2
Bakımızı tanıyaq
Respublika Uşaq Kitabxanaları
üçün tövsiyə biblioqrafiyası
Bakı-2018
3
Tərtibçi:
Nazilə Tahirova,
Əməkdar mədəniyyət işçisi
Redaktoru və
Şəhla Qəmbərova,
buraxılışa məsul:
Əməkdar mədəniyyət işçisi
Bakımızı tanıyaq:
tövsiyə biblioqrafiyası /tərt. ed.
N.Tahirova; red. və bur. məs. Ş.Qəmbərova; F.Köçərli adına
Respublika Uşaq Kitabxanası.- Bakı, 2018.-45 s.
©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
4
Tərtibçidən
Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük
elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazisinin
böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən
böyük şəhərlərindən biridir.
Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim
zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri
yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti
şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət
yollarının kəsişməsi mərkəzində yerləşməsi (“İpək Yolu”), iqlim
şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan
yanacaq və enerji sərvəti olmuşdur.
Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir
Faraonu Menesanın dövründə “Ölülər Kitabı”nda qeyd edilmişdir.
Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda
12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar,
eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin
və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40
km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində
Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu
tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.
Bakı XII əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər
dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə
Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur.
Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin
sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı
2
milyon 249 min 500
nəfərə yaxındır. Bundan başqa hazırda Bakı
şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və
Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və
məcburi köçkünlər yaşayır.
Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni və 32
kəndi birləşdirir.
5
Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanasının
Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsi
“Bakımızı tanıyaq” adlı
tövsiyə biblioqrafiyası hazırlamışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə
olunan ədəbiyyatdan ibarətdir. Girişdə mövzu haqqında ətraflı
məlumat verilmişdir.
Tövsiyə göstəricisində kitablarda, məcmuə və dövri mətbuat
səhifələrində dərc edilmiş materiallar öz əksini tapmışdır. Vəsaitdə
ədəbiyyat xronoloji prinsip əsasında, daxildə isə əlifba sırasına
uyğun olaraq qruplaşdırılmışdır.
Ünvan: Bakı şəh., S.Vurğun küç. 88;
E-mail: info@clb.az.