Fakultəsi “İqtisadiyyat Marketinq və Menecment Kafedrası



Yüklə 365,5 Kb.
səhifə1/4
tarix14.09.2018
ölçüsü365,5 Kb.
#68653
  1   2   3   4


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Qərb Universiteti
İşgüzar inzibatçılıq Fakultəsi “İqtisadiyyat Marketinq və Menecment Kafedrası
BURAXILIŞ İŞİ
Mövzu: Azərbaycanın iqtisadiyyatına xarici investisiya qoyuluşunun vəziyyəti və genişləndirilməsi istiqamətləri.

Tələbə: İmza: _________

Kurs: IV Qrup: 513 BİM (Az)

Elmi rəhbər: İmza: _______

Bakı 2006

Plan
GIRIŞ


I FƏSIL

Dövlətin investisiya siyasəti və investisiya haqqında anlayış

    1. İnvestisiya fəaliyyəti, onun mahiyyəti və vəzifələri

    2. İnvestisiya qoyuluşlarının dövlət tənzimlənməsinin zəruriliyi

    3. İnvestisiya fəaliyyətinin obyektləri və subyektləri

II FƏSIL

İqtisadi və sosial inkişafda investisiya qoyuluşlarının rolu və əhəmiyyəti

2.1. Makroiqtisadi inkişafda investisiya qoyuluşlarının rolu və əhəmiyyəti

2.2. İnvestisiya fəaliyyəti və məşğulluq problemləri

2.3. Sosial infrastrukturun inkişafında investisiyanın rolu



III FƏSIL

İnvestisiya və əsas fondların təkrar istehsalı

3.1. Əsas fondlar və onların mahiyyəti

3.2. Əsas fondların təsnifatı və strukturu

NƏTİCƏ

ƏDƏBİYYATLAR
G İ R İ Ş
Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələ­batı­nın ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur. Bu ba­xımdan, cəmiyyətin həyatında investisiya qoyuluşlarının rolu və əhə­miyyəti son dərəcə yüksəlmiş olur. Ölkədə makroiqtisadi gö­s­təricilərin yüksəldil­məsi, ümumimilli məhsulun strukturunda apa­rıcı sahələrin, xüsu­silə, strateji sahələrin rolunun və əhə­miyyəti­nin getdikcə artı­rılmasını tələb edir.

Bu cəhətdən respublikaya xarici investisiya qoyuluşları­nın artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqti­sadiyya­tın sahələrinin inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir.

Burada bir tərəfdən xarici investisiyaların cəlb edilməsi əsa­sında ölkənin ixracat potensialını artırmaq, digər tərəfdən xarici-iqtisadi əlaqələrin getdikcə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, hələ 1994-cü ilin 20 sentyab­rında imza­lanmış «Əsrin müqaviləsi»nin sosial-iqtisadi əhə­miyyəti əvəzsiz­dir.

Ümu­miyyətlə, neft-qaz hasilatı üzrə bağlanmış müqavilələr 30 il və daha çox müddətə nəzərdə tutulmuşdur ki, bunun da nəticəsində respublikamıza təqribən 60 milyarda ABŞ dolları məbləğində in­ve­stisiya qoyuluş­ları nəzərdə tutulur. Təhlil göstərir ki, Azər­bayca­nın müqa­vilələrdə iştirak payı 7,5 faizdən 50 faizə qədər təşkil edir.

Respublikada geniş miqyas almış xarici ölkələrin inve­stisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi «İnvestisiya fəaliyyəti haqqında» Qanuna əsa­sən tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı ol­mayaraq bütün investorların hüquqlarının bərabər müdafiəçisi dövlətdir. Hazırda 2007-ci il üçün investisiyalar haqqında yeni qanun hazırlanır. Onu da qeyd edim ki, bu qanuna görə daxili investorlara 22% yer ayrılmağı nəzərdə tutulub.

Bununla belə, mövcud qanunvericilik aktları ilə müəy­yən­ləş­dirilmiş investi­siya fəaliyyəti subyektlərinin müqavilə mü­na­si­bətlərinə dövlət orqanlarının və vəzifəli şəxslərin həd­dən artıq müdaxilə etməsinə yol verilmir.

Odur ki, investorlar öz məqsəd və fəaliyyətlərində tam sər­bəstdirlər. Deməli, buna görə də onlar respublikada ən səmərəli və per­spektivli sahələrdən biri olan neft-qaz hasilatına investisiya qoymağa üstünlük verirlər. Məhz bununla bağlı, ən başlıca məq­səd bu isti­qamətlərdə işlərin mümkün qədər daha da in­tensivləş­dirilməsidir.

Qeyd etmək lazımdır ki, respublikada yaranan əlverişli siya­si, iqtisadi və hüquqi şərait iqtisadiyyatın sağlamlaşdırıl­masının mühüm göstəricisi olan investisiya qoyuluşlarının həcminin xeyli artmasına şərait yaranmışdır. Araşdırmalar gö­stərir ki, xarici inve­tisiya qoyuluşlarında dinamik, sürətli ar­tım tempi mövcuddur. İnve­stisiya qoyuluşlarının 60-65 faizdən çoxu neft sənayesinin payına düşür. Müsbət hal olaraq qeyd etmək lazımdır ki, res­publikada birgə müəssisələr və xarici firmalar tərəfindən in­vestisiya qoyuluşları da yüksək temp ilə artmaqdadır. Bununla yanaşı xarici firmalar tərəfindən sərf edilən investi­siyaların da miqyasını genişləndirməklə xarici investiyala­rın məbləği də artmışdır. Xarici firmalar arasında Türkiyə, ABŞ, Böyük Bri­taniya və İranın firmaları investisiya qoyuluşlarında əsas rol oy­nayırlar. Buna 1995-ci ildə qəbul edilmiş «Xarici in­vestisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu da geniş imkanlar açmışdır.

FƏSİL 1. DÖVLƏTİN İNVESTİSİYA SİYASƏTİ

VƏ İNVESTİSİYA HAQQINDA ANLAYIŞ


1.1. İnvestisiya fəaliyyəti, onun mahiyyəti və vəzifələri
Müasir dövrdə aparılan tədqiqatlardan məlum olur ki, inve­stisiya anlayışı geniş məzmuna və tərkibə malikdir. Mə­lumdur ki, makroiqtisadiyyatda investisiya qoyuluşları ümumi (məcmu) xərclərin tərkib elementlərindən biridir. Belə ki, fabrik, zavod, yaşayış binalarının tikilməsi, yeni ma­şın və avadanlıqların alın­ması, həmçinin cari ildə istehsal edilmiş, lakin istehlak olun­ma­mış əmtəə-material qiymətləri investisiya kimi qəbul edilir.

Mikroiqtisadiyyatda isə investisiya yeni kapitalın istehsa­lın maddi-əşya elementlərinin yaradılması, həmçinin şəxsi amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yiyələnmə­sinə vəsait sərfi kimi başa düşülür.

Maliyyə nəzəriyyəsinə görə investisiya anlayışı real və ma­liyyə aktivlərinin əldə edilməsi kimi başa düşülür.

Müasir dövrdə investisiya qoyuluşları - prosesləri Azər­bay­ca­­nın və xarici öl­kələ­rin görkəmli iqtisadçı alimləri tərəfindən ge­­niş tədqiq olunmasına baxmayaraq bu gün də bu problemə dair fikir müxtəlifliyi mövc­uddur.

Bir qrup iqtisadçı alimlər «investisiya anlayışını» «əsaslı vəsait qoyuluşu»nun sinonimi kimi qəbul edirlər. İnvestisiya hər bir cəmiyyətdə geniş təkrar istehsalda müəyyən müddətlərdə adətən uzunmüddətli vəsait qoyuluşudur ki, bu da əmtəə-pul münasi­bətlərində öz əksini tapır. Beləliklə, investisiya qoyuluş­la­rı­na material, əmək və maliyyə məsrəfləri də daxil edilir ki, bu da dəyər ifadəsində xarakterizə olunur və əmtəə-pul müna­sibət­ləri­nin ən mühüm atributlarından biri hesab edilir.

Buradan aydın olur ki, «investisiya» və «əsaslı vəsait qoy­uluşu» anlayışları arasında fərq mövcuddur. Lakin onlar arasında qarşılıqlı əlaqə də vardır.

Əsaslı vəsait qoyuluşu dedikdə, istehsal və qeyri-istehsal sa­hələrində əsas fondların geniş təkrar istehsalı və yeni əsas fond­ların yaradılmasına, mövcud müəssisələrin genişləndiril­mə­sinə, yenidən qurulmasına və istehsalın texniki cəhətdən si­lahlandırıl­masına yönəldilən vəsaitin məcmusu başa düşülür.

İnvestisiya (investisiya resursları) dedikdə, pul gəlirləri, məq­sədli bank vəsaitləri, paylar, səhm, digər qiymətli kağızlar, tex­nologiyalar, maşın və avadanlıqlar, lisenziyalar (o cümlədən əmtəə nişanları olan), kreditlər, digər əmlak və əmlak hüquqları, sahibkarlıq fəaliyyətinə, digər fəaliyyət növlərinə qoyulan inte­lektual sərvətlər və müsbət iqtisadi və sosial nəticələrə nail ol­maq məqsədlərini başa düşürük.

Qeyd etmək lazımdır ki, əsas fondların yaradılmasına və tə­k­rar istehsalına, habelə iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilən investisiya əsaslı vəsait qoyuluşu şəklində həyata ke­çirilir. İnvestisiya qoyuluşlarında ən başlıca məqsəd sahibkarın, dövlətin və digər təşkilatların yüksək mənfəət əldə etməsindən ibarətdir.

Bazar iqtisadiyyatı şəraitində investisiyanın mahiyyətini ba­şa düşmək üçün əsas fondların yaradılmasına çəkilən xərclə ya­na­şı, dövriyyə fondunun yaradılmasına yönəldilən zəruri və­sait qo­yuluşunu da nəzərə almaq lazımdır. Lakin, dövriyyə fondu­nun yaradılmasına yönəldilən vəsaitin özünəməxsus xüsusiyyəti var­dır. Belə ki, həmin vəsait bütün istismar müddəti ərzində dəyər ifadəsində ona təhkim olunur. Onun həcmi istehsalın miqyasından (artma və ya azalmasından) asılı olaraq dəyişir.

Aparılan araşdırmadan aydın olur ki, «investisiya» anlayışı məzmununa görə «əsaslı vəsait qoyuluşu» anlayışından daha ge­nişdir və əsaslı vəsait qoyuluşu investisiyanın tərkib hissəsidir. İnvestisiya formasında əsaslı vəsait qoyuluşunun müəyyən hərə­kəti tamamlanır.

Müasir iqtisadi ədəbiyyatlarda geniş yer tapmış «investisiya prosesi» və «əsaslı vəsait qoyuluşunun dövriyyəsi» anlayışının araşdırılmasına geniş yer verilir.

Belə ki, əsaslı vəsait qoyuluşunun dövriyyəsi dedikdə, qoy­u­lan vəsaitin ayrı-ayrı mərhələləri üzrə (yəni layihəlləndirmə, tikinti, ödəmə və s.) hərəkətinin və ya xərcin həyata keçirilmə­sindən başlanan vaxtdan, onun tam qaytarılmasına (ödənilməsinə) qədər olan müddət dövr etmə müddəti kimi başa düşülür.

Əsaslı vəsait qoyuluşu prosesi – layihələndirmədən və ti­kinti mərhələsindən başlayaraq obyektin istismara verilməsinə qədər keçən müddəti əhatə edir.

İnvestisiya prosesi (fəaliyyəti) dedikdə, investisiya qoyuluş­larının və onun həyata keçirilməsi ilə bağlı olan bütün proseslərin məcmusu başa düşülür. İnvestisiya proseslərinin aşağıdakı əsas növlərini göstərmək olar:

- istehsalata və sosial sahələrə elmi-texniki tərəqqinin nai­liyyətlərini tətbiq etmək istiqamətində investisiya fəaliyyəti;

- dövlət, qeyri-dövlət, müəssisə, idarə, təşkilatlar və fiziki şəxslər tərəfindən həyata keçirilən investisiya fəaliyyəti.

Bu fəaliyyətlərə xarici dövlətlər, beynəlxalq maliyyə təşki­latları, xarici vətəndaşlar və fiziki şəxslər tərəfindən qoyulan in­vestisiya fəaliyyəti də daxildir.

Məlum olduğu kimi istehsal və sosial sahələrdə elmi-texniki tərəqqinin fəaliyyətlərindən istifadə etmək istiqamətində inves­ti­si­ya fəaliyyətinin bir forması da innovasiyadır.

İnnovasiya fəaliyyəti dedikdə, əsasən uzun müddətli elmi-texniki tərəqqi şəraitində iqtisadiyyatda baş verəcək struktur dəyişiklikləri ilə əlaqədar və habelə ölkədə fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi nəzərdə tutulur.

İnnovasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ola­raq investisiya prosesi daha geniş forma alır.

İnnovasiya prosesi aşağıdakı isti­qamətlərdə həyata keçirilir:

- elmi-texniki proqramların həyata keçirilməsi;

- iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədilə məhsuldar qüvvələrin tərkibində keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi;

- texnika və texnologiyanın prinsipcə yeni qənaətçil növləri­nin işlənib hazırlanması, yayılması və tətbiqi;

- ixtiraların və kəşflərin tətbiqinin genişləndirilməsi nəticə­sində istehsalın texniki səviyyəsində keyfiyyət dəyişikliklərinin sürətləndirilməsi;

- iqtisadiyyatin sahələrində yeniliklərin tətbiqi nəticəsində so­sial, iqtisadi və ekoloji səmərənin artırılmasının tə­min edilməsi

Qeyd etmək lazımdır ki, innovasiyanın iqtisadi və sosial sə­mərəliliyini təmin etmək üçün innovasiya təyinatlı investisiya re­sursundan istifadə istiqamətlərini müəyyənləşdirmək lazımdır. Beləliklə, belə maliyyə vəsaitlərindən: yeni məhsul mənimsənil­məsi və buraxılışı; istehsalın və əməyin texniki silahlanması; is­teh­salın genişləndirilməsi, yenidən qurulması və s. məqsədlər üçün istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.

Qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatda «ödənilmə» anlayışı tam araşdırılmamışdır. Bir çox iqtisadçı alimlər əsaslı və­sait qoyuluşunun səmərəliliyinin tədqiq edərkən «ödənilmə» an­layışını «xərcin ödənilmə müddəti» anlayışının sinonimi kimi qə­bul etməklə onları eyniləşdirirlər. Lakin həmin anlayışların hər biri müstəqil məzmuna malikdir.

Belə ki, ödəmə dedikdə, avans olunan resursların ödənil­məsi üçün istifadə olunan vəsait kimi amortizasiya ayrımının (hansı ki, renovasiya məqsədi üçün nəzərdə tutulur), yəni əsas və dövriyyə fondlarının istismarı ilə əlaqədar olaraq istehsal prose­sində əldə edilən mənfəət başa düşülür.

«Xərclərin ödənilməsi» dedikdə isə əldə edilən əsaslı vəsait qoyuluşunun investisiyanın həyata keçirilməsinə yönəldilən məb­lə­ğin həcminə uyğun gəlməsi başa düşülür.

Bazar iqtisadiyyatı şəraitində investisiyanın tam dövriyyəsi o vaxt başa çatmış olur ki, o tamamilə ödəni­lir. Daha doğrusu, in­vestisiya qoyuluşları həcmi ilə müqayisədə buraxılan məhsulun maya dəyərində amortizasiya ayrımının həcmi nəzərdə tutulan məb­ləğə uyğun gəlsin. Əldə edilən mənfəət investisiyanın həc­minə bərabər olsun. Bu halda investisiyanın ödənilməsi (İnv) fai­zini belə hesablamaq olar:

İnvY = (Ma : Yh) ·100

burada, Ma – obyektin istismara verilməsindən başlayaraq mən­fəə­tin artan yekunun məbləği;

İnv – illik investisiyanın həcmi (məbləği).

İnvestisiya tsiklinin ardıcıllıq mərhələlərini aşağıdakı kimi xarakterizə etmək olar:


Sxem 1.



Firmanın (müəssisənin) fəaliyyətinin ən mühüm cəhəti inve­stisiya prosesidir. İnvestisiya layihəsinin realizə edilməsi ona yö­nəldilən əsaslı vəsait qoyuluşu ilə əlaqədardır ki, bu il ərzində firmanın mənfəət almasını təmin etməlidir.

Kommersiya təcrübəsində investisiyanın aşağıdakı tiplərini (növünü) bir-birindən fərqləndirmək lazımdır:

- fiziki aktivlərə investisiya;

- pul aktivlərinə investisiya;

- qeyri-material (gözə görünməyən) aktivlərə investisiya.

Fiziki aktivlərə istehsalat binası və tikililər, həmçinin xid­mət müddəti bir ildən çox olan müxtəlif maşın və avadanlıqlar və s. daxildir.

Pul aktivlərinə – fiziki və hüquqi şəxslərdən pul vəsaiti al­maq hüququ olanlar (məsələn: uduş, aksiya, bank depoziti və s.) aiddir.

Qeyrimaterial aktivlərinə – lisenziyanın alınması, ticarət ni­şanının işlənməsi, işçilərin təhsil alması və ixtisas səviyyəsinin yüksəldilməsi və s. daxildir. İnvestisiyanın real aktivliyinin ha­zırlanması və təhlili hər şeydən əvvəl firmanın qarşısında duran problemin bu növ investisiyanın köməkliyi ilə həll edilməsindən asılıdır. Bu mövqedən mövcud bütün müxtəlif investisiyaları aşağıdakı qruplara bölmək olar:

1. İstehsalın səmərəliliyinin yüksəldilməsinə investisiya qoyuluşları. Bu cür investisiyaların məqsədi firmada xərcin aşağı düş­məsi üçün köhnə avadanlıqların yenisi ilə əvəz edilməsini, işçi­lərin ixtisas səviyyəsinin yüksəldilməsini, istehsalın və əmə­yin səmərəli təşkilini və s. təmin etməkdən ibarətdir.

2. İstehsalın genişlənməsində investisiya qoyuluşları. Belə investisiyaların qarşısında duran əsas vəzifə mövcud istehsal pro­sesi miqyasında əvvəlcədən yaranmış bazar üçün əmtəə buraxılı­şının həcminin və çeşidinin genişləndirilməsini həyata keçirmək­dir.

3. Bu tip investisiyalar yeni müəssisələrin yaradılmasına yö­nəldilir və bunun əsasında çoxçeşidli və yüksək keyfiyyətli əm­təə istehsalı həyata keçirilir ki, bu da firmanın dünya bazarına çıxmasına imkan verir.

4. Dövlətin idarəetmə orqanlarının tələbatının ödənilməsinə investisiya qoyuluşları. Bu tip investisiyalar o vaxt yaranır ki, firma menecmentin təkmilləşdirilməsi hesabına dövlət orqanları­nın tələbatını ödəyə bilmir.

İnvestisiyanın belə təkmilləşdirilməsi hər şeydən əvvəl onun müxtəlif risk səviyyəsi ilə bağlı olmasıdır. İnvestisiyanın tipi ilə onun riski arasındakı asılılıq aşağıdakı sxemlə izah edilir.


Sxem 2.

İnvestisiyanın tipi ilə risk səviyyəsi arasında əlaqə


TİP 3

TİP 2

TİP 1

TİP 4

Yeni istehsalın yaradılmasına investisiyalar

İstehsalın geniş­ləndirilmsinə in­vestisiyalar.

Səmərəliliyin yüksəldilməsinə investisiyalar

Dövlət orqanla­rının tələbatı­nın ödənilmə­sinə investisiy­alar.

Riskin yüksək sviyyəsi

Riskin aşağı səviyyəsi

Qeyd etmək lazımdır ki, hər bir risk amilinin özünün xüsusi çəkisi var və bal hesabı ilə qiymətləndirilir. Buna gör də istər ayrı-ayrı risk amilləri, istərsə də bütövlükdə investisiya mühiti miqdarca qiymətləndirilə bilər. Risklər müxtəlif formada təsnif­ləşdirilir. Belə ki, bir çox dünya dövlətləri üzrə hər il amerikan LOPS firması Inteinationess Companu USA tərəfindən dərc edilmiş yeddi cildlik «Publitical Rick Yearbook» adlı kitabında aşağıdakı risklər qiymətləndirilir. Bunlardan: siyasi, maliyyə köçürmləri, ixracat və s. birbaşa investisiyaları göstərmək olar. Burada risklər 12 bal sistemi üzrə qiymətləndirilir. Qeyd etmək lazımdır ki, Amerikan firmaları «Business Environment Rick Inteligence International» və Alman firması «Beri» riskləri 100 bal sistemi ilə qiymətləndirirlər.

İnvestisiya qoyuluşunda istifadə oluan risk anlayışı – poten­sial investor tərəfindən qoyulmuş vəsaitin itirlməsi deməkdir.

Dünya təcrübəsində risk etmənin ənənəvi təsnifatı aşağıdakı sxemdə verilir.

Sxem 3.


Təsnifləşdirmənin əlamətləri

Təsnifata uyğun olaraq risklərin

Əlamətləri



Subyektlər üzrə

- bəşəriyyət üzrə ümumilikdə;

- ayrı-ayrı regionlar, ölkələr, millətlər;

- sosial qruplar, ayrı-ayrı fərdlər;

- iqtisadi, siyasi, sosial və s. sistemlər;

- təsərrüfat sahələri;

- ayrı-yrı layihələr;

- fəaliyyətin növləri.


İnvestisiyanın növ­ləri üzrə

- maliyyə

- investisiya layihələri



Təzahür sferası üzrə

- iqtisadi amillərin dəyişməsi ilə əlaqədar olaraq iqtisadi risk;

- respublikanın siyasi mövqeyindən asılı olaraq siy­asi risk;

- sosial şəraitin dəyişməsi (çətinləşməsi) ilə əlaqə­dar olaraq sosial risk;

- ekoloji fəlakətlərlə əlaqədar olaraq ekoloji risk;

- qanunvericiliyin və normativ aktların (bazarın) dəyişməsi ilə əlaqədar olaraq normativ qanunve­rici­lik risk.


Əmələ gəlmə mən­bələri üzrə

- konkret subyektə xas olan, onun nəzəriyyəsindən və xüsusiyyətlərindən asılı olaraq qeyri-sistematik risk;

- bazar konyunktrasıının dəyişkənliyi ilə əlaqədar olan sistematik risk, subyekt­dən asılı olmayan tən­zimlənməyən risk;

Sistematik risklər aşağıdakılara bölünür: a) qanun­vericilik, qiymətin əmələ gəlməsi, normativlər, bazar konyukturası sferasında gözlənilməyən tən­zimlənmə tədbirləri;

b) təbii qəzalar və fəlakətlər;

v) cinayətlər;

q) siyasi dəyişikliklər.



Risk hər bir investisiya layihlərinin reallaşdırılması gedi­şində ziyanın baş verməsi və ya layihənin səmərəliliyinin aşağı düşməsi ilə nəticələnən arzu olunmaz halların yaranması imkanı ilə əlaqədar olan qeyri-müəyyənlikdir. Ümumi formada risk – layihənin reallaşdırılmasında əmələ gələn zərər və ya ziyanın eh­timalıdır. Risk aşağıdakı kimi müəyyən edilir:

R = f (P,L)

burada, R – riskli hadisələr

P – riskin əmələ gəlməsi ehtimalı

L – riskli hadisələrin əmələ gəlməsi halında nəticə­nin vacibliyi.

Risklərin idarə edilməsi – layihənin reallaşdırılmasının faktiki gö­stəricilərinin əvvəlcədən planlaşdırılmış mənalardan kənarlaş­maların azaldılması məqsədi ilə risklərin monitorinqi, təhlili və indentivikasiyasını birləşdirən tədbirlər kompleksidir. Riskin ida­rəedilməsi üzrə hərəkətin alqoritmi aşağıdakı sxemdə verilir.

Sxem 4.


Sosial-siyasi risk ölkədə iqtisadi vəziyyətə və xarici kapital itkisinə təsir edə biləcək sosial-siyasi vəziyyətin dəyişmə sə­viyyəsinin nəticəsindən asılıdır.

İnvestisiya prosesi obyektlərinə görə real və maliyyə inve­stisiyalara bölünür.

Real investisiyalar dedikdə, maddi və qeyri-maddi aktivlərə vəsait qoyuluşu başa düşülür.

Maliyyə investisiyaları dedikdə isə müxtəlif maliyyə vasi­tələrinə (aktivlərinə) vəsait qoyuluşu başa düşülür ki, bunların da içərisində əsas yeri qiymətli kağızlara vəsait qoyuluşu tutur.

Real investisiyalar aşağıdakı qruplara bölünür:

- öz istehsalının səmərəliliyinin yüksəldilməsinə yönəldilən investisiyalar. Bu qrupa əsasən avadanlıqların dəyişdirilməsinə, əsas fondların modernləşdirilməsinə və s. məqsədlər üçün yönəl­dilən investisiyalar daxildir;

- istehsalın genişləndirilməsinə və yenidən qurulmasına yö­nəldilən investisiyalar. Bu qrupa mövcud istehsal çərçivəsində məhsul buraxılışının həcminin artırılması məqsədi daşıyan inve­s­tisiyalar daxildir;

- şəxsi və xüsusi istehsalın yaradılmasına və ya istehsalda yeni texnologiyanın tətbiqinə yönəldilən investisiyalar. Bu qrupa yeni istehlak bazarına çıxmaq məqsədilə yeni müəssisələrin yara­dıl­masına və mövcud müəssisələrin yenidən qurulmasına yönəl­dilən investisiyalar daxildir;

- dövlət sifarişinin və ya digər sifarişçinin sifarişlərinin ye­rinə yetirilməsi məqsədilə qeyri-şəxsi istehsala qoyulan investi­siyalar.

Maliyyə investisiyaları aşağıdakı qruplara bölünür:

1. Qiymətli kağızlara qoyuluşlar (o cümlədən dövlət və qeyri-dövlət).

2. Bank depozitlərinə və sertifikatlara qoyuluşlar.

İnvestisiyalar növlərinə görə aşağıdakı kimi təsnifləşdirilir.

a) maddi obyektlərə birbaşa investisiyalar. Bu zaman inve­s­tor investisiya obyektinin və qoyulacaq vsaitin seçilməsində bi­lavasitə iştirak edir. Belə investisiyalara real intellektual investi­siyaları da aid etmək olar.

b) investisiya fondu və ya maliyyə vasitəçisinin mövcudluğu ilə səciyyələnən (vasitəli, birbaşa olmayan) investisiyalar. Ma­liyyə investisiyalarını belə investisiyalara aid etmək olar.

İnvestisiyalar bir sıra əlamətlərinə görə təsnifləşdirilir.

Sxem 5.
İnvestisiyaların müxtəlif əlamətlərə görə təsnifləşdirilməsi.




İnvestisiyaların təsnifləşdirmə əla­mətləri

İnvestisiyanın növləri

T
əşkilati formalarına görə

İnvestisiya layihəsi: birinci, müəy­yən bitmiş investisiya fəaliyyətinin bir obyektini, ikinci, investisiyanın for­ma­sının reallaşdırılmasını nə­zərdə tutur.

Təsərrüfat subyektinin investisiya portfeli, buna bir investorun investi­siyaları daxildir.

İnvestisiya fəaliyyətinin obyektlə­rinə görə

Əsas fondların yaradılmasına və təkrar is­tehsalına, maddi və qeyri-mad­di ak­tiv­lərə qoyulan uzun- müd­dətli real in­ves­tisiyalar (kapital qo­yuluşları). Döv­riy­yə vəsaitlərinə qısa müddətli inves­ti­siyalar (məh­sul-material ehtiyatı, qiy­mət­li kağızlar və s.).

Dövlət və qeyri-dövlət qiymətli ka­ğız­la­­rın depozitlərinə maliyyə inve­sti­si­yaları.



İnvestisiya ehtiyatları üzərində mül­kiyyət formalarına görə

Xüsusi investisiyalar.

Dövlət investisiyaları.

Xarici investisiyalar.

Birgə investisiyalar

İnvestisiya qoyuluşunda iştirakın xarakterinə görə

Bilavasitə maddi obyektlərə birbaşa investisiyalar. Bu zaman investor in­­vestisiya obyektinin və qoyulan vəsaitin se­çilmsində iştirak edir. Belə in­ves­tisiya misal olaraq real investisiyanı göstərmək olar.

İnvestisiya fondu və ya maliyyə va­si­təçisinin mövcudluğu ilə xarakte­rizə olu­nan vasitəli investisiyalar. Be­lə in­ves­tisiyalara misal olaraq port­fel in­ves­tisiyalarını göstərmək olar.


İnvestisiya fəallığı və onun nəticəsi iqtisadiyyatın artan tem­p­lə inkişafına zəruri ilkin şərtlər yaratmaq və ümumilikdə götürüldükdə, investisiya qoyuluşu üçün əlverişli mühitin forma­laşdırılması üçün qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına geniş imkanlar açır.


Sxem 6.


Qeyd etmək lazımdır ki, əlverişli investisiya mühitinin for­malaş­dırılmasına təsir göstərən amillər içərisində siyasi amil mü­hüm rol oynayır. Çünki, respublikamızda iqtisadiyyatın inkişa­fına Bazar iqtisadiyyatı şəraitində investisiya mühitinin forma­laş­ma­sına təsir edən amilləri qruplaşdırılmış formada aşağıdakı sxem­dən aydın görmək olar. İn­­vestisiya qoyuluşuna olan tələbatın ödənilməsi xarici inve­sti­si­ya­nın cəlb olunmasını tələb edir ki, bu da ilk növbədə ölkə­mizdə si­yasi sabitliyin olması ilə bilavasitə bağlıdır.

Bazar iqtisadiyyatı şəraitində investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən əsaslı vəsait qoy­uluşunda avadanlıq və maşınlar üçün məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir. Bu istiqamətdə xərclərin getdikcə art­ması əsas istehsal fondlarının yeniləşməsinə səbəb olur.

Müasir dövrdə bu istiqamətdə ölkə iqtisadiyyatında əhə­miyyətli keyfiyyət dəyişiklikləri aparılır. Belə ki, əsas investisiya siyasətinin formalaşmasına diqqət daha da artırılır. İnvestisiya qoyuluşları vasitəsilə iqtisadiyyatın strukturunun təkmilləşdiril­məsində əhəmiyyətli keyfiyyət dəyişiklikləri həyata keçiriləcək­dir. Bu məqsədlə əsasən investisiya siyasətinin formalaşmasına diq­qət artırılır, çünki investisiya sferası təsərrüfat mexanizminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

İnvestisiya siyasəti dedikdə, investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu başa düşülür. İnvestisiya vasitəsi ilə respublikanın makro-mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur. Eyni zamanda iqtisadiyyatın tarazlığı, onun səmərəliliyinin yüksəldil­məsi və milli gəlirin artımı təmin edir.

İnvestisiya siyasətinin ən mühüm vəzifəsi mövcud ehtiyat­lar­­dan səmərəli istifadə etməklə vəsaiti ETT-nin sürətlən­diril­mə­si­ni təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsindən iba­rətdir.

Respublikada investisiya prosesinin inkişafına dövlət təsiri­nin gücləndirilməsi məqsədilə büdcədə investisiya layihələrinə dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulmuşdur. Qeyd et­mək lazımdır ki, 1997-ji ildən etibarən dövlət zəmanətləri üzrə xərclər «Dövlət borcuna xidmət edilməsi» bölməsində öz əksini tapmışdır. Respublikada sabit investisiya mühitinin yaradılma­sında əsas amil ilk növbədə xarici investorlara əlverişli şəraitin təşkil edilməsidir.

Respublikaya investisiyanın axıb gəlməsinin ən başlıca sə­bəbi onların bu əməliyyatdan lazımi mənfəət əldə etməsidir.

Məhz buna görə xarici investisiyaların cəlb edilməsi investi­siya siyasətində baş verəcək ciddi keyfiyyət dəyişikliklərinin apa­rılmasını tələb edir. Buna görə də respublikada həm investisiya qoyuluşlarının həyata keçirilməsinin ümumi qanunlarının, həm də xarici investisiyaların cəlb edilməsi məsələlərinin həlli bazar münasibətləri şəraitində mühüm zəruriyyətə çevrilir.

Dövlətin investisiya siyasətinin əsas məqsədi elmi-texniki nailiyyətlərin tətbiqi hesabına, əsas fondların yeniləşdirilməsinin və istehsalın yenidən qurulmasının həyata keçirilməsinin təmin edilməsidir. Respublikanın investisiya siyasətinin mühüm istiqa­mətlərindən aşağıdakıları göstərmək olar:

- mərkəzləşdirilmiş qaydada maliyyələşdirməni azaltmaqla, onlardan əsasən ümum dövlət obyektlərinin investisiyalaşdırıl­ması üçün istifadə etmək;

- investisiyaları ən çox iqtisadiyatın prioritet sahələrinin in­ki­şafına yönəltmək;

- investisiya resursları bazarını təşkil etmək;

- mənzil tikintisi və digər investisiya layihələrinin reallaşdı­rılması üçün əhalidən toplanan resurslardan istifadəni genişlən­dirmək;

- investisiya sığortası üzrə hüquqi bazanın yaradılması;

- birgə dövlət – kommersiya maliyyə investisiya layihəsi və o cümlədən, fərdi biznes və MDB ölkələrindən kapitalın cəlb edilməsi;

- investisiya tsiklinin davam etməsi müddətinin qısaldılması.

Respublikamızda xarici və daxili investisiya resurslarının sə­fərbərliyə alınması məqsədilə ölkə iqtisadiyyatına investisiyanın cəlb edilməsi üçün Milli proqram işlənib hazırlanmışdır. Bu pro­qramda xarici və daxili investisiyanın cəlb edilməsinin prinsipləri və mexanizmləri öz əksini tapmış və eyni zamanda, investisiyanın prioritet sferası üzrə əməkdaşlıq və onun səmərəlilik formaları göstərilmişdir.


Yüklə 365,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə