Fevral 2017
Bu Alternative Hesabat Azad İqtisadiyyata
Yardım İctimai Birliyinin ekspertləri
tərəfindən hazırlanıb.
2017-Cİ İLİN DÖVLƏT
BÜDCƏSİ İLƏ BAĞLI
ALTERNATİV HESABAT
Bu alternativ hesabatda 2017-ci il üzrə Azərbaycan dövlət büdcəsindəki əsas
dəyişiklik, meyillər həmçinin büdcə qanununun hazırlanması, müzakirə və təsk-
diqi prosesi təhlil olunur. Alternativ hesabat zamanı 2017-ci il dövlət büdcəsi haA
-
qqında qanun və qanun layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilmiş sənədlər
toplusu (Büdcə Zərfi), Hesablama Palatasının qanun layihəsinə rəyi, başqa rəsmi
məlumatlardan və onların əsasında aparılmış müstəqil hesablamalardan istifadə
edilib.
3
İçindəkilər
İcmal ................................................................................................... 5
1.
Giriş .............................................................................................. 9
2.
2017-ci il üçün iqtisadi gözləntilər ................................................11
3.
Büdcə gəlirlərinin formalaşmasında əsas meyillər .......................14
4.
Büdcə xərcləmələrində gözlənilən əsas meyillər ..........................23
5.
Büdcə kəsiri və onun maliyyələşdirilməsi mənbələri ...................26
6.
Büdcə vasitəsilə dövlət borclarına xidmət ....................................27
7.
2017-ci ilin
dövlət büdcəsinin tərtibi və
parlament müzakirələri ................................................................28
8.
Nəticə və tövsiyələr ......................................................................30
5
İcmal
“Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” qanununa əsasən
2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16255.0 mln. manat proqnozlaşdırılıb ki, bu da
2016-cı ilin faktiki büdcə gəlirləri ilə müqayisədə 7.1% azdır. Dövlət büdcəsinin xər-
cləri isə 16 900 mln. manat səviyyəsində müəyyən edilib ki, bu ötən ilin təsdiqlənən
göstəricisi ilə müqayisədə 8.6% azdır. 2017-ci il üzrə büdcə xərclərinin ÜDM-də
xüsusi çəkisi 27.4% səviyyəsində gözlənilir, halbuki əvvəlki il üzrə göstərici 31% idi.
2017-ci ilin dövlət büdcəsinin formalaşması neftin qiymətinin aşağı olduğu dövrə
təsadüf edib. Büdcə layihəsinin işlənməsinin ən aktiv fazası yanvar-iyul aylarını əhatə
edir. 2016-cı ilin ilk yarısında neftin orta qiyməti 45 dollardan aşağı olub. Bu səbəb-
dən hökumət 2017-ci ilin büdcə parametrlərini müəyyən edərkən növbəti il üzrə orta
illik qiyməti 40 dollar götürüb.
Dünya Bankı da qlobal iqtisadiyyatla bağlı yeni açıqladığı proqnozlarında1 2017-ci
ildə Azərbaycanda ÜDM-nin real artımının 1.2% təşkil edəcəyini gözləyir. Lakin
dünya ölkələrinin müxtəlif dövrlərdə üzləşdiyi iqtisadi böhranlardan əldə olunan
təcrübələr göstərir ki, məcmu tələbin məhdudlaşdırıldığı şəraitdə, qısa müddətdə iqti-
sadi böhranın dayandırılması və iqtisadi artımın əldə edilməsi kifayət qədər çətin olur.
Böhranlar dövründə tələbi və dolayısı ilə iqtisadi artımı stimullaşdıran əsas mən-
bələrdən biri də büdcə xərcləmələridir. Nəzərə almaq lazımdır ki, 2017-ci ildə büdcə
xərcləri əvvəlki ilə nisbətən 10%-ə yaxın, o cümlədən büdcə investisiyaları 16.5%
azalma ilə proqnozlaşdırılıb.
Azərbaycanda dövlət büdcəsinin 2014-cü ildən başlanan kiçilməsi meyli davam edir
ki, bu da məhz neft gəlirlərinin azalması ilə bağlıdır. 2017-ci ilin dövlət büdcəsinin ən
diqqətçəkən cəhəti büdcə gəlirlərinin əvvəlki illərlə müqayisədə azalması meylinin
davam etməsidir. Əvvəl qeyd olunduğu kimi, 2017-ci ildə dövlət büdcəsinin gəlirləri
16255.0 mln. manat məbləğində proqnozlaşdırılıb və əvvəlki illə müqayisədə büdcə
gəlirlərinin 1246.2 mln. manat yaxud 7.1% az olması gözlənilir. Bu isə o deməkdir ki,
2014-cü ildən başlayaraq artıq dördüncü ildir ki, dövlət büdcəsi gəlirlərinin səviyyəsi
ildən-ilə aşağı düşməkdə davam edir. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin
proqnozlaşdırılan səviyyəsi həm də son 6 ilin ən aşağı göstəricisidir.
1
http://www.worldbank.org/en/publication/global-economic-prospects
6
ABŞ dolları ifadəsində dövlət büdcəsi gəlirlərinin azalma səviyyəsi daha kəskin hiss
olunur. 2017-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması zamanı istifadə olunan
1 ABŞ dolları = 1.75 manat məzənnəsini2 əsas götürsək, onda büdcə gəlirlərinin
məbləği təqribən 9290 mln. ABŞ dollarına bərabər ola bilər ki, bu da 2013-cü ilin
büdcə gəlirlərinin dollar ifadəsində olan məbləğindən 2,6 dəfə az olmaqla, ölkəmizin
dövlət büdcəsi gəlirlərinin dollar ifadəsində son 10 ilin ən aşağı göstəricisidir3.
2017-ci ildə ARDNF-dən dövlət büdcəsinə 6100.0 mln. manat köçürülməsi nəzərdə
tutulur ki, bu da 2016-cı ildə olan transfert məbləğindən 1515.0 mln, 2015-ci ilin
müvafiq məbləindən isə 2030.0 mln. manat azdır. Bu həm də 2011-ci ildən bu yana
qeydə alınan ən aşağı göstəricidir.
Hökumət ARDNF-dən dövlət büdcəsinə transfertin məbləğinin azaldılması siyasətini
növbəti illərdə də davam etdirəcəyini bəyan edib (2020-ci ildə transfer məbləğinin
4.0 mlrd. manat olması nəzərdə tutulur). Bununla yanaşı “2017-ci il dövlət büdcəsi
haqqında” qanununun tətbiqi barədə prezidentin 27 dekabr 2016-cı il tarixli fərmanın-
da Nazirlər Kabinetinə tapşırılıb ki, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı
həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni
fiskal qaydalara dair təkliflərini altı ay müddətində hazırlayıb təqdim etsin.
Neftin qiymətində müşahidə olunan kəskin azalmalara proporsional olaraq 2015-cü
il dövlət büdcəsi xərclərinin artımla proqnozlaşdırılan son ili oldu və sonrakı iki ildə
büdcənin məxaric hissəsi xeyli ixtisar edildi. Göründüyü kimi, 2017-ci ilin proqno-
zlaşdırılan xərcləri də 2016-cı ilin büdcə xərcləri ilə müqayisədə 842.4 mln. manat
azdır. Son 10 il ərzində büdcə xərclərinin ən yüksək məbləği 2013-cü ildə qeydə
alınıb, 2014-2015-ci illərdə xərclərin artırılması proqnozlaşdırılsa da icra prosesində
bu baş verməyib. ABŞ dolları ekvivalentində isə 2017-ci ilin büdcə xərclərində neft
gəlirlərinin kəskin artdığı 2008-ci ildən bu yana ən aşağı göstərici olacaq. Eyni za-
manda son 10 ildə xərclərin ən yüksək olduğu 2013-cü illə müqayisədə 2017-ci ildə
xərclər 2.5 dəfə azalmış olacaq.
Sosial xərclər əhəmiyyətli dərəcədə azalma ilə proqnozlaşdırılıb. 2016-cı ilin büdcə
qanununda dövlət büdcəsinin 3 əsas sosial funksiyasının maliyyələşdirilməsi üçün
ümumilikdə 5358.7 mln. manat və ya ümumi büdcə məxaricinin 32.9%-i səviyyəsində
vəsait müəyyən edilmişdi. Bura təhsil, səhiyyə və sosial müdafiə istqimətləri daxildir.
2
http://apa.az/maliyye_xeberleri/vergiler-nazirliyi-gelen-il-ucun-hesablamalarinda-dollarin-
mezennesini-1-75-manatdan-goturub.html
3
Dövlət büdcəsi gəlirlərinin dollar ifadəsində hesablanması üçün Mərkəzi Bankın qeyd olunan dövr
üzrə rəsmi məzənnəsi əsas götürülüb.