2
Tərtibçi: Könül Səmədzadə
Redaktor: Səməd Məlikzadə
Redaktor və ġəhla Qəmbərova,
buraxılıĢa məsul: Əməkdar Mədəniyyət iĢçisi
İşgal altında olan torpaqlarımız haqqında “Dünyanın Qarabağ ağrısı” adlı
Respublika uşaq kitabxanaları üçün hazırlanmış metodiki vəsait / tərt. ed.
K.Səmədzadə; red. S.Məlikzadə; ix. red. və burax. məsul Ş.Qəmbərova;
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.- 56 s.
©F. Köçərli adına Respublika UĢaq Kitabxanası, 2016
4
G Ġ R Ġ ġ
QARABAĞ: etimologiyasi, ərazisi və sərhədləri
Qarabağ
Azərbaycanın ən qədim tarixi ərazilərindəndir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı dilimizdəki
"qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qarabağ" sözü ilk
mənbələrdə hələ 1300 il əvvəl (VII əsrdən) işlənmişdir. Qarabağ əvvəllər
bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə
Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.
"Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin
adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə
izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk
dillərində) "qara"nın rəngdən başqa, "sıx", "qalın", "böyük", "tünd" və
başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ",
yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb
edir. Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına
məxsusdur.
Qarabağdan bəhs edərkən belə bir sual ortaya çıxır: Qarabağ
haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Sualın cavabı bu gün
daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş "Dağlıq
Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtilə bu ərazini
əhatə edən Azərbaycan dövləti olan Qarabağ xanlığının vəziri Mirzə
Camal Cavanşir özünün "Qarabağ tarixi" (1847) əsərində bu məsələdən
bəhs edərkən yazırdı: "Qədim tarix kitablarının yazdığına görə, Qarabağ
vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq
körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və
Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus
istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür
çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə
tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər
5
- Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb
tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".
Rusiya işğalı və müstəmləkəçiliyinin
ilk dövründə Qarabağın ərazisi və
sərhədlərinin belə dəqiq təsvir edilməsi
onunla izah olunur ki, 1) bu faktı
bilavasitə Qarabağın idarəsilə məşğul
olan dövlət adamı yazır, başqa sözlə,
həmin fakt rəsmi sənədlərə əsaslanan
rəsmi sözdür, Rusiyanın xidmətində
olan dövlət adamının rəsmi sözüdür; 2)
digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk
mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu
göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil.
Göründüyü kimi, siyasi-coğrafi məkan kimi, tarixdə həmişə "Dağlıq
Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını,
düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur. Başqa
sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq
niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu
sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ
da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var,
həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran),
həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın -
Azərbaycan xalqının Vətəni olmuşdur. Azərbaycan xalqının yüzlərlə ən
qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda
yaranmışdır, Qarabağla bağlıdır.
Təəssüf ki, Azərbaycanımızın gözəl
Qarabağənı
qoruya bilmədik.
Vətənimizin bu dilbər guşəsi indi düşmən tapdağı altındadır. Vaxtilə
musiqi festivaları keçirilən, çal-çağırdan qulaq tutulan, indi isə gülü-çiçəyi
qan ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın
üzük qaşı, Qafqazın konservatoriyası adlandırılan Şuşa indi bizi gözləyir,
bizdən kömək diləyir. Buna görə də indi hər birimizin ən böyük arzusu
işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması,
azad olunmasıdır.