Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə37/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

89
1905-ci il soyqırımının səbəbləri 1906-cı ilin fevralında keçirilən Tiflis sülh danışıqları proqramının
birinci maddəsini təşkil edirdi. Onun müzakirəsi zamanı ermənilər əsas günahkar kimi hakimiyyət orqanlarını,
azərbaycanlılar isə Daşnaksütunu və digər gizli erməni təşkilatlarını irəli sürmüşdü. V.Mayevski isə demək olar
ki, bu problemə həsr edilmiş «Qafqazda erməni-tatar nifaqı» adlı yazısında hakimiyyət orqanlarını müdafiə edir,
Daşnaksütunun günahkar olduğunu əsaslandırırdı.
9
1905-ci il «erməni-müsəlman davasının» tarixinə dair geniş faktik material toplayan M.S.Ordubadini də
hadisələrin səbəbi düşündürınüş, onun haqqında belə yazmışdır: «Bu hadisələrin baş verməsi və səbəbi
haqqında Rusiya və Qafqaz mətbuatı ilə yanaşı, Avropa və Amerika mətbuatı qızğın-qızğın canfəşanhq etməkdə
idilər. Bunu da bilməlidir ki, xarici mətbuat səhifələrində müzakirəyə qoyulmuş məqalələrin hamısı bir-birinə
zidd, təzadlı fıkirlərlə qarşı-qarşıya durmaqda idilər. Bunlardan hansının haqlı, hansının haqsız olduğunu
deməyə ehtiyac olsa da, hələlik bu kiçik səhifələrdə yerin və vaxtın azlığından təfsilatdan vaz keçib, bu
hadisələrə səbəb dörd mühüm cəhəti deməklə kifayətlənəcəyəm».
10
 Təəssüf ki, M.S.Ordubadi o vaxt mətbuatda
olan fikirlərə münasibətini bildirmir, «Fəqət, məlumat və qüdrətim qədərincə bu iğtişaşa səbəb dörd şeydir -
deyib, isbatdanda geri durmayacağam» yazır.
11
 M.S.Ordubadinin göstərdiyi səbəblərə bəzi tədqiqatçılar da
toxunmuşdur.
12
 Lakin onlar, hələlik, hərtərəfli təhlil edilməmişdir.
M.S.Ordubadi göstərdiyi dörd səbəb içərisində birinci yerə Daşnaksütun partiyasının fəaliyyətini qoyur. «Birinci
səbəb, erməni Daşnaksütun komitəsinin müstəbid bir idarə üsulunu təşkil etdiyidir ki, Qafqazda bir sıra qanlı teatrolar
oynandı... Bu sözləri insafı olan erməni və müsəlman inkar etməz, zənnindəyəm. Mənə yetişmiş 245 məktub,
Daşnaksütun partiyasının fəaliyyətinə dair dörd yüzdən artıq məlumatlar yazı stolunun üstündə durur». Müəllif 400-dən
artıq məlumatdan yeddisini ayırır ki, onlardan biri də Naxçıvana aiddir: «7. Naxçıvan faciəsinə bir neçə gün qalmış bir
nəfər müsəlmanın yerində namaz qıldığı məqamda daşnaksütunlar tərəfindən şəhid edilməsidir». İkinci səbəb kimi
məhəlli hökumət məmurlarının müharibə zamanı etinasızlığı qeyd edilir. Bu səbəbin isbatı üçün iki fakt göstərilir.
Onlardan da biri Naxçıvana aiddir: «Bunlara şahid Naxçıvan uyezdinin naçalniki Angil kimi vicdansızların fitnəkar
hərəkətləridir. Belə ki, yanan atəşləri söndürməyib, əksinə, caniləri bir sıra cinayətlərə sövq edirdi... Angil naçalniklərin
lənətəlayiq hərəkəti nəticəsində Naxçıvanda ermənilər qəzəbə gəlib məğlub edildi. Məğlub olub da, sonrasında Krılov
kimi kazak komandaları kazakları ermənilərlə əlbir edib, müsəlman dükanlarını yandırmaqla müsəlmanları canlarından
əziz olan mallarına məhrum və naümid etdi». Digər bir fakt kimi general Qalaşçapovun Şuşadakı fəaliyyəti nümunə
gətirilir. Üçüncü səbəb kimi müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər olmaları qeyd edilir. «Dördüncü
səbəbə gəldikdə ermənilərin avtonomiya idarə muxtariyyəti həvəsində olmasıdır”.
13
Göründüyü kimi dörd səbəbdən ikisi ermənilərin, biri hökumətin, digəri isə azərbaycanlıların mövqeyi ilə
əlaqələndirilir. M.S.Ordubadinin 1905-ci il soyqırımının səbəbləri ilə bağlı fikirləri maraq doğursa da, problemi
tam əhatə etmir.
Amerikan tarixçisi T.Svietoxovski də 1905-ci il «tatar-erməni müharibəsi»nin səbəbləri üzərində dayanır.
Onun fikrincə bu iki etnik qrup arasında düşmənçilik uzun müddət ərzində davam etmiş, bu dövrdə isə dini
ziddiyyətlər və adi nifrət çərçivəsindən kənara çıxmışdı. Svietoxovski burada yaşayan ermənilərin böyük
hissəsinin
İran və Türkiyədən köçürüldüyünü, ermənilərin Rusiyanın
himayəsi altında müsəlmanlara nisbətən daha sürətlə inkişaf etməsini, iqtisadi həyatda güclü mövqe
qazanmasını qeyd edir. Mədəni-dini ziddiyyətlərlə birgə Azərbaycan burjuaziyasının dağıdıcı rəqabətdən
narazılığı, qeyri-ixtisash azərbaycanlı fəhlə və sahibkarlarla tacir-ermənilər arasındakı toqquşmaları da ön
plana çəkir.
14
Burada iqtisadi faktora geniş yer ayrılsa da, ikili standart tətbiq edilir.
1905-1906-cı illərdə azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımın səbəblərinə dair digər
müəlliflərin fikirlərini də sadalamaq olardı. Yuxarıda göstərilənlərlə kifayətlənərək, bu barədə öz fıkirlərimizə
keçək. Ermənilərin azərbaycanlılara qarşı soyqırımın əsas səbəbi onların Azərbaycan torpaqlarına gəlmə olması,
ərazi iddiaları və ona nail olmaq üçün əl atdıqları etnik təmizləmə siyasəti idi. Sosial-siyasi, iqtisadi, mədəni və
dini sahədə mövcud fərqlər tabe xarakterdə idi. Onların hər hansı birinin rolunun şişirdilməsi əsas səbəbin
pərdələnməsinə, beləliklə, hadisələrin mahiyyətinin təhrif edilməsinə gətirib çıxara bilər.
1905-1906-cı illər hadisələri ermənilərin ilkin hazırlığından sonra 1905-ci il fevralın 6-da başlandı və geniş
əraziyə yayıldı. Əvvəlcə M.S.Ordubadinin «Qanlı illər» əsəri əsasında soyqırımın gedişinin ümumi xronologiyasına
nəzər salaq: Bakı - 1905, 6-10 fevral; Naxçıvan-  5-12 may; İrəvan 23 may-3 iyun; Eçmiədzin 3-9-iyun; Cəbrayıl - 16
iyun; Şuşa-16-21-avqust; yenidən Bakı - 20 avqust - 14 sentyabr; Cavanşir qəzası - 26 sentyabr-27 noyabr; Gəncə-
19-24 noyabr; Tiflis - 20-21 noyabr; yenidən Naxçıvan - 26-30-noyabr; Qazax-1905, noyabr-1906, yanvar; Tiflis sülh
danışıqları - 1906, fevral; Zəngəzur - 29 iyul -15 avqust. Hadisələrin bu tarix və coğrafiyada baş verməsi təsadüfi
idimi? Bıı sual da tədqiqatlarda ayrıca nəzərdən keçirilməmişdir. Ona bir başa cavab versək qeyd edə bilərik ki, o
təsadüfi səciyyə daşımamışdır. Bu baxımdan M.S.Ordubadinin aşağıdakı fikri maraq doğurur: «Əvvəlinci faciələrdə
ermənilərin bütün Qafqazı işğal altma alacaq qədərində əsgərləri yox idi. Ermənilər yalnız hiylə və siyasətlə iş tutub
bir ovuc könüllü əsgərlərlə müsəlmanların qüvvəsini əzmək istəyirdilər. Belə ki, Bakıda sülh edib müsəlmanları
yatırtmaqla Şuşada müharibəyə başlayır. Şuşada sülh edib Gəncə quberniyasının sair yerlərini yandırmağa və


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə