvan bölgəsinin ümumi əhalisi 15.351 ailədən, yaxud
108.379 nəfərdən ibarət olmuşdu.
1897-ci ildə Rusiya imperiyasında əhalinin birinci ümumi siyahıya alması keçirilmişdi. Həmin siyahıya
alma materialları da əhalinin öyrənilməsi üzrə ən mühüm qaynaqlardan birini təşkil edir. Lakin buradakı yekun
materialında Şərur Dərələyəzə dair məlumatın ümumi şəkildə verilməsi, nisbətən dəqiq hesablama aparmağa
imkan vermir. Ona görə də burada şərti olaraq Şərur-Dərələyəzə dair məlumatı iki yerə bölüb Naxçıvan
qəzasına dair məlumatla toplamağa üstünlük verdik. Bu halda 139.040 rəqəmi alınar.
  7
 Aydındır ki, Şərur
Dərələyəzə nisbətən çox əhaliyə malik idi. Digər tərəfdən burada Sədərək də nəzərə alınmamışdır. Belə olduğu
halda 1897-ci ildə Naxçıvan bölgəsində 150.000 nəfərdən çox əhali olduğunu güman etmək olar.
Bəzi hesablamalara görə artıq 1917-ci il oktyabr çevrilişi ərəfəsində Naxçıvan qəzasında 122.208 nəfər,
Şərurda 40.000 nəfər, Naxçıvan şəhərində isə 8.934 nəfər, ümumilikdə isə 170.142 nəfər əhali olduğu bildirilir,
lakin bunun nisbətən şişirdildiyi güman edilərək, əhalinin 165.000 olduğu dəqiqləşdirilir.
 8
Beləliklə, göstərilən ümumiləşdirilmiş rəqəmlər əsasında Naxçıvan bölgəsi əhalisinin XIX-XX əsrlər üzrə
say dinamikasını aşağıdakı kimi müəyyən etmək olar. (Cədvəl 10)
Cədvəl 10
XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsi (müasir sərhədlərdə)
əhalisinin say dinamikası
Əhali
İllər
cəmi
Artım
1829
40.248
1850
56.000
+15752
1886
108.379
+52379
1917
165.000
+56621
Faktlardan göründüyü kimi Naxçıvan bölgəsində  əhalinin sayı 1829-cu ildəki 40.248 nəfərdən artaraq
1917-ci ildə 165.000 nəfərə çatmışdır, yəni 90 ilə yaxın dövr ərzində əhalinin sayı 124.752 nəfər və ya 410 %
çoxalmışdı. Burada artımın əsas səbəbləri içərisində çarizmin köçürmə siyasəti ilə birgə, əhalinin təbii
hərəkətinin yüksək olmasını, xanlıq dövrü üçün səciyyəvi olan ara müharibələrinə son qoyulmasını sosial-
iqtisadi həyatdakı nisbi inkişafı qeyd etmək olar.
Naxçıvan bölgəsi əhalisinin say dinamikası onun yerləşməsindəki vəziyyətə təsir göstərmişdi. Bölgə
əhalisi şəhər və kəndlərdə yerləşmişdi. Naxçıvan bölgəsi üçün iki şəhər – Naxçıvan və Ordubad xarakterik idi.
İ.Şopenin məlumatına görə Rusiya işğalından sonra Naxçıvan şəhərində 1.330 ailə, yaxud 5.470 nəfər yaşayırdı.
Onlardan 2.871 nəfəri kişi, 2.599 nəfəri qadın idi. Eyni dövrdə Ordubad şəhərində 803 ailə, yaxud 3.444 nəfər qeydə
alınmışdı. Onlardan 1.771 nəfəri kişi, 1.673 nəfəri isə qadın idi. Hər iki şəhəri birlikdə nəzərdən keçirsək Naxçıvan
bölgəsində 2.133 ailə, yaxud 8.914 nəfər şəhər ailəsi var idi.
 9
 1850-ci il məlumatına görə Naxçıvanda 4.410, Ordubadda isə
3.973 nəfər yaşayırdı. Birlikdə Naxçıvan bölgəsinin şəhər əhalisi 8.383 nəfər təşkil edirdi.
 10
 1873-cü il kameral təsvirinin
nəticələrinə görə Naxçıvan şəhərində 6.877, Ordubadda isə 3.489 nəfər olduğu birldirilir. Həmin ildə Naxçıvan bölgəsinin
şəhər əhalisi 10.366 nəfər idi.
 11
 1886-cı il ailə siyahısına görə Naxçıvan şəhərinin əhalisi 6.939, Ordubad şəhərinin əhalisi
4.199 nəfər, birlikdə isə 11.138 nəfər olmuşdu.
 12
 Rusiyada ilk dəfə keçirilən 1897-ci il əhali siyahıya almasının məlumatına
görə Naxçıvan şəhərinin əhalisi 8.790, Ordubad şəhər əhalisi isə 4.611 nəfər, cəmi 13.401 nəfər olmuşdu.
 13
 1917-ci il


71
Qafqaz təqviminin məlumatına görə Naxçıvan şəhərində 8.934, Ordubadda 5.717 nəfər, birlikdə isə 14.651 nəfər şəhər
əhalisi var idi.
 14
 Naxçıvan və Ordubad şəhərlərnin əhalisinə dair məlumatları cədvəl şəklində ifadə edək. (Cədvəl 11)
Cədvəl 11
Naxçıvan bölgəsinin Naxçıvan və Ordubad şəhərlərinin əhalisinin say dinamikası (1829-1917-ci illər)
Naxçıvan ş.
Ordubad ş.
İllər
mütləq
%
mütləq
%
cəmi
1829
5.470
61,36
3.444
38,64
8.914
1850
4.410
52,61
3.973
47,39
8.383
1873
6.877
66,34
3.489
33,66
10.366
ardı var
davamı
1886
6.939
62,30
4.199
37,70
11.138
1897
8.790
65,60
4.611
34,40
13.401
1917
8.934
60,98
5.717
39,02
14.651
Naxçıvan və Ordubad şəhərləri əhalisinin say dinamikasına dair müəyyən edilmiş sıra əhalinin artım
vəziyyətini, ümumi şəhər əhalisi içərisində hər bir şəhərin payını aşkar etməyə imkan verir. Naxçıvan şəhərinə
aid sütundan göründüyü kimi 1829-1850-ci illər arasındakı azalma istisna olmaqla onun əhalisinin sayı digər
dövrlərdə artmışdır. Çox maraqlıdır ki, Naxçıvan şəhərinin nisbətən azaldığı 1829-1850-ci illər arasında
Ordubadda şəhər əhalisi nisbi rəqəmlə bölgənin şəhər əhalisi içərisində  ən yüksək göstəriciyə (47,39 %)
çatmışdır. Qalan hallarda isə Naxçıvan şəhərinin əhalisi Ordubada nisbətən yüksək olmuşdur.
Naxçıvan bölgəsinin şəhər əhalisini müəyyən etdikdən sonra onun ümumi əhali içərisində payını da
aydınlaşdırmaq olar. (Cədvəl 12)
Cədvəl 12
Naxçıvan bölgəsinin şəhər əhalisinin ümumi əhali içərisində payı
ümumi əhali
şəhər əhalisi
İllər
mütləq
nisbi
mütləq
nisbi
1829
40.248
100
8.914
22,15
1850
56.000
100
8.383
14,97
1886
108.379
100
11.138
10,27
1917
165.000
100
14.651
8,88
Aydın olduğu kimi Naxçıvan bölgəsinin şəhər əhalisinin ümumi əhali içərisində payı getdikcə azalmış,
1917-ci ildə təxminən 9 % təşkil etmişdir.
XIX əsrin ikinci yarısında Şimali Azərbaycan şəhərlərinə dair xüsusi tədqiqatın müəllifinin
hesablamalarına görə 1873-cü ildə ümumi əhali içərisində şəhər əhalisinin payı 11,15; 1886-cı ildə 14,06; 1897-
ci ildə 14,58 % olmuşdur.
 15
 Müqayisədən aydın olur ki, Naxçıvan bölgəsi üzrə  şəhər əhalisinin payı
Umumazərbaycan səviyyəsindən aşağı olmuşdur.
Əldə olunan rəqəmlərin verdiyi imkan daxilində Naxçıvan bölgəsi şəhər əhalisinin ümumi şəhər əhalisi
içərisində payını da müəyyən edə bilərik: 1873-cü ildə  Şimali Azərbaycanda şəhər əhalisi 141.882 nəfər idi.
Həmin ildə bu göstərici Naxçıvan bölgəsi üzrə 10.366 nəfər olmuşdu (7,3 %). 1886-cı ildə bu rəqəmlər müvafiq
olaraq 225.015 və 11,138 (4,9 %); 1897-ci ildə 275.664 və 13.401 (4,86 %) olmuşdu. Buradan göründüyü kimi
Naxçıvan bölgəsində şəhərlərin inkişafı Umumazərbaycan üzrə olan vəziyyətdən qismən geri qalmışdı.
Naxçıvan bölgəsi üzrə  şəhər əhalisini çıxdıqdan sonra qalan əhali kənd yerlərində məskunlaşmışdı.
İ.Şopenin məlumatına əsasən Naxçıvan bölgəsinin (müasir sərhədlərdə) ərazisində təxminən 200-dək kənd
olmuşdur.
16
 1886-cı il ailə siyahısına
17
 və 1917-ci il məlumatına görə
18
 isə Naxçıvan bölgəsində 240-dək kənd
olduğu aydın olur. Deməli, təxminən 90 ilə yaxın dövr ərzində Naxçıvan bölgəsində olan kənd yaşayış
məskənlərinin sayı 40-dək artmışdı.
Əhalinin ən əsas göstəricilərindən biri onun tərkibi ilə bağlıdır. Cədvəl 4-dən göründüyü kimi 1829-cu il
məlumatına görə Naxçıvan bölgəsində 21.061 nəfər kişi, 19.187 qadın var idi. Qadınların sayı kişilərin sayından 1874
nəfər çox idi, yaxud hər 1000 qadına 1.097,6 kişi düşürdü. 1886-cı ildə isə kişilərin sayı 60.867, qadınların sayı 47.512
olmuşdu, yəni kişilərin sayı qadınların sayından 13.355 nəfər çox olmuş, yaxud hər bir qadına 1.281,1 nəfər kişi
düşmüşdü. 1897-ci il siyahıya almasının məlumatına görə Naxçıvan əhalisinin sayı hesablama üzrə ümumi şəkildə


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə