9 İctimai Əmtəə və Ortaq Sərvətlər



Yüklə 439 b.
tarix13.11.2017
ölçüsü439 b.
#9762


9


“Həyatda ən yaxşı şeylər müftədir...”

  • Pulsuz əmtəələr iqtisadi təhlil üçün xüsusi çətinlik törədir.

  • Bizim iqtisadiyyatda əksər əmtəələr bazarlarda alınıb satılır…



“Həyatda ən yaxşı şeylər müftədir...”

  • Əmtəələr pulsuz olduqda, sərvətlərin bölüşdürülməsini təmin edən bazar mexanizmləri artıq işləmir.



“Həyatda ən yaxşı şeylər müftədir...”

  • Əgər əmtəənin bazar qiyməti yoxdursa, onda fərdi bazarlar həmin əmtəənin hansı lazımi miqdarda istehsal və istehlak edilməsini müəyyən edə bilməzlər.



“Həyatda ən yaxşı şeylər müftədir...”

  • Belə hallarda dövlət siyasəti bazarların iflasını aradan qaldıra və iqtisadi rifahı daha da artıra bilər.



ƏMTƏƏLƏRİN MÜXTƏLİF NÖVLƏRİ

  • İqtisadiyyatda mövcud olan müxtəlif əmtəələri nəzərdən keçirərkən onları iki xüsusiyyətinə görə qruplaşdırmaq məqsədəuyğundur:

    • Əmtəənin istifadəsi qadağan edilə biləndirmi?
    • Əmtəə tükənəndirmi?


ƏMTƏƏLƏRİN MÜXTƏLİF NÖVLƏRİ

  • İstehlakı qadağan edilə bilən əmtəə

    • İstehlakı qadağan edilə bilən əmtəə - belə əmtəələrin hər hansı şəxs tərəfindən istehlakının qarşısı alına bilər.
  • İstehlak edildikcə tükənən əmtəə

    • İstehlak edildikcə tükənən əmtəə - bir şəxsin əmtəəni istehlak etməsi digərlərinin həmin əmtəədən istehlak imkanlarını məhdudlaşdırır.


ƏMTƏƏLƏRİN MÜXTƏLİF NÖVLƏRİ

  • Əmtəələrin Dörd Növü

    • Özəl Əmtəələr
    • İctimai Əmtəələr
    • Ortaq Sərvətlər
    • Təbii İnhisarlar


ƏMTƏƏLƏRİN MÜXTƏLİF NÖVLƏRİ

  • Özəl Əmtəələr

    • İstehlakı qadağan edilə bilən və istifadə etdikcə tükənəndir.
  • İctimai Əmtəələr

    • İstehlakı qadağan edilə bilən və istifadə etdikcə tükənən deyil.
  • Ortaq Sərvətlər

    • İstifadə etdikcə tükənəndir, lakin istehlakı qadağan edilə bilən deyil.
  • Təbii İnhisarlar



Təsvir 1 Əmtəələrin Dörd Növü



İCTİMAİ ƏMTƏƏLƏR

  • Müftəxor əmtəədən istifadə edən, lakin haqq ödəməyən şəxsdir.



Müftəxor Problemi

  • İctimai əmtəədən istifadə edərkən insanlar heç bir haqq ödəmədiklərinə görə, həmin əmtəələr fərdi şəkildə istehsal edildikdə bir çox insanlar müftəxor olmağa meyl edir.

  • Müftəxor problemi fərdi bazarların ictimai əmtəə təklif etməsinə mane olur.



Müftəxor Problemi

  • Müftəxor Probleminin Həlli

    • Ümumi fayda məsrəflərdən artıq olarsa, dövlət ictimai əmtəəni təmin etməyi qərara ala bilər.
    • Dövlət bu zaman ictimai əmtəəni vergi gəlirləri hesabına istehsal edə bilər və nəticədə hamı bundan fayda əldə edə bilər.


Bəzi Mühüm İctimai Əmtəələr

  • Milli Müdafiə

  • Fundamental Tədqiqatlar

  • Yoxsulluqla Mübarizə



REAL HƏYATDAN MİSAL: Mayaklar İctimai Əmtəədirmi?



Məsrəf-Mənfəət Təhlilinin Çətinlikləri

  • Məsrəf-mənfəət təhlili ictimai əmtəə istehsalının cəmiyyət üçün olan faydasının və məsrəflərinin müqayisəsidir.

  • İctimai əmtəəni təmin etmək və ya etməməyə qərar vermək üçün bu əmtəədən istifadə edəcək bütün şəxslərin əldə edəcəyi mənfəətin cəmi ilə həmin ictimai əmtəəni təmin etməyə və xidmət etməyə lazım olan məsrəflərin cəmi müqayisə edilməlidir.



Məsrəf-Mənfəət Təhlilinin Çətinlikləri

  • Məsrəf-mənfəət təhlilindən istifadə edərək cəmiyyət üçün layihənin yekun faydasını müəyyən etmək olar.

    • Məsrəf-mənfəət təhlilini aparmaq çətindir, belə ki, qiymətlərin müşahidəsi mümkün olmadığından ictimai fayda və sərvətlərin xərclərini müəyyən etmək olmur.
    • Həyatı, istehlakçının vaxtı və estetikanı dəyərləndirmək çətindir.


ORTAQ SƏRVƏTLƏR

  • Ortaq sərvətlər də, ictimai əmtəələr kimi istehlakı qadağan edilə bilən deyil. Kim onlardan istifadə etmək istəsə, pulsuz istifadə edə bilər.



ORTAQ SƏRVƏTLƏR

  • Ortaq sərvətlər istifadə etdikcə tükənəndirlər, çünki, bir şəxsin ortaq sərvətdən istifadə etməsi digər insanların istifadə imkanlarını azaldır.



Ortaqların Faciəsi

  • Ortaqların faciəsi cəmiyyətin nöqteyi-nəzərindən, ortaq sərvətlərin nəyə görə ifrat istifadə olunmasını təsvir edən ibrətamiz rəvayətdir.

    • İnsanlar ortaq sərvətlərdən istifadəyə görə heç bir haqq ödəmədiklərinə görə, onlardan ifrat istifadə edirlər.
    • Bu iqtisadiyyatın mənfi kənar təsiri nəticəsində baş verir.


Bəzi Mühüm Ortaq Sərvətlər

  • Təmiz hava və su

  • Tıxaclı yollar

  • Balıq, balina və digər heyvanlar



REAL HƏYATDAN MİSAL: Nə Üçün İnəklərin Kökü Kəsilməyib?

  • Bazar məni müdafiə edəcəkmi?



NƏTİCƏ: XÜSUSİ MÜLKİYYƏT HÜQUQUNUN VACİBLİYİ

  • Mülkiyyət hüquqları dəqiq təyin edilmədiyindən bazarlar sərvətlərin optimal bölüşdürülməsini təmin edə bilmirlər (yəni, bəzi maddi sərvətlərin onlara nəzarət etmək üçün qanuni mülkiyyətçisi yoxdur).



NƏTİCƏ: XÜSUSİ MÜLKİYYƏT HÜQUQUNUN VACİBLİYİ

  • Mülkiyyət hüquqlarının olmadığı halda bazarların iflasının qarşısı dövlət müdaxiləsi hesabına alına bilər.



Xülasə

  • Əmtəələr istehlakı qadağan edilə bilən və istehlak edildikcə tükənən olmalarına görə fərqlənirlər.

    • Əgər hər hansı şəxsin əmtəədən istifadə etməsinin qarşısını almaq mümkündürsə, onda əmtəənin istehlakı qadağan edilə biləndir.
    • Əgər bir şəxs əmtəədən istifadə etdikdə digər şəxslərə istehlak etməyə daha az miqdar qalırsa, onda əmtəə istehlak edildikcə tükənəndir.


Xülasə

  • İctimai əmtəələr nə istehlakı qadağan edilə bilən, nə də istehlak edildikcə tükənən deyillər.

  • İctimai əmtəədən istifadə edərkən insanlar heç bir haqq ödəmədiklərinə görə, həmin əmtəələr fərdi şəkildə istehsal edildikdə bir çox insanlar müftəxor olmağa meyllənir.

  • Dövlət əhalini ictimai əmtəələrlə özü təmin edir və istehsalına qərar verərkən məsrəf-mənfəət təhlilinə əsaslanır.



Xülasə

  • Ortaq sərvətlər istifadəsi qadağan edilə bilməyən, lakin istifadə etdikcə tükənən olur.

  • İnsanlar ortaq sərvətlərdən istifadəyə görə heç bir haqq ödəmədiklərinə görə, onlardan ifrat istifadə edirlər.

  • Dövlət ortaq sərvətlərdən istifadəni məhdudlaşdırmağa çalışır.



Yüklə 439 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə