TÜRK BAYRAĞINI ÜRƏKLƏRİNDƏ
ƏSDİRƏN, ULUSUMUZA MİNLƏRCƏ
ZEHTABILAR, ELÇİBƏYLƏR, DƏMİRÇİLƏR
YETİŞDİRƏN QURDANALARA SUNULUR!
SÜRGÜN UMUDLAR 3. cild
Yazar:
Eldar Qaradağlı
Mail:
e.qaradagli@gmail.com
Baş editor:
Əli Urman
Redaktor:
Ramizə Fərəcova
Düzən və dizayn:
Əli Urman
Birinci çap:
Printakademin i Linköping
AB/İSVEÇ - 2016
ISBN
978-91-639-1111-8
SÜRGÜN UMUDLAR
3.cild
Gözlərimi açıram.
İsveç həmişə olduğu kimi soyuq və qaranlıqdır! Sönmüş ocağımı bir daha
yandırmaq istəyirəm! Ocağımın gözə görünmür! Canım çox üşüyür!
Gözlərimi açıq tutma gücüm tükənir. Gözlərim qapanır!
Nə üşüyürəm, nə də isinirəm! Artıq ac belə, deyiləm!
Əlimdə ki, son nöqtəni qoyur, qaralamalarımı başımın altında
yerləşdirirəm. Son tinimin hüzurlu olması üçün bir daha uzaq
odaqlara dikilirəm. Damlacıqdan qopan tinimdə Savalan, Savalanın
içində “Qoca Qurd, onun arxasında “Xoşca qal, Qurdananın qurd
oğlu, Cəvanşir əmi!” yazısını əllərində tutan milyonlarca gənc
bozqur!
“Qoca Qurd”un son baxışlarının arxasından ağ saçlarını döşünə
sərmiş “Qurd Ana”
çıxır!
1
Bədiabaddan Tehrana,
Yasal sürgündən, yasaq sürgünə!
Təxminən il yarım bundan öncə, darmadağın olmuş, torpağına
yasaqlanmış, kimliyi talan görmüş bir yazıq ulusun sürgün
parçası kimi, bu mafiya caynağına sürükləndik! Kimiləri üçün
xoş görünən Nasir Xosrov adı, bizə görə, bir əsarət simbolu
olmuşdu! Məhz bu nöqtədən son sürgün çağımız başlamışdı!
Tehran, mənim üçün itirdiyim varlığım, bataqlığım, dustağım,
kimliyimin qatili, ömrümün nisgil caynağı, türklüyün canısı bir
mafiya şəhəri! Ulusumun mənəviyyatının son bataqlığı!
Ömrümün son bölümünün ilk başlığıcı, Cabbar əmi demişkən,
sürgünümüzün damğasını vuran cəlladməkan bir yer! Artıq, ilk
görünüşündə məni valeh edən türk Qacar memarlığının gözəlliyi
də umurumda deyildir. Artıq, öz vətənini özgələrin əlinə
buraxaraq türk varlığının bataqlığını abadlayan şah babalarımıza
da, onların əmrilə tikilən “Şəmsül İmarə”lərə də sayğım
qalmamışdı! Onları görüncə, qarayazımızın bizdən öncə
babalarımızı da sel çöpü etməsini düşünürdüm! Əgər onlar öz
yerlərinə, doğma torpaqlarına sahib çıxsaydılar, Türk milləti bu
dərəcədə yazıq olmazdı! Necə deyərlər: “Meşə qurdsuz qalarsa,
çaqqal qurd köynəyi geyər!”
2
Maşallahxana gəlincə, ömrünün sonlanma hökmündən qaçarkən,
cənnətə düşdüyünü sanırdı! İlk kəz Tehran kimi böyük bir
şəhərdə olma imkanı əldə edən bu qarabəxt Lək üçün sevincin
sınırı yox idi. Biz, ona haqq verirdik. Onun kiçik həyatında bir az
gəlişmə yaranmışdısa, da nədəni bizdən asılı olmuşdur. O,
özgürlüyün yalnızca gözəl üzünü görürdü! Biz isə, özgürlüyün
əldə edilməsinin ağır bədəlini qanımızla, canımızla, bütün
varlığımızla ödəmiş yenmişlər idik! O, heç Tehranın siyasi
mafiya mərkəzi olduğunu düşünə bilməzdi! Biz isə, Türk
ulusunun tökülən qanını, kəsilən nəfəsini, Azərbaycanın yer altı,
yer üstü, maddı-mənəvi varlığının talanmasının tragediyasını
çiyinlərimizdə daşıyırdık! O, özünü əsarətdən qurtulmuş, biz isə
özümüzü əsarətdə qurtulmuş görürdük! Sərhədsiz çeşidlər içində,
sərhədli yaşam! Kiçik qabda bütün görünən, böyük qaba
yerləşincə damla olan bizləri nələr gözləyirdi? Maşallahxan nə
zaman bizi yarıda buraxaraq, Lək ailəsinə dönəcəkdir? O, tapdığı
böyük dünyasında nələrin dəyişiminə tanıq olacaqdı?
Əmicanın özü və ailəsi qarşımızda olan ən böyük problem idi!
Onun durumu üzdə görünəndən daha acınacaqlı idi. O, bəlli
etmək istəməsə də, ailəsinə qarşı artan duyğusu, ağrılardan irəli
gələn ani davranışları, üzünün sallanması, gözlərinin çuxura
3
düşməsi ağır xəstəliyinin göstəricisi idi. Ancaq, Əmicanı doktora
götürmədən öncə, başımızı soxacaq bir yer gərək idi. Nə yaxşı ki,
Nasir Xosro xiyabanında hər kəsdən çox ev dəllalı var idi. Onlara
qərib yolçuları tanımaq, bir bardaq su içməkdən daha rahatidi.
Belə ki, avtobusdan enər-enməz bir yeniyetmə gənc oğlan
qarşımıza gələrək, çox ədəblə salam verdi:
Salam, Tehrana xoş gəlmisiniz! Sizə burada gözəl yaşam, uğurlar
diləyirəm. Mən, sizə istədiyiniz evi tapa bilərəm! İş tapmaq üçün
yardımçı olaram. Başqa ehtiyaclarınıza yardımçı ola bilərəm.
Fars və türk dillərini yaxşı bilirəm. Atam-anam Zəngandandır.
Özüm Tehranda anadan olmuşam.
Qulam: Sənin adın nədir?
Bağışlayın özümü tanıtdırmadım! Adım İlyasdır.
Qulam: İlyas, bizə bir müsafirxana lazimdir. Yaxında olsun.
Xəstəmiz var. Çox uzağa gedə bilmərik. İki otaqlı bir yer olsa
yetər! Ya da bir pansion!
İlyas: Nə gözəl ki dildaşıq! Məncə, uzun qalacaqsınızsa otel
axtarmayın. Siz ailəlisiniz. Bacımız da var! Sizə daha ucuz və
təmiz bir üç otaqlı ev taparam. Öz eviniz kimi sərbəst və rahat
Dostları ilə paylaş: |