1
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ SON 20 İLDƏ: UĞURLAR VƏ İMKANLAR
Azərbaycan Respublikasının
Prezidenti yanında
Strateji Araşdırmalar
Mərkəzi
Azərbaycan-Türkiyə
İş Adamları
Birliyi
Bakı - 2011
3
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİ SON 20 İLDƏ: UĞURLAR VƏ İMKANLAR
Mündəricat
Ɔ
Ön sözlər
Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
Elnur ASLANOV
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
Hulusi KILIÇ
Ɔ
Məqalələr
Regional hadisələrin Türkiyə-Azərbaycan
münasibətlərinə təsiri
Cavid VƏLİYEV
Parlamentlərarası əlaqələr: nailiyyətlər və perspektivlər
Qənirə PAŞAYEVA
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri:
əsas trendlər və nailiyyətlər
Rəşad RƏSULLU, Kənan ASLANLI
Azərbaycan-Türkiyə enerji münasibətləri: çağırışlar və perspektivlər
Gülmira RZAYEVA
Azərbaycan və Türkiyə arasında texniki yardım layihələri:
TİKA
nümunəsi
Salih POLAT, Abbas HÜMMƏTOV
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
Qulu NOVRUZOV
Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011)
Yəhya MUSAYEV
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası:
erməni iddialarına qarşı yeni platformanın yaradılması
Hatəm CABBARLI
Azərbaycan və Türkiyə QHT-ləri arasında
əlaqələr
Araz ASLANLI
5
9
15
45
61
83
97
111
123
131
147
6
Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
dəyişir. Lakin strateji düşüncələr hər zaman olduğu kimi obyektiv amillərə,
o cümlədən dövlətin yerləşdiyi coğrafi mövqeyə, malik olduğu torpağın
xüsusiyyətlərinə, təbii sərvətlərinə bağlıdır. Keçən əsrin əvvəlindən bu günə
qədər uzun zaman keçməsinə baxmayaraq, Azərbaycan strateji əhəmiyyətini
saxlayıb və hazırda regional siyasətin təyin edilməsində birbaşa iştirak edir.
1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan-Türkiyə
münasibətlərinin yeni mərhələsi başlayıb. Hər iki dövlət arasında tarixi və
etnik köklərin vahidliyinə bağlı olan təbii yaxınlaşma, ümumi maraqlar
ətrafında səylərin birləşdirilməsi müasir qloballaşan dünyada mövcud və
potensial çağırışların aradan qaldırılmasına və gələcəyin möhkəm təməllər
üzərində qurulmasına imkan yaradıb. Eyni zamanda, yeni dünya nizamında
ədalətin əsas meyar kimi qəbul edilməsi, hər iki dövlətin siyasi fəaliyyətinin
nail olmaq istədiyi əsas məqsədlərdən birinə çevrilib.
Sirr deyil ki, Azərbaycan ərazisinin 20%-i qonşu Ermənistan tərəfindən
işğal edilib. Dünya birliyinin bu məsələdə tutduğu “ikili standart” möv-
qe beynəlxalq sülh və təhlükəsizliyə zərbə olmaqla yanaşı, Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ləngidir,
Ermənistanı davamlı surətdə təcavüzkar siyasət yürütməyə təşviq edir.
Beynəlxalq hüquq təcavüzkar dövlətin cəzalandırılmasını tələb edir. Çün-
ki heç bir dövlət digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə
hərbi müdaxilə edə bilməz. Qardaş Türkiyənin 1993-cü ildə atdığı addımlar
təqdirəlayiqdir. Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir
hissəsinin
işğal edilməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə
sərhədlərini bağlaması leqal bir addımdır və Ermənistanı beynəlxalq hü-
ququn prinsip və normalarına boyun əyməyə vadar etmək məqsədi güdür.
Dünya birliyi bundan ibrət dərsi götürməli, Ermənistana qarşı təsirləri
gücləndirməlidir. Bu, bəşəriyyətin gələcəyi üçün bir zərurətdir. Çün-
ki Azərbaycanın ərazi bütövlüyünə qarşı digər bir dövlətin hərbi gücdən
istifadə etməsinə beynəlxalq birliyin laqeyd münasibəti hüquqi prinsip və
normaların aliliyinə əsaslanan mövcud dünya nizamının pozulmasına, uzun
illər ərzində dünya dövlətlərinin çətin səyləri nəticəsində əldə edilən uğur-
ların, hüquqi mexanizmlərin sual altına alınmasına təkan vermiş olur və
zərərli presedentin yaranmasına gətirib çıxarır. Bu məsələ Azərbaycan və
Türkiyə tərəfindən beynəlxalq təşkilatlarda dəfələrlə qaldırılıb. Bu faydalı
əməkdaşlıq çərçivəsinə Azərbaycan və Türkiyə parlament nümayəndələrinin
multilateral çərçivələrdə sıx əməkdaşlıq fəaliyyətlərini də əlavə etmək olar.
Tarix siyasətçilər tərəfindən yazılmır, tədqiqatçılar tərəfindən araşdı-
rılıb gələcək nəsillərə ötürülür. Lakin biz qarşımızda erməni təbliğat ma-