Abel Məhərrəmov
Məhərrəmov Abel Məmmədəli oğlu —
BDU
-nun rektoru
[1]
,
Azərbaycan Respublikası Milli
Məclisinin
III (2005-2010) və IV (2010-2015) çağırış deputatı,
Azərbaycan Milli Elmlər
Akademiyasın
ın akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri
[2]
.
Abel Məhərrəmov
Abel Məmmədəli oğlu Məhərrəmov
Doğum tarixi:
5 yanvar
1950
(68 yaş)
Doğum yeri:
Ağdam
Azərbaycan SSR
Vətəndaşlıq:
SSRİ
→
Azərbaycan
Elm sahəsi:
kimya
İş yeri:
Bakı Dövlət Universitetinin
rektoru
Elmi dərəcəsi:
kimya elmləri doktoru
Elmi vəzifəsi:
akademik, professor
Atası:
Məmmədəli Məhərrəmov
Anası:
Şəfiqə Məhərrəmova
Mükafatları:
Əməkdar Elm Xadimi
Mündəricat
Həyatı
Redaktə
Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası
Məmmədəli Məhərrəmov riyaziyyatçı olub
[3]
. Oğlu anadan olanda adını Norveç
riyaziyyatçısı
Nils Abelin
şərəfinə Abel qoymuşdur.
1966–cı ilin may ayının 25-i
Amasiya rayonu
n Güllübulaq kənd orta məktəbini
[4]
qızıl
medalla
bitirdikdən sonra, elə 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və
oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla
Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində
çalışmışdır. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya"
ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi
altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının
yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən
"Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni
sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən
"Üzvi kimya" kafedrasının professorudur.
Elmi fəaliyyəti
Redaktə
Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc
etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs
vəsaiti çap olunmuşdur.
Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri,
AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft
kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə
zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.
O, "Alkenilfenolların kimyası", "Аминотиолы и их производные" monoqrafiyalarının və "Neft
kimyası və neft-kimyəvi sintez", "Dərman maddələrinin sintezi" dərsliklərinin müəllifidir.
Mükafatları və tutduğu vəzifələri
Redaktə
Dmitri Medvedyev
ə BDU-nun fəxri doktoru adının təqdim olunması mərasimi (3 sentyabr 2010)
Məhərrəmov Abel Məmmədəli oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral
2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Elm xadimi" fəxri adına
[5]
,
Y.Məmmədəliyev adına qızıl medala layiq görülmüşdür. Azərbaycanda təhsilin və elmin
inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə
“Şöhrət” ordeni
ilə təltif edilmişdir
[6]
.
Bundan başqa müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor
dərəcəli Qızıl ulduz ordeninə layiq görülmüşdür.
Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının
həqiqi üzvü
Beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvü
1999-cu il yanvarın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmişdir.
2001-ci ildə AMEA-nın müxbir üzvü,
2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.
2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olmuşdur
2004-cü ildən isə vitse-prezidentidir.
2005-2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli
Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri
daimi komitəsinin
üzvüdür.
2016-cı ilin oktyabrın 28-dən etibarən
Rusiya Elmlər Akademiyasın
ın üzvü seçilib.
[7]
Ailəlidir, iki övladı, dörd nəvəsi vardır.