Biznes sahəSİNDƏ olan əsas etik problemlər vüqar qardaşOV



Yüklə 30,67 Kb.
səhifə1/3
tarix11.12.2023
ölçüsü30,67 Kb.
#147659
növüXülasə
  1   2   3
Biznes sahəsində olan əsas etik problemlər


BİZNES SAHƏSİNDƏ OLAN ƏSAS ETİK PROBLEMLƏR
VÜQAR QARDAŞOV
Bakı Mühəndislik Universiteti
İqtisadiyyat və İdarəetmə
vuqarqardasov98@gmail.com
BAKI, AZƏRBAYCAN
XÜLASƏ
Dövrümüzdə təşkilatların idarə olunmasındakı əsas nüanslardan biri təşkilat daxilindəki etik qaydalara əməl olunmasıdır. Rəqib şirkətlərə qarşı rəqabət aparmaq, qarşıya qoyulan təşkilati məqsədlərə çatmaq, özünəməxsus ideal imic formalaşdırmaq və müştəri məmnuniyyətinin əldə olunması baxımından etik problemlərin həlli aktual məsələlərdən biri hesab olunur. Tədqiqat işinin məqsədi təşkilatlardakı etik problemləri araşdırıb tapmaq, həmin problemlərin həlli yollarını tapmaqdır. Tədqiqat işində bəzi elmi yeniliklər də göstərilmişdir. Təşkilatlarda qeyri-etik davranışların baş verməsi, etik qaydalara riayət olunmaması özü ilə bərabərində bir sıra problemlər yaradır. Nəticədə də bu kimi problemlər də şirkət imicinin düzgün formalaşmamasına, müştəri məmnuniyyətinin aşağı düşməsinə və s. səbəb olur. Bu kimi məsələlərin həlli yolları təşkilatlar baxımından praktiki əhəmiyyətə malikdir və burada göstərilən həll yolları günümüzdəki şirkətlərin fəaliyyəti baxımından çox əhəmiyyətlidir. Tədqiqat işinin üstünlüyü kimi həm ümumi, həm də Azərbaycan təşkilatlarında olan etik problemlərin müqayisəli təhlilini göstərmək olar. Bu tədqiqat işində günümüzdə şirkətlərdə baş verən qeyri-etik məsələlər ön plana çıxarılmışdır. Eyni zamanda ölkəmizdəki şirkətlərdə olan qeyri-etik davranışlardan bəhs olunmuşdur və araşdırma ilə bağlı etik problemlərin həllində lazım olan bir neçə nəticələr əldə olunmuşdur.
AÇAR SÖZLƏR: Etik, biznes etikası, etik problemlər
GİRİŞ
1. Tədqiqat işində ümumi və ölkəmizdə fəaliyyət göstərən təşkilatlardakı biznes etikasındakı problemlər araşdırılmışdır. Tədqiqat işinin məqsəd, vəzifələri biznes sahələrindəki etik problemləri araşdırıb tapmaq və etik problemlərin həlli yollarını araşdırıb tapmaqdan ibarətdir. Təşkilatlarda baş verən etik problemlər idarəçilər, idarə üçün sonu mənfi olan çoxlu nəticələrə gətirib çıxarır. Bu kimi problemlərin həlli dövrümüzdə təşkilatlar baxımından daha aktual məsələlərdən birinə çevrilmişdir. Bu problemlərin araşdırılıb öyrənilməsi təşkilatlar, çalışanlar üçün böyük əhəmiyyətə malikdir. Tədqiqat işində etik problemlər öyrənilərək dövrümüzdəki təşkilatlar üçün elmi yenilik baxımından məlumatlar göstərilmişdir.
2. Dövrümüzdə təşkilatlardakı qeyri-etik davranışlar işçilərin iş mühitindən məmnun olmamalarına və təşkilatların qarşılarına qoyduqları məqsədlərə çatmamalarına səbəbdir. Nəticədə təşkilatlarda etik çöküşlər meydana gəlir. Bu məsələlərin həlli nəinki, müəssisələrin, bütöv iqtisadiyyatın inkişafına təsirini göstərir. Bu baxımdan tədqiqqat işinin aparılmasına dövrümüzdə daha çox ehtiyac vardır. Tədqiqat işində ümumi və ölkəmizdəki təşkilatlardakı etik məsələlər araşdırılmış, şirkətlərin imicinə xələl gətirəcək etik problemlər diqqət mərkəzinə gətirilmişdir.
3. Tədqiqat işində sahələrdəki etik problemlər araşdırılmış, onların həlli yolları üçün nəticələr, təkliflər göstərilmişdir. Tədqiqat işində yerli, xarici ədəbiyyatlardan istifadə olunmuş, əsas 5 ədəbiyyat siyahısı göstərilmişdir. Tədqiqat işində problemlər araşdırılıb müqayisəli təhlil aparılaraq, analiz metodundan istifadə olunmuşdur.
4. Tədqiqat işi xülasə, açar sözlər, giriş, tədqiqat metodu, nəticə, ədəbiyyat siyahısından ibarətdir. Tədqiqat metodu 2 hissədən ibarətdir. Tədqiqat işi ümumilikdə 6 səhifəni əhatə edir.

Yüklə 30,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə