Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 312,75 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix05.03.2018
ölçüsü312,75 Kb.
#30139
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

 

 

 

 

 

 

 

                                                                                                 Təsdiq edirəm 

 

                                                                             Fizika fakültəsinin dekanı 

 

                                                                _________prof.M.Ə.Ramazanov 

 

                                                               “____”________________2015-ci il 

 

 

 

 

                 NANOMATERİALLARIN  KİMYƏVİ  FİZİKASI 

 

 

 

 

kafedrasında 2015-ci ildə elmi-tədqiqat 

işlərinin yerinə yetirilməsi haqqında 

 

 



 

 

H E S A B A T 



 

 

 

 

 

 

 

 

 

 

 

B A K I  -  2 0 1 5 


 

 

1.  GİRİŞ 



 

2.  STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ (professor-müəllim heyətinin yaş 

göstəricilərini   əlavə etməklə) 

 

3.  KAFEDRALARDA APARILAN ELMİ-TƏDQİQAT İŞLƏRİNİN ƏSAS 

İSTİQAMƏTLƏRİ, ADI, SAYI, QISA ANNOTASİYASI VƏ YERİNƏ 

YETİRİLMƏSİ 

 

4.  DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI 

Dərc olunmuş elmi işlər (məqalə, tezis), monoqrafiyalar (annotasiyası),  dərslik və 

dərs vəsaitləri haqqında məlumat (kitablar əlavə olunmaqla) 

 

 



5.  QRANTLAR ƏSASINDA YERİNƏ YETİRİLƏN ELMİ-TƏDQİQAT 

İŞLƏRİ          

5.1. Azərbaycan Respublikasıi Prezidenti yanında Elmin İnkişafı Fondu ilə 

əlaqələr;             

      5.2. Respublikadaxili qrantlar;  

      5.3. Beynəlxalq qrantlar. 

 

 6.  AMEA İLƏ ELMİ ƏLAQƏLƏR 

 

7.  XARİCİ DÖVLƏTLƏRİN TƏHSİL VƏ ELMİ MÜƏSSİSƏLƏRİ İLƏ 

ƏLAQƏLƏR 

       7.1. Elmi-texniki əməkdaşlıq;  

       7.2. Beynəlxalq konfranslarda, konqreslərdə və simpoziumlarda iştirak;   

       7.3. Beynəlxalq proqramlar üzrə təkliflər; alınmış qrantlar haqqında məlumat; 

       7.4. Xaricdə çap edilmiş məqalələr (ottisklər əlavə olunmalıdır). 

       7.5. İmpakt-faktoru olan jurnallarda çıxan məqalələr haqqında məlumat 

(ottisklər əlavə olunmaqla). 

 

 8.   ELMİ-TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ 

       8.1. Dövlət və özəl strukturlarda tətbiq olunmuş elmi nəticələr; 

       8.2.Təhsildə elmi-tədqiqat işlərinin nəticələrinin və informasiya 

texnologiyasının tətbiqi. 

       8.3. İstehsalatda tətbiq üçün hazır olan işlər haqqında məlumat. Elmi-tədqiqat 

işlərinin səmərəliliyi. 

9.  PATENT VƏ İNFORMASİYA İŞLƏRİ 

 

10. DÖVLƏT PROQRAMLARININ İCRASI: 

      10.1.“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə 

Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”; 

10.2.“Azərbaycan -2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”; 




        10.3.“Azərbaycan Respublikasında  2015-cü ilin “Sənaye ili” elan edilməsi ilə 

bağlı Tədbirlər Planı; 

        10.4. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət 

Strategiyası”; 

 

11.  FAKÜLTƏDƏ KEÇİRİLMİŞ ELMİ KONFRANSLARIN, 

SEMİNARLARIN,  

        SİMPOZİUMLARIN XARAKTERİSTİKASI 

 

12.   FAKÜLTƏDƏ ELMİ VƏ ELMİ-PEDAQOJİ KADRLARIN HAZIR-



LANMASI 

 

13.   DİSSERTASİYA MÜDAFİƏSİ VƏ DİSSERTASİYA ŞURALARININ 



FƏALİYYƏTİ 

 

14.   TƏLƏBƏLƏRİN VƏ GƏNC TƏDQİQATÇILARIN (MAGİSTRLƏRİN) 



ELMİ-TƏDQİQAT İŞLƏRİ (KONFRANSDA İŞTİRAKI) 

 

15.   2015-ci İLDƏ HANSI AVADANLIQLARIN ALINMASINA EHTİYAC 

DUYULUR (ADI, ALINACAQ AVADANLIQLARIN SAYI, TƏXMİNİ 

QİYMƏTİ, manatla) 

 

16.     ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR 

 

 

 

 

 

 

 


1 . G İ R İ Ş 

 

BDU  “Nanomaterialların  kimyəvi  fizikası”  kafedrası  Azərbaycan 

Respublikası  Nazirlər  Sovetinin  21/4-157  saylı  15  noyabr  1971-ci  il  tarixli 

sərəncamına əsasən Ali və Orta İxtisas Təhsili Nazirliyi Kollegiyasının 7/8 saylı 12 

may 1972-ci il tarixli qərarı ilə “Atom və molekulların kvant mexanikası” adı ilə 

yaradılmış  və  1988-ci  ildən  etibarən  “Kimyəvi  fizika”  adlandırılmış  kafedranın 

bazasında 2006-ci ildə BDU-nun Elmi Şurasının qərarı əsasında təşkil edilmişdir. 

Kafedra  Azərbaycan  Respublikasında  atom  və  molekul  fizikası, 

nanotexnologiya və nanohissəciklərin fizikası ixtisasları üzrə elmi-pedaqoji kadrlar 

hazırlayan struktur vahididir.  Hesabat ilində kafedranın əməkdaşları fakültənin və 

BDU-nun  elmi,  pedaqoji  və  ictimai  həyatında  fəal  iştirak  etmişlər.  Kafedranın 

əməkdaşları  2015-ci  ildə  bir  sıra  beynəlxalq  və  respublika  qrant  layihələrinin 

hazırlanmasında iştirak etmiş və bir sıra qrant layihələrini uğurla yerinə yetirməyə 

başlamışdır.  Dəyəri  10000  ABŞ  dolları  olan  qrant  layihəsi  İSESCO-nun  maliyyə 

dəstəyi  ilə  uğurla  yerinə  yetirilir.  2015-cü  ildə  ümumi  dəyəri  655000  Avro  olan 

TEMPUS qrant layihəsi Avropa Birliyinin maliyyə dəstəyi ilə yerinə yetirilmiıdir. 

İtaliyanın La Sapienza, Fransanın Paris-13, Yunanıstanın Patras universitetləri və 

Azərbaycan Təhsil Nazirliyi, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat 

Universiteti  və  Azərekolab  şirkəti  ilə  birgə  “Nanoekologiya”  adlı  postmagistr 

proqramı üzrə kadr hazırlığına  həsr edilmiş layihə uğurla yerinə  yetirilmişdir. Bu 

layihədə  BDU  baş  kordinator  olan  universitetdir.  Azərbaycan  Respublikası 

Müdafiə  Sənayesi  Nazirliyi  ilə  ümumi  dəyəri  130000  manat  olan  3  müqavilə 

yerinə yetirilmişdir. Hal hazırda ümumi dəyəri 120000 man olan 2 yeni müqavilə 

yerinə yetirilir. 2015-ci ildə ümumi dəyəri  994056,0  avro olan Avropa Birliyinin 

Erasmus+  proqramı  çərçivəsində  "Nizami"  adlı  layihəsinin  qalibi  olmuşdur.  AB-

nin  dəstəyi  ilə  yerinə  yetirilən  "Nizami"  layihəsi  Azərbaycanda  təhsilin 

doktorantura pilləsini  Avropa  Birliyinin standartlarına uyğunlaşdırmaq  məqsədini 

həyata keçirməyi nəzərdə tutur. Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutundan 

hər  birinin  dəyəri  500000  rubl  olan  2  innovasiya  xarakterli  qrant  layihəsi 

udulmuşdur.  Kafedranın  dosent  əvəzi  k.ü.f.d  Flora    Hajiyeva    2015-ci  ildə 

Yaponiyanın Matsumae Beynəlxalq Fondunun elan etdiyi qrant layihəsinin qalibi 

oluşdur.  Layihə  çərçivəsində  F.V.Hajiyeva  4  ay  müddətində  tədqiqatçı  kimi 

Yaponiyanın Kumamoto Universitetində elmi-tədqiqat işi yerinə yetirəcəkdir. Eyni 

zamanda  Flora  Hajiyeva  2015-ci  ildə  nanotexnologiyalar  istiqamətində    Horizon 

2020  Avropa  Birliyinin  Mariya  Sklodovskaya  Küri  fonduna  qrant  layihəsi 

hazırlayıb vermişdir.   

Kafedranın  əməkdaşları  elmlər  doktoru,  fəlsəfə  doktoru  və  dissertantların 

elmi  işlərinə,  magistr  pilləsində  təhsil  alan  tələbələrin  dissertasiya  işlərinə  və 

bakalavr təhsil pilləsi üzrə kurs və buraxılış işlərinə rəhbərlik edir,  fakültənin və 

BDU-nun ictimai işlərində fəal iştirak etmişlər. Kafedranın müdiri prof. f.e.d. M. 

Ə. Ramazanov BDU-nun Elmi Şurasının üzvü, fakultədə Dövlət Yekun Attestasiya 

Komissiyasının  və  magistr  dissertasiyasının  müdafiəsi  üçün  yaradılmış  Elmi 

Şuranın  üzvü,  fakültə  elmi  şurasının  sədri  və  Fizika  Problemləri  ETİ-nin  elmi 

şurasının,  BDU-da  fəaliyyət  fəaliyyət  göstərən  Dissertasiya  Şurasının  sədr 




Yüklə 312,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə