FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə1/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
  1   2   3   4   5   6   7   8   9   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.


FƏNNİN ADI: ANA DİLINİN TƏDRİSİ METODİKASI
İSM II KURS-IV SEMESTR
MÜƏLLİF: ƏBÜLFƏZL TAHİROĞLU ƏZİMLİ
Ana dilinin tədrisi metodikası fənnindən


143 səh., 31.700 söz


MÖVZULAR VƏ MÜHAZİRƏ MƏTNLƏRİ
MÖVZU 1:
ANA DİLİNİN TƏDRİSİ METODİKASININ ELMİ-TƏTBİQİ SİSTEMATKASİ: PREDMETİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, TƏDQİQAT METODLARI.
PLAN:
1. Giriş: Metodika və tədris metodikası haqqında
2. Ana dili tədrisi metodikasının predmeti.
3. Ana dili tədrisinin məqsəd və vəzifələri.
4. Ana dili tədrisi üzrə kurikulumun xarakterik cəhətləri və elmi-tətbiqi əsasları.
5. Ana dili tədrisi metodikasının tədqiqat metodları: interaktiv təlim quruluşu və üsulları.
ƏDƏBİYYAT:
1. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası (Kərimov Y.). Bakı, 2000
2. Кяримов Й.С. Ана дилинин тядриси методикасы. Бакы, «Насир» няшриййаты, 2003
3.Nəbiyeva Ş. “Ana dili tədrisinin aktual problemləri” Bakı, ADPU, 2010
4. Rəhimov A. “Ana dilinin tədrisi metodikası” Bakı, Maarif, 1997
5. Kurikulumların hazırlanması və tətbiqi məsələləri. Bakı, 2008. 223 səh.
6. N.B.Cəfərova. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası.I hissə.(Dərslik).Bakı-2016,ADPU-nəş.403s.
MÜHAZİRƏ MƏTNİ:
1. Giriş: Metod və Metodika nədir?
Metod üsul, yol, tərz deməkdir. Metodika üsula bağlı olmadır. Konrret olaraq, öyrətmə üsulunun, aşılamaq tərzinin tipoloji baxımdan müxtəlif yollarının nəzəri baxımdan izah edilməsi və tətbiqetmə sistemidir.
2. Ana dili tədrisi metodikasınin predmeti.
Predmetinə görə ana dilinin tədrisi metodikası konkret, sistematik xarakter daşıyır. Onun Predmeti dil və oxu üzrə öyrətmə, mənimsətmə və tətbiqetmə strukturlarını əhatə edir.
Ana dili tədrisinin predmeti dil və oxu materiallarıdır.
Ana dilinin tədrisi dil və oxu dərsliklərində verilmiş materiallara əsaslanır; həmin materiallar iki elmi sahə üzrə təqdim edilir:
Birincisi dil qrammatikasıdır: burada savad təlimi mərhələsi üçün ilkin yazı və oxu vərdişləri aşılanır, sonrakı mərhələlərdə (siniflərdə) dilimizin qrammatik qanun-qaydaları öyrədilir;
İkincisi oxu materialları—mətnləridir: mətnlər , əsasən. bədii əsərlər və bədii əsərlərdən nümunələrdir; bəzi oxu materialları xəbər, məlumat—ümumilikdə elmi-kütləvi xarakteri daşıyır.
İbtidai siniflərdə “ana dili” ümumi fənin adıdır, o, iki sahəni—yaxud belə deyək ki, iki fənni əhatə edir: a) yazı; b) oxu. Yazı sahəsi Azərbaycan dilinin qrammatika sistemi, oxu sahəsi (materialları) isə bədii, habelə publisistik ədəbiyyat materialarıdır, bu –V-XI siniflərdə tədris edilən Ədəbiyyat fənninin başlanğıcıdır. Bu mənada, şagirdlərin dil və oxu üzrə ibtidai bacarıq və vərdişlərə yiyələnmələri, qazandıqları bacarıq və vərdişlər onların yuxarı siniflərdə fənlərin sistematik, elmi-nəzəri və tətbiqi baxımdan mənimsəmələri, habelə elmi-potensial qabiliyyətlərini, bilik və bascarıqlara dərindən yiyələnmələri baxımından zəmin rolu oynayır.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə