BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elmlər seriyası
2009
AZƏRBAYCAN ANTIK MƏNBƏLƏRDƏ
F.ƏLİYEVA
Bakı Dövlət Universiteti
Azərbaycanın antik dövrünə aid olan dövlətlərdən Atropatena və Albaniyanın
tarix və mədəniyyətinin öyrənilməsi problemi Azərbaycan tarixşünaslığında mühüm
məsələlərdən biri olub tədqiqatçıların diqqət mərkəzində durur. Lakin yazılı məlumat
və arxeoloji materialların kifayət qədər olmaması onun tarix və mədəniyyəti ilə
əlaqədar bir çox məsələlərin işıqlandırılmasına imkan vermir. Bundan başqa, həmin
əraziyə daxil olan bəzi rayonlarda keçmişdə arxeoloji tədqiqat işləri ya aparılmamış
və ya bu tədqiqatlar çox cüzi olub, ancaq kəşfiyyat xarakteri daşımışlar. Həmçinin
indiyə kimi əldə edilmiş arxeoloji materiallar ölkənin tarixinin bütün dövrlərini eyni
dərəcədə əhatə etmir. Albaniyanın e.ə. IV əsr - eramızın III əsrinə qədərki dövrünə
aid abidələri də geniş tədqiq olunmamışdır. Bir çox hallarda yazılı mənbələr belə
çətinliklərdən çıxış yolu tapmağa yardım edir. Ona görə də bir sıra məsələlərin həlli
yazılı mənbələri öyrənmədən mümkün deyil.
Müxtəlif xalqların, ölkələrin və regionların müxtəlif zamanlardakı əlaqələri
təmamilə dəyişik formalarda mövcud olmuşdur. Hətta təsərrüfat, ictimai və mədəni
səviyyələrdəki müxtəliflik əlaqələrin yaranmasının qarşısını ala bilməmişdir. Bütün
bunlar xalqların elmi və mədəni nailiyyətlərinin qarşılıqlı zənginləşməsinə gətirib
çıxartmışdı ki, bu da öz növbəsində onların mədəni səviyyələrinin,təsərrüfat və
ticarətlərinin inkişafına səbəb olmuşdur.Təbii ki, hər bir ölkənin müxtəlif dövrlərdə
təsərrüfat, ticarət və mədəni səviyyəsi yüksək olduqca, xalqın həyatının bir çox
tərəflərinə təsir edərək, onun digər ölkələr və xalqlarla əlaqələri daha da genişlənir.
Bu mənada Cənubi Qafqaz xalqlarının digər ölkələr və xalqlarla qarşılıqlı əlaqələri
diqqətə layiqdir.
Azərbaycanın antik dövr tarixi yazılı mənbələrdə və arxeoloji materiallarda öz
əksini tapmışdır. Ümumiyyətlə, bu dövr haqqında yunan, latın, erməni, gürcü, fars,
ərəb və s. mənbələrində, habelə nisbətən sonrakı dövr tarixçi və coğrafiyaşünaslarin
əsərlərində müəyyən qədər məlumat vardır. Hər iki mənbənin, yəni həm yazılı
mənbələrin, həm də arxeoloji materialların qarşılıqlı şəkildə öyrənilməsi Azərbaycan
tarixinin bu dövrü haqqında təsəvvür yaratmağa imkan verir. Azərbaycanın antik dövr
tarixi yunan və roma müəlliflərinin əsərlərində yer almışdı. Qədim yunan və roma
tarixçilərinin əsərlərinin tədqiqi nəticəsində Azərbaycanın qədim əhalisi, onun
məşğuliyyəti, etnik tərkibi, təsərrufatı, sərhədləri, digər ölkələrlə ticarət əlaqələri,
mədəni səviyyəsi, siyasi tarixi haqqında müəyyən təsəvvür əldə etmək mümkündür.
Strabon, Korneli Tatsit, Polibi, Arrian, Yuli Solin, Kvint Kursi Ruf, Klavdi Elian,
Dion Kassi, Ptolemey və digərləri antik dövrdə Azərbaycan dövlətləri ilə bağlı
məlumat vermişlər.
111
Yazılı mənbələr və indiyədək Azərbaycan ərazisində aparılan arxeoloji
qazıntıların nəticələri onu deməyə imkan verir ki, Albaniyada yaşayan əhali qədim və
yüksək mədəniyyətə malik olmuş və qədim dövrlərdən qonşu ölkələrlə ticarət
əlaqələrində iştirak etmişdir.
Yazılı mənbələr və ədəbiyyatın tədqiqi nəticəsində belə qənaətə gəlmək
mümkündür ki, Azərbaycanın qədim əhalisi özlərinin müstəqilliklərini qorumağa
çalışaraq bütün tarixləri boyu mədəniyyətlərini inkişaf etdirməyə çalışmışlar.
Azərbaycan ərazisindəki qədim dövlətlərdən biri olan Albaniya xalqımızın
tarixində, onun təşəkkülündə böyük rol oynamışdır. Albaniya və alban tayfalarının
öyrənilməsi işinə toponimika, qədim dillərin qaliqları, etnik tərkib, adət ənənə və
müxtəlif etiqadların qalıqları da xeyli kömək edir.
Antik müəlliflərin əsərlərində Albaniya ilə bağlı bir sıra tayfa və yer adları
çəkilir. Belə müəlliflərdən biri e.ə.VI-V əsrlərdə yaşamış Miletli Hekatey Araz çayı
yaxınlığında mövcud olmuş Miq tayfasının adını çəkir.O, miqlər və ya muğlar
haqqında heç bir əlavə məlumat vermir. Lakin bu məsələ qədim müəlliflərin
əsərlərində geniş və aydın verilmədiyindən onun nə dərəcədə düzgün olması bizə
hələlik tam aydın deyildir (7, 10).
E.ə.V əsrdə yaşamış yunan tarixçisi Halikarnaslı Herodot özünün
“Tarix”əsərində farsların hakimiyyətinin Qafqaz dağlarına qədər yayılması və oradakı
yerli əhalinin onlara bac verməsi haqqında məlumat verərkən Daranın XI satraplığına
daxil olmuş kaspilərin də adını çəkir. Buna əsaslanan K.V.Trever Kaspi (Xəzər)
dənizi ətrafında yaşamış kaspilərin, eləcə də albanların əhəmənilərdən nominal
asılılığı məsələsinə ehtimal şəklində toxunur (11, 50-51).
Albaniyanın ilk dəfə geniş təsviri Strabonun (e.ə. 65-e.21-ci illəri)
“Coğrafiya”sında verilib. Strabon Şərqi yaxşı tanıyan bir neçə antik müəlliflərdən biri
idi. O, Amaseyya (indiki Amasya) şəhərində tanınmış ailədə doğulmuşdur və
mükəmməl fəlsəfi təhsil almışdır (6, 386). Strabona görə, ölkələr haqqında coğrafi
dəlillər Makedoniyalı İsgəndərin, sonra isə romalıların yürüşləri nəticəsində
genişlənmişdi. O, on yeddi kitabdan ibarət dəyərli tarixi-coğrafi əsər yaratmışdı.
Albaniya haqqında qiymətli məlumatlar Strabonun on birinci kitabında toplanmışdır.
Müəllif Albaniyanın torpaqlarından, kənd təsərrüfatından, qoşunundan, dinindən
söhbət açır. Strabonun Albaniya ərazisində yerləşən məbəd təsərrüfatı və iyerodullar
haqqında verdiyyi məlumatlar diqqətəlayiqdir. Strabon Qafqaz Albaniyasına dair yer
və tayfa adlarını qeyd edir. O, Albaniyanın, Kambisenanın və yalnız e.ə.I və eramızın
I əsrlərində Albaniyanın tərkibində olan Kaspiananın adlarını da qeyd edir.Strabon
Qafqazın Keravi dağlarının, Kaspi dənizinin, Kürün, Arazın, Qanıq çayın, Alazanın,
Kürün qollarından Poytak, Xan çaylarının adlarını çəkir. Müəllif başlıca olaraq,
albanların adını qeyd edir. Mənbədə təsadüf olunan adların bir hissəsi artıq
unudulmuş və dəyişmiş, digər hissəsi isə indiyə qədər qalmaqdadır.
Qafqaz Albaniyasına dair Strabonun istifadə etdiyi ən qədim mənbələrdən biri
e.ə.III əsrin coğrafiyaşünası olan Eratosfenin məlumatlarıdır.Əsərin bəzi hissələri
e.ə.66-65-ci illərdə Pompeyin Qafqaza yürüşü zamanı onu müşayət etmiş Mitilenli
Feofanın materialları əsasında qurulmuşdur.
Strabon öz kitabında Pompeyin yürüşünün iştirakçıları haqqında da ətraflı
danışır (10, XI, 4, 3).
I əsrdə yaşamış Plininin “Təbiət tarixi”adlı əsərində Albaniya və alban tayfaları
haqqında qiymətli məlumat verilir. Müəllif Albaniyanın təbiəti, əhalisi, albanların
112
məişəti haqqında qiymətli məlumatlar vermişdir (11, 10). Plini həm yunan, həm də
Roma müəlliflərinin külli miqdar əsərlərindən istifadə etmişdir. Əsərdə albanların
Kür ovalığında yaşaması, Alazan çayının albanlarla iberlərin sərhəddində yerləşməsi,
Albaniyanın əsas şəhərinin Kabalaka olması barədə verilən məlumatlar misilsizdir. O,
yazır ki, Kür çayından başlayaraq bütün düzənliklərdə alban tayfaları, onlardan sonra
iberlər yaşayır...Albanların dəniz sahili və udin tayfaları yaşayan əyalətlərindən
yuxarı sarmatlar, utidorlar və paxarlar, onların arxasında isə amazonkalar və
savromatlar yerləşir. Başlanğıcını Qafqaz dağlarından götürən Kas, Alban, Kambis və
Kür çayları Albaniyadan keçərək dənizə tökülür.O, Aqrippanın məlumatlarına
əsaslanaraq yazır ki, Kas çayının sahilləri 425 000 addımlıq məsafədə çox hündür və
keçilməz qayalıqlara malikdir (8, 302-303).
Göründüyü kimi, Plini eramızdan əvvəlki və eramızın I əsrinə dair Qafqaz
Albaniyasının tarixinə dair bizə gəlib çatmayan mənbələr əsasında çox qiymətli
məlumat vermişdir. Pomponi Mela coğrafi əsərini eramızın 44-cü ilində, görünür,
imperator Klavdinin zamanından yazmışdır. Əsərdə Qafqaz Albaniyasının bəzi
çayları, dağları və tayfalarının (o cümlədən kaspilər, albanlar) adları çəkilir.
Maraqlıdır ki, Mela budinlər, tissaketlərlə yanaşı türklərin də adını xatırladır (1, 13).
Mənbədə Kaspi dənizinin də adına tez-tez təsadüf edilir.
Qafqaz Albaniyasına dair maraqlı məlumatlar e.I əsrinin sonu - II əsrin
əvvələrində yaşamış tarixçi Plutarxın əsərində də vardır. O,”Müqayisəli həyat
təsvirləri” əsərində dövrünün görkəmli şəxslərinin həyatından bəhs edərkən Qafqaz
Albaniyası və xüsusilə alban tayfalarının ümumi düşmənə qarşı mübarizəsi haqqında
da məlumat vermişdir.O, Albaniyada da yer,dağ və çayların adlarını qeyd edir,
Antoninin Atropatenaya hücumunu ətraflı işıqlandırır.
Plutarx Pompeyin döyüşlərini təsvir edərkən e.ə.66-cı ildə Kür çayı sahilində
albanların romalılara qarşı 40 minə qədər qoşun çıxarması və s.haqqında məlumat
verir (9, 158). Pompeyin başqa bir hücumundan danışarkən alban hakimi Oroysun
qardaşı Kozisin başçılığı ilə 60 min piyada və 12 min atlıdan ibarət qoşuna malik
olduğu, lakin bu döyüşdə onun əlbəyaxa vuruşma zamanı öldürüldüyü qeyd edilir (9,
159). Ümumiyyətlə, Pompeyin Qafqaz yürüşləri ilə əlaqədar olaraq qədim Roma
müəlliflərinin əsərlərində Qafqaz Albaniyasının bəzi məsələləri, xüsusilə hərbi işləri
barədə nisbətən çox bəhs olunmuşdur.
Qədim Albaniya haqqında məlumatlar Roma tarixçisi Korneli Tatsitin (e. 55-
117-ci illəri) “Annallar”ında da toplanmışdır. O, “Tarix” və başqa əsərlərində Roma-
Parfiya münasibətlərindən, Albaniya, İberiya, Ermənistan haqqında ətraflı məlumat
vermişdir. Tatsitin əsərləri eramızın I əsrində baş vermiş siyasi hadisələri əhatə edir.
Əsərdə albanlar, köçərilərin basqinları, albanlarla parfiyalıların münasibətləri
barədə verilən məlumatlar maraqlıdır.
Qafqaz Albaniyasının öyrənilməsində qədim yunan coğrafiyaşünası və astro-
nomu Klavdi Ptolemeyin ”Coğrafi dərsliyi”nin də böyük əhəmiyyəti vardır. Ptolemey
bu əsərində dövrünün ədəbiyyatına əsaslanaraq Albaniyanın coğrafiyasına dair gözəl
məlumat vermişdir. Burada o, alban şəhər və kəndlərinin, çay və keçidlərinin, habelə
ticarət yollarının adını çəkərək onların coğrafi koordinatlarını göstərmişdir (4, 252-
254). Ptolemey Albaniyanın 29 şəhər və yaşayış məskənlərinin adını çəkmişdir.
Bundan başqa, Albaniyanın bir sıra çayları, dağ keçidləri də sadalanmişdir.
Albanların tarix səhnəsinə e.ə. IV əsrdən çixması haqqında II əsr tarixçisi
Arrian məlumat vermişdir.Onun verdiyi məlumatdan albanların e.ə. IV əsrdə
113
Əhəmənilər İmperiyasından asılı olduğu hiss edilmir.Həmin müəllifin məlumatına
görə, albanlar e.ə. 331-ci ildə Qavqamel döyüşü zamanı III Daranın qoşunlarının
müəyyən qismini təşkil etmişlər (3, 110-113).
Arrian alban və sakasen tayfalarını Kür çayının sol sahilində sakin olmuş,
yüksək hərbi keyfiyyətlərə malik ən böyük tayfa kimi qiymətləndirmişdir.
Öz əsərlərində Qafqaz Albaniyası haqqında danışan qədim yunan və latın dilli
mənbələrin müəllifləri içərisində Appianı da qeyd etmək lazımdır. O, 24 kitabdan
ibarət “Roma tarixi”nin müəllifidir (5, 526).
Bəzi kitablar bizə qədər gəlib çıxmamışdır. Saxlanılmış 12-ci kitab romalıların
Mitridat Yevpatora qarşı müharibələrinə həsr olunmuşdur. Bu kitabda Qafqaz
Albaniyası haqqında da danışılır.
Öz əsərlərində Midiya Atropetena və Albaniya tarixini təsvir edən daha sonrakı
yunandilli tarixçilərdən Dion Kassi Kokkeyanın da adını çəkməliyik. Nikey şəhərinin
sakini Dion Kassi senatorlar silkinə mənsub olub, severlər sülaləsi dövründə tanınmış
tarixçi idi. O, 80 kitabdan ibarət ”Roma tarixi”nin müəllifi kimi, məşhurdur. Onun
əsərinin 35-60-cı kitabları zəmanəmizə qədər gəlib çatmışdır ki, bunlar da Romanın
e.ə. 68-ci ildən e.46-cı ilinə qədər olan tarixini işıqlandırır. Bundan başqa, 79-80-cı
kitablar da qalmışdır.Qalanları isə sonrakı tarixçilərin əsərlərində fraqment halında
saxlanılmışdır. Dion Kassi Albaniyadakı Kür, Kambis çaylarının da adlarını çəkir.
Digər tarixçi Klavdi Elian (II ə.sonu -III ə.əv.)”Heyvanlar haqqında”adlı əsərini
yazmışdı. O, kaspilər ölkəsində heyvanlar aləmi haqqında məlumat verir (5, 601).
Müəllif kaspilərin özləri haqqında danışaraq yazır ki, onlar dəvələrdə Ekbatanaya qu-
ru və duzlu balıq aparırdılar. Kaspilər balıq yağından yüksək keyfiyyətli yapışqan ha-
zırlayırdılar.
III Daranın Qavqameladakı məğlubiyyətindən sonra Əhəməni imperiyasının
şimal-qərb satraplığında müstəqil Atropatena dövləti yarandı. Antik müəlliflərdən
Plutarx, Ammian Marsellin bu ölkəni Atropaten Midiyası adlandırmış, Atropatın baş-
çılığı ilə dövlətin yarandığını göstərmişdir. Polibinin yazdığına görə, Midiyadan dağ-
lar vasitəsilə ayrılan bu ölkə Fasiddən Hirkan dənizinə kimi geniş bir ərazini əhatə
edir. Strabona görə, Matiana ilə Midiya arasında olan bu ərazinin hüdudlarında Spav-
ta gölü yerləşir. Yay iqamətgahı Qazaka, qış iqamətgahı isə Veradır (10, 13, 2, 3).
Burada kadusilər, amardlar, tapürlər və başqa tayfalar yaşayır. O cümlədən, Herodot,
Miletli Hekatey, Strbon, Tatsit, Plutarx, Plini və başqalarının əsərlərində bu ərazi və
onun sakinləri haqqında məlumatlara təsadüf edilir. Hekateyin məlumatlarından
parçalar qədim müəlliflərin əsərlərində qalmaqdadır. Skiflərin, kimmerlərin Əhəməni
dövlətinin satraplıqlarına olan yürüşləri, kaspilər, utilər və başqa tayfalar haqqında
olan məlumatlara Herodotun əsərində rast gəlmək olur. Atropatena haqqında ilk dəfə
ətraflı məlumat verən Strabon olmuşdur. Strabon Atropatenanın sərhədləri, əhalisi,
təsərrüfatı, sakinlərinin etnik tərkibi, məşğuliyyəti, hərbi qüdrəti, qonşuları, adət-
ənənələri barədə məlumat vermişdir. Şübhəsiz, Strabon Midiya haqqında özündən
əvvəl yazanların məlumatlarına biganə qalmamışdır.
İosif Flavi Roma-Parfiya münasibətlərindən bəhs etdikdə Midiya və
Albaniyaya aid məsələlərə də toxunmuşdur.
Atropatena tarixi haqqında məlumat verən görkəmli tarixçilərdən biri də
Plutarxdır. O, Antoninin Atropatenaya olan hücumu haqqında ətraflı məlumat verir.
Plutarx həm də Roma sərkərdəsi Krassın parfiyalılar tərəfindən məğlubiyyətə
uğradılması və s. barədə ətraflı məlumat vermişdir. Onun məlumatına görə,
114
romalılarda olan cəza tədbiri həyata keçirilsə də, lakin bu tədbir nəticə verməmiş, ağır
tələfata məruz qalan Antoni tezliklə və təcili surətdə Atropatena ərazisini tərk etməyə
məcbur olmuşdur. Antoni Atropatenaya gəldiyi yolla deyil, başqa dağətəyi yolla geri
çəkilmişdir. Bu taktika romalıları böyük qırğından xilas etmişdir. Plutarx müharibədə
iştirak edən şəxslərin adını, ordunun sayını göstərməyi belə unutmamışdır. O bu
məlumatları müharibə iştirakçısı Dellyə istinad edərək yazmışdır.
Qədim yunan və latın dillərində yazılmış tarixi və coğrafi əsərlərin rus dilinə
tərcümələri mövcuddur. Bu barədə K.F.Qan, V.V.Latışev, P.F.Mişşenko və Q.A.Strata-
novskini xüsusilə qeyd etmək lazımdır. Polibi, Siciliyalı Diodor, Tit Livi, Korneli Tassit,
İosif Flavi, Strabon, Arrian və digər müəlliflərin əsərləri rus dilinə tərcümə olunmuşdur
ki, bu da qədim Azərbaycana dair mənbələr üzərində işi xeyli asanlaşdırır (2, 17-18).
Bundan başqa, yunan-latın mənbələri üzərində , daha doğrusu antik mənbələrin
orijinal variantları üzərində çalışan və tarixşünaslığımız üçün misilsiz iş görən
Azərbaycan tarixçilərindən Kamal Əliyevin 1987-ci ildə nəşr olunmuş
“Azərbaycan tarixi üzrə antik mənbələr”, 2001-ci ildə nəşr olunmuş “Antik yazarlar
Aazərbaycan haqqında” adlı kitabları və bu haqda bir neçə məqlələrini və həmçinin
İradə Nəcəfovanın antik müəlliflərdən bəzilərinin Azərbaycan haqqında söylədikləri
barədə müxtəlif jurnallarda nəşr olunmuş çox əhəmiyyətli tərcümə və şərhlərdən
ibarət məqalələrini xüsusilə qeyd etmək lazımdır.
ƏDƏBİYYAT
1.
Алиев К.Г. К вопросу об источниках и литературе по истории древнeй Кавказcкой
Албании. В сб. «Вопросы истории Кавказcкой Албании». Баку: 1962, с.6-31.
2.
Алиев К. Г. Кавказская Албания. Баку: 1974, 363 с.
3.
Арриан. Поход Александра, кн. III, гл. 8, 11, пер. М.Е.Сергеенко. М.-Л.: 1962, 383 с.
4.
Клавдий Птолемей. Географическое руководство, гл. 11, пер. В.В.Латышева.
Известия др. пис. о скифии и Кавказа, ВДИ, 1948, № 2, с. 252-254.
5.
Латышев В.В. Известия др. пис. о скифии и Кавказа, ВДИ, 1948, № 1, с.240-254.
6.
Nəcəfova İ.M. Strabon Atropatena haqqında: mənbə, tərcümə və şərhlər. Tarix və onun
problemləri, Bakı, 2008, 1-2, s. 386-389.
7.
Osmanov F. L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı: 1982, 158 s.
8.
Плиний Секунт. Естественная история, кн. IV, гл. 26,29, пер. В.В. Латышева
Известия др. пис. о скифии и Кавказа, ВДИ, 1948, № 2, с.240.
9.
Плутарх.
Помпей,
гл. XXXIV, Сравнительные
жизнеописания.
Пер.
С.А.Стратановского, т. II, М.: 1963, с.548.
10.
Страбон. География (в 17 кн-ах). М.: 1964, 943 с.
11.
Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании. М.-Л.: 1959, 391 с.
АЗЕРБАЙДЖАН В АНТИЧНЫХ ИСТОЧНИКАХ
Ф.АЛИЕВА
РЕЗЮМЕ
Как известно, местных письменных источников по истории и культуре античного
Азербайджана пока не обнаружена и мы вынуждены обращаться к историческим
сочинениям древнегреческих и латинских авторов, оставивших уникальные по
содержанию известия и обильному археологическому материалу, не редко дополняю-
115
щему сообщения древних авторов и поэтому нужному для осмысления духовных
ценностей. Эти два взаимодополняющие друг друга источники позволяют более или
менее конкретно представить историю и культуры Мидийской Атропатены и Албании.
Изучение источников показывает, что именно благодаря информации древне-
греческих и латинских писателей и археологическому материалу можно воссоздать
историческую панораму духовной культуры античного Азербайджана-Мидийской
Атропатены и Албании.
AZERBAIJAN IN THE ANCIENT SOURCES
F.ALIYEVA
SUMMARY
As is known while did not find out written sources about history and culture of ancient
Azerbaijan and we are obliged back to historical working of ancient Greek and Roman’s
authors that reserved unique materials. It’s known that ancient Greek and Roman sources firs
of all touch to the other side of life lightining the wars and dealing with them events.
The great number of populated areas from very insignificant rural settlement till very
large urbans playing significant role in the development of ancient Azerbaijan culture in the
scale of civilization of Ancient East, are mentioned in the written sources.
To the characteristic things of everyday usages which has treatment of spiritual culture
of ancient Azerbaijan belongs cloths. There are also an interesting reports of ancient authors
on this expence.
116
Dostları ilə paylaş: |