MÜNDƏRİCAT
GİRİŞ ..................................................................................................................... 5
DÜNYA ÖLKƏLƏRİ XIX ƏSR – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
1. ABŞ, Böyük Britaniya, Fransa .......................................................................................... 7
2. Almaniya və İtaliya ......................................................................................................... 12
3. Rusiya ............................................................................................................................. 17
4. Osmanlı imperiyası ......................................................................................................... 22
5. İran,
Hindistan, Çin və Yaponiya ..................................................................................... 27
6. XIX əsr – XX əsrin əvvəllərində dövlətlərarası münasibətlər .......................................... 33
7. Birinci Dünya müharibəsi ................................................................................................ 39
8. Mədəniyyət ..................................................................................................................... 45
DÜNYA ÖLKƏLƏRİ 1918–1945-ci İLLƏRDƏ
9. Versal-Vaşinqton sistemi .............................................................................................. 51
10. ABŞ, Böyük Britaniya, Fransa ....................................................................................... 56
11. Almaniya, İtaliya və SSRİ .............................................................................................. 61
12. Türkiyə və İran .............................................................................................................. 67
13. Asiya ölkələri (Ərəb
ölkələri, Hindistan, Çin, Yaponiya) ................................................ 72
14. XX əsrin 20–30-cu illərində dövlətlərarası münasibətlər ............................................... 78
15. İkinci Dünya müharibəsi. Faşist blokunun üstünlüyü .................................................... 83
16. Müharibədə dönüş və faşist blokunun məğlubiyyəti ..................................................... 87
17. Mədəniyyət ................................................................................................................... 93
DÜNYA ÖLKƏLƏRİ İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN SONRA (1945–2017)
18. ABŞ ............................................................................................................................... 97
19. Qərbi Avropa ölkələri................................................................................................... 101
20. SSRİ və Şərqi Avropa ölkələri ..................................................................................... 107
21. Türkiyə və İran .............................................................................................................111
22. Hindistan, Pakistan və Ərəb ölkələri ............................................................................119
23. Çin, Yaponiya və Koreya ............................................................................................. 125
24. Soyuq müharibə dövrü ................................................................................................ 130
25. Müasir dövrdə dövlətlərarası münasibətlər ................................................................. 136
26. Mədəniyyət ................................................................................................................. 141
II
III
I
Şərti işarələr:
Sual və tapşırıqlar
Açar sözlər
Sual
?
Tapşırıq
!
Maraqlıdır
Mənbə
İzahlar
LAYİHƏ
5
Dərslikdə ümumdünya tarixinin XIX əsr – XXI əsrin əvvəllərini əhatə edən mərhələlərindən
bəhs ediləcəkdir. Müasir dünya sivilizasiyasının formalaşmasında mühüm mərhələ olan bu dövr
xalqların və dövlətlərin tarixlərində baş vermiş möhtəşəm hadisələrlə – iqtisadiyyatın sürətli inki-
şafı, siyasi sistemlərin dinamik təkamülü, elmi kəşflər, islahatlar, üsyanlar, inqilablar, milli azadlıq
hərəkatları və digər hadisələrlə yadda qalmışdır. Avropa ölkələri XIX əsrə inqilabi Fransa ilə mü-
haribələr şəraitində daxil oldular. Müharibələrdən sonra qitədə inqilabi ideologiyanın yayılmasının
qarşısını almağa çalışan qalib dövlətlərin hakim dairələri cəmiyyət həyatının bütün sahələrini
əhatə edən islahatlar keçirmək məcburiyyətində qaldılar. Bundan imtina edənlər üsyanlar və inqi-
lablarla qarşılaşdılar, bəziləri isə hakimiyyətdən devrildilər. Bir sıra Şərq ölkələrində keçirilən isla-
hatlar natamam xarakter daşıdı. XX əsrin əvvəllərində Osmanlı imperiyasında, İranda və Çində
baş vermiş inqilablar bu ölkələrin siyasi həyatında ciddi dəyişikliklərə səbəb olsa da, onların iri
dövlətlərdən asılılığına son qoya bilmədi.
Bu dövrdə Avropa iqtisadiyyatı öz inkişafı yolunda irəliyə doğru nəhəng addım atdı. XIX əsr-
dən başlayaraq dünyanın inkişaf etmiş ölkələrində sənaye cəmiyyətinin qurulması prosesi baş-
landı və XX əsrin ortalarına kimi davam etdi. XVIII əsrdə Böyük Britaniyada başlamış sənaye
inqilabı sonralar Qərbin digər ölkələrinə də yayıldı. XIX əsri çox vaxt elm əsri də adlandırırlar.
Bu dövrün alimlərinə əldə etdikləri kəşflərinə görə dövrün sehrbazları kimi baxırdılar. Elmi-texniki
inqilabın sürətlə davam etməsi təkcə Qərb ölkələrinin iqtisadiyyatının deyil, həm də sosial inkişa-
fın mühüm amilinə çevrildi. XIX əsrin əvvəllərində “buxar və dəmir əsri”nə qədəm qoyan Avropa
ölkələri əsrin sonlarına doğru elektrik enerjisi, polad və neftin böyük rol oynadığı yeni istehsal
dövrünü yaşadı. Yeni sənaye sahələri yaradıldı, teleqraf, telefon, avtomobillər və təyyarələr mey-
dana çıxdı. Şəhərlərin əhalisi artdı. İxtisaslı işçilərə tələbatın yüksəlməsi təhsilin genişlənməsinə
səbəb oldu. XIX əsrin sonlarında iqtisadiyyatda yeni yaranmaqda olan istehsal birliklərinin – in-
hisarların rolu gücləndi. İnhisarlar iqtisadiyyatda kiçik və orta sahibkarlığı, azad rəqabət mühitini
sıxışdırırdılar. Dünya təsərrüfat sistemi yenidən qurulmağa başladı. XIX əsrin sonuna kimi burada
Böyük Britaniya
hakim mövqeyə malik idisə, daha sonra onu ABŞ əvəz etdi.
Kənd təsərrüfatı bu zaman aqrar inqilab dövrünü yaşayırdı. Muzdlu əməyə və əmtəə istehsa-
lına əsaslanan fermer təsərrüfatları yaradıldı. Kənd təsərrüfatı texnikası təkmilləşdirildi. Torpağın
becərilməsində daha səmərəli və məhsuldar üsullardan istifadə olunmağa başlandı. Sənayenin
sürətli inkişafı şəraitində ölkələrin ümumi istehsalında kənd təsərrüfatının payı azaldı.
Bu dövrdə dünya ölkələrinin yarıdan çoxu müstəmləkə və yarımmüstəmləkə asılılığı şərai-
tində idilər. Müstəmləkə işğallarına yeni dövlətlərin qoşulması ilə onların arasında rəqabət daha
da gücləndi. Müstəmləkə işğalları aparan dövlətlərdə şovinizm, irqi ayrı-seçkilik və millətçilik
ideologiyaları çoxaldı. Bunların nəticəsi kimi, XIX–XX əsrlərdə beynəlxalq böhranlar, silahlı mü-
naqişələr artdı. Dünya iki dəfə genişmiqyaslı müharibəyə sürükləndi. Hər iki dünya müharibəsi
cəmiyyətin bütün sahələrində əsaslı dəyişikliklərə səbəb oldu. İmperiyalar süqut etdi, yeni milli
dövlətlər yarandı. Fərqli ideologiyalara əsaslanan siyasi rejimlər dünyada və bölgədə hökmranlıq
uğrunda təhlükəli rəqabətə qoşuldular.
Şərq (Asiya) ölkələrinin geriliklərinin daha da artması şəraitində Qərb ölkələrinin (Qərbi Avro-
pa və ABŞ) sürətli iqtisadi inkişafı, hərbi-siyasi hökmranlıqları, elm, təhsil və mədəniyyət sahələ-
rində əldə etdikləri mühüm nailiyyətlər və xalqların rifahının xeyli yaxşılaşmasından bəhs edən
paraqraflar ilə tanış olduqdan sonra sizin məntiqi təhlillər apararaq suallara cavab tapacağınız-
dan əminik. Müasir dünyada cərəyan edən siyasi, iqtisadi və sosial proseslərin mahiyyətini daha
yaxşı dərk etmək üçün dövlətlərin keçdikləri tarixi inkişaf yolunu müqayisəli şəkildə öyrənməyiniz
faydalı olar. Bunun üçün dərslikdə tarixi mənbələrdən təqdim edilmiş parçalar sizin tarixi hadisələ-
ri və şəxsiyyətlərin fəaliyyətini daha dərindən öyrənməyinizə və onları müstəqil dəyərləndirməyi-
nizə yardım edəcəkdir.
GİRİŞ
LAYİHƏ