Elmar Şahbazov Otaq y oldaşım Pint I



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix26.05.2023
ölçüsü0,51 Mb.
#113141
  1   2   3
Otaq-yoldasim-pinti-ELMAR-SAHBAZOV



Elmar Şahbazov
Otaq y
oldaşım 
Pint
i



Kənd mühitində böyümüş Kənan Bakı şəhərindəki 
universitetlərin birinə qəbul olur. Elə birinci kursda ikən 
Arzu adlı qrup yoldaşından xoşlanmağa başlayır. Arzuya 
sevgisini açmaq istəyən Kənan qrup yoldaşları ilə birgə 
film izləmək üçün sinemaya gedir. Orda gördüyü mənzərə 
ilə qıza olan hisslərini gizli saxlamağa məcbur qalır. Bu 
mənzərə ilə onun qəlbində Arzuya qarşı olan sevgisinin 
yerini nifrət hissi alır.
Kənan qarşılaşdığı hadisəni unutmaq üçün düşünül­
məmiş addımlar atır... dəyişik yollara girir. İkinci semestr 
zamanı danışıq klubunda Günay adlı bir qızla tanış olur. 
Onunla sevgi münasibətləri yaşayaraq Arzunu unutmağa 
çalışan Kənan qısa müddət də olsa xoşbəxt olmağı bacarır. 
Və nəhayət, yaşadıqlarından sarsılmış qəhrəman məhv 
olmuş sandığı arzularına yetə bilir...


Elmar Şahbazov
Otaq yOldaŞım Pinti
Bakı, Qanun Nəşriyyatı, 2016, 128 səh., 00 tiraj
Redaktor: Ceyran Abbasova
ISBN 978-9952-36-
© Qanun Nəşriyyatı, 2016
© Aslan Quliyev, 2016
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing


5
Yuxu
S
alam, dostum, necəsən? Yaxşı olmağını arzula­
yıram. Artıq bir neçə saniyədir ki, əlində tutdu­
ğun bu kitabın əsas mövzusuna keçməzdən öncə sənə 
bəzi şeylər demək istəyirəm, bu dediklərim yalnız sənin 
və mənim aramda qalacaq. Başqa kimsə bilməyəcək. 
Elə sanma ki, zarafat eləyirəm. Zarafat elədiyimi unut. 
Çünki zarafat eləmirəm. Bilirsənmi, niyə belə yazıram? 
Deyim niyə, sən də bil. Mən kitab yazıram, bunu bir çox­
ları oxuyur, bu doğrudur. Amma indi əsas olan sənin 
oxumağındır, sənin oxumağının fərqi olacaq. Bəs fərqi 
nə olacaq? Bax, dostum, fərqi o olacaq ki, bu kitabı SƏN 
oxuyursan. Burada əsas məsələ budur. Sənin oxumağın­
dır. Bunları çoxları oxuya bilər, amma hər kəs sənin kimi 
anlaya bilməz, yəni sənin anladığını anlaya bilməz. Hər 
kəs eyni deyil həyatda, anlayışlar da eyni ola bilməz. Belə 
ki, sən hər kəsin anladığından fərqli anlayacaqsan. Bunu 
da deməliyəm ki, sən fərqlisən. Dünyada heç kəs eyni 
olmur, hətta əkizlər belə. Bu əsasdan da, həqiqətən, sən 
fərqlisən. Bunu qəbul etməyini istəyirəm. Hə, dostum, 
sən fərqlisən. Gördüyün obyektlər var ha, ətrafında olan 
hər şey, bax, nə görürsən? Nə var yanında? Əlində tut­
duğun kitab, olduğun yer, gördüyün bu dünya, bu kai­
nat sənin üçün var, sənin üçün yaranıb. Dinlə, dostum, 


6
bu dünyada baş verən hər şey sənə görədir. Hər şeyin 
səbəbkarı sənsən. Bu şəhər, bu ölkə, bu dünya, bütün 
kainat, aləm sənin düşüncələrinin əksidir, həyatda, dün­
yada nə baş verirsə, onlar sənin düşüncənin bir parçası­
dır. Yaxşı, ya da pis – onların hamısı sənlikdir. Onlarda 
və bütün olanlarda sənin payın var. Səncə, dünya necə 
bir yerdir? Yaxşı, yoxsa pis? Əgər dünya və yaxud da 
dünyan yaxşı bir yerdirsə, sən yaxşı birisən. Əgər bura­
da, hətta bu kitabda da xoşuna gəlməyən nələrsə varsa, 
bax onların da günahkarı sənsən. Bir deyim var, ehtimal 
ki, artıq bu deyimi eşitmisən, amma mən yenə də sənin 
üçün onu xatırladım: “Dünyanı düzəltmək istəyirsənsə, 
özündən başla!” Həqiqətən də gözəl və doğru deyim­
dir. Ətrafında xoşa gəlməyən bir şeylər baş verirsə, bu 
səndən asılı deyil fikrini daha düşüncəndən çıxar, o 
fikri elə bir yerə at ki, bir daha nə sən, nə də bir kimsə 
tapa bilsin. Bunları sənə ona görə deyirəm ki, daha bir 
şeylərin fərqinə var və dünyanı, kainatı düzəltməyə 
başla, dünya sənin düşüncələrindədir. Ümid edirəm ki, 
istiqamət verməyə çalışdığım yolda hərəkət edəcək və 
bu yolboyu gördüklərindən, qarşılaşdıqlarından nəticə 
çıxaracaqsan. Bir də bunu deyim ki, “nə eşitdiklərinə, nə 
də gördüklərinə”, aşkar həqiqətə söykənmədən, vicdan 
məhkəməsinin doğrulamadığı qərarlarla nəticə çıxarıb 
hərəkət etmə, inanma.
***
Məncə, bu qədər bəsdir marketinqçilər sayağı yaz­
dıqlarım, ya da bəzi psixoloji kitablar kimimi yazmalı 


7
idim? Hər nə isə... Başqa kitab yazmağa fürsətim olar­
sa, bəlkə o zaman belə fikirlərdən yazmağı düşünərəm. 
Daha keçək əsərimizə. Haradan başlayaq, dostum? Heç 
özüm də haradan başlayacağımı dəqiqləşdirməmişəm. 
Gəl belə edək: səni səmaya çıxaracağam. Hə, indi bir 
düşün, səmada olduğunu düşün. Heç bir şeyə tutunma­
dan səmada qaldığını düşün. Yüksəklərə get, zülmətə 
sarı. Qaranlıq boşluqda heç bir şeydən asılı olmadan 
eləcə orada durmusan. O sonsuzluqdan Yer kürəsinə 
baxırsan, doğrusu, sonsuzluqda deyil, amma boş ver 
və düşünməyə davam elə. Tam səssizlik və görmədiyin 
qədər yalnızsan. Bu qədər bəsdir, məncə, orada çox qal­
mağını istəmirəm, havasız yerdir, ölməyini istəmərəm, 
çünki yazdığım kitabı oxuyub bitirməlisən. Aşağıya 
gəl, dünyaya tərəf. Asiya qitəsinin harda olduğunu 
bilirsənmi? Bu qitədə dünyanın ən böyük gölü olan 
Xəzər dənizi var. Ona çox böyük olduğundan dəniz 
deyirlər. İndi sən Xəzər dənizinin qərb sahillərinə tərəf 
bax. Hə, dostum, səmadan Xəzər dənizində dimdik 
kimi görünən o torpaq sahəsi Abşeron yarımadasıdır. 
Səmadan asta­asta ora yaxınlaş, Bakıya gəl. Ah, uça 
bilsəydik, nə gözəl olardı, hər yerə uçaraq gedərdik, sən 
də xəyalən uç. Hardasan indi? De, sənə istiqamət verim, 
məni tapa biləsən. Daha burada dayanaq, çünki özüm 
də bezdim. Səni Bakıya ona görə gətirdim ki, oxudu­
ğun bu əsəri yazdığım zaman necə bir yerdə yaşadığı­
mı biləsən. Mən doğma­böyümə bu şəhərdən deyiləm, 
mənim üçün bura qərib diyardır. Burada ailəmdən, 
yaxınlarımdan, bir çox dost­tanışlarımdan uzaqdayam. 


8
Respublikamızda olan əksər ali təhsil müəssisələri Bakı 
şəhərində yerləşir və mən həmin müəssisələrin birində 
tələbə olduğum üçün burada yaşayıram. “Otaq Yol­
daşım Pinti” adlandırdığımız bu kitabda da sənə Bakı 
şəhərində yaşadığım tələbə həyatından bəhs edəcəyəm. 
Sənə bu adla bir sıra əhvalatları danışacağam. Sən də 
bəlkə tələbəsən, bəlkə də olmusan, bəlkə də olacaqsan, 
bəlkə də... bəlkə də... bəlkə də... sıranı artırmaqla da­
vam edə bilərəm. Amma onu da bilirik ki, hər il dünya 
əhalisinin 3­4 faizi universitet həyatına qədəm qoyur. 
Geridə qalan 96­97 faiz insansa bakalavr təhsilindən 
müxtəlif səbəblərdən məhrum olur. Tələbə həyatı yaşa­
yanlara “Otaq yoldaşım Pinti” bir xatirə olacaq, tələbə 
həyatı yaşamayanlar üçünsə tələbəlik necə bir hissdir, 
tələbəlik necə keçir, ən azından mənim gördüyüm bu­
caqdan görsənən mənzərəni təsvir etməyə çalışacağam. 
Mövzuya keçməmişdən öncə onu da deyim ki, mənim 
üçün tələbəlik qarın ağrısından sonra unitazda gördü­
yünüz şeydir. Lakin etiraf edim ki, çox gözəl tərəfləri də 
var.
***
Mən bu şəhərdə bir çoxları, bəzi dostlarım kimi 
kirayə evdə yaşayıram. Artıq neçə kirayə ev dəyişdiyimin 
sayını unutmuşam. Ürəyim sıxılır, dəyişiklik yaşamaq 
istəyirəm. Nəticə olaraq da kirayələrdə gəzirəm. Bu 
dəfəki kirayə evi Qaraçuxurda tutmuşam – Qaraçuxur 
qəsəbəsində. Yeni yaşamağa başladığım bu kirayə evdə 
qəribə hadisələr baş verir. Artıq qorxmağa başlamışam. 
Bu gün bu zibil məni boğacaq və öldürəcək deyə ya­


9
man qorxuram. Ruhlara inanırsanmı, dostum? Saysız 
insan inanır. Mən səni əmin edə bilərəm ki, burada baş 
verənlərin ruhlarla heç bir əlaqəsi yoxdur. Məni boğacaq 
və öldürəcək dediyim şey isə qazdır. Burada hardansa 
qaz sızıntısı baş verir. O gün hamamda əlimi yuyanda 
qapı gurultu ilə açıldı. Bunun qaz sızıntısından olduğu­
nu sezmək elə də çətin deyildi. Beləcə, məlum oldu ki, 
sızıntı haradandır. Bu gurultular­partıltılar hamamda 
suyu qızdırması üçün istifadə edilən qızdırıcıdan sızan 
qazla olurmuş. Mən sızıntı barədə ev sahibi ilə danış­
maqdan yorulmuşam, ev sahibi isə “axşam düzəltdim” 
deməkdən yorulmayıb. Artıq belə hadisənin 3 dəfə şahi­
di olmuşam. Onlardan biri daha qorxulu idi. Yaxınlarda 
evi dəyişmək fikrindəyəm. Mənim qorxularıma baxma­
yaraq, olanlar əsərin qəhrəmanının, otaq yoldaşımın 
qulağına da deyil. Sanki içində zərrə qədər də qorxu 
yoxdur.
Otaq yoldaşımla yeni dost olmuşam. Onunla bu il 
fevralın ortalarında tanış olmuşam. Doğrusu, heç adı­
nı da dəqiq bilmirəm. Mən ona “Pinti” deyə səslənirəm, 
həmişə də belə deyəcəyəm. Çünki o həqiqətən də pin­
tidir, həm də bu ad onun görünüşünə çox yaraşır. O 
Pinti var ha, kirayə pulu vermir, yemək bişirmir, qab 
yumur, qısası, heç nə etmir. Haqqına girməyim, etdiyi 
bir şey var. Bəy Pinti bütün günü yatmaqla məşğuldur. 
Onu tapmaq istəsən, bizim kirayə evdə, yataqda tapa 
bilərsən. Danışan biri deyil, susmağı seçib. Bəlkə də lal­
dır? Elə bil onu kimsə söyüb danışarsa deyə. Mən bu 
Pinti ilə birlikdə öz evimdən, ailəmdən, dostlarımdan 


10
uzaqda qalmaqdan bezmişəm artıq. Pinti həyatımda 
hər şey sanki təkrar­təkrar baş verir. Hər gün eyni yerə 
get­gəl, yemək bişir, yemək ye, qabları yu, paltarı yu, 
yudunsa, ütülə – günlük təkrar, həftəlik təkrar, aylıq 
təkrar, həqiqətən sıxıcıdır. Heyif deyilmi evdə?! Hazır­
layıb çağırırlar, bir az naz edib sonra gedirsən minnətlə 
hazır yemək yeməyə. Yeyib bitirdikdə qablara da əlin 
dəymir, hazıra nazirsən yəni. Nazir olduğum vaxtlar ya­
dıma düşdükcə kədərlənirəm lap. İndi kirayə qaldığım 
yerdə bir otaq mənə məxsusdur. Mətbəx kimi adlan­
dırılan yerisə kirayə qonşumla bərabər istifadə edirik. 
Həmçinin hamam­tualet də bu cür. Mənim kirayə ota­
ğım qızcığaz otaqları kimi çəhrayı rənglə rənglənmiş, 
bir pəncərəli, bir yataq və stoldan əlavə əşyaların sığ­
mayacağı qədər kiçikdir. Bu çəhrayı divarlar arasında 
həyatla mübarizə aparıram, dostum. Gündə bir dəfə 
yemək yeyirəm, o da mədəmin ağrısından. Ac qalmağım 
yeməyə bir şeyin olmadığından deyil, yemək bişirməyə, 
həm də yeməyə ərindiyimə görədir. Yemək bişirmək, 
qarına ötürmək bir yana qalsın, yedikdən sonra tualetə 
getməyə də ərinirəm. Elə ən xoşuma gəlməyən şeylərdir 
– yemək ye, tualetə get, yemək ye, tualetə get. Təkrar­
təkrar eyni şeyləri nə qədər etmək olar? Bir ömür, bir 
ömür boyu tualet yollarında vaxt itirmiş olacağıq. Qa­
rınla tualet məsələsinin bir çarəsi olaydı kaş. Bu barədə 
az da olsa fikirləşdim, amma bir çarə tapmadım. Hin­
distanlı Prahlad Janidən
1
savayı fəhlədən liderə hər kəs 
çarəsiz halda tualetin yolunu ölçəcək.
1
Prahlad Jani – 70 ilə yaxındır yemək yeməyən və su içməyən hindistanlı 
yoqdur.


11
Dostum, artıq dərsin vaxtı yetişib. Gəl birlikdə 
gedək, səni Akademiyamıza aparım. Məncə, getmək 
istəyərsən. Səni dostlarımla tanış edəcəyəm. İndi paltar­
larımı geyinirəm, mənə tərəf baxma. Axı sən naməh­
rəmsən. Aynaya baxır və bir yaraşıqlı oğlan görürəm, 
bax, o yaraşıqlı mənəm. Yenə çox danışdım, vaxt gedir. 
Gedək dayanacağa, ayaqqabılarım da yaman kirlənib. 
Siqaret çəkirsənmi? Ən yaxşısı çəkmə, mən sənin 
əvəzinə çəkirəm. Ətrafı şüşə ilə örtülü dayanacağımız­
da gözləyək bir az, aha, avtobus gəlir, gəl minək, yol­
pulu mənlikdir. Dostum, belə getmək bezdirib məni. 
Dünən təpili­tıxılı avtobusda sürücü: “ortaya keçin, yer 
var”, – deyirdi. Mən də əsəbi halda: “Hara keçək? Yer 
var? Üst­üstə çıxaq? Ya ələ salmısız milləti?” – dedim. 
Bəziləri buna gülür, sürücü ilə konduktor isə tərs­tərs 
mənə baxırdı. Sağ olsunlar: “Düz deyir də, milləti yığ­
mısız ağız­ağıza, yer var? Hara keçək?” – deyərək bəzi 
əsəbi sərnişinlər dəstək vermişdilər mənə. Sürücü sus­
maq bilmir: “Elə isə taksi ilə gedin, minməyin avtobusa” 
– deyə bu cür sözlərlə davam edirdi. İki­üç gün əvvəl 
elə danışan bir avtobus sürücüsü var idi. Səbri tükənmiş 
sərnişinlərdən biri salıb aşağı it balası kimi çırpdı. Qadın­
uşaq bilmədən bir­birlərini söyürdülər. Başım qarışıb 
danışmağa, artıq çatırıq. “Qarşıdakı dayanacaqda sax­
layın, bir zəhmət”. Dostum hazırsanmı? Daha çatmışıq. 
Gəl, gəl, utanma. Amma asta­asta yeriyək. Tələbələrdən 
xoşuma gələn bir qız var, arxamızca gəlir, izin verək bizə 
çatsın. Dostum, sən kimisə sevmisənmi heç? Bilirsənmi 
sevgi necə bir hissdir? Mən o qızı hər görəndə sinəmdə 


12
qığılcımlar uçuşurmuş kimi bir hiss yaranır içimdə, 
ürəyim sürətlə çırpınmağa başlayır, ayaqlarım özünü 
itirir, beləcə, özümü itirirəm. Ona onu sevdiyimi demək 
istəyirəm, onun adı Arzudur. O, həqiqətən də mənim 
üçün arzudur. Arzunun çox gözəl parlaq gözləri, kiçik 
dodaqları, ortadan ayıraraq, belinə tökdüyü qəhvəyi 
rəngə çalan saçları, şipşirin təbəssümü var.
– Salam, Arzu, necəsən?
– Yaxşıyam, Kənan, sən necəsən?
– Mən də yaxşıyam, çox sağ ol, bu mənim dostum­
dur...
– Kim sənin dostundur?
– Eee... heç, heç, çaşdım, dərslər necə gedir?
– Yaxşıdır, səndə necədir? Gecikirik, dərsə gedək... 
– Hə, sən get, mən də bir azdan gələcəyəm, hələlik. 
Ah, dostum, Arzu mənim dəli olduğumu düşünəcək. 
Ona səni göstərmək istədim, unutmuşdum, sən yal­
nızca bu kitabı oxuyursan və səni yalnız mən görürəm. 
Gedək, gedək. Sağ tərəfə bax, orada siqaret çəkənlər 
mənim dostlarımdır, sağdakı Zamin, onun yanındakı 
Fəxrəddin, soldakı Mehman, siqaret çəkməyən isə ada­
şım Kənandır. Aramızda bircə adaşım siqaret çəkmir. 
Kənan bizdən siqaret almasa da, heç çəkməsə də, ondan 
siqaret pulu almaq istəyirik. Çünki biz siqareti filtrindən 
az­az çəkirik, o isə havadan bizim çəkdiyimizdən çox 
çəkir. Pulumuzu da vermir. 
Dostum, sənlə belə birlikdə gəzsək, çox yazmalı ola­
cağam, ən yaxşısı sən get, yat, bundan sonra nələr oldu­
ğunu mən sənə danışacağam.


13
***
Hə, dostum, inanmıram yatasan, yəqin ki, oxu­
maqda davam edirsən. Bəlkə də yatmışdın, bilmirəm, 
amma onu bilirəm ki, hazırda oxuyursan. İndi sən 5­6 
saat keçdiyini fərz elə, elə düşün ki, sən mənim yaşadı­
ğım kirayə evdəsən, mən də Akademiyadan evə qayıt­
mışam və yenə də söhbətimizə davam edirik. Ah, dos­
tum, düşünmək çox gözəldir, məhdudiyyətsizdir. Bizim 
əlimizdən çox şeyimizi ala bilərlər, amma düşüncəmizi 
heç vaxt ala bilməzlər. Düşün ki, əsərimin içindəsən, biz 
evdəyik, xəyalən, otaq yoldaşım Pinti bax gör, nə edir? 
Hər zamankı kimi, o yatmağındadır: “Hey, Pinti, mən 
gəlmişəm, oyan, tük yığını, az yat”. 
Boş ver, dostum. Söz verdiyim kimi, bu gün Aka­
demiyada nələr oldu, danışım. Deməli, dərsdə Arzu 
yanımda oturmuşdu. Elə həyəcanlanmışdım ki, ürəyim 
yerindən çıxacaqmış kimi çırpınırdı. Onu çox sevirəm, 
evlənəcəm onunla. Hə, bu gün mənim prezentasi­
yam var idi. Mövzu “qəsdən iki və ya daha çox şəxsin 
öldürülməsi, Cinayət Məcəlləsi maddə 120.2.7.”­dən. 
Yaraşıqlı olduğum kimi müdrik və çox səlis dərs da­
nışmağım var. Belə ki, həmin təqdimatımdan 9 bal al­
dım, məni təbrik elə. Akademiyada olanlardan bir şeyi 
nəzərə almasaq, demək olar ki, günüm yaxşı keçdi. 
Nəzərə almayacağımız şey dərsdə mədəmin zurna çal­
masıdır. Daha xəcalətimdən nə edim, bilmirdim. Başına 
gəlməsin. Özümü əzib­büzürdüm, gah qarnımı sıxır, 
gah da qarnıma hava alaraq şişirdirdim ki, səs çıxmasın. 


14
Yenə də düzəlmirdi ki, düzəlmirdi, elə bil zibilə tütək 
veriblər. Elə ki səsi eşidirdim, başqaları da eşitməsin 
deyə başlayırdım danışmağa. Amma hər dəfə də nəsə 
bəhanə edib danışmaq olmur axı. Həm səsin nə vaxt 
çıxacağını bilmək olmur, həm də dərsdə çox danışdığı­
ma görə az qalmışdı ki, müəllim sinifdən çıxarsın məni. 
Ən çox utanıb, pis olduğum isə Arzunun: “Utanma, hər 
kəsdə olur, yemək yeməmisənmi?” deməsi oldu. Mən 
də yalandan ona: “Yooo... yemişəm, axmaqlığı tutub” – 
deyərək mövzunu zarafata saldım, amma rəngim qırmı­
zılığına saldı. Nə isə, buna görə kefimi pozan deyiləm. 
Bu gün iki dəfə 9 bal almışam. Özümə şənlik, yeyib­
içmək edəcəyəm, soyuducuda 3 dənə yumurta olmalı­
dır, iki dənə də kartofum var. Bişirib nuş eləyəcəyəm. Ac 
olanda adam nə yeyirsə ləzzət edir, özü də ki, yemək az 
ola, o zaman daha da ləzzətli olur. Aa... telefonuma zəng 
gəlib, bu, dostum Zaminin nömrəsidir. Evə gəlməzdən 
öncə, Akademiyada birlikdə olduğumuz vaxt söhbət 
edəndə onların qaldığı kirayə evə gələcəyim barədə 
ona söyləmişdim. Haydı, düzələk yola. Sabah onlar­
la birlikdə “Work and travel” ilə Amerikaya getmək 
barədə məlumat almaq üçün “Nizami”də yerləşən 
“Caspian Plaza”ya getmək istəyirik. Amerika işi alın­
sa, həm səyahət etmiş olaram, həm də pul qazanaram. 
Bu təşkilat ancaq 1, 2, 3­cü kurs tələbələrini bu layihəyə 
aid edir, vaxt ötürmək istəmirəm. Amerikaya gedən 
tələbələrin xeyli fayda əldə edərək geri qayıtdığını 
eşitmişəm, həm dil öyrənirlər, həm pul qazanırlar, həm 
də dünyagörüşlərini inkişaf etdirmiş olurlar. Bir dəfə 


15
bibim oğlu mənə “dostum 3 aydan sonra 30 min dol­
larla qayıtmışdı” – deyəndən sonra Amerikaya getməyə 
daha da həvəsləndim. Sən də get, dostum, həm səyahət 
edərsən, həm işləyərsən. İngilis dilini də öyrənmiş 
olarsan. Mən hələ getməmişəm, amma çoxdandır ki, 
xəyalını qururam. Bir düşün, getmişəm, 3 ay işləmişəm, 
Nyu­Yorku görmüşəm, ingilis dilində rahat danışıram, 
cibimdə 30 min dollar, ohhh. Gələn kimi ikinci əl maşın 
alaram. Son zamanlar maşınların qiyməti çox aşağı dü­
şüb, 7­10 min manata özümə yaxşı maşın ala bilərəm. 
Maşın almaq bir çox gəncin arzusu olduğu kimi, mənim 
də arzumdur. Maşınla vaxtına qənaət etmiş olur, avto­
buslarla 1 saata getdiyin yolu 15 dəqiqəyə başa vurur­
san. Maşınım olsaydı, Arzum ilə birlikdə gedib­gələrdik 
Akademiyaya. Ah, mənim gözəl xəyallarım. Mən də 
vaxtıma qənaət etmək, arzuma yetmək istəyirəm. İndi ən 
tez yetmək istədiyim arzum təkcə Arzudur, qalan heç nə 
maraqlandırmır məni. Amma hələ mən Arzuya onu sev­
diyimi deməmişəm. Bütün gücümü toplayıb gedəcək, 
əllərini tutaraq qarşısında diz çöküb: “Səni dəlilər kimi 
sevirəm, mənimlə bir ömür yaşamaq xoşbəxtliyini mənə 
bəxş edərsənmi? Mənimlə evlənərsənmi?” – deyəcəyəm. 
Ehh... Yox əşi, həmən romantik türk filmlərinə get­
di ağlım. Hələ yaşım çox azdır, atam özü 40 yaşın­
da evlənib, Arzuya eşqimi etiraf etmək bir yana, atam 
evlənmək istədiyimi eşitsə, cırar məni. Kaş elə hər şey 
o filmlərdəki kimi olsa. Bizim kimi gənclər də o filmlərə 
baxıb elə bilirik ki, həyat o filmlərdəki kimidir. Aksi­
yon filmlərinin əksəriyyətində filmin baş qəhrəmanı 


16
necə, nə qədər ölüm təhlükələrindən qıl payı canını 
qurtarıb ölmürsə, o səhnələri necə qabardıblarsa, sev­
gi filmlərinin də romantikasını eynilə elə qabardıblar. 
Sənə bunları danışa­danışa mən artıq Zabrata, dostları­
mın kirayə tutduqları evə gəldim. Hər biri ilə görüşüb 
hərəmiz bir tərəfdə oturub söhbət edir, çay içir, ordan­
burdan danışırıq, sən də duyursanmı? Yenə mən, Zamin 
və Fəxrəddin siqaretimizi çəkməkdəyik. Yenə də adaşım 
Kənan bizim hesabımıza tüstünü havayı çəkir. Kənan 
bir əlində alma, qulağında qulaqcıq kompüterdə nəyəsə 
baxır, ya da nəyəsə qulaq asır. Mən ona yenə “siqare­
tin pulunu ver” dedim, qulaqcıqları çıxarıb mənə baxdı: 
Necə yəni?” – dedi. Mən yenə eyni şeyi təkrar etdim. O 
dərhal qulaqcıqları qulaqlarına keçirib kompüterlə oyna­
ya­oynaya almasını yeməyə davam etdi. Ah, dostum, bu 
müasir zamana bax, hərənin əlində bir texnologiya zım­
bırtısı, söhbət yaddan çıxıb. Zamin, Kənan, Fəxrəddin 
də uşaq kimi oyun oynayırlar. Bəlkə eşitmisən, “Clash 
of Clans” oyunu, elə bil uşaqdırlar. Allah bunlara ağıl 
versin. Son zamanlar, demək olar, hər kəs bu oyunu oy­
nayır, kiçikdən­böyüyə hər kəs. Hə, bu arada mən də 
oynayıram, 60­cı səviyyədəyəm. Amma mən arada oy­
nayıram, qınama məni. Dostlarımdan nə Zaminin, nə 
Fəxrəddinin, nə də Kənanın sevgilisi var, yalnız yazıqlar 
bu oyunlarla vaxt keçirirlər. Doğrusu, bir­iki dəfə park­
da kiməsə yaxınlaşıblar, yaxınlaşdıqları da imtina edib, 
qırıb bunları. Bir dəfəsində Fəxrəddin bir qıza yaxınlaşıb 
tanış olmağı bacarmışdı. Fəxrəddin qoçaq tanış olduğu 
qızla gedib şəhərin mərkəzində bahalı bir kafedə oturub 


17
çay içiblər, hesab 25 manat tutmuşdu. Bədbəxtlik bura­
sındadır ki, Fəxrəddin qızın nömrəsini ala bilməmişdi, 
yəni anlayacağın quş pır­pır edib əlindən uçmuşdu. 
Düzdür, bunun sevgi ilə əlaqəsi yoxdur, amma belə 
şeylərdən ehtiyatlı ol deyə danışıram sənə. Dostlarımın 
sevgilisi olmasa da, çox yaxında mənim sevgilim olacaq, 
az qalıb. Bu sevgilisiz dostlarımın daha bir əhvalatından 
danışım sənə. Deməli, bunlar instaqramda bir qızla tanış 
olublar, həmin qıza Zaminin şəklini atıblar, Kənan qızla 
yazışıb, Fəxrəddin də danışıb. Necə bir yoxsulluqdursa, 
belə bölüşdürmələr aparıblar. Mən də onlara: “Siz bu 
qədər iş görmüsüz, gerisini də mənə buraxın” – dedim. 
Ölkəmizin əhalisinin 51 faizi qadın olsa da, qız yoxsul­
luğu dalğası, görünür, məndən də yan keçməmişdi. Ta­
mam, dostum, yorulmamısan ki? Yorulmusansa, bir az 
kitaba ara ver, amma çox uzağa getmə, səni bütün günü 
burada gözləyəsi deyiləm. Əlbəttə ki, zarafatdır, incimə. 
Bu kitabı illər boyu bir qırağa atıb oxumaya bilərsən. 
***
Bax, dostum, sənə yenə kitabdan kənara çıxıb bəzi 
şeylər demək istəyirəm. Birinci olaraq onu deyim ki, 
kitabın əvvəlində dediklərimi bir söz yığını kimi qəbul 
etmə. Qəbul etməyəcəyinə ümidvaram. İndi de mənə, 
səncə, yalan danışmaq asandır, yoxsa doğru danış­
maq? Məncə, yalan danışmaq heç də asan deyil. Ən 
böyük oyun doğru danışmaqla oynanılır. Yalan danış­
dıqda isə yalanın qulu olur, dediyin kəlməyə uyğun 
olmaq məcburiyyətində qalırsan. Amma azadlıq kimi 


18
dadlı bir şey yoxdur. Sənə sözlərinin, həyatının ağası 
olmağı məsləhət görürəm. Məsləhət görmək necə də 
asandır! Kaş özüm də dediklərimə əməl edə bilsəm. 
Dinlə, dostum, artıq mən sənə xeyli yalan danışmışam, 
nəticədə yazdığım bu kitabda sözlərin qulu olub, real­
lıqdan kənara çıxıb, fərziyyələr uydurmuşam və səni 
də yalan həyata qonaq etmişəm. Daha hər şeyi doğru, 
real zəmində danışmaq, mövzumu daha emosional 
etmək istəyirəm. Mən vərəq üzərində yalan danışdım, 
vərəqdəki yalanı, bu yalan həyatı düzəldə bilərəm, 
amma real həyat nə sənə, nə mənə bu fürsəti verər. Ona 
görə sən, sən ol, doğrularla yeri yerindən oynat. İndi isə, 
mənim əziz dostum, sənə doğruları demək istəyirəm. 
Sənə göstərdiyim şeylərin bəziləri yalan idi, bəziləri isə 
doğru, yəni müasir media kimi. Hər şeyi lap əvvəldən 
danışacağam, boş­boş yalanlarla səni yorduğum üçün 
üzgünəm. Daha səninlə də bu vərəqdə vidalaşmalıyam, 
çünki əvvəlki həyatımda sən yox idin. İncimə məndən, 
yenə görüşəcəyik, hələlik, dostum.


19
Həyat
İ
ki il bundan öncə, abituriyent olduğum vaxtlarda 
başqa bir şəhərdə, evimdən uzaqda, hazırlıq kurs­
larında idim. Həmin kursun abituriyentlər üçün olan 
yataqxanasında qalırdım, ora həbsxanadan betər bir yer 
idi. Yataqxananın balaca yataq otaqlarında ən azı 10 
nəfər, böyük otaqlarında 18 nəfər uşaqla birlikdə qal­
maq məcburiyyətində idim. Səhərlər yuxudan oyanıb, 
otaqdan bayıra çıxıb yenidən otağa qayıtdıqda 18 nəfərin 
otağa buraxdığı üfunətli havanın qoxusunu duymaq 
olurdu, bir üfunət iy gəlirdi ki, elə pis qoxu duyulurdu 
ki, sanki içimizdə adam ölmüşdü! Kursun ikinci mərtə­
bəsini tutan, 80­100 nəfərlik abituriyent yataqxanasında 
əl­üz yumağa sadəcə 2 kran, çimmək üçünsə 3 duş var 
idi. Yemək vaxtı sıraya düzülür, növbə gözləyir dik. Çox 
vaxt da növbə pozuntusuna görə uşaqlar arasında 
mübahisələr olurdu. Bu mübahisələr, demək olar ki, hər 
gün baş verirdi. Yataqxana nizam­intizam qaydalarına 
görə biz səhər 7­də qalxıb axşam 12­də yataqda olmalıy­
dıq, ən pisi isə o aralıqda, sadəcə, gözümüzü kitaba 
dikməli idik. Oradan kənara çıxmağa icazə yox idi, 
sadəcə, bazar günləri 3 saat ərzində kənarda olmağa 
icazə verilirdi. O 3 saatın necə gəlib­keçdiyini heç anla­
maq da olmurdu. Kurs həyətindən icazəsiz kənara çıxan 
bəzi dələduz uşaqlar olurdu, onlar özbaşına hərəkətlərinə 


20
görə kurs müdiriyyəti tərəfindən cəzalandırılırdılar. 
Bəzilərini çarmıxa çəkmişdilər, bəzilərini isə günlərlə 
susuz buraxırdılar yaza bilməyəcə yəm, ona görə ki, 
sadəcə, kursdan uzaqlaşdırır, evə xəbər edirdilər. Ya­
taqxana müdiriyyəti çarmıxa­filana çəkməsə də, 
valideynlərin nə edəcəyini özün bir düşün! O üzünü çe­
vir, tüpürsünlər, bu üzünü çevir, tüpürsünlər. Çimməyə 
ehtiyacın qalmır. Bütün günü yataqxanada olmaq 
bilirsənmi necə streslidir? İcazəsiz bayıra çıxanları qına­
maq olmur, adamın orada ürəyi partlayırdı. Hələ bizim 
bir pis yataqxana müdiri var idi. Ona hələ də nifrət 
edirəm. İstək qutusunu ondan şikayət yazmaqla doldur­
muşdum. Həmin o pis müdirdən əvvəlki müdir isə çox 
yaxşı insan idi, uşaqlarla necə dost kimi, bir qardaş kimi 
əlaqə yaratmaq lazım gəldiyini bilirdi. Orada qaldığım 
zamanlar yataqxanada yaşayan abituriyentlərlə saysız 
mübahisə lərim, davalarım olmuşdu. Günlərin birində 
birini altıma yıxıb təpikləyirdim, sonra buraxırdım, 
yenə üstümə cumurdu, yenə yıxıb təpikləyirdim. Biri də 
var idi, onunla savaşanda burnum partladı, gözümün 
altı qaraldı. Çünki əlimi tutmuşdular, buraxsaydılar, 
parçalayardım onu, inan mənə. O tarixi unuda bilmirəm, 
aprelin 14­ü, 2014­cü il, saat günorta 3 olardı. Həmin 
adamı kənarda görsəm, dalını təpikləyə cəyəm. Daha 
bundan danışmaq istəmirəm, kefim pozuldu. Mənim 
yataqxanadan dostum var, adı Əhməddir, 1­ci qrup üzrə 
hazırlaşırdı. Dərslərini yaxşı oxuyan, yaraşıqlı dostumla 
ilk tanışlığımızın çox xoş olduğunu deyə bilməyəcəyəm. 
Çünki mən onların qaldığı yataqxana otağına girib sö­


21
yüş söymüşdüm, buna görə də Əhməd səsini atmışdı 
başına, özünü öldürürdü. Ona görə yox ki, mən ona, ya 
da başqa kiməsə ağır söyüş söymüşdüm. Əhməd özünü 
ona görə didib­tökürdü ki, həmin otaqda söyüş söyənlər 
cərimələnməli idilər, mən isə cərimələnməmişdim. 
Əhmədinsə pulu qalmamış, cəriməyə ödəmişdi. Mən 
onların otağının qayda­qanununu bilmirdim deyə sö­
yüş söymüşdüm, amma qanunu bilməmək məsuliy­
yətdən azad etməsə də, onların cılız qanunundan azad 
olmuşdum. Əhməd o zamanlar heç bir dinə­məzhəbə 
qulluq eləmir, Allaha inanmırdı, bunu məndən bir il 
gizlətmişdi nədənsə. O vaxtlar Əhməd özünü elə apar­
mışdı ki, mən onun bir il əsl müsəlman olduğunu san­
mışdım. Sünnət olmuş, lakin müsəlman olmayan, hətta 
kərbəlayı bir imansız imiş, sən demə. İmansızlığını bil­
diyim dostumla birlikdə teizm və ateizmlə bağlı uzun­
uzadı söhbətlər edirdik. Mən ona Allahın varlığını sübut 
etməyə, bu mövzuda olan mürəkkəb fikirləri aydınlaş­
dırmağa çalışırdım. O da öz növbəsində əks­arqumentlər 
gətirir, fikirlərimi inkar edirdi. Əhmədin inancının ol­
mamasına baxmayaraq, onun düşüncəsi, insanlığı, 
qəlbinin saflığı əksər dindar kimi özünü qələmə 
verənlərdən, saqqalına altdan­üstdən xətt atmış, uzun 
qollu, uzun ətəkli köynək geyinib, başında araqçın, 
əlində çərəkə gəzdirən, dini atributlarla dona girmiş 
dindarlardan dəfələrlə yaxşıdır. Realda da tanısan, 
görərsən ki, necə yaxşı insandır, səndən yaxşı olmasın. 
Onunla bu kimi söhbətlərdən sonra Allahın varlığı ilə 
bağlı içimə şübhə düşmüşdü. Daha sonralar Əhmədlə 


22
mövqelə rimizi dəyişmişdik. Mənim kursu bitirməyimə, 
TQDK­ya sənəd verməyimə 2­3 ay qalırdı. Həmin vaxtı 
kursdan dönüb evdə hazırlaşmaq qərarı aldım. Çünki 
son aylar kursda hazırlaşmaq çətinləşmişdi. Demək olar 
ki, vaxtımızın çoxunu çay içməklə, meyvə yeməklə, boş­
bikar keçirirdik. Bu isə mənə yaxşı görsənmirdi. Bu kimi 
bir çox səbəblərə görə evə qayıtmışdım. 2014­cü il, may 
ayının axırları idi, həmin vaxtlar mən də bütün 11­ci 
siniflərin etdikləri kimi məktəbli sinif yoldaşlarımla 
“Son zəng” hazırlıqları görürdüm. Məktəbdə balonlar 
şişirdir, divarlara rəngli kağızlar yapışdırır, stol­stul da­
şıyıb tədbir keçirəcəyimiz otağa yığırdıq. “Son zəng” 
tədbiri ilə əlaqədar mayın 26­sı rayon bazarına getmiş 
özümə yeni geyimlər almışdım. Bir çox məzunlar kimi 
ağ köynək, qara şalvar, ayaqqabı­filan alıb, məktəbə 
yeni başlayacaq uşaqlar üçün hədiyyələr seçdim. 
Hədiyyə vermək üçün mənim adıma iki nəfər uşaq düş­
müşdü. Bu səbəbdən də iki hədiyyəyə pul xərcləmək 
məcburiyyətində qaldım. O uşaqlar aldığım hədiy yələri 
bəlkə də xoşlamayacaq, sevməyəcəkdilər, amma 11­12 il 
oxuduqdan sonra həmin hədiyyələri yenidən görəcək­
lərinə əmin idim, nə 11­12 il, bir ömür xatirə qalacağına. 
İki uşağa da aldığım hədiyyənin məbləği bərabər ol­
muşdu, birinə böyük çərçivəli şəkil almışdım. Digərinə 
isə gipsdən hazırlanmış böyük çita heykəli. Bunlar elə 
hədiyyələr idi ki, çətin bütün uşaqların etdikləri kimi 
sındırıb­dağıdaydılar. Bazardan uşaqların hədiyyələrini, 
özümə aldıqlarımı qoluma vuraraq evə qayıdıb əl­
üzümü yumaq üçün hamama getdiyimdə evdə aldıqla­


23
rım barədə danışıqlar başlamışdı artıq. Əl­üzümü yu­
yub quruladıqdan sonra xəstələnmiş nənəmin olduğu 
otağa getdim. Nənəm də məni görcək sevinclə: “Gətir 
baxım hələ hədiy yələrinə, görüm sənə nə alıblar?” – 
dedi. Ah, yaşlı nənəm, elə sanırdı ki, artıq “Son zəng” 
olub, mənə hədiyyə veriblər. Evdəkilər nənəmə anlat­
mışdılar ki, onlar mənim uşaqlar üçün aldığım 
hədiyyələrdir. Nənəm də bunu anladıqda: “Əhh, oyana 
elə, elə bildim, hədiyyə veriblər sənə”, – demişdi. Mən 
də gülərək otaqdan ayrılmışdım. Sabahısı gün məktəbə 
gedib sinif yoldaşlarımla birlikdə “Son zəng” hazırlıqla­
rını davam elətdirdik. Mən yenə bir xeyli stol­stul daşı­
dım. Balon şişirtməkdən sinəm çıxmışdı, sel kimi tər 
axırdı bədənimdən, işləyərkən özümü çox yorğun hiss 
edirdim. Oradakı işlərin bir qismini etdikdən sonra hərə 
bir küncdə oturub dincini aldığında “Son zəng” üçün 
yazdığım məqaləmi istirahət edən sinif yoldaşlarıma 
oxudum. Məqaləmi duyduqlarında bir neçəsinin gözləri 
dolmuşdu, əsas da ki, qızların. Hələ bundan başqa, 
meyxana sözləri də yazmışdım, onu sinif yoldaşım, həm 
də yaxın dostum olan Toğrulla birlikdə oxuyacaqdıq. 
Toğrul hündürboy, enlikürək, dava­dalaşı sevən, 
dediyindən dönməyən, həm də ürəyiyumşaq, mərd oğ­
landı. Mən və bu mərd oğlan qabaqcadan həmin sözləri 
əzbərləmiş, “Son zəng”də guya bədahətən deyirmişik 
kimi artistlik edəcəkdik. Toğrulla meyxana barəsində 
çənə vurub, sinif yoldaşlarımla sağollaşaraq məktəbdən 
ayrılıb evə gəldim. Günün axşamı oğlan dostlarımla yı­
ğışıb çay içərək musiqili meyxanamızın ritmini tutmaq 


24
üçün çalışdıq. Meyxananın sözlərini mən yazdığım 
üçün Toğrula harada necə vurğu qoymaq, hansı tempdə 
oxumaq lazım gəldiyini göstərirdim. Hə, dostum, alınır­
dı bu bizdə. Hər şey yerli­yerində, super gedirdi. “Son 
zəng” yaxınlaşdıqca həyəcanlanırdım. Bir şeyə az qal­
mış da, elə bilirsən ki, nəsə olacaq və sən o şeyə yetə 
bilməyəcəksən sanki. Belə fikirlər insanı daha da 
həyəcanlandırırdı. O qədər illəri saatlar içində sonlandı­
racağımız günə cəmi 3 gün qalmışdı, həyəcan zirvədəydi. 
O 11 il gözümün önündən bir film kimi keçir indi, 
həqiqətən də çox gözəl illər idi. Universitet illəri o illərin 
yerini vermir, dostum.


25
Həyatın dəyişməyən üzü
A
xşam qalstukumun olmadığını, qalstuksuz 
tədbirin keçməyəcəyini düşündüm. Səhəri 
gün – mayın 28­i kəndimizdən 14­15 kilometr aralı 
olan rayon bazarına yollandım. Bu bazar həm köhnə, 
həm də dağınıq bir bazardır. Hər şeyin düzülüşü yer­
li­yersiz, çox səliqəsiz olmasına baxmayaraq, bu bazar 
bütün rayon camaatının əsas alış­veriş mərkəzidir. Ba­
zara girib bir az gəzib­dolanıb axtarış etdim, azlıqdan 
çarəsiz qalıb çox da xoşuma gəlməyən bir qalstuk al­
dım. Bazardan çıxıb kəndimizə işləyən marşrut avto­
busuna oturdum. O böyüklükdə marşrutda məndən 
başqa cəmi iki nəfər adam var idi. Hava da o qədər isti 
idi ki, o havada iti qovalasan, çölə çıxmazdı, amma bu 
üç nəfər çıxmışdı. Gün düşməyən pəncərə qırağında 
yer seçib, şüşələri açıb özümü küləyə verməyə başla­
dım. Avtobusun hərəkət vaxtı kəsdiyi küləyin üstümə 
çırpılmağına baxmayaraq, bütün bədənim tər içində idi. 
Kəndə az yol qalmış cibimdən tərdən islanmış telefo­
numu çıxarıb baxdığımda qardaşımdan mesaj gəldiyini 
gördüm. Mesajı açıb oxumağa başladım: “Hardasan? 
Atam əsəbiləşib”. Mesajı oxumuşdum ki, atamdan zəng 
gəldi. Ta bu vaxta kimi hər şey çox gözəl gedirdi. Tele­
fonu açdıqda dünya əhvalımı unitaz edib üstündən su 
da tökmədi. Telefonu açdım: “Telefonuna niyə zəng çat­
mır? Tez evə gəl, nənənin əhvalı pisdir”, – dedi atam. 


26
Mən həyəcanlanmış: “Hə, yaxşı”, – deyib telefonu sön­
dürdüm. Dayanacaq olmayan bir məkanda marşrutu 
durdurub endim. Yolda taksi saxlatdırıb oturduğum­
da əmimin maşınla yanımızdan sürətlə şütüyüb kəndə 
tərəf getdiyini gördüm. Mən daha da qorxmağa başla­
dım. O anlar ürəyim hər döyünəndə sanki bir damarı qı­
rılır, əzab vermək üçün birləşir, təkrar qırılırdı. Taksiyə 
oturub sürətlə sürməsini istədim, amma taksidə başqa 
müştəri də olduğundan bu məni zaman etibarilə 4­5 
dəqiqə geri atdı. O qoyun müştəri taksidən enəndə xır­
da pulu yox idi, pulu xırdalamaq üçün tələsik cibimdən 
50 manat xırda pul çıxartdım, o qoyun şit gülümsəmə ilə 
20 manat göstərdi mənə. Əlbəttə, buna çox əsəbiləşdim. 
Sonra qoyunluğun özümdə olduğunun fərqinə varmış­
dım, mən niyə 50 manat üçün xırda pul çıxarmışdım ki? 
Bu, bəlkə də, həyəcandan idi. Nənəm can verir, mən isə 
yolda yubanırdım. Əlim­əlimə dolaşa­dolaşa pulu ve­
rib, sürücüdən sürəti artırmasını istədim. Evə çatar­çat­
maz: “Nə olub?” – deyə soruşdum. “Nə olub nənəmə?” 
Eşitmək istəmədiyim sözü eşitdirdilər. Evə çatdıqda 
daha gecikmişdim. Səhər sağollaşaraq yanından ayrıl­
dığım, mənə: “Yolu keçəndə ehtiyatlı ol, bala” – deyən 
nənəmin indi otağına girdiyimdə gözlərini əbədi ola­
raq həyata yummuş cansız bədəninin eləcə yatağında 
donub qaldığını, hərəkət etmədiyini gördüm. Gözü­
mü açandan bəri gördüyüm insan – beşiyimi yelləyən, 
mənə şirin şeirlər söyləyən, nağıllar danışan, saçı ağar­
mış, əlləri qırışmış, o üzü nurlu insan artıq yox idi. Daha 
nə şeir deyə bilər, nə nağıl danışa bilər, nə də mənim 


27
bir vaxt olacaq uşağımın beşiyini yelləyə bilərdi. O nur 
üzlü insan bir daha bizə qayıtmayacaq, bir daha bu dün­
yaya gəlməyəcəkdi. Nənəm 28 may – Respublika günü 
dünyasını dəyişdi. Bu gün bütün Azərbaycan xalqına 
olduğu kimi mənim üçün də unudulmaz bir tarixə ma­
lik idi. Amma həyat mənim üçün bugünkü gündə ikinci 
tarixi bir iz qoydu qəlbimə. 28 may – Respublika günü 
Nənəmin ölüm azadlığına qovuşduğu gün oldu. Həmin 
vaxt tez­tez nəfəs aldığımı, sinəmin deşildiyini hiss 
edirdim, gözümdə yaş yumrulanıb qalmışdı, nəfəsim 
kəsiləcək kimi idi, ağlaya da bilmirdim. O an çarəsiz 
nə edəcəyimi düşünürdüm, mən nə edə bilərdim? Mən 
nəyə qadirəm? Heç nəyə. Mən necə də aciz varlığam 
düşüncəsi, acizliyim, suallar, düşündüklərim beynimi 
yeyirdi. Ən çox sevdiyim insanlardan birini itirdim. 
Həmin insan üçün, o nurani insan üçün canımdan keçə 
bilərdim, amma əlimdən gələn nə idi? Əlimdən heç 
nə gəlmirdi! Axı mən nənəmi çox sevirdim, niyə belə 
oldu? Axı mən onu itirmək istəmirdim, axı atam anası­
nı itirmək istəmirdi, niyə həmişə belə ağrılı olur həyat?
Sevdiyin insanı itirmək qədər acısı yoxdur. Həmin gün 
o qədər də ağrılı olmur hələ. Ağrılı günlər bilirsənmi nə 
vaxt başlayır? Həmin vaxtdan günlər, aylar keçdikdən 
sonra. O insan üçün darıxdığın zaman, onunla da­
nışmaq, söhbət etmək istədiyin vaxt, səsini eşitmək 
istədiyin vaxt. Bax onda bıçaq sümüyə dayanmış kimi 
olur, əlindən heç nə gəlmir. O, artıq yoxdur. Daha onun­


28
la söhbət edə bilməyəcək, səsini eşitməyəcək, üzünü 
görməyəcəksən.
O gün bir qoşun insanla qosqoca qadını öz əllərimizlə 
aparıb torpağa gömdük. Atam, əmim, bibilərim özbəöz 
analarını əlləri ilə torpağa gömdülər. Mən onda insanın 
necə aciz bir varlıq olduğunu, necə çarəsiz olduğunu an­
ladım. O gün hamıdan çox atamın halına acıyırdım. O 
necə dözəcək anasını itirməsinə? Atam atasını 15 il bun­
dan əvvəl itirmişdi. İndi də, bu gün anasını itirdi. Atama 
baxdıqda onun üzündən acısı­əzabı aydınca oxunurdu. 
O, anasını – dünyada ona ən əziz olan insanlardan biri­
ni itirmişdi. Mənim tanıdığımdan da uzun bir müddət 
tanıdığı anasını... Ona laylalar deyən, belində gəzdirən, 
əsrin çətin günlərində, yeməyə çörək zar­zor tapılan bir 
dövrdə, yoxsulluqla vuruşaraq min bir əziyyətlə onu 
böyüdən, gecələrini haram etdiyi o müqəddəs insan, 
ömrünü övladına həsr etmiş insan artıq yox idi. Bu necə 
də pis həyat qanunudur, insanlar sevdiklərini, atasını, 
anasını, bacı­qardaşlarını, zamanla bütün yaxınlarını 
itirirlər. Bu çox pis bir hissdir insanlar üçün, həm də 
çox pis. Ən pisi isə bilirsənmi nədir? Ən pisi bu hissi 
hər kəsin yaşayacaq, görəcək olmasıdır, şanslı olan­
larsa tez öləcəklər. Uzun ömür isə çox əzab deməkdir. 
Lakin ölmək də hər şeyin sonu demək deyil, onda da 
bir ümid var. Ölüm yaşayanlar üçün var. Ölüm, sadəcə, 
müvəqqəti ayrılıqdır. O nə zaman bitəcəyi bilinməyən 
bir həsrətdir. Amma, əlbət ki, bir gün bitəcək. Qara tor­
pağın altına qoyduğumuz sevdiklərimizlə qovuşacağıq 
sonunda. Bunu unutma, dostum, ölüm yaşayanlar üçün 


29
var, o, yaşayanlar üçün həsrətdir, zamanı bilinməz bir 
həsrət.
***
O gün mənim üçün sarsıdıcı bir gün oldu. “Son 
zəng” həyəcanı da o sarsıntı ilə yox olmuşdu ağlım­
dan, sanki qorxularım öz üzünü göstərmişdi. Sanki boş­
boşuna həyəcanlanmamışdım. Nənəmin ölümündən 
sonra həyətimiz, evimiz başsağlığı deməyə gələn in­
sanlarla dolmuşdu. Yaxın­uzaq qohumların hamısı 
burda idi. Başsağlığına gələnlərin bəzilərini mən tanı­
mırdım, sanıram, onların çoxunu heç rəhmətlik də ta­
nımırdı. Axı onlar niyə gəlir? Nə mənası var ki bunun? 
Əgər sağlığında sən o insana gərək deyildinsə, üzü­
nü göstərmirdinsə, yoxluğunda nəyinə gərəksən ki?
Üzücü, yaslı günün üzərinə 3 gün gəlmiş, 31 may, “Son 
zəng” günü, nənəmin ölümünün dördüncü günü ye­
tişmişdi. Dostum Toğrul, Rəmzi, Kərim və başqa si­
nif yoldaşlarım məni məktəbə – “Son zəng” tədbirinə 
aparmaq üçün gəlmişdilər. Onlar məni o məlul, sar­
sılmış halımla tədbirə aparmaq istəyirdilər, mən isə 
getmək istəmirdim. Onlar israrla aparmaq istəyir, mən 
isə inadla getməyəcəyimi bildirirdim. Evdən bir neçə 
nəfər, əsas da əmim tədbirdə iştirak etməyimi istəyirdi. 
Nəinki evdəkilərlə əmim, həmçinin hüzrə gəlmiş 
digər yaxın qohumlarım da tədbirə getməyimi istəyir, 
təkid edirdilər. Əmim o gün mənə əminliklə: “Bax, 
getməsən, gələcəkdə peşman olacaqsan”, – demişdi. 
O günün üstün dən artıq illər keçib, mən getmədiyimə 
hələ də peşman deyiləm. Elə yaxşı eləyib getməmişəm, 


30
buna görə də özümlə razıyam və doğru qərar verdi­
yimi düşünürəm. Hədiyyə verəcəyim, məktəbli ola­
caq uşaqlar hədiyyəsiz qalmasın deyə, həm də aldıq­
larım bir küncə atılmasın deyə hədiyyələrimi yeni 
məktəbli olacaq uşaqlara çatdırması üçün dostum 
Toğrula həvalə etdim. O da, sağ olsun, həmin uşaqla­
rı sevindirmiş, hətta mənə də hədiyyələr gətirmişdi.
“Son zəng” günündə olduğu kimi digər günlər də 
hüznlə, səssiz­səmirsiz keçirdi. Beləcə məlul sükutla 
nənə min öldüyü gündən 39 gün keçmiş, nənəmin 40­ı 
yetişmişdi. 28 may nənəmin öldüyü gün insanın necə 
aciz olduğunu, ölümünün 40­cı günü isə necə unutqan 
olduğunu görüb, şahidi oldum. Daha qəlbimdəki qüssə 
yavaş­yavaş ərimiş, başım dərslərimlə qarışmışdı. Ar­
tıq həmin vaxt imtahana bir ay qalırdı. Mən yenə bü­
tün fikrimi, gücümü toplayıb oxumalı idim, yoxsa yaxşı 
müvəffəqiyyət qazana bilməzdim. İmtahana günlər qal­
dığı üçün sarsılmış ağlımla kitabları yenidən ən birinci 
səhifədən təkrarlayırdım. Hansı mövzu, hadisə, düs­
turlar yadıma düşmürdüsə, bir də oxuyurdum. Tarixi 
bir yandan öyrənirdim, bir yandan yadımdan çıxırdı. 
10­cu sinif tarix mövzusu mənə yaman çətin gəlirdi. 
Ədəbiyyatdan qəzəllər hansı bəhrdədir, hansı şeir han­
sı formadadır, bu əsər kimindir, o şeir kimindir və sair 
bu kimi yadımdan çıxan yerlərə baxırdım. Beləcə bütün 
kitablarda fikrimdən çıxan yerləri yenidən təzələyirdim, 
günümün bütün hissəsini oxumaqla keçirərək bütün ki­
tabları tamam bitirmişdim. Yalnız unutduğum yerləri 
təkrar açıb oxuyurdum. Tez­tez yadımdan çıxan yerləri 


31
isə 12 vərəqli solğun yaşıl üzlü dəftərə yazıb ordan oxu­
yurdum, beləcə kitabları vərəqləyərək vaxt itirmiş ol­
murdum. Bu axışla günlər keçmiş, imtahana 1 gün qal­
mışdı. Daha sabahı gün imtahan günü idi, mən özümə 
güvənirdim, çünki hər şeyi oxumuşdum və hər şeyi 
bilirdim. Hətta imtahan gecəsi də oxumuşdum. Bütün 
mövzuları bildiyimə əmin və özümdən razı idim. İm­
tahan gününü səbirsizliklə gözləyərək azca yata bilmiş­
dim. Səhər 6­da oyanmışdım, özümü fərəhli, həm də 
tam hazır hiss edirdim, nədənsə heç həyəcanlı deyil­
dim. Bəlkə də həyəcanlı idim, amma həyəcanlı olmağı­
mı hiss etmirdim, lakin rahat da deyildim. Saat 7­də iki 
gün əvvəlcədən danışdığım taksiyə zəng edərək çağırıb 
imtahan olacağım ünvana, Lənkəranın Stamurdov kənd 
məktəbinə tərəf yola düşdüm.
***
Özümlə heç nə oxumayan sinif yoldaşımı, Farizi də 
gətirmişdim. Onu özümə yoldaş etməmişdim. O ağıllı 
əlinə gələni yazıb universitetə girmək arzusunda idi, 
buna görə də mənimlə birgə gəlmişdi. Fariz dərslərini 
oxumasa da, muğam oxuyurdu, yaxşı səsi var idi. Heç 
sevgilim olmasa da, mən ondan həmişə könül oxşayan 
“Nə üçün səni unuda bilmirəm?” mahnısını oxumasını 
xahiş edirdim. Fariz və taksi sürücüsü ilə söhbət edə­edə 
gəlib imtahan olacaq məktəbə çatdıq. İmtahan olacaq 
məktəbin ətrafında bir xeyli insan var idi. Onların çoxu 
abituriyentlərin valideynləri idi. Atası, anası, nənəsi, 
əmisi ilə gələnlər var idi, əksəriyyəti də həyəcanlı gö­


32
rünürdü. Onu da deyim ki, valideynlər uşaqlarından 
daha həyəcanlı görünürdülər. Əksər abituriyentlərdən 
fərqli olaraq, mən yalnız getmişdim və heç də həyəcanlı 
deyildim. Bəlkə də hazırlıq vaxtı hər ay sınaq imtahan­
larında iştirak etdiyimdən, yəqin ki, ondan idi həyəcan 
keçirməməyim. Saat 10­da imtahan başlayacaqdı və 
saat 10­a az qalmışdı deyə telefon və pulqabımı bir 
nəzarətçiyə təhvil verib digər nəzarətçiyə tərəf yoxlanı­
şa getdim. O yoxlanış aparan əclaf əlləməyə həvəsli bir 
əclaf idi yəqin, üstümü yoxlayarkən hər yanıma toxun­
du, məhrəm yerim qalmadı. Bir az da dirəşsəydi, əli 
içimə girəcəkdi. Bu, tək mənim başıma gəlməyib, qəbul 
imtahanına gedən dostlarından da soruşa, onlardan 
da eşidə bilərsən, bəlkə də özün də bilirsən. Əllənmək 
mərhələsindən keçdikdən sonra şəxsiyyət vəsiqəmə bax­
dılar, başqasının adından girib yazmaq təhlükəsinə görə 
bunu edirdilər. Vəsiqəmə baxan nəzarətçi, vəsiqənin 
üzərindəki şəklə baxıb şəkildəkinin mən olmadığımı 
dedi. Onun gözlərində problem yox idi. Həqiqətən də 
şəkildəki mən indiki mənə oxşamırdı. İki il öncə 4/3 
şəkil çəkdirdiyimdə 2 manat pul ödəyib 8 şəkil çıxartdır­
mışdım, özümə lazım olan iki şəkli səliqə ilə kəsib digər 
şəkilləri evə qoymuşdum, iki il sonra vəsiqə çıxarma­
ğa getdiyimdə həmin keçəl olduğum şəkillərdən apar­
mışdım. İki il müddətində imtahan günü saçım tamam 
qulaqlarımı örtmüşdü. Həmin nəzarətçi şəkildəki məni 
mənə bənzətməyib imtahana girmək istəyən məni başqa 
bir nəzarətçiyə yönləndirdi. Bu nəzarətçi də digəri kimi 
bir mənə, bir vəsiqəyə baxır, amma bir bənzərlik tapa 


33
bilmirdi. Mən ona: “Qaşlarıma bax, qaş alan deyiləm
ay dayı, bax, eyni qaşdır, sərhəd kimi” – dedikdə on­
ları razı salıb sonunda içəriyə girə bildim. Qaşlar canı­
mı qurtardı, yoxsa az qalmışdı ki, bütün oxuduqlarımın 
içinə qumbara çəkib atsınlar. Ağ rəngə boyanmış, böyük 
üçmərtəbəli məktəbin mərmər döşəməli pilləkənləri 
ilə qalxaraq imtahan verəcəyim otağa getdim, biletdə 
göstərilən yerdə əyləşib yanımda bir qızın oturmasını 
arzu etdim və elə də oldu, arzuma yetdim. Dünya gözəli 
olmasa da, bir qız gəlib sağımda əyləşdi. O qız şəxsiyyət 
vəsiqəsini çıxaranda adını, ata adını, soyadını oxudum. 
Onu niyə etdiyimi xatırlayıram, çünki o zamanlar MTN­ə 
sənəd vermək arzularımın yeni­yeni məhv olduğu za­
manlar idi və MTN­in vəzifəli şəxslərinin hər şeyi görüb 
yadında saxlaması kimi kinolardan görüb­götürdüyüm 
vərdişlər hələ də məndə bir vərdiş kimi yaşamaqda idi. 
İmtahana yarım saat qalmış böyrəklərimdə ağırlıq hiss 
edib tualetə getmək üçün otaq nəzarətçisindən icazə 
istəyərək dəhlizə çıxıb tualetə istiqamət aldım, bu sırada 
bir oğlan yaxınlaşaraq: “Yanındakı qızı tanıyırsanmı?” 
– deyə məndən soruşdu. O gədə həmin qızı tanıdığını, 
bir müəllimənin yanına məşğələyə getdiyini, oradan 
tanıdığını dedi. Həmin oğlanla olan söhbət yanımda 
oturan qız haqqında mənə bir az məlumat vermiş oldu. 
O məlumat ki, heç bir zaman heç bir işimə yaramayan 
məlumat. Həmin oğlanın dediyi, yanımda oturan qızın 
getdiyi məşğələyə bir vaxtlar mən də getmişdim. O bizim 
qonşu rayonların birində pullu hazırlıq keçən ingilis dili 
müəlliməsindən bəhs edirdi. İmtahan otağına geri dö­


34
nüb yerimə əyləşdiyimdə başladım artistliyə. Yanımda 
əyləşən xanıma atasının adını, öz adını, onu tanıdığımı 
dedim. Qız çaşmış halda mənə baxır, onu haradan tanı­
dığımı anlaya bilmirdi, anlaya da bilməzdi, axı onu tanı­
mırdım. Mən yenə artistliyimə davam edib onun hardan 
olduğunu, kimin yanına məşğələyə getdiyini deyirdim. 
O: “Bunları hardan bilirsən?” – deyə maraqla soruşur­
du. Düşüklüyümdən əl çəkməyib ona: “İnterpoldan 
gəlmişəm”, – demişdim, özündənrazı səfeh­səfeh da­
nışırdım ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 
əməkdaşlarından biri sinfə daxil oldu, sual kitabçalarını 
paylayıb nəzarətçi müəllimlərə saat onda imtahanı baş­
latmaları barədə göstəriş verib otağı tərk etdi. Kitabçanı 
açdığımda hər şey əla idi, suallar lap tanış gəlirdi. Adət 
aldığım kimi, kitabçanın öz sırası ilə sualları cavabla­
yıb­bitirib cavab kartına köçürdüm. Vəzifəmi yerinə 
yetirdikdə imtahanın bitməsinə 20 dəqiqə qalmışdı, 
icazə istəyib getmək istədikdə nəzarətçilər otaqdan 
çıxmağa icazə vermədilər, yerimdə oturub imtahanın 
bitməsini gözləməyə məcbur oldum. O sırada sağımda 
əyləşən qız öz cavab kartını qaralayırdı. Bir neçə xananı 
qaraladıqdan sonra onların yanlış cavab olduğunu ona 
söyləmişdim. Mən ona yardım etmək istəyirdim, düz­
dür, bir az gecikmişdim. Onu da yardım saymaq olar, 
yəqin?! Hmmm... sən necə düşünürsən? Bunu düşünüb 
özünü yorma. Bu yardım deyil, vaxt keçirmək idi.
***
İmtahan bitdikdə avtovağzala gedib, rayona işləyən 
marşrutlardan birinə əyləşdim. Mənlə gələn sinif yol­


35
daşım Fariz birlikdə gəldiyimiz taksi ilə çıxıb getmiş­
di artıq. Onlara gözləməmələrini özüm tapşırmışdım. 
Çünki “onlar gözlədiyində şüuraltı impulslar imtahanı 
tələsik bitirməmə, onların yanına qayıtmağıma səbəb 
ola bilər” deyə düşünmüşdüm. Nəticədə imtahandan 
zəif nəticə ala bilərdim, əslində valideynlərimin də 
buna görə gəlməmələrini xahiş etmişdim. Bu səbəbdən 
Lənkəranda bizim rayon avtobuslarından birinə əyləşib 
rayona, rayondan isə kənd avtobusuna əyləşib evə qa­
yıtmalı oldum. Evə çatan kimi maraq dolu suallar baş­
ladı, yetən hər kəs imtahanın necə keçdiyini, nə etdiyi­
mi soruşdu. Mən də oxuduğum mövzulardan olduğu 
üçün sualların asan gəldiyini, nəticənin yaxşı olacağını 
söyləyirdim. İmtahanın bitməsindən saatlar keçməsinə 
baxmayaraq, imtahan nəticəmi öyrənmək, nə qədər bal 
topladığımı bilmək istəyirdim. Bu səbəbdən də bir­bir 
fənn müəllimlərimə zəng edərək sualları oxuyub cavab­
larını öyrənirdim. Müəllimlərimin dedikləri ilə də qane 
olmayıb axşamüstü Space Tv­də yayımlanacaq imta­
han barəsindəki müzakirəni səbirsizliklə gözləyirdim. 
Cavabları internetdə yoxlayır, təkrar­təkrar baxırdım. 
Özümdən əmin olaraq imtahana getsəm də, bütün ki­
tabları oxusam da, nəticəm heç də istədiyim kimi ol­
madı. Əslində pis olmadı, sadəcə, istədiyim, arzuladı­
ğım kimi olmadı. Buna canım sıxılmış, yenə özümü pis 
hiss etməyə başlamışdım, nə isə... Ən çox Azərbaycan 
dilindən düzgün cavab qaralamışdım – 25 sualdan 24­
nü, məncə, bu yaxşı idi. Ən az isə ədəbiyyatdan – 17 
doğru cavab, bu isə çox bərbad nəticə idi, ədəbiyyatı heç 


36
vaxt sevməmişəm, sevməyəcəm də. Digər fənlərin isə 
25 sualından 20­sini doğru cavablamışdım, bunlara da 
nə pis, nə yaxşı demək olardı. Mən 600 balı keçəcəyimi 
düşünmüşdüm. 500­ü keçəcəyimə isə əmin idim. Elə 
belə də oldu. Birgə imtahana getdiyimiz ağıllı dostum 
Farizsə elə bir nəticə aldı ki, təəccübləndim. Bu necə 
ola bilərdi axı? O, dərslərini oxumurdu, bu doğrudur. 
Amma nəticəsinin 0 olması həqiqətən də maraqlı idi. O 
bəlkə də TQDK­ya borclu qalmışdı. Onun fırıldaq ar­
zusu yerinə yetmədi, ürəyində yanaraq közərib söndü. 
Fəqət bu yolla tələbə olan alimlərimiz də az deyil.
***
Həyəcanla ötürdüyüm müddət keçmiş, nəticələr 
çıxmış, sıra ixtisas seçiminə gəlmişdi. Bu, demək olar 
ki, həyati bir seçim idi. Ona görə də buna çox incə ya­
naşmalı idim. İxtisas seçimi ilə əlaqədar kursda oxu­
yan zaman kurs müəllimləri ixtisaslarla bağlı məlumat 
verəcəklərini, yardımçı olacaqlarını söyləmişdilər. Atam 
və mən ixtisaslarla bağlı məlumat alaq, hansı ixtisası 
seçək deyə məsləhətləşmək üçün kursa getmişdik. Ora­
da gördüm ki, bir vaxtı yardım edəcəklərini söyləyən 
həmin müəllimlər başdansovdu yardım edirlər, onların 
bu tərz yardımı mənim həyatımın önəmli mərhələlərinə 
istiqamətlənən qərarlarından birinə yönəlmişdi. Mən 
onlarla razılaşmayıb atamla birgə evə qayıtdım. Abituri­
yent jurnallarını vərəq­vərəq, sətirbəsətir araşdırıb bax­
dıqdan, internet üzərindən ixtisaslarla bağlı məlumat 
topladıqdan sonra düzgün bir qərar verdiyimi düşü­


37
nüb, ixtisas seçimimi hüququm olaraq özüm etdim. 
Atam 3­cü qrupun zirvə ixtisası olan hüquqşünaslığı 
yazmağımı arzulayırdı. Ürəyimdən bir səs də həmin 
ixtisası yazmağıma səsləyirdi məni. Mən də beləcə öz 
xoşumla, həm də atamın istədiyi seçimi etmiş oldum. 
Bundan aylar öncə Dövlət Təhlükəsizlik Xidməti 
olan Milli Təhlükəsizlik Nazirliyinə sənəd vermək 
üçün bizim rayonda yerləşən MTN­in rayon şöbəsinə 
müraciət etmişdim. MTN­in rayon şöbə binasına daxil 
olan zaman onların verdiyi suallar haqqında bəzi 
şeylər eşitdiyimə görə, binanın həyətindəki maşınla­
rın nömrəsini əzbərləyir, harada kameralar var deyə 
diqqətlə baxır, üzərinə çıxdığım pilləkənlərin pillələrini 
sayırdım. Belə saya­saya gedib rəisin qəbul otağına gir­
dim. Nəticədə isə iki gözləmədiyim fərqli sual verdilər, 
mən isə bilmədim. O zaman saçım uzun, geyimim 
də indiki cavanlara xas bir tərzdə idi. Rəis bunları da 
ölkənin təhlükəsizliyini qorumaq istəyən şəxsə yaraş­
dırmamış, saçımı­başımı da bəyənməmişdi. Hə, bir də 
qeydiyyata düşə bilməməyimin mənə ən pis olan tərəfi 
– bu orqan üçün boyumun balaca olduğunu demişdilər. 
Mən rəisin dediklərini dinləyib şöbədən suyum süzülə­
süzülə ayrıldım. İyirmi gün sonra saçımı kəsdirib, əyin­
baş alaraq hazırlaşıb yenidən şöbəyə getmişdim. Birinci 
müraciətimdəki boyumdan başqa, uyğunsuzluqları­
mın hər birini qayda­qanuna salmağıma baxmayaraq, 
mənim bu arzum ürəyimdə qaldı. İkinci müraciətimdə 
mənə: “Daha gecikmisən”, – söyləmişdilər. Mən də ya­
zıq­yazıq şöbə rəisinə: “Heç olmasa kiçik bir işıq var­


38
sa, onu məndən əsirgəməyin, bura daxil olmaq mənim 
uşaqlıq arzumdur”, – demişdim. Rəis: “Yaxşı, savad­
lı oğlansan, gəl ki, mümkün deyil, mümkün olsay­
dı, kömək edərdim”, – deyərək səmimi təbəssümünü 
üzünə yaymışdı. Mən rəisin otağından icazə alaraq 
çıxmaq istədiyimdə: “Hüquqşünaslığı oxuyar, bitirər, 
bura sənəd verərsən, uğurlar”, – demişdi. Mən də 
təşəkkürlərimi bildirib, ikinci dəfə suyum süzülə­süzülə 
oradan ayrılmışdım. Uşaqlıqdan bəri MTN­ə daxil ol­
maq arzusu ilə oxuyurdum, alınmadığı üçün Daxili İşlər 
Nazirliyinə hazırlaşmağa başladım. Bütün sənədləri 
toplayıb rayon mərkəzində yerləşən polis şöbəsinə qey­
diyyata düşmək üçün müraciət etməyə getdim. Oradan 
da boyuma görə məhrum oldum. Bu boy mövzusu ta­
mam ürəyimi sıxır. Ölmüş marketdə satılmır ki, alasan, 
bostanda yetişmir ki, böyüdəsən. Hər şəkil çəkdirəndə 
də rəsmdə yalnız alnım düşür, hər dəfə də utanıram. 
Bilmirəm, bəlkə də utanmamalıyam. Amma birtərəfli 
olaraq boyumun balaca olmasına həm özümə, həm də 
bütün balacaboy insanlara İlahi ədalətsizlik kimi baxı­
ram. Axı niyə mənim boyum balacadır? Axı niyə mən 
də digərləri kimi normal olaraq uzun deyiləm? Hələ 
özümdən uzun qarşı cins gördüyümdə tamam əsəbdən 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə