MəRKƏzi asiyaya dair rüBLÜk hesabat sentyabr-dekabr, 2013 Azad Qəribov



Yüklə 46,75 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü46,75 Kb.
#31660


1

MƏRKƏZI ASİYAYA 

DAİR RÜBLÜK

HESABAT


SENTYABR-DEKABR, 2013

Azad Qəribov

Xarici siyasət məsələlərinin təhlili 

şöbəsinin elmi işçisi 

azad.garibov@sam.gov.az

AZƏRBAYCAN RESPUBLİKASININ 

PREZİDENTİ YANINDA

STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ

www.sam.az



2

2013-сü ilin son rübü – oktyabr-dekabr ayları ərzində Mərkəzi Asiya ölkələrinin daxili 

və xarici siyasi həyatında, əsasən, sabitlik müşahidə edilsə də, bir sıra önəmli hadisələr baş 

vermişdir. Region ölkələrindən ikisində seçkilər (Tacikistanda prezident, Türkmənistanda 

isə  parlament)  baş  tutmuş,  Qırğızıstanla  qonşuları  Tacikistan  və  Özbəkistan  arasında 

mübahisəli sərhəd ərazilərindən qaynaqlanan problemlər yaşanmışdır.



Daxili ictimai-siyasi həyatda baş verən hadisələr

Tacikistanda prezident seçkiləri: Seçkilərdə Tacikistan İqtisadi İslahatlar Partiyasından 

Olimjon Boboev, Aqrap Partiyadan Tolibbek Buxoriev, Tacikistan Sosialist Partiyasından 

Abduxalim Qafforov, Tacikistan Demokratik Partiyasından Saidjafar İsmonov, Kommunist 

Partiyasından  İsmoil  Talbakov  və  Tacikistan  Xalq-Demokratik  Partiyasından  Emoməli 

Rahmon prezident kürsüsü uğrunda mübarizə aparıblar.

1

 Qeyd edək ki, ölkədəki ən güclü 



müxalif qüvvə hesab edilən və İslam Dirçəliş Par tiyası (İDP), Sosial Demokrat Partiyası 

(SDP),  habelə  bir  sıra  digər  qeyri-hökumət  təşkilatlarını  özündə  birləşdirən  Tacikistan 

İslahatçı Qüvvələri Birliyi (TİQB) qadın namizəd - Oynixol Bobonazarovanın prezidentliyə 

namizədliyini irəli sürmüşdür. Ölkə qanunvericiliyinə əsasən prezidentliyə namizəd olaraq 

qeydə alınmaq üçün səsvermə hüququ olan vətəndaşların 5%-nin imzasını - 210 min imza 

toplamaq lazımdır idi. Ölkədə mövcud hakimiyyətdən başqa real olaraq bu say da imzanı 

toplaya  biləcək  yeganə  qüvvə  məhz  TİQB  hesab  edilirdi.  Lakin  imza  toplanması  üçün 

müəyyən edilmiş müddət başa çatdıqda O.Bobonazarova cəmi 201 min imza toplamağa 

müvəffəq olaraq seçkidən kənarda qalmışdır. Bundan sonra İDP seçikini boykot edərək 

tərəfdarlarnı  səsvermədə  iştirak  etməməyə  çağırmışdır.  Nəticə  etibarilə  İ.Rəhmon  əsas 

rəqibini  seçkidən  kənarda  saxlamış,  Mərkəzi  Seçki  Komissiyasının  məlumatına  əsasən, 

səslərin 84 faizini toplayaraq 4-cü müddətə prezident seçilmişdir. İkinci ən çox səs yığan 

namizəd İ.Talbakov isə seçicilərin cəmi 5 faizinin səsini toplamışdır.

2

Qeyd edək ki, Tacikistan prezidenti Emoməli Rahmon ilk dəfə 1994-cü il noyabrın 6-da 



keçirilən prezident seçkilərində bu ölkənin dövlət başçısı seçilib. O, 1999-cu və 2006-cı 

illərdə keçirilən seçkilərdə təkrarən qələbə qazanıb.



Türkmənistada parlament seçkiləri: 15 dekabr 2013-cü il tarixində Türkmənistanda 

V çağırış parlamentinə seçkilər keçirilmişdir. Bu seçki bəzi “ilk”ləri ilə yadda qalmışdır. Belə 

ki, ilk dəfə olaraq seçki, formal olsa da, çoxpartiyalı sistem əsasında keçirilmişdir - seçkidə 

hakim Demokratik Partiya (DP) ilə yanaşı Sənayeçilər və Sahibkarlar Partiyası (SSP) da 

iştirak etmişdir. Qeyd edək ki, SSP 2012-ci ildə prezident Q.Məhəmmədovun qərarı ilə 

yaradılmışdır və elə bu artiya da DP kimi prezidentin siyasi xəttini dəstəkəyir. Digər bir 

“ilk” isə bu seçkinin Türkmənistanda beynəlxalq müşahidəçilərin izlədiyi ilk seçki olmasıdır.

Qeyd edilən partiyalarla yanaşı seçkidə həmkarlar ittifaqları, qadın birlikləri, Məxtimqulu 

adına gənclər təşkilatları və vətəndaş təşəbbüs qruplarının namizədləri qeydə alınmışdır. 

Bütövlükdə 125 deputat yeri uğrunda yarışda iştirak üçün qeydə alınmış 283 namizədin 

1

Gun.az, “Tacikistanda prezident seçkiləri keçirildi”, 7 noyabr 2013-cü il, http://www.gun.az/world/88674



Azernews.az, “Tajikistan’s election body announces presidential elections’ final results”, 15 noyabr 2013-cw il, http://www.azernews.

az/region/61641.html



3

99-u  DP  tərəfindən  irəli  sürülmüşdür.

3

  Rəsmi  məlumata  əsasən  seçicilərin  78  faizinin



4

 

iştirak  etdiyi  seçkidə  DP-ni  təmsil  edən  47,  SSP-dən  14,  həmkərlar  ittifaqlarından  33, 



qadın birliklərindən 16, gənclər təşkilatlarından 8, vətəndaş təşəbbüs qruplarıdan isə 7 

namizəd parlamentə seçilmişdir.

5

Xarici əlaqələrdə baş verən əsas hadisələr

Bu səhədə ötən rüb ərzində baş vermiş ən önəmli hadisələr kimi Qırğızıstanın Özbəkistan 

və Tacikistanla sərhəd mübahisəsi zəminində yaranan problemləri göstərə bilərik. Fərqanə 

vadisinin sıx və qarışıq məskunlaşması vadini paylaşan Özbəkistan, Qırğızıstan və Tacikistan 

arasında çox mürəkkəb sərhəd xəttlərinin meydana çıxması, eyni zamanda çoxlu anklav və 

eksklavların yaranmasına gətirib çıxarmışdır. SSRİ dövründə sərhədlərin tam delimitasiya 

edilməməsi  isə  sərhəd  xətlərinin  dəqiqləşdirilməsi  məsələsini  region  dövlətlərinin 

qarşısında çox ciddi məsələ kimi qoyur və əsasən bir-birinə qarşı soyuq münasibəti olan bu 

dövlətlər indiyədək sərhədlərin delimitasiyasını başa çatdıra bilməmişdir. Məsələn, 971 km-

lik Tacikistan-Qırğızıstan sərhəddinin indiyədək cəmi 519 km-lik hissəsi iki dövlət arasında 

razılaşdırılmışdır.

6

 Qalan hissədə isə çoxlu mübahisəli ərazilər mövcuddur. Bu isə tez-tez 



sərhəd  pozuntularına,  qaçaqmalçılığın  geniş  vüsət  almasına,  dövlətlər  və  etnoslararası 

mübahisə və qarşıdurmaların ortaya çıxmasına səbəb olur.



Qırğızıstan-Tacikistan sərhəddində yaranmış mübahisəli vəziyyət: Belə mübahisəli 

ərazilərdən birində, 24 oktaybr 2013-cü il tarixdə tacik sərhədçiləri Qırğızıstan ərazisinə 

keçərək  sərhəddin  yaxınlığındakı  “Katta-tuz”  neft-qaz  mədənlərini  ələ  keçirmişdir. 

Qeyd edək ki, hər iki dövlətin iddia etdiyi ərazidə 4 qaz və 5 neft quyusu mövcuddur 

və ərazi indiki şərti sərhəd xəttindən 500 metr aralıda, Qırğızıstanın Batken vilayətində 

yerləşir.

7

 Münaqişənin böyüməsinin qarşısını almaq üçün hər iki dövlətin sərhəd xidməti 



dərhal  danışıqlara  başlamışdır.  Qırğızstan  tərəfi  ərazinin  mübahisəli  ərazi  olmasından 

dolayı  Tacikistandan  yataqların  istismarını  bərpa  etmək  istiqamətdə  hər  hansı  bir  iş 

görülməməsini tələb etmişdir. Yataqların və mübahisəli ərazinin gələcək taleyini müəyyən 

etmək üçün danışıqlar davam etdirilməkdədir.

“Katta-tuz”  yataqları  ətrafındakı  məsələ  tam  həll  olmamış  Qırğızıstan  və  Tacikistan 

arasında daha bir mübahisə yaranmışdır. Belə ki, 17 dekabr 2013-cü il tarixdə Qırğızıstan 

ərazisində  yerləşən  və  Tacikistanın  İsfana  rayonuna  bağlı  Vorux  anklavını  Tacikistanla 

bağlayan yol qırğız kəndliləri tərəfindən bağlanmışdır. Yolu bağlayan qırğızlar hadisədən bir 

qədər öncə qırğızlara məxsus bir evin etnik taciklər tərəfindən yandırıldığı və günahkarlar 

tapılıb cəzalandırılmayanadək anklava gedən yolu bağlı saxlayacaqlarını bəyan ediblər. 

İki  dövlətin  yerli  administrativ  orqanları  tərəfindən  insidentin  araşdırılması  üçün  birgə 

komissiya yaradılmışdır və mübahisənin həlli istiqamətində danışıqlar getməkdədir.

Lenta.ru,  “В  Туркменистане  впервые  выбирают  двухпартийный  парламент”,    15  dekabr 2013-cü  il,  http://news.day.az/



world/452396.html

Milli.az, “Türkmənistanda parlament seçkiləri keçirilir”, 15 dekabr 2013-cü il, http://news.milli.az/world/233287.html



Fergananews.com, “Туркменистан: ��дведены �к�н�ател�ные ит��и парламентских выб�р�в, пр��ед�их 15 декабр�”, 19 de-

.com, “Туркменистан: ��дведены �к�н�ател�ные ит��и парламентских выб�р�в, пр��ед�их 15 декабр�”, 19 de-

com, “Туркменистан: ��дведены �к�н�ател�ные ит��и парламентских выб�р�в, пр��ед�их 15 декабр�”, 19 de-

, “Туркменистан: ��дведены �к�н�ател�ные ит��и парламентских выб�р�в, пр��ед�их 15 декабр�”, 19 de-

de-


kabr 2013-cü il, http://www.fergananews.com/news/21616

David  Trilling,  “Kyrgyzstan-Tajikistan:  What’s  Next  After  Border  Shootout?”,  13  yanvar  2014-cü  il,  http://www.eurasianet.org/



node/67934

Fergananews.com, “Таджикские в�енные п��бещали уйти с захва�енн��� у�астка террит�рии Кыр�ызстана”, 25 oktyabr 2013-cü 



il, http://www.fergananews.com/news/21405


4

Qırğızıstan-Özbəkistan  sərhəddində  yaranmış  mübahisəli  vəziyyət:  Qırğzıstan 

sərhədyanı  ərazilərdə  daha  bir  problemli  vəziyyəti  digər  qonşusu  Özbəkistanla 

yaşamışdır. Belə ki, 12 noyabr 2013-cü il tarixində Batken vilayətində sərhədin mübahisəli 

ərazisində özbək qaçaqmalçıları ilə qarşılaşan qırğız sərhədçilər onları həbs etməyə cəhd 

göstərmişdir. Sərhəçilər qaçaqmalçıların maşınına əyləşərək sərhəd məntəqəsinə sürməyi 

əmr etsələr də, qaçaqmalçılar qəflətən sərhədyanı özbək kəndinə sürmüş və sərhəçilərdən 

biri yerli əhali tərəfindən tərkisilah edilərək döyülmüşdür.

8

 Qırğızıstan  və Özbəkistanın 



sərhədçiləri arasındakı danışıqlardan sonra silahlar əhalidən alınaraq geri verilmişdir və 

ərazidə hazırda sabitlik müşahidə edilməkdədir.



Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla əlaqələri

2013-cü  ilin  dekabrında  Bakıda  Azərbaycanın  energetika  naziri  Natiq  Əliyev 

və  Qazaxıstanın  neft  və  qaz  nazirinin  müavini  Maqzum  Mirzaqaliyevin  sədrliyi  ilə 

Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası baş tutmuşdur. İclasda iki 

ölkə  arasındakı  ticarət  əlaqələri,  həmçinin  Qazaxıstan  neftinin  Bakı-Tiflis-Ceyhan  (BTC) 

kəməri vasitəsilə nəqli məsələləri müzakirə edilib, Qazaxıstan məhsullarının Azərbaycana, 

Azərbaycan  məhsullarının  isə  Qazaxıstana  ixracına  şərait  yaradılması  üçün  Aktauda 

logistika mərkəzinin tikintisi perspektivlərindən danışılıb, qarşılıqlı şəkildə investisiyaların 

təşviq  edilməsinin  əhəmiyyətinə  toxunulub.

9

  Qeyd  edək  ki,  2013-cü  il  ərzində  iki  ölkə 



arasındakı ticarət həcmi 2012-ci ilə nəzərən təxminən 42 faiz artmışdır.

10

Azərbaycan və 



Qazaxıstan tərəfi bu ölkənin Kaşaqan yatağından çıxarılan neftin BTC və Azərbaycanın 

digər  boru  kəmərləri  vasitəsilə  dünya  bazarlarına  çıxartmaq  barədə  danışıqları  davam 

etdirirlər.

Qeyd edək ki, komissiyanın iclasından təxminən bir ay öncə, 8 noyabr 2013-cü ildə  

Qazaxıstanın Aktau dəniz limanı və bu ölkənin ən iri neft və qaz hasil edən şirkəti olan 

«Tengizchevroil»  arasında  2014-cü  ildən  başlayaraq  ildə  4  mln.  ton  neftin  Azərbaycan 

ərazisi  ilə  nəql  edilməsinə  dair  saziş  imzalanıb.  Limanın  direktoru  Berik  Uandıkov 

jurnalistlərə  açıqlamasında  bildirib  ki,  gələn  ildən  Aktau  limanından  4  mln.  ton  neft 

Azərbaycana  göndəriləcək.  B.Uandıkovun  sözlərinə  görə,  bunun  3  mln.  tonu  Bakı-

Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunacaq, qalan 1 mln. ton isə Azərbaycan ərazisi ilə 

Gürcüstandakı ARDNŞ-ə məxsus Kulevi terminalına daşınacaq.

11

 Qeyd edək ki, hazırda 



BTC  ilə  digər  Mərkəzi  Asiya  dövləti  –Türkmənistanın  nefti  nəql  edilməkdədir.  Kəmərlə 

türkmən neftinin nəqli 2010-cu ilin iyulundan başlanmışdır. 2013-cü ilin ilk 9 ayı ərzində 

isə 2,248 mln.ton türkmən nefti BTC vasitəsilə dünya bazarına çıxarılmış, ilin son rübü 

ərzində də neft nəqli davam etdirilmişdir.

12

6-7 noyabr 2013-cü tarixində Astanada keçirilən II “Yeni İpək Yolu” beynəlxalq nəqliyyat-



Fergananews.com, “Кыр�ызстан: Н�вый инцидент на �ранице с Узбекистан�м”, 12 noyabr 2013-cü il, http://www.fergananews.

com/news/21480

Azernews.az, “Azerbaijan, Kazakhstan seek to boost energy co-op”, 11 noyabr 2013-cü il, http://www.azernews.az/business/62463.html



10 

 News.milli.az, “Azərbaycan və Qazaxıstan enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər”, 10 dekabr 2013-cü il, http://

news.milli.az/economy/232230.html

11 


Biznesajurnal.com, “Qazaxıstan Azərbaycan vasitəsilə ilə 4 mln. ton neft ixrac edəcək”, 8 noyabr 2013-cü il, http://www.biznesjurnal.

com/index.php/business/item/835-zhazakh-stan-azaerbaydzan-vasitaesilae-ilae-4-mln-ton-neft-ikhradz-edaedzaek

12 

 Abc.az, “Трансп�ртир�вка п� Баку – Тбилиси – Джейхан туркменск�й нефти в 2013 ��ду превысила уже 2,248 млн. т�нн”, 10 



oktyabr 2013-cü il, http://abc.az/rus/news/76671.html


5

logistika forumu çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstan beynəlxalq nəqliyyat 

marşurtlarının inkişaf etdirilməsi üçün üçtərəfli koordinasiya komitəsinin yaradılmasına 

dair razılaşma əldə etmişlər.

13

 Razılaşmanı Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” 



QSC-nin rəhbəri Arif Əsgərov, Qazaxıstan və Gürcüstan tərəfdən isə bu ölkələrin dövlət 

dəmir yollarının rəhbərləri Askar Mamin və Mamuka Baxtadze imzalamışdır.

19  dekabr  2013-cü  il  tarixində  Tacikistanın  yeni  təyin  edilmiş  xarici  işlər  naziri 

Sirociddin  Aslovla  Azərbaycanın  bu  ölkədəki  səfiri  Abbasəli  Həsənov  arasında  görüş 

keçirilmişdir.  Azərbaycanın  Tacikistandakı  səfirliyindən  verilən  məlumata  görə,  ikitrəfli 

münasibətlərin müzakirə olunduğu görüşdə A.Həsənov S.Aslova yeni vəzifəyə təyini ilə 

bağlı azərbaycanlı həmkarı E.Məmmədyarovun təbriklərini çatdırmış, onu Azərbaycana 

səfərə dəvət etmişdir.

14

Nəticə

Ötən  rüb  ərzində  (oktyabr-dekabr  2013-cü  il)  regionda  istər  daxili  siyasi  vəziyyət, 

istərsə də xarici əlaqər baxımından baş vermiş hadisələri  aşağıdakı kimi ümumiləşdirmək 

mümkündür:

Region  ölkələrindən  Tacikistanda  prezident,  Türkmənistanda  isə  parlament  seçkiləri 

keçirilmişdir. Hər iki seçkidə hakim siyasi qüvvələr qalib gəlmişdir və seçkilər bu ölkələrin 

siyasi həyatındakı qüvvələr balansına hec bir təsir göstərməmişdir.

Qırğzıstan  bu  və  ya  digər  şəkildə  mübahisəli  sərhədlər  problemindən  qaynaqlanan 

problemlər yaşamışdır. Sərhəd xidmətlərinin rəhbərləri səviyyəsində aparılan danışıqlar 

nəticəsində  Tacikistan  və  Özbəkistanla  yaranmış  mübahisələrin  qarşısı  münaqişəyə 

keçmədən alınmışdır. Lakin dövlətlərarası münasibətlərin soyuqluğu (xüsusən də trans-

sərhəd  su  axarları  uğrunda    mübarizədən  dolayı)  şəraitində  mübahisəli  ərazilərin  çox 

olduğu Fərqanə vadisinin tez-tez bü cür problemlərə şahidlik edəcəyi gözləniləndir.

Mərkəzi Asiya dövlətlərinin Azərbaycan əlaqləri bxımından da o qədər də zəngin rüb 

olmamışdır.  Region  dövlətlərinin  (xüsusən  də  Qazaxıstanın)  rəsmiləri  ilə  danışıqlarda 

qaışılıqlı  iqtisadi  və  ticari  əlaqələrin  gücləndirilməsi,  invesitisaların  təşviqi,  nəqliyyat-

tranzit sisteminin inkişaf etditrilməsi kimi məsələlər müzakirə edilmiş, bu istqamətdə bir 

sıra əməli addımlar atılmışdır.

13 

 Apa.az, “Казахстан, �зербайджан и �рузи� с�здадут к��рдинаци�нный к�митет п� развитию Транскаспийск��� междунар�д-



 Apa.az, “Казахстан, �зербайджан и �рузи� с�здадут к��рдинаци�нный к�митет п� развитию Транскаспийск��� междунар�д-

н��� трансп�ртн��� мар�рута”, 8 noyabr 2013, http://ru.apa.az/news/259215



14 

  Anspress.com,  “Tacikistanın  xarici  işlər  naziri  Azərbaycana  dəvət  olunub”,  20  dekabr  2013-cü  il,  http://anspress.com/index.



php?a=2&lng=az&nid=243056

Yüklə 46,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə