REDAKSİYA HEYƏTİ:
Baş redaktor: akademik Ramiz Mahmud oğlu
Məmmədov
Baş redaktorun müavinləri:
AMEA-nın müxbir üzvü, prof. Elbrus
Kərim oğlu
Əlizadə, prof. Fərda Əli oğlu İmanov
Üzvlər:
akademik Qərib Şamil oğlu Məmmədov
akademik Məmməd Əhəd oğlu Salmanov
c.e.d., prof. Tapdıq Güləhməd oğlu Həsənov
c.e.d. Zakir Namin oğlu Eminov
c.e.d. Rəna Bəyim Mir Tağı qızı Qaşqay
c.e.d. Xalid Kazım oğlu Tanrıverdiyev
c.e.d. Yaqub Əli oğlu Qəribov
c.ü.f.d. Nazim Səfərəli oğlu Bababəyli
c.ü.f.d. Məhərrəm Səməd oğlu Həsənov
c.ü.f.d. Mirnuh Cavad oğlu İsmayılov (məsul katib)
c.ü.f.d. Mətanət Mahmud qızı Əsgərova
c.ü.f.d. Oqtay Kamil oğlu Alxasov
EDITORIAL BOARD
Editor-in-chief: acad. Ramiz
Mahmud oghlu
Mammadov
Deputies of editor-in-chief:
Cor. member of the ANAS, prof. Elbrus
Kerim oghlu
Alizadeh, Prof. Farda Ali oghlu İmanov
Members:
Acad. Garib Shamil oghlu Mammadov
Acad. Mammad Ahad oghlu Salmanov
Dr. Geog., prof. Tapdyg Gulahmad oghlu Hassanov
Dr. Geog. Zakir Namin oghlu Eminov
Dr. Geog. Rena Beyim Mir Taghy gyzy Gashgay
Dr. Geog. Khalid Kazym oghlu Tanryverdiyev
Dr. Geog. Yagub Ali oghlu Garibov
PhD Geog. Nazim Safarali oghlu Bababeyli
PhD Geog. Maharram Samad oghlu Hassanov
PhD Geog. Mirnuh Javad oghlu İsmayilov (executive
secretary)
PhD Geog. Matanat Mahmud gyzy Askerova
PhD Geog. Ogtay Kamil oghlu Alkhasov
Buraxılışına məsul:
Mail Xəlilov
Redaktor: Zahid Məhəmməd oğlu Əhmədov
Kompüter tərtibatçısı: Emil Akif oğlu Cəbrayılov
Jurnal AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda
yığılmış və səhifələnmişdir.
***
Responsible for the issue: Mail Khalilov
Editor: Zahid Mahammad oghlu Ahmadov
Computer designer: Emil Akif oghlu Jabrayilov
This journal has been composed the Institute of Geography
named after acad. H.Aliyev, ANAS.
***
Ünvan: AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu,
AZ 1143, Bakı ş., H.Cavid pr., 115
Address: Institute of Geography named after acad.
H.Aliyev, ANAS,
AZ 1143 Baku c. H.Javid
ave. 115
________________________
---------------------------------------------
Çapa imzalanmışdır 24.02.2015
Formatı 70x100Tiraj-100
«AVROPA» nəşriyyatı, 2015
ISBN-978-9952-8032-5-9
BAŞ REDAKTORDAN
Jurnal ACC-nin IX qurultayının (30.04.2014) və
AMEA Yer Elmləri Bölməsi iclasının (22.10.2014)
qərarlarına əsasən təsis və nəşr edilmişdir.
The journal has been founded and published in
accordance with the resolutions of the Congress of
AGS (30.04.2014) and Department of Earth
Sciences’ meeting (22.10.2014).
Coğrafiya
və təbii resurslar, №1, 2015
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
3
Baş redaktordan
Müasir mərhələdə qloballaşma meyillərinin güclənməsi, milli
özünüdərklə yanaşı, iqtisadi inteqrasiyanın daha da dərinləşməsi müxtəlif elm
sahələri arasında əlaqələrin və elmi-texniki informasiya mübadiləsinin ge-
nişlənməsini tələb edir. Elmi kəşflər, yeniliklər, nailiyyətlər, ixtiralar o zaman
uğurlu olur ki, tədqiqatçı özünə qədər elmin əldə etdiyi uğurları dərindən
öyrənsin və dərk etsin, elmi biliyə çevirsin. Qeyd etmək lazımdır ki, müxtəlif
elmlərin nailiyyətlərini birləşdirmək və sintez etmək missiyası əsasən coğ-
rafiya elminin payına düşmüşdür. Hazırda elmin əsaslarının öyrənilməsi ki-
tablar, monoqrafiyalar, dövri mətbuat orqanları və ən nəhayət, informasiya
texnologiyaları vasitəsilə həyata keçirilir. Alimlər və mütəxəssislər arasında
əlaqələrin qurulmasında qeyd olunanların, xüsusilə elmi-tədqiqatların əks-
olunduğu dövri mətbuat orqanlarının əvəzsiz rolu vardır.
Coğrafiya elmi artıq çoxdan özünün təsvir funksiyasını başa vurmuş, təbiətin və təbii proseslərin, ayrılıqda
və qarşılıqlı inkişaf qanunauyğunluqlarını öyrənən fundamental və həm də tətbiqi elmə çevrilmişdir. Hazırda iqti-
sadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, coğrafi məlumatlara ehtiyac duyulmasın və coğrafiya elminin
nailiyyətlərindən istifadə edilməsin. Əsasən təbii ehtiyatlar və onlardan səmərəli istifadə, istehsalın yerləşdirilmə-
si, genişləndirilməsi və əhalinin məskunlaşmasının coğrafi problemlərini öyrənən bu
elm Azərbaycanda onun təbii
və iqtisadi xüsusiyyətlərinə müvafiq istiqamətdə inkişaf etdirilir.
Azərbaycanda coğrafiya elmi üzrə ardıcıl və sistemli tədqiqatların başlanması məhz XX əsrin birinci yarı-
sına təsadüf edir. Belə ki, hələ 1937-ci ildə SSRİ EA Azərbaycan Filialının tərkibində Coğrafiya Sektoru yaranır
və bununla da keçmiş SSRİ və dünya elmi miqyasında özünəməxsus yeri olan Azərbaycan coğrafiya məktəbinin
əsası qoyulur. Maraqlıdır ki, Coğrafiya Sektoru hələ 1925-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası
Mərkəzi İcraiyyə Komitəsinin respublikanın təbii ehtiyatlarının öyrənilməsi və rayonlaşdırılması haqqında verdiyi
qərar əsasında yaradılmışdır, yəni bu elm nəzəri əsasları ilə yanaşı, həm də real və praktikdir. Yuxarıda göstərilən
ildən bəri Azərbaycanın coğraf alimləri və mütəxəssisləri tərəfindən bu ölkənin coğrafiası və təbii resurslarına,
ekologiyasına aid çoxlu sayda kitab və monoqrafiyalar, minlərlə məqalələr yazılmasına baxmayaraq, indiyə qədər
Azərbaycanda elmin bu sahəsinin özünün dövri mətbuat orqanı olmamışdır.
Bu cəhətdən Azərbaycanın coğrafiya və ona yaxın elm sahələrində çalışan alim və mütəxəssislərin ən yeni
elmi nailiyyətlərini özündə əksetdirən, Azərbaycan Coğrafiya Cəmiyyəti və AMEA akademik H.Ə.Əliyev adına
Coğrafiya İnstitutunun birgə təşəbbüsü ilə yeni nəşrə başlayan “Coğrafiya və təbii resurslar” elmi-metodiki
jurnalının işıq üzü görməsini ciddi addım saymaq olar. Jurnal Azərbaycan alimlərinin əldə etdiyi uğurların ölkə
daxilində və ölkədən kənar alim və mütəxəssislər arasında yayılmasına və elmi əlaqələrin güclənməsinə kömək
edəcəkdir. Jurnalın redaksiya heyətinə AMEA alimləri ilə yanaşı, respublikamızın universitetlərində çalışan
tanınmış tədqiqatçılar və pedaqoqlar cəlb edilmişdir. Jurnalda məqalələrin dərc olunmasına qoyulmuş tələblər
beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Gələcəkdə jurnalın redaksiya heyətinə görkəmli xarici ölkə
alimlərinin də cəlb edilməsi nəzərdə tutulmuşdur. Jurnala coğrafiya elminin bütün sahələrinə − landşaftşünaslıq,
geomorfologiya və paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, biocoğrafiya və ekocoğrafiya,
iqtisadi və sosial coğrafiya ilə yanaşı, Xəzər dənizinin coğrafi problemləri, coğrafi təhsil və dünyagörüşünə aid
bölmələr daxil edilmişdir. Nəşrdə yubileylər və konfranslar haqqında bilgilər də yer almışdır. Çap olunacaq
məqalələrdə, əsas tələb kimi, elmi cəhətdən novatorluğa, müasir yanaşmalara, elmi yeniliyə üstünlük veriləcəkdir.
Coğrafiyanın ali və orta məktəblərdə tədrisinin müasirləşdirilməsi, coğrafi informasiya texnologiyalarının tətbiqi,
təhsilin müxtəlif səviyyələrində subyektlərə çatdırılacaq biliyin məzmun və səviyyəsininin müəyyən edilməsi də
diqqət mərkəzində olacaqdır.
İnanırıq ki, yenicə işıq üzü görən “Coğrafiya və təbii resurslar” jurnalı coğrafi təbəqəni müxtəlif as-
pektlərdən tədqiq edən alimlərin, tədrisin müxtəlif pillələrində çalışan müəllim və mütəxəssislərin, elmi yenili-
klərin istehsalatda tətbiqində maraqlı olan iş adamlarının və geniş oxucu kütləsinin böyük marağına səbəb ola-
caqdır. Jurnalın əsas missiyalarından biri də vətəndaşlarımızı Yer kürəsi və Azərbaycan coğrafiyası haqqında
biliklərlə maarifləndirməkdir.
“Coğrafiya və təbii resurslar” jurnalının ilk sayının işıq üzü görməsi münasibətilə Azərbaycanın coğra-
fiyası, ekolologiya və təbii resursları ilə məşğul olan alim və mütəxəssisləri, ümumtəhsil məktəblərində coğrafiya
fənnini tədris edən müəllimləri təbrik edir, onları jurnalın ardıcıl və maraqlı çıxmasında fəallıq göstərməyə çağırır,
jurnala isə uzunömürlülük və uğurlar diləyirəm!
Akademik R.M.Məmmədov
GEOMORFOLOGİYA