2 ❘ Uşaq Hüquqları və Biznes
Prinsipləri
©
U
N
IC
E
F
/NYH
Q
2
0
0
8-
1
7
7
5
/P
IR
O
Z
Z
I
Giriş
18 yaşınadək uşaqlar təqribən dünya əhalisinin üçdə birini təşkil edir. Bir
çox ölkələrdə isə, uşaqlar və gənclər, demək olar ki, mənsub olduqları
ölkələrdəki əhalinin yarısını təşkil edirlər. Beləliklə, kiçik və ya böyük
olmasından asılı olmayaraq, biznes strukturlarının uşaqlarla qarşılıqlı
əlaqədə olması və onların həyatına birbaşa və ya dolayı yolla təsir etməsi
qaçınılmaz hal alır. Uşaqlar istehlakçılar, çalışanların ailə üzvləri, gənc
çalışanlar, eləcə də gələcəyin çalışanları və biznes liderləri kimi mövcud
biznes strukturlarının əsas tərəfl əri arasında yer alırlar. Bununla yanaşı,
onlar biznes strukturlarının fəaliyyət göstərdiyi mühit və icmaların da əsas
üzvləridir.
Cəmiyyətdə hökumətlər və digər cəmiyyət-daxili quruluşların rolu ilə pa-
ralel olaraq biznes fəaliyyətlərinin də roluna diqqətin artması və biznes
strukturları və insan hüquqları arasındakı əlaqələr haqqında məlumatlılığın
artması fonunda biznes strukturlarının uşaqlara təsirinə yönəlmiş açıq diqqət
də vaxtında müəyyən edilmiş yanaşma olar. Uşaqlar cəmiyyətin ən təcrid
olunmuş və həssas üzvləri arasında yer alır və bu onların ictimai rəydən
məhrum olmalarından bəlli olur. Bu hətta məktəblər və istirahət sahələri ilə
bağlı planlaşdırma ilə əlaqədar olduqda belə icmalar tərəfi ndən qərarların
qəbul edilməsi zamanı rəy bildirmələri üçün onlara çox nadir hallarda
müraciət olunur. Bununla belə, uşaqlara iştirak etmək imkanı verildikdə onlar
bu proseslərə faydalı və alternativ fi kirlər, həmçinin dəyərli töhfələr verə
biləcəklərini nümayiş etdirmişdirlər.
12345678910
12345678910
3 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
Biznesin uşaqlar üzərindəki təsiri uzun-müddətli və hətta sarsılmazdır. Uşaqlıq
sürətli şəkildə baş verən fi ziki və psixoloji inkişaf dövrüdür və bu dövrdə gənc
insanların fi ziki, əqli və emosional sağlamlığı və rifahı müəyyən bir təsir nəticəsində
daimi olaraq yaxşı və ya pisə doğru yönələ bilər. Uşağın bu inkişaf dövrləri ərzində
adekvat ərzaq, təmiz su, qayğı və sevgi ilə təmin edilməsi onun həyatda qalaraq
yaşaması və sağlamlığı üçün çox böyük əhəmiyyət kəsb edir.
Hətta gündəlik təhlükələrin də uşaqlara təsiri daha fərqli və yetkinlərə nisbətən
daha sərt olur. Sahib olduqları fi ziologiyaya görə uşaqlar məruz qaldıqları
çirkləndirici maddələrin böyük bir faizini mənimsəyirlər və, beləliklə, onların immun
sistemi zəifl əyərək daha da həssaslaşır.
Müəyyən bir biznes strukturu tərəfi ndən işə götürülən və ya həmin strukturun
təsirinə məruz qalan uşaqlar adətən gözə çarpmırlar. Bunun bariz nümunəsi kimi
qeyri-qanuni şəkildə təchizat zəncirində işləyən uşaqları, şirkət müəssisələrində və
ya onların ətrafında olan uşaqları, işəgötürənin ev təchizatında məişət işçiləri kimi
işlədilən uşaqları, biznesin istehsal etdiyi məhsulların təsirinə məruz qalan uşaqlar,
eləcə də təhlükəsizlik xidmətləri tərəfi ndən tutulan və ya saxlanılan uşaqları və
miqrant işçilər tərəfi ndən evdə buraxılmış uşaqları göstərmək olar.
Bu günə kimi, biznes strukturlarının uşaqlara qarşı öhdəlikləri əsasən uşaq
əməyinin qarşısının alınması və aradan qaldırılması üzərində cəmlənmişdir. Uşaq
əməyinin qarşısının alınması və aradan qaldırılması üçün standartlar və tədbirlərin
gücləndirilməsi zəruri olduğu kimi, Uşaq Hüquqları və Biznes Prinsipləri də öz
növbəsində biznesin uşaqlara təsir göstərdiyi müxtəlif yolları göz önünə qoyur.
Buna onların məhsulları və göstərdikləri xidmətlər, onların marketinq və distri-
busiya metodları, o cümlədən onların milli və yerli özünüidarəetmə orqanları ilə
münasibətləri və yerli icmalara yatırdıqları sərmayələr də daxil olmaqla, sahib
olduqları bizneslərin ümumi fəaliyyətləri daxildir.
Uşaqların hüquqlarına hörmətlə yanaşmaq və bu hüquqları dəstəkləmək biznes
strukturlarından eyni anda zərərin qarşısını almağı və fəal şəkildə uşaqların
maraqlarını qorumağı tələb edir. Biznes strukturları, uşaq hüquqlarına qarşı hörmət
və dəstəyi öz təməl strategiya və fəaliyyətlərinə daxil etməklə sahib olduqları korpo-
rativ davamlılıq təşəbbüslərini gücləndirə və beləliklə də, öz biznes fəaliyyətlərinə
mənfəət gətirə bilərlər. Bu cür təşəbbüslər onların etibarını artıra, risklərin idarə
edilməsini təkmilləşdirə və fəaliyyət göstərmələri üçün onları sosial etimad ilə təmin
edə bilər. Bununla yanaşı, uşaqlara qarşı öhdəliyin olması işinə daha çox bağlı
olan işçi qüvvəsini işə götürməyə və saxlamağa kömək edə bilər. Çalışanların
öz işlərində valideyn və qayğı göstərən şəxslər kimi dəstəklənməsi, gənclərin və
bacarıqlı nəslin işə qəbulunun təbliğ edilməsi biznes strukturlarının izləyə biləcəyi
konkret addımlardan sadəcə bir neçəsidir. İstehsal edilən məhsulların və göstərilən
xidmətlərin uşaqların ehtiyaclarını daha yaxşı necə qarşılaya biləcəyinin nəzərə
alınması da yeni bir innovasiya mənbəyi ola və yeni bazarların yaranmasına gətirib
çıxara bilər. Nəhayət, uşaqlar naminə çalışmaq sağlam və yaxşı təlim-tərbiyə almış
icmaların yaranmasına kömək edir ki, bu da dayanıqlı, inklüziv və davamlı biznes
mühitinin yaranması üçün böyük önəm daşıyır.
Uşaq Hüquqları və Biznes Prinsipləri biznesin uşaqların hüquqları və rifahı
üzərindəki təsirinin dərk edilməsi və buna qarşı cavab tədbirlərinin görülməsi üçün
hərtərəfl i çərçivə ilə təmin edir. Save the Children, Birləşmiş Millətlər Təşkilatının
Qlobal Saziş Şəbəkəsi və UNICEF ümid edir ki, bütün biznes strukturları uşaqlarla
münasibətlərində bu Prinsiplərdən faydalanacaq və onları rəhbər tutacaqlar.