Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə36/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

86
Köçürülən ermənilərin sosial strukturunda əkinçilər (1865 nəfər, yaxud 73,1 %), sənətkarlar (478 nəfər,
yaxud 18,7 %) və tacirlər (208 nəfər, yaxud 8,1 %) əsas yer tuturdu.
Çar Rusiyasının Türkmənçay müqaviləsinin bağlanmasından sonrakı ilk dövrdə erməniləri Şimali
Azərbaycan torpaqlarına köçürmə siyasətinin təhlili göstərir ki, Naxçıvan bölgəsinin erməniləşdirilməsi və
xristianlaşdırılması cəhdi önəmli rola malik olmuşdur. Əgər 1828-1829-cu illərdə  Şimali Azərbaycana
köçürülən erməni ailələrinin (6976) 2557-si (36,65 %) Naxçıvanda yerləşdirilmişdisə, Qarabağ və İrəvan üzrə
bu rəqəmlər müvafiq olaraq 3000 (43 %) və 1395 (20 %) idi.
13
Ermənilərin Naxçıvan bölgəsində gəlmə olduğunu toponomik materiallar da təkzibedilməz şəkildə sübut
edir.
14
 Bu problemin tədqiqatçılarından olan S.Babayev yazmışdır: «… Naxçıvanın toponimləri ilə  əlaqədar
apardığımız tədqiqatlar da sübut edir ki, bu diyar qədim oğuz-türk-Azərbaycan torpağıdır. Bunu tarixin
danılmaz şahidləri olan toponimlər də təsdiq edir. Naxçıvan ərazisində olan oykonimlər içərisində cəmi 1,54
faiz erməni mənşəli yer adları vardır. Fiziki-coğrafi obyektlər içərisində erməni mənşəli toponimlər demək olar
ki, yoxdur».
 15
Çarizm bütövlükdə  Şimali Azərbaycana, o cümlədən Naxçıvan bölgəsinə köçürülən ermənilərə böyük
imtiyazlar verirdi. Onlar müəyyən müddətə vergilərdən azad olunur, ən yaxşı torpaqlarda yerləşdirilir, inzibati
idarəetmə aparatında təmsil olunurdular və s. Bütün bunlar ermənilərin etno-demoqrafik mövqelərinin
möhkəmlənməsinə də  şərait yaradırdı. Buna görə də Azərbaycan torpaqlarında gəlmə olan ermənilər tədricən
əsassız ərazi iddialarını həyata keçirməyə başlamış, buna nail olmaq üçün Azərbaycanın digər yerlərində olduğu
kimi Naxçıvanda da soyqırımları törətmişdilər.
 16


87
1.
Гулийев Н.Я. Нахчыван
ханлыьынын ящаличи (тарихи-
демографик тядгигат). Бакы,
2006, с.72
2.
Мащмудов Й., Пашайев А.,
Шцкцров К, Ермянилярин Ъянуби
Гафгаза кючцрцлмясиня даир (Чар
Русийасынын карантин-эюмрцк
сянядляриндян) // Азярбайъан
эюмрцйц: тарихи яняняляр вя
мцасирлик. Бакы, 2007, с.113.
3.
Мяммядли А. Ермянилярин эерчяк
тарихи. Бакы, 2005, с.221.
4.
Присоединение Восточной Ар-
мении к России. Сб. док. т.I
(1801-1813). Ереван, 1972.
5.
Туркменчайский трактат // Пол-
ное собрание законов Россий-
ской империи. Собр. вт. т.III.
СПб., 1830, ст. 1794.
6.
Вердиева Х.Ю. Переселенче-
ская политика Российской им-
перии в Северном Азербайджа-
не (XIX-начале XX вв.). Баку,
1999; Глинка С.А. Описание
переселения армян Азербай-
джанских в пределы России. М.,
1831 (Репринт. изд. Баку, 1990).
7.
О именовании присоединенных
к России ханств Эриванского и
Нахичеванского Областию Ар-
мянского // Полное собрание за-
конов Российской империи.
Собр. вт. т.III. СПб., 1830, ст.
1888.
8.
Шопен И. Исторический памят-
ник состояния Армянской об-
ласти в эпоху ея присоединения
к Российской империи, СПб.,
1852.
9.
там же, с.635-636.
10.
там же, с.637-638.
11.
Азярбайъан Республикасы Дювлят
Тарих Архиви: ф. 24, Сий.1, иш 353-
361, 372.
12.
Гулийев Н.Я. Нахчыван ханлыьы-
нын ящаличи (тарихи-демографик
тядгигат). Бакы, 2006, с.76-79;
Вердиева Х.Ю. Переселенче-
ская политика Российской им-
перии в Северном Азербайджа-
не (XIX-начале XX вв.). Баку,
1999.
13.
Вердиева Х.Ю. Переселенче-
ская политика Российской им-
перии в Северном Азербайджа-
не (XIX-начале XX вв.). Баку,
1999, с.108-109.
14.
Бабайев С. Нахчыванда «Китаби
– Дядя Горгуд» топонимляри.
Бакы, 1999; Будагов Б., Гейбул-
лайев Г. Нахчыван дийарынын йер
йаддашы. Бакы, 2004.
15.
Бабайев С. Нахчыванда «Китаби
– Дядя Горгуд» топонимляри.
Бакы, 1999, с.11.
16.
Ордубади М.С. Ганлы илляр. Бакы,
1911 (тякрар няшр. Бакы, 1991);
Азербайъан белэелеринде ермени
соруну (1918-1920). Анкара, 2001;
Наджафов Б. Лицо врага. Исто-
рия армянского национализма в
Закавказье в конце XIX- нач. ХХ
в. чч. I-II. Баку, 1993-1994; Хали-
лов А. Геноцид против мусуль-
манского населения Закавказья в
1917-1920 годах в исторических
источниках. АКД. Баку, 1996 və b.


88
4.2. Ermənilərin azərbaycanlılara qarşı 1905-ci il soyqırımının Naxçıvan bölgəsində gedişi
Soyqırım, yaxud ümumi terminologiyaya uyğun olaraq genosid (yunan dilində genos - say, qəbilə və latın
dilində caedo-öldürürəm sözlərindən ibarətdir) tarixi qədim zamanlardan başlasa da onun beynəlxalq hüquqi
aspektləri İkinci Dünya müharibəsindən (1939-1945) sonra diqqət mərkəzinə çıxmışdır. Antihitler koalisiyasına daxil
olan dövlətlərin yaratdığı Beynəlxalq hərbi tribunalın nizamnaməsi və hökmündə bəşəriyyətə qarşı cinayət və ona
görə məsuliyyət prinsipi müəyyən edilmişdi.
1
 Nürnberq prosesinin sənədlərində «genosid» anlayışı tətbiq edilməsə
də, milli və irqi əlamətə görə mülki əhalinin kütləvi şəkildə məhv olunmasından bəhs edilirdi. Birləşmiş Millətlər
Təşkilatı Baş Məclisinin 1946-cı il 11 dekabr 96 (1) Qətnaməsində artıq genosid anlayışı tətbiq olunmuşdu. Genosid
haqqında əsas sənəd isə BMT-nin 1948-ci il dekabrın 9-da qəbul edilmiş genosid cinayətinin qarşısının alınması və
ona görə cəza haqqında konvensiyadır. Sonralar genosid barədə digər beynəlxalq hüquqi sənədlər qəbul edilmişdir.
Azərbaycan 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra milli qanunvericilikdə də bu problemə yer
ayrılmışdır. Azərbaycan Respublikasmın Cinayət Məcəlləsinin 103-cü maddəsi soyqırım cinayətinə həsr edilmişdir.
Azərbaycan Respublikası Prezidenti 1998-ci il martın 26-da «Azərbaycanlıların soyqırımı haqqında» fərman
vermişdir. Fərmanda ermənilərin Azərbaycan xalqına qarşı törədilmiş tarixi cinayətləri siyasi-hüquqi baxımdan təhlil
edilərək soyqırım kimi qiymətləndirilmiş, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək
məqsədilə 31 mart azərbaycanlıların soyqırım günü kimi elan edilmişdir.
2
Soyqırımların daim yad edilməsi hər bir azərbaycanlının ən müqəddəs vəzifələrindən biridir. Bunun üçün
azərbaycanlıların soyqırımlarının mükəmməl tarixi yaradılmalıdır.
Azərbaycanlıların soyqırım tarixinin öyrənilməsi obyektiv inkişaf mərhələsinə çatanadək mürəkkəb və ziddiyyətli
yol keçmişdir. 1905-1906-cı illər azərbaycanlı soyqırımına  M.S.Ordubadi və  M.M.Nəvvabın  əsərlərində
3
, əsasən,
düzgün qiymət verilmişdir. 1918-1920-ci illər hadisələri də öz dövründə milli qırğın kimi qiymətləndirilmişdi. Sovet
dövründə bu hadisələrin mahiyyəti köklü şəkildə dəyişdirildi. Yalnız 1990-cı illərin əvvəllərində həqiqət bərpa olundu.
Soyqırım və ya genosid termini tətbiq edilməyə başladı.
4
 Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart
fərmanı bu sahədə tədqiqatlara əsaslı təkan verdi. Fərmanda doğru olaraq göstərilirdi ki, Azərbaycan xalqına qarşı
dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış
səhifələrindən biridir. Fərmandan sonra soyqırımın nəzəri, hüquqi-siyasi problemləri, azərbaycanlıların soyqırım
tarixinin öyrənilməsi xüsusi elmi istiqamətə çevrildi.
Ermənilərin azərbaycanlılara qarşı soyqırım tarixi 1905-1906-cı illər qırğınları ilə başlayır. Ona görə də ilk
soyqırımın tarixinin öyrənilməsi, ümumiyyətlə bütün soyqırımların araşdırılması, kompleks şəkildə nəzərdən
keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, sonrakı soyqırımlardan bəhs olunarkən mütləq
birinci soyqırım tarixinə müraciət edilir.
Ermənilərin 1905-1906-cı illərdə Naxçıvanda törətdikləri soyqırımı da ümumi prosesin tərkib hissəsi
olmuş, bununla birgə bəzi xüsusiyyətləri də özündə  əks etdirmişdir. Bu baxımdan 1905-1906-cı illər
soyqırımının Naxçıvanda gedişini ayrıca tədqiq etmək zəruridir.
1905-1906-cı illərdə Naxçıvanda baş verən hadisələr 1906-cı ilin fevralında keçirilən Tiflis sülh
danışıqları zamanı ermənilər tərəfindən ortaya atılmış və onun mahiyyəti təhrif olunmuşdur. Erməni
nümayəndələri bütün günahları azərbaycanlıların üzərinə atmağa, ermənilər arasındakı itkilərin sayını şişirtməyə
çalışırdılar.
5
1905-1906-cı illərdə Naxçıvanda baş verən qırğınların tarixi bəzi ədəbiyyatlarda da əksini tapmışdır.
6
Onların nəzərdən keçirilməsi göstərir ki, bu işlər M.S.Ordubadinin «Qanlı illər» əsərinin müvafiq hissəsinin
təkrarından ibarətdir. Burada mövcud faktik material təhlil əvəzinə, sadəcə olaraq təsvir edilmişdir.
Naxçıvanda 1905-1906-cı illərdə baş vermiş milli qırğınların tarixinə dair mənbələr də bir sıra
xüsusiyyətlərə malikdir. Azərbaycan üzrə soyqırım tarixinin mənbələri içərisində rəsmi təhqiqatın Senator
Kuzminskinin 1905-ci ildə Bakı şəhəri və quberniyasında keçirilən təftiş materialından geniş istifadə edilir.
7
Naxçıvan bölgəsinin daxil olduğu İrəvan quberniyasında belə bir rəsmi təhqiqat aparılmamışdı. Bu
baxımdan azərbaycanlıların soyqırımının Naxçıvanda gedişi M.S.Ordubadinin və Mir Möhsün Nəvvabın
əsərlərindəki faktik material əsasında öyrənilir. Onlar tarixi əsər olmaqla bərabər, qaynaq kimi də çıxış edir.
1905-1906-cı illər milli qırğınları ermənilərin azərbaycanlılara qarşı ilk soyqırım aktı olduğundan onun
səbəblərinin hərtərəfıli araşdırılması zəruridir. Bu hadisələrin səbəbləri elə həmin dövrdə diqqət mərkəzinə
keçmişdi. Bolşevik partiyası öz sənədlərində başlıca səbəb kimi çar hökumətini göstərirdi.
8
  Əlbəttə, azərbay-
canlıların 1905-ci ildəki soyqırımının səbəbləri içərisində çarizmin milli siyasəti, xüsusilə müsəlmanlara qarşı
ayrıseçkilik siyasəti özünəməxsus yer tuturdu. Lakin bütün hadisələrin yalnız onunla bağlanması doğru deyildir.
Bolşeviklərin bu baxışı sovet dövründə həlledici mövqeyə malik oldu. Senator Kuzminski 1905-ci il hadisələrini
nisbətən geniş səpgidə  şərh etməyə çalışırdı. Burada dövlətin münasibəti ilə birgə, sosial-iqtisadi xarakterli
amillər də araşdırılırdı.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə