Federal Rezervin faiz dərəcələrini artırmasının səbəb və nəticələri



Yüklə 45,67 Kb.
Pdf görüntüsü
tarix07.12.2017
ölçüsü45,67 Kb.
#14353


 

 

 

 

 

 

 

 

Federal Rezervin faiz dərəcələrini artırmasının 

səbəb və nəticələri. 

 

Orxan Bağırov 

 

məsləhətçi-ekspert


 

      2008-ci ildə baş vermiş iqtisadi böhran Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadiyyatına 

böyük zərər vurdu. Yaranmış iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün Amerika hökumətini daha 

yumuşaq pul siyasəti yürütməyə məcbur oldu. Bu məqsədlə ABŞ-da Mərkəzi Bank funksiyasını 

yerinə  yetirən  Federal  Rezerv  faiz dərəcələri  aşağı  salaraq 0.25  dərəcəyə endirdi.  Bu  addımın 

atılmasındə  əsas  məqsəd  maksimum  məşğulluq  və  stabil  qiymətləri  təmin  etmək  üçün 

iqtisadiyyatda  kapitallaşmanı  artırmaq  idi.  Dövlətdən  ucuz  vəsait  əldə  etmək  imkanı  böyük 

korparasiyalara inkşaf etmək, istehsalı genişləndirmək və mənfəəti artırmaq üçün şərait  yaratdı. 

Bu da öz növbəsində iqtisadi artımı sürətləndirdi və məşğulluğu artırdı. 

Aşağı faiz dərəcəsinin mənfi nəticələri 

       Federal  Rezervin  faiz  dərəcələrini  aşağı  salması  sözsüzki  qaçılmaz  addım  idi  və  müsbət 

nəticələr əldə etmək üçün atılmışdı. Lakin  bu addımın  sonrakı  illər ərzində mənfi  nəticələri də  

hiss  olunmağa  başladı.  Belə  ki,  tək  ABŞ-da  deyil  dünyada  digər  ölkələr  də  böhrandan  yaxa 

qurtarmaq  üçün  yumuşaq  pul  siyasətindən  istifadə  etdi.  Həyata  keçirilən  yumuşaq  pul  siyasəti  

iqtisadi artıma təkan versə də bunu təbii artım saymaq olmaz və mərkəzi bankalrın bu dəstəyini 

nəzərə  almasaq heç də həmin ölkələrdəki  iqtisadi vəziyyətin  əvvəlkindən  yaxşı  olduğunu deyə 

bilmərik. Çünki belə dəstək iqtisadi artıma stimul versə də digər tərəfdəndə borclanmanı artırır. 

Məsələn,  J.P.  Morgan  maliyyə  təşkilatının  məlumatına  əsasən  ABŞ-da  ucuz  pul  vəsaitləri 

hesabına  özəl  şirkətlər  2014-cü  ildə  rekord  səviyyədə  371  milyard  dollar  məbləğində  borc 

kapitalına malik idilər hansı ki, 2005-ci illə müqayisədə 4 dəfə çoxdur. Çindəki özəl şirkətlər isə 

daha  çox  borc  kapitalına  malikdirlər.  Bu  şirkətlərin  borc  kapitalı  2014-cü  ildə  2009-cu  illə 

muqayisədə  15  dəfədən  çox  olmuşdur.  Əgər  borc  kapitalının  daha  çox  rol  iqtisadi  bazarlarda 

bunu qarşılığında kifayət qədər gəlir əldə edilirsə bu təhlükəli deyil. Ancaq inkşaf etmiş ölkələrin 

kapital  bazarının  fəliyyətinin  təhlilini  əks  etdirən  MSCI  indeksinə  (MSCI  Emerging  Markets 



 

Index


1

 )  daxil  olan  borclanma  əmsalının  (debt  to  equity  ratio

2

)  aşağı  olduğunu  nəzərə  alsaq 



həmin  bazarlarda  kifayət  qədər  gəlir  əldə  olunacağına  inamın  az  olduğunu  görə  bilərik. 

Blackrock  özəl  maliyyə  şirkətinin  ötən  il  may  ayındakı  hesabatında  qeyd  edilir  ki,  kapital 

bazarlarında  likvidlik  aşağı  olduğundan  volatillik  yüksəkdir.  Eyni  zamanda  qeyd  edilir  ki,  bir 

çox  ölkələr  stabil  daxili  investorlara  malik  deyil  və  xarici  investorlar  da  bazarda  kiçik  təhlükə 

görən kimi başqa bazarlara üz tutmağa üstünlük verirlər. Yüksək volatilliyin kapital bazarlarına 

zərər verəcəyi gözləniləndi ancaq bu müvəqqəti xarakter daşıyır. Beləliklə o qənaətə gəlmək olar 

ki,  dövriyyəyə  böyük  miqdarda  vəsait  buraxmaq  qısamüddətli  dövr  üçün  effektiv  olsa  da 

uzunmüddətli  dövrdə  öz  səmərəliliyini  itirir  və  borclanmanın  mənfi  təsirlərinin  daha  qabarıq 

şəkildə hiss olunmağa başlayır.  

      Aşağı faiz dərcəsinin ABŞ-da yaratdığı ən böyük mənfi nəticələrindən biri də  ölkədə qeyri-

bərabərliyin  yaranmasıdır.  Qeyd  etdiyimiz  kimi  ilkin  mərhələdə  ucuz  pul  əldə  etmək  iqtisadi 

fəaliyyəti  gücləndirsə  də  sonrakı  mərhələdə  (2009-cu  ildən  başlayaraq)  böyük  şirkətlərin, 

korporasiyaların  külli  miqdarda  vəsait  əldə  etməsinə  və  iqtisadi  qeyri-bərabərliyin 

dərinləşməsinə  gətirib  çıxardı.  Həyata  keçirilən  yumuşaq  faiz  siyasəti  və  pul  genişlənməsi 

(quanitative  easing) siyasəti  ən  çox  nağd pul  sahiblərinə mənfi təsir  etdi. Aşağı  faiz dərəcələri 

onları  öz  pullarını  daha  riskli  maliyyə  aktivlərinə  yönəltməyə  məcbur  etdi.  Sözsüz  ki  bu  riskli 

aktivlərin  əksəriyyəti  varlı  təbəqənin  idarə  etdiyi  böyük  korparasiyalara,  şirkətlərə  məxsus  idi. 

Bu tipli aktivlərə olan “maraq”-ın artması onların qiymətlərinin kəskin şəkildə artmasına gətirib 

                                                           

1

 



Morgan Stanley Capital International (MSCI) tərəfindən yaradılmış, inkşaf etmiş ölkələrdə kapital bazarının 

fəaliyyətini əks etdirən indeksdir. Bu ölkələrə Brazilya, Cili, Cin, Kalumbia, Çex Respublikası, Misir, Macarıstan, 

Hindistan, Indanezia, Kareya, Malayziya, Meksika, Mərakeş, Peru, Filippin, Polşa, Rusiya, Cənubi Afrika, Tayvan, 

Tayland və Türkiyə aiddir. 

 

2

 



Borclanma əmsalı (debt to equity ratio) şirkətlərin maliyyə borclanmasını ölçmək üçün istifadə olunur və şirkətin 

maliiyə öhdəliklərinin onun səhmdarlarının kapitalına nisbəti ilə müəyyənləşdirilir

 

 



 

çıxartdı.  Nəticədə  böyük  korparasiyalar  nağd  pul  sahiblərinin  vəsaiti  hesabına  külli  miqdarda 

“asan”  gəlir  əldə  etdilər  və  bu  da  bəzi  hallarda  əks  təsir  yaradaraq  bir  sıra  kompaniyaların 

istehsalı  genişləndirməyə  olan  maraqlarının  və  infrastruktur  layihələrinin  azalmasına  gətirib 

çıxardı. 

       Pew Araşdırma Mərkəzinin apardığı araşdırmaya əsasən məlum olmuşdur ki, ABŞ-ın əhalisi 

2014-cü  ildə  2000-ci  illə  müqayisədə  4%  daha  az  gəlir  əldə  etmişdir.  Eyni  zamanda  məlum 

olmuşdur  ki,  son  40  ildə  ilk  dəfə  olaraq  orta  gəlirli  təbəqə  əhalinin  əsas  hissəsini  təşkil 

etməmişdir.  Amerikanın  20  ən  varlı  adamı  əhalinin  ən  kasıb  50%  dən  daha  çox  var  dövlətə 

malikdir.  ABŞ-da  qeyri-bərabərlik  heçvaxt  bu  həddə  çatmamışdır.  2007-2008  ci  illərdə  baş 

vermiş  böhranda  çox  gəlirli  əhali  az  gəlirli  əhaliyə  nisbətən  daha  çox  zərər  görsə  də,  dövlət 

tərəfindən  həyata  keçirilən  yumuşaltma  siyasəti  onların  vəziyyətini  yaxşılaşdırdı  və  2009-cu 

ildən etibarən hadisələr əksinə dövr etməyə başladı. Bu vaxtdan sonra əldə edilən gəlirin 95%-ni 

əhalinin ən varlı 1%-i əldə edirdi.  

 

 Faiz dərəcəsinin artırılması üçün zəruri mühit yaranmışdı   

       2015-ci il Dekabrın 16-da Federal Rezerv faiz dərəcələrini son 9 ildə ilk dəfə olaraq qaldırdı 

və  0.5%  səviyyəsində  müəyyənləşdirdi.  İstər  borclanmanın  artması,  istər  qeyri-bərabərliyin 

dərinləşməsi, istərsə də gözlənilən iqtisadi vəziyyətin əldə edilməsi faiz dərəcəsinin qaldırılması 

məqamını yetişdirmişdi. Yaranmış iqtisadi vəziyyət uzun müddət yumuşaq pul siyasəti hesabına 

əldə edilmiş süni artımın təbii iqtisadi artımla əvəz etmək üçün şərait yaratdı. Əlbətdəki belə bir 

vəziyyətdə  təbii  iqtisadi  artımı  təmin  etmək  üçün  deflyasiyaya  səbəb  olacaq  tədbirlərin 

görülməsini  yəni  faiz  dərəcələrinin  aşağı  salınmasını  zərurui  idi.  Belə  tədbirlər  ilk  mərhələdə 

xidmət  və  malların  qiymətlərinin  aşağı  düşməsinə,  iş  yerlərinin  azalmasına  və  ixracın 

zəifləməsinə səbəb olsa da uzunmüddətli dövr üçün təbii və səmərəli iqtisadi inkşafı təmin etmək 




 

üçün  əhəmiyyətlidir.  Deflyativ  mühit  uzunmüddətli  dövr  üçün  dolları  möhkəmləndirəcək  və 

yüksək inflyasiya riskinin azaldacaq.   

      Oktyabr  ayında  olan  görüşdə  Federal  Rezerv  faizləri  qaldırmasa  da  dekabr  ayında  bunun 

mümkünlüyünü bildirmişdi və bu artıma təsir edəcək əsas iki faktor kimi məşğulluq və inflyasiya 

səviyyəsi  götürmüşdü.  Qeyd  edilirdi  ki,  inflyasiya  səviyyəsi  2%-ə  yaxınlaşarsa  və  maksimum 

məşğulluq  əldə  edilərsə  o  zaman  faizin  qaldırılması  düzgün  addım  olacaq.  Dekabr  ayında 

məşğulluqla  bağlı  ABŞ  hökuməti  istənilən  nəticəni  əldə  etmişdi.  Belə  ki,  son  beş  ildə  işsizlik 

səviyyəsinin  4.7%  azalaraq  5%  səviyyəsinə  çatdmışdı  (tradingeconomics).  Ancaq  inflyasiya 

səviyyəsi haqqında eyni fikiri deyə bilmərik, çünki hələ 2011-ci ildən maksimum məşğulluq və 

stabil  qiymətlər  əldə  etmək  üçün  Federal  Rezerv  infilasiya  hədəfini  2%  səviyyəsində 

müəyyənləşdirsə də, 2015-ci ilin dekabr ayında da bu hədəfə çatmamışdı və bu göstərici 2% dən 

xeyli aşağı 0.5% səviyyəsində idi. Əslində Federal Rezervin böhran vaxtı faizləri aşağı salması 

inflyasiyanı  artırmalı  idi  lakin  aşağı  neft  qiymətləri  və  dolların  digər  valyutalara  nisbətdə 

bahalaşması  aşağı  faiz  dərəcələrinin  normal  təsirinə  mane  oldu  və  inflyasiyanın    artmasıın 

qarşısını aldı. Lakin Federal Rezerv bu təsirlərin keçib gedəcəyinə və inflyasiyanın 2%-dən daha 

yuxarı həddə çatacağına inandığını və bunun qarşısını almaq üçündə faiz dərəcəsinin daha yuxarı 

səviyyədə saxlanılmasının əhəmiyyətli olduğunu bildirib.  



 

Faiz artımının İnkşaf Etməkdə Olan Ölkələrə təsiri 

     Federal Rezervin faiz dərəcəsini qaldırması əsasən ABŞ iqtisadiyyatına təsir etsədə də eyni 

zamanda dolasyısı yolla inkşaf etməkdə olan ölkələrin (İEOÖ) iqtisadiyyatlarına da təsir edəcək. 

Ilk növbədə  İEOÖ-in  maliyyə bazarlarından vəsait axını baş verəcək yəni yuxarı faiz dərəcəsi 

ABŞ hökumətinnən ucuz vəsait əldə edərək onu daha çox gəlir əldə etmək məqsədilə həmin 

bazarlara yerləşdirən investorların öz pul vəsaitlərini həmin ölkələrdən çıxarmasına səbəb 

olacaq. Hələ Federal Rezerv bu qərarı qəbul etməmişdən öncə artıq 2015-ci il ərzində İEOÖ-in 



 

bazarlarından investorlar 500 milyard dollar çıxarmışdılar və bu qərarın təsiri ilə bu proses 

dahada sürətlənəcək.  

      Bu qərarın İEOÖ-ə edəcəyi ən böyük təsirlərdən biri də  inflyasiyanın artmasıdır. Yəni bu 

qərar dolların dahada bahalaşmasına səbəb olacaq və onu nəzərə alsaq ki, həmin dövlətlərdə 

xarici ticarət əməliyyatları dollar vasitəsilə həyata keçirilir o zaman onlar idxal etdikləri 

məhsulları daha baha qiymətə əldə edəcəklər ki, nəticədə əmtəələrin qiyməti qalxacaq və bu da 

inflyasiyanın artmasına səbəb olacaq. Belə bir vəziyyətdə dolların bahalaşmasından əziyyət 

çəkən inkşaf etmiş ölkələrin də pul siyasətini sərtləşdirəcəyi gözlənilir.  Ancaq sözsüz ki, bu 

qərarın qəbul olunmasında həmin İEOÖ ixraca dəyə biləcək ziyanıda nəzərə almalı olacaqlar.    

      Faiz dərəcəsinin qaldırılması dolları bahalaşdırdığından bir çox İEOÖ-in özəl sektoruna 

mənfi təsir edəcək. Belə ki, bu ölkələrdə özəl sektorda fəaliyyət göstərən şirkətlər böyük həcmdə 

dollarla götürülmüş borclara malikdir və bu borcu yerli valyuta ilə əldə edilmiş gəlirlər hesabına 

ödəmək çətinlik yaradacaq. Onsuzda neft bazarında gedən proseslər bir çox ölkələri öz 

valyutasını devalvasiya etməyə məcbur etmişdi və faiz dərəcələrinin qalxması həmin ölkələrin 

iqtisadiyyatı üçün daha bir zərbə olacaq. Belə İEOÖ-ə  ən çox Rusiya. Türkiyə, Brazilyanı misal 

göstərmək olar. Özəl sektrdakı geriləmə də birbaşa həmin ölkələrin maliyyə bazarlarına təsir 

edərək həmin bazarların investorlar üçün az cəlbedici olmasına, qiymətli kağızların 

ucuzlaşmasına gətirib çıxaracaq.  

    Fazin artırılması yayılma effekti ilə dünya iqtisadiyyatında gedən mənfi prosesləri daha da 

sürətləndirərək iqtisadi artımın azalmasına və dünya ticarət dövriyyəsinin zəifləməsinə gətirib 

çıxaracaq. Nəzərə alsaq ki, dünya iqtisadiyyatında istehsalın 40%-i məhz İEOÖ-in payına düşür 

o zaman zərərin az olmayacağını təxmin etmək çətin deyil. Xüsusilə də dünyanın ikinci ən böyük 

iqtisadiyyatına malik və əsas borc alan ölkə olan Çində  iqtisadi vəziyyətin pisləşməsi və tələbin 

azalması əmtəə qiymətlərinin aşağı düşməsinə səbəb olmuşdur və fazilərin qalxması bu prosesi 

daha da sürətləndirəcək və onsuzda dəyərdən düşmüş Yuanı dahada zəiflədəcək.  




 

Mənbələr 

1)

 



http://www.project-syndicate.org/commentary/fed-monetary-policy-reduce-inequality-

by-alexander-friedman-2015-12

 

2)

 



 

http://www.investopedia.com/articles/investing/103015/interpreting-feds-interest-rate-

statement-3-key-words.asp

 

3)



 

 

http://www.investopedia.com/articles/professionals/081915/why-investors-should-



consider-cash-right-now.asp

 

4)



 

 

http://www.investopedia.com/articles/investing/082815/timing-fed-interest-rates-



hike.asp

 

5)



 

http://www.investopedia.com/articles/investing/101215/how-fed-fund-rate-hikes-affect-

us-dollar.asp

 

6)



 

http://www.investopedia.com/articles/investing/121515/fed-rate-hike-could-roil-

emerging-markets.asp

 

7)



 

http://www.wsj.com/articles/emerging-markets-gird-for-fed-rate-increase-1450261800



 

 

     



    

 

Yüklə 45,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə