Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix26.06.2022
ölçüsü2,86 Mb.
#90104
  1   2   3   4   5
Vaqif kitab son son əsas 1 1 ESAS SON CAPA 04.12



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
Böyük Azərbaycan şairi
Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş
«M.P.VAQİF VƏ MÜASİRLİK»
mövzusunda Respublika
elmi-praktik konfransının
MATERİALLARI 
7 dekabr 2017-ci il 
«Елм вя тящсил» 
Бакы – 2017


M.P.Vaqif və müasirlik 
2
KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ 
Akad. A.M.Məhərrəmov 
sədr, rektor 
AMEA-nın müxbir üzvü,
prof. A.H.Kazımzadə 
sədr müavini, Elm və innovasiyalar üzrə prorektor 
Dos. E.H.Məmmədov 
sədr müavini, Filologiya fakültəsinin dekanı 
Prof. İ.N.Əliyeva 
üzv, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor 
Prof. S.T.Hacıyev 
üzv, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə 
prorektor 
Akad. N.A.Paşayeva 
üzv, kafedra müdiri 
Prof. A.O.Məmmədova 
üzv, Magistratura və doktorantura şöbəsinin müdiri 
Prof. N.Q.Xəlilov 
məsul katib, Filologiya fakültəsi elmi işlər üzrə dekan müavini 
KONFRANSIN PROQRAM KOMİTƏSİ 
Prof. C.Q.Nağıyev 
üzv, kafedra müdiri 
Prof. H.A.Əsgərov 
üzv, kafedra müdiri 
Prof. A.C.Hacıyev 
üzv, kafedra müdiri 
Prof. Ə.Ə.Rəcəbli 
üzv, kafedra müdiri 
Prof. S.Ə.Abdullayeva 
üzv, kafedra müdiri 
Prof. L.H.Quliyeva 
üzv, kafedra müdiri 
Prof. M.M.Cəfərov 
üzv, kafedra müdiri 
Prof. R.B.Əskər 
üzv, kafedra müdiri 
Prof. S.H.Orucova 
üzv, kafedra müdiri 
Prof.T.H.Hüseynov 
üzv, kafedra müdirinin müavini 
Dos. Ə.M.Paşayeva 
üzv, kafedra müdiri 
Dos. S.V.Abbasova 
üzv, kafedra müdiri 
Dos. A.Q.Abbasov 
üzv, kafedra müdiri 
Dos. B.İ.Hacıyev 
üzv, kafedra müdiri 
Dos. E.N.Fərəcullayeva 
üzv, kafedra müdiri 
TƏŞKİLATİ İŞLƏR ÜZRƏ KOORDİNATORLAR 
Fil.ü.f.d.Ü.H.Hüseynova 
“Türkoloji araşdırmalar” ETL-in böyük elmi işçisi,
baş koordinator 
P.E.Eyvazov 
“Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi
R.Ə.Bayramov 
“Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi
A.T.Fərəcov 
“Türkoloji araşdırmalar” ETL-in böyük laborantı 
A.Ə.Sadıqlı 
Doktorant 
© ”Elm və təhsil” nəşriyyatı, 2017 
© BDU 2017 


M.P.Vaqif və müasirlik 
3
ELÇİN MƏMMƏDOV
Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
MOLLA PƏNAH VAQİF
Molla Pənah Vaqif Şərq şeirinin bütün vəznlərini yaxşı bilən, doğma dilində, xalqının ruhunu və 
zövqünü oxşaya biləcək səpkidə yazıb-yaratmağı üstün tutan görkəmli söz ustalarından biridir. 
Ədəbiyyatşünas alim Firidun bəy Köçərli Vaqifin xalq ədəbiyyatı ruhunda yazdığı əsərlərinin “...həqiqi 
həyatdan nəşət etdiyini” söyləyir, Vaqifi həyatı doğru təsvir edən bir realist kimi müasirlərinə nümunə 
göstərirdi: 
“Yüz sənə bundan irəli ata-babalarımızın dolanacağını, ədəb və əxlaqını, libas və təamlarını, 
arzu və təmənnalarını, fikir və xəyalatını və bilcümlə o əsrin övza (vəziyyət) və dəstgahını Vaqif... gözəl əşar 
(şeir) və kəlami-abidar (xoşagələn) ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar 
qoymuşdur”. 
Vaqifin sadə, anlaşıqlı dilindən Səməd Vurğun da “Öz xalqının böyük oğlu” adlı məqaləsində 
bəhs edərək yazır ki,
“Vaqifdəki gözəl, dərin lirizm, sadəlik və xəlqilik, həm də şairlərimiz üçün ən böyük 
poetik məktəbdir”

Molla Pənah Mehdi ağa oğlu Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində dünyaya göz 
açmışdır. O, mədrəsədə dövrünün görkəmli ziyalısı Şəfi Əfəndinin yanında təhsil almış, ərəb və fars dillərini 
öyrənməklə yanaşı, həm də astronomiya, riyaziyyat, musiqi və poetika üzrə biliklərə də yiyələnmişdi. 
XVIII əsrin 50-ci illərinin sonlarında Qazax mahalında və qonşu Gürcüstan sərhədlərində feodal 
özbaşınalığı və hərc-mərcliyi nəticəsində bir çox ailələr öz doğma yurdlarını tərk etməli olmuşdur. Bu 
səbəbdən həmin dövrdə - 1759-cu ildə Vaqifin ailəsi də Qarabağa köçmüş, Cavanşir mahalının Tərtərbasar 
kəndində yerləşmişdir. Maddi və mənəvi sıxıntılar keçirən Vaqif burada məktəbdarlıqla məşğul olmuş, 
məşhur “Bayram oldu” şeirini də məhz həmin illərdə yazmışdır. Bir müddət sonra şair Qarabağ xanlığının 
mərkəzi Şuşa şəhərinə köçmüş, şəhərin Saatlı məhəlləsində məktəb açmışdır. 
Vaqifin alimlik və şairlik şöhrəti yüksək dairələrə də çatmış və o saraya dəvət olunmuşdur. Qarabağ 
hökmdarı İbrahim xan onu əvvəlcə eşik ağası, sonra isə baş vəzir təyin etmişdir. O, təxminən 27 il Qarabağ 
sarayının ən mötəbər və uzaqgörən xadimi olmuş, öz müdirkliyi və intellekti ilə xalq arasında geniş şöhrət 
qazanmışdır.
Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan biri ondan ibarətdir ki, Vaqif 
ayın tutulması və zəlzələ olacağı barədə əvvəlcədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. Şairin 
dərin ağıl və zəkasından heyrətə gələn xan onunla tanış olmaq istəyir və fəaliyyətini sarayda davam 
etdirməyi təklif edir. İkinci rəvayət isə hələ Gəncədə ikən M.P.Vaqif Cavad xana bir şikayətçinin dilindən 
ərizə yazır. Ərizənin yazılış tərzi, üslubu xanı o qədər valeh edir ki, o, Vaqifi saraya dəvət edir. Lakin 
sonradan İbrahimxəlil xanın təkidi və xahişi ilə onun Qarabağa qayıtmasına icazə verir. 
Məlum olduğu kimi, 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşaya hücum etmiş, lakin Şuşa qalasını 
ala bilməmişdir. 1797-ci ildə ikinci dəfə Şuşaya hücum edən Şah Qacar Vaqifi həbs etdirərək zindana 
saldırmışdır. Sui-qəsd nəticəsində Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra Vaqif azadlığa çıxmışdır. 
Lakin şairin bu sevinci də uzun sürməmişdir. Şahın ölümündən sonra ordu şəhəri tərk edərək qaçmış, bundan 
istifadə edən İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ keçirmişdir. Bir qədər 
sonra, 1797-ci ildə o, Vaqifi oğlu Əliağa ilə birlikdə edam etdirmişdir.
Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli xüsusiyyətləri özünün parlaq əksini 
tapmışdır. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq əsas motivlərdən biridir. O, xalqdan 
qüvvət almış, xalq ədəbiyyatının nikbin əhvali-ruhiyyəsindən qidalanmışdır. Şairin həyatda nikbin baxışını 
ifadə edən əsərləri içərisində onun Vidadi ilə deyişməsi daha səciyyəvidir. Həyata bağlı olan şair hətta 


M.P.Vaqif və müasirlik 
4
qarşılaşdığı çətinlikləri belə toy-bayram hesab edir, “Toy-bayramdır bu dünyanın əzabı, əqli olan ona gətirər 
tabı” deyir, həyatın hər anından istifadə edib, xoşbəxt ömür sürməyi məsləhət görür. 
Molla Pənah Vaqifin şeir dili - Azərbaycan dilinin sadəliyini, xəlqiliyini, incəliyini, gözəlliyini və 
zənginliyini dolğun şəkildə əks etdirir. M.P.Vaqifin dilində 3506 söz işlənib. Onlardan 1686-sı isim, 656-sı 
sifət, 438-i feildir. 1686 isim 8244 dəfə təkrar olunduğu halda, 656 sifət 1904 dəfə təkrar olunub. Həmçinin 
Vaqifin dilində ən çox işlənən isimlər göz (211 dəfə), can (167 dəfə), zülf (160 dəfə), üz (120 dəfə), ən çox 
işlənən sifətlər isə gözəl (176 dəfə), ağ (64 dəfə), xoş (52 dəfə) sözləridir. 
Xalq öz diriliyi olan dilinin təmizliyini, saflığını, munisliyini Molla Pənah Vaqifin şe'rində tapdı. 
Xalqın folklor dilini, danışıq- ünsiyyət dilini Molla Pənah yazılı ədəbi dil hüququna qaldırdı. O, milli ədəbi 
dilin xəlqilik inkişafına adilik tonu əlavə etdi. Bununla da Vaqif bədii üslubun dil üfüqlərini xeyli 
genişləndirdi, üslubun xəlqi dil qolunu klassik dilin müqabilinə çatdırdı – bu müqabillik nüfuz, hörmət, 
sənətkarlıq əlamətlərini əhatə edirdi. XVIII əsrdə xəlqi dil inkişaf meylini, dil dəbini (uzus) əks etdirmək 
baxımından klassik dildən qabağa çıxır. Leksik-frazeoloji adiliyin poetizm səviyyəsinə qaldırılması ilə Vaqif 
klassik poeziya dilinin kultunu qırdı. Vaqifin şeirlərində Azərbaycan dilinin geniş poetik imkanları canlı 
şəkildə yaşayır. Bu, geniş mənada ədəbiyyatın dilində islahatlar aparmaq demək idi. Çünki klassik 
Azərbaycan ədəbiyyatında möhkəm yer tutan əruz vəzninin qəlibləri xalqın canlı danışıq dilindən istifadənin 
genişləndirilməsinə imkan vermirdi. Molla Pənah Vaqifin islahatları sayəsində əruz vəznində yaradılmış 
qəzəl-qəsidə ədəbiyyatının yerində sadə, canlı və aydın dildə, heca vəznində yazılmış qoşma-gəraylı 
poeziyası aparıcı istiqamətə çevrilmişdir. Yeni tipli bu ədəbiyyatda, ümumiyyətlə, dövran və məhəbbət deyil, 
konkret olaraq zaman, məkan, insan və sevgi öz əksini tapmışdır. Molla Pənah Vaqif şeirlərində geniş 
mənada xalq həyatından böyük ilhamla və xalqın özünün danışdığı dildə söz açır. Bu mənada: Molla Pənah 
Vaqif - Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır; Vaqif - xalq həyatının böyük 
nəğməkarıdır; Vaqif - Azərbaycan mövzusunu şeirin əsas mövzusuna çevirmişdir; Vaqif - Azərbaycan ədəbi 
dilinin banisidir; Vaqif - erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının əsasını qoymuşdur. 
Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə “Nəzm və nəsr” adlı məqaləsində Molla Pənah Vaqifi 
“nadir vücuda gələn”, “xəyalatında təsir olan”, şeirdə yeni yol açan (rəhnüma) şair kimi yüksək 
qiymətləndirmişdir. O, ədəbiyyatda realist şeirin meydana gətirilməsində Molla Pənah Vaqifin “müqəddəm” 
şair olduğunu da xüsusi olaraq nəzərə çarpdırmışdır 
Vaqifin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas 
motividir. “Zeynəb”, “Bəri bax” qoşmalarında şair onların bədii portretini böyük məharətlə yaradıb, 
etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı gözəllər bütün xarici 
məlahəti və daxili zənginliyi ilə təsvir edilir. Molla Pənah Vaqifin əsərlərində Azərbaycan xalqının adət və 
ənənələri, yerli və məhəlli xüsusiyyətləri özünün parlaq əksini tapır. O, insanı fiziki və mənəvi cəhətdən 
kamil, harmonik inkişafda görmək istəyirdi. Dünya və dünyəvi ideallar şairi kimi, nikbinlik, həyatsevərlik 
onun poeziyasının ümdə xüsusiyyəti idi. Şeirlərində ictimai ədalətsizlik və bərabərsizliyə qarşı nifrət ifadə 
olunurdu. Vaqif yaradıcılığında “Badi-səba, bir xəbər ver könlümə”, “Namə, gedər olsan yarın kuyinə”, 
“Bayram oldu”, “Görmədim”, “Gözlərin cəlladdır, baxışın yağı”, “Durnalar”, “Heyran olmuşam” və 
s.şeirləri xüsusi yer tutur.
Vaqif edam edildikdən sonra onun evi talan olunur, əlyazmaları yandırılır. Talan zamanı şairin 
əsərlərinin çox hissəsi itib-batmış, divanı və əlyazmaları məhv edilmişdir. Lakin xalq sevimli şairinin 
şeirlərini hafizələrində yaşatmış, müxtəlif vasitələrlə Vaqifin əsərlərinin müəyyən qismini mühafizə etməyə 
müvəffəq ola bilmişdir. Şairin əsərlərinin toplanması ilə ilk dəfə Mirzə Yusif Nersesov məşğul olmuşdur. 
Daha sonra M.F.Axundzadə zəngin material toplayaraq, məşhur şərqşünas Adolf Berjeyə verir və o da 1867-
ci ildə Leypsiq şəhərində nəşr etdirir. Vaqifin şeirini ilk dəfə rus dilinə XIX əsrin 40-cı illərində polyak şairi 
və tərcüməçisi Tadeuş Zabloski tərcümə etmişdir. Vaqifin əsərləri ayrıca kitab şəklində ilk dəfə Haşım bəy 
Vəzirov tərəfindən 1908-ci ildə Bakı çap etdirilmişdir. İnqilabdan sonrakı dövrdə Vaqifin əsərlərinin 
toplanması və nəşri sahəsində Salman Mümtazın böyük xidmətləri olmuşdur.
1968-ci ildə Molla Pənah Vaqifin 250 illik yubileyi geniş miqyasda keçirilmişdir. Azərbaycan 
Respublikası Nazirlər Sovetinin 1970-ci il 30 yanvar tarixli 29 nömrəli qərarına əsasən Qazax rayonunda 
M.P.Vaqifin xatirə muzeyi yaradılmış, 2002-ci ildə isə həmin muzey “M.P.Vaqif və M.V.Vidadinin xatirə 
muzeyi” adlandırılmışdır. 


M.P.Vaqif və müasirlik 
5
Ulu Öndər Heydər Əliyev klassik ədəbiyyatı dərindən bilən və qiymətləndirən böyük şəxsiyyət idi. O, 
ədəbi irsin qorunmasına qayğı göstərərək Azərbaycanın klassik şair və ədiblərinin ev muzeylərinin 
yaradılması, xatirələrinin əbədiləşdirilməsi üçün böyük işlər görmüşdür. Ümummilli Liderin göstərişi ilə 
Azərbaycanda üç məşhur şairin - Nizami Gəncəvi, Molla Pənah Vaqif və Hüseyn Cavidin məzarları üstündə 
məqbərə tikilmişdir. 
Hələ 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı 
tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Ulu Öndər bərbad halda olan dağılmış məzarı ziyarət 
etmişdir. O, hətta nitqlərinin birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını səsləndirmişdir. Sonralar 
Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmişdir. 
1982-ci ilin yanvar ayında Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı 
olmuşdur. Ümummilli liderin Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, 
digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Təəssüf ki, 
1992-ci il may ayının 8-də bu məqbərə erməni qəsbkarları tərəfindən dağıdılmışdır. 
1982-ci ildə Ümummilli Lider Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, Poeziya Evinin də 
açılışında və orada keçirilən “Vaqif poeziya günləri”ndə iştirak etmişdir. Məhz həmin tarixdən etibarən hər il 
avqust ayında “Vaqif poeziya günləri keçirilir. Vaxtilə bu bayram tədbiri Qazaxdan başlayıb Şuşada 
yekunlaşardı. Lakin bu gün mənfur düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində uzun illərdir ki, bu 
tədbiri Şuşada keçirə bilmirik.
Görkəmli şairin adını xalqımız həmişə uca tutmuş, xatirəsini əbədiləşdirmişdir. Balakən rayonunda 1 
saylı Tülü tam orta məktəbi və Gəncə şəhərində 8 saylı tam orta məktəb şairin adını daşıyır. 2014-cü ildə 
şairin adına poçt markası buraxılmış, Bakı şəhərində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat 
Muzeyinin fasadının lojasında M.P.Vaqifin heykəli (1940, müəllif C.Qaryağdı) yerləşdirilmişdir. Görkəmli 
bəstəkarlardan Cahangir Cahangirov “Durnalar”, Əşrəf Abbasov “Heyran olmuşam”, Vüqar Şirinov “Toy 
adamları”, Qəmbər Hüseynli “Tel nazik” şairin şeirlərinə musiqi bəstələmiş, Ramiz Mustafayev “Vaqif” 
operasını, Səməd Vurğun “Vaqif” mənzum dramını, Y.V.Çəmənzəminli “Qan içində” romanını yazmış, 
haqqında sənədli filmlər (“Vaqif” 1968, “Molla Pənah Vaqif” 1990, “Qətl günü” 1990, “Molla Pənah Vaqif 
2011) çəkilmişdir. Səməd Vurğunun 1937-ci ildə şairə həsr etdiyi “Vaqif” dramı ilk dəfə 1938-ci ildə 
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında (indiki Azərbaycan Dövlət Akademik Milli Dram 
Teatrı), 1947-ci ildə isə Almaniyada Berlin teatrında tamaşaya qoyulmuşdur. 2016-cı ilin dekabr ayında 
Şəkidə TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısında 2017-ci ilin “Molla Pənah 
Vaqif ili”elan olunması barədə qərar qəbul olunub. 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər 
proqramı çərçivəsində Molla Pənah Vaqifin 300 illik yubileyi beynəlxalq səviyyədə qeyd edilir.
12 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev M.P.Vaqifin 
anadan olmasının 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
Vaqif öz yaradıcılığı ilə ədəbi-pedaqoji fikrin inkişafında yeni bir dövr açmış, öz sələflərindən 
öyrənmiş olsa da, onların görə bilmədiyi son dərəcə mühüm bir işi görmüşdür. O da bundan ibarətdir ki, 
Vaqif ədəbiyyatı milli həyata, milli məişətə, milli xarakterə doğru yönəltmiş, realist bədii təfəkkürə getdikcə 
genişlənən və dərinləşən daimi bir cığır açmışdır. Onun şeirlərinin mövzusu da, forması da, üslubu da 
yuxarıda qeyd etdiyimiz kimi, xalqın həyatından, məişətindən, milli keyfiyyətlərindən doğmuşdur. Vaqif tam 
mənası ilə milli bir şairdir. Vaqifə qədər heç bir Azərbaycan şairinin əsərlərində milli həyatımız bu qədər 
dolğun, səmimi və təbii bir şəkildə təsvir edilməmişdir. 
Molla Pənah Vaqif klassik şeirimizin ölməz nümunələrini yaradan sənətkar kimi xatirələrdə daim 
yaşayır.


M.P.Vaqif və müasirlik 
6
MOLLA PƏNAH VAQİF
VƏ MÜASİRLİK 
ƏLİYEVA İFRAT 
filologiya üzrə elmlər doktoru, professor 
Bakı Dövlət Universiteti 
MOLLA PƏNAH VAQİF – HƏYATI VƏ MÜHİTİ 
Açar sözlər: 
Vaqif, həyat, yaradıcılıq, mühit, Azərbaycan ədəbiyyatı 
Molla Panah Vaqif - life and environment 
Molla Pahah Vagif, who helped promote the development of Azerbaijani literature in the 18th century, 
was one of the most powerful artists of his nation with his literary and political activity. Vagif's creation 
opens a new page of our history of poetry. He comes into literature as a great representative of the original 
and real poem of national poetry. Vagif breaks obsolete traditions of classical poetry, poetry leads to new 
realist development, creates an optimistic mood in our poetry

Keywords: 
Vagif, life, creativity, environment, Azerbaijani literature 
Şeirimizin ana şairi! 
Məhəbbət şairi, sona şairi! 
S.Vurğun 
XVIII əsr Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş Molla Pənah Vaqif öz 
ədəbi və siyasi fəaliyyəti ilə xalqlabağlı olan qüdrətli sənətkarların biri olmuşdur. “Vaqif yaradıcılığı ilə şeir 
tariximizin yeni səhifəsi açılır. O, ədəbiyyata xəlqi və milli şeirin, ilkin realizmin böyük nümayəndəsi kimi 
daxil olur. Vaqif klassik şeirin köhnəlmiş ənənələrini qırır, şeiri yeni realist inkişaf yoluna salır, 
poeziyamızda nikbin əhval-ruhiyyə yaradır” (1, 7). 
M.P.Vaqifin uşaqlıq və ilk gənclik illəri Qazax mahalında keçmişdir. Vaqif kiçik yaşlarında yaxşı 
mədrəsə təhsili gördüm, savadlı alim və müəllim Şəfi Əfəndinin yanında dərs almışdı. XVIII əsrin əllinci 
illərinin sonlarında Qazax mahalında və qonşu Gürcüstan sərhəddində baş verən qarışıqlıq nəticəsində bir 
neçə kənd Qazaxdan çıxaraq Gəncə və Qarabağ xanlıqlarına köçməyə məcbur olur. Köçən ailələr içərisində 
Molla Pənah Vaqif də var idi. M.P.Vaqif əvvəlcə Tərtərbasarda sakin olub orada bir məktəb açır, 
məktəbdarlıqla məşğul olur. “Həmin illərdə o, həm mənəvi, həm də maddi cəhətdən müəyyən sıxıntı keçirir. 
“Bayram oldu” şeiri də şübhəsiz, Vaqif poeziyasının məhz bu dövrünün məhsuludur” (3). 
Bayram oldu, heç bilmirəm neyləyim, 
Bizim evdə dolu çuval da yoxdur. 
Dügiylə yağ hamı çoxdan tükənmiş, 
Ət heç ələ düşməz, motal da yoxdur. 
Allaha bizmişik naşükür bəndə, 


M.P.Vaqif və müasirlik 
7
Bir söz desəm dəxi qoymazlar kəndə. 
Xalq batıbdır noğla, şəkərə, qəndə, 
Bizim evdə axta zoğal da yoxdur. 
Bizim bu dünyada nə malımız var, 
Nə də evdə sahibcamalımız var. 
Vaqif, öyünmə ki, kamalımız var, 
Allaha şükür ki, kamal da yoxdur. (6) 
Müəyyən müddətdən sonra Vaqif Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinə köçür. Bu zaman Şuşa 
Azərbaycanın əsas mədəni mərkəzlərindən biri idi. Vaqif şəhərin Saatlı məhəlləsində məktəb açır, dərs 
deməklə məşğul olur. Eyni zamanda bir sıra qoşmalar, qəzəl və müxəmməslər də yazır. Bu illərdə şair hələ 
özünün əsil qiymətini almadığına baxmayaraq, ətrafındakılardan savad və uzaqgörənliyi cəhətdən yüksəkdə 
durduğunu anlamış və bunu qəzəlində belə ifadə etmişdi: 
Məkan tutdisə Vaqif, yоx əcəb, bu Şişə dağında, 
Məqami ləli-gülrəngin miyani-səngi-xaradır. (6, 163) 
Həmin qəzəldə şair qara günlərin tezliklə sona yetəcəyinə ümid bəsləyirdi və haqlı çıxır.Vaqifin 
alimlik və şairlik şöhrəti ətrafa yayılaraq xan sarayına İbrahim xana da çatır. Vaqif saraya dəvət edilərək 
“eşik ağası”, yəni xarici işlər üzrə vəzir təyin edilir. Lakin Vaqif az bir vaxtda öz ağıl və isdedadı nəticəsində 
sarayda böyük nüfuz qazanır. Təxminən 27 il müddətində ta ömrünün sonunadək Vaqif Qarabağ sarayının ən 
mötəbər və uzaq görən xadimi olmuş və geniş şöhrət qazanmışdı. “Hər oxuyan Molla Pənah olmaz” 
məsələsinin xalq arasında yayılması da buna sübutdur. 
Sarayda Vaqif əsasən xanlığın xarici siyasəti ilə məşğul olurdu. XVIII əsr Azərbaycan tarixinin ən 
mürəkkəb və ziddiyyətli dövrləri idi. Görkəmli rus şərqşünası V.Bartold yazırdı: “XVIII əsr bütün müsəlman 
aləmi üçün ən böhranlı əsr idi” (2,150). 
Həmin
böhranlı hal Azərbaycanın timsalında özünü daha bariz şəkildə göstərmişdi. Hələ XVIII əsrin 
birinci yarısında Azərbaycan xanlıqları Şirvan tabeliyində idilər. 
1747-ci ildə Nadir şah öldürüldükdən sonra onun yaratdığı dövlət parçalandı. Nadir şahı əvəz edəcək 
dövlət siması olmadığını görən Şimali Azərbaycan xanlıqları özlərini müstəqil elan etdilər. Lakin siyasi 
müstəqillik qazanmaqlarına baxmayaraq bu xanlıqlar bir-birilərinə düşmən münasibət bəsləyirdilər. Bu 
xanlıqlar özlərini yadelli işğalçıların hücumundan müdafiə etmək iqtidarında deyildilər. “Bu dövrdə 
Azərbaycanda güclü, nisbətən daha çox müstəqil möhkəm xanlıqlar da var idi. Onlardan biri Fətəli xanın 
hakim olduğu quba xanlığı, o birisi isə İbrahim xanın hökmranlıq etdiyi Qarabağ xanlığı idi” (3, 58). 
Məlum olduğu kimi bu iki xanlıq bir-birinə düşmən münasibət bəsləyirdilər. Belə bir ictimai-siyasi 
şəraitdə Vaqif Qarabağ xanlığının vəziri təyin olunur. Vaqif Qarabağın xarici siyasətinə, sarayın qonşu 
ölkələr və Azərbaycan xanlıqları ilə yazışmasına rəhbərlik edir. Vaqif Qarabağ sarayında ikən xanlıq 
mürəkkəb siyasi problemlərlə rastlaşır, çevik və uzaqgörən bir siyasi xət yürütməyə çalışırdı. Bu baxımdan 
Vaqifin az xidmətləri olmamışdır. Onun müxtəlif qonşu xanlıqların və dövlətlərin nümayəndələri ilə 
görüşdüyü məlumdur.
Vaqif az bir vaxtda öz ağıl və istedadı nəticəsində sarayda böyük nüfuz qazanır və xanlığın bütün 
daxili və xarici işlərini əlinə alır. 
Vaqif barədə ilk dəfə diqqətəlayiq məlumat verən müəllimlərdən Mirzə Camal, Mirzə Adıgözəlbəy 
Qarabağ olmuş, onlar Vaqifin İbrahim xanın yanında böyük nüfuza malik olduğunu, xanın ona “ixtiyari küll” 
verdiyini qeyd etmişlər.
Qarabağ sarayının görkəmli xadimlərindən olan Mirzə Adıgözəlbəy Vaqifin İbrahim xanın “hüzuruna 
yaxın, qulluğunun nədimi, baş katib və dövlətinin möhkəm bir sütunu kimi nişan verir” (8, 80).
XIX əsrin tarixçilərindən Mir Mehdi Xəzani özünün “Tarixi Qarabağ” adlı əsərində Vaqifin saraydakı 
mövqeyini belə təsvir edir: “Molla Pənah bir sahibi-kamal və müdəbbir və təcrübəkar və şair və xoşgöftar 
adam idi və özü dəxi İbrahim xanın vəziri və çox motəmidi idi ki, hər ümuri-hökumətdə Molla Pənah 
Axundun tədbiri və müşavirəsi ilə rəftar elərdi və ona yaxşı inanıb etinad etmişdi ki, övladından artıq onun 
xatirin mənzur edərdi və ona çox-çox hörmətlər edib ixtiyari-küll vermişdi” (9, 37). 
Vaqif hər sahədə kamil və qabil şəxsiyyət olmuşdur. Şair Qarabağ xanlığının bütün fəaliyyətinə 
istiqamət vermiş, hətta Şuşa şəhərinin abadlığı və təmiratı işlərinə də şəxsən rəhbərlik etmişdir. Vaqif Şuşaya 
köçərkən bu şəhər hələ çox cavan idi. Ona görə də burada tikililərə böyük ehtiyac var idi. Tarixçilərin 
yazdıqlarına görə İbrahim xan Şuşada abadlıq işləri aparmış, yeni binaların salınmasına, şəhərə arxların 
çəkilməsində xeyli işlər görmüşdür. Lakin Vaqif saraya gəldikdən sonra bu proses xeyli sürətlənmişdir. 


M.P.Vaqif və müasirlik 
8
Şəhərin və onun ətraflarının xarici hücumlara qarşı müdafiəsinin əhəmiyyətini yaxşı anlayan Vaqif bu 
nöqteyi-nəzərdən İbrahim xana faydalı məsləhətlər verərmiş.
XIX əsrin şairlərindən H.Qaradaği öz təzkirəsində yazır: “Yazılanlara görə Vaqifin bir para elmlərdə 
səriştəsi var imiş. Ələlxülus hücum və elmi-mühəndislikdə İbrahim xanın hərəmxanasının və onun özünün 
və övladının hər cürə təmiratının və şəhərin ətrafına çəkilmiş hasar və barının ümdə naziri və mübaşiri 
mərhum Molla Pənah imiş. Bu günə iyirmi il müddəti, hər bir ümuratda müdəbbiranə hörmət ilə İbrahim xan 
xanədanında dolaşıb. Mərhum İbrahim xan Molla Pənahı hər bir ümuratda qabil və kamil görməyi cəhətə, 
həmişə onu möhtərəm və artıq dost tutub onun məsləhət və tədbiri ilə iş görərmiş. Bu səbəbdən Qarabağda 
zərbülməsəl olub bir söz söylənilir: “Hər oxuyan Molla Pənah və hər qatırçı Murad olmaz” (5, 3). 
A.Berje yazır ki, “Vaqif xüsusilə, təcrübəli mühəndis kimi tanınmışdı. Şuşadakı Xan sarayı, yaşayış 
yerləri və qala hasarları onun tərəfindən tikilmişdi”. 
Vidadinin bir şeirində Vaqifin mühəndisliyinə işarə edərək yazır: 
Məhşərə tən qayim olsun binası, 
O məscid ki, doğru imarət eylərsən (7, 35) 
Vaqif dövründə Azərbaycan bir sıra xanlıqlara ayrılmışdı. Bu, ölkənin mədəni-iqtisadi inkişafına mane 
olur və vətənin istiqlaliyyətini müdafiə etmək işini çətinləşdirirdi. Ölkənin gələcəyini düşünən fədakar dövlət 
xadimləri bütün xanlıqları bir mərkəzdə birləşdirib, müstəqil dövlət yaratmaq uğrunda mübarizə edirdilər. 
Lakin onlar birləşə bilmirdilər: Şəkidə Çələbi xan, Qarabağda Pənah xan, Qubada Fətəli xan ayrı-ayrılıqda 
mübarizə aparırdı. Bu zaman ölkənin azadlığını qorumaq və müstəqil Azərbaycan yaratmaq uğrunda 
siyasətə Vaqif rəhbərlik edirdi. Onun təşəbbüsü ilə İbrahim xan Yerevan hakimi Məhəmməd xanı, Talış 
hakimi Mir Mustafanı və Gürcüstan hökmdarı ikinci İraklini birləşməyə çağırır. Bu məqsədlə Vaqif Tiflisə 
gedir, onlarla uzun müddət məktublaşır. Dörd hökmdar mübarizədə bir-birilərinə yardım edəcəklərinə söz 
verirlər.
XVIII əsrin 90-cı illərində Qarabağ xanlığı İran və Çar Rusiyası arasında kimi seçmək, kimə 
arxalanmaq məsələsini həll etməli idi. İbrahim xan və Vaqif İranda bərqərar olmuş Ağa Məhəmməd şaha 
tabe olmaq fikrində deyildi. 1795-ci ildə İran qoşunu Qarabağ torpağına daxil olur, Şuşa qalası mühasirə 
edilir. Qala mətanətlə müdafiə olunaraq hücumu dəf edə bildi. Vaqif bu müdafiəyə şəxsən rəhbərlik edirdi. 
Mühasirə zamanı maraqlı bir hadisə baş vermişdi. “Ağa Məhəmməd şah İbrahim xanı qorxutmaq niyyəti ilə 
bir beyt yazıb qalaya göndərmişdi. 
Fələyin mancanağından fitnə daşları yağır, 
Sən əbləhcəsinə şüşə içərisində dayanmısan. 
Xan məktubu Vaqifə vermiş və o, şair Dərgidən götürdüyü beyt ilə dərhal cavab vermişdi: 
Məni qoruyan mənim tanıdığımdırsa, 
Şüşəni daş qoltuğunda salamat saxlayar. (8, 80-81)
Cavab şahı bərk qəzəbləndirmişdi. 
Vaqifin əsərlərindən və Vaqifə yazılan şeirlərdən onun mərd və cəsur bir şəxsiyyət olduğu aydın olur. 
O, silah gəzdirən igid, hərbi işlərə rəhbərlik edən tədbirli bir vəzir idi. Bu cəhəti F.Közərli də qeyd edir: 
“Vaqif özü şair isə də, vaxtın təqazisinə görə onun meyli-könülü silah və əsləhəyə dəxi olub, igidlik 
iddiasına həm düşərmiş və məqami-zərurətdə özü yaraq götürüb davaya çıxarmış” (4, 113). 
Qalabəyi Məhəmməd xanın Vaqifə yazdığı cavabından gətirdiyiniz misralar bu cəhətdən maraqlıdır: 
Az qalıbdır yaşın yetirə yüzə, 
İndən belə bəsdir, dəm vermə sözə, 
Qılıncı, tüfəngi bağışla bizə, 
Kağız, qələm, dəvam, çuxanı saxla. (6, 9)
Ağa Məhəmməd şah Qacar Şuşa qalasını 33 gün mühasirə edirsə də xalqın əzmini qıra bilmir. 
Qarabağ xanlığı yalnız öz qalasını mühafizə etmir. O, özünün Yerevan və Gürcüstan müttəfiqlərinə də 
kömək göndərir. 
Qacar ordusu Şuşa şəhərini təslim edə bilmir. Bu vuruşmaların şahidi olan Mirzə Camal Şuşanın 
müdafiəsində xalqın göstərdiyi qəhrəmanlığı təsvir edərək yazır ki: 
“Ol vəxtdə mən dəvanı və əhvalatı görürdüm. Qarabağ əhli-müsəlman öz qoşunu ilə xalqın hüzuruna 
cəngə amadə durmuşdu. 
Neçə dəfə Ağa Məhəmməd şah öz külli qoşunu ilə hücum etdi ki, qələni təsxir eləsin, amma İbrahim 
xanın rəşid və qoçaq süvari və piyadə əsakiri dilir olan sərkərdələri onun müqabilinə çıxıb mərdanə dəva 
edib, onu məyus və məğrub geri qaytardılar. Axırda Ağa Məhəmməd şahın əli boşa çıxıb Gürcüstan səmtinə 
üz qoydu” (10, 26-28). 


M.P.Vaqif və müasirlik 
9
Ağa Məhəmməd şah Qacar Şuşa məğlubiyyətini yaddan çıxara bilmirdi. O, Qafqaza sahib olmaq, 
İbrahim xandan və onun hazırcavab vəziri Vaqifdən intiqam almaq üçün fürsət gözləyirdi. 
Bu zaman Rusiya orduları Qafqazdan geri çəkildi. Eyni zamanda təbii fəlakət nəticəsində Qarabağa 
dəhşətli bir aclıq düşdü. Belə bir fürsəti Ağa Məhəmməd xan əldən qaçırmayaraq, 1797-ci ildə böyük bir 
qüvvə ilə Araz çayını keçərək Şuşa üzərinə hərəkət edir. Bu gözlənilməz hücum Qarabağ xanlığını çıxılmaz 
bir vəziyyət qarşısında qoydu. Aclıq və xəstəlikdən əhalinin böyük bir qismi baş götürüb o biri xanlıqlara 
köçdüyündən nə ordu toplamaq və onu təmin etmək imkanı oldu. Odur ki, xan öz saray ərkanı ilə Şuşadan 
çıxıb şəhəri müharibəsiz təslim etməyə məcbur olur. 
İbrahim xanın öz adamları ilə Beyləqana qaynı Əmma xanın yanına gedir, lakin Vaqif şəhərdə qalır. 
Rəvayətə görə Vaqifin xan ilə birlikdə şəhərdən çıxmamasının mühüm bir dövlət sirri ilə əlaqədar olduğunu 
təxmin etməyə imkan verir. Şuşa qalası alındıqdan sonra Vaqif həbs olunur. 
“Tarixi məxəzlərin verdiyi məlumata görə Vaqif cürətli, öz izzət-nəfsini qoruyan, mərd və mübariz bir 
şəxsiyyət olmuş, ölüm qarşısında belə düşmənə əyilməmişdir” 
Qacar qoşunları Şuşa şəhərini işğal edir, Vaqif də həbsə alınıb, səhər öldürülmək üçün saxlanılır. 
Lakin Ağa Məhəmməd şah həmin gecə yatağında öldürülür. Vaqif həbsdən azad olur və dostu Molla Vəli 
Vidadiyə məşhur şeirini yazır: 
Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax! 
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax! 
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, 
Hökmi-adil padşahi-qadirü qəhharə bax! 
İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda, 
Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! 
Vaqifa, göz yum cahanin baxma xubi züştinə 
Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax! (6, 167) 
Qacarın ölümündən sonra Şuşada müvəqqəti olaraq İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy 
Cavanşir xanlığı ələ keçirir. Məhəmməd bəy Cavanşir hər şeydən əvvəl əmisinin yaxın adamlarını aradan 
götürməyi qət edir. Ona görə də hamıdan əvvəl Vaqifi öldürmək üçün bəhanələr axtarır.
Bunu hiss edən Vaqif, ağır dəqiqələr keçirir. “Görmədim” rədifli məşhur müxəmməsini yazır: 
Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim, 
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. 
Aşinalar ixtilatında sədaqət görmədim, 
Biətü iqrarü imanü dəyanət görmədim, 
Bivəfadan lacərəm təhsili-hacət görmədim. 
Baş ağardı, ruzigarım оldu gün-gündən siyah, 
Еtmədim, səd hеyf kim, bir mahi rüxsarə nigah, 
Qədr bilməz həmdəm ilə еylədim ömrü təbah, 
Vaqifə, ya rəbbəna, öz lütfünü еylə pənah, 
Səndən özgə kimsədə lütfü inayət görmədim. (6, 199-201) 
Məhəmməd bəyə də könülsüz yazılmış bir şeir həsr edirsə də, bu şeir təsirsiz qalır. Vaqif İbrahim xana 
gizli məktub yazıb, necə qayıtmasını xahiş edir. Məktubu çarığında aparan kəndli tutulur. Məhəmməd bəy 
Vaqifi oğlu ilə birlikdə 1797-ci ildə Şuşa şəhərində öldürtdürür.
Ədəbiyyat 
1.
Araslı H. Bakı, Azərnəşr, 1952, s.7 
2.
Бартолд В. История культурой жизни Туркистана. Л., 1927. 
3.
Dadaşzadə A. Vaqif həyatı və yaradıcılığı. Azərbaycan EA nəşr., 1966, 189 s. 
4.
Köçərli F. Azərbaycan ədəbiyyatı tarixi materialları , I cild, I hissə, 1925. 
5.
Qaradaği H. Təzkirə əlyazması. Azərb. SSR. EA. №7602. 
6.
Molla Pənah Vaqif. Əsərləri. Azərb.Dövlət Nəşriyyatı, Bakı, 1968, 280 s. 
7.
Molla Vəli Vidadi. Əsərləri. Bakı, 1957. 
8.
Mirzə Adıgözəlbəy. Qarabağnamə. Bakı, 1950. 
9.
Mir Mehdi Xəzani. Tarixi-Qarabağ. Bakı ,1950.


M.P.Vaqif və müasirlik 
10
ƏZİZOV ELBRUS 
filologiya üzrə elmlər doktoru, professor 
Bakı Dövlət Universiteti 
M.P.VAQİFİN DİLİ HAQQINDA 
Açar sözlər: 
bədii dil, xalq danışıq dili, danışıq dilinə məxsus söz və ifadələr, etnoqrafik leksika, 
dialektizmlər 
About Vagif’s language 
Vagif played an important role in the development of the Azerbaijanian literary-artistic language of
the XVIII century. The most important peculiarity at his works’ language is nationality. The lexicon and 
syntax of the great poet’s works is close to national speaking language.The ethnographic lexicon took 
special place in his language. The dialectics are met in poet’s works. 
Keywords: 
artistic language, national speaking language, the words and terms of speaking language, 
ethnographic lexicon, dialectics 
M.P.Vaqif dilinin ən mühüm cəhəti onun xəlqiliyidir. Vaqif dilinin xəlqiliyi, hər şeydən əvvəl, folklor 
dilinin, adi danışıq dilinin ədəbi-bədii dilə gətirilməsi ilə ölçülür. Vaqifin yaradıcılığında klassik şeirlə 
folklorun qarşılılıqlı təsiri parlaq bir şəkildə meydana çıxmış və bu da həmin dövrdən başlayaraq həm şeirin, 
həm də bədii dilin inkişaf istiqamətini müəyyən etmişdir. Vaqif yaradıcılığının görkəmli tədqiqatçısı Araz 
Dadaşzadənin qeyd etdiyi kimi, “Vaqif poeziyası özündən əvvəlki şeirə bir yekun vurmuş, sonrakı şeirə qapı 
olmuşdur” (1, 84). 
Xalq arasında adi danışıqda işlənən bir çox söz və ifadələr məhz Vaqifin ədəbi fəaliyyəti nəticəsində 
yazılı ədəbiyyatda geniş işlənmək imkanı qazanmış, onların ədəbi dildəki mövqeyi möhkəmlənmiş, demək 
olar ki, normativləşmişdir. Vaqif söz sərrafıdır. O hər bir sözü, hər bir ifadəni xalq deyim tərzinə uyğun bir 
şəkildə o qədər təbii, o qədər dəqiq və yerində işlədir ki, istər-istəməz oxucuda belə bir təəssürat yaranır ki, 
həmin məqamda məhz həmin söz, məhz həmin ifadə işlənməli idi. Vaqifin sadə və aydın dildə yazılmış bəzi 
qoşmalarının dili danışıq dilinin sintaksisini xatırladır: 
Getdim ala gözlü yarla danışam, 
Dedi oğlan, dur get, söz vaxtı deyil. 
Arif çoxdur, etmək olmaz işarət, 
Oynatma qaşını, göz vaxtı deyil. (2, 54) 
Yaxud: Başına döndüyüm toy adamları, 
Siz də deyin: toya gələn oynasın. 
Adını demərəm eldən ayıbdır, 
Filankəsin qızı filan oynasın. (2, 94) 
Yaxud: Gəlin bulaqda əl-üzünü yuyur, 
Qız deyir: gəl gedək, həriflər duyur. (2, 121) 
Şairin ayrı-ayrı misralarındakı bir sıra söz və ifadələr, deyim tərzi danışıq dili xüsusiyyətlərinə uyğun 
gəlir: 
Vaqif öldü, neçün yasa gəlmədin?; Səni özgəsinə qıyan deyiləm, Mən ki, zalım, adam yeyən deyiləm; 
Nolur gəlsən bizə qurban olduğum; Əridi bağrımda tamam yağ, gəlin; Hüsnün eylər aya, günə lağ, gəlin; 
Təki olsun sənin canın sağ, gəlin; Sizə qurban tamam ölkə, tamam el; Həsrətindən sızıldayan yaramdır; 
İnsaf deyil, qurban deyim qoyundan, Ona qurban canım, neçün ağlayır; Ağlasan ağlaram, gülsən gülərəm; 
Vaqif öz qulundur, sənə qurbandır, Öldürsən də, vallah, dinməz, bəri bax; Gəl indi bir quru ayaq ilə sən.
Vaqifin əsərlərindəki dil sadəliyini, onun klassik poeziya janrlarındakı şeirlərində də görmək olar. 
Doğrudur, belə bir xüsusiyyət XVII əsr ədəbi dilində də var idi, ancaq Vaqifin dilində bu meyil daha qüvvətli 
və parlaq bir şəkildə nəzərə çarpır: 
Aydın olsun gözlərim kim, gəldi yarın kağızı, 
Könlümü şad eylədi gözəl nigarın kağızı. (2, 169) 
Çıxıb başmaq seyrinə, edib seyri-çəmən gəldim, 
Ayaq üstdən Qazağa bir gedib, gördüm vətən, gəldim. 
Qızıl gül açılan günlərdə gülzari-Qarabağa, 
Sənin olsun, əzizim, böylə, məlumun ki, mən gəldim. (2, 172) 


M.P.Vaqif və müasirlik 
11
Vaqif dilinin səciyyəvi bir cəhəti atalar sözlərindən və xalq məsəllərindən bəzi hallarda sitatlar 
şəklində istifadə olunmasıdır: 
Canandan ayrılan candan ayrılır, 
Xalq içində bir misaldı, sevdiyim. (2, 60) 
Çün “uman yerdən küsəllər” bir məsəldir xalq ara, 
Küsdüyüm bica deyildir, aşinadan küsmüşəm. (2, 165) 
Keçən işdən mərd igidlər pozulmaz, 
Atalar deyibdir: “Tökülən dolmaz”. (2, 243) 
XVIII əsr Azərbaycan ədəbi-bədii dilinin parlaq nümunəsi olan Vaqifin dili öz kökləri etibarilə ədəbi 
dilimizin əvvəlki dövrləri ilə də bağlıdır. Şairin “Sevdiyim” rədifli qoşmasında gözəlin qaşları qurulu yaya 
bənzədilir: 
Qaşların qurulu yay tək çəkilir
(2, 60). 
Qurulu yay
ifadəsi eynilə bir neçə əsr əvvəl “Kitabi-Dədə 
Qorqud” abidəsinin dilində işlənmişdir: 
Qurulu yaya bənzər çatma qaşlum
(3, 35). Vaqif digər bir 
qoşmasında (“Ey cavan qız, məndən belə gəzmə gen”) qızın qaşlarını çəkili yaya bənzədir: 
Qaşların çəkili 
yaylara dönür
(2, 61). 
Vaqifin Qarabağ hökmdarı İbrahim xanın oğlu Cavadın vəfatı münasibətilə yazdığı şeirdə işlənmiş 
“xan baban”
ifadəsi də diqqəti cəlb edir. Əvvəla, bu ifadə “Kitabi-Dədə Qorqud”dakı 
xan baba
ifadəsinin 
(
Xan babamın göygüsü
“xan babamın kürəkəni”) bir neçə əsrdən sonra bədii dildə təkrarıdır, ikincisi, 
buradakı 
baba
sözü eposda və Azərbaycan dilinin qərb şivələrində (Başkeçid, Bərdə, Füzuli) olduğu kimi 
“ata” mənasında işlənmişdir: 
Firqətindən 
xan baban
qəddi bükülmüş dal olub, 
Baş açıq, üz-sinə mərcuh validən bədhal olub. (2, 238) 
Klassik şeir dilinin leksikasından fərqli olaraq Vaqifin əsərlərinin lüğət tərkibində gündəlik məişətlə, 
adi danışıq dili ilə bağlı olan sözlər, söz birləşmələri və müxtəlif xarakterli ifadələr mühüm yer tutur: 
çuval, 
dügi, yağ, ət, motal, noğul, şəkər, qənd, axta zoğal, dirrik-tərəvəz, kişniş, şüyüt, tərə, qanqal; döşək, yastıq, 
yorğan, çarqat, kəlağayı, köynək, şalvar, məst
(yüngül ayaqqabı), 
başmaq; duaçı, vallah, filan, filankəs, 
buğdayı, peşkəş, mağar; şabaş vermək, çatının zolu, qara gün, qara pul, şıq-şıq pul, qəlbi qara, adam yeyən, 
əl dırnağı, ara yerdə, söz vaxtı, yüz yol
“yüz dəfə”, 
qurban olmaq, yasa batmaq, yasa gəlmək; quru ayaq ilə; 
ağzı xeyir sözlüm; kim ölə, kim qala
və s. 
Vaqifin dilində diqqəti cəlb edən bir cəhət də etnoqrafik xarakterli sözlərin çox işlənməsidir. Vaqif 
realist bir şair kimi gözəlləri tərif edəndə onların xarici görünüşünü bütün təfərrüatı ilə canlandırır, hətta 
onların geyimlərini və bəzək əşyalarını da təsvir edir. Yeri gəlmişkən qeyd edək ki, XX əsrin əvvəllərində 
bəzi müəlliflər Vaqifin çuxa, nimtənə, kürk, şalvar, tüfəng, Tiflisin tərifi və Gürcüstan valisi barədə yazdığı 
müxəmməsləri “boş və biməzmun” elan etmişdilər. Firidun bəy Köçərli 1904-cü ildə “Şərqi-Rus” qəzetində 
nəşr etdirdiyi “Ədəbiyyatımıza dair məktub” məqaləsində Vaqifi müdafiə edərək yazmışdı: “Molla Pənah 
Vaqifin tərifi-çuxa, nimtənə, kürk, şalvar və tüfəng və tərifi-Tiflis və vəsfi-hamam və mədhi-valiyi-
Gürcüstan barəsində yazdığı müxəmməslər bəzilərə boş və biməzmun gəlirsə, həqiqətdə əhli-mərifət 
nəzərində bimisl əsərlərdir. Yüz sənə bundan əqdəm ata və babalarımızın dolanacağını, adab və əxlaqını, 
əlbisə və ətiməsini, arzu və təmənnalarını, fikir və xəyalatını və bicümlə o əsrin övza və dəstgahını ustadi-
bimisl olan Vaqif gözəl əşar və kəlami-abdari ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və 
yadigar qoyubdur” (4, 100-101). 
F.Köçərlinin qeydlərindən aydın olur ki, Vaqif doğrudan da öz şeirlərində xalqın XVIII əsrdəki 
məişətinin real mənzərəsini yaratmışdır. Vaqif yaradıcılığının bu cəhəti əslində şairin klassik şeirin 
məzmununa gətirdiyi yenilik kimi qiymətləndirilməlidir. Onun şeirlərində qadınlara məxsus geyim adlarına 
tez-tez rast gəlinir: 
nimtənə, köynək//pirahən, qəsabə, zərbaf, kəlağayı, çarqat, yaylıq, ləçək, şal, çalma, 
sərəndaz
. Bəzi hallarda şair geyim əşyalarının təkcə adlarını çəkməklə kifayətlənmir, onların rənginə, hansı 
parçadan hazırlanmasına, üzərinə hansı bəzəyin vurulmasına da diqqət yetirir: 
al nimtənə
(qırmızı nimtənə), 
abı nimtənə
(mavi nimtənə), 
diba nimtənə
(ipək nimtənə), 
nimtənəsi nilufəri
(su zanbağı rəngində olan 
nimtənə), 
gülabətin köynək, pirahəni gülgün
(köynəyi gül rəngli), 
zər qəsabə, kəlağayı əlvan, kəlağayı 
gülgəz, çəhrayı çarqat, çarqat narıncı, al çarqat
(qırmızı çarqat), 
qara çarqat, narınc örtüklü, tirmə şal, 
zərin ləçək

Vaqifin əsərlərində qadınlara məxsus geyim adlarını bildirən sözlərin tarixi leksikologiya və 
etnoqrafiya baxımından maraq doğurduğunu nəzərə alaraq onları ayrılıqda nəzərdən keçirməyi və bəzilərinin 
mənalarına aydınlıq gətirməyi məqsədəuyğun hesab edirik. 
Nimtənə
– qolsuz üst qadın geyimi, gödəkçə: Simin yaraşdırıb zər 
nimtənəyə
; Xoş yaraşır sənə diba 
nimtənə
; Zər haşiyə al 
nimtənə
üstündə; Oynayanda pərvaz edər 
nimtənə
; Gülabətin köynək, abı 
nimtənə

Saçın cığaları 
nimtənəsində

Nimtənəsi
nilufəri, pirahəni gülgün. 


M.P.Vaqif və müasirlik 
12
Nimtənə
sözü fars dilindən alınmadır. Bu söz fars dilində 
nimtəne
şəklində “gödəkçə; yarım kaftan, 
canlıq” mənalarında işlənir (5, 682). 
Gülabətin köynək
– güləbətin sapla (zərli sapla) işlənmiş, üzərinə bəzək vurulmuş köynək: 
Gülabətin
köynək, abı nimtənə, Yaxasında qızıl düymə gərəkdir (2, 126). 
Qəsabə.
M.P.Vaqifin əsərlərinin tərtibçisi H.Araslı qəsabə sözünün mənasını “qədimdə qadınlara 
məxsus baş geyimi” kimi izah etmişdir (2, 271). Bu söz “Azərbaycan dilinin izahlı lüğəti”ndə “köhnə 
zamanlarda qadın paltarının yaxasından aşağıya doğru uzanan bəzəkli yaxalıq” kimi izah olunmuş və misal 
olaraq Vaqifin “Ətəkliyi altun, qəsabəsi zər, Çəhrayı çarqat qəddə bərabər” misraları verilmişdir (6, c.1, 
487). Ancaq Vaqifin əsərlərindən seçilmiş nümunələr 
qəsabə
sözünün “qadınlara məxsus baş geyimi” 
mənasını ifadə etdiyini və H.Araslının həmin geyim adının mənasını düzgün izah etdiyini göstərir: 
Ətəkliyi altun, 
qəsabəsi
zər, 
Çəhrayı çarqatı qəddə bərabər. (2, 50) 
Zülfün başı taxtalanıb qabaqda, 
Qıraq verir 
qəsabənin
altından. (2, 76) 
Kəlağayı əlvan, 
qəsabə
qıyqac, 
Altından cunası, hayıf ki, yoxdur. (2, 119) 
Aç üstün qabağın zər 
qəsabənin

Zülfün təxtəsini görkəz, bəri bax! (2, 132) 
Vaqifin müxtəlif şeirlərindən verilmiş bu nümunələrdə 
qəsabə
sözünün baş geyimini bildirdiyi aydın 
şəkildə görünür. “Kəlağayı əlvan, qəsabə qıyğac” misrasında “əyri, çəpəki” mənasını ifadə edən 
qıyğac
leksemindən isə qəsabənin təsvir olunan gözəlin başında çəpəki dayandığı anlaşılır. 
Kəlağayı
– müxtəlif rəngli, haşiyəli baş örtüyü: Bu diyarda 
kalağay
yox, kətan yox; 
Kəlağayı
gülgəz, 
libası əlvan; 
Kalağayın
qabağına al bağlar; Gəl oyna, əlinə 
kəlağay
dola; 
Kəlağayı
əlvan qəsabə qıyğac; 
çarqat
– böyük baş yaylığı: Al 
çarqatdan
yaşmaq tutub çənəyə; Çəhrayı 
çarqatı
qəddə bərabər; Tovus 
qanadı tək ucu 
çarqatın
, Pərvaz eylər solu-sağın üstündən; Açılanda 
çarqat
tər zənəxdan, Nə əcayib durur 
qırağa zülfün; Müşki 
çarqat
kənarında xumar göz; 
yaylıq
– qadın baş örtüyü: Eylə ki, görər məni, yaylıq 
çəkər rüxsarinə (2, 181); 
ləçək
– üçkünc baş örtüyü: Bəzək bilməz bu diyarın göyçəyi, Tanımaz al çarqat, 
zərrin 
ləçəyi
; Al geyib əlvan 
ləçək
örtər gülabəfşan çıxar, Sanasan bürci-fələkdən bir mahi-taban çıxar; 
sərəndaz
– baş yaylığı: 
Sərəndazın
ucu düşər gərdənə; Al 
sərəndazla
qəsabə, üstü türfə ağ cuna; Müşki 
çarqat, surəti mahi-müsəffa tək bəyaz, Al 
sərəndazı
sərində zərnişan sevmək gərək. Bu söz Azərbaycan 
dilinin Balakən rayon şivəsində (Qullar k.) 
sərəndəz
şəklində “cuna yaylıq” mənasında işlənir. Azərbaycan 
dilində alınma olan 
sərəndaz
sözü fars dilində “qadın baş yaylığı” mənasını ifadə edir (5, 30); 
tirmə şal
– 
tirmə parçadan olan böyük baş örtüyü: Gəh zaman başına 
tirmə şal
bağlar (2, 78). Vaqifin dilində 
tirmə
sözü 
bəzən ayrılıqda işlənib “tirmə şal” mənasını bildirir: Qurşayıb ol ağü nazik əllər ilə 
tirməni
, İki yandan 
ucların salmağı öldürdü məni (2, 187); 
çalma
– başa örtülüb boynun dalında düyünlənən ləçək, yaylıq: Bir 
ayna qabaqlı, əyri 
çalmalı
, Əlvan kalağaylı, səfalı sərxoş (2, 137). 
M.P.Vaqifin əsərlərində XVIII əsrdə Azərbaycan qadınlarının istifadə etdikləri bəzək əşyalarının 
adları da öz əksini tapmışdır: 
üzük//xatəm, tənə, heykəl, həmayil, kəhrəba, qolbağ, qızıl qolbağ, bazbənd, 
gümüş bazbənd, kəmər, zər kəmər, gümüş kəmər, toqqa, ətəklik

Vaqifin öz şeirlərində bəzək əşyalarının təsvirinə xüsusi diqqət yetirməsi gözəlin portretinin daha real 
bir şəkildə canlandırılmasına xidmət edir və eyni zamanda milli kolorit yaradır. Bu xüsusiyyət bəzək 
əşyalarının adlarının işləndiyi məqamlarda aydın şəkildə görünür. 
Üzük:
Hər əlinə alıb bir danə 
üzük

Üzüyü
dəstinə alan oynasın. Vaqifin dilində “üzük” mənasında 
ərəb mənşəli 
xatəm
sözü də işlənmişdir: Barmağında 
xatəm
, guşində tənə. 
Tənə
– sırğa: Barmağında xatəm, guşində 
tənə
, Gireh-gireh zülfün tökə gərdənə (2, 126). Müasir 
Azərbaycan ədəbi dili baxımından arxaikləşmiş tənə sözü dialektlərdə həm 
tana
(Ağdam, Bərdə, Tərtər, 
Goranboy, Gəncə, Tovuz, Gədəbəy, Qax), həm də 
tənə
(Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Şəki, 
Qax) şəkillərində eyni mənada işlənir (7, 480, 490). Burada diqqəti cəlb edən odur ki, həmin söz Vaqifin 
dilində Qazax şivəsində işlənən fonetik tərkibdə (
tənə
) müşahidə edilir. 
Heykəl
– medalyon: Qolları bəzbəndli, boynu heykəlli, Ağ əllərin əlvan hənalı sərxoş (2, 137). Bəzək 
əşyasının adını bildirən bu sözə eyni mənada Aşıq Ələsgərin “Yaraşır” rədifli qoşmasında da təsadüf edilir: 
Salıbsan gərdənə 
heykəl
həmayil, Qızıl bazubəndlər qola yaraşır (8, 100). Həmin leksik vahid Azərbaycan 
dilinin Qazax, Şəmkir şivələrində 
heykal
şəklində “paxlavavarı iri muncuq” mənasında işlənir (7, 198). 
Həmayil
– boyundan asılan qadın bəzəyi: Sərxoş durub sarayından baxanda, Ağ gərdənə 
həmayillər
taxanda (2, 53). Fikrimizcə, burada qızıldan hazırlanmış həmail nəzərdə tutulur. Azərbaycan qadınlarının 
bəzək əşyası kimi boyunlarına qızıl həmail taxdıqları məlumdur. S.M.Qənizadənin və Əbülhəsənin 
əsərlərində qızıl həmailin adı çəkilir: ...lakin yenə özünü ona borclu bilib əhd etmişdi ki, Diləfruzun toyu 


M.P.Vaqif və müasirlik 
13
olanda adətə müvafiq ona bir 
qızıl həmayil
hədiyyə etsin (S.M.Qənizadə, Müəllimlər iftixarı); Xara, atlas, 
qanavuz, fay və başqa ipək paltarlar geyib qiymətli daş-qaş taxmış dövlətli arvadları 
qızıl həmayillərini

imperial sırğalarını, brilyant, almas, zümrüd qaşlı üzüklərini necə də tələsik çıxarıb təlaşla qoyunlarında 
gizlətdiklərini də Veyis görmüşdü (Əbülhəsən, Dünya qopur). 
Kəhraba
– kəhrəbadan düzəldilmiş bəzək əşyası: Gümüş biləklərin, bəyaz qolların, sarı 
kəhrəbası

hayıf ki, yoxdur; Büllur biləkləri 
kəhrabasına
, Gül əlində qolbağına yaraşmış. 
Qolbağ
(
qızıl qolbağ
): Qızıl 
qolbaqları
, yanar biləyi, Qucaqlayıb kəhrübanın altından; Ağ biləklərdə 
qızıl 
qolbağı
öldürdü məni. 
Bazbənd
– qolbağ: Qolları 
bəzbəndli
, boynu heykəlli; Qol gümüş 
bazbəndli

beldə kəmər – üstü mina. 
Kəmər
– paltarın üstündən belə bağlanan qızıl, gümüş və s. ilə bəzədilmiş belbağı: Bir səmənbərlinin, 
zər 
kəmərlinin
, Bir incəbellinin qurbanıyam mən; Gümüş 
kəmər
bənd eyləmiş miyana; Qol gümüş bazbəndli, 
beldə 
kəmər
– üstü mina. 
Toqqalı
– kəmərli: Başına döndüyüm, telli, 
toqqalı
, Qaşların canımı haq-nahaqq 
alı (2, 87). 
Ətəklik
– qadın üst köynəyinin ətəyinə bənd edilən bəzək növü: 
Ətəkliyi
altun, qəsabəsi zər, Çəhrayı 
çarqatı qəddə bərabər (2, 50). 
Ətəklik
sözü Azərbaycan dilinin Qarabağ şivələrində (Şuşa, Ağdam, Ağcabədi, 
Bərdə, Tərtər, Füzuli) “qadın bəzəyi” mənasında indi də işlənir. – Mənim bir bilərziyimi, bir də ətəkliyimi 
dandı, vermədi (Şuşa) (7, 166). 
Zərgərlik üsulu ilə hazırlanan və müxtəlif növləri olan ətəkliklər əsasən toy, şənlik paltarının ətəyinə 
tutulurdu. Ətəkliklər üçün hazırlanmış zərgərlik bəzəkləri ya bafta, ya da ensiz parça üzərinə bənd edilirdi. 
Ətəkliklər Azərbaycan qadınları arasında XX əsrin əvvəllərinədək geniş yayılmışdı (9,237). 
M.P.Vaqifin əsərlərində dialektizmlərə, yəni məhəlli dialektlərə məxsus fonetik, morfoloji və leksik 
xüsusiyyətlərə də təsadüf edilir. Bunlar əsas etibarilə Qarabağ şivələrinə, qismən Qazax şivəsinə xas olan, 
bəzi hallarda isə hazırda digər şivələrdə işlənən xüsusiyyətlərdir. T.İ.Hacıyev doğru olaraq qeyd edir ki, 
Vaqifin dilində fonetik, leksik və morfoloji dialektizmlərə təsadüf olunması realist ədəbiyyatın danışığa ifrat 
yaxınlığı ilə bağlıdır (10, 452). Vaqifin dilində dialektizm xarakterində olan xüsusiyyətlərdən bəzilərini qeyd 
edirik. 
Fonetik dialektizmlər.
Sifət, yenə, kövrək
sözlərinin dialekt fonetikasına uyğun bir şəkildə işlənməsi. 
Sufat
(< sifət): Gözəl çoxdur, mələk, pərizad da var, Gəlsin görüm, hansı sən 
sufat
da var; Mən aşiq 
olmuşam o xoş 
sufata
(2, 69, 135). 
Genə
(< yenə): Rəngi-ruyin dönüb heyvaya 
genə

Genə
xəyalın xəyala 
qatar; 
Genə
hər görəndə istər yaşına; 
Genə
yanar oda saldı canımı; Bilməm nə demiş dilbərə ədna 
genə
məndən (2, 25, 49, 78, 89, 184). 
Köyrək
(< kövrək): Ey gözüm, nə dəyib 
köyrək
könlünə? (2, 93). 
Morfoloji dialektizmlər.
1) İkinci şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmiş ismin hallanmasında 
yiyəlik halda 
-n
şəkilçisi əvəzinə “y”-nın işlənməsi (həm Qarabağ, həm də Qazax şivələrinə xas olan 
xüsusiyyətdir): 
Ləbiyin
ləzzətin bənzətdi qəndə (2, 41); 2) Qazax dialektinin xüsusiyyətinə uyğun olaraq 
saitlə bitən ismin təsirlik halda 
-yi
şəkilçisini qəbul etməsi: Kə’bəyi-kuyini görən kimsənə, Nə zaman 
qibləyi
ziyarət eylər (2, 109); 3) 
Deyə
feili bağlamasının və köməkçi funksiya yerinə yetirən 
deyə
sözünün 
deyin
şəklində işlənməsi: Əqlin aldın, yaram, – 
deyin
Vaqifin (2, 137); Sən gəlmədin 
deyin
yasa batmışam (2, 85). 
Vaqifin dilində müasir dövrdə Azərbaycan dilinin 
dialekt leksikasına
aid edilən sözlər də müəyyən 
yer tutur. 
Yen
– paltarın qolunun ağzı: 
Yenindən
düymə, ondan sonra belindən kəmər açmaq (Zaqatala şivəsində 
yenq
“paltarın qolunun ağzı”). 
Kələz
– kərtənkələ: 
Kələz
ilən, əqrəb ilən, mar ilən, Ağzınadək qəbrin dolar, ağlarsan (Qazax, Şəki, 
Oğuz, Qax və Quba şivələrində 
kələz
“kərtənkələ”). 
Çərə
– çəp: Qeyri gözəllərdən heç fikir çəkmə, Sən elə o gözü 
çərəni
saxla (Göyçay şivəsində 
çeri
“çəp”, Ordubad, Şərur, Cəbrayıl, Salyan, Lerik şivələrində 
çer
“çəp”). 
Naçaq
– xəstə: Bir gün sağ olursan, yeddi gün 
naçaq
, Övrətlər bağrını üzər, ağlarsan (Qazax, 
Zəngilan, Culfa, Oğuz şivələrində: 
naçax
“xəstə”). 
Onalmaz
– sağalmaz: Bir 
onalmaz
dərdiməndi-intizarın olmuşam (Zaqatala, Qax və Çənbərək 
şivələrində 
onalmax
“sağalmaq”). 
Təmənnəşmək
– hal-əhval tutmaq: Halallaşıb, hümmətləşib dost ilən, 
Təmənnəşib
görüşmədik, 
ayrıldıq (Qarakilsə şivəsində: 
təmənnaşmax
“hal-əhval tutmaq, əhvallaşmaq”). 
Təmənləşmək
feili eyni 
mənada Əli Vəliyevin “Budağın xatirələri” romanında öz əksini tapmışdır: Əlini uzadanda qalxıb 
təmənləşdim
(11, 390). 
Təzmək
– qaçmaq: Bir gözəlin həsrətini çəkərdim, 
Təzə-təzə
gəlib bizə çıxıbdır (Biləsuvar şivəsində 
tezməg
“qaçmaq; hürküb qaçmaq”, Cəbrayıl, Kəlbəcər, Ordubad şivələrində 
təzmək
“hürküb qaçmaq”). 


M.P.Vaqif və müasirlik 
14
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, Vaqifin yaradıcılığı ilə Azərbaycan ədəbi-bədii dili qəti 
şəkildə xəlqilik məcrasına düşmüş və beləliklə də ədəbi dilin inkişafı məhz bu istiqamətdə 
müəyyənləşmişdir. 
Ədəbiyyat 
1. Dadaşzadə A. Molla Pənah Vaqif (həyat və yaradıcılığı). Bakı: Azərb. SSR EA nəşriyyatı, 1966, 190 s. 
2. Vaqif M.P. Əsərləri. Tərtib edəni: H.Araslı. Bakı: Azərb. Dövlət Nəşriyyatı, 1968, 280 s. 
3. Kitabi-Dədə Qorqud. Tərtib edənlər: F.Zeynalov, S.Əlizadə. Bakı: Yazıçı, 1988, 264 s. 
4. Köçərli F. Seçilmiş əsərləri. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1963, 341 s. 
5. Персидско-русский словарь. В 2-х т. 2-е изд. Т.2. М.: Русский язык, 1983, 864 с. 
6. Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. 1-ci c. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1966, 595 s. 
7. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007, 567 s. 
8. Aşıq Ələsgər. I kitab. Bakı: Elm, 1972, 326 s. 
9. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə. 4-cü c. Bakı, 1980, 592 s. 
10. Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. 2 hissədə. 1-ci hissə. Bakı: Elm, 2012, 475 s. 
11. Vəliyev Ə. Budağın xatirələri. Bakı: Gənclik, 1974, 646 s. 
ƏBDÜLHƏSƏNLİ TOFİQ 
filologiya üzrə elmlər doktoru, professor 
Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC 
AZƏRBAYCAN DİLİNİN VƏ ƏDƏBİ-BƏDİİ FİKRİNİN İNKİŞAFINDA
MOLLA PƏNAH VAQİF MƏRHƏLƏSİ 
Açar sözlər: 
Azərbaycan, M.P.Vaqif, dil, ədəbiyyat, ədəbi-bədii, mərhələ
M.P.Vagif's stage in the development of the Azerbaijan language and
literary-art idea 
Vagif's works herald a new era in Azeri poetry, treating more mundane feelings and desires rather than 
the abstract and religious themes prevalent in the Sufi-leaning poetry of the time. This was the main 
characteristic that distinguished Vagif from his predecessors and made him the founder of the realism genre 
in the Azeri poetry. The language of Vagif's poems was qualitatively innovative as well: vivid, simple, and 
closely approaching the Azeri vernacular. Vagif's poems have had a great influence on Azeri folklore and 
many of them are repeatedly used in the folk music of ashugs (wandering minstrels). 
Keywords:
Azerbaijan, M.Vagif, language, literature, literary-art, stage 
Təkcə Azərbaycan filologiyası deyil, bütövlükdə dünya şərqşünaslığı bu fikri qəbul edir ki Vaqif öz 
zəmanəsinin ən fərəhli ədəbi hadisələrindən idi. Bu ədəbi hadisə, əlbəttə, Azərbaycan ədəbiyyatı tarixində 
realizmin ədəbi məktəbə çevrilməsindən ibarətdir. Bu fikri yalnız müasir realist nəsrimizin və 
dramaturgiyamızın banisi olaraq ədəbi materialı ilə yox, həm də müasir ədəbi tənqidimizin və 
ədəbiyyatşünaslığımızın əsasını qoymuş, bu sahədə geniş səlahiyyət sahibi olan böyük mütəfəkkir 
M.F.Axundzadə hamıdan öncə deyib, yəni bu ideyanın ilk müəllifi odur.
Molla Pənahın sənətdə kimliyini zamanında xalqı da, professionalların fikirləri ilə səsləşən səviyyədə, 
bir ata sözündə etmişdir: “Hər oxuyan Molla Pənah olmaz” (3, s. 8). Vaqif özü də özünə molla deyir, molla 
ünvanını qəbul edir: 
Mən Molla Vaqifəm, eylərəm əfğan
! Şəriət ədəbiyyatında göstərildiyinə əsasən, molla, 
məsələn, riyaziyyatı riyaziyyat alimi, təbabəti, biologiyanı tibb, biologiya alimləri, qrammatikanı dil alimi 
kimi və s. bilməlidir. Burada isə «molla» sözü xalq arasındakı adi mənadadır: 
Mənə qədr elə kim, gövhər 
kaniyəm, Demə ki, molladır mənim sevdiyim
- yəni mən molla deyiləm, aşiqəm. Vaqifin «molla» ünvanı indi 
bizim gördüyümüz və təsəvvür etdiyimiz «molla» deyil. Bu ünvanı Vəli Vidadi də (Molla Vəli Vidadi), 
M.Füzuli də (Molla Məhəmməd Füzuli) daşıyıblar. Bu, dini yox, əslində elmi ünvandır – din xadiminin elmi 
mərtəbəsidir.
Vaqif yaradıcılığı ilə Azərbayçan şеiri tarixində yеni bir dövr başlanır. Vaqif lirikası ilə pоеziyada yеni 
bir səhifə açılır, pоеziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri 
qüvvətlənir. Rеalist şеrin ilk nümunələri оnun adı ilə bağlıdır (6, s. 12).


M.P.Vaqif və müasirlik 
15
Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Оnun yaradıcılığında məhəbbət 
lirikası əsas yеr tutur. Klassik şеrimizin əsas mövzusu оlan gözəllik şairin lirik qоşmalarında yеni bir məna, 
yеni bir təravət kəsb еdir. Aşıq şеirimizdən gələn yüksək dünyəvilik Vaqif lirikasında istiqamətvеrici rоl 
оynayır. Оnun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir еdilir. Vaqif, 
qоşmalarının mühüm hissəsini gözəlliyin təsvirinə həsr еtmişdir. Bu əsərlərdə təsvir оlunan “sərv qədli”, 
“mina bоylu,” “zülfü ənbər”, “şəkər göftarlı “ gözəllər еyni zamanda gözəl yеrişi, gözəl duruşu, gözəl rəftar 
və danışığı ilə də şairin ruhunu оxşayan rеal insanlardır.
Vaqif gözəllikdən danışarkən təkcə zahiri kеyfiyyətlərlə kifayətlənmir. О, qadınları mənəvi cəhətdən 
gözəl, həyalı, abırlı, incə zövqə malik insanlar kimi görmək istəyir. Vaqif qadının mənəvi gözəlliyindən bəhs 
еdərkən bəzən müasirlərindən fərqlənməyən məhdud görüşlərə də yоl vеrir. О, bəzən qadınlara yalnız 
aşiqinin zövqünü оxşayan müti bir məxluq kimi yanaşır. Bu ruhda оlan şеirlərində Vaqif qadınları yalnız 
özünə ziynət vеrməklə məşğul оlan, hər cür fəaliyyətdən kənarda, yalnız öz xarici görkəmi haqqında 
düşünən məşuqə kimi görmək istəyir. Mühitin təsirindən irəli gələn bеlə xüsusiyyətlər Vaqif yaradıcılığının 
məhdud cəhətləri kimi qiymətləndirilməlidir. Vaqif şеirlərində şairin həyata оptimist baxışından dоğan şad 
bir əhvali-ruhiyyə, nikbin ruh əsas yеr tutmaqdadır. Оnun həyatın qədrini bilməyə, оnun nеmətlərini qənimət 
saymağa çağıran əsərlərində həyati gözəllikləri dərindən duyub, bütün bunlardan həzz almağı bacaran incə 
zövqlü bir şair ruhu hakimdir. Оnun əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yеrli və məhəlli 
xüsusiyyətləri özünün parlaq əksini tapmışdır. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq 
əsas mоtivlərdən biridir. О, xalqdan qüvvət almış, xalq ədəbiyyatının nikbin əhvaliruhiyyəsindən 
qidalanmışdır. Şairin həyata nikbin baxışını ifadə еdən əsərləri içərisində оnun Vidadi ilə dеyişməsi daha 
səciyyəvidir. Həyata bağlı оlan şair hətta qarşılaşdığı çətinlikləri bеlə tоy-bayram həsab еdir, həyatın hər 
anından bacarıqla istifadə еdib, nəşə ilə ömür sürməyi məsləhət görür.
Vaqif poeziyası təkcə azərbaycanlılar arasında deyil, başqa millətlərin mühitində də məşhur olmuşdur. 
Uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olduğundan, Vaqifin şeirləri yalnız 
Azərbaycan əlifbası ilə deyil, həm də digər xalqların əlifbaları ilə yazıya alınmışdır. 
Vaqif Şərq poeziyasının bütün klassik formalarından istifadə etmiş və qəzəl, təcnis, müxəmməs, 
müstəzad, məsnəvi və s. formalarda şeirlər yazmışdır. Şeirlərinin bir qismi aşıq poeziyasından götürülmüş 
qoşma növündə yazılmış şeirlər təşkil edir. 
M.P.Vaqif dilinin tarixi keyfiyyəti daha çox onun folklor janrlarındakı əsərlərində – qoşmalarında 
təzahür edir. F.Köçərli vaxtı ilə yazmışdı: “Molla Pənahın gözəllik babında və dilbər vəsfində yazdığı 
qafiyələr bir o qədər lətif, açıq və aydın sözlər ilə nəzmə çəkilmiş kəlamlardır ki, nə qədər cövhərsiz və 
mərifətsiz adam onları eşitsə, mütəəssir və məsrur olar” (4, s. 413) 
M.P.Vaqifin ən mühüm xidmətlərindən biri onda olmuşdur ki, folklor üslubunu klassik üslub materialı 
ilə zənginləşdirmişdir – əgər bu cəhət olmasa idi, heç şübhəsiz, folklor üslubu normativləşə və milli ədəbi 
dilin miqyasına yiyələnə bilməzdi. M.V.Vidadinin bu sahədə gördüyü işi M.P.Vaqif yekunlaşdırır: 
Ağla gözüm, ayrılırsan canandan, 
Hər kəsi ki, görsən, şikayət eylə. 
Öldün-getdin, bəlkə, yan görmədin, 
Kəbeyi-kuyini ziyarət eylə. (5, s. 25).
M.P.Vaqifin leksikasını onun məhz “milli şairliyi” müəyyənləşdirir və yenə də F.Köçərlinin sözləri ilə 
desək, “şair hər nə vücuda gətiribsə, öz ana dilimizin tərz və şivəsində vücuda gətirib, onun şeirlərində 
türkləşmiş fars və ərəb sözləri elə məharətlə nəzmə çəkilibdir ki, oxuyanları valeh və heyran edir” (4, s. 
414). Maraqlıdır ki, görkəmli ədəbiyyatşünas şairin bir-iki bəndini misal gətirdikdən sonra yazır: “Bu sadə 
və rəvan şeirlər ki, mənən dəxi ziyadə məqbul və müstəhsəndir, şairin artıq dərəcədə ana dilinə dara 
olmasına və milli şairliyinə dəlalət edir” (3, s. 27) 
Onun dili üzərindəki statistik hesablama göstərmişdir ki, Vaqifin dilində cəmi 3506 (üç min beş yüz 
altı) söz işlənmişdir.1 Əlbəttə, belə məşhur söz ustası üçün həmin məbləğ böyük göstərici deyil. Deməli, 
Vaqifin ustalığı bu material üzərindəki iş üsulundadır.Bir söz müxtəlif sintaktik müһitə salınır və müxtəlif 
bədii-üslubi mündəricə əldə olunur. Bu, bir rəngin ayrı-ayrı rənglərlə təmasda, müxtəlif rənglərin səmtində 
fərqli şüalar verməsinə bənzəyir. Vaqifin dilində 1686 isim 8244 dəfə, 656 sifət 1904 dəfə təkrar olunur. 
Göründüyü kimi, bu ümumi işlənmə balansı güclü tutum yaradır. İsimlə sifətin işlənmə tezliyinin belə nisbəti 
gözəl və gözəllik tərənnümçüsü olan Vaqifin portret yaratma uğuru һaqqında aydın təsəvvür verir.
Vaqifin lüğət tərkibində bir leksikoqrafik sistem var; yəni dilin hər qatdan sözləri lüğət kitabında 
istisnasız necə əks olunarsa, elə verilir. Etik leksikonla yanaşı, qeyri-etik söz və ifadələr də qoruq-qaytaq 
bilmədən işlənir – müxtəlif yaşlı, müxtəlif cinsli insanların arasında söyləmək üçün üzr istənilən sözü Vaqif 


M.P.Vaqif və müasirlik 
16
normal bədii zövq vahidi kimi alır. Buna görə də Vaqifin lüğəti kimlərdənsə kəmiyyətcə arxada qalar, ancaq 
semantik əhatəsinə görə heç bir şairin dili onunla bəhsə girə bilməz.
Azərbaycan filologiyasında M.P.Vaqif sənətinin böyüklüyünü hamıdan daha yaxşı dərk (və şərh) edən 
F.Köçərli şairin dilinin (ümumiyyətlə, təfəkkürünün) xalqın məişətinə aşınalıqdan irəli gələn naturalizmini 
göstərmək məqsədilə yazmışdı: “Qəribə hal budur ki, yüz ildən bəri bizim tərəkəmə xalqının dolanacağı 
dəyişməyibdir. Necə ki, Vaqifin əsərində onlar narahat və natəmiz və fəna bir halda güzəran edirdilər, indi də 
həmin qərar üzrə məişət etməkdədirlər. Tərəkəmə övrətlərinin çoxusu əsla təmizlik bilməzlər. Necə ki, şair 
onları vəsf edir, uzun dırnaqlı, baldırı çirməkli, yalın ayaqlı, yorğanı-yasdığı tozlu-torpaqlı… həmin bizim 
tərəkəmə xalqının övrətləridir ki, əllərin-üzlərin həftədə bir dəfə yumazlar, başların daramazlar, danışmaq 
bilməzlər və örkən-çatı toxumaqdan qeyri bir şeyə qabiliyyətləri yoxdur. Həqiqətdə “hazır çobandılar, 
düdükləri yox”.
Molla Pənah Vaqifin adı həm də Azərbaycanın tarixi taleyində özünəməxsus yeri olan ictimai-siyasi 
xadimlərdən biri kimi çəkilir. O, Azərbaycanın xanlıqlar dövrünün tanınmış dövlət xadimlərindən biri kimi 
ölkə əhəmiyyətli məsələlərin həllində, xüsusən xarici əlaqələrin genişlənməsində və zəhmətkeş xalqla saray 
arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynamışdır. Qarabağ xanlığının siyasi tarixində Molla 
Pənah Vaqifin böyük xidmətləri olmuşdur. Dövlət işlərində Vaqif elmi-helmi və uzaqgörənliyi və xalqa 
yaxınlığı ilə Molla Pənah Vaqif ola bilmişdir.
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında heca vəznli şeir məktəbi yaratmışdır. Böyük sənətkarın 
adı ilə bağlı olan şeir-sənət ənənələri yaşamış, ədəbiyyatımızın sonrakı inkişaf mərhələlərində yaradıcılıqla 
davam etdirilmişdir. Azərbaycan ədəbiyyatında heca vəznli xalq şeiri üslubunun möhkəmlənib aparıcı 
mövqe tutmasında Molla Pənah Vaqifin mühüm rolu olmuşdur. Onun adı və sənəti həmişə uca tutulmuş, 
yüksək ehtiramla yad olunmuşdur. Xalq şairi Səməd Vurğunun məşhur “Vaqif” tarixi dramı (1938) və Yusif 
Vəzir Çəmənzəminlinin “İki od arasında” (1937) romanı qüdrətli sənətkara bəslənilən ümumxalq ehtiramına 
Azərbaycan ədəbiyyatında ucaldılmış möhtəşəm abidələrdir. Bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası 
(1960) böyük söz ustadının həyat və sənət ideallarını xalqımıza çatdırmağa uğurla xidmət edir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1982-ci ildə Azərbaycanın qədim Şuşa 
şəhərində Molla Pənah Vaqifə ucaltdığı böyük məqbərə bu ölməz sənətkarın ədəbiyyatımızın inkişafı 
sahəsindəki xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin parlaq 
ifadəsidir. Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağı işğal edərkən Vaqifin məqbərəsini dağıtması 
bu təcavüzkar ölkənin mədəniyyətdən uzaq olan mənəviyyatsız simasını əks etdirir. Görkəmli Azərbaycan 
şairi və ictimai xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin doğma ölkəsi ilə birlikdə 
UNESCO və TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunması böyük ümummilli və bəşəri 
ideallara xidmət edən böyük sənətin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında”kı 12 yanvar 2017-
ci il tarixli sərəncamı müstəqil dövlətimizdə sənətə və sənətkara bəslənilən əbədi ehtiramın parlaq və əməli 
nümunəsidir. Dövlət sərəncamında öz əksini tapmış aşağıdakı sözlər Molla Pənah Vaqifin ölməz sənətinin 
yüksək qiymətini ifadə etməklə bərabər, qarşıda duran mühüm vəzifələri də nəzərə çarpdırır: “Molla Pənah 
Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır... Azərbaycan şeiri Vaqifin sayəsində 
tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq 
səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət 
göstərir”.
Ədəbiyyat 
1.
Cəfərov N. Azərbaycanşünaslığın əsasları. Bakı: Pedaqogika, 2005 
2.
Cəfərov N. Azərbaycan türkcəsinin milliləşməsi tarixi. Bakı: Az.DKP, 1995
3.
Cəfərov N. Molla Pənah Vaqif. Bakı: Ressenans-A, 2017
4.
Xudiyev N. Seçilmiş əsərləri. Bakı: Elm və təhsil, 2012 
5.
Vaqif M.P. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004 
6.
Vaqif M.P – 300. (Tərtib edənlər: S.Quliyeva, L.Əhmədova). Bakı: Milli Kitabxana, 2017 


M.P.Vaqif və müasirlik 
17
XƏLİLOV NİZAMİ 
filologiya üzrə elmlər doktoru, professor 
Bakı Dövlət Universiteti 
VAQİF YARADICILIĞINDA AŞIQ POEZİYASININ YENİ MƏRHƏLƏSİ VƏ
ŞAİRİN AŞIQ YARADICILIĞINA TƏSİRİ 
Açar sözlər: 
M.P.Vaqif, aşıq yaradıcılığı, qoşma, müxəmməs
The place of the Ashug poetry in Vagif’s activity and it’s stages and impact poet to Ashuq poetry 
Ashug poetry had special place in M.P.Vagif’s activity. Using ashug poetry he gave a new colour to 
classic poetry. At the same time using ashug poetry helped him to enlarge it’s development, add it some new 
colours and enrich it. 
Keywords

Vagif, Kind of ashug poetry, goshma, muxammas, garayli, folk poetry 
Heca vəznli şeir M.P.Vaqif yaradıcılığında silinməz izlər buraxdı. Onun əsərlərinin poetikası həqiqi 
mənada gələcək şeirin cığırlarını müəyyənləşdirdi. O, Azərbaycan poeziyasına yeni üslub, forma gətirdi. 
Onun şeirlərindəki dil zənginliyi hadisəyə çevrildi, klassik poeziyaya yeni bir nəfəs verdi. Məhəbbət 
lirikasına yeni siqlət gətirdi. Vaqif lirikası aşıq poeziyasından bəhrələndiyi kimi, eyni zamanda aşıq poeziya-
sının inkişafını genişləndirdi, ona yeni çalarlar əlavə etdi. Müxəmməs janrı aşıq poeziyasında Vaqifdən əvvəl 
olubsa da, buna rast gəlmirik. Aşıq ədəbiyyatında və klassik poeziyada müxəmməsin ilk mükəmməl 
nümunəsini Vaqif yaradıcılığında müşahidə edirik. 
Biz bu mülahizəni söyləyəndə Vaqifə qədər müxəmməs şeir formasının olmasını əsla inkar etmirik. 
Güman ki, başqa şeir şəkilləri kimi müxəmməs forması da olmuşdur. Lakin bütün tələblərə, yəni, mükəmməl 
vəzn quruluşuna və qafiyələnmə prinsiplərinə əməl olunmasından söhbət gedəndə, ilk növbədə M.P.Vaqif 
yada düşür. 
Müxəmməsdən bəhs edən bəzi tədqiqatçılar da bu formanın yazılı ədəbiyyatdan aşıq poeziyasına 
keçməsi fikrindədirlər.
Biz də o fikirdəyik ki, müxəmməs şeir forması M.P.Vaqifdən çox-çox əvvəl yaranmışdır. Hətta 
M.Füzulinin beşlikləri də müxəmməs şeir formasındadır. Lakin M.P.Vaqif yaradıcılığındakı mükəmməl 
müxəmməs formasına ondan əvvəlki mənbələrdə rast gəlmək olmur. 
Onu da nəzərə çatdıraq ki, Vaqifin müxəmməslərindən bəhs edənlər birinci növbədə “Görmədim” 
müxəmməsini diqqətə çatdırırlar. Lakin Vaqifin qoşmaları kimi, müxəmməslərində də aşiq-məşuq 
münasibətlərinin təsviri o qədər güclüdür ki, sanki şair canlı bir mənzərə yaradır. 
Şairin yaradıcılığında məhəbbət mövzusunda yazılmış şeirləri üstünlük təşkil edir. Vaqifin poe-
ziyasında gözəllərin tərifi o dərəcədə canlıdır ki, sanki həmin gözəl səninlə üzbəüz dayanıb, qarşındadır. 
Bütün dünya xalqlarının qədim və orta əsrlərində elə bir şair təsəvvür etmək olmaz ki, o, məhəbbəti 
tərənnüm etməsin. Bu cəhətdən Azərbaycan orta əsr poeziyası xüsusilə seçilir. Bir tərəfdən aşıq şeirinin 
geniş vüsət alması, digər tərəfdən aşıq şeiri tərzində yazan şairlərin get-gedə artması ilk növbədə onların 
canlı dil ilə, geniş kütlə ilə təmasından, ünsiyyətindən irəli gələn bir hal idi. Bu bolluğun içərisində seçilmək, 
yeni söz demək, yeni forma, məzmun gətirmək, yeni boyalar əlavə etmək, əlbəttə ki, hər kəsə qismət deyildi. 
Bu baxımdan Vaqif yaradıcılığı diqqəti daha çox çəkir. Prof.A.Dadaşzadə yazır: “İlk baxışda başqa şairlər 
kimi, Vaqif də gözələ məhəbbətini bildirir, hətta bəzən hicran əzablarından şikayətlənir. Lakin aydındır ki, 
Vaqifin gözəlləmələri ilə ondan əvvəlki klassik məhəbbət lirikası bir-birindən çox fərqlənir. Vaqifin lirikası 
həm Füzuli, həm Nəsimi, həm Xətai lirikasından seçilir” (2, 68-69).
M.P.Vaqif hər şeydən əvvəl yenilikçi şair idi. XVIII əsrdə islam ideologiyasının qüvvətli olduğu bir 
şəraitdə: “Mənim yarım deyil ol Kəbədən kəm”, “Sən yüz mərtəbə ol Kəbəyi ülyadan artıqsan” kimi ifadələr 
işlətmək o qədər də asan deyildi. Vaqif isə insan gözəlliyini hər şeydən uca tuturdu. O, hər cür örtüyə, 
pərdəyə qarşı çıxaraq “ataq üzdən-gözdən tamam niqabı” deyərək realizmi şeirə, sənətə gətirirdi. Vaqifin 
vəsf etdiyi məhəbbətdə üç mühüm cəhət – gözəllik, vəfa, ağıl birləşir və bir-birini tamamlayır. 
Vaqif gözəlin qaşını qibləyə, üzünü Kəbəyə bənzədir. Gözəldə naz-qəmzə olmasını arzulayır:
Həqdir, gözəl xoşdur cahan içində, 
Gözəldə bir nazü qəmzə gərəkdir. 
Didarını görmək iman təzələr, 
Qaşı qiblə, üzü Kəbə gərəkdir. 


M.P.Vaqif və müasirlik 
18
Vaqif məşuqəni o qədər canlı təsvir edir ki, sanki onunla qarşı-qarşıya durub söhbət edirsən, onun 
gözəlliyindən həzz alıb xoşlanırsan. 
Şairin ədəbi irsini araşdıran akademik H.Araslı yazır: “Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində 
yeni bir dövr başlanır. Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır, poeziyamızda nikbin bir əhval-
ruhiyyə, həyat və dünyəvi gözəlliyə pərəstiş hisləri qüvvətlənir. Realist şeirin ilk nümunələri onun adı ilə 
bağlıdır. Vaqif yüksək zövq, incə hislər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında məhəbbət 
lirikası əsas yer tutur. Klassik şeirimizin əsas mövzusu olan gözəllik, şairin lirik qoşmalarında yeni bir məna, 
yeni bir təravət kəsb edir. Aşıq şeirimizdən gələn yüksək dünyəvilik Vaqif lirikasında istiqamətverici rol 
oynayır” (1, 6-7). 
Doğrudan da, Vaqif yaradıcılığına təsir edən əsas amil, xüsusiyyət aşıq şeirimizin bədii pafosundan 
irəli gəlirdi. XVIII əsrdən etibarən, yazılı ədəbiyyatın xalq arasında geniş yayılması zərurəti meydana gəldi. 
Buna görə də, Azərbaycan şeirində ədəbi zövq dəyişdi və xalq yaradıcılığı üslubu ön plana keçdi. Artıq 
divan ədəbiyyatının ədəbi üslubu sadə xalqın zövqünü oxşamırdı və ədəbiyyat daha çox xalq arasına onun öz 
istədiyi formada nüfuz etməli idi. Bu missiyanı yüksək səviyyədə həyata keçirən Molla Pənah Vaqif oldu. 
Onun poeziyası aşıq şeirinin bir çox bədii xüsusiyyətlərini yazılı ədəbiyyata gətirdi. Xüsusilə aşıq 
ədəbiyyatının realizmi Vaqif yaradıcılığında da özünə möhkəm yer tutdu, hətta bəzən aşıq poeziyasını 
üstələdi. 
Zəngin xalq yaradıcılığından, aşıq ədəbiyyatından süzülüb gələn şən əhvali-ruhiyyə, gümrahlıq, 
xəlqilik, canlılıq, kolorit də Vaqif sənətinə az təsir göstərməmişdir. Ümumiyyətlə, onun poeziyasında xalq 
çeşməsindən bəhrələnməyən şeir tapmaq çətindir. Vaqif sənətinə gümrahlıq, canlılıq, həyat sevinci və nəşəsi 
aşılayan bu obyektiv amilləri xüsusi qeyd etməklə bərabər, şairin özünün də təbiətən nikbin, nəşəli, zövqlü, 
şən ruhlu olmasını göstərmək vacibdir. Vaqifin fitri təbiətindəki nikbin ruh onun yaradıcılığını daim 
müşayiət etmiş, qidalandırmışdır. Vaqif bütün varlığı, poeziyası, ictimai-siyasi baxışları və estetik idealları 
ilə real aləmlə bağlı sənətkardır. Onun həyat nəşəsi və insan gözəlliyi ilə yoğrulmuş poeziyasının təsiri təkcə 
Azərbaycan ərazisi ilə məhdudlaşıb qalmamışdır. Onun poeziyası Qafqaz xalqlarının, o cümlədən qonşu 
xalqların ədəbiyyatlarında da əks-səda doğurmuş və onların ədəbiyyatına da nüfuz etmişdir. Bu cəhətdən də 
Vaqif adı tarixdə əbədiləşmiş, korifey sənətkarlarla bir sırada dayanır.
Vaqif bir çox sənətkarlardan fərqli olaraq, insan gözəlliyini və bu gözəlliyin insana sevinc, fərəh, 
səadət, gümrahlıq, həyat nəşəsi gətirmək gücünü nümayiş etdirməklə sanki əsrin özünə və sənətə bir 
nikbinlik pafosu aşılamışdır. 
Vaqifin şeirlərində aşıq şeirindən süzülüb gələn xarici gözəllik əsas yer tutur.
Üz yanında tökülübdür tel nazik, 
Sinə meydan, zülf pərişan, bel nazik, 
Ağız nazik, dodaq nazik, dil nazik, 
Ağ əllərin əlvan hənadan, Pəri! (1, 45). 
Vaqif hər gözəli gözəl adlandırmır, onun gözəllər haqqında öz fəlsəfəsi var. Şairə görə, gözəlliyin öz 
şərtləri vardır. O, gözəlliyi belə qiymətləndirir:
Hər yetən gözələ gözəl demənəm, 
Gözəldə bir qeyri əlamət olur: 
Zülf bir yana düşər, gərdən bir yana, 
Özün bilməz, bir özgə babət olur. 
Oynayanda pərvaz edər nimtənə, 
Zülf dağılar, üzdə dönər xərmənə, 
Sərəndazın ucu düşər gərdənə, 
Açılsa bel-buxun, qiyamət olur (1, 123). 
“Hər yetən gözələ gözəl demənəm” deyən şairin gözələ öz baxışı var. Şairin təsvir etdiyi gözəlin 
yerişi, duruşu, baxışı, danışığı, naz-qəmzəsi ilə bərabər, o, “Güləş üzlü, şirin sözlü, xoş qılıq”, “Ağzı, burnu, 
dili, dodağı nazik”, “Yanağı gül, zülfü yasəmən”, “Haldan xəbər verən, dərd bilən” olmalıdır: 
Öyünməsin kimsə, gözələm deyib, 
Ayrı təhər olur halı gözəlin. 
Güləş üzlü, şirin gözlü, xoş qılıq, 
Ləblərindən axar balı gözəlin. 
Vaqifin şeirlərində XVIII əsrdə yaşamış gözəllərin canlı təsviri göz önünə gəlir: 
Qaşı tağ-tağ gərək, qabağı nazik, 
Ağzı, burnu, dili, dodağı nazik, 
Baldırları yoğun, ayağı nazik, 


M.P.Vaqif və müasirlik 
19
Var əndamı olur dolu gözəlin. 
Vaqifdən əvvəl də gözəllərin tərifindən, məşuqun gözündən, qaşından, baxışından, həsrətindən çox 
yazılıb. Xüsusilə, Füzulinin yaradıcılığı bu cəhətdən diqqəti daha çox cəlb edir. Lakin Füzulinin təsvir etdiyi 
gözəllərlə Vaqifin təsvir etdiyi gözəlləri eyniləşdirmək olmaz. Füzulinin əsərlərində klassik üslub, özündən 
əvvəlki sənətkarların qəzəllərindən gələn təsvir vasitələri üstünlük təşkil edirsə, Vaqif yaradıcılığında aşıq 
poeziyasının, canlı xalq danışıq dilinin əlamətləri daha çox diqqəti çəkir. 
Vaqif poeziyasında aşıq ədəbiyyatına məxsus bir xüsusiyyətə də rast gəlirik ki, bu da təbiət təsviridir. 
Lakin Vaqif poeziyası burada da həm klassik ədəbiyyatdan, eyni zamanda aşıq poeziyasından da seçilir: 
Kür qırağının əcəb seyrəngahı var, 
Yaşılbaş sonası, hayıf ki, yoxdur! 
Ucu tər cığalı siyah tellərin, 
Hərdən tamaşası, hayıf ki yoxdur! 
Qış günü qışlağı Qıraqbasanın, 
Gözüdür Aranın, cümlə-cahanın, 
Belə gözəl yerin, gözəl məkanın, 
Bir gözəl obası hayıf ki, yoxdur! (1, 119). 
Bu deyim tərzi, bu forma da Vaqifə məxsusdur. Vaqif gözəlləri necə dəqiq təsvir edirsə, təbiət 
təsvirində də həyat həqiqətlərini çılpaqlığlı ilə açıb göstərir.Onun poeziyasında vətənin füsünkar gözəllikləri 
çatişmazlıqları ilə real şəkildə öz əksini tapır. 
Vaqif yaradıcılığında bəzən aşıq poeziyası ilə, klassik poeziyanın sintezini görürük. Belə ki, Vaqif 
klassik yaradıcılıq üslubunun nadir nümunələrini aşıq poeziyasının nümunələri ilə birləşdirir. Təsadüfi 
deyildir ki, şairin məhz bu sənətkarlıq məharətindən bəhs edən H.Araslı yazır: “XIX əsr və XX əsr 
aşıqlarının çoxu Vaqifin mövzularını təkrar etmiş, onun kimi qoşmalar yaratmağa çalışmış, onun 
qafiyələrini, rədiflərini və bədii ifadələrini dönə-dönə işlətmişlər. Xüsusən Aşıq Ələsgərdən sonra məşhur 
ustad aşıq kimi tanınan Bozalqanlı Aşıq Hüseynin yaradıcılığında Vaqifin qüvvətli təsiri hiss edilir. Onun 
qoşmaları içərisində Vaqifin misralarına çox rast gəlmək olur” (1, 10). 
Həqiqətən də, M.P.Vaqifin yaradıcılığı özündən sonra gələn aşıq və şairlərin yaradıcılığına güclü təsir 
etmişdir. Hətta bəzən şairin şeirləri aşıq və şairlər tərəfindən kiçik dəyişiklik edilməklə təkrarlanmışdır, 
nəzirələr yazılmışdır. Bu baxımdan Aşıq Hüseynin Şəmkirlinin yaradıcılığı daha xarakterikdir. 
M.P.Vaqifdə : 
Başına döndüyün toy adamları, 
Siz də deyin : toya gələn oynasın. 
Adını demirəm, eldən ayıbdı, 
Filankəsin qızı filan oynasın. 
Aşıq Hüseyn Şəmkirli

Başına döndüyün toy adamları, 
Siz də deyin : toya gələn oynasın. 
Adını demirəm, eldən ayıbdı, 
Qəmzəsi bağrımı dələn oynasın. 
Bu bəndlərdə üç misra olduğu kimi təkrarlanır. Dördüncü misrada isə fikir qalır, sözlər dəyişdirilir. 
Eləcə də aşağıdakı bəndlərdə də eyni ilə :
M.P.Vaqifdə : 
Bir tuba boyludur, boyun növrəstə, 
Həsrətin çəkməkdən olmuşam xəstə. 
İşarət eylərəm anlayan dosta, 
Dostunun qədrini bilən oynasın (1, 94) 
Aşıq Hüseyn Şəmkirlidə : 
Bir tubu boyludur, zülfləri dəstə, 
Dərdini çəkməkdən olmuşam xəstə. 
Əhdindən dönməyən ucuz söz üstə, 
Dostunun qədrini bilən oynasın. 
M.P.Vaqifdə : 
Nə müddətdir ona güvənən bizik, 


M.P.Vaqif və müasirlik 
20
Həsrətin çəkməkdən canımız üzdük. 
Hər əlinə alıb bir dənə üzük, 
Üzüyün dəstinə alan oynasın (1, 94) 
Aşıq Hüseyn Şəmkirlidə : 
Əyninə geyibdi bərpadan dizlik, 
Dostlar arasında itməyə düzlük. 
Hər əlində vardır bir ala yüzlük, 
Yüzlüyü əlinə alan oynasın (3, 17). 
Aşıq Hüseyn hələ kiçik yaşlarından aşıq sənətinin vurğunu olmuş, Qurbaninin, Abbas Tufarqanlının, 
Xəstə Qasımın, Vidadinin, Vaqifin şeirlərini əzbərləmiş, saz çalmağı da öyrənmişdir. Aşıq Hüseynin 
yaradıcılığında xüsusilə M.P.Vaqifin yaradıcılığı mühüm rol oynamışdır. Vaqifin yaradıcılığında axıcılıq, 
rəvanlıq, açıq-saçıq deyim tərzi, təşbehlər eynilə Aşıq Hüseynin yaradıcılığında da müşahidə olunur. 
Tədqiqatçılar Aşıq Hüseynin Vaqiflə qohumluq əlaqəsinin, bacısı oğlu olduğunu da qeyd edirlər (3, 3). 
Güman ki, Hüseyn kiçik yaşlaından dayısının şeirlərinə daha çox meyl etmiş, məclislərdə oxumuş, o 
şeirlərdən ilham alaraq özü də şeirlər yazmışdır. Bu, aşığın yaradıcılığında aydınlığı ilə seçilir. Molla Pənah 
Vaqifin “ Hər yetən gözələ gözəl demənəm” misrası ilə başlayan şeiri də Aşıq Hüseyn Şəmkirli tərəfindən 
eynilə təkrarlanır. 
M.P.Vaqifdə : 
Hər yetən gözələ gözəl demənəm, 
Gözəldə bir qeyri əlamət olur : 
Zülf bir yana düşər, gərdən bir yana, 
Özün bilməz, bir özgə babət olur. 
Aşıq Hüseyndə : 
Hər yetən gözələ gözəl demərəm, 
Gözəldə özgə bir əlamət olar. 
Zülf dağılar, çin-çin düşər gərdənə. 
Qaşınan, gözünən işarət olar. 
M.P.Vaqifdə : 
Oynayanda pərvaz edər nimtənə, 
Zülf dağılar, üzdə dönər xərmənə. 
Sərəndazın ucu düşər gərdənə, 
Açılsa bel-buxun qiyamət olur (1, 23) 
Aşıq Hüseyndə :
Əl dəyəndə fəryad edər nimtənə, 
Tel tökülər, üzü dönər gülşənə. 
Bərəndazı başdan salar gərdənə, 
Görünsə məmələr qiyamət olar (3, 25). 
Gətirdiyimiz nümunələrdən göründüyü kimi, Aşıq Hüseyn bəzən Vaqifin təsiri altından çıxa bilmir, 
onun təşbeh ve istiyarələrini olduğu kimi təkrarlayır. 
Yuxarda nümunə gətirdiyimiz həm Vaqifin, həm də Aşıq Hüseynin “Oynasın” rədifli şeirlərində 
dərdindən xəstə olduqları gözəlin “adını demirəm eldən ayibdı” müraciəti ilə oynamasını arzulayırlar. Lakin 
Aşıq Hüseynin müassiri olan Qasım bəy Zakir bunun tam əksini söyləyirdi: 
Ey yığılan canlar, siz olun tarı, 
Amandı, qoymayın, yar oynamasın. 
Bir belə adamın içində yəqin, 
Əlbəttə, bədnəzər var, oynamsın. 
Xalq içində xəcil etməsin bizi, 
Müştaqdır gözünə aləmin gözü. 
Yel atar çarğatın, açılar üzü, 
Badə gedər namus-ar, oymasın (4, 73). 
Zkirin bu şeiri tamamilə aşıq şeiridir, lakin Zakir Vaqif və aşıq Hüseyndıən fərqli olaraq, yarın 
oynamasını istəmir. Ona görə isətmir ki, məclisdə “bədnəzərlər”, “gönüqalınlar” , “dabanıçatdaqlar” , 


M.P.Vaqif və müasirlik 
21
naməhrəmlər var. İstəmir ki, yarının gözəlliyini onlar görsün. Bir tərəfdən bədnəzərlərdən qorxur, digər 
tərəfdən yarının təkcə ona məxsus olduğunu söyləyir. Deyir “oynasa oynasın gönüqalınlar” , ancaq “ol 
məməsi nar oynamasın” . Çünki bu gözəllik ancaq şairə məxsusdur. Bura da bir mentalitet də diqqəti cəlb 
edir. Ümumiyyətlə, Vaqif yaradıcılığı ilə Zakir yaradıcılığın müqayisə etdikdə Vaqifin yaradıcılığında açıq-
saçıqlıq daha çox diqqəti cəb edir. Vaqif gözəlin “açılsa bel-buxun qiyamət olur” . “ bulaq tək qaynaya həm 
gözü, qaşı” , “bir sərxoş yerişli, məstanə gözlü” olmasını istəyirsə, Zakir isə hər şeyin örtülü olmasını, 
gözəlin abır, həya etməsini arzulayır. 
Qasım bəy Zakirin yuxarida göstətdiyimiz “Oynamasın” qoşmasına elə bir ustad aşıq olmamışdır ki, 
bu rədifdə, bu məzmunda şeir yazmasın. Məsələn, Aşıq Ələsgər də Zakirin şeirindən ruhlanaraq belə 
söyləmişdir. 
İltimas eylərəm gedən canlardan , 
Dost-düşmən içində yar oynamasın. 
Cavandı, oynamaq ona xoş gələr, 
Bizə əysikliyi var, oynamasın (5, 50). 
XVIII əsrdə artıq qəzəl, mərsiyyə, mədhiyyə kimi şeir formaları zəifləmişdir. Ona görə də Vaqifin 
yaradıcılığı xalq içərisində daha geniş yayılmağa başlamışdır. Bunun bir tərəfi də heca vəzni və aşıq 
poeziyası ilə bağlı idi. Vaqifdən sonra, yəni XIX əsrdə bir tərəfdən Aşıq Alı, Aşıq Musa, şair Məmməd 
Hüseyn, Aşıq Məhəmməd, Yəhya bəy Dilqəm, Molla Cümə, Aşıq Pəri, Aşıq Abbas, Aşıq Ələsgər, 
Kəlbəcərli Aşıq Qurban, Bərxiyanlı Aşıq Məhəmməd, Aşıq Rəcəb, Aşıq Cavad və başqaları, digər tətəfdən 
aşıq şeiri üslubunda şeirlər yazan Məhəmməd bəy Aşiq, Baba bəy Şakir, Mirzə Baxış Nadim, Mücrüm 
Kərim Vardani, Səfərqulu xan Nəva, Kazım ağa Saliq, Qasım bəy Zakir,Mirzə Fətəli Axundzadə və onlarca 
başqa şairlər, Cənubi Azərbaycanda Əndəlib Qaracadaği, Seyid Əbülqasım Nəbati və başqa aşıq və şairlər 
heca vəzni və aşıq şeiri üslubunda gözəl şeirlər yazırdilar. Molla Pənah Vaqifin ən böyük xidməti o idi ki, 
ədəbiyyatda bir dönüş yaratmışdır. Düzdür, Vaqifdən əvvəl də aşıq şeiri tərzində nümunələr yaranmışdır. 
Lakin Vaqifdən sonra bu kütləviləşmişdir. Bunun bir tərəfi də dövrlə, zamanla bağlı olmuşdur. Maraqlı və 
yaxşı cəhətlərdən biri bu idi ki, təkcə aşıq şeiri tərzində yazılan əsərlərdə deyil, həmçinin XIX əsrdə divan 
ədəbiyyatı istiqamətində də, “ədəbi məclislərdə” də, XIX əsr təriqət şeirlərində də, dini mövhümata 
müqavimət ədəbiyyatında da XIX əsr satirik şeirində də, maarifçi-realis istiqamətdə də,klassik poetik 
ənənlələrin yaşadığı kimi, bütün bu istiqamətlərdə mövcud əsrin ədəbiyyatında əsas bədii istiqamətlərdən 
olan aşıq şeirinin, aşıq şeiri tərzinin ciddi bədii-estetik təsiri olmuşdur. Aşıq şeiri ənənələri bütün ədəbi 
istiqamətlərdə öz nüfuzlu yerini tutmuş klassik üslubda yazan bir sıra şairlərin yaradıcılığında aşıq şeirinin, 
xalq poeziyasının poetik elementlərindən, bədii vasitərindən, şeir formalarından ustalıqla istifadə edilmişdir. 
Vaqif yaradıcılığı təkcə öz dövrünün sənətkarlarına deyil, eyni zamanda, özündən sonra gələn 
poeziyaya da güclü təsir etmişdir. Bu poeziyada Vaqifə xas spesifik bədii xüsusiyyətlər seçilməkdədir. Bu 
mənada Vaqif ədəbiyyat tariximizdə bir məktəb yaratmaqla ölümündən sonra da əsərlərilə xalqına xidmət 
etmişdir. 
M.P.Vaqif daxili qafiyəli şeirin də əsasını qoymuşdr: 
Bir çox ülfətlinin, məhəbbətlinin, 
Bir mərhəmətlinin, şəfəqqətlinin, 
Bir pəri tellinin,gün tələtlinin 
Bir məhcamallənın qurbanıyam mən(1, 80). 
Belə şeir forması Vaqfdən sonra Aşıq Hüseyn Bozalqanlının, Molla Cümənin, Aşıq Ələsgərin, Aşıq 
Rəcəbin və b. yaradıcılığında da geniş işlənmişdir. Aşıq Rəcəb yazır: 
Bir əli sazlının, şirin sözlünün, 
Bir xoş avazlının,gülər üzlünün, 
Bir quba qazlının, ala gözlünün, 
Bir fitnə feillinin dağı məndədir. 
Beləliklə, bu nəticəyə gəlmək olar ki aşıq yaradıcılığı yazılı poeziyaya saysız hesabsız mövzular 
mənbəyi olmuş və yazılı poeziya sənətkarlarının dünya görüşünü zənginləşdirmişdir. Aşıq poeziyası 
üslubunda və aşıq sayağı tərzdə yazılmış şeirlər yaddaşlara köçmüş, tez əzbərlənmiş, aşıqların repertuarında 
geniş yayılma imkanı əldə etmişdir. Azərbaycan yazılı poeziyasının görkəmli nümayəndələri aşıqların 
qabaqlaşma üslubundan istifadə edərək bir-biri ilə şeirləşmiş, mənzum məktublaşma forması yaratmışdır. 
Ustad aşıqlar el şənlik və məclislərində yazılı poeziya nümayəndələrinin də qoşma və gəraylılarından 
oxumuş və bu böyük sənətkarların tanınmasına səbəb olmuşdur. Ən başlıcası aşıq yaradıcılğı yazılı poeziaya 
təsir etdiyi kimi, qarşılıqlı olaraq özü də yazılı poeziya hesabına zənginləşmişdir.Vaqif yaradıcılığı da həmişə 
aşıqlarımızın dilinin əzbəri olmuş, ondan bəhrələnmişlər. 


M.P.Vaqif və müasirlik 
22
Ədəbiyyat 
1. Vaqif M.P. Əsərləri. (Tərtib edəni H.Araslı). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1968.
2. A.Dadaşzadə XVIII əsr Azərbaycan lirikası. Bakı: Elm, 1980. 
3. Aşıq Hüseyn Şəmkirli (Tərtib edəni R.Rüstəmzadə). Bakı, Yazıçı, 1991 
4. Zakir Q. Seçilmiş əsərləri. Bakı: 2005. 
5. Aşıq Ələsgər. Seçilmiş əsərləri (Tərtib edəni İ.Ələsgərov). Bakı: Yazıçı,1988. 
ABASOVA ŞƏLALƏ
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
HECA VƏZNLİ - ANA DİLLİ ŞEİRİMİZİN ZİRVƏSİ 
Açar sözlər:
poeziya, əsər, heca, əruz, klassik, şeir 
The top of our native syllabic verse
The article is devoted to M.P.Vagif’s art heritage, and also the Azerbaijani poetry of that period and 
previous years. There is noticed, that M.P.Vagif was the master of standing at poetic top of time and writing 
in all meters (syllabic, tonic, a free verse). In the 20th century literary criticism, he is presented as the 
founder of syllabic verse tradition on the native language and realism of an epoch of the Azerbaijan 
Renaissance, which has created at the same time, powerful school in the Azerbaijani poetry. There are 
published belletristic and scientific works about Vagif, and are held at high level its anniversaries. The 
Azerbaijanian people, our independent state and personally the first lady and the first Vice-president of 
Azerbaijan Mehriban khanum Aliyeva has signed special orders in connection with the M.P.Vagif’s jubilee. 
Keywords
: poetry, work, syllabic, tonic, classical, a poem 
XX əsrin böyük sənətkarı S.Vurğun, M.P.Vaqifi təsadüfən «Sən ey şerimizin ana şairi, məhəbbət şairi, 
sona şairi adlandırmamışdır. O, M.P.Vaqifin dövrünə Vaqifə qədərki Azərbaycan şerinə, xüsusilə 
M.P.Vaqifin bədii irsinə dərindən bələd olduqdan sonra bu qənaətə gəlmişdir. 
Klassik Azərbaycan ədəbiyyatı XVIII əsrə qədər əsasən bir, lirik növdə, poeziyanın çox saylı 
janrlarında davamlı və səviyyəli şəkildə inkişaf edərək dünya klassikasına poetik ustadlar bəxş etmişdir. 
Dahi N.Gəncəvi. İ.Nəsimi, M.Füzuli irsi bu əsaslı faktı bütün aydınlığı ilə təsdiq və sübut edir. Bəs, 
M.P.Vaqifin xidməti-yeniliyi nədə idi? Dünya ədəbiyyatşünaslığında belə bir səviyyəli fikir də mövcuddur 
ki, «hər hansı bir sənətkarın böyüklüyü, onun özündən əvvəlki və öz dövründəki ustad sənətkarlara nisbətən 
ədəbiyyatın forma və məzmununa gətirdiyi yeniliklə ölçülür». Bu baxımdan M.P.Vaqif ədəbiyyatımızda 
xüsusi mərhələ təşkil edir. O, hesa vəzninin hüdud və imkanlarını, milli-xəlqi ruhunu, sağlam hiss, duyğu, 
düşüncə, fikir yaratmaq qüdrətini, bu vəznin dil və üslub çalarlarını, bənzərsiz Şer şəkillərində yaratdığı bədii 
nümunələrlə təsdiq və sübut etdi. Məhəbbət anlayışını yerlərdə, insanlar içərisində axtardı. «Ənliyi Kirşanı 
neylər camalın, sən elə gözəlsən binadan pəri» deyərək diqqəti real zəminə yönəltdt. Gözəlliyin bəzək-düzək, 
süni yaraşıqla deyil, təbiətən doğulduğunu, xilqətdən yarandığını, göylərdə yox, yerlərdə, insanlar arasında 
olduğunu sübut edə bildi, özü də, özünə qədərki, şerə bələd olduğu üçün belə etdi. 
M.P.Vaqif klassik Azərbaycan ədəbiyyatında çox saylı, əruz vəznli mədh, mərsiyə, qəsidə, münacat 
şer şəkillərinə bir növ əlvida deyən XVIII əsrdən başlayaraq milli ruhlu, milli şövqlü realist Azərbaycan 
şerinin əsaslarını yaradan, renessans dövrü-ana dilli Azərbaycan poeziyanın banilərindən olmuşdur. 
Ədəbiyyatşünaslıq elmi iki əsrdir ki, M.P.Vaqif sənətini tədqiq-təqdir-təbliğ edir. 
M.P.Vaqif böyük vətəndaş və nikbin sənətkar olmuşdur. O, Azərbaycan şerini, rəngarəng xəyallardan, 
əfsanə və fantastik düşüncənin, əlçatmaz romantikasından, göylərin (ovsunlu-əngin səmalarından yerə 
endirərək insanın, ağlına-şüuruna sığışmayan, ağırlıq gətirən duyğu və düşüncələrdən azad edib, milli ruh və 
milli zövqlərə, sağlam, real və təbii hislərə,ağlın-idrakın qəbul etdiyi mənəvi-əxlaqi qəlb dünyasına yönəltdi, 
«sinənin dar qəfəsindən azad edib, həyatın sağlam havası ilə qovuşdurdu». Onun bu milli cəsarəti, zəhməti 
sayəsində qazandığı ən böyük mükafat, Azərbaycan türk xalqının məhəbbəti oldu. 
Müasir ədəbi-bədii yaradıcılıq ikinci əsrdir ki, bu qüdrətli sənətkara dərin hörmət və məhəbbətini 
bildirərək sağlığında «Qədr-qiymət istəyən, lakin hörmət və ehtiram görməyən” əziz şairini təbliğ və 


M.P.Vaqif və müasirlik 
23
tərənnüm edir. Poetik irsini araşdırır, həm bədii, həm də elmi-nəzəri tədqiqatlar yolu ilə milli, vətəndaş və 
nikbin şair obrazını yaradır. M.P.Vaqifə olan bu diqqət, qayğı və hörmət əbədidir. 
Qüdrətli xalqını, millətini düşünən, sevən, dünyaya. Varlığa nikbin gözlə baxan, həyatı-obyektiv aləmi 
insan mənasında görən, zamanın əzab əziyyətlərini «toy-bayram» hesab edən şair, sonradan dəhşətli 
haqsızlıqları, həddini aşan təxribatları gördükcə «Müxtəsər kim böylə dünyadan gərək etmək həzər, ondan 
ötrü çün deyildir öz yerində xeyri-şər, Alilər xaki məzəllətdə dənilər. “Mötəbər, Sahibizərdə kərəm yoxdur, 
kərəm əhlində zər işlənən işlərdə ehkami ləyaqət görmədim”-qənaətinə gəlir. Ümidini Ulu Tanrıya 
bağlayaraq ondan imdad istəyir, «qurtaran məzlumu zalimdən o dəm qəffara bax» deyərək milləti «əhli 
zülmü bir ləhzədə bərbad eyləyən” o böyük qüdrətdən-Allahdan kömək istəməyə çağırır. Bu haqq-etiraz və 
etiraf səsi vətənini, millətini düşünən, onu dərin məhəbbətlə sevən M.P.Vaqifin vətəndaşlıq şüurunun, vətən 
millət yanğısının səsi-harayı idi, nəinki öz əsrinə, eləcə də «haqqı batin eyləyən» gələcək haqsız əsrlərin 
sənət və sənətkarlıq dünyasına tövsiyəsi-vəsiyyəti idi. 
XX əsrin humanitar Azərbaycan türk dünyası M.P.Vaqifi böyük vətəndaş şair, ana dilli poeziyanı 
zirvələrə qaldıran, milli ruhlu, milli zövqlü klassik sənətkar, özlərinin müasirləri kimi qəbul etdilər. Ustad 
S.Vurğun ilk gündən onu «Ey şerimin könül dastanı», şerimizin ana şairi, məhəbbət şairi, kimi vəsf etdi. 
M.P.Vaqifi, poeziya dünyasına, ana dilli Azərbaycan şerinə işıq-nur saçan ustad kimi qəbul etdi. Azərbaycan 
şer dilini Vaqifin ana dili adlandırdı: Dahi rus şairi A.S.Puşkin «Yevgeni-Onegin» əsərini tərcümə edərkən 
dedi: 
Yanmadım ömrümün iki ilinə, 
Axıtdım alnımın inci tərini. 
Rusiya şerimin şah əsərini, 
Çevirdim Vaqifin ana dilinə. 
-bununla da kifayətlənmədi. M.P.Vaqifə olan dərin məhəbbətini «Vaqif» pyesi ilə tamamladı. M.P.Vaqifin 
«Yad et səni yad edəni», «Könüldən, könülə yollar görünür» misralarını XX əsr Azərbaycan şerri üçün 
epiqraf kimi qiymətləndirdi. Eyni zamanda bu hikmətləri, sələflərin xələflərinə tövsiyəsi hesab etdi. 
Heca vəzninin demək olar ki, bütün şəkillərində yazan, nümunə göstərən M.P.Vaqif həyatda mövcüd 
olan, hamının birmənalı şəkildə qəbul etdiyi hisləri, duyğu və düşüncələri, aydın görünən reallıqları səmimi 
ifadələrlə tərənnüm edən böyük məhəbbətin, böyük şairi idi. Yad, əcnəbi söz və ifadələri qəbul etməyən, 
zəngin Azərbaycan ədəbi-bədii diliн təbiətinə uyğun olan, hətta milliləşən əcnəbi söz və tərkibləri, dübarə 
azərbaycanlaşdıran yaradıcı sənətkar olmuşdur. 
Onun poeziya dili nəinki dövrünün, XVIII əsrin, eləcə də gələcək əsrlərin, bu günkü Azərbaycan 
şerinin də təmiz ana dilidir. 
Xumar xumar baxmaq göz qaydasıdır, 
Lalə tək qızarmaq üz qaydasıdır. 
Pərişanlıq zülfün öz qaydasıdır, 
Nə badi-səbadən, nə şanədəndir. 
M.P.Vaqif Qazax rayonunun Salahlı kəndində anadan olsa da, bütün ömrünü Qarabağda, Şuşada əsası 
Pənah xan Bəhmənli tərəfindən qoyulan İbrahim xanın sarayında keçirmişdir. O, sadəcə, saray vəziri 
olmamışdır. Bütün imkan və bacarığını qarabağın, insanların səadət və xoşbəxtliyinə həsr etmişdir. Ağıllı, 
müdrik məsləhətləri ilə İbrahim Xəlil xanın xəlqi, milli mövqe tutmasına çalışmış, qarabağın xarici 
təcavüzlərdən, işğallardan qorunmasında fəal iştirak etmişdir. Böyük məhəbbət poeziyanın hüdud və 
imkanlarını əyani şəkildə nümayiş, təbliğ və tərənnüm edən zəngin bədii irs yaratmışdır. 
Bu irs, öz üslub-dil sadəliyi, mündəricə aydınlığı və əlvanlığı ilə XVIII əsr poeziya mərhələsinin 
xarakterini, səviyyəsini, eyni zamanda XVIII əsr poeziyasının zirvəsini göstərirdi. Bu zirvədə təbilik, 
aydınlıq, nikbinlik xüsusi poetik xətlər kimi, öz təbii görkəmində, axarında davam edirdi. Bütün bu poetik 
gedişlərlə M.P.Vaqif, real məhəbbətin, lirik hissi-idrakı, kövrək obrazını yaradırdı. Bu obraz təbii-rəngarəng 
müqayisə və bənzətmələrlə bütövləşir, kamilləşir, əhatə olunurdu. 
Boyun sürahidir, bədənin billur, 
Gərdənin çəkilmiş minadan pəri, 
Tənha bir sonasan cida düşübsən, 
Bir bölük yaşılbaş sonadan, pəri 
M.P.Vaqif hecanın çox şəkillərində gəraylı-təcnis və s. gözəl nümunələr yaratsa da, yaradıcılığının 
aparıcı şəkili qoşma olmuşdur. Vaqif qoşmalarının əsas materialını məşüqənin həm xarici, həm də mənəvi 
cəhətlərini portretini təbii boyalarla, poetik sözün möhtəşəm imkanları ilə yaratmaq-vəsf etmək təşkil edir. 


M.P.Vaqif və müasirlik 
24
M.P.Vaqifdə məhəbbət anlayışı sadəcə olaraq təbliğ-tərənnüm xarakterində deyil, o, məhəbbəti real 
zəmində, mövcud, rəsmi şəraitdə axtarır, özü də onu müasirliyin əlvan nümunələri ilə tərənnüm edir. Belə 
kamil yaradıcılıq yolunda məhəbbət hamının diqqətini cəlb edici formada, inandırıcı şəkildə, XVIII əsrin və 
gələcək əsrlərin məhəbbəti» kimi təqdim olunur. Bu yaradıcılıq yolunda Vaqifin əsas istifadə və istinadgah 
mənbələri qüdrətli söz-bədii ifadələr, real-təbii və poetik müqayisələr, bənzətmələr olur: 
Sevgilim 
ləblərin
yaquta
bənzər, 
Sərasər
dişlərin
dürdanədəndir. 
Sədəf
dəhanından
çıxan 
sözlərin

Hər biri bir qeyri xəzanədəndir. 
Burada obrazı-məşuqəni tamamlayan söz və ifadələrin müqayisələr-bənzətmələr şəklində, özü də 
aşığın ruhuna, təbiətinə və zahiri görünüşünə uyğun, oxşar formada, təbliğ və tərənnümü şəklində ifadəsinə 
heca vəzninin-ana dilli poeziyanın qələbəsi idi. Obrazın (sevgilinin) ləbinin (dodaqlarının) qiymətli inci-
yaquta bənzədilməsi, sıra ilə (sərasər) düzülən dişlərinin dürdanəyə, ağızın (dəhanın) sədəfə, sözlərin ayrı-
ayrı xəzinələrdən alınmasına-seçilməsinə, olan etiraf, həm də nəticə etibarilə təbii-real bir insan-məhəbbət 
obrazı yaratmaq Vaqif sənətinin, ana dilinin, söz-ifadə və birləşmələrin dəqiq, düzgün-yerində seçilməsinin 
qələbəsi idi. Bir faktı da göstərmək kifayətdir ki, Vaqifin lirikasında, müqayisə-bənzətmə tipli qoşmalar 
sistem halındadır. Onun qoşmalarında aşiq-məşuq münasibətləri real zəminə, müasir şərait və ehtiyaclara 
söykənir. Bütün qoşmalarının lirik qəhrəmanları öz düşüncələri, həyata baxışları ilə müasirdir. Daha çox 
nikbin, həyat-yaşamaq eşqi güclü olan, hətta həyəcanlanmağa, başqa fikirlərə düşməyə vaxt tapmayan 
insanlardır. Onlar üçün məhəbbət-gözəllik hər şeydir. Məhəbbət onların həyat yolu, yaşamaq haqqıdır:… 
Sənsən fikri, zikri sözü Vaqifin, qeyri söz yanında əfsanədəndir» deyən aşiqin mənəvi andı, həyat-yaşamaq 
devizidir. 
M.P.Vaqif özünə qədər mövcud olan bütün şer şəkillərində, heca, əruz, sərbəst vəznlərdə yazan, 
zamanəsinin poetik zirvəsində duran sənətkar olmuşdur. İbrahim Xəlil xanın sarayında eşik ağası vəzifəsində 
işləyərkən də yaradıcılığı ilə Vətəni, xalqı üçün çox işlər görən Vaqif ömrünün sonlarında haqsızlıqlarla 
üzləşəndə, ümidsizliyə qapılsa da, tam ruhdan düşmür. Dünyanı-müasir zamanəsini insan mənasında görən 
və qəbul edən Vaqif, «dənilləri mötəbər» olan, «kizbi-böhrandan savayı bir hekayət görməyən-«kuzəkarı 
kimi yagər, qara daşı yaquti-əhmər eyliyən, lakin, qədri-qiymət əvəzində xəsarət görən dünyadan-insandan 
həzər etməyi üstün sayır. Ümidini «Ya rəbbəna, öz lütfünü eylə pənah» deyərək, o böyük tanrıya-Allaha 
bağlayır. M.V.Vidadiyə yazdığı «Bax» rədifli qəzəlində müasir zaman-dövr-insan və bütövlükdə cəmiyyət 
haqqında olan fikirlərini ümumiləşdirir. M.V.Vidadinin vaxtilə dediyi: «Çox bulaşma bu dünyanın qanına, 
vəfa yoxdur sultanına, xanına, Balasını bir gün qoymaz yanına, bizim inək kimi təpər ağlarsan» misralarını 
xatırlayır. Vidadiyə haqqın-ədalətin, gec-tez qələbə çalacağını, ümidin azalmadığını-itmədiyini bildirir: 
«Mən fəqirə əmr qılmışdı siyasət etməyə. 
Qurtaran məzlumu zalimdən o dəm qəffarə bax… 
Tacı zərdən ta ki, ayrıldı dimağı-pirqulur. 
Payimal oldu təpiklərdə, səri-sərdarə bax» 
misraları M.P.Vaqifin haqsız-etibarsız zamanəsi, insanları haqda gəldiyi qənaətləri idi. 
XX əsrin ədəbiyyatşünaslıq elmi M.P.Vaqifi yenidən, olduğu kimi, heca vəznli şerin ana dilli 
poeziyanın, Azərbaycan renessans dövrünün, realizmin banisi kimi təbliğ və tərənnüm etdi, Azərbaycan 
poeziyasında qüdrətli M.P.Vaqif məktəbi yarandı. Vaqif haqda elmi, bədii əsərlər işıq üzü gördü, Vaqifin 
yüksək səviyyəliyi yubileyləri keçirildi.
M.P.Vaqif sənəti işğal altında olan Qarabağ-Şuşa torpağı kimi Azərbaycan xalqının əbədi sərvətidir. 
Əminik ki, M.P.Vaqifin növbəti yubileyi Qüdrətli Azərbaycan Dövləti və Güclü Azərbaycan Ordusu 
sayəsində tezliklə Qarabağda-Şuşada keçiriləcəkdir. Bu gün çox yaxındadır. 
Ədəbiyyat 
1.
Səfərli Ə. Yusifli X. Qədim və orta əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 2005, 480 s. 
2.
Əliyev R. Vaqifi düşünərkən. Bakı, 1996, 385 s. 
3.
Cəfərov N. Füzulidən Vaqifə qədər. Bakı, 1997, 295 s. 
4.
S.Vurğun. Əsərləri. VI cild, Bakı, 600 s.


M.P.Vaqif və müasirlik 
25
ABDULLAYEVA SEVİNC 
Bakı Slavyan Universiteti 
MOLLA PƏNAH VAQİF ŞEİRLƏRİNİN DİL VƏ VƏZN XÜSUSİYYƏTLƏRİNİN
ORTA MƏKTƏBDƏ TƏDRİSİ 
Açar sözlər: 
Vaqif poeziyası, dil və vəzn xüsusiyyətləri, qoşma.
Molla Panah Vaqif language and language features middle school training 
Vagif is one of the greatest writers to bringing new way to our literature. He has brought “xəlqilik“ to 
our poetries using more the opportunities of national language in his works written in syllabic and eruz 
rythym. That is why the authors school textbooks use the works of Vagif for its simplicity and nationality. 
When we look through the textbooks which have been made up with traditional and curriculum methods we 
can see the examples of the works of Vagif. 
Keywords: 
rhymes of Vagif, language and rhythm features, qoshma.
Əsrlər keçir, nəsillər bir-birini əvəz edir, lakin əsl sənət əsəri olan şeirlər daim dillərdə əzbər olaraq 
yaşayır, ürəklərdə məskən salır. Oxucular bu cür şeirlərə həmişə müraciət etmiş, onlara hər zaman ehtiyac 
duymuşlar. Təravətini əsrlərcə yaşadan klassik şeirimizin ölməz nümunələrini yaradan sənətkarlardan biri də 
Molla Pənah Vaqifdir. Onun şeirləri məhz unudulmayan nümunələr sırasındadır. İstər əvvəlki illərdə nəşr 
olunmuş ədəbiyyat dərsliklərində, istərsə də yeni kurikulum sistemi ilə hazırlanmış dərsliklərdə Vaqifin 
müxtəlif əsərlərinə xeyli yer verilmişdir. Bu isə onun şeirinin dilindəki xəlqilik, anlaşılıqlı ifadələrin çoxluğu 
ilə bağlıdır. Firudin bəy Köçərli Vaqif haqqında demişdir: “Molla Pənah Vaqifin yazdığı lirik şeirlər, onun 
gözəl dünyasında lətafətli və anlaşıqlı sözlərdən ibarət şeirlərdir. Hansı ki, onu eşidən adam qəmlənə və ya 
sevinə bilər” (2, s. 234). 
Onun əsərlərinə olan ardıcıl münasibət Vaqifi XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli 
nümayəndəsi kimi görməyə əsas verir. Vaqif yaradıcılığında xalq şeiri ədəbiyyatımızda üstünlük qazanır. 
Onun poeziyası əsrin ziddiyyətlərini, kataklizmlərini, sevinc və kədərini daha parlaq ifadə edəbilmişdir. 
Vaqif yaradıcılı
ğ
ı ilə Azərbaycan 
ş
еiri tarixində yеni bir 

vr 
baş
lanır. Vaqif lirikası ilə pоеziyada yеni 
bir səhifə

ılır, pоеziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və

nyəvi 

zəlliyə pərə
stiş 
hisləri 

vvətlənir. Rеalist 
ş
еirin ilk 

munələri оnun adı ilə
bağ
lıdır. Onun lirikasının məzmunu sevgi-məhəbbət, 
insan gözəlliyinin tərənnümü, insanlar arasında xoş münasibətin, səmimiyyətin, bədii sözün ecazkar gücü ilə 
ifadə olduğunu təsdiqləyir. Vaqifin tərənnüm obyekti real insandır, nəcib, gözəl Azərbaycan qızlarıdır. O, 
təsvir etdiyi obyekti poeziyanın bütün imkanlarından istifadə etməklə oxucuya çatdırır. Sənətkarın istifadə 
etdiyi təsvir vasitələri - epitetlər, təşbehlər, metonimiyalar, mübaliğələr, litotalar, istiarələr, metaforalar və s. 
sadə, başa düşülən, lakin bir o qədər də qeyri-adi təsir gücünə malikdir. Onun lirik poeziyasında bənzəyənlə 
bənzədilən arasında oxşarlığın ifadəsi, bir əşyaya məxsus əlamətin başqa bir əşya üzərinə köçürülməsini 
həyəcansız oxumaq mümkün deyildir. Sənətkarın şeirlərinin misraları arasındakı qafiyə sistemi o qədər 
güclüdür ki, onlar hansı janrda yazılmasına baxmayaraq, kifayət qədər oxunaqlıdır. Məsələn, şairin əruz 
vəznində qələmə aldığı aşağıdakı misralarına nəzər salaq: 
Ləblərin ləli-Yəmən, qönçeyi-tərdir dəhənin, 
Tazəgül xərmənidir başdan ayağa bədənin,
Lal edər tutiləri ləhceyi-şirin suxənin, 
Gülşənin rövnəqisən, zinəti bağü çəmənin, 
Boyun oxşar sənin ol şumşada, qurbanın olum! (3, s. 187) 
Kurikulum proqramı ilə hazırlanmış orta məktəblərin VIII sinif dərsliyində Vaqifin “Hayıf ki, 
yoxdur” qoşması təqdim olunmuşdur. Bu şeirdə Vaqifin yaradıcılığındakı nikbin ruhun təzadlı məqamlarını 
ortaya qoyulur.
Kür qırağının əcəb seyrəngahı var, 
Yaşılbaş sonası, hayıf ki, yoxdur! 
Ucu tər cığalı siyah tellərin 
Hərdən tamaşası, hayıf ki, yoxdur! 
Qış günü qışlağı Qıraqbasanın, 
Gözüdür Aranın, cümlə-cahanın, 


M.P.Vaqif və müasirlik 
26
Beləgözəl yerin, gözəl məkanın 
Bir gözəl obası, hayıf ki, yoxdur! (1, s. 71) 
Şeirdəki “Kür qırağı” yer toponimi Azərbaycan ədəbiyyatında yeni doğulan ölkə coğrafiyası 
anlayışını əks etdirməkdədir. Həm də “Kür qırağı” adlandırıla biləcək bu şeir “əcəb seyrəngahı”, “qış günü 
qışlağı”, “gözəl obası”, cümlə-cahana örnək olan vətən torpağı idealının tərənnümünə həsr olunmuş 
bənzərsiz poetik nümunə kimi göz qabağındadır. Şeirdəki “hayıf ki, yoxdur” ifadəsi dərin mənası və məntiqi 
ilə “niyə də olmasın ki”, yaxud “olmalıdır” kimi başa düşülə bilər. Bu, Kür qırağının timsalında bütövlükdə 
Azərbaycan ölkəsi haqqında yazılmış dərin mənalı şeirdir. “Kür qırağı” şeirində Vaqif həm də müəyyən 
təəssüf hissi keçirsədə, bütövlükdə bu şeir Vaqifin “cümləcahanın” gözü olan eli-obası ilə, doğma yurdunun 
“havasının, torpağının, yerinin” misilsizliyi ilə iftixar duyğusu ilə yaşadığını mənalandırır: 
Havasından torpağının, yeninin, 
Dadızmaz dəhanın, ləbi-şirinin, 
Pəri çoxdur, nəfayda heç birinin, 
Adamlıq ədası, hayıf ki, yoxdur! 
Zər haşiyə al nimtənə üstündə, 
Xallar üz yanında, çənə üstündə, 
Buxağın altında, sinə üstündə, 
Zülfün burulması, hayıf ki, yoxdur! (1, s. 71) 
Şeirin dilini nəzərdən keçirdikdə məlum olur ki, burada işlənən sözlərin əksəriyyəti bu günkü ədəbi 
dilimizdə işlənən sözlərdir. Biz burada çox az miqdarda mənası lüğətlə aydınlaşdırılan sözlərə rast gəlirik. 
Məsələn, cığa( başın ön və yan tərəfində saç), zənəxdan (çənə), Maçin (Hind-Çin), ləb (dodaq), qəsabə 
(cütqabağı), nimtənə (don, üst qadın paltarı), tomağa (kəkil) və s.
Vaqif el qızlarını səliqəli, deyib-gülən, qəhqələrlə üzləri işıqlanan görmək istəyir, qadın əsarətinin 
nişanəsi olan çadraya qarşı öz etiraz səsini ucaldırdı. Qadın sərbəstliyinə hüsn-rəğbət şairin aldığı tərbiyə, 
keçirdiyi həyat tərzi ilə əlaqədar idi. Qadın kəndlərdə fəal olmuş, toyda, yasda, yığıncaqlarda kişilərlə 
birlikdə iştirak etmişdi. Ona görə Vaqif qadınları yaşınmaqdan və bürünməkdən uzaqlaşmağa çağırır: 
Laçın təki başda ala tomağa, 
Yaşmağı tutmaya dişə, dodağa, 
Cəllad kimi durub qabaq-qabağa 
Baxıb can almağı, hayıf ki, yoxdur! (1, s. 71) 
“Kür qırağı” adlandırılmasına baxmayaraq, bu şeir Azərbaycan ədəbiyyatında şairin açıq ünvanla öz 
ölkəsinə həsr etdiyi nadir şeirlərindən biridir. Vaqifin “Kür qırağı” şeiri Azərbaycan coğrafiyasının bənzərsiz 
poetik tərcümanı olan qiymətli lirika nümunəsidir. “Hayıf ki, yoxdur” mətləbi Vaqifin nikbin realizminin 
ağrılı çalarlarının bədii ifadəsidir. 
Vaqifin gözəlləmələrinin mərkəzindəki gözəl tam canlı bir insandır. Yalnız ona görə yox ki, biz bəzi 
şeirlərdən onların adını bilirik. Buradakı əsas məsələ şairin yaratdığı bədii obrazda, bu obrazın xüsusiyyəti və 
hislərinin reallığındadır. Onun bu cür gözəlləmələrindən biri də kurikulumla hazırlanmış 8-ci sinif 
dərsliyindəki sinifdənxaric oxu materialına salınmış “Pəri” qoşmasıdır. Ümumiyyətlə, Vaqif gözəlin 
portretini çəkməkdə mahirdir. O, rəssam kimi bir neçə cizgi ilə gözəlin siması və görünüşü barədə dolğun 
təsəvvür yaratmağı bacarır: 
Boyun sürahidir, bədənin billur,
Gərdənin çəkilmiş minadan Pəri! 
Sən ha bir sonasan, cüda düşübsən, 
Bir bölük yaşılbaş sonadan, Pəri! 
İxtilatın böyük, sözün məzəli,
Şəkər gülüşündən canlar təzəli, 
Ellər yaraşığı, ölkə gözəli, 
Nə gözəl doğubsan anadan, Pəri! (1, s. 175) 
Bu qoşma ən yüksək estetik meyarlara cavab verən bir sənət əsəridir. Adi, sadə sözlər şair tərəfindən 
elə ardıcıllıqla düzülmüş, elə ahəngdarlıqla əlaqələndirilmişdir ki, oxucu qarşısında sanki ecazkar bir aləm 
açılır. Azərbaycan qızının gözəlliyini təsvir etmək üçün şair Azərbaycan dilinin zəngin ifadə vasitələrindən 
böyük ustalıqla istifadə etmişdir. “İxtilatın şirin, sözün məzəli, ellər yaraşığı, ölkə gözəli” kimi ifadələr 
müəllif tərəfindən son dərəcə məharətlə seçilmişdir. Şeirin dilində çətin başa düşülən sözlər azdır. Məsələn, 
səna (tərif), ixtilat (söhbət). Burada müasir Azərbaycan dili baxımından bir sıra köhnəlmiş sözlər də 
işlənmişdir; gərdən, ənlik, kirşan.


M.P.Vaqif və müasirlik 
27
Vaqif, yuxarıda söylədiyimiz kimi, iki vəzndə - həm heca, həm də əruz vəznində yazıb yaratmışdır. 
XVIII əsrdə Azərbaycan ədəbiyyatında klassik şeirin qaydalarına xas olan şeirlər yazılırdı. Belə şeirlər əruz 
vəznində yazılırdı. Şairlər yalnız bu vəznin qaydalarına dərindən bələd olduqdan sonra əruzda şeir yaza 
bilirdilər. Vaqif də bu vəznin qaydalarına yaxından bələd sənətkar idi. O, özünün qəzəllərini, müstəzadlarını 
məhz bu vəzndə yazırdı. Bununla belə, o, Azərbaycan şeirinin doğma vəzni olan hecaya daha çox müraciət 
etmişdir. Buna görədə onun heca vəznində yazdığı şeirlər daha böyük üstünlük təşkil etməkdədir. Özünün ən 
gözəl qoşmalarını, təcnislərini bu vəzndə qələmə almaqla, sənətkar onun yerini yazılı ədəbiyyatda 
möhkəmləndirirdi. Vaqifin dilimizə gətirdiyi yeni boyalar, yeni sözlər və yeni ifadələr onun əsərlərinin bu 
günkü şeirimiz üçün daşıdığı önəmi bir daha artırır. O, klassik şeirdə rast gəlinməyən ifadələrdən, atalar 
sözlərindən ustalıqla faydalanmış, belə ifadələrin dilimizdə təbii səslənməsinə nail olmuşdur. Dahi sənətkar 
hər sözü böyük ustalıqla cilalamış, hətta dəfələrlə istifadə olunmuş söz və söz birləşmələrinə də yeni bir 
qiyafə geyindirərək öz qoşma, müxəmməslərində ustalıqla istifadə etmişdir. Burada heca vəzninin onun 
yaradıcılığında daha geniş istifadə olunmasını şeirin nəzəri cəhətdən zəifləməsi, yaxud şairin özünəqədərki 
ənənəndən kənarlaşması kimi başa düşmək həqiqəti əks etdirməzdi. Molla Pənah Vaqifin milli şeirimizin 
vəzn ölçülərinin rəngarəngləşməsində rolu danılmazdır. Vaqifin yaradıcılığında vəzn ilə dil arasında 
möhkəm bir bağlılıq vardır. XVIII əsr lirikasındakı Azərbaycan dil təfəkkürünün əsasları məhz Vaqif 
poeziyasında özünün ən dolğun təzahürünü tapmışdır. Vaqif klassik şeir dilindən faydalanmaq şərtilə xalq 
danışıq dilini cilalayaraq yazılı ədəbiyyata gətirmişdir. Sonralar Vaqif şeirinin dil kəşflərindən Q.Zakir, 
M,F.Axundzadə, XIX əsər aşıqları, S.Vurğun və başqa bu kimi mütəfəkkirlərimiz yetərincə faydalanmışlar.
Ədəbiyyat 
1.
Əliyev S., Həsənov B., Mustafayeva A., Verdiyeva N., Məmmədova S. Ədəbiyyat. 8-ci sinif üçün dərslik. 
Bakı, 2015, 208 s.
2.
Cəfərov Nizami Molla Pənah Vaqif. Bakı, Renessans-A, 2017, 238 s. 
3.
Vaqif M. P. Əsərləri. Bakı, Şərq-Qərb, 2014, 269 s. 
AĞAHÜSEYNOVA VÜSALƏ 
Bakı Slavyan Universiteti 
“VAQİFİN ŞİRİN DİLİ” – ANA DİLİ
Açar sözlər:
Vaqif, ədəbiyyat, Vaqifin dili, ana dili, yaradıcılıq
“Vagif’s sweet tongue” – mother tongue 
One of the most important aspects of Molla Panah Vagif’s mastery is that the artistic expressions and 
characters that he used are compatible with the rules of Azerbaijani language. His poetic language is simple 
and natural. Optimistic rules and sanguine spirit occupy the central part in his poetry. 
Keywords: 
Vagif, literature, Vagif’s language, mother tongue, creativity.
Azərbaycanın xalq şairi Səməd Vurğun rus şairi A.S.Puşkinin “Yevgeni Onegin” əsərini ana dilimizə 
tərcümə etməsi münasibəti ilə demişdir: 
Axıtdım alnımın inci tərini, 
Yanmadım ömrümün iki ilinə, 
Rusiya şeirinin şah əsərini 
Çevirdim Vaqifin şirin dilinə. 
Səməd Vurğun ana dili əvəzinə “Vaqifin şirin dili” işlətməklə dilimizin poeziya dili olduğunu və şeir 
dilimizin yüksək zirvəyə çatmasında Molla Pənah Vaqifin böyük xidməti olduğunu qeyd edir. Ümumiyyətlə, 
S.Vurğun uzun bir müddət sevimli şair – Vaqif haqqında ona layiq olan əsər yazmaq fikri ilə yaşamışdır. Bir 
neçə şeirində o, Vaqifdə xüsusi məhəbbətlə bəhs etmişdir. “Şairin ölümü” şeirini (1935) S.Vurğun dahi şairin 
faciəli həyatından təsirlənərək yazmışdır. Səməd Vurğun təkcə şeirlər kifayətlənmir və 1937-ci ildə 
yaradıcılığının incisi sayılan “Vaqif” dramını yazır.
Şairin qardaşı Mehdixan Vəkilovun xatirələrindən: “Vaqif” əsəri 1937-ci ilin axırlarında heyrətamiz 
bir sürətlə, 3-4 həftə ərzində yazıldı. Belə böyük bir əsərin az müddətdə yazılması ona görə mümkün oldu ki, 
Səməd Vurğun illər uzunu Vaqifin həyat və yaradıcılığı üzərində düşünmüşdü... O, yazacağı əsərin 
mövzusunu, süjet xəttini xəyalında çoxdan işləyib hazırlamışdı. Səməd Vurğun “Vaqif” dramının bütöv bir 
şəklini açıq havası üstündə əzbərində bişirirdi və ona görə də bir oturuma böyük bir səhnə yazılırdı”. 
(anl.az/meqale525) Bu onu göstərir ki, şair qələmə aldığı “Vaqif”lə nəfəs alırmış. 


M.P.Vaqif və müasirlik 
28
Bildiyimiz kimi Azərbaycan poeziyasının ilk inkişaf dövrü ərəb-fars dilli ədəbiyyatla, bu dildə şeirlərin 
geniş yayılması ilə bağlıdır. Xüsusilə Nizaminin qüvvətli ənənəsi sonralar uzun müddət Azərbaycan şeirində 
davam etmiş, bir çox şairlərimizi fars dilində yazmağa həvəsləndirmişdir. Fars dili ilə yanaşı ana dilli 
ədəbiyyat da inkişaf edirdi. XIII əsrdən başlayaraq Qazi Bürhanəddin, İzzəddin Həsənoğlu, Nəsimi, Xətai, 
Həbibi kimi görkəmli şairlər ana dilimizdə layiqli əsərlər yaratmışlar. XVI-XVIII əsrlərdə klassik poeziya ilə 
yanaşı aşıq şeiri də ədəbiyyatımızda, Azərbaycan ədəbi dilinin zənginləşdirmək, xalqın ruhunu oxşayan bir 
çox sənət nümunələri yaratmaqla təqdirəlayiq işlər görmüşdü. 
XVIII əsrə qədər klassik poeziya ilə aşıq şeiri, hər iki janr bir-birindən ayrı inkişaf edirdi. Vaqifin 
sənətkarlığı ondadır ki, bu iki janrın yaxşı cəhətlərini özündə birləşdirib ədəbiyyatımıza yeni tipli poeziyanın 
inkişafına yol açdı. XVIII əsr üçün səciyyəvi olan daha bir cəhət istər klassik üslubda, istər aşıq şeirində 
yazan sənətkarların əsərlərində dil sadələşir, bədii ifadə vasitələri aydınlaşır. 
Azərbaycan şeirinin, ədəbi dilinin inkişafında, Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutan 
sənətkar Vaqif yaradıcılıq üslubunun orijinallığı ilə fərqlənir. Molla Pənah Vaqifin şeiri xalq-aşıq şeirindəki 
sadə xalq dilinin imkanlarına, realizmə əsaslanmaqla yaranmışdır. Doğrudan da, Vaqifin haqqında söhbət 
açdığımız şeirlərinin ən mühüm cəhəti odur ki, burada xalqın keçmiş məişət, davranış, qayda-qanunu özünün 
konkret ifadəsini tapmışdır. Eyni zamanda məişət təsvirlərində şair realistik mövqedə durub, XVIII əsr 
Azərbaycan həyatını göz qarşısında canlandırmağa nail olmuşdur. Azərbaycan ədəbiyyatının inkişafında yeni 
bir mərhələyə çevrilmiş romantik şeirdən realist şeirə keçidin əsasını qoymuşdur. 
Vaqifin əldə olan ədəbi irsi qoşma və təcnislərdən, qəzəl, müxəmməs, müstəzaddan ibarətdir. Şairin 
qoşmaları başqa janrda yazılan əsərlərinə nisbətən çoxluq təşkil edir. Vaqif özü qoşmalarını “qafiyə” 
adlandırır. F.Köçərli də “Vaqifin qafiyələri” sözləri altında onun qoşmalarını nəzərdə tuturdu. Vaqifin 
məhəbbət şeirlərinin səciyyəvi cəhəti ondadır ki, lirik qəhrəman olan məşuqənin, qadının vəsfinə, onun 
gözəlliyinin şərhi ilə kifayətlənməyib, gözəli bütöv bir şəkildə, mənəvi aləmi ilə bir yerdə təsvir edir. Onun 
şeirlər ithaf etdiyi gözəllər şair xəyalının obrazları olmayıb, həyatda mövcud olan təbii obrazlardır. 
Yay qaş bucağında, al yanaq üstə, 
Nə xoş xumarlanır məstanə gözlər. 
Sürməli kirpikdən oxlar çəkilib, 
Eyləyib bağrımı nişanə gözlər. 
Vaqif ki, düşübdür əqlü kamaldan, 
Əksik olmaz başı qovğadan, qaldan. 
Nə zülüflərdən bilin, nə xəttü xaldan, 
Eyləyibdir onu divanə gözlər (2, s. 102). 
Nümunədən də göründüyü kimi, Vaqifin dil xüsusiyyətləri onun sənətkarlıq xüsusiyyətləri ilə bir 
vəhdət təşkil edir. Vaqifin sənətkarlıq xüsusiyyətinin ən vacib məqamlarından biri budur ki, şairin işlətdiyi 
bədii ifadələr, yaratdığı bədii obrazlar və s. Azərbaycan dilinin, ana dilimizin qanun-qaydasına uyğundur. 
Azərbaycan dilinin qayda-qanununa, danışıq tərzinə uyğun ifadələr işlətməklə Vaqif Nəsimi, Xətai, Füzuli 
kimi böyük sələflərinin başladığı işə möhür vurur. Məhz Vaqif şeirinin sayəsində yanağı lalə, alma yanaq, 
ağzı şəkər, dodağı bal, büllur buxaq və s. kimi ifadələr yazılı ədəbiyyatımızda özünə layiqli yer qazanmışdır. 
Ümummilli lider Heydər Əliyev deyirdi ki, hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini 
yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, 
bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkündür. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, 
inkişaf etdirən onun dilidir. Ədəbiyyatın əsas ifadə vasitəsi dildir. Sənətkar sözün bütün incəliklərinə diqqət 
etməli, həyat hadisələrini bədii təhlildən keçirib ümumiləşdirən, səlis yolla oxucuya çatdırmalıdır. Bədii 
əsərin dili axıcı, həyati, rəngarəng olmalıdır. Bu baxımdan Vaqif poeziyasının dili olduqca sadə və təbiidir. 
Sənətkarın şeirlərində həyata optimist baxışları, nikbin ruh əsas yer tutur.
Molla Pənah Vaqif sevgi, gözəlliyə həsr etdiyi şeirləri ilə yanaşı, Azərbaycan həyatının o dövr üçün 
olan çətinliklərini, ağır güzəranını da təsvir etmişdir. Onun “Bayram oldu” şeiri buna əyani nümunədir.
Bayram oldu, heç bilmirəm neyləyim, 
Bizim evdə dolu çuval da yoxdur. 
Dügüylə yağ hamı çoxdan tükənmiş, 
Ət heç ələ düşməz, motal da yoxdur. 
Allaha bizmişik naşükür bəndə, 
Bir söz desəm, dəxi qoymazlar kəndə. 
Xalq batıb noğula, şəkərə, qəndə, 
Bizim evdə axta zoğal da yoxdur (2, s. 174). 
Vaqif “Hayıf ki, yoxdur” qoşmasında isə elin-obanın yoxsul həyatına, Kür qırağının acı taleyinə yanan 
bir sənətkar kimi kür qırağının təbii imkanları, gözəllikləri ilə dolanışıq sarıdan doğan geriliyindən 
təəssüfləndiyini bildirir.


M.P.Vaqif və müasirlik 
29
Qış günü qışlağı Qıraqbasanın 
Gözüdür aranın cümlə cahanın 
Belə gözəl yerin, gözəl məkanın, 
Bir gözəl obası hayıf ki, yoxdur. 
Vaqifin yaradıcılığında aydın nəzərə çarpan xüsusiyyətlərdən biri də budur ki, şair özünün rəngarəng 
humanist düşüncələrin, qənaətlərini əruz vəznində yazdığı şeirlərdə şərh etməyə daha çox imkan tapır. 
Vaqifin ömrünün son illərində yazdığı “Bax” qəzəlini və “Görmədim” müxəmməsini də əruz vəznində 
yazmışdır. Şairin bu son şeirlərində əvvəlki əsərlərinə, xüsusən qoşmalarına məxsus nikbinlik, həyat eşqi 
yoxdur. Dərin kədər, zəmanədən güclü şikayətlər bu şeirlərdə əsas yer tutur. “Bax” qəzəlində Vaqif Qacarın 
acınacaqlı vəziyyətinə sevinir. Ona görə də Vaqif bu hadisə münasibətilə Vidadiyə məktub yazır, sevincini 
onunla bölüşür. Vaqif bu qəzəldə müəyyən qədər Vidadinin mövqeyinə yaxınlaşdığını, həyatın həqiqətini 
tapdığını bildirir. “Görmədim” müxəmməsi Vaqif yaradıcılığının və bütün XVIII əsr ədəbiyyatımızın ən 
parlaq abidələrindən biridir.
Mən cahan mülkündə, mütləq doğru halət görmədim, 
Hər nə gördü, əyri gördüm, özgə babət görmədim. 
Aşinalar ixtilafında sədaqət görmədim, 
Biətü iqrarü imanü dəyanət görmədim, 
Bivəfadan lacərəm təhsili hacət görmədim (2, s. 185). – 
Bağlı olduğu Qarabağ xanlığının uğurlu gələcəyinə inamının sarsıldığını, xalqın həyatındakı böhranı 
duyduğu vaxtlarda yazdığı bu əsərdə Vaqif qüdrətli bir ittihamçı kimi çıxış edir. Şairin əvvəlki əsərlərindən 
fərqli olaraq burada ictimai düşüncələr daha qabarıq şəkildə öz əksini tapmışdır. Vaqifin əruz vəznli şeirin 
dilinə gətirdiyi sadəlik, aydınlıq XX əsr şairlərinin qəzəllərində də öz əksini tapır.
Firudin bəy Köçərli yazırdı ki, Vaqifin şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir 
və hər nə onun qələmindən zuhura gəlibsə... tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli 
şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub. (1, s. 
126) 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 
300 illik yubileyinin keçirilməsi haqqında”kı 12 Yanvar 2017-ci il tarixli Sərəncamı dahi sənətkarımıza 
bəslənən hörmətin parlaq nümunəsidir. Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyini 
ölkəmizdə, eləcə də YUNESKO və TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunur. Dahi 
şairimizin yubileyi ilə əlaqədar olaraq, ölkəmizdə bir sıra tədbirlər, kitab müzakirələri, rəsm və şeir 
müsabiqəsi, oxucu konfransı, ədəbi-bədii gecələr keçirilir. İnanırıq ki, Vaqifin növbəti yubileylərini doğma 
elində, Azərbaycanın incisi sayılan Qarabağda qeyd edəcəyimiz gün uzaqda deyil. 
Ədəbiyyat 
1.
Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı, 2 cildə, I cild. Bakı, “Avrasiya-Press”, 2005. 560 s. 
2.
Vaqif, Əsərləri. Tərtib edən Həmid Araslı. Bakı, “Şərq-Qərb”, 2004. 264 s. 
3.
Dadaşzadə A. Molla Pənah Vaqif: Həyat və yaradıcılığı. – Bakı: Azərb. SSR EA , 1966. 188 s. 
ASLANLI (HUNTÜRK) MOBİL 
pedaqogika üzrə elmlər doktoru 
Bakı Dövlət Universiteti
M.P.VAQİFİN FİZİKİ TƏRBİYƏ VƏ HƏRBİ GÖRÜŞLƏRİ 
Açar sözlər:
fiziki tərbiyə,cəsarət,dəyanət,siyasi və hərbi fəaliyyəti 
Physical training and military meetings of M.P.Vagif 
The article deals with the life and activities of our classical poet M.P.Vagif, his physical 
culture,physical preparation and health. In his work,the poet`s militarypolitics,skill and prowess shown in the 
clashes dgainst foreign invaders have got their expressions as weel. 
Keywords:
physical education,courage,sting and military action
Xalqımızın poeziya tarixində gözəllik və nəğməkar şair kimi tanınan M.P.Vaqif XVIII yüzillik 
Azərbaycan ədəbiyyatının ən qüdrətli simalarında biridir. O, milli mədəniyyət tariximizdə yeni ədəbi məktəb 
yaratmış, realist bədii keyfiyyətlə və xəlqi ruhda yazdığı şeirlərilə zəngin bir irs qoymuşdur.


M.P.Vaqif və müasirlik 
30
Qeyd etmək lazımdır ki, Azərbaycan ictimai-siyasi və pedaqoji fikir tarixində özünəməxsus yeri olan 
istedadlı şair, görkəmli dövlət xadimi M.P.Vaqif yaradıcılığında tərbiyənin müxtəlif komponentlərilə yanaşı, 
qismən də olsa fiziki və hərb təlimi məsələlərinə də müəyyən yer ayırmışdır. Bu məsələyə münasibət, şairin 
hətta şəxsi həyatından da yan keçməmişdir. 
Bəlli olduğu kimi, misilsiz iqtisadi sərvətlər diyarı olan Vətənimiz tarixən əzəmətli xaqanların, qüdrətli 
sərkərdələrin möhtəşəm ordusunun basqınları qarşısında daim mərdliklə sinə gərmişdir. Çoxəsrlik xarici 
istilaçıların saysız-hesabsız təcavüzü, xalqımız arasında şir tutan, div boğan batır güclü, pələng şücaətli ərən 
igidlərlə yanaşı, M.P.Vaqif kimi cürətli, qətiyyətli, inadkar, fəhm-fərasəti, güclü dərrakəsi, zəkavəti və çevik 
düşüncəsi ilə zəmanəsinin ən müdrik vəzir və şahlarının həsəd apardığı oğulları da yetirdi. Dərin mənayüklü, 
hər bir kəlməsi zərb-məsəli, atalar sözü və aforizm kimi yaddaşlara hopmuş Vaqif təfəkkürü, Vaqif zəkası, 
neçə-neçə qeyzlənmiş aslan kimi yurdumuza hücum çəkən fatehləri ram etmişdir.
Mənbələrdə göstərildiyi kimi, hələ lap uşaqlıq illərindən ovçuluğa meyl göstərən şair sərrast nişan 
almaqda ətrafındakılarını heyran qoyarmış. Kür qırağı Qarayazı meşələrində tez-tez əsl səyyad kimi ov 
ovlamaqdan yorulmayan Vaqifin hədəfə dəqiq tuşlamağını müasirləri dönə-dönə qeyd etmişlər. Bu 
baxımdan həm də müxtəlif silahları, o cümlədən yaxşı, ələyatım, davamlı tüfəng həvəskarı olan şair, həmin 
dövrdə Qarabağda gedən kəskin siyasi – hərbi olayların gərginləşdiyi bir məqamda ona çox məlhəm 
adamlardan tüfəng istəməsi də məlumdur.
Qaynaqlarda göstərilir ki, M.P.Vaqif «Dəhridə oldu mənə dildarü dilbər bir tüfəng…» adlı bir 
müxəmməs yazaraq ona yaxın həmdəmi Şəki hakimi Hüseyn xan Müştaqa göndərir. Belə ki, Vaqif 
dostundan özünə bir tüfəng bağışlanmasını xahiş etmişdir. Hüseyn xan Müştaq isə dostunun sözünü yerə 
salmayacaq Rafei vasitəsilə Vaqifə qızıl suyuna çəkilmiş tüfəng, həm də aşağıdakı bənd ilə başlayan cavab 
müxəmməsi göndərmişdir: 
Dəhridə oldu mənə dildarü dilbər bir tüfəng, 
Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng, 
Çəkdi dudi-ahimi ta çərxi-çənbər bir tüfəng,
Canıma atəş salıb yaxşı sərasər bir tüfəng, 
Yanə-yanə qaldım, olmadı müyəssər bir tüfəng. 
Qıvrılır könlüm tüfəngdən dəm vuranda, martək, 
Od saçır ağzımdan ol çaxmaği-atəşbartək, 
Gülleyi-eşki atar çeşmim şərarı nartək, 
Müşki barut ətrilə həm türreyi-tərrartək, 
Etmədi dimağimi mütləq müəttər bir tüfəng…(1, 122-123). 
Buna rəğmən eyni məsələ ilə bağlı mənbələrdə bir çox maraqlı fakt və dəlillər mövcuddur. Belə ki, 
şairin silahlara qarşı olan dərin həvəs və istəyi digər qaynaqlardan da sızılır. Məsələn, Qalabəyi Məhəmməd 
xanın M.P.Vaqifə yazdığı cavab məktubunda Qarabağın bahadır güclü cəngavər oğulları ilə birlikdə düşmən 
üzərinə mübarizəyə qalxan şairin əlində tüfəng yaraqlı-yasaqlı vəziyyətdəki görkəminə işarə edərək yazırdı: 
Az qalıbdır yaşın yetişə yüzə, 
İnnən belə, bəsdir, dəm vermə sözə. 
Qılıncı, tüfəngi bağışla bizə, 
Kağız, qələm, dəvat, quranı saxla (1, 9).
Bu cavabdan aydın görünür ki, Vaqif İran şahının hücumundan sonra da əsləhlə gəzərmiş. Bununla 
yanaşı şairin Hüseyn xan Müştaqdan tüfəng istədiyi aşağıdakı şeir parçasında onun silaha olan münasibəti, 
daha doğrusu meyl və istəyi xüsusən aydın hiss olunur: 
Hər kim istər kim, vücudi mərəkə ara gərək, 
Kəndi zatindan silahü əsləhə əla gərək. 
Gülləsilə xuni-əda tökməyə sevda gərək, 
Gər tüfəng olsa bizə, mümtazü bihəmta gərək, 
Vaqif, yoxsa deyil, məqbulumuz hər bir tüfəng (1, 123). 
Qaynaqların məlumatında Qarabağ sakinlərindən olan İ.Həmzəyev xatırlayır ki, yerli qaçqınlardan 
eşitdiyinə görə Molla Pənah çox sərrast güllə atan imiş. Bir dəfə erməni toyunda sərrast atıcı üçün yarış 
keçirilirmiş. Toya gəlib çıxan Vaqif yarışa qoşulur və ən yaxşı nəticə göstərir (2). 
Mənbə və məxəzlərdə M.P.Vaqifin həyatda olduqca mətin, ötkəm xarakterə, habelə olduqca səbrli və 
təmkini bir insan olduğu vurğulanır. Bütün ən ali bəşəri keyfiyyətlər cisminə bələnmiş bu insanın dərin 
humanist hisslərinin arxasında onun dəyanəti, vüqarı, əyilməzliyi dururdu. 
Mənbələrdə göstərildiyi kimi, İran dövləti 1795-ci ildə Araz çayını möhtəşəm bir ordu ilə keçərkən 
orada iki hissəyə ayrılır. Ordunun bir qismi Əliqulu xanın sərkərdəliyi ilə İrəvan üzərinə, digər qalan hissəsi 


M.P.Vaqif və müasirlik 
31
«Qacarın rəhbərliyi» ilə Qarabağa həmlə edir. Qaynaqlarda deyilir ki, həmin hücum dəstəsinin basqını 
zamanı yerli ordunun səfərbərliyinə cahangir bir sərkərdə kimi, bilavasitə Vaqifin özü rəhbərlik etmişdir. Bu 
faktla bağlı şairin həm özünün, həm də ona yazılan «Mərd-meydan», «Mərəkə ara» bir şəxsiyyət olduğu 
aşkar hiss olunur. Qaynaqlarda M.P.Vaqif silah gəzdirən bir şücaətli igid, həm də hərbi işlərə məharətlə
rəhbərlik edən səriştəli sərdar kimi təqdim edilir. Həmin problemlə bağlı daha dolğun və inandırıcı fikri 
görkəmli ədəbiyyatşünas alim F.B.Köçərli də qeyd edir: «Vaqif özü… şair isə də, vaxtın təqazasına görə 
onun meyl və könlü silah və əsləhəyə dəxi olub, igidlik iddiasına həm düşərmiş və məqami-zərurətdə özü 
yaraq götürüb davaya çıxarmış. Bu cəhətdən şairin Şirvan hakimi Məmmədhəsən xandan tüfəng arzu və 
təmənna etməyi gərək bizə əcib gəlməsin və tüfəngə onun nə qədər meylü şövqü olmağı şairin öz 
sözlərindən görünür (3, 174). 
Mirzə Yusifin «Kitabi-məcmueyi Vaqif Teymurxanşura» və Mir Mehdi Xəzaninin «Qarabağnamə» 
əsərlərindən gətirilən məlumatlarda Ağa Məhəmməd şahın hüzuruna çağırılan Vaqifin o cür qaniçən əzazil 
bir fatehin qarşısında göstərdiyi dəyanət, qürur və mərdanə hərəkətlər üçün akad. H.Araslı şairin şücaət və 
hünərinə öz heyranlığını bildirir: «Bu rəvayət Vaqifin cürətli, öz izzət-nəfsini qoruyan, mərd və mübariz bir 
şəxsiyyət olduğunu, ölüm qarşısında belə düşmənə əyilmədiyini aydınlaşdırıldığı kimi, hər iki rəvayət bir də 
Vaqifin şah Qacarın o gecədən salamat çıxa biləcəyini yəqin bilməyəcəyini yəqin bildiyini təxmin etməyə 
imkan verir. Güman etmək olar ki, Qarabağ siyasətçiləri ölkəni bu vəziyyətdən xilas etmək üçün istilaçı 
hökmdarın öldürülməsini qərara alıblarmış. Çünki onlar bilirdilər ki, belə bir iş aralarında ziddiyyət olan, 
lakin zorla bir araya toplanmış sərkərdələrin bir-birilə didişməsi nə səbəb olacaq və nəticədə düşmən qoşunu 
qaçacaqdır. Belə də oldu. Bunu təşkil etmək isə yəqin ki, Vaqifə tapşırılıbmış» (4, 279-280). 
Sağlam, qıvraq bədənə, cüssəli vücuda, möhkəm əzalara malik şair, müasirlərinin söylədiklərinə görə 
dönməz, mətin xarakterə, sarsılmaz iradəyə malik əzmkar bir şəxs olduğu bildirilir. Dərin məslək, bitkin 
əqidə və amal sahibi kimi yaddaşlarda qərarlaşmış xalqımızın nadir şəxsiyyətlərindən olan bu üləma insan, 
azman şair həyatın ağır məşəqqətlə dolu məhrumiyyətlərinə mərdliklə sinə gərmiş, əyilməz vüqarı ilə 
xalqının azadlığı uğrunda dözülməz haqsızlıqlara qarşı cəfakeşlik göstərməsi, habelə ədəbi və tarixi 
qaynaqlarda bu məsələnin dönə-dönə vurğulanması bəllidir. Şair qorxmaz, fədakar, dəyanətli insanları özünə 
həmdəm sayır, onların qürur və mərdanəliyini alqışlayır.
Şair «Müstəzad»larının birində içiqndən, ruhundan gələn arzu və istəklə dolu fikirlərini inci 
misralarında türkün cavanşir ərənlərini alplığa, qəhrəmanlığa haraylayan şüarları sədəf tək çapa düzməklə 
bənzərsiz bir poeziya nümunəsi yaradır. Yurdunun batır güclü yenilməz pəhləvanlarının əsləhə qurşanıb 
şahbaz atın belində cəngə girərək ərdəmlik göstərməsi şairin daim əzəli arzusu olub: 
Böylə buyurubdur ər edə övrətə zivər 
Ol xaliqi – əzvac. 
Vaqif ər olan övrətə heyran necə olmaz,
Çağ etsə damağın? (1, 188-189). 
«Mən sənə olmuşam didar aşiqi» adlı qoşmasında özünün fiziki imkanlarına güvənən bahadır cüssəli 
şair, sağlam orqanlara, möhkəm əzalara malik şücaətli bir türk ərəni olduğunu bir daha bəyan edir: 
Vaqifəm, çox əla bir kövhər idim, 
Saflıqda polada bərabər idim (1, 148-149). 
Qaynaqlarda göstərilir ki, M.P.Vaqif Ağa Məhəmməd şah Qacarın dustaqı olan zaman o, özünü son 
dərəcə dözümlü, məğrur və əyilməz mərd bir igid kimi aparması qeyd edilir. Hər an Şah Qacar tərəfindən 
edamı gizlədilən şairimiz İran padşahının ən yaxın köməkçisi, onun sərkeşikbaşı Məhəmməd Hüseyn xanın 
nəlayiq sözlərinə, təhqiramiz ifadələrinə Vaqif ölüm ayağında belə düşmənə əyilməyərək mərd və mübariz 
bir şəxs kimi rəqibinin necə lazımdırsa cavabını artıqlaması ilə qaytarır.
Tarixi qayqanlarda qeyd edildiyi kimi, Şərqin qüdrətli fatehlərindən olan Ağa Məhəmməd şahın 
Qafqaza qəsdindən narahat olan Gürcüstan hökmdarı II İrakli, İrəvan hakimi Məhəmməd xan, Talış hakimi 
Mir Mustafa, Qarabağ xanı İbrahimin təşəbbüsü ilə and içib birləşərək birinə yardım və kömək edəcəkləri 
qərarına gəlirlər. Və bütün bunlar İbrahim xanın cəsur və müdrik vəziri Vaqifin vasitəsilə həyata keçirilməyə 
başlanır.
Gürcüstan knyazı II İraklı kimi İbrahim xanda Rusiyanın imperatiçası II Yekaterina ilə siyasi ittifaq 
yaratmaq zəruriliyini dərk edərək Vaqifin zəka qüdrətindən, iti qələmindən istifadə edir. Belə ki, İran 
padşahının müzəffər yürüşünün qarşısı, məhz Vaqifin təşəbbüsü sayəsində həyata keçirilir. Qarabağ 
xanlığının Rusiya himayəsi sayəsində İran və Türkiyə qəsbkarlarından qurtara biləcəyi fikri hər kəsdən əvvəl 
Vaqifin uzaqgörənliyilə əlaqədardır. Xanın həddiyyələrinə əvəz olaraq tövhfələr göndərən II Yekaterina 
Vaqifə də cəvahirli bir əsa hədiyyə etdi (5, 30). 


M.P.Vaqif və müasirlik 
32
Beləliklə, Azərbaycan ədəbiyyatı tarixində M.P.Vaqif kimi söz bahadırlarının, fikir cahangirlərinin 
klassik irsindəki fiziki tərbiyə, hərb işi fiziki-cismani yetkinlik problemləri ilə bağlı fikirlərin araşdırılıb 
nəsillərə çatdırılması müasir günümüz üçün olduqca önəmli vəzifəyə çevrilməlidir.
Ədəbiyyat 
1. Vaqif M.P. Əsərləri. Bakı: Yazıçı,1988 
2. Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin fondu, (iş № 833/491) 
3. Köçərli F.B. Azərbaycan ədəbiyyatı, 2 cilddə,I c., Bakı: Elm, 1978 
4. Araslı H.M. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: ADU-nun nəşriyyatı, 1965 
5. Mirzə Adıgözəl bəy. Qarabağnamə. Bakı: Azərnəşr, 1950 
BABAYEVA ŞƏBNƏM 
Bakı Slavyan Universiteti 
MOLLA PƏNAH VAQİFİN HƏYAT VƏ YARADICILIĞI MİR MÖHSÜN NƏVVABIN 
“TƏZKİREYİ-NƏVVAB” ƏSƏRİNDƏ 
Açar sözlər: 
Molla Pənah Vaqifin irsi, “Təzkireyi-Nəvvab” əsəri , təzkirələr, qoşmalar, ictimai-
siyasi lirika 
Molla
Panah Vagif’s life and works in Mir Mohsun Navvab’s poem “Tazkire-i Navvab
” 
Molla Panah Vagif who had a specific place in the 18
th
century of Azerbaijane literature and policy 
was a prominent figure of the founder of the Karabakh Khanate. As Vagif’s poetry indicates 18
th
century 
contradictions joys and sorrows more brilliantly, this period of the literature is called “Vagif’s century”. It 
can clearly be seen from the memovis that there was a mysterious contact and harmony between the 
outstanding diplomat and poet – Vagif’s artistic creativity and political activity. In “Tazxineyi-Navvab” 
expressed social-political poems, muxammas – each of them shows the richness of Vagif’s inheritance. This 
poetry which is the expression of social-political success of Karabakh Khanate in 18
th
century is differed 
with its optimism and folk character. 
Keywords: 
Molla Panah Vagif’s heritage, “Tazkire-i Navvab” work, tazkiras, qoşmas, public 
political poem.
Əski və orta yüzilliklər Azərbaycan ədəbiyyatının tarixi üçün təzkirə, cüng, bəyaz və s. ədəbi 
məxəzlər əsas qaynaqlar sayılır. Təzkirələr ilk dəfə olaraq İran ədəbiyyatında meydana gəlmişdir. Yaxın və 
Orta Şərq ədəbiyyatında Məhəmməd Övfinin “Lübab ül-əlbab” əsəri ilə başlanğıcı qoyulan təzkirəçilik 
ənənələrinin davamı olaraq Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsərini göstərə bilərik. Farsca yazıl-
masına baxmayaraq, təzkirədə bir Azərbaycan türkünün ruhu duyulmaqdadır. Təzkirələr inkişaf etdikcə 
onların ədəbiyyatşünaslıq tədqiqatları ilə ortaq cəhətləri artmağa başlamışdır. Bu cəhətdən fərqlənən ilk 
təzkirə məhz Mir Möhsün Nəvvabın qələmindən çıxmışdır. “Təzkireyi-Nəvvab” əsərinə nəzər saldıqda 
görürük ki, burada Şərq təzkirəçiliyi ənənələrinin prinsiplərinə aludəçilik yoxdur. Təzkirələrə avtoqraf 
vərəqlərinin daxil olunması ideyası Mir Möhsün Nəvvaba aiddir. Bu əsər digər təzkirələrlə müqayisədə 
XIX əsrin ən geniş və əhatəli antoloji ədəbiyyat nümunəsi sayıla bilər ” (1, s. 97). Bildiyimiz kimi, XIX əsr 
Qarabağ ədəbi mühitinin ən parlaq dövrüdür və Mir Möhsün Nəvvab özü də bu işi görmək istəyinin 
səbəbini təzkirədə belə izah edir: “ Bu gözəl dövranda, mübarək 1309-cu ildə görkəmli din qardaşların-dan 
bəziləri belə arzu etdilər ki, tarixin səhifələrində bir yadigar qalması üçün Qarabağ şairlərinin əziz adları, 
onların keçdikləri həyat yolu toplanıb bir təzkirə tərtib edilsin” (3, s. 7-8). 
Əsər üç hissədən ibarətdir. Birinci hissədə verilən ilk məlumat XVIII əsr Azərbaycan ədəbiyyatına bir 
sıra yeniliklər gətirən, həyatının bütün əzab-əziyyətinə baxmayaraq nikbinliyi ilə fərqlənən M.P.Vaqif 
haqqındadır. Burada “Rəhmətlik Molla Pənah Vaqifin həyat yolu” adlı bir bölmə vardır. Məhz həmin hissə 
şairin həyatının bəzi məqamlarını yaşatmaq məqsədinə xidmət edir. Onun anadan olma tarixi, həyatının son 
çağında üzləşdiyi hadisələr, öldürülmə səhnəsi aydın şəkildə əks olunur. Təzkirədə Vaqifin həyatı haqqında 
verilən qısa məlumatda onun öldürülmə səhnəsi ilə bağlı fərqlər, hətta, bu zaman Vaqifin oğlu ilə arasında 
baş verən mükaliməyə dair məlumatların yanlış olduğunu söyləyənlərdə vardır. Burada qeyd olunur: 
“Molla Pənah öz oğlu Əli Ağaya dedi: “Ey oğul, bizi hara aparırlar?! O dedi: Sən camaatı göndərdiyin yerə 
aparırlar” (3, s. 11). Bu faktın yanlış olduğunu söyləsələr də, onu da deyə bilərik ki, məhz 


M.P.Vaqif və müasirlik 
33
Y.V.Çəmənzəminlinin “Qan içində” romanında da M.P.Vaqiflə oğlu arasında gedən bu mükalimə eynilə 
verilmişdir. “Təzkireyi-Nəvvab” əsərində Vaqifin ictimai fəaliyyəti ilə bağlı məlumat verilən hissədə daha 
maraqlı bir faktla rastlaşırıq: “ Hicri təqvimlə 1215-ci ildə, yəni 1800-1801-ci illərdə sağ imiş və təxəllüsü 
Vaqif olmuşdur” (3, s. 12). Bizə bu vaxta qədər məlum olan ölüm ili isə 1797-ci ildir. 
Mir Möhsün Nəvvab öz təzkirəsində Vaqif irsindən 6 müxəmməs, 6 qəzəl, 4 qoşma, müxəmməs-
müstəzad, mürəbbe, Vidadi ilə deyişməsini əks etdirmişdir. Təzkirədə daha çox diqqəti cəlb edən Vaqifin 
“Saqqal” müxəmməsidir. Bu müxəmməsi ilk dəfə oxuyan hər bir kəs burada satirik bir əhval duya bilər. 
Satiranın Azərbaycan ədəbiyyatında yaranması isə Qasım bəy Zakirin adı ilə bağlıdır. Lakin biz XVIII 
əsrdə yaşayıb-yaratmış Vaqif yaradıcılığında satira tipli şeirin ilk cücərtilərini görür və satirik ruhu hiss 
edirik. Vaqifin məhz bu müxəmməsi geniş şəkildə öyrənilib araşdırılmasa da, məhz Mir Möhsün Nəvvab 
təzkirəsində özünə yer edə bilmişdir. Görünür Nəvvab Vaqifin ədəbiyyatımıza gətirdiyi satirik ab-havanı bu 
təzkirədə bir yenilik kimi verməyə və Vaqif yaradıcılığının üzə çıxarılmayan yeni bir istiqamətini 
göstərməyə çalışmışdır: 
“Ey məni eyləyən aləmdə pərişan, saqqal, 
Səni yox eyləsin ol qadiri-sübhan, saqqal. 
Görəyim kim, olasan xak ilə yeksan; saqqal, 
Ki, edibsən evimi sən belə viran, saqqal, 
Dəydi səndən mənə yüz illətü nöqsan, saqqal” (3, s. 29). 
Vaqifin “Saqqal” müxəmməsi Nəvvabın təzkirəsinin avtoqraf nüxsəsində yoxdur, bu şeir təzkirənin 
çap nüxsəsindən alınmışdır. 
Vaqifi ədəbiyyat tariximizdə yeni məktəb yaradan şair kimi tanıdan və bizə sevdirən ilk növbədə 
onun qoşmalarıdır. Xalq şeiri şəklində yazılan yaranan bu qoşmalar ziddiyyətlərlə dolu olan bir dövrün 
məhəbbət, şadlıq nəğmələridir. Onu da qeyd edək ki, Vaqifin qoşma və qəzəllərinin əsas mövzusu 
məhəbbətdir. Vaqifin məhəbbət lirikasının bir fərqli cəhəti də onlarda lirik qəhrəman olan məşuqənin 
vəsfinə geniş yer verməsidir. Bu cəhətin sonralar aşıq yaradıcılığında “Vaqif gözəlləməsi” havasının 
yaranmasına səbəb olduğu bilinməkdədir. Onun bəyəndiyi və təsvir etdiyi gözəl cismani və mənəvi 
gözəllikləri özündə birləşdirən Azərbaycan qızlarıdır. 
Vaqif qoşmaları məzmunca məhdud görünsə də, formaca olduğu kimi, məzmunca da rəngarəngdir. 
Onun şeirlərində aparıcı mövzu məhəbbət olmasına baxmayaraq, şair başqa mövzulara da biganə qalmamış 
və dövrün ən mühüm ictimai-siyasi hadisələrinə də şeirlər həsr etmiş, bu şeirlər vasitəsilə kədərini, 
sevincini, nifrətini və peşmanlığını bildirmişdir. Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsərində 
“Vaqifin həzli” başlığı ilə verilən şeiri və “Görmədim” müxəmməsi bu baxımdan diqqətə layiqdir. Mir 
Möhsün Nəvvab təzkirədə məqsədli şəkildə birinci Vaqifin “Görmədim” müxəmməsini vermişdir. Bu şeirin 
ön plana çəkilməsi Nəvvab amalını, onun ictimai-siyasi hadisələrə, zəmanəyə münasibətini aydınlaşdırır. 
Əvvəldə də göstərdiyimiz nümunələrə və faktlara nəzər salsaq, düşünülə bilər ki, Vaqif hər zaman bu 
dünyanı “şadlıq və gözəllik” məskəni hesab edib. Lakin Vaqifin həyatının son çağlarında qələmə aldığı bu 
müxəmməs onun yaradıcılığının və bütün XVIII əsr Azərbaycan ədəbiyyatının ən parlaq ədəbi abidəsi 
sayılır. Məhz burada əvvəlki şeirlərindən fərqli olaraq, Vaqifin qəzəb və nifrətinin hüdudsuzluğunu, 
dövrünün ictimai-siyasi həyatının nikbin bir şair qəlbində oyatdığı tufanı açıq-aydın görə bilirik: 
“Xah sultan, xah dərvişü gəda bilittifaq, 
Özlərin qılmış giriftari-qəmü dərdü fəraq. 
Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq, 
Bunca kim etdim tamaşa, sözlərə asdım qulaq, 
Kizbü böhtandan savayı bir hekayət görmədim” (3, s. 13). 
Təzkirədə yer alan, Vaqif yaradıcılığının maraqlı şeirlərindən sayılan “Xristian qızının tərifinə dair” 
müxəmməs və “Tiflis tərifində dediyi müxəmməsi” diqqəti daha çox cəlb edir. Çünki həmin müxəmməslər 
tarixilik baxımından olduqca dəyərli mənbə, məxəz rolunu oynayır. Burada Qarabağ xanlığının Gürcüstan, 
eləcə də qonşu dövlətlərlə əlaqələri əks olunub. Bu nümunələr həmin dövrdə iki xalqın mövcud əlaqələrini 
bir daha təsdiqləyir. 
Ümumiyyətlə, Vaqif poeziyasının ən mühüm keyfiyyətlərindən birinin nikbinlik olduğunu qeyd etdik. 
Onun bütün əsərləri, həyatının son illərində yazdıqları istisna olmaqla, onun həyatsevər, nikbin, şən bir 
sənətkar olduğunu sübut edən ən qiymətli faktlardır. Bu nikbinlik fəlsəfəsini şair Vidadi ilə deyişməsində 
daha aydın ifadə edir. Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsərində yer alan və Vaqif yaradıcılığı 
dedikdə hər kəsin ağlına gələn deyişmə iki dünyabaxışının, iki münasibətin ifadəsi olan bir əsərdir. Məhz bu 
deyişmə bədbinlik və nikbinlik kimi iki fərqli məhfumun tam şəkildə başa düşülməsi baxımından olduqca 
əhəmiyyətlidir: 
“Ey Vidadi, sənin bu puç dünyada 
N
ə
d
ə
rdin var ki, zar-zar ağlarsan?


M.P.Vaqif və müasirlik 
34
Ağlamalı günün axirətdədir, 
Hələ indi səndə nə var ağlarsan?” (3, s. 16). 
Ümumilikdə Mir Möhsün Nəvvabın bu təzkirəsində ilk sırada yer alan Vaqif yaradıcılığından 
gətirilən nümunələr və məlumatlar bununla kifayətlənir. Göründüyü kimi, bu əsərdə verilən şeir 
nümunələrində başlıqlar sanki təsəvvür yaratmaq səciyyəsi daşıyır. Əlbəttə, bütün bunlar təzkirə üçün 
xarakterik xüsusiyyətdir. Bunlar ümumilikdə Mir Möhsün Nəvvabın dahi şəxsiyyət, Qarabağ xanlığının 
tanınmış ictimai xadimi olan Vaqif haqqında bilgilərini, təsəvvürlərini ortaya qoyur. Bununla da, Nəvvab 
Vaqif yaradıcılığını, xəlqiliyini, realizmini, ən əsası da Vaqif nikbinliyini və bu barədə mövcud fikirləri 
məhz bu təkirə ilə gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. 
Ədəbiyyat
1. Əliyev Ə. Qarabağ ədəbi mühiti və Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri. Bakı: 2012, 142 s.
2. Hacıyeva A. Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi. Bakı: Nurlan, 2004, 178 s.
3. Nəvvab M.M. “Təzkireyi-Nəvvab”. Bakı: Azərbaycan, 1998, 560 s.
4. Səfərli Ə.,Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Ozan, 2008, 695 s.
BAXŞƏLİYEV EYNULLA 
Azərbaycan Milli Elmlər Akademiyası
İnsan haqları və Hüquq İnstitutu
MOLLA PƏNAH VAQİFİN DÖVLƏTÇİLİK FƏALİYYƏTİ HAQQINDA 
Açar sözlər: 
Vaqif, xidmət, hökumət, türk, siyasi, məktub 
About the state activity of Vagif 
History of Azerbaijani statehood was certain services Vagif. He was a great patriot of his country and the 
language of the people and defended by all means possible. He was engaged in the problems of the inner 
lives of the Karabakh khanate, and to show that the Khanate social, economic and cultural life of prosperity 
did his best knowledge and skills. Karabakh khanate foreign countries, carried out under the leadership is 
comprised of direct communication with neighboring khanates. Construction of the town, the development 
and support of the Foundation has special events. 
Keywords:
Vagif, service, government, politics, history, letters
Ümummilli liderimiz Heydər Əliyev və hazırda Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham 
Əliyev həmişə tariximizə, mədəniyyətimizə yüksək dəyər vermiş, onun öyrənilməsi, qorunması üçün zəruri 
tədbirlər görmüşlər (1).
Azərbaycan xalqının dövlətçilik tarixində ayrı-ayrı şəxsiyyətlərin böyük rolu olmuşdur. Tarixi kökləri 
böyük olan milli tarixi şəxsiyyətlər xalqımızın siyasi, sosial-iqtisadi, mədəni həyatında böyük rol oynamaqla 
Azərbaycanı daim irəli aparmağa çalışmış, ərazi bütövlüyümüzü, dilimizi, mədəniyyətimizi qorumaq, 
zənginləşdirmək üçün mübarizə aparmışlar. Belə tarixi şəxsiyyətlərdən biri də Molla Pənah Vaqifdir. O, şair, 
müəllim, alim, həm də dövlət xadimi kimi fəaliyyət göstərmişdir. Onun fəaliyyəti XVIII əsr Azərbaycan 
tarixinin bəzi məqamlarını öyrənmək üçün imkanlar yaradır. 
Tarixi mənbələr göstərir ki, XVIII əsrin 50-ci illərində Qazax mahalında və qonşu Gürcüstan 
sərhədlərində ara çəkişmələri, özbaşınalıqlar ilə əlaqədar gərginlik yaranmış, sərhəd bölgələrində yaşayan 
bəzi ailələr doğma yurdlarını tərk edib Gəncə və Qarabağ xanlıqlarının ərazisinə köçməyə məcbur 
olmuşdular. Qazax mahalının Qıraq Salahlı kəndindən olan Vaqif də belə bir şəraitdə ailəsi ilə Qarabağa – 
Cavanşir mahalının Tərtərbasar (1759-cu ildə) kəndinə köçür.
Bir müddətdən sonra Vaqif Qarabağ xanlığının mərkəzi olan Şuşa şəhərinə köçür, şəhərin Saatlı 
məhəlləsində məktəb açır və tezliklə onun müəllimlik, şairlik, alimlik şöhrəti ətraf bölgələrə də yayılır. 
Beləliklə, Qarabağ xanı İbrahim xan onu saraya dəvət edir. Mənbənin məlumatına görə İbrahim xan saray 
nümayəndəsi Mirzə Vəli Baharlının təklifi ilə əvvəlcə Vaqiflə görüşmüş, onun ay tutulmaları və zəlzələləri 
qabaqcadan xəbərvermə qabiliyyəti ilə tanış olmuş, dərin biliyini qiymətləndirərək saraya dəvət etmişdir. 
Vaqif sarayda vəzir, daha sonra baş vəzir vəzifəsinə təyin olunmuşdur (3, 46). 
Tədqiqatlar göstərir ki, Vaqif eyni zamanda xanlığın daxili həyatına aid problemlərlə də məşğul olmuş, 
Qarabağ xanlığının sosial-iqtisadi, mədəni həyatının çiçəklənməsi naminə bilik və bacarığını əsirgəməmişdir. 


M.P.Vaqif və müasirlik 
35
Şuşa şəhərinin abadlaşdırılması, inkişafı üçün Vaqif xüsusi tədbirlər görmüşdür. Mirzə Camal, Rzaqulubəy, 
M.Xəzaninin qeyd etdikləri kimi məhz Vaqifin saraya gəlişindən və onun gördüyü tədbirlərdən sonra 
şəhərdə tikinti işləri, arxların çəkilişi xeyli sürətləndirilmişdir. Tarixi mənbələrdə İbrahim xanın hakimiyyəti 
illərində Şuşada yeddi qrup tikilinin salındığı barədə məlumat vardır. Belə ki, həmin dövrdə tikilmiş qalalar, 
imarətlər, müdafiə bəndləri, hasarlar şəhərin özünəməxsus simasının formalaşmasında və tarixi-memarlıq 
baxımından fərqlənməsində mühüm əhəmiyyət kəsb etmişdir (4, 42; 154; 260). Mənbələr Vaqifin təcrübəli 
bir mühəndis kimi tanınması, Şuşadakı Xan sarayının, yaşayış yerlərinin və qala hasarlarının onun tərəfindən 
tikilməsi barədə A.Berjenin fikirlərini dəyərləndirməklə haqlı olaraq, həm də Vaqifin Qarabağ xanlığının 
birinci vəziri kimi böyük nüfuza, hörmətə sahib olduğunu, xanlıq üçün böyük işlər gördüyünü diqqətə 
çatdırmışdır. Vaqif daim xanlıq daxilində sabitliyin, əmin-amanlığın qorunub saxlanması, eyni zamanda 
xanlığın hərbi qüdrətinin artırılması üçün çalışmışdır. Bütün bu xüsusiyyətlər Vaqifin müdrik dövlət xadimi 
olduğu fikrini deməyə əsas verir. Vaqif təmsil etdiyi dövlətin – Qarabağ xanlığının xarici siyasətinin 
müəyyənləşdirilməsində və beləliklə, onun beynəlxalq aləmdə tanınmasında xüsusi rol oynamışdır. Qeyd 
etmək lazımdır ki, XVIII əsr Azərbaycan tarixinin mürəkkəb dövrlərindən biridir (2, s. 442). Nadir şah 
imperiyası dağılandan sonra Azərbaycan ərazisində müstəqil dövlətlər – xanlıqlar yarandı. Lakin xanlıqlar 
arasında mübarizə, böyük dövlətlərin Azərbaycanla bağlı maraqları ölkədə sabitliyin yaradılması üçün çoxlu 
maneələr törədirdi. Məhz belə bir zamanda xanlığın xarici siyasət sahəsində əsas siması kimi söz sahibi 
olmaq, mürəkkəb situasiyalardan çıxmaq üçün qətiyyətli addımlar atmaq həqiqətən, uzaqgörənlik, 
cəsarətlilik, müdriklik tələb edirdi. Tədqiqatlar göstərir ki, Qarabağ xanlığının xarici ölkələrlə, qonşu 
xanlıqlarla yazışması bilavasitə Vaqifin rəhbərliyi altında həyata keçirilmişdir. Mirzə Adıgözəlbəy 
“Qarabağnamə” əsərində Vaqifin Qarabağ xanı İbrahim xanın “baş katib və dövlətinin sütunu” olduğunu 
qeyd edir, onu “kamal, ədəb və elm sahibi bir sima” kimi yüksək dəyərləndirir (3, s. 78). 
XVIII əsrin 80-90-cı illərində Qarabağ xanlığı daha da güclənmiş, müstəqilliyini xeyli 
möhkəmləndirmişdir. Belə bir vaxtda digər Azərbaycan xanlıqlarının Qarabağ xanlığının rəhbərliyi altında 
birləşdirilməsi məsələsi gündəmə gəlirdi. Lakin dövrün mürəkkəb siyasi şəraiti, bunun reallaşmasına imkan 
vermədi. Qarabağ xanlığı qonşu Kartli-Kaxetiya çarlığı (Gürcüstan) ilə dostluq münasibətləri yaratmış və bu 
münasibətlərin yaranması, möhkəmləndirilməsində Vaqifin də rolu olmuşdur. 1784-cü ildə Qarabağ xanı 
İbrahim xan Tiflisə gəlmiş və onu Vaqif müşayiət etmişdir (4, 68). 
Qarabağ xanlığı Rusiya ilə də dostluq əlaqələrinin yaradılmasına çalışırdı. Bu əlaqələrin yaradılmasında 
Vaqif böyük rol oynamışdır. İbrahim xanın adından çar II Yekaterinaya yazılan məktublar Rusiya sarayında 
da böyük marağa səbəb olmuşdur. Təbii ki, bu məktubları Vaqif yazırdı. 
Qeyd edək ki, Qarabağ xanlığı Rusiya ilə əlaqələr yaradarkən ehtiyatlı olmağa çalışır, yenicə əldə 
etdiyi müstəqilliyə ziyan dəyməməsi üçün yollar axtarırdı. Ümumiyyətlə, Rusiya ilə əlaqələrin 
yaradılmasında ehtiyatlılıq çarın səmimi, dostluq münasibətlərində ikitərəfli bərabər əməkdaşlığa, xeyirxah 
məqsədlərə inamın möhkəm olmaması, həm də daxildə bəzi məliklərin mərkəzi xan hakimiyyətinə qarşı 
çıxmaq təhlükəsi, yarana biləcək intriqalarla bağlı idi. 
Qarabağ xanlığının siyasi həyatının ən mürəkkəb dövrü XVIII yüzilliyin sonlarından başlayır. Bu 
dövrdə qonşu dövlətlər, xüsusilə Rusiya nəinki Qarabağı, bütövlükdə Cənubi Qafqazı ələ keçirmək üçün 
ciddi planlar hazırlayır. 1795-ci ildə A.M.Qacar Tehranı özünə paytaxt edərək Qacarlar dövlətini yaradır. 
Sonra isə Qarabağa hücum edərək bu ərazini də ələ keçirməyə çalışır. Belə bir tarixi şəraitdə İbrahim xan 
A.M.Qacara qarşı birləşmək üçün Gürcü (Kartli-Kaxeti) çarı II İrakli, İrəvan hakimi Məhəmməd xan və 
Lənkəran xanı Mir Mustafa xanla danışıqlar aparır. Bu danışıqlarda Qarabağ xanlığının baş vəziri, xarici 
siyasi məsələlərlə bacarıqlı diplomat kimi tanınan Vaqif ilə iştirak edir. Ağa Məhəmməd şah Qacar Qarabağ 
xanı İbrahim xana məktub göndərərək Şuşanın təslim edilməsini tələb edir. Müdafiə olunan, inadlı 
müqavimət göstərən Şuşa isə təslim olmur. A.M.Qacar İbrahim xanı qorxutmaq üçün ona bir məktub 
ünvanlayır. İbrahim xan məktubu alan kimi Vaqifə cavab məktubu yazmağı tapşırır.
Mir Mehdi Xəzaninin “Kitabi-tarixi Qarabağ” əsərində göstərir ki, A.M.Qacar cavabı oxuyan kimi 
qəzəblənmiş, Şuşanı ələ keçirmək, ona qarşı çıxanları cəzalandırmaq üçün bütün gücünü sərf edəcəyinə and 
içmişdi. Şuşa müdafiəsində Vaqif də iştirak etmiş, özü də silahlanaraq düşmənə qarşı mübarizə aparmış, 
bütün qala əhalisini, o cümlədən qadınları da döyüşə ruhlandırmışdır. Şuşanın müdafiəsi 33 gün davam etdi. 
Düşmən şəhəri ala bilmədi və geri çəkilməyə məcbur oldu. Belə bir zamanda Rusiya da Qarabağa hücum 
etmək üçün tədbirlər hazırlayırdı. Rusiya ordusunun başçısı V.Zubov Şamaxıda məskən salmışdı. O, 
imperatriça II Yekaterinanın adından Qarabağ xanına hədiyyələr, həmçinin birinci vəziri Vaqifə qiymətli 
daşlarla bəzədilmiş əsa yollamışdı (4, 202). 
1796-cı ilin noyabırında Rusiya çariçası II Yekaterina vəfat edir. Yeni çar I Pavel (II Yekaterinanın 
oğlu) rus qoşunlarının Cənubi Qafqazdan çıxarılması barədə əmr verir. Rus qoşunlarının Cənubi Qafqazdan 
çıxarılması xəbərini eşidən A.M.Qacar yenidən Qarabağa hücuma hazırlaşır. Tarixi mənbələrdəki 


M.P.Vaqif və müasirlik 
36
məlumatlardan aydın olur ki, belə bir şəraitdə İbrahim xan A.M.Qacara qarşı mübarizə aparmağın mümkün 
olmayacağı qənaətinə gəlir. Çünki A.M.Qacarın Qarabağa, Şuşaya birinci hücumu zamanı xanlığa çox ziyan 
dəymişdir. Digər tərəfdən Qarabağ vilayətində üç il davam edən quraqlıq nəticəsində məhsul qıtlığı 
yaranmış, əhali arasında aclıq başlanmışdı (4, s. 62). 
M.M.Xəzaninin yazdığına görə Belə bir şəraitdə Qarabağ xanı İbrahim xan Qarabağı tərk edir, ailəsi və 
yaxın adamları ilə birgə Balakənə- qaynı Ümmə xanın yanına gedir(5,58). A.M.Qacarın adamları tərəfindən 
Vaqif həbs edilir. Şahın əmrilə Vaqifi səhər edam etmək üçün zindana salırlar. Lakin gecə A.M.Qacarın özü 
öldürülür. Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra onun qoşunları Qarabağı tərk edir, geri 
qayıdır. Qarabağ hakimliyi isə İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşirin əlinə keçir. 
Məhəmməd bəy İbrahim xanın yaxın adamlarını aradan götürməyi planlaşdırmışdı. Beləliklə, Məhəmməd 
bəy Cavanşirin əmri ilə Vaqif 1797-ci ildə edam edilir (4, s. 222). 
Şuşada şərəflə dəfn edilən Vaqifin məzarı xalq tərəfindən həmişə hörmətlə ziyarət olunmuşdur. Əvvəlcə 
burada kiçik məqbərə tikilsə də, sonra onun məzarı üzərində, bu müdrik dövlət xadiminin abidəsi – heykəli 
ucaldılmışdı.
Ədəbiyyat 
1. http://www.president.az/articles/22465. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin 
keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 12 yanvar 2017-ci il. 
2. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 s. + 56 s. illüstrasiya. 
3. Qarabağnamələr. Qarabağ xanlığının 1747-1845-ci illərdə siyasi vəziyyətinə dair. Birinci kitab. Şərq-
Qərb. Bakı 2006. 216 s. 
4. Qarabağnamələr. Qarabağ xanlığının 1747-1845-ci illərdə siyasi vəziyyətinə dair. İkinci kitab. Şəərq-
Qərb. Bakı 2006. 288 s.
5. Samir Həsənov. M.M.Xəzaninin “Kitabi-tarixi-Qarabağ əsərinin öyrənilməsi və tədqiqi tarixindən”. 
Qafqaz universiteti. № 20 2007. s.56-61
BAXŞƏLİYEV FAZİL 
tarix üzrə elmlər doktoru 
Bakı Dövlət Universiteti 
M.P.VAQİFİN İCTİMAİ - SİYASİ FƏALİYYƏTİ HAQQINDA 
Açar sözlər: 
Vaqif, Qarabağ, türk, siyasi, tarix
M.P.Vagif public - political activityon 
The history of Azerbaijan as one of the persons in their place and role in Vagif. A lot of different books 
and articles about him, and sometimes there were conflicting opinions. Vagif, first and foremost, a great 
patriot of his country and the language of the people and defended by all means possible. Despite being 
aware of other religions and peoples of restrictions on religious title of mutərəqii also differed. He thought 
his own people, the same way other nations considered equal, universal ideas have been propagated, the 
peoples of the friendship and cooperation called. 
Keywords:
Vagif, Karabakh, turkish, politics, history
Dövlət xadimlərimizin müdrik siyasəti, xalqımızın mənafeyini, milli maraqlarımızın nəzərə alması 
mənəvi dəyər nümunəsidir. Mənəvi dəyərlərimizi qorumaq hər birimizin borcudur. Ayrı-ayrı tarixi 
şəxsiyyətlərimizin dövlətçilik fəaliyyətindən bəhs edərkən bu sırada Vaqifin də xüsusi yerini qeyd etmək 
zəruridir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1976-cı ildə dünyanın müxtəlif guşələrindən 
xalq şairi Səməd Vurğununu 70 illik yubileyinə gəlmiş qonaqlar qarşısında demişdi ki, Səməd Vurğunun 
“Vaqif” dramı haqqında düşünəndə müəllifin qüdrətli istedadına, pyesin baş qəhrəmanının obrazını necə də 
sənətkarlıqla yaratdığına valeh olmaya bilmirsən. Çünki o, Vaqifi eyni dərəcədə həm şair kimi, həm 
maarifpərvər kimi, həm də dövlət xadimi kimi göstərə bilmişdir. Bu dramı diqqətlə oxuyanda əsərdə iki 
nəhəng şairin - Vaqifin, bir də müasirimiz, mütəfəkkir şair, filosof, öz xalqının səadəti uğrunda mübariz 
Səməd Vurğunun obrazını görürsən(1).


M.P.Vaqif və müasirlik 
37
Qeyd etdiyimiz kimi, o dövrdə Azərbaycan İran və Rusiyanın arasında qalmışdı. Qacarın məqsədi 
Azərbaycanı İrana qatmaq, qüvvətli İran dövləti yaratmaq idi. Heç də təsadüfi deyil ki, görkəmli Azərbaycan 
yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» pyesində Şuşada qətlə yetirilən şah 
son nəfəsində belə deyir ki, ey evi yıxılmış, İranı viran qoydun (2, s. 170). 
Bununla birlikdə qeyd etmək lazımdır ki, Qacarın Qarabağı ələ keçirmək istəməsinin əsas səbəbi 
Qarabağ hakimi İbrahim xanın Rusiyaya meylinin artması ilə əlaqədar olmuşdur. Mirzə Camal Cavanşir öz 
“Qarabağnamə” əsərində bu barədə belə yazmışdı ki, hamı yüksək Rusiya dövlətinə itaət etməyə hazırlaşdığı 
zaman, əzəmətli imperatriçə II Yekaterina vəfat etdi. Böyük sərkərdə Zubov (1796-cı ildə Dərbəndi tutmuş 
rus qoşunlarının komandanı Əbülfət xanı (İbrahim xanın general Zubovun hüzuruna göndərdiyi oğlu), 
Qarabağın bəyzadə və kəndxudalarını böyük hörmət və çoxlu ənamla yola salıb, padşah Pavelin əmrinə görə 
geri qayıdacağını İbrahim xana xəbər verdi. Bu xəbər həm qəm-qüssəyə, həm də Ağa Məhəmməd şahın 
ədavətinin artmasına səbəb oldu. Çünki o, mərhum İbrahim xanı tələfat vermədən, xoşluq və mülayimliklə 
özünə tabe etmək fikrində idi. Lakin İbrahim xanın müharibəsiz Rusiya dövlətinə əbədi itaət edib, 
səmimiyyət göstərməsi, islam və İran padşahından üz çevirməsi onu olduqca qəzəbləndirmişdi. Buna görə 
İbrahim xanı yox etmək qərarına gələrək, yaz fəslində qoşunla Azərbaycana tərəf hərəkət etdi (3, s. 62).
Ümumiyyətlə, Vaqif haqqında hətta müxtəlif bədii əsərlərdə və yazılarda verilmiş fikir və ifadələrin 
əksəriyyəti, bəzilərinin dediyi kimi uydurma, bədii təxəyyül məhsulu olmayıb real həqiqət olmuşdur. 
Qarabağ xanlığının Rusiya ilə əlaqə yaratmaq təşəbbüsü, qonşu gürcü xalqı ilə birgə hərəkət etməsi və bu 
işdə Vaqifin böyük rol oynaması, onun Qacara sərt cavab məktubu yazması və Qacarın bundan 
hiddətlənməsi, Vaqifin Şuşanın işğalı vaxtı şəhərdə qalması və s. tarixi faktlardır. 
Tarixdən məlumdur ki, 1783-1784-cü illərdə Qarabağ xanlığı Rusiya ilə əlaqəni möhkəmləndirmək 
məqsədilə bir sıra təşəbbüslər göstərmiş, bu işdə Vaqif də yaxından iştirak etmişdir. II Yekaterina 1784-cü 
ildə knyaz Q.A.Potyomkinə belə yazmışdı ki, deyəsən, İbrahim xanın məktubları mənə gəlib çatan türk və 
bəzi İran məktublarından daha nəzakətli yazılmışdır... Mənə bildir, görək o kimdir?... Gəncdir, yoxsa qoca? 
Güclüdür, yoxsa zəif? (4)
Vaqifin həyat və yaradıcılığına aid geniş tədqiqat aparmış əksər tədqiqatçılar belə qənaətə gəlmişlər ki, 
bu məktubun şairanə ruhu, başqa xan və hökmdarların məktublarından öz nəzakəti ilə fərqlənməsi onun əsl 
müəllifinin şair və vəzir Vaqif olmasını ehtimal etməyə imkan verir. 
Bu məktubdan sonra II Yekaterina rus qoşunlarını qraf V.Zubovun komandanlığı altında Dərbəndə 
göndərmişdir. Mirzə Adıgözəl bəyin əsərində oxuyuruq: “Bu xəbər İbrahim xana çatdı. Oğlu Əbülfət xanı 
çoxlu hədiyyə və sovqatlarla böyük sərdar qraf Valerian Zubov cənablarının möhtərəm hüzurlarına göndərdi. 
Uca Rusiya dövlətinə ixlas və sədaqətini bildirdi. İmperatriçə Yekaterina həzrətlərinin müqərrəblərinə 
qaneedici və təvazö bildirən məktublar yazdı. İqtidar sahibi olan sərdar da Əbülfət xana qarşı hədsiz hörmət 
və mehribanlıq göstərdi. Behiştlik mərhum (İbrahim) xanın ərizəsini ixtiyar sahibi padşahın fələklər qədər 
yüksək olan dərgahına göndərdi. Pənah xan üçün də bir nəfər knyaz vasitəsilə çoxlu bəxşiş və töhfələr 
yolladı. Padşahın ona qarşı hədsiz lütf və mərhəməti olduğunu bildirdi. Mövlana Vaqifə də qiymətli daşlarla 
bəzədilmiş bir əsa göndərdi” (5, s. 63). 
Əsərdə rus çarının adından göndərilən əsanı Vaqifin əlində görən düşmənləri onu ruslara satılmaqda 
təqsirləndirirlər. Vaqifə hücum edir, onu «tanrı düşməni», «vətən xaini», «məlun», «qansız», «satılmış» və s. 
sözlərlə təhqir edirlər. Şeyx Vaqifi «tanrı düşməni» adlandırmaqla ona qarşı mübarizədə dindən istifadə edir. 
Bu məsələ üzərində bir qədər geniş dayanmaq istərdil. Belə li, hələ o vaxtlar da, istər Şuşada, istərbəzi 
xanlarımızın düşüncələrində, istərsə də Tehranda A.M.Qacar sarayında bu cür düşünənlər də tapılırdı. Ən 
pisi isə budur ki, belələrinə indi də rast gəlinir. Vaqif Qarabağı sata bilməzdi. Çünki əvvəla Vaiqfin elə bir 
ciddi səlahiyyəti olmamışdır. Vaqifin vəzifəsi Qarabağın xarici işlər nazirinin müavini idi. Hədiyyə 
məsələsinə gəlincə, dövlət nümayəndəsinə hədiyyə verilməsi normaldır. Həmin illərdə Azərbaycan 
xanlarının 1785-ci il məlum İstanbul elçiliyində həm xanların sultana, həm də xanlara bahalı sultan 
hədiyyələrinin ünvanlanması ümumilikdə, hamılıqla qəbul olunmuş diplomatic etikətlərdən lənar çıxılması 
demək deyildi. Əgər belə olmasaydı, onda görün, ən azı Şirvanşah İbrahim Dərbəndidən üzü bəri nə qədər 
tarixi şəxsiyyətlərə “qara yaxmışlar” tapılardı.
Daha bir ciddi məqam üzərində dayanmağımıza ehtiyac duyuruq. Vaqif daşıdığı dini titulun 
məhdudiyyətlərinə baxmayaraq başqa dinlərə və xalqlara tam mütərəqii baxışları ilə də fərqlənmişdir. O öz 
xalqını düşünməklə bərabər başqa xalqlara da eyni gözlə baxmış, ümumbəşəri ideyaları təbliğ etmiş, xalqları 
dostluğa, əməkdaşlığa səsləmişdir. Vaqifin öz yaradıcılığından məlumdur ki, o, Qacara qarşı mübarizədə 
gürcülərlə müqavilə bağlamaq məqsədilə Tiflisdə olarkən şeirlər yazmış, Tiflisi, bu yerin gözəllərini və 
təbiətini tərənnüm etmişdir. Bu şeirlərdə gürcü xalqına səmimi hislər ifadə edilmişdir. 
Vaqif yaradıcılığına və yaşadığı dövrə yaxında bələd olan tədqiatçılar bildiririlər ki, Tiflis şeirlərini 
oxuyarkən onun müəllifi heç də dini etiqadlar əsiri, bəzilərinin göstərdiyi kimi, qatı məzhəbpərəst deyil, 


M.P.Vaqif və müasirlik 
38
millətlər arasında ayrı-seçkilik salmayan, dini ayrılığı ortalığa çıxarmayan, həyat, gözəllik aşiqi kimi göz 
önündə canlanır. 
Vaqif hələ öz sağlığında Cənubi Qafqazda da tanınmış, əsərləri yayılmışdır. Tədqiqatçılar göstərirlər ki, 
XVIII-XIX əsrlərdə gürcü xalq müğənnilərinin, aşıqlarının repertuarında Vaqifin qoşmaları mühüm yer 
tutmuşdur. Bu şeirlər gürcü əlifbası ilə həmin müğənnilərin dəftərlərinə köçürülmüşdür. Hazırda gürcü 
əlifbası ilə yazıya alınmış həmin şeirlər Gürcüstan Elmlər Akademiyasının K.Kekelidze adına Əlyazmalar 
İnstitutunda və İ.Qrişaşvilinin kitabxana-muzeyində saxlanılır. Görkəmli gürcü yazıçısı Akaki Beliaşvilinin 
«Besiki» romanı bu baxımdan maraqlıdır. Əsər gürcü şairi və siyasi xadimi Besiki Qabaşvilinin həyatına 
həsr edilmişdir. Burada şairin həyatı fonunda XVIII əsrdə baş vermiş mühüm sosial-siyasi hadisələr öz əksini 
tapmışdır. Romanda müəllifin Besiki ilə birlikdə onun azərbaycanlı müasiri Vaqifə də hörmət və məhəbbəti 
aydın hiss olunur (6, s. 122). 
Azərbaycanın görkəmli yazıçısı Y.V.Çəmənzəminlinin “Qan içində” romanında da Vaqifin 
Gürcüstanla əlaqələrinə geniş yer ayrılmışdır. Burada Gürcüstan hökmdarı II İrakli ilə danışıqlar aparmaq 
üçün Qarabağ xanlığı nümayəndə heyətinin Vaqifin rəhbərliyi ilə Tiflisə getməsi təsvir olunur. Vaqif qonşu 
gürcü xalqına xüsusi hörmət bəsləyir. O, II İraklinin 1783-cü ildə Rusiya ilə müqavilə bağlanmasını bəyənir, 
Cənubi Qafqaz xalqlarının Rusiya ilə ittifaqına yaxşı bir hal kimi baxır (7, s. 498). 
Tədqiqatçıların böyük əksəriyyəti Vaqifin fəaliyyətinin ən müxtəlif cəhətlərini təhlil edərək belə bir
yekdil qənaətə gəlirlər ki, Vaqif, hər şeydən əvvəl, böyük vətənpərvərdir, öz vətənini, xalqını və dilini 
mümkün olan bütün vasitələrlə müdafiə etmişdir. Biz də hesab ediriki, böyük dövlət xadimi haqqında 
tədqiqiatlar hələ bunda sonar da davam etməlidir və daha yeni faktlar, fikirlər elmi dövriyyəyə gətiriləcək. 
Ədəbiyyat 
1. http://lib.aliyevheritage.org/az/3313657.html. Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş 
gecədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Respublika Sarayı, 7 mart 1997-ci il. 
2. Ə.B.Haqverdiyev. Seçilmiş əsərləri. 2 cilddə. I c. “Lider Nəşriyyat. Bakı, 2005, 504 s. 
3. Qarabağnamələr. Qarabağ xanlığının 1747-1845-ci illərdə siyasi vəziyyətinə dair. Birinci kitab. Şəərq-
Qərb. Bak, 2006, 216 s. 
4. http://zim.az/elmi-meqaleler/3038-vaqif-yaradcl-aq-dbiyyat-il-klassik-poeziyann-qovanda.html. 
5. Qarabağnamələr. Qarabağ xanlığının 1747-1845-ci illərdə siyasi vəziyyətinə dair. İkinci kitab. Şəərq-
Qərb. Bakı, 2006, 288 s.
6. Müşfiq Borçalı. M.P.Vaqif və Gürcüstan. Bakı, “Borçalı”, 2017, 172 s. 
7. Y.V.Çəmənzəmənlinin əsərləri. 3 cilddə. İkinci c. Avrasiya Press. Bakı, 2005, 664 s. 
BAXŞƏLİYEV SAMİR 
tarix üzrə fəlsəfə doktoru 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
MÜDRİK VƏZİR VƏ AĞILLI SİYASƏTÇİ
Açar sözlər: 
Vaqif, Qarabağ, diplomat, siyasət, tarix
Wise vizier and clever politician 
Vagif wise policy, and made a significant contribution to our people is one of the statesmen who. His 
work was a great experience. Vagif saw a good education. He spoke in persian and arabic. Astranomiya, 
mathematics, music and poetry have extensive knowledge on. He worked as chief minister of the interior, 
and then in the Karabakh khanate vizier. Vagif high literacy and scientific knowledge has won the sympathy 
of all of us. 
Keywords:
Vagif, Karabakh, diplomat, politics, history 
Azərbaycanın tarixində müdrik siyasəti, xalqımızın mənafeyini, milli maraqlara cavab verən xidmətləri 
ilə yadda qalmış dövlət xadimlərindən biri də Vaqif olmuşdur. Bu görkəmli tarixi şəxsiyyətin 300 illik 
yubileyinin dövlət səviyyəsində keçirilməsinə hazırlıq işlərinin görülməsi heç də təsadüfi deyil (1). 
Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, onun 
babaları Bayat tayfasından olub. Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində danışır, 
astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq 


M.P.Vaqif və müasirlik 
39
Şəfi əfəndinin yanında oxumuşdu. Bəzi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və 
ya Təbrizdə almışdır.
Vaqif əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş 
və elə burada da Molla Pənah adını almışdır. Bu zaman onun alimliyi haqqında xəbərlər Molla Pənahın 
yaşadığı ərazinin hüdudlarından çox-çox uzaqlara yayılır. 
Tarixdən məlumdur ki, XVIII əsrin ortalarında Gürcüstan sərhəddində gərginlik yaranır və bir çox 
ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə 
Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə məşğul olur. Aldığı cüzi maaş 
böyük ailənin maddi ehtiyaclarını ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayırdı (3, s. 140). 
Qarabağa gəldikdən sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda 
şəhər sakinləri arasında həm müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ 
hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edirlər. 
Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan birinə əsasən, Vaqif ayın 
tutulması və zəlzələ olacağı haqda əvvəlcədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. İbrahimxəlil 
xan bu bacarıqlı münəccimlə tanış olur və Vaqifin dərin ağıl və zəkasını görən xan ona sarayda qalıb işləmək 
təklifi verir. Başqa bir rəvayətə görə, hələ Gəncədə ikən Vaqif Gəncə xanı Cavad xana bir şikayətçinin 
dilindən ərizə yazır. Ərizənin üslubu xanı o qədər valeh edir ki, o, Molla Pənahı sarayına gətirdirir. Lakin 
İbrahimxəlil xanın təkidli xahişi ilə şairin Qarabağa qayıtmasına icazə verir (3, s. 144). 
Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlumdur. O, əvvəl eşikağası, yəni, daxili işlər 
naziri, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərmişdir. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada 
da hamının rəğbətini qazanır. 
Bundan başqa Vaqif astronomiya ilə ciddi məşğul olmuş, bu sahədəki biliklərini təcrübi olaraq günəş 
tutulmalarının və digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji biliklərini isə 
sarayda münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı 
da yaxşı bilib. Belə ki, onun xan sarayının, yaşayış evlərinin, Şuşa qalasının divarlarının tikintisində dəqiq 
hesablamalar aparması da bəllidir. 
“Qarabağnamələrdə” yazıldlğı kimi, Qarabağ xanlığının vəziri kimi Vaqif özünü layiqli dövlət xadimi, 
müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir (4, s. 182). 
Vaqif Molla Vəli Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq etmişdir. Onun ən 
yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bəzi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqifin yaxın 
dostlarından biri – Hüseyn xan Müştaq 22 il Şəki xanı olmuşdu, Vaqifin onunla da şeirləşdiyi bəllidir. 
Vaqif saraya düşdükdən sonra özü sünni olsa da, xanın inandığı şiə məzhəbini qəbul edir. Birinci vəzir 
olduqdan sonra xanlığın xarici siyasətinə rəhbərlik edir. O vaxt Azərbaycanda vəziyyət çox gərgin və 
mürəkkəb idi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanda müstəqil xanlıqlar 
yaranmışdı. Lakin bu xanlıqların müəyyən iqtisadi, siyasi və hərbi uğurlarına baxmayaraq, onların başı 
üzərində hər an öz müstəqilliklərini itirmək təhlükəsi dolaşırdı. Fasiləsiz feodal müharibələri və güclü 
qonşuların basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın xanlıqlarla dil taparaq, aparıcı dövlətlərdən 
dəstək alsın. İbrahim xan Gürcüstanla ittifaqa girir və birlikdə Rusiyadan dəstək istəyirlər. 1783-cü ildə 
gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edir və Vaqif bir il sonra Tiflisdə həmin ölkələr arasında 
müqavilənin imzalanması mərasimlərində iştirak edir. 
1783-cü ildə İbrahimxəlil xan II Yekaterinaya məktub yazaraq, ondan xahiş edir ki, Qarabağ xanlığını 
Rusiya təbəəliyinə qəbul edilsin. İbrahim xan çətin bir seçim qarşısında qalmışdı: o ya Rusiyanı, ya da İranda 
hakimiyyətə gəlmiş Ağa Məhəmməd şah Qacarı seçməli idi. İbrahimxəlil xan çox düşünmədən Rusiyaya 
üstünlük verir. 1795-ci ildə Ağa Məhəmməd xan Qarabağa yaxınlaşanda, İbrahimxəlil xan II İrakli ilə daha 
artıq yaxınlaşmağa başlayır. Vaqif Qacara qarşı birləşmək üçün İbrahimxəlil xan, II İrakli, İrəvan hakimi 
Məhəmməd xan və Talış hakimi Mir Mustafa xanla danışıqlarda iştirak edir. 
Qarabağ üzərinə yürüşə hazırlaşarkən Ağa Məhəmməd şah İbrahimxəlil xandan ona tabe olmasını və 
bunun rəmzi kimi oğlunu onun yanına girov göndərməsini tələb edir. İbrahimxəlil xan buna razı 
olmur. 1795-ci ildə Ağa Məhəmməd xanın qoşunları Araz çayını keçərək, Şuşa istiqamətində irəliləməyə 
başlayırlar. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər. O vaxt Şuşanın 33 
günlük mühasirəsi qalanın müdafiəçilərini sarsıtmır və şah məcbur olub, mühasirəni dayandıraraq, 
Gürcüstana yola düşür (2, s. 443). Qalanın müdafiəsində Vaqif özü də şəxsən iştirak etmişdi. 
1796-cı ildə qraf V.Zubovun başçılıq etdiyi rus qoşunları Şamaxıdan keçərək, Qarabağ sərhədlərinə 
gəlir. İbrahimxəlil xan öz oğlu Əbülfət xanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu heyətə Vaqif və 
tanınmış Qarabağ əmirlərinin oğlanları da daxil olurlar (4, s. 251). 
1796-cı ildə II Yekaterina vəfat edir. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. 
Qacar bundan istifadə edərək, həmin il o, yeni yürüşə çıxır və bu yürüşünü Şuşadan başlayır. Bu dəfə 


M.P.Vaqif və müasirlik 
40
İbrahimxəlil xan yaxın adamları və kiçik dəstəsi ilə Azərbaycanın şimalına qaçır. Lakin məlumdur ki, Vaqif, 
o vaxt xanın özü ilə götürdüyü adamlarla olmayıb. İran qoşunlarının Şuşaya girməsindən bir həftə sonra onu 
tutub İbrahimxəlil xanın qardaşı Məhəmmədhəsən bəyin sarayına gətirirlər. A.M.Qacar burada yerləşmişdi. 
Vaqifin şimala gedən xanın dəstəsinə daxil olmamasını, bir neçə cür izah edirlər. Yozumlardan birinə 
görə, guya Vaqif Cəmil ağa adlı bir şəxslə Tiflisə gedibmiş və geri qayıdanda Ağa Məhəmməd şahın 
adamları onu həbs edirlər. Başqa bir izaha görə, guya o, şahdan qaçıb canını qurtarır, ancaq Cavad xan 
tərəfindən tutulub, Qacara təhvil verilir (5, s. 7). 
Bundan sonra daha müəmmalı hadisələr baş verir. Tarixçi Mirzə Camalın (İbrahimxəlil xan Şuşaya 
qayıtdıqdan sonra Vaqifin yerini məhz o tutmuşdur) yazdığına əsasən, Vaqifi səhərə yaxın saraya gətirirlər 
və Ağa Məhəmməd şah tapşırır ki, səhərisi gün onu edam etsinlər. Ancaq Ağa Məhəmməd şah özü səhərə 
sağ çıxmır. Onun edam edəcəyi həmin üç xidmətçi maneəsiz olaraq, şahın yatağına girərək, onu qətlə 
yetirirlər (4, s. 81). 
İran şahının qətlindən dərhal sonra Qarabağ xanlığının başına İbrahimxəlil xanın yaxın qohumlarından 
olan Məhəmməd bəy Cavanşir keçir. Belə görünür ki, Vaqif xilas ola bilər. Lakin belə olmur və Məhəmməd 
bəy Cavanşir onu və oğlu Əli bəyi edam etdirir. Böyük sənətkarın edam olunma səbəbləri tarixçilər arasında 
müxtəlif cür yozulur. Lakin olan budur ki, bu cür tarixi şəxsiyyət ucuz saray çəkişmələrinin qurbanı oldu. 
Məhz sonradan rus işğalının baş tutmasında onuun olmamamsı daa az rol oynamadı.
Ədəbiyyat
1. http://www.president.az/articles/22465. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin 
keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 12 yanvar 2017-ci il. 
2. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı, "Elm", 2007, 592 s. + 56 s. illüstrasiya. 
3. Qarabağnamələr. Qarabağ xanlığının 1747-1845-ci illərdə siyasi vəziyyətinə dair. Birinci kitab. Şərq-
Qərb. Bakı, 2006, 216 s. 
4. Qarabağnamələr. Qarabağ xanlığının 1747-1845-ci illərdə siyasi vəziyyətinə dair. İkinci kitab. Şəərq-
Qərb. Bakı, 2006, 288 s. 
5. Molla Pənah Vaqif – 300. Azərbaycan milli kitabxanası. Bakı, 2017, 27 s. 
CAVADOV ƏHƏD 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
VAQİF POEZİYASININ TABELİ MÜRƏKKƏB CÜMLƏ SİSTEMİ 
Açar sözlər

qarışıq tipli tabeli mürəkkəb cümlələr, baş və budaq cümlənin sərhədi, obrazlı təfəkkür, 
yoxsa qrammatik quruluş 
The complex sentence system of versed poetry 
System of the complex sent ence discovering all emosional-ekspressiv strength and mobility of versed 
creative work in the article is investigated. It is defined in the investigation in the result of that thought, 
maintenance and figure creative work of the poet. It prevails the struktur-quruluş sides, components of the 
kind of the complex sentence obey to feature of the people language . 
Key words

Mixture of the type the complex sentences, head and subordinate clause the boundary, 
figurative thinking or grammatical system 
Elə sənətkarlar var ki, onların yaradıcılığı dillə o qədər məhrəm olur ki, bütövlükdə onu özünə “əsir 
edir”, fikir, məzmun, emosionallıq qrammatik zənciri qırıb parçalayır. Xalq şeiri janrlarda yazıb-yaradan 
yazıçı və şairlərin yaradıcılığı , bəlkə də, xalq mənəviyyatından aldığı güc sayəsində o qədər ekspressivlik 
qazanır ki, dilin qrammatik (eləcə də sintaktik quruluşu) bu gücün, bu qüvvənin qabağında duruş gətirə 
bilmir. M.P.Vaqif də məhz belə sənətkarlardandır. 
Vaqifəqədərki abidələrin dili üzərində aparılan müşahidələr onu deməyə əsas verir ki, ona qədər yazıb-
yaradan sənətkarların dilində tabeli mürəkkəb cümlə sistemi öz mükəmməl səviyyəsinə çatmışdır. Prof. 
H.Mirzəzadə yazır: “Azərbaycan ədəbi dilindən belə aydın olur ki, tabeli mürəkkəb cümlə və ona xas olan 
müxtəlif budaq cümlələr dilimizdə çox geniş miqyasda işlənmişdir. Belə cümlələr hətta zaman keçdikcə öz 
əslliyini, təbii quruluşunu mühafizə edib saxlamışdır” (4, 352). Mürəkkəb cümlənin, o cümlədən tabeli 


M.P.Vaqif və müasirlik 
41
mürəkkəb cümlənin istər yazılı, istərsə də şifahi ədəbi dildə mövcud olan tipləri ən güclü dil-nitq faktı 
sayılır.Təsadüfi deyildir ki, tabeli mürəkkəb cümlə sistemi az inkişaf etmiş bir sıra dillərdə feili tərkibli sadə 
cümlələr mürəkkəb cümlə səviyyəsində dərk edilir(elmi-nəzəri cəhətdən yanlış olsa da). Dildə mürəkkəb 
cümlənin struktur modellərini onun inkişaf səviyyəsinin ən yüksək göstəricisi sayan prof. Q.Kazımov 
əminliklə yazır ki, “...bugünkü ədəbi dilimizin tabeli mürəkkəb cümlə modellərinin, demək olar ki, hamısı 
“Dədə Qorqud”un dilində vardır. Keçən 1500 ilin müddətində mürəkkəb cümlə modelləri səlisləşmə və 
zənginləşmə istiqamətində böyük inkişaf yolu keçmişdir. Bu inkişaf prosesinin nəticələri ...Həsənoğlunun, 
Nəsiminin, Füzulinin, M.P.Vaqifin və b.-nın əsərlərində əks olunmuşdur” (3, 15). Məhz bu cəhəti nəzərə 
alan prof. Y.Seyidov “Nəsimin dili” monoqrafiyasında belə bir məlumat verir: “Nəsimi şeirlərinin dilində 
budaq cümlənin on dörd növündən istifadə edilmişdir ki, bu da say və növ etibarilə müasir dilimizə uyğun 
gəlir” (5, 255). 
Təbii haldır ki, öz dühası ilə dövrün poeziya zirvəsində dayanan Vaqifin şeirləri özünün mükəmməl 
sintaksisi, o cümlədən tabeli mürəkkəb cümlə sistemi ilə (bu sistemin bütün struktur və modelləri ilə) 
zəngindir və müasir dilimizdən o qədər də fərqlənmir. Məsələn: 
Arzum budur, gözüm dikəm gözünə. 
Danışasan, qulaq verəm sözünə... (59); 
Elə gəzsin, onu rəqib görməsin (36); 
İstərəm ki, yazam göndərəm, ey yar, 
Səhər oğrun əsən yel ilən sənə! (30).

Bu tipli nümunələr tabeli mürəkkəb cümlənin, demək olar ki, bütün tiplərini əhatə edir. Lakin Vaqif 
qələminin gücü ondadır ki, istifadə olunan tabeli mürəkkəb cümlə quruluşlarının heç də hamısı standart 
“qəlib”ə sığışmır, onların bir qismində ifadə olunan fikir mürəkkəb cümlə strukturunu bir neçə hissəyə bölür, 
bir budaq cümlə növü digərinin daxilində işlənir, baş və budaq cümlə öz yerlərini ustalıqla dəyişir, budaq 
cümlə növünü müəyyənləşdirmək həm çətinləşir, həm də fikir,duyğu oxucunu özünə elə cəlb edir ki, bu, 
ikinci dərəcəli əhəmiyyət kəsb edir. Şairin əsərlərindən nümunələr gətirməklə belə halları əyani şəkildə 
görmək olar: 
Bu neçə gündür ki, səndən ayrıyam, 
Sanasan həsrətəm il ilən sənə! (30) 
Birinci misra zaman çalarlı mübtəda budaq cümləsidir; baş cümlə əvvəl, budaq cümlə sonra 
işlənmişdir. İkinci misra isə intonasiya ilə bağlanan tamamlıq budaq cümləsi modelindədir. “Sanasan” baş 
cümləsi “sanki” modal sözünün qüvvəsindədir. Əslində bu işin formal-struktur tərəfidir, misraların daxili 
bağlılığı onların bir-biri ilə məna-məzmun baxımından müqayisəsini ön plana çəkir. Özü də Vaqif “Bir neçə 
gündür” demir, məhz “Bu neçə gündür” deyir; sevgilidən ayrı olduğu günləri illərlə həsrət qalmaq kimi 
səciyyələndirir. 
Harda görsən bir sevgili kimsənə, 
İstər ki, xəyalın tez ona dönə... (55) 
Birinci misra “harda” sözü ilə başlanır və nisbi tabelilik əsasında qurulmuş yer budaq cümləsinə işarə 
edir, lakin ikinci misranın quruluşu bizi bu fikirdən uzaqlaşdırır; o, tamamlıq budaq cümləsidir. Burada şərt 
məzmunu sanki fakültativ xarakter daşıyır, “harda görsən” şərti sonrakı komponentlərdə öz qrammatik əksini 
tapmır. Vaqifin şeirlərində işlənən zaman budaq cümləli tabeli mürəkkəb cümlələr daha çox “ta”, “ta ki” 
bağlayıcıları vasitəsilə formalaşır; məsələn: 
Yaxa açıb ta ki, sinə göstərdin, 
Sərasər bağrımı qana döndərdin (17); 
Buyur, ta bəndəlik edim baş ilən 
Hər nə qulluğundur, cana, xoş gəldin! (83). 
İkinci nümunə xeyli maraq doğurur; belə ki, “buyur” baş cümləsi tamamlıq budaq cümləsi tələb edir, 
onun davamı ikinci misradır. “Ta bəndəlik edim baş ilən” komponenti ilk baxışda budaq cümlə səciyyəsi 
daşıyır, lakin o da zaman məzmunlu budaq cümləsi funksiyasında yox, ümumi kontekstdə sadalama xarakteri 
daşıyan komponent kimi çıxış edir. 
Nə qədər ki, yüzə yetirsə yaşı, 
Ta ki, həkdən düşə, titrəyə başı, 
Genə can almağa gözilə qaşı, 
Qəmzəsinin heç cəlladı əksilməz (37) 

Nümunələr bu mənbədən götürülür: M.P.Vaqif. Əsərləri. Bakı: Azərnəşr, 1968. 


M.P.Vaqif və müasirlik 
42
“Ta ki” bağlayıcı birləşməsi iştirak edən bu nümunə tabeli mürəkkəb cümləyə xas olan digər 
vasitələrlə bağlanır: “nə qədər ki”, -sə. Nümunənin əvvəlində işlənən “nə qədər ki” ilk baxışdan bağlayıcı 
sözə bənzəyir, lakin onun qarşısında “qarşılıq-söz”(korrelat) iştirak etmir və ya nəzərdə tutulmur. –Sə 
şəkilçisinin iştirak etdiyi “yetirsə” feili şərt budaq cümləsinin elementidir. “Ta ki” bağlayıcısı ilə bağlanan 
komponent zaman çaları ifadə edir, lakin bu da “normal” zaman budaq cümləli tabeli mürəkkəb cümlə 
formalaşdırmır; gərək mətn davam etsin. Sonuncu iki misrada ifadə olunan fikir əvvəlkilərə qarşı qoyulur və 
qarşılaşdırma məzmunu ifadə edir. 
Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr daha çox –sa,-sə şəkilçiləşmiş ədatı və “əgər” bağlayıcısı 
ilə bağlanır. Budaq cümlənin prepozitiv mövqeyi ilə səciyyələnən bu nümunədə şərtdən doğan nəticə özü 
(belə demək olarsa, baş cümlə) təzədən “əgər” bağlayıcısının köməyi ilə şərt budaq cümləli tabeli mürəkkəb 
cümlə kimi formalaşır: 
Cəlladtək gözləri alsa canımı, 
Namərdəm, mən əgər aman eyləyəm (57) 
Qəribə bir vəziyyət yaranır: baş cümlə hansıdır,onun budaq cümlə ilə sərhədi haradır? “Namərdəm” 
cümləsi həm birinci komponentin baş cümləsinin tərkibində çıxış edir, həm də üçüncü komponentdəki budaq 
cümlənin baş cümləsidir. “Əgər” bağlayıcısından sonra gələn xəbərdə feilin arzu şəkli şərt şəklini uğurla 
əvəz edir ki, bu da Vaqif dilinin xalq danışıq dili ilə sıx sürətdə bağlılığından irəli gəlir. 
Sən gər mənim olsan fəna dünyada, 
Elə billəm, padişaha dönmüşəm (62) 
Birinci misradakı “gər” bağlayıcısı və -sa şəkilçiləşmiş ədatı şərt budaq cümləsinə işarə edir, ikinci 
misra onun baş cümləsidir; baş cümlənin özü isə tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir. 
Məzmun gözəlliyi formanı elə üstələyir ki, şərt budaq cümləsinin əlamətləri olan komponent şərtdən çox, 
səbəb bildirir, aşiqin sevinc və şadlığının səbəbini ifadə edir. 
Şairin şeirlərində -sa,-sə şəkilçiləşmiş ədatı “da, də”-nin köməyi olmadan qarşılaşdırma bildirir: 
Olsa yüz üzü gül, girməz eynimə, 
Mən ancaq bir gülüzara aşiqəm (58). 
Qarşılaşdırma birinci misradadır, ikinci misra isə Vaqif poeziyası üçün xarakterik olan digər 
xüsusiyyəti meydana çıxarır: şair birinci misrada söylədiyi fikri ikinci və ya sonrakı misrada əsaslandırır. Bu, 
şairin poeziyasında tez-tez təkrarlanan sintaktik fiqurdur: 
Vaqifəm, yarıdım dosta, düşmənə, 
Ta ki, cünun oldum yetişdim sənə. 
Sənin təki gözəl sevən kimsənə 
Dəxi əqlə, bir kəmalə gəlirmi? 
Elə nümunələrə də rast gəlinir ki, qarşılaşdırma budaq cümləsi başqa budaq cümlənin tərkibində 
işlənir: 
Xalq da bilir, mənim könlümdür ondan 
Olsa yüz min növcavanlar, əfəndi! (44). 
“Xalq da bilir” baş cümləsi tamamlıq budaq cümləsi tələb edir, budaq cümlənin özü isə postpozitiv 
qarşılaşdırma budaq cümləsidir; yəni “Olsa yuz min növcavanlar” budaq cümləsi öz standart mövqeyində 
yox, baş cümlədən sonra işlənir. Bəzən bu tipli cümlələrdə qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb 
cümlənin komponentləri “düzgün” yerləşsə də, o, bir üzvü qabarıq verilən cümlələrin tərkibində verilir: 
Bir gözəl ki, şirin ola binadan, 
Yüz il getsə, onun dadı əksilməz (37). 
Bir üzvü qabarıq verilən belə cümlə tiplərinə şairin poeziyasında tez-tez rast gəlinir. Yeri gəlmişkən 
qeyd edək ki, vaxtilə prof. Ə.Abdullayev bu tipli cümlələrin hamısını təyin budaq cümləsi hesab edir və 
qabardılan üzvün yanında işlənən “ki”ni də bağlayıcı adlandırırdı (1, 240-243). Fikrimizcə, bu tipli 
cümlələrin heç də hamısı təyin budaq cümləsi hesab edilə bilməz və qabarıq verilən üzvün yanındakı “ki” 
bağlayıcı yox, ədatdır. Budaq cümlənin növünü isə baş cümlədə işlədilən və ya nəzərdə tutulan “qəlib” 
müəyyənləşdirir. Bizim nümunəmizdə “qəlib” “onun” əvəzliyidir və “onun dadı” birləşməsinin tərkibindədir, 
məhz buna görə də, fikrimizcə, nümunə mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədir. Yiyəlik halın 
sintaktik vəzifəsi haqqında xeyli mübahisə vardır və o (yiyəlik hal), ayrılıqda cümlə üzvü kimi çıxış edə 
bilmir (Təkcə xəbər yerində işlənir).
Vaqif yaradıcılığında təsadüt etdiyimiz “Bir evdə ki, belə gözəl olmaya, o ev bərbad olub talanmaq 
gərək” (53) tipli nümunələr sırf təyin budaq cümləsidir. Prof. Ə.Abdullayevin C.Cabbarlıdan nümunə 
gətirdiyi “O oyunda ki, Gülsabah oynadı, Bayram rejissor oldu, mən də o oyunda yoxam “ tipli cümlələr də 
bu qəbildəndir (1, 241).


M.P.Vaqif və müasirlik 
43
Bu tipli cümlələrin elə nümunəsi də var ki, qabardılan üzv sanki “yaddan çıxır”, onun dalınca nisbi 
tabelilik əsasında qurulan tabeli mürəkkəb cümlə işlənir: 
Xublardan ki, mənə gəlsə hər bəla, 
İstəməm mən ona dərman eyləyəm (57). 
Çox maraqlı olan bu nümunənin baş cümləsindəki “ona” “qəlib”i budaq cümlədəki “hər bəla” 
ifadəsinə işarə edir, konstruksiya tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir; birinci misradakı 
“xublardan” sözü sonra yada salınmır və izah edilmir. “İstəməm” sözü isə ayrıca, “qəlib”i nəzərdə tutulan 
baş cümlə kimi çıxış edir, bir tamamlıq budaq cümləsinin tərkibində ikincisi (postpozitiv budaq cümləli) 
yaranır. Təbii ki, bu deyilənlər Vaqif poeziyasının sintaksisini, o cümlədən tabeli mürəkkəb cümlə sistemini 
tam əhatə etmir və edə də bilməz. Sintaktik quruluşun çevikliyi və dərinliyi hansı üslubda (klassik və ya xalq 
şeiri) yazmasından asılı olmayaraq, yalnız ədəbiyyatın zirvəsində dayanan müqtədir sənətkarlara aiddir. 
Məhz bu cəhəti əsas götürən prof. T.Hacıyev Vaqif dilinin sintaksisi haqqında yazırdı: “Xalq şeiri janrlarının 
sintaksisi Vaqifin dilində klassik şeirdəki Füzuli səviyyəsinə çatdı. Vaqifin dili timsalında Azərbaycan ədəbi 
dili mükəmməl xəlqi formasını tapdı,onun sintaksisi canlı danışığın ən şəffaf əbədiləşdirilməsi oldu, bu 
sintaksis azərbaycanlıların milli-etnoqrafik təfəkkürünə maksimum uyğun gələn ədəbi normativə çevrildi və 
bütün imkanları ilə həmin təfəkkürü üzə çıxardı” (2, 450)
Ədəbiyyat 
1. Abdullayev Ə.Z. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı: “Maarif”, 1974 
2.Hacıyev T.İ . Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı:“Elm”, 2012 
3. Kazımov Q.Ş. Azərbaycan dilində tabeli mürəkkəb cümlənin inkişaf tarixi. Bakı: “Nurlan”, 2009 
4. Mirzəzadə H.İ. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1990 
5. Seyidov Y. M. Nəsiminin dili.Bakı: “Azərbaycan” nəşriyyatı, 1966 
6. Vaqif M.P. Əsərləri. Bakı: Azərnəşr, 1968 
ƏLİYEVA GÜNEL 
Bakı Slavyan Universiteti 
MOLLA PƏNAH VAQİF YARADICILIĞINDA QARABAĞ MÜHİTİNİN TƏDRİSİ 
Açar sözlər: 
Qarabağ, mühit, tədris, əsər, şair
Karabakh is a heartbeat and the incomplete freedom of Azerbaijan 
Everyone who speaks or writers have written about the colorful nature, beauties, rich deposits of 
Karabakh. One of the poets who has written about Karabakh, fall its ache beforehand is M.P.Vagif. It is 
possible to be witness of a vital portrait of Karabakh in his work. The writer gave information to us about 
Karabakh, and the proccesses happened at that time through his works of “Görmədim”, “Bax”, “Hayıf ki, 
yoxdur”. These works of the writer are in the textbooks which have been made up with the traditional 
methods and curriculum and keep their importance in ethic education of students.
Keywords: 
Karabakh, environment, teaching, poem, poet
Müstəqillik əldə etməyimizlə Qarabağı əldən verməyimiz ard-arda oldu. Xalqımıza müstəqilliyini, 
azadlığını bütöv yaşamaq qismət olmadı. Azərbaycanın bir üzü güldü, digəri isə sonsuz bir həsrətə yelkən 
açdı. Hələ Sovet İttifaqının süqutundan xeyli əvvəl-ötən əsrin 80-ci illərinin sonlarından Dağlıq Qarabağda 
havadarlarının maddi və mənəvi dəstəyi ilə erməni speratizminin baş qaldırması, Ermənistanın Azərbaycana 
ərazi iddiaları, bunların ardınca Ermənistanda və Qarabağda tüğyan edən erməni vəhşilikləri, əzəli və əbədi 
torpaqlarımızdan qaçqın və köçkün axınları 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etmiş ölkəmizin 
ərazi bütövlüyünə, iqtisadi, sosial sferasına olduğu kimi, ədəbi-mədəni həyatına da ciddi zərbələr vurdu. Elə 
bu səbəbdən də ədəbiyyatımızda Qarabağ problemi öz əksini tapdı. Artıq istiqlal, müstəqillik uğrunda 
mübarizə, Qarabağ problemi, erməni xislətinin, Mərkəzi Moskva hakimiyyətinin ikiüzlü, riyakar siyasətinin, 
Bakıda əliyalın əhalini qanına qəltan etmiş Sovet ordusunun əsil simasının ifşası qələm əhlinin müraciət 
etdiyi başlıca “keçid dövrü” mövzuları idi. Lakin Qarabağ həmişə, hər zaman ədəbiyyatımızda xüsusi olaraq 
qələmə alınıb. Yəni Azərbaycan ədəbiyyatı sadəcə Qarabağ probleminə deyil, onun mühitinə, gözəlliklərinə 
də heyranlıqla yanaşmış, qədim dövrdən bu mühitin təsirialtına düşən, orda yazıb yaradan yazıçılarımız, 
şairlərimiz olmuşdur. Necə deyərlər, harda Qarabağın adı keçirsə, orda bir göynək var... Biz o ədiblərin 
yaradıcılığında Qarabağın hər dövrünə nəzər sala bilərik. Bunlardan biri də ədəbiyyat tariximizdə yeni cığır 


M.P.Vaqif və müasirlik 
44
açan Molla Pənah Vaqifdir. Azərbaycan ədəbiyyatı tarixində M.P.Vaqif yaradıcılığı ilə xalq ənənələri 
formalaşdı. O, Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır. Xalq-aşıq şeiri klassik 
ədəbiyyat üzərində üstünlük qazandı. Şair həyat gerçəklərini poeziyanın birbaşa tərənnüm obyektinə çevirən 
sənətkardır. Vaqifin şeiri ilə yazılı ədəbiyyata həm məzmun, həm də formaca demokratiklik və xəlqilik gəldi, 
yəni bir ədəbi məktəb-Vaqif ədəbi məktəbi yarandı. Xalq həyatının təsviri Vaqifin şeiri üçün əsas idi. 
Təsadüfi deyildir ki, Vaqifi xalq nəğməkarı adlandırırlar. O, sadə, təbii el gözəllərini “ənmeyi-kirşani” və 
mühiti ilə birlikdə tərənnüm edir, gözəllərə və gözəlliyə realist münasibəti ortaya atırdı. Mola Pənah Vaqifin 
şeir dili canlı, koloritli xalq dili idi. Vaqif yaradıcılığında daxil olduğu hər mühiti çılpaqlığı ilə əks 
etdirmişdi. Qarabağ mühiti də onun yaradıcılığında xüsusi yer tuturdu. 
Molla Pənah Vaqif Azərbaycanla Gürcüstan sərhədində baş verən münaqişələr nəticəsində bir çox 
ailələr kimi Qazaxı tərk edir. Vaqif də ailəsi ilə birlikdə Qazaxdan köçür. O, əvvəlcə Gəncəyə, sonra 
Qarabağa-Şuşaya gəlir. Ədib Qarabağa, Şuşaya gələndə artıq bir şair kimi məşhurlaşmışdı. M.P.Vaqif çox 
keçmir ki, İbrahim xanın sarayına dəvət olunur. Əvvəlcə eşik ağası (xarici işlər naziri), sonra isə xanlığın baş 
vəziri olur. Molla Pənah Vaqifin xanlığın idarə olunmasında böyük xidmətləri var idi. O, bir neçə dəfə 
Qarabağ xanlığının Gürcüstan və Rusiya ilə münasibətlərini qaydaya salmaq üçün Tiflisə rəsmi səfər 
etmişdir. Şair elə burda da oğlu ilə birlikdə edam edilib. Buna görə də Qarabağ mühitindən yazan elə bir şəxs 
olmayıb ki, Vaqifin yaradıcılığına toxumasın. O, Qarabağda olduğu müddət ərzində Qarabağın təbiətini, 
gözəllərini, ictimai həyatını vəsf edib. Hətta Mirzə Fətəli Axundzadə deyib ki, “Mən əyyami səyahətimdə 
səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərti bir növlə onda 
gördüm” (1).
Vaqifin “Hayıf ki, yoxdur” qoşması, “Bax” qəzəli, “Görmədim” müxəmməsində biz Qarabağ 
mühitinin şahidi oluruq. Ona görə də Mirzə Fətəli Axundov əbəs yerə bu ifadəni işlətməmişdi. Onun bu 
əsərləri məktəblərdə şagirdlərə tədris olunur və onlar tərəfindən rahat mənimsənilib əzbərlənir. Ənənəvi nəşr 
olunmuş dərsliklərdə Molla Pənah Vaqifin “Bax” qəzəlinə və “Görmədim” müxəmməsinə daha çox yer 
verilməkdədir.
Onun qəzəlləri həm məzmun, həm də ifadə tərzinə görə fərqlənir. Burada klassik qəzəl janrı üçün 
səciyyəvi olan sufi-panteist ideyalara təsadüf edilmir. Mürəkkəb, çoxmərtəbəli metoforalar, qəliz tərkiblər də 
yoxdur. Şairin “Bax” qəzəli ictimai-fəlsəfi məzmunlu qəzəlləri içərisində diqqəti ən çox cəlb edir. Bu qəzəli 
ədib şair dostu Vidadiyə yazır. Vaqif bu dövrdə Qarabağda olur və Vidadiyə, Qazaxa məktub yazıb, Qarabağ 
mühitini təsvir edir. Bu qəzəldə şair konkret tarixi hadisənin fəlsəfi şərhini verir. Qarabağ xanlığını tutub 
Şuşaya daxil olan Qacar Vaqifi həbs etdirib zindana saldırır. Edamını gözləyən şair Qacarın öldürülməsi 
xəbərini eşidir. Onu zindandan azad edirlər. Və şair allahın-“adil padişahi-qadiri-qəhhar”ın hər hansı dünya 
hökmdarının, zəmanə padişahının hökmündən yüksəkdə dayandığı qənaətinə gəlir (2, s. 126). Burada Vaqif 
yalnız Qarabağda keçirdiyi vəziyyəti, yəni başına gələnləri deyil, həm də mühiti təsvir etmişdir: 
Vaqifa, göz yum cahanın baxma xubi-ziştinə, 
Üz çevir ali-əbayə, Əhmədi Muxtarə bax! (2, s. 127) 
Vaqif Qarabağda baş verən hadisələrə işarə edir və həyata daim nikbin baxan şair bu dəfə bədbin 
notları daha çox dilə gətirir. “Görmədim” müxəmməsində biz bu halın xüsusilə şahidi oluruq. 
Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, 
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim, 
Aşinalar ixtilatında sədaqət görmədim, 
Biətü iqrarü imanü dəyanət görmədim, 
Bivəfadan lacərəm təhsili-hacət görmədim (2, s. 128). 
Burada şair Qarabağ xanlığında yaranmış ağır ictimai-siyasi, mənəvi şəraiti təsvir edir, mövcud 
problemlərin aradan qaldırmağın yolunu təsəvvürünə belə gətirə bilmədiyinə görə dünyadan əl üzüb tanrıya 
sığınır. Şair heç də yalnız Qarabağ mühitində başına gələn bir hadisədən bəhs etmir, şahidi olduğu onlarla, 
yüzlərlə hadisələri ümumiləşdirərərk öz mövqeyini bildirir. Müxəmməsdə şair hər şeyi üsyankar ruhu ilə 
ifadə edir. Təsdiq və inkar arasında təzad yaradır. Təsdiqi də inkarın təsdiqi kimi işlədir. Bu iki əsərində şair 
Qarabağda olan insanların acı taleyini qələmə alıb. Bəlkə də o, Qarabağ camaatının başına gətirilən 
müsibətləri əvvəlcədən duyub hiss edərək qələmə almışdır. Amma o, Qarabağın indiki halını görsəydi, kim 
bilir nələr yaradardı. Bunları şagirdlərə tədris etməkdə məqsəd Qarabağ mühitində dövrün tələblərinə uyğun 
xalqın yaşayış tərzi, burada baş verən proseslərlə onları tanış etməkdən ibarətdir. Düzdür, şair Qarabağ 
mühitindən çıxış edərək ortaq dövrdən xəbər verirdi. Lakin yenə də əsas Qarabağ camaatını, onların ictimai 
vəziyyətini nəzərə alaraq bu əsərləri yazmışdır.
Amma Vaqif həmişə belə bədbin olmamış, o, Qarabağın sadəcə ağrısını, acısını deyil, əsrarəngiz 
təbiətini, gözəl, incəbelli qızlarını da vəsf etmişdir. Molla Pənah Vaqifin “Hayıf ki, yoxdur” rədifli qoşması 
buna nümunədir. Burada şairi biz elin-obanın yoxsul həyatına, Kür Qırağının acı taleyinə yanan və acıyan bir 
sənətkar kimi görürük. 
Qış günü qışlağı Qıraqbasanın 
Gözüdür Aranın, cümlə cahanın. 


M.P.Vaqif və müasirlik 
45
Belə gözəl yerin, gözəl məkanın 
Bir gözəl obası, hayıf ki, yoxdur! (3, s. 71)
Bu şeirin yaranması ilə bağlı rəvayətə görə, Qarabağ xanı İbrahimxəlil xan vəziri Vaqif də daxil 
olmaqla böyük bir atlı dəstəsi ilə Kür qırağındakı obalardan birində düşərgə salır. Xanın getməsi uzanır. 
Yerli əhali onlara qulluq etmək əziyyətindən xilas olmaq üçün xanın saraya qayıtmasını tezləşdirməyi 
Vaqifdən xahiş edir. Beləliklə, xanın məclisində oxunan bu gözəl əsər meydana gəlir (3, s. 72-73). 
Elə gözəl var bunların içində, 
Ələ düşməz hərgüz Çinü Maçində. 
Söyləyən, oynağan dürst biçimdə 
Bəzəyi, libası, hayıf ki, yoxdur. (3, s. 71) 
Burada Qarabağ mühitinin gözəllərindən bəhs olunur. Hətta onlar o qədər gözəldirlər ki, dünyada tay-
bərabərləri yoxdur. Ağ bədənli, büllur buxaqlı, lalə zənəxdanlı tərəkəmə qadınlarının zövqsüz geyim-keçimi, 
mədəniyyətdən kənarda qalması onu narahat edir. Bu şeir parçasında sənətkar yalnız gözəlləri və qadın 
gözəlliyini tərənnüm etmir, eyni zamanda ictimai məsələlərə də toxunmağı yaddan çıxarmır.
Vaqifin yaradıcılığında biz həmin dövrün Qarabağın portretini canlı surətdə qarşımızda görürük. Buna 
görə də Qarabağın tarixini yazan ziyalılar öz əsərlərində Qarabağ xanlığının məşhur vəzirinin tərcümeyi-
halının müxtəlif məqamlarına da xüsusi diqqət yetirmişlər. Mirzə Yusif Qarabaği (Nersesov), Mirzə 
Adıgözəl bəy, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani kimi “Qarabağnamə” müəllifləri biri digərini əksər 
hallarda təsdiq edən, müəyyən məqamlardasa, fərqli məlumatlar vermişlər ki, həmin məlumatların hamısı 
vaqifşünaslıq üçün bu və ya digər dərəcədə bu gün də əhəmiyyətini itirməmişdir. 
Ədəbiyyat 
1. Cəfərov N. Xalqın böyük şairi “Azərbaycan qəzeti”, 19 aprel 2017
2. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün dərslik. Bakı, “Çaşıoğlu”, 2005, 191
3. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 8-ci sinif üçün dərslik. Bakı, “Bakınəşr”, 2015, 208
HƏSƏNOVA MƏTANƏT (SARACLI) 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
MOLLA PƏNAH VAQİF YARADICILIĞINDA ƏNƏNƏ VƏ NOVATORLUQ 
Açar sözlər:
realizm, ənənə, novatorluq, millilik, xəlqilik, nikbinlik 
Traditions and innovation in the work of Molla Panah Vagif 
The article considers innovation and traditions in the work of the great Azerbaijani poet Vagif, his 
poetry is studied in the context of his era and prominent representatives of that time. Realism, distinctive 
features, its significance in the history of our poetry, a role in our literature are explored. 
Keywords

realism, tradition, innovation, nationality, sadness, national 
Azərbaycan poeziyasının artıq müəyyən inkişaf yolu keçib formalaşdığı dövrdə ona yeni bir tarix 
yaşadan Vaqif yaradıcılığı sözün əsil mənasında novator poeziyadır. 
Vaqif poeziyası milli poeziyamızın tarixində yeni bir cığır açdı. 
Bədii ədəbiyyatın əsas prinsiplərindən sayılan ənənə və novatorluq keyfiyyətləri bu poeziyada özünün 
gerçək bədii ifadəsini tapa bilir. Novatorluq bədii ədəbiyyatın forma və məzmununda xalq üçün əhəmiyyətli, 
qiymətli olan yeni cəhətlərin təbii surətdə əks etdirilməsidir. Ənənə sözü isə ayrı-ayrılıqda adət, əxlaq 
qaydaları, zövqlər anlamını verir, bu adət, əxlaq qaydalarının nəsildən-nəsilə ötürülməsi varislik ənənəsidir. 
O sənətkarlar novator sənətkarlar sayılır ki, özündən əvvəlki ənənəyə söykənərək ilkin olaraq yeni 
keyfiyyətləri öz yaradıcılıqlarında əks etdirə bilsinlər. Bu şərtlə ki, novatorluq yeni məzmun ifadə etmək 
zərurətindən doğsun. 
“Azərbaycan ədəbiyyatı yeni dövr sayılan milli özünüdərk dövrünə üç böyük sənətkarın Nizami, 
Füzuli və Vaqifin yaradıcılıq enerjisi hesabına gəlib çıxır. Nizamidən Füzuliyə, Füzulidən Vaqifə ideya-
estetik hərəkatın generatoru isə sözün geniş mənasında milliləşmədir” (4, s. 124). 
Bu fikirdən çıxış edərək qətiyyətlə deyə bilərik ki, Vaqif özündən əvvəlki sənətkarlarda sezdiyi milli 
rüşeymləri uğurla xalq yaradıcılığına sintez edib normativləşdirə bildi və köhnə ənənəyə söykənərək, 
poeziyamıza yeni novator keyfiyyətlər gətirdi. Təsadüfi deyildir ki, M.F.Axundzadə “Nəzm və nəsr 
haqqında” məqaləsində Vaqifin realizmini sezmiş və bu realizmi Füzulinin istifadə etdiyi köhnə formaya 
(qəzəl-qəsidə janrına) qarşı qoymuşdur. 


M.P.Vaqif və müasirlik 
46
Milli poeziyamızı yeni realist inkişaf yoluna salan Vaqif köhnə ənənələr üzərində yeni keyfiyyətlər əxz 
edərək poeziyanın məzmununu dəyişib onu köhnə formaya qarşı çevirə bilmiş qəzəldən qoşmaya uğurlu bir 
keçid etmişdir. Görkəmli ədəbiyyat tarixçimiz F.Köçərli yazırdı ki, şair hər nə vücuda gətiribsə öz ana 
dilimizin tərz və işvəsində gətiribdir. 
- Poeziyamızda realizmin banisi kimi onu xalq ruhuna, xalq düşüncəsinə, xalq zövqünə yaxınlaşdırmış, 
mayasına milli keyfiyyətlər qatmışdır. 
- Vaqif milli poeziyamızı xalqı düşündürən həyati əhəmiyyətli problemlərlə zənginləşdirən və onun 
həlli yollarını açmağa çalışan detallarla zənginləşdirmişdir. “Bayram oldu”, “Hayıf ki, yoxdur” kimi 
nümunələrdə belə bir ruh hakimdir. 
- Azərbaycan poeziyasını nikbin notlarla bəzəmiş, köhnə mücərrəd sevgiyə üsyan edərək dünyəvi 
gözəlliyə pərəstiş hissləri ilə yazıb yaratmışdır. (Məs., Vidadi ilə deyişmə). 
- Vaqif realizminin gücü ondadır ki, təkcə mövzu obyektlərində deyil, həm də dildə, bədii ifadə 
vasitələrində realizmi əks etdirə bilmişdir: 
Vaqif deyər: Doymaz sevən sevəndən, 
Ta ölüncə əl götürmənəm səndən, 
Əbəs yerə neçin qaçırsan məndən, 
Mən ki zalım, adam yeyən deyiləm? 
- Realist şeirin ilk nümunələrini yaradan şair klassik şeirimizin əsas mövzusu olan gözəllik anlamına 
yeni məna, yeni məzmun vermişdir: 
Oturuşun gözəl, duruşun gözəl, 
Sallanışın gözəl, yerişin gözəl, 
Xoyun, xülqün gözəl, hər işin gözəl, 
Bəxş olub bu xubluq xudadan sənə. 
- Vaqif gözəli hərtərəfli, zahiri ilə batini bir-birini tamamlayan formada qəbul edir. Şairə görə bu 
gözəl vəfalı, sədaqətli, elmli, mərifətli, ismətli, kamallı olmalıdır: 
Özgə ilə hərgiz olmaya işi, 
Qafiyə qəzəldən həm çıxa başı, 
Bulaqtək qaynaya həm gözü, qaşı, 
Atrıq ola həm kəmalı gözəlin. 
- Vaqif poeziyasının milliliyi ondadır ki, o nəinki qəzəldən qoşmaya keçid edərək dil faktlarını önə 
çəkdi, xalqın adət-ənənəsini, etnoqrafiyasını, milli xüsusiyyətlərini poeziyamıza gətirdi: 
“Bayram oldu, heç bilmirəm neyləyim, 
Bizim evdə dolu çuval da yoxdur”. 
Yaxud 
Başına döndüyüm toy adamları, 
Siz də deyin toya gələn oynasın. 
Adını demirəm, eldən ayıbdır, 
Filankəsin qızı filan oynasın. 
Bu misralarda biz Vaqifin görünməyən tərəflərini də görə bilirik. Açıq-saçıq ifadələrin üzərinə sanki 
bir ismət, abır-həya pərdəsi çəkir.
- Şairin gözəllik meyarlarından kənd təbiətinə, kənd mühitinə olan münasibəti sadə, təbii təşbeh və 
istiarələrlə bəzənərək gözəli bizə daha da doğmalaşdırır: 
İxtilatı şirin, sözü məzəli, 
Ellər yaraşığı, ölkə gözəli 
olan xanım kəklik yerişi, maral baxışı, ala gözü, sərv boyu, yasəmən telləri, nərgiz gözləri, bənövşə qoxusu 
ilə bizə təbiəti, təbii gözəlliyi xatırladır. 
Bədii metod yazıçının həyata, münasibətinin tipidir. Ədəbi metodu sənətkarın dünyagörüşü və onun 
yaradıcılıq üslubu müəyyənləşdirir. Vaqif poeziyasının bədii metodundan söhbət açan Araz Dadaşzadə haqlı 
olaraq vurğulayır ki, Nizami və digər orta əsrlərin şairləri realizm metoduna yiyələnməmiş və yiyələnə də 
bilməzdi. M.Quluzadənin orta əsrlər Azərbaycan şeirində “romantizm bir ədəbi – tarixi cərəyan kimi deyil, 
həyatı dərk etmək və obraz yaratmaq üsulu kimi onun başlıca yaradıcılıq metodudur” fikrini dəstəkləyən 
A.Dadaşzadə qeyd edir ki, Vaqif şeiri ilə ondan əvvəlki şeirin müqayisəsi realizm və romantizm məsələsinin 
dəqiq, elmi, tarixi obyektivlik prinsipi əsasında həllinə imkan yaradır. 
Bütün tədqiqatçıların Vaqifin realist olduğunu təsdiq etdiyini vurğulayan Dadaşzadə yazır: “Vaqif 
Azərbaycan şeir tarixində realizmin ilk nümayəndəsidir. O, ədəbiyyat tariximizdə realist ədəbi metoda 
yiyələnmiş ilk sənətkardır. Bu dövrə qədər aşıq və xalq şairlərinin heç biri belə Vaqif kamilliyində realizm 
ruhunu ədəbiyyatda təsdiqləyə bilməmişdir” (3). 
Biz də hörmətli alimin Vaqif realizmi barədə bütün fikirləri ilə şərikik və bir daha göstəririk ki, - 
Vaqifin həyata, hadisələrə, bir sözlə, obyektə yanaşma üsulu realistdir. O, həyat hadisələrini təbii şəkildə 
qəbul edir və ona real münasibət bəsləyir. 


M.P.Vaqif və müasirlik 
47
- Vaqif realizminin başqa bir fərqli xüsusiyyəti qəhrəmanların müəyyən konkret tarixi – məişət 
şəraitində verilməsidir. 
- Onun realizmini gücləndirən əsas xüsusiyyətlərdən biri də dünyagörüşündə və yaradıcılığında olan 
nikbinlikdir. 
- Vaqif realizminin başqa bir mühüm cəhəti onun folklora, xalq ədəbiyyatına daha yaxın olması, 
şeirinin bədii vasitələrini həmin mənbədən almasıdır. 
- Azərbaycan poeziyasında bir metod kimi realizm bədii dil sistemi nöqteyi nəzərindən milli-ədəbi dil 
normasının yaranması ilə eyni vaxtda təşəkkül tapmağa başlamışdır və bu ədəbi dilin yaranmasında Vaqifin 
xidməti böyükdür. 
Kiçik əlavələrimizlə qeyd etdiyimiz fikirləri irəli sürən və təsdiqləyən alim sonra ehtiyatla bildirir ki, 
“Vaqifin bədii metodu hələ tam mənasında realist adlandırıla bilməz”. Bir səbəb kimi şairin ictimai 
məzmunlu şeirlərinin az olmasını göstərir. Əlbəttə, hörmətli alimimiz rejim dövrünün ideoloji təsiri ilə bu 
fikrə gəlsə də, sonra Vaqifi müdafiə edir və yazır ki, XVIII əsrdə yazıb-yaratmış lirik şair qarşısında biz belə 
tələbləri qoymaqda haqlıyıqmı? - Əlbəttə yox. 
A.Dadaşzadə sonda haqlı olaraq bu qənaətə gəlir ki, “Vaqifin poeziyası müəyyən dərəcədə tənqidi 
realizmin sələfi olmuşdur”. O, bu fikrə F.Qasımzadəyə istinadən gəlir. “Vaqif şeiri məktəbində realizmin 
özəkləri olduğu üçün o özünün qanunauyğun inkişafında tənqidi realizmə gəlib çatdı” (3). 
- Vaqif həyat gerçəkliklərini ilk dəfə poeziyanın birbaşa tərənnüm, təsvir obyektinə çevirən ilk 
şəxsiyyətdir. 
Nəhayət, Vaqif poeziyası barədə fikirlərimizi yekunlaşdıraraq göstəririk ki, Vaqif milli poeziyamızı 
yeni – novator keyfiyyətlərlə zənginləşdirmiş, yeni dövr Azərbaycan ədəbiyyatının və realizmin banisi 
olmuşdur. Vaqif poeziyasında poetik məna çalarları əlvandır, təzadlıdır. Orada acı ironiya ilə xoş zarafat, 
çılğınlıqla müdriklik, coşqun sevinclə narahatlıq bir-birinə qaynayıb-qarışmıdır. Ömrünün son illərində 
yazdığı “Bax” rədifli qəzəli ilə “Görmədim” müxəmməsində isə sənətkarın həyat haqqında fəlsəfi 
düşüncələri, zəmanəsinin ictimai problemlərinə qarşı etiraz motivləri güclüdür. 
Vaqif poeziyasında olan poetik məna çalarları şairin yaradıcılığının novatorluq keyfiyyətlərinə yeni 
rənglər qatır. 
Ədəbiyyat 
1.
Molla Pənah Vaqif. Əsərləri. Bakı: 2004, 261 s. 
2.
Araslı H. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: 1956
3.
Dadaşzadə A. Vaqif. Həyatı və yaradıcılığı. Bakı: 1966, 188 s. 
4.
Cəfərov N. Klassiklərdən müasirlərə. Bakı: 2004, 269 s.
5.
Rəfili M. Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı: 1958, 274 s.
6.
Şəmsizadə N. Ədəbiyyat nəzəriyyəsi. Bakı: 2012, 433 s. 
XƏLİLOVA TƏRANƏ 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC 
GÖZƏLLİK VƏ HƏQİQƏT ŞAİRİ - MOLLA PƏNAH VAQİF 
Açar sözlər
: Vaqif, şeir, orta əsr, Şərq, şüur
M.P.Vagif is a poet of truth and beauty 
Vagif is one of the most outstanding poets of the 15th century, who contributed an artistic and 
aesthetic sense to his Azerbaijani poetry. He is the founder of national poetry, realistic verse, avant-garde of 
public trend in the poetry of the Near and Middle East. Vagif is also considered the founder of the transition 
from a romantic style to a realistic poetry. Undoubtedly, in the classical literature and before it there were 
realistic notes in the works of Nizami, Khagani, Fizuli. But these were only scanty bits of realistic verse. 
Vagif, for the first time in centuries-old Azerbaijani poetry, created poems that were based on a realistic 
worldview. His work is still different in form and content. This work is based on the folk-ashuk poem. 
Keywords
:
Vagif, Middle East, poetry, romantic style 
Hər oxuyan Molla Pənah olmaz-El sözü 
Azərbaycan xalqının XVIII əsrdə yetişdirdiyi ədəbi şəxsiyyətlərin ən qüdrətlisi Molla Pənah Vaqifdir. 
Onun yaradıcılığı Azərbaycan poetik düşüncə və bədii-estetik fikri tarixində yeni bir mərhələ açmışdır. 


M.P.Vaqif və müasirlik 
48
M.P.Vaqif milli poeziyanın, realist bədii şeirin banisi, Yaxın və Orta Şərqdə ictimai şüur hərəkatının böyük 
avanqardı və ideoloqudur. 
Molla Pənah Vaqif Azərbaycanda ədəbiyyatın inkişafında xüsusi mərhələyə çevrilmiş romanitk 
şeirdən realist tərənnümə qəti keçidin banisidir. Doğrudur, klassik Azərbaycan şeirində də realist notlar var 
idi. Molla Pənah Vaqifə qədər Nizami Gəncəvinin, Əfzələddin Xaqaninin, hətta Məhəmməd Füzulinin 
“seyli-sirişk içrə” nəfəs alan misraları, “var söz”ün ifadəsi olan gerçək düşüncələri də şeirdə görünmüşdü. 
İmadəddin Nəsiminin üsyankar səsində, “şeir bazarçısına” etirazlarında romantik yüksəkliklə birlikdə 
gerçəkçi bir baxış da öz əksini tapmışdır [4, s. 12].
XVII əsrdə Azərbaycan poeziyasındakı “hind üslubu” ədəbiyyatı saray həyatından çıxarmış, xalqa 
yaxın olan didaktik ideyaları şeirə gətirmişdir. Lakin bütün bunlar hələ də romantik örpəyin yalnız xalları 
qədər idi və klassik lirikanın ictimai ruhu miqyasından uzağa gedə bilmirdi. Molla Pənah Vaqif çoxəsrlik 
Azərbaycan şeirində ilk dəfə olaraq “qəzəli-aşiqanə”dən imtina edib, realist cizgilərə əsaslanan yeni tipli 
məhəbbət şeirləri yaratmışdır. XX əsrin əvvəllərinə aid edilən yeni şeir əsasən satirik poeziyaya aid idi. 
Satirik şeir realist poeziyanın inkişafının yeni səviyyəsi, yaxud təzə mərhələsi idi. Bu tipli şeir lirika deyil, 
satira olduğu üçün yeni adlandırılırdı. Əslində isə Azərbaycan ədəbiyyatında lirika istiqamətində yeni şeir 
Molla Pənah Vaqifdən başlanmışdır. Molla Pənah Vaqifin şeirləri klassik Azərbaycan şeirindən forma 
etibarilə və məzmunca fərqlənirdi. Bu, xalq-aşıq şeiri üstündə köklənmiş, el-oba həyatını və gözəlləri gerçək 
şəkildə tərənnüm edən yeni şeir idi [4, s. 12]. 
M.P.Vaqif yaradıcılığı klassik Şərq poeziyasından Avropa tipli maarifçi-realist ədəbiyyata keçidin 
əsasını qoyub. Klassik ədəbi ənənənin ən yaxşı cəhətlərini-humanizmi, insanpərvərliyi, milli və bəşəri 
dəyərləri birləşdirən, sintez edən şairin yaradıcılığı ilk ədəbiyyat tarixçimiz olan F.Köçərlidən üzü bəri tənqid 
və ədəbiyyatşünaslığımızın diqqət mərkəzində olub. F.Köçərli Azərbaycan ədəbiyyatı tarixinin bir sıra 
mərhələləri ilə yanaşı M.P.Vaqif yaradıcılığına da xüsusi diqqət yetirirdi. O, ilk milli ədəbiyyat tariximizin 
əsası XVIII əsrdə M.P.Vaqiflə qoyulan realist yaradıcılıq tipinə daha çox üstünlük verirdi. Nəhayət ki, 
Azərbaycan tatarlarının ədəbiyyatı” (1903) adı ilə Tiflisdə rus dilində kitab nəşr etdirdi. “Azərbaycan 
tatarlarının ədəbiyyatı”nda ədəbiyyatımızın tarixi M.P.Vaqiflə başlayır, klassik ədəbi irsdə ana dilinə, realist 
yaradıcılıq metoduna üstünlük verilirdi [2]. 
Xalq həyatının təsviri Vaqifin şeiri üçün əsas idi. Təsadüfi deyildir ki, Vaqifi xalq nəğməkarı 
adlandırırlar. Molla Pənah Vaqif sadə, təbii el gözəllərini onların “ənniyi-kirşanı” və mühiti ilə birlikdə 
tərənnüm edir. Şairin gözəllərə və gözəlliyə realist münasibəti vardır. Molla Pənah Vaqifin şeir dili canlı, 
koloritli xalq dili idi. Ərəb-fars sözləri və tərkibləri ilə “bəzənmiş” klassik lirikadan fərqli olaraq, Molla 
Pənah Vaqifin şeirlərində doğma ana dili kəskin surətdə üstünlük qazanmışdır. Xalq şairi Səməd Vurğun 
haqlı olaraq şairin bədii dilinin özünəməxsusluğunu “Vaqifin şirin dili” adlandırmışdır. Molla Pənah Vaqifin 
şeir dili - Azərbaycan dilinin sadəliyini, xəlqiliyini, incəliyini, gözəlliyini və zənginliyini dolğun şəkildə əks 
etdirir. Vaqifin şeirlərində Azərbaycan dilinin geniş poetik imkanları canlı şəkildə yaşayır. Bu, geniş 
mənada, ədəbiyyatın dilində islahatlar aparmaq demək idi. Çünki klassik Azərbaycan ədəbiyyatında möhkəm 
yer tutan əruz vəzninin qəlibləri xalqın canlı danışıq dilindən istifadənin genişləndirilməsinə imkan vermirdi. 
Molla Pənah Vaqifin islahatları sayəsində əruz vəznində yaradılmış qəzəl-qəsidə ədəbiyyatının yerində sadə, 
canlı və aydın dildə, heca vəznində yazılmış qoşma-gəraylı şeirləri aparıcı istiqamətə çevrilmişdir. Yeni tipli 
bu ədəbiyyatda ümumiyyətlə dövran və məhəbbət deyil, konkret olaraq zaman, məkan, insan və sevgi öz 
əksini tapmışdır. Molla Pənah Vaqif şeirlərində geniş mənada xalq həyatından böyük ilhamla və xalqın 
özünün danışdığı dildə söz açır [4, s. 12]. 
Molla Pənah Vaqif - Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır. 
Vaqif - xalq həyatının böyük nəğməkarıdır. 
Vaqif - Azərbaycan mövzusunu şeirin əsas mövzusuna çevirmişdir. 
Vaqif - Azərbaycan ədəbi dilinin banisidir. 
Vaqif - erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının əsasını qoymuşdur [4, s. 12]. 
Molla Pənah Vaqifin adı həm də Azərbaycanın tarixi taleyində özünəməxsus yeri olan ictimai-siyasi 
xadimlərdən biri kimi çəkilir. O, Azərbaycanın xanlıqlar dövrünün tanınmış dövlət xadimlərindən biri kimi 
ölkə əhəmiyyətli məsələlərin həllində, xüsusən xarici əlaqələrin genişlənməsində və zəhmətkeş xalqla saray 
arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynamışdır. Qarabağ xanlığının siyasi tarixində Molla 
Pənah Vaqifin böyük xidmətləri olmuşdur. Dövlət işlərində Vaqif elmi, uzaqgörənliyi və xalqa yaxınlığı ilə 
Molla Pənah Vaqif ola bilmişdir. 
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında heca vəznli şeir məktəbi yaratmışdır. Böyük sənətkarın 
adı ilə bağlı olan şeir-sənət ənənələri yaşamış, ədəbiyyatımızın sonrakı inkişaf mərhələlərində yaradıcılıqla 
davam etdirilmişdir. Azərbaycan ədəbiyyatında heca vəznli xalq şeiri üslubunun möhkəmlənib aparıcı 
mövqe tutmasında Molla Pənah Vaqifin mühüm rolu olmuşdur. Onun adı və sənəti həmişə uca tutulmuş, 
yüksək ehtiramla yad edilmişdir. Xalq şairi Səməd Vurğunun məşhur “Vaqif” tarixi dramı (1938) və Yusif 
Vəzir Çəmənzəminlinin “İki od arasında” (1937) romanı qüdrətli sənətkara bəslənilən ümumxalq ehtiramına 


M.P.Vaqif və müasirlik 
49
Azərbaycan ədəbiyyatında ucaldılmış möhtəşəm abidələrdir. Bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası 
(1960) böyük söz ustadının həyat və sənət ideallarını xalqımıza çatdırmağa uğurla xidmət edir. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1982-ci ildə Azərbaycanın qədim Şuşa 
şəhərində Molla Pənah Vaqifə ucaltdığı böyük məqbərə bu ölməz sənətkarın ədəbiyyatımızın inkişafı 
sahəsindəki xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin parlaq 
ifadəsidir. Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağı işğal edərkən Vaqifin məqbərəsini dağıtması 
bu təcavüzkar ölkənin mədəniyyətdən uzaq olan mənəviyyatsız simasını əks etdirir. Görkəmli Azərbaycan 
şairi və ictimai xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin doğma ölkəsi ilə birlikdə 
UNESCO və TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunması böyük ümummilli və bəşəri 
ideallara xidmət edən böyük sənətin təntənəsidir [3, s. 3]. Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında”kı 12 
yanvar 2017-ci il tarixli sərəncamı müstəqil dövlətimizdə sənətə və sənətkara bəslənilən əbədi ehtiramın 
parlaq və əməli nümunəsidir. Dövlət sərəncamında öz əksini tapmış aşağıdakı sözlər Molla Pənah Vaqifin 
ölməz sənətinin yüksək qiymətini ifadə etməklə bərabər, qarşıda duran mühüm vəzifələri də nəzərə çarpdırır: 
“Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır... Azərbaycan şeiri 
Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin 
parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət 
göstərir. 
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyi Azərbaycan xalqının ölməz ədəbi-tarixi 
ənənələrinə dönməz sədaqətinin və ümummilli iftixar hissinin daha bir əməli təzahürüdür. Bu, həm də 
Vaqifin simasında xalqı və vətəni ilə daim bir olan, ümummilli ideallara sədaqətlə xidmət edən sənətkarların 
hər zaman Molla Pənah səviyyəsində qiymətləndirilməsinin əyani sübutudur. 
M.P.Vaqif öz-özlüyündə (təbiətən) istedadlı, müdrik olsa da, onun şəxsiyyəti, ümumiyyətlə, dövrün, 
mühitin tarixi reallığının məhsuludur ki, böyük şairin, dövlət xadiminin yaşadığı həmin dövr Azərbaycanda 
milli intibah dövrü, mühit isə milli intibah mühiti idi [1, s. 3]. 
M.P.Vaqif Qarabağ ədəbi mühitinin yetirməsi olsa da, o milli təfəkkürün və dilin hələ XVIII əsrdə 
meydana çıxmış möhtəşəm hadisəsi kimi özündən sonrakı dövrlərin (elə bu günümüzün də...) poetik 
mühitinin yaranmasında, inkişafında olduqca mühüm əhəmiyyətə malikdir ki, bunu XXI əsrdə M.P. Vaqifin 
300 illik yubileyinin müstəqil Azərbaycan respublikasında təntənə ilə küçirilməsi əyani sübutdur. 
Ədəbiyyat 
1. Cəfərov N. Xalqın böyük şairi, "525-ci qəzet", 26.07.2017 
2. Əhmədova S. Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi, http://zim.az/elmi-meqaleler/2838-
milli-dbiyyat-tarixind-mpvaqif-irsinin- yrnilmsi.html (23.08.2017) 
3. Gözəllik və həqiqət şairi M.P.Vaqifin 300 illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait. 
F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2016, 27 s. 
4. Həbibbəyli İ. Molla Pənah olan şair, "Azərbaycan" qəzeti, 30.08.2017 
5. Molla Pənah Vaqif Əsərləri. tərt. H. M. Araslı. Bakı: Şərq-Qərb, 2004, 264 s.
QAFFARLI SELCAN 
Bakı Dövlət Universiteti 
VAQİF POEZİYASINDA KƏDƏR MOTİVLƏRİ 
Açar sözlər: 
Vaqif, poeziya, kədər, motiv, qəzəl 
The motive of sadness in Vagif poetry 
This article is about Vagif . He created in patterns both folk style and in classical genres. The article 
deals with Vagif”s sad-motivated poems. In fact, he is known for his optimistic poems. But in this article 
also proves that, he also has sad-motived poems. 
Keywords:
Poetry, sadness, motive, ghazal ,Vagif
Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutan, üslubunun orjinallığı ilə fərqlənən sənətkarlardan 
biri də Molla Pənah Vaqifdir. Azərbaycan dilinin, şeirimizin inkişafı dedikdə onun adı Füzuli, Zakir, Sabir 
kimi söz ustaları ilə birgə çəkilir. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz 
sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana 
gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqif yaradıcılığı 
sayəsində tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq 


M.P.Vaqif və müasirlik 
50
səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət 
göstərir. Şərq şeirinin bütün vəznlərini yaxşı bilən, doğma dilində, xalqının ruhunu və zövqünü oxşaya 
biləcək səpkidə yazıb-yaratmağı üstün tutan şairin, əsərlərindəki xalq dilindən gələn təbii, səmimi ifadələri 
oxucunu məftun edir. Molla Pənah Vaqif Azərbaycan pedaqoji fikir tarixində məhəbbət, gözəllik lirikasının 
yaradıcısı və misilsiz ustadı kimi şöhrət qazanmışdır. Vaqif ədəbiyyat aləminə gələndə Azərbaycanda artıq 
əsrlərlə yol keçib gələn, formalaşmış ədəbiyyat mövcud idi. Istər klassik ədəbiyyatda, istərsə də aşıq şeir 
ədəbiyyatında yüksək poetik örnəklər yaranmışdı. Lakin XVII-XVIII əsrlərdə xalq əsərlərə xəlqilik, 
xüsusəndə realist əhval-ruhiyyənin gəlməsi məhz Vaqifin adı ilə bağlı olmuşdur. 
Biz Vaqifi nikbin ruhlu qoşmaları ilə, məhəbbəti təbii və xalq təfəkkürünə yaxın bir dillə tərənnüm 
edən şeirləri ilə tanıyırıq. Heç şübhəsiz ki, biz Vaqif yaradıcılığında sələfi Füzuli şeirlərindəki kimi dərin 
kədərə rast gəlmirik. Füzuli qəm, kədər şairi idi. Yazdığı əsərlərində də, bu kədər açıq şəkildə özünü büruzə 
verirdi. Amma Vaqif yaradıcılığında biz çox vaxt gözəlləri vəsf edən və vəsf etdiyi gözəlin eşqinə düşməyini 
özünə şərəf bilən bir aşiq obrazını görürük. 
Vaqif yaradıcılığına nikbin əhval-ruhiyyə hakim olmuşdur. Lakin bu nikbinlik onun qəzəllərində, 
qoşmalarında kədər motivlərinin olmamasına dəlalət etmir. Vaqif bəlkə də, qəsdən şeir yazarkən ətrafındakı 
natəmiz mühitdən (sarayın ikiüzlü,məkrli əhatəsindən) uzaqlaşmağa çalışmış, buna görə də, şeirlərində 
həyatda olan səfalı, ruhlandırıcı şeylərdən bəhs etməyə can atmışdır. O, həyatda hər addımbaşı narahatlığa 
düçar olan adamlarda həyata, yüksək insani keyfiyyətlərə etiqad, gələcəyə ümid doğurmaq istəmişdir. 
Burdan görünür ki, onun xarici nikbinliyi daxilində dərin köklər salmamışdı (1, s. 127). İnsanlara sevinc 
gətirən poeziyanın müəllifi heç də daşqəlbli, iztirablara biganə deyildi. Əksinə, bu nikbinliyin ardında 
zəmanəsinə, mühitinə dair dərin bir narahatlıq gizlənir. Yəqin ki, Vaqifi dərindən yaralayan hadisələr, 
xəyanətlər haqqında təəsürat şairin qəlbində getdikcə daha möhkəm yuva salmağa başlayırdı. Düzdü, 
Vaqifin kədəri nə Vidadi kimi bütün ömrü boyu onu öz təsirində saxlamış, nə də, Füzuli kimi ilahi eşqə çata 
bilməmə ehtimalının verdiyi qorxudan doğulan kədər qədər dərin, fəlsəfi olmuşdur. Onun kədəri cavan 
vaxtlarında yazdığı qəzəl və qoşmalarında daha çox aşiqin öz yarına qovuşa bilməməsindən, həsrət 
çəkməsindən doğan kədər olmuş, ömrünün sonlarında isə bu kədər öz yerini ictimai kədərə vermişdir. 
Burdan belə nəticəyə gələ bilərik ki, əslində, Vaqifin bütün yaradıcılığı boyu bu və ya başqa şəkildə kədər 
motivləri öz əksini tapmışdır. Və fikrimizin sübutu üçün deyə bilərik ki, Vaqifin yaradıcılığının son 
dövürlərində yazdığı “Bax” qəzəli, “Görmədim” müxəmməsində aydın nəzərə çarpan bədbinlik birdən-birə 
yaranan bir situatsiya deyildi. Ömür boyu nikbin ruhda yazan, heç bir əsərində kədər motivləri olmayan şair 
birdən-birə bu ruhda əsərlər yaza bilməzdi. Belə ruhda əsərlər yazmaq üçün ömrü boyu bu və ya başqa 
şəkildə həyat, həyatın sənə verdikləri və vermədikləri haqqında dərindən düşünmək lazımdı. Çünki bu iki 
əsər ömrü boyu insanlar və həyat haqqında dərindən düşünmüş və zəngin təcrübəyə malik bir şairin
təfəkkürünün məhsulu ola bilər. Bütün həyatı boyu “toy bayarmdır bu dünyanın əzabı,ağlı olan ona gətirər 
tabı” düşüncəsiylə yaşayan şair belə əsərləri birdən-birə meydana çıxara bilməzdi. Təbii ki, bu əsərlərin 
meydan çıxmasındaVaqifin şəxsi həyatında baş verən xoşagəlməz hadisələrin, Qarabağ xanlığının siyasi 
həyatında baş verən özbaşınalıqlar və haqsızlıqların rolu böyükdür. Bu ədalətsizliklər Vaqifi bir insan kimi 
dərindən yaralamış və həyatdan istədiklərini, gözlədiklərini ala bilməyən şairin xəyal qırıqlığına uğratmışdır.
Bütün bunlardan belə nəticəyə gəlirik ki, həqiqətən də Vaqif əsərlərində yaradıcılığı boyu kədər motivləri 
olmuşdur. İlk vaxtlar bu kədər dərin-ictimai kədər deyil, yarın öz aşiqinə verdiyi, daha intim və şəxsi kədər, 
şəklində təzahür edir. 
Ey güli-xəndan,sənin qan ağlaram, 
Eylərəm şamü-səhər çaki-giriban ağlaram. 
Gedəli zülfün əlimdən, piçü tabə düşmüşəm, 
Dönmüşəm bir muyə, çox halı pərişan ağlaram. 
“Ağlaram”rədifli bu qəzəlinə diqqət yetirdikdə, sevgilisəndən ayrı düşmüş aşiqin gecə-gündüz yarının 
dərdi ilə ağlaması təsvir edilib. Yarının dərdindən mum kimi əriyən, aşiq pərişan hallara düçar olub. Bu 
qəzəlində sevgilisinə həsrət qalmış aşiqin ah-fəryadları təsvir edilib. Burada təsvir olunan “yar”real insandır. 
Yəni Vaqifin gözəli artıq göylərdə gəzən mələklər, hurilər, yaxud da, o mələkləri, huriləri yaradan Tanrı 
deyil. Vaqifin gözəli real həyatda gördüyü Qarabağ gözəlləridir. Amma Vaqifin gözəli məcazlar aləmindən 
yerə enib maddiləşsə belə, yenə də qəzəllərində klassik ədəbiyyata xas olan, lakin klassik ədəbiyyatdakı 
qədər dərin olmayan kədər motivləri özünü saxlamışdır. Sevgilisinin kirpikləri belə yadına düşəndə bağrına 
xəncər sancılan aşiqin kirpikləri də yarının həsrtətindən axan göz yaşları ilə islanır. 
Vaqifin “Gəlməmiş” rədifli qəzəlində aşiqin yarının ayrılığından doğan kədərə rast gəlirik. 
Hər gedən gəlmiş,mənim ol qəmküsarım gəlməmiş, 
Ey gözüm, qan ağla kim,çeşmi xumarım gəlməmiş. 
Getmiş idi ixtiyarım biləsincə yarımın, 
Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş. 
“Gəlməmiş”rədifli bu qəzəlində aşiq bütün gedənlərin döndüyünü bir onun yarının gəlmədiyindən 
qəmlənir. Gözlərinə müraciət edən şair onlardan yaş əvəzinə qan ağlamasını istəyir. Çünki gözlərinin nazlı 


M.P.Vaqif və müasirlik 
51
xumarı aşiqninin görüşünə gəlməmişdi. Gözlər öz gözəlini görmədiyindən şair onlara “qan ağla”deyə 
müraciət edir. Gözlər şairin sevdiyinin gözəlliyi ilə nurlanır. Sevgilisi gəlməyən şair bu nurdan məhrum 
olur. Ona görə Göz yaşı əvəzinə “qan ağla” deyə müraciət edir. Çünki nursuz göz ancaq qan ağlaya bilər. 
Bütün ixtiyarını yarına vermiş şairin yarı gəlmədiyindən ixtiyarının da artıq onun öz əlində olmadığını ikinci 
beytdə izah edir. Aşiqin dərdi o qədər böyükdür ki, bu dərddən hətta ölə biləcəyini belə düşünür. Bu kədərin 
mahiyyəti isə sevgilisinin həsrətinə dözə bilməməsidir. Əgər sevdiyi gözəlin dərdindən ölsə, yarı gəlməmiş 
onu məzara qoymamalarını vəsiyyət edir. Sevgilini “tuti dilli” adlandıran şair, burda yəqinki, ölünün üstündə 
ağı deyilməsinə işarə vurur. Çünki əgər o ölsə, “tuti dilli” sevgilisi ona ağı deyəcək. Bu ağı deyilməmiş aşiq 
məzara qoyulmaq istəmir. Bu misrada həm də, tutinin sevgi quşu olmasına da, sətiraltı eyham edilmişdir.
Sağkən sevgilisinə həsrət qalan aşiq heç olmasa məzara sevdiyinin səsi ilə söylənilən ağı ilə getmək istəyir. 
Əcəlin onun canını ala bilməyəcəyini deyən aşiq burada, əslində, canının sahibin o yox,cananı olduğuna işarə 
edərək bildirir ki, yarı gəlməmiş canını verə bilməz. Çünki can onun yox canandır-sevgilisinindir. 
Sevgilisinə aid olanı ondan fərman gəlməmiş verə bilməz. 
Şairin “Bax” rədifli qəzəli ictimai lirikanın ən parlaq nümünələrindəndir. Bu qəzəldə şairin zamanə, 
insanlarla bağlı dərin narahtılığı və kədəri özünü açıq-aydın büruzə verir. Qəzəlin mətlə beytində şair 
dostuna üz tutub onu zamanın, dövranın pis rəftarına həyatın pis işinə tamaşa etməyə çalışır. Ikinci beytdə 
isə zülm əhlinin hökmünün və özünün Allah tərəfindən bir göz qırpımında necə məhv edildiyi fikri irəli 
sürülür. “Bax” qəzəli, ümumiyyətlə, başdan-başa kədərli və bədbin ruhda yazılmışdır. Qəzəldən hiss olunur 
ki, Vaqif zamənisi ilə bağlı dərin narahatlıq hissi keçirir. Bu narahatlıq hissini dostu Vidadi ilə bölüşür. Şair 
dostuna məsləhət görür ki, “əhli- dünyadan” nə qədər uzaq dursa, bir o qədər yaxşıdır. Çünki heç kəsdə vəfa, 
etibar, sədaqət qalamamışdır. Məqtə beytində isə şair dünyanın yaxşı-yamanına da yummağa çağırır, onun 
əyrisinə, düzünə baxmır, etiqadını peyğəmbərə, onun ali ocağına, nəslinə bağlayır. 
Vaqif yaradıcılığı boyu qzəzəllər yazsa da, ədəbiyyat aləmində daha çox heca vəznli şeirləri ilə tanınır. 
Xüsusəndə gözəllərin tərənnümünə həsr etdiyi, nikbin ruhlu, qoşmaları klassik ədəbiyyatdan gələn ənənəni 
pozaraq qarışıq və çətin izafət tərkibləri, ərəb-fars sözləri ilə deyil, xalq dilində işlənən ifadələrlə zəngin 
olması ilə Vaqif yaradıcılığını orjinallaşdırırdı. 
“Ayrıldıq” rədifli qoşmasında səfərə çıxan aşiqin yarı ilə danışmadan, görüşmədən ayrılmağından 
doğan kədər izlərini görürük. Vaqif qoşmalarındakı kədər dünyəvi kədərdir, real aşiqin çəkdiyi kədərdir. Bu 
kədər Füzuli yaradıcılığındakı cana qovuşa bilməməyin verdiyi kədər yox, tənə qovuşa bilməməyin verdiyi 
kədərdir. Yəni bu qoşmalardakı kədər ruha yox, cismə qovuşma arzusunun aşiqin ürəyində qalmasından 
doğan kədərdir. Vaqifin də ədəbiyyatımıza gətirdiyi yeniliklərdən biri də budur. Realizm. 
Bu qoşmada aydın görünür ki, aşiq yarına cismən qovuşa bilməməyindən şikayətlənir. Ayrılanda 
yarını qucaqlaya bilmədiyinə görə kədərlənir. Bunun səbəbi isə sevgilisinin ondan incik olmasıdır. Aşiqi 
narahat edən məqamlardan biri də budur ki, yarının könlünü ala bilməyib. Qoşmanın möhürbəndinə diqqət 
yetirsək bu gözəlin könlünü ala bilməyən aşiqin ayrılsa belə qəlbindən hələ də yarının izinin silinmədiyinə 
işarə vurur. 
Vaqif yaradıcılığında məhəbbətin tərənnümünə, gözəllərin vəsfinə həsr olunmuş qoşmalar çoxluq 
təşkil etsə də, ictimai-siyasi xarakter daşıyan qoşmalara da rast gəlirik. Şairin “Bayram oldu”, “Hayıf ki, 
yoxdur”, “Durnalar” rədifli qoşmaları buna misaldır. Bu qoşmalarda ictimai təəssüfdən doğan bir kədərə rast 
gəlirik. Bu mənada şairin “Bayram oldu” rədifli qoşmasındakı kədər çox barizdir. 
Qoşmaya diqqət yetirsək, görərik ki, Vaqif burada bir Qarabağ kəndlisinin bayram ərəfəsində 
vəziyyətini təsvir edib. Bayram bizim adət-ənənələr içərisində xüsusi təmtəraqla qeyd olunana günlərdən 
biridir. Hansı bayram olmağından asılı olmayaraq “bayram” ifadəsi hər kəs üçün təmtəraqlı bir günü ifadə 
edir. Hansı ki, bayramlarda süfrələr açılır, süfrələrə müxtəlif dadlı təamlar düzülür. Hər evdə el arasında 
demişkən, mütləq ki, “qazan qaynayır”. Vaqif də bu qoşmada bir kasıb kəndlinin bayram vaxtı süfrəsində 
quru zoğalın belə olmamasını, yemək hazırlamaq üçün lazım olan ərzaqların çoxdan tükəndiyini çox sadə, 
amma bir o qədər də ürəkağrısı ilə təsvir edir. Kasıblıq böyük dərddir. Birinci bəndi oxuyan kimi kəndlinin 
kədəri bizi öz təsirinə salır. Oxucu da artıq bu kədərə ortaq olur. Ikinci bənddə artıq Vaqifin siyasi bir nüansa 
işarə vurduğunun şahidi oluruq. “Bir söz desəm dəxi qoymazlar kəndə” misrasından artıq oxucu anlayır ki, 
kəndlinin bu vəziyyətindən şikayətlənməyə də haqqı yoxdur. Çünki şikayət etməyə kimsə də yoxdur. Şikayət 
etdiyi halda onu kənddən dərhal uzaqlaşdırarlar. Yəniki bir tərəfdən kasıblıq, digər tərəfdən də haqqsızlıq 
kəndlinin mənəvi cəhətdən sarsıdır. Vaqif bu haqsızlıqları real heyatında görmüşdü. Özü dövlət xadimi olsa 
da, kəndlilərin həyatına, dərdinə biganə yanaşmırdı. Çox vaxt İbrahim xanın siyasəti ilə razılaşmayan şair bu 
məzmunda yazdığı şeirləri ilə öz kədərini ifadə etmişdir. Sonuncu iki misrada “çox öyünmə ki, kamalımız 
var, Allaha şükür ki, kamal da yoxdur” deməklə, əslində, özünü məzəmmət edir. Vaqif burada demək istəyir 
ki, kamalı olsaydı kənd əhalisi bu durumda olmazdı. Əhalinin vəziyyətinə bir çarə qılardı. Dərdlərinə dərman 
tapardı. Düzdü, Vaqif hər zaman vəzirlik statusundan istafədə edərək, rəiyyətə əlindən gələn qədər kömək 
etməyə çalışmışdır. Lakin təbii ki, Vaqifin bu səyləri rəiyyətin rahat yaşayışı üçün kifayət etmirdi. 
A.Dadaşzadə isə bu misraların təhlilini başqa cür vermişdir. Onun fikrinə görə, şair burada təfəkkürün, ağlın, 


M.P.Vaqif və müasirlik 
52
savadın pul var-dövlətlə müqayisədə qiymətləndirilməsinə işarə edir. Bu həyatda əsil kamallı adam vara, 
mənsəbə sahib adamdır, demək istəyir. 
Vaqif yaradıcılığının son dövrlərində yazdığı “Görmədim” müxəmməsi demək olar ki, onun bütün 
ömrü boyu gördüyü haqsızlıqların, özbaşınalıqların, insanların ona qarşı etdiyi ikiüzlülüyünün təsdiqi olaraq 
yazılıb. Bu müxəmməsdə ifadə olunan kədər, etiraz, nifrət o qədər güclüdür ki, onu yalnız Vaqifin şəxsi 
həyatında baş verən hadisələrlə əlaqələndirmək olmaz. “Görmədim” müxəmməsi sübüt edir ki, Vaqif
həyatın qarşıya qoyduğu məsələri bütün dərinliyi ilə görmüş, onlarla maraqlanmış və onlara münasibətdə 
yüksək ictimai-fəlsəfi ümumiləşdirmə dərəcəsinə qalxa bilmişdir. Bu əsər Vaqif yaradıcılığında dönüş idi. 
H.Mehdi qeyd edirdi ki, Vaqifin kədəri nə keçici, nə də təsadüfi idi (1, s. 123). 
Vaqifin bu müxəmməsindəki kədər, şikəyət, hüzn sırf subyektiv səciyyə daşımır. Bu şikayət artıq 
danışmaqdan yorulmuş, zara gəlmiş adamların ümumiləşmiş səsidir. Vaqifin “Görmədim” müxəmməsindəki 
şikayət səsi mübariz bir kədər, insan mənliyini, ləyaqətini alçaldan quruluşa, qayda-qanuna qarşı etirazın 
səsidir. Bu müxəmməsində Vaqif ömrü boyu demək istəyib deyə bilmədiklərini misralara tökmüşdür.
A.Dadaşzadənin dediyi kimi “keçdiyi həyat yolunun nəticəsində şair özünün vətəndaşlıq manifestini – 
“Görmədim” müxəmməsini söyləmişdir. Bu əsərdə Vaqif gözəllik, məhəbbət aşiqi deyil, dövrünün, 
mühitinin qüdrətli ittihamçısıdır (1, s. 126). 
Ömrünün son dövrlərində Vaqif başa düşdü ki, həyatdan qəti uzaqlaşmaq mümkün deyil. Sən hara 
qaçırsansa qaç, o səni öz amansız pəncəsinə alacaqdır. Təkcə sənətdə, poeziyada işıq axtarmaq hələ heç də 
həyatın işıqlı olmasına imkan yaratmır. Bunun üçün daha böyük işlər görmək lazımdır. Bu müxəmməsi 
oxuyanda hiss etmək olur ki, bir zamanlar həyat və nəşə aşiqi olan şairin gözündə artıq dünya qaralmışdır. 
Şair məkr, xəyanət, şübhə, pul və dövlət hərisliyi hökm sürən bir mühit əhatəsində boğulur. Bu çirkablarda 
boğulmaqda olan Vaqif mənfur dünyanı qəlbinin dərinliklərindən gələn güclü bir etirazla qamçılayır. Bütün 
bu şikayətləri yalnız şəxsi narazılıq və sarsıntı səbəbi kimi izah etmək həqiqətə uyğun olmazdı. Vaqif burada 
öz zəmanəsinin bütün qüsurlarını toplayıb, onlara birdən nifrət yağdırmışdır. Yüksək bədii qüvvəsi, cəsarətli 
və amansız ictimai məzmunu gözəl bir vəhdət təşkil edən bu şeir Vaqif yaradıcılığının zirvəsidir. Eyni 
zamanda, kədər motivlərinin başdan-başa hakim olduğu Vaqif yaradıcılığının manifestidir. 
Sonuncu bəndəndən aydın görününr ki, Vaqif artıq saçlarının ağardığını, saçları ağardıqca günlərinin 
qaraldığını başa düşür. Üçüncü misrada ömür-gün yoldaşının vəfasızlığına işarə vuran şair, Allahdan başqa 
heç kimə pənah bağlamamağı məsləhət görür. Bu sözləri deyən Vaqif əvvəlki Vaqifdən çox fərqlənir. 
Əvvəlki Vaqif gözəlləmələr müəllifi idisə, bu misraların müəllifi Vaqif isə həyat həqiqətini dərk etmiş Vaqif 
idi. Bu misralar həm də insanpərvər bir şair qəlbinin son çırpıntıları idi. Vaqifin bu bəndə söylədiyi fikri 
əsirlər qabaq Füzuli demişdir. 
Vəfa hər kimsədən kim istədim, ondan min cəfa gördüm, 
Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm. 
Ədəbiyyat 
1.
Dadaşzadə A. Vaqifin həyatı və yaradıcılığı. Bakı: Az. SSRİ EA, 1966, 188 s. 
2.
Füzuli M. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984, 268 s. 
3.
Vaqif M.P. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004, 261 s. 
4.
Hüseynoğlu T. Söz tarixinin yuvası, Bakı, 2000, 164 s. 
QƏDİMLİ KAMİLƏ 
Bakı Dövlət Universiteti 
M.P.VAQİF YARADICILIĞININ MÜDRİKLİK ZİRVƏSİ 
Açar sözlər: 
Vaqif, müxəmməs, şair, XVIII əsr, şikayət
Top of wisdom at Vagif’s activities 
M.P.Vagif wrote Görmədim” supporter at the end of his activities. In his “Görmədim” supporter the 
thoughts (ideas) of world, community, conditions was examped. When his “Görmədim” supporter is 
compared with similar content poem at M.Fuzuli and H.Cavid’s activities, Vagif’s reaction to condition and 
ideas of poem is given clearly. 
Keywords:
Vagif, mukhammas,poet, XVIII century,complaint
M.P.Vaqif Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutan,yaradıcılıq üslubunun orjinallığı ilə 
fərqlənən bir sənətkardır. Dahi Nizami və Füzulidən sonra o, ədəbi məktəb yaradaraq ədəbiyyatımızın 


M.P.Vaqif və müasirlik 
53
yüksəliş tarixində yeni bir mərhələnin əsasını qoymuşdur. Məlumdur ki, şairin şeirlərindəki nikbinlik ömür 
boyu davam etmir,həyatının sonlarında əhvali-ruhiyyəsində ciddi dəyişiklik özünü büruzə verir. Bu illərdə 
“Bax” qəzəli və “Görmədim” müxəmməsində təəssüf, eləcə də şikayət motivləri yer alır. Tədqiqatçıların 
əksəriyyəti bu motivləri bədbinlik adlandıraraq onu təsadüfü hal hesab edirlər. A.Şaiq belə fikirdədir ki, “Bu 
mənzumələrdəki bədbinlik bir taqım təsadüfü vəqə və hadisələrdən doğan keçici bir haldır. O, şairin ruhunun 
həqiqi səsi deyildir” (5, s. 122). S.Mümtaz isə bunu şairin şəxsi həyatı ilə əlaqələndirirdi. Bizim fikirimizcə, 
bu müxəmməsdə həm şəxsi narazılıq, həm də digər hadisələrlə bağlı şikayətlərini dilə gətirmişdir: 
Baş ağardı, ruzigarım oldu gün-gündən siyah, 
Etmədi, səd heyif kim, bir mahı rüxsarə nigah, 
Qədr bilməz həmdəmlə eylədim ömrü təba 
(7, s. 186) 
Bu misralarda şairin şəxsi narazılıqlarını görə bilirik. Tədqiqatçıların fikrindən belə bir nəticəyə 
gəlmək olar ki, əgər şairin həyatında faciəli hadisələr olmasaydı, onun əhvali-ruhiyyəsində heç bir dəyişiklik 
baş verməzdi. Amma “Görmədim’” müxəmməsini oxuyarkən görürük ki, şeirdəki nifrət o qədər möhtəşəm 
və güclüdür ki, onu yalnız şəxsi həyatdakı müvəffəqiyyətsizliklərlə əlaqələndirmək qeyri-mümkündür. 
“Görmədim” müxəmməsi sübut edir ki, Vaqif həyatın və dövrün qarşıya qoyduğu məsələləri bütün dərinliyi 
ilə görmüş, onlarla maraqlanmış və onlara münasibətdə yüksək ictimai-fəlsəfi ümumiləşdirmə dərəcəsinə 
qalxa bilmişdir. Keçdiyi həyat yolunun nəticəsində şair ömrünün vətəndaşlıq manifestini – “Görmədim” 
müxəmməsini söyləmişdir. Şair böyük bir nifrətlə ikiüzlü və nahaq qan tökən adamlara öz qiymətini verir. 
Həmçinin acgöz hakimlərin doymaq bilməyən iştahasından danışır və güclü bədii ümumiləşdirmə aparır: 
...Cümlə məkrü alü fənnü fitnədir,cəngü cədəl, 
Dirhəmi dinar üçündür hər şeyə yapışsa əl... 
(5, s. 129)
Bu müxəmməs dünyanın alçaqlarına, yalançı din xadimlərinə, riyakar şeyxlərə qarşı tutarlı bir 
ittihamnanə
dir: 
Alümü cahil, müridi mürşüdi şagirdü pir, 
Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir, 
Həqqi batil eyləmişlər, işlənir cümri-kəbir, 
Şeyxlər şəyyad, abidlər abusən qəmtərir, 
Hiç kəsdə həqqə layiq bir ibadət görmədim. 
(2, s. 733)
Bütün bunları Vaqifin yalnız şəxsi narazılıqları ilə izah etmək doğru olmazdı. Bəziləri bu şeirdə 
Vaqifin bədbinlik əhvali-ruhiyyəsini hiss edirlər, amma o bədbinləşməmişdir. O etiraz edir, yalan və 
ədalətsizlik dünyasına narazılıqlarını bildirir. Belə bir cəmiyyətdə ağıllı adamlar əziləcək, nadanlar hörmət 
sahibi olacaqlar. “Belə dünyadan həzər etmək lazımdır’’, -deyərkən şair təslim olmaq istəmir. Şair “həzər 
etməyi” nifrət etmək mənasında işlədərək öz qəzəbini bildirir. Şair göstərir ki, xırda hisslər, acgözlük, 
mənsəbpərəstlik insanları bəsitləşdirir, mənən kiçildir. O görür ki, tutduğu mövqe və vəzifədən asılı 
olmayaraq, şah da, dərviş də dünya malına göz dikmişdir və hər ikisi eyni dərəcədə miskindir: 
Hər kişi hər şeyi sevdi, onu betər istədi, 
Kimi təxti, kimi tacı, kimi əfsər istədi. 
Padşahlar dəmbədəm təsxiri-kişvər istədi... 
(5, s. 129)
Böyük bədii təsir və ümumiləşdirmə gücünə malik olan “Görmədim’’ müxəmməsi poeziyanın ən 
nadir incilərindən biri kimi yaşamaqdadır. 
“Görmədim” rədifli şeirlər Vaqifə qədər, əsasən, qəzəl formasında sələflərin yaradıcılığında da yer 
almışdır. M.Füzuli hətta bir qəzəlində rədifi inkarda “Gördüm” kimi verir. Həmin qəzəl məna cəhətdən 
Vaqifin müxəmməsinə daha yaxındır.
Qəzəl janrı Azərbaycan ədəbiyyatında Füzuliyə qədər uzun bir dövr keçmişdir. Ancaq nə Füzulidən 
əvvəl, nə də ki Füzulidən sonra gələn Vaqif, Vidadi və s. şairlərdən heç kəs Füzuli səviyyəsində yüksək bədii 
keyfiyyətdə qəzəl yazmamışdır. M.Füzuli 1) aşiqanə; 2) ictimai-fəlsəfi; 3) təsviri; 4) minacat, nət ruhunda 
olan qəzəllər yazmışdır (4, s.126). M.Füzuli üçün daha xarakterik olan bir sıra əsərlərdə açıq tərənnüm 
olunan kədər, yalnız şəxsi deyil, çox zaman ictimai-fəlsəfi məzmunlu vətəndaşlıq kədəridir ki, bunu şairin 
yaşadığı mühit, quruluş və buna qarşı Füzulinin əlaqəsi ilə izah etmək lazımdır. İctimai ədalətsizliyə, 
haqsızlığa qarşı Füzuli öz qürurunu, böyüklüyünü saxlayır, əsrinin nifrətə dövlət adamlarından uzaq durmağı 
məsləhət bilir. M.Füzulinin ictimai məzmunlu şeirlərindən biri də “Gördüm” rədifli qəzəlidir. Bizim 
fikrimizcə, qəzəl bir növ şikayət ruhludur: 
Vəfa hər kimsədən kim istədim ondan cəfa gördüm, 
Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm.
Yuxarıdakı misralarda şair bivəfa dünyada insanlarda cəfa gördüyünü söyləyir. Bu qəzəldə şair 
saflıqdan, yaxşılıqdan dəm vuran insanların əslində hamısının xəyanətkar olduğunu bu misra ilə ifadə edir: 
‘’Səfadan dəm uran həmdəmləri əhl-I riya gördüm.’’ 


M.P.Vaqif və müasirlik 
54
Füzuli eyb qılma üz çevirsən əhl-i aləmdən
Nədən kim hər kimə üz tuttum ondan yüz bəla gördüm. 
Son misralarda şair bütün aləmdən üz çevirir, səbəbini isə üz tutduğu insanlardan bəla görməsi ilə 
izah edir. 
Görkəmli mütəfəkkir, şair - dramaturq H.Cavid bizim dramatik poeziyada qüvvətli faciənəvis, 
mənzum və romantik dramın yaradıcısı kimi unikal və şərəfli bir yer tutur. H.Cavid böyük dramaturq 
olmazdan əvvəl böyük şair olmuş və lirik-fəlsəfi yaradıcılığını ömrü boyu davam etdirmişdir. 
H.Cavidin şeir dili səmimi, saf insan duyğularının tərənnümündə nə qədər həzin, kövrək, lirikdirsə, 
insanlara zülm və müsibət gətirən şər qüvvələrə, heyvani instiktlərə tabe olub, öz həmcinslərini zülmət və 
cəhalətdə saxlayan riyakarlara qarşı mübarizədə o qədər kəskin,amansızdır. Cavidin şeirlərində romantik 
bədbinlik, ruh düşkünlüyü və ümidsizlik olur, lakin zaman keçdikcə mübariz bir ovqata çevrilir. H.Cavidin 
şeirlərindən biri də “Görmədim” şeiridir. Burada lirik qəhrəman eşqə düşür, ancaq eşqdə o, bəladan başqa bir 
şey görmədiyini deyir: 
Bilmədim, uydum şu məcnun gönlümün fəryadinə, 
Eşqə dil verdim, bəladan başqa bir şey görmədim. 
Bu misralarla yuxarıdakı fikrimizi təsdiq etmiş oluruq. 
Söylüyorlar: ”Daimi zevqi- səadət var” yazıq! 
Seyr edib boş iddiadan başqa bir şey görmədim 
(3, s. 69).
Yuxarıdakı misralarda şair səadətin daimi olmadığı və boş bir iddiadan başqa bir şey olmadığını 
söyləyir. Şair şeirdə başqa məsələlərə də toxunur. Hər kəsə mərhəmət göstərib, yaxşılıq edib onları tanıdığını 
zənn etsə də, sonda yaltaqlıqdan, xəyanətdən başqa bir şey görmədiyini aşağıdakı misralarla qeyd edir: 
Gördüyüm hər müztərib simaya duydum mərhəmət, 
Yara, həm əğyarə yar oldum, da sevdim bicihət; 
Aşina zənn etdiyim hər yüzdə heyhat!... Aqibət 
Boş təməllüqdən, riyadan başqa bir şey görmədim 
(3, s. 69)
Aşağıdakı son misralarda şair yenə həyatda gördüklərinin bəladan başqa bir şey olmadığını 
vurğulayır: 
Bəlkə var səhvim? Fəqət gördüklərim həp öylədir... 
Görmədim, əsla bəladan başqa bir şey görmədim. 
(3, s. 69)
Məlumdur ki, Füzuli XVI əsrdə, M.P.Vaqif XVIII əsrdə, H.Cavid isə XX əsrdə yaşamışdır. Bu 
şəxsiyyətlər arasında iki yüz ilə yaxın zaman fərqi mövuddur. Onlar zaman, cəmiyyət və fərdlə bağlı 
müşahidələrini öz dövrlərinə və üslublarına uyğun tərzdə məharətlə açıqlamışlar. Göründüyü kimi, eyni bir 
ideyanın, fikrin tərənnümü təkrar təsiri bağışlamır. 
Ədəbiyyat 
1. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, c. 3, Bakı: Elm, 2009
2. Babayev.Y. Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII). Bakı: ”Elm və təhsil”, 2014
3. Cavid.H. Əsərləri. c.1, Bakı: Lider, 2005
4. Cəlal.M . Füzuli sənətkarlığı. Bakı, 2007
5. Dadaşzadə A. Vaqif həyat və yaradıcılığı. Bakı, 1966
6. http://www.edebiyatvesanatakademisi.com/Siirler/Detay/vefa-her-kimseden-kim-istedim-ondan-
cefa-gordum-9428.aspx
7. Vaqif.M.P. Əsərləri. Bakı: Şərq-Qərb, 2004
QULUYEVA MİNARƏ 
Bakı Dövlət Universiteti 
XVIII ƏSR AZƏRBAYCAN ƏDƏBİ PROSESİNDƏ POETİK TƏKAMÜLÜN İNKİŞAF 
PERSPEKTİVLƏRİ 
Açar sözlər:
ədəbi proses, poetik təkamül, inkişaf perspektivləri, poetik şüur, etnopsixoloji və sosioloji 
xüsusiyyətlər, tarixi təkamül, forma və məzmun problemləri, ənənəvi poetika, sözün mənası, bəşər tarixi 
If the poetry of the East is compared with the ocean, one of the largest sea of it is Azerbaijan 
The literature of Middle Ages of the countries of the East, the Middle Asia and Azerbaijan is 
connected with one another with indissoluble ties. Here is the common character of plots, poetical language 
and style of image, metaphor and at last the common character of aesthetic thought. Till the beginning of 


M.P.Vaqif və müasirlik 
55
XIX century traditions were the only kind of literary creative works on the ground of the whole number of 
specific conditions in Azerbaijan. In the XVIII century the perspectives of the development of poetical 
evolution in the literary process of Azerbaijan 
Keywords

literary process; poetical evolution; perspectives of evolution; poetical sense; 
ethnopsychological and sociological features; historical evolution; the problems of form and sense; 
traditional poetics; the meaning of the word; the history of the humankind 
M.P.Vaqif yaradıcılığında qoşma janrının poetikası Azərbaycan poetik şüurunun özünəməxsus dərkini 
ifadə edirdi. Bu dövrdə poetik fikrin təkamülünə müxtəlif daxili və xarici amillər təsir edirdi. Çünki bu tarixi 
dövr ədəbi prosesdə düzgün əks olunmalı, onun xüsusiyyətləri real ifadə edilməli idi. 
Ədəbiyyatşünaslığımızda qoşma poetikasının qanunları demək olar ki, ümumi planda araşdırılmış, bu 
zaman hər bir dövrün tarixi xüsusiyyətləri xalqın mentaliteti, etnopsixoloji və sosioloji xüsusiyyətləri nəzərə 
alınmamışdır. Bu baxımdan bu cür tədqiqatlar quru nəzəriyyə olaraq qalırdı. 
Alman alimi R.Kursius “Европейская литература и латинское средневековы” (“Avropa ədəbiyyatı 
və latın orta əsrləri”) əsərində yazırdı: “Kim yalnız orta əsrləri və yeni dövrü öyrənmişdirsə, onun ədəbi 
proses və tarixi təkamül barədə anlayışı yoxdur. Avropa ədəbiyyatı haqqında yalnız o zaman fikir söyləmək 
olar ki, Homerdən Heteyə qədər bu ədəbiyyatın bütün dövrlərini biləsən” (bax: 5, 210-214). 
Fikrimizcə, Azərbaycan şeirində qoşma janrının poetikasını araşdırarkən poetik prinsiplərin tarixi 
təkamülünə və mənşəyinə, bədii ifadə vasitələrinin və formalarının konkret tədqiqat üsullarına xüsusi fikir 
verməliyik. Əsas məsələ vacib poetoloji kateqoriyaların (obraz, üslub, janr, metod və s.) diaxronik 
tədqiqindən ibarətdir. Poetik kateqoriyalar daim inkişafdadır. Bu kateqoriyalar tarixi inkişaf şəraitində öz 
məna və özəlliyini saxlayır, yeni münasibətlərə və əlaqələrə girir, fərqli sistemlərə daxil olurlar. Bu 
sistemlər dövrün və zamanın ədəbi şüuru ilə səciyyələnir. 
Poetika ilk növbədə ədəbiyyat haqqındakı fikirlərin təkamülünü ifadə edir (1, 210-212). 
Şərq poetikasında forma əsas götürülür. Burada məzmun ikinci plana keçir. Qədim hind ədəbiyyatı 
mütəxəssisi M.Vinternus təəssüflə qeyd edir ki, sanskrit poeziyasının əsas xarakterik cəhəti ondan ibarətdir 
ki, burada əsasən forma nəzərdə tutulur. Alim sanskrit ədəbiyyatının bu naqis cəhətini xüsusi qeyd edir. 
Formanın məzmuna nisbətən ön plana keçməsi bu ədəbiyyatın estetik təsirini azaldır. 
Eyni fikri Çin ədəbiyyatı haqqında da söyləmək olar. Çin və yapon ədəbiyyatında əsas diqqət formaya 
verilir, məzmun isə kölgədə qalır. Qədim hind, Çin və yapon ədəbiyyatında poetikanı ilahiləşdirirlər. Şairə 
isə göydən enmiş mələk, allahların elçisi kimi baxırdılar. Şeir göylərin yerə və insanlara lütfü, müqəddəs 
məhəbbəti kimi təqdim olunurdu. Qədim ərəb ədəbiyyatında isə təxəyyül və özünüifadə ədəbiyyatın məqsədi 
kimi qəbul olunmurdu (bax: 2, 100-104). 
Ərəblər heç bir zaman ədəbiyyatın estetik təsiri, gözəllik hislərinin ədəbi prosesdə tərənnümü 
problemləri ilə maraqlanmırdılar. Burada şairin daxili aləmi, hiss və həyəcanları, fərdi xüsusiyyətləri həmişə 
arxa plana keçirdi. Yaradıcı təxəyyül qədim ərəb ədəbiyyatına yad idi. 
XVIII əsr Azərbaycan şeirinin, xüsusən qoşma janrının poetikasında bədii obrazın, üslubun forma və 
məzmun problemləri ön plana çəkilirdi. Bu dövrün ənənəvi poetikası poetoloji kateqoriyaların 
araşdırılmasında hələ bir çox suallara tam cavab verə bilmir. 
XVIII əsr qoşma janrının poetikası öz dövrünün xüsusiyyətlərini əks etdirir və bu baxımdan fəlsəfi-
ümumiləşdirici xüsusiyyətlərə malik olur. Poetika bu zaman ədəbi yaradıcılığa nüfuz edərək, yalnız bədii 
ifadə vasitələrinin deyil ədəbi prosesin ümumi inkişaf qanunlarını da əks etdirir. 
XVIII əsrdə Vaqif qoşmalarının məzmun və forma kateqoriyaları təsirli bədii təxəyyülə, güclü 
emosional təsir qüvvəsinə malik idi. Poetik kateqoriyaların səciyyəsi dəyişsə də, onların semantik 
funksionallığı sabit qalır. 
Vaqif təxəyyülündə olan fikirləri qoşmalarında canlandırmağa çalışırdı. Alman alimi Qinzburq V.Y. 
yazırdı: “Poetik təkamül yolu işarədən obraza, obrazdan mənaya keçir” (4, 82-86). 
Beləliklə, bədii təhlilin əsasını semantik prinsip təşkil edir. Məzmun bədii ifadə vasitələrinin köməyi 
ilə şairin maddi-mənəvi və ictimai dəyərlərə münasibətini ifadə edir. M.P.Vaqif qoşmalarının üslubu şairin 
poetik dilinin sistemli təşkilidir. Üslubiyyatı onun daxili dayaq sistemi olan ritorikadan (bəlağətdən) ayrı 
təsəvvür etmək mümkün deyildir. Burada iki amili xüsusi qeyd etmək lazımdır: 
1)
Bədii təfəkkürün xüsusi forması olan poetik dil amili. 
2)
Üslubiyyatın daxili sistemliliyi amili. 
Bu zaman üslubiyyat və ritorika (bəlağət) arasındakı münasibətlər nəzərə alınmalıdır. M.P.Vaqif 
qoşmalarının bədii üslubu ilk növbədə onların əşyavi-hissi və emosional əsasını təşkil edir, yəni ətraf aləmin 


M.P.Vaqif və müasirlik 
56
obrazlarla ifadə olunmasına şərait yaradır. Qoşmalarda asosiativ əlaqələr predikativ və qeyri-predikativ 
əlaqələrə üstün gəlir. 
Rus alimi A.Potebuqanın fikrincə, bədii obrazlarda əsas və gizli məzmun ifadə olunur, məcazi məna 
əsas məna ilə üzvi vəhdətdə götürülür (10, 82-86). 
M.P.Vaqif qoşmalarında sözün mənası sanki şaxələnir, yeni məna yaranır. Bu baxımdan elə düşünmək 
olar ki, iki dil mövcuddur: mövcud olan və mümkün olan. Bu iki dil arasındakı münasibət əsas və məcazi 
mənaların yaranmasına, sözün çoxmənalılığına, anlam palnının genişliyinə səbəb olur. Şifahi xalq 
ədəbiyyatında daha böyük təsir yaratmaq üçün ritorik dəyişmələrə, söz mənasının şaxələndirilməsinə ehtiyac 
duyulur. Orta əsrlər Avropasında ritorika (bəlağət) ədəbi diskursun köhnəlmiş sxolastik forması kimi təqdim 
olunurdu. 
Romantiklər isə ritorikanı ümumiyyətlə qəbul etmirdilər. Onların fikrincə, ritorika süni olaraq 
bəzədilmiş dil nümunəsi idi. Bir çox ədəbiyyatşünas alimlər ritorika ilə poetikanı ayırmağa, əlaqəsi olmayan 
sahələr kimi araşdırmağa çalışırdılar. Tarixə müraciət etmədən tarixi ritorikanın faktlarına söykənmədən 
ritorikanı (bəlağəti) araşdırmaq onun əsas səciyyəvi cəhətlərini müəyyənləşdirmək mümkün deyildi. Ritorika 
(bəlağət) tarixən dəyişən qeyri-stabil , dinamik poetik sistemdir. Ritorika (bəlağət) kateqoriyalarının ədəbi 
prosesdə qarşılıqlı münasibətlərinin təkamül prosesidir. Aristotelin ritorikası fənlərarası xarakterə malik idi. 
Aristotel ritorikanı daha geniş mənada başa düşür, onu yalnız nitqin ifadəsi haqqında elm kimi qəbul etmirdi. 
Aristotelin fikrincə, ritorika dilin janrına, nitqin səciyyəsinə və xüsusiyyətlərinə münasibətlərini araşdıran bir 
elm idi. Funksional üslub problemi ilk dəfə Aristotel tərəfindən elmə gətirilmişdir. 
Müasir ədəbiyyatşünaslıqda ritorika (balağət) bir neçə aspektdən (ideoloji tənqidi, semiotik və 
kominikativ) öyrənilir. Ədəbi ritorikanın (bəlağətin) iki əsas problemi: sistemli tarixi ritorika və tarixi-
qrammatik ritorika çağdaş dövrümüzdə böyük maraq doğurur. 
“Ritorika ədəbiyyatın əsəb sistemidir” – deyən alimlər yanılmırlar (8, 24-26). 
M.P.Vaqifin qoşmalarında ritorikanın (bəlağətin) köməyi ilə şairin təsvir olunan mətnə münasibəti 
ifadə olunur, şeirin emosional strukturu müəyyənləşir. Bu qoşmalarda bədii ifadə vasitələri şairin ritorik 
şüurunun tərkib hissələridir. 
Bəşər tarixi mədəniyyətlər və ədəbiyyatlar tarixidir. Qədim dövrlərdən çağdaş dövrümüzə qədər 
yaranan, təkmilləşən ədəbiyyatlar hər bir xalqın etnopsixologiyasını, mentalitetini, təkamül mərhələlərini 
müəyyən edən amildir. 
Cəmiyyətin və xalqın ictimai-siyasi səviyyəsi mədəniyyət dəyərləri ilə birbaşa bağlıdır. Milli şüurun 
yetkinliyi milli-mənəvi özünüdərk prosesi tarixi qan yaddaşımızı necə başa düşməyimizdən asılıdır. Milli 
ədəbiyyatımız nə ümümdünya ədəbi prosesindən ayrılaraq inkişaf edə bilər, nə də milli köklərimizdən 
uzaqlaşaraq yad elementlərdən yaranan bir vəhdət şəklində təqdim edilə bilər. 
Milli-mənəvi və ümumbəşəri dəyərləri bir-birindən ayırmaq, onların arasına Çin səddi çəkmək də 
düzgün mövqe deyildir. 
Azərbaycan şeirinin qoşma janrında, o cümlədən M.P.Vaqifin qoşmalarında müşahidə edilən əqli-
mənəvi və əxlaqi keyfiyyətlər, humanizm ideyaları ümumbəşəri dəyərlərdir. M.P.Vaqifin qoşmaları əsl söz 
sənətidir. Musiqi səs ahəngi, tətbiqi incəsənət zahiri görüntüsü ilə insan qəlbinə təsir edir. Vaqifin qoşmaları 
həm estetik dəyərləri, həm də əqli-fəlsəfi anlamları ifadə edir. Burada sözün təsir gücü daha çoxdur. Milli 
ruhun dərin izləri bu misralarda ifadə olunur. 
Bu qoşmalar öz emosional-estetik dəyərinə və məzmun tutumuna görə daha təsirli və daha yetərlidir. 
M.P.Vaqifin qoşmaları poetik düşüncəni təmsil edir. Hər bir misra bitkin bir poetik düşüncənin ifadəsidir. 
Sözlər və obrazlar misra-misra düzənlənir. 
Qoşmaların poetikası həmin düzənin əsaslarını və məntiqi özəlliklərini araşdırır. Burada bədii sözün , 
bədii deyimin və bədii mətnin arxasında bədii-estetik düşüncə və poetik təxəyyül dayanır. Vaqif 
qoşmalarında hər bir söz təxəyyülün ifadəsidir. 
Füzuli demişkən: 
“Xazini-gəncineyi-əsrardır hər dəm çəkər, 
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.” 
Azərbaycan şeirinin qoşma janrında ədəbi prosesin təkamül tarixi əksi mifoloji dönəm və folklor, orta 
əsrlərin klassik dönəmi və müasir ədəbi prosesdən ibarətdir. Azərbaycan şeirinin qoşma janrında, o cümlədən 
M.P.Vaqif qoşmalarında folklordan qaynaqlanan, artıq müəyyənləşmiş ədəbi qəliblər, bədii obrazlar, poetik 
təxəyyül, estetik dəyərlər mövcuddur. Bu qoşmalarda aşıq yaradıcılığı özəlliklə seçilir və daha çox folklor 
ənənələrindən yararlanır. Poetika tariximiz üç əsas təkamül dövründən keçmişdir: 
1.
Şifahi xalq ədəbiyyatı özünəməxsus dil-üslub xüsusiyyətləri, əxlaqi-mənəvi dəyərlər durumundan 
qaynaqlanan şifahi xalq ədəbiyyatı poetika tariximizin birinci dövrünü təşkil edir. 


M.P.Vaqif və müasirlik 
57
2.
Poetika tariximizin ikinci dönəmini orta çağ ədəbi prosesi təşkil edir. Orta çağ ədəbi prosesi öz yeni 
estetik dəyərlər sistemi, ədəbi-bədii janr və tipləri, şeir növləri və qanunları ilə köklü şəkidə seçildi. 
3.
Orta çağlardan yeni dönəmə keçid mərhələsi, xüsusilə XVIII əsrdən başlayaraq klassik ənənələrin 
yaşaması ilə yanaşı milli dil-üslub meyilləri yenidən canlanır (8, 94-102). 
M.P.Vaqif qoşmalarında yeni realist düşüncə ilə bərabər poetik kateqoriya və qanunların bədii təsvir 
vasitələrinin milli üslub zəmnində yeniləşməsi davam etmişdir. 
Azərbaycan şeirinin qoşma janrında, o cümlədən M.P.Vaqif qoşmalarında poetik təxəyyülün 
qaynaqları olaraq, ilkin əsatiri düşüncə tərzini, əski inanc və mərasim mətnlərini, el ədəbiyyatını, Qurani-
kərimin hədis və qissələrini elmi, fəlsəfi və təsəvvüf ədəbiyyatını göstərmək olar. Bu dövrün poetikası bədii-
estetik düşüncə tərzinin özəlliklərini araşdırır. M.P.Vaqif qoşmalarında şairin bədii-estetik təfəkkürü 
özünüifadə prossesində özəl yer tutur. Klassik şeir daim intellektə, rasionalizmə əsaslanmışdır. M.Füzuli 
elmsiz şeiri bünövrəsiz divar saymışdır. 
Azərbaycan şeiri, o cümlədən M.P.Vaqif qoşmaları Şərq poetikasının tərkib hissəsi olub Qurani-
Kərimə, el ədəbiyyatına, elmi-fəlsəfi qaynaqlara əsaslanmışdır. Avropa və rus şərqşünasları şərqin söz 
sənətini yabancı qəliblər üzrə deyil, öz bəlağət təlimi əsasında araşdırmağı və yalnız ümumi tipoloji 
müqayisələr xatirinə müasir elmi metodologiyadan faydalanmağı tövsiyə etmişlər. 
Quranın ali bəlağət möcüzəsini örnək və kamillik kimi seçən Şərq ədibləri bədii sözün zahiri və batini 
gözəlliyinə, bədii-estetik incəliyinə diqqət yetirmişlər. Şərq ədəbiyyatının incəliklərinin düzgün elmi dərki 
ilkin mötəbər qaynaqlardan qidalanan bəlağət təlimindən kənarda mümkün deyildir. Şərqin söz xəzinəsinin 
açarı bəlağətdir. 
Azərbaycan şeirində poetik təkamüldən bəhs edərkən iki sistem müqayisə edilir: Yunan-Avropa və 
Ərəb-Şərq poetikası. 
Bu iki sistem arasında ümumi müqayisə aparmaq maraqlıdır. Azərbaycan şeirinin, o cümlədən qoşma 
janrının poetik təkamülü Şərq poetikasının nəzəri əsaslarına, bədii estetik kateqoriyalarına və məfhumlarına, 
söz-məna qəliblərinə, zəngin ifadə vasitələrinə əsaslanır. Azərbaycan poetik sisteminin açar söz incəliklərinə 
söykənən bəlağətdir. 
Azərbaycan şeirinin qoşma janrında bədii fikrin gözəl ifadəsi üçün sözün obrazlaşması, məcazi keçid 
və bənzətmə üsullarından istifadə olunur. Azərbaycan şeirinin poetik sistemi Yunan-Avropa, Ərəb-Şərq 
poetikası ilə müqayisə olunur. Lakin Yunan-Avropa poetikasında işlənən poetik vasitələr Ərəb-Şərq 
poetikasının ifadə vasitələrinə uyğun gəlmir. Bundan əlavə linqvistik poetika nəzəriyyəsini də qeyd etmək 
lazımdır. 
XIX əsrin ortalarında Praqada linvistik poetika nəzəriyyəsi formalaşdı (5, 104-106). Ferdinant de 
Sössür tərəfindən əsası qoyulan bu təlimin əsasında işarələr sistemi söz hər hansı bir məzmun daşıyan 
işarədir. Sözün poetik yükü ibarə, cümlə və mətn daxilində gerçəkləşir. Bədii dil adi dildən öz emosional-
estetik təsiri ilə fərqlənir. 
Poetik sistemin təkamülünün ikinci xüsusiyyəti paralellik anlayışıdır. Bu nəzəriyyəyə görə, şair öz 
fikirlərini müqayisə etmək və paralellər tapmaqla qüvvətləndirir. Poetik fikrin formalaşmasında belə 
paralellər xüsusi əhəmiyyətə malikdir. Poetik sistemin ümumi təkamül qanunauyğunluqlarını araşdırmadan 
klassik poetikanı müasir nəzəri modellər əsasında təqdim etmək düzgün deyildir. Fikrimizcə, Azərbaycan 
şeirinin poetik təkamülünü, qoşma janrının inkişaf xüsusiyyətlərini süni şəkildə müasir nəzəriyyələr əsasında 
izah etmək düzgün mövqe deyildir. Bu barədə Nəsib Göyüşovun fikirləri maraqlıdır: “Dünya xalqlarının 
aparıcı poetik məktəbləri içərisində öz zənginliyi, əzəməti, dolğunluğu və bütövlüyü ilə seçilən orta çağların 
müsəlman-şərq poetikası türk, ərəb və farsdilli ədəbi prosesin milillik tarixi inkişaf və təkamül yollarını 
işıqlandıran yetkin bir nəzəri sistemdir”. 
Azərbaycan ədəbiyyatında qoşma poetikası öz milli kökləri və folklor ənənələri üzərində inkişaf etmiş, 
islam mədəniyyətinin əxlaqi və estetik dəyərləri ilə zənginləşmişdir. Ən qədim abidəmiz olan “Kitabi-Dədə 
Qorqud” dastanı türk dünyası ilə islam dəyərlərini qovuşdurmuşdur. 
Azərbaycan şeirində və onun bir qolu olan qoşma janrında Şərq poetikasının bütün önəmli cəhətləri 
formalaşmışdır. 
“ Hanı dediyim bəy ərənlər? 
Dünya mənimdir deyənlər?! 
Bu misraların istər ritmik-musiqi düzümü, istər söz seçimi, istər bədii-estetik dəyəri və məzmun 
tutumu klassik poetikanın özəllikləri ilə tam səsləşir”. 
Şərq bəlağərinin əsası müqəddəs kitabımız Qurani-Kərimlə bağlıdır. Bu baxımdan Azərbaycan 
poetikasının gözəlliyi də Qurani-Kərimlə bilavasitə əlaqədardır. Məhəmməd əleyhissəlam insanların arasında 
Allah tərəfindən ən çox seviləni, Qurani-Kərim isə ürəklərə yol tapan bənzərsiz bəlağəti ilə peyğəmbər 
əfəndimizin ən böyük möcüzəsi idi. 


M.P.Vaqif və müasirlik 
58
Alman şairi Hetenin təbirincə desək, müsəlmanların estetik mədəniyyətində söz sənəti və rəmzi məna 
yozumu aparıcı yer tutur. Quranda söz ali məqamda dayanır. Şifahi xalq ədəbiyyatının qaynaqlarına, Şərq 
bəlağətinə və Qurani-Kərimə söykənən Azərbaycan şeirinin poetik sistemi və qoşma janrı da təkaraolunmaz 
bədii-estetik üsluba malik olmuşdur. 
Dinləyicinin yaddaşında asanlıqla həkk olunan, ona deyilən sözlərə böyük inam aşılayan, müsbət hislər 
və gözəl duyğular oyadan Vaqif qoşmaları güclü təsir qüvvəsinə malik olmuşdur. Nəsib Göyüşov ərəb 
bəlağətinin görkəmli araşdırıcılarına istinadən yazır: “Klassik poetikanın banisi Cahizdən tutmuş Əbdülqadir 
Gürcaniyə kimi bütün məşhur alimlər Quran balağətinin ecazkarlığından bəhs etmişlər. Pak iman, düzgün 
əməl, tanrı və haqqı xatırlamaq, zülmə qarşı barışmazlıq kimi əxlaqi-mənəvi dəyərlər poetikanın əsas 
qayəsini müəyyənləşdirməlidir. 
Bəzən sözün bədii gözəlliyi o qədər diqqət mərkəzində dayanır ki, onun daşıdığı məzmuna çox 
əhəmiyyət verilmir. Buna işarə edən Əbu Hilal əl Əsgəri göstərirdi ki, şairlərdən bəlağətli və gözəl söz tələb 
olunur, həqiqəti isə yalnız peyğəmbərlərdən istəmək olar. 
Şərqin böyük söz sərrafları sözün bədii biçim gözəlliyi və zəngin məzmun tutumu arasında bütövlük 
yaratmışlar. Böyük Füzuli demişdir: 
“Ver sözə əhya ki, tutduqca səni xabi-əcəl, 
Edə hər saat səni ol uyğudan bidar söz”. 
Ədəbiyyat 
1. Бахтин М.М. К эстетике слова. М., 1974, 234 с. 
2. Веселовский. Историческая поэтика. Москва, 1976, 424 с. 
3. Виноградов В.В. Поэтика русской литературы. М., 1976, 512 с. 
4. Гинзбург Л.Я. О лирике. Ленинград, 1974, 407 с. 
5. Григорьев В.П. Поэтика слова. Москва, 1977, 290 с. 
6. Еремина В.И. Поэтический строй русской народной лирики. М., 1978, 184 с. 
7. Лотман Ю.М. Структура художественного текста. Москва, 1970, 384 с. 
8. Adilov M. Klassik ədəbiyyatımızda dil və üslub. Bakı, 1991, 234 s. 
9. Hüseynov M. Dil və poeziya. Bakı, 2008, 434 s. 
10. Потебня А.А. Эстетика и поэтика. Москва, 1974. 
QURBANOVA MƏHBUBƏ 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
M.P.VAQİFİN ƏSƏRLƏRİNDƏ ŞƏXS ADLARI 
Açar sözlər:
ad, ləqəb, surət, əfsanəvi, gözəllik
Proper names in the works of Vagif 
The article deals with the personal names in the works of M.P.Vagif, 18
th
century great Azerbaijani 
poet. Here the names are analyzed as follows: a) the names of the legendary and religious figures; b) names 
of literary images; c) names of contemporaries and persons from the environment of the poet. 
Keywords:
name, nickname, image, legendary, beauty 
Azərbaycan ədəbiyyatı tarixində elə bir əsr yoxdur ki, dahi şəxsiyyətlər – şair və yazıçılar 
yetişdirməmiş olsun. XVIII əsrdə Füzuli ədəbi məktəbini davam etdirən və ana dilində – Azərbaycan dilində 
əsərlərini yazaraq özü bir məktəb yaradan şairlərimizdən biri də Molla Pənah Vaqif olmuşdur. 
F.Köçərli qeyd edir ki, “milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində 
şeir və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsə də, onun kimi 
mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz olublar” (1, 159). 
M.P.Vaqif yaradıcılığı, onun əsərlərinin dili zaman-zaman ədəbiyyatşünas alimlər və görkəmli dilçilər 
tərəfindən tədqiq olunmuşdur. Şairin yubileyilə əlaqədar və onun şeirlərinə, o dövrün poeziya dilinə maraq 
məni də bu yazını yazmağa həvəsləndirdi. 
M.P.Vaqifin əsərlərinin dilində bir sıra spesifik xüsusiyyətlər arasında xüsusi isimlərin – insan 
adlarının işlənmə tezliyinin çox olması diqqətimi çəkdi. Nəzərə alsaq ki, xüsusi isimlər, daha çox şəxs adları 


M.P.Vaqif və müasirlik 
59
və toponimlər – ölkə, şəhər, çay, dağ adları ictimai və siyasi əhəmiyyət daşıyır, bu vaxt belə adların – xüsusi 
isimlərin tədqiqinin əhəmiyyətli bir iş olması fikri təsdiqlənir (2, 33). 
M.P.Vaqif əsərlərində işlənən xüsusi adları 2 yerə ayırmaq olar: a) insan adları və b) məkan adları. 
İnsan adlarını da bir neçə aspektdən təhlil edərək belə qruplaşdırmaq olar: 
1) Dini və əfsanəvi şəxs adları; 2) Bədii əsər qəhrəmanlarının adları; 3) Şairin öz dövründə və ətrafında 
olan insanların adları. 
Qeyd etməliyəm ki, bu yazımda yalnız şəxs adlarını incələmək qarşıya məqsəd qoyulub. Yer adları bir 
başqa yazının mövzusu ola bilər. 
1) Dini və əfsanəvi şəxs adları arasında ən çox İsa, Musa, Məhəmməd adlarına rast gəldik. Biz bu 
adları dini şəxs adları kimi göstəririk. Halbuki, İsa və Musa əfsanəvi ad kimi də anlaşıla bilər: bunların hər 
ikisi möcüzələrilə tanınır, lakin eyni zamanda şəxs adlarıdır. Məhəmməd isə həmçinin tarixi şəxsiyyət olub. 
Bu şəxslərin adları tarixə dini şəxsiyyətlər kimi düşmüşdür. 
Ləzzəti – ləhcələri nitqi – 
Məsiha
kimidir, 
Əlləri möcüzeyi – həzrəti 
Musa
kimidir (s. 211). 
Mən səni görməkdən ötrü bari bir gəz, ey sənəm, 
Canımın hövlindən, aya, neyləyim, heç bilmərəm. 
Dərdim artıb, az qalıbdır ki, o 
İsayə
dönəm 
İstərəm gündə kəlisa qapısında əylənəm, 
Ey gülüm, ey nərgisim, sərvi-rəvanım, gələgör (s. 207). 
Bir gün çökər qabağına 
Əzrayıl

Deyər, ey kor bəndə, qəflətdən ayıl, 
Görərsən bir qərib şəklü şəmayil, 
Ürəyinə qanlar damar, ağlarsan (s. 245). 
Bir durna avazlı, bülbül nəvalı, 
Bir 
İsa
nəfəsli, 
Loğman
dəvalı, 
Bir bənəfşə iyli, ənbər həvalı, 
Bir tazə çəmənli, tər gülüstanlı (s. 144)
Vaqif birinci nümunədə 
İsa Məsihlə Musanın
adını çəkir. 
Məsih
gözəl nitqə malik bir şəxs olaraq 
insanları öz ətrafına toplayan, 
Musa
isə öz möcüzələrilə tarixə düşən peyğəmbərdir. Bu möcüzələrdən biri 
Musanın 
əsasının ilana çevrilməsidir. Burada bir beytdə Vaqif 
Məsih
ilə 
Musanın 
adını çəkir. İsanın 
nəfəsindən xəstələrin şəfa tapdığına ölülərin dirildiyinə işarə edir. 
Məzarın, məhşərin həqdir cəhəti, 
Məhrum qalmaz 
Məhəmmədin 
ümməti (s. 241).
Vaqifəm – qulami – şahi – vilayət, 
Eylə mənə bir imdadı, 
Məhəmməd
(s. 23). 
Çətin məqamda 
Məhəmmədə
xitab edən şairin “Ali - əbaya”, yəni əhli – Beytin 4 seçilmiş 
şəxsiyyətinin adlarına müraciət etdiyi beytlərə nəzər salaq: 
Vaqifa, göz yum cahanın baxma xubü ziştinə, 
Üz çevir 
Ali – Əbayə, Əhmədi – Muxtarə
bax! (s. 267) 
Əliyyəlmürtəzadən istə, Vaqif, hər nə istərsən,
Onu qılmış kərəmli 
həzrəti – Vəhhab
igitlərdə (s. 158). 
Vaqif Vidadi ilə müşaərəsində (deyişmə) deyir: 
Heç axtarma 
şahi – Heydər Əlini

İmamü hümamı, tamam vəlini, 
Yığ başına təpik atan dəlini, 
Olar ki, bir-birini qırar, ağlarsan (s. 250). 
Qıl körpüdən ta ki, sürçər ayağın, 
Cəhənnəm xövfindən yarılar yağın, 
Qorxma, yenə 
Əli
olar dayağın, 
Əgər anıb həştü çahar, ağlarsan (s. 253). 
Nümunə göstərdiyimiz beytlərdə şair imam Əliyə müraciət edir. 
Çağır 
Şahi – Mərdan
o heylər səni, 


M.P.Vaqif və müasirlik 
60
Görüm rəqib vursun həyələr səni (s. 152). 
Əli
– Vaqifin şeirlərində cəsarət, qüvvət, igidlik rəmzi kimi yad edilir və bəzən onun ləqəbləri ilə - 
Şahi
– 
Mərdan, Heydər, Mürtəza 
– xatırlamasını da görürük: 
Vəqtkən dəli olma, gəl eşit məndən, 
Gəzmə, yalvar-yapış onlara gendən, 
Amma qorxun olsun 
Əbülhəsəndən

Səni əzim-əzim əzər, ağlarsan (s. 249). 
Əbülhəsən
– Həsənin atası deməkdir, dördüncü xəlifə 
Əliyə
işarədir. 
“Yusif və Züleyxa” əfsanəsi müxtəlif millətlər arasında məşhurdur. Şərq ədəbiyyatında 
Yusif
gözəllik və sədaqət simvolu kimi yad edilir, “Yusif və Züleyxa” dastanının motivləri bədii müqayisə üçün 
dayanacaq kimi istifadə edilir, atası 
Yəqubun
, ona aşiq oan 
Züleyxanın
da adları çəkilir (2, 58). 
Kimsə bilməz bu giranmayə mətai – 
Həsəni

Çuxadır qırmızı, ya daneyi – ləli – Yəməni, 
Dilbərin sərv qədi, lalərüxün gül bədəni, 
Yusifin
, yoxsa ki, 
Yəquba 
gələn pirəhəni, 
Çeşmi – tarə çəkilən pərdeyi – pürxunə dəyər (s. 216). 
Bu müxəmməsdə 
Yusifin 
qanlı köynəyinin atasına – 
Yaquba
göndərildiyinə işarə edilir. 
Şair qoşmalarının birində sevgilisini Züleyxaya bənzədərək dyir: 
Mehrabü mənbərim, Kəbeyi – Ülyam, 
Əqlim, huşum, canım, həm dinim, dünyam, 
Elim, günüm, obam Misrü 
Züleyxam

Yusifi – Kənanım
neçün gəlmədi (s. 42). 
Ey Vidadi, qəmi – zindanə giriftar olmaq, 
Bir sənə, bir mənə, bir 
Yusifi – Kənanə
düşər (s. 162). 
Əfsanəvi ad kimi Vaqifin əsərlərində 
“Xızır”
isminə də rast gəlirik ki, bu ad – dirilik suyunu içib 
əbədi yaşayan və darda qalanlara kömək edən əfsanəvi bir şəxsiyyətin adıdır. Xalq ədəbiyyatında 
Xıdır 
İlyas, Xıdır Nəbi
adlarıilə də məşhurdur. M.P.Vaqif də yeri gəldikcə, əsərlərində bu əfsanəvi şəxsin adını 
çəkir. Nümunələrə baxaq: 
Səvadi namənin, ey dil, məgər zülmati – heyvandır, 
Ki, ruhum 
Xızır 
tək ondan bəsa kəsbi – kamal etdi ( s. 159). 
Gərçi, ey 
Xızır
, bulubsan şərəfi – feyzi – əzəl, 
Verməyibdir könül asayişi amma sənə əl, 
İstəsən ömrü – dübarə, görəsən türfə gözəl, 
Bircə təşrif buyur, Tiflisin həmmamına gəl (s. 213). 
M.P.Vaqifin dilinin konkretliyi, realizmi və milliliyi onun xüsusi adlardan, istər oykonim, istərsə 
də toponim olsun, yerli-yerində və bacarıqla istifadə etməsi şairin alimliyi, savadı və dünyagörüşünün zəngin 
olması ilə əlaqədardır. Əsərlərinə nəzər saldıqda onun şərq təfəkkürünə və dini - əfsanəvi şəxslərin və yer 
adlarına müraciət etməsi bu böyük şairin ustalığı, bacarığı və möhtəşəmliyi göz önündə canlanır (s. 307). 
Şairin əsərlərində bir sıra məqamlarda əfsanəvi şəxs, daha çox isə ədəbi istinadgah kimi məşhur 
olan 
Şeyx Sənanın
məhəbbət macərasını yada salır və bunu belə tərənnüm edir: 
Gülab səpilibən dəyəndə şana, 
Qoxusu culğaşır cümlə cahana, 
Döndəribdir məni 
Şeyx Sənana
Nə din qoyub məndə, nə iman zülfün (s. 90). 
Vaqifəm, ta ki, gözüm sataşdı onun qaşına, 
İstədi mehrabü mənbərdən xəyalım daşına, 
İndi bildim kim nə gəlmiş 
Şeyx Sənan
başına (s. 214). 
Şeyx Sənan
– əfsanəyə görə gürcü qızını sevdiyindən müsəlman ikən dönüb xristianlığı qəbul etmiş, 30 il 
donuz otardıqdan sonra sevgilisinə çatmadığı üçün məhv olmuşdur. Şair bu adı məhəbbət ugrunda hər 
şeydən keçməyə hazır olan aşiq mənasında işlədir. Vaqif “Sevmişəm” rədifli müxəmməsində belə deyir: 
Vaqifəm, hərdəm dilimdə əzbərim dost adıdır, 
Qəddi xoş, rəftarı könlüm bağının şümşadıdır, 
Gözlərindən əlaman kim, canımın cəlladıdır, 
Mən sevən dilbər 
Məhəmmədin 
gözəl övladıdır, 
Deməyin, 
Sənan
kimi azıb firəngi sevmişəm (s. 198). 


M.P.Vaqif və müasirlik 
61
Qarun
. Din tarixində 
Qarun
dövləti ilə məşhur olan xəsis bir adam kimi təsvir edilir. Ədəbiyyatda 
xəsislik və zənginlik timsalı olaraq işləndiyindən Vaqif “Dəyər” rədifli müxəmməsində onun adını çəkir: 
Hər kimin caməsi mahut və ya bəkrəs olur, 
Xalq arasında məkanı fələki – ətləs olur, 
Gərçi xar olsa, özü, yarı güli – növrəs olur, 
Mahvəşlərdən onun müştərisi çox kəs olur, 
Bu hesab üzrə liqa 
məxzəni – Qaruna
dəyər (s. 216). 
Klassik ədəbiyyatda, xalq arasında 
“mülki - Süleyman”, “təxti - Süleyman”
aforizm kimi 
işlənməkdədir. Vaqif də şeirlərində 
“təxti - Süleyman”
ifadəsini müqayisə obyekti kimi işlədir: 
Ağ sinəndir 
təxti – Süleyman
kimi, 
Sallanırsan sultan kimi, xan kimi, 
Pərişan zülf sənə yaraşan kimi, 
Nə mələyə, nə insanə yaraşmış (s. 136). 
Dara 
– Həxəmənilər sülaləsinin son hökmdarının adıdır. Eramızdan əvvəl IV əsrdə 
Makedoniyalı 
İskəndər
tərəfindən məğlub edildidən sonra öz adamları tərəfindən öldürülmüşdür. Ədəbiyyatda yazarlar 
onu qüdrətli hökmdar mənasında da işlədirlər. Çox güman M.P.Vaqif də onu nəzərdə tutmuşdur. 
Cahan məhvəşləri, xaki – dərində çakəri – kəmtər, 
Səriri – hüsndə 
İsgəndərü Daradan
artıqdır (s. 166). 
Dini və əfsanəvi adlar içərisində daha çox adı çəkilən 
Cəmşiddir
. Lakin bu ad çox zaman “Cami-
Cəm”, ya da “Cami-Cəmşid” birləşmələrinin tərkibində çəkilir. “Cami-Cəm” bəzən şadlıq və həyat rəmzi, 
şərab piyaləsi mənalarında işlədilir. 
Cəmşid
tarixi əfsanələrə görə ən qədim İran şahlarından olub. 
Cəmşidlə
əlaqədar bir çox əfasnələr mövcuddur (2, 47). 
Haqq bilir, bilməz idim zərrəcə mən nazü qürur, 
Əl verib könlümə indi o qədər zövqü sürur 
Cami-Cəmdə
içilən badeyi – gülgunə dəyər (s. 215). 
Vəhdətim, xoşgünüm, söhbətim, dəmim, 
Fəğfurum, qeysərim, 
Cəmşidim, Cəmim

Xosrovum
, xaqanım, şahi – əzəmim, 
Padşahım, həm əla sultanım mənim (s. 70). 
M.P.Vaqifin əsərlərində işlənən ərəb-fars mənşəli adların, demək olar ki, böyük əksəriyyəti dinlə, 
təriqətlə əlaqədar adlardır. Şair Vidadi ilə deyişməsində yazır: 
Bu yanından çıxar o zalım şeytan, 
Su göstərər, səndən ta ala iman, 
Nə 
Ömər
tapılar, onda nə 
Osman

Hər biri bir yanda batar, ağlarsan (s. 246). 
Dinlə əlaqədar adlar sırasında Peyğəmbərimizin “Əhli – Beyti”nə daxil olan qadın adları da Vaqifin 
şeirlərində özünü göstərir. 
Xədicə
– Peyğəmbərin xanımı, 
Əminə
anası, 
Xeyrənnisə
– qızı Fatimənin ləqəbi, 
Səkinə 
– imam Hüseynin qızının adıdır.
Ol 
Xədicə
haqqı, 
Səkinə
haqqı, 
Xeyrənnisə
haqqı, 
Əminə
haqqı,
Kəbə, Məkkə haqı, Mədinə haqqı, 
Dərdin bu Vaqifi aldı, sevdiyim! (s. 60) 
Vaqif qoşmalarında qadın gözəlliyindən bəhs edərkən vəfa, sədaqət, təmizlik kimi sifətləri bu 
gözəlliyin ayrılmaz hissəsi kimi götürür, elmli, mərifətli qadınları tərifləyir. O, 2 
“Pəri”,

“Fatimə”
rədifli 
və 
“Zeynəb”
rədifli qoşmalarını məhz özünün dövründə yaşayan qadınlara həsr etmişdir. 
Sənsən padişahı, xanı Vaqifin, 
Nolur ki, gələsən buraya, 
Zeynəb
? (s. 19) 
Sən gərəkdir gündə çıxasan gəştə, 
Gül düzəsən gül buxağa, 
Fatimə
! (s. 35) 
Yeri gəlmişkən nəzərə çatdırmaq istəyirəm ki, bütün islam ölkələrində olduğu kimi, Azərbaycanda da 
insanlar öz övladlarına – istər qız, istərsə də oğlan olsun, dini, əfsanəvi, görkəmli şəxsiyyətlərin adlarını 
qoyurlar. Bu ənənə qədim dövrlərdən bu günə qədər davam edib və etməkdədir. Oğlan adları içərisində ən 
çox – 
Əli, Əhməd, Məhəmməd, Hüseyn, Nizami, Vaqif,
qız adları – 
Fatimə, Ayişə, Xədicə, Məryəm, 
Zeynəb 
rast gəlinən adlardır. 


M.P.Vaqif və müasirlik 
62
2) 
Ədəbi surət adları
. M.P.Vaqif şeirlərində Nizaminin dörd surətinə tez-tez müraciət edir: 
Leyli, 
Məcnun, Fərhad, Şirin. Bu sırada, Xosrov, Şəkər
adına da rast gəldik. 
Vaqifin əsərlərində Nizami surətlərinə müraciətlər başlıca olaraq şairin insana məhəbbətini, aşiq-
məşuq münasibətlərini ədəbi aləmdə məşhur olan surətlərin köməyilə ifadə etmək üçündür. Vaqif özünü 
Məcnuna, Leylini
isə sevgilisinə bənzədir. O, özü ilə sevgilisinin münasibətlərini 
Məcnun və Leyli, Fərhad 
və Şirin
münasibətləri yüksəkliyində görür. 
Vaqifəm
, mən 
Məcnun
, sən mənim 
Leylim

Baxanda gözümdən tökürəm seylim, 
Mən sənə mailəm, sənədir meylim, 
Demə səndən qeyri kəsdədir, ay qız (s. 39). 
Yazan ola ayrılığın dərdini, 
Fərhadü – Şirincə
hekayəti var (s. 100). 
Sən 
Xosrov
olubsan, vəli həş şəhd məqalə 
Şirini
– zamansan (s. 224). 
Sözüm, ixtilatım, hər qalü qilim, 
Mətləbim, muradım, xatirim, meylim, 
Şəkərim

Şirinim

Gülşahım

Leylim

Züleyxam

Yusifi – Kənanım
mənim (s. 70). 
Həsrətindən bağrım gül, şanə bənzər, 
Mənə 
Vərqa
, sənə 
Gülşa
nə bənzər (s. 149). 
Vərqa və Gülşa
adları – XVII əsrdə yaşamış Azərbaycan şairi Məsihinin “Vərqa və Gülşa” 
poemasının əsas qəhrəmanlarının adlarıdır. 
Klassik şeirlərin əsas mövzusu olan məhəbbət, eşq, gözəllik, demək olar ki, bütün şairlərin əsas 
obyekti olub. Vaqifin qoşmalarında və qəzəllərində qadınlar – onun qələmə aldığı gözəllər bütün xarici 
məlahəti və daxili zənginlikləri təsvir edilir (3, 7). Qoşmalarının birində o, gözəlin vəsfini hamıdan artıq 
söyləyə biləcəyini deyir: 
Mən sənin vəsfini, ey mahi – kərəm, 
Hafizdən

Camidən
artıq söylərəm, 
Haqq bilir ki, səni necə istərəm, 
Ay bivəfa, qədirbilməz, bəri bax (s. 132). 
Hafiz
– Şəmsəddin Məhəmməd Hafizi Şirazi fars ədəbiyyatında böyük qəzəl ustadı kimi şairə işarə 
edir. 
Cami 
– Əbdürrəhman Cami XV əsrdə yaşamış məşhur alim və şairdir. Nizaminin “Xəmsə”sinin təsiri 
ilə “Həft övrəng” adlı poemalar məcmuəsi və bir sıra elmi əsərləri də vardır. 
Vaqif şeirlərindəki gözəllik kateqoriyası həm də məhəbbət anlayışı ilə bağlıdır. Gözəlliyi dərk edib 
onu sevməmək olarmı? Vaqif də insan – qadın gözəlliyinin pərəstişkarıdır. Odur ki, şeirlərinin əksəriyyəti 
qadınlara – gözəllərə xitabən yazılmışdır. 
Gördüyümüz kimi, Vaqifin şeirlərində dini əfsanəvi adlar, bədii əsərlərdən götürülmüş qəhrəmanların 
adları, görkəmli filosof, şair adları tez-tez xatırlanır. Bundan əlavə, onun xüsusən Vidadi ilə deyişmələrində 
və digər şeirlərində öz dövrünün, əhatəsində olduğu insanların adlarına da təsadüf edilir. Nümunələri 
nəzərdən keçirək: 
Qaldı 
İbrahim xan
, qan-yaş töküb giryan 
Cavad

Səndən ötrü xan 
Cavad
, sərdar 
Cavad
, sultan 
Cavad

Sərbəsər geysin qara bundan geri dövran 
Cavad

Oldu çün nazik vücudun xak ilə yeksan 
Cavad
! (s. 238) 
Burada 
İbrahim xan
– Qarabağ hökmdarı, 
Cavad
isə onun oğludur. Cavadın ölümü münasibətilə 
yazılmış şeirdir. 
Gəl ey Vaqif, 
Məhəmmədxan bəy
ilə 
Əvvəlki aşnalıq, aranı saxla! (s. 257) 
Məhəmmədxan bəy Vaqifin müasirlərindən olub Şuşa xanlığında qalabəyi vəzifəsində işləyirdi. 
Valinin çeşmi – çırağı, vəh nə türfə can imiş, 
Külli Gürcüstanın üstə Sayeyi – sübhan imiş, 
Aləmin sərdəftəriymiş, adı 
Eylon xan
imiş, 
Saxlasın Allah pənahında, əcəb oğlan imiş (s. 210). 
Eylon xan
– II İraklinin oğlunun adıdır. Bu şeiri Vaqif Tiflisdə olarkən yazmışdır. 


M.P.Vaqif və müasirlik 
63
Ağqız oğlu Piri
, sən məni əkmə, 
Özgənin yurdunda o damı tikmə, 
Qeyri gözəllərdən heç fikir çəkmə, 
Sən elə o gözü çərəki saxla (s. 20). 
Bu qoşmada adı çəkilən 
Ağqız oğlu Piri
– Vaqif və Vidadinin müasirlərindəndir. Heca vəzni ilə 
yazılmış şeirləri olub. Lakin əsərləri toplanıb çap olunmamışdır. 
Şair “Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng” adlı müxəmməsi Şəki xanı 
Hüseyn xan Müştaqa
yazıb, ondan yaxşı bir tüfəng istəmişdir (3, 261). 
Şeirinə təhsin ki, yetməz heç bir əşar ona, 
Hər kimin var isə həddi, söyləsin göftar ona, 
Kimsə ləb tərpətməsin kim, gəlməz istifsar ona,
Eybdir 
Müştaqdan
bu sözləri izhar ona, 
Tutmasın nəzmi rəkakətvar isə kəmtər, tüfəng (s. 261). 
M.P.Vaqif poeziyasında insan ləyaqəti, insan gözəlliyi müasir zəmində, yaşadığı, üstündə gəzdiyi 
torpaqla vəhdətdə tərənnüm edilmişdir. Şair, yeri gəldikcə, əsərlərində öz dünyagörüşünü, biliyini adlar 
aləmi ilə açıqlamışdır. 
Yəqin ki, ədəbiyyatşünaslar, dilçilər, filosoflar, tarixçilər M.P.Vaqifin yaradıcılığını öyrənmiş, öyrənir 
və öyrənəcəklər. M.P.Vaqifin əsərlərinin yazılmasından 300 il keçməsinə rəğmən bu əsərlər öz təravətini bu 
gün də saxlayır. 
Ədəbiyyat 
1. F.Köçərli Azərbaycan ədəbiyyatı. I c. Bakı: 1978
2. Y.Seyidov Nəsiminin dili. Bakı: Azərbaycan nəşriyyatı, 1996, 270 s.
3. H.Araslı M.P.Vaqif. Bakı: Azərbaycan nəşriyyatı, 1968, 280 s.
4. N.Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ankara: 1997, 492 s.
5. İ.Bəktaşi Firidun bəy Köçərlinin yaradıcılıq yolu. Bakı: Yazıçı, 1986, 184 s.
MƏDƏTOV FAMİL 
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu
NİZAMİ CƏFƏROVUN “MOLLA PƏNAH VAQİF” MONOQRAFİYASI HAQQINDA 
Açar sözlər:
M.P. Vaqif, Azərbaycan intibahi, Azərbaycan realizmi, dilin milliləşməsi, folklor üslubu 
About Nizami Jafarov`s “Molla Panah Vagif” monograph 
The article has been dedicated to Nizami Jafarov`s “Molla Panah Vagif” monograph. In this book the 
investigator elucitated Molla Panah Vagif`s position in Azerbaijan literature. Generally N. Jafarov`s this 
work also attracts attention with its scientific innovation Vagif`s activities and its aspects connected with 
Azerbaijan renaissance are the main direction of our investigation. Here also the scientist`s original 
scientific thoughts had been touched and his specific weight in the history of social thought had been paid 
attention generally.
Keywords:
Molla Panah Vagif, Azerbaijan renaissance, Azerbaijan realism, nationalizasion of the 
language, folklore style
AMEA-nın həqiqi üzvü, prof Nizami Cəfərovun “Molla Pənah Vaqif” monoqrafiyası böyük 
Azərbaycan şairi və dövlət xadimi M.P.Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuşdur. 
Prezident İlham Əliyevin 17 Yanvar 2017-ci il il tarixli sərəncamı ilə M.P.Vaqifin üç yüz illik 
yubileyinin keçilməsini təmin etmək məqsədilə sərəncam imzalanmışdır. Böyük şairin irsinə və şəxsiyyətinə 
diqqət ölkə miqyasında qalmadı; belə ki, YUNESKO və TÜRKSOY 2017-ci ili Vaqif ili elan etdi. 
Nizami Cəfərovun monoqrafiyası Vaqif yaradıcılığının tədqiqinə və təhlilinə həsr olunmaqla bu irsi 
çoxtərəfli yönlərdən araşdırır. Vaqifin həyatı, mühiti, dövrü və dünyagörüşü haqqında ən səciyyəvi 
məlumatların əks olunduğu monoqrafiyada N.Cəfərov yeri gəldikcə tarixi mənbələrə, məxəzlərə, 
tədqiqatlara da nəzər yetirir. Vaqifin bir dövlət xadimi kimi Qarabağ xanlığının bütün tarixi boyunca ən 
qüdrətli vəziri olması, daxili və xarici siyasətin həyata keçirilməsində göstərdiyi uzaqgörənlik və s. kimi 
məsələlər bu tədqiqatda təfərrüatlı şəkildə verilmişdir. 


M.P.Vaqif və müasirlik 
64
“Tarixi kontekstdən kənar götürülmüş fakt alimlərin ölü oyuncağına çevrilir. Çünki fakt epoxanın 
nüvəsidir. Yer kürəsi atmosfer qabığında olduğu kimi, o da öz zamanının və şəraitinin kosmosunda yaşayır. 
Biliklərə ziyan vurmadan onları bir-birindın ayırmaq mümkün deyil” (4, 22),- deyirdi Oljas Süleymenov. 
Həqiqətən də ədəbi şəxsiyyətin ictimai mövqeyini, amalını, əsərlərinin real məzmununu onun dövründən ayrı 
olaraq tədqiq etmək qeyri-mümkündür. Bu mənada N. Cəfərovun bu elmi araşdırması mövcud normalara, 
ədəbiyyatşünaslığın prinsiplərinə əsaslanmışdır. Tədqiqatçı M.P.Vaqif irsini yalnız onun yaradıcılığına 
əsaslanaq araşdırmır, lokal məkan çərçivədə dayanaraq fikir yürütmür. O nəinki Vaqifin tədqiqində 
dövrünü və mühitini nəzərə alır, eynilə bu irsin ideya qaynaqlarına, ədəbi inkişaf təmayüllərinə də nəzər 
yetirir. Vaqif yaradıcılığı milli mədəniyyətə söykənməklə klassik ənənəni istər ideya, istər ifadə, istərsə də 
məzmun planında yeniləşdirdi. Uzun əsrlər davam edən klassik şeirin nüfuzu, fars dilinin təsiri Vaqifin aydın 
ana dilində qələmə aldığı şeirlərin təsiri ilə öz əvvəlki mövqeyini qoruya bilmədi. Doğrudur ki, klassik şeir 
ənənələri Vaqifdən sonra da tamamilə sıradan çıxmadı. Lakin Vaqif yeni bir ədəbi məktəbin-realizmin
yaradıcısı kimi milli ruhun, ümumxalq təfəkkürünün ardıcıl, sistemli nümayəndəsi kimi özündən sonra 
ədəbiyyatımıza əsaslı təsir etdi. Milli dilin formalaşmasında xalq yaradıcılığına dönüş mühümdür. Türkiyədə 
də folklora olan diqqət məhz bu zərurətdən yaranmışdır. M. P. Vaqif irsi bu baxımdan komplek səciyyə 
daşıyır; bu irs özlüyündə klassik üslubla xalq şeiri üslubunu sintez etməklə gələcək milli-ədəbi dilimizin 
formalaşmasında mühüm əhəmiyyət kəsb etdi. 
Vaqif nə qədər yenilikçi ruhda və xəlqi məzmunda yazsa da klassik şeir ənənələrinə, bu üslubun 
dəyərlərinə qarşı birmənalı şəkildə laqeyd deyildir. Vaqifin yaradıcılığının ideya-estetik məzmunu uzunəsrlik 
Azərbaycan şeirinin ənənələrinə söykənir. Zəngin folklor yaradıcılığından, xalq təfəkkürünün məhsulu olan 
nümunələrdən sənətkarlıqla bəhrələnən Vaqif özünəqədərki poetik ənənənin ən mütərəqqi cəhətlərinə 
yenilərini də əlavə etmiş, ənənə ilə novatorluğun vəhdətindən qaynaqlanan dolğun poeziya nümunələri 
ortaya qoymuşdur. 
Monoqrafiyada N.Cəfərov Vaqif irsinin bədii-estetik dəyərini düzgün elmi əsaslarla göstərmək üçün 
onu milli intibah məsələləri ilə əlaqəli şəkildə tədqiq edir. Bir sıra tədqiqatçılardan fərqli olaaq N.Cəfərov
faktik dəlillərlə, nəzəri əsaslarla intibah tarixinin Vaqif dövrünə təsadüf etdiyini göstərir. Məlumdur ki, əksər 
tədqiqatlarda intibah dövrü kimi Azərbaycanda XI-XII əsrlər göstərilir. N.Cəfərova görə mədəniyyətdə 
dirçəlişə baxmayaraq XI-XII əsrlər ümumislam və ümumşərq intibahıdır ki, burada Azərbaycan mədəniyyəti 
müstəqil şəkildə iştirak etmirdi, özünüdərk və özünütəsdiq prosesləri görünmürdü. Tədqiqatçı yazır: “Orta 
əsrlərin sonu yeni dövrün əvvəlləri Azərbaycanın mənəvi-mədəni həyatında intibah dövrüdür-bu elə bir 
dövrdür ki, xalqın milli istedadı bir neçə əsrdə o qədər əsaslı etnokulturoloji sistem formalaşdırır ki, xalq 
sonrakı əsrlərdə məhz həmin mədəniyyətə, həmin etnokulturoloji sistemə dayanaraq yaşayıb inkişaf edir”. (2, 
?) N.Cəfərov qeyd edir ki, etnik mədəniyyətə, milli mifoloji təfəkkürə qayıdış hadisəsi olan intibah milli 
özünüdərketmə faktı kimi milli mədəniyyətin təşəkkülü ərəfəsidir. Bundan başqa, tədqiqatçı intibah 
mədəniyyətini realist təfəkkürün yetirdiyini xüsusi vurğulayır ki, bu baxımdan da XI-XII əsrlər mədəniyyəti 
üçün bu hal səciyyəvi deyildir. İntibahşünaslığın tarix boyunca müxtəlif mədəniyyətlərdə gerçəkləşməsində 
olan amilləri dərindən müşahidə edən və onun milli mədəniyyətimizin spesifik xüsusiyyətləri ilə əlaqəsini də 
nəzərdən qaçırmayan tədqiqatçı bir çox dəlillərlə Azərbaycanda İntibahın XVII-XVIII əsrdə baş verdiyini 
göstərir ki, bunların da əsasında türk mifologiyasının aparıcı amil olduğunu əsaslandırır: “Azərbaycan 
intibahı türk mifologiyasının XVI əsrdən başlayaraq tədricən oyanması ilə meydana gəlir. Mifologiya milli 
mədəniyyəti yaradır”. (2, 74) Milli mədəniyyətə qayıdışda, milli özünüdərk prosesində tarixi dəyişikliklərin 
də əhəmiyyətli təsirini göstərən N. Cəfərov milli xüsusiyyətlərin oyanışında kəndin mövqeyinin 
yüksəlməsinin də xüsusi rolunu vurğulayır. Belə ki, Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra 
Səfəvilər süqut etdi, ölkə xanlıqlara parçalandı. Klassik ədəbiyyatın və mədəniyyətin daşıyıcıları olan 
şəxsiyyətlərin İranın mərkəzi şəhərlərinə aparılması, Azərbaycanın əyalət məmləkəti kimi mövqeyinin 
zəifləməsi iqtisadi-siyasi cəhətdən bir sıra problemlərə səbəb olsa da, mədəni-mənəvi keçmişin oyanmasına 
səbəb oldu. Məlumdur ki, mədəni mərkəzlərdən uzaq olan kəndlər çox zaman siyasi, mədəni təsirlərdən uzaq 
olmaqla əsasən etnik kimliyini və milli dəyərlərini qorumuş, yad etnik təsirlərdən demək olar ki, mühafizə 
olunmuşdur. Böyük şair Hüseyn Cavid “gəlin gedək əski yurda, namuş, şərəf həpsi orda” deməklə türklərə 
öz keçmişini xatırladırdı. Ziya Göyalp isə haqlı olaraq göstərirdi ki, türklər öz milli mədəniyyələrini daha 
sağlam öyrənməkdən ötrü xalq yaradıcılığına, zəngin sözlü ədəbiyyata müraciət etməlidir. Klassik ənənənin 
təsiri azaldığından folklor üslubu və sadə xalq dilinin inkişafı üçün münbit zəmin yarandı. Kəndlərin mədəni, 
ictimai nüfuzu getdikcə artmağa başladı. Bütün bunları qeyd edən N. Cəfərov yad etnik-mədəni təsirlərin 
azalması, fars ünsürünün tədricən zəifləməsi fonunda ictimai sferada olan demokratikləşməni, milliləşməni 
və Azərbaycan dilinin öz əzəli keyfiyyətlərinə dönməsini intibahın əsas səciyyəsi kimi verir. 
Tənqidçi Elnarə Akimova ədəbiyyat tarixçiliyinə dair yeni konsepsiyanın əsasını qoyan və ədəbi 
ictimaiyyəti bu məsələr ətrafında düşündürməyi bacaran N.Cəfərovun tənqidi görüşlərini özünün 


M.P.Vaqif və müasirlik 
65
“Azərbaycan ədəbi tənqidi müstəqillik illərində” adlı tədqiqat əsərində geniş araşdırmış, müxtəlif alimlərin 
bu məsələlər ətrafındakı qənaətlərini saf-çürük etdikdən sonra özünün yekun qənaətlərini ümumləşdirərək 
yazır: “Əlbəttə, Nizami Cəfərovun bunca mübahisələrə səbəb olan, polemikalara yol açan konsepsiyasının ən 
böyük dəyəri onun milli ədəbiyyata olan həssas münasibətindədir, bu ədəbiyyatın (mədəniyyətin) təkamül 
yollarını izləməkdə, səciyyəsini verməkdədir. “Yeni ədəbiyyat tarixi” üçün məhz bu məqamın əhəmiyyəti 
xüsusi önəm kəsb edirdi”. (1, 31) 
N.Cəfərovun tədqiqat əsəri yalnız yerli oxucular üçün nəzərdə tutulmamışdır. Belə ki, YUNESKO 
tərəfindən 2017-ci ilin Vaqif ili elan edilməsi bu irsə xarici oxucuların daha da diqqətlə yanaşacağını, sözsuz 
ki, zəruri edəcəkdir. Məhz buna görə monoqrafiyanın sonunda bu tədqiqatın geniş həcmli xulasəsinin ingilis 
dilində verilməsi əsərin dəyərini artırır. Burada Vaqifin həyat və yaradıcılığının ən səciyyəvi, xarakterik 
cəhətləri ümumiləşdirilərək verilmişdir. 
Ümumiyyətlə, N.Cəfərovun elmi araşdırmalarında M.P.Vaqifin yaradıcılığının tədqiqi mühüm yer 
tutur. Bildiyimiz kimi, ədəbiyyatşünaslıq və dilçiliyə dair tədqiqatları eyni səviyyədə professionallıqla aparan 
N.Cəfərova bu iki istiqamətdə araşdırmalar etmək nəinki mane olmur, əksinə onun elmi dünyagörüşünün iki 
qoşa qanadı kimi tədqiqatlarına dolğunluq, tutumluluq gətirir. Bu mənada ədəbi dil tariximizə, dilimizin 
normalarına və üslubiyyətinə dair araşdırmalarında N.Cəfərov Vaqif irsinə istinad nöqtəsi kimi baxmışdır. 
Hələ illər öncə o, fundamental araşdırması olan “Füzulidən Vaqifə qədər” adlı tədqiqatında ədəbi dilimizin 
inkişaf təmayüllərini izləyərkən Füzuli və Vaqif kimi klassikləri əsas götürmüşdür. Bu monoqrafiyada da 
Vaqif şeirinin ideya-estetik xüsusiyyətləri, onun Azərbaycan şeirinin sonrakı inkişafında oynadığı geniş 
miqyaslı təsiri bədii materiallar əsasında nəzərdən keçirilmişdir. Tədqiqatda Vaqifin dili adlı hissədə Vaqifin 
ədəbi dilimizin inkişafında oynadığı müstəsna rol xüsusilə vurğulanır. (3) N.Cəfərov ədəbi-bədii təfəkkürün 
milli əsasda inkişafında Vaqifin xüsusi xidmətinin olduğunu göstərir. Belə ki, o dilimizin 
demokratikləşməsində, folklor üslubunun aparıcı mövqeyə keçməsində və ümumən ədəbi-mədəni həyatda 
Vaqifin ayrıca mərhələ təşkil etməsini bu tədqiqat əsərində tarixi, müqayisəli metodlara dayanaraq 
əsaslandırmışdır. 
Ədəbiyyat 
1.Akimova Elnarə. Azərbaycan ədəbi tənqidi müstəqillik illərində. Bakı: MBM nəşriyyatı, 1999, 157 s. 
2.Cəfərov Nizami. Molla Pənah Vaqif. Bakı: Renessans-A, 2017, 238 s.
3. Cəfərov Nizami. Füzulidən Vaqifə qədər. Bakı, Yazıçı, 1991, 168 s. 
4. Süleymenov Oljas. AzYa.
MİKAYILOV ÜLVİ 
Bakı Slavyan Universiteti 
GÖZƏLLİK ŞAİRİ MOLLA PƏNAH VAQİFİN GÖZƏLLƏRDƏN ŞİKAYƏTİ 
Açar
sözlər

Molla Pənah Vaqif, gözəllik şairi, şikayət, vəsf, realist 
Complaint of Molla Panah Vagif, poet of beauty, about beautiful women
Portrait of great poet animates when we talk about Molla Panah Vagif, who is the teacher, public 
figure. Force that keeps Vagif as the poet in the memory of the reader is the closeness of his poetics to the 
essence and language of the nation. Vagif, who is the founder of the realist poems and literary language of 
Azerbaijan is one of the founders, establishing the basis of Azerbaijan Literature of early new period. 
Important place of Vagif`s creativity takes the beautiful women and beauty. Poet, glorifying the beautiful 
women, sometimes, complaints about them. There are two reason of Vagif`s complaint about beautiful 
women. One of the reason is that the beautiful women are flirty, mincing, coy and making longing, other 
reason is that the beautiful women are faithless. Nevertheless, the long time passed from Vagif`s period, 
today Vagif`s poems acquired love of many readers.
Keywords

Molla Panah Vagif, poet of beauty, complaint, realist
Azərbaycan ədəbiyyatı tarixində özünə məxsus yeri olan XVIII əsr Azərbaycan poeziyasının böyük 
nümayəndəsi Molla Pənah Vaqif şair olmaqla yanaşı müəllim, həm də ictimai xadim idi. Lakin Molla Pənah 
Vaqif deyərkən insanın gözləri önündə böyük bir şairin portreti canlanır və qulaqlarda “Hayıf ki, yoxdur” 
qoşmasının sədaları duyulur. Molla Pənah Vaqifin şair kimi xalqın yaddaşında qalmasına səbəb olan onun 
lirikasının dilinin xalqın dilinə yaxınlığı və oxucunun ruhuna doğma olmasıdır. Vaqif XVIII əsrdə yaradıcılı-


M.P.Vaqif və müasirlik 
66
ğa başlamağla Azərbaycan ədəbiyyatında realist şeirin əsasını qoydu elə bunun üçün də o realist şeirin 
yaradıcısı və banisi hesab olunur. Şeiriyatın əsas mövzuları vətən, məhəbbət, gözəllik və təbiətdir. Qeyd 
etdiyimiz mövzular Vaqif poeziyasının da qayəsini təşkil edir.Vaqifin qələmini qüdrətli edən gözəllikdən, 
gözəllərdən, təbiətdən aldığı ilhamla istedadının vəhdəti idi. Şairin ustalığı onda idi ki, seyr etdiyi 
gözəlliklərin böyük sənətkarlıq məharəti ilə kağız üzərində bədii ifadə vasitələri ilə təsvirini yarada bilirdi. 
İctimai xadim, akademik Nizami Cəfərov Molla Pənah Vaqif haqqında danışarkən əbəs yerə 
deməmişdir ki, “Qarabağ bütün təbii gözəllikləri ilə Vaqif poeziyasının, fəlsəfi-estetik təfəkkür 
mədəniyyətinin vətəni idi” (5, s. 24). Nizami Cəfərovunda qeyd etdiyi kimi Vaqif yaradıcılığının qayəsini 
gözəllərin və təbiətin gözəlliklərinin sintezi təşkil edir.
Vaqif yalnız şair kimi şöhrət qazanmamış, eyni zamanda Azərbaycan ədəbiyyatı tarixində bir sıra 
ilklərə də imza atmışdır. Akademik İsa Həbibbəyli “Molla Pənah olan şair” adlı məqaləsində yazır: 
Molla Pənah Vaqif - Azərbaycan yazılı ədəbiyyatının heca vəznli şeirinin yaradıcısıdır.
Vaqif - xalq həyatının böyük nəğməkarıdır.
Vaqif – Azərbaycan mövzusunu şeirin əsas mövzusuna çevirmişdir. 
Vaqif – Azərbaycan ədəbi dilinin banisidir. 
Vaqif - erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının əsasını qoymuşdur. (2)
Vaqifin qoyduğu ənənələr bugünkü dövrümüzdə də ədəbiyyatımızda yaşamaqdadır. Molla Pənahın 
şeirlərinin oxucunun yaddaşında qalmasının və dillər əzbəri olmasının digər səbəbi də şairin poeziyasının 
əsasən aşıq şeiri üslubunda yazılmasıdır. 
Vaqif yaradıcılığı və şəxsiyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirmişdir. Ümummilli lider 
Heydər Əliyev 1982-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində Vaqifin məqbərəsini inşa 
etdirmişdir. Bu qayğı Azərbaycan ədəbiyyatına və Molla Pənah Vaqifə göstərilən diqqətin bariz 
nümunəsidir. H.Əliyev məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyevin 12 yanvar 2017-ci il 
tarixində verdiyi sərəncamla Vaqifin 300 illik yubileyinin keçirilməsi sənətə, sənətkara, ədəbiyyata, 
ədəbiyyat sevərlərə, ədəbiyyatşünaslara ümumən Azərbaycan filologiyasına göstərilən rəğbətin və qayğının 
parlaq və əvəzsiz ifadəsidir.
Gözəllik şairi olan Vaqifin özünə məxsusluğu ondadır ki, o tərənnüm etdiyi gözəlin bütün 
gözəlliklərini ən xırda çalarlarına qədər qələminin mürəkkəbi vasitəsi ilə kağız üzərində əks etdirə bilirdi. 
Vaqif yaradıcılığı ilə tanış olaraq onun şeirlərini oxuduqda hər bir misrada təsvir edilən gözəlin gözəllikləri 
oxucuya imkan verir ki, həmin gözəli görmədən belə onun surəti ilə qarşılaşa bilsin. Elə bu üzdən Vaqifə 
XVIII əsr poeziyasının rəssamı desək yanılmış olmarıq. Çünki Vaqif gözəlin surətini sözlə çəkməyi bacaran 
şair idi. Şairin yazdığı şeirlərdə özünə məxsus bədii ifadə vasitələri və bənzətmələr seçməsi Vaqif lirikasının 
orjinallığını və qüdrətini daha da yüksəkliklərə qaldırırdı.
Lalə Əlizadənin qeyd etdiyi kimi Vaqif poeziyasında poetik məna çalarları əlvandır, təzadlıdır. Orada 
acı ironiya ilə xoş zarafat, çılğınlıqla müdriklik, coşğun sevinclə narahatlıq bir-birinə qaynayıb-
qarışmışdır.(2,s188) Sözün gerçək mənasında Vaqif lirikasına nəzər salarkən acının, şirinin, sevincin, 
kədərin, narahatlığın şahidi oluruq. Gözəllərdən və gözəllikdən yazan Vaqif çox vaxt gözəlləri vəsf etsədə, 
şairin gözəllərdən şikayət etdiyi anlar və gileyli məqamlarda vardır. Vaqif oxucusu onun şeirlərini oxuyarkən 
gözəllərin vəsfindən nə qədər zövq alsa da, bəzən şairin gözəllərdən şikayət motivli lirik parçalarını da 
müşahidə edə bilir. 
Şairin gözəllərdən gileylənməsinin iki səbəbi var idi. Birincisi şair gözəllərin aşiqə verdiyi həsrətdən, 
həddindən artıq naz-qəmzə etməklərindən şikayətlənir, ikinci səbəb isə bəzi gözəllərin vəfasızlıqetmələridir. 
Şairin “Bu necə sitəmdir mənə eylərsən” qoşmasını buna misal göstərə bilərik. 
Bu necə zülmdür mənə eylərsən, 
Adam məgər bir insafa gəlməzmi? 
Bir gün görərsən ki, vallah, ölmüşəm 
Bu qədər dərd çəkən axır ölməzmi? 
Xublarda adətdir, nəzakət satar, 
Genə xəyalını xəyala qatar, 
Gözəl olan məgər başın dik tutar 
Aşiqinə doğru heç əyilməzmi? (s. 45) 
Müəllifin bu misralarından aydın olur ki, sevginin xiffəti insana yalnız dərd-qüssə yaşatmır hətta 
aşiqin ölümünə səbəb də olur. Gözəldə işvəni, nazı təbii qəbul edən sənətkaraşiqlərin sevərkən qürur 
gözləməsini məqsədə uyğun hesab etmir. Elə buna görədə şair vurğunu olduğu gözəlinhəddindən artıq gözəl 
olmasına baxmayaraq onu aşiqinə qarşı mərhəmətli və insaflı olmağa çağırır.


M.P.Vaqif və müasirlik 
67
Bir pəri olaydı bu dəmdən ötrü, 
Özün öldürəydi adəmdən ötrü, 
Qədr bilən yaxşı həmdəmdən ötrü 
Vaqif, can üzülür, bəs üzülməzmi? (4, s. 45) 
Qoşmanın son bəndində müşahidə edirik ki, Vaqif gözəldən nə qədər gileyli olsada, ancaq yenə də 
vəsf etdiyi gözəli yüksək mərtəbəyə qaldırırdı. Qədir bilən bir həmdəmdən ötrü canın üzülməsini yazan şair 
bütün zillət və əzablara baxmayaraq yenədə həmin gözələ olan istəyini izhar edirdi.
Ey cavan qız, məndən belə gəzmə gen,
Mən sənin üzündə xalı sevmişəm. 
Bənd olmuşam şirin-şirin sözünə, 
Şəkkər dodğında balı sevmişəm. 
Üzün ağ, dəyirmi, gözün məstana, 
Baxışın bağrımı döndərdi qana, 
Ağzın sədəf dişlərindir dürdana, 
Əcayib cəvahir, ləli sevmişəm. (4, s. 57) 
Vaqif gözəlin ondan gen gəzib dolanmasından gileylənir. Gözəlin bütün gözəlliklərini ən xırda cizgiləri ilə 
belə özünə məxsus bənzətmələrlə təsvir edir. Ağzın sədəf dişlərindir dürdana, Üzün ağ, dəyirmi gözün 
məstana misralarındakı bədii təsvir ifadə vasitələri və şeirin axıcılığı, rəvanlığı oxucuya xoş təsir bağışlayır, 
şairin gözəldən gileylənməsini ikinci plana çəkir. Müəllif şeirin son bəndini belə tamamlayır.
Çox gözəlsən, amma xoyundur yaman, 
Baxmazsan üzümə mənim çox zaman, 
Vaqif deyir, sənin əlindən aman! 
Mən biçarə nə havalı sevmişəm! 
Sonuncu bənddə şair qızın çox gözəl olduğuna bir daha işarə edərək onun xoy-xasiyyətinin çətin olmasından, 
yuxarıdan aşağı baxmasından gileylənərək aman edir. 
Vaqif “Yasəmən tellərin, nərgiz gözlərin” adlı qoşmasında gözəlin gözlərinin və saçlarının aşiqlə 
düşmən olduğunu misralarında canlandırır. Çox zaman gözəlin gözünü, saçını vəsf edən şair bu qoşmasında 
onlardan da öz gileyini ifadə edərək yazır.
Yasəmən tellərin, nərgiz gözlərin 
Mənimlə, gözəlim, çoxdan yağıdır. 
İnsaf et, öldürmə günahsız qulu, 
Əl-əldən üzülür, yaman çağıdır. 
Kamallı gözəldə xəta kəm gərək, 
Sevgi gərək, söhbət gərək, dəm gərək, 
Aşiqə vəfalı bir həmdəm gərək, 
Həmdəmsiz bal yesə, ona ağıdır. (4, s. 111) 
Qoşmanın bu misralarından duyulur ki şairin meyl etdiyi gözəl ondan qaçıb gizlənir, gözəl olan gözlərini və 
saçlarını sanki qısqanırmış kimi aşıqlə üz-üzə gəlmək istəmir və özünü daha da əlçatmaz edir. Müəllif daha 
sonra bu lirik parçada onu da vurğulayır ki, dünyanın nə qədər nazı neyməti, cah-cəlalı olsada sevdiyi 
gözəllə bir olmadıqda dünya şair üçün zülmətədönür. Qoşmanın son bəndi belə tamamlanır: 
Qışın şiddətindən çəkinməzsə yaz, 
Çalxanmaz göllərdə nə ördək, nə qaz, 
Vaqifin köksünə başdan çal-çarpaz 
Çəkilib haçandan-canan dağıdır. (3, s. 111) 
Bu sətirlərdə şairin gözəllərin verdiyi həsrətdən, yaşatdığı zillətdən xiffət çəkdiyi aydın şəkildə görünür.
Həsrət verən, intizar yaşadan gözəllərin işvəsinə, nazına dözən Molla Pənah vəfasız olan gözəllərin 
sadiq olmamasına dözmür nə qədər gözəllikdən ilham alsada yaradıcılığında vəfasızlığa qəti şəkildə qarşı 
çıxırdı. Vaqifə görə gözəl sədaqətli, etibarlı və vəfalı olmalı idi. Vaqifin lirik qəhrəmanı yarın hər cür 
zülmünə, vəfasızlığına dözən məcnunlardan deyildi. O, “Aşiq vəfalı, məşuqə vəfasız olar” tezisi ilə barışmır. 
Ona görə barışmır ki, onun təsvir etdiyi məhəbbət hər hansı ictimai, fəlsəfi fikri ifadə edən vasitə deyil, 
həqiqi hisslərdir.(3, s655) Gözəldə ən önəmlisi sədaqəti, etibarı, vəfanı axtaran Molla Pənah bir növdə 
gələcək nəsillərə bir örnək və nümunə olaraq tanınmaqdadır. Şair nə qədər gözəllik aşiqi olub gözəlin 
gözünə, qaşına, yerişinə, duruşuna məftun olsada, vəfasız olan gözəldən üz döndürməyi də bacarırdı.
Bivəfasan, səndən üz döndərmişəm, 
Yalançıya biiqrara baxmaram. 
Səni ox kirpiyə həsrət qoyaram, 


M.P.Vaqif və müasirlik 
68
Bağrın olsa para-para, baxmaram. 
Harda görsən bir sevgili kimsənə, 
İstər ki, xəyalın tez ona dönə. 
Mənim yarım gərək baxa bir mənə; 
Qeyri üzə baxan yara baxmaram. (4, s. 51) 
Aşiq sevgili yarın yalnız ona mıxsus olmasını istəyir, digər əğyarə baxan vəfasız gözəli nə qədər 
gözəl olmağına rəğmən bağışlamır. Buda normal ağıllı bir insanın düşüncə tərzinin bariz nümunəsidir.
Molla Pənah Vaqifi gözəllik şairi adlandırmaqla yanaşı həqiqət şairi də adlandıra bilərik. Realist 
şeirimizin banisi olan Vaqifin böyüklüyü onda idi ki, bütün həyata real yanaşdığı kimi gözəllərə də öz 
poeziyasında real münasibət bəsləyirdi. Necə ki, gözəlin saçını, dırnağını, qaşını, gözünü, gərdənini vəsf 
edirdisə, eləcədə onun vəfasızlığını, əhdinə xilaf çıxmasını, əhd peymanını pozmasını öz yaradıcılığında 
canlandıraraq gözəllərdən şikayətini bildirirdi.
Azərbaycan ədəbiyyatının böyük klassiki olan Vaqifin yazıb yaratdığı dövrdən uzun bir vaxt keçsədə 
bu gündə oxucular onun şeirlərini rəğbətlə qarşılayır. Aparılan tədqiqatlara baxmayaraq, Vaqif yaradıcılığı 
bu gündə tədqiqata cəlb olunmaqdadır.
Ədəbiyyat 
1. Əlizadə Lalə “Vaqif sözünün gerçəyi”; Azərbaycan jurnalı №9 (2017), 185-190 səh. 
2. Həbibbəyli İsa “Molla Pənah olan şair”; www.Sənət.az 
3. Səfərli Əlyar, Yusifli Xəlil; “Azərbaycan ədəbiyyatı tarixi”, Bakı, 2008, 696 səh. 
4. Molla Pənah Vaqif-əsərləri, Şərq-Qərb, Bakı, 2004, 261 səh. 
5. Molla Pənah Vaqif – 300; Bakı, 2017, 32 səh. 
MURADOVA TELLİ
Bakı Dövlət Universiteti
VAQİF YARADICILIĞINDA MÜXƏMMƏSLƏRİN İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər: 
Vaqif, janr, müxəmməs, məzmun, ideya. 
The artistic features of muhemmeses of Vagif’s creativity 
Vagif’s activities is a specific phenomenon for our literature. The themes which he appealed in his 
poems written by him supplement each other with the verse. This untiy shows itself in his muhemmes too. 
Many colouredness of the themes in his muhemmes completes the perfection. Vagif is a innovator in his 
poems written in muhemmes genre like many poems he wrote in other genres. The ideological and artistic 
features of muhemmes in Vagif’s activity. 
Keywords: 
Vagif, muhemmes, genre, content, idea. 
Azərbaycan ədəbiyyatı əsrlərin sınağından çıxmış bir söz dünyasıdır. Ədəbiyyat tarixində ayrı-ayrı 
dövrlər vardır ki, onlar bir və ya bir neçə ədəbi şəxsiyyətin adı ilə bağlanmış və yüksəlmişdir. 18-ci əsrdə 
Vaqif yazılı ədəbiyyatda şeirimizin Qurbanisi missiyasını həyata keçirmişdir. “Vaqif ədəbiyyatımızda 
romantik şeirdən realist tərənnümə qəti keçidin banisidir. Məhz o şeirimizdə ilk dəfə olaraq aşiqanə qəzəldən 
imtina edib realist cizgilərə əsaslanan yeni tipli məhəbbət şeirləri yaratmışdır” (5, s. 7). Uzun əsrlər boyu 
bədii əsərlərdə hökm sürən romantik üslub və əruz vəzni Vaqif yaradıcılığında fərqli məcrada əks olunmağa 
başlamışdır. Daha doğrusunu söyləmək lazımdırsa, romantik-realist, əruz-heca ikili dəyişikliyi yaranmışdır.
Vaqifin şeirləri klassik Azərbaycan şeirindən forma etibarilə və məzmunca fəqlənirdi. Bu xalq aşıq 
şeiri üstündə köklənmiş el-oba həyatını və gözəlləri bütün gerçəkliyi ilə tərənnüm edən yeni şeir idi. Qeyd 
edilənləri nəzərdən keçirdikdə XVIII əsr Azərbaycan ədəbiyyatında Vaqifin təsirilə formalaşan yenilikləri, 
dəyişiklikləri hiss edirik. Ancaq istər bu dövr Azərbaycan ədəbiyyatı, istərsə də Vaqif şeirləri klassik üslubun 
təsirindən qurtulmamışdır. Doğrudur, Vaqif yaradıcılığında heca vəzinli qoşma, təcnisləri onun əruz vəznli 
qəzəl, müxəmməs, müstəzad, müəşşər formasında olan şeirlərindən həm həcminə, həm də mövzu 
rəngarəngliyinə, axıcılığına, nikbinliyinə və s. xüsusiyyətlərə görə fərqlənir. “Burada biz Füzuli ədəbi 
məktəbini davam etdirən şairlərdə gördüyümüz ilahiləşdirilmiş gözəldən yox, müəyyən dövrdə yaşayan 
məlum gözəllərdən bəhs edildiyini gördüyümüz kimi, həmin gözəllər qarşısında qoyulan müəyyən əxlaqi 
tələbləri də öyrənirik” (1, s. 283). Bununla belə bu şeirlər sadə xalq dilində, aydın, oxunaqlı, əlvan 


M.P.Vaqif və müasirlik 
69
nümunələrdən öz sənətkarlıq xüsusiyyətlərinə, gücünə görə geridə qalmır və nəzərdən keçirilib təhlil 
edilməyə layiq nümunələrdir. Əslində Vaqifin qoşma və təcnislərində rastlaşdığımız müxtəlif mövzular-
gözəllərin tərənnümü, məhəbbətin ifadəsi, təbiətə vurğunluq, ictimai məzmun və s. bu və ya digər şəkildə 
əruz vəznli şeirlərdə də əks olunur. Fərq təbii ki, vəznin gətirdiyi xüsusiyyətlərdə, dilin daha qəliz olmasında 
özünü göstərir. 
Vaqif yaradıcılığında, qeyd etdiyimiz kimi, əruz vəznində klassik şeirin bir neçə formasında şeirlər 
nəzərə çarpmaqdadır. Burada diqqət mərkəzində saxlayacağımız şeir şəkli müxəmməslərdir. Müxəmməs 
digər əruz vəzinli lirik janrlara nisbətən az yayılmışdır. Buna səbəb müxəmməsin daha cavan janr olmasıdır. 
Bu söz ərəb dilindəki “xəmmasə” (beşləmək) feilindən düzəlmişdir, “beşguşəli” , “beştərəfli” mənasını ifadə 
edir. Türkdilli xalqlarda ilk dəfə böyük özbək şairi Əlişir Nəvai tərəfindən işlədilmişdir. XV-XVI əsrlərdə ilk 
nümunələri yaradılan müxəmməs sonrakı bir neçə əsrdə hərtərərfli inkişaf etmişdir. Ancaq bu dövrlərdə 
müxəmməsin yüksək səviyyəyə qalxdığını və bütün sənətkarların istifadə etdiyi şeir şəkli olduğunu 
söyləmək yanlışdır. Yalnız XVIII əsrdə Vidadi və Vaqif yaradıcılığında bu janr yeni vüsət alır, bir sıra 
rəngarəng mövzuların ifadəçisinə çevrilir. Məhz elə bu səbəbdən də Vaqif müxəmməslərini xüsusi olaraq 
nəzərdən keçirmək yerinə düşər. 
“Məzmunca zənginləşmiş müxəmməsdə müəyyən formal dəyişikliklər, yeniliklər edən Vaqif Hüseyn 
Əfəndi Qayibovun müəyyənləşdirdiyinə görə, bu janrın ən azı dörd növ müxtəlifliyini yaradır. Bunlardan 
birincisi tam müxəmməs, ikincisi rədifli müxəmməs, üçüncüsü tam müxəmməs-müstəzad, dördüncüsü naqis 
müxəmməs-müstəzaddir” (2, s. 357). Bunlar Vaqif yaradıcılığında olan müxəmməslərin forma 
xüsusiyyətləridir. Müxəmməsin Vaqif dövründə yüksək səviyyəli inkişafı məhz bu yeniliklərlə bilavasitə 
əlaqəlidir. Qeyd edək ki, sənətkarın müəyyən olunmuş müxəmməslərindən əksəriyyəti ilkin forma olan tam 
müxəmməsə uyğundur.
Vaqif yaradıcılığında olan müxəmməslər onun qəzəlləri qədər mühüm yer tutur.Yüksək səviyyəli 
sənətkarlığın sübutu və özünütəsdiq bir daha məhz bu şeirlərdə görünməkdədir. Beləki, əruz vəznli bir çox 
şeirlərində, xüsusən, müxəmməslərdə mövzu daha rəngarəng və fərqlidir. Bu vəzndə olan şeirlər də heca 
vəznli şeirlərdə olduğu kimi məhəbbətin, sevginin tərənnümü, pafoslu ifadəsi geniş əks olunmuşdur, xüsusilə 
müxəmməslərdə nəzərə çarpan maraqlı, fərqli çalarlar vardır. “Vaqif yaradıcılığında otuz dörd 
müxəmməsdən beşi məişət mövzusuna, biri ictimai mövzuya həsr olunmuşdur. İkisi zarafat xarakteri daşıyır, 
biri isə hətta mədhiyyədir, biri də Tiflis gözəllərinin təsvirinə həsr edilmişdir. Deməli müxəmməslərin 
təxminən üçdə bir hissəsi məhəbbət mövzusundan kənara çıxır” (2, s. 355). Vaqifin ədəbiyyatda novator 
sənətkar kimi təqdimi təsadüfi deyil. Ümumi Vaqif yaradıcılığında daha çox rast gəldiyimiz sevgi və 
məhəbbət ideyalarının ifadəsi, gözəllərin tərifi müxəmməslərdə də əsas yer tutur, ancaq diqqəti cəlb edən 
məqam mövzu dairəsinin bununla məhdudlaşmaması və əvvəldə qeyd etdiyimiz kimi, daha geniş arealda 
olub, mövcud çərçivəni qırıb, sərhədləri aşmasıdır. 
Vaqif müxəmməslərində aşiqanəlikdən, gözəllərin tərifindən bəhs edən bir çox nümunə vardır. Çünki, 
müxəmməslərin zəngin mövzu dairəsində xüsusi yer tutan mövzulardan başlıcası elə məhəbbətdir. 
T.Kərimlinin də qeyd etdiyi kimi, Vaqif yaradıcılığında müəyyən olunan otuz dörd müxəmməsdən “Nə 
xoşdur baş qoymaq bir güləndamın qucağında”, “Gəda mən qurban olum qaşları kaman bacına”, “Dilbər, nə 
deyim, sən kimi canan ələ düşməz”, “Ah... bir sarxoş nigarın dağı öldürdü məni” və s. misralar ilə başlayan 
müxəmməslərdə gözələ vurğunluq, heyranlıq, şair qəlbinin çırpıntısı, məhəbbətin dərin ifadəsi özünü 
göstərməkdədir.
Gəda mən qurban olum qaşları kaman bacına, 
Belə bir şux baxan kirpiyi peykan bacina, 
Sinəsi nisbi-şəkər, gözləri ceyran bacina, 
Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına, 
Məst damənkaşü xəndanü xuraman bacına. 
Gözəlin kaman kimi qaşları, peykana bənzər kirpiyi, ceyran gözləri sanki şairin ağlını əsir alıb, onu 
özünə bənd etmişdir. Gözəli görən aşiqin halı hal deyil, gözəlliyin qarşısında bütün iradəsini itirmişdir. 
İnciyə bənzədilən dişlər, sədəfə bənzədilən ağız, bütün bunlar real bir qadının təsvir olunan füsunkarlığıdır. 
Bu müxəmməsdə gözəlin gözəlliyinə deyilən tərif və sadalanan bənzətmələr öz təbiiliyi, aydınlığı ilə 
qoşmalardan fərqlənmir, canlı təsir bağışlayır. 
Dəhanın sədəfdir, dişlərin inci, 
Sanasan ağızın püstədir, ay qız! 
Xumar gözlərini sevəndən bəri,
Dərdə düşüb canım xəstədir, ay qız! -deyən şairin nikbinliyi, sənətkarlıq qüdrəti, 
şeiriyyatının gücü hər iki şeir şəklində özünü əks etdirmişdir. Birini digərindən üstün tutmaq mümkün deyil 
və bu şəkildə yanaşma tamamilə yanlış olardı. 


M.P.Vaqif və müasirlik 
70
Qeyd etdiyimiz kimi, Vaqif müxəmməsləri bir çox mövzunu əhatə edir. Ən gözəl nümunələrdən biri 
“Var” rədifli müxəmməsdir.Vaqif Qarabağ xanlığının xüsusi nümayəndəsi kimi Gürcüstana səfəri zamanı 
gördüyü bir-birindən rəngarəng mənzərələri öz təbinə uyğun, öz dəsti-xətti ilə canlandırmışdır. Bu 
müxəmməsdə Tiflisin gözəlliyi şəhər qızlarının gözəlliyi fonunda təqdim olunur. Şəhər gözəldir, onu daha da 
ecazkar edən gözəl qızlarıdır. 
Vəh, bu bağın nə əcəb sərvi dilaraları var, 
Hər tərəf tazə açılmış güli-rənaları var, 
Qönçeyi-nərgisi-tər laleyi-həmraları var, 
Yəni Tiflisin əcəb dilbəri-zibaları var,
Ey könül, seyr elə kim, türfə tamaşaları var.
Elə ilk bəndə baxdığımızda şairin şəhərin tamaşasından aldığı zövqün ifadəsini görə bilirik. Şeirin 
davamında bütün bəndlərdə qızların gözəlliyinə deyilən tərif şairin Qarabağda görüb vəsf etdiyi gözəllərin 
tərifi qədər canlıdır. Tiflisin gözəlləri təzə açılmış güllər-nərgizlər, lalələr qədər şux və təravətlidirlər. 
Bunları seyr edən şair qəlbinin cuşa gəlməməsi mümkün deyil. Gözəlliyin tamaşasına duran şair gördükləri 
ilə hiss etdiklərini vəhdətdə təqdim edir. 
Araz Dadaşzadə “Vaqif: həyat və yaradıcılığı” adlı monoqrafiyasında şairin əruz vəznli şeirlərindən 
danışarkən müxəmməslərə xüsusi diqqət yetirmişdir. Müəllif müxəmməsləri “mənzum məktublar, müxtəlif 
geyim və əşyaların təsviri, Tiflis şeirləri, ictimai məna kəsb edən nümunələr və s.” (4, s. 103). olaraq təsnif 
etmişdir. Bölgüdə diqqət cəlb edən nüans müəllifin geyim və müxtəlif əşyaların təsvir olunduğu 
müxəmməsləri fərqli kateqoriyada verməsidir. Vaqif “Qış günü çünki dönər şol cənnətül-məvayə kürk” 
misrası ilə başlayan müxəmməsində kürkün qadınlara yaraşmasından, qış aylarında insanları soyuqdan 
qorumasından, müxtəlif faydalarından danışır. Eyni motivi, təsvir formasını “Verdi ağa mənə bir çuxa ki, 
min donə dəyər” misrası ilə başlayan müxəmməsdə də görə bilərik. 
Vaqif yaradıcılığında olan müxəmməslərin əhatə etdiyi mövzular bununla bitmir. Yaradıcılığının son 
dövrünə aid “Görmədim” rədifli müxəmməsi ictimai lirikanın ən gözəl örnəyi kimi ədəbiyyatımızda öz 
yerini almışdır. Dünyanın güllü-çiçəkli olmadığını, yalnız al-əlvan rənglərdən ibarət olmadığını dərk edən 
şair həqiqətləri söyləmək üçün müxəmməs janrından istifadə etmiş və geniş ifadə imkanı tapmışdır. “Burada 
Vaqif məhəbbət, gözəllik aşiqi deyil, dövrünün, mühitinin qüdrətli ittihamçısıdır” (4, s. 127). Əsərdə 
zamanın gətirdiyi acınacaqlı tale və şairin qarşılaşdığı məşəqqətlər, eyni zamanda dövrün ictimai-siyası 
vəziyyəti, qəddar şah hakimiyyəti, istibdad rejmi və.s bu kimi bir çox məziyyətlər əsərdə ən real ifadələrlə 
əks olunur. Əsər Vaqif yaradıcılığına xas olmayan qeyri-nikbin notlar üzərində qurulmuşdur. Vaqifin ictimai 
xarakterli kəskin tənqidi ifadə üslubuna malik bu əsərilə yanaşı müxəmməsləri içərisində öz satirik-
yumoristik səciyyəsilə seçilən daha iki nümunədə varki bunlar “Neylərəm, belə bunun mən... iqbal içinə”, 
“Ey məni eyləyən aləmdə pərişan saqqal” misraları ilə başlayan müxəmməslərdir. 
Neylərəm, belə munun mən... iqbal içinə, 
Handa üz tutdum isə, düşdüm elə qal içinə, 
Gündə yüz gəz düşə aşüftəlik əhval içinə, 
Qorxdum oldur ki, sabah ağ düşə saqqal içinə, 
Hər sənəm görsə deyə kim... çal içinə.
“XIX əsr və XX əsrin əvvəllərində Azərbaycan müxəmməsinin kəsb etdiyi satirik-yumoristik 
məzmun çaları, nəhayət bu çaların Sabir yaradıcılığında ülvi bir zirvəyə çatması öz başlanğıcını məhz Vaqif 
müxəmməslərindən götürür” (2, s. 356). Bu şeirlərdə sezilən yüngül ironiya, yumoristik baxış ədəbiyyatımız 
üçün tamamilə yeni hadisə idi və bunun müxəmməslə ifadəsi ilk idi. Vaqifə qədər sənətkarların 
yaradıcılığında müxəmməs geniş yayılan şeir şəkli deyildi. Xüsusən Kişvəri, Füzuli yaradıcılığında olan 
müəyyən sayda müxəmməslərdə biz ümumi kontekstdən kənar mövzu görmürük. Eyni zamanda Füzulinin 
beşlikləri içərisində təxmislər xüsusi yer tutur. Vaqifdə isə müxəmməslər mövzu etibarilə zəngin olduğundan 
yeniliklər görmək mümkündür. Təbii ki, biz bu kimi nümunələrdə yumorun və ya satiranın tam 
formalaşmasından danışa bilmərik. Qeyd olunduğu kimi satirik-yumoristik məzmun çaları sezilməkdədir və 
sonrakı mərhələlərdə isə bu yalnız məzmunda toxunulan zəif bir sezinti olmaq çərçivəsindən çıxaraq inkişaf 
edir. Nəhayət, Sabir kimi xələfin yaradıcılığına istiqamət olur. Ancaq təbii ki, müxəmməsdə satirik ifadə 
üslubu Sabir yaradıcılığında sezinti yox tam şəkildə öz əksini tapır. Vaqif müxəmməslərində ironiya 
vardirsa, bu Sabir müxəmməslərində sarkazm şəkli alır, daha kəskin, daha ifşaedicidir. Sabir yaradıcılığında 
bir müxəmməs nümunəsinə nəzər yetirsək Vaqif yaradıcılığından gətirdiyimiz nümunədən fərqləndiyini açıq 
şəkildə görə bilərik. Ancaq məsələ bu nümunələr arasında fərqi müəyyən etmək deyil. Çünki, Sabir 
satirikdir, Vaqif isə yox. Burada vurğulamaq istədiyimiz Sabir müxəmməslərində olan kəskin satiranın, 
ifşaedici və öldürücü gülüşün ilk izlərinə Vaqif müxəmməslərində rast gəlinməsidir. Bunu nümunə 
gətirməklə əyani olaraqda görə bilərik. 


M.P.Vaqif və müasirlik 
71
Çox da demə sərvətü samanlıyam, ey filan! 
Boldu pulum, bir neçə milyanlıyam, - bir utan! 
Möhtərəməm, mötəbərəm, şanlıyam, - dur, dayan! 
Məşhədiyəm, kablalıyam, hacıyam, nacıyam, 
Dinliyəm, imanlıyam, ərkanlıyam, həm əli Quranlıyam! 
Öz yaradıcılığı ilə ədəbiyyatımızda tutduğu mövqenin əslində Vaqif əsərlərinə verilən yüksək 
qiymətin göstəricisi olduğunu söyləyə bilərik. Digər bütün şeirləri kimi müxəmməsləridə əhatə etdiyi 
mövzulara, əks etdirdiyi məzmun-forma əlamətlərinə, dil, ifadə xüsusiyyətlərinə görə Vaqif yaradıcılığında 
olan mükəmməlliyi tamamlayır.
Ədəbiyyat 
1.
Araslı H. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: ADU, 1956, 324 s. 
2.
Azərbaycan ədəbiyyatı tarixi poetikası: 2 cilddə, II c., Bakı: Elm, 2006, 496 s. 
3.
Dadaşzadə A. Vaqif: Həyat və yaradıcılığı. Bakı: Az. SSR EA, 1966, 188 s. 
4.
Həbibbəyli İ. Molla Pənah olan şair// “Azərbaycan qəzeti”, Bakı, 2017, 28 fevral, s. 7 
5.
Sabir M. Ə. Hophopnamə. 2 cilddə, II c., Bakı: Şərq-Qərb, 2004, 380 s. 
6.
Vaqif M. P. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004, 261 s. 
NƏBİYEVA ALMARA 
filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
MOLLA PƏNAH VAQİF VƏ AŞIQ VALEH 
Açar sözlər: 
əsr, aşıq poeziyası, şair,yazılı ədəbiyyat, Molla Pənah Vaqif, Aşıq Valeh, məktub
Molla Panah Vagif and Ashuq Valeh 
The article deals with the influentsof 18th centuriesashug poetsas Molla Panah Vagif and Ashuq Valeh 
on the written literary.There are real friendshiprelationsbetween creator poets and ashug poets in those 
period.Ashug Valeh, as shown its creativity, regularly sent a letter Molla Panah Vagif, Karabakh khanate’s 
supreme vizier and informed his about oppression of the people. The researchers are still investigating their 
creativity today. 
Keywords: 
century, ashug poetry, poet, written literature, Molla Panah Vagif, Ashuq Valeh, letter 
Məlum olduğu kimi, XVIII əsr Azərbaycanın ictimai, siyasi,mədəni tarixində xüsusi bir mərhələdir. 
Həmin dövrdə aşıq poeziyasının, aşıq şeirinin yazılı ədəbiyyata təsiri mənbələrdə geniş şəkildə göstərilir. Bu 
baxımdan Molla Pənah Vaqifin və Aşıq Valehin yaradıcılığı da məhz bu dövrü əhatə edir. O dövrün yazıb-
yaradan şairlərlə aşıqlar arasında da müəyyən dostluq əlaqələri mövcud olur, hətta bir-birilərinə nəzmlə 
məktub göndəriblər. Aşıq Valehin sıx əlaqə saxladığı, yaradıcılıq söhbətləri apardığı sənətkarlardan biri də 
Molla Pənah Vaqifdir. “Ümumiyyətlə, müqaisələrə və yaxınlıqlara fikir verdikdə Vaqifin aşıq yaradıcılığına 
təsiri sonsuzluqla ölçülür. Bu təsir motiv, hadisə, qafiyə, misradan tutmuş mövzuya qədər bir genişliklə 
nəzərə çarpır” (12, 174). Onun klassik şeiri ilə aşıq tərzini öz yaradıcılığında birləşdirən sənətkardan biri 
olduğu Aşıq Valehin şeirlərində tam aydın görünür. Ustad aşığın yazdığı şeirdə deyilir: 
Ustad Səməd sənətdə bir dağ idi, 
Kələntərli Alı fəndli bağ idi. 
On il qabaq molla Pənah sağ idi, 
Valeh kimi aşıqlar ustadı var. (5, 26) 
Verilənnümunə təkcə sənətkarlıq baxımından deyil, həm də Qarabağ ədəbi mühitini öyrənmək üçün 
də maraqlıdır. Bu baxımdan Aşıq Valehin ədəbi irsini tutarlı tarixi qaynaq adlandırmaq olar. Aşıq Valeh 
şeirlərində müasirlərini - şairləri, ustad aşıqları, bunlarla yanaşı elm, sənət adamlarını xatırlaması Qarabağ 
aşıq mühitini və ümumixalq ədəbi mühitini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Onun ayrı-
ayrı tarixi şəxsiyyətlərlə görüşləri deyişmələri, bu məqamda söylədiyi aşıq seir şəkillərindən məharətlə 
istifadə etməsi və xüsusən “Hanı?” rədifli cahannaməsində tarixi şəxsiyyətləri bir-bir yada salıb dünyadan 
xəbər almaqla, öz ustadı Aşıq Səmədi, Aşıq Əli oğlu Aşıq Məhərrəmi və M.P.Vaqifi xatırlayır: 


M.P.Vaqif və müasirlik 
72
Hafizü Nəvai, Füzuli, Cami, 
Şeyx Sədi, Hilali, Urfi, Nizami, 
Dünya səndə kəşf eyləyib təmami, 
Firdovsitək nəzmi dürəfşan hanı? (5, 43) 
Hanı Molla Pənah, bivəfa cahan, 
Təxəllüsü Vaqif, nəzmi dürəfşan, 
Indi eyləmisən xakilə yeksan, 
Tapmaq olmaz, o kamalda can hanı. (5, 44) 
XVIII əsrin sonu və XIX əsrin əvvəllərində yaşamış Aşıq Valeh özünün “Cahannamə” əsərində Molla 
Pənah Vaqifi klassik Şərq şairləri ilə eyni sıradagöstərmiş və, Vaqifi onların cərgəsində axtarmışdır. 
“Kərbalayi Səfi Valeh təxəllüs Vaqifin haqqında “o kamalda canın tapılmayacağı” misrası ilə şairi ağıl, 
düşüncə, sənət qüdrərtini ifadə etmişdir”. (2, 67).Bu nümunə Aşıq Valehin M.P. Vaqif irsiniə xüsusi
münasibətini əks etdirir.Onun bu şeiri “Əmrah” dastanının ustadnamələri sırasındandır. Onu da qeyd edək 
ki, M.P.Vaqifin yaradıcılığı hələ şairin öz dövründə diqqəti cəlb etmişdir, İlk dəfə olaraq Mirzə Yusif 
Nersesov Vaqifin əsərlərini toplayaraq 1856-cı ildə Teymurxanşurada “Vaqif və s. müasirin” adı altında çap 
etdirmişdir, O cümlədən Adolf Berye M.F.Axundovun topladığı materiallara istinadən 1867-ci ildə 
M.P.Vaqif yaradıcılığı ilə bağlı tədqiqlərini Leypsiqdə çap etdirmişdir. Yeri gəlmişkən qeyd edək ki, 
ölkəmizdə M.P.Vaqif iris ilə ilk maraqlananlardan biri M.F.Axundzadə olub. 1908-ci ildə isə şairin əsərləri 
“Tazə həyat” qəzetində Haşım bəy Vəzirov tərəfindən nəşr edilmiş, 1925-ci ildə şeirlərinin bir qismi Salman 
Mümtaz tərəfindən 1937-ci ildə isə həmin şeirlər toplu halında işıq üzü görmüşdür. 
Aşıq Valehin dövrünün şair və aşıqları ilə görüşləri, deyişmələri məktublaşması mənbələrdə öz əksini 
tapmışdır. Bu da onun xalq arasında böyük nüfuz sahibi, istedadlı şair-aşıq, olduğunu 
göstərir.Yaradıcılığından da məlum olur ki, Aşıq Valeh xalqı incidən zülmkarlardan Qarabağ xanlığının baş 
vəziri Molla Pənah Vaqifə dəfələrlə müraciət edib:
Molla Pənah,ərzim sizə söyləyim,
Mahallıqca biz düşmüşük dara, bil.
Şadlığı axtaran biçarə kəslər
Həmdəm olub yenə ahu-zarə, bil. (5, 4)
“Mıxı mismar eyliyən Allah var” (7, 53) atalar məsəlində inam, İslami motiv aşkar görünür. Dara 
düşənlər sidq - ürəkdən Allaha dua edib, Tanrıya tapınsalar, Allah -Təala onları hər cür dardan qurtarar” 
inancı müqəddəs “Qurani-Kərim"in ayələrindən bəhrələnir.Bu rəvayətindigər bir nüsxəsi Qarabağın Şuşa-
Pənahabad şəhərində XVIII əsrdə baş vermiş məşhur bir tarixi hadisə ilə də əlaqələndirilmişdir. Bu əhvalatı 
belə söyləyirlər: “1797-ci ildə Ağa Məhəmməd şah Qacarın qoşunları aclıqdan taqətdən düşmüş Şuşaya daxil 
olurlar. İbrahim xanın yaxın adamları tutulur. Xanın vəziri, böyük şair Molla Pənah Vaqif də həmçinin. 
Molla Pənah nücüm elmini yaxşı bilirmiş. Şair yolda dustaq yoldaşı Sofu bəyə deyir: 
- Mən nə şahın üzünü görəcəyəm, nə də qətl edilməyəcəyəm. Səni bilmirəm. 
O gün cümə axşamı imiş. Qacar qatı dindar olduğu üçün cümə axşamı qan tökməyi günah sayır və 
deyir: 
- Sabah elə bir siyasət eləyim ki, tarixlərdə deyilsin. Bir minarə qurduracağam, şair Molla Pənahın da 
başı lap yuxarılarda asılsın. Gedin dəmirçilərə deyin minarə üçün çoxlu mıx qayırsınlar!.. Şahın sərkeşbaşı 
Məhəmmədhüseyin xan Vaqifi tanıyıb onu ağır sözlərlə təhqir edir. ...Lakin Vaqif soyuqqanlılıqla onun 
cavabını verir: 
-Ey xani nanəcib! Mən əgər dustağəm, dustaği-şahəm, sən nəçisən ki, mənə bir zərrəcə asib yetirə 
biləsən. Həmin bu cür rəftar məhz sənin nanəcib və naqabilliyinə nişanədir! Bəlkə şah sabah məni azad 
edəcəkdir və ya fələyi-gəcrəftar və təqdiri-pərvərdigar bəlkə qeyri bir yol gedəcəkdir.Gecə hamilədir, kim 
bilir sabah nə doğacaq?!Vaqifi zindana salırlar. Molla Pənah gecə yarısı zindanbandan soruşur: - Şəhərdə 
təzə bir əhvalat və şuriş yoxdur? O cavab verir ki, bir şey bilmir. Şairin gözünə yuxu getməyib sübh tezdən 
yenəzindan böyüyündən soruşur:
- Şəhərdən nə xəbər? 
Zindanban bu dəfə də Molla Pənahın ürəyini sakit edə bilməyib cavab verir ki, o, bir xəbər 
eşitməyibdir. 
Amma çox keçmir ki, Ağa Məhəmməd şahın qətlə yetişmək xəbəri şəhərə dağılır. Dəmirçilərə xəbər 
gəlir ki, ta mıx lazım deyil, şahın cənazəsi üçün bir-neçə mismar lazımdır. Baş dəmirçi, əllərini yuxarı 
qaldırıb, üzünü dərgaha tutub deyir:
-
Sənə min şükürlər olsun, ey mıxı mismara döndərən, Allahl

Dustaqlıqdan azad olan şair Molla 
Pənah Vaqif də öz əziz dostu şair Molla Vəli Vidadiyə müraciətən məşhur“Ey Vidadi, gərdişi-dövrani 


M.P.Vaqif və müasirlik 
73
gəcrəftarə bax» müxəmməssini yazır.(3,
152
). O dövrdə baş vermiş bu tarixi hadisədən, əhvalatdan xalqımıza 
üç tarixi-ədəbi şedevr 
-
“Ey Vidadi, gərdişi-dövrani gəcrəftarə bax» şeiri, “Gecə hamilədir, kim bilir sabah 
nə doğacaq?!”, “Ey mıxı mismara döndərən, Allah!” qalmışdır... Akademik H.Araslı o illərin ədəbi mühitini 
belə dəyərləndirir “ Vaqif öz ədəbi və siyasi fəaliyyəti ilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri olduğu 
kimi, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır” (4, 21). 
Molla Pənah Vaqif yaradıcılığı ilə xalq şeirinin təsiri, yazılı ədəbiyyatımızda dil zənginliyi, obrazların 
rəngarəngliyi və forma axtarışları indi də öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Firidun bəy Köçərli Vaqifi milli şair adlandıraraq yazır: “Onun şeir və qəzəliyyatı bizim Azərbaycan 
türkcəsinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlirsə... tamamisi ürəkdən və həqiqi həyatdan 
nəşət edən əsərlərdir” (10, 52). Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin 
zirvəsində şeir və qəzəl yazan az olub
Dünya, səndə aşıq Səməd var idi. 
Nəzmü şeri ləli, göhərdar idi, 
Bir gözəl eşqinə giriftar idi, 
Onun kimi bir bəhri-ümman hanı? (5, 43) 
Bu dünyada heç də gəlməmişdi kəm, 
Aşıq Əli oğlu Aşıq Məhərrəm. 
Həsrətin çəkirdi Rum, həm də Əcəm, 
Əlində tütəyi-balaban hanı? (1, 43). 
“Hanı”rədifli şeirin məzmunundan bəlli olduğu kimi, Aşıq Əli və oğlu Aşıq Məhərrəm Rum, Əcəmdə 
məşhur olduqları halda, indiyə kimi aşıq-yaradıcılıq tarixində bir şeir nümunələribelə qalmamışdır. 
Molla Pənah Vaqif Aşıq Valehin müasiri olduğu üçün, onun yaradıcılığına böyük təsiri olmuşdur. 
Onların ədəbi irslərini müqayisə edəndə ilk növbədə Aşıq Valehin yaradıcılığı əsas qaynaq kimi götürülür. 
Aşığın yaradıcılığında ğözəlliyin tərənnümü, həyat həqiqətlərinin bədii çalarları ğöz önündədir. Xalq şeirinin 
təsiri, aşıq poeziyasının ənənələri Aşıq Valehin yaradıcılığında daha güclüdür. Aşıq Valehin Vaqif
yaradıcılığına necə yüksək dəyər verdiyi göz önündədir. Ümumiyyətlə, müqayisələrə fikir verdikdə Vaqifin 
də aşıq yaradıcılığına təsiri sonsuzluqla ölçülür. “Məhəbbət şairi olan Vaqifin yaradıcılığının əsasında
realist ünsürlər üstünlük təşkil edir. Onun gözəlləri hər gün qarşılaşdığı, münasibətdə olduğu Qarabağ 
gözəlləri, onların həyat və məişətində baş verən bütün hadisə və əhvalatlar lirik incəliklərlə şairin 
poeziyasında əksini tapır. Vaqif xəyallar aləmində pərvaz etmir, onun gözəlləri ətrafında dolanan, səhər-
axşam həmsöhbət olduğu “sərv boylu”, “qaşları qibləğahı”, “ucu tər cığalı, siyah telli” gözəllərdir” (9, 56-
60). Bu təsir motiv, hadisə, qafiyə, misradan tutmuş mövzuya qədər bir genişliklə nəzərə çarpır. 
M.Qasımlının “Valeh təxəllüslü Gülablı Molla Səfinin ən mühüm hadisələr haqqında 
söylədiklərindən aşağıdakı parçanı misal göstərək” (11, 220) 
Məhəmməd bəy kimi cəllad xunfəzah- 
Görməmişdi hər kuzidə bir cahan 
Heyif ki, başadək sürmədi dövran, 
Getdi ürəyində arzuman hanı! (1, 31). 
Onun yaradıcılığında Molla Pənah Vaqifdən fərqli olaraq, gözəllərin tərənnümünə az rast gəlinir. Aşıq 
Valehin şeirlərində ictimai-siyasi motivlər, haqsızlıq, ədalətsizliyə qarşı etiraz, mollaların tənqidinə daha çox 
yer verilir. Aşıq Valehin yaradıcılığı çoxşaxəlidır. Bu ustad sənətkarın gəraylı, qoşma, müxəmməs, 
cahannamə, vücudnamə, deyişmə və həcvləri bu günümüzə qədər qismən də olsa gəlib çatmışdır. Ustadın 
yaradıcılığında Qarabağ mühitinə mənsub milli-məişət, adət-ənənə öz əksini tapmışdır. Aşığın dövrümüzə 
qədər gəlib çatan gəraylıları onun xalqa qəlbən yaxın olmasından xəbər verir. 
Məsələn, o illərdə aşığın yaratmış olduğu bir şeirində deyilir: 
Molla Pənah, ərzim sizə söyləyim 
Mahallıqca biz düşmüşük dara, bil. 
Həmdəm olub yenə ahu-zarə, bil. 
Valehəm, bu dərdə varmı, de çarə, 
İsgəndər bəy bizi salıb azarə. 
Var-dövləti çəkib tökdü bazarə, 
Biz rəiyyətik belə sitəmkarə, bil. (1, 11) 
Əlbəttə, belə bəndlərin sayını artırmaq da olar.Aşıq Valeh yaşadığı mühit çərçivəsində qalmamış, sazı-
sözü ilə dastana çevrilmiş, hətta xan sarayına belə yol tapıb xanlığın xüsusi hörmətini qazanmış, Vaqif kimi 
böyük bir sənətkarla yaxınlıq etmişdir.Molla PənahVaqif kimi bir sənətkarın Aşıq Valehlə dostluq etməsi, 
yaradıcılıq söhbətləri aparması aşıq sənətinə olan sonsuz məhəbbətdən irəli gəlir. O, aşıq məclislərində el 


M.P.Vaqif və müasirlik 
74
sənətkarlarının oxumalarına, dastan söyləmələrinə diqqət yetirmişdir. Bu ənənə onun belə bir üslubda,xalq 
dilində nadir incilər yaratmasına səbəb olmuşdur.Həmin dövrdə yaşayıb-yaradan yüksək sənətkarlıq 
xüsusiyyətləri, fitri istedadı, şəxsi qabiliyyəti ilə seçilən Aşıq Valeh Azərbaycan, eləcə də Dağıstanda ustad 
aşıq kimi daha çox məşhurlaşmışdır. Onun həyat və yaradıcılığı haqqında ayrı-ayrı dövrlərdə müəyyən 
məlumatlar verilsə də, hələ geniş şərh edilməmişdir. 
Çıxdı üfüqdən yenə bu mahi-qəm,
Açdı cahan əhlinə babi-aləm.
Zadeyi-vəqqas alıbdır pərəm,
Kərbibəla üstünə ləşkər gəlir. (1, 85) 
Onun şeirlərindən bəzi nümunələri Mir Cəfər İbn Seyid Mirzə adlı bir nəfər yazıya almışdır. Bu 
əlyazma da özünün bədii təsir gücü, poetik siqləti ilə əhəmiyyətlidir. 
Bir gün əmr oldu, İsrəfil çaldı sur
Xəbərdar eylədi: ey əhlü qübur
Matəm bəazi Allah vərd əd mənsur –
Titrədi əzalar, baxsaq bu haya. (1, 18) 
XVIII əsrdə aşıq yaradıcılığı yüksək əxlaqi fikirlər carçısına, xalqın istək və arzularının başlıca 
daşıyıcısına çevrilir.Xüsusilə Qarabağda xalq şeri əsasında yazıb-yaradan sənətkarlar diqqətimizi cəlb 
edir.Bu baxımdan Qarabağda İbrahim xanın sarayında yaşayıb yaradan M.P.Vaqifin adı xüsusilə qeyd 
olunmalıdır.“Molla Pənah Vaqifin Qarabağ ədəbi mühitinə daxil olması həmin mühitin daha da 
zənginləşməsinə və bütünlükdə Azərbaycan poeziyasının inkişaf istiqamətinə təsir etdi. (2, 115) 
“Daha çox xalq şeiri şəklində yazdığı əsərləri ilə şöhrət tapan Molla Pənah Vaqif Füzuli poeziyasının 
ən istedadlı pərəstişkarı oldu; lakin alüdəçilik etmədi. Bu vəziyyət yaradıcılıqda ciddi nəticələr verir. Yeri 
gəlmişkən sənətdəki həmin cəhətlə əlaqədar xalq sairimiz Səməd Vurğunun bir mülahizəsini xatırlamağı 
lazım bilirik. Ömrünün axırlarına yaxın ədəbi məclislərin birində Səməd Vurğun Vaqif poeziyasına bəslədiyi 
dərin məhəbbətdən danışırdı; sözarası o təqribən belə dedi: Vaqifi bir sıra səbəblərə görə hətta övlad qədər 
bəsləsəm də, sənətinə ürəkdən pərəstiş etsəm də,özümü xöşbəxt sayıram ki, ona alüdə olmamışam.Çünki 
alüdəçilik sənətkarın ixtiyarını, sərbəstliyini, öz-özünü əlindən alır”(13.s.174).Vaqifin canlı bədii surəti 
yaradılmış digər bir əsərdə-Səməd Vurğunun “Vaqif” mənzum pyesində də ölməz şairin Füzuli sənətinə 
böyük ehtiramını duyuruq. Qacarın Vaqifə kinayə ilə dediyi: 
Yaxşı da...çarıqlı bir ölkə 
Böyük Firdovsilər yaratdı bəlkə! 
Sözlərinə sərrast verilən aşağıdakı cavabı eşidirik: 
Dayan! Bu torpağın hər bir bucağı 
Üstündə min çiçək,min gül bitirmiş; 
Sizin güldüyünüz çoban torpağı 
Nizamilər, Füzulilər yetirmiş!.. (13, s. 178) 
“Böyük münəqqid, poeziya haqqında poeziya qədər canlı əsərlər müəllifi B.Q.Belinskinin ölməz A.C. 
Puşkinə olan vurğunluğu və bu vurgunluğun nəticəsi olaraq şairin yaradıcılığına dair yazdığı-yeni məzmunlu 
ədəbiyyat üçün proqram mahiyyətli məqalələr hamıya məlumdur. Lev Tolstoy yalnız həmin məqalələri 
oxuduqdan sonra Puşkini olduğu kimi başa düşdüyünü etiraf edir. Belinski özünü Puşkinsiz təsəvvür edə 
bilmir; hətta xaricə gedəndə hec nə də olmasa, səfər yaddaşı olaraq Puşkinin əsərlərini özü ilə götürməyi 
vacib bilirdi. Bu münasibəti biz Vaqifin Füzuliyə olan məhəbbətində də görürük”(13, s. 176). Ümumiyyətlə, 
M.P.Vaqifin yaradıcılığını araşdırarkən görürük ki, ədibimiz Füzulinin söylədiyi kimi, xalqın anladığı dillə, 
xalqın sevdiyi qoşma yanrında yazmışdır.“Xalq öz diriliyini olan dilinin təmizliyini, saflığını, munisliyini 
Molla Pənah Vaqifin şeirində tapdı. Xalqın folklor dilini, danışıq ünsiyyət dilini Molla Pənah yazılı ədəbi dil 
hüququna qaldırdı. O, milli ədəbi dilin xəlqilik inkişafına adilik tonu əlavə etdi. Bununla da Vaqif bədii 
üslubun dil üfüqlərini xeyli genişləndirdi, üslubun xəlqi dil qolunu klassik dilin müqabilinə çatdırdı – bu 
müqabillik nüfuz, hörmət, sənətkarlıq əlamətlərini əhatə edirdi ”. (8, s. 438) 
N.Cəfərovun 

Molla Pənah Vaqif
” 
kitabını xüsusi qeyd etmək istərdik. Burada M.P.Vaqif dövrün-
poeziyaya nikbin əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyin təsviri və realist şeirin banisi kimi qeyd edilir.
Müəllifin Molla Pənah Vaqif haqqında söylədiyi fikri də maraqlıdır: “...... Xalq, xüsusilə aşıq poeziyasının 
yaradıcılıq texnologiyalarını, demək olar ki, zədələmədən bir küll halında yazılı ədəbiyyata gətirmiş, onu bir 
mahalın estetik zövqü miqyasından çıxarıb bütövlükdə Azərbaycan türklərinin klassik bədii təfəkkürü 
səviyyəsinə yüksəltmiş, milli ruhu təzələmişdir. Necə ki, Vaqif ruhən qidalandığı, pərvəriş tapdığı torpağın 
miqyasına sığmasa da, .... yaradıcılıq üçün həmişə zəruri olan yeniliyi, özünəməxsusluğu o yerdə aradı ki, 
milli bədii təfəkkür etnoqrafik yaddaşını (Vətəni) itirməsin” (6.). N.Cəfərovun bu fikrində Vaqif və onun 
yaradıcılığı xalqına, millətinə bağlı bir sənətkar kimi göstərilir. 


M.P.Vaqif və müasirlik 
75
“Molla Pənah Vaqif qüdrəti, onun ədəbiyyat tarixinə verdiyi töhfələr, əsaslı fakt olaraq mühitin onu 
həyat yolunun aydınlaşmasını zəruri edir. Qasım bəy Zakir, Baba bə Şakir, Cəfərqulu Xan Nəva, 
Xurşudbanu Natəvan, Sədi Sani Qarabaği, Məhəmməd bəy Aşiq, Ağabəyim ağa Ağabacı, Kərbalayi Səfi 
Valeh təxəllüs və s. onlarla sənətkar mühitin zənginləşməsində, Vaqif ənənəsinin bu və digər şəkildə 
yaradıcılığında mühüm rol oynamışlar ”. (2, 63) 
Ümumiyyətlə ustadın şeirlərinin yazıya alınması sahəsində görkəmli Azərbaycan şairi Molla Vəli 
Vidadinin qız nəvəsi Hüseyn Əfəndi Qaibovun da mühüm rolu olmuşdur. Bu tədqiqatçı-ədəbiyyatşünas 
Azərbaycanda məşhur olan Şüəranın əşarına məcmuə adlı toplusunda Molla Vəli Vidadi, Molla Pənah Vaqif, 
Qasım bəy Zakir, Mirzə Fətəli Axundov kimi sənətkarlarla yanaşı Baba bəy Şakir, Kərbəlayı Abdulla, Aşıq 
Qəmbərin şeirləri verilmişdir. 
Ədəbiyyat 
1.
Allahmanlı Mahmud. Filologiya üzrə elmlər namizədi elmi dərəcəsi almaq üçün təqdim edilmiş 
dissertasiya. Bakı, 1989 
2.
Allahmanlı M. Təxəllüsü Vaqif, nəzmi dürəfşan.”Ləman ” nəşriyyatı, Bakı, 2017 
3.
Azərbaycan yazıçılarının həyatından dəqiqələr (tərtib edəni və işləyəni K.K. Məmmədov. Bakı, “Gənclik”, 
1971 
4.
Araslı.H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri toplusu. “Gənclik” Bakı, 1998 
5.
Aşıq Valeh. Alçaqlı ucalı dağlar... Bakı: “Gənclik”, 1970 
6.
Cəfərov N. “Molla Pənah Vaqif”. Bakı: “Renessans-A”, 2017 
7.
Çəmənzəminli Y.V. “Qan içində” romanı. Bakı: “Azərnəşr”, 1967 
8.
Hacıyev.T.İ. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, “Elm” Bakı, 2012 
9.
Hümmətova Xuraman Bəhmən qızı.Molla Pənah Vaqif şeirində bədii mətnin sturuktur formaları. Molla 
Pənah Vaqif: sələflər və xələflər-erkən yeni dövr əlyazmaları və azərbaycan ədəbiyyatının tarixi 
problemləri. XV ənənəvi respublika elmi-nəzəri konfrans. “Nurlan ” nəşriyyatı, Bakı, 2017 
10.
Köçərli F.Azərbaycan ədəbiyyatış. 2 cilddə, 1cild, Bakı, “Elm” 1978 
11.
Qasımlı M. Aşıq sənəti. “Ozan” nəşriyatı, Bakı, 1996 
12.
Quliyeva M

Vaqif yaradıcılığı aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşağında. “Ziya” informasiya 
mərkəzi, Bakı,2017 
13.
Vəfalı A. Füzuli xəlqiliyi. “Gənclik” nəşriyyatı, Bakı, 2017 
RƏHMANOVA SUQRA 
filologiya üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universiteti 
MOLLA PƏNAH VAQİF DİLİNİN QRAMMATİK XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər:
poeziya, yaradıcılıq, bədii dil, real, xəlqilik
Grammatical features of Molla Penah Vaqif’s language 
M.P.Vaqif is the greatest master of XVIII century Azerbaijani poetry. It is evident from his works that 
Vaqif, like an artist, has the power to deeply observe, to understand, to recognize, to realize real existence in 
a rich life experience. M.P.Vaqif wrote the gazelles by using the aruz vezn and added nice additions to the 
Azerbaijani poetry. He just defended the tendency of poetry in the poetry, xəlqliyə, maybe he has legalized it 
with his own creativity. M.P.Vaqifin has played a major role in the popular language. M.P.Vaqif puts the 
emerging Turkish poetry into a new realist development path. There is a lyric of love in his art. High 
secularism is playing a role as a pretext in precaution. In M.P.Vaqif poetry there is simplicity, sincerity, 
emosionality. 
Keywords:
poetry, creativity, literary language, real, nationality
XVIII əsrdə Azərbaycan poeziyasının klassik qolu artıq kamal dövrünə çatmış, ictimai, milli, estetik 
keyfiyyət və xüsusiyyətləri formalaşmışdı. 
Xalqın mənəvi həyatında mühüm rol oynayan poeziya Vaqif ümumxalq işi kimi yanaşdı, onun bütün 
sərvətini bir küll halında, bütün nailiyyətləri, çoxəsirlik təcrübə və ənənələri ilə birlikdə öyrənib, bunlardan 


M.P.Vaqif və müasirlik 
76
bacarıqla istifadə etdi. Ən əhəmiyyətlisi o idi ki, Vaqif Azərbaycan poeziyasının yalnız müasir vəziyyətini 
deyil, həm də onun gələcək inkişaf yolunu düzgün hiss edib, ona istiqamət verə bildi. 
O, poeziyada sadəliyə, xəlqiliyə olan meyli nəinki müdafiə etdi, bəlkə öz yaradıcılığı ilə onu 
qanuniləşdirdi. Bədii dilin xalq dili hesabına saflaşması, sadələşməsini M.P.Vaqif poeziyası çox parlaq 
nümayiş etdirməkdədir. Lakin M.P.Vaqifin şeirə gətirdiyi yenilik eyni zamanda poeziyanın məzmununa, 
onun ictimai-estetik mahiyyətinə, şairin dünyagörüşü və yaradıcılıq üsulu ilə əlaqədar olan momentlərə də 
aiddir. 
M.P.Vaqif yaradıcılığı lirik poeziyanın artıq müəyyən inkişaf yolu keçib formalaşmaqda olduğu bir 
dövrə təsadüf edir. M.P.Vaqif isə formalaşmaqda olan türk şeirini yeni realist inkişaf yoluna salaraq, onu 
xalq ruhuna, xalq zövqünə yaxınlaşdırmış, özünə qədərk fərqli bir yolla istiqamətləndirmişdir. 
M.P.Vaqif ilə Azərbaycan şeiri tarixində yeni bir dövr başlanır. Vaqif lirikası ilə poeziyada yeni bir 
səhifə açılır, poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri 
qüvvətlənir. Realist şeirin ilk nümunələri onun adı ilə bağlıdır. 
M.P.Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Onun yaradıсılığında 
məhəbbət lirikası əsas yer tutur. Klassik şeirimizin əsas mövzusu olan məhəbbət gözəllik şairin lirik 
qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir. Aşıq şeirimizdən gələn yüksək dünyəvilik Vaqif 
lirikasında istiqamətverici rol oynayır. Onun əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli və 
məhəlli xüsusiyyətləri özünün parlaq əksini tapmışdır. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata 
bağlılıq əsas motivlərdən biridir. O, xalqdan qüvvət almış, xalq ədəbiyyatının nikbin əhvali-ruhiyyəsindən 
qidalanmışdır. 
M.P.Vaqif XVIII əsr poeziyasının zirvəsində durur. Vaqif lirikasının özünəməxsus səciyyəvi cəhətləri 
vardır. M.P.Vaqif məhz heca vəznində lirikanın ən gözəl nümunələrini vermişdir. Vaqif poeziyası nikbin 
ruhludur, onda həyatilik qüvvətlidir. Şairin məhəbbət lirikası da sələfilərindən seçilir. 
Çoxəsirlik Azərbaycan lirikası tarixində Vaqif özünəməxsus yer tutur. Onun poeziyasında əsil lirik 
sənətkara xas xüsusiyyət: sadəlik, təbiilik, səmimilik, emosianallıq vardır. 
Vaqif yaradıcılığında klassik şeirlə folklorun çox maraqlı qarşılıqlı təsiri müsbət nəticələr vermişdir. 
Vaqifin poeziyası özündən əvvəlki şeirə bir yekun vurmuş, sonrakı şeirə qapı olmuşdur. Vaqif klassik şeir 
ənənələrindən bacarıqla istifadə etmiş, forma, dil və sənətkarlıq nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb 
edən əsas amil də budur. Şair öz qüdrətli orijinallığı ilə poeziyada yeni bir keyfiyyət meydana gətirə bilmiş, 
şeir üçün yeni yollar açmışdır. 
Vaqifin əsərləri dəfələrlə çap olunmuş, onun haqqında bir sıra elmi əsərlər yazılmışdır. Vaqifin həyat 
və yaradıcılığını öyrənmək işinə maraq artır, aparılan tədqiqatın dairəsi genişlənir. Bu da səbəbsiz deyildir. 
Şairin bədii irsinin tədqiqi ədəbiyyat tariximizin bir sıra problemlərinin həllinə yardımedə bilir. Çünki 
Vaqifin qoyub getdiyi irs çox böyük olmaqla, məzmunu, bədii xüsusiyyətləri, dili və üslubu etibarilə olduqca 
əhəmiyyətlidir. Burada novatorluq və realizm, klassik poeziya ilə folklorun qarşılıqlı əlaqəsi, poetik sözün 
təsir qüvvvəsi və s. məsələlər ilə qarşılaşır ki, həmişə canlı olan bu məsələlərin tədqiqi maraqalıdır. 
Vaqif özündən sonra şeirimizin inkişafına qüvvətli təsir göstərmişdir. Şairin əldə olan şeir inciləri də 
onun zəngin yaradıcılığı geniş danışmaq üşün imkan verir. 
Nümunəyə müraciət edək: 
Al geyinib çıxsan gülşən seyrinə, 
Yığılı başına güllər dolanır 
Mahtab hüsnünə bəndə fərmandır, 
Qulluğunda aylar, illər dolanır.
Müəllifin gözələ müraciəti canlı tablo yaradır. 
Milli şeir banisimiz Vaqifin dili məhz müasir şeir dilinə əsaslanır. Nümunənin qrammatik 
xüsusiyyətlərinin təhlili zamanı aydın olur ki, leksik-qrammatik söz qruplarının müasir müasir dilimizlə 
eyniyyət təşkil edir. M.P.Vaqif dilində isimdən tutmuş (həmcins isimlər-aylar, illər) feilədək morfologiyaya 
rast gəlmək mümkündür. 
Feilin əmr forması, təsriflənməyən forması (feili sifət), morfoloji üsulla yaranan feillərə təsadüf 
olunur, ancaq analitik feillərə rast gəlinmir. 
Şeirin bədii xüsusiyyətləri, obrazlaşdırma, ümumiləşdirmə üsulları, bədii priyomlar müəllifin qabaqcıl 
ideyaları, arzuları ilə bağlıdır, vəhdət təşkil edir. 
Vaqif yaradıcılığında xəlqilik milli anlayış deyildir, həm də sözün əsil mənasında yüksək bəşəri 
keyfiyyətdir. Xəlqilik ədibin əsərlərində milli həyatın məzmunundan yaranır. 
M.P.Vaqif sintaksisi milli dövrün normativ xüsusiyyətlərini təzahür etdirir və sintaksisin tədqiqat 
obyeti söz birləşmələri və cümlələri fərqləndirir, ardıcıl olaraq dildə formalaşır, yaşayır və nitqimizi 
zənginləşdirir. 


M.P.Vaqif və müasirlik 
77
Cümlə əsas üç xüsusiyyətə: intonasiyaya, bitkinliyə və predikativliyə malik olaraq müəllif yaradıcılığı 
üçün zəruridir. Hər bir misrada mübtəda ilə xəbər arasındakı uzlaşma predikativ münasibətin ifadə 
vasitələrindən biri hesab edilir. 
Mən Fərhadam, sən bir Şirin dəhansan,
Dərdin zahir, amma özün nəhanşah,
Gözəllik babında şahı-cəhansan, 
Eşiyində yüz min qullar dolanır. 
Müəllif gözəlliyin incə cizgilərlə portretini yaradır, müqayisə edərək Şirin dəhanlı, gözəl zahiri 
görünüşlü gözəli tərənnüm edir. Sırf milli leksikona istinad edən Vaqif nihan, bab, şahi-cəhan leksik 
vahiodlərinə müraciət edir. Əgər şahi-cəhan izafətinin konstruksiya baxımından komponentlərə ayırsaq ( 
cahan şahı) milli dildə işləkliyini qoruyaraq sabitləşmişdir. 
Vaqif poeziyasında realizmin inkişafı əlverişli zəmin təşkil edən əsas cəhət şairin bədii istedadaının 
xarakterik təbiətidir. 
Nümunələrdən aydın olur ki, Vaqif bir sənətkar kimi dərin müşahidə qabiliyyətinə, zəngin təcrübəsinə, 
real varlığı daha çox qavramaq, dərk etmək iqtidarına malik olmuşdur. Müəllif öz əsərlərində cəmiyyətdəki 
şəxsi əlaqə və münasibətlərindən, gördüyü və tanıdığı adamlardan, səyahətlərindən, təsurat və 
intibahlarından maraqlı həyat materialı kimi geniş surətdə faydalanmışdır. 
Sintaksisdə üslub tendensiyaları formalaşır. Söz birləşmələri və cümlələrin üsullarını, sintaktik 
formaların ifadə etdiyi mənalarını öyrənmək, sintaksis dövrün normativ xüsusiyyətlərini M.P.Vaqif 
yaradıcılığında təzahür etdirir. 
Söz birləşməsi ilə cümlə bir digərindən aslı olmayan, lakin bir-birilə çox yaxından bağlı olan
sintaktik vahidləridir. 
Məqsəd və intonasiyaya görə təsniflənən cümlələr (nəqli, sual, əmr, nida) müəllif yaradıcıllığı üçün 
səciyyəvidir. Tabeli və tabesiz bağlayıcılı cümlələr mürəkkəbliyə doğru əsas sxematik təkamülün olduğu
nəzərə çatdırılır. 
Müəllif yaradıcılığında ədəbi dilin əsasında xalq dilinə əsaslanan danışıq dili sintaksisi dayanır, lakin 
buna baxmayaraq danışıq dilinə məxsus lakoniklik, təbii-emosionallıq normada keyfiyyət faktına çevrilir, 
şəxsiz cümlələrin funksionallığı güclənir, sual cümlələrinin struktur-semantik differensiyası güclənir, 
cümlənin daha yığcam formaları işlənir, nidanın sintaksis-semantik imkanları tədricən artır. 
Müəllif öz əsərləri ilə sübut etdi ki, məhz sadə aydın ana dilində yüksək bədii sərvət nümunələrini 
yaratmaq və oxucuların qəlbinə nüfuz edib onların hörmət və rəğbətini qazanmaq olur. Əsil sənət xalqın 
həyat və məişətini, dilin istək və arzularını kamil ifadə edən sənətdir. 
Qədəm basdın, sən safalar gətirdin, 
Gözüm üstə ey məstanə xoş gəldin
Başu canım sənin payəndazındır,
Peşkəşindir bu qəmxanə, xoş gəldin! 
Buradan aydın olur ki, Vaqif gözəllikdən danışarkən təkcə zahiri keyfiyətlərlə kifayətlənmir. O, 
qadınlar mənəvi cəhətdən gözəl, həyalı, abırlı, incə zövqə malik insanlar kimi görmək istəyir. 
Burada şairin həyata optimist baxışından doğan fəal bir əhval-ruhiyyə, nikbin ruh əsas yer 
tutmaqdadır. Böyük şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq əsas motivlərdən biridir. O, 
xalqdan qüvvət almış, xalq ədəbiyyatının nikbin əhvali-ruhiyyəsindən qidalanmışdır. 
Nümunənin mənzərəsi M.P.Vaqif tablosunda belədir. 
Morfologiya Vaqif dilinin təhlili üçün müəyyən qədər geniş məlumat verir. Yuxarıda söylənənlərdən 
məlum bəhrələnərək nümunənin məzmunu Vaqif dili ilə səsləşməsini iddia etmək olar. Leksik-qrammatik 
söz qrupları dilimizin morfoloji yarusunda müasir dil qatını şərtləndirir. Səthi də olsa semantikaya müraciət 
olunur. 
Nümunədə frazeologiya müəllifin canlı xalq danışığına müraciətindən irəli gəlir və şeiri bir daha 
oxunaqlı edir. 
Müəllif dilinin morfologiya-sintaksis dil xüsusiyyətlərinin tam formalaşmış mükəmməlliyini, çox 
dərin şaxələrə malik olduğunu bir daha təsdiqləyir. 
M.P.Vaqifin dili konkret material üzərində dərin mənimsənilir, ədəbi dil normalarının şüurlu dərk 
edilməsi, ədibin dili ayrı-ayrı üslub xüsusiyyətlərini tədqiq edilir, dilimizin gələcək inkişaf yolları 
müəyyənləşir. 
Sözlərin müxtəlif qrammatik şəkilləri ilə uyğunlaşması omoformların işləkliyi M.P.Vaqif dilində 
üstünlük təşkil edir. 
Dilin lüğət tərkibində arasıkəsilmədən yeni-yeni və bu sözlərin bir qismi əsas lüğət fonduna keçdiyi 
kimi, bunun əksinə də təsadüf edilir. 
Lakin M.P.Vaqif söz ordusunun alınmasının qarşısına bir sədd çəkir, bu da müəllifin dilinin milliləşmə 
dövrünün xüsusiyyətindən irəli gəlir. 


M.P.Vaqif və müasirlik 
78
M.P.Vaqif dilinin ümumi mənzərəsini lüğət cəhətdən sözün sehrinin aydınlaşdırır. 
Qəzəlin dilinə müraciət edək: 
Hər kimin cananı kim, bir əhli-ürfan olmaya,
Şahi-aləm olsa, onda rahəti-can olmaya. 
Rəsmi-ülfət bilməyən büt, aşiqin kafər edər,
Ey müsəlmanlar, xoş ol kim, yarı nadan olmaya 
Bir ləbi-ləlü lətif əndamü gül-rüxsar üçün. 
Qətreyi-əşkin nə lütfü var əgər qan olmaya. 
Bu qəzəlin dilində paradoksun olduğunun şahidi oluruq. Qəzəlin sintaksisində izafətə rast gəlirik ki, 
qoşma janrında tam fərqlilik nəzərə çarpır. Hər izafətin qrammatik mənası qrammatik şəkli sözlərlə tək-tək, 
yəni bir-birindən təcrid edilmiş halda deyil, nitqdə başqa sözlərlə əlaqədə yaşayır. Hər bir sözün mənası milli 
konstruksiya baxımından (izafət) ayrı-ayrı komponentlərdən təşkil olunaraq mənası açıqlanır. ( əhli-ürfan- 
zəka əhli, şahi-aləm- aləmlərin şahı, rahəti-can-can rahatlığı, qətreyi-əşk-göz yaşı, rəsmi-ülfət-ciddi 
ünsiyyət) 
Nümunədə izafətdə tez-tez rast gəlinməsinə folklor danışıq üslubu ilə klassik üslubun müəllif dilində 
vəhdətindən irəli gəlir. 
Leksik-qrammatik söz qruplarının arxaik formalarına rast gəlinir. Bu da tarixi ənənənin və dövrün 
normativ tələblərindən irəli gələrək müasir dil xüsusiyyətlərinin ehtiva edir. Nümunə üçün leksik-qrammatik 
söz qruplarına müraciət edək: Hər (təyin əvəzliyi), bir (miqdar sayı), onda (zaman zərfi), aşiq (isim) və s. 
Epitet ləbü ləl kəlamın leksik vahidində, lətif əndam (gözəl cism) şairin dilinin bir daha rövnəqli 
oxunaqlı edir. 
Sintaksisin öyrənilməsində sruktur-semantik istiqamət nəzəri daha çox cəlb edir. Gah struktur cəhətə, 
gah da semantik cəhətə üstün yer verilsə də, bunların hər ikisinin vəhdət yaratdığından qanunauyğunluğun 
ana xəttini ehtiva edərək forma ilə məzmununu müəyyənləşdirir. 
Mətn sintaksisi morfoloji və sintaktik xüsusiyyətlərin Azərbaycan dilinin normativ tələblər 
çərcivəsində vəhdəti qanunauyğunluq əsasında nizamlanır. 
Vaqif yaradıcılığının ən böyük tarixi əhəmiyyəti ondadır ki, Şah İsmayıl Xətai, Məhəmməd Əmaninin 
tərəfindən klassik ədəbiyyatda demək olar ki, ilk dəfə böyük müvəfəqqiyyətlə işlənmiş, xalq şeiri 
formalarına yeni məzmun, yeni ruh, yeni bədii surətlər gətirərək onun yüksək bir zirvəyə qaldırmışdır. 
Şairin poeziyasında heca vəznli canlı xalq dili ilə ardıcıl surətdə prasodik ehtirasca işlənərək klassik 
ədəbi formalar səviyyəsinə qalxmış və şeirimizin gələcək istiqamətini təyin etməklə həlledici bir amilə 
çevrilmişdir. 
Ədəbiyyat
1. Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1956
2. Dadaşzadə A. M.P.Vaqif. Bakı, 1986
3. Vaqif M.P. Əsərləri. Bakı, 2004
SEYİDOVA SULTAN 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
VAQİF YARADICILIĞINDA BƏDİİ TƏKRİR POETİZM YARADAN VASİTƏ KİMİ 
Açar sözlər: 
bədii fiqur, paralelizm, adi təkrir, anafora, epifora 
Artistic repetition as a poetic means in the work of Vagif 
The article talks about the language stylistic features in Vagif's work, in particular about artistic 
repetition as a means of creating poetry. Based on the research conducted on the material of the poet's work, 
one can come to the conclusion that the poet used such types of repetition as simple repetition, anaphora, 
epiphorus, which speaks of the poet's closeness to living colloquial speech. 
Keywords
: artistic figure, parallellism, simple repetition, anaphora, epiphora 
Vaxtilə böyük şairimiz M.Füzuli bədii sözü “diri söz” adlandırırdı: “Ver sözə ehya...” dedikdə söz 
sahibinin daim diri qalacağına işarə edirdi. Gözəl söz, ifadə, poetizm hər dəfə insanı riqqətə gətirir, 
ətrafındakıları ona yeni biçimdə təqdim edir. Dədə Ələsgər demişkən, “məcazi danışıb, məcazi gülən”elə 
sənətkarlar vardır ki, dilin söz tərkibindən istifadə edərkən sanki möcüzələr yaradır; adi insan o möcüzələrin 


M.P.Vaqif və müasirlik 
79
qarşısında donub qalır, heyrətlənir. Bədii söz, ifadə oxucunu ağuşuna alıb ovsunlayır, onu heç vaxt 
görmədiyi, ağlına belə gətirmədiyi sehr dünyasında əsir edir. Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus 
mövqeyə malik olan M.P.Vaqif də məhz belə unikal sənətkarlardandır. Prof. T.İ.Hacıyev Adolf Berjeyə 
istinadən yazır: “Bunu yalnız Azərbaycan filologiyası deyil, bütövlükdə dünya şərqşünaslığı qəbul edir ki: 
“Vaqifin yetişməsi öz zəmanəsinin ən fərəhli hadisələrindən idi” (4, 435). 
Vaqif poeziyasının gücü onun məzmun və forma gözəlliyindədir. Sənətkar öz əsərlərinin məzmunu ilə 
əlaqədar elə bədii formalardan istifadə edir ki, bunlari cəsarətlə 
bədii kəşf
adlandırmaq olar. Belə 
formalardan biri də ədəbi dilimizin məcazi gücünə söykənən, xalq dilinin rəngarəng ifadə vasitələrindən olan 
bədii təkrir
lərdir. Elmi ədəbiyyatda təkrir haqqında bir sıra mülahizələr söylənilmişdir.Məsələn, prof. 
C.Xəndan təkriri belə səciyyələndirir: “Nitqi qüvvətləndirmək və təsirini artırmaq üçün eyni sözün, ifadə və 
cümlənin təkrarlanmasına təkrir deyilir” (5, 149). Prof. X. Əlimirzəyev isə təkrirə belə tərif verir: “ Sənət 
əsərlərində fikrin tamlığını, ifadə gözəlliyini, poetik təsirini artırmaq üçün təkrarən işlədilən və xüsusi 
estetik məna kəsb edən sözlərə və ya söz qrupuna 
təkrir 
deyilir” (3, 232). A. Dadaşzadə təkriri paralelizm 
qrupuna daxil edir: “Paralelizm qrupuna daxil olan təkrir Azərbaycan şeirində özünə xüsusi yer 
qazanmışdır.Təkrir şairlərdən xüsusi məharət tələb edir. Çünki eyni bir sözün dəfələrlə təkrarı öz-özlüyündə 
yorucu və yeknəsəq təsir buraxa bilər. Bu nöqteyi-nəzərdən Vaqifin təkrirləri (bəziləri istisna edilmək şərtilə) 
yerində işlədilmiş, səlis və axıcıdır. Onlar şairin fikrini oxucuya daha qüvvətli və təsirli şəkildə çatdırmağa 
yardım edir” (2, 147). İfadə olunan fikrin obrazlı şəkildə çatdırılması və emosional-ekspressiv gücə malik 
olmaq üçün dilin elə potensial imkanları mövcuddur ki, ondan yerli-yerində istifadə hamıya nəsib olmur. 
M.P.Vaqif şeirlərində təkririn bir neçə növündən istifadə olunmuşdur. Burada adi təkrirdən tutmuş 
onun anafora və epifora kimi tiplərinə təsadüf olunur. Eyni sözün dalbadal təkrarı və rədifi xatırladan 
epiforalar daha çox işlənir. 
Eyni sözün dalbadal işlənməsindən yaranan 
təkrir
lərin bir qismi əlamət bildirən sözlərdir: 
xumar-
xumar,gizli-gizli, həlqə-həlqə, qərib-qərib,soyuq-soyuq, peşman-peşman, para-para, şana-şana, şirin-şirin, 
nazənin-nazənin
. Məsələn: 
Xumar-xumar baxan ala gözlərin... (7, 15) və ya: 
Xumar-xumar baxar, canımı üzər (7, 89); 
Qaldı canda gizli-gizli dərdimiz (7, 21); 
Mən mayılam sənin zənəxdanına, 
Həlqə-həlqə zülfi-pərişanına (7, 35); 
Qərib-qərib durduq biganələrtək, 
Soyuq-soyuq baxdıq divanələrtək... (7, 21). 
Göründüyü kimi, bu təkrirlərin əlamət bildirməsi adi yox, qeyri-adi səciyyə daşıyır; burada “əlamət” 
anlayışı təkcə əşyalara yox, hərəkətə də yönəlir, bütöv poetik mənzərənin yaranmasına xidmət edir. Prof. 
N.Cəfərov Vaqif poeziyasının dilindən danışarkən yazır ki, “... Vaqifin dilində (eləcə də təfəkküründə) 
əlamət bildirən ifadələrin (eləcə də məfhumların ) iyerarxiyası mövcuddur; bu cür iyerarxiyalılıq isə, prinsip 
etibarilə, qanunauyğunluq deməkdir,-- Vaqifin təqdimində əlamət əlaməti açır, hətta predmet kimi götürülən 
“gözəl”in özü də əlamət kimi çıxış edir. Şübhəsiz, əlamət bildirən sözlərin təkrarı da əlamət həssaslığının 
faktıdır... Əlamət həssaslığı Vaqif dilinin həm lüğət tərkibinə, həm də sintaksisinə təsir edir; hər şeydən 
əvvəl, ifadə paralelizmi güclənir” (1, 133).
Eyni sözün təkrarından yaranan təkrirlərin ikinci qismi feillərin və digər nitq hissələrinin təkrarından 
yaranır: 
sığallanıb-sığallanıb, baxa-baxa, yalvara-yalvara, göz süzə-süzə, iyləyib-iyləyib, yana-yana, 
gözləyə-gözləyə; köyüs-köyüsə, min-min, gah-gah(gəh-gəh).
Məsələn: 
Sığallanıb-sığallanıb siyah zülf ... 
Can üzüldü baxa-baxa geridən (7, 34); 
Baxaq bir-birmizə göz süzə-süzə 
Gah-gah qucaqlaşıb köyüs-köyüsə... 
Gəh-gəh içib sərxoş olaq şərabı (7, 28); 
Asar gündə min-min dilü can zülfün (7, 90). 
Bu təkrirlər içərisində “gah-gah” və ya “gəh-gəh” diqqəti daha çox çəkir. Nitq hissələri içərisində 
bağlayıcı kimi tanınan “gah”(“gəh”) sözünü şair, leksik mənası olan söz kimi işlədir ( bu mətndə “hərdən” 
mənasında). “Gah” sözü anafora kimi işləndikdə isə leksik tutumu daha çoxalır, ekspressivliyin artmasında 
onun rolu çoxalır. Məsələn: 
Gah alaydım gərdənini qucağa, 
Gah üzüm sürtəydim zülfə, buxağa, 
Gah da oturaydım qabaq-qabağa... (7, 64). 


M.P.Vaqif və müasirlik 
80
Vaqifin şeirlərində işlənən təkrirlərdən biri də 
anafora
dır. “İzahlı dilçilik terminləri” lüğətində anafora 
belə səciyyələndirilir: “ Müvazi nitq parçalarında (söz, söz birləşməsi, cümlə) ilk ünsürlərin (səs, səs 
birləşmələri, söz, söz birləşməsi, cümlə) təkrarı” (6, 18). Prof. X.Əlimirzəyev təkrirləri işləndiyi yerlərinə və 
bədii funksiyalarına görə anafora və epifora kimi formalara bölür: “Eyni sözlər misraların, yaxud cümlələrin 
əvvəlində gəlirsə və təkrar olunursa, belə təkrirlər 
anafora
adlanır” (3, 233). 
Vaqifin əsərlərində işlənən anaforalar, əsasən, “ya” və “gah” bağlayıcıları, “yüz” və “bir”(“biri”)
sayları və “ey” nidasının misraların başında təkrarlanmasından yaranır. Leksik və morfoloji dairəsinin 
məhdud olmasına baxmayaraq, bu təkrirlər bəzən az qala bütün misralarda işlənir , poetik qüvvəsi ilə bütöv 
şeirə “hökmranlıq edir”; məsələn, “bir” sözü “Mən” rədifli 16 misralıq qoşmanın 14 misrasında işlənir ki, bu 
təkrir həmin şeirin emosional təsirini qətiyyən azaltmır, oxucuda yorğunluq yaratmır. Şair poetik obrazı 
hərtərəfli görür, onun portretini rəssam dəqiqliyi ilə yaradır: 
Bir fitnə-feillinin, üzü xallının, 
Bir şirin dillinin qurbanıyam mən. 
Bir qənd məqallının, ləb zülallının, 
Bir ağzı ballının qurbanıyam mən (7, 80). 
İki gözəlin müqayisəli təsviri verilən 20 misralıq digər bir qoşmada isə “biri” anaforası 16 dəfə təkrar 
olunur; onlardan biri adi təkrir kimi, yerdə qalanları isə anafora kimi çıxış edir və şeirin ifadəli oxusunu 
tənzimləyir. “Belə şeirlər birnəfəsə, ritmik oxunmalıdır. Bu halda həmin şeirlər daha artıq bədii zövq verir” 
(2, 148). Məsələn: 
Bir-birinə həmdəm iki növcavan, 
Biri güldür, biri gülgəz yanaqlı, 
Biri tər sinəli, ayna əndamlı, 
Biri nar məməli, nəsrin buxaqlı (7, 143). 
Vaqif poeziyasında diqqəti çəkən təkrirlərdən biri də 
adi təkrir
lərdir. Adi təkrirlərin xüsusiyyəti odur 
ki, onlar şeirin misralarını sanki bir-birinə “zəncirləyir”, adətən, misraların ortasında və axırında gəlir, bəzən 
sətirarası yerləşir, bəzi hallarda isə epifora təsiri bağışlayır. Bir nümunəyə diqqət yetirək: 
Oturuşun gözəl, duruşun gözəl, 
Sallanışın gözəl, yerişin gözəl, 
Xoyun, xülqün gözəl, hər işin gözəl... (7, 33).
Şeirin nə qafiyəsi, nə də rədifi olan bu sözlər nəzm üçün tələb olunan bütün texniki elementəri yaddan 
çıxarır, oxucu bu sözlərin əsirinə çevrilir, “gözəl” sözünün hər bir təkrarı şeirə yeni bir ab-hava gətirir, o, 
poetik mənzərənin aparıcı vasitəsi kimi çıxış edir. Şairin məşhur təcnislərindən olan “Alı sən” rədifli şeirdə 
bu söz misraların hər yerində, xüsusən də cinas sözlərin əvvəlində işlənərək əsərin ithaf olunduğu obrazın 
zahiri və daxili əlamətlərini göz önündə canlandırır: 
Gözəl qamət, gözəl gərdən, gözəl üz, 
Gözəl olmaz səntək olsa gözəl yüz, 
Gözəl canı munca yetər, gözəl, üz, 
Gözəl deyil, etmə, gözəl, alı sən (7, 148). 
Epifora 
adlanan təkrir növündən şairin şeirlərində daha çox istifadə edilir. A.Dadaşzadə Vaqifdə eyni 
sözün təkrarından yaranan paralelizm daha aparıcı hesab edir. Fikrimizcə, şairini şeirlərində epifora daha çox 
işlənmə tezliyinə malikdir; belə ki, bunu şeirlərdən toplanan nümunələrin sayca çoxluğu da təsdiq edir. 
Epiforaların bir qismi şeirin son bəndində şairin təxəllüsünün təqdiminə xidmət göstərir; belə 
nümunələrin sayı beşdir. Bu təkrirlər “Vaqifi”, “Vaqifin”,”Vaqif” sözləri şəklindədir. Məsələn: 
Qəm evində küncə saldın Vaqifi, 
Eylədin muyindən incə Vaqifi, 
Neçün incidirsən munca Vaqifi... (7, 33). 
Prof. X.Əlimirzəyev Vaqifin məşhur qoşması olan “Sevdiyim, ləblərin yaquta bəmzər” qoşmasının son 
bəndini nümunə gətirir və yazır: “Burada misraların sonunda işlənən və üç dəfə təkrar olunan “Vaqifin” sözü 
təkririn epifora formasıdır. Bununla da şair şeirdəki “gözü”, “üzü”, “sözü” kimi mükəmməl qafiyələrlə öz 
təxəllüsü arasında daxili vəhdət, gözəl ahəngdarlıq, harmoniya yaratmış, sevgilisinə olan dərin məhəbbətini, 
sədaqətini poetik, obrazlı bir dildə, daha qabarıq, daha təsirli formada tərənnüm etməyə müvəffəq olmuşdur” 
(3, 234). Göründüyü kimi, prof. X.Əlimirzəyev təkrirlərin müəyyən bir bədii məqsədə xidmət etdiyini 
vurğulayır və şeirin ideya məzmununun açılmasında onun rolunu ön plana çəkir. 
Vaqifin şeirlərində şairin təxəllüsü bəzən rədif kimi çıxış edir və bütün qafiyələrdən sonra təkrar edilir. 
Məsələn, “Ey səba, yarə de kim, avarə gördüm Vaqifi” misrası ilə başlayan müxəmməsində bu hala rast 
gəlirik. Bu müxəmməsdə “gördüm Vaqifi” ifadəsi müxəmməsin bütün bəndlərində qafiyədən sonra rədif 
kimi təkrar olunur və başqa şeirlərdə olduğu kimi epiforik xarakter daşıyır: 


M.P.Vaqif və müasirlik 
81
Ey səba, yarə de kim, avarə gördüm Vaqifi, 
Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi, 
Bağrı olmuş sərbəsər sədparə gördüm Vaqifi... (7, 190). 
Vaqif poeziyasındakı epiforalar müxtəlif nitq hissələri, o cümlədən köməkçi nitq hissələri ilə də 
ifadə olunur. Bura isimlər (
içində, yanında, üstündə, yarı, gözləri, pəri, fəda, yanağına, qaydasıdır)
, sifətlər 
(
gözəldir, nazik gözəl)
, əvəzlik (
məni
), feillər (
görməmişəm, olmuşam, dönmüş, dönür,gəzmə,çəkdim, 
qoymasan, düzər, çıxar, eylərəm,bağlar, öldürdü, istəmə, düşüb, deməz, deməyə,eyləmiş,gəzər,eylə, 
üzülməz)
, zərf (
sərasər),
qoşmalar (
ilən,artıq, kimi), 
ədat (
məgər), 
predikativlər (
yox, gərək, var) 
daxildir. 
Bəzi hallarda isə iki nitq hissəsi birləşərək epifora kimi çıxış edir və şeirlərə yüksək poetik vüsət verir. 
Məsələn:
Allah muradını versin o yarın, 
Rəqibi kuyindən sürsün o yarın, 
Mübarək guşuna, görsün o yarın, 
Mən çəkdiyim ahü nalə gəlirmi? (7, 48) 
Vaqif poeziyasında rəngarəng bədii təsvir vasitələri ilə yanaşı, ədəbiyyat nəzəriyyəsində sintaktik 
fiqurlara daxil olan və bədii ifadə vasitələrindən sayılan bədii təkrirlər bu şairin yaratdığı sənət məbədinin 
möhtəşəmliyindən xəbər verir. Oxucunu ehtizaza gətirən bu bədii vasitələr şeirin məzmun gözəlliyini 
tamamlamağa, onun obrazlı təfəkkürünü ülvi bir ucalığa yüksəltməyə xidmət edir. 
Ədəbiyyat 
1. Cəfərov N. Azərbaycan türkcəsinin milliləşməsi tarixi. Bakı: Azəbaycan Dövlət Kitab Palatası, 1995 
2. Dadaşzadə A. Molla Pənah Vaqif (həyat və yaradıcılığı). Bakı: EA nəşri, 1966 
3. Əlimirzəyev X. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları. Bakı: “Nurlan”, 2008 
4. Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. Bakı: “Elm”, 2012 
5. Xəndan C. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Bakı: Azərnəşr, 1962 
6. İzahlı dilçilik terminləri. Bakı: “Maarif”, 1989 
7. Vaqif M.P. Əsərləri. Bakı: Azərnəşr, 1968
YUSİFOVA
NAİLƏ
filologiya üzrə fəlsəfə doktoru 
Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC 
M. P.VAQİF VƏ MİLLİ TƏFƏKKÜR 
Açar sözlər: 
milli, şeir, 
ənənəvi,
təfəkkür; tədqiq
Molla Panah Vaqif and nashional thinging 
Molla Panah Vaqif’s creativity is one of the most important milestones in the history of Azerbaijani 
art language and poetry. M.P.Vaqif’s style consists of classical styles, synthesis of verbal-folk and live 
language. M.P.Vaqif’s works reflect the traditions and customs of the Azerbaijani people, their local and 
qualities. He wanted to see the person physically and morally perfect harmonious. Vaqif is a poet of world 
and secular ideals. M.P.Vaqif, who is deeply aware of the classical world eastern poetry, writer, investigator 
and so on written in forms. But he has more links with verbal folk literature, ashug poetry, enriching national 
poetry, especially with attachments. These two goals of M.P.Vaqif’s literary heritage have united the classic 
and folk poetry organically. 
Keyword:
national, poems,
traditional,
thinking, research
Azərbayan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixində imzaladığı “Molla 
Pənah Vaqifin 300 illik yubileyinin kecirilməsi haqqında” sərəncam böyük şairin şəxsiyyətinə,
yaradıcılığındakı humanist dəyərlərə göstərilən yüksək ehtiramın təzahurudür. 
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini 
əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni 
istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə 
qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir 
dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi 


M.P.Vaqif və müasirlik 
82
xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş
etdirmişdir. 
Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyi 
keçirilmişdir. 1982-ci il yanvarın 14-də Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə 
Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli 
məqbərənin açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz 
qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm 
aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu 
Natəvanın, Üzeyir Hacıbəylinin Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar. 
Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də 
aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir
1

Azərbaycan ədəbi dil, kökləri qədim dövrlərə bağlayan milli ənənə və ümum xalq dili əsasında 
təşəkkül tapmışdır. 
M.P.Vaqifin yaradıcılığı Azərbaycan bədii dili, poeziyası tarixində mühüm mərhələlərdən birini təşkil 
edir.M.P.Vaqif üslubu klassik üslub, şifahi-xalq yaradıcılığı və canlı dilin sintezindən ibarətdir.
2
M.P.Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri yerli və məharətli xüsusiyyətləri 
özünün parlaq əksini tapmışdır. O, insanı fiziki və mənəvi cəhətdən kamil, harmonik inkişafda görmək 
istəyirdi. M.P.Vaqif dünya və dünyəvi ideallar şairidir. Klassik dünya şərq şeirini dərindən bilen M. P. Vaqif 
qəhəl, müxəmməs, müstənad və s. formalarda yazmışdır. Lakin o, şifahi xalq ədəbiyyatı, aşıq şeiri ilə daha 
cox bağlı olmuş, təcnis, xüsusən qoşmaları ilə milli poeziyanı zənginləşdirmişdir. M.P.Vaqif ədəbi irsinin bu 
iki qolu klassik və xalq şeirini üzvi şəkildə birləşdirməyə nail olmuşdur. “Bir zaman havada qanad 
saxlayan”, “Bir gözəl ki , şirin ola binanda”, “Açıq başda əgər olsa bir dilbər”,” Sevdiyim ləblərin yaquta 
bənzər”, “Sərasər bir yerə yığılsa dilbər”, “Bayram oldu heç bilmirəm neyləyim”, “Bulut zülfü ay qabaqlı 
gözəlin” və s. qoşmalar “Bax rədifli qəzəli” və s. şeirləri M.P.Vaqif lirikasının ən yaxşı nümunələrindəndir. 
M.P.Vaqif lirikası ilə Azərbaycan şeiri tarixində yeni bir dövr açılır, poeziyamızda nikbin bir əhval-
ruhiyyə, həyatıi və dünyəvi gözəlliyə pərəstiş hissləri quvvələnir. Realist şeirin ilk nümunələri onun adı ilə 
bağlanır. O, yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. 
M.P.Vaqif yaradıcılığında məhhəbət lirikası əsas yer tutur. “Gözəllərin vəsfi” Vaqif lirikasının əsas 
motividir. Şair onların bədi portiretini böyuk məharətlə yaratmış, etnoqrafik detalları, milli koloriti qabarıq 
şəkildə əks etdirmişdir. Onun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir 
edilir. 
Üzün ağ, dəyirmi, gözün məstanə 
Baxışın bağrımı döndərdi qana. 
Ağzın sədəf, dişlərindir dürdanə 
Əcayib cəvahir lə`li sevmişəm. 
M.P.Vaqif lirikasının əsas mövzusu məhəbbət və insan gözəlliyini tərənnümüdür. Sevqiyə, yüksək 
romantik təmələ əsaslanan ənənəvi münasibətdən fərqli olaraq, Vaqif dünyəvi, cismani məhəbbəti tərənnüm 
edir. O, sevgiyə fəlsəfi məna axtarmır, onu hər gün qarşılaşdığı gözəllər öz gözəlliyi, zərifliyi ilə ruhlandırıb, 
ilhamlandırır. Belə ki, şair milli və dini ehkamları bir tərəfə qoyaraq poeziya üçün gözəlliyin yeni meyarını, 
tipini konkret şəkildə təsvir edir. 
Ümumiyyətlə, “M.P.Vaqif ədəbi-bədii təfəkkürün milli əsasda inkişafını mütləqləşdirdi,- onun 
xidməti nəticəsində folklor üslubu klassik üslubun nüfuzunu sındırıb aparıcı mövqeyə qalxdı: bundan sonra 
ədəbi-bədii təfəkkürün perspeklərini, bir qayda olaraq, folklor üslubu müəyyən etdi ”.
3
M.P.Vaqif həm klassik janrlarda, həm də folklor janrlarda yazıb-yaratmış, lakin həmin janr 
tipologiyalarının hər ikisində, adətən, eyni dil-üslub tipologiyası nümayiş etdirmişdir. Janr müxtəlifliyinin bu 
cür dil-üslub inteqrasiyası ədəbi-bədii dilin milliləşməsi dövrünün mühüm əlamətlərindən biridir ki, həmin 
işi XVIII əsrdə məhz M.P.Vaqif yekunlaşdırır.

Klassik dil-üslub tipi ilə müasir mətləbləri ifadə etmək cəhdi M.P.Vaqif dilinin mühüm 
xüsusiyətlərindən biridir. Ümumiyyətlə, XVII-XVIII əsrlərdə ədəbi dilin milliləşməsi geniş mənada məzmun 
planından başlayır məhz formalaşan milli təfəkkur tipi ədəbi dil proseslərinə xüsusi münasibət doğurur və 
həmin münasibət tədricən milli ədəbi dilin bilavasitə materialını yaxud materyasını (maddi təzahürünü) 
diqqət edir. 
1
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı 
2
Э. М. Алибейзаде. Основные направления в развитии азербайджанского литературного языка XVIII-XX веков, 
АДД,стр.17 
3
N. Cəfərov Füzulidən Vaqifə qədər, s.94. 
4
N. Xudiyev. Azərbaycan ədəbi dili tarixi, s. 125. 


M.P.Vaqif və müasirlik 
83
Klassik üslubun milliləşməsi “şairin qəzəllərindən daha çox müxəmməslərində özün göstərir”. 
Vəh bu bağın, nə əcəb sərvi-dilaraları var, 
Hər tərəf tərə açılmış güli-rənaları ar, 
Açılıb tazəvütər laləyi-həmraları var, 
Yəni Tiflisin əcəb dilbəri-zibaları var, 
Ey könül, seyr elə kim, türfə təmaqçıları var. 
Klassik üslubun təkcə janr (poetika) müəyyənliyi deyil, ifadə-obrazları, lüğət tərkibi də diqqəti cəkir. 
Eyni zamanda məzmun klassik üslub üçün tamamilə qeyri-təbii olan realist mətbələrin ifadəsinə xidmət edir. 
M.P.Vaqif mühüm xidmətlərindən biri odur ki, folkor üslubunu klassik üslub materialı ilə 
zənginləşdirmişdir. Əgər bu cəhət olmasa idi heç şübhəsiz, folklor üslubu milli ədəbi dilin misyasında 
yiyələnə bilməzdi. 
Azərbaycan bədii dil tarixində M. Füzulidən sonra bütöv bir dövr yaradan M.P.Vaqifdir – “milli 
şairlərimizdən onun kimi sadəcə açıq lisanda və ana dilimizin şivəsində seir və qəzəl yazan az olubdur. 
Muasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsə də, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam 
söyləməkdə aciz qalıplar”.

M.P.Vaqif dilinin xəlfiliyini , novatorluğu, yeniliyi bu dilin məhəlliliyi, yaxud bir sıra tədbiqatçıların 
vaxtilə guman etdikləri kimi, Qazax-Qarabağ dialektləri əsasında formalaşması (yəni bilavasitə dialekt 
əsasında) demək deyildir. Vaqifin dili eyni zamanda yüksək normativliyə malik ədəbi bir dildir, bu dilin 
kökləri güman etdiyimizdən daha qədim zamanlardan gəlir. Lakin artıq güman edildiyi kimi məhz XVII-
XVIII əsrlerdə milli normativlik qazanmışdır. 
M.P.Vaqifin yaşayıb-yaratdığı dövrdə daha bir sıra sənətkarlar ədəbi dilin milli əsaslar üzərində 
yenidən təşkili sahəsində bu və ya digər dərəcədə çalışmışlar. M.P.Vaqifin dil üslubu tarixi bir təlabat idi, 
ümümxalq dilinin dərin qatlarından gəlirdi və mədəni tarixi prosesin faktı, nəticəsi idi. 
M.P.Vaqifin təxminən yarım əsr ərzində (XVIII əsrin ikinci yarısında) ardıcıl müdafiə etdiyi dil-üslub 
tipologiyası XIX əsrin əvvəllərindən başlayaraq özünün görkəmli nümunələrini yetirdi, XX əsrin 
əvvəllərində isə onun dil-üslubu milli təfəkkürün mühüm göstəricisi kimi nəzəri olaraq təhlilə cəlb edildi. 
Azərbaycan ədəbi dilinin inkişafında M.P.Vaqifin xidmətləri böyükdür. O, heca vəznində yazdığı 
şeirlərdə xalq dilinin zəngin xəzinəsindən sənətkarlıqla isdifadə edərək onun ədəbi bədii dil səviyyəsinə
qaldırmışdır. 
Molla Pənah Vaqifin dövlət xadimi olması və şairliyi ona xalq içərisində böyük şöhrət qazandırmışdır. 
2016-2017 illərdə YUNESKO –nun yubileylər proqramı çərçivəsində Azərbaycan şairi Molla Pənah 
Vaqifin 300 illik yubileyi beynəlxalq səviyyədə,görkəmli şəxslərin və əlamətdar hadisələrin qeyd edildiyi 
proqrama daxil edilməsi, Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu 
qüdrətli söz xiridarının yaradıcılığındakı milli, humanist dəyərlərə verilən yüksək qiymətdir. 
ZAMANOV NAĞDƏLİ 
tibb üzrə fəlsəfə doktoru, dosent 
Azərbaycan Tibb Universiteti 
HÜSEYNOV VAHİD 
Azərbaycan Tibb Universiteti 
AZƏRBAYCAN ESTETİK DÜNYAGÖRÜŞÜNÜN FORMALAŞMASINDA
MOLLA PƏNAH VAQİF YARADICILIĞININ ROLU 
Açar sözlər:
Molla Pənah Vaqif, estetika, gözəllik, nitq, qrasiya, geyim estetikası, antietik dəyərlər 
The influence Moll Panah Vagif's poetry on the formation of a national aesthetic worldview 
Аspects of female beauty in Vagif's poetry are investigated in the article. Aesthetics are studied in 
conjunction with the aesthetics of speech, clothing, as well as moral and ethic values. 
Keywords:
Molla Panah Vagif, aesthetics, beauty, speech, aesthetics of clothing, elegancy, antiethic 
values 
Azərbaycan estetik dünyagörüşünün formalaşmasında şair və yazıçılarımızın, ədəbiyyat 
xadimlərimizin rolu birmənalı olaraq qəbul edilir. XVIII əsr Azərbaycan realist şeirinin görkəmli 
nümayəndəsi Molla Pənah Vaqifin yaradıcılığında estetik idealların araşdırılması həmişə aktual olaraq qalır. 
Onun Azərbaycan ədəbiyyatındakı yeri professor Qulu Xəlilov tərəfindən sərrastcasına verilmişdir: 
“M.P.Vaqif qaranlıq və çox ziddiyyətli dövrdə yaşasa da, sevilən və sevən bəxtəvər sənətkarlardan olmuşdur. 


M.P.Vaqif və müasirlik 
84
Öz xalqının poetik təfəkkür tarixində, onun şairanə düşüncəsinin və ədəbi-bədii dilinin daha da 
formalaşmasında, cilalanmasında misilsiz xidmətləri olan bu nəğməkarın adı Azərbaycan ədəbiyyatının 
parlaq şəxsiyyətləri sırasında əbədi həkk olunmuşdur” (3). 
Biz bu məqalədə Vaqifin estetik dünyagörüşümüzün cilalanmasına xidmət edən yaradıcılığından 
yararlanmağa çalışdıq. Məşhur rus esteti Yuri Borev (4, 34) qədim yunan filosoflarının fikrindən sitat 
gətirir: “Sokrat soruşur: “Nə gözəldir?” Hibbi cavab verir: “Gözəl qız, şübhəsiz gözəldir”. Bu cavab 
gözəlliyin tədqiqində ilkin əsas məqamı nişan verir, onun konkretliyini etiraf və təsdiq edir. 
Alman filosofu, esteti Kant üçün “gözəllik xalis formadır” prinsipinə uyğun olaraq Vaqif üçün də 
Allahın yaratdığı təbii gözəllik, əlavə gözəllik vasitələrinə ehtiyac olmayan gözəllik hər şeydən öndədir: 
Ənliyi, kirşanı neylər camalın, 
Sən elə gözəlsən binadan Pəri! (5) 
Başqa bir məqamda isə gözəlliyi artıran, onu daha da füsunkar (qərəz, tamah, ehtiras qarışmış) edən 
gözəllik vasitələrini- “siyah sürməni”, “hənanı” şair bir tələb kimi qarşıya qoyur: 
Ayna tutub hərdəm camal görməsi, 
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası hayıf ki, yoxdur! (5, 111) 
Molla Pənah Vaqifin şeirlərində estetiklik gözəlin nitqi ilə, danışığı ilə sıx bağlıdır. Əgər qadın 
gözəlliyi nə qədər vəsf olunursa da, qadın “ləhcə”si, “xoş göftar”ı da bir o qədər vəsf olunur: 
Bir gərdəni mina, ağzı piyalə, 
Bir 
ləhcəsi
şirinkara aşiqəm (5). 
Gözəl üzün daim fikrü-xəyalım, 
Sözün dildə şirin hekayətimdir (5, 10) 
Azərbaycan esteti Hüseyn Əlizadə füsunkar gözəllik dedikdə utilitarlıq (qərəz, ehtiras, tamah və s.) 
qarışmış gözəlliyi əsas hesab edirdi (6). Vaqif poeziyasında füsunkarlıq, qrasiya (süzgünlük), gözəl nitq 
birgə təsadüf edir: 
Bir buxağı turunc, sinəsi meydan,
Bir 
sözü cəvahir, mirvari dəndan,
Bir maral baxışlı, kirpiyi peykan, 
Bir qaşları zülfüqara aşıqəm (5). 
“Vaqifin şeirlərində gözəllərin tərifinin canlı çıxmasının bir tərəfi də onunla bağlı idi ki, şair həmin 
gözəllərlə görüşmüş, ünsiyyətdə olmuşdur, bu da onu daha da ilhama gətirmişdir. Bir növ Füzulinin göylərdə 
axtardığını, xəyalən arzuladığını Vaqif həyatda yaşamış, gördüklərini sənətə gətirmişdir. Vaqifin realizminin 
gücü də elə bunda idi. Realizm isə özünün bariz ifadəsini həyat həqiqətlərində, bədii təsvir lövhələrində 
biruzə verir” (7). 
Gümüş biləklərin, bəyaz qolların,
Sarı kəhrabası, hayıf ki, yoxdur! (5, 111) 
Molla Pənah Vaqifin şeirlərində geyim estetikası xüsusi yer tutur. Libasın, geyimin estetik zövq 
yaratması ədəbiyyatımızda yeni bir şey deyildir.
Gah zaman başına tirmə şal bağlar, 
Gah olur ki, zülf gizləyib, xal bağlar, 
Kalağayın qabağına al bağlar, 
Yaşılın altından, ağın üstündən (5, 70) 
Boyu yaraşıqlı sərvi-xuraman, 
Əndamıdır ağ gül, sinəsi meydan, 
Kəlağayı gülgəz, libası əlvan, 
Bir güli-rənadır mənim sevdigim (5, 64) 
Nə əcəb təsvir olur ağ əllərə əlvan 
həna

Məxmuri gözlər piyalə, gərdəni misli mina, 
Al 
sərəndazla
qəsabə, üstü türfə ağ 
cuna

Qol gümüş 
bazbəndli
, beldə kəmər-üstü 
mina

Məclis içrə bu nişanda saqi öldürdü məni (5, 169). 
Vaqif şeirlərində gözəlliyin füsunkarlıq kateqoriyası, etik dəyərlərlə (əhdə etibar, vəfadarlıq, eşqə xain 
çıxmamaq) birgə səslənir ki, bu dəyərlər özlüyündə estetik zövqün yüksəlməsinə xidmət edir: 


M.P.Vaqif və müasirlik 
85
Vaqifəm, qaçaram mən bivəfadən, 
Qurbanıyam bir vəfalı gözəlin (5, 74). 
Vaqif üçün gözəllik adamlıqla, insanlıqla birgədir. Adamlıq ədası olmayan gözəllik natamamdır, 
faydasızdır: 
Pəri çoxdur, nə fayda heç birinin 
Adamlıq ədası, hayıf ki, yoxdur (5,110) 
Qrasiya klassik estetikadakı şərhə görə həmişə “gözəlliyin hərəkəti, yaxud hərəkətin gözəlliyi” kimi 
başa düşülür və bu, doğrudan da belədir. Ümumiyyətlə, qadını həm gözəllik əlamətlərinə, həm də süzgün 
hərəkətlərinə görə bəzi gözəl heyvanlara: sonaya, marala, tovuza, göyərçinə, kəkliyə, quzuya və s.oxşadırlar 
(6). Heç də təsadüfi deyildir ki, hələ XII əsrdə dahi Nizami əsərinin qadın qəhrəmanına “dağ kəkliklərinin” 
qibtə etməsini dilə gətirir: 
Xəcalət çəkirdi ondan müştəri, 
Yerişinə heyran dağ 
kəklikləri
(8, 310). 
XVIII əsrdə isə M.P.Vaqif şeirində “kəklik” kimi səkən gəlin hamını mat qoyur: 
Mat qalıb desinlər: kimindir ola 
Kəklik
kimi səkib, bu süzən gəlin!(5, 76) 
XX əsrdə Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Şəmşir isə qoçaqlıq, zirəklik 
timsalı “laçın”, “tərlan”la yanaşı qrasiya yaradan “göyərçin” və “maral”ı da gözəllik tablosuna əlavə edir: 
Bir təhrin tərlandı, bir təhrin laçın, 
Telinə yaraşır zərdən araqçın. 
Dağların 
kəkliyi
ağca göyərçin, 
Bənzəyir oxşarın marala, Zinyət ( 9, 102).
Azərbaycan esteti Hüseyn Əlizadə yazırdı: “Avropa dillərində işlədilən qrasiya termininə Azərbaycan 
dilində daha çox “süzgünlük” termini uyğun gəlir. Süzgünlük həm qrasiyanın, həm də naz-qəmzənin 
səciyyəvi cəhətlərini xarakterizə edən bir məfhumdur. Qrasiyasız, süzgünlüksüz gözəllər Vaqifə görə də: 
Hər yetən gözələ gözəl demənəm, 
Gözəldə bir qeyri əlamət olur (5, 114) 
Aşıq Ələsgərə görə də gözəl sayılmır: 
Hər yetən gözələ gözəl demərəm, 
Gözəldə gərəkdi işvə, naz ola (10) 
Bu gün çağımızda baş verən qeyri-etik dəyərlərin normal hal kimi qəbul olunması fonunda Vaqif 
şeirlərinin, qadın gözəlliyinin tərənnümünə yönələn yüksək bədii-estetik şeirlərin etikliyi bir daha gündəmə 
gəlir. Azərbaycan xalqının etik və estetik dünyagörüşünün formalaşmasının siyasi lider Heydər Əliyevin 
nitqində səslənməsi də çox maraqlıdır: “Amma mən bunu bir daha və bir daha qeyd etmək istəyirəm ki, son 
onilliklərdə dünyada, demək olar ki, bütün ölkələrdə, təəssüflər olsun, müxtəlif mənfi vərdişlərin, insanların 
sağlamlığına, təkcə fiziki yox, əqli sağlamlığına böyük zərbələr vuran vərdişlərin və adətə çevrilmiş halların 
geniş yayıldığı bir vaxtda gərək hər ölkə, hər dövlət, hər xalq öz insanlarının bütün bu mənfi yollara 
düşməsinin qarşısını alsın. Bu, birincisi, dünyada narkomaniyanın geniş yayılmasıdır. İnsanlar arasında, 
xüsusən gənclər arasında müxtəlif narkotik maddələrə meyl göstərilməsi, spirtli içkilərin istifadəsinin geniş 
yayılması, müxtəlif əxlaq pozğunluqlarının yayılması – bunlar hamısı hər bir insana, hər bir cəmiyyətə, hər 
bir millətə böyük zərbə vuran amillərdir” (2, XXXIII c, s. 256-258). 
Bütün dinlər tərəfindən, bütün mənəviyyatı yüksək olan xalqlar tərəfindən bəyənilməyən əxlaqa zidd 
hərəkətlərin artdığı bir dövrdə qeyri-əxlaqi davranışlara qarşı Vaqif poeziyası tutarlı cavabdır. Bu cür qeyri-
etik hərəkətlər hələ Qurani-Kərimdə insanlara çatdırılır, belə hərəkətlərin cəzası insanlara anladılır. Lut 
peyğəmbərin dövründə kişi qövmün qadınlara məhəl qoymayaraq kişilərə meyl etməsi, peyğəmbərin bu 
əxlaqsızlığa üzülməsi, nəhayətdə yola gəlməyən qövmün başına daş yağmasının təsvir olunması heç də 
təsadüfi deyildir: “Qurani-Kərim, Hud surəsi, 77-ci ayə: Bizim elçilər Lutun yanına gəldikləri zaman narahat 
oldu və ürəyi sıxıldı-“bu çox çətin bir gündür” dedi, 79-cu ayə: Lutun qövmü dedilər: Sən ki, bilirsən bizim 
sənin qızların barəsində haqqımız (meylimiz) yoxdur və yaxşı bilirsən ki, biz nə istəyirik. 80-ci ayə: Lut 
onlara dedi: Ey kaş sizin müqabilinizdə qüdrətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim. 82-ci ayə: 
Sübh yetişdiyi zaman o diyarın altını üstünə çevirdik və başlarına həlakları üçün göydən odda bişmiş bərk 
daşlar yağdırdıq” (1). 
Elə bu məqamda XX əsrin əvvəli Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi Növrəs İmanın “Gəlib 
- gedib” rədifli qoşmasındakı aşığıdakı bənd yada düşür: 
Vaqif qarışdırıb çox qilü-qalı, 
Sözlərində gəlin, qız gəlib - gedib (11). 


M.P.Vaqif və müasirlik 
86
-və düşünürsən ki, nə yaxşı ki, qadın gözəlliyini dünya səviyyəsində yüksəkliklərə qaldırıb təsvir edən 
Vaqifimiz varmış.Və bu məqamda “sözlərində gəlin, qız gəlib-gedən” şairin ziddiyyətli dünyası akademik 
Muxtar İmanov tərəfindən poetik bir dillə açıqlanır:
“...Yaxşı həmdəm olmasa, şad olmaq olmaz, Vaqifa, 
Ağlaram ta ömrüm olduqca firavan, ağlaram. 
Bütün bu misallar göstərir ki, M.P. Vaqifin məhəbbət mövzulu şeirlərinin bir çoxunda qəm-qüssə ifadə 
olunub. Bu qəm-qüssə dilbilməz və dərdanlamazlar arasında tək qalmağın, biçarə dolanmağın qəm-
qüssəsidir. Diqqət yetirdikdə aydın olur ki, “mayabud” və “yoğunbaldırlar”la işrət anları yaşamaq M.P. 
Vaqifdə lirik qəhrəmanın hərarət və enerjisinin bir göstəricisi olsa da, qəm-qüssəyə çarə qılmağın vasitəsi ola 
bilmir. Yuxarıdakı qəzəldən də aydın olur ki, qəm-qüssədən çıxmağın yolunu şair həmdəmin, həmdərdin 
olmasında görür” (12). 
Yanağı gül, zülfü yasəmən gərək, 
Məməsi dik, ağ sinəsi gen gərək, 
Haldan xəbər verən, dərdbilən gərək, 
Heç olmaya məkru alı gözəlin. 
Sonda füsunkar gözəllik öz yerini “Heç olmaya məkru alı gözəlin” ifadəsi ilə əxlaqi dəyərə doğru 
dəyişir. Nəhayət, üzümüzü gənc tədqiqatçılara tutur, onlardan təvəqqə edir və qarşılarında tələb qoyuruq ki,
Vaqifin timsalında yazarlarımızın gözəlliklə bağlı qələmə aldıqlarını araşdıraraq dünya estetik fikrində 
Azərbaycan estetik şüurunun, dünyagörüşünün yerini öz imzaları ilə təsdiq etmiş olsunlar.
Ədəbiyyat 
1. Quran. (Tərcümə edənlər Z.Bünyadov, Y. Məmmədəliyev Bakı: Azərnəşr, 1982). 
2.
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 1987, I-XLV cildlər 
3. Xəlilov Q. Tənqidçilik çətin peçədir. Bakı: Yazıçı, 1986 
4.
Yuri Borev. Estetika. Bakı, “Təhsil”, 2010, 256 s. 
5.
Molla Pənah Vaqif. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1960, 260 s. 
6.
Hüseyn Əlizadə. Estetika. –Bakı: “Elm”, 2007, 380 s. 
7.
Nizami Xəlilov. Aşıq yaradıcılığı və yazılı poeziya. Bakı-Elm-2012. 325 s. 
8. Nizami Gəncəvi. “Xosrov və Şirin”. “Lider nəşriyyat”, Bakı, 2004, 392 s. 
9. Aşıq Ələsgər. Seçilmiş əsərləri. Bakı, “Elm və təhsil”, 2012, 280 s. 
10. Aşıq Şəmşir. Dədə öyüdləri. İki cilddə, ikinci cild. Şeirlər. Bakı, “Elm və təhsil”, 2014, 560 s. 
11. Növrəs İman. Seçilmiş əsərləri. Bakı, “Səda”, 2004, 200 s. s. 48 
12. Muxtar Kazımoğlu (İmanov). Portretlər, Bakı, “Nurlan”, 2003, 184 s. 


M.P.Vaqif və müasirlik 
87
ƏDƏBİYYATŞÜNASLIQ 
ABDULƏZİZOVA SƏDAQƏT 
Bakı Dövlət Universiteti 
FRANSIZ ROMANTİZMİNİN ƏSAS QOLLARI 
Açar sözlər:
Viktor Hüqo, romantizm, Şərq, dəniz, səma
The main directions of French romanticism 
Victor Hugo is most popular writer in the world literature. The Culture of West – East has the most 
important position in his works Revolutionary processes which happened in France are described in his 
works. His role is exceptional in drama. He wrote about French revalution for his readers. The East motives 
have a special position in his poetries. He described processes which happened in East by the view of West. 
« East motives » is urgent poetry of him and popular in the world. Hugo is also writer of a lot of books which 
are popular. A lot of books were writed about Hugo in France. Not said in vain that he is a popular writer in 
France.
Keywords:
Viktor Hüqo, romantism, the east, sea, the sky
Tədqiqatın elə əvvəlində xüsusi vurğulamaq istərdik ki, bütövlükdə romantizm (yəni qollar 
fərqləndirilmədən) çox geniş sosial-siyasi təbiətə malik olmuşdu. Onun meydana gəlməsi və sonrakı inkişafı 
və təkmilləşməsi dövrü, məlum olduğu kimi, Avropanın ictimai həyatında gur hadisələrlə əlamətdar idi. XIX 
əsr fransız romantik ədəbiyyatı üçün tarixi zəmin ictimai inkişafın yeni mərhələsi oldu ki, onun başlanğıcını 
1789-1793-cu illərin möhtəşəm inqilabi hadisələri təşkil etmişdi. Yaxşı məlumdur ki, Böyük milli inqilab 
zamanı Fransa «feodalizmi» darmadağın etdi və burjuaziyanın heç bir digər Avropa ölkəsində olmayan 
birmənalı hökmranlığının təməlini qoydu. «Baş qaldırmaqda olan proletariatın burjuaziyanın hökmranlığına 
qarşı mübarizəsi də burada başqa ölkələrə məlum olmayan kəskin formada çıxış edir» [3, s. 259].
Qeyd edək ki, Fransada romantizmin inkişafının hərəkətverici qüvvəsi kimi «...maarifçiliyin 
meydana gəlməsinə XVIII əsrdə mütləqiyyətə, monarxiyaya son qoyulması, klassisizm ədəbi cərəyanının 
yaranmağa başlaması zəmin yaratmışdır. Fransa tarixinə maarifçilik əsri kimi daxil olmuş XVIII əsr Böyük 
Fransa burjua inqilabını yetişdirdi. Dünya tarixində təkcə cəmiyyətin, iqtisadi-siyasi mühitin deyil, eyni 
zamanda ədəbi-mədəni həyatın yeniləşməsi baş verdi» [4, s. 3]. 
Bu da təsadüfi səciyyə daşımırdı. «Fransız maarifçilik ideologiyası burjua xarakter daşıyaraq azadlıq 
və ədalət, ümumxalq, hətta ümumbəşəri cəhdi ifadə edirdi. Bu maarifçilik ideologiyası əxlaqın əsası kimi 
şəxsi mənafenin asılı anlamı haqqında təlim irəli sürürdü. Şəxsi maraq əsasında iqtisadiyyat qurulurdu ki, bu 
da etik aspektə malik idi» [6, s. 44]. 
Müasir fransız tənqidçi-ədəbiyyatçı və filosoflardan bəziləri – Jak Derrida, Jan Liotar və başqaları da 
bu fikri dəstəkləyirlər. Bununla belə, fikrimizcə, paraqrafda toxunulan məsələlərin axarına uyğun olaraq, rus 
tənqidçisi və romantizm cərəyanının görkəmli nəzəriyyəçisi V.Q.Belinsikinin bilavasitə romantizmin 
təbiətinə dair fikirlərini misal gətirmək yerinə düşər. Belinski Orta əsrlərlər ruhlu romantizmi və «yeni 
romantizmi» fərqləndirirdi. Bu iki növ arasındakı sərhədi Belinski, hər şeydən əvvəl, ideal və gerçəkliyin 
nisbəti məsələsinin həllindən asılılıqda nəzərdən keçirirdi. «Orta əsrlər ruhlu» romantizm üçün məkan sanki 
iki dünyaya bölünür – həqarətli «bura» və qeyri-müəyyən, sirli «ora». Onun fikrincə, bu, həm də ideal və 
gerçək bir dünyadır, onların arasında isə yeni romantizm üçün uçurum yerləşir. Həyatın iki əks sahili – bura 
və ora – tarixi inkişafın, tarixi həmişəyaşarlığın vahid real səmasında birləşərək harmoniya yaradır. 
Nəzəri-fəlsəfi yanaşmada, «birinci halda, romantiklər gerçəklikdən uzaqlaşaraq, «burada» əlçatmaz 


M.P.Vaqif və müasirlik 
88
olan ideala can atırlar. İkinci halda, romantik şair hazırki gerçəkliklə kifayətlənmədən ürəyində daha yaxşı 
mövcudluq idealı bəsləyərək, bir fikirlə yaşayır və nəfəs alır – təbətin ona bəxş etdiyi vasitələrlə bu idealın 
həyata keçməsinə yardımçı olmaq» [2, s. 171]. 
Viktor Hüqonun yaradıcılığı böyük rus tənqidçisinin bölgüsünə maksimal dəqiqliklə uyğun gəlir. 
Məlumdur ki, fransız şairi və yazıçısı həmişə aktiv romantik sayılırdı və özü haqqında deyirdi ki, o, «yazını 
bir əllə yazır, mübarizəni iki əllə aparır».
Həqiqətən, Viktor Hüqo bütün Qərbi Avropanı təlatümə gətirmiş nəhəng hadisələrin müasiri 
olduğundan, daim bu və ya digər siyasi doktrina və fəlsəfi mühakimələri insan həyatı ilə nisbətdə götürür, 
onların humanist yaxud mənfi mahiyyətini açırdı. Nəticədə Viktor Hüqo sənətində siyasi ideyalar yayınıq 
xarakterini itirərək, estetik ahəng kəsb edir, insana münasibətdə gözəl yaxud eybəcər, faciəvi yaxud komik 
olaylar kimi qəbul olunur.
Heç şübhəsiz ki, Viktor Hüqonun yaradıcılığı fəal fransız romantizminin tacı oldu. O, özü davamlı 
yaradıcı fəaliyyəti dövründə sədaqətlə xidmət etdiyi romantizmin məzmun və mahiyyətini belə 
müəyyənləşdirirdi: «Romantizm incəsənətdə liberalizmidir. İncəsənətin azadlığı, cəmiyyətin azadlığı – 
ardıcıl, məntiqli düşünən ağılların yekdilliklə can atmalı olduqları ikiqat məqsəd məhz budur» [2, s. 11, 151].
Məhz bu səbəbdən, klassik elmə sadiq şair kimi, Viktor Hüqo öz yaradıcılığında fəal surətdə romantik 
poetikanın imkanlarını sınaqdan keçirməyə başlayır. Yazıçının patetik odaları, tədricən, klassisizmin ən 
yekrəng stilistik ştamplarından təmizlənir. Məsələn, odalara üzvi şəkildə balladalar əlavə olunur. Çox vaxt 
Viktor Hüqo onları Orta əsrlər mövzularına, qədim əfsanə və xalq inanclarından götürdüyü fantastik 
motivlərə həsr edirdi. Bununla bağlı romantizm üçün doğma olan iddia – dünyəvi, adi həyatda fantaziyaya 
yer olmaması ilə bağlı fikir də möhkəmlənir. 
Qeyd edək ki, «realizmlə romantizm bir-birindən fərqləndiyi kimi, aralarında müştərək cəhətlər də yox 
deyil. Təsadüfi deyil ki, dünya ədəbiyyatı klassiklərindən bir çoxunun yaradıcılığında romantizm və realizm 
keyfiyyətləri üzvi surətdə birləşir. Bəzən eyni bir yazıçı həm realizm, həm də romantizm metodu əsasında 
qüvvətli əsərlər yazır; yaradıcılığının bir dövründə romantik, o biri dövründə realist olan sənətkarlar da var» 
[4, s.185].
Romantik əsərlər daim çox müxtəlif tərzdə qavranılan azadlıq ruhu ilə əhatə olunur. Romantik 
ədəbiyyatın pafosu yenə də fərqli şəkildə başa düşülən digər dünyanın proobrazının yaradılmasına 
canatmadır. İnkişaf yollarının aydın olmaması bu dumanlı başqa dünyaya intuitiv şəkildə daxil olmaq 
cəhdlərini yalnız gücləndirir. Klassisizm praktik olaraq həmişə vacib, rasional anlaşılan və yaradılanı təsdiq 
edirsə, realizm inkişafın hazırki anında mövcud olanı və gələcəkdə formalaşmanı dərk etməyə can atır. 
Romantizm isə Fransada ədəbi cərəyan və fəlsəfi fikrin istiqaməti kimi arzu olunana diqqət kəsilir, potensial 
mümkün olana, bədii ustalıq təcrübəsində hələ reallaşdırılmayana yönəlir. Məhz buna görə istənilən 
incəsənət əsərinə xas olan etik ideal romantik ədəbiyyatda xüsusilə kəskin ifadə olunmuşdur.
Lakin etik idealın xarakteri qeyri-mücərrəd kateqoriya deyildir. O həmişə yazıçının ictimai mövqeyi ilə 
müəyyənləşir. Fransada fəal romantizmin nümayəndələri və Viktor Hüqo, ilk növbədə, şəxsi ideallarını, 
mümkün olana diqqəti ifadə etməyə can atırdılar. Buradan da onun həyatı intuitiv dərketməsi qaynaqlanır,
bu da romantizm üçün çox səciyyəvi olan və Şərq həyat tərzini başa düşməyin vacib şərti sayılan emosional 
hərarəti şərtləndirir. Digər ideal, empirik reallığa münasibətdə müstəqil dünyanın konsepsiyası əhəmiyyətli 
dərəcədə sənətkarın öz ruhunun ifadəsinə çevrilir.
“Tarix Şərqdən başlandığı kimi, mədəniyyət faktı da Şərqdən başlanırdı. Qərbin Şərq mədəniyyətinə 
belə ehtiraslı münasibəti təsadüfi deyildi, artıq Qərb ədalət axtarıcılığının əzablı yolundaydı və romantik 
ədəbiyyat həmin ədalət axtarıcılığı üçün ən münasib və potensial mənbəni Şərqdə, xüsusən islam 
mədəniyyətində görürdü. İslam xalqlarının mədəniyyəti, ədəbiyyatı, dini-mifoloji təsəvvürləri, incəsənət 
əsərləri orientalist düşüncəyə təkan verirdi” [1, s. 213]. Fikrimizcə, Qərbi Avropa romantiklərinin ekzotik, 
patriarxal Şərq təsvirləri belə «ideal» dünyanın bariz nümunəsi ola bilər. Burada həm də Hüqo və digər 
Qərbi Avropa romantiklərinin Şərqə münasibətlərindəki prinsipial fərq nəzərə çarpır. Viktor Hüqo heç 
zaman Şərqi idealizə etmir və ümumiyyətlə, onu romantik qəhrəman üçün ideal, yeganə sığınacaq saymırdı. 
Hüqonun qəhrəmanları cəmiyyət üzərində sadəcə yüksəlmirdilər – onlar həmişə real hadisələrin ən gur 
yerində olurdular. 
«Romantiklər bəzən öz sələflərinin ən yaxşı ənənələrini davam etdirməyə üstünlük verir, bəzən isə 
onlardan fərqli olaraq, bir çox xalqların, o cümlədən Şərq xalqlarının həyatını, məişətini, psixologiyasını, 
fəlsəfə və ədəbiyyatını dərindən öyrənmək məqsədi izləyirdilər» [1, s. 17]. 1920-ci illərdə Viktor Hüqonun 
yolu dünyanın, tarixin və insanın həqiqətən köklü ziddiyyətlərlə dolu olduğunu dərk etmək yolu olmuşdur.
Tarix yalnız «poetik» deyil, o həm də faciəvi mahiyyət kəsb etməkdədir. Monraxiyaya və onun dünya 
qaydalarına bəslənən ümidlər eynilə klassik harmoniya və romantik incəsənətlə bağlı gözləntilər kimi keçici 
oldu. Məhz buna görə Viktor Hüqonun Şərq mövzusuna müraciət etməsi o dövrün avropalısı üçün, 
əhəmiyyətli dərəcədə olmasa da, müasir səsləndi.
Bununla yanaşı, qayda-qanun və harmoniya ideyasının özü Viktor Hüqo üçün çox dəyərli idi və onun 
şairin dəyişdirici missiyasına olan inamı həm romantik, həm də mütəfəkkirlik dünyagörüşündən qidalanırdı. 


M.P.Vaqif və müasirlik 
89
Məhz buna görə Viktor Hüqo romantik vasitələrlə incəsənətdə və bütün dünyada harmoniya yaratmağa cəhd 
göstərdi. Onun erkən dövr bədii axtarışlarında, əsasən, poetik yaradıcılığındakı Avropa və Şərq təzadlarının 
ifrat mübaliğəli, ekssentrik xarakteri də buradan qaynaqlanırdı. Bəşəri sosial və mənəvi şər Viktor Hüqonun 
əsərlərində müstəsna, ekzotik hadisə kimi verilərək coğrafi və tarixi baxımdan çox uzaq sahələrə köçürülür. 
Belə ki, önəmli insan iztirabları problemini yazıçı qeyri-insani ehtiraslar, yaxud qrotesk təzad poetikasına 
həvalə edir, o isə daim bədbəxt təsadüf və ya faciəvi anlaşılmazlıq kimi süjet priyomu ilə şiddətləndirilir.
Bütün bunlar həm də tədqiq olunan dövrdə Viktor Hüqonun ictimai-siyasi baxışlarının kökündən 
dəyişilməsi ilə bağlıdır. Bu paraqrafın əvvəlində bəhs etdiyimiz 1830-cu ilin iyul inqilabı, irinli yara kimi, 
bərpaçı sosial-siyasi sistemin bütün anaxronizmini faş etdi. 
Ədəbiyyat
1.
Бернштейн И.А., Короглы Х.Г. Творчество Виктора Гюго после 1848 года. В кн.: История 
Всемирной литературы в 9-ти томах. Т. 7. М.: Наука 1991, 830 с. 
2.
Гюго Виктор. Восточные мотивы (перевод Е. Полонского, Э. Линецкой, И. Тхоржевского). М.: 
Художественная литература, 1987, 373 с. 
3.
Реизов Б.Г. Французский роман XIX века. М.: Высшая школа, 1969, 310 с.
4.
Обломиевский О.Д. Французский символизм. М.: Наука, 1973, 209 с. 
5.
Моруа Андре. Олимпио, или жизнь Виктора Гюго. М.: Радуга, 1983, 220 с. 
6.
Евнина Е.М. Виктор Гюго в современной Франции. – Известия АН СССР. Отделение литературы и 
языка, 1952, Т. XI, вып. 2, с. 113-120. 
ABDULLAYEVA ŞƏLALƏ
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
XALQINA, VƏTƏNİNƏ BAĞLI, VƏTƏNPƏRVƏRLİK ETALONU OLAN BÖYÜK YAZIÇI 
Açar sözlər:
İctimai xadim, yazıçı, mübarizə, dərslik, əsər, ədəbiyyat, həkim
The great writer having a patriotic standard connected to his people and motherland
In the article, Nariman Narimanov is illuminated more as the publical man than the simple writer. He 
is especially implied as a patriotic statesman and his merits for the Azerbaijan people are shown in the 
article. Nariman Narimanov is presented as a benevolent doctor, long-sighted politician, patriotic man, 
beautiful person, irreplaceable writer and as a lovely husband with his individual features. His struggle for 
the indivisibility of the state and establishing always brotherly relations with Turkey are turned toreadors 
attention. In contemporary age the suspicious and unfair thoughts connected with his personality and activity 
are considered entirely unfair. 
Keywords:
Social worker, writer, struggle, school-book, production, literature, doctor 
Hilal artıq öldü deyə, 
Sevinmişdi düşmən yenə 
Hilal birdən iki oldu, 
Salam bizdən ikinciyə, 
Azərbaycan, Azərbaycan, 
Alqışlarıq səni candan. 
Atanız bir, babanız bir, 
Azərbaycan öz qardaşdır. 
Zatən biriz, fəqət yarın, 
Bütün, bütün birləşəriz 
Azərbaycan, Azərbaycan 
Bildin, xəyal deyil Turan! 
N.Nərimanov 
İstər yazıçı, istər siyasi xadim, istər həkim kimi hərtərəfli bir ömür sürən Nəriman Nərimanov, hər 
zaman tədqiqat obyektinə çevrilməyə layiq bir şəxsiyyətdir. Zamanın tələbi ilə onun əsərlərinin bütövlükdə 
inqilabi mübarizə, insanları cəhalət yuxusundan oyatmaq, fəal, mübariz həyata dəvət notları ilə köklənmiş 
tərəfləri tədqiq və təhlil edilmişdir. Lakin onun bir siyasi xadim kimi doğma vətəninə göstərdiyi xidmətlərin 


M.P.Vaqif və müasirlik 
90
üstünə kölgə salınmışdır. Son dövrlərdə fikir ayrılığına gətirib çıxaran, qaragüruhçuların ağına-bozuna 
baxmadan tənqid obyektinə çevirdikləri böyük şəxsiyyət Nəriman Nərimanov haqqında bilmədiyimiz hələ 
çox şey vardır. Təkcə yuxarıdakı şeiri təhlil etmək kifayətdir ki, bu sənətkarın və xadimin mənəvi dünyasını, 
düşüncə və fikirlərinin istiqamət obyektini anlamaq mümkün olsun. «Hilal birdən iki oldu» deyərkən o, ikiyə 
bölünmüş Azərbaycan xalqını və ya «bir millət, iki dövlət» (H.Əliyev) olan Azərbaycan və Türkiyəni 
nəzərdə tutmuşdur. Tarixi sənədlərə əsaslansaq, faktlarla göstərə bilərik ki, onun Türkiyə ilə qardaşlıq 
münasibətləri hər zaman olmuşdur. O dövrdə Azərbaycan və Rusiyada məsul vəzifələrdə işləyən 
N.Nərimanov saysız-hesabsız siyasi haqsızlıqların şahidi olmuş, bacardığı qədər bu ədalətsizliyə qarşı 
mübarizə aparmışdır. Daşnak partiyasının yuxarılara qədər gedib çatan yırtıcı caynaqlarının Azərbaycanı və 
onun dilini tamamilə məhv etmək istəyini ürəklərində qoyan bu dahi şəxsiyyətin ölümü də çox sirli və 
şübhəlidir. O quruluşun tamamilə başqa məqsədlərlə yarandığını başa düşəndə zamanında uzaq- görən, hər 
zaman «düzü düz, əyrini əyri» qələmə alan, dünya çapında nəşr edilməyə layiq, böyük yazıçımız İsa 
Muğanna onu öz əsərinin qəhrəmanına çevirmiş, hətta «Ulduzlar sönmur» adlı kinossenarisi ilə də bu 
şəxsiyyəti layiq olduğu şəkildə təqdim etməyə müvəffəq olmuşdur.Fikrimizi Heydər Əliyevin çıxışlarının 
birindən gətirdiyimiz materialla təsbit edirik: «Mənim xatirimdədir, 1970-ci ildə Leninin 100 illiyi qeyd 
olunurdu. Azərbaycanda da biz Nəriman Nərimanovun 100 illiyini hazırlayırdıq. Çünki onlar eyni ildə – 
Lenin də, Nərimanov da 1870-ci ildə anadan olublar. O vaxt Moskvadan gəlirdilər və mənə deyirdilər ki, bəs 
burada millətçilik var, burada antisovet var, burada filan var. Hər dəfə baxırdım və onlara izah edirdim. Bir 
dəfə Moskvadan nümayəndə gəldi ki, belə şey olarmı, «Qobustan» jurnalında yazılıbdır ki, Nərimanov 
Lenindən də böyük adamdır. Dedim, a kişi, belə şey olmaz, yəqin sizə səhv deyiblər. Gətirin baxım. 
Gətirdilər, baxdım. «Qobustan» jurnalında yazıçı İsa Hüseynovun Nəriman Nərimanov haqqında bir yazısı 
getmişdi. Orada yazmışdı ki, bəli, Nəriman Nərimanov Lenin deyil, Lenindən də üstün bir adamdır. Mən 
dedim, bilirsiniz nə var, indi bu yazıçıdır, yazıbdır, sərbəst adamdır. Bu o demək deyil ki, bizim də fikrimiz 
belədir. Bizim fikrimiz belə deyil. Mən birtəhər bu məsələni sovuşdurdum. Amma sonra bunlara dedim ki, 
yaxşı, daha ağını çıxarmayın» (Mənbə - Vikipediya). 
Qori müəllimlər seminariyasında oxuyarkən yazmağa başladığı «Nadanlıq» komediyası ilə yazıçı 
yaradıcılığına start vermişdir. Maarifçilik və təhsil ideyaları ilə hər zaman gündəmdə olan N.Nərimanov 
qorxulu düşmən – nadanlığın hər yerdə onu qarabaqara izləməsinə təhəmmül belə etmir. Bunu yazıçı 
dövrünün faciəsi kimi qiymətləndirir. 
N.Nərimanov əsərlərinin mövzusunu həyatdan alırdı. Onu əhatə edən mühitin cahilliyi, avamlığı 
yazıçını «Nadanlıq» əsərini yazmağa vadar etdi. O, bu cəhaləti işlədiyi Qızılhacılı kəndində görmüşdü. 
Mədəni geriliyin və savadsızlığın xalqın tərəqqisinə vurduğu zərbə yazıçını göynədirdi, müəllimliyə 
başladığı ilk dövrdən bu komediyanı yazmağa özündə bir ehtiyac və borc duymuşdu. «Hər millətin qabağa 
getməyinə səbəb mədəniyyətdir. Və məlumdur ki, bizim müsəlman millətinin arasında mədəniyyət və 
mərifət nəhayətdə az yayılıbdır...Bu səbəbdən biz müsəlman qardaşlara lazım gəlir ki, bizdən artıq mərifətli 
olan qonşulara və millətlərə baxıb mərifət cəhətincə onların yolu ilə gedək, xüsusilə bizim Qafqaz əhli ki, 
illərlə günlərini quldurluqda, adam öldürməkdə keçirirlər... hansı millət ki, elm və mərifət dalınca düşüb, indi 
bu zəmanədə xoşbəxtlik ilə gün keçirir, əmma millət ki, elmdən və mərifətdən qaçaq düşüb, bu zəmanədə 
zəlil olubdur», - deyən yazıçının bu fikirləri bugünkü günümüzlə də səsləşir. Son dərəcə texniki tərəqqilərə 
imza atan dövlətlərin ziyalı vətəndaşları, etdikləri ixtiralar ilə vətənini, millətini dünya miqyasında tanıdırlar. 
Yazıçının məqsədi o dövrdə nadanlıq altında basılan tipləri ictimaiyyətə çatdırmaq, bu vərdişlərdən 
uzaqlaşmağı təlqin etmək üçün, onların həyatını səhnəyə gətirirdi. Əsərdə Ömər və Məhəmmədağa bu 
qaranlıq və onun sakinlərinə qarşı qoyulmuş yenilikçi, tərəqqipərvər ziyalılardır. N.Nərimanov hələ XX əsrin 
əvvəllərində nadanlığa qarşı mübarizə aparırdısa, belə əsərlər indiki müasir dövrümüz üçün də aktual olardı. 
Məsələ ondadır ki, XXI əsrdə yaşadığımıza baxmayaraq, hələ də müasir insanlar qara qüvvələrə, dua və 
cadulara inanırlar. İş orasındadır ki, bunlar oxumuş, ali təhsilli adamlardır. 
Əsərdə Məhəmmədağa məktəbə uşaq yığmaq istəsə də, onlar valideynlərinin çöl işlərində kömək 
etməyə yollanıblar, təhsil, elm, savad bu ailələr üçün arxa plandadır. Məhəmmədağa gənc müəllimdir və 
onun arzusu millətinin övladlarını savadlı, oxumuş görməkdir, Ömər də həmçinin. Bu obrazlar yazıçının öz 
prototipidir desək, yanılmarıq. Əsərdə Yetər obrazı mollanın çörək ağacıdır. O, mollaya nə qədər pul verir ki, 
istəklərini həyata keçirsin. Molla onu yaxşıca soyur, xeyli pulunu, qızıl-gümüşünü əlindən alır. Mollanın 
Yetərə söylədiyi sözlər bu gün müasir ekstrasenslərimizin, fala baxanlarımızın, qara magiya ilə məşğul 
olanların fikirləri ilə necə də oxşardır: «hərgah istəyirsiniz ki, iş tez olsun, lazımdır ki, sabah bir qoyun 
kəsərsiniz ki, qanından dua yazacağam və gərəkdir ətində olan bir neçə damarları kəsib götürəm, sonra o 
damarları qız evinin qapısında basdırmaq lazım gələcəkdir». Bu Yetərin oğlu Öməri evləndirmək üçün 
mollaya üz tutması an eşitdiyi sözlərdir. 


M.P.Vaqif və müasirlik 
91
Və yaxud əsərin başqa bir yerində Gülpəri itmiş əşyasının yerini tapmaq üçün mollanın hüzuruna gəlir. 
Molla əvvəldən pulunu istəyir, «verməsən, heç nə görünməz»,- deyir. Gülpəri pul versə də, bu, mollanı razı 
salmır. O, kitabı açıb «Kitaba görə bu gün dırnağa baxmaq olmaz. Allah qoysa, sabah gələrsən baxaram», - 
deyir. Gülpəri mollanın hiyləsini başa düşür. Bu fakt da, itmiş əşyaların tapılması üçün falçı yanına getmək 
kimi vərdişlər də müasir dövrümüzün fərdlərinə məxsus keyfiyyətlərdir. Bu baxımdan əsr, illər keçdiyinə 
baxmayaraq «Nadanlıq» komediyası hələ də öz aktuallığını itirməmişdir. 
Bundan bir-birinin ardınca qələmə aldığı «Şamdan bəy», «Nadir şah», «Bahadır və Sona» kimi əsərləri 
ilə Azərbaycan ədəbiyyatında öz sözünü deməyi bacaran bir ədib damğası vurmuş oldu. Onun dərslikləri də 
vardır. Azərbaycan və rus dillərinin qrammatikalarını oxucularına təqdim etmişdir. 
Bugünkü gündə görkəmli yazıçımız Çingiz Abdullayevin ürək ağrısı ilə vurğuladığı bir nüans – 
kitabxanaların bağlanıb mağazalarla (geyim mağazaları) əvəz edilməsi, doğrudan da, gələcək nəsil üçün 
ürəkaçan bir fakt deyil. Ancaq vaxt var idi ki, N.Nərimanovun təşəbbüsü ilə Bakıda ilk dəfə müsəlmanlar 
üçün rus və Azərbaycan dillərində kitablardan ibarət ictimai kitabxananın əsası qoyulmuşdu. 
Odessada Tibb Universitetini bitirən N.Nərimanov özünü xalqına bir həkim kimi də həsr etmişdir.
Kəndlərdə həkimlərə ehtiyac olduğunu bilən vətənpərvər insan nəinki oranı seçmişdi, hətta kasıbları pulsuz 
müalicə edir, cibindən dərman almaq üçün onlara pul verirdi. 
Əsrin əvvəllərində Azərbaycanın hər yerində qətliam törədən ermənilərin bədniyyət və hərəkətləri 
Nərimanın da ailəsindən yan keçmədi. Onun qardaşı ermənilər tərəfindən xəncərlə öldürüldü, anası Həlimə 
xanım isə aldığı yaradan vəfat etdi. 
Ömrünü böyük ailəsinin dolanışığına həsr edən Nərimanov ailə həyatını da gec qurmuşdu. Çox 
nəcabətli və zəngin ailənin gənc qızı ilə evlənən Nəriman bacılarını və onun uşaqlarını da saxlayır, eyni 
mənzili onlarla bölüşürdü. 
Haqsız yerə «xalq düşməni» adı almış N.Nərimanov H.Əliyevin əmri ilə bəraət qazanmışdır. 
N.Nərimanovun siyasi xadim və yazıçı kimi müsəlman şərqində ilk gördüyü işlər Azərbaycan tarixində 
bir çox «ilk»in imzasını atmışdır: ilk konstitusiya, ilk qiraətxana, ilk milli roman, ilk tarixi faciə, dini və 
ənənəvi bayram günlərinin qeyri-iş günü hesab olunması və s. onun qabaqcıl və novator olmasının rəmzidir. 
O, qonşu Türkiyəyə hər zaman siyasi və mənəvi dəstək vermiş ilk ictimai xadimdir. 
Hər zaman öz sözünü deməyi bacaran N.Nərimanov nəinki Azərbaycan və Rusiya, hətta dünya 
miqyasına çıxa biləcək bir dövlət xadimi olmuşdur. 
АХМЕДОВА НИГЯР 
Бакинский государственный университет 
ПЕРЕВОДЧЕСКАЯ ДЕЯТЕЛЬНОСТЬ АЗЕРБАЙДЖАНСКИХ ПИСАТЕЛЕЙ И ПОЭТОВ 
Ключевые слова

перевод, языковые и культурные барьеры, русская 
литература, 
азербайджанская литература, переводческая деятельност. 
With the translation of the works of famous Russian writers and poets 
This article deals with the translation of the works of famous Russian writers and poets into the 
Azerbaijani language, an attempt is made to show the beneficial effect of the translation of famous works of 
Russian writers and poets on the further development and enrichment of Azerbaijani literature and culture. 
Keywords
:
translation, language and cultural barriers, Russian literature, Azerbaijani literature, 
translation activities 
В межлитературном процессе, в развитии культуры народов огромную роль играют 
художественные переводы, которые можно рассматривать как формы взаимообогащения двух 
культур. 
Перевод как самостоятельно развивающаяся область современного языкознания по-разному 
определяется авторами, разрабатывающими его теорию. Так, согласно Л. С. Бархударову, перевод - 
это «трансформация текста на одном языке в текст на другом языке». Якобсон рассматривает перевод 
как «интерпретацию вербальных знаков и сообщений». 
Перевод текста также можно определить как создание на основе оригинального текста на
одном эквивалентного ему текста на другом языке, равноценного оригиналу. 


M.P.Vaqif və müasirlik 
92
Несмотря на разницу формулировок, эти и многие другие ученые определяют перевод как 
процесс преобразования речевого произведения на одном языке в речевое произведение на другом 
языке при сохранении неизменного плана содержания. 
А.Смирнов, в свою очередь считает, что главная цель художественного эквивалентного
перевода заключается в передаче смысла содержания, эмоциональной выразительности и словесно-
структурного оформления текста оригинала. По мнению А.А.Смирнова, эквивалентным является 
перевод, в котором максимально переданы намерения и идея автора, т.е. идейно- эмоциональное 
воздействия на читателя, соблюдены все применяемые автором средств образности, колорита и
ритма, однако это должно рассматриваться как средство достижения общего художественного 
эффекта. По мнению многих исследователей, наиболее адекватные переводы могут содержать лишь 
условные изменения по сравнению с оригиналом. Изменения такого рода необходимы в том случае, 
если главная цель перевода – создание аналогичного оригиналу единства формы и содержания 
средствами другого языка, однако не следует забывать, что от объёма таких изменений зависит
точность перевода, и эквивалентный перевод предполагает минимум таких изменений. 
Помимо максимально точного определения идейно – тематической направленности
оригинала, автор перевода должен подобрать подходящие средства для передачи образов,
переданных в оригинале произведения и передать специфические особенности языка автора. 
Кроме того, при переводе стихотворений очень важно сохранить ритмическую организацию и
систему рифм, что на практике не всегда оказывается возможным. 
Художественный эквивалентный перевод должен быть литературным. Как уже было сказано, 
т.е. полностью удовлетворять общепринятым нормам русского литературного языка. Ввиду 
существенных различий синтаксической структуры азербайджанского и русского языков, при 
переводе очень сложно сохранить форму выражения подлинника. Более того, для максимальной 
точности передачи смысла текста оригинала порою необходимо при переводе изменить структуру 
переводимого предложения в соответствии с общепринятыми нормами азербайджанского 
литературного языка, т. е. переставить или произвести полную замену отдельных слов и выражений. 
Это связано с различиями систем двух языков, который отличаются особой структурой речи – 
порядком слов в предложении, лексическим составом языков. 
Таким образом, можно сделать вывод, что перевод художественного текста обуславливает 
необходимость для переводчика учитывать все характерные особенности текста художественного 
произведения, не ограничиваясь лишь какой-либо одной задачей, а использовать в совокупности все 
доступные приемы для достижения наиболее качественного перевода. 
Переводя художественный текст с иностранного язык на азербайджанский, наши 
переводчики, как правило, сталкивается с целым рядом трудностей. В теории перевода 
художественных текстов бытует следующее мнение: оригинал художественного текста,
изначально написанный для читателей своего языка, обладает своими национальными
особенностями и характеристиками, которые характерны только для данного народа, практически 
не может быть в абсолютной точности воссоздан на языке другого народа. И с этим нельзя не
согласиться. 
В отличие от переводов, к примеру, научных текстов, перевод художественных произведе-
ний можно в полной мере сравнить с искусством, чьей задачей является не буквальная передача 
текста, а нечто большее. Сложность перевода художественных текстов можно объяснить 
специфическими способами отражения мира в разных языках и различием культур, к которым 
принадлежат языки перевода и оригинала, из-за чего дословный перевод зачастую просто не в
состоянии передать всю глубину художественного произведения. 
Далеко не каждый, даже практикующий, переводчик в состоянии качественно перевести 
художественные произведения, так как зачастую переводчику приходится не столько
репродуцировать текст на иностранном языке, сколько создавать его заново, предварительно 
всесторонне осмыслить оригинал. Для создания грамотного литературного перевода переводчик
должен обладать умением интерпретации игр слов, способностью передачи художественных 
образов. «У каждой эпохи, - писал Чуковский, - есть свой стиль, и недопустимо, чтобы в повести, 
относящейся к тридцатым годам прошлого века, встречались типичные слова декадентских 
девяностых годов». Основной проблемой, с которой сталкивается переводчик ,– это не совпадение 
круга значений, свойственных единицам исходного языка и переводимого языка. Не существует двух 
различных языков, у которых смысловые единицы - морфемы, слова, устойчивые словосочетания 
совпадали бы полностью. Не менее сложной задачей при переводе является передача
юмористической окраски произведения. Очень многие шутки на иностранном языке не переводятся 
дословно. Часто встречаются игра слов и много других приемов, которые тоже трудно перевести
на другой язык. Поэтому здесь большую роль играет словарный запас переводчика, его опыт, 
творческий подход и, несомненно, талант. Переводчика по праву можно сравнить с самим 


M.P.Vaqif və müasirlik 
93
писателем, потому что он как бы заново переписывает всё произведение и именно от него, от
переводчика зависит наше восприятие произведения. 
Переводчик должен стремиться более точно передать атмосферу произведения, сделать 
произведение интересным для читателя, а также не допустить ошибок в географических
названиях, исторических событиях. 
Перевод является не только средством взаимосвязи литератур, а становится фактором
взаимовлияния и взаимообогащения народов, средством культурного общения, обмена
литературными ценностями. 
При выполнении перевода художественного текста на переводчика ложится большая 
ответственность, так как он должен не только перевести текст, а передать содержание
произведения как можно ближе к манере написания произведения автором. 
Произведения лучших поэтов и писателей переводились на азербайджанский язык, лучшими 
переводчиками, печатались и издавались. 
Интерес к России, к её литературе и видным русским писателям и поэтам всегда имел
место среди видных представителей, просветителей, учёных, литературоведов Азербайджана. 
Художественный перевод зарождается тогда, когда для этого складываются благоприятные 
исторические условия. В 30-е годы ХIX века начали складываться такие условия. Именно в эти 
годы появились первые художественные переводы с русского на азербайджанский язык. 
Азербайджанские писатели, поэты, учёные, постигшие уровень и значимость русской 
литературы, путём переводов известных произведений русских классиков стремились открыть
своему народу мастеров русской литературы. 
Произведения русских известных писателей и поэтов – А.С.Пушкина, М.Ю.Лермонтова,
Л.Н.Толстого, И.С.Тургенева, Н.В.Гоголя были переведены на азербайджанский язык в первой 
половине ХХ века. 
В переводе произведений этих писателей принимали участие Дж. Джабарлы, Т.Мохаммедов,
Ю.В. Чеменземинли, С.Меликов, Б.АТалыблы, Ф.Ахвердиев, А.Шариф, М.Рафили, И.Нефеси, 
М.Саттароглу и др. 
Произведения выдающегося русского писателя философа и мыслителя графа Л.Н.Толстого
вызывали большой интерес азербайджанских поэтов, писателей, учёных. Л.Н.Толстой известен не
только в России, но и во всём мире. Творческое наследие Л.Н.Толстого составляет 165 тысяч 
листов рукописей и 10 тысяч писем. Полное собрание сочинений издано в 90 томах. 
Азербайджанский литературовед А.Багиров утверждает, что первые переводы на
азербайджанском языке Л.Н.Толстого увидели свет в 1882 году и автором их является выдающийся
деятель национального просвещения А.О.Чернявский («Осёл в львиной шкуре», «Два товарища», 
«Садовник и сыновья», «Лев и мышь»). Вслед за А.О.Чернявским к рассказам из «Новой Азбуки» 
Л.Н.Толстого обращается замечательный азербайджанский писатель, педагог А.Чеиг, И. Мустафаев, 
Н. Нариманов, А.Аллахвердиев, Н.Везиров, Ф.Сиххат , Дж. Мамедкулузаде и др. 
В конце ХIХ и в начале ХХ веков в Азербайджане в газетах «Каспий», «Седа» и др. широко
публиковались произведения Л.Н.Толстого ( «Казаки», «Случай на охоте», роман «Воскресение», 
«Юность», «Отрочество» и др.) 
Во второй половине ХХ века появляются печатные органы на русском и азербайджанском
языках, что и вызвало потребность перевода с русского на азербайджанский язык. Появляются
переводы классиков русской литературы Н.В. Гоголя, Ф.М.Достоевского, А.С.Пушкина, 
М.Ю.Лермонтова, А.П.Чехова и современных русских писателей В.В.Маяковскова, М.А.Шолохова, 
А.А.Фадеева и др. 
Произведения одного из величайших мастеров прозы и драматургии русской литературы 
Н.Гоголя всегда вызывал интерес азербайджанских переводчиков. 
История азербайджанского театра ведётся с 1872 года, когда Гасанбеком Зардаби была
поставлена комедия « Везир Ленкоранского ханства». В 1897 году в Баку был создан первый
«Союз артистов» и репертуар дореволюционного Азербайджанского театра пополняется 
произведениями русских классиков – Н.Гоголя, И.Тургенева, Л.Толстого. Известный 
азербайджанский публицист и педагог У.Гаджибеков в 1907 году с большим мастерством
переводит «Шинель» Гоголя на родной язык. Видный драматург, прозаик, государственный
деятель Н.Нариманов переводит комедию «Ревизор». Также в разное время были переведены
произведения Н.В.Гоголя «Старосветские помещики» ( Ю.В. Чеменземенли, М.Ариф), »Повести»
(Нефеси). 
Дружба некоторых писателей Азербайджана с русской творческой интеллигенцией – 
Ф.С.Пушкиным, А.Лермонтовым, И.А.Крыловым, Л.Н.Толстым, А.С Грибоедовым и др. ещё в
большей степени способствовала появлению новых художественных переводов известных
русских писателей и поэтов. Примером является интерес к творчеству Лермонтова, который,


M.P.Vaqif və müasirlik 
94
прожив всего 26 лет, успел написать много замечательных произведений. Знаменитый русский
поэт М.Ю.Лермонтов имел личное знакомство с азербайджанским учёным- просветителем 
А.Бакихановым. История перевода произведений М.Ю.Лермонтова начинается с 80 годов. Первым
переводчиком М.Ю.Лермонтова считается А.Адигёзалов («Воздушный корабль»). А.Джаваншир
перевёл такие произведения М.Ю. Лермонтова, как «Мцыри», «Хаджиабрек», «Дары Терека», 
«Спор», «Три пальмы». Об этом писал литературовед Ф.Кочарли в книге «Литература
азербайджанских татар» (1903). Но эти переводы до сих пор не обнаружены. 
Новый этап в освоении творчества М.Ю.Лермонтова открыл поэт - романтик А.Сиххат,
внёсший значительный вклад в популяризацию русских поэтов, причём М.Ю.Лермонтов занимает
среди них особое место. В сборнике своих переводов «Западное светило» (1912) он включил
«Пророка», «Дары Терека», «Три пальмы», «Родину», «Спор», «Мцыри», «Хаджиабрека». Позже в
переводе Ф.Эфендиева выходит поэма «Беглец». Широкое знакомство с творчеством М.Ю.Лер-
монтовым началось в советское время . В 1928 году появились «Кавказ» в переводе М.Рафили и 
М.Мушвика, «Смерть поэта» в переводе М.Мушвика, а в 1929 году- «Герой нашего времени» в
переводе А.Гариба. В конце 20-х годов также появляются и переводы М.Рагима («Осень, 
«Кавказ», « Звезда»). Р.Рза перевел 9 стихов и две поэмы («Беглец», «Кавказкий пленик»). А в 
1938 году издаётся «Ашик – Кериб» в переводе М.Нефеси. 
В ряду замечательных русских поэтов – переводчиков особое место занимает К.Симонов. 
Писатель, поэт, переводчик, многие стороны жизни и творчества которого были тесно связаны с 
Азербайджаном, с нашей национальной культурой. Он был прекрасным другом, переводчиком,
пропагандистом азербайджанской поэзии. «В наших связах с русской литературой, на мой взгляд, 
К.Симонов занимает одно из важных мест»,- писал народный писатель Азербайджана С.Рагимов. 
Дружба К.Симонова и выдающегося азербайджанского поэта С.Вургуна, ставшая теперь 
историей, олицетворяла дружбу русской и азербайджанской литератур. «Я люблю в поэзии му-
жество, и это мужество я нашёл в поэзии Видади и в поэзии Вагифа и в некоторых, особенно
полюбившихся мне стихах С.Вургуна», - писал К.Симонов. Лучшие произведения К.Симонова 
систематически переводились на азербайджанский язык и становились достоянием широкого
круга азербайджанских писателей. До конца своих дней К.Симонов поддерживал дружеские свя-
зи с писателями Азербайджана, интересовался их творчеством, оказывал им помощь словом и
делом. 
Умело переведённое произведение становится достоянием родной литературы. С этой точки
зрения характерен, например, перевод «Евгения Онегина» (1936) С.Вургуном. «Евгений Онегин»- 
не просто перевод на азербайджанский язык, а также явление для азербайджанской
литературы, как «Евгений Онегин» для русской. Перевод уникального романа в стихах
С.Вургуном приобрёл необычайную популярность среди азербайджанских читателей. Роман 
А.С.Пушкина «Евгений Онегин» повлиял на развитие национальной поэзии, сыграл большую
роль в создании сюжетной поэмы «Айгюн» С.Вургуна. С.Вургун писал о своём переводе
«Евгения Онегина»: «Когда я переводил это произведение, то особое внимание уделял тому, чтобы 
сохранить простоту языка, глубину мыслей. Я всегда задавал себе вопрос: если бы Пушкин писал на 
азербайджанском языке, как он выразил бы свои мысли вот здесь, вот в этом месте. Этот вопрос 
заставлял меня глубоко и всесторонне изучить произведение Пушкина, проникнуть пушкинские 
образы и по возможности, перевести их как можно точнее, адекватнее и выразительнее. Чтобы 
достигнуть этого, я всегда старался быть верным красоте, эмоциональности азербайджанского 
языка…» За перевод романа в стихах «Евгений Онегин» С.Вургун получил медаль от Пушк-
инского комитета. С.Вургун также перевел и адаптировал некоторые произведения М.Горького. 
Большой вклад в работу по переводу художественных произведений известных поэтов и
писателей русской литературы на азербайджанский язык внесли такие замечательные учёные
литературоведы и писатели как М.Ариф, А.Шариф, М.Рафили, Дж.Хандан, М.Джаббар, 
Н.Наджаров, А.Шаиг , Н.Нафеси и др. Многие из них обращались к творчеству А.П.Чехова,
одного из самых выдающихся писателей ХIX века. Удивительная красота чеховского языка,
простота, краткость, юмор, ирония, глубина суждения – всё это делает его рассказы
уникальными. Л.Н.Толстой писал;«А.П.Чехов создал новые, совершенно новые, по- моему, для
всего мира формы письма подобно которым я не встречал нигде..».Б.Шоу писал: «В плеяде
европейских драматургов имя Чехова сияет как звезда первой величины». Начиная с середины
30-х годов лучшме произведения русских писателей отбираются по жанрам и издаются как
полное собрание сочинений. Так, «Избранные рассказы» А.П.чехова были изданы в двух томах. 
В первый том вошли : «Палата №6», «Человек в футляре», «Дом с мезонином», «Мужики», «В 
овраге», «Идиллия», «Попрыгунья», «Крыжовник», «Спать хочется», «Хамелион» (И.Нафеси). Во
второй том произведений А.П.Чехова вошли; «Степь», «Ионыч», «Дама с собачкой», «Огни» 
(М.Джаббар). Позже был издан сборник А.П.Чехова «Женщина и другие рассказы» («Ванька» ,


M.P.Vaqif və müasirlik 
95
«Выигрышный билет», «Спать хочется», «Человек в футляре»). Также была издана комедия в 4- х 
действиях «Вишнёвый сад» (Н.Наджаров), рассказы «В овраге», «Мальчики» и др. 
Перевод художественной литературы известных русских писателей и поэтов оказали
благотворное влияние на дальнейшее развитие и обогащение азербайджанской литературы и
культуры. Путём художественного перевода , в литературах утверждались целые направления,
как классицизм, романтизм, реализм и многие другие. Так, утверждение в азербайджанской
литературе такого направления как реализм, безусловно связанно с переводами произведений 
Н.В. Гоголя, Л.Н.Толстого, А.П.Чехова, М.Горького , М.Шолохова. В азербайджанской литературе
появились произведения С.Рагима, М.Ибрагимова, И.Шыхлы, Дж. Маммедгулузаде и др. 
Вряд ли возможно в одной статье охватить все аспекты переводческой деятельности всех
азербайджанских писателей и поэтов. Мы обратились лишь к некоторым фактам переводческой
деятельности азербайджанских писателей и поэтов, которые предстали перед нами не только
добросовестными переводчиками, но и как большие художники , которые переводя творили,
вкладывали в него весь свой опыт и всю свою душу, поэтому таких авторов можно называть
авторами – переводчиками. В этой статье нами сделана попытка определить роль перевода в
истории взаимодействия литератур, проследить пути проникновения художественных переводов
в азербайджанскую литературу, причины перевода тех или иных произведений, показать
процесс воздействия некоторых переводов на собственное творчество переводчиков, писателей и 
на формирование национальной литературы. 
Литература 
1. Бархударов Л.С. Язык и перевод М., 1975. 
2. Виноградов В.С. Лексические вопросы перевода художественной литературы. М., 1978. 
3. Курбанов Ш. Этапы развития азербайджанско - русских литературных связей в 19 веке. Баку, 
1969. 
4. Багиров А. Толстой и Азербайджан Баку, 1974. 
AĞAMALIYEVA TƏRANƏ 
filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
S.VURĞUNUN YARADICILIĞINDA BƏDİİ TƏRCÜMƏNİN ROLU 
Acar sözlər:
tərcümə , ədəbiyyat ,poema, yaradıcılıq, əsər
The role of artistic translation in the work of SamedVurgun 
In the article titled "The role of artistic translation in the work of SamedVurgun", the problems of 
literary translation, some difficulties encountered in this context, language-style issues are investigated in the 
background of interpretation of the Azerbaijani poet S.Vurghun. Here Pushkin's "EvgeniOnegin", S. 
Rustaveli's "Tiger skin worn" and so on. translation texts of literary texts are analyzed, investigated. Relevant 
monographs have been cited in the writing of the article. 
Keywords: 
translation, literature, poem, creativity, work 
Azərbaycan ədəbiyyatında tərcümə işinin qədim tarixi vardır. X1X əsrdən başlayaraq, bu sahədə daha 
böyük uğurlar qazanılmışdır. XX əsrin əvvəllərində isə tərcümə işilə bir sıra sənətkarlar məşğul olmuşlar. 
Belə sənətkarlar içərisində Səməd Vurğunun rolu böyükdür. S.Vurğun nəinki qüdrətli tərcüməçi, eyni 
zamanda tərcümə məsələləri ilə bağlı ustad nəzəriyyəçi olmuşdur. 
S.Vurğunun çoxşaxəli yaradıcılığı daim ədəbiyyatşünaslığın diqqət mərkəzində olmuşdur.Şairin 
yaradıcılığında mühüm yer tutan bədii tərcümələrə həmin tədqiqatlarda müəyyən qədər toxunulmuşdur. 
Xüsusən, Puskinin “Yevgeni Onegin” və Nizaminin “Leyli və Məcnun” poemalarının Azərbaycan dilinə 
tərcüməsi barədə müəyyən fikirlər söylənsədə, təəssüf ki, indiyə qədər bütün tərcümələri bütövlükdə tədqiq 
obyekti olmamışdır. Bu baxımdan S.Vurğunun tərcümə fəaliyyəti kontekstində bədii tərcümənin elmi-nəzəri 
müstəvidə araşdırılmasına ehtiyac duyulur. 
Məlumdur ki, S.Vurğunun tərcüməçilik fəaliyyətində müxtəlif xalqların klassik ədəbi nümunələrinə 
müraciət əhəmiyyətli yer tutur. Puşkinin “Yevgeni Onegin”, Nizaminin “Leyli və Məcnun” T.Şevçenkonun 
“Səhrayı qız”, M.Qorkinin “Qız və Ölüm” əsərlərinin müvəffəqiyyətli tərcüməsi buna ən parlaq misaldır. 


M.P.Vaqif və müasirlik 
96
Şairin həm orijinal yaradıcılığı ilə tərcümələri, həm də onun tərcümə ilə ayrı-ayrı məqalə,çıxış və məruzələri 
vəhdət təşkil edir ki, bu da tərcüməçi Vurğunun şair Vurğunla vəhdəti deməkdir. 
S.Vurğun klassik irsə münasibətini təkcə tərcümələrində deyil, həm də ədəbi-tənqidi görüşlərində də 
ifadə etmişdir. Belə ki, Xaqani və Nizamidən başlayaraq öz müasirlərinə qədər çox az sənətkar tapmaq olar 
ki, onun barəsində S.Vurğun aydın və dəqiq fikir söyləməmiş olsun. Onun klassik irsə bu münasibəti 
tədricən, formalaşmış,sonralar ədəbi-tənqidi görüşlərində mükəmməl və elmi şəkil almışdır. XX əsrin 30-cu 
illərində tərcümə edilən əsərlər içərisində Puşkinin “Yevgeni Onegin “mənzum romanı xüsusi yer tutur. 
Puşkin poeziyasının Azərbaycan dilinə tərcüməsinə böyük əhəmiyyət verən S.Vurğun yazırdı: “Biz 
dostumuz və müəllimimiz Puşkinin bütün yaradıcılığının xəzinəsini Azərbaycan xalqının malı etmişik”. 
“Yevgeni Onegin” mənzum romanının tərcüməsindən danısarkən qeyd etmək lazımdır ki, S.Vurğuna
qədər bu əsəri Azərbaycan dilində səsləndirməyə çalışan sənətkarlar da olmuşdur. Azərbaycan dilinə 
“Yevgeni Onegin”dən ilk tərcümə görkəmli romantik şair-tərcüməçi Abbas Səhhətə məxsusdur. Bildiyimiz 
kimi,A.Səhhətin 1912-ci ildə çap edilən “ Məğrib günəşləri” adlı tərcümə toplusuna Puşkindən bir neçə 
nümunə - “Qaraçılar”,”Uçqun”,”Qış yolu”, ”Suda boğulmuş”, “Qış” əsərləri daxil edilmişdir. 
Həqiqətən də, Puşkin yaradıcılığından Azərbaycan dilinə ən gözəl tərcümələr “Abbas Səhhətə 
aiddir.Əgər o, “Yevgeni Onegin” poemasını bütünlükdə tərcümə etsəydi, sözsüz ki, müvəffəqiyyətli bir 
tərcümə əsəri yarada biləcəyinə şübhə ola bilməz”. 
“Yevgeni Onegin”poeması yüksək sənət nümunəsi olduğundan A.Səhhətdən sonra başqalarının da 
diqqətini cəlb etmişdir. 1932-ci ildə M.Rahimlə M.Rəfili əsərdən kiçik bir parçanı çevirmiş,elə həmin il 
əsərdən başqa bir nümunə “Tatyananın Oneginə məktubu” M.Müşfiqlə R.Rzanın tərcümələrində “Hücum” 
jurnalında dərc olunmuşdur. 
S.Vurğunun tərcümə üçün müraciət etdiyi və yaradıcılığını yüksək qiymətləndirdiyi ədiblərdən biri də 
rus yazıçısı M.Qorki idi. O,Qorkinin “Qız və Ölüm” poemasını Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə 
etmiş bununla da uğurlu bir tərcümə əsərinin də müəllifi hüququnu qazanmışdır. 
S.Vurğun M.Qorki haqqında xatirəsində yazır: ”Mən Qorkinin “Qız və Ölüm”adlı poemasını 
Azərbaycan dilinə tərcümə etdim.Mən, həcm etibarilə kiçik məna etibarilə çox böyük olan əsərdən dünyalar 
qədər zövq aldım”. 
Azərbaycan şairi böyük rus ədibinin adı çəkilən poemasını da sənətkarlıqla dilimizdə səsləndirə bilmiş, 
mükəmməl bir tərcümə əsəri yaratmışdır. S.Vurğun bir tərcüməçi kimi əvəzedilməzdir və onun tərcümə 
sənətkarlığı bir ədəbi məktəbdir. S.Vurğun Ukraynanın ölməz şairi Taras Şevçenkonun “Səhrayı qız” 
poemasının tərcüməsinə də belə məsuliyyətlə yanaşmışdır. Bu poemanın Azərbaycan dilinə uğurlu 
tərcüməsini isə Şevçenko irsinin Azərbaycanda təbliğ edilməsi baxımından irəli atılmış ən müvəffəqiyyətli 
addım kimi qiymətləndirmək olar. 
S.Vurğun başqa tərcümələrində olduğu kimi “Səhrayı qız” poemasının tərcüməsinə də məsuliyyətlə 
yanaşmış, əsərdəki dərin məzmun, vətənpərvərlik hislərinin ifadəsi tərcümədə öz dolğun əksini tapmışdır. 
S.Vurğunun tərcümə prinsipi cox zaman orijinalın məzmununu, üslub xüsusiyyətlərini, ayrı-ayrımisraları və 
s. eynilə mühafizə edirsə də, bu onda hərfi tərcüməyə çevrilmişdir,çünki S.Vurğun yaradıcı tərcüməçi idi.
Belə yaradıcı münasibəti biz dahi Azərbaycan şairi Nizaminin “Leyli və Məcnun”poemasının və 
Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”əsərinin Azərbaycan dilinə tərcüməsində də görürük. 
Nizami yaradıcılığının Azərbaycan dilinə tərcüməsi günün vacib sayılan əsas məsələsi idi.Bu məsələ 
S.Vurğunu da düşündürmüş və o, şairin “Leyli və Məcnun” poemasını böyük müvəffəqiyyətlə Azərbaycan 
dilinə çevrmişdir. Yüksək məhəbbəti tərənnüm edən bu əsər S.Vurğunun qələmində öz mövzu və üslub 
gözəlliyini saxlamış, Nizami qəhrəmanlarının məhəbbəti, parlaq ehtirasla böyük müvəffəqiyyətlə tərcümədə 
öz əksini tapmışdır. 
S.Vurğun “Leyli və Məcnun” poemasını yaradıcılığına xas yüksək təbiilik və axıcılıqla tərcümə 
etmişdir. Nizaminin işıqlı fikirləri tərcümədə öz gözəlliyini saxladığından əsərin tərcümə olduğu hiss 
olunmur. Bu isə şairin müvəffəqiyyətidir. Tərcümənin hər sətrində S.Vurğun qələminin qüdrəti hiss olunur. 
O, Nizami əsərini əsl şair ürəyinin ehtirası və coşqun ilhamının qüdrəti ilə dilimizdə canlandırmışdır. 
Şübhəsiz, Nizami irsini dərindən bilməyən,onun yaradıcılığı ilə yaxından tanış olmayan bir kəs Nizami 
şeirinin qüdrətini belə təsvir edə bilməzdi. S.Vurğunun bu tərcüməsi onun Nizami yaradıcılığını dönə-dönə 
oxuyub öyrəndiyini göstərir. 
S.Vurğunun Zaqafqaziya xalqları ədəbiyyatına münasibəti də ədəbi əlaqələr tarixində müstəsna 
əhəmiyyət kəsb edir. Bu baxımdan S.Vurğun və Ş.Rustaveli xətti də diqqəti cəlb edir. Onun Rustaveli 
poeziyasına məhəbbəti iki xalqın ədəbi qardaşlığının tarixən qədimliyindən yaranmışdır. Vətən 
eşqi,qəhrəmanlıq, dostluq, 
sədaqət kimi insani hisslərin tərənnümçüsü kimi səkkiz əsrə yaxın bir müddətdə hələ də yaşamaqda 
olan “Pələng dərisi geymiş pəhləvan”poeması dünyanın bir çox xalqlarının sevimli qəhrəmanlıq dastanı 


M.P.Vaqif və müasirlik 
97
olduğu kimi, Azərbaycan xalqının da tərcümə ədəbiyyatında əhəmiyyətli yer tutur. Əsərin Azərbaycan 
dilində iki tərcüməsi mövcuddur. Bu tərcümələrdən biri Əhməd Cavad,digəri isə görkəmli xalq şairi 
S.Vurğun, M.Rahim və S.Rüstəm tərəfindən edilmiş tərcümələrdir. 
S.Vurğun 1937-ci ildə Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının bir hissəsini böyük 
müvəfəqiyyətlə Azərbaycan dilinə çevirmişdir. Onun bu tərcüməsi də ana dilimizə xas sadəlik, təbiilik və 
axıcılığı ilə seçilir. 
X1X əsrdə gürcü xalqının görkəmli yazıçısı, şair, dramaturq,publisist və ictimai xadimi kimi tanınan 
İlya Çavçavadzenin “Şair”və “Vətən”şeirlərini Azərbaycan dilinə tərcümə etmişdir. Orijinaldan 
fərqlənməyən bu tərcümələr İ.Çavçavadzeni düşündürən problemlərin aktuallığı,şairin xalqına, vətəninə 
dərin məhəbbəti və bunların S.Vurğunun görüşləri ilə səslənməsi baxımından maraq doğurur. ”Nəğməmlə, 
şeirimlə silərəm ellərin göz yaşlarını” –deyən İ.Çavçavadzenin xalqına olan məhəbbəti, elə bil S.Vurğunun 
öz xalqına olan məhəbbətidir. Şairin bu məhəbbəti tərcümədə səmimiyyətləifadə edə bilməsi göstərir ki, o, 
sanki vətəninə, xalqına,məhəbbət və sədaqətini tərcümədə deyil, öz orijinal əsərində verir. 
S.Vurğunun bu uğurlu tərcümələri Azərbaycan-gürcü ədəbi əlaqələri üçün maraqlı hadisə idi. 
S.Vurğunun yaradıcı qələminin məhsulu olan mövcud tərcümələr sübut edir ki, o, Azərbaycan 
tərcüməçilik məktəbinin inkişafında böyük və misilsiz rol oynamışdır. 
Ədəbiyyat 
1. Səməd Vurğun. Əsərləri. 6 cilddə, Bakı, 1968 
2. Abbasov Abdulla ”S.Vurğun və klassik irs”. Elmi tematik məcmuə, Bakı, ADU-nun nəşri, 1989 
3. Puşkin Yevgeni Onegin. Bakı, 1973 
4. Rusütaveli Ş.Pələng dərisi geymiı pəhləvan. Bakı, 1968 
5. Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, 1972 
ALLAHVERDİYEV VAQİF 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı 
MƏMMƏD ARAZ YARADICILIĞNIN POETİK XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər: 
poetik xüsusiyyətlər, təbiət və məhəbbət lirikası, obrazlı-bəşəri ümumiləşdirmə 
Image and artistry are the main features of M.Araz's poems 
Image and artistry are the main features of M.Araz's poems. His first poems like "Gok Gel", "Beg for 
the Mountains", "Sometimes I Forget", "Man", "One Year", "The Voice of Konarsiki", etc. differ in their 
artistic quality. The subsequent period of M.Araza's work, which has a high ideological content and a spirit 
of patriotism, also differs in its artistic quality and imagery. In the article the work of M.Araza is considered 
from this point of view. 
Keywords:
way of figurative poetic thinking, poetic sense, imagery, imaginative poetic 
generalizations 
Sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi bacarmaq, misra və 
bəndlərin məna dəyərini və tutumunu gücləndirməklə ümumilikdə şeirin obrazlı poetik sistemini qurmaq
M.Araz poeziyasının başlıca xüsusiyyətlərindən biridir. Daha çox təbiət və məhəbbət lirikasına üstünlük
verən şairin ilk mərhələdəki torpağa, vətənə bağlılıq hissini ifadə edən şeirlərində də konkret detallar və 
onların vasitəsilə təbliğ edilən vətənpərvərlik ruhu aparıcı mahiyyət daşıyır. Bu ruh onun valideynlərinə -ata 
və anasına həsr etdiyi şerlərində də torpağa vətənə məhəbbət hissləri ilə əlaqələndirilir, ümumiləşdirilmiş 
poetik məna kəsb edir. “Anamdan yadigar nəğmələr” silsiləsi başdan-başa belə bədii tamlığa malik olmaqla, 
ümumiləşdirilmiş səciyyə daşıyır. 
Elə bil yarpağın dəyişib tamı, 
Nanənin ətri də azalıb bir az. 
Çağırın, çağırın əziz anamı, 
Belə bağça olmaz, belə bağ olmaz. 
Örüşdən qurular dönüb mələşir 
Boz inək axtarır səsini onun. 


M.P.Vaqif və müasirlik 
98
Yadıma bir sözüm, bir misram düşür, 
Çirağı anaymış ata yurdumun
(1, s. 14) 
Obrazlılığın kövrək təbiət detalları ilə ifadəsi M.Araz şeirini əlamətləndirən əsas xüsusiyyətləridir. 
Obrazlı-bəşəri ümumiləşdirmələrin səciyyəvi, təbiət hadisələrinin və detallarının incəliklərini hiss və dərk 
etmək bacarığı M.Araz poeziyasının təsir gücünü, poetik mahiyyətini daha da artırır. Şairin bu dövrdə 
qələmə aldığı “Göy göl”, “Əlvida dağlar”, “Bəzən unuduram”, ”İnsan”, Bir il”, “Bülbülün səsi”və şerləri 
məhz belə əsərlərdəndir. 
Sırf təbiət şerlərində yenicə kənddən gəlmiş gənc şairin həsrət motivləri daha qabarıqdır: 
Qıy vuran qartallar yox oldu çəndə, 
Nərgizlər saraldı şehli çəməndə, 
Ey qaragöz pəri, dalımca sən də 
Boylan salamat qal, bax salamat qal!
(1, s. 70) 
M.Arazın ilk şerləri içərisində sonrakı yaradıcılıq mərhələlərində aparıcı mahiyyət daşıyan insan –
təbiət qarşılığının rüşeymlərini üzrə şıxaran motivlərə də təsadüf edilir. Bu baxımdan kiçik həcmli
“İnsan”şeri böyük əhəmiyyət kəsb edir. 
Mən getsəm dünyada uçurum yaranar, 
Toy da, yasda da görünər yerim. 
Yay da bir ah çəkər, payız da yanar, 
Qışda da, yazda da görünər yerim. 
Mən getsəm, saç yolub dağların çəni, 
Ağlayar bir ana, bir bacı kimi. 
Təbiət düşünər, düşünər məni, 
Bir füqur itirən şahmatçı kimi, 
(1, s. 83)
M.Arazın sonralar sistem halına düşən vətənin bütövlüyünə çağırış, cənub həsrətli şeirlərinin ilk 
rüşeym misraları yaradıcılığının ilk dövrlərində bərkiyib formalaşmağa başlayır. 
“Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə tək çinar” şeirləri məhz belə lirik poema siqlətli sənət 
nümunələridir. 
Dolğun ideya məzmunlu və vətənpərvərlik ruhu ilə yanaşı obrazlı ifadələrin yeniliyi və bədii səviyyəsi 
baxımından da bu şeirlər M.Arazın növbəti və daha səviyyəli yaradıcılıq mərhələlərinə qədəm qoymasından 
xəbər verir. Bu şeirlər həm də şairin vətəndaş narahatlığını nümayiş etdirir. 
Su içmək üçündü 
Çay keçmək üçün; 
İçilməz, keçilməz çayı su bilmə 
İnsanı ölümdən olan ölümün 
Zəhmini insanın qorxusu bilmə. 
Əsrimiz körpülər əsridir indi, 
Pas atmış ağıllar quylanır yerə 
Mənim sularımın düzlüyü gendi 
Qabarıb hay salır lal sahillərdə 
(1, s. 111) 
Hələ ilk şerlərindən insan və onu əhatə edən ictimai mühitin xarakteri ilə bağlı bəşəri problemlər qaldırıb 
onların özünəməxsus bədii həllinə çalışan M. Arazın 1960-cı illərin əvvəllərində qələmə aldığı “Üç oğul anası”, 
“Araz axır”, “Anamdan yadigar nəğmələr”, “İllərdən bəri”, “Ömür karvanı” və s. şerlərindəki obrazlı düşüncə 
tərzi, forma ilə məzmun vəhdəti daha çox diqqəti cəlb edən bədii elementlərdəndir. Analitik bədii təhlilə meyl 
edən şairin insan-dünya münasibətlərində qarşıya çıxan problemlər, taleyin saysız-hesabsız oyunlarının xüsusi 
bir sistem halında izlənməsi əsas yaradıcılıq istiqaməti kimi üzə çıxır. 
Bir taleyin oyununda cütlənmiş zərik, 
Yüz il qoşa atılsaq da qoşa düşmərik, 
Bir zərrənin işıgına milyonlar şərik, 
Dünya sənin, 
Dünya mənim, 
Dünya heç kimin. (1, s. 126)
M.Araz keçmişi də bu günü də düşünəndə ona yalnız şayir qəlbi ilə yox, təfəkkür gözü ilə baxır, vətən 
oymağının hər zərrəsində məna axtarır. Onun hadisələrə bədii fəlsəfi baxışı həmişə aparıcı mövqedə durur. 
Şairin xüsusi bir narahatçılıq hissi ilə dediyi: 
Çox da tərifləmə bu qalacanı, 
Axtar dünənimdə bu günü axtar. 
Kimin əlindəydi onda açarı? 
Axtar bu birinci düuünü axtar 
(1, s. 138) 


M.P.Vaqif və müasirlik 
99
Poetik fikri tədricən dərinləşir, bəşəri narahatçılığa çevrilir. 
Zaman keçdikcə bu səmimi hislər, daha dərin mənalarla ümumiləşdirilib daha orjinal, ardıcıl və 
sistemli poetik obrazlarla ifadə edilərək “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” qənaəti ilə 
yekunlaşdırılır. 
Beləliklə, deyə bilərik ki, M.Araz sənətə gəldiyi gündən xalq onu əsl şair kimi sevib qəbul etmişdir. Öz 
əsərləri ilə Azərbaycan poeziyasına yeni ruh gətirən, onun inkişafına təkan verən M.Arazın şeirləri 
hansı ictimai-siyasi quruluşda yaranmasından asılı olmayaraq onlar həqiqi sənət əsərləri, poetik kəşflərlə, 
xalq məsəlini andıran aftorizmlərlə, obrazlı poetik nümunələrlə zəngin əsl poeziya nümunələridir. 
Ədəbiyyat
1. M.Araz. Dünya sənin, dünya mənim B. Yazıçı 1983
ALLAHVERDİYEV VAQİF 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı 
R.RZA YARADICILIĞINDA YENİ FİKİR, FORMA VƏ MƏZMUN AXTARIŞLARI 
Açar sözlər: 
yaradıcılıq axtarışları, obrazlı təfəkkür, ifadə vasitəsi
New forms and content usplivat myslovuyu with load lines and strictly-osnovye
R.Rza features inherent creativity 
The ability to assess the word unotreblyat it in line as the yelement thought nahodit new forms and 
content usplivat myslovuyu with load lines and strictly -osnovye R.Rza features inherent creativity. 
Keywords: 
A way of figurative thinking, a way of figurative poetic expression, a way of image-
associative expression, a new thought and form, a new content
1950-ci
illərin ortalarından başlayaraq Azərbaycan poeziyası bir tərədən ümumi və 
formalaşmış müasir ənənələrin, fərdi sənət vərdişlərinin əsasında müəyyən keyfiyyət dəyişiklikləri ilə 
inkişafını davam etdirir, o biri tərrəfdən müstəqil yaradıcılıq axtarışları yollarında müəyyən 
novatorluq əlamətləri ilə zənginləşirdi. 
Ədəbiyyatın başqa janrları içərisində daha çevik və operativ janr sayılan poeziya cəmiyyətdə və 
mədəni mühitdə baş verən bu dəyişikliklərə ilkin reaksiya verməklə, qısa bir müddətdə yeni ruhu və 
ideya-bədii cəsarəti ilə seçilən əsərlərlə zənginləşməyə başladı. 
Artıq obrazlı təfəkkür tərzinə qovuşmağa başlayan poeziyada sözcülüyün, təsviriciliyin, fikrin 
birbaşa ifadə vasitələrinin, zahiri pafosunun daxili əlamətlərlə, poetik vəsf və tərənnümün müəyyən 
milli-ictimai etirazlarla əvəz edilməsi prosesi get-gedə güclənirdi. 
Ədəbiyyatın bu yeni inkişaf yollarına bütün varlığı ilə qovuşmağa çalışan R. Rza “Qızıl gül 
olmayaydı” kimi dərin siyasi-ictimai səciyyə daşıyan üsyankar ruhlu poetik faciəsini yaratmaqla 
poeziyada və ümumiyyətlə ədəbi-ictimai fikirdə dönüş məqamının əsasını qoydu. 
“Qızıl gül olmayaydı” əsərində alovlu və talesiz şair Mikayı Müşfiqin həyatının bəzi 
məqamları fonunda bütöv bir tarixi dövrün, siyasi ictimai və həm də ədəbi mühitin səciyyəvi 
mənzərələri əks etdirilir. R. Rza poeziyasının tədqiqatçılarından A. Abdullazdənin qeyd etdiyi kimi, 
“bu mənada Müşfiqin obrazında ümumiləşdirilən “Qızıl gül olmayaydı” poemasının əsas qəhrəmanı 
30-cu illər, daha doğrusu, bu illərin faciəli hadisələridir. Ədəbiyyatda həmişə öncüllərdən olan
novator şair R. Rza bu poemasında da həmin illərin əsl iç üzünü açan ilk ədib oldu
1
. (1, s. 96) 
Ancaq bu hələ “Qızıl gül olmayadı” əsərində qoyulan ədəbi problemlərin bir tərəfi-mövzu və 
ideya məzmunu ilə bağlı olan cəhtidir. Problemin başqa tərəfləri isə poemanın bədii keyfiyyətlərində 
təzahür edən və ümumi ədəbi inkişafı, poetik səciyyə və səviyyənin mahiyyətindən irəli gələn 
sənətkarlıq məsələləri ilə bağlıdır. Lirik-epik janr istiqamətində qələmə alınan bu poema hər şeydən 
əvvəl janr və forma əlvanlığının özünəməxsusluğu, vəzn və quruluş xüsusiyyətləri struktur sistemi və 
nəhayət, obrazlı poetik ifadə tərzinin orjinallığı ilə diqqəti cəlb edir.
1950-ci illərin ikinci yarısı SSRİ-nin totolitar rejiminin zaman-zaman möhkəmləndirib 
keçilməz qalalara çevirdiyi sərhədlərin üzərindəki qara pərdələri qaldıraraq dünyaya pəncərə açmaq
üçün müəyyən imkanlar yaratdı-mədəniyyət xadimləri, o cümlədən şair və yazıçılar az da olsa xarici 
mühitlə ünsiyyətə girməyə, onunla əlaqə saxlamağa nail ola bildilər. Əslində bu prosesin hələ 1950-ci 
illərin əvvəllərində son dərəcə məhdud şəkildə də olsa ilk cığırları açılmağa başlamışdır. Bu prosesi 
davam etdirən şairlərdən biri də R.Rza olmuşdur. 


M.P.Vaqif və müasirlik 
100
R.Rza beynəlxalq mövzuya həmin səfərlərdən əvvəl müraciət etmiş, müharibədən əvvəl və sonra 
yazdığı “Həbəşistan”, “İki dünya”, “Madrid”, “Azadlıq heykəli”, “Haqqın səsi” və s. şeirləri xüsusən 
“Almaniya” poeması bəzən fikirdən daha çox sözün yaratdığı poetik ruhu, birbaşa ifadə tərzi ilə 
əlamətdar olsa da, şairin yaradıcılığında bu mövzuya xüsusi hazırlıq mərhələsini təşkil etmişdir.
1950-ci illərin ikinci yarısında xarici səfərlərə şərq ölkələrindən başlayan R.Rzanın səfər
təəsüratları səciyyəsi daşıyan bir sıra şeirləri həm də novator axtarışları yollarında uğur 
qazanacağından xəbər verirdi. Belə obrazlı ifadələr, forma əlvanlığı ilə seçilən “Şəttüllərəb”, “Əlcəzair 
meydanında”, “Açın qapıları-insan gəlir”, “Hələ bu harasıdır” kimi şeirləri R.Rza yaradıcılığında 
“Qızıl gül olmayaydı” poeması ilə başlanan tamamilə yeni bir mərhələnin davamı sayıla bilər. 1957-ci
ildə xarici səfərlərini Avropa ölkələrində- Fransa, İsveçrə, Türkiyə, Hollandiya, İtaliya, Yunanistan, 
Bolqarıstan və Ruminiyada davam etdirən şair 
Xurmaları daşıdılar gəmi-gəmi, 
Ərəbə bir qamış daxma qaldı,
Bir də dərdi qəmi-
(2, s. 116) 
kimi şərq ölkəsindən aldığı ilkin təəssüratları daha əhatəli və monumental siyasi-ictimai mövzularla 
genişləndirdi. Bu silsilədən olan “Zəfər ilahəsi”, “Miloslu qız” kimi Fransa həyatına həsr edilmiş
şeirlərdəki daxili genişlik və məna çalarları xüsusilə fərqlənir. Hiss olunur ki, sosializm sisteminin, 
onun müstəmləkəçi siyasətinin ağrı-acılarını illərdən bəri içində gəzdirən şair bu dərdləri heç olmasa 
xarici mühitə köçürməklə ifadə etmək üçün əllinə fürsət düşmüşdür. R.Rza hələ Afrika və Ərəb 
ölklərinə səfərlərdən sonra yazdığı şeirlərdə bu fürsəti əldən qaçırmamış, bir-birinin ardınca milli
dəyərlərimizin məhvinin qarşısını almaq üçün müntəzəm şəkildə qələmini işlətməyə çalışmışdır. 
Mən də sənin dinindəyəm 
Qalib gələnə qədər mübarizə. 
Azadlıq uğrunda lazım gələrsə, 
Təəssüfsüz ölmək, 
Vətən deyilən ana torpağı 
Qəlbimin duyğusu, 
Gözümün ərşə çəkilən yuxusu (2, s. 119) 
“Hələ bu harasıdır” şeirindəki bütün belə dolğun və kəskin mahiyyətli poetik parçalar 
yaşadığımız günlərdə də səciyyəvi və aktual səslənir. Elə bil bu və buna bənzər başqa beynəlxalq 
mövzuda yazılmış şeirlər son illərin ədəbi məhsuludur. 
Hələ bu harasıdır, 
Məzlumların qəzəbi 
Çox tufanlar qoparasıdır (2, s. 120) 
Şairin bu mövzuda qələmə aldığı, xüsusən Fransa təəssüratından yaranan bir sıra şeirlərində onun 
1960-cı illərin ortalarına doğru yaradacağı assosiativ səciyyəli əsərlərinin ilk əlamətləri də duyulur. 
“Rənglər” silsiləsində özünün yüksək səviyyəsinə çatan assosiatvliyin-obrazlı poetik ifadə tərzinin ən 
kamil formasının ilkin cücərtiləri R.Rzanın məhz bu silsilələrində hiss edilməyə başalyır. 
Obrazlı poetik təfəkkürün artıq system halına düşdüyü bu yaradıcılıq mərhələsinin sonlarına 
yaxın R. Rzanın qələmə aldığı “Mən torpağam”, “İnsan şəkli”, “Soruş” kimi şeirləri və “Bir gün də 
insan ömrüdür” poeması ümumilikdə poeziyamızın inkişaf problemlərinin konkret zaman vahidində 
xüsusi səciyyəsi baxımından maraq doğurur. Çünki, burada obrazlı ifadə tərzi ilə poetiklşən fikir adi fəlsəfi 
konsepsiya, didaktik nəsihətçilik çərçivəsindən çıxaraq əsl poeziya materialı kimi komponetləşir, ümumi
kompleksin ayrılmaz tərkib hissəsinə çevrilir. Belə şeirlərin hər bir misrası obrazlı şəkildə ifadə 
edildiyindən onlar müstəqil bir əsər daxilində öz misra müstəqilliyini qorumaqla, öz çəkisi və tutumu ilə də 
bir-birindən seçilirlər. Sözcülük, təsviricilik, ritorik pofos belə əsərlərdə özünə yer tapa bilmir. Həm də 
şeirin həmin səciyyəsinin klasik ənənələri mövcud olmaqla qəzəl-qəsidə-divan ədəbiyyatı ilə səsləşir. 
Füzuli şeiri bu baxımdan daha çox fərqlənir-onun hər bir qəzəlinin özünəməxsus məna dəyəri olmaqla, 
ondakı hər bir beyt də özlüyündə müstəqil bir fikri ifadə edir. R.Rzanının adları çəkilən şeirlərində də 
belədir. Vahid bir fikri ifadə edən “Soruş” şeirindəki müxtəlif misralara müraciət edək: 
Od nə çəkdi, 
küləkdən soruş! 
Baş nə çəkdi, 
dildən souş! 
…Zülmətlərin möhnətini
kor söyləsin! 
Bəm xalların fəryadını 
zildən soruş! …Ömrünçətin yollarında 
daşa ləpir salsa ayaq, 
Gün nə çəkdi, 


M.P.Vaqif və müasirlik 
101
ildən soruş!
(3, s. 60)
Bütün şeir başdan-başa müstəqil məna dəyərinə malik olan obrazlı poetik misralardan 
ibarətdir. 
Konkret obrazlar, canlı fikir və məna tutumu, şairin eyni dövrdə qələmə aldığı “Mən 
torpağam” şeirində də mövcuddur. 
Mən küləyəm, əsməsəm 
Kim bilər mən varam. 
Mən buludam, səhraları susuz görüb 
ağlaram 
Mən ürəyəm, döyünməsəm 
ölərəm. 
Mən işığam-qaranlığın qənimi 
Maraq dolu gözəm mən 
baxmaya bilmərəm
(4, s. 169) 
“İnsan şəkli” şeirində və “Bir gün də insan ömrüdür” poemasında da özlüyündə belə 
muxtariyyət səciyyəsini qoruyan misra, beyt və bəndlər az deyildir. Ümumiyyətlə R.Rza axtarış 
yollarında müəyyən bir poetik nəticə və ya qənaətə gəldikdən sonra ayaq saxlayan, işini bitmiş 
hesab edən müəlliflərdən fərqli olaraq daima yol üstə, səfər ərəfəsində olan ardıcıl şair təbiətinə 
malik sənətkarlardandır. 
Məhz bu baxımdan tənqidçi Qulu Xəlilov yazırdı: “Rəsul Rza görülmüş bir işin son 
bəzək-düzəyi ilə məşğul olan, başqalarının dediklərini yenidən təkrar edən şairlərdən deyildir. 
O, sözün həqiqi mənasında novatordur… Rəsul Rza şeirimizdə yeni fikir və forma uğrunda ardıcıl 
mübariz olan şairlərdəndir”

(5, s. 185) 
Ümumiyyətlə, müharibədən sonrakı ikinci onillikdə poeziyamız, inkişaf yolu və onun 
doğurduğu ideya bədii problemlər baxımından bir sıra yeni cəhətlərlə səciyyəvidir. Bu da hər 
şeydən əvvəl şair-insanın insana, dünyaya münasibətilə bağlı şəkildə meydana çıxır. R.Rzanın 
yuxarıda haqqında söhbət gedən “İnsan şəkli”, “Mən torpağam”, “Soruş” kimi onlarca şeirlərilə 
yanaşı onların ardınca yazılıb onların yekunu kimi səslənən “Bir gün də insan ömrüdür” 
poeması poeziyanın bu səciyəsini daha aydın şəkildə ifadə edir. Bu poema insanda hər şeydən 
əvvəl insanı görüb onu layiq olduğu ucalığa çatdırmaq, poeziyada özünə qədər kütləvi hal olan 
əməyin, zəhmətin insanı deyil, insanın əməyi mənalandırmaq qüdrətini estetik cazibə səviyyəsinə 
yüksəltmək əzminin tərənnümünə xidmət edir: 
Eşitmişəm idarədə qalırsan 
Üç gecədir! 
Yaramaz belə. 
Müğayət ol özündən 
Adamlar necədir? 
Xəstələnən yoxdur ki? 
Plan dövlət qanundur- 
bilirsən özün. 
Ancaq, adamsız nə plan, nə dolum! 
Adamlarda olsun gözün
2. 
(4, s. 169-170) 
1960-cı illərin əvvələrindən başlayaraq poeziyamızda obrazlı-assosiativ ifadə üsulunun, intellektual 
başlanğıcın ilk nümunələrinə təsadüf edir ki, bu da ənənəyə qayıdışın yeni forması kimi qəbul edilməlidir. 
Xalq şeirində, xüsusilə bayatılarda və klassik poeziyamızda ayrı-ayrı nümunələrinə rast gəldiyimiz 
assosiativ bədii təfəkkürün müxtəlif formaları XX əsrin ikinci yarısında özünün poeziyada təkrar doğuluşu 
ilə yeni mahiyyət kəsb etməyə başlayır. 
1960-cı illərin əvvəlində R.Rza, Ə. Kərim, Ə. Salahzadə və V. Səmədoğlunun yaradıcılığında 
assosiativ təfəkkürün ilk nümunələrinə rast gəlirik. 
Şeirdə assosasiyanın ən yüksək və professional nümunələrindən sayıla biləcək “Rənglər” silsiləsinə 
keçməzdən əvvəl “Dəniz nəğmələri” silsiləsində, “Realizm”, “Belədir” şeirlərində, “Canavar və quzu”,
“Buruqların söhbəti” kimi obrazlı-alleqorik səpkili poetik nümunələrində assosiativ ifadə tərzinin
müxtəlif səciyyələrdə müəyyən əlamətləri ilə qarşılaşırıq. “Belədir” şeirində assosasiya, obrazlı təfəkkür 
onu ifadə edən hər hansı bir misra və ya bənddə deyil, bütövlükdə əsərin məzmunundan doğan nəticədə 
meydana çıxır. 
Sən üst mərətəbdəsən, 
Mən aşağıda 
İnsan yuvasdır 
Yuxarı da, 
aşağıda. 


M.P.Vaqif və müasirlik 
102
Sənə də işıq, hava, çörək lazımdır, 
mənə də. 
Sənə də duyan ürək lazımdır, 
Mənə də 
Bir ovuc buğda da nemətdir, 
Bir dənə də.

(3. s. 9) 
Assosiativ təfəkkürün daha sistemli nümunəsinə R.Rzanın “Rənglər”silsiləsində rast gəlirik. 
Bu silsiləyə hazırlıq mərhələsini hələ 5 misralıq assosiasiya nümunələri ilə keçən 
Şeir yaza bilmirəm 
Nə ürəyim göynəyir 
Nə sözlər yandırır dodaqlarımı 
ağrisiz, göynəksiz 
şeir olarmı?-

(4, s. 21) 
Böyük şair Məhəmməd Hadini belə “ağrıları”, “göynəkləri” ilə yada salıb vəsf edən R.Rza “Rənglər” 
silsiləsindəki ayrı-ayrı poetik parçalarda hər bir rəngin müxtəlif çalarlarına cəmi bir və ya iki misra sərf 
edir. Ağdan qaraya, mavidən sarıya qədər bütün rənglərə ayrıca məna çaları verən şair bəzən metafora, 
bəzən də orjinal istiarələr vasitəsilə elə gözlənilməz tapıntılara nail olur ki, poetik təxəyyülün gücü və 
imkanları oxucunu təəccübləndirməyə bilmir. “Qaranın dərd çaları”, “Qırmızının inam çaları” “Mavinin
təsəlli çaları” və s. belə yeni poetik tapıntılardandır. 
Beləliklə sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi 
bacarmaq, yeni fikir və forma axtarıb tapmaq, misra və bəndlərin məna dəyərini və tutumunu 
gücləndirmək R.Rza yaradıcılığına məxsus olan əsas keyfiyyətləridir. 
Ədəbiyyat 
1.
A.Abdullazadə “Od nə çəkdi”. Bakı, Azərnəşr, 1990 
2.
R.Rza seçilmiş əsərləri 5-ci cilddə. II cild. Bakı, Yazıçı, 1980 
3.
R.Rza Duyğular, düşüncələr Bakı, Azərnəşr, 1964 
4.
R.Rza “Dözüm” Bakı, Azərnəşr, 1965 
5.
Q.Xəlilov Yeni fikir, yeni söz uğrunda. “Azərbaycan” jurnalı, 1960 
ALMAZ ƏLİQIZI 
filologiya üzrə elmlər doktoru, professor 
Bakı Dövlət Universiteti 
CƏNUBİ AZƏRBAYCAN MEMUAR VƏ UŞAQ ƏDƏBİYYATI
HAQQINDA BƏZİ MÜLAHİZƏLƏR 
Açar sözlər:
memuar ədəbiyyatı, uşaq ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı
Some reflexions about the Southern Azerbaijani memoirs and children’s literature
The article deals with the detail consideration the memoirs and children’s literature of Southern 
Azerbaijan as one of ancient separate directions of the literature. There are consistently analyzed the 
products of such Southern Azerbaijanian memoirist writers, as Samsam, H.Shahir, H.Tufarganly, 
M.Odjagverdi, M.Medjidver, B.Sudeif, V.Mehri, and also such well-known Southern Azerbaijanian 
children’s prose writers, as S.Behrangi and V.Mehrangi. 
Keywords

memoirs literature, children’s literature, literature of Southern Azerbaijan 
Ədəbiyyatın ayrıca bir növü kimi qədimlərə söykənən memuar ədəbiyyatı Cənubi Azərbaycan 
yazıçılarının qələmində də sınanmışdır. Müharibədən sonra ədəbiyyatın bu növü Səmsamın əsəri ilə başlanır. 
Məşrutə hərəkatının cahanşümul rəhbəri və sərkərdəsi Səttarxanla silahdaşları barədə həqiqətləri xalqa 
çatdıran Səmsamın “Sərdari-milli haqqında xatirələr” əsəri Təbriz üsyanının gedişini, müvəffəqiyyətlərini və 
məğlubiyyət səbəblərini obyektiv təsvir edir. Əsərin qiyməti bir daha onunla artır ki, xatirənin müəllifi üsya-
nın iki məşhur başçısının və digər təşkilatçılarının yaxın dostu, hadisələrin bilavasitə iştirakçısıdır. 
Azərbaycanın görkəmli şəxsiyyətlərinin xarakterini, dövrünü, mühitini açıqlayan xatirələr şübhəsiz 
ki, tək bir əsərlə tamamlanmayıb sonralar da davam etdirilmşdir. Qələm sahibləri xalq qəhrəmanlarının, 
mütəfəkkirlərin, dünya şöhrəti qazanmış şairlərin obrazlarını yaratmaqla, tarix elmində yarımçıq, yalnız 


M.P.Vaqif və müasirlik 
103
siyasi, ictimai baxımdan işıqlandırılmış şəxsiyyətlərin portretlərini sanki tamamlamağı qarşılarına məqsəd 
qoymuşlar. Şair Həbib Sahir “Dağınıq xatirələr” adlı kiçikhəcmli memuarında 1920-ci il Təbriz üsyanının 
başçısı, filosof Şeyx Məhəmməd Xiyabanini gördüyü kimi təsvir edir. Şeyxin alaqapıdakı nitqinin bir-iki 
cümləlik qısa xülasəsini, dediyi fikirləri verməklə onun xalqda buraxdığı güclü təsiri oxuculara çatdırmağa 
müvəffəq olur. Hamı üsyan rəhbərini dərin bir sükut içində qarşılayır. 
Lakin yazıçının xatirəsi qəsdənmi, ya bilməyərəkdənmi yarımçıq qalır. Elə bil fikir də süjet də əsərin 
adını doğrultmaq üçün dağılır. Bəlkə də çox sevdiyi Şeyx Məhəmmədin faciəli taleyinin sonluğunu birdən-
birə deməkdən çəkinən müəllif başqa mövzuya keçməklə nəfəsini dərməyə, özünə gəlməyə çalışır. 
İstanbulda ədəbiyyat fakültəsində oxuduğu zaman Böyükdərənin meşəliyində keçirilən tələbə 
qonaqlığı və burada Nazim Hikmətin səsi yazılmış maqnitofon lentinə qulaq asması haqda xoş anlar 
Xiyabaninin sağlığı və ölümü arasındakı fasiləyə girməklə, bir növ xalqın müsibətə gedən yolunu uzadır... 
Yazıçı Nazimin “Salxım söyüdlər” şeirlərini oxumasına gənclərin ağladığını görəndə heyrətini bildirir: “Bu 
şeirlərdə bir qüssələnmək nişanəsi yoxdur. Nə növhədir, nə də mərsiyə. Bəs nə üçün xanımlar ağlayırlar? 
- Axı illərdir ki, Nazim zindana düşüb və orada çürüməkdədir”.
1
Yarım səhifədən də az yer tutan kiçik xatirə Anadolu və Rumeli türklərinin öz milli şairlərinə böyük 
məhəbbətini canlandırır. 
Və yenidən o dəhşətli 1920-ci il 7-8 sentyabr günlərinə xatirə pəncərəsi açılır. Şeyx Məhəmmədin 
öldürülməsinin səhəri fars kazaklarının köhnə əbaya tamah salması, özünü üsyana, üsyan rəhbərlərinə yaxın 
göstərənlərin dönüklüyü, xalqın başsız qalması bu pəncərədən açıq-aşkar, bütün çılpaqlığı ilə görünür. Müdir 
ağa Azərbaycan cəlladı Müxbirussəltənəyə Azərbaycan dilinin fars dilinə “doğmalığını” yaltaqlana-
yaltaqlana sübut edərkən Mirzə Təqi xan Rifət belə yaşamaqdan ölümü üstün tutur. Istanbulda təhsil alıb 
gəlmiş şirazlı gənc müəllim isə Tehranın Azərbaycan məktəbləri üçün hazırladığı dərs kitablarına tüpürür. 
Özü də satqınlar mühitində yaşaya bilmir. “Camicəmi mürtəce müəllimlər və ağayi müdir görənmədi. O da 
bir gecə baş alıb Təbrizdən qaçdı. Bir vəqt dedilər ki, Tehrandadır. Sonra dedilər ki, Kirmanşahda. Nəhayət, 
onun ölüm xəbərini eşitdik”.
2
Qələmini ədəbiyyatın demək olar ki, bütün janrlarında sınamış Həbib Sahirin memuarları görkəmli 
şəxsiyyətlərlə yanaşı, bəşəriyyətin sadə üzvlərinin də həyatını işıqlandırmaqdadır. Yazıçı dərin müşahidə 
qabiliyyəti və istedadının gücü ilə insanların xüsusiyyətindəki incəlikləri görüb-seçməyi, bir damla suda 
ümmanı verməyi bacardığı kimi, dünyanı da təcəssüm etdirməyə nail olurdu. 
Xalasının xatirəsinə yazdığı memuarda ata-anadan yetim qalıb, böyük bacısının qoltuğuna qısılmış bir 
qızın bədii portreti işlənmişdir. “Dolğun, qırmızı və sarı telli” bu yetim qızın xarici cizgiləri, hərəkətləri, fitri 
istedadı milyonlarla balaca həmyaşıdlarından o qədər kəskin seçilməsə də, dahiyanə əməllərin sahibi olmasa 
da, xatirədəki surət fərdi özünəməxsusluqdan da xali deyildir. Pişikləri qucağında yatırmağı xoşlayan İsmət – 
yəni xala, səbəbini soruşanlara orijinal bir cavab verərdi: “Pişik balaları xoruldayanda adamı yuxu basar. 
Həm də ki, üşüməz. Pişik təndir kimi adamı qızışdırır”.
3
H.Sahirin xalası əldən-ayaqdan iti olmaqla yanaşı, nağıllara, rəvayətlərə, cin-şeytan haqda söhbətlərə, 
ölüm, ölümdən sonrakı son məkan haqda təsəvvürə də bələdliyi var. Müəllifin etirafına görə, insanın öləndən 
sonra o dünyaya gedəcəyini ilk dəfə xalasından eşitmişdi. On-on iki yaşlı qız uşağı cinlərin harada 
yaşadıqlarını, hansı heyvanların, insanların cildinə girdiklərini izah edir, cəhənnəmin dəhşətlərindən bilici 
ədası ilə söhbət açır. Ilk baxışda adi görünən milyonlardan birinin öz uşaq təfəkkürü ilə həmyaşıdlarına və 
mənəvi-psixoloji təsir göstərmək bacarığı artıq onu adilikdən çıxarır. Adətən nağıllardan bizə məlum olan 
“yetim bic olar” biçiminə uyğun bir obraz səviyyəsinə yüksəlir. Az yaşlı İsmətin molla və hamamda toy edən 
cinlər haqqında danışdığı nağıl məsum kənd qızcığazının Azərbaycan folkloruna bələdliyini də aşkara çıxarır 
və adi adamın qeyri-adi xarakterini tamamlayır. Həbib Sahirin bir uşağın timsalında verdiyi uşaq aləmi və 
XX əsrin onuncu illərində həmin uşağı yetişdirən mühitin səciyyəsi memuar ədəbiyyatının nəsrdəki, 
ədəbiyyatdakı əhəmiyyətli rolunu və mövqeyini göstərir. 
Bu ədəbiyyatın mövzu dairəsi zəngindir. Burada dahilərin həyat yolu, adilərin ömründən adi və qeyri-
adi anlar, müharibə səhnələri, idillik kənd həyatı lövhələri, maarifsizlik və sair mövzularla rastlaşmaq 
mümkündür. Məktəbsizliyin, müasir pedaqoji qaydaların yoxluğu, yoxsul balalarının maddi imkanslzlıq 
üzündən köhnə təhsil sistemindən də kənarda qalması hekayə janrında olduğu kimi, burada da öz əksini 
tapmışdır. Tufarqanlı Hüseynin “Xatirələr”i maarifsizliyin ağrı-acısını çəkən Cənubi Azərbaycan xalqı üçün 
səciyyəvi olan cümlələrlə başlayır. 1311-ci ilin (1932-ci il miladi – A.Ə.) payız fəslində bir gün axşamçağı 
1
“İnqilab yolunda” məcəlləsi. I il, II dövrə, N11, s. 23. 
2
Yenə orada, s. 24. 
3
“Varlıq” məcəlləsi, N9, 10, 11, 12, 1364-cü il, s. 75, “Xalam” hekayəsi.


M.P.Vaqif və müasirlik 
104
atam bir vərəq kağız və bir dana midad əlində gətirdi və anama dedi: mənki, bisavad oldum, qoy uşaqlar dərs 
oxusun. Sabah Hüseyni dərsə qoyacağam. 
O gecə mən sevindigimdən səhərəcən gözümə yuxu gəlmədi. Səhər anam əl-ayağımı təmiz yuyub və 
bir əldətikilmə taza bir köynək əgnimə taxdı. Güləcəmin toz-torpağını təmizləyib, gecə börkümü başıma 
qoyub “Allah Məhəmməd, Əli, Fatimə” deyib atamla yola saldı. Uzun yoldan “Hacı Kərim məscidinə qədər 
bütün dost-aşnalar bizim dərsə getməgimizi bilib şad oldular”.
1
Lakin bir ayın içində ərəb hürufatını öyrənən kasıb balaları, o cümlədən Hüseyn dərsə davam edə 
bilmir. Mollanın aylıq xərcini ayrı, köməkçinin – xəlifənin çərəzini ayrı verən mülkədar, maliklərdən fərqli 
olaraq, onların atalarının bircə qrana da gücü çatmır. Əvəzinə odun daşıyır, töylədə peyin təmizləyirlər. 
Lakin bu da uzun çəkmir. Hansı dəcəl və harın şagirdinsə odladığı barıt qonşu klasdakı mollanı göyə 
fırlatdıqda, bədbəxt Hüseyni də məktəbdən qovurlar. Bu dərdi yenidən yaşayan müəllif yazır: “Zahirdə ona-
buna deyirdim ki, dərsdən çörək çıxmaz. Amma batində ürəgim qan-yaş ağlayırdı və hər gün taza bir lüğət 
və cümlə öyrənməgi yadıma salanda gözlərimdən yaş qətrələri damırdı”.
2
Hüseynin əsl görməli günləri sonradan, Qulu davatgərin dükanında şagirdliyə qoyulduğu vaxt başlanır. 
Özgə dükanlarına gah kömürə, gah ətə, gah suya, gah papirosa göndərilən, üstasının adını eşidənlərin 
tənəsinə məruz qalan və üstəlik, tiryəki “ustası” tərəfindən amansızcasına döyülən, söyülən şagirdi qonşu 
həkim, fotoqraf, baqqal güclə xilas edib evinə göndərirlər. Üz-gözü qanamış, arxalığı parçalanmış bala və 
ümidi Allaha qalmış ananın hönkürtü çalması ilə əsər bitir.
Məhəmmədəli Ocaqverdinin “Əshab-kəhf yuxusu” adlı xatirəsi də maariflə bağlı qələmə alınmışdır. 
Lakin burada məsələnin qoyuluşu tamamilə başqa prinsiplər üzrədir. Müəllif zorla Azərbaycan məktəblərinə 
yeridilmiş fars dilinin kəndliləri çıxılmaz vəziyyətdə qoyduğunu yumoristik dillə təsvir edir. Mədrəsə istəyən 
kənd əhalisinə mərkəzdən elə bir müəllim göndərirlər ki, “iki yaşında uşaqcan da türki qanmır”. Müəllifin 
sözlərinə görə, əsli-kökü fars olan müəllimlə dil tapa bilməyən “kəndxuda istədi müəllimlə lal oyunu 
çıxartsın, başaranmadı”.
3
Mürtəca Məcidfərin “Üç epizod” xatirəsi isə həm uşaqlıq illərinin acılı-şirinli anlarına, həm fransız 
yazıçıları ata-oğul Dümalara münasibətə, həm də ədəbiyyatda şəxsiyyətin roluna həsr olunub. Müəllif çox 
doğru olaraq göstərir ki, “Bir şəxsiyyət yazıçı əlilə yaranır və qələmilə mənəviyyat və yüksəliş zirvələrinə və 
ya qəbristana yollanılır”.
4
Yazıçının ədəbiyyatşünaslıqda özünə layiq yer tuta biləcək bu sərrast fikrini əlimizdə olan mümuar 
ədəbiyyatı nümunələri haqqında da işlədə bilərik. Burada tezliklə yaddan çıxacaq və yaxud adilikdən zirvə 
məqamına, ədəbiyyat mövqeyinə ucaldılmış obrazlar, hadisələr vardır. 
Uşaq ədəbiyyatına gəldikdə isə bu sahədə yaradıcılıq axtarışları aparan yazıçıların sayı o qədər də çox 
deyildir. Bunu iki əsas səbəblə izah etmək olar. Birincisi- uşaqların başa düşə biləcəyi ana dilində yazıb-
yaratmağın qadağan edilməsi, ikincisi isə uşaqlar üçün yazmağın çətinliyi. Uzun illər ana dilli ədəbiyyatın 
amansızcasına sıxışdırılması üzündən yeganə uşaq yazıçısı S.Behrəngi də farsca yazmaq məcburiyyətində 
qalmışdı və son bir neçə ildə nəhayət ki, Azərbaycan dilli uşaq hekayələri işıq üzü görməyə başladı. 
Maraqlı və sevindirici cəhət orasındadır ki, uşaqlar üçün yazılan əsərlər həcmcə azlıq təşkil etsə də, 
ümumilikdə uşaq psixologiyasını düzgün anlayan, onu istədiyi məcraya yönəltməyi bacaran, saf uşaq 
şüuruna, onu vətənpərvərliyə, torpaq və dil sevgisinə, millətə sədaqət ruhuna alışdıran, eyni zamanda həyatın 
hər hansı gözlənilməz hadisəsinə qarşı hazırlayan mükəmməl bədii nümunələrdir. 
B.Süteyifin “Balıqcıl pişik” hekayəsində balıq tutmağa gedən pişiyi tülkü, canavar və ayı məcbur 
edirlər ki, tutduğunu onlara versin. Amma elə özləri də axmaqlıqları ucundan ona mane olurlar. Hər dəfə biri 
qarmağın üstünə atılıb balığı qaçırdır. Üçüncü qarmağa gələn naqqa yekəliyi ilə üçünü də cəlb etdiyindən 
çaya atılıb vuruşurlar. Pişik isə bic-bic gülümsəyərək ayrı yerə ova gedir.
5
V.Mehrinin “Maral və maral balası” hekayəsi miniatür nəsr əsərlərinə, xüsusən də uşaq hekayələrinə 
ən yaxşı nümunədir. Yığcam bir hekayədə böyük bir povestin, romanın məzmununu vermək, dərin, fəlsəfi 
mənanı həyati misalla göstərmək baxımından bu əsər uşaqlar üçün də böyüklər üçün də ibrətamizdir. 
Ömrü boyu öz dünyagörüşü, təcrübəsi ilə sürüyə başçılıq etmiş qoca maral balaca maralın qabaqcadan 
etdiyi xəbərdarlığa baxmayaraq tələyə düşdükdə, sürüdəkilərə deyir: “Qulaq verin balalarım! Ovçular bu 
yaxınlıqdadırlar, kim hara qaçmağı bacarırsa, qaçsın. Biriniz də burada qalmayın, yoxsa siz də mənim kimi 
fəlakətə düşərsiniz. 
1
“İnqilab yolunda” məcəlləsi, I il, II dövrə, sayı 12, s. 33. 
2
“İnqilab yolunda” məcəlləsi, II dövrə, sayı 12, s. 56. 
3
“Dədə Qorqud” məcəlləsi, II il, N17, s. 27. 
4
“Yol” dərgisi. I dey, 1970, sayı 17, s. 39.
5
“Kəpənək” dərgisi. Tehran 15 isfənd 1369, sayı 1, səh 7, 10-11. 


M.P.Vaqif və müasirlik 
105
Ancaq sizdən bir neçə xahişim var. Əgər bu vaxta kimi sizi incitmişəm, məni bağışlayın. Bir də yaxşı 
yadda saxlayın ki, məsləhətin böyük-kiçiyi olmaz. Həmişə ağıllı məsləhətə qulaq asın. Əgər mən kiçik 
nəvəmin məsləhətinə qulaq assaydım, həyatım belə tezliklə sona çatmaz idi.”
1
Cənubi Azərbaycan uşaq ədəbiyyatından danışarkən Səməd Behrənginin yaradıcılığı xüsusi tədqiqat 
tələb edir. Qısa həyatı ərzində uşaqlar və yeniyetmələr üçün onlarca şirin, məzmunlu və ibrətamiz hekayələr, 
nağıllar yazmış S.behrəngi bu yolda təkcə əzablar çəkməklə kifayətlənməyib, həyatını da qurban vermişdir. 
“Balaca Qara balıq” hekayəsi ilə Azərbaycan xalqını əsarətdən qurtarmaq uğrunda mübarizəyə səsləyən “24 
saat ayıqlıqda və yuxuda” əsəri ilə İranın ictimai-iqtisadi mənzərəsini yaradıb, onu bütün dünyada ifşa edən 
müəllim – yazıçı, bu klassik əsərlərdə qoyduğu problemləri sonrakı povest, hekayə və nağıllarında da davam 
etdirmiş, həlli yollarını axtarmışdır. 
Səmədin əsərləri onun pedaqoji görüşlərinin bədii təcəssümüdür. Burada o, heç də milyonlarca 
həmvətənlərinə, yaxud başqa uşaqlara quzu sakitliyi, səssiz-səmirsizlik, kölə itaəti təlqin etmir. Əksinə, 
onlara hər hansı hadisədən çıxış yolu tapmaq bacarığı, cəldlik, ədalətsizliyə, zülmə, əsarətə, 
müstəmləkəçiliyə barışmazlıq arzulayır. 
“Çuğundursatan oğlan” hekayəsində yazıçı Azərbaycan xalqının milli-etnik xüsusiyyətlərindən olan 
namus probleminə toxunur. Şimali Azərbaycanda sovetlərin rəsmi dövlət siyasətinin inadla unutdurmağa 
çalışdığı, Cənubi Azərbaycanda da mərkəzi hökumətin pedaqoji tərbiyənin əsasları sırasına salmağı 
“unutduğu” bu xüsusiyyəti S.Behrəngi millətin atributlarından biri kimi qabarıq vermişdir. Ədalət uğrunda 
əmniyyələrlə vuruşmada öldürülmüş Qaçaq Əsgərin oğlu Tarverdi kiçik olsa da, namusdan, qeyrətdən keçən 
deyil. Kasıb ailələrini dolandırmaq xatirinə xalça karxanasında işləyən bacısına sahibkar Hacıqulunun pul 
verdiyini eşidəndə, Tarverdi bunun səbəbilə maraqlanır. Ortada namus məsələsi olduğunu başa düşən 12 
yaşlı oğlan uşağı acından ölmələrinə razı olur, amma sahibkarın bacısını siqə etməsinə aman vermir. Dəfə ilə 
vurub şəhvətpərəst qocanın başını yarır. Tarverdi namusda, qeyrətdə atasına çəkdiyini, xalqının oğlu 
olduğunu sübut edir. O, bişmiş çuğundur satmaqla cehiz düzəldib kişi ləyaqətilə bacısını ər evinə yola salır.
2
S.Behrənginin bədii yaradıcılığı əsasən, dərindən bildiyi Azərbaycan folkloru qaynaqları üzərində 
yaranmışdır. Azərbaycan nağıl və dastanlarını gözəl bilən yazıçı onlarca folklor nümunəsindən istifadə yolu 
ilə orijinal əsərlər yazmağı bacarmışdır. Bunlarda da uşaqlara həqiqətə çatmaq yolunda dözümlülük, 
alçaqlıqla, xəyanətlə barışmazlıq, mənlik, ləyaqət, vətənpərvərlik hissləri aşılanır. “Məhəbbət nağılı”nda 
nökər Qoçəli səbr, təhəmmül sınaqlarından çıxaraq, çox sevdiyi, lakin harınlamış, özünəvurğun şahzadə qızı 
möhkəm iradəsi sayəsində məhəbbətinə ram edib, xudpəsəndlik, mənəm-mənəmlik xəstələyindən qurtarır, 
ürəyində eşq və insanlıq odu yandırır”.
3
Yaxud “Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi?”, “Ax-vax!”, “həsən Qaranın nağılı” və bu kimi 
nağılların motivləri əsasında yazılmış “Təlxun” hekayəsi həm tacir qızı Təlxunun gözütoxluğunu, 
təmkinliyini nəzərə çarpdırır, həm də öz iradəsi, qeyrəti ilə müxtəlif sınaqlardan keçərək sevgilisinə qovuşur. 
Hər cür dəhşətli imtahanlardan çıxan, nə əjdahadan, nə cadugər dəyirmançıdan, nə aşbazın qəddar 
arvadından, nə cəhənnəm zəbanilərindən qorxub-çəkinməyən qız, sevgi və sədaqətin insanı ölümdən belə 
qurtaracağını sübut edir.
4
Yazıçı bir sıra hekayələrini də xalq nağılları əsasında qələmə almışdır. O cümlədən “Yeddi qızın atası 
və yeddi oğulun atası”, “Evi arvad tikər” fikrində inad edən padşah qızı haqda deyilmiş nağıl. “Azançı 
Hətəmin nağılı”, “Eyvay-hay”, “Ax-vax”, “Axmaq div”, “Tülküdənqorxan Əhməd”, “Yaxşı dost və yaman 
dost”, “Xeyir və şər”, “Fatmanın nağılı”, “Göyçək Fatma”.... nağılı əsasında işlənib. “Hacı Sayadın qızı” 
hekayəsi isə “Alı xan – Pəri” dastanından iqtibasdır. 
S.Behrəngi yaradıcılığında insan təbiətin bir parçası kimi təqdim olunur. Onların arasındakı üzvü 
bağlılıq bəzən elmi-bədii, bəzən də bədii fantastika şəklində meydana çıxır. “Qar dənəsinin sərgüzəşti” 
hekayəsində uşaqlara təbiətdəki su dövranı öyrədilirsə, “Ulduz və qarğalar” povestində insalara daim pislik, 
oğurluq, qaralıq rəmzi kimi tanıtdırılmış qarğaların bala sevgisi, insanlarla dostluq etmək arzusu, sədaqət 
kimi müsbət xüsusiyyətləri nəzərə çarpdırılır. Yazıçı təbiətdən danışan hekayələrində də ictimai dərdləri, 
istibdad quruluşunun eybəcərliklərini ifşaya çalışır. S.Behrənginin yaradıcılığını Cənubi Azərbaycan uşaq 
ədəbiyyatının ən yüksək zirvəsi hesab etmək olar. 
Ədəbiyyat
1.
“İnqilab yolunda” məcəlləsi. 1 il II dövrə, sayı 11, s.23. 
1
“İnqilab yolunda” məcəlləsi, 1 il, sayı 13, s. 61. 
2
Səməd Behrəngi. “Məhəbbət nağılı”, s. 108-114 
3
Yenə orada, s. 208-225. 
4
Yenə orada, s. 115-135. 


M.P.Vaqif və müasirlik 
106
2.
Varlıq məcəlləsi, №9, 10, 11, 12, 1364-cü il, s. 75. 
3.
“İnqilab qolunda” məcəlləsi, 1 il, II dövrə, sayı 12. 
4.
“Dədə Qorqud” məcəlləsi, II il, sayı 17. 
5.
“Yol” dərgisi, 1 dey, 1970, sayı 17. 
6.
“Kəpənək” dərgisi. Tehran 15 isfənd 1369, sayı 1. 
7.
“İnqilab yolunda” məcəlləsi 1 il, sayı 13. 
8.
S.Behrəngi. “Məhəbbət nağılı”. Bakı, 1987. 
BAYRAMOV RAMİL 
Bakı Dövlət Universiteti 
MİSKİN VƏLİNİN POEZİYASINDA DODAQDƏYMƏZ ŞEİR ŞƏKLİ 
Açar sözlər: 
ustad aşıq, Miskin Vəli, dodaqdəyməz şeir şəkli 
The poetry forms are presented with examples written by the poet Miskin Veli 
İnformation is provided about lips can’t touch poetry form. The poetry forms are presented with 
examples written by the poet Miskin Veli. 
Keywords:
master ashug, Miskin Veli, lips can’t touch poetry form 
Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Şair Vəli Miskinlidir. Vəli 
Miskinli aşıq ədəbiyyatının o nümayəndələrindəndir ki, Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, 
Dədə Ələsgər, Aşıq Şəmşir və s. ustad şair-aşıqlarla eyni sırada dayanır. Bu şair-aşıqlar Azərbaycan aşıq 
ədəbiyyatında yaradıcı aşıqlar kimi tanınmaqla yanaşı, saz çalaraq məclislərdə öz şeirlərini ifa da edirdilər. 
Göründüyü kimi, bu sırada dayanan aşıqlarda bir neçə ünsür sintez olunur: həm söz qoşur, həm saz çalır, 
həm şeirlərini ifa edir, həm də rəqs edərək incəsənətin bir sıra elementlərini özündə əks etdirirdilər. Bu 
sənətkarları birləşdirən əsas cəhətlərdən biri də aşıq şeirinin, demək olar ki, bütün şəkillərində şeir 
yazmalarıdır. 
Şair Vəli Miskinli bir sıra təxəllüslərlə (
Miskin Vəli, Aşıq Vəli, Şair Vəli, Miskinli Şair Vəli, Muzdur 
Vəli, Vəli
) şeirlər qoşaraq XX əsrdə (1894-1995) Azərbaycan aşıq ədəbiyyatını daha da zənginləşdirmişdir. 
O, şeirlərini 
qoşma (ustadnamə, vücudnamə, qıfılbənd), qoşayarpaq qoşma, gəraylı, təcnis, cığalı təcnis, 
dodaqdəyməzlər, dodaqdəyməz cığalı təcnis, gedər-gəlməz cığalı təcnis, müxəmməs, qoşayarpaq müxəmməs, 
qoşayarpaq cığalı müxəmməs, divani, dodaqdəyməz divani, bayatı
və s. kimi aşıq şeir şəkillərində qələmə 
almışdır. Göründüyü kimi, ustadın yaradıcılığında dodaqdəyməz şeir şəkli xüsusi qat təşkil edir: 
dodaqdəyməzlər, dodaqdəyməz cığalı təcnis, dodaqdəyməz divani.
Bu şeir şəkli ilə bağlı bəzi mənbələrə nəzər salmağı lazım bilirik. Məsələn, ədəbiyyatşünaslığa aid 
ensiklopedik lüğətdə göstərilir: “dodaqdəyməz – aşıq şeirində lirik janr şəkillərindən və təcnis növlərindən 
biri. Çox vaxt qoşma şəklində yaradılır. Dodaqdəyməzlərdə əsas şərt dodaq samitləri m, b, p işlətməməkdir; 
yəni belə şeirləri oxuyanda dodaqlar bir-birinə dəymir. Dodaqdəyməz onu qoşan aşıqdan yüksək sənətkarlıq, 
ideyalılıq, dərin fikir tələb edir; əks təqdirdə o, dodaq səsi olmayan hər sözü nəzmə çəkməklə mənasız sözlər 
yığını yaradar, formalizmə gedib çıxar. Çətinliklə yaradıldığından və çox vaxt mənasız, bədii cəhətdən zəif 
olduğundan bu formaya az müraciət edilir” (4, s. 64). Digər mənbədə isə qeyd olunur ki: “qoşmaların 
“dodaqdəyməz”, “qıfılbənd”, “bağlama” və sair formaları vardır. Bu nümunələrdə qoşma janrının zahiri 
formal tələbləri saxlanır. “Dodaqdəyməz” forması, adından da göründüyü kimi, elə qurulur ki, orada m, v, b, 
p ... kimi dodaqlanan samitlər işlənmir” (3, s. 139). Göründüyü kimi, aşıq yaradıcılığında qoşulması çətin 
olduğundan dodaqdəyməz şeir formasına digər şeir şəkillərinə nisbətən az təsadüf olunur. Bu çətinliyi 
yaradan isə bu tipli şeirlərdə 
m, b, p 
qoşa dodaq samitlərindən, bəzi hallarda isə dodaqlanan saitlərdən (o, ö, 
u, ü) istifadə olunmaması, həmçinin necə gəldi mənasız – süni söz və ifadələr yox, dərin mənalı kəlmələrin 
işlədilməsidir. Elə bu xüsusiyyətlərinə görə də folklorşünaslıqda dodaqdəyməzlərlə bağlı bir sıra fikirlər 
mövcuddur; bəzi tədqiqatçılar bu şeir formasını qoşma janrının, bəziləri isə təcnis janrının bir tipi kimi 
göstərir, görkəmli folklorşünas professor Azad Nəbiyev isə dodaqdəyməzi həm qoşmanın, həm də təcnisin 
bir tipi kimi təqdim edir (ətraflı bax: 5, s. 238-239, 243). Qeyd edək ki, təcnisin özü də qoşmanın cinas 
qafiyələrdən ibarət bir formasıdır, yəni bəndlərin, hecaların sayı və qafiyələnmə sistemi eynidir. Bundan 
başqa, dodaqdəyməzdə dodaqlanan saitlərin yoxsa, dodaq samitlərinin istifadə edilməməsi məsələsi ilə də 
bağlı müəyyən fikirlər vardır. Düzdür, əksər mənbələrdə dodaqdəyməzlərdə 
m, b, p
dodaq samitlərinin 


M.P.Vaqif və müasirlik 
107
işlənməməsi qeyd edilir. Lakin bəzi mənbələrdə 
z, v, f
diş-dodaq samitlərinin və dodaqlanan saitlərin də 
işlədilməməsi vurğulansa da, verilən nümunələrdə bu samit və saitlər işlədilmişdir. Tədqiqat mövzusu olan 
Şair Vəlinin dodaqdəyməzlərində həm qoşa dodaq 
m, b, p
samitləri, həm də dodaqlanan 
o, ö, u, ü
saitləri 
işlədilməmişdir. Qeyd olunan digər samitlərdən 

samitinə də rast gəlmədik, lakin 
v, z 
samitlərindən çox az 
sayda istifadə olunmuşdur. Buna görə də tədqiqatçılar arasında fərqli fikirlər yaranmışdır.Tədqiqat zamanı 
aydın olur ki, bütün dodaqdəyməzlərdə 
m, b, p
samitləri işlənmir, 
o, ö, u, ü
saitləri də əksər hallarda işlənmir, 
v, f, z isə bəzilərində işlənir, bəzilərində də işlənmir. Fikrimizcə, dodaqdəyməz şeir şəklindən danışanda 
burada, əsasən 
m, b, p
qoşa dodaq samitlərinin işlənməməsindən və dodaqlanan saitlərin istifadə 
olunmamasından danışmaq lazımdır. Yeri gəlmişkən, qeyd edək ki, Aşıq Ələsgərin də dodaqdəyməzlərində 
m, b, p
samitləri və dodaqlanan saitlərə rast gəlmədik. 
Dodaqdəyməzin qoşmanınmı, təcnisinmi bir növüdür və ya tipidir məsələsindən danışarkən, 
fikrimizcə, konkret sədd çəkmək düzgün deyil, ona görə ki, istənilən janrda adı çəkilən dodaq samitləri və 
yaxud dodaqlanan saitlər işlədilməzsə, həmin janrın və ya şeir şəklinin dodaqdəyməz tipi yaranmış olacaq. 
Deməli, divanidə də, müxəmməsdə də, təcnisdə də, qoşmada da, cığalı təcnisdə də 
m, b, p
samitlərini və ya 
o, ö, u, ü
saitlərini işlətməsək, onların adında müvafiq olaraq dodaqdəyməz ifadəsi səslənəcəkdir. 
Şair Vəlinin yaradıcılığına, xüsusilə onun nəşr olunan kitablarına (1; 2) nəzər yetirəndə burada biz beş 
ədəd dodaqdəyməz təcnisə - 
“azaldı”, “nədəndi?”, “yenə”, “yenə”, “hey qala, qala”
(2,
s. 107-109), bir 
ədəd dodaqdəyməz cığalı təcnisə - 
“yaxşı”
(2, s. 105), bir ədəd isə dodaqdəyməz divaniyə - 
“gədə” 
(2, s. 
140) rast gəldik. Lakin bu kitablarda şairin külliyyatının üçdə iki hissəsinin cəm olduğunu nəzərə alsaq, bu 
tipli şeirlərin sayının daha çox olduğunu düşünmək olar. 
Ustad aşığın dodaqdəyməzlərində ana dilinin zəngin leksikasından necə ustalıqla yararlanaraq lazımlı 
və məzmunlu sözlərin, ifadələrin seçilib yerli-yerində işlədildiyinin şahidi oluruq. Buna görə də onun 
dodaqdəyməzlərində dərin məna ifadə olunur. Bəzən ilk baxışda şairin nə demək istədiyini başa düşmək 
olmur, diqqətlə, sözlərin ifadə etdiyi mənaları təfəkkür süzgəcindən keçirərək oxuyanda ustadın çatdırmaq 
istədiyi mənanı dərk etmək olur. Qeyd olunanların əyani şahidi olmaq üçün Ustadın poeziyasından bir neçə 
dodaqdəyməz nümunəsinə nəzər salaq: 
Dodaqdəyməz təcnisdən:
Yazda yaşıllanır yarala yaxşı, 
Al yara yaraşır, yar ala yaxşı, 
Qəddarın canını yar ala yaxşı, 
Haqsız dil açınca hey qala, qala. 
Yaxşılara layiq yaxşı yar atdı, 
Yaxşı nişan aldı, yaxşı yar atdı, 
Vəli yaxşı dedi, yaxşı yaratdı, 
Yaxşı hasar çəkdi hey qala-qala (2, s. 108 ). 
Dodaqdəyməz divanidən:
Aşıq Vəli el içində, 
Gedirsən hər yana sən. 
De, yaxşı yaz, yaxşı yarat, 
Yayginən cahana sən. 
Həqiqəti, nəsihəti, 
Dərk elə insana sən, 
Hərcayidən kənarda gəz, 
Gen qaç nadandan, gədə (2, s. 140) 
Dodaqdəyməz cığalı təcnisdən:
Sən yaxşı insansan yaxşılıq eylə, 
İşindən işıq sal həyata yaxşı. 
Aşıq deyər həyata, 
Həya eylə həyata. 
Yaxşı insan gərəkdi, 
Ad qazansın həyata. 
Yaxşı nəshət yaxşı de, yaz əlinlə, 
Nəqş eylə tarixə, həyata yaxşı. 
Vəli sinəsindən yazdı, yetirdi, 
Yazdı, yaraşdırdı, yazdı, yetirdi 
Aşıq deyər yetirdi, 
Dediyinə yetir, di! 
Xəstə sızlar qar istər, 
Yaxşı gəldi yetirdi. 
Açıldı çiçəklər, yazdı, yetirdi, 
Ətirlər saçıldı həyata yaxşı (2, s. 105). 


M.P.Vaqif və müasirlik 
108
Ədəbiyyat 
1. İki ustad: Miskin Vəli, Növrəs İman. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 192 s. 
2. Miskin Vəli. Şeirlər, dastanlar. Bakı: “Elm və təhsil”, 2016, 352 s.
3. M.Cəlal, P.Xəlilov Ədəbiyyatşünaslığın əsasları. Dərslik. III nəşr. Bakı: Çaşıoğlu, 2005, 312 s.
4. Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. Bakı: “Azərbaycan Ensiklopediyası” NPB, 1998, 
240 s. 
5. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı, II hissə (orta əsr və yeni dövr folklor yaradıcılığı), Bakı: “Elm” 
nəşriyyatı, 2006, 648 s.
6. https://az.wikipedia.org/wiki/Miskinli_V%C9%99li
7. https://az.wikipedia.org/wiki/Dodaqd%C9%99ym%C9%99z
ƏHMƏDOVA ŞƏFA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
UŞAQ NƏSRİNDƏ YENİ MÖVZU AXTARIŞLARI VƏ SƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər:
uşaq ədəbyyatı, uşaq nəsri, uşaq poeziyası, obrazlar 
The development of our children's literature and national children’s prose 
This article deals with the development of our children's literature and national children’s prose in the 
early years of our independence. 
Keywords:
children's literature, children’s prose, children’s poetry, characters
Uşaq nəsrini tədqiq edən ədəbiyyatşünas alimlərimiz orijinal məzmunlu milli uşaq nəsrimizin təşəkkül 
tarixinin "Dəbistan" jurnalındakı bədii nümunələrlə başlaması fikri arxiv materiallarına və köklü məntiqi 
əsaslara söykənir. Bu zaman kəsiyindən başlayaraq milli uşaq nəsrimiz mərhələli inkişaf dövrü keçirmiş, 
son nəticədə isə zaman-zaman müasir nəsr nümunələrimizin ardıcıl ərsəyə gəlməsinə səbəb olmuşdur. Belə 
ki, kövrək düşüncəli kiçik yaşlı uşaqların diqqətini çəkən hər bir dövrün real həyat mənzərələri, oxucunu öz 
arxasınca aparan maraqlı əhvalatlar, yaş baxımından kiçik yaşlı oxucuların mərhələli həyatında bir zərurətə 
çevrilən, istedadlı yazıçıların bişkin qələmində bədii həllinə ehtiyac duyulan problematik mövzular milli 
uşaq nəsrinə gətirilmiş, xüsusilə də kiçik həcmli nəsr əsərlərində (hekayə, novella) müasir dövrə aid olan bu 
problemlərin bədii həlli öz əksini tapmış, sənətkarların ədəbi yaradıcılıq laboratoriyasında bişkin bir sənət 
əsərinə çevrilərək bu sferada özünə mövqe qazanmış, müasir bəşər övladının hərtərəfli inkişafinda, 
dünyagörüşünün formalaşmasında və mənəvi-estetik baxımdan daha da zənginləşməsində və yetərincə 
cilalanmasında əsas rol oynamışdır. 
Müstəqillik illərində qələmə alınmış milli uşaq nəsrimizin hamısına bədii yaradıcılıq səviyyə 
baxımından eyni prizmadan yanaşsaq tərəfimizdən böyük yanlışlıq olardı. Çünki bədii uşaq nəsri 
yaradıcılığı, sözün həqiqi mənasında hər bir yazıçının bu sahəni daha dərindən duymasından və dərk 
etməsindən ibarətdir. Bu dövrdə əsil sənət əsərləri yaradanlara da, klassik qələm sahiblərini yamsılamağa 
çalışanlara da, lakin heç nə əldə edə bilməyən qrafoman yazı həvəskararına da rast gəlmək mümkündür. 
Lakin biz tədqiqata əsasən bədii sözün tətbiqi funksiyasını yetərincə dərk edən, kimlərdən ötrü yazdıqlarını 
heç vaxt unutmayan, tələbkar oxucunu öz arxasınca aparan yazıçıların uşaqlar üçün yazılan nəsr əsərlərini 
daxil etməyi qarşımıza məqsəd qoymuşuq. 
Görkəmli rus yazıçısı M.Qorki (1862-1936) məharətlə yaratdığı öz nəsr əsərlərində dövrünün 
mürəkkəb real hadisələrini, ictimai varlıq kimi həyatda fəaliyyət göstərən insan obrazlarının mənəvi-
psixoloji aləmini böyük məharətlə açan, bütün incəliklərinə kimi qələmə alan sənətkarlardan biri olmuşdur. 
Bütün bu məziyyətləri dərindən duyan görkəmli rus nasiri əsl yazıçının mürəkkəb yaradıcılıq fəaliyyətini 
araşdıraraq qeyd edirdi ki: “Ədəbiyyatçının işi son dərəcə çətindir. İnsanlar haqqında hekayə yazmaq sadəcə 
olaraq onların barəsində “danışmaq” deyil; fırça və ya karandaşla rəsm çəkilən kimi, sözlə insanların rəsmini 
çəkmək lazımdır. Hər bir insanın xarakterinin ən səciyyəvi səhifələrini tapmaq, onun hərəkətlərinin ən dərin 
mənasını dərk etmək və bunlar haqqında elə dəqiq, aydın sözlərlə yazmaq lazımdır ki, oxucu kitabın 
səhifələrindən, onun sətirləri arasından canlı insan simasını görə bilsin, hekayə qəhrəmanının duyğu və 
hərəkətlərinin zabitəsi onda etiraz doğurmasın. Oxucu hiss etməlidir ki, oxuduqlarının hamısı elə belə də 
olub və başqa cür də ola bilməzdi”. Müstəqillik illərində qələmə alınmış milli uşaq nəsrində nisbətdə 
götürəndə fərqli yaradıcılıq imkanlarına rast gəlmək mümkündür. Belə ki, bu ədəbi prosesdə mövzu-ideya 


M.P.Vaqif və müasirlik 
109
baxımından yenilik meyli, sovet dövründən tamamilə fərqli olaraq motiv axtarışları istiqamətində yaranan 
bədii zənginlik, təsvirlərdə poetik obrazlılıq daha geniş hiss olunmaqdadır. Bədiiliyin və poetik obrazlılığın 
ecazkar gücü bu zəruri sahəyə yetərincə nüfuz etməyi bacaran hər bir güclü qələmə malik olan nasirin üslubi 
vasitələr sistemindən daha məharətlə istifadə etməsi, onun yetkinliyə doğru aparan bədii fantastik imkanları, 
fitri yazıçılıq istedadı və texnikı kamilliyi, professional yazı mədəniyyətinə yiyələnməsi və bədii nəsr 
yaradıcılığının digər zərurət kəsb edən komponentləri ilə ölçülür. Uşaqlar üçün nəsr əsərləri yazmağı riyazi 
inteqralı həll etməkdən də asan hesab edənlər isə faydasız cəhdləri ilə heç nə qazana bilmir, zaman ötdükcə 
ədəbi mühitdən birdəfəlik silinib gedirlər. Əgər uşaq yazıçısı bədii söz və ifadənin zəruriyyət tələb edən 
funksiyasını yetərincə dərk edə bilmirsə, kimdən ötrü yazdığının o qədər fərqinə varmırsa, deməli belə bir 
nəticə çıxarmaq mümkündür ki, o, professional səviyyədə qələm sahibi deyildir.
Onu da qeyd etmək lazımdır ki, müstəqillik illərində milli uşaq nəsrimizin mövzu-ideya axtarışı 
istiqamətində daha geniş şəkildə inkişaf prosesi əsasən XXI əsrin ilk illərinə təsadüf edir. Müstəqilliyimizin 
ilk onilliyi dövründə pespublikada ictimai-siyasi vəziyyətin mürəkkəbliyi, gərgin bir həddə çatması, qeyri-
sabitliyi və sonrakı bərpası dövründə daha çox kövrək hisslərə təsir göstərən emosional şeirə, həmçinin, 
demokratiya uğrunda mübarizəyə çağıran publisistik yazılara daha çox yer verilirdi. Bu illəri xatırladan Ulu 
Öndər H.Əliyev Azərbaycan yazıçılarının X qurultayındakı yekun çıxışında xüsusi qeyd etmişdir: “...1980-ci 
illərin sonundan başlayaraq Azərbaycan üçün ağır bir dövr başlanıbdır. Bu, bir tərəfdən Ermənistanın 
Azərbaycana etdiyi təcavüz nəticəsində meydana gəlibdir. İkinci tərəfdən, Sovetlər İttifaqının dağılması və 
beləliklə, Azərbaycanın öz müstəqilliyini əldə etməsi prosesi baş vermişdir. Bu proses zamanı 
pespublikamızın daxilində millətimizə, cəmiyyətimizə zərər vurmuş hadisələr də olmuşdur”.
Müstəqillik illərində yaranmış Azərbaycan uşaq nəsrində qarşıya qoyulan tələblərin həlli yolunda 
qarşıya müxtəlif xarakterli çətinliklər çıxdı. Yeni epoxaya qədəm qoymaq, bu dövrün kiçik yaşlı 
oxucularının bədii-estetik istəyini duymaq, maraq doğuran ədəbi prosesin axtarışında olmaq, uşaq nəsri 
nümayəndələrinin yeni axtarış cığırlarına qədəm basmaq tələbini qoyurdu ki, bunu isə yalnız bu sahənu 
olduqca dərindən dərk edən, bədii-estetik cəhətdən formalaşmış təsəvvürə malik olan istedadlı qələm 
sahibləri əldə edə bilərdilər.
Zaman ötdükcə müasir milli ədəbi prosesdə bir aydın istiqamət görünməyə başladı, görkəmli qələm 
sahibləri dünya ədəbiyyatı ilə ayaqlaşmağa cəhd etdilər və son nəticədə sovet dönəmindən fərqli olaraq, 
siyasi ideologiyadan olduqca uzaq, mövzu-ideya baxımından fərqli görünən və kiçik yaşlı oxucularda maraq 
doğuran mütərəqqi bəşəri motivlərə üz tutdular və nəticədə, bədii sənətkarlıq baxımından bir-birini təkrar 
etməyən, uşaqların mənəvi-estetik tərbiyə sistemində daha böyük əhəmiyyət daşıyan nəsr əsərləri meydana 
gəldi. Z.Xəlilin “Dünyanın ən balaca nağılları” (2002), “Orxan və dostları” (2004), “Yumru Yumaq və 
Qumru” (2011), “Günəşi qopartmaq istəyən ayılar” (2013), “Orxan, Vəfa və Bənək” (2015), “Çınqı” (2016), 
Q.İsabəylinin “Elnur, Əkil və onların başına gələnlər” (2004), “Samur at minir” (2006), “Cin” (2013), 
“Aclıq” dərsi” (2014), “İii...aaa...” (2014), “Boz cücələrlə məşhur oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı” 
(2015), hekayələr və nağıllar daxil edilmiş “Leyləyin intiqamı” (2015), Ə.Quluzadənin “Qürbətdən düşən 
daş” (2008), S.Nuruqızının “Sarı qız, Dız və Vız” (2003), “İpəkçənin macəraları”, “Cuya ilə iki gün” (2007), 
“Qəribə kəndin nağılı” (2008), “Paltar dolabında gizlənqaç” (2008), “Aysu və Ay” (2009), “Ağca və 
Cubbulu” (2009), R.Yusifqızının “Yaşıl gözlü qız” (2010), “Aysu” (2012), “Zamanın əsirləri” (2014), 
E.Zeynalovun “Qırmızı almalar” (2007), “Qarabağ hekayələri” (2009), G.Munisin “Hanı Toplanın topu?” 
(2009), “Yad planetdən gələn oğlan” (2013) və sair müxtəliv motivli uşaq nəsr əsərləri az sayda olsa da nəşr 
olundu.
Yuxarıda qeyd etdiyimiz və adlarını sadaladığımız, mövzu və sənətkarlıq baxımından eyni səviyyədə 
olmayan uşaq nəsr əsərlərini təhlilə cəlb etməklə bu əsər müəlliflərinin yeni yönümlü mövzu-ideya axtarışına 
nə dərəcədə çıxmasını, fərdi yazıçılıq üslubunun bədii-estetik keyfiyyətə malik olmasını, uşaq nəsr dilinin 
səciyyəvi əlamətlərini dəyərləndirməklə tədqiqat çərçivəsində ümumi elmi-nəzəri nəticələr çıxarmağa 
çalışacağıq. Onu da vurğulayaq ki, bəzi uşaq nəsr nümunələri haqqında bir sıra məqalələrin qəzet və 
jurnallarda yetərincə dərc olunması, gen-bol təriflənməsi də tədqiqatımızın obyektiv təhlili nəticələrinə kölgə 
sala bilməyəcək. Bu səbəbdən də, hələlik barmaqla sayıla bilən ciddi və orijinal uşaq nəsr əsərlərinin azlığı 
tədqiqatda və apardığımız təhlildə söz demək imkanlarını məhdudlaşdırmır, əksinə, obyektiv fikir yürütmə 
dərəcəsini artırır. 
Görkəmli uşaq yazıçısı Z.Xəlil milli uşaq nəsrində yaradıcılıq axtarışlarına hələ sovet dövründə qələmə 
aldığı “Ballıca” (1981) əsəri ilə başlamışdır. Bundan sonra uşaq nəsr yaradıcılığını daha da genişləndirərək 
uşaqların maraq dairəsinə uyğun gələn, siyasi-ideoloji prinsiplərdən tamamilə uzaq olan “Çıraq nənənin 
nağılları” (1983), “Cırtdanla Azmanın yeni sərgüzəştləri”, “Salam, Cırtdan” (1986) (rus dilində) və sair nəsr 
əsərlərini qələmə alaraq hələ sovet dönəmində milli uşaq nəsrimizi yeni mövzu-ideya baxımından yeni 
istiqamətə yönəltməyi bacarmışdır. Müstəqillik illərində də öz üslubuna sadiq qalaraq bu istiqamətdə nəsr 


M.P.Vaqif və müasirlik 
110
əsərləri qələmə almaqda bədii yaradıcılığını daha da zənginləşdirmiş, əvvəlki illərdə əldə etdiyi nəsr 
uğurlarının davamı olaraq oxucu marağı baxımından bir-birindən fərqli və olduqca maraqlı nəzərə çarpan 
əsərlərini qələmə almışdır. 
Onun bu illərdə çap olunmuş “Dünyanın ən balaca nağılları” kitabındakı mövzu baxımından yeni, 
dərin məna kəsb edən ən lakonik nağıllar mövzu-ideya istiqamətlərinə görə öz müasirlərindən tamamilə 
seçilir. “Oxuyan koğuş”, “Çəpiş”, “Hamıya nağıl danışmaq istəyən qız”, “Çiyələk çayının dibindəki oğlan”, 
“Bütün dünyanı fəth edən padşahın tacı”, “Bədəlin şəhadət barmağı”, “Başqa planetə uçan çəyirtgə”, 
“Yalandan yaranmış adam”, “Qayaya çevrilmiş balina”, “Yeyimcillər ölkəsinin adamları”, “Stolüstü 
lampanın dərdi”, “Dünyanın ən ədalətli gözətçisi” və sair nəsr əsərləri milli və dünya folklor motivlərindən 
qida alsa da, sırf orijinal bədii nümunə təsiri bağışlayır. Olduqca dərin məna kəsb edən bu yığcam hekayələri 
oxuduqca istər-istəməz Qrimm qardaşları, H.X.Andersen, Ş.Perro, R.Kiplinq, C.Rodari və digər dünya 
şöhrətli yazıçıların uşaq nəsr yaradıcılığını xatırlayırsan. Uşaq anlamına uyğun gələn şirin yumor, bəzən 
mövcud cəmiyyətimizin bir sıra qüsurlarına yönəldilən kəskin sarkazm bu əsərlərin daha da bədii dəyərini 
artırır. İstedadlı yazıçı mövcud cəmiyyətdə müşahidə etdiyi bu çatışmazlıqların aradan qaldırılması üçün 
özünəxas ədəbi priyomlardan məharətlə istifadə yolu ilə nəsr əsərlərini ərsəyə gətirmiş, əsərin ən dərin 
qatında gizlədilən spesifik halların dərk olunması üçün kiçik yaşlı oxucuların kövrək hissiyatına nüfuz etmiş 
və bu maraqlı nağıllar uşaqların mənəvi-əxlaqi keyfiyyətini bir qədər də tənzimləyə bilmişdir.
Z.Xəlil milli uşaq nəsrinin ən çox dəyər daşıyan milli ənənələrini qoruyub saxlamaqla yanaşı, 
həmçinin, tərbiyə sferasında mütərəqqi mahiyyət daşıyan Qərb uşaq ədəbiyyatının bədii çeşməsindən 
götürdüyü bircə damla ilə orijinal əsərlərini yaratmaq imkanlarını özündə saxlamağa nail olmuş, öz 
müasirlərinə əsl nümunə göstərmişdir. Bu nəsr əsərlərinin qaynaqlarının bir ucu istedadlı qələm sahiblərinin 
yaratdığı Qərb uşaq ədəbiyyatına gedib çıxsa da, onun yaratdığı müxtəlif səpgili xarakter-psixologiyaya 
malik olan bu və ya digər fərqli görünən uşaq obrazları milli keyfiyyətləri özündə saxlaya bilmiş, bu da 
yazıçının tükənməz istedadından xəbər verir. Onun nəsr əsərlərindəki peyzaj və ya mənzərə obrazlılığı, 
illüstrativ ecazkar təbiət təsvirləri, uşaqların anlam dərəcəsinə uyğun gələn bədii-estetik üslub çalarları daha 
qabarıq nəzərə çarpır. 
Z.Xəlilin uşaq nəsr əsərləri XX əsrin 80-ci illərindən (“Ballıca”dan) bu günə kimi öz populyarlığını 
özündə saxlaya bilmişdir. Bunun səbəbi odur ki, yazıçı hər dəfə yeni mövzular axtarışına çıxır, tələbkar 
oxucuların mənəvi-estetik tələbini duya bilir, yeni yaratdığı uşaq obrazlarının və maraq doğuran qeyri-adi 
əhvalatların məhərətli təsvirilə dünyanı yenicə dərk etməyə başlayan bəşər övladını arxasınca apara bilir. 
Çünki o, nəsr əsərlərini yazanda real hadisələrlə maraq doğuran fantastikanın sintezinə daha önəm verir və 
nəticədə, uşaqlar bu təsvirlərin “əsirinə” çevrilirlər. Məsələn, onun “Orxan və dostları” əsərində bunların 
şahidi oluruq. Bu mövzu uşaq nəsrimizdə həm üslub, həm forma və məzmunca seçilən əsərlərdən biri kimi, 
həm də milli uşaq nəsrində ilk roman janrı kimi dəyərləndirilir. Bu gün müasir milli uşaq nəsrindən söz 
açarkən, istər-istəməz onun əsas yaradıcılıq mənbəyinə, bədii sənətkarlıq rişələrinə, mütərəqqi əhəmiyyət 
daşıyan dünya uşaq ədəbiyyatı nümunələrindən bəhrələnmə imkanlarına nəzər yetirmək zərurəti yaranır. Bu 
mənbələrin yüksək yaradıcılıq səviyyəsini görə-görə zəif uşaq nəsr əsərlərinin ayaq açmasına yol vermək o 
deməkdir ki, bədii cəhətdən zəif olan bu nümunələr dünya rəqabət sferasında məğlubiyyətə düçaq olacaqdır. 
Ədəbiyyat o vaxt ədəbi mühitdə yaşamaq hüququ qazanır və dünya miqyaslı rəqabətə tab gətirə bilir ki, 
müasir dövr oxucusu bu ədəbi nümunələrin əvvəlkilərdən daha üstün olan cəhətlərini hiss edir, həm də onun 
mənəvi-estetik tələbatını yetərincə ödəyə bilir. Milli xalq ədəbiyyatını incəliyinə kimi bilmədən, bədii sözün 
dəyərin dərk etmədən sənətkarlıq baxımından fərqli əsər yaratmaq mümkün deyildir. Son illərin bədii uşaq 
nəsr yaradıcılığını araşdırarkən bu müsbət keyfiyyətləri yalnız orta nəslin istedadlı qələm sahiblərində 
görmək mümkündür. 
Ümumiyyətlə, müstəqillik illərində uşaq yazıçılarımızın bu və ya digər mövzuda qələmə aldığı nəsr 
əsərləri sovet dönəmində yazılan bədii nümunələrlə müqayisədə daha real, dar çərçivəli siyasi ideologiyanın 
toruna düşməkdən uzaq görünür. Müasir cəmiyyətdə cərəyan edən hadisələri və uşaqların mənəvi-psixoloji 
durumunu duymadan və bunları nəzərə almadan yeni mövzu-ideya yönümlü nəsr əsərləri yazmaq mümkün 
deyildir. Nə yaxşı ki, müntəzəm ədəbi fəaliyyət göstərən uşaq yazıçılarımız bu problemin zəruriliyini 
dərindən dərk etmiş və az bir müddət içərisində uşaqların mənəvi-estetik tələblərini qismən də olsa ödəyə 
bilmişlər.
Ədəbiyyat 
1. Əsgərli F. Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı. Bakı, ADPU-nun nəşri, 2009, s. 31-32. 
2. Əsgərli F. ”Uşaq ədəbiyyatı:qarşılıqlı yaradıclıq qaynaqları”. Bakı, ADPU, 2010 
3. Əsgərli F. ”Sehrli dunyanın memarı”. Bakı, ADPU, 2012 
4. Xəlil Z., Əsgərli F. Uşaq ədəbiyyatı (dərslik), Bakı, ADPU, 2011, 498 s. 
5. Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı (XIX-XX əsrlər), I cild. Bakı, “Nasir” 


M.P.Vaqif və müasirlik 
111
ƏLİYEVA SARA 
Bakı Slavyan Universiteti 
TÜRK DASTANLARINDA BOZ QURD 
Açar sözlər: 
türk, əcdad, “Boz Qurd”, “Ərgənəkon”, “Oğuz kağan”
The gray wolf in urkish sagas 
In article we saw some topics and their analyses in Turkish sagas. There have “The Gray Wolf” saga’s 
3 versions. It is said that the ancestor of Turks was wolf. At the same time it is approved that he was savior 
and leader. As well also saw his brutal features at some points.
Keywords: 
Turk, ancestry, “The Gray Wolf”, “Ergenekon”, “Oghuz Kaghan” 
Dünya xalqlarının mifoloji sistemində türk mifoloji sistemi mühüm yer tutur. Qədim türk mifoloji 
təfəkküründə “Boz qurd” bolluq və uğurun simvoludur. Atalarının qurda bənzədilməsi, “qurd ana”dan 
törədiklərinin təsviri həm yazılı qaynaqlarda, həm də dastanlarda özünü göstərir. Türklərin törəyişi 
haqqındakı Boz Qurd dastanları, Nizami Cəfərovun fikrincə, dünyanın yaranması barədəki konsepsiyadan 
sonra meydana gəlmişdir. Alimin araşdırmalarına görə, bu dastanlar I minilliyin ortalarından sonra tarixi 
ideya və məzmununa ciddi xələl gəlmədən yenidən dirçəlmişdir. Dastanın iki variantı Hun soylu Göytürk, 
üçüncü variantı isə Uyğur dövrünə aiddir. Bu mətnlər Çin mənbələrində təsdiqlənsə də, dastanların əsas 
motivlərinə orta əsr türk qaynaqlarında da rast gəlmək olur. 
Birinci varianta əsasən, göytürklər Aşina adlı ailədən törəmişdilər. Çoxalıb ayrı-ayrı oymaqlarda 
yaşadığı zamanda Lin adlanan ölkənin hücumuna məruz qaldılar. On yaşlı uşaqdan başqa bütün əhali 
öldürüldü. Düşmən əsgərləri bu uşağı öldürməyib, onun ayaqlarını sındıraraq bir bataqlığın yanına atdılar. 
Balalarını itirmiş dişi qurd uşağı ətlə bəsləyərək böyüdür və ondan hamilə qalır. Düşmənlər isə uşağın sağ 
olduğunu öyrənib, onu axtarırlar ki, öldürsünlər. Qurd uşağı götürüb qaçır. Onun on uşağı olur. Həmin 
uşaqlar böyüyüb evlənir, qısa vaxtda artıb yüz ailə olur. Vaxt keçdikcə ərazi onlara dar gəlir, buna görə 
buradan çıxıb Altay dağlarının ətəyində məskunlaşırlar. Aşina adlı qardaş xaqan seçilir, qurd soyundan 
olduğunu göstərmək üçün çadırının önündə qurd başlı bayraq ucaldır. Bundan sonra göytürklər Aşina boyu 
olaraq xatırlanır. Qurd başının bayraqda əks olunması boz qurdun əcdad-xilaskar statusunu təsdiqləyir. 
İkinci varianta görə, göytürklər A Panqpunun başçılığı ilə Sou adlanan yerdən çıxdılar. Düşmən 
hücumu nəticəsində başçının on yeddi qardaşından yalnız qurddan doğulmuş cəsur, güclü, yağışa, küləyə 
hökm edən İci Nisu Tu sağ qaldı. O, Yaz və Qış tanrısının qızları ilə evlənir. Bunların hərəsindən iki uşağı 
olur. Uşaqlardan ən böyüyü Na Tuliu A Panqpunun nəslinin məskunlaşdığı Şin dağlarına gedir. Od tapıb 
camaatı soyuqdan xilas edir. Bundan sonra qardaşları onu başçı təyin edib adını Türk qoyurlar. Onun on 
arvadı olur, oğlanları soyadlarını analarından götürür. Ataları öləndən sonra uşaqlar qərara gəldilər ki, ən 
yüksəyə tullanan başçı olacaq. Anası Aşina olan kiçik oğlan başçı olur və Aşina soyu törəyir. Aşina “dişi 
qurd” anlamını verir. 
Üçüncü variant digər iki variantdan fərqlidir. Belə ki, qədim Kun başçılarından birinin olduqca gözəl 
iki qızı var idi. O, Tanrını qızları insanla evlənmək üçün yaratdığına inanmırdı. Fikirləşirdi ki, qızları ancaq 
Tanrıyla evlənə bilər. Buna görə bir qala tikdirib, qızları ora köçürdü. Qalanın ətrafında qoca bir boz qurd 
dolaşır. Başını qülləyə tərəf çevirib, ulayır və sonra özünə bir yuva düzəldir. Kiçik qız qurdun qurd cildinə 
girmiş Göy Tanrı olduğunu dedi və bacısını aşağı düşməyə razı saldı. Onların qurdla izdivacından doqquz 
oğuz-on uyğur uşaqları doğuldu. Onlar nərə çəkəndə və mahnı oxuyanda qurd kimi səs çıxardırdılar. Qeyd 
edək ki, bu mətni “Doqquz Oğuz-On Uyğur” dastanı da adlandırırlar. A.Şükürovun mülahizəsinə əsasən, 
“Doqquz Oğuz-On Uyğur” türklərinin iki dastanı mövcuddur. Birincisi yuxarıda bəhs etdiyimiz uyğur 
türklərinin yaranması ilə bağlıdır. Digəri isə “Köç” dastanıdır.
“Ərgənəkon” dastanında qurd türk başçısının əsas adı kimi verilir. Belə ki, Ərgənəkondan çıxarkən, 
göytürklərin başçısı Börtə Çönə idi. Bu monqolca boz qurd anlamını verir. Dastanda türklərin 400 il ərzində 
Ərgənəkonda yaşadığı göstərilir. Bu vaxt müddətində o qədər artırlar ki, bu əraziyə sığmırlar. Burdan çıxmaq 
üçün yol axtarırlar. Sonra öyrənirlər ki, bir dəmir, kömür yatağı var. Bu yataq bir qurdu qovarkən tapılmışdı. 
Qurd yatağın yanındakı balaca bir deşikdən qaça bilmişdi. Türklər bu dəmir dağı əridib martın 9-unda 
Ərgənəkondan çıxa bilmişdilər. Beləliklə, türklərə hardan gəldiyi bilinməyən bir boz qurd bələdçilik edir. 
Bundan sonra, Börtə Çönə əlinə qurd başlı bir bayraq alıb bütün düşmənlərinə qalib gəlir. 


M.P.Vaqif və müasirlik 
112
Məşhur professor Ağayar Şükürov qədim türk mifologiyasını dərindən araşdırmışdır. O, bir sıra 
tədqiqatçıların fikrinə əsaslanaraq, bu mükəmməl tədqiqat əsərini ortaya çıxarmışdır. Alimin fikrincə, boz 
qurd xilaskar, əcdad, hami, yol göstərən və s. funksiyaları yerinə yetirir. A.Şükürov yazır: “...Bütün bunlar 
boz qurd obrazının ilkin qatlarında Tanrı oğlu motivinin durduğunu göstərir. Boz qurdun qalan funksiyaları 
Tanrı oğlu motivi ilə əlaqədardır... Yaradılış miflərindən aydın olduğu kimi, Tanrı oğlunun əsas funksiyası 
xilaskarlıqdır. O, insanları Erlikdən, onun köməkçiləri olan yaman ruhlardan qoruyur, insanlara od almağı, 
silah düzəltməyi, alaçıq qurmağı və s. öyrədir” (5, s. 101). 
“Oğuz kağan” dastanı qədim türk eposunun ən mükəmməl təzahürlərindəndir. A.Şükürovun fikrincə, 
“Oğuz kağan” dastanında Tanrı oğlu funksiyasının bir hissəsini boz qurd, digər hissəsini isə Oğuz 
reallaşdırır. Türk elinin xilaskarı Oğuz və boz qurddur. Oğuz xaqan əcdad-qəhrəman kimi özünü göstərir. 
Mətnə əsasən, funksiyalar bir qədər konkretləşib. Belə ki, xilaskarlıq – yol göstərmək funksiyasını qurd, el 
qurmaq, dövlət yaratmaq missiyasını isə Oğuz yerinə yetirir. Ümumiyyətlə, Oğuz xaqan qədim türk 
mifologiyasında digər dastan qəhrəmanlarından seçilir.
Ağayar Şükürov yazır: “Oğuz” dastanı həm uyğur, həm də fars dillərində zəmanəmizə qədər gəlib 
çatmışdır. Çox vaxt Oğuzu Mete ilə eyniləşdirirlər. Lakin bəzi alimlərin fikrincə, bu dastan Metedən də 
əvvəl olmuşdur. Lakin tarixçilərə görə isə Metenin şəxsi məziyyətləri – qəhrəmanlığı və həyatının mühüm 
cəhətlərinin Oğuz xaqanının həyatına bənzəməsi Oğuz xaqanının əslində Mete olacağı fikrinə gətirib çıxarır” 
(5, s. 157).
Yuxarıda qeyd etdiyimiz kimi, dastanın iki dildə bu günümüzə qədər gəlib çatmışdır. A.Şükürovun 
təbiri ilə desək, uyğur variantı daha qədimdir. Fars dilində olan “Oğuznamə” isə XIV əsr müsəlman tarixçisi 
Fəzlullah Rəşiddədin Həmadaninin “Cəmi ət-təvarix” adlı əsərinin bir hissəsidir. Eyni zamanda dastanın 
“Kitabi-Dədə Qorqud”, XVII əsrdə Əbülqazi xan Xivəlinin yazdığı “Şəcəreyi-tərakimə” və s. kimi 
versiyaları mövcuddur. Uyğur dilində olan “Oğuznamə”də Oğuz xaqanın ayağı öküz ayağına, beli qurd 
belinə, çiyni samur çiyninə bənzədilir. Bədəninin bütünlüklə tüklə örtülü olduğu qeyd olunur. Dastanda 
təsvir olunur ki, Urum xaqan Oğuz xaqanı saymadığına, tabe olmadığına görə, o, Urumun üzərinə hücum 
etmək üçün yola çıxır. Qırx gündən sonra Buz dağının ətəklərinə çatır, burada çadır qurur və gecələyir. Səhər 
dan yeri ağararkən, onun yurduna – hazırda məskulaşdığı yerə gün işığına bənzər bir işıq düşür və içindən 
boz (göy) tüklü, boz (göy) yallı böyük, erkək bir qurd görünür. Oğuza yol göstərmək istədiyini deyir. Ordu 
bu qurdun dalınca gedir. Qurd İdil Moran kənarında dayanır. Savaş başlanır və Urum xaqan məğlub olub 
qaçır. Onun nə ki var-dövləti var idi, hamısı Oğuzun əlinə keçir. Bozqurd yenə ordunun qabağına düşür. İdili 
keçib İt Barakın ordusu ilə qarşılaşırlar. Savaşda yenə Oğuz üstünlük əldə edir. Sonra yenə eyni üsulla-
qurdun arxasınca getməklə Türkütlərə qalib gəlir.
Dastanın 12-ci hissəsində Oğuz xaqan tərəfindən boz qurdun onların uranı olacağı arzulanır. Uran sözü 
isə hərbi çağırış anlamını verir. Dastan boyu həqiqətən də bunun şahidi oluruq. Belə ki, boz qurdun başçılığı 
və çağırışı ilə baş tutan yürüşlər hamısı qələbə ilə nəticələnir. Qeyd edək ki, boz qurd yalnız Oğuz xaqanın 
gözünə görünür. Bunu A.Şükürov öz “Mifologiya”sının Türk mifologiyası ilə bağlı altıncı kitabında qeyd 
edir. O, bildirir ki, “Oğuzun boz qurdu döyüş uranı elan etməsi onun qurd kimi döyüşən say seçmə gənc 
döyüşçülərə malik olduğunu sübut edir. Buna görə də əski türklər doğulan hər bir uşaqda döyüşçü 
gördüklərindən “qurd oldu” – deyirdilər” (1, s. 106). 
Fəzlullah Rəşiddədin Həmadaninin “Oğuznamə”sində isə qurdla bağlı bir epizod diqqəti cəlb edir. 
Burada bir qoca qurdun üç gənc qurda etdiyi şikayətlər verilir. Belə ki, o qocalığından gileylənir, ovlarının 
arxasınca qaçıb çata bilmədiyini, çatanda isə onları parçalaya bilmədiyini deyir. Gənclər isə onların özünün 
qüdrətli olduğunu, yaşlıya kömək etməzlərsə, dəyərsiz ola biləcəklərini, bu gecə fırtınanın olacağını, 
fürsətdən istifadə edib, toy üçün gətirilmiş heyvanların quyruq və qarınlarını parçalayıb qoca qurda 
verəcəklərini və həmişə ona yardım edəcəklərini deyirlər. Lakin Göl Erki xanın Qara Barak adlı iti qurdlarla 
vuruşur, onların qoyunlara hücum etməklərinə mane olur, qurdlar Duman xan tərəfindən öldürülür. Burada 
Qara Barakın xana olan sədaqəti ön planda verilir. Eyni zamanda kiçiyin böyüyə hörməti qurdların simasında 
verilir. Sözünü tutmaq da əsas keyfiyyət kimi özünü göstərir.
Türk dünyasının məşhur abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında müəyyən qədər qurdla bağlı 
epizodlara rast gəlirik. Bu epizodlar “Salur Qazanın evinin yağmalandığı” boyla bağlıdır. Ilk olaraq, Qazan 
xanın yuxusunda rast gəlirik. O, quduz qurdların onun evini dəldiyini yuxusunda gördüyünü qardaşı 
Qaragünəyə deyir. Qardaşı yuxunun bu hissəsini yoza bilmir. Bundan sonra Qazan xan öz yurduna gəlir. 
Ardıcıl olaraq yurd, su, qurd və köpəklə xəbərləşir. Qurd haqqında deyir: “Qurd yüzi mübarəkdir, qurdlan bir 
xəbərləşəyim” (2, s.41). Onunla xəbərləşərkən, qurdun gününün axşamlar başladığını, qarda yağışda ər kimi 
dayandığını, atları kişnətdiyini, qızıl dəvələri inləşdirdiyini, qoyunları yediyini, ulartısının köpəkləri təşvişə 
saldığını, çobanları gecə vaxtı qaçırtdığını deyir və elindən bir xəbəri varsa, ona verməsini xahiş edir. Lakin 


M.P.Vaqif və müasirlik 
113
məlum məsələdir ki, qurd ona cavab verə bilmir. Bu boyda Qaraca çobanın qüdrətindən danışılarkən 
bildirilir ki, onun sapandının qorxusundan bayırda qalan heyvanını bir qurd yeyə bilməzdi. 
Qazılıq qoca oğlu Yeynək” boyunda dayısı Əmən Yeynəkə igidlərindən danışarkən onları Bayırın 
qurduna bənzədir. Yeynək atası ilə görüşərkən, sahibsiz yerlərin qurdu kimi inildədikləri təsvir olunur. 
“Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi” boyda Qazan xan kafirlərə: “Əzvay 
qurd ənügi erkəgində bir köküm var...” – deyir (2, s. 158). Burada qurdun əcdad olduğu bir daha təsdiqlənir. 
Beləliklə, bu məqalədə türk dünyasının bir sıra dastanlarında və onların versiyalarında qurdla bağlı 
mətn və tədqiqatlar üzərində müəyyən araşdırma aparılmış, onun əcdad, xilaskar, yol göstərən, hərbi 
çağırışçı, müqəddəs olduğu bir daha təsdiqlənmişdir. Qurdun bütün bu cəhətləri ilə yanaşı, onun heyvani 
xüsusiyyətləri, çox vaxt güclü, bəzi məqamlarda isə zəif olduğu məqamlar da qeyd olunmuşdur.
Ədəbiyyat 
1.
Cəfərov N. Qədim türk ədəbiyyatı. Bakı, AzAtaM, 2004, 322 s. 
2. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, “Öndər nəşriyyat”, 2004, 376 s.
3. Oğuznamələr, tərtibçilər və ön sözün müəllifləri: K.Vəliyev, F.Uğurlu. Bakı, Bakı Universiteti nəşriyyatı, 
1993, 92 s. 
4. Rəşidəddin. “Oğuznamə”. Anadolu türkcəsindən Azərbaycan dilinə çevirən, ön söz və göstəricilərin 
müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.Osmanlı, Azərbaycan Milli Ensiklopediyası. Bakı, Nəşriyyat-
Poliqrafiya Birliyi, 2003, 108 s.
5. Şükürov A. Mifologiya, 6-cı kitab. Qədim türk mifologiyası. Bakı: Elm, 1997, 232 s.
6.dede.musigi-dunya.az/ye/aski_turk_dastan.html. 
ƏZİMOVA AİDA 
Bakı Dövlət Universiteti 
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA MİLLİLİK MƏSƏLƏSİ 
Açar sözlər

epos, oğuz, “Kitabi-Dədə Qorqud”, milli, mənəvi
The nationality problem in the “Kitabi-Dede Qorqud” 
In the research, the saga's creativity and the nationality issue in our epics have been investigated. The 
essence and purpose of the Oguz state is to create unity and solidarity in the society in the relationships 
between people and all peoples, and so on. propagation of ideas was investigated. 
Keywords

epos, oguz, “Kitabi-Dada Qorqud”, national, moral
Ədəbi-tarixi yaddaşlarımızda tarix boyu elə bədii nümunələr mövcud olmuşdur ki, həmin mətnlərdə
bir xalqın mədəniyyəti, dini etiqadı, həyat tərzi, adət-ənənəsi əks olunaraq bu mənada zəngin informasiyanı 
özündə ehtiva edir. Mövcud məsələləri dastan yaradıcılığı konteksində araşdırmaq daha məqsədə uyğun 
hesab edilə bilər. Dastan yaradıcılığı dünya ədəbiyyatında ayrı-ayrı xalqların müxtəlif tarixi dövlətlərdə 
ədəbi-bədii, ictimai-siyasi düşüncəsini əks etdirən şifahi yaradıcılıq sahələrindən biridir. Bu şifahi irs 
aləmində türk dilli xalqların,o cümlədən azərbaycanlıların dastan yaradıcılığının xüsusi yeri vardır. Dastan 
yaradıcılığı dünya xalqlarının şifahi sənətin zəngin bir qolunu təşkil edir. 
Lakin tarixin keşməkeşli dönəmlərində müəyyən ədəbi nümunələrin bir qismi məhv olmuş, 
yandırılmışdır. Bu cəhətdən biz xoşbəxt xalqlardan hesab olunmalıyıq ki, 1300 illik tarixə malik olan 
“Kitabi-Dədə Qorqud” kimi bir ədəbi nümunəyə malik olmuşuq. 
Dastanlar bəşər mədəniyyətinin nadir incilərindən biri kimi, şifahi söz xəzinəsinin ayrılmaz tərkib 
hissəsidir."Kitabi-Dədə Qorqud" dastanlar toplusu, müxtəlif məzmunlu oğuznamələr və "Boz Qurd" kimi 
qiymətli epos nümunələri indi də dünya mədəniyyətinin sayılıb-seçilən inciləri sırasında özünəməxsus və 
diqqətəlayiq yer tutur. “Kitabi-Dədə Qorqud” oğuz türklərinin dastanıdır. 


M.P.Vaqif və müasirlik 
114
Dastanlarda xalqın gündəlik məişəti və həyat tərzi, təsəvvürləri, cəmiyyətə baxışları, milli adət-
ənənələri, psixolji-mənəvi keyfiyyətləri, məşğuliyyəti və tarixi mübarizələrinin təsviri mühüm yer tutur. Elə 
bu səbəbdəndir ki, dastanları xoşbəxt həyat uğrunda aparılan mübarizəsiz təsəvvür etmək çətindir. 
"Kitabi-Dədə Qorqud" və "Manas" belə epos-dastanlardan hesab olunur. Qəhrəmanlıq motivləri ilə 
zəngin olan bu dastanlarda milli adət-ənənələr, əxlaq normaları və davranış qaydalarının təsviri də mühüm
yer tutur. 
"Kitabi-Dədə Qorqud" həm də Azərbaycan xalqının tarixidir. Onun ictimai-siyasi varlığının poetik 
inikasıdır. Ensiklopedik mahiyyət daşıyan bu abidənin VI-VIIəsrlərdə yarandığı ehtimal edilməkdədir. 
İstər ən qədim dövrlərdə, istərsə də erkən orta yuzilliklərdə türkdilli xalqların o cümlədən, 
azərbaycanlıların yaradıcı düşüncə və təfəkkürünün dəyərli abidələrindən biri olan dastanlar sosial-siyasi və 
hüquqi fikrimizin zənginləşməsində mühüm tarixi rol oynamışdır. Çox maraqlı və diqqətəlayiq haldır ki, 
epos-dastanlarda, o cümlədən, "Kitabi-Dədə Qorqud"da ehtiva olunmuş ideyaların bəziləri çağdaş dövrlə 
səsləşir. Ədalətli hökmdar, ədalətli qanun və ədalətli cəmiyyət və s. bu kimi ideyalar deyilənlərə nümunə ola 
bilər. "Kitabi-Dədə Qorqud" türk xalqlarını, xüsusilə oğuz tayfalarının bədii təfəkküründən doğan folklor 
incisidir. Lakin eposun ideya-məzmunundan onun eyni zamanda da, möhtəşəm ictimai-siyasi fikr abidəsi 
olduğu aydın olur. Bütün bunlar "Kitabi-Dədə Qorqud" eposunu həm də Azərbaycan xalqının ictimai-siyasi 
fikr tarixinin əzəmətli abidələrindən biri kimi dəyərləndirməyə əsas verir. Epos dərin vətənpərvərlik ruhunda 
olması, oğuz elinin öz suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsi, cəmiyyətdə mövcud olan davranış 
qaydalarının və əxlaq normalarının müqəddəsliyi və möhkəmliyinin qorunması sahəsində nümayiş etdirilən
mütəşəkkillik, bütövlükdə oğuzların əxlaqi düşüncəsini, ictimai-siyasi təfəkkürünü dünya görüşünü əks 
etdirir. 
"Kitabi-Dədə Qorqud" dakı ictimai-siyasi hadisələr qədim oğuzların ictimai və dövlət həyatı, 
cəmiyyətdə mövcud olan bəzi sosial siyasi təsisatlar və s.haqqında təsəvvürlər əldə etməyə imkan verir. 
Cəmiyyətdə hökm sürən adət-ənənələr, davranış qaydaları, eləcə də, dövlətin ədalətlə idarə edilməsində 
tətbiq edilən normalar, hər şeydən əvvəl, əxlaqi köklərə bağlı olmuşdur. Belə quruluşa malik cəmiyyətdə
sosial ədalətin yüksək səviyyədə olduğu bir daha ö z təsdiqini tapmış olur. Ədalət şərtlərinə əməl 
edilməsinin də əsasını əxlaqi dəyərlər təşkil edir. Bütün bunlar Oğuz elinin yüksək mənəviyyatlı bir 
cəmiyyət olmasına şəhadət verir. 
"Kitabi-Dədə Qorqud" boylarının ideya-məzmunu göstərir ki, qədim oğuzlarda "yurd", "vətən", 
"cəmiyyət" və "dövlət" anlayışlarının çox mühüm əhəmiyyəti olmuşdur. Qədim oğuzlar bir məkan tanıyırdi. 
Bu məkan onlar üçün həm doğma yurd, el-oba vətən həm də heç bir zaman basılmaz olan möhtəşəm və 
qüdrətli bir dövlət idi. Ona görə də dastanlarda nəzərə çarpan vətən istəyi, eləcə də, xalqın və dövlətin taleyi 
uğrunda mübarizə aparmaq əzmi təsadüfi və ötəri hisslərdən ibarət olmamışdır. Bu istəkdə mənəvi paklıq və 
dərin bir inam var idi. Çünki, Oğuz dövlətinin mayası ədalətdən yoğrulmuşdu. Onun təsisinə Dədə Qorqud, 
Bayandur xan və Salur Qazan kimi ər igidlər yenilməzlik və sarsılmazlıq möhürü vurmuşdu.
Fikrimizcə, Oğuz dövlətinin başlıca amalı və məqsədi cəmiyyətdə insanlar və bütün xalqlar arasındakı 
münasibətlərdə birlik və həmrəylik yaratmaqdan, bəşər övladına dinclik, əmin-amanlıq verməkdən, insanları
xoşbəxtliyə və səadətə qovuşdurmaqdan ibarət idi. Biz sonralar ictimai-siyasi və hüquqi fikr tariximizdən, 
dövlətlərin uzun müddət yaşaması möhkəmliyinin ədalətlə bağlı ilk ideyalarının rüşeyimlərini siyasi-hüquqi 
fikr tariximizə Oğuz cəmiyyətinin tarixi təcrübəsi ərmağan vermişdir. 
Dastanda Oğuz eli “İç oğuz” və “Dış oğuz” olmaqla iki yerə bölünür. Doğma yurda, vətənə olan dərin 
məhəbbət oğuz elinə daima xarici və daxili düşmənlərə qarşı mübarizə aparmaqda daima stimul mənbəyi 
olmuşdur. Oğuz elinin igidləri ilə bərabər türk qadınlarının da igidlikləri, doğma yurd uğrunda ərənlərdən 
geri qalmayan cəsarət və mərdlikləri ilə də rəğbət doğurur. Bütün bu qeyd edilənlər bir daha göstərir ki 
“Kitabi –Dədə Qorqud” mililiyi özündə ehtiva edən ədəbi nümünədir. 
Ədəbiyyat
1.
Azərbaycan məhəbbət dastanları. Bakı, “Elm”, 1979. 
2.
"Kitabi-DədəQorqud" dastanı. Bakı, “Öndər nəşriyyatı”, 2004. 
3. Səfərli Ə, Yusifli X.Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, “Maarif”, 1982.


M.P.Vaqif və müasirlik 
115
HÜSEYNLİ TURAL 
filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
TÜRK ŞEİRİNDƏ HECA VƏZNİNƏ BİR NƏZƏR 
Açar sözlər: 
xalq yaradıcılığı, heca vəzni, Türk ədəbiyyatı, tarixi əhəmiyyət, ərəb poeziyası, aşıq və 
ozanlar 
The syllabic metre in Turkish poetry 
There are national music, national plays, national verse dimension, national versification forms, even 
national rhymes. The metre is a rhythmical demention in verse. Though the old Chinese, Indian and Japon 
poetrylacked, there existed a metre in their poetry. In the old Arabic poetry there existed thyme in the Arabic 
poetry the metre appeared in the eighth century. In the
Turkic poetry a syllabic metre has played a great role. 
Aruz is a metre in the Arabic poetry. The syllabic metre should not only be understood as a means to show 
the number of the syllables in verse. If would be a mistake to think so. The syllable has had a historical 
importance and a role in the Turkic as well as in the Azerbaijan poetry. The syllabic metre in the Turkish 
poetry has an ancient history. Its flourishing period began in XII century it reached its top in the middle of 
XIX century. The syllabic metre gradually had become so popular that it began to affect the palace 
literature. In Turkish literature Nadim can be a good example of it. In the Azerbaijan XVIII century Vidadi 
and also Vagif who lived in the palace of the Khan of Karabakh wrote their popular poems in the syllabic 
metre.
Keywords: 
folk poets, syllabic metre, Turkish literature, historical importance, Arabic poetry, ashugs 
and ozans 
Heca vəzni türk şeiri üçün ən doğma vəzndir. Bu vəzn türk dillərinin fonetik sisteminə bütünlüklə 
uyğun gəlir və onun təbiətindən və ahəngindən doğmuşdur. Türk şeirində heca vəzninin tarixi qədimdir. 
Lakin onun ən parlaq dövrə girməsi XIII əsrə təsadüf edir. Bu fikri biz heca vəzninin görkəmli tədqiqatçıları 
Ə.Qabaqlı və Ə.Abidin əsərlərində də görə bilərik. Bu dövrdə heca vəznində gözəl ədəbi nümunələr yaradan 
şairlərin arasında Yunus İmrə xüsusilə fərqlənir. “Yunus İmrəyə qədər zəif və cılız bir şəkildə gələn heca 
vəzni onda yeni bir çöhrə ərz etdi” (1, s. 483). 
Yunis İmrədən sonra heca vəzni Türkiyə təkyələrində qüvvətlə inkişaf etməyə başlayır. XIV əsrin 
əvvəllərindən etibarən türk ədəbiyyatı üç qolda inkişaf etməyə başlayır. Ə.Qabaqlının da qeyd etdiyi kimi, 
Divan şairləri sonuna qədər əruz vəznindən istifadə etmişlər. Bunlara misal olaraq göstərə biləcəyimiz Yunis 
İmrənin davamçılarından Hacı Bayram, Pir Sultan Abdal, Qayğısız Abdal kimi güclü şairlər heca vəznindən 
çox istifadə etmişlər. 
Keçmiş ozanların davamçıları olan xalq şairləri, aşıqlar isə daim heca vəznindən istifadə etmişlər. 
Ə.Qabaqlı Aşıq Ömər, Gövhəri, Əmrah kimi bəzi şairlərin heca ilə bərabər, əruz vəznindən istifadə 
etdiklərini bildirsə də, doğru olaraq bu şairlərin əsl qüdrətlərini heca vəzni ilə yazdıqları şeirlərdə 
göstərdiklərini xüsusi olaraq qeyd edir. Bu dövrdə heca vəzninin ən qiymətli nümunələri isə Qaracaoğlan, 
Dadaloğlu, Aşıq Ələsgər, Aşıq Veysəl kimi xalq şairləri yaratmışlar. Yəni, türk ədəbiyyatında XIV əsrdən 
XIX əsrin ortalarına, tənzimata qədər yüksək zümrə şairləri əruz vəznini, xalqa səslənən şairlər isə heca 
vəznini inkişaf etdirmişlər. 
İlk dövrlərdə Azərbaycan ədəbiyyatında hecanın nə şəkildə olduğuna dair Əmin Abid bildirdiyi kimi, 
əlimizdə nümunə yoxdur. Yazılı ədəbiyyatda isə hecanın nümunələrinə Xətayidə rast gəlirik. Əmin Abid öz 
növbəsində yüksək zümrəyə mənsub “ərəb və əcəm kültürlərinin xəlitəsindən vücuda gələn bir padşah” olan 
Xətayinin heca vəznində şeirlər yazması “məfkurəvi bir xalqçılıq deyil, kəndi din və dövlət prinsiplərinn 
aşağı təbəqə əhali arasında yerləşdirmək məqsədilə idi, əsərlərini siyasi fəaliyyətinə yardımçı olaraq yazdı” 
(1, s. 487). 
Əmin Abidin da doğru olaraq bildirdiyi kimi, Xətayi bu məqsədində çox müvəffəqiyyət qazanmış 
şəxsiyyətlərdəndir və onun heca vəznində yazdığı şeirləri təkyə-dərgah təşkilatları sayəsində Anadolunun və 
Rum elinin hər tərəfinə yayılmışdır. Bununla belə, tədqiqatçı fikrimizcə, haqlı olaraq Xətayinin hecasının 
əsrlərlə sona yetişdiyi halda, Yunis İmrənin hecasının yanında çox sönük və ibtidai olduğunu bildirir. 
Həmçinin Xətayinin daha çox onbir hecalılardan istifadə etdiyini yazır. Hərçənd ki, Xətayi 7 və 8 hecalı 
şeirlər də yazmışdır. 


M.P.Vaqif və müasirlik 
116
Azərbaycan ədəbiyyatında heca vəzninin əsl inkişafını xalq şairi Kərəmin adı ilə bağlayanlar var. 
Həyatı və şəxsiyyəti əfsanə dumanına bürünmüş Kərəmi Əmin Abid “Şərqi Oğuz türkcəsinin heca sahəsində 
yetişdirdiyi Füzulisi” hesab edir. Onun sayəsində heca vəzninin bu gün çox yayılmış onbirlisi bizim 
ədəbiyyatımızda yerləşərək inkişaf etmişdir. Əmin Abid həmçinin Kərəmin hecasını Yunis İmrə ilə başlayan 
hərəkatın təkamülü hesab edir və onun Xətaininkindən qüvvətli olduğunu bildirir (1, s. 487-488). 
Heca vəzninin zaman keçdikcə geniş xalq kütlələri arasında populyarlıq qazanması sxolastik saray 
ədəbiyyatı nümayəndələrinin narahatlığına səbəb olurdu. Hətta heca vəznini “xaneyi-təbii və xərabi-əbləhan” 
da adlandırırlar. Lakin gözlənilənlərin əksinə olaraq heca vəzni ortadan qalxmadı, əksinə saray ədəbiyyatına 
da nüfuz etdi. Türkiyə ədəbiyyatından bu qəbildən Nədimin adını çəkə bilərik. Azərbaycanda isə XVIII əsr 
şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi ən yaxşı lirik parçalarını heca vəznində yazmışdır. 
M.P.Vaqifin qüvvətli şeirlərinin nəticəsində heca vəzni onun müasirləri tərəfindən də işlədilməyə başlandı. 
Vaqif on bir hecalı şeir formasından istifadə etmişdir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında on bir hecalı 
şeirin XVII-XVIII əsrlərdə çox dəbdə olması Xətayi ilə başlayan, Qurbani və Kərəmlə qüvvətlənən və 
inkişaf edən hərəkatın nəticəsidir. Qeyd edilən dövrdə bu inkişafın zirvəsi isə Vaqifin yaradıcılığıdır. Əmin 
Abid doğru olaraq qeyd edir ki, “... Molla Pənah Vaqifin hecası aşna olduğu (bağlı olduğu) sinfin ədəbiyyat 
tərbiyəsi sayəsində Xətayi və Kərəmdən çox fərqli və bişkindir (yetkindir)” (1, s. 490). 
Türkiyə ədəbiyyatında isə tənzimatdan sonrakı ədəbiyyatda başlayan avropaçılıq meyilləri və fikirləri 
şeirin mövzusunu və ümumi görünüşünü dəyişdirdiyi halda, vəzn seçiminə ciddi bir təsir göstərmədi. 
Hərçənd ki, ilk tənzimat şairləri Ziya Paşa, Namiq Kamal heca vəzni hqqında olduqca müsbət fikirdə idilər. 
Ə.Qabaqlı bunun isbatı olaraq Namiq Kamalın Ziya Paşaya məktubunu və Ziya Paşanın “Şeir və inşa” 
məqaləsindəki fikirlərini misal gətirirlər. Həmçinin tədqiqatçı Əsəd Əfəndi və Cövdət Paşa kimi tarixçilərin 
də əsl türk şeirinin heca vəzni ilə olduğunu bildirdiklərini, buna baxmayaraq tənzimatçılar arasından hecanı 
mənimsəyən və bütün şeirlərini bu vəzndə yazmağa çalışan heç kimin çıxmadığını qeyd edir. Bu dövrün 
ədəbi aləmində kifayət qədər tanınan və xüsusi çəkiyə malik olan Ziya Paşa və Əhməd Vefık paşa bəzi 
mənzum tərcümələrini, Əbdülhəq Hamid “Nesteren” və “Liberte” adlı mənzum əsərlərini, Əli bəy “Lətafət” 
operasını ahəngsiz və türk heca ənənələrinə əsaslanmayan bir barmaq hesabı ilə yazmışlar. 
Bu dövrün ədəbi nümunələrinə nəzər saldıqda aydın görünür ki, xalq şeiri ənənələrini tanımayan 
tənzimatçılar arasında heca vəzni bir həvəs, əyləncə olmaqdan irəli getməmişdir. Əmin Abidin qeyd etdiyi 
kimi, Qafqaz və Anadoluda heca ədəbiyyatının qüvvətləndiyi zamanlarda Mavəpayı-Xəzər köçəri 
türkmənləri arasında heca vəznində yazılmış ədəbi nümunələrə çox rast gəlmək olar. Lakin bu dövrün ən 
görkəmli nümayəndəsi Məhdimqulunun yaradıcılığındakı heca belə çox geri qalmış və ibtidaidir. 
“Sərvəti-fünunçular” və onları izləyən Fəcri-Atı qrupu əruz vəzninə sadiq idilər. Əmin Abidin təbiri ilə 
desək, heca az-çox işlədilməklə bərabər, əruz ədəbi-mənzum nəşriyyatının yeganə vəzni oldu (1, s. 490). 
“Sərvəti-fünunçular” hətta heca vəzninə üstünlük verən milli ədəbiyatçılarla sərt mübahisələrə də girişirdilər. 
Bunların arasında yalnız görkəmli türk şairi Tofiq Fikrət uşaqlar üçün sadə dildə yazdığı “Şeirimin” 
kitabında heca vəznindən istifadə etmişdir ki, bu da Ə.Qabaqlının qeyd etdiyi kimi, “Sərvəti-fünun”un 
bağlanmasından sonra və şairin ölümünə yaxın baş vermişdir (2, s. 651). 
1900-cü ildən sonra yaranmağa başlayan yeni ədəbiyyatımızda xüsusilə Türkiyə ədəbiyyatının güclü 
təsiri nəticəsində vəzn seçimində Namiq Kamal, Əbdülhəq Hamid və “sərvəti-fünun” ədəbiyyatının təsiri 
olaraq əruza üstünlük verilirdi. Türkiyə ədəbiyyatında və qeyd etdiyimiz kimi, bu ədəbiyyatın güclü təsirinin 
nəticəsində Azərbaycan ədəbiyyatında heca vəzninin yenidən qüvvətlənməyə başlaması Məhəmməd Əmin 
Yurdaqulun adı ilə bağlıdır. Məhəmməd Əmin Yurdaqul sadə dillə və heca vəzniylə yazdığı ilk şeirlərini 
“Sərvəti-fünun” məcmuəsində çap etdirmişdir (1897). 
Əmin Abid bildirir ki, “Şair Məhəmməd Əmin kəndisinə qədər qullamları heca vəznlərinə bir çox 
vəznlər əlavə etdi, bizzat bunları təbliğ etdi (1, s. 491). 
“Sərvəti-fünunçular”ın müasiri olduğu halda onların görüşlərinə qatılmayaraq heca vəznindən geniş 
istifadə edən şairlərdən biri də Rza Tofiq Bölükbaşıdır. 
Bütün şeirlərində heca vəznindən istifadə edən Məmməd Əmin Yurdaqul, Rza Tofiq, Ə.Qabaqlı qeyd 
etdiyi kimi yeni ədəbiyyatda heca vəzni ilə yazanların öncülü oldular. 1911-ci ildə “Gənc qələmlər” 
məcmuəsində toplanan “Türkiyədə Milli ədəbiyyatçılar” deyə adlandırılan Ziya Göyalp, Ömər Seyfəddin, 
Əli Cənip və başqaları “türkcədə sadələşmə, vəzndə hecaçılıq” düşüncələrini ortaya qoymağa və bunu tətbiq 
etməyə başladılar. “Milli Ədəbiyyatçılar”ın bu səyləri ilk bəhrəsini Birinci Dünya Müharibəsi illərində 
verməyə başladı. Türkiyə ədəbi mühitində “Beş hecaçılar” deyə adlandırılan Fərrux Nafiz Çamlibel, Orxan 
Seyfi Orxon, Yusif Ziya Ortaç, Xalid Fəxri Ozansoy, Enis Behiç Koryürək heca vəzninin geniş imkanlara 
qovuşmasında əvəzsiz rol oynadılar. Heca vəzninə yeni dərinlik, məna çalarları, fəlsəfi məzmun, ahəng 
gətirən Əhməd Həmdi Tanpınar, Nəcib Fazil Qısakürək, Əhməd Mühip Dranas, Əhməd Qüdsi Təcər kimi 
şairlər isə bu yolun layiqli davamçıları idilər.
Bu dövrdən sonra Azərbaycan və Türkiyə ədəbiyyatlarında hecanın inkişafında fərqli vəziyyətin şahidi 
oluruq. Türkiyə ədəbiyyatında sanki heca vəzninin imkanları “tükənir gibi oldu”. Ona yeni bir səs gətirən 
böyük sənətkarlar meydana çıxmayınca durğunluq və təqlid dövrü başladı. İlk təpki olaraq 1933-lərdə Nazim 


M.P.Vaqif və müasirlik 
117
Hikmətin sərbəst vəzn dənəyişləri görüldü. Daha sonra Orxan Vəli heca şeirinə və hecaçılara qarşı sərt 
çıxışlar ilə “vəznsiz, qafiyəsiz şeirin bayraqdarlığını üstləndi” (2, s. 652) 
Qeyd etməyi vacib hesab edirk ki, bu təsirin və düşüncə tərzinin nəticəsi bu gün də Türkiyə 
ədəbiyyatında özünü ciddi şəkildə göstərməkdədir.
Azərbaycan ədəbiyyatında isə biz tamamilə fərqli mənzərənin şahidi oluruq. XX əsrin 20-ci illərinədək 
olan dövrdə yaranan yeni ədəbiyyatda qüvvətlənməyə başlayan heca vəzni get-gedə poeziyamızda öz 
mövqeyini daha da möhkəmləndirdi. Bu dövrdə xüsusilə gənc şairlər heca vəznində yazmaqla yanaşı, sərbəst 
şeirə də üstünlük verirdilər. Lakin Türkiyə ədəbi mühitindən fərqli olaraq Azərbaycanda sərbəst şeir bənzər 
rəğbəti qazana bilmədi. Azərbaycan oxucularının ənənəvi şeir şəkillərinin mükəmməl bənd quruluşu və 
dəqiq vəzn tipləri əsasında formalaşan bədii-estetik zövqünü oxşaya bilmədi. Bu səbəbdən də 30-cu illərin 
əvvəllərindən heca vəzni poeziyamızda ön plana keçərək aparıcı mövqe tutdu. 
Ədəbiyyat 
1.
Əmin Abid. Heca vəzninin tarixi. Azərbaycan ədəbiyyatının tarixi poetikası. II kitab. Poetik fikrin 
təkamülü. Bakı, Elm, 2006 
2.
Ahmet Kabaqlı. Türk edebiyyatı. 5 cildde. Birinci cild, İstanbul 2002 
3.
Məmməd Cəfər. Şeirimizin dili və vəzni haqqında. Füzuli düşünür. Bakı, Azərnəşr, 1974
İMANQULİYEVA ARZU 
Bakı Slavyan Universiteti 
MÜASİR NƏSRDƏ QƏHRƏMAN TİPİ 
Açar sözlər:
nəsr, qəhrəman, mühit, psixologiya, zaman
The type of the hero in the modern prose 
İn the 60-80s there were some changes in both the idea and poetics of Azerbaijani prose. Writers prefer 
to show more realism, hero`s inner world, feelings, thoughts. If we pay attention to works of contemporary 
prose, we see that in these works life, society, morality, and courageous ideas are put on the forefront. In this 
case, the lyrical-psychological works of the reader are also valuable. With the advent of literature in the 60s, 
the emergence of a “new prose” , a new stage in our artistic thought has been laid. Along with all styles and 
forms updates, the main innovation in this era was human.
Keywords: 
prose, hero, environment, psychology, time 
Müasir bədii nəsrə diqqət yetirsək, onun keçmişlə müqayisədə müəyyən dərəcədə dəyişildiyini görmək 
mümükündür.
Məlumdur ki, ötən əsrin 60-80-ci illərində Azərbaycan nəsrinin həm ideya istiqamətində, həm də 
poetikasında müəyyən dəyişikliklər baş vermişdir. Xüsusilə də, 60-cı illərdə ədəbiyyata gəlmiş yazarlar öz 
əsərlərində sosial - mənəvi sıxıntını əks etdirrməyə başladılar. Həmin vaxt nəsrdə, şerdə gedən bu prosesi 
müşahidə etmiş Mehdi Hüseyn yazırdı: “Mən cəsarətlə deyə bilərəm ki, bədii nəsrimizdə də, şerimizdə də bir 
yeni mərhələyə qədəm qoymuşuq. Bu mərhələnin artıq qəti mövqe tutduğunu iddia etmək üçün tələsməyə 
ehtiyac yoxdur. Ən mühüm cəhət budur ki, həmin mərhələyə keçməyin tarixi labüdlüyünü bütün ədəbi 
ictimaiyyətimiz aydın hiss etməkdədir. Həyat hadisələrinin və insan surətlərinin təsvirində və 
mənalandırılmasında nə isə daha lirik, psixoloji təhlildə daha təmkinli və kamil bir üsul axtarmağın, daha 
təravətli və təzə ifadə vasitələrinə meyl göstərməyin özü heç də az əhəmiyyətli deyildir” (2, s. 3 ). Mehdi 
Hüseyn haqlı olaraq bildirir ki, yeni nəsrə keçməyimizə baxmayaraq tariximiz qorunub saxlanır. Bu da bütün 
ictimaiyyətə məlumdur. 
Həqiqətən də müasir nəsr nümunələrinə baxdığımız zaman ortaya çıxan yenilikləri görə bilərik.
Məsələn, Sovet dövrü ədəbiyyatında qəhrəmanlar daha çox ideoloji qəhrəmanlar idilər. Onların hərəsi ayrı-
ayrılıqda bir ideologiyaya xidmət edirdilər. Cəmiyyət də buna əsasən onları ideallaşdırırdı. Sovet dövrü 
ədəbiyyatında iki cümlədən sonra bəlli olurdu ki , bu qəhrəman müsbətdir ya mənfi, realdır və ya idealdır. 
Amma müasir dövr ədəbiyyatında isə insan var. İnsan müsbət və ya mənfi, real və ya ideal ola bilər. Çağdaş 
Azərbaycan oxucusu isə sovet dövründə təsvir olunmuş qəhrəmanı yox, bu cür insanı qəbul edir. 
Ümumiyyətlə gerçək ədəbiyyatın işi elə real insanı yaratmaqdır. 
“Tənqid və nəsr” monoqrafiyasında Elçin yazır: “Müharibədən sonrakı dövr Azərbaycan bədii 
nəsrinin ən nöqsanlı cəhətlərindən biri “müsbət qəhrəman və əmək” məsələsi ilə əlaqədər idi. Müsbət 
qəhrəman istehsalatda, kənd təsərrüfatında çalışır və məhz “müsbət qəhrəman” olduğu üçün planı vaxtından 
əvvəl artıqlaması ilə yerinə yetirir, müəyyən təşəbbüslər ortaya atır və o təşəbbüslərin həyata keçməsi üçün 


M.P.Vaqif və müasirlik 
118
əlindən gələni edir, ən sonda isə qalib gəlirdi” (4, s. 33). Yazıçı haqlı olaraq bildirir ki, o dövrdə müsbət 
qəhrəman yanlız əməklə məşğul olmalı, hər zaman da artıq iş görməli idi. Yəni, əgər qəhrəman əməklə 
məşğul olub, yeni təşəbbüslər ortaya atırsa, bu o deməkdir ki, o, müsbət qəhrəmandır.
Yeni nəsr ədəbiyyatımıza ilk əvvəl 60-cı illər nasirlərinin ilk hekayələri ilə daxil olur. Belə ki, tamlıqda 
60-cı illərin ilk kitabları – Yusif Səmədoğlunun “220 nömrəli otaq” (1960), Elçinin “Min gecədən biri” 
(1966), Anarın “Bayram həsrətində” (1963) ... hekayə topluları “yeni nəsr kitabxanası”nın zəminini yaradır.
Beləliklə, qəti söyləmək olar ki, bədii kamillik və dərinlik baxımından olmasa da, bir çox nümunələrdə 60-cı 
illər nasirlərinin ilk hekayələrində yeni nəsr artıq var idi. Burada artıq “sovet adamı” və “sovet həyatı” nın 
deyil, ümumən insan həyatı və insanın təsviri verilir. Müasir nəsrdə yazılan əsərlərə diqqət yetirsək, görərik 
ki bu əsərlərdə həyat, cəmiyyət, mənəviyyat, yeniliyə cəsarətli fikir ön plana çəkilir. Belə olduqda isə lirik-
psixoloji ruhlu əsərlər oxucu rəğbəti, eyni zamanda dəyərli münasibət qazanır. Məsələn, “Yanar ürək”, 
“Məhşər” (İsa Hüseynov), “Evin kişisi”, “Günəşli payız” (İsi Məlikzadə), “Dəyirman”, “Ceviz qurdu” 
(Mövlud Süleymanlı) və bu kimi başqa əsərlər kamil insanın daxili dünyası - cəmiyyətdə olan pis hallar ilə 
barışmayan, mənfiliklərə qarşı – saf, təmiz qəlbi ilə cəmiyyətə, mühitə və bütövlükdə dünyaya təsir 
göstərmək istəyir. Yazıçılar əsərlərində daha çox realizmə, qəhrəmanın daxili aləmini, hissini, düşüncələrini 
göstərməyə üstünlük verirlər. Ənənəvi mənfi və müsbət qəhrəmanları şəxsiyyəti real, fərdi dolğunluğu və 
mürəkkəbliyi, qüvvətli və zəif cəhətləri, daxili ziddiyyətləri və müxtəlifliyi ilə seçilən obrazların əvəz 
etməsini, sadə insanları ictimai mövqeyindən, vəzifəsindən, yaşından asılı olmayaraq öz fərdi cizgilərinin 
qabarıqlığı ilə canlandıraraq bütöv xarakter kimi təqdim olunmasını milli nəsrin “orijinal qələbələrindən biri 
kimi” qiymətləndirə bilərik. 
60-cı illərdə ədəbiyyatın yeniləşməsi, “yeni nəsr”in meydana gəlməsi ilə bədii fikir tariximizdə yeni 
bir mərhələnin əsası qoyuldu. Bütün üslub və forma yenilikləri ilə bərabər bu dövr nəsrində əsas yenilik 
insan idi. Yəni, belə demək mümkünsə, bu nəsrin yeni hesab olunmasının səbəbkarı yeni qəhrəman idi. 
Ş.Salmanov yazır: “Elə yazıçılar da olur ki, onların ədəbiyyata, sənətə gəlişi ilə ədəbiyyatda, sənətdə bütöv 
bir mərhələ başlanır, yeni cərəyan, fikir, düşüncə məktəbi formalaşır və özünü təsdiq edir. Ədəbiyyatda, 
bədii fikirdə yeni dəyərlər, prinsiplər, zövqlər, görüşlər doğulur. Çağdaş Azərbaycan ədəbiyyatında bu cür 
yazıçılardan biri Anardır” (1, s. 1) . Yəni Anarın ədəbiyyata gəlişi bir növ dövrün “tələbi” idisə, yaxud, 
məhz o zamanki mühitin təsiriylə yazıçı dilini, mövzularını, qəhrəmanlarının xarakterini 
müəyyənləşdirirdisə, təbii şəkildə “yeni nəsr”in formalarına uyğun yazırdısa da, bütün bunlar qarşılıqlı idi–
deyə bilərik. Başqa sözlə, təkcə dövr, zaman, mühit, yeni qaydalar Anara, onun yaradıcılığına təsir etməyib, 
Anar da mühitin, yeni ədəbiyyatın, qəhrəmanların, üslub və forma yeniliklərinin yaranmasında iştirak edib, 
öz yeniliklərini ədəbiyyatımıza gətirib və ondan sonrakı nəsillərə aid neçə-neçə gənc yazıçı onu özünün 
ustadı sayıb.
Biz Anarın “Ağ liman” povestini nəsrimizin yeni bir uğuru kimi qiymətləndirə bilərik. Bu povestin 
timsalında yazıçı bütövlükdə dövrün nəsrinin dəyişildiyini, yeniləndiyini görərik. Burada qəhrəmanlar ruhən 
bir-birinə nə qədər yaxın görünsələr də , ayrı-ayrı situasiyalarda fərqli psixoloji özəllikləri ilə seçilirlər, insan 
xarakterinin əhvali-ruhiyyədən asılı olaraq dəyişkənliyini əks etdirirlər. Məsələn, bu povestdə Nemətin 
həyatı və ömrü haqqında verilən daxili monoloqları , Təhminənin ailə səadəti və məhəbbəti barədə Zaurla 
söhbəti onların fərdi, psixoloji, mənəvi həyatlarını düzgün səciyyələndirə bilərik. Əsərin qəhrəmanı Nemət 
Namazov dərin qəlb böhranı keçirir. Onu əzən öz güzəştləri və bununla bağlı boşluq, tənhalıq duyğularıdır. 
Ancaq Anar tənhalıqdan necə xilas olmalı sualına da cavab verir. İnsan öz həyatını dəyərləndirmək və 
dəyişdirmək cəsarətinə malik olmalıdır. Ümumiyyətlə, Anarın nəsri fəlsəfi proza qisminə daxildir. Bu barədə 
də yetəri qədər yazılar mövcuddur. Onun əsərində insan həyatının mənası nədir, insan onu varlığında necə 
duyur, yaşayır, həyatın həqiqətinə vara bilirmi? “Ağ liman” əsərində hər bir obraz Nemət də, Zaur da, Dadaş 
da öz fərdi həqiqətini arayır və həqiqəti yaşayır. O cümlədən də Təhminə. Sadəcə Təhminənin digərlərindən 
fərqi qadın olmasıdır. Həmçinin cəmiyyətdə qadına qarşı müəyyən ölçülər vardır ki, keçmiş təsəvvüratla 
çağdaşlığı uyuşdurmağa çalışır. Əsərdə də görürük ki, hər kəsin gündə gördüyü, bildiyi qəbul etdiyi ölçülər 
daxilində davrandığı Təhminədən başqa onun daxilində ayrı bir Təhminə də var. Yazıçı öz qəhrəmanlarını 
dərin humanizm duyğularıyla yaradır. Əsərlərində çoxlu rəmzi elementlər olsa da, Anar formullar, düsturlar 
yaratmır, o canlı, dəyişən, inkişaf edən və formalaşan insanları meydana çıxarır. Onun təsvir metodu 
psixoloji cəhətdən dəqiqdir. Anar öz qəhrəmanlarına real yanaşır, onları canlı, diri insan kimi hiss edir. Onun 
adi adamların vasitəsilə qeyri-adi mətləbləri, dərin həyati məsələləri ifadə edir. Bəs, Anar bu adidən-adi 
adamları nə üçün diqqət mərkəzinə çəkir? Ona görə ki, həyatın, dünyanın, tarixin özü də bu adamlardan 
asılıdır. Çünki bir qayda olaraq həyatın, zamanın əsas aparıcı qüvvəsi daha çox “yuxarıdakı - lar”, 
“müsbətlər” yox, “adilər” və “aşağıdakılar”dır. Bu cür insanlardan biri də “Dantenin yubileyi” hekayəsinin 
baş qəhrəmanı Feyzulla Kəbirlinskidir. Zahirən adi adam təsiri bağışlayan Feyzullanın isə daxili aləmini 
açmaq, göstərmək sadə deyil. O, qısaca desək, dürüst insandır. Əslində əsərdə hər kəs öz-özlüyündə haqlıdır. 
Feyzullanın gününü qara edib daha yaxşı yaşamaq istəyən xanımı Həcər də, atasının hər yerdə 
aşağılanmasına, ələ salınmasına görə üsyan edən Eldar da, cavan, tələbkar tənqidçi də, elə Kəbirlinskinin özü 
də öz aləmində haqlıdır. Bəlkə elə əsərin unikallığı da bundadır. 


M.P.Vaqif və müasirlik 
119
İsa Hüseynov nəsrinin uğuru ədəbiyyata yeni mövzu , yeni qəhrəman, problem , xarakter gətirməklə 
yanaşı həm də nəsrimizə yeni üslub gətirdi. Bu üslub o qədər fərqli oldu ki, Azərbaycan nəsrində daxili 
dialoqlar, hadisələrə fəlsəfi yanaşma, bir anın içində bütöv bir dövrü ora sığdırmaq kimi yeni formalar 
yaranmağa başladı. Biz Hüseynovun üslubunu onun yaratdığı qəhrəmanları fikir və hərəkətlərində, daxili 
düşüncələrində, onların psixologiyalarında yeni məna kəsb etdiyini görürük. İsa Hüseynov nəsrində sovet 
dövründə yaşayan qəhrəmanın rejimin insanların mənəvi aləmində dərin yaralar açdığını, ictimai mühitin də 
humanist olmadığını göstərməyə çalışırdı. O, yüksək təbəqədə çalışan insanların pozulan mənıviyyatından, 
onların cəmiyyət üçün daha təhlükəli olmalarından, milli düşüncədən uzaqlaşmalarından ilk dəfə yazmağa 
başladı. Təbii ki bunlar bizim ədəbiyyat üçün tamamilə yeni hadisə idi. İsa Hüseynovun “İdeal” romanı 
1980-ci illərin ikinci yarısında maraqlı bir ədəbi hadisə kimi yarandı. Belə olduqda isə ciddi mənada 
müəyyən suallar doğurdu. Ən əsas suala səbəb olan amil bu əsərin “Yanar ürək” romanının süjet materialları 
əsasında yaranması idi. Yazıldığı vaxt (1957) böyük mübahisələr doğuran “Yanar ürək” 1980-ci illərdə 
artıq “yeni nəsrin” təməli kimi qəbul olunmuşdu. İsa Hüseynov “yeni nəsr”in nümayəndəsi kimi məhz 
mühiti və sistemi dərk etməklə milli mənlik duyğularının ədəbiyyata gətirilməsinə üstünlük verdi. Ədibin 
qəhrəmanları insanın insana inamı, amalı müstəvisində bir bütövü, mənlik duyğularını müəyyənləşdirir.(3: s. 
120) “Zəhər” (1964) hekayəsində meşəbəyi Mirqasımın davranışları, hərəkətləri, münasibət və təsəvvürləri 
bunun nümunəsidir. Yazıçı obrazın daxili dünyasını - şəxsiyyətini, həyata münasibətini onun milli dəyərləri, 
geyim mədəniyyəti, məşğuliyyəti ilə vəhdətdə təqdim edir. Meşəbəyi Mirqasım yazıçının məfkurəsində milli 
əxlaqa, mənəviyyata köklü bağlılığı olan adamdır. Onun təbiətlə ünsiyyəti bütün məqamlarda cəmiyyətə, 
onun qayğı və problemlərinə şamil olunan keyfiyyətdir. 
Bir model olaraq, ədəbiyyatımızda son Azərbaycan obrazı 1960-80-ci illər təcrübəsi ilə bağlanır; 
müqayisə olsun deyə, həmin obrazı ötən əsrin əvvəllərində milli istiqlal və romantizm hərəkatının, adekvat 
olaraq romantik və realist ədəbiyyatın yetirdiyi Müstəqil Azərbaycan idealı və daha sonrakı reallıqların 
mücəssəmi olan Sovet Azərbaycanı obrazından fərqləndirən cəhətlər var. Bu (yəni 1960-80-ci illər idealı), 
milli iftixar və modern həyat mündəricəsini özündə əks etdirən bir obrazdır. 
1960-1980-ci illərdə cəmiyyətin problemlərini bədii əsərlərinin əsas mövzusuna çevirən, torpağa 
qayğı, , insanları sevmək, onların kədər və sevincinə şərik çıxmaq, insanları vəzifəsinə, tutduğu mövqeyə 
görə deyil, mənəvi aləminə, insanlığına görə qiymətləndirmək kimi bəşəri mövzulara müraciət edən ədiblər 
necə hansı üslubda yazmağından asılı olmayaraq qeyd etdiyimiz hissləri aşılaya bilirlərsə demək, onların 
mövqeyi və məramı təqdir olunmalıdır. 60-80-ci illər “Yeni psixoloji nəsr” adlandırılan ədəbiyyatın 
numayəndələri məhz belə yazarlardır.
Ədəbiyyat 
1. Salmanov Ş. Kamillik: Anarın 60 yaşı . “Azərbaycan” jurnalı, 1998, №3-4 
2. Hüseyn M. Yeni mərhələ, yeni vəzifələr. “Azərbaycan” jurnalı,1962, №7, s. 3 
3. Abasova S. İsi Məlikzadənin yaradıcılığı. Bakı, Nurlan, 2000, 254 s. 
4. Elçin “Tənqid və nəsr” monoqrafiyası.
İMAMVERDİYEVA ZÖHRƏ 
Baki Dövlət Universiteti 
HÜSEYN CAVİDİN YARADICILIĞINDA TÜRKİYƏ MÜHİTİNİN ROLU 
Açar sözlər: 
Hüseyn Cavid, Türkiyə, ədəbiyyat, Şərq, Qərb 
The role of Turkish enviroment in Huseyn Javid’s works 
There is a great influence of Turkish literary environment in the formation of personality of the great 
writer in the Azerbaijan literature in the XX century. He gained the depht of easten literature during the 
period when he studied in Turkey. Lessons which he was taught by his teachers have a great influence in his 
further literary activities.The activities of T.Fikret, A.Hamid, N.Kamal and other authors in this field can’t 
be denied. Huseyn Javid’s issues are either being universal,as well distinguishes with the basis of national 
ground. 
Keywords: 
Huseyn Javid, Turkey, literature, East, West
Hüseyn Cavid bütün yaradıcılığı boyu Əlibəy Hüseynzadə və Ziya Göyalpın türk xalqlarının birliyi 
uğrunda elmdə göstərdiyi işi əsərlərində bədii sözün qüdrəti ilə ifadə etmişdir. Cavidin mövzuları 
ümumbəşəri olmaqla bərabər, milli zəminə əsaslanması ilə də seçilmişdir. Şairi daha çox insanın həqiqəti 
öyrənmək istəyi və zəmanənin zülmündən doğan faciəsi düşündürmüşdür. XX əsrin əvvəllərində qabaqcıl 


M.P.Vaqif və müasirlik 
120
ziyalıların hər biri milli inkişafa nail olmaq, tarixin hər bir mürəkkəb mərhələsində bir millət kimi yaşayıb 
özünü təsdiq edə bilmək üçün bir düşüncə, proqram axtarışında olarkən milliyyətçiliyi də bir fikir cərəyan 
halına gətirmişlər. Əsərlərində milliyyətçi məfkurə həmişə ön planda olan Cavid bildiyimiz kimi, İran və 
Türkiyədə təhsil alıb. Cavidin ilk tədqiqatçılarından biri olan Məmməd Cəfər “Hüseyn Cavid” 
monaqrafiyasında “Cavidin həyatı, ədəbi mühiti və ilk qələm təcrübələri” haqqında danışarkən, onun 1903-
cü ilin iyul ayında ali təhsil almaq üçün İstanbula getməsindən, 1904-cü ildə isə ağır xəstələndiyinə görə 
Naxçıvana qayıtmasından, daha sonra isə 1905-ci ilin may ayında ikinci dəfə İstanbula getməsindən, burada 
türk şairi və filosofu Rza Tofiqdən dərs almasından qısa səkildə məlumat verir. Təhsil aldığı illərdə maddi 
vəziyyətinin ağır olmasına rəğmən “biliyini sataraq” əsarət zəncirinə bağlanmağın tərəfdarı olmamışdır. O, 
Əbdülhəmid irticasını tənqid edərək, bu dövrdə Türkiyədə azad ruhlu qəzet almağın çətinliyindən, 
qiraətxanaların yoxluğundan gileylənir. “Mənə elm lazımdır, şəhadətnamə deyil” deyən Cavid təhsil illərində 
fransız, rus və osmanlı türkcəsini öyrənməklə kifayətlənməyərək Şərq poeziyasını incəliklərinə qədər 
öyrənmişdir. 
Cavid yaradıcılığının birinci, ikinci, üçüncü mərhələlərində yazdığı əsərlərin izahı zamanı sovet 
müəllifləri ilə mühacir ədəbiyyatşünasları arasında qəribə bir fikir ayrılığı, ziddiyyət nəzərə çarpır. Sovetlər 
dönəmində sistemli bir dövlət siyasəti nəticəsində iki qardaş ölkə arasında tarixi və mədəni bağların 
zəifləməsi, hətta yox edilməsiçün xüsusi səy göstərilmışdir. XX əsrin ilk rübündə baş vermiş hadisələr 
haqqında belə hər iki tərəfdə doğru bilgi alına biləcək qaynaqlar əlçatmaz hala gəlmişdi. Anadoludan 
Türküstana qədər uzanan böyük coğrafiyadakı tarixi bir, dili bir, mədəniyyəti bir insanların bir-birini 
tanıması üçün XX əsrin əvvəllərində yaşanan hadisələri bilməsi vacib idi. Məhz bu səbəbdən Sovet 
müəllifləri şairin yaşadığı mühitə yaxşı bələd ola bilməyiblər. Bunun əksinə olaraq mühacir 
ədəbiyyatşünaslarının məsələyə obyektiv mövqeyi “bu mühitdə yaşayanları, bu mühitlə, şairin ünsiyyətdə 
olduğu, təsirləndiyi şəxslərin yaradıcılığı ilə tanış olmaq imkanları ilə əlaqədardır” (7, s. 16). Bu baxımdan, 
Cavidin ədəbi-estetik zövqünü ilkin formalaşdıran mühiti öyrənməyə böyük ehtiyac var. Cavidin 
dünyagörüşünün formalaşmasında Əbdülhəq Hamid və Tofiq Fikrətin rolunu ilk dəfə “Peyğəmbər” pyesinin 
təhlilinə həsr etdiyi məqalədə Hənəfi Zeynallı belə qeyd etmişdir: “Cavid əşkal cəhətdən nə qədər Hamidanə 
isə üslub cəhətdən Fikrətanə və fəlsəfə cəhətdən Tofiqanə bir əsər yaratmaq istəmişdir” (7, s. 17). Rza Tofiq 
haqqında “Türk ədəbiyyatı” kitabında məlumat verən Ahmet Kabaklı “Rza Tevfik “Serveti-fünun”çulara 
çağdaşdır.Ancaq dili, edası düşüncə başlıkları ile şiirlərinin çoğunu tanzimatdan sonra gelenler arasında en 
iyi kullanmaya başladığı hece vezniyle yazması ilə onlardan ayrılmaqdadır” (1,s.758) deyə yazır. Poliqlot 
filosof olan R.Tofiq fransız, ingilis, roman, ispan, italyan, latın, ərəb və fars dillərini mükəmməl bilmişdir. 
Ədəbiyyatşünas Tural Hüseynlinin bütün bu faktlara istinadən Cavidin heca vəznli şeirlərini R.Tofiqin təsiri 
ilə yazdığını söyləməsi məntiqli mühakimədir. Ahmet Kabaklı Rza Tofiq Ziya Göyalpdan bilgi cəhətdən 
üstün olsa da, türk fikir həyatında Göyalp kimi əsaslı bir iz buraxmamasını hər hansı bir sistem tapa 
bilməməsi ilə əlaqələndirir. Əbəs yerə R.Tofiqi üsyançı, fərdiyyətçi,hürriyyətə tutqun intizamsız və hər şeyə 
müxalif xüsusiyyətlərinə görə ingilis filosofu Herbert Spenserə bənzətməmişlər. Cavid liberalizminin kökləri 
R.Tofiqdən gəlir. Cavid “Şeyx Sənan”faciəsini yazarkən R.Tofiqin sufizm nəzəriyyəsindən faydalanmışdır. 
İttihadçılardan fərqli olaraq cəmiyyətin inkişafı yolunda inqilabın olmasının əlehinə olan Tofiqin bu 
düşüncələrini H.Cavidin yaradıcılığının ikinci mərhələsində 1916-cı ildə yazdığı və “Bahar şəbnəmləri” adlı 
kitabında çap etdirdiyi “Hərb və fəlakət” şeirində,”İblis” faciəsində və “Peyğəmbər” əsərində görürük. 
O top, tüfəng, o qılıclar, zəhərli qumbaralar, 
Nə istər, ah, niçin böylə gürləyib parlar?!... 
...Siyasət ərləri gür-gür gürüldiyor hər an, 
Böyük səadət umar həp şu qanlı fırtınadan... 
Bütün şu vəlvələ onlarca bir bəşarətdir, 
Yarınkı bayramı təbrik üçün işarətdir... 
Demək ki, qalmayacaq zülmdən cihanda nişan... 
Aman, nə tatlı bir əfsanə, həm nə süslü yalan! (3, s. 51)
Tənzimat dövrünün şairlərindən olan, “Tarxan” təxəllüsü ilə əsərlər yazan Ə.Hamid Şərq və Qərb 
mədəniyyətlərinin sənət, dil,fikir və inanış ünsürləri ilə tarixi, ictimai həyatlarını və ədəbiyyatlarını yan-yana 
gətirmişdir.Şair, yazıçı o zaman uğur qazana bilər ki, onun qəhrəmanının “fizionomiya”sı açıq-saçıqlığı ilə 
görünməsin, yalnız ürəyi, ruhu görünsün. Cavid və Hamid istər şeirlərində, istərsə də dram əsərlərində bu ali 
qanuna riayət etdikləriçün uğur qazanmışlar.Cavid də Hamid kimi Şərq ədəbiyyatında Füzuli, Şeyx
Qalibdən, Namiq Kamal, Qərb ədəbiyyatında isə Kornel, Göte, Dante, İbsen kimi dahilərdən bəhrələnmiş, 
özü üçün yaradıcılıq yolu cızmışdır. Cavid də Hamid kimi “sənət sənət üçündür” prinsipini qəbul etmişdir. 
Hamidin “İçli qız”, “Tarik və yaxud “Ədəlus fəthi”, “Nesteren”, “Finten”, “Hind qızı”, “Əşbər” dramları 
,eləcə də yaradıcılığının zirvəsi olan “Məqbər”poeması və “İlhami-vətən”, “Hayd parkdan keçərkən” şeirləri 
Cavid yaradıcılığında silinməz izlər buraxmışdır. Hər iki sənətkarın yaradıcılığında Şərq qadınının 
alçaldılaraq qul yerinə qoyulması şiddətlə pislənir.Tədqiqatçılar Cavid yaradıcılığındakı təzadları Hamidin 
təsiri ilə əlaqələndirirlər.(Ölüm var ki, həyat qədər dəyərli; Həyat var ki, ölümdən də zəhərli). 


M.P.Vaqif və müasirlik 
121
H.Cavid və M.Akifin qərb haqqında görüşlərində Almaniyaya istinad edilir. Hər iki şair qərbdən
mədəniyyət və texnologiya alarkən Yaponiya kimi davranmağı oxucularına məsləhət görür. Gənclərin 
aldıqları təhsillə irəliyə, inkişafa gedərkən, öz milli ruhlarından üz döndərməməyə çağırır. “Çanaqqala 
dastanı”, “Bülbül”, “Səfahət”, “İstiqlal marşı” və digər əsərləri ilə türk dünyasında Mehmət Akif öz adını
yaddaşlara “vətən şairi”, “milli şair”, “istiqlal marşı şairi” kimi əbədi həkk etdirməyi qələminin gücü və 
vətəninə, xalqına olan sonsuz sevgisi ilə qazanmışdır. Hər iki sənətkar Qərbin Şərqi öz müstəmləkəsi halına 
gətirməsində Qərblə bərabər Şərqin özünü də günahkar sayırlar. Hər iki vətənpərvər türk övladı istiqlaliyyəti 
dəstəkləyən idealarla çıxış etmiş, milli-ideoloji konsepsiyanın formalaşmasında mühüm xidmətləri olmuşdur. 
Şərqin Qərbə münasibətində Əli bəy Hüseynzadənin “Avropanın mədəsində həzm olunmamaq üçün onun 
beynini həzm etməliyik”-fikri bu dövrdə geniş yayılmışdır. Türk və Azərbaycan romantikləri arasında 
Avropadan “nəyi, nə qədər və necə götürməli” -sualına verilən cavablar bir-birindən fərqli idi.M.Ərsoyda 
Qərb fərqli fikir məkanı, mədəniyyət coğrafiyası kimi yox, daha çox Osmanlı dövlətini yıxan qüvvə kimi, 
qəsbkar kimi təqdim edilir. Osmanlıda Abdulla Cevdet, İranda Abbas Mirzə, Azərbaycanda M.F.Axundzadə 
Avropa fikrinin və həyatının Şərqə gəlişinə müsbət münasibətdə olmuşlar. Bir qisim ədəbiyyatşünas 
ziyalılarımız imperialist və cəllad Qərbin məzlum Şərqin milli və dini müəyyənliyimizə təhlükə olduğuna 
əsaslanaraq mühafizəkar mövqe tutmuşlar. 
Ədəbiyyat 
1.
Abdulhamit A.Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri. Bakı, 2007. 47s. 
2.
Cəfər M. Hüseyn Cavid. Bakı, 1960, 262 s. 
3.
Hüseyn Cavid.Əsərləri. Beş cilddə. 1 cild. Bakı, Lider nəşriyyat, 2005, 256 s. 
4.
Kabaklı A.Türk ədəbiyyat, 4cildde, C.Z.İstanbul, 1990, 758 s. 
5.
Quliyev E.Türk xalqları ədəbiyyatı. Bakı, 2008, 367s. 
6.
Nəcəfova Kəmalə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə dair. Bakı, 2011, 72s. 
7.
Tural Hüseynli Hüseyn Cavid və Azərbaycan mühacirət ədəbiyyatşünaslığı. Bakı, Azərnəşr, 2004, 176 s. 
İSLAMZADƏ KƏMALƏ 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
“ÖVLADLIĞA GÖTÜRMƏ” ƏNƏNƏVİ MOTİVİNİN MƏRASİM KOMPLEKSİNDƏ YERİ 
Açar sözlər:
folklor, mərasim, “övladlığa götürmə”, “köynəkdən keçirmə”, mənəvi ata
The place of the traditional motive “Adoption” in the ritual complex 
It is emphasized in the article that quite a lot of plots and motives are connected with the rites. The 
motive “adoption” connected with childlessness, its social and mental aspects are explained. It is noted that 
this important act is accompanied by the complex of corresponding rites, activity and prayers. Such actions 
of “adoption” as “to put through the slip”, “to put between the woman’s or cow’s legs”, “to present a cannon 
– bone”, “to spit into a mouth” are described. These actions usually imitate childbirth, the process of 
suckling. The analogs of “adoption” that show themselves in many peoples’ ethnography are traced. 
Keywords:
folklore, rite, “adoption”, “to put through the slip”, spiritual
Folklorla etnoqrafiya arasında sıx əlaqənin olması folklorşünaslıq elminin yarandığı ilk dövrdən 
bəllidir. Antropoloji nəzəriyyənin nümayəndələrindən E.Taylor və C. Freyzer ibtidai həyat tərzi sürən bəzi 
tayfaların adət-ənənəvi və inanclarını, məişətini öyrənərək gəldikləri nəticələri folklora tətbiq etməklə bu gün 
də əhəmiyyətini itirməyən mülahizələr irəli sürmüşlər. Bir həqiqətdir ki, əsrlərlə qədim insanların gündəlik 
həyatının ayrılmaz hissəsi olan, mühüm praktik və mənəvi əhəmiyyət daşıyan mərasimlər bir çox folklor 
süjet və motivlərinin mənbəyidir. Folklorda əksini tapmış əksər rəmzlərin açar kodu məhz mərasim 
gerçəkliyində gizlənmişdir. Folklor mətnlərində ifadəsini tapan real və qeyri-real obrazların, bəzi əşya və 
fəaliyyətlərin professional və kompetent şərhi çox zaman etnoqrafik materiallara söykənməklə mümkün olur. 
Ağız ədəbiyyatının müasir daşıyıcılarını ifaçı və nəqqalları, eləcə də onun dinləyiciləri olan bizi 
mərasimlər dövründən uzun bir zaman ayırdığından bir çox inanc, adət və ənənələrin, rəmzlərin semantikası 
anlaşılmaz hala gəlmiş, yanlış istiqamət almış, kor-koranə icra edilməyə başlamışdır. 
Bu səbəbdəndir ki, folklorşünaslıq elminin yaranmasının başlanğıcında etnoqrafiya ilə sıx bağlı 
aparılan tədqiqatların zəngin material bazası və texniki imkanların cəlb olunması ilə daha da 


M.P.Vaqif və müasirlik 
122
intensivləşməsinə ehtiyac vardır. İki və daha çox elmin qovşağında reallaşdırılan araşdırmalar bir tərəfdən 
nəticələrin dəqiqliyini və effektivliyini artırırsa, digər tərəfdən elmlərin inteqrasiyasına xidmət edir. 
Rəmzlərin açıqlanması göstərir ki, onların semantikası bir çox xalqlar (o cümlədən qohum olmayan 
xalqlar) üçün eyni və ya yaxındır, başqa sözlə, tipoloji xarakter daşıyır. Məhz bu səbəbdən də tədqiqat 
zamanı yalnız milli folklorumuzun sərhədlərində deyil, daha geniş miqyasda, başqa xalqların ağız ədəbiyyatı 
örnəklərini cəlb etməklə iş aparmaq məqsədəuyğundur. Etnoqrafik ekspedisiyaların tərkibində 
folklorşünasların da olması araşdırmaların səmərəliliyini artıra bilər. Çünki eyni məsələyə müxtəlif 
rakurslardan baxılması və fərqli tədqiqat metodlarının tətbiqi müvəffəqiyyəti təmin edə bilər. Keçmiş SSRİ-
də, sonradan isə Rusiya və Azərbaycanda «Folklor və etnoqrafiya», jurnallarının müntəzəm çapı müştərək 
fəaliyyət imkanlarının tükənməz olduğunu sərgiləməkdədir. 
Azərbaycan folkloru ilə yanaşı, digər xalqların şifahi yaradıcılığında da ənənəvi «övladsızlıq» motivi 
süjetdəki fəaliyyətlərə təkan vurur və bir çox törəmə motivləri doğurur. Bunlardan «övlad əldə etmə», 
«tapılma övlad», «övladlığa götürmə» kimi motivləri göstərə bilərik. Bunları birləşdirən cəhət qədim 
əcdadların doğuş aktına, yeni insanın dünyaya gəlməsinə yüklədiyi sakral mahiyyət, nəslin davam 
etdirilməsinə və tayfanın sayının artırılmasına verdiyi əhəmiyyətdir.
Uzun müddət uşaq sahibi ola bilməyənlər bu çatışmazlığın yerini doldurmaq üçün çarəni «övladlığa 
götürmə»də görmüşlər. Lakin yad uşağının doğmalaşması sadəcə sözlə həll olunan bir məsələ deyildi. 
Burada nəzərdə tutulan fəaliyyətin təqlidini, imitasiyasını xatırladan mərasimin icrasına ehtiyac vardır. Bəzi 
mərasim atributları, fəaliyyətlər kompleksi, eləcə də onları müşayiət edən dualar vasitəsi ilə yad uşaqla 
(xüsusilə, əgər bu, oğlandırsa) ilk növbədə ana arasında məhrəmlik, halallıq şərtlərinin təmin olunması 
həyata keçirilir. Bu ritualın icrası prosesində rəmzlər mühüm rol oynayır. Müxtəlif xalqlarda mərasim öz 
detalları ilə fərqlənsə də, onun ehtiva etdiyi məzmun təxminən yaxındır, düşüncələrin istiqaməti və ardıcıllığı 
baxımından isə hətta eynidir. 
«Koroğlu» dastanının Azərbaycan variantlarında (H.Əlizadə, M.H. Təhmasib variantlarında) qəssab 
oğlu Eyvazın Koroğlu və Nigar xanım tərəfindən övladlığa götürülməsi aktı təsvir olunur: «Çaldılar, 
oxudular, dedilər, güldülər, Nigar xanım Eyvazın gözlərindən öpdü, köynəyinin yaxasından keçirib özünə 
oğul elədi» (6, 92). 
Burada iştirak edən «köynək» folklorda insanın özünü, onun bədənini rəmzləşdirən bir atributdur, 
insanın əvəzedicisidir. Təsadüfi deyildir ki, bir çox nağıl və dastanlarımızda qəhrəmanın qanlı köynəyi onun 
öldüyünə işarə edir. Məsələn, «Aşıq Qərib» dastanında (1, 36-37), «Kitabi-Dədə Qorqud»un «Bamsı 
Beyrək» boyunda (5, 58) və s. 
«Övladlığa götürmə» mərasimində potensial anaya yaxası uşağın keçə biləcəyi qədər gen olan köynək 
geyindirilir. Nəzərdən keçirdiyimiz situasiyada («Koroğlu»da – K.İ.) Eyvaz həddi-büluğa çatmışdır. İslama 
görə o, yad oğlu olduğundan Nigar xanıma naməhrəm sayılır. Bu maneəni aradan qaldırmaq üçün Nigarın 
Eyvazı özünün doğduğu imitasiyası yaradılır. Oğlanı köynəyin yaxasından keçirib balağından çıxarmaqla 
onun qadının öz bətnindən ayrıldığı, öz canının bir parçası olduğu, nəhayət, öz südü ilə bəsləndiyi mesajı 
verilir. 
Buna bənzər bir mərasimi C.C. Freyzer təsvir edir. O, tarixçi Siciliyalı Diadora istinadən göstərir: 
«Herkules tanrılar səviyyəsinə yüksəldilir. Bu zaman atası Zevs qeyri-qanuni oğlu Herkulesi oğulluğa 
götürməyə öz arvadı Heranı razı salır. İlahə yatağa uzanıb Herkulesi bədəninə doğru sıxır və onu öz 
geyiminin altından keçirib yerə salır. Bununla, o, əsl doğuşu təqlid edir. Tarixçi əlavə edir ki, onun dövründə 
barbarlar oğlan uşağını övladlığa götürərkən bu proseduru həyata keçirərdilər. Orta əsrlərdə buna bənzər 
forma İspaniyada və Avropanın digər yerlərində də tətbiq olunurdu. Övladlığa götürən kişi və ya qadın uşağı 
mantiyanın (plaşa bənzər qolsuz üst geyimi – K.İ.) altından və ya gen paltarın qatları arasından keçirirmişlər. 
Buna görə də övladlığa götürülən uşaqlara «mantiya uşaqları» deyirdilər. Bir əlyazma mətnində («Cronica 
general» – Alim ləqəbli İspaniya kralı X Alfonsun rəhbərliyi altında XIII əsrdə tərtib olunmuş Ümumdünya 
tarixi – K.İ.) öz əksini tapmış hekayətdə nəql olunur ki, Mudarra xaç suyuna salındığı və cəngavərliyə qəbul 
edildiyi gün analığı paltarının üstündən çox gen bir köynək geyinərək onu öz yaxasından keçirmiş, bununla 
da onu öz oğlu və varisi elan etmişdi. İspaniyada övladlığa götürmənin adi forması olan bu mərasimin cənubi 
slavyanlarda da yayıldığı barədə məlumatlar vardır. Məsələn, Bolqariyanın bəzi yerlərində ana övladlığa 
götürəcəyi uşağı ayaqları arasına qoyub donunun altından sinəsinə doğru qaldırır. Bosniya türklərində ana 
uşağı gen şalvarından keçirərək doğuşu təqlid edir» (9, 256). 
C.Freyzer türklərdə övladlığa götürmənin adi bir hal sayıldığını, onun «köynəkdən keçirmək» kimi 
ifadə olunduğunu qeyd edir (9, 256). 
Alim bu məsələni uzaq tayfaların məişətində də müşahidə etmişdir. Məsələn, Borneo adasında yaşayan 
klemantanlar başqasının uşağını övladlığa götürməzdən bir neçə həftə əvvəl hamiləliyin son aylarına aid olan 
yasaqlara riayət edir, doğuşun ağır keçə biləcəyinə işarə edən hərəkətlərdən qaçırlar. Məsələn, nəyisə 


M.P.Vaqif və müasirlik 
123
götürmək üçün dar yarığa əllərini salmır, otağa girərkən və çıxarkən astanada ləngimirlər. Təyin olunan gün 
qadın yarıuzanmış vəziyyətdə uşağı ayaqları arasından keçirərək doğuş imtasiyasını yaratdıqdan sonra ona 
yeni ad qoyur. Bu tayfanın dilində ögeylik anlayışını ifadə edən sözlər belə olmadığından ailədə hansı uşağın 
doğma, hansının götürülmə olduğunu müəyyən etmək də mümkün deyildir. Bu uşaqlar arasında heç bir 
ayrıseçkilik qoyulmur (9, 256-257). 
“İkinci doğuş” və ya «təkrarən doğuluş» prosedurunu səhvən ölüm xəbəri çıxmış və haqqında təziyə 
məclisi təşkil olunmuş şəxslərlə də keçirirdilər. Çünki o, faktiki olaraq sağ sayılsa da, nəzəri baxımdan ölü 
hesab edilirdi. Onu heç kəs yaxınına buraxmır, dini mərasimlərdə iştirakına icazə verilmirdi. Odur ki, o, ana 
bətnində embrion olmaqdan başlamış, həyatının bütün mərhələlərini rəmzi olaraq təkrarən keçməli idi (9, 
257-258). 
Bəzən də doğuş aktının imitasiyası üçün canlı keçi, yaxud inəkdən istifadə edilirdi. Belə ki, uşaq bu 
heyvanların ayaqları arasından keçirilirdi. Bu, insanın heyvanla eyniləşdirilməsi düşüncəsindən irəli gələn və 
əcdad kultuna, daha doğrusu heyvandan törəmə anlayışına – totemizmə söykənən bir mərasimdir. İnəyin ana 
ilə eyniləşdirilməsinə folklorda da rast gəlmək mümkündür. Məsələn, «Ögey ana» Azərbaycan nağılında ana 
sirkə küpünə düşərək inəyə çevrilir, lakin kəsilib yeyildikdən sonra belə yetim qalmış qızının xoşbəxtliyə 
çatmasına nail olur (4, 405-409). 
Sonralar uşağın heyvandan doğulmasını təqlid etmək üçün onu heyvan dərisinə bükmüş, barmaqların 
dəridən düzəldilmiş üzük, qoluna isə dəri bilərzik taxmışlar. Bu isə mərasimin getdikcə bəsitləşdiyini, 
zəiflədiyini göstərməkdədir. İnsanın öz üzərində qurbanlıq heyvanın dərisini gəzdirməsi şər qüvvələrdən, 
təhlükələrdən qorunmaq məqsədi daşıyır. Deməli, dəri həmayil rolunu oynayır. Heyvan insanla bəd qüvvələr 
arasında maneədir. Bir tərəfdən, şər qüvvələrin törədə biləcəyi təhlükələr hiylə ilə insandan uzaqlaşdırılıb 
heyvanın üzərinə yönəldilir, digər tərəfdən qurbanın qanı, əti və dərisi düşmən ruhları qorxudan ecazkar 
qüvvə hesab edilir. 
Bəzən «övladlığa götürmə» mərasiminin aparıcı iştirakçısı rolunda potensial ana deyil, potensial ata 
çıxış edir. Məsələn, «Koroğlu» dastanının Türküstan versiyasına aid olan «Goroğlu» variantlarından birində 
(özbək variantında) zürriyyəti olmayan dayısı Əhmədbəy Goroğlunu övladlığa götürür. Bunun əlaməti kimi 
o, məclislərin birində əlinə bir «baldır sümüyü» alıb Goroğluya verir (7, 406). 
Mətndə tam olaraq açıqlanmasa da, güman etmək olar ki, məclisdə yeyilən ət erkək heyvanınkıdır. 
Deməli, bu, qoçun baldır sümüyüdür. Həmin sümüyün görüntü olaraq fallik bənzərliyi, yəqin ki, kişi 
başlanğıcına və dolayı yolla ataya işarədir. 
Xalq arasında işlənən bəzi deyimlər də bu məsələni açıqlamağa yardım göstərə bilər. Məsələn, 
dilimizdə «sümüyünü it sümüyünə calamaq» ifadəsi vardır. Onun mənası “Azərbaycan dilinin frazeoloji 
lüğəti”ndə belə izah edilmişdir: «layiq bilinməyən, yaxşı ad çıxarmayan nəsillə qohum olmaq, qız alıb qız 
vermək» (2, 244). Buradan ayıdın olur ki, «sümük» nəzərdən keçirdiyimiz kontekstdə «gen», «soy», «nəsil», 
«əsil-kök» anlayışları ilə ekvivalentdir. Əhmədbəyin Goroğluya qonaqlıqda – hər kəsin qarşısında «baldır 
sümüyü» təqdim etməsi ətrafdakılara «O, mənim belimdən gəlib, mənim oğlumdur» mesajını verir. 
«Goroğlu» dastanının türkmən variantında isə uşağın mənəvi övladlığa götürülməsinə rast gəlirik ki, 
bu da xüsusi mərasim vasitəsi ilə icra olunur. Mətndən öyrənirik ki, Cığalı bəyin oğlu Adıbəy və onun arvadı 
vəfat edirlər. Onlar dəfn olunurlar. Gecə Xızır Əleyhissalam Cığalı bəyin yuxusuna girib deyir ki, gedib 
məzara bax, möcüzə ilə qarşılaşacaqsan. Cığalı bəy səhər namazından sonra məzarın yanına gedib orada bir 
körpə uşaq görür. Cığalı bəy uşağı götürüb evə qayıdır. Baxır ki, evində bir nurani şəxs oturub. Oğlanı həmin 
ağsaqqalın ətəyinə qoyur. O, üç dəfə körpənin ağzına tüpürərək «Bizim nəfəs oğlumuz olsun. Qaranlıq 
yurddan aydınlıq yurda çıxmış. Adı da Rövşən olsun», deyib gedir (8, 7). 
Bu parçada övladlığa götürmənin müqəddəslər tərəfindən himayə altına alma mənası verən «nəfəs 
oğlu» növü ilə qarşılaşırıq. «Ağıza tüpürülməsi» motivinin nağıllarımızdakı təzahürlərində meydana çıxan 
semantikası Xızır peyğəmbərin bu hərəkətinin məqsədini anlamağa yol açır. Məsələn, «Ovçu Pirim» 
nağılında ilanlar padşahı əsas qəhrəmanın ağzına tüpürməklə ona bütün otların, heyvanların və quşların dilini 
bilmək xüsusiyyəti bəxş edir (3, 7). Güman etmək olar ki, türkmən variantında Goroğlunun basılmaz, 
məğlubedilməz, ox batmaz, qılınc kəsməz olmasının səbəbi Xızır peyğəmbərin tüpürcəyidir.
Bu epizodda maraq doğuran bir məqam da vardır. Məlumdur ki, bu gün tibdə atanın müəyyən edilməsi 
üçün keçirilən DNT testində genetik material kimi ağız suyundan istifadə edilir. Lakin qədim insanlarda 
yaxın qohumlar arasındakı bu identiklik barədə məlumatın olması təəccüb doğurmaya bilməz. Deməli, Xızır 
peyğəmbərin öz tüpürcəyini uşağın ağız suyuna qatması onu övladlığa götürməsini qanuniləşdirən 
hərəkətdir. 
Bütün bu nümunələr dünya xalqlarının, eləcə də Azərbaycan xalqının mərasim ənənəsində və 
folklorunda «övladlığa götürmə» motivinin zəngin təzahür formalarının olduğunu sərgiləməkdədir. 


M.P.Vaqif və müasirlik 
124
Ədəbiyyat 
Azərbaycan dilində 
1.
Azərbaycan dastanları. 5 cilddə. III c. (Toplayıb tərtib edəni Ə.Axundov). Bakı: Lider, 2005, 328 s. 
2.
Azərbaycan dilinin frazeologiya lüğəti. Bakı: Altun kitab, 2015, 288 s. 
3.
Azərbaycan nağılları. 5 cilddə. V c. (Tərtib edəni N.Seyidov). Bakı: Şərq-Qərb, 2005, 304 s. 
4.
Dastanlar və nağıllar (Tərtib edəni H.Əlizadə). Bakı: Azərbaycan bədii ədəbiyyat şöbəsi, 1937, 434 s. 
5.
Kitabi-Dədə Qorqud (Tərtib edənlər: F. Zeynalov və S.Əlizadə). Bakı: Yazıçı, 1988, 265 s. 
6.
Koroğlu (Çapa hazırlayanı M.H.Təhmasib). Bakı: Gənclik, 1982, 328 s. 
Türk dilində 
7.
Karadavut Z. Köroğlunun zuhuru kolu üzerine mukayeseli bir araştırma (inceleme- metnler)/ doktora 
tezi/. Selçuk Universitesi Sosyal Bilimler Enstitüsü Türk dili ve edebiyyatı anabilim dalı, halk edebiyyatı 
bilim dalı, Konya, 1996, 594 s. 
8.
Nurmemmet A.Göroğlu: Türkmen Halk destanı. Ankara: Bilig Yayınları, 1996, 511 s. 
Rus dilində 
9.
Фрэзер Дж.Дж. Фольклор в Ветхом Завете. Москва: Политиздат, 1989,
542 с. 
İSMAYILLI AYTAC 
Bakı Slavyan Universiteti 
İSİ MƏLİKZADƏNİN “KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM’’ POVESTİNDƏ
İKİLİ HƏYAT FƏLSƏFƏSİ 
Açar sözlər: 
İsi Məlikzadə, Xəlil, Bəhmən, ikili həyat fəlsəfəsi, mənəvi- əxlaqi dəyərlər 
Dual life philosophy in the “Küçələrə su səpmişəm” by İsi Melikzadeh 
The novel “Küçələrə su səpmişəm” by İsi Melikzadeh was analysied in this article. İsi Melikzadeh 
belongs to the 60
th
Azerbaijan’s literature generation. He is one of the prominent representative of 
Azerbaijani’s poetry. The novel takes mean place in his creativity. The encounter of Khalil and Bahman and 
moral values, dual life philosophy are innestigated in this novel. 
Keywords
:
İsi Melikzadeh, Khalil, Bahman, dual life philosophy, moral values 
İsi Məlikzadə XX əsr Azərbaycan bədii nəsrinin görkəmli nümayəndəsidir. “Yazıçı başqa ixtisas sahibi 
(mühəndis) olsa da, ədəbiyyata güclü həvəs və maraq göstərirdi; özünə görə zəngin təəssuratları, orjinal 
həyat müşahidələri, incə yumoru, həssas, kövrək və zərif duyğuları vardır. Təvazökar, təşəbbüskar və 
tələbkar gənc gündüzlər istehsalatda çalışır, gecələr isə yuxusuna haram qatıb yazmaq-oxumaqla məşğul 
oldurdu. Cəhd edirdi ki, qələmə aldıqlarından həm keyfiyyətcə, həm də kəmiyyətcə razı qalsın” (1, s. 15). 
Bədii nəsr də əvvəlki illərdən fərqli olaraq insanın mənəvi-əxlaqi dünyasının təsvirinə meyl və maraq 
artmışdı, şəxsiyyət başlanğıcı, ədəbi qəhramanın hərtərəfli təsvirinə meyl, onu bütün mürəkkəbliyi ilə 
canlandırmaq səyi getdikcə aparıcı xəttə çevrilirdi. Bir janr kimi roman – vüsətli, epik roman xətti tədricən 
öz yerini yığcam povest janrına təhvil verirdi. 
“60-70-ci illər Azərbaycan nəsri üçün bu mənada povestin çiçəklənməsi mərhələsi oldu. Lakin ən 
başlıcası bu idi ki, ədəbiyyatda reallıq, həyat həqiqətinin təsviri üstünlük təşkil edirdi” (3, s. 50). 
Povest yazıçının yaradıcılığında önəmli yerlərdən birini tutdu, sənətin tərkib hissəsinə və aparıcı 
qoluna çevrildi. Təxminən 30 illik zaman çərçivəsi və fasiləsində ədibin yazı, jurnal səhifələrində və ayrı-
ayrı kitablarında çap etdirdiyi povestləri bunlardır: 
«Haram tikə» (1964), «Özgə anası» (1965), «Oyanmış xatirələr» (1966), «Kövrək qanadlar» (1967), 
«İki günün qonağı» (1968), «Qaranquş yuvası» (1969), «Evin kişisi»(1970), «Sağlıq olsun» (1970), 
«Küçələrə su səpmişəm» (1971). «Günəş harada gecələyir» (1972). «Çəhrayı dəftər» (1973). «Düyün» 
(1974), «Quyu» (1976), «Yaşıl gecə» (1977), «Uca dağlar başında» (1977, Eldar Quliyevlə birlikdə), 
«Günəşli payız» (1978), «Dədə palıd» (1979), «Gümüşgöl əfsanəsi» (1982-1983), «Dolaşaların Novruz 
bayramı» (1987), «Qırmızı şeytan» (1990). 
İsi Məlikzadə “Küçələrə su səpmişəm” povestində Teybə, Xəlil, Bəhmən Çərkəz, Qədimov kimi 
maraqlı obrazlar silsiləsi yaratmışdır. Obrazların hər birinin özünəməxsus xüsusiyyətləri əsərdə diqqəti cəlb 
edir. Povestdə əsas hadisələr Bəhmən və Xəlilin ətrafında cərəyan edir. Xəlil və Bəhmən eyni mühitdə 
yaşasalar da, fərqli xarakterlərə malikdirlər və onların fərqliliyi hadisələrin sonrakı inkişafı zamanı üzə çıxır. 
Hər ikisi Bakıya təhsil almaq üçün getsə də, tale onların hər ikisinə eyni tərəfdən günəşin işıqlarını saçmır və 


M.P.Vaqif və müasirlik 
125
Xəlilin işləri düz gətirmədiyindən o həyatın ilk zərbəsini almış bir insan kimi geri qayıdır. Xəlil kəndə 
qayıdarkən düşüncələr ona əzab verirdi və bilirdi ki, kənddə fərsiz oğulları lağa qoyub gülürlər. Ancaq 
yenədə inamını itirməyərək gələcəyə ümidlə baxır və Tibb İnsititutunun işıqlı otaqlarından birində 
oturacağını düşünür.Taleyin onun başına gətirəcəklərindən hələ xəbərsiz idi. Həyatın dalğaları daim onunla 
birlikdə irəliləyir və onun əlini buraxmırdı. Ali məktəbə qəbul olmamasının dərdi bitməmiş, onu atasının 
vəfatı dərindən sarsıdır. 
Xəlilin nə qədər problemləri olsa da, o, daim Bəhməni düşünür və onun qayğısına qalırdı.Onun kəndə 
gəlişi ilə sevinir və məclis təşkil edir. Həm də insanların ona məzəmmət edəcəklərindən narahat olur:
‘’Atasının öldüyü iki ay deyil, eyş-işrətə qurşanıb’’ (2, s. 62). 
Yazıçının böyük məharətlə yaratdığı iki qəhrəmanın əsas fərqi odur ki, Xəlil hər zaman çətinlik ilə 
qarşılaşır, Bəhmənin isə günü xoş keçirdi. Hətta bu fərqlər onların yuxularında da öz əksini tapır: “Bəhmən 
Sayadı yuxuda qırmızı donlu, qırmızı yanaqlı, qırmızı saçlı görərdi. Bəhmənin başını sığallayıb deyərdi:” İki 
dünya bir olsa da sənə ərə gedəcəm’’. Bəhmənin ürəyi bərk-bərk döyünərdi’’ (2, s. 64). Həyatında çətinliklə 
rastlaşdığı kimi yuxusunda da Xəlil göz yaşlarından yaxa qurtara bilmir: ’’Xəlil yuxusunda Sayadı 
ayaqyalın, başıaçıq görərdi. Qız həmişə ondan aralı dayanıb göz yaşları tökərdi. Deyərdi:’’Atam məni sənə 
vermək istəmir, Xəlil” (2, s. 64). Bu zaman Xəlil də göz yaşlarına qərq olardı. 
Xəlildən fərqli olaraq Bəhmən hər məqamda özünü düşünürdü. Ova gedən zaman təsadüf nəticəsində 
Bəhmənin barmağı tətiyə toxunur, silahdan açılan atəşlə yaxın qonşuları, qardaş qədər əziz olan Tağını 
vurur. Bəhmən bir insanın, gəncin ölümünə səbəb olur. Yaralı Tağını xilas etmək əvəzinə öz gələcəyini 
düşünür: “Bəs mən nə edəcəm?...İnsituta təzə girmişəm. Axı,oxumaq istəyirəm... Bu işdə mənim adım 
olmasın. Mən hələ...İncimə, Xəlil, qurban olum incimə. Mən burda olmamışam, mən bu xaraba çölə sizinlə 
gəlməmişəm’’(2, s. 66). 
Sonralar Xəlil düşüncələrində həmişə Bəhməni qınayır, amma onu daxilən narahat edən, əzab verən
sualları Bəhmənə ünvanlaya bilmir. “Niyə günahını mənim üstümə yıxdın, Bəhmən? Bu necə oldu? Mən 
heç bir şey başa düşmürəm, heç bir şey anlamıram.” (2, s. 74) Xəlil ürəyində qövr edən, soruşa bilmədiyi 
sualları sanki baxışları ilə Bəhmənə anlatmaq istəyirdi. 
13 il ərzində Xəlilin həyatını, onun talryini düşünməyən Bəhmən təsadüf nəticəsində unutduğu əmisi 
oğlu ilə qarşılaşır. Xəlil həyatını məhv edən insan ilə təmkinlə davranır, evinə qonaq dəvət edir. Yazıçının 
qəhrəmanı artıq bilirdi ki, dünyada ən böyük əzab kiminsə gözünün içinə dik baxa bilməməkdir. Necə ki indi 
Bəhmən Xəlilin gözlərinə baxa bilmirdi. Xəlil anlamışdı ki, ona verilən cəza Bəhmənin cəzası ilə 
müqayisədə heçnədir. 
Fikrimizcə Xəlil həyatı dərk edən, çətinliklərdən, əzablardan, maddi və mənəvi sıxıntılardan keçərək 
formalaşan və qalib gələn insandır. Ancaq keçmişdə baş verən hadisələri bir an belə unutmamışdır. Bəhməni 
evində qonaq edən Xəlilin gözlərində ona qarşı məzəmmət, kəskin qınaq hiss olunur. “Mən ocaqçı olmamalı 
idim, əmioğlu, sən məni ocaqçı elədin. Mən kəndimdən-kəsəyimdən didərgin düşməməli idim, sən məni 
eldən-obadan ayrı saldın. Bəlkə də sənin kimi elmli olacaqdım. Yolumu kəsdin, əmioğlu. Arzumu, muradımı 
gözlərimdə qoydun’’ (2, s. 78). 
Xəlil bu qədər hadisələrdən sonra Bəhmənin dəyişəcəyini gözləyir. Bakıdan kəndə ilk gəlişində ova 
getməklə bir insanın ölümünə səbəb olmuş Bəhmən yenə ov həvəsindədir. Bəhmənin unutqanlığı Xəlilə 
qəribə və təəccüblü gəlir:’’O,elə bilmişdi ki, hər qəfil güllə səsi Bəhməni diksindirəcək, ona Tağını 
xatırladacaq. Xəlil çaşbaş qalmışdı. Bu nə ovdu? Bu nə kefdi? Yoxsa Bəhmən keçmişi unudub?’’ (2, s. 88). 
Keçən illər Bəhməni qətiyyən dəyişməmişdi. Onun üçün xəyalları, həyatı, arzuları puç olan Xəlil 
deyil, susmuş, daşlaşmış vicdanının rahatlığı önəmlidir. Xəlilə Bakıya gəlməsini təkid etməklə olmayan 
vicdanını sakitləşdirmək istəyirdi. Xəlil başa düşürdü ki,onun Bakıya köçməsi özündən çox Bəhmənə 
lazımdır. Yəqin Bəhmən bu məqamı çoxdan axtarırdı. O, dəridən-qabıqdan çıxmaqla Xəlilə babat güzəran 
düzəldəcək və bununla ağrıyan vicdanına məlhəm tapacaq. 
Əsərdə ən təsirli səhnələrdən biri Bəhmənin Xəlilin yaşayışını, şəraitini bəyənməməsi idi. Xəlilin 
kənddə bir otaqlı evdə yaşamasının, təhsil ala bilməməsinin, çətin güzəranının səbəbkarı olmasını nədənsə 
unutmuşdu. Xəlilə həyatını qurtardığı “qardaşının” hərəkətləri çox pis təsir edir. Qulağına xırıltılı bir səs 
gəldi: “Onsuzda otağınız darısqaldır”. Bu xırıltı yorğun bir səsə qarışdı:’’Sabah görüşərik...Görüşərik’’ (2, s. 
90).
Sonda Xəlil Bəhmənin dəyişmədiyinə tam şəkildə əmin olur. Bakıya getmək üçün yazdığı ərizəni 
parça-parça edir. Həyat yoldaşının Bəhmən üçün saxladığı əriştəni itə tökür. Yenidən göylərə, ulduzlara 
baxır, Sayadla görüşlərini xatırlayır. Xəlil kəndlərini, əmisini, bibisini, valideynlərini unutmamışdır. 
Bəhməndən fərqli olaraq onların verdiyi tərbiyədən, öyüd-nəsiyətlərdən kənara çıxmamışdır. Əks təqdirdə
Xəlil olmazdı. 
Ədəbiyyat 
1.
İsmayılov. Y. İsi Məlikzadə - Söz sərrafı, nəsr ustası. Bakı: “Elm” nəşriyyatı, 2007, 200 s. 
2.
Məlikzadə. İ. Seçilmiş əsərləri. Bakı; “Şərq-Qərb”, 2005, 335 s. 


M.P.Vaqif və müasirlik 
126
İSMAYILOVA XƏYALƏ 
Bakı Slavyan Universiteti 
VALTER SKOTTUN YARADICILIQ METODUNUN XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər

tarixi roman, Valter Skott, yaradıcı metod, tarixi həqiqət, xronika. 
Creative method of Walter Scott 
In this article the peculiarities of historical novel genre, creative method of Walter Scott is spoken 
about. Writer’s approach to real historical events is studied, romantic and realistic features in Scott’s
works are underlined.
Keywords:
historical novel, Walter Scott, creative method, a historical truth, chronic.
V
alter Scottun ədəbi irsi çox böyük və çoxşahəlidir. Yazıçının yaratdığı əsərlər ingilis romantik 
nəsrinə və ümumilikdə tarixi roman janrına çox böyük töhfədir. Lakin Skottun yaradıcılığının ən 
qiymətli hissəsini onun tarixi romanları təşkil edir. Valter Skottun romanları “milli tematika” 
baxımından iki qrupa– “Şotlandiya” və “İngiltərə” romanlarına bö lünür. “Şotlandiya” romanlarına
“Ueverli” (1814), “Qay Mannerinq” (1815), “Puritanlar” (1816), “Rob Roy” (1818), əsərləri daxil edilir.
“İngilis” tarixi romanlarından ən məşhur əsərlər “Ayvanho” (1819), “Kenilvort” (1821), ”Vudstok”
romanlarıdır. Skottun bəzi romanları başqa ölkələrin tarixi materialı əsasında yaranıb, məsələn “Kventin 
Dorvard”, “Parisli qraf Robert” (1832). Bu əsərlərdə də süjet bu və ya digər şəkildə İngiltərənin tarixi ilə
bağlıdır. Bəzi əsərləri yazıçı özü silsilə şəklində birləşdirmişdi, məsələn “Əhli-səlib nağılları” , “Babanın
nağılları” . Sonuncu silsilə (“Babanın nağılları”) babanın nəvəsi ilə Şotlandiya tarixi haqqında söhbətləri 
kimi tərtib olunub, lakin, tarixi hadisələrin xronikasına çevrilmişdi.
Valter Skottun yaradıcı metodu tarixilik istiqamətində formalaşıb, inkişaf etmişdi. “Tarixilik”
məfhumunun özü də XVIII əsrin II yarısında formalaşmışdı. Tarixi keçmişə müəyyən xüsusiyyətlərə 
malik bir aləm kimi baxış üzun təkamül yolu keçmişdi. Bu baxış hər fərdi təfəkkürün əhəmiyyətli
olması fikrindən (Yunq) ayrı-ayrı milli mədəniyyətlərin və tarixi dövrlərin hansı yolla yaranmasının
təhlilinə qədər inkişaf etmişdi. (Herder). Öz əsərlərini yaradarkən, Valter Skott konkret tələblərə və 
prinsiplərə arxalanırdı. Tarixi romanın əsas şərtləri – tarixi dəqiqlik və ciddi tarixi problematika olmalı idi.
Valter Skott özünü realist hesab edir və tarixi hadisələrin, obrazların təsvirində maksimum doğruluğa və
dəqiqliyə riayət edirdi. Yazıçı tarixi abidələri dərindən öyrənir, hər bir dövrün geyim tərzini, məişət
xüsusiyyətlərini, adət-ənənələrini mükəmməl təsvir edirdi.
Skottun romanlarında olan təsvirlərin hamısı bu və digər dövrün tarixi həqiqətinə uyğun gəlir.
Deyilən məqamlara, qaydalara riayət etdikdən sonra material toplanmağa başlayır və artıq burada yazıçı
işə öz fantaziyasını cəlb edir və keçmişin “pərdəsi arxasına” keçməyə çalişir.
Tarixi dəqiqlik baxımından Valter Skottun bütün romanları çox böyük bilik mənbəyi kimi 
qiymətləndirilə bilər. Lakin Skottun romanlarının əhəmiyyətini təkcə bilik aspekti ilə məhdudlaşdırmaq 
düzgün olmazdı. Valter Skott öz əsərlərində tarixi hadisələrin və faktların fəlsəfi düşünülməsinə və 
ümumiləşdirilməsinə nail olmuşdu. Məhz bu cəhət yazıçıya yeni bir janrın- tarixi roman janrının banisi 
kimi şö hrət qazanmasına səbəb olmuşdu. Skottun əsərlərində olan bəzi kompozisiya xüsusiyyətləri
sonrakı ədəbiyyatda da artıq klassik nümunə olub, çox geniş yayılıb, tətbiq edilirdi. Bunlardan biri - 
əsərdə hekayəçi obrazıdır. Skottun romanlarında hekayəçi obrazının siması bir qayda olaraq nəzərə
çarpmır, lakin daim mətndə fəal iştirak edir. Keçmişi təsvir edən, keçmiş və müasir dövrlə əlaqəni 
yaradan, onu mətndə qooruyub saxlayan da məhz hekayəçidir. Hekayəçi hadisələrdə iştirak etmir, o həmin 
hadisələrin varisidir və canlı varisliyi qoruyucusudur. Yazıçı öz əsərlərində hadisələrin təsvirinə 
tədricən yaxınlaşır və nəticədə, əsas hadisələr baş verəndə, oxucu onların qavranmasına, dərk edilməsinə 
“hazır “ olur. Romanist keçmişi müasirliklə əlaqədə təsvir edir və tarixi keçmişi yaşadığı dövrün 
paraleli kimi deyil, onun sələfi kimi göstərir. Skottun romanları tarixi material əsasında yaranmış pritça 
deyil, bu gün baş verən hadisələrin uzaq səbəblərinin məqsədyönlü şəkildə üzə çıxarılmasıdır.
Skottun yaradıcı konsepsiyasının bu xüsusiyyətləri ilk dəfə onun dahi sələflərinin- Şekspirin və
Hüqonun əsərlərində tətbiq edilmişdi. Skott özünün dahi ustadlarının təcrübəsini qavramış və onları
yaradıcı şəkildə işləmişdi. Şekspirin və Hüqonun zəngin təcrübəsindən bəhrələnərək, Skott bir çox
cəhətləri özünəməxsus, tam yeni şəkildə yaradırdı. Bu metod çox səmərəli oldu. Belə ki, Skott real və 


M.P.Vaqif və müasirlik 
127
uydurma qəhrəmanların yerləşdirilməsində nisbəti dəyişmişdi. Skottun romanlarında özünün yaratdığı
qəhrəmanlar ön plandadır, real tarixi şəxsiyyətlər isə arxa plana çəkilir.
Bu da Skottun əsərlərini Şekspirin tarixi xronikalarından fərqləndirən əsas cəhətdir. Şekspir 
salnamə-xronika məlumatlarını dramatik şəkildə izah edir, və onun tarixi əsərlərində əksər personajlar
məşhur, real tarixi şəxslər idi. Şekspirin əsərlərində uydurulmuş personajlar real personajlar arasında
bir istisna kimi göstərilir. Ondan başqa, Şekspirin xronikalarında rəvayət öndə gedir və oxucunu əsərdə
təsvir edilmiş hadisələrə inanmağa vadar edir. Valter Skotta gəldikdə isə, o salnaməni sanki kiçik, ilk 
baxışdan əhəmiyyətsiz görünən və hətta uydurulmuş hadisələrdən başlayır, və Şekspirdən fərqli olaraq, 
tarixi təsdiqləmir, əksinə, onu sanki yoxlayır, sınayır. Skott ənənəvi obrazları yeni şəkildə təqdim edir və
onları oxucuya daha “yaxın “ edirdi. Tənqidçilər məhz bu xüsusiyyəti yüksək qiymətləndirirdi, çünki
oxucu Skottun romanlarını oxuyarkən tarixi xronika ilə deyil, insanların keçmişdə gündəlik həyatı,
qayğıları, hissləri və duyğuları ilə rastlaşırdı. Bu cür yanaşma keçmişi “naməlum ölkə” kimi təsvir 
etməyə imkan verir və mənzərələr Skottun müasirlərinə gözəl, yaxın və təbii görünürdü.
Valter Skottun romanlarında tarixiliyin daha bir mühüm xüsusiyyəti onun maraqlı kompozisiya
üsullarından ibarətdir. Məsələn, “Şotlandiya” romanlarında təhkiyənin, hekayətin əsas ideyası ingilislərə 
həvalə edilir, hadisələr isə Şotlandiyada baş verir. Burada yazıçı D.Defonun təcrübəsindən istifadə etmişdi.
D.Defo da obyektivlik təəsüratı yaratmaq üçün siyasi hadisələri rəqiblərin adından, mövqeyindən təqdim 
edirdi.
Skottun qaldırdığı əsas problemlərdən biri- yerli və dövlət miqyaslı dünyagörüşünün, köhnəlik və 
tərəqqi arasında ziddiyyəti problemidir. Skott özü, əslən şotlandiyalı və əsl vətənpərvər olmasına 
baxmayaarq, özünü həmişə britaniyalı hesab edirdi. Buna görə yazıçı müəyyən ideya ilə bağlı hər iki 
tərəfin haqlılığını və yanılmasını göstərməyə çalışırdı. Skott dövlətin birliyi və milli bənzərsizliyi 
ideyasını eyni səviyyədə qoyur. Geniş dünyagörüşünə malik olan və tarixi miqyaslı şəxsiyyət olan Skott
milli birlik ideyasını labüd, qaçılmaz hesab edirdi.
Valter Skott 2500 artıq personaj yaratmışdır. Bu personajların hər biri tarixi kontekstdə müəyyən 
edilib və öz mühitinə insan münasibətləri ilə bağlıdır.
Valter Skottun romanlarında ən müxtəlif tarixi dövrlər əks olunub- orta əsrlər dövrü İngiltərədən 
başlayaraq XIX əsrin Şotlandiyaya qədər və hər dövrün maddi və mənəvi mədəniyyəti yazıçı tərəfindən
butaforiya kimi deyil, canlı aləm kimi göstərilir. Macəra və “qotik” roman janrının bəzi xüsusiyyətlərini 
qoruyub saxlamaqla və mətnə folklor motivlərini və dəqiq sənədli məlumatı sərbəst şəkildə daxil etməklə, 
Skott onları əsərin əsas məqsədinə tabe edir. Həmin məqsəd - müəyyən tarixi dövr çərçivəsində
insanların taleyini inandırıcı şəkildə yaratmaqdan ibarətdir. Yəni, yazıçı hansısa dövrdə insanların
hansı səbəbdən bu və ya digər şəkildə hərəkət etdiyini təhlil etməyə çalışır. Skott yaşadığı dövrü dərk
etmək üçün tarixi keçmişə müraciət edirdi. Yeni dövr, yəni XIX əsr yeni hekayət formalarının
yaradılması zərurətini üzə çıxarmışdı. Müəyyən tarixi dö vrün konkret faktlarına əsaslanaraq, Skott 
nəhəng bir tarixi mənzərə yaradırdı. Həmin əsərlərdə tarixi dövr müfəssəl və inandırıcı şəkildə təsvir 
olunur və bu detallar mətni ümumən daha da cəlbedici edir. Lakin, romanların əsas mahiyyəti və
dəyəri bu detalalrdan ibarət deyil. Yazıçı hər bir dövrün ictimai və şəxsi münasibətlərini təsvir etməklə, 
tarixin əsl hərəkətverici qüvvələrini üzə çıxarır. Skottun yaradıcılığı tarixi konsepsiyanın dərinliyi və
yaradıcı metodun mükəmməlliyi ilə diqqəti cəlb edir. Bu cür yanaşma XVIII əsrin sonunda baş verən 
Böyük Fransız inqlabının nəticəsində sosial-tarixi dəyişikliklərlə bağlı idi. Sarsılmaz hesab edilən 
iqtisadi və siyasi quruluşun məhv edilməsi, yeni həyat tərzi, insanların düşüncə tərzi, hətta xasiyyəti 
də kəskin şəkildə dəyişmişdi. Siyasi hadisələr cəmiyyətin, insanların həyatına, psixologiyasına öz
güclü təsirini göstərirdi. Təbii ki, yeni, XIX əsrin ədibi olan Valter Skott öz əsərlərində
qəhrəmanların tarixi hadisələrdən, ictimai həyatdan asılı olduğunu göstərməli idi. Bu baxımdan Skott
keçmişə əsl tarixi baxışa malik idi.
Əslində, Valter Skott əvvəllər mövcud olmayan roman tipi yaratmağa müvəffəq olmuşdu. Skottun 
romanlarında tarix bir elm sahəsi olmaqla ədəbiyyatla, yəni incəsənətlə bir araya gəlir, birləşir, üzvi vəhdət
təşkil edir.
Valter Skottun yaradıcı metodu çox mürəkkəb bir fenomendir. Onun yaradıcılığında romantik 
başlanqıc əsas yeri tutmaqla realistik tendensiyalarla birləşir və hətta realizm bir çox hallarda əsərdə
mühüm yer tutur. Realizm yazıçının tarixi problemlərin həllinə obyektiv yanaşmasında, realistik 
obrazların və konkret təfsilatların verilməsində özünü nümayiş etdirir. Nəhayət, realizm hər personajın
xarakterini yaşadığı dövr ilə müəyyən edilən xarakter kimi təqdim olunmasında üzə çıxır. Valter 
Skottun tarixi romanlarının ən üstün cəhətlərindən biri də, şəxsi həyat təsvirlərinin i real tarixi hadisələrin
təsviri ilə birləşməsidir. Valter Skott “tarixi roman” janrının banisi olmaqla yanaşı, onun yaradıcılığı
sonrakı dövrdə yaranan nəsr əsərlərinə də çox böyük təsir göstərmişdi. İngiltərənin dahi yazıçısı


M.P.Vaqif və müasirlik 
128
incəsənəti həqiqətlə birləşdirir və bu işdə tarixi bir “vasitəçi” kimi tətbiq edirdi. Valter Skottun romanlarında 
olan tarixilik XIX əsrdə realistik romanın inkişafına müstəsna təsir göstərmişdi.
Ədəbiyyat 
1.
Алексеев М.П. Из истории английской литературы. Этюды, очерки, исследования. М-Л, 1960.
2.
История Всемирной Литературы. Т.6. М., Наука, 1989. 
3.
Реизов Б.Т. Творчество Вальтера Скотта. М-Л., 1965.
4.
Brown D. Walter Scott and the historical imagination. L. 1969/ 
5.
Johnson E, Sir Walter Scott. The great Unknown. In 2 vol. L. 1970.
KAZIMOVA KÖNÜL 
Bakı Dövlət Universiteti 
ROMAN JANRI ÇAĞDAŞ NƏZƏRİ-ESTETİK DƏYƏRLƏR KONTEKSTİNDƏ 
Açar sözlər:
janr, roman, çağdaş, dövr, nəsr
Mentioned scientific approach to novel 
İn this article is mentioned scientific approach to novel. İn this case Theoretical ideas were 
investigated and attitude to those ideas was reported. Then author talked about modern Azerbaijan novels. 
İn this time was investigated and analyzed novel′s development trends, genre typology and other theoretical 
features 
Keywords

genre, novel, modern, period, prose
Yazılı ədəbiyyat şifahi ədəbiyyatdan rəsmi şəkildə ayrıldıqdan sonra ədəbiyyatda ənənəvi 
yanaşmalarla yanaşı, bir çox yeni meyillər formalaşmağa başlamış, həmin meyillərdən də qaynaqlanan yeni 
istilahlar yaranmağa başlamışdır. Bu prosesin də rasional davamı olaraq ədəbiyyatşünaslıq elm səviyyəsində 
öz yerini tutduqca onun rəsmi terminləri də təbii olaraq gündəmə gəlmişdir. Xüsusilə, Janr istilahı və onunla 
bağlı olaraq da ayrı-ayrı janrlar artıq elmi səviyyədə araşdırılmağa başlanmışdır.
Ümumiyyətlə, “janr”ın bir anlayış kimi XVII əsrin ortalarında fransız estetik fikrində formalaşması 
barədə məlumatlar mövcuddur” (6, 13). Bu gün janr anlayışı öz ilkin mənasını daha da genişləndirərək 
ədəbiyyatşünaslığın ən önəmli demək olar ki, rüşeyminə çevrilmişdir. Çünki ədəbiyyatda hər şey öz 
başlanğıcını məhz janrdan götürür. Axı “janr ədəbi əsər haqqında ilkin və ümumi təsəvvür yaradır” (6, 13). 
Eyni zamanda, janr həmin təsəvvürün formalaşdığı bədii qəlibdir. Janr daha stabil və ətalətdə olduğu üçün 
onun fərqli qəliblərinin yaranması da xeyli zaman tələb edir. Bəzən bir janrın yaranmasına, formalaşmasına
əsirlər, qərinələr gedir. Ona görə də həmin bədii formaların ayrı-ayrı dövrlərdə zamanın ruhuna uyğun olaraq 
fərqli nümunələri, çeşidləri yaranmışdır. Janrların arasında güclü aşınmalara, ciddi sıçrayışlara, dəyişikliklərə 
məruz qalmış bədii formalardan biri, bəlkə də birincisi roman janrıdır. 
Bu janr ədəbiyyat tarixində yaşının az olmasına baxmayaraq böyük inkişaf yolu keçmiş və tarixdə 
dərin iz salmışdır. Məhz həyatın salnaməsinə çevrilə bilmək imkanlarına sahib olduğu üçün də 
ədəbiyyatşünaslıqda da bir elmi istilah kimi daim diqqət mərkəzində olmuş, daim araşdırılmışdır. Romanla 
bağlı saysız, hesabsız monaqrafiyalar, elmi araşdırmalar qələmə alınmışdır. Bütün bu tədqiqatların nəticəsi 
isə romanın optimal gücünün bir qisminin belə təsəvvürünü yaratmağa tam şəkildə imkan vermir. Ancaq 
bununla belə biz istərdik ki, bu janrla bağlı elmi ədəbiyyatda deyilmiş bəzi fikirləri tədqiq edək.
“Roman nəsrin bütün janrları içərisində yeganə janrdır ki, getdikcə inkişaf edir, təkmilləşir, 
zənginləşir. Zamanla ən çox ayaqlaşan janr da romandır” (9, 152). Bu fikirlərə istinad etməklə biz heç də 
digər janrların bədii yükünü azaltmaq istəmirik. Sadəcə payında həqiqət çoxluğu olan bu cümlələrin janrın 
potensialını bütün çılpaqlığı ilə sərgilədiyini vurğulamaq istərdik. Ona görə də “...dünyanın yeni mənasının 
axtarışına çıxmağa cəhd edən roman” (8, 160) bütün dövrlərdə önəmli və göz önündə olan janrlar sırasına 
daxil ola bilmişdi. “İstər tarixi mövzuda yazılsın, istərsə də müasir mövzuda, roman hər şeydən əvvəl, dövrü, 
epoxanı təsvir etməlidir, cəmiyyət həyatını hətta bir fərdin taleyində izləməyə məhz roman daha münasib 
janrdır” (8, 160). Bu səbəbdən də, tarixi mövzuya müraciət edən yazıçılar da, müasir hadisələrə istinad edən 
nasirlər də ən çox romana üz tuturlar. Təbii ki, bu janrın təkcə həcmi cəlbediciliyi ilə diqqətləri öz üzərinə 
çəkmir. Burada bir çox digər obyektiv faktorlar da həlledici rol oynayır. Bu da həmin bədii formanın poetik 
xüsusiyyətləri, üslubu çalarları, etik-estetik, ictimai-sosial, milli-bəşəri məsələləri özündə daha dərin əks 
etdirmək imkanlarıyla əlaqədardır.


M.P.Vaqif və müasirlik 
129
“Janrların janrı” hesab edilən “romanın stixiyası” və sturukturu həm qohum janrlardan təsirlənmək 
hesabına, həm də məhz öz inkişafı əsasında zənginləşir” (4, 620). Roman bütün bədii formalara təsir etdiyi 
kimi onlardan da təsirlənir, bəzən hətta təsiri altına belə düşüb yeniləşir. Yeniləşən dünyanın yeniləşən janrı 
olduğu üçün də bu bədii qəlib həmişə aktual, “dəbdə” olan bir janr hesab olunur. “Roman ─ həyatın 
fəlsəfəsidir, insan mövcudluğunun fəlsəfəsidir, insan təbiəti, onun cəmiyyətdə yeri, hərəkəti və 
düşüncələridir” (7, 90). “...Roman ədəbi hadisə olmaqla və bu cəhətdən bədii prosesin daxili inkişafının 
nəticəsi kimi meydana çıxmaqla tarixi cizgilərə malikdir, bu isə hər bir romanı müəyyən dövrün və epoxanın 
məhsuluna çevirir. Daha doğrusu, hər bir roman yarandığı dövrün ictimai-siyasi, etik-mənəvi proseslərini əks 
etdirir” (10, 87). Roman haqqında ən maraqlı fikirlərdən birinin müəllifi Baxtindir. O özünün “Epos və 
roman” məqaləsində roman haqqında qeydlərini belə ümumiləşdirmişdir. “ Roman janrlar arasında sadəcə 
janr deyil. Roman çoxdan hazır olan və artıq qismən ölü olan janrlar arasında yeganə yaşayan janrdır... O, 
ədəbiyyatda hökmranlığı uğrunda mübarizə aparır və qalib gəldiyi yerdə digər qədim janrlar parçalanır” (11). 
Elə bu xüsusiyyətlərinə görə də 90-cı ilərin əvvəllərində müharibə şəraitində yaşayan xalqın ağrı-acısını, 
keçid dövrünün gətirdiyi böyük maddi və mənəvi çətinlikləri, sıxıntıları və ən nəhayət, dəhşətli təzyiqlər 
nəticəsində əldə olunmuş müstəqilliyin xalqın həyat tərzinə etdiyi müsbət və mənfi təsirləri, eyni zamanda, 
bir çox dünyəvi və lokal problemləri roman daha geniş təsvir etmək imkanına malikdir. “Əgər bu əsr hansısa 
rənglə rənglənsəydi, yəqin ki, bütün spektrdən ona ən çox qan rəngi yaraşardı” (5, 283). Çünki dövr 
müharibələr, insan faciələri dövrü kimi də xarakterizə oluna bilər. “Qan rəngli dövrü” isə romanın 
hüdudlarına sığışdırmaq yazıçılar üçün daha münasibdir. 
Zamanın tələblərindən irəli gələrək bu dönəmdə modernizmin, hətta bəzən daha da qatılaşan 
posmodernizmin çalarlarıyla mifik və folklor ünsürlərinin təsirinin gücləndiyi məqamları özündə birləşdirən 
ədəbi nümunələr silsiləsi yaranmaqdaydı. Bu dövr nəsrində insana bir tərəfli münasibət demək olar ki, tam 
şəkildə arxa planda qalır. “... Son dövrlərdə Azərbaycan romanının daha çox lirik-psixoloji axına düşməsi 
təsadüfi deyil. Çünki Müasir Azərbaycan romanının əvvəlki dövrlərin empirik təsvir çərçivəsini aşaraq 
sosial-fəlsəfi ümumiləşdirməyə, hadisələri daha çox metaforik planda göstərməyə səy etməsi də buna 
sübutdur” (3, 596). Hadisələrin metaforik planda təsviri müasir nəsrimizdə modernizmin əsas 
göstəricilərindən hesab oluna bilər. Köçürülmələr, çevrilmələr, simvollar modernist, eyni zamanda 
posmodernist ədəbiyyatın əsas xüsusiyyətlərindəndir. Folklordan qaynaqlanan mifizmə axının çox olması da 
modernist yazı tərzinə marağın artması ilə bağlıdır. Bütün bunlarla yanaşı zamanın tələbi ilə əlaqədar olaraq 
insanın ziddiyyətli, dərin, mürəkkəb psixoloji sarsıntılar yaşayan, dünyanı artıq dərk edən, dərk etdiyi üçün 
də çaşqınlıq içində qovrulan şüurlu bir varlıq kimi təsviri üstünlük təşkil etməyə başlayır. “Xarakterlərin 
səciyyələndirilməsində indi “o belədir”, “mən beləyəm” prinsipinə, yəni obrazın içəridən, öz düşüncələri 
vasitəsilə qiymətləndirilməsinə daha çox üstünlük verilir” (1, 44). Ona görə də çağdaş romanda “Qəhrəmanın 
idealına yönləndirilməsi heç də o demək deyil ki, o özü xarakteri, adətləri, davranışları və s. ilə idealdır. O, 
qeyri-adi taleli “istisna” şəxsiyyət olmaq məcburiyyətində də deyil. Əksinə, ona özünəvurğunluq, eqoizm, 
şöhrətpərəstlik, qorxaqlıq, mənasızlıq və adilik də məxsusdur, çünki qəhrəman da bütün varlığı ilə “mənasız 
həyata” aiddir” (12). “Romanın qəhrəmanı nə epik, nə də tragik mənada “qəhrəman” olmaq məcburiyyətində 
deyil, o özündə həm mənfi, həm də müsbət, eyni zamanda, yüksək və alçaq, həm də gülməli və ciddi 
xarakterləri birləşdirməlidir” (13). Buna görə də 1991-2005-ci illərdə “İnsan və zaman problemi” bütün 
yazıçıları artıq düşünməyə vadar edən aktual bir məsələyə çevrilmişdi. Bəziləri bu problemin daha dərin 
qatlarına enərək qatı fəlsəfi-psixoloji məqamları işıqlandırmağa aludə olmuşdu, bəziləri isə həmin 
məsələlərin kölgəsində sadəcə münasibətlər və bu münasibətlərdən doğan problemlərin təsviri ilə 
kifayətlənmişdilər. Təbii ki, bu təsvirlər romanın hüdudları daxilində daha geniş ifadəsini tapmışdı. Bu 
zaman, təəssüf ki, bəzən yazıçılar qələmə aldıqları problemlərə məhəlli yanaşmış, məsələləri geniş 
prizmadan, dünyəvi, bəşəri baxımdan təsvir edə bilməmişlər. İ. İbrahimovun da dediyi kimi “Bizim müasir 
romanlarımız ... hələ də gözə çarpan məhəlçilikdən, provinsializmdən yaxalarını qurtarmalı, az sözlə böyük 
fikirlər deməyi, müasir insanları, müasir dünyanı düşündürən, həyəcanlandıran problemlər qoyub, 
sənətkarlıqla, dərin bir bədiiliklə etməlidirlər” (2, 71). Təbii, obyektiv səbəblərdən yaranan həmin 
problemlərlə əlaqədar olaraq da bu dövrün nəsrində, roman janrında bəzi gözə dəyən qüsurlar da mövcuddur. 
O qüsurlar mövzu, üslub və janr seçimində, əsərlərin digər bədii xüsusiyyətlərində özünü daha çox göstərir. 
Təbii ki, dissertasiyamızda həmin qüsurlardan ayrı-ayrı əsərlərin fonunda bu və ya digər dərəcədə bəhs 
olunacaqdır. Lakin həmin qüsurlarına baxmayaraq əgər XX əsrin əvvəllərində bu janr daha sadə, daha az 
çalarlı idisə, XX əsrin sonları və XXI əsrin əvvəllərində artıq roman, sözün əsil mənasında, çox rəngarəng bir 
janra çevrilmişdi. “Azərbaycan romanlarında janr müxtəlifliyi müasir milli romançılığın özəlliklərinin 
formalaşmasına önəmli təsir göstərmişdir. Həmin təsir mexanizminin öyrənilməsi, janr müxtəlifliyinin 
müasir romançılıq sahəsində əksinin tədqiqi ədəbiyyatşünaslıq nöqteyi nəzərindən elmi maraq kəsb edir” (7, 
54). Burada təsir mexnazimi bayaq da qeyd etdiyimiz kimi, bir çox obyektiv və subyektiv səbəblərələ 


M.P.Vaqif və müasirlik 
130
əlaqədardır. Təəssüf ki, subyektiv səbəblər xüsusilə gözə çarpır. Dönəmin bu baxımdan ən çox diqqəti cəlb 
edən məqamı janrdaxili bölgülərdir. Məhz bu bölgülərin yaranması çoxu zaman təbii axının məntiqi davamı 
olsa da, bəzən yazıçıların şəxsi istəyinə və fantaziyasına belə dayana bilir. Ancaq bu halda belə həmişə 
neqativ kəşvlərdən danışmaq hasızlıq olardı. Dönəmin bir çox diqqətəlayiq, orijinal yeni roman tiplərini 
müsbət hal kimi qeyd etməmək haqsızlıq olardı. Yaranmaqda olan roman-reportaj (Ə.Əylislinin “Ətirşah 
Masan”əsəri), roman-ekskurs (E.Hüseynbəylinin “Don Juan” əsəri), tarixi-sərgüzəştli (M. İbrahimbəyovun 
“Dənizdə qasırğa” əsəri) və s. bu kimi janrdaxili janrlar məhz çağdaş nəsrin möhürüdür. Ümumiyyətlə, 
Həmin dövrün nəsri təkcə janr tipləri ilə deyil mövzu, üslub baxımından da zəngin irsə sahibdir. Bu dövrdə 
real tarixi şəxsiyyətləri və hadisələri bədiiləşdirən əsərlərlə yanaşı (Ə.Cəfərzadə “Zərrintac-Tahirə”, 
E.Hüseynbəyli “Don Juan”) yazıçı təxəyyülünün məhsulu olan obrazların vasitəsilə konkret tarixi hadisələri 
təsvir edən bədii nümunələrə də (A.Məsud “Azadlıq”, “S.Alışarlı “Maestro”, M. İbrahimbəyov “Dənizdə 
qasırğa”, M.Oruc “Köçürülmə”) rast gəlinir. Ancaq bu dönəmdə ailə-məişət mövzusunda da yazılmış 
romanlar qələmə alınmışdır (İ.Fəhmi “Aktrisa”, Ə.Əylisli “Ətirşah Masan”, Əlabbas “Qiyamçı”). Eyni 
zamanda sosial-ictimayi, milli-bəşəri problemləri özündə əks etdirən bədii nümunələrlə yanaşı 
(M.Süleymanlı “Səs”, S. Əhmədli “Axirət sevdası”) folklor motivləri əsasında qələmə alınmış romanlar da 
(Anar “Ağ qoç qara qoç”, K.Abdulla “Yarımçıq əlyazma”, İ.Fəhmi “Qarğa yuvası”) müasir Azərbaycan 
romanının ciddi, mükəmməl inkişafının dəyərli nəticələridir. 
Bu fikirlərin məntiqi davamı olaraq demək istərdik ki, müasir Azərbaycan romanının əsrlərə dayanan 
inkişafının bütün çatışmazlıqlara, çətinliklərə rəğmən dəyərli nümunələrinin yaranması təqdirə layiqdir. 
Keyfiyyətin heç də kəmiyyətin kölgəsində ərimədiyini tam qürurla deməyə imkan verən bədii nümunələrin 
varlığı roman janrının nəsrimizdə tutduğu mövqenin nə qədər sarsılmaz olduğunun göstəricisidir.
Ədəbiyyat 
1.
Azərbaycan sovet ədəbiyyatında konflikt və xarakter, Bakı, “ADU”, 1987, 87 s. 
2.
Elçin. Tənqid və nəsr. Bakı, “Günəş”, 1999, 233 
3.
Elçin – zaman səddini aşmış sənətkar. Bakı, “Təhsil”, 2004, 372 s. 
4.
Ənvəroğlu Himalay. Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri, Bakı, “Elm”, 2004, 773 s. 
5.
Orucov Telman. Gerçəkliyin əks sədası, Bakı, “Şuşa”, 2003, 345 s. 
6.
Şərifova Salidə. Azərbaycan nəsr janrlarının təşəklü və formalaşma prosesi (XX əsrin əvvəllərinə 
qədər), Bakı, “Elm”, 2005, 240 s. 
7.
Şərifova Salidə. Ədəbi prosesə nəzəri baxış (2006-2007-ci illərin tənqidi məqalələri), Bakı, “Elm”, 
2008, 216 s. 
8.
Yusifli Vaqif. Əsrin birinci ili, “Azərbaycan”, 2000, № 7, s. 158-163 
9.
Yusifli Vaqif. Nəsr: konfliktlər, xarakterlər, Bakı, “Yazıçı”, 1986, 168 s. 
10.
Yusifli Vaqif. Tənqid və bədii söz, Bakı, “Mütərcim”, 2002, 208 s. 
İnternet resursları 
11.
http://www.gumer.info/bibliotek_Buks/Literat/bahtin/epos_roman.php
12. http://www.philol.msu.ru/~forlit/Pages/Biblioteka_Kosikov_Roman.htm
13. http://userdocs.ru/literatura/13793/index.html
KAZIMOVA SEVİNC 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Azərbaycan Dillər Universiteti 
AZƏRBAYCAN LİRİK NƏSRİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK 
Açar sözlər

ədəbi növ, bədii obraz, həyat lövhələri
Traditions and modernity in Azerbaijani lyric prose 
An important turning point in the structure of artistic thought, progress and changes in quality is the 
increase in reality in our times, a more sensitive attitude toward the individual, its psychology, the 
strengthening of humanistic ideals, the transformation of conflicts and problems into more aesthetically 
morally corrupt worlds, human and environmental interactions, can be summarized as a deeper consideration 
of the relationship. Speaking of craftsmanship, and not just a distinctive feature of dyeing, but aesthetic 
pleasure and turn in judgment, truth in presentation and approach, and at the moment we can confidently 


M.P.Vaqif və müasirlik 
131
admit that we have a high period of time distinguished by poetics and the problems of the requirements and 
criteria , and a new proposal that arose with the modern thinking of social and artistic thought. 
Keywords:
literary types, artistic images, life boards
Müasir ədəbiyyatın xarakterik meyillərindən biri də janr və növlərin bir-birinə nüfuz edərək qeyri-
ənənəvi sintetik formalar yaratmasıdır. Bu cür formalardan biri də lirika və eposun kəsişməsindən yaranan 
lirik nəsrdir. Ənənəvi nəsr təsvirçiliyə, təhkiyəyə - bir sözlə, gerçəkliyin bədii formada əks olunmasına 
istiqamətlənmişdir. Nəzm və nəsrin yaxınlaşması ötən əsr ədəbiyyatının inkişafının göstəricisi olmuşdur. 
Hələ 1950-ci illərin əvvəli, 1960-cı illərdə sovet ədəbiyyatında avtobioqrafik, lirik-araşdırma motivləri 
nəzərə çarpacaq dərəcədə artmışdır. Bu dövrün əsərlərində müəllif hadisələrə daha çox qarışır, fikirlərin lirik 
açıqlanması və etiraf elementləri poetik düşüncənin əsas göstəricisinə çevrilirdi. Təhkiyəçi nitqinin 
ekspressivliyi güclənir, intonasiyanın həyəcanı daha çox vurğulanırdı. 
1960-1970-ci illərdə lirik nəsrin tematikası daha da genişlənirdi. Burada müharibənin qaynar 
xatirələri, beynəlxalq dostluq ideyası, inqilab epoxasında yaradıcı insanların taleyi və s. ətraflı təsvir 
olunurdu. Həmçinin bu dövrdə lirik nəsrin araşdırılıb təhlil olunması daha çox aktuallaşırdı. Bu janrın 
spesifikliyi haqqında tənqidçilərin müxtəlif fikirləri formalaşırdı. 
Belə ki, “lirik nəsr” termininin özü çox vaxt janr mənasında deyil, üslub xarakteristikası kimi təqdim 
olunurdu. Terminin qeyri-müəyyənliyi lirik nəsrin janr kateqoriyası kimi qəbul edilməsinə də təsir göstərirdi. 
Hətta bir çox məqalələrdə lirik nəsrin bir janr kimi xüsusi kriteriyaları dəqiq qeyd edilmirdi. 
Lirik nəsrin ideya-bədii xüsusiyyətlərini araşdıran tədqiqatçıların üzləşdiyi çətinlik ondadır ki, 
“lirizm”, “lirik axın”, “lirik düşüncə”, “lirik başlanğıc”, “lirik məzmun” və s. kimi anlayışlar janrın 
tipologiyasını müəyyənləşdirmək üçün olduqca “zəif dayaqlardır”. “Epik və dram əsərlərində forma 
müxtəlifliyi (nəsr və ya nəzm) heç də sərbəst olmayıb, əsərin mövzusu və həmçinin yazıçının qarşıya qoy-
duğu məqsəddən asılıdır. Ümumiyyətlə, poeziya yox, yalnız lirika öz mahiyyətinə görə digər bədii əsər 
formalarından fərqlənir və bu mahiyyət özünəməxsus forma tələb etsə də, yüksək nasirlik məharəti epik əsər-
lərin mövzusunun şərhi boyunca oxucuya lirik əhvali-ruhiyyə təlqin etməyə imkan verir” [8, 485]. 
Ötən əsrin 1950-1960-cı illərində ədəbiyyat sanki öz sərhədlərini unudaraq gerçəkliyə daha çox can 
atmağa başlayırdı. Bu da özünü həmin dövrdə geniş vüsət alan avtobioqrafiyalarda, gündəlik, məktub və 
qeydlərdə biruzə verirdi. Əsərlərdə sənədli materialların işlənməsi real həyat təsvirlərinin qıtlığını aradan 
qaldırırdı. Qeyd olunan zaman kəsiyində janr axtarışları daha dinamik xarakter alır, müxtəlif sintetik 
formalar yaranırdı. Yazıçılar reallığın “təsadüflərini” pozmadan onu dəqiqliklə təsvir etməyə can atırdılar. 
1950-ci illərin sonu 60-cı illərin əvvəllərində sənədli faktlara müraciətin çoxluğu nəsrin janr-üslub 
xüsusiyyətlərinə də təsirsiz ötüşmurdu. 
“Lirik nəsr” anlayışı yarandığı gündən geniş şəkildə istifadə olunurdu, buna görə də tədricən konkret 
terminoloji mənasını itirirdi. Adətən, müəllif hissələrinin, emosional bədii nəsrin üstünlük təşkil etdiyi 
əsərlər məhz bu janra aid edilirdi. Eyni zamanda janr kəskin və qeyri-adi formaya sahib olduğundan bəzi 
müəlliflərin qeydləri göstərirdi ki, təhlil olunan əksər “lirik nəsr” nümunələri əslində, eyni xüsusiyyətə 
malikdir. Digər sənət nümunələri kimi nəsr əsərlərində gerçəkliyin bədii təzahürü müəllifin subyektiv 
modelləşdirməsindən asılıdır. Buna görə də obrazların planı ədəbi örnəklər üçün ən mühüm element sayılır. 
Bütövlükdə nəsr nümunələrini təhlil etməkdən ötrü, ilk növbədə bədii personajların xarakteristikasını açmaq, 
reallığın estetik təzahüründə onların nə dərəcədə rol oynadıqlarını ayırd etmək lazımdır. Eləcə də, lirik nəsrin 
analizi zamanı keçmişin, indinin və gələcəyin əksini ədəbi növlər vasitəsilə unikal şəkildə çatdıran müəllifin 
hadisələrə yanaşma tərzini diqqətdə saxlamalıyıq. “Ola bilər ki, müəllif personajın davranışını, müəyyən 
hadisədə iştirakını qələmə almaqla kifayətlənsin, predmet və hadisələrin fərddə oyatdığı duyğulara yalnız 
ara-sıra yer versin. Ola bilər ki, müəllif personajın duyğu və düşüncələrinə geniş yer verməklə predmet və 
hadisələri qəhrəmanın özünütəhlil, özünüdərk elementlərinə çevirsin. Bu prinsiplərdən biri digərini 
tamamladığı, biri digərinin imkanlarından qidalandığı üçün eyni nəsr əsərində onların hər ikisinə rast gəlmək 
təbiidir” [4, 22]. 
İnsanın şəxsiyyəti iki əsas ünsürün - “daxili mən”in və xarici dünya ilə əlaqələrin birləşməsindən 
başlayır, onların təsiri ilə inkişaf edir. Hər iki aləmlə insan müxtəlif münasibətlər qurur. Lirik nəsr də hər 
şeydən əvvəl, məhz insanı modelləşdirir. Bununla da insan davranışlarını və ona təsir edən zahiri amilləri 
aydınlaşdıraraq əks etdirməyə çalışır. Onu da qeyd edək ki, bədii obraz, onun xüsusiyyətləri müəllifin 
dünyanı dərketmə formasından, dövrün sosial-tarixi kontekstindən asılıdır. Yazıçı rəngarəng obrazlar 
yaradaraq gerçəkliyin subyekti olan insanın mahiyyətini, həyatın mənasını öz baxış bucağından açıqlayır. 
Lirik nəsrin inkişaf tarixinə nəzər saldıqda aydın görünür ki, XX əsrin 50-60-cı illərinin ictimai-siyasi 
prosesləri dövrün ədəbiyyat nümunələrinə güclü təsir göstərmişdir. Belə ki, bu epoxanın hadisələri insan 
konsepsiyasında mühüm keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdı. Bədii obrazların sxematikliyi, hər 


M.P.Vaqif və müasirlik 
132
hansı bir xarakterin qabardılması artıq öz aktuallığını itirirdi. Lirik nəsrdə dərin psixoloji analizlərə daha çox 
yer ayrılırdı, əsasən, çoxqatlı xarakterlərin yaradılması qanunu yazıçıların üslubuna sirayət etməkdə idi. 
Dövrün şəhər və kənd nəsrini müqayisə etsək bir çox özünəməxsus əlamətləri də aydın seçmək olar. 
Kənd nəsrində özü və ətrafı ilə harmoniyada yaşayan insan obrazı varsa, şəhər nəsrində oxucular daha 
dramatik surətlərlə tanış olurlar. ““Kənd nəsri” ətrаfındа gеdən mübаhisələrdə bu nəsr nümunələrində 
kоnflikt məsələsindən də хеyli bəhs оlunmuşdur. Bu bаrədə söylənilmiş fikirlərdə dоğru, dəqiq cəhətlərlə 
yаnаşı birtərəflilik, yаnlışlıq dа yох dеyil. Misаl üçün dеyirlər ki, əvvəllər kənd mövzusundа yаzılmış 
əsərlərdə ön plаndа kəndin prоblеmlərindən bəhs оlunmuşdur, indi isə qəlbin prоblеmindən bəhs еtmək ön 
plаnа kеçmişdir. Bu cür fikir müаsir «kənd nəsri»ndə kоnflikt tipinin müхtəlifliyi lə əlаqədаrdır. Lаkin bu 
fikirlə qеyd-şərtsiz rаzılаşmаq оlmаz. Çünki əvvəllər də, indi də kənd mövzusundа yаzılmış ən yахşı 
əsərlərdə kəndin və qəlbin prоblеmləri bir-birindən təcrid еdilmiş şəkildə, аyrı-аyrılıqdа qələmə 
аlınmаmışdır. Əksinə, bunlаr qəlbin və kəndin prоblеmləri bir-biri ilə qаrşılıqlı münаsibətdə diаlеktik əlаqə 
və nümunələrində bədii kоnfliktin tipindən аsılı оlаrаq bədii təsvir və təhlilin gаh sоsiаl-psiхоlоji, gаh dа 
mənəvi-еtik аspеkti üstünlük qаzаnır” [3, 96]. 
XX əsrin 60-80-ci illərinin nəsri dərin humanizm, sadə insan xarakterlərinin mərkəzdə durması ilə 
seçilir. Burada əsas qəhrəmanın həyatı, fəaliyyət dairəsi başqalarından heç nə ilə fərqlənmir. Görkəmli 
ədibləri ən çox maraqlandıran isə insan təbiətindəki fundamentallıq, qanunauyğunluqdur. Bu xüsusiyyətlər 
obyektiv və subyektiv səbəblərlə birləşərək həyatın reallığını bütün detalları ilə əks etdirir. Əsərlərdəki 
qəhrəmanlar tez məğlub olmur, əzmlə mübarizə aparır, ətraf aləmlə konfliktə girir, bəzənsə güzəştə gedirlər. 
Hər bir obraz özünə görə bir döyüşçüdür, cəmiyyətlə münasibət qurmağa çalışarkən onun çatışmazlıqlarına, 
mənfi hallarına qarşı çıxan mübarizdir. “Bədii təsvir sənətinin inkişafı sayəsində nəsr əsərləri təkcə hadisə 
xarakteri daşıyan məsələlərin yox, həmçinin müxtəlif həyat lövhələrinin, bilavasitə insanın daxili aləmindən 
götürülmüş və süjetlə əlaqələndirilən müəyyən epizodların şərhini də əhatə edir ki, sonuncular nəsri 
mahiyyətcə lirik əsərlərə yaxınlaşdıran başlıca təsvir üsullarıdır. Nəsrlə yazılmış epik əsərlərdə verilən bu cür 
spesifik haşiyələr ardıcıllığı hadisələrin maddi gedişindən fərqli olan yeni məzmun təşkil edir ki, onun 
“qavranılması” oxucudan şəxsi yaradıcılıq
cəhdi tələb edir” [8, 483]. 
Yeni əsr, yeni epoxa özünün ədəbiyyatını yaradırdı. Formalaşan bu ədəbiyyat məxsusi formalar, 
janrlar axtarır, reallığı, həyatı, yaşamı daha dolğun təsvir edə bilmək üçün yeni üsullar araşdırırdı. 
XX əsrin yarısından başlayan ədəbi proses cəmiyyətin çətin mənəvi həyatı ilə sıx şəkildə bağlı idi. 
İctimai məsələlər, müxtəlif sferalarda baş verən hadisələr sinxron şəkildə olmasa da, ədəbiyyatda öz əksini 
tapırdı. Qəhrəmanların daxili aləminə diqqət, müəllif səsinin güclənməsi, dünyanı öyrənməyə can atmaq, 
həyat həqiqətlərini işıqlandırmaq, insan qəlbinin dərinliklərinə nüfuz etmək, mənəvi axtarışların məqsədini 
müəyyənləşdirmək sözügedən dövrün lirik nəsrində xarakterik cəhətlər idi. Sərbəst süjet xətti, mürəkkəb 
kompozisiya, əsərlərdəki fraqmentallıq, məktublaşmalardan, yuxu elementlərindən, qəhrəmanların monoloq 
və dialoqlarından istifadə lirik nəsr janrında yazılan bir çox əsərlərin səciyyəvi xüsusiyyətidir. “Müasir 
Azərbaycan nəsrində daxili monoloq ideya-məzmun yükünü və bu yükə daxil olan psixoloji aləmi ifadə 
edərkən, əsasən, müəllif təhkiyəsi ilə haşiyələnir və öz funksiyasını onunla vəhdətdə yerinə yetirir. Müəllif 
təhkiyəsi ilə daxili monoloqun qarşılıqlı əlaqəsi iki şəkildə özünü göstərir: 1) hadisələr müəllifin dilindən 
nəql edilir və qəhrəman səsinin qarışmadığı “xalis” müəllif səsindən sonra daxili monoloq başlayır; 2) 
hadisələr müəllif dilindən nəql olunsa da, müəllif səsi qəhrəman səsi ilə qovuşur, təhkiyənin xüsusi tipi - 
vasitəli nitq yaranır və daxili monoloq vasitəli nitq formasında ifadə olunur” [4, 74]. 
Eposun əsas əlamətlərini özündə daşıyan nəsrin müxtəlif janrları - hekayə, povest, roman, oçerk və s. 
epik ənənəyə əsaslanır. “Yad düşüncə”nin təsvirində psixologizmdən istifadə bədii ədəbiyyat üçün zəngin 
imkanlar yaradır. Qeyd edək ki, nəsrin əsas janrlarında lirik komponent üstün mövqeyə sahib olmur və 
struktur yaratmır. Əks halda hər hansı janr öz epik fundamentini itirir. 
Ədəbiyyatşünaslıqda “lirik nəsr” termini yeni yaransa da, “nəsrdə lirika” ötən əsrdən mövcuddur. 
Nəsrdə lirikadan istifadəyə ən gözəl nümunə lirik-fəlsəfi miniatürdür. Bu cür örnəklərdə ətraf-aləmdə baş 
verən hadisələrin lirik qəhrəmanın subyektiv aləminə köşürülməsi aydın görünür. Beləliklə, poeziyada lirika 
və nəsrin xüsusiyyətləri özündə əks etdirən şeirlərin olduğunu nəzərə alsaq, nəsrdə də epik janrla bərabər, 
lirik-epik formalardan istifadə edilir. “Lirika yalnız insanın hisslərini deyil, onun fikirlərini təsvir edir. Odur 
ki, lirikanın yalnız estetik deyil, eyni zamanda canlı və tərbiyəvi bir əhəmiyyəti vardır... Lirika fəlsəfi, 
aşiqanə, siyasi ola bilər. Lakin janrın bu formalarındakı müxtəliflik konkret tarixi şəraitdən, şairin 
meyillərindən, həyata münasibətindən, həyatı görə bilmək qabiliyyətindən asılıdır” [6, 229]. 
Janrın müqayisəli-tipoloji xarakterindən danışarkən qeyd etməliyik ki, lirik nəsri tez-tez elə əsərlərlə 
qarışdırırlar ki, orada lirizim janrın əsasını dəyişmədən yalnız təhkiyəni bəzəyən motiv kimi çıxış edir. Lirik 
nəsrin epik janrlar çərçivəsində psixologizm metodu kimi istifadə olunması onu subyektiv nəqletmə 
formalarından ayırmağa imkan vermir. Bundan əlavə, lirik nəsr fəlsəfi-publisistik, tarixi-bioqrafik, ədəbi-
tənqidi və s. kimi janrlara da qarışmaqdadır. Poeziyada istənilən düşüncənin lirik xarakteri şeirin forması ilə 
təsdiqlənir, bütövləşir. Müəllifin xüsusi bir mövzu seçərək yaratdığı bədii əsərin janrı, adətən, esse, yaxud 


M.P.Vaqif və müasirlik 
133
bədii publisistika adlanır. Təbii ki, bunların lirik nəsrə yaxınlığını danmaq olmaz. Bu, bir daha janr 
kateqoriyalarının dialektik mahiyyətini, onların qarşılıqlı çevrilməsini sübut edir. 
Lirik nəsrin janr əlamətlərinin araşdırmaçı-tənqidi ədəbiyyat tərəfindən heç müəyyən olunmadığını da 
söyləmək düz olmazdı. Lakin yenə də tam dəqiqliyə nail olunmayıb. Müəllif “mən”inin fəal iştirakını isə 
həm bədii memuaristikada, həm də oçerk və povestlərdə görmək mümkündür ki, bunları heç bir əlamətinə 
görə lirik nəsrə aid etmək olmaz. 
Lirik nəsr janrının önə çəkilən əsas xüsusiyyətlərinin qeyri-dəqiqliyi ondadır ki, lirikanın ənənəvi 
qohumluq fərqləri onun spesifikliyini nəzərə alınmadan birbaşa nəsrə köçürülür. “Lirika təkcə şeirə, 
poeziyaya aid bir anlayış deyildir. Ustad sənətkarlar nəsr əsərlərində də lirikanın poetik imkanlarından geniş 
istifadə edirlər. Yerli-yerində işlədilmiş, obrazların daxili aləmini, xarakterlərini daha yaxşı açmağa kömək 
edən lirik ricətlər, epizodlar nəsr əsərlərinə xüsusi emosionallıq, bədii əlvanlıq gətirir, onların ictimai-estetik 
təsirini daha da artırır” [2, 239]. 
Lirikanın obyektiv həyat materialı subyektiv dərkolunma sferasına daxildir və onunla formalaşmışdır. 
Lirik obraz dünyanın zənginliyini və müxtəlifliyini müəllifin daxili dünyasının məzmunu kimi, onun şəxsi 
hiss-həyəcanları fonunda təsvir edərək oxucuya çatdırır. Lirika haqqında yazılan nəzəri işlərin əksəriyyətində 
bir məqam var ki, müəlliflər onu diqqətdən qaçırırlar. Söhbət, lirik obrazın onu yaradan müəllifin şəxsiyyəti 
ilə ayrılmaz əlaqəsindən gedir. Bir vaxtlar məhz bu fikir lirik növün fərqləndirici xüsusiyyəti kimi Aristotel 
tərəfindən irəli sürülmüşdü: “Aristotel təqlidi, yüksək bədii yaradıcılıq məhsulunun mənbəyi olmaq etibarilə 
də, genaloji planda da, idrak problemi ilə üzvi rabitədə şərh edir. İnsan lap uşaqlıqdan nəyi isə təqlid edə-edə 
öyrənir, bu prosesdə o, şeyləri tanıyır və onların müəyyən xüsusiyyətlərini əxz edir, onları yenidən yaradır, 
təkmilləşdirir, yaratdığı predmetdən öz əməyinin nəticəsi kimi zövq alır, bəhrələnir, özünün qabiliyyət və 
istedadını tərbiyələndirir. Yaradıcı təqlidin nəticəsindən, məhsulundan aldığımız zövqü yaradan amil 
müəyyən bir əsərdə əks olunan predmetin, insan cisminin, xarakterinin, həyati kolliziyaların müəyən 
şəkillərinin tanınmasıdır” [1, 9]. Zaman keçdikcə mənəvi həyat kimi lirik formalar da dəyişikliyə uğradı. Elə 
əsərlər yarandı ki, burada “təqlid edən” lirik personaj maskası altında gizlədilirdi. Belə yaradıcılıq 
nümunələrində müəllif “simasını”, xarici görkəmini görməyə bilərik, ancaq onun iradəsini, qəlbinin səsini, 
şəxsiyyətinin müxtəlif çalarlarını hiss etməmək mümkün deyil. Bu cür dəyişikliklər insanın baxış bucağı ilə 
onun ziddiyyətlərini, həyat dinamikasını və təkamülünü əks etdirir. Buna görə də lirik əsərlərin qəhrəmanları 
epik və dramatik obrazlardan fərqli olaraq şəxsi fikirlərə, fərdi dünyagörüşünə, deməli, həm də “öz sözlərini 
deməyə” malik deyillər. Onlar yalnız hər hansı sərhədləri aşmaq, ziddiyyətləri həll etmək, şairin şəxsi 
meyillərini göstərmək üçün onun şəffaf maska rolunda çıxış edirlər. Lirik şəxsiyyətin mistikləşdirilməsi, 
təxəyyül məhsulu personajlarla əvəz olunması onun təsvir gücünü azaldır. 
Lirik və psixoloji nəsrin fərqi onların üslubi-müqayisəli təhlili zamanı özünü daha qabarıq göstərir. 
Psixoloji nəsrdə istifadə olunan monoloqlar özündə sosial ünsiyyət xarakteri daşıyır. Lirik nəsr üslubuna 
görə həmişə çoxüzlüdür və müəllif nitqinin xüsusiyyətlərini əks etdirir. “Üslub sənətkar yaradıcılığının əsas 
ideya-bədii xüsusiyyətlərinin vəhdəti olmaqla bərabər, həm də bu vəhdətin yaradıcılıqda son dərəcə fərdi 
təzahürü kimi daha çox 70-ci illərdən sonra qəbul edilir və elmi təhlillərdə bu və ya digər dərəcədə özünə yer 
alır. Üslubun “sənətkar yaradıcılığının əsas ideya-bədii xüsusiyyətlərinin vəhdəti”ndə meydana çıxması 
tezisinin qəbulu üslub təmayüllərinin elmi prinsiplərlə müəyyənləşdirilməsinə təkan verir” [6, 273]. Bədii 
nəsrdə qəhrəmanın subyektiv sferasının təsviri lirika deyil, sadəcə, epik janrlarda psixologizmdən istifadə 
metodudur. Nəsrin lirizmi adlandırdığımız məfhumda isə müəllifin subyektlər sferası əsasdır, burada mətnə 
yazıçının həyəcanı nüfuz etmiş olur. Bu nüfuzetmənin ölçü və formaları müxtəlifdir; ən zəif intonasiyadan, 
əhval-ruhiyyədən, ən açıq monoloji özünüifadəyə qədər... 
Azərbaycan nəsrində lirik növü daha da zənginləşdirən sənətkarlardan biri də Firuz Mustafa
olmuşdur. Firuz Mustafa onlarla əsər müəllifidir. Onun elə bir əsəri olmaz ki, orada bədii təsvir vasitələri-
nə, zərbi-məsəllərə rast gəlinməsin. Yazıçının ən maraqlı əsərlərindən biri “Dəniz Köçü” povest-pritçasıdır.
Bu əsər dünyaya yelkən açan bir əsər olmuşdur. Rus və ingilis dillərinə tərcümə olunan bu əsərə onlarla 
şərh yazilmışdır. Əsər ədəbi tənqidin də nəzərindən qaçmamış C.Əlibəyov, İ.Tapdiq, İ.Abbasov, 
H.Hüseynova mətbuatda dəfələrlə təqdiredici yazılarla çıxış etmişlər. Xeyirxahlıq üstündə köklənən 
hekayənin başlıca məğzi ondan ibarətdir ki, su, torpaq, səmanın vəhdəti bizim planetimizin başlıca 
mahiyyətidir. Adətən, atalar sözündə belə işlədilir: “Yaxşılığı elə at dənizə, balıq bilməsə də xaliq biləcəkdir 
”. Bu dəfə isə yaxşılığı, nəinki, balıq, hətta qartal və it də bilirlər. Əsil dostluğun təkcə insanlar arasında yox, 
heyvanlarla insanlar arasında da qırılmaz tellərlə bağlılığını bildirən bu əsər oxucular tərəfindən rəğbətlə 
qarşılanmışdır. Povest insan və təbiət arasındakı qarşılıqlı harmoniyadan bəhs edir. Bu fəlsəfi pritçanın əsas 
qəhrəmanı Tuqay və adları onun adından törəmə Ayqut, Qayut və Yaqutdur. Tuqay gənc, məğrur, zəhmətkeş 
bir oğlandır. Dostlarını müxtəlif yerlərdən gətirən, daha doğrusu xilas edən bir xeyirxahdır. Məsələn: o, 
Qayutu, yəni itini qohumugildən gətirmiş, Ayqutu yaralı halda meşədə tapmışdır. Yaqutun hekayəsi isə daha 
maraq doğurandır. Onu qoca balıqçının əlindən xilas edən də məhz Tuqaydır. Dostluq və məhəbbət odası 
olan bu əsərdə ana obrazı ümümiləşmiş şərq qadınıdır. Əsər Tuqaydan narahat olan ananın titrək səsi ilə 
başlayır. Ana narahatdır, ana təlaşlıdır, Tuqayı axtarır. Çünki ananın ən böyük ümidi, pənahı məhz yeganə 


M.P.Vaqif və müasirlik 
134
oğlu Tuqaydır. Ananın təlaşına ortaq olan, qoca və nigaran qəlbə təskinlik verən qonşu qızı Şəhlanın 
qəlbində də əsil insani duyğular hakimdir. Əsərin ən təsirli yeri, kulminasiya nöqtəsi ananın dənizə, küləyə, 
Şəhlanın isə aya xitabıdır. Bu təbiət kultu ilə bağlıdır, çünki əsərdə güclü folklorizm vardır... 
Sən də anasan, dəniz 
Sənin də balaların var 
Mənə yazığın gəlsin, dəniz... 
Qiyma mənim Tuqayıma... [5, 148]. 
Küləyə isə xitabla: 
Ay külək, qurban olum mən sənə ...
Hələ dayan bir, əsmə
Qanadlarını gərməyə tələsmə... [5, 163]. 
Maraqlısı budur ki, ana oz oğlunu tapandan sonra dua etdiyi küləyə minnətdarlıq da edir: 
Balamı mənə qaytardın, külək ... 
Sənə minnətdaram, 
Sənə borcluyam, külək... [5, 170]. 
Məhz bu səs, hamının eşidə bilmədiyi bu səs xoşbəxtliyin səsidir. Hardaydı Tuqay? Yoxsa nəhəng 
dəniz onu öz vahiməli qucağınamı çəkmişdi? Yox, o, sağ idi, nəfəsi hələ isti idi. Anasının duası, Şəhlanın 
məhəbbəti, dostların umidi, bəlkə də onu qoruyan bunlar idi. Dostlar Tuqayı xilas etmək üçün özlərini 
xilaskarının yanına çatdırmaq istəyirdilər. Axı onlar hardan bilirdilər ki, Tuqaya nəsə olub? Əsərdə müəllif 
Şəhlanın yuxusu vasitəsi ilə də gələcəkdə olanların əks-sədasını vermişdir. Bununla bizə yuxunun insan 
həyatında iz buraxdığını göstərmək istəmişdir. Bu əsərin əsas şərti bədiilikdir, obrazlar olduqca 
yaddaqalandır. Əsər epik növdə yazılsa da lirik növün ünsürləri vardır. Nasirin bu əsərin adını dəniz köçü 
qoyması dənizin harasa köçməsi deyil, insan və təbiət arasındakı əlaqənin təbii boyalarla əksidir. Əsərdə 
heyvanların öz dillərində danışıb Tuqayı axtarmağa getməsi insanı düşünməyə vadar edir. Povestdə 
alleqoriyadan, yəni heyvanların şəxsləndirilməsindən deyil, onların vəfa borcundan söhbət gedir. Əsərin 
mövzusu orjinal, həyat üçün aktualdır. Nəyə görə “Dəniz köçü”? Çünki, dəniz köçü əbədidir, dünyadan gəlib 
dünyaya gedir... Əsərin sonu nikbin sonluqla yekunlaşır, ana öz övladını sağ görür və sevinir, sonra isə 
“Dəniz Köçü”nün qəhrəmanları qayıqla evlərinə doğru ilə irəliləyirlər. “Qayiq yer kürəsidir. Ana, Tuqay, 
Şəhla və dostlar onun sakinləridir”... [5, 321]. 
Ədəbiyyat 
1.
Aristotel. Poetika. Bakl: “Şərq-Qərb”, 2006, 120 s. 
2.
Əlimirzəyev X. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları. Bakı: “Elm və təhsil”, 2011, 416 s. 
3.
Hüsеynоğlu T. Söz - tаriхin yuvаsı. Bаkı: Аzərnəşr, 2000, 166 s. 
4.
İmanov M. Müasir Azərbaycan nəsrində psixologizm. Bakı: Elm, 1991, 116 s.
5.
Mustafa F. Seçilmiş əsərləri. II cilddə, 2-ci cild, Bakı: “Ecoprint”, Bakı, 2017, 321 s. 
6.
Rəfili M. Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı: APİ, 1958, 282 s. 
7.
Salamoğlu T. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Monoqrafiya və ədəbi tənqidi məqalələr. III 
nəşr. Bakı: “E.L.” NPŞ MMC, 2012, 480 s. 
8.
www.feilsefedunyasi.org/files/169_ak4xha2wui.doc 
QAFAROVA SUĞRA 
Bakı Slavyan Universiteti 
İNSANDA QƏHRƏMANLIĞIN TƏSDİQİ
(E.Heminqueyin “Qoca və dəniz” əsəri əsasında) 
Açar sözlər: 
Heminquey, Amerika ədəbiyyatı, cəmiyyət, mübarizə, qalibiyyət
Confirmation of heroism in man (according “Old man and the sea” by E.Hemingway) 
“Old Man and the Sea” is one of the unforgettable novels by Hemingway which take an important 
place in American literature. Hemingway set an old fisherman as the main character of novel. The book deals 
with the sufferings and tragedies which happened with him. Author wrote these events with great skill and 
tried to convey everything to the readers as it was. But the main purpose was to show human labour 
importance. 
Keywords: 
Hemingway, American literature, society, fight, victory 
XX əsrin görkəmli Amerika yazıçısı E.Heminquey öz bədii yaradıcılığı ilə Amerika ədəbiyyatının 
şöhrətini bütün dünyada təsdiqlədən böyük söz ustalarından biridir. Ömrünün xeyli hissəsini öz ölkəsindən 


M.P.Vaqif və müasirlik 
135
kənarda gah sıravi əsgər, gah hərbi jurnalist qismində səngərlərdə, döyüş bölgələrində keçirən, həyatının 
müxtəlif illərində müxtəlif ölkələrdə - Fransa, İtaliya, İspaniya, və Kubada məskunlaşan yazıçı hələ erkən 
gənclik dövründə I Dünya Müharibəsində iştirak etmiş, bütün dünyanı təhdid edən bu ümumi bəlaya qarşı 
kəskin mübarizə mövqeyinə keçmişdir. Sağlığında dərc edilən, az qala, hər bir əsəri ədəbi ictimaiyyət 
tərəfindən hadisə kimi qarşılanıb, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. İri həcmli 
romanlardan başqa yazıçı eyni zamanda müxtəlif janrların məhsulu olan “Qoca və dəniz”, “Məğlubedilməz”, 
“Qatillər”, “Qadınlarsız kişilər”, “Klimancaro qarları” kimi bir birindən maraqlı əsl sənət nümunələrinin 
müəllifi olmuşdur. 
Heminquey əsərlərinin bir çoxunda insani dəyərləri ön plana çəkmiş, bu mövzu üzərində daha 
dərindən çalışmışdır. Nobel kürsüsündən bütün dünyaya səslənən yazıçı öz nitqində bildirir: “Mən insanın 
ölüm fikrini rədd edir, buna inanmıram, insan nəinki duruş gətirəcək, mən əminəm ki o qalib gələcəkdir” (3, 
s. 110). Uiliyam Folkner kimi Heminquey də insanın məğlubiyyətinə inanmır, əsərlərinin əksəriyyətində 
bunu oxucularına aşılamağa çalışırdı. Ən gözəl əsərlərindən sayılan “Qoca və dəniz” povestində yazıçı bu 
fikirlərini daha geniş şəkildə ifadə etmişdir. 
Müəllifin həcm etibarilə çox da böyük olmayan və 1951-ci ildə tamamladığı bu lakonik əsəri növbəti 
ilin sentyabrında Nyu Yorkun “Life” həftəlik məcmuəsində dərc olunur. Əsər bundan az sonra ayrıca kitab 
kimi nəşr olunur və dərhal da geniş müzakirə obyektinə çevrilərək böyük uğur qazanır. İlin sonunda isə 
ABŞ-ın ədəbiyyat sahəsində ən nüfuzlu Pulitser mükafatına layiq görülür. Yazıçının çoxdan arzuladığı Nobel 
mükafatını almasında da bu mükafatın rolu böyük olmuşdur. 
Povestdə təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Məlumdur ki, Heminquey balıq ovu ilə 
çoxdan məşğul olurdu. 1948-ci ildən etibarən o, bir müddət Havana yaxınlığında məskunlaşmışdır. Burada 
balıqçılarla dostlaşır, onlardan bu peşənin sirlərini öyrənir. Hətta bir dəfə balıqçılar arasında keçirilən yarışda 
çempion adını da qazanır. Yaratdığı Santiaqo obrazının prototipi olduğunu o özü də etiraf edirdi. Uzun illər 
boyu yazıçı öz alın təri, halal əməyi ilə gündəlik çörək pulu qazananların necə ağır güzəran keçirdiyini 
müşahidə etmişdir. Əsərin ilkin variantının adı “İnsan ləyaqəti” olmuşdur. (1, s. 75) Amma biz yazıçının bu 
adı sonradan niyə dəyişdiyinin səbəbini bilmirik. Bəlkə də əsərin ideyasını daha qabarıq verməmək üçün bu 
addan imtina etmişdir. Axı, Heminquey öz fikirlərini oxucuya birbaşa çatdırmağı sevmirdi. Əsərin indiki adı 
isə qoca və kimsəsiz balıqçı Santiaqonun taleyini, onun bir insan kimi məziyyətlərini daha dürüst ifadə 
edirdi. Bəzi mütəxəssislər bu kiçik həcmli əsəri pritça, bəziləri hətta alleqoriya kimi qiymətləndirirdilər. 
Həcminin kiçik olmasına baxmayaraq əks etdirdiyi fikirləri və dəyəri də bir o qədər böyükdür. 
“Qoca öz qayığında tək-tənha, Qolfstrimdə balıqçılıq edirdi. O, 84 gün idi ki dənizə çıxırdı, lakin bir 
dənə də olsun balıq tuta bilməmişdi. Əvvəllər düz 40 gün dalbadal onunla birlikdə bir oğlan da balığa çıxırdı. 
Lakin oğlanın valideynləri onun hər gün boş qayıtdığını görüb dedilər ki, qoca artıq “salao” yəni “ən bəxti 
qara adam” olub və oğlana başqa qayıqçı ilə dənizə çıxmağa təkid etdilər”. (2, s. 574) Bu kiçik həcmli lakin 
dərin fəlsəfi məzmunlu əsərdə yazıçı ilk cümlələrdən etibarən insan gücünə, iradəsinə, əzminə olan inamını 
bariz şəkildə göstərməyə çalışmışdır. Povestin baş qəhrəmanı qoca balıqçı Santiaqo 84 günlük 
uğursuzluqdan sonra yenə ov etmək arzusu ilə dənizin ənginliklərinə gedir. Nəhayət böyük bir marlin balığı 
tutur və buna çox sevinir. Qüvvələr nisbətinin fərqinə baxmayaraq qoca öz balığına qalib gəlməyi bacarır. 
Bəzən onun halına acıyır da. Udduğu qarmağın ona necə əzab verdiyini düşünür. Bəzi məqamlarda özünü 
balıqdan daha şanslı hesab edir. “Ən azından mənim yeməyə nəyimsə var, sən isə acsan” deyir. Tutduğu 
balıq ona günlərlə əziyyət verir lakin sonunda təslim olur. Qoca onun həddindən artıq böyük olduğunu görür 
və qayığına sığmayacağını anlayır. Balığı qayığın yedəyinə bağlayır və geri dönmək üçün yola düşür. 
Bədbəxtliklər də bundan sonra başlanır. Ucsuz bucaqsız okeanda qanın qoxusunu duyan acgöz köpək 
balıqları dəstə-dəstə onun qayığına hücum edir və ovunu didişdirib yeyirlər. Qoca son ana qədər onlarla 
mübarizə aparır, sonda məğlub olsa da özünü məğlub saymır. “İnsan məğlub olmaq üçün yaradılmamışdır. 
İnsanı məhv etmək olar lakin məğlub etmək olmaz” (2, s. 640). Qocanın ən çətin anlarda kimsəsiz dənizdə 
dediyi bu sözlər povestin əsas qayəsi kimi səslənir. 
Yazıçı Santiaqo obrazını yaradarkən onun həm xarici həm də daxili aləmini göstərməyə çalışmışdır. 
“Gözlərindən başqa onun hər şeyi köhnəlib qartımışdı, yalnız dəniz kimi mavi gözləri gənclik ehtirasından 
alışıb yanırdı. Bu gözlər qocanın nə qədər məğlubedilməz olduğunu göstərirdi” (2, s. 574). Bu cümlələrdən 
də belə aydın olur ki, yaşının ötməsinə baxmayaraq qoca mübarizə əzmini hələ də itirməmişdir. 
Əsərdə təsvir olunan digər obrazlardan biri də Manolin obrazıdır. Manolin yaşının kiçik olmasına 
baxmayaraq qocanın ən yaxın dostudur. Onu heç vaxt tək buraxmır. Valideynlərinin qocanı salao (uğursuz) 
adlandırmasına baxmayaraq buna heç vaxt inanmır. Qocanın güclü olduğunu və bir gün mütləq istədiyini 
əldə edəcəyini bilir. Manolin yanında olarkən qoca özünü tənha hiss etmir. Onlar müxtəlif mövzularda 
söhbət edirlər. Ən çox müzakirə obyektinə çevrilən isə Amerikanın beysbol komandaları olur. Ailəsinin ona 
qadağa qoymasına baxmayaraq Manolin hər səhər qocaya baş çəkir, nəyə ehtiyacı varsa təmin etməyə çalışır. 


M.P.Vaqif və müasirlik 
136
O da qoca balıqçı kimi ürəyiyumşaq biridir. Bəlkə də buna görədir ki, bir birlərini daha yaxşı başa düşürlər. 
Qoca dənizdə tək qaldığı müddətdə daima onu axtarır, “kaş Manolin indi burda olaydı” deyir. Kim bilir 
bəlkə də Manolin onun yanında olsaydı hər şey daha fərqli ola bilərdi. Sonda qoca sahilə, öz komasına 
qayıdarkən Manolin onu gördükdə sağ-salamat olduğu üçün çox sevinir, lakin onun acınacaqlı vəziyyətinə 
tab gətirə bilmir və göz yaşları tökür. Bundan sonra isə qocanı heç vaxt tək buraxmayacağına söz verir. Bu 
iki insanın bir birinə olan münasibəti əsl dostluq rəmzi kimi qiymətləndirilə bilər. 
Yazıçının rəmzi mənada yaratdığı obraz isə “dəniz” obrazıdır. Müəllif onu heç də təsadüfi olaraq 
yaratmamışdır. Qoca balıqçının özünü təsdiqində dənizin böyük rolu vardır. Dəniz qoca üçün o qədər 
doğmadır ki, onun qoynundan əsla ayrıla bilmir. Qayığı ilə ucsuz bucaqsız dənizdə tənha qaldıqda belə 
yolunu azmır. Onun hər bucağını ovucunun içi kimi bilir və getdiyi yerləri təyin etmək üçün onun heç bir 
əlavə vasitəyə ehtiyacı yoxdur. Qocanın dənizə olan münasibəti müəllifin bu sözlərindən aydın olur: “Dəniz 
qəzəblənib qocanı incitdikdə, ondan üz döndərib heç nə vermədikdə belə o, dənizdən şikayətlənmirdi. 
Neyləmək olar dənizin təbiəti belədir” (2, s. 589). 
Əsərdə insanın həyata, özünə inamı böyük ustalıqla verilmişdir. Qoca balıqçı cəsarət, yenilməzlik, 
sabaha inam simvoluna çevrilmişdir. Heminqueyin yaratdığı möhkəm iradəli adamlar yaşlarından asılı 
olmayaraq, heç vaxt, heç yerdə əsl ləyaqətlərini itirmir, insanın nəyə qadir olduğunu sübut edirdilər. Belə 
insanlar onun əsərlərində xüsusi heminqueysayağı boyalarla təsvir olunurlar. Bu adamları öldürmək olar 
lakin yolundan döndərmək olmaz. Heminquey özü də belə idi. O, müharibəyə, insan ləyaqətini 
tapdalayanlara nifrət edir, öz azadlıqları uğrunda mübarizə aparanlara hörmət bəsləyirdi. 
Elə yazıçılar vardır ki, ölümlərindən sonra onların yaradıcılıqlarına maraq sönür. Lakin Heminqueyin 
aqibəti belə olmadı. Amerika ədəbiyyatının unudulmaz səhifələrini təşkil edən Heminquey yaradıcılığı əsl 
sənət məktəbidir. İllər keçməsinə baxmayaraq onun əsərləri məhəbbətlə oxunacaq və təravətini 
itirməyəcəkdir. 
Ədəbiyyat 
1.Əliyev Yusif. “E.Heminquey yaradıcılığında insanın bədii dərki”. Naxçıvan Dövlət uni. B-2013, 148 
2.Heminquey E. “Qoca və dəniz”// Seçilmiş əsərləri. Bakı. “Şərq – Qərb” 2010, 749 
3.Мулярчик A.C. “Американская литература”. М., “Наука”, 1977, 137 
ГАРАБАГЛЫ ГЮЛЬТЕКИН 
Бакинский государственный университет 
ОБУЧЕНИЕ ДИАЛОГИЧЕСКОЙ РЕЧИ С УЧЕТОМ КОММУНИКАТИВНЫХ ЗАДАЧ 
Ключевые слова:
коммуникативная цель, речевые образцы, ситуация, диалогическое 
общение, разговорная речь 
Training of a dialogical speech with the account of communicative tasks 
Situational games – one of the best ways of solving real problems of communication. They allow 
implementing the knowledge and skills into integral speech skill. A system of speech actions, which can be 
used in other conversational situations, is worked out to achieve the target. 
Keywords:
communicative aim, speech samples, situation, conversation, colloquial language. 
Основной и ведущей целью в преподавании русского языка в национальной группе является 
коммуникативная цель, которая и определяет весь учебный процесс. Важным компонентом 
содержания обучения языку является речевое умение,
под которым понимают способность выражать 
и понимать высказывание, основываясь на знаниях и владении навыками использования языковых 
средств в речи. 
Сегодня первое место среди методов обучения русскому языку принадлежит коммуникатив-
ному методу. Его целью является развитие у студентов умений решать коммуникативные задачи 
средствами изучаемого языка, свободно общаться с его носителями. Все аспекты обучения учащихся 
сходятся в одной точке – использование приобретённых навыков непосредственно в процессе 
коммуникации. Таким образом, язык усваивается во время естественного общения, организатором и 
участником которого является учитель. При этом студент является субъекта этого общения и 
постоянно должен действовать. 


M.P.Vaqif və müasirlik 
137
Одной из основных форм речевого общения является диалогическая речь. Несмотря на то, что 
диалогическая речь сложнее монологической с точки зрения разнообразия и качества используемых 
речевых образцов, тем не менее, с точки зрения последовательности в обучении устной речи все же 
предпочтение следует отдать диалогической речи. Ведь именно через диалог отрабатываются и 
запоминаются отдельные речевые образцы, целые структуры, которые используются затем в 
монологической речи. 
Вариант диалогового обучения является методом активизации резервных возможностей 
обучаемого. Этот метод предполагает не столько воздействие на обучающегося, сколько его 
встречную активность, которая усиливается в условиях группового взаимодействия. 
Несмотря на то, что психология подчеркивает неразрывную взаимосвязь мышления и общения, 
процесс обучения продолжает рассматриваться как индивидуальная деятельность студента или как 
результат взаимодействия студента и преподавателя. И все-таки учебная деятельность далеко не в 
полной мере вызывает потребность в совместной деятельности. Работа студентов носит 
преимущественно индивидуальный характер, эффективность работы зависит от уровня знаний 
студентов. .
Состояние диалога вызывает у студента потребность не только правильно понять требования, 
предъявляемые ему окружающими, но и преодолеть внутренние препятствия и правильно оценить 
свои возможности в речевой деятельности. Он должен научиться самостоятельно общаться, думая о 
том, что сказать, а не о том, как сказать. То есть, он должен участвовать в деятельности, целью 
которой является установление контакта, взаимопонимания, взаимодействия с другими членами 
группы. Чтобы общение на занятиях было эффективным, оно должно быть управляемым. Надо 
научить учащихся ориентироваться в общении, чтобы правильно его спланировать и осуществить. 
Далеко не каждый владеет навыками такой ориентировки, поэтому обучать общению на русском 
языке очень трудно.
Диалогическое общение понимается в широком плане как взаимодействие, которое протекает в 
процессе самореализации с установкой на раскрытие творческих возможностей каждого студента. 
Строго определённой модели обучения разговорной речи нет. Преподаватель создаёт эту 
модель самостоятельно в зависимости от цели, содержания и условий обучения и даже от 
собственного педагогического опыта и методического мастерства. 
Задача преподавателя - организовать учебную деятельности с максимальной эффективностью. 
Он последовательно и целенаправленно использует все возможности подачи учебного материала для 
его запоминания студентами. Доброжелательность преподавателя, его тактичность поощрение, 
одобрение - это второй план, который создает особый микроклимат в группе, обстановку доверия и 
уверенности учащихся в собственных силах.
Для правильной организации учебного процесса с позиций разговорной практики и 
диалогического общения необходимо найти верные пропорции для корректировки речевых навыков 
и умений: 
- умение участвовать в диалоге (пользоваться необходимыми речевыми стереотипами, 
характерными для определенных ситуаций повседневного общения); 
- это умение правильно продуцировать монологические высказывания разной степени 
сложности (повествование, описание; рассуждение при участии в споре, дискуссии). 
Естественно, что при этом важны и уровень подготовленности учащихся - чем выше уровень 
владения языком, тем шире раздвигаются рамки ограничения речевого умения. Но проблема в том, 
что большинство наших студентов имеют элементарные знания, а иногда и нулевые. Если аудитория 
неоднородная (в одной группе учатся студенты, разные по уровню владения языком), то появляется 
проблема, касающаяся момента информативности, т.е. информация, данная на занятиях, должна быть 
понятна всем.
При обучении диалогической речи необходимо включать специально отобранные устойчивые 
речевые образцы, стереотипы живой разговорной речи, которые обеспечат возможность речевого 
общения в рамках определённой ситуации. 
Отбор речевых ситуаций производится с учетом частотности в повседневном общении. Если 
уровень студентов одной группы приблизительно одинаковый, им предлагаются ситуации и этюды, 
требующие творческого решения, опирающиеся на те речевые образы, которые были даны раньше.


M.P.Vaqif və müasirlik 
138
При выполнении подготовительных упражнений происходит включение полученных знаний и 
грамматических навыков в целостное речевое умение, которое студент может реализовывать и в 
других ситуациях общения. 
Существует разделение упражнений, как правило, на две группы: 1) тренировочные и 
подготовительные; 2) речевые, творческие, коммуникативные. 
Методическая цель упражнений первой группы – усвоение речевой единицы (образование 
грамматической формы, членение высказывания на смысловые отрезки). К ним относятся 
упражнения на 
понимание,
в которых отсутствует элемент самостоятельного творчества или он 
сведен к минимуму:
Ты учишься в университете? – Дв, в университете. 
Другой тип - 
подстановочные
упражнения с модификацией подставляемого элемента; 
Ты 
приехал из Гянджи? – Нет, я приехал из Сумгайыта. 
Упражнения такого типа можно найти во многих учебниках с задания типа: «Раскройте 
скобки», «Вставьте вместо точек…». К этому же виду относятся упражнения усложненного типа, 
когда слова для подстановки даются в исходной форме, учащийся самостоятельно (в опоре на 
образец или без опоры) должен включить их в структуру высказывания: 
Во время работы с грамматическим материалом речевые/коммуникативные упражнения 
составляют необходимый элемент системы обучения: студент должен уйти с урока не с сознанием, 
что он выучил, например, формы существительных в предложном падеже, а научился сообщать или 
спрашивать о местонахождении предмета или человека.
Упражнения второй группы направлены на освоение какого-либо вида речевой деятельности, 
выработку способности участвовать в речевом общении на русском языке. При выполнении 
упражнений второй группы происходит включение полученных знаний и грамматических навыков в 
целостное речевое умение, которое учащийся может реализовывать и в других ситуациях речевого 
общения. 
Трансформационные упражнения предполагают изменения конструкции в зависимости от 
изменившегося коммуникативного задания (речевой интенции) или ситуации. При этом изменение 
задачи подсказывается учащемуся, а упражнение выполняется с опорой на речевой образец. Задание 
к упражнению может быть чисто грамматическим: «Замените прошедшее время глагола будущим», 
«Дайте отрицательные ответы на вопросы» и подобное. 
Один из методов включения студентов в диалогическое общение - это ролевая игра. Игровая 
деятельность - это всегда мотивированное общение. Поэтому любой акт общения на уроке заведомо 
оправдан. Роли, в которых выступает студент, помогают ему активизировать свои творческие 
возможности, т.е. способствуют раскрытию и проявлению его личности. Важно также и то, что 
ролевая деятельность повышает эмоциональный тонус учебного процесса. В результате, как правило, 
учащийся стремится проявить свои лучшие стороны.
Управление игровой деятельностью - это также управление диалогическим общением. 
Преподаватель вовлекает каждого в общую деятельность, продуманно распределяет роли в каждой 
новой игре, одним словом, управляет общением, учит диалогу. Чтобы управлять диалогом, 
преподаватель должен владеть средствами установления и поддержки контакта, т.е. его внешней 
техникой и произвольно управлять ею. С другой стороны, он должен обучать учащихся приемам 
диалога, определенным коммуникативным стереотипам. 
В современных учебных пособиях из упражнений второй группы наиболее часто используются 
ситуативные упражнения, ролевые игры и различного рода упражнения, построенные на основе 
текста и наглядного материала. 
Основная идея построения таких уроков - последовательная опора на систему учебно-речевых 
действий, включающая восприятие и осмысление нового материала, введение необходимой лексики, 
тренировочные упражнения и речевое применение изученного материала. 
Литература 
1. Акишина А.А., Каган О.Е. Учимся учить: Для преподавателей русского языка как 
иностранного. М., 2004. 
2. Леонтьев А.А. Педагогическое общение. М., Знание, 2001. 
3. Прохоров Ю.Е., Стернин И.А. Русские: коммуникативное поведение. М., 2011. 
4. Формановская Н.И. Речевое взаимодействие: коммуникация и прагматика. М., 2007. 


M.P.Vaqif və müasirlik 
139
ГЕРАЙЗАДЕ ЛЕЙЛА 
Доктор филологических наук, профессор 
Бакинский государственный университет 
РЕЛИГИОЗНЫЕ МОТИВЫ В ТВОРЧЕСТВЕ ОЛЖАСА СУЛЕЙМЕНОВА 
Ключевые слова

религиозные мотивы,христианство, реальная история, Адам, Ева, 
сотворение, учение 
Religious motives in the work Olzhas Suleimenov 
This article discovers religious motives in the work of the Kazakhstani poet Olzhas Suleimenov. The 
particular interest is represented in the fact, that the poet does not limit the history of the formation and 
dissemination of one or another religion with the territory of Kazakhstan. He demonstrated it on a world-
wide scale. The poet joined the ageless dispute about Adam and Eve. 
Keywords

religious motives, Christianity, real history, Adam, Eve, creation, teaching 
Среди многочисленных художественных произведений, созданных в ХХ веке по библейским 
мотивам, особое место занимают произведения русскоязычных писателей Средней Азии и 
Казахстана. 
Религиозные мотивы характерны и для творчества русскоязычных писателей Средней Азии и 
Казахстана. Особенно интересно проследить эти мотивы в творчестве казахского поэта Олжаса 
Сулейменова, который, не ограничиваясь историей становления и распространения той или иной 
религии на территории Казахстана, показал ее в общемировом масштабе. Так, он вступил в извечный 
спор об Адаме и Еве, дал свое видение событий, происходивших на Голгофе более чем две тысячи 
лет тому назад.
В мировой истории и литературе есть много проблем философского и религиозного толка 
относительно становления человека и человечества вообще, среди которых не последнее место 
занимает история возведения Иисуса Христа на Голгофу, которую можно было избежать.
Великие умы разных народов по-своему трактовали эти процессы и события, и, прочитав их 
откровения, читатель оказывается перед дилеммой: чье учение и чья версия точнее передаёт суть 
происходившего на заре христианства.
В «Ева-Ангелии от блудного сына» Сулейменова фоном истории человечества оказываются
события, о которых говорилось выше. Именно этот прием трактовки библейских событий на фоне 
исторических событий отличает произведение Сулейменова от работ ученых-историков и 
литераторов. То есть, в отличие от привычного подхода, когда история Адама, Евы и Иисуса Христа 
трактовалась как развитие истории, Сулейменов иначе подошел к ней и, думается, поступил верно: 
благодаря этому приему указанные события, как один из этапов развития истории человечества, 
оказались поставлены на свое место: сначала реальная история, потом ее трактовка. Отметим, что 
Сулейменов, не повторяя характеристики ни этих событий, ни их героев, показывает их по-своему. У 
читателя создается мнение, что поэту не знакомы ни Новый, ни Ветхий Заветы, и он описывает 
события, о которых ранее не писалось. Это происходит потому, что О. Сулейменов раз и навсегда 
хочет избавиться от привычного взгляда и на эти события, и на религию вообще, как на способ 
«компенсировать недостающие реалии в их материальном и духовном выражении». Он сторонник 
того, чтобы они (эти события) рассматривались как один из фактов развития человечества, как одно 
из достояний, дарованных людям богом.
Сулейменов сторонник того, чтобы преемственность, утвердившаяся именно благодаря этим 
событиям, ни в коей мере не зависела от того, что у истоков стояли Адам, Ева или Иисус Христос. 
Так, в «Ева-Ангелии от блудного сына», он отбрасывает все стереотипы, сложившиеся в 
человеческом сознании и всплывающие только тогда, когда речь идёт об Адаме и Еве. Сулейменов 
«материально» относится к изображению истории, к появлению на свет прародителей человечества, и 
эта «материальность» нисколько не смущает читателя, видящего историю такой, какой она ему 
представляется, а не такой, как обычно преподносят ее религиозные деятели, историки и литераторы.
Сулейменов, по-новому рассказывает историю появления прародителей человечества, и в 
первую очередь Евы. Нельзя утверждать, что О.Сулейменов взял за основу какой-то метафизический 
сюжет, где для полноты и ясности изображения соответствующие данные можно передавать в 


M.P.Vaqif və müasirlik 
140
несколько грубоватой форме. Становится очевидным тот факт, что казахский поэт, великолепно 
знающий историю Адама и Евы не привносит в неё новых фактов, а изображает ее как 
возникновение на Земле очередного «сюрприза», как проявление общественного сознания или 
бессознательности.
Отметим, что в литературе тюркских народов нередко можно встретить несколько «ироничное» 
отношение к тем или иным событиям, связанным с религиозными реалиями. От этого в первую 
очередь обогащается литература, где благодаря этой несколько ироничной форме повествования 
осуществляется своего рода исследование религиозных представлений в религиоведческой науке. 
Отталкиваясь от факта, что в сознании народов, населяющих Землю, нет прощения Адаму и Еве,
можно утверждать, что именно это «сознание» переступало дозволенное, выводило на тропу войны. 
Многое зависело от того, какими изображались Адам и Ева, сколько красок добавлялось в то, что 
они совершили, и как эти краски воздействовали на простой народ. С этой точки зрения несколько 
«земной» подход к истории, прослеживаемый в произведении Олжаса Сулейменова, является 
исключительным и по силе художественного представления героев, и по восприятию текстов. Без 
вычурности и лишних эпитетов изобразил Сулейменов Еву. Если абстракция, которая, на первый 
взгляд, исходит из анализа действительных событий (кто может доказать, что Адам и Ева 
существовали, или же обратное? – Л.Г.), не даёт решения извечной проблемы – почему согрешили 
прародители человечества, то, следовательно, не следует и делать каких-либо выводов, как делает 
это сам поэт: 
Он пел ей о пенистом море 
Припев его песни унылой –
Аморе, аморе, аморе! 
(Название мыла?) 
На зов Афродита 
Из пены густой выходила, 
И дети её,
а в конце – борода Черномора. 
Сорок четыре жатвы он прожил 
Она - тридцать три окота. 
История их – дело прошлое,
вспоминать неохота (1, с. 264). 
Совсем не случайны в данном контексте сравнения, которые придают несколько витиеватый 
характер не только его содержанию, но и форме. По содержанию он определяет то, что противоречит 
всем авторитарным религиям. В тексте под пером Сулейменова отбрасывается страх перед богом, 
боязнь быть наказанным.
Если исходить из психологических моментов – воздействие текста на психику, умение 
воспринимать все так, как есть, вторить тому, что ранее было уже не раз сказано, то сулейменовский 
текст несколько идеализирован, он по своим функциям как бы подходит под нормы, 
соответствующие идеологии коммунистической (вспомним время, когда писалось произведение), но 
в то же время вопреки этой идеологии, содержащее в себе некое человеческое, гуманистическое 
начало.
Другая деталь: бог создал Адама и Еву не на первый день, а на шестой, и после этого дня 
ничего он не творил более. Почему же бог не создал Адама и Еву в первый день творения? Наверное, 
как это видно из сулейменовского текста, тому причиной была Ева, которая за короткий срок 
совратила Адама и вызвала гнев и негодование бога. Если внимательно прочитать фрагмент из 
«Ветхого Завета», то можно понять, что богу не угодно было вообще создавать что-либо подобное. 
Видимо поэтому в сулейменовском тексте Адама и Еву слепил Саваоф.
Казахский поэт подтверждает мысль, что создание человека не входило в обязательный 
перечень творений всевышнего. Факт, что на седьмой день бог уже ничего не творил, и решил 
сделать человека главным на Земле, также находит свое отражение в сулейменовском тексте. Здесь 
же Сулейменов делает важное признание – нехорошо быть человеку одному! Достаточно
безразличный к религиозной символике, Сулейменов посредством детализации и появления первых 
шагов Адама и Евы как бы раскрывает истину: нельзя однозначно подходить к явлению человека, 
нельзя обожествлять то, что по природе своей равно миллионам. Наиболее отчётливо это 
прослеживается в главе «Рисую иву», где непосредственное обращение к Еве представляет собой 
обращение к многочисленным литературным героям мировой литературы. Иными словами, 
возвращение Евы в литературу в качестве обыкновенного литературного героя удалось именно 


M.P.Vaqif və müasirlik 
141
Сулейменову. Ева как литературный герой хотя и олицетворяет одно из творений бога, но в 
несколько другом аспекте: она лидер, но уже среди других, себе же подобных литературных героев.
Своеобразно изображая Адама и Еву, Олжас Сулейменов не только сумел «очеловечить» этих 
библейских героев, но и убрать своего рода «преграды», возникшие в результате фантастических 
религиозных представлений. Не говоря об их назначении, о том, что они были сотворены богом, 
Сулейменов несколько «смягчает» светско-религиозные отношения, особенно резко обострившиеся в 
наши дни, когда семидесятилетние оковы оказались снятыми с религиозных реалий.
Именно против этих «запутываний» и отчуждений выступает О.Сулейменов, вводя библейские 
образы в художественный текст и тем самым, облегчая путь восприятия истины, уяснения места 
материального и духовного в жизни человека. Более того, О.Сулейменов в «Ева - Ангелии от 
блудного сына» выступает своего рода реформатором всего связанного с религиозным началом, 
превращая строгие начала в самые обычные явления, вводя своеобразные параллели между высоким 
и земным. Отдавая при этом предпочтение земному, О.Сулейменов облегчил суть восприятия 
истины философски, но в то же время доступно объяснил труднейшее вопросы, связанные с 
Христом, созданием им своего учения, целью его странствий по земле обетованной.
Безусловно и то, что все религиоведы – от ярых сторонников Христа до воинствующих 
атеистов – едины во мнении, что учение его принесло только пользу человечеству. Передача же 
сути его учения и по сей день остается одной из неразрешимых проблем и истории, и философии, и 
литературы. Это, видимо, исходит из того, что каждый из его учеников-апостолов по-своему излагал 
события, связанные с Христом и его учением. Не отрицая того факта, что они общими усилиями 
показали личность Христа и помогли понять его заповеди, следует отметить, что для восприятия 
современным человеком этого мало.
Наш современник с большим интересом воспринял бы мысль: учение Христа предполагает, 
что человек самостоятельно осмыслит мораль в свете сегодняшнего дня. В этом отношении интерес
представляет глава «Хождения» из «Ева - Ангелия блудного сына»,в которой, изображая святое 
лицо, принимающее бытие как естественный ход развития без прикрас и преувеличений, Сулейменов 
показал, что учение Христа даёт возможность человеку принять истину как плод самостоятельного 
раздумья и личного выбора. Истина, которую «породил» Христос, дала людям возможность отречься 
от всего, что его угнетало, хотя при этом, пострадал сам носитель этой истины.
О. Сулейменов не ставил перед собой цели – показать, что человек своим учением может 
навредить себе. Но историческая наука, в противовес литературе и философии, ставит и решает свои 
проблемы, среди которых история христианского вероучения рассматривается как факт, когда своё 
оружие направляется против самого же себя.
Как известно, притча о блудном сыне не имеет под собой социальной основы, ибо события не 
могли происходить так, как это было рассказано Назаретом. Эта притча является одной из 
глобальных произведений религиозной литературы, где рассматривается отношение человека к 
самому себе. Мораль притчи неоднозначна, а значит, Иисус мог бы этой притчей найти себе и 
противников, и сторонников. Эту притчу по-разному слушали и понимали люди. Сулейменовский 
герой, оставаясь безразличным к тому, как воспринимают его учение, продолжал сеять «семена 
истины», не думая о том, как проросшее семя отразится на его судьбе.
Обычно то, что он проповедовал, спустя тысячелетия становилось необычным, загадочным. 
Образ этот один из главнейших в литературе, но проблема – мог ли израильский народ отстоять 
Христа – не решена ни одним писателем, её сложность и заключается в необъяснимости поступка 
израильтян. Толпа, решившая сообща лишиться его, «всего в полотне, в рубище истица», не 
осознавала того, что человечество никогда не сможет простить им этого. Поэтому многострадален 
израильский народ, поэтому во всём мире и поклоняются учению Христа из-за того, что он 
посланник Бога, а не представитель израильского народа. Жертва, принесённая израильским 
народом, оправдала себя, ведь за Христом идут многие, миллионы приносящие себя в жертву.
Пытаясь осмыслить посмертную судьбу великого человека, задаешься вопросом: какая дата в 
его жизни главная – день казни или день Воскресения? Думается, последняя более значима, от этого 
больше запоминается. Именно поэтому Сулейменов уделяет ей столь большое внимание, сопрягая 
воскресение великого человека с его великими деяниями, и заставляя читателя свести воедино 
страдания и воскресение Христа, поскольку своей вершины он достиг, «покидая земные пределы», 
когда почувствовал, что ещё нужно сделать для снятия всеобщего страдания: 
К распятию привычно притыкали, 
Садились на опилки, отдыхали 
И слушали неправильную речь, 


M.P.Vaqif və müasirlik 
142
Вполне прилично притаив дыхание. 
А он с креста вещал своё обычное, 
Не проповедь – заученная лекция, 
Язычники внимали безъязычно 
В них тыкались заочные рефлексы…
Ночью он срывался снова 
И уходил в бега по мёрзлой тундре… (1, с. 267) 
Интерес представляет и тот факт, что далёкий от Христа по вероисповеданию казахский 
русскоязычный поэт, несмотря на то, что от времени прихода и казни Христа прошло около двух 
тысяч лет, подробно, вдохновенно, точно, детально отрабатывает выдуманный художественный 
материал.
Но О.Сулейменов, обратился именно к воскресению Христа потому, что понимал радость 
дарования надежды на жизнь вечную для всех тех, кто желал этого и, желая, старался строить свою 
жизнь по святым писаниям. Сулейменов, в отличие от других писателей, так или иначе 
обращавшихся к теме Христа, не только рисует его, но и показывает, каким способом можно 
привлечь читательское внимание к тому, что сегодня является актуальной проблемой – духовному 
самосовершенствованию – и делает это, не призывая вовсе принимать христианство. Поэт убежден, 
что настало время появления новых святых, деяния которых далеки от индивидуалистической 
морали.
В сулейменовском тексте изложение деяний Христа носит обычно довольно-таки ритмичный 
характер: этот герой словно действует не как гений, а простой человек, которому предначертано 
«бродить» и сеять семена добра в сердцах тех, кто в этом нуждается, поскольку иначе, по 
Сулейменову, нельзя распространять свои идеи. Во многом такой подход к изображаемому, такое 
своенравное видение развития истории и привело к тому, что у Сулейменова появилось много 
идеологических противников. Чисто земное изображение Христа, может быть, больше возвысило бы 
его в глазах читателя, который в сонме будней, когда встречаются самые разные варианты трактовки 
учения Христа, выбирает то, что проще и доступнее. Надо отдать должное Сулейменову, который 
просто, но с достоинством оценивает поступки этого гения. 
Литература 
1.
Сулейменов О. Аз и Я.-Алма-Ата, 1990, 266 с. 
2.
Кочуринский Н. Николо-Бабаевская обитель.- «Москва», 2003, №7, с. 235 
3.
Религия мира. – М., 1989, с.8 
QULİYEVA İLAHƏ 
Azərbaycan Texniki Universiteti 
MÜSTƏQİLLİK DÖVRÜNDƏ BÖYÜK BRİTANİYA – AZƏRBAYCAN ƏDƏBİ 
ƏLAQƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər:
Çoser, Şekspir, Z.Ağayev, Albion, ingilis, tərcümə. 
The relationship between Azerbaijani and English literature 
The aim of this article is to discuss the relationship between Azerbaijani and English literature. These 
relations were analyzed by discussing the research done by the English scientists in the field of Azerbaijani 
literature and vice versa. The article also provides information about translations of important literary works 
from English into Azerbaijani and from Azerbaijani into English. It is possible to find information about the 
mutual influence of English and Azerbaijani literature on each other. 
Keywords:
Chaucer, Shakespeare, Z.Aghayev, Albion, English, translation.
Böyük Britaniya – Azərbaycan və Azərbaycan – Böyük Britaniya qarşılıqlı mədəni əlaqə və 
münasibətlərin tarixində və müasir inkişafında bədii söz yaradıcılığının xüsusi yeri vardır. Bu əlaqə və 
münasibetətlərin müstəqillik dövründəki xüsusiyyətlərini araşdırıb üzə çıxartmaq elmi aktuallıq kəsb edir. 
Bizdə milli tərcümənin və tərcüməşünaslığın tarixi əyani şəkildə göstərir ki, XIX əsrdə 
A.A.Bakıxanov, M.F.Axundzadə, N.B.Zərdabi və digər mütəfəkkir şəxsiyyətlərin və ədiblərin rus və Avropa 


M.P.Vaqif və müasirlik 
143
ictimai-fəlsəfi və ədəbi-mədəni fikrinə maarifçilik nöqteyi-nəzərindən diqqətlə, maraqla yanaşmaları həmin 
xalqların yazıçı və şairlərinə müraciətləri şərtləndirdi və getdikcə bu prosesi intensivləşdirdi. Heç təsadüfi 
deyil ki, Akad. Tofiq Hacıyev yazırdı: “XIX əsr Azərbaycan ədəbi dilinin lüğət tərkibində diqqəti çəkən 
yenilik rus-Avropa sözlərinin işlənməsidir” (1, 31). 
Artıq XX əsrin əvvəllərindən başlayaraq Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əbdürrihman bəy 
Haqverdiyev, Haşım bəy Vəzirov, Abdulla Şaiq, Abbas Səhhət, Məhəmməd Hadi, Nəriman Nərimanov, 
Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və digər qələm sahibləri Qərb ədəbiyyatının, həmçinin ingilisdilli 
əsərlərin tərcümə və nəşri zərurətindən bəhs edirdilər. Sonrakı onilliklərdə Cəfər Cabbarlı, Məmməd Arif, 
Səməd Vurğun, Məmməd Cəfər, Əkbər Ağayev, Mikayıl Rəfili, Əli Sultanlı, Cəfər Cəfərov, Mehdi Hüseyn 
və digər ədiblər Avropa söz sənətini, o cümlədən Böyük Britaniya ədəbiyyatını öyrənmək, tərcümə və nəşr 
etmək istiqamətində böyük işlər gördülər. Tərcümələr əsasən rus dili vasitəsilə olsa da, ara-sıra orijinaldan 
çevrilmiş tərcümələr də çap edilirdi.
XX əsrin ikinci yarısından 90-cı illərədək olan dövrdə İsmixan Rəhimov, Ənvər Rza, Manaf 
Süleymanov, Zeydulla Ağayev, Vilayət Quliyev, Şahin Xəlilli, Sabir Mustafa və başqaları ingilis 
ədəbiyyatını həm orijinaldan tərcümə edir, həm də filoloji və komparativ tədqiqatlar aparırdılar. Bu sahədə 
Anar, Elçin, C.Nağıyev, V.Arzumanlı və b. yazıçı və tədqiqatçılar da ingilis-Azərbaycan ədəbi əlaqələrinin 
inkişafına dəyərli töhfələr vermişlər. 
Vaxtilə tarixi və ictimai-siyasi şərait səbəbindən orta əsrlər Böyük Britaniyasında ədəbiyyat üç – latın, 
fransız və ingilis (anql-saks) dillərində mövcud idi. 
Cefri Çoser XIV əsrin sonlarında dövrün poetik ensiklopediyası olan “Kenterberi hekayələri”ni yazdı. 
O, öz əsəri üçün London dialektini seçərək müasir ingilis ədəbi dilinin əsasını qoymuşdur və eyni zamanda 
renessans humanizmi əhval-ruhiyyəsini qabaqlamışdır. Bu dövrdə – təqribən 1375-ci ildə şotland 
ədəbiyyatının ilk əhəmiyyətli əsəri olan C.Barborun şotlandların istiqlaliyyət mübarizəsinə həsr edilmiş 
“Brüs” poema-xronikası meydana çıxmışdır. Sonrakı iki əsrdə ingilis ədəbi dili Uilyam Şekspirin 
yaradıcılığında yeni bir keyfiyyət və səviyyə qazandı. Dahi şair və dramaturqun müasirləri və həmçinin 
ardıcılları ingilis ədəbi dilini gətirib XIX əsrə çatırdılar (2, 24-25).
İngilis dilində yaranan çoxəsrlik Böyük Britaniya ədəbiyyatı dünya ədəbiyyatını zənginləşdirməklə 
onun mühüm qollarından birinə çevrilmişdir. 
Tarixən Çar Rusiyası işğalını (1804-1920) və sovet-bolşevik istilasını (1920-1991) əhatə edən 
təxminən iki əsr ərzində, habelə qısamüddətli hakimiyyətdə olan Azərbaycan Xalq Cümhuriyyəti (1918-
1920) dövründə Azərbaycan-ingilis ədəbi-mədəni əlaqələri, münasibətləri bu və ya digər dərəcədə təşəkkül 
tapıb inkişaf etmişdir. Böyük Britaniya ədəbi nümunələri çox vaxt rus dili vasitəsilə, epizodik olsa da bəzi 
hallarda birbaşa ingilis dilindən ana dilimizə tərcümə edilmişdir. Bu baxımdan C.Çoser, U.Şekspir, C.Milton, 
D.Defo, C.Svift, C.Bayron, V.Scott, B.Şou, K.Marlo, L.Stern, R.Börns, M.Şelli, U.Bleyk, P.B.Şelli, 
Ç.Dikkens, R.L.Stivenson, A.K.Doyl, T.Hardi, R.Kipling, V.Vulf, E.L.Voyniç, C.Coys, R.Oldinqton, 
A.Kristi, U.H.Oden, Q.Qrin və b.-nın əsərləri Azərbaycan dilinə tərcümə olunmuşdur. Eyni zamanda, 
ümumiyyətlə, Böyük Britaniya ədəbiyyatı, həmçinin onun ayrı-ayrı görkəmli simaları, klassik və müasir 
nümayəndələri haqqında ictimaiyyətə geniş informasiyalar verilmiş, elmi-tənqidi məqalələr, dissertasiya, 
monoqrafiya və kitablar yazılmışdır.
İngilis ədəbiyyatının tərcüməsi, tədqiqatı və nəşri keçmiş SSRİ-nin süqutu ilə Azərbaycanda dövlət 
müstəqilliyinin bərpası illərində (1991-2015) yeni bir vüsət almışdır. Bu mənada qarşılıqlı ədəbi 
əlaqələrimizin bu dövr üçün əsas xüsusiyyətləri özünü onda göstərir ki, Böyük Britaniya ədəbiyyatının 
ölkəmizdə,habelə Azərbaycan ədəbiyyatının Boyük Britaniyada birbaşa – Moskvanın və rus dilinin vasitəsi 
olmadan tədqiqi və nəşri başlanıb genişləndiyi kimi, hər iki tərəfdə orijinaldan tərcümə işinin həcmi və 
səviyyəsi də dəfələrlə artmışdır. Müstəqillik dövründə ölkəmizdə Azərbaycan dilində həmçinin Böyük 
Britaniyada ingilis dilində nəşr olunmuş müxtəlif poetik nümunələr, şeir kitabları, hekayə, roman və pyeslər 
Böyük Britaniya-Azərbaycan mədəni münasibətlərin və ədəbi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini 
göstərir. Bu baxımdan müstəqillikdə dövründə iki dəfə nəşr edilmiş “İngilis ədəbiyyatı antologiyası”nı (3; 4; 
5) xüsusilə vurğulamaq lazımdır. 
Antologiyaya ingilis xalq nağılları, xalq mahnıları, şotland xalq mahnıları, irland xalq mahnıları, Uels 
xalq mahnıları, habelə U.Şekspir, D.Defo, C.Svift, U.Bleyk, R.Börns, V.Scott, C.Bayron, P.Şelli, Ç.Dikkens, 
L.Kerroll, B.Stoker, R.Stivenson, O.Uayld, B.Şou, C.Kiplinq və başqalarının, ümumilikdə isə 37 ingilis 
müəllifinin əsərləri daxil edilmişdir. İngilisdilli ədəbiyyatın tanınmış tərcüməçisi və tədqiqatçısı, mərhum 
prof. Zeydulla Ağayev ön sözdə yazır: “Azərbaycan tərcümə məktəbi XIX əsrin son dekadasından 
başlayaraq (Haşım bəy Vəzirov U.Şekspirin “Hamlet” faciəsini tərcümə etmişdi) ardıcıl surətdə ingilis 
ədəbiyyatına müraciət edir. Bir sıra nailiyyətlərimiz göz qabağındadır. Son dövrlərdə U.Şekspirin əsərlərinin 
çap olunmuş ikicildliyi (orada U.Şekspirin 154 soneti və əsas pyesləri yer almışdır, bu kitabda isə ingilis 


M.P.Vaqif və müasirlik 
144
ədibinin poetik irsindən nümunələr oxuculara təqdim olunur), C.Q.Bayronun altı poemasının daxil edildiyi 
toplu, Ç.Dikkensin “Oliver Tvistin macəraları” romanı və digər nəşrlərlə yanaşı, folklor nümunələrindən və 
müxtəlif şair, yazıçı və dramaturqların əsərlərindən ibarət olan bu antologiya da Azərbaycan oxucusunun 
ingilis ədəbiyyatına olan böyük marağından xəbər verir. Onu da qeyd etmək lazımdır ki, əgər əvvəllər həmin 
əsərlər yalnız ruscadan dilimizə çevrilirdisə, keçən əsrin altmışıncı illərindən başlayaraq tərcüməçilərimiz 
birbaşa orijinala müraciət edirlər. Bu prosesin gələcəkdə də davam edəcəyinə inanırıq. Xüsusilə, ən müasir 
ingilis ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsinə ehtiyac yaranmışdır” (5, 18). 
Şahin Xəlilli və Əli Tatlının yazıb nəşr etdirdikləri dərslik – “Britaniya ədəbiyyatı. Orta əsrlər. I cild” 
(6) iki hissədən (part) və 7 bölümdən (unit) ibarətdir.
Redaktoru ingilis ədəbiyyatşünası F.Aleksandr Magill olan bu sanballı nəşrin birinci cildi haqqında 
deyilir: 
“The volume is intended as a text-book for those students who are studying the literature of Great 
Britain and the United States of America and is designed to provide basic information on the great diversity 
of the literature emanating from these two countries over a long period of time.
The book presents both the historical and the literary background of the literature in question and also 
an analysis of some of the period’s writers’ lives and works. The essential literary experience of the period 
has been illustrated with the extracts from the main works of the authors.
This first volume gives an account of the medieval period up to 1500 AD. As the literature of the era is 
so closely linked to the social, historical and political issues of the time, the contents of the book are 
presented in a historical context” 
(6, 3).
Tərcüməsi: “Bu cild Böyük Britaniya və Amerika Birləşmiş Ştatları ədəbiyyatını öyrənən tələblər 
üçün dərslik kimi nəzərdə tutulmuşdur və bu iki ölkədə yaranıb meydana çıxmış ədəbiyyatın uzun müddət 
ərzindəki geniş xüsusiyyətləri barədə əsaslı informasiya vermək məqsədini izləyir.
Kitab ədəbi mövzunu həm tarixi, həm də material baxımından təqdim edir və eyni zamanda müəyyən 
dövrlərdəki yazıçıların həyatının və əsərlərinin təhlilini verir. Dövrün başlıca ədəbi təcrübəsi müəlliflərin 
əsas əsərlərindən verilmiş parçalarla illüstrasiya olunmuşdur. 
Birinci cild bizim eranın 1500-ci ilinə qədər olan orta əsrlər dövrünün icmalını verir. Dövrün 
ədəbiyyatı zəmanənin sosial, tarixi və siyasi məsələləri ilə sıx əlaqədar olduğu üçün kitabın məzmunu tarixi 
kontekstdə təqdim edilir”. 
Burada müəlliflərin yazdıqları “Preface” (“Ön söz” – 6, s.1-5) dərslik haqqında ilkin məlumat verir və 
oxucuda müəyyən təsəvvür yaradır. Birinci hissə – 4 bölümə ayrılır, ikinci hissə isə 3 bölümə. “Appendixes” 
(“Əlavələr”) – “Kuxulinin Ferdiandla döyüşü” (Appendix 1) (s. 413-426) və “Əlfrik və onun Yeni ilin 
bayram edilməsi” hekayəti (Appendix 2) (s.427-431) – (Müzahirə Paşayevanın ingilis dilindən Azərbaycan 
dilinə tərcüməsində). “Notes” – “Qeydlər”də izah və şərhlər verilir. (s. 432-434). “Table of Figures” – 
“Şəkillərin cədvəli”ndə 38 şəkil vardır. “References” (ədəbi qaynaqlar) və “Electronic sources” (elektron 
mənbələr) zəngindir. Hər bölmədən sonra “Müzakirə və suallar üçün mövzular” (“Topics for discussion and 
questions”) verilmişdir. 
Aybəniz İsmayılovanın “The XX century English literature” (“XX əsr ingilis ədəbiyyatı”) dərsliyi də 
(7) diqqətə layiqdir. Dərsliyin redaktoru prof. Şahin Xəlillidir. Bu dərslik ali məktəblərin filologiya 
fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur. Dərslik XX əsr ingilis ədəbiyyatı tarixinin modernizm, 
ekzistensializm, postmodernizm kimi dövrlərini və utopik roman, casus (şpion) romanı, detektiv roman və 
fentezi kimi janrlarını nəzərdən keçirir. Bu dərsliyin məqsədi tələbələri XX əsr ingilis ədəbiyyatında aparıcı 
ədəbi metodların başlıca prinsipləri ilə tanış etmək və onlara C.Coys, V.Vulf, D.Lourens, O.Haksli, C.Oruell, 
D.Tolkien, M.Spark, D.Lessinq, K.İsiquro, Y.Fleminq, C.Roulinq və digər görkəmli yazıçıların yaradıcılığını 
təqdim etmək, eləcə də bu yazıçıların dərslikdə verilmiş əsərlərindən ədəbi mətnləri təhlil etməkdir (7, 3). 
Məhsəti Əliyevanın “Азербайджано-Британские отношения на современном этапе” 
(“Azərbaycan-Britaniya münasibətləri müasir mərhələdə”) adlı fundamental kitabı (8) giriş, üç fəsil, nəticə 
və ədəbiyyat siyahısından ibarətdir. Kitabın III fəsli belə adlanır: “Азербайджано-Британские отношения в 
области образования, науки и культуры” (“Təhsil, elm və mədəniyyət sahəsində Azərbaycan-Britaniya 
münasibətləri”, s. 101-135). Burada qarşılıqlı ədəbi əlaqə və münasibətlərimiz haqqında müəyyən təhlil və 
araşdırmalar da yer almışdır.
Həqiqətən də, son illər Azərbaycanda Böyük Britaniya ədəbiyyatı ilə bağlı edilən tərcümə, aparılan 
tədqiqat və həyata keçirilən nəşrlər qarşılıqlı ədəbi əlaqə və münasibətlərin son dərəcə məhsuldar olduğunu 
təsdiq edir. 
Gördüyümüz kimi, müstəqillik dövründə Böyük Britaniya – Azərbaycan ədəbi əlaqələri sahəsində çox 
dəyərli nəşrlər meydana çıxmışdır. Onların, habelə digər nəşrlərin hər biri haqqında ayrıca olaraq bəhs 
etmək, tədqiqat aparmaq zəruridir.


M.P.Vaqif və müasirlik 
145
Ədəbiyyat 
1.
Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. II hissə, Bakı, “Elm” nəşriyyatı, 2012, 392 s. 
2.
Михальская Н.П., Аникин Г.В.: "История английской литературы Москва, 1985.
3.
İngilis ədəbiyyatı antologiyası (“Dünya ədəbiyyatı” silsiləsindən). İki cilddə Tərtib edəni və ön sözün – 
“Dumanlı Albionun söz çələngi” – müəllifi: Zeydulla Ağayev, I c., s. 4-8. Bakı, “Şərq-Qərb”, 2007, 336 
s. 
4.
İngilis ədəbiyyatı antologiyası (“Dünya ədəbiyyatı” silsiləsindən). İki cilddə (Tərtib edəni və ön sözün 
müəllifi: Zeydulla Ağayev), II c. Bakı, “Şərq-Qərb”, 2007, 320 s. 
5.
İngilis ədəbiyyatı (“Dünya ədəbiyyatı antologiyaları” silsiləsindən). Tərtib edəni və ön sözün – “Dumanlı 
Albionun söz çələngi”– müəllifi: Zeydulla Ağayev, s. 9-18. Bakı, “Şərq-Qərb”, 2009, 704 s. 
МАМЕДОВ ТОФИК 
Бакинский государственный университет 
«ЛИЦО СВОЕЙ ДУШИ» (ВОСТОК В ТВОРЧЕСТВЕ Л.В. СОЛОВЬЁВА) 
Açar sözlər

ədəbi proses, biografiya, Sovet dövrü ədəbiyyatı, ədəbiyyat tarixi metodologiyası, 
tipologiya, sosialist realizm, Şərq, rusdilli ədəbiyyat, epos, poetik üslub
The theme of the Orient in the works of L.V. Solovyov 
The article examines the theme of the Orient in the works of L.V. Solovyov. The origins of the oriental 
issues concerning the philosophical antinomy of good and evil are provided. The paper analyzes novel 
artistic achievements of the writer in the elaboration of other cultures' material. 
Keywords

literary process, biography, Soviet period literature, methodology of literary history, 
typology, socialist realism, the Orient, Russian-language literature, epos, poetic style
Литература советского периода помогает понять историю страны, которая зачастую 
представляется нам недосягаемым, величественным колоссом, чудищем, монстром, хотя на деле всё 
было не так: монстр медленно, в течение долгих продолжительных десятилетий великой истории 
постепенно вызревал в душах людей, оставив после себя глиняные черепки беспамятства. Историю 
легко объяснять задним числом, на каждое явление навешиваются ярлыки и вместо истинной 
картины мира, мы получаем каталог-мартиролог типичных случаев эпохи, которыми впору пугать 
волков или рассказывать анекдоты. Но остаётся непонятной одна вещь! Откуда это физически 
ощущаемое чувство внутренней свободы в стиле, в мыслях и поступках людей 30-х годов, таких как 
А.П. Платонов, М.М. Зощенко, О.Э. Мандельштам, А.А. Ахматова, А.С. Грин, Л.В. Соловьёв и 
многих других, не менее известных деятелей советской культуры. Без учёта их жизненного и 
творческого опыта нам трудно будет восстановить истинно демократические ценности в собственных 
представлениях. 
Настоятельность изучения и пропаганды биографии и художественных достижений писателей, 
в своём творческом полузабвении подобных Л.В.Соловьёву, диктуется серьёзными методологически-
ми проблемами в современной литературной науке, не способной выйти за рамки таких гражданско-
социологических форм осмысления литературного процесса как свой-чужой, белые-красные, 
литература метрополии и эмиграции, тоталитаризм и демократия, высокая и низкая литература, и т.д. 
и т.п. Выборочность имён в изучении литературной истории оборачивается, в конечном счёте, 
забвением прогностической функции литературоведения, в свою очередь, базирующейся на 
использовании всего многообразия художественных форм, открытых художниками слова. 
Методические аспекты преподавания классики негативно отражаются на теоретических способах 
воссоздания необходимого историко-литературного контекста для понимания самих классиков. 
Единственным исключением, на наш взгляд, представляется двухтомное учебное пособие Н.Л. 
Лейдермана и М.Н. Липовецкого «Современная русская литература: 1950 — 1990-е годы».
Безусловно, отмеченные рассуждения характерны, в отличие от современных академических 
структур, для ряда университетских центров постсоветской формации. Русская формальная школа 
рубежа 1920-х годов показала примеры вовлечения в научный оборот писательских имён и образцов 
т.н. невысокой литературы, сделав их достоянием серьёзного академического интереса и анализа, но 
всё это пришло в противоречие с догматически трактуемой и разрабатываемой теорией социа-


M.P.Vaqif və müasirlik 
146
листического реализма как базовой основы советского литературоведения. И этот шлейф 
замороченных исторических и теоретических представлений и интерпретаций и по сей день продол-
жает оказывать своё негативное влияние на различные формы изучения литературной истории. 
Чёрная гранитная плита, лежащая на земле, на которой написано «Писатель Соловьев Леонид 
Васильевич 1906-1962 г.». И если бы не цветы от почитателей таланта и поклонников его 
легендарных книг, то только невзрачная простота, пугающая своей символической пустотой, могла 
бы привлечь пытливый взгляд к величию этого, не больше пяди в высоту, вдавленного временем в 
объятия земли, надгробия. 
Моя тропинка заблудилась где-то 
В полях, садах безлюдных и нагих, 
Ронявших слезы с тонких черных веток. 
О чем, о ком? Я не спросил у них… 
....................................................... 
Молчали горы, и сады молчали, 
И лишь вдали, в туман сырых низин, 
В самозабвенной сладостной печали 
Молился, плача, старый муэдзин (10).
Жизненная судьба Леонида Соловьёва неотделима от Востока, а восточная культура, 
духовность и история стали той основой, на которой произросло его творчество. «Жизнь моя до 
двадцати пяти лет была неразрывно связана с Востоком. Родился я в 1906 году в городе Триполи 
(восточный берег Средиземного моря, ныне государство Ливан) в семье инспектора русско-арабских 
школ. Юность провёл в Средней Азии, которую исколесил вдоль и поперёк. Там и начал писать в 
газете "Правда Востока" (8)», - так начинает свою автобиографию в 1959 году Леонид Соловьев.
Возвратившись в 1909 году в Россию, после ряда служебных перемещений, семья Соловьева с 
1920 года окончательно поселилась в Коканде. Любовь родителей к путешествиям, их глубокое 
чувство привязанности к Востоку, интерес к его культуре, языкам, фольклору, быту и традициям, 
уважение к обрядам и нравам людей различных конфессий, в первую очередь мусульман - все это с 
детства передалось будущему писателю. «Молодость отца и матери писателя прошла в Палестине, 
где родился и Леонид Соловьев. Альбомы с цветными видами восточных городов, книги и 
уникальные вещицы, непосредственно связанные с Востоком,— этот маленький домашний музей 
завораживал писателя с детства. Самый дух Востока царил в семье Соловьевых. Детство и юность 
писателя прошли не в обособленном узком мирке, двери родительского дома были широко 
распахнуты навстречу "ветрам нового"(7; II, 76-77)». 
Известный советский литературовед Корнелий Зелинский, в прошлом - главный теоретик и 
литературный критик группы конструктивистов, отмечал, что «в русской советской литературе 
образовался даже тип писателя, которого не знала старая литература, всецело посвятившего себя 
изображению жизни другого, братского народа (2, 146)». В случае с Л.В. Соловьёвым следует 
констатировать, исследовать и расширять представления о русскоязычии в национальной литературе 
Узбекистана, и в целом - Туркестана. 
В 1923 году он добровольцем уходит в Красную Армию, «которая вела борьбу с басмачеством 
(Цит. по: 4, 3)». Ранние очерки и рассказы писателя «По кишлакам», «В ферганских песках» (1925), 
«Песня Мамеда-Али», «Смех под солнцем» (1927), «Уинчи» (1929) и другие свидетельствуют о 
чутком отношении к жизни коренных народов Средней Азии, прекрасном знании языка, культуры, 
истории, этнографии Узбекистана.
В советском литературоведении его называли «одним из первых собирателей узбекского 
фольклора: многочисленны его публикации легенд, народных сказаний, песен в газете "Правда 
Востока", журнале "Красная новь", сборнике "Литература Узбекистана" и т.д. (Цит. по: 4, 5)». В 1930 
году по материалам полевой работы в Ферганской долине Леонид Соловьев выпустил сборник 
«Ленин в творчестве народов Востока. Песни и сказания», являющийся своеобразным отражением 
времени. По этому поводу современный мемуарист Евгений Калмановский высказывает мнение о 
созданной Леонидом Соловьевым фольклорно-литературной мистификации: «На самом-то деле все 
вошедшие туда произведения сочинил сам Соловьев (3)». В преуведомлении к электронной 
публикации данного сборника высказывается мнение о неосновательности этого свидетельства (9). 
В 1931 году Л. Соловьев приезжает в Москву и поступает учиться на литературно-сценарный 
факультет ВГИКа. Здесь он знакомится с М. Горьким, которому посвящает один из лучших своих 
рассказов "Солнечный мастер" (1939). Тема этого рассказа – судьба творчества и художника - 
перекликается с эпизодом из рассказа «Сын муэдзина», посмертно опубликованной в «Книге 


M.P.Vaqif və müasirlik 
147
юности» (1963). Горький, познакомившись с рукописями некоторых рассказов начинающего 
писателя - «112-й опыт», «Колесо», «Поход победителя» - отметил, что их «автор — литературно 
грамотен, у него простой, ясный язык, автор, видимо, учился у Чехова, умеет искусно пользоваться 
чеховскими «концовками», обладает юмором и вообще даровит. Чувствуется, что он усердно ищет 
свой путь, подлинное "лицо своей души " (1, 680)». 
Леонид Соловьёв остался в истории мировой литературы писателем одной книги – дилогии 
«Повесть о Ходже Насреддине», состоящей из двух романов: «Возмутитель спокойствия» (1940) и 
«Очарованный принц» (1950; опубликована в 1956 году). Причин этому множество, и психологи-
ческих, и бытовых, и исторических, которых хватило бы на несколько разных жизнеописаний. Это 
особый тип проблемы, практически не осмысляемой в культурологическом плане историческим 
литературоведением. Классическим образцом подобного подхода является работа выдающегося 
философа и эстетика Михаила Александровича Лифшица «Человек тридцатых годов». 
Квинтэссенцией воспоминаний, тоски по родному Узбекистану и переплавленного жизненного 
опыта становится увидевшая свет в 1940 году первая книга ««Повести о Ходже Насреддине» под 
названием «Возмутитель спокойствия». Редкий по тональности эпиграф предваряет этот 
удивительный эпос: «Памяти моего незабвенного друга Мумина Адилова, погибшего 18 апреля 1930 
года в горном кишлаке Нанай от подлой вражеской пули, посвящаю, благоговея перед его чистой 
памятью, эту книгу. В нем были многие и многие черты Ходжи Насреддина - беззаветная любовь к 
народу, смелость, честное лукавство и благородная хитрость, - и когда я писал эту книгу, не один раз 
мне казалось в ночной тишине, что его тень стоит за моим креслом и направляет мое перо. Он 
похоронен в Канибадаме. Я посетил недавно его могилу; дети играли вокруг холма, поросшего 
весенней травой и цветами, а он спал вечным сном и не ответил на призывы моего сердца… (10, 3)».
В упомянутой автобиографии Соловьёв следующим образом оговаривает трагические факты и 
условия, связанные с продолжением главной книги своей жизни: «Начал исподволь готовиться к 
второй книге. Но война и последующие личные события круто повернули мою жизнь. Во время 
войны служил военным корреспондентом газеты "Красный флот" на Чёрном море <…> Только в 
1956 году мне удалось закончить и выпустить вторую книгу о Ходже Насреддине — "Очарованный 
принц" (8)». «Последующие личные события», круто перевернувшие жизнь писателя – это арест в 
сентябре 1946 года, десять месяцев предварительного заключения, ложное обвинение в замысле 
террористического акта против главы государства, отбывание наказания в лагере Дубравлаг 
Мордовской АССР вплоть до июня 1954 года. 
Исследователями творчества писателя отмечается стилевая разнородность двух романов 
соловьёвской дилогии. Жизненные испытания усилили философские поиски автора, сделали вторую 
книгу более выдержанной в сюжетно-композиционном плане.
Создание образа Ходжи Насреддина – яркое достижение творческого гения Леонида Соловьёва, 
сопоставимое с эпосами «Гаргантюа и Пантагрюэль» Франсуа Рабле, «Дон Кихот» Сервантеса, 
«Легенда о Тиле Уленшпигеле» Шарля де Костера, «Кола Брюньон» Ромена Роллана и др. Автору 
удалось создать реалистически полнокровный образ мусульманского философа, мудреца, 
«печальника мужицкого горя (Цит. по: 6, 9 - слова академика В.А. Гордлевского)» по своему пафосу 
и идейно-художественному значению не уступающему фольклорным собратьям. Характеризуя 
важность для современного общества и воспитания нравственных координат, заложенных в «Повести 
о Ходже Насреддине», Виктор Шендерович подчеркнул: «Ведь мы же любим героя, мы понимаем, 
что он впереди нас. Важно, что мы хотим идти в его сторону. Не важно, дойдем ли, важно, что идешь 
именно в ту сторону. Не в сторону ростовщика, а в сторону Насреддина… (11)». 
Литература 
1.
Горький М. О литературе. М.: Советский писатель, 1953, 868 с. 
2.
Зелинский К.Л. Литература народов СССР. М.: Гослитиздат, 1957, 408 с. 
3.
Калмановский Е.С. Жизнь и книги Леонида Соловьёва // http://nashnasreddin.ru/leonid-
solovyov/zhizn-i-knigi-leonida-solovyova/ 
4.
Кольцова И.В. По следам Насреддина. Дилогия Соловьёва о Ходже Насреддине. Ташкент: 1980, 
112 с. 
5.
Лифшиц М.А. В мире эстетики. Статьи 1969 - 1981 гг. М.: Изобразительное искусство, 1985, с. 189-
313. 
6.
Молла Насреддин. Забавные и поучительные рассказы, изречения, анекдоты. Баку: 1984, 328 с. 
7.
Очерки истории русской литературы Узбекистана. Том I. Ташкент: 1967, 272 с.; Очерки истории 
русской литературы Узбекистана. Том II. Ташкент, 1971, 272 с. 


M.P.Vaqif və müasirlik 
148
8.
Соловьёв Л.В. Коротко о себе (Автобиографическая статья Л.В. Соловьёва из издания 1964 года) // 
http://nashnasreddin.ru/leonid-solovyov/o-sebe/ 
9.
Соловьёв Л.В. Ленин в творчестве народов Востока. Песни и сказания. М.: Московский рабочий, 
1930, 126 с. // https://archive.org/details/Lenin_Solovjov 
10.
Соловьев Л.В. Повесть о Ходже Насреддине. Книга юности: Повесть и рассказы. Л.: Лениздат, 
1990, 672 с.
11.
Шендерович В.А. Невыносимая легкость бытия. Интервью журналу Профиль // 
http://www.profile.ru/pryamayarech/item/79559-nevynosimaya-legkost-bytiya 
MƏMMƏDOVA AYNURƏ 
Bakı Dövlət Universiteti 
MİRZƏ ƏLƏKBƏR SABİRİN “RUHUM” ŞEİRİNDƏ TƏSƏVVÜF GÖRÜŞLƏRİ 
Açar sözlər:
M.A.Sabir,
realist, classic, lyrics, genius. 
Mirza Alakbar Sabir sophism meetings in "Ruhum"
Mirza Alakbar Sabir lived and worked in the late 19
th
century and the early 20
th
century. Most of the 
works are satire. Pages of the journal Molla Nasreddin and was known for further enrichment by the pen of 
Sabir. M. A. Sabir wrote lyrical poems inclassical style, limiting the period of negative criticismby writing 
satire. This poem worthy place in Azerbaijani literature of the period in which art was reflected sophism 
meetings related to the work of the first period. 
Keywords: 
sophism, satire, literature, lyrics, literary critic. 
Mirzə Ələkbər Sabir, uşaqların sevimli və qayğıkeş dostu, böyüklərin qəm yoldaşı, vətən, millət 
fədaisi, ağladaraq güldürən, güldürərək ağladan və ən əsası da hər kəlamda düşündürən ustad sənətkar. 
Onun yaradıcılığı çoxlarının maraq dairəsində olmuş, haqqında saysız-hesabsız kitablar yazılmışdır. Hər kəs 
Sabirin dərya olan yaradıcılığından bir damla götürməyə çalışmış, əsərlərini təhlil etmişdir. Böyük Ustadın 
realist qələmindən süzülən satirik şeirləri daha çox təhlil edilmiş, burada qaldırdığı bəşəri problemlər 
oxucuların diqqətinə çatdırılmışdır. 
Mirzə Ələkbər Sabir zamana hökm edən əvəzolunmaz sənətkardır. Onun bizlərə təlqin etdiyi 
məsələlər bu gün də aktualdır və hər zaman da belə olacaqdır. Onun əsərlərini oxuduqca sətirlərin arasında 
itib batırsan. “Uşaqlara hədiyyə” sini uşaq saflığı ilə oxuduğumuz halda, satiraları qüvvətli bir sillə kimi bizi 
uşaqlığın saf duyğular aləmindən oyadıb dövrün təlatümlü hadisələrinin içərisinə atır. Onun lirik şeirlərinin 
mövzusu isə başqa bir aləmdir. Bu şeirlərdə başdan sona kimi klassiklərimizin ənənəsinə sadiqlik, Nəsimi, 
Xətayi, Füzuli və.s qəzəllərinin ruhu duyulmaqdadır. Bundan başqa Ustadın həyatında mühüm rol oynayan, 
ondakı işığı görən və lap kiçik yaşlarından yazdığı şeirlərində olan qüvvətli yaradıcılıq ruhunu üzə çıxaran,
ədəbiyyatımızda məşhur qəzəlləri ilə Füzulidən sonra ikinci yer tutan S.Ə. Şirvanin adını mütləq çəkməliyik. 
O, bir qəzəlində “vəhdəti-vücud” fəlsəfəsini aşağıdakı kimi ifadə etmişdir: 
Bəhri-vəhdət mövc edib, dışra dağıldı qətrələr, 
Oldular ol qətrələrdən dürri-lala müxtəlif. 
Buradan da məlum olur ki, M.Ə.Sabirin təsəvvüf görüşləri uşaqlıq yaşlarından formalaşmağa başlamış 
və möhtəşəm sənət nümunələri meydana çıxmışdır. 
Bütün bunlar Sabir yaradıcılığının çoxşaxəli, rəngarəng xüsusiyyətə malik olduğunu göstərir. Ustadın 
yaradıcılığının maraqlı tərəflərindən biri də budur ki, hansı mövzudan yazırsa yazsın ustalıqla bu işin 
öhdəsindən gəlir və onun qələmindən çıxan hər bir kəlam yeni bir sənət nümunəsi sayılır.
Sabirin lirik şeirlərini oxuduqca məlum olur ki, Ustad klassik dövr ədəbiyyatını mükəmməl bilmiş və 
bir sıra qəzəllərində klassiklərin layiqli davamçısı olduğunu sübut etmişdir. Biz də bu yazımızda Ustadın 
klassik üslubda yazılmış şeirlərində təsəvvüf mövzusundan bəhs edəcəyik. 
Təsəvvüf mövzusu klassik dövr ədəbiyyatımızın ən möhtəşəm və ayrılmaz mövzusudur. Hətta bu 
məzmunda yazılan əsərlərin o qədər böyük əhəmiyyəti var ki, “təsəvvüf”süz klassik ədəbiyyat yoxsul və 
quru görünür. Təsəvvüfçülərin əsas prinsipi belə idi: zahiri ibadət qaydalarını mükəmməl şəkildə icra edib 
daxilən riyakar olmaqdansa HAQQI qəlb sevgisi ilə sevib ona könüllə ibadət etmək daha düzgün etiqad 
yoludur. Sufizm ideologiyasında eşq fəlsəfəsi bitkin və mükəmməl bir konsepsiyadır. Eşq bəndəni, qulu 
ALLAHa, sufini, saliki HAQQA, aşiqi məşuqa, Yara, canana bağlayan ən ali hiss, ən uca duyğudur [1, 16]. 


M.P.Vaqif və müasirlik 
149
Təsəvvüf şeyxlərinə görə məhəbbət və eşq başqa-başqa anlayışdır. Eşq közün özüdür, daha çox yandırır, 
daha şiddətlidir. Məhəbbət isə közün işığıdır. Ancaq “eşq” və “sevgi” nə qədər əzəmətli duyğu, möhtəşəm 
hiss olsa da bir o qədər də cəfaverici xislətə malikdir. Buna görə də təsəvvüfdə “eşq müşkülü”, “bəlayi-eşq”
adlanan ayrıca bir anlayış hakimdir [2, 298]. Aşiqlik iddiasına düşən bu yolun çətinliyini dərk etməli və 
məşuqun min min onun kimi heyranı olduğunu bilməlidir. 
M.Ə.Sabirin “Ruhum” şeirində sufizm ideologiyasının necə təzahür etdiyini aydınlaşdırmaq üçün 
şeirin təhlilinə nəzər salaq. 
Ruhum, ey şahbazi-ülviyyət,
Himmətim tək fəzadə pərvaz et! 
Uç! Uç! Övci-səmadə pərvaz et! 
Təngnayi-bədəndə var xiffət [3, 83]. 
Şairin ruhuna müraciət etməsi bir sufinin öz daxilinə, qəlb aləminə enərək özünə müraciət etməsi ilə 
səsləşir. İnsan öz xisləti etibarilə ikili xassəyə- həm ilahi, həm də maddi keyfiyyətə malikdir. Onun ruhu 
ilahi, cismi isə maddi varlığın məzhəridir. Təsəvvüf ideologiyasına görə ruh bədəndə əmanətdir, ruh 
əbədidir. Cism isə maddi dünya kimi fanidir, bir müddət sonra məhvə məhkumdur. Sufizmin əsasında da 
insan üçün ən əhəmiyyətli olan onun daxili, mənəvi aləmidir. Şairin burada ruhuna “ülvi mənəviyyat” deyə 
müraciət etməsi onun insan mənəviyyatına verdiyi önəmin ifadəsidir. Yəni insanın əsas vəzifəsi öz 
qəlbindən, ruh halından xəbərdar olmasıdır. Digər misrada “Uç! Uç! Övci-səmada pərvaz et! 
Təngnayi-bədəndə var xiffət” [3, 83] 
Deyən şair ruhuna müraciət edərək sıxıntılarla, qəmlə dolu bədən məskənini tərk edib səmalara 
yüksəlməsini söyləyir.
Aşiyani-bədəndə etmə qərar, 
Yanma sən də mənim tək narə 
Bulamazsın məlalimə çarə! 
Sıxılarsan lətifsən zinhar! 
Şeirin üçüncü misrası “ Bulamazsın məlalimə çarə” M.Füzulinin “Ey təbib” rədifli qəzəlinin bu 
beytləri ilə səsləşir. 
Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib, 
Eyləmə rüsvay özün həm qəlbimi qan, ey təbib! [2, 297] 
M.Ə.Sabirin qeyd etdiyimiz misralarında əksini tapan sufi-irfani görüşlər Füzuli kimi dühanın 
qəzəlləri ilə istər məzmun, istərsə də ifadə baxımından səsləşir. 
Biz təsəvvüfün mahiyyətindən danışarkən qeyd edirik ki, təsəvvüfün başlanğıcı zöhd, təqva, şəriət 
qaydalarına əməl etmək, sadə həyat tərzi, sonra tədricən nəfsi öldürmək, dünyəvi həvəsləri tərk etmək, 
masivanı (ALLAHın zatından başqa hər şey masiva adlanır) atıb yalnız haqqı tutmaq, ilahi eşq yolçusuna 
çevrilmək və son məqsəddə öz cismani varlığını yox sanıb, ruhani varlığını ALLAHın varlığında fəna 
etməkdir. Başqa sözlə “təsəvvüf” nəfsin törətdiyi afətlərdən təmizlənmək, dünyəvi həvəslərdən yaxa 
qurtararaq HAQQa yaxın ilk sırada və yüksək dərəcədə dayanmaq deməkdir [1, 31] Bu yolda isə aşiq bir çox 
məşəqqətlərə qatlanmalı, nəfsinə yenilməməli və məşuquna qovuşmaq üçün hər şeyə səbr etməlidir. Bu 
səbəblə Nəsimi, Füzuli, Sabir şeirlərində təsvir olunan haqq aşiqi eşq dərdinin özünü həm də dərdinin 
məlhəmi sayır, ondan qurtulmağı arzulamır. M. Füzulinin “Leyli və Məcnun” poemasında Məcnunun 
dilindən verilən aşağıdakı misralar fikrimizi dəqiqləşdirir. 
Ya Rəb bəlayi-eşq ilə qıl aşina məni, 
Bir dəm bəlayi-eşqdən etmə cüda məni [2, 298] 
Eləcə də ustad Sabir “Bulamazsın məlalimə çarə” deyərək eşq “bəlası”nın çarəsi olmadığını, bu qəmə 
düçar olan aşiqin öz halından razı olduğunu bildirir. 
Şeirin digər misraları: 
Boşla bu cismi, cisim mən deyiləm 
Sana müşkül olursa hicranım, 
Mən sənin, sən mənim dilü-canım,
Mən sənin kəndinəm, bədən deyiləm! 
Sufizmdə “vəhdəti-vücud” nəzəriyyəsinin xüsusi rolu və tutumu vardır. Təsəvvüf və irfan əslində 
özünün təkamül və yüksəliş tarixində bu nəzəriyyə ilə zirvəyə və kamala çatır. Bu nəzəriyyəyə görə daimi 
mövcud olan yalnız bir varlıq vardır, ALLAH. Həmin varlığa “vacibül-vücud” və yaxud “vücudi-küll” 
deyilir. [1.28] Bu təlimə görə sonsuz sayda olan maddi varlıq və cismlər Tanrı zatının təcəllisidir. Haqdan 
qeyri nə varsa bütün masiva Haqqın zat və sifətlərinin təcəllisi, başqa sözlə onun müxtəlif cismani varlıqlar 
şəklində təzahüründən ibarətdir [1, 27]. 


M.P.Vaqif və müasirlik 
150
Kamil insan odur ki, bu həqiqətləri dərk edir və gəldiyinə qovuşmaq onun yeganə məqsədi olur. 
Ustadın bu misralarında da artıq eşq atəşilə tutuşub yanan aşiqin haqqı dərk etməsi, həqiqət aynasında özünü 
görməsi, fəna mərhələsinə gəlib çatması, məşuqa qovuşmağa hazır olduğu bildirilir. Həqiqət aynasına baxan 
aşiqin əslində məşuqun özü olduğunu dərk etməsi, bir sözlə “vəhdəti-vücud” fəlsəfəsi öz ifadəsini tapmışdır.
Bir səfa bulmadıq bu aləmdə, 
Başqa bir aləmə varıb gedəlim, 
Bir ovuc xaki xakə tərk edəlim, 
Mədfəni-şumi ali adəmdə! 
Vəhdəti-vücud təlimində “dövri hərəkət” anlayışı da mühüm əhəmiyyət kəsb edir. Həmin anlayışa 
əsasən vücudi-küldən ayrılan hər bir zərrə-cüzv çeşidli qeybi və maddi yollardan keçərək yenidən əslinə- 
vücudi-küllə qayıdıb qovuşur. İlahi zatdan qopmuş nur üçün bu aləm gözəl olsa da, onda “vücud sevgisi” 
vardır. Buna görə də nur hər zaman əslinə, vücuda qovuşmağa can atır. ALLAHla qovuşma anı isə 
təsəvvüfdə “fəna-fillah”mərhələsi adlanır. [1, 29] Bu zaman insan öz cismani vücudunu və maddi həyatı 
unudub ruhunu ilahi varlıqda yox edir. 
Bu misralar hürufizmin görkəmli nümayəndəsi olan İ. Nəsiminin qəzəlində də aşağıdakı şəkildə öz 
əksini tapmışdır. 
Dünya duracaq yer deyil, ey can səfər eylə! 
Aldanma anın alına, ondan həzər eylə! 
Hər iki sənətkarın yaradıcılığında öz əksini tapan ifadələr dünyanın fani olduğunu, onda olan heç bir 
nemətin, ötəri istəklərin bir sufinin, haqq aşiqinin nəzərini əsla cəlb etmədiyini göstərir. 
Ədəbiyyat
1.
Babayev Y. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı: Nurlan, 2007,128 s. 
2.
Cəfərli M. Azərbyaycan elm və irfan sərdarları. Bakı: Nurlan, 2015, 344 s. 
3.
M.Ə.Sabir. Hophopnamə: 2 cilddə, ıı c. Bakı: Şərq-Qərb, 2004, 384 s. 
MƏMMƏDOVA SƏİDƏ 
filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
M.Ə.RƏSULZADƏNİN “STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ” MEMUARINDA
İCTİMAİ-SİYASİ MÜHİTİN ANALİZİ 
Açar sözlər: 
tarix, memuar, analiz, nəticə, respublika
Analysis of the social-political environment in the memoirs by M.A. Rasulzade in the Stalin 
İn the article
«
Analysis of the social-political environment in the memoirs by M.A. Rasulzade in the 
Stalin
».
The relationship between Rasulzadeh (one of the founders of the ADR) and Stalin against the 
backdrop of the history of the Republican of Azerbaijan. Special historical meetings between them and their 
results. 
Keywords

history, memoir, analysis, result, republican
Azərbaycan ədəbiyyatı qədər qədim və zəngin olan mühacirət ədəbiyyatı hələ orta əsrlərdə görkəmli 
qələm sahibləri - Xətib Təbrizi və İmadəddin Nəsiminin Vətəndən uzaqlarda fəaliyyətləri bu anlayışın tarixi 
köklərinin dərinliyini göstərir. XX əsrdə Azərbaycanın bir sıra qələm sahibləri müxtəlif səbəblərdən
Vətəndən kənarda yaşamaqlarına baxmayaraq Azərbaycan ədəbiyyatını inkişaf etdirmiş və böyük bir epoxa 
yaratmışlar. 
“Azərbaycan mühacirət ədəbiyyatı ilə bağlı çoxlu məqalələr, monoqrafiyalar, kitablar və 
dissertasiyalar yazılmışdır. Lakin mühacirət ədəbiyyatı irsi forma, məzmun, problem, şəxsiyyətləri 
baxımından o qədər zəngindir ki, onu pərakəndə şəkildə araşdırmaq, təhlil etmək və müəyyən elmi 
qənaətlərə gəlmək mümkünsüzdür” (1, s. 5) Azərbaycan mühacirət ədəbiyyatını müəyyən mərhələlərə
ayırmaq olar: (1909-1920). Bu mərhələlərin görkəmli nümayəndələri sırasında Əlibəy Hüseyinzadənin 
adını çəkmək olar (1920-1941). Bu dövrün nümayəndələri olmuş ədəbi simalardan Məhəmməd Əmin 
Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər, Əlimərdan Topçubaşov
Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyov, Əhməd Cəfəroğlu, K.Odər, Hüseyn Baykara, Almas İldırım 
və s. Bu mərhələdə 1924-cü ildə Məmməd Əmin Rəsulzadə İstanbulda azərbaycanlıların milli mərkəzini
yaratdı və hər bir mühacir bu mərkəzin üzvü oldu. Milli mərkəzin əsas məqsədi şimali Azərbaycanda sovet 
hakimiyyətinin devrilməsi və müstəqil milli dövlətin bərpa edilməsi idi. Bundan sonra da müxtəlif 


M.P.Vaqif və müasirlik 
151
səbəblərdən Vətəni tərk edən mühacirlər qürbət ölkələrdə fəaliyyətlərini davam etdirdilər. Milli istiqlal 
duyğusu, Vətən həsrəti onları eyni dalğada - ədəbi müstəvidə birləşdirdi. Beləliklə , əsas mövzusu ideoloji 
məsələlərlə bağlı ədəbi nümunələr Azərbaycan mühacirət ədəbiyyatını şərtləndirdi. Bu mənada 
Azərbaycanın öndər ideoloqu Məhəmməd Əmin Rəsulzadənin stalinizm haqqında yazaraq Türkiyədə çap 
etdirdiyi məqalələr seriyasından ibarət “Stalinlə ixtilal xatirələri” (1954) əsəri diqqəti cəlb edir. Burada 
keçən əsrin əvvələrində çarizmə qarşı mübarizədə Stalinlə bağlı xatirələrdən bəhs olunur. Xatirələrdə əsil adı 
İosif Vissarionoviç Çuqaşvili olan Stalinin real portreti əks olunmuşdu. O dövrün məcburiyyətləri və 
hadisələr bu fonda axarla getmişdir. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan Azərbaycan Xalq 
Cümhuriyyəti özünün demokratik əsaslarını əməli olaraq qısa müddətdə həyata keçirdi. 
Əsər Məhəmməd Əmin Rəsulzadənin Stalinlə bağlı giriş yazısıyla başlayır. ”Stalinə nekroloq 
yazanlardan biri məqaləsinə: “Fantastik adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir pinəçi 
ailəsində doğulmuş Kremldə dünyanın ən böyük diktatoru olaraq öldü” – deyə başladı”. “Çarlıq rejiminə 
qarşı mücadilədə Sovet istilası və əsarəti , Moskva yolunda , Moskvada iki il, Moskvadan qaçış fəsillərini 
ehtiva edən bu xatirələr çağdaş tarixçilərə yarıyarsa, sərf edilən əmək boşa getməmiş olar qənaitindəyəm . 
Bu xatirələri Stalinin həyatda ikən edilən bəzi təkliflərə rəğmən nəşr etmək istəməmişdim; çünki 
obyektiv olaraq nəql olunacaq hadisələrin bir qismi, bir baxımdan, qərəzli izaha yer qoya bilərdi. İndi isə bu 
ehtimal meydandan qalxmış. Stalin artıq tarixə qarışmışdır” (2, s. 15). Məhəmməd Əmin Rəsulzadə bu 
xatirələrin nədən məhz bu zamanda oxuculara çatdırılmasının səbəbini göstərir. 
Bakıda bolşevik fraksiyasını idarə edən Koba adlı bir şəxslə M.Ə.Rəsulzadənin tanışlığı baş tutur. 
Bəlkə də bu tarixi an olmasaydı, Azərbaycan Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə hələ uzun illər 
yaşayıb yaratmazdı. “Qudok” (Düdük) qəzeti ilə birliyə başlayan M.Ə.Rəsulzadə və Koba münasibətləri bu 
xatirələrdə aydın görünür. Keşən əsrin əvvəllərində baş verən siyasi hadisələrin – bolşevik, menşevik 
qarşıdurması ən xırda detallarına kimi xatirələrdə əks olunmuşdur. 
Kobanın əsrin əvvələrində Bakıda quldur dəstənin başında durduğu və sonradan Bayıl təcridxanasına
düşməsi, oradan qaçırılması planının hazırlanması haqqında yazılardan böyük bir imperiyanın başına keçən 
bu insanın necə biri olduğu aydın şəkildə görünməkdədir. 
“Gürcü və rus dillərindən başqa bir dil bilməyən və Avropaya qısa müddətdə yalnız bir dəfə Leninlə 
görüşmək üçün gedən və orada ikən son dərəcə sıxılan Stalin Avropa mədəniyyəti deyilən şey haqqında 
yüksək bir fikir sahibi deyildi. Onun üçün bu mədəniyyət idi. Əsl yeni və sağlam mədəniyyəti sovetlər 
yaradacaq, buradan dünyaya yeni bir işıq yayılacaqdır. Bu fikirlətlə oxucu Stalinin necə bir “şəxsiyyəti 
olduğunu görür. Və bu “ mədəniyyət ” daşıyıcılarına insana tarix , zaman öz layiqli qiymətini verdi (2, s. 15). 
“Millətin təkamülü ümumi surətdə hadisələrin doğurduğu zərurətlərlə həmahəng olmaq nəticəsində 
baş verir. Xarakterləri çox mühafizəkar olsa da bu hal onların surətli təkamülünə kafi dərəcədə sədd çəksə, 
çox müddətli inqilab baş verə bilər...” (3, s. 101; 246) 
“Rusiyada baş verən inqilablar, xüsusilə Romanovlar sülaləsinin devrilməsi ilə nəticələnən burjua 
inqilabının təkanverici dalğaları getdikcə bütün dünyaya yayılmaqda idi. Sanki, çevrilişlər, üsyanlar, milli-
azadliq hərəkatları hegemon dövlətlərin tərkibinə birləşdiriləcək hürr yaşama haqları əllərindən alınan 
millətlərin və xalqların öz milli varliqlarını dərk etmələri, dövlət sərhədlərini müəyyənləşdirərək 
müstəqilliklərinin digər dövlətlər tərəfindən tanınması tələblərilə çıxış etmələri üçün əlverişli zəmin 
yaratmışdı” (4, s. 17). 
“Xaotik şəkildə cərəyan edən hadisələr – bir tərəfdə neft sənayesinə artan maraqlarla xarici 
kapitalistlərin Bakını istila etmək niyyətləri, digər tərəfdən bolşevik, menşevik basqıları, qardaş qırğını 
təhlükəsi yerli əhalini çıxılmaz vəziyyətdə qoyulmuşdu. Bir şox inqilabların eyni vaxtda baş verməsilə 
səciyyələnən bu dövr tarixə intibah dovrü kimi daxil oldu” (4, s. 18). “ Məhəmməd Əmin Rsulzadə, Əli bəy 
Hüseyinzadə, Üzeyir bəy Hcıbəyov, Əhməd bəy Ağaoğlunun öndərliyi ilə meydana çıxan bu təlim milli - 
tarixi yaddaşa qayıdış, humanizmə söykənən islami dəyərlərin mübadiləsi, türkçülük, demokratik 
cümhuriyyətin yaradılması kimi mütərəqqi müddəalar əsasında həyata keçirilirdi” (4, s. 18). 
Diqqəti çəkən məqamlardan biri də Stalinlə M.Ə.Rəsulzadə arasında gedən söhbətlərdə Şaumyanın 
Bakıya gəlişi və burada 1918-ci ilin 31 martında Bakıda cəmləşmiş rus hərbi hissələrini təhrik edərək türk və 
müsəlman əhaliyə qarşı bir qətliam tərtib etməsi məsələsinə toxunmasıdır. Və Stalin söhbəti zamanı hadisəyə 
işarə verərək qəbahəti Şaumyanın boynuna yükləyir. Sovet propoqandası Stalinin ətrafinda yarı-ilahi “ böyük 
rəhbər və müəllim ” siması yaratmış, onun təşkilatçılıq qabiliyyəti, biliyi, təcrübəsi, milli və digər kəskin 
problemləri həll edə bilməsi bacarığı yüksək qiymətləndirilmişdir. Rəsulzadə və Stalin arasinda prinsipial 
münasibətlər olmuşdur. Bu bəzi zamanlar siyasi ziddiyyət halını alırdı. Dövrün siyasi basqısı, iki siyasi 
xadim arasında baş verən gərgin münasibətlər, o zamanki sovetlər ölkəsinin əsas niyyətini, Rəsulzadə 
memuarda olduğu kimi göstərmişdir. 
Dərbənd divarları nə üçün çəkilmişdir? Başlığı altında verilmiş bölümdə bizə tariximizi təhrif edən rus 
tarixçiləri haqqında məlumat verilir. Millətini sevən, xalqının istiqlalı uğrunda canından keçməyə hazır olan 
M.Ə.Rəsulzadənin həyatıın ən çətin anında belə qorxmadan rus tarixçisinin səhfini tutur. Stalin tarixçi 
Mixayloviçə belə müraciət edir. 


M.P.Vaqif və müasirlik 
152
“- Qulaq as,- dedi,- sən özünü tarixçi hesab edirsən, bax Rəsulzadə nə deyir. Dərbənd divarları cənuba 
deyil, şimala qarşı yaradılmış bir sədd imiş...” (3, s. 54). 
Yol boyu qatarda gedən söhbətlər müəyyən başlıqlar adı altında verilmişdir. ”Rus-alman 
əməkdaşlığı”, “İrana tətbiq olunan siyasət”, ”Sultan Məhəmməd Fateh”, ”İngilislərə qarşı nifrət” və s. Bu 
başlıqlar adı altında verilən yazılardan rusiyanın bu dövlətlərlə bağlı siyasəti öz əksini tapır. Dağlardakı 
“adətlərə”, buradakı “namus” anlayışına hörmət hökumətə etibar baxımından əsasdır. O dövür hakim 
dairələrdə çalışan inqilabçıların bir çoxuna Stalinin mü-nasibəti özünün dediyi sözlərdən görünürdü. Əslən 
yəhudi olan əvvəl menşevik, sonradan bolşeviklərə tərəf keçmiş Trotskiyə Stalinin dərin nifrəti olduğu 
görünür və səbəblərini də açıq şəkildə bildirir. 
Xüsusilə “Rus – alman əməkdaşlığı” başlığı altında verilmiş bölümdə “... rus inqilabi imkanları ilə 
Almaniya yaradıcı qüvvələri arasında səmimi bir ittifaqın yaradılması lazım idi; Rusiyanın dünyanı 
doyurmağa kifayət edəcək sərvətləri ilə Almaniyanın texniki istedad və qabiliyyəti bir araya gəlincə dünya 
inqilabının müvəffəqiyyətinin qarşısını ala biləcək bir qüvvə tapılmaz. Lenin indi tətbiq etmək istədiyi 
beşillik planla Rusiyanın kənd təsərrüfatını Almaniyanın möhtac olduğu yeyinti məhsulları ilə təmin edəcək 
bir hala gətirmək əzmindədir” (2, s. 58-59). Bu fikirlər, gələcəklə bağlı sovet ideologiyasının planları 
Stalinin özünün dedikləri idi. “ Xalq görsə inqilab olar” başlığı altında verilmiş xatirələrdə gözümüz önündə 
Stalinin despot, tiran bir rəhbər olduğu aşıq şəkildə göstərilir. 
Memuarın “Demokratiya məvhumuna nifrət” bölümündə Stalinin demokratiyaya nifrətini, 
diktatorluğa bəslədiyi simpatiyanı özünün danışdığı hadisələrdə görmək olur. Stalinin nəql etdiyi və xüsusi 
pafosla, iftixarla danışdığı hadisələr diqqəti cəlb edir.Volqa boyunda gəmidən yükü boşaltmaq istəməyən 
üsyankar fəhlələrin 20-ni güllələdikdən sonra əmrə tabe olaraq işi yerinə yetirmişlər və gəmi boşaldılmışdır. 
Memuarda M.Ə.Rəsulzadə xüsusi nüanslara toxunmuş və Stalinin necə bir “şəxsiyyət” olduğunu nəzərə
çatdırmağa çalışmışdır. Stalinlə gənclik dostluğu, sonradan ideoloji düşmənçiliyə çevrilir və Rəsulzadə 1920- 
ci ildə bolşevik işğalından sonra həbsə atılır. Stalin tərəfindən azad edilərək Moskvaya aparılan Rəsulzadə 
bolşeviklər tərəfindən aldığı təkliflərə baxmayaraq heç vaxt onlarla əməkdaşlıq etmir. Çox keçmədən o, 
ezamiyyət adı ilə Leninqrad şəhərinə gedir və oradan gizli yollarla Finlandiyaya keçir. Və ömrünün sonuna 
kimi o, Türkiyədə mühacir kimi yaşayır. Stalinizm haqqında - Məhəmməd Əmin Rəsulzadənin, onunla bağlı 
xatirələri və özünün bilavasitə iştirakçısı olduğu hadisələrin fonunda onun obrazını yaradır. Dünyanın böyük 
bir hissəsini kontrolu altına alan, insanları qorxu altında saxlayan və Stalinlə yenidən görüş, bu görüşün real 
səbəbləri ən son anına kimi burada əksini tapmışdır. Bütövlükdə, mövcud dövrdə baş verən hadisələr böyük 
ideoloqun yozumunda Stalinin siyasi portretini yaradır. 
Ədəbiyyat 
1. Bədirxan Əhmədov “Azərbaycan Mühacirət ədəbiyyatı ” simpoziumunun 25 illiyinə. 525 –ci qəzet. s. 5 
2. M.Ə.Rəsulzadə. Stalinlə ixtilal xatirələri. Bakı, Qanun, 2010, 132 s. 
3. Məmmədzadə Mirzə Bala. Milli Azərbaycan hərakatı, Bakı, “Nicat” nəşriyyatı, 1992, 246 s. 
4. Samirə Məmmədli. Azərbaycan cümhuriyyəti bədii nəsrdə. Bakı, Elm və Təhsil, 2009, 178 s. 
5. Elçin. Məmməd Əmin Rəsulzadə, Bakı Şərq-Qərb, 1994, 24 s. 
6. Eminalıyev Eyvaz. Azərbaycan milli memuar ədəbiyyatı, Bakı, Yurd, 1999, 132 s. 
MƏMMƏDOVA ŞƏFƏQ 
Bakı Dövlət Universiteti 
VODEVİL JANRININ XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər: 
Vodevil, janr, komediya, teatr, “Tatarka” 
Genre features of vaudeville 
These are comic situations, humorous stages which are reflected on vaudeville. This genre is the 
product of French literature. The main authors of vaudeville in our literature were actors. When there was 
lack of scene art this genre was used to enrich theatre repertoire. Vaudeville is a little comedic genre which 
brought household issues into a scene. 
Keywords: 
Vaudeville, genre, comedy, theatre, “Tatarka”
Fransızca "vaudeville" kimi səslənən bu istilah əvvəllər Fransa feodalları arasındakı eybəcər şəxsləri 
lağa qoyan xalq satirik mahnılarına verilən ad idi. 18-ci əsrin əvvəllərində yarmarka tamaşaları zamanı ifa 
olunan nəqaratlı kiçik mahnı bəndləri vodevil adlanırmış. Sonralar həcmcə o qədər də böyük olmayan, bəzən 
bəndlər və rəqs əsasında yazılan pyeslər, habelə birperdəli şən komediyalar vodevil adlanmağa başladı. 


M.P.Vaqif və müasirlik 
153
Digər bir fərziyyəyə görə ifadə Vir çayı vadisinin adı ilə bağlıdır. Lakin bu ifadənin sonralar janr adı ilə nə 
kimi bağlanmasını göstərən xüsusi əlamət müəyyən edilməmişdir. 
İlk dəfə fransız ədəbiyyatında yaranan bu janr,sonralar Avropa ədəbiyyatında da işlənmişdir.Başqa 
Avropa ölkə ədəbiyyatları üçün yad olan bu janrın həmin ədəbiyyatlarda formalaşması iki yolla gedirdi. 
Bəzən, onlar fransız vodevil numunələrini öz dillərinə tərcümə edərək ədəbiyyatlarına daxil edirdilər, bəzən 
də janrın xüsusiyyətləri, poetikasi mənimsənildikcə həmin xalqların dramaturqları da bu janrın yeni 
nümunələrini yaradırdılar. Fransadan sonra vodevil janrı Rusiyada inkişaf etməyə başlayır. “Nekrasov, 
Qriboyedov, Çexov bu janrın dəyərli nümunələrini yaratdılar” (1, 211). Azərbaycanda isə vodevil nisbətən 
gec formalaşmışdı. Komediya janrının kiçik forması, mahiyyət etibarilə böyük və mürəkkəb məsələlərin 
həllinə girişməyən vodevil, ədəbiyyatımıza əvvəlcə tərcümə və iqtibas yolu ilə daxil olmuşdur. Bəs vodevilin 
ədəbiyyatımıza daxil olmasını şərtləndirən amil nə idi? Bildiyimiz kimi, Axundovun komediyalarından 
sonra dramatik növün janrlarına xeyli müddət müraciət olunmadı. Bu da dramaturgiyada boşluq yaratdı. 
Başqa bir səbəb kimi, Bakıda teatr səhnəsinin fəaliyyətə başlaması bölgələrdə də teatrların yaranmasına 
təkan verirdi. Təkcə Axundovun komediyalarını səhnəyə qoymaqla xalqın,teatrın tələbatını ödəmək olmazdı. 
Teatr repertuar zənginliyi tələb edirdi. Belə olan təqdirdə, səhnənin boşluğunu doldurmaq üçün həm peşəkar 
dramaturqlar, həm də teatr xadimləri, aktyorlar belə kiçik səhnə əsərləri-vodevillər yaradırdılar. Eyni 
zamanda bu illərdə müxtəlif teatr truppaları yaranırdı ki, bu da repertuar zənginliyi üçün yeni səhnə 
əsərlərinin yaranmasını şərtləndirirdi. Mənbələr göstərir ki, 1885-ci ildə Naxçıvan müəllimləri "Kəl döyüşü" 
və "Üsuli-cədid" adlı vodevil yazıb oynamışlar. Yenə eyni ildə "Görünməyən şal" adlı vodevil 
səhnələşdirmişdilər. "Kəşkül" qəzetinin 1891-ci il 122-ci nömrəsində "M.M" imzalı müəllifin "Qonça" adlı 
vodevili neşr olunmuşdur. Tipik vodevil nümunələri kimi, "Qonça"nın da mövzusu məişətdən alınmışdır. 
Vodevilin en yaxşı nümunələrindən birinə də görkəmli maarifçi ədib Eynəli bəy Sultanovun 
yaradıcılığında rast gəlirik. Eynəli bəyin dramaturgiya sahəsində ilk qələm təcrübəsi-"Tatarka" bəs necə oldu 
yarandı? 1883-cü ildə Eynəli bəyin yaxından iştirakı ilə Naxçıvanın ağıllı, iradəli cavanlarının sayəsində 
"Müsəlman-şiə incəsənət və dram məclisi" fəaliyyətə başladı. Məqsəd dövrün yeni mədəni meyllərinin və 
maarifin intişarına xidmət etmək idi. Gənclər ilk təşəbbüs kimi də teatr tamaşası göstərməyi qərarlaşdırdılar. 
Lakin məqsədlə imkanlar arasında olan təzada baxanda bu iş o qədər də asan görünmürdü. Tamaşanın 
göstərilməsi mütləq idi. Gənclər çalışırdılar ki, tamaşaya qoyulan əsər yerli mühit və şəraitlə bağlı olsun, 
insanların gündəlik həyatda rastlaşdıqları hadisə və şəxslər üzərində qurulsun,bir sözlə "məişətin güzgüsü" 
vəzifəsinə xidmət etsin. Yalnız belə olan şəraitdə indiyə qədər teatrın nə olduğunu bilməyən kütləyə teatrın 
məramını, məqsədini anlatmaq olardı. Onlar istəmirdilər ki, tamaşaçı səhnədə olanlara sadəcə oyun kimi 
baxsın,kütləyə teatrı, gərçəkliyin güzgüsü kimi dərk elətdirmək lazım idi. Məqsədlərini reallaşdırmaq üçün 
əldə tutarlı səhnə əsəri tapa bilməyən Eynəli bəy "Tatarka" vodevilini yazdı. “Mirzə Cəlil “hüşyar dostu” 
barəsində xatirələrində yazırdı ki, bu illərdə Eynəli bəy Con Stüartın qadın azadlığı haqqında əsərlərini 
böyük maraqla oxuyurdu və bu da öz təsirini göstərirdi.Müəllif düşünür ki, bu qədər önəmli bir məsələni 
niyə də məhdud miqyasda olsa da, ictimai fikrin diqqətinə çatdırmayaq?! İsmətli, həyalı Azərbaycan 
qadınlarını müşahidə edən,onları kölə halına salan zehniyyətə nifrət edən Eynəli bəy qarşısında sipər olan 
çətinlikləri bilsə də,məhz qadınları səhnəyə gətirməyə qərar verdi (2, 93)”. Dövrün tələbi qarşısında rusca 
yazmağa məcbur olduğu "Tatarka" vodevili məhz belə yarandı. Mənbələr göstərir ki, bu kiçik səhnə əsərinin 
ilk tamaşası da elə müəllifin ata evində baş tutmuşdur. Pyesin baş qehrəmanı Sənəm rolunu cavan Eynəli bəy 
özü oynayırdı. O dönəm Eynəli bəylə çiyin-çiyinə çalışan aktyor yoldaşlarından biri qeyd edirdi ki, qadın 
personajlarının paltarlarını da müəllif öz evlərindən gətirmişdi. İndiki dövrümüzdə bu adi məsələ kimi 
görünsə də,o dövr üçün bu olduqca cəsarətli addım idi. 
Müəllifin teatr sevgisi naminə təəssübkeş mühitdə atdığı bu təhlükəli addımı dəyərləndirməmək 
haqsızlıq olardı. 
"Bütün gənc, gözəl, namuslu qadınlara” (4, 27) ithaf olunan “Tatarka” vodevilində Eynəli bəy 
qadınlarımızın təbiətindəki fitri nəciblik və dəyanəti ibrətamiz lövhələrlə əks etdirmişdir.Vodevildə özünə, 
yüksək cəmiyyətlə təmasına güvənən, rus, polyak qızları ilə keçmiş maceralarıyla qürrələnib özünü qadın 
qəlbinin bilicisi sayan, "bizim qadınlar ağıldan yüngüldürlər deyərək, istənilən azərbaycanlı qızı ələ 
gətirməyin çox asan iş olduğunu iddia edən ehtiyata çıxmış zabit Həsənəli bəyə Sənəm ibrətli dərs verir. 
Onun iddialarının, özündən müşhəbehliyinin gülünclüyünü məharətlə ifşa edir. "Azərbaycanlı qızın"-
Sənəmin finalda söylədiyi "qoy bütün kişilər bilsinlər ki, biz müsəlman qadınları onların təsəvvür elədikləri 
kimi qorxaq, iradəsiz,zavallı deyilik.Biz də özümüzü sərbəst idarə etməyi bacarırıq" (4, 42) sözləri eyni 
zamanda həm də müəllifin Azərbaycan qadınları ilə bağlı arzu və düşüncələrinin bədii ifadəsidir. 
Bu janr 20-ci əsrin 10-cu illərində geniş işləklik qazanaraq,mövzu dairəsini genişləndirir,aktual 
məsələlər mərkəzə gətirilir, ictimai məişətin nöqsanları tənqid hədəfinə çevrilir və vodevil janr kimi 
formalaşırdı. Bununla yanaşı, vodevili ciddi janr kimi qəbul etməyib, lüzumsuz sayan tənqidçilər də var 
idi.Bu meylə rus tənqidində də rast gəlinirdi. Azərbaycanda 20-ci əsrin 10-cu illərində M.M.Kazımovski, 
E.Qəmərlinski, Mirməhəmməd Mirfətullayev-İrəvani, Yusif Heydərzadə bu janrda qələmlərini sınamışlar.Bu 
dövrdə yazılan vodevillərin materialları ve mövzusu bir qayda olaraq,məhduddur.Bu da müəlliflərin peşəkar 


M.P.Vaqif və müasirlik 
154
dramaturq olmadığının, repertuar zənginliyi üçün əl atdığı yüngül üsulun nəticəsi idi. Vodevillər, əsasən, adi 
məişət məsələlərini-nigah, aile həyatı, qısqanclıq, çoxarvadlılıq kimi mövzuları əhatə edir. 
Qeyd etdiyimiz kimi,bu məsələlər ictimailəşmədən daha məhdud çərçivədə əks olunur. Bununla 
belə,vodevillərin ideyasızlığı haqda fikri də təsdiqləmək olmaz. Vodevil müəllifləri kiçil mövzularla və ilk 
baxımdan zərərsiz görünən məzmunla komik situasiyalardan istifadə etməklə təkəbbürlülük, xəsislik, 
yüngülxasiyyətlilik kimi mənfi cəhətləri ifşa edirdilər. 
Vodevillərin mövzularının yeknəsəngliyi, əyləndirici məzmununu bəyənməyən dramaturqlar bu janri 
daha ciddi məsələlərin həllinə yönəltmək üçün ictimai motivlərin əlavəsini labüd sayırdılar. Vodevillerdə 
böyük ictimai məsələlərin əks olunmaması bir tərəfdən onun janr xüsusiyyətləri ilə bağlı idisə, digər tərəfdən 
çar senzurası da bunun qarşısını alan amil idi. Çünki vodevillər yazıldığı andan səhnələşdirilir və səhnə üzü 
görən əsərlər də digərlərinə nisbətən daha tez ictimailəşirdi. 
XX əsrdə yazılmış vodevillərin əsasına, adətən personajların kəskin mübarizəsi üzərində qurulan 
məişət konflikti daxildir. Lakin belə konflikt heç də həmişə açıq toqquşmalar şəklini almırdı. Komediyanın 
kiçik janrı olan vodevil, çox zaman həyat hadisələrinin ziddiyyəti konfliktini seçirdi.Bu halda düzgünlük, 
prinsipiallıq, əsl insani gözəllik mənfiliklə,yalançı gözəlliklə, xəbisliklə, avamlıqla qarşı-qarşıya dayanırdı. 
Bu komik mübarizə tamaşaçıda gülüş doğururdu. Vodevillərin çoxunda konflikt məhəbbət üzərində qurulur. 
Lakin elə vodevillər var ki, bu məsələ arxa plana kecir, əsas fabula xəttində köməkçi rolunda çıxış edir. 
Vodevillərdə qəhrəman məsələsinə gəldikdə, bu janrın nümunələrində obraz çox zaman mənfi personaj 
olur. Bu da dramaturqa komik situasiya yaratmağa material verir.Ancaq demək olmaz ki, bütövlükdə vodevil 
suretləri mənfi obrazlardan ibarət olur.Müəlliflər mənfi suretlərin təsviri ilə məhdudlaşmayaraq, onlara qarşı 
mübarizədə dayanan müsbət obrazlarla konflikt yaradırlar.Vodevillərdə xarakter məsələsi də önəmlidir. 
Vodevil müəllifləri xarakteri yaradarkən əsas priyom kimi surətin xüsusiyyətlərinin elə özü vasitəsilə aşkara 
çıxarılması üsulundan istifadə edirlər. Mənfi surətlərdə hər hansı cəhətin şişirdilməsi,qabarıq verilməsi, onun 
lağa qoyulması komik situasiya yaradır. Vodevillərdə çatışmayan xüsusiyyətlərdən biri fərdi nitqin vodevil 
müəllifləri tərəfindən tam olaraq mənilmsənilməməsidir. Halbuki bu, səhnə əsərlərində obrazı tanıtmaq üçün 
istifadə olunan ən mükəmməl üsuldur.Vodevillərdə iştirak edən obrazın mənsub olduğu zümrənin 
kimliyinden asılı olmayaraq,nitq yeknəsəng, birtərəfli çıxmışdır. 
Beləliklə, komediyanın kiçik forması kimi də tanınan vodevil, onunla müştərək əlamətlər daşımaqla 
yanaşı, özünəməxsus janr təbiətinin poetikası ilə ayrıca bir janr kimi formalaşa bilmişdir. 
Ədəbiyyat 
1.
Mir Cəlal, Xəlilov P.İ. Ədəbiyyatşünaslığın əsasları. Bakı, Çaşıoğlu, 2005, 312 s. 
2.
Vilayət Quliyev.Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı, 2000, 160 s. 
3.
“Kəşkül” qəzeti, 1891 sentyabr № 122 
4.
Pyeslər. Bakı. Gənclik nəşriyyatı 1984, 295 s. 
MƏMMƏDOVA ŞÖHRƏT 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
SƏNƏTKAR FANTAZİYASININ GÜCÜ 
Açar sözlər: 
sənətkar, əsər, zəngin, nəsr, fantaziya, gözəllik, qəhrəman, əyləncə, yumoristik
The power of craftsman fantasy 
Zahid Khalil is a craftsman opening the first window to world literary atmosphere in the sphere of 
modern Azerbaijan child literature. Zahid Khalil is a author of hundreds of poet and prose works. The main 
quality of his tale and narratives are to have a rich fantasy. The article is spoken the tale and narratives being 
rich with Zahid Khalil’s fantasy. Ballija, Sehirlisaz, Phundigburun and other works are analysed. Zahid 
Khalil’s fantastic and humorous images are investigated here. 
Keywords

craftsman, work, rich, prose, fantasy, beauty, hero, entertainment, humorous, folk 
literature 
Azərbaycan uşaq nəsri yarandığı gündən indiyə qədər zəngin bir inkişaf yolu keçmişdir. Zaman 
keçdikcə hər dövrün real həyat mənzərələri, diqqət çəkən maraqlı əhvalatlar, uşaqların mərhələli həyatında 
zərurətə çevrilən, bədii həllinə ən çox ehtiyac duyulan problematik mövzular uşaq nəsrinə gətirilmiş, ədəbi 
yaradıcılıq laboratoriyalarında bişkin bir sənət əsərinə çevrilərək bu sferada özünə layiqli yer qazanmış, yeni 


M.P.Vaqif və müasirlik 
155
nəslin əxlaqi-mənəvi tərbiyəsinin hərətərfli inkişafında, dünyagörüşünün zənginləşməsində əsaslı rol 
oynamışdır. 
Uşaqlar üçün orijinal şeirlər yazan Zahid Xəlil janr baxımından yardıcılığını genişləndirdi, nəsrdə də 
yenilik axtarışına çıxdı. 
Zahid Xəlilin nağıl-povestlərinin ən başlıca keyfiyyəti onların zəngin fantaziyalara malik olmasıdır. 
Fantaziya bu yazıçı üçün ucsuz-bucaqsız səma qədər genişdir. Lakin bu intəhasızlıq – uşaq göylərə 
buraxdığı çərpələngin sapını əlindən buraxmadığı kimi, müəllif də əsərinin başlıca ideyasını yaddaşında 
bərk-bərk saxlayır, onu əsərinin sonuna kimi hadisələrin fırtınasından qoruyur. 
1980-ci ildə yazdığı ilk nəsr əsəri olan “Ballıca” povestinə diqqət edək. Ballıca –balaca, sarı bir 
qarışqadır. Onu adındakı “ballıca” sözü də anası üçün bal kimi şirin olması ilə yanaşı, həm də “balaca” 
sözünə həmqafiyə olması ilə çox bağlıdır. O, hamıdan balaca olduğuna, hamının sevimlisinə çevrildiyinə 
görə də “Ballıca”dır. Müəllif bu “balaca”lığı daha qabarıq vermək onu müxtəlif situasiyalarda təsvir edir. 
Məsələn, “Ballıca” qaranquşla söhbət edən zaman quş nə qədər çalışırsa onu görə bilmir. Sən demə, bu sarı 
qarışqa özü rəngdə olan saman çöpünün üstündə dayandığı üçün görünməz olubmuş. Ətrafdakıların: “Ballıca 
da bir işə yarasın”, - deyə təkid etməsi də onu “balaca”lığının qabarıq şəkildə nəzərə çatdırılması üçündür. 
Yazıçı Ballıcanı müxtəlif epizodlarsa təsvir edərək, onun ağıllı, bacarıqlı, zirək olduğunu göstərə-
göstərə bu balaca varlığın ətrafına çoxlu dost toplayır. Dostlar ədalətsizliyə qarşı birgə mübarizəyə 
başlayırlar. Meşə heyvanlarını çapıb talayan nəhəng Şirə qarşı gedən ölüm-dirim savaşına Ballıca rəhbərlik 
edir. Müəllif burada “savaş”, “müharibə” və sair kimi sözlərdən elə-belə istifadə etmir. Ballıcanın ağıllı və 
cəsarətli tədbirlərini uşağa göstərir, prosesi axıra qədər jino-filmlərdə olduğu kimi sanki nümayiş etdirir. Yeri 
gəlmişkən deyim ki, hadisələri təsvir etməklə kifayətlənməyən, onu bütün təfərrüatı ilə göstərmək bacarığı 
Zahid Xəlil əsərlərinin əsas uğurunu təşkil edir. 
Ballıca öz dostları olan digər qarışqalarla birlikdə almanın üstündə əyləşib, iti dırnaqları ilə meyvədən 
bərk-bərk yapışaraq Şirin qarnına gedəndə onların cəsurluğu oxucunu heyrətləndirir. Yazıçı hətta Şirin 
qarnını təsvir edir. Ballıcanın qoşunu Şirin qarnına gedənə qədər onların göstərdikləri səbr və mətnaət də 
oxucu uşağın qəlbinə cəsurluq toxumu səpir. Uşaq anlayır ki, düşmənə qalib gəlmək üçün yalançı hay-küy 
göstərmək yox, ağıllı səbr nümayiş etdirərək lazım olan anda fəaliyyətə başlamaq zəruridir. 
Şirə qalib gələn balaca qarışqaların əsas gücü onların ağıllı olmasındadır. Bu “müharibə” prosesini də 
yazıçı yumoristik bir dillə verir. Uşaq ölüm-dirim məsələlərinə də məzəli bir animasiya filminə baxan kimi 
nəzər yetirir. Əsər bitir, Şir məhv olur, amma yumor yaşayır. O, uşaqların dodağından qəlbinə köçür. Əsəri 
sevimli edən də budur. 
“Qəlbinurun başına gələnlər”, “Sehrli saz”, “Fıdıqburun”, “Çıraq nənənin nağılları” əsərləri yalnız 
uşaqlar üçün deyil. Bu əsərlərdə qoyulan ideyalar cəmiyyətin bütün üzvləri üçün eyni dərəcədə maraqlıdır. 
Acgözlük, xəsislik, yaltaqlıq kimi cəhətlər adi tənqid hədəfi olmur, gülüş obyektinə çevrilir, oxucu qəlbində 
həmin cəhətlərə nifrət tərbiyə olunur. Yazıçı bu mənfi keyfiyyətlərə malik olan insanların aqibətlərini də 
göstərir. Dünyaya meydan oxuyan Ağ div elmin və texnikanın, eyni zamanda, insani keyfiyyətlərin 
yüksəlişinə dözə bilmir, məğlub olur və qaçıb qaranlıq mağarasında yoxa çıxır. Başsız padşahın ağılsız
qərarları, onu əhatə edən yalançı fəndgirlərin aqibəti də yumorla verilir. Uşaq gülür, eyni zamanda həyatın 
bir sıra sirlərini öyrənir.Uşaq öyrənir ki, dünyanı yalan-palanla yaşatmaq olmaz. Hiyləgərliyin, şeytanlığın 
mərdüməzarlığın ömrü insanlığın ömründən çox qısadır. Bu əsərlərdə xeyirxah, nəcib obrazlar da var. Çiçək, 
Aygəz, Anar, Orxan kimi uşaqların surətini yaratmaq üçün yazıçı onları bir sıra vəziyyətlərdə təsvir edir. 
“Filankəs xeyirxah uşaq idi” deməklə canını qurtarmır. Çiçəyin ləyaqəti, sadəlövhlüyü, Aygəzin, Anarın, 
Fərmanın igidliyi bir çox epizodlarla əyaniləşdirilir. “Orxan və dostları” povestində qoçaq uşaqların obrazını 
yaratmaq üçün bir-biri ilə kəsişən və biri digərini tamamlayan süjet xətlərindən istifadə edir. İlk baxışla 
nadinc, tənbəl uşaq təsiri bağışlayan Orxanın daxili aləmindəki gözəlliklərini üzə çıxartmaq üçün yazıçı bu 
çalın çarpaz epizodlardan bir heykəltaraş məharəti ilə istifadə edir. Obrazının hər tərəfini göstərmək üçün 
bütün imkanlardan bəhrələnir. Orxan müəlliminin məktubunu hamıdan gizlədir. Bu, pis hərəkətdir. Lakin 
həmin məktub əsərdə neçə dəfə təsadüfən görünür. Orxanın daxili həyəcanlarını üzə çıxarır. Əslində 
müəllimin giley-güzarla dolu məktubu ünvanına vaxtında çatsaydı, o qədər də əhəmiyyət kəsb etməzdi. 
Müəllif bilərəkdən qırmızı xətlə yazılan bu məktubun gizlədildiyini ara-sıra yada salmaqla Orxanın daxili 
aləmində baş verən prosesləri göstərir, həm qəhrəmanının duyğularını əks etdirir, onu tərbiyələndirir, həm də 
oxucu uşağı çox mətləblərdən agah edir. Əsər uşağa başa salır ki, əgər Orxanın gününə düşmək istəmirsə 
düzgün hərəkət etsin, müəllimin tapşırıqlarını yerinə yetirsin, ata-ananın sözünə baxsın. Bir sözlə ağıllı 
olsun. 
Əəsrdə təsvir olunan ayının adı Qızıldır. Bu da simvolik addır. Qızıl Yevlaxlı uşaqları nə qədər incitsə 
də, onun velosiped sürməsi az qala Orxanın həyatı bahasına başa gəlsə də, bu heyvanın varlığı uşaqların bir-
birinə məhəbbətinin simvoluna çevrilir. Əsərin sonunda Yevlaxlı uşaqların Orxana göndərdiyi teleqramda 


M.P.Vaqif və müasirlik 
156
sevinclə yazdıqları “Qızıl tapıldı” ifadəsi də ona işarədir. Uşaqların bir-birinə məhəbbəti ölməzdir. Əsərin bir 
mənası da budur. 
“Orxan və dostları” həcm etibarilə yazıçının ən iri əsəridir. Əslində bu əsər üç müstəqil povestdən 
ibarətdir. Birinci povestdə Orxanın bağçadakı həyatı, sonra onun birinci sinifdəki fəaliyyəti, velosiped 
yarışlarındakı başına gələn çox maraqlı əhvalatlar və nəhayət, yay tətili günlərindəki macəralar. Hər povestin 
müstəqil süjet xətti var. Onların hər birini müstəqil kitab şəklində çap etmək mümkündür. “Orxan və 
dostları”nı Azərbaycan uşaq ədəbiyyatının tarixində ilk uşaq romanı kimi qiymətləndirmək mümkündür. 
“Çıraq nənənin nağılları” povestinin xüsusilə təhlilə ehtiyacı var. Burada hər bir obraz, hər bir söz son 
dərəcə dəqiq düşüncənin məhsulu kimi diqqətimizi cəlb edir. Çıraq nənə cəmiyyətin vicdanıdır. Onun təkcə 
gözləri deyil, ürəyi də işıq saçır. Əsərdə biz onu az görürük. Amma bütün hadisələr onun gözü qarşısında baş 
verir. Ədalət pozulanda, insanlar yolunu azanda Çıraq nənə görünür və öz təsirini göstərir. Əsərdəki 
Lampacığı əsas qəhrəman hesab etmək olar. O, işsiz-peşəsiz meşşan qızlarının ümumiləşdirilmiş obrazıdır. 
Bu qızın işi-peşəsi saçlarını düzəltməkdən ibarətdir. Əslində Lampacıq daim bir yerdə qalan stolüstü 
lampadır. Çıraq nənə isə tavandan asılan çilçıraqdır. Amma yazıçı bu əşyalara can verir, onları insan kimi 
təsvir edir. Onların başına bir-birindən maraqlı əhvalatlar gətirir. Ütü, Fırça, Qırmızıgöz, Usta Həsən və sair 
surətlərin əhatəsində olan Lampacığın bütöv obrazını yaradır. 
Lampacığın üz-gözünə bər-bəzək vurması, onun ürəkdən sevən Atəşböcəyinə çətin tapşırıqlar verməsi, 
özündənrazı Qrmızıgözə rəğbət bəsləməsi işıq saçan bu qızın məhvinə səbəb olur. Lakin bu qədər 
əziyyətlərin və vəfasızlığın müqabilində Atəşböcəyinin sevgisi tükənmir, hətta Lampacıq məhv olandan 
sonra da Atəşböcəyinin dostları onun boş şüşəsinin içinə girib işıq saçırlar ki, qoy uzaqdan Lampacığın 
yaşadığını güman etsinlər. Atəşböcəyi belə düşünür ki, Lampacığın ölümü onun məhəbbətinin məhvidir. 
Atəşböcəyinin tükənməz məhəbbətinin önündə Lampacığın da, Qırmızıgözün də ədaları heç olur. 
Bu əhvalatlar son dərəcə yumoristik bir dillə verilsə də uşaqlara həyatın bir sıra müqəddəs duyğularını 
aşılayır. Uşaq başa düşür ki, həyatda elə müqəddəs şeylər var ki, onu qiymətləndirmək hər kəsin borcudur. 
Bir sıra əsərlərində yazıçı fantaziyanın gücünə arxalanaraq maraqlı, ədəbi eksperimentlər aparır. 
“Fındırburun” povestində uşaqlar ağacdan adam düzəldirlər. Fındıqburun adlandırdıqları bu adama burun, 
qulaq və sair bədən üzvləri qoyduqları halda, ona ürək düzəltmədiklərinə görə Fındıqburun cəmiyyət üçün 
təhlükəyə çevrilir. Uşaqlar səhvlərini başa düşüb ikinci bir adam da düzəldib ona ürək də qoyurlar. İkinci 
adama Dəmirdaban adı verirlər. Dəmirdaban öz oxşarı olan Fındıqburuna daim nəzarət edir. Beləliklə, 
ədəbiyyatın daimi mövzusu olan xeyirlə şərin mübarizəsi yeni obrazlar şəklində meydana çıxır. Nağıl-
povestlərdəki Fındıqburun-Dəmirdaban, Azman-Cırtdan, Qəlbinur-Aygəz kimi obrazların qarşılaşdırılması 
bu məsələyə xidmət edir. 
Bu əsərlər əyləncəli əhvalatların ən dərin qatında böyükləri də düşündürən ciddi, həyati məsələlər 
dayanır. “Fındıqburun” povestində insan və cəmiyyət problemi mərkəzdə durur. İnsan cəmiyyət üçün nə 
etməlidir? Əsərdə bu suala daim cavab axtarılır. Sinəsinin altında ürəyi olmayan Fındıqburun əkin 
sahələrinin alışıb yanmasını sadəcə laqeydliklə seyr edirsə, xəsis Bəşir xalqın ümumi malı olan gölü evinə 
daşıyıb özününkü etmək istəyir. Bu problemlər isə uşaq ədəbiyyatından daha çox söz sənətinin böyüklər 
üçün hissəsinə aiddir. Axı, Bəşir insandır. Ürəyi də var. Belə çıxır ki, sinənin altında ürəyin olması hələ heç 
də hər şeyi həll etmir. Əgər ürək cəmiyyətin deyil, hər kəsin öz fərdi xeyri üçün döyünürsə, ürəksiz 
olmaqdan daha qorxuludur. Beləliklə, sinənin altında ürəyin olub olmaması məsələsini sadəlövhcəsinə 
anlayan məsum uşaqlara başa salmaq istəyir ki, ürək xalq üçün döyünəndə əzəmətli olur. 
Bu nağıllarda bədəncə böyük və kiçik insanların qarşılaşdırılması vasitəsilə yazıçı müəyyən fəlsəfi 
anlayışlara toxunur. Cırtdan bədəncə balacadır, amma qəlbi böyük amallarla çırpınır. Bu balaca adamcığaz 
ağlı ilə özündən çox böyük olan Azmana qalib gəlir. O, həm böyük işlər görür, həm də Azmanın ziyansız 
fikirlərini zərərsizləşdirir. Aygəz obrazında da buna bənzər elementlər çoxdur. Beləliklə yazıçı xalq 
ədəbiyyatından götürdüyü motivləri tam özününküləşdirir, ona yeni məna verir. Zahid Xəlilin yaratdığı 
Cırtdan xalq ədəbiyyatındakı adaşının yalnız adını daşıyır. Qalan cəhətlər isə yazıçının öz fantaziyasının 
məhsuludur. Ağıllı və cəsur obrazların balaca olması ilə yazıçı elə bir hiss aşılayır ki, uşağın yaşının azlığı, 
körpəliyi onun böyük işlər görməyinə mane ola bilməz. Əgər bu gün o, böyük, xeyirxah işlər görə bilməsə 
də, heç olmasa onu arzulayır, həmin keyfiyyətləri özünün idealına çevirər. 
Yazıçı Azmanı iri bədənli təsvir edir. O, həm özündən razıdır, həm də Cırtdanı adam hesab etmir. 
Lakin eyni zamanda o, Cırtdanın öhdəsindən gələ bilmir. Beləliklə müəllif bu nəhəngi gülünc vəziyyətinə 
qoyur. Azmanın Cırtdanın əlində aciz qalması və gülüş obyektinə çevrilməsi müəllifə ona görə lazımdır ki, 
balaca Cırtdanın ağlı və fərasəti daha qabarıq görünsün. 
Yazıçının xalq ədəbiyyatına münasibəti son dərəcə orijinaldır. Folklor Zahid Xəlil üçün yalnız impuls 
mənbəyidir. Müəllif folklorun nəhəng təsirindən daim uzaq qaçır, sadəcə xalq ədəbiyyatının ən dərin 
qatlarında gizlənən nadir incilərdən istifadə edir. “Cırtdan” sözü yazıçının aləmində ocaqdan “çırt” edərək 


M.P.Vaqif və müasirlik 
157
qırağa atılan qığılcım mənasındadır. Yəni Cırtdan od kimidir, qığılcımdır, ən çətin məqamlarda heç nədən 
qorxmur. Son illər yazdığı “Çinqı” əsərində də həmin fikir möhkəmləndirilir. Cırtdanın doğmaca qardaşı 
olan Çinqı da (bu sözün də mənası “qığılcım” deməkdir) eynilə onun yolu ilə gedir. “Cırtdanla Azmanın 
macəralarını kitabının bir yerində oxuyuruq: “Mənim xalqım deyir: balaca kibrit çöpü ilə böyük ocaqlar 
yandırmaq olar. Balaca açarla böyük qapılar açmaq olar. Mən isə deyirəm: balaca uşaq gözü ilə də bütün 
dünyanı görmək olar”. Balaca uşaq gözü ilə bütün dünyanı görən və Cırtdanın, Çınqının, Aygəzin, 
Dəmirdabanın, Ballıcanın, Şeşəbığın, Orxanın simasında dünyanın sirlətini uşağa başa salan yazıçının 
fantaziyası tükənməzdir. 
Zahid Xəlilin nağıllarının gücü onun hüdudsuz fantaziyasındadır. Bu fantaziyalar uşaqların 
təxəyyülünü, yaradıcı düşüncəsini inkişaf etdirən gözəl sənət nümunələridir. 
Ədəbiyyat 
1.
Adilov M., Mərdanov V., “Uşaq və şeir” Bakı, Maarif, 1983 
2.
Q.Namazov. “Azərbaycan uşaq ədəbiyyatı” Bakı, Maarif, 1984 
3.
Əsgərli F. Zahid Xəlilin sənət dünyası. Bakı, ADPU, 2010 
4.
Xəlil Z., Əsgərli F. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, APU, 2004 
5.
Məhərrəmova C. Azərbaycan Uşaq ədəbiyyatında ənənə və novatoluq. Bakı, ADPU, 1997 
6.
Məmmədov X. Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı. Bakı, Nasir, 2001 
7.
Məmmədova Ş. M.Dilbazinin uşaq yaradıcılığı. Bakı, ADPU, 2014 
8.
MəmmədovaŞ. Zahid Xəlilin Uşaq poeziyasının bədii xüsusiyyətləri. Bakı, ADPU, 2017 
9.
Məmmdəov M., Balayev V., Cavadov T. Pedaqoji mühit və uşaq ədəbiyyatı. Bakı, Maarif, 1992 
MƏMMƏDOVA YEGANƏ 
Bakı Dövlət Universiteti 
MİKAYIL RZAQULUZADƏ YARADICILIĞINDA “DƏDƏ QORQUD” MOTİVLƏRİ 
Açar sözlər: 
Mikayıl Rzaquluzadə, el, güc, ozan, Dədə Qorqud, hekayə, motiv 
“Book of Dede Korkut” motives in Mikayil Rzaguluzadeh creative work 
Influence of the Book of Dede Korkut epic, that’s known in scientific world in the first half past of 
XIX century, regarding to our literature was broad and multi-branched. Dede Korkut motives were an origin 
of idea and theme for art fields such as poetry, prose, dramaturgy, etc.. Mikayil Rzaguluzadeh was the first 
person who derived benefit from Book of Dede Korkut motives in Modern Azerbaijan prose. “Dirsa khan 
son of Bughaj khan part” and “Bayboran son of Bamsi Beyrak part” of the epos stand on the basis of 
narratives of “People’ will” and “Dali Ozan” written on the basis of Dede Korkut motives firstly in prose. By 
approaching epos motives independently, Mikayil Rzaguluzadeh made some changes in plotline and 
characters’ system. 
Keywords:
Mikayil Rzaguluzadeh, people, will, Ozan, Dede Korkut, story, motive 
“Dədə Qorqud” motivləri müasir Azərbaycan nəsrində Mikayıl Rzaquluzadənin yazdığı iki povesti ilə 
başlayır: “El gücü” və “Dəli Ozan” povestləri (3, 65). Hər povest yeddi hekayədən ibarət olsa da vahid süjet 
ətrafında birləşərək povest janrının tələblərinə cavab vermişdir. Müəllifin dastandan fərqli olaraq 
hekayələrini 12 deyil, 7 hekayədən ibarət etməsi maraq doğurur. Belə ki, yeddi rəqəmi bir çox xalqların, 
eləcə də bizim folklorumuzda, yazılı ədəbiyyatımızda sehirli yükü, mifoloji tutumuna görə seçilir. 
B.A.Frolov bu deyilənlərə münasibət bildirərək göstərir ki, əslində əski Şumer təfəkküründə bütün dünyaya 
yol açan “sehirli yeddi” həmişə hər yerdə bilavasitə ya zamanla, ya kosmosla, ya da insanın maddi və mənəvi 
həyatı ilə bağlı bilinmişdir (1, 87). 12 sayı folklorda daha çox çoxluq anlayışını bildirir. Misal üçün Kitabi 
Dədə Qorqudda iki örnəyi göstərmək olar. 1. Qaraca Çobanın üçyaşar dana dərisindən ayası, üç keçi 
tükündən sapanın qolları idi; bir keçi tükündən çatlağucu idi. Hər atanda on iki batman daş atardı. 2. On iki 
min kafir qılıncdan keçirildi. Bilindiyi kimi on iki batman 20 girvənkəyə bərabərdir və hər bir girvənkə isə 
400 qramdır. Burada sapandın çəkisi 96 kiloqramdır. Belə ağırlıqda daşın sapandla atılmasının 
mümkünsüzlüyü onun çoxluq göstəricisinə işarədir (1, 126). “El gücü” povestinə daxil olan “Ana ürəyi dağ 
çiçəyi” hekayəsi “Dirsə xan oğlu Buğac boyu”nun motivləri əsasında yazılmışdır. Bura daxil olan ilk hekayə 
“İgidin adı” adlanır. Dastandan fərqli olaraq burada sonsuzluq motivi yoxdur. Bayandır xanın məclisinə 


M.P.Vaqif və müasirlik 
158
gələnlər içində Dirsə xan da vardır. Oğuz elində möhkəmlənmiş qayda vardır ki, atanın mənafeyindən və 
mənsəbindən asılı olmayaraq oğul adını və cəmiyyətdə yerini öz igidliyi ilə alır. Bayandır xanın buğasına 
qalib gələn Dirsə xan oğluna Dədə Qorqud Buğac adı verir. Advermə oğuz dastançılığında geniş yayılmışdır. 
Əski təsəvvürlərə görə ad tale, ömürlə bağlı olduğundan bunu ilk vaxtlarda tayfa ağsaqqalları, ağ şamanlar, 
müsəlmanlarda isə övliyalar yerinə yetirirdilər. Dədə Qorqud boylarında bu çətin və şərəfli, məsuliyyətli işi 
Dədə Qorqud yerinə yetirmişdir. Dədə Qorqudun ad verdiyi gəncə bəylik istəməsi göstərir ki, bu advermə 
bəylik silkinə keçidlə bağlıdır. Məs: Hey Dirsə xan, oğlana bəylik vergil, təxt vergil, - ərdəmlidir. Igidin 
uşaqlıq dövründən bəylik dövrünə keçməsi onun baş kəsib qan tökməsi ilə bərabər tutulmuşdur. Kitabi Dədə 
Qorqudda keçid yaş dövrü 15, Orxon-Yenisey yazılarında isə yeddi yaxud 17 olduğu göstərilir (2, 9-11). 
İkinci hekayə “Çuğul” adlanır. Bu hekayədə dastandan fərqli olaraq üç məqam özünü göstərir. Birincisi 
hekayədə Dirsə xanın arvadı Anaxatunun və Buğacın gələcək nişanlısı Aybikənin adı çəkilir. İkincisi Qazlıq 
dağı əvəzinə Alaca dağı işlədilir. Üçüncüsü burada Qaragün obrazı yaradılmışdır. Anadan olanda gün 
tutulduğu üçün ona bu ad verilmişdir. Müəllif bu obrazı dastandakı Qazan xanın qardaşı Qaragünə 
obrazından həm adının mənasına və tutduğu mövqeyinə görə fərqli keyfiyyətdə vermişdir. Əski türk mifik 
təfəkküründən faydalanan müəllifin Qaragün adını günəşin tutulması ilə bağlaması onun gələcəkdəki 
mövqeyinə də işarə etmişdir. Qara lekseminə dair bir çoxlarının tədqiqatları vardır. M.Çobanov və 
H.Həsənov “qara” leksemli antroponimlərdə rəng bildirmə xüsusiyyətini əsas götürmüşlər (7, 25). Qara eyni 
zamanda güc, qüdrət mənasında türk mifik təfəkküründə geniş yer almışdır. Bu mənada Musa Adilov yazır: 
“Səlcuq hökmdarı Qara Arslana verilən “qara” ləqəbi də “böyük”, “qüdrətli” mənasındadır. “Dədə Qorqud 
dastanlarında da Qaraca Çoban, Qara Budaq, Qara Xan adlarında bu məna vardır” (7, 25). Dastanda 40 igid 
Buğaca ad və bəylik verilməsindən narahat olub kin saxladılar. Və oğulu atanın gözündən salmağa çalışdılar. 
Hekayədə bu missiyanı xanın yasavul başçısı Qaragün yerinə yetirir. Nəhayət, o da dastanda 40 igidin etdiyi 
kimi xanın ürəyinə şübhə toxumu səpir. Qaragünün məqsədi Dirsə xandan sonra onun yerinə keçmək idi. 
Xan bircə kəlmə ilə hökmünü verdi: - Olsun!.. (5, 18). Bura daxil olan üçüncü hekayə “Ov” hekayəsidir. 
Məkrli niyyətinə çatmış Qaragün ov bəhanəsilə ata və oğulu bir-birinə öldürmək istəyir. Hələ başına nə 
gələcəyindən xəbəri olmayan Buğac atasına ovçuluq məharətini göstərəcəkdi. Buğac ikinci ceyranı da qovub 
xanın qarşısından oxu elə atdı ki, oxun qıjıltısı aydın eşidildi. Bu zaman guya xanı qorumaq istəyən 
yasavulbaşı: Aman... tanrı qorudu xan!.. - deyə o bir vəsvəsə ilə xana pıçıldadı. Yasavul başının hiyləsinə 
aldanan xan oxla öz oğlunu vurur. Silsiləyə daxil olan dördüncü hekayə “Ana ürəyi - dağ çiçəyi” 
hekayəsidir. Ovdan qayıdan Dirsə xanın yanında övladını görməyən Anaxatun xandan Buğacı soruşur. Xanın 
dinmədiyini görən yasavulbaşı: - Anaxatun, heç nigaran qalma. Oğlun Buğac sağ-salamatdır. Xan yoruldu, 
qayıtdı; o, cavandır, ovdan doymadı, dağlarda, düzlərdə ceyran qovub ov ovlayır. Sabah, biri gün qayıdıb 
gələr, arxayın ol, qayıt gedək... (5, 25). Həssas ana qəlbi bu deyilənlərə uymayaraq öz oğlunu axtarmaq üçün 
Alaca dağa çatdı. Ana oğlunu yaralı vəziyyətdə tapır. Oğlunu belə görən ananın sinəsindən odlu bir fəryad 
qopdu: - Gözüm çıxaydı, oğul, səni belə görməyə idim! Axar suların qurusun, Alaca dağ, göz yaşlarım 
qurudu. Otların, çiçəklərin külə dönsün, Alaca dağ, bircə balama necə qıydın!.. (5, 26) Anasının fəryadlı 
qarğışına oğul dedi: Bu bəla atamdandır, anacan, atamdan. Buğac yarasının qorxulu olmadığını, ağ saçlı, ağ 
saqqallı bir pirin - meydanda ona ad verən qocanın onun yarasını üç dəfə sığallayıb “Ana südü dağ çiçəyi” 
sənə məhrəmdir dediyini anasına söylədi. Dastanda isə eyni işi Xızır görür. Türk mifoloji görüşlərində Xızır 
dirilik suyu, yaşıllıq, itənlərə yardım etmək, sevənləri qovuşdurmaq, odu, yazı, yazın istisi ilə əlaqədar olan 
obrazdır. O, gəncləri bir-birinə aşiq edir. Xızırın aşiq etdiyi gəncləri həm də aşıq etməsi qədimdən xalq 
təfəkküründə mövcud olan sənətkarlıq və vurğunluqla bağlı olmuşdur. (6, 128-129). Beşinci hekayə isə 
“Çapar” adlanır. Burada xanın oğluna etdiklərinə, yasavul başçısına aldandığına görə dərin sarsıntılar 
keçirməsi təsvir olunur. Yasavul başı xanın sarsıntı keçirməsindən, onun oğul həsrətilə ağlını itirməsindən 
istifadə edərək xanın üzünə qapıları bağladıb onu xəstə elan etmişdi. Çaparın gətirdiyi bəd xəbərdən sonra 
Qaragün xanın sərvətini əlaltıları arasında bölüb xanı da düşmən şahına təslim etmək üçün əsir götürərək 
yola düşdülər. Altıncı “Ata sevgisi” hekayəsində Anaxatun da, Buğac da bir-birindən xəbərsiz keçmiş 
günləri yada salır, Dirsə xanın belə iş görməsinin arxasından bir sirr yatdığını düşünürdülər. Buğac atasının 
yanına gedib onun əllərindən öpməyi, bir günahı varsa da canını onun yolunda qurban verməyi qərara alır. 7-
ci və sonuncu hekayədə - “Cana-can, qana-qan” hekayəsində anası ilə qəsrə gələn Buğac atasının əsir 
düşdüyünü öyrənib atasının arxasınca 40 igidlə özü gedir. Atasını düşmən əlindən xilas edən Buğac xaini 
layiqli cəzasına çatdırdı. Onun əlaltılarına isə üz tutub dedi: Siz miskin qullar, yurdumuzun cah-cəlalını 
görüb gündə yüz dəfə ölməlisiniz! Bütün cahana bildirin ki, bizim eldə cana can deyərlər, qan deyənə qan! 
(5, 34-35). 
Mikayıl Rzaquluzadənin Dədə Qorqud mövzusunda yazdığı digər povest “Dəli Ozan” povestidir. 
Hadisələrin inkişafı və süjet baxımından bir-birini tamamlayan “Dəli Ozan” povesti də yeddi hekayədən 
ibarətdir. İlk olaraq qeyd edək ki, burada övladsızlıq motivi yoxdur. İlk hekayə “Ceyran ovu” adlanır. Povest 


M.P.Vaqif və müasirlik 
159
“Baybörənin oğlu Bamsı Beyrək boyu”nun motivləri əsasında yazılmışdır. İlk hekayədə dastandan məlum 
olan Beyrəyin ova çıxması, Banıçiçəklə qarşılaşması, onların yarışması təsvir olunur. Dastanda olduğu kimi 
ceyran ovu onların bir-birini tanımasına səbəb olur. Banıçiçəklə Beyrəyin yarışmasında son epizod xüsusi 
maraq doğurur. Belə ki, Beyrək bu zaman güləşdiyi gəncin niqabını üzündən açarkən onun qız olduğuna 
heyrətlənir. Banıçiçək deyir: Hey, hey, oğlan, mənim üzümü kimsə gördüyü yox, sən nə etdin, oğlan? Öz 
qanına girdin! Qız çəkməsindən xəncərini çıxarıb öldürmək istəyir. Bu zaman Beyrək deyir: Suçumu 
qanımla yu, gözəl! Bu sən, bu da sinəm... Vur! Ancaq bil ki, sənə ölüb-öldürmək yox, yaşamaq və yaşatmaq 
yaraşır... (5, 75-76). Burada Banıçiçəyin timsalında Azərbaycan qadınının öz namusunu qoruması, Beyrəyin 
simasında türk oğlunun mərdliyi, qorxmazlığı təsvir olunur. Eyni zamanda qadına gözəlliyi özündə təcəssüm 
etdirən varlıq kimi göəlliyi həm də yaşatmalıdır kimi yanaşılmışdır. Bundan sonra tanış olub ayrıldıqdan 
sonra Beyrək atasının oğuz yurdunda nə gördün, nə eşitdin sualına eynilə dastanda olduğu kimi belə cavab 
verir: Nə görəcəm atacan, oğlu olan evləndirmiş, qızı olan köçürmüş (4, 153; 5, 77). Atası bir xeyli sual-
cavabdan sonra oğlunun Banıçiçəklə evlənmək istəməsi niyyətini anlayır. Baybörə məclis yığır. Dədə 
Qorqudu elçi göndərirlər. Hekayədə təsvir olunan Qoçərlə boydakı Dəli Qarcar arasında bir çox cəhətlərdə 
fərqlər vardır. İlk növbədə Qoçər sevən, sevgiyə dəyər verən, buna görə tərki-dünya olmuş nakam bir aşiq 
kimi təsvir olunur. Bu incə duyğuları özündə yaşayan Qoçər bacısının da hisslərini anlayır. Elçi gələndə 
Qoçər bunu bacısının üz ifadəsindən anlayardı. Digər tərəfdən Qoçər sosial ədaləti, bərabərliyi təmsil edən 
bir obraz kimi təqdim olunur. Belə ki, atasının ölümündən və nakam məhəbbətindən sonra rütbədən, 
mənsəbdən, ona düşən xanlıqdan imtina edir, bütün bunları bacısı Banıçiçəyə bağışlayır. Özü isə eldən-
obadan uzaq durur, oturub durduğu adamlar isə: çobanlar, dünyagörmüş qocalar, ölkələr gəzmiş bəzirganlar, 
el-oba içində tanınmış sözlü-söhbətli ozanlar idi (5, 79). Dastandan fərqli olaraq Dədə Qorqud elçiliyə 
gələrkən Qoçər onun qarşısına heç bir şərt qoymur. Adətə görə Beyrək ox atdığı yerdə gərdək tikdirmiş. 
Toyun yeddinci - son günündə Beyrək öz çadırında yatarkən əsir aparılır. Hadisələrin davamı olaraq verilən 
ikinci hekayə “Qoca canavar” adlanır. Qoca canavar elə Şöklü Məliyin özüdür. Dastandan fərqli olaraq 
hekayədə Şöklü Məliyin keçmişi haqqında danışılır. Şöklü Məlik özünü Rum bəylərindən birinin oğlu kimi 
tanıdır. Bayındır xandan aldığı yerdə özünü dinlə, təsərrüfatla məşğul olan qərib bir bəy kimi təqdim edir. 
Beləcə heç kimin onun qüsursuz cinayətlərindən xəbəri olmur. Beyrəyi də Şöklü Məlik qaçırmışdı. Səbəb isə 
onun çirkin niyyətini duyan Qoçərin Banıçiçəyi ona verməməsi idi. Beyrəyi qaçırmaqla onu satıb xeyli pul 
qazanacaqdı, həm də qızdan qisas alacaqdı. Ümumiyyətlə, hekayələrə verilən adlar orada təsvir edilən 
hadisələri əvvəldən anlamaq üçün açar rolunu oynayır. Üçüncü hekayə “Qoşa çadır” adlanır. Hekayənin adı 
iki seven aşiq arasında vəfa, etibar, sədaqət rəmzini ifadə edir. Eposdan fərqli məqam isə burada təkcə 
Beyrək deyil, Qoçər də Şöklü Məliyin adamları tərəfindən qaçırılır. Boyda olduğu kimi zahirən təəssüf hissi 
keçirən Yalıncıq əslində isə buna sevinir. Beyrəyin öldü ya qaldı xəbərini gətirmək üçün Qazan xandan icazə 
alan Yalıncıq Banıçiçəyin Beyrəyə toxuduğu köynəyi qana bulayıb gətirir. Beləliklə, hər kəsə Beyrəyin 
ölməsi xəbərini inandırır. Lakin buna baxmayaraq Banıçiçək Beyrəkdən başqa heç kimə getməyəcəyini qəti 
şəkildə bildirir. Bununla belə eldə, obada Banıçiçəyin Yalıncıqla evlənəcəyi xəbəri dolaşır. Dördüncü hekayə 
“Gəmidə” adlanır. Ümumiyyətlə, eposda Beyrəklə bağlı gəmi süjeti yoxdur. Eposda 16 il əsirlikdə qalan və 
kafir bəyinin bakirə qızının köməyi ilə əsirlikdən xilas olan Beyrək hekayədə qul kimi satılır və 5 il əsirlikdə 
qalır. Beyrək gəmidə iki bazərganın söhbətindən Yalıncığın onun ailəsinə Beyrəyin öldüyünü inandırması, 
Banıçiçəklə evlənməyə hazırlaşması xəbərini eşidir. Kürəkçilərin verdiyi işgəncədən fiziki, eşitdiyi xəbərdən 
mənəvi əzab çəkən Beyrək özündə güc tapır, yeyə ilə əsarət zəncirini qırır və özünü dənizə ataraq xilas olur. 
“Dəli Ozan” povestinin adı məhz əsərin beşinci hekayəsi olan “Dəli Ozan” hekayəsinin adından 
götürülmüşdür. Bu hekayədə eposdan fərqli və eposla səsləşən oxşar məqamlar vardır. Dastanda Banıçiçək 
Yalıncığa ərə getdiyini, toy məclisinin də onun üçün qurulduğunu bilir. Hekayədə isə guya Banıçiçəyin 
könlünü almaq üçün Qazan xanın qurduğu məclisin əsl mahiyyəti onunla Yalıncığı evləndirmək idi. Oxşar 
cəhət isə burda da Dəli Ozanın Beyrək olduğu bilinir. Qazan xanın onları evləndirmək istəməsinə etiraz edən 
Beyrək dostlarını qurtarmayınca toy etməyəcəyini bildirir. Povestin altıncı hekayəsi “Can səsləri” adlanır. Bu 
ad Beyrəyin heç də uzaq olmayan keçmişi, bu keçmişdə onu rahat buraxmayan mənəvi əzabları ilə səsləşir. 
Hekayədə Beyrək din pərdəsi altında cinayətlər törədən Şöklü Məliyi öldürür və Qoçəri xilas edir. Hekayədə 
müəllif ideyası Beyrəyin Şöklü Məliklə qarşılaşarkən söylədiyi sözlərdə ifadə olunur: “Bəli, bizim ellərdə 
təmiz və əziz qonaq adına vurulan ləkəni qanla yuyarlar!” (5, 111). Povestin sonuncu – yeddinci hekayəsi 
“Dənizdə toy” adlanır. Bu hekayədə dastandan fərqli olaraq Beyrəyin kiçik qardaşı təsvir olunur. Lakin onun 
adı çəkilmir. Adı çəkilməyən kiçik qardaş həm özünün, həm də qardaşının keçmişi haqqında müəyyən 
məlumat verir: “Mənim atam da gəmiçi idi. Burada yox, Xəzər dənizində... O, toyunu dənizdə etmişdi. Mən 
də, qardaşım da dənizdə doğulmuşuq. Atamızdan bizə vəsiyyətdir, toyumuzu dənizdə, gəmidə etməliyik.” (5, 
114). Beyrək gəmidə toy edir. Söz verdiyi kimi əsirlikdə olan yoldaşlarını da xilas edir. 


M.P.Vaqif və müasirlik 
160
Ədəbiyyat 
1. Abdulla B. Folklorda say simvolikası. Bakı: Elm, 2006, 148 s. 
2. Bayat F. Advermə / Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı: Öndər Nəşriyyat, 2004, s 9-11 
3. İsmayılova Y. “Dədə Qorqud kitabı” və müasir Azərbaycan ədəbi düşüncəsi. Bakı: Elm, 2011, 368 s. 
4. Kitabi-Dədə Qorqud / Tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə F.Zeynalov və 
S.Əlizadənindir. Bakı: Yazıçı, 1988, 265 s. 
5. Rzaquluzadə M. El gücü (“Dədə Qorqud” boyları üzrə hekayələr). Bakı: Uşaqgəncnəşr, 2016, 117 s. 
6. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı: Yazıçı, 1983, 326 s. 
7. Tanrıverdiyev Ə. Türk mənşəli Azərbaycan antroponimləri. Bakı: ADPU nəşr., 1996, 160 s. 
MƏNƏFOVA SEYİDNİSƏ 
Bakı Slavyan Universiteti 
CƏFƏR CABBARLI YARADICILIĞINDA QADIN VƏ EVLİLİK PROBLEMİ 
Açar sözlər:
Cəfər Cabbarlı, qadın, evlilik,
qadın hüquqları, tale 
Woman and marriage problem in Jafar Jabbarly’s creativity 
At the beginning of the XX century Azerbaijan's artistic prose is rich in female characters.
Jafar 
Jabbarli was one of the outstanding representatives of Azerbaijan literature of the XX century. Woman and 
marriage is one of main subject matters of Jabbarly’s creativity. Jafar Jabbarly created various female images 
in his works. The problem that Jafar Jabbarly discrubed also keeps it is actuality nowadays.
Keywords
: Jafar Jabbbarly, woman, marriage, women’s right, fortune 
Cəmiyyətin inkişafının və tərəqqisinin ən mühüm göstəricilərindən biri qadının həmin cəmiyyətdəki 
yeri və rolu ilə əlaqədardır. Elə məhz buna görə də, sosial fəaliyyətin subyekti kimi qadının cəmiyyətdə və 
ailədə rolunun müsbət mənada yeniləşməsi problemi bu gün xüsusi mahiyyət kəsb edir. Keçid dövründə 
gedən dəyişikliklər zamanı ən çox sosial-iqtisadi çətinliklərlə üzləşən məhz qadın və qızlar olmuşdur. 
Onların cəmiyyətdə sosial statutusunu, rifahını yüksəltmək bu gün ən mühüm vəzifə olmalıdır.
Fərqli zaman kəsiyində qadınların hüquq və azadlıqlarına olan münasibət ədəbiyyatda geniş şəkildə 
əks olunmuşdur. Ədəbiyyatda qadın obrazları və onların özünəməxsus xüsusiyyətləri, həyatı müxtəlif 
tədqiqatlara cəlb olunmuşdur. Qadın hüquqsuzluğu ilə bağlı müxtəlif fikirlər söyləyən ədiblərimiz daim 
bununla mübarizə aparmış və əsərlərində də hər zaman qadın obrazları vasitəsilə cəmiyyətə fikirlərini 
bildirmişlər. 
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Cəfər Cabbarlı olmuşdur. Onun 
yaradıcılığında toxunduğu problemlər, qaldırdığı məsələlər həqiqətləri əks etdirirdi. Onun istifadə etdiyi 
ədəbi ənənələr: həyatla bağlı olmaqdan, xalqın ictimai tərəqqisinə kömək etməkdən, qabaqcıl meyilləri 
realistcəsinə əks etdirməkdən, gerilik, ədalətsizlik və zülm ilə ardıcıl mübarizə aparmaqdan ibarətdir ( 2, s. 
11). Cəfər Cabbarlıya görə yazıçı həyata müdaxilə etməlidir. Öz bədii yaradıcılığında da o, bu prinsipə riayət 
etmiş, oxuculara zəruri bir söz deməyə çalışmış, onları tərbiyə etmək məqsədini izləmişdir. 
Qadına münasibət, hüquq və azadlıqlarının məhdudlaşdırılması, azyaşlı qızların zorla ərə verilməsi,
onların təhsil almaqlarında qoyulan məhdudiyyətlər və bunun kimi digər problemlər Cəfər Cabbarlı 
yaradıcılığının əsas mövzularından olmuşdur. C.Cabbarlı bütün yaradıcılığı boyu Azərbaycan qadınının 
hüquqsuz vəziyyətini düşünmüşdür. Onun əsərlərində qadın və evlilik problemi ilə bağlı məsələlər daim ön 
planda əks olunmuşdur. Əsərlərində yaratmış olduğu qadın obrazları spesifikliyi və müxtəlifliyi ilə göz 
önündədir. Cabbarlı ilk satirik şeirlərində qadın azadlığı mövzusuna xüsusi yer vermişdir. Onun “Hürriyəti-
nisvançılara protesto”, “Arvadlar deyirlər”, “Kişilər deyirlər”, “Qızlardan kişilərə protesto” və başqa 
şeirlərində vaxtı ilə moda halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ 
də ibtidadi hüquqlardan məhrum olunduğundan bəhs edir (2, s. 20). Qadınların hüquqsuzluğu məsələsi, 
onlara bəslənilən laqeyd münasibət, onlara qarşı göstərilən şiddət, azyaşlı qızın təhsilindən öncə onların 
evlilik məsələsinin ön plana çəkilməsi və kimi problemlər öz əksini tapmışdır. “Hürriyyəti-nisvançılara 
protesto” şeirindən gətirilmiş nümunədə qadına qarşı olan münasibət göz qabağındadır: (1, s. 18) 
Kişilər eyləsin insan kimi qızla rəftar, 
Sonra on altı yaşlı atmışillik kaftar 
Ala bilməz, a canım, boşdu bütün bu koftar. 


M.P.Vaqif və müasirlik 
161
Gündə on dəfə onu ər ağac altda qalsın, 
Şərimiz böylədi, lazımdı bu cür də qalsın. 
“Qızlardan kişilərə protesto” şeirində də qadınların acınacaqlı vəziyyəti, onlara qarşı tətbiq olunan sərt 
qaydalar, onların zorla ərə verilməsi və ərləri tərəfindən göstərilən şiddət öz əksini tapmışdır: (1, s. 75) . 
Qız döyülür, qız söyülür hər zaman 
Oldu qızın halı yamandan yaman! 
Yeddi yaşında qızın olmuş əri 
Vallah, bu nisyan çətindir, çətin! 
Cabbarlının yazdığı əsərlər xalq həyatı ilə, Azərbaycan zəhmətkeşlərinin azad və gözəl həyat 
haqqındakı arzuları ilə, xalqın irəliyə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi (3, s. 19). 
Yazıçının satirik şeirlərində olduğu kimi, hekayələrində də ictimai şəraitdə qadına münasibət məsələsi 
mühüm yer tutur. Cəfər Cabbarlının hekayələrin də kişilərin qadına, və eləcə də feodal-burjua cəmiyyətinin 
qadına mənfi münasibətlərini tənqid edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırır. “Gülzar”,
“Dilbər”, “Gülər”, “Firuzə” adlı hekayələrində bir-birindən fərqli xarakterlərə malik qadın obrazları 
yaratmışdır , lakin xarakter cəhətdən fərqlənsələrdə onları birləşdirən yeganə cəhət dövrün qadına olan 
münasibəti idi. Bu hekayələr adi həyat hadisələrinin tipik detallarını özündə əks etdirən yığcam bədii 
löhvələr təsiri bağışlasa da, əslində yeni ictimai formasiyada öz cığırını itirmişlərin, zavallı tale sahiblərinin 
faciəvi ömür səhifələridir (3, s. 35). “Gülzar” hekayəsində gənc qızın başına gələn fəlakətlər, cəmiyyətin ona 
qarşı rəftarı və bu çətin vəziyyətdən, başına gələn əzabdan qurtarmağa çalışan bir insanın olmaması dərin 
təəssüf hissi oyadır. 15-16 yaşlı bir qız həyatı boyu ağır işlər ilə məşğul olsa da o,öz həyatından narazılıq 
etməmişdir. O, acınacaqlı dəhşətli hadisə başına gəldikdən sonra həyatla bağlı ümidləri qırılmışdı. Onun 
razılığı alınmadan evləndirilməsi, alnına yazılmış qara ləkədən hər kəsin tezliklə xəbər tutacağı qorxusu onu 
günü-gündən əldən salmışdı. Qadına bəslənilən münasibət və evlilik məsələsi bu əsərdə də ön plana 
çıxarılmışdır. Əgər Gülzar başına gələn hadisələri deməyə dərdləşməyə bir insan tapsaydı, onun arxasında 
duracaq və ona güvənəcək olan bir doğmasının olduğunu bilsəydi, bəlkə də, həyatının gözəl səhifələri bir göz 
qırpımında əlindən getməzdi. “Dilbər” hekayəsində gənc qızın erkən yaşda evləndirilməsi səbəbi ilə 
təhsilindən uzaqlaşdırılıb qaranlıq taleyi ilə baş-başa qalması və soyuq qış gecəsi evdən qaçaraq tənha 
gecələrinin ağuşuna özünü atması əks olunmuşdur. “Qız xeylağını evdə çox saxlamaq da bir şey deyildir” - 
deyib cavan qızın ölüm hökmünə imzasını atan bəzi insanlar onun gələcəyini, istəklərini saymadan Dilbərin 
atasına məsləhət verirdilər (1, s. 478). Onun atasıda öz mənafeyini düşünüb qızını qaranlıq taleyin ağuşuna 
atdı. Məcbur evlilik və qadına qarşı saymamazlıq, onun bir əşya kimi kiməsə verilməsi gənc qızın məhvinə 
səbəb oldu. “Gülər” əsərində gənc qızın istək dolu gözlərinin qarşısı onun adından cavab verməyə 
hüququnun olduğunu söyləyən nişanlısı alır.Gülərin istəkləri nəzərə alınmır, onun sevincdən parlayan 
gözlərini dərin hüzn və göz yaşı bürüyür. Qadının hətta söz demək hüququnun belə əlindən alınması 
məsələsini C.Cabbarlı bu hekayə də ön plana çıxarmışdır. “Firuzə” əsərində təsvir olunmuş qadın obrazları 
Məmmədin dili ilə müqayisə edilir: “Bax geridə qalmış avam bir qadın indi həkimdir, maşın sürür. Bu 
inqilabdır; həyatda inqilab, məişətdə inqilab, insanların şüurunda inqilab” (1, s. 55). Bu sözlər qadının 
keçdiyi məşəqqətli yolun sübutudur. Cəfər Cabbarlı yaratdığı qadın obrazlarının azad ruhlu, sərbəst 
düşüncəli olduğunu görmək istəyirdi. Bu əsərdə Züleyxa və Firuzə kimi azad ruhlu qadın obrazlarını 
yaratmaqla C.Cabbarlı qadınların cəmiyyətdə mühüm rol oynadıqlarını vurğulamışdır. 
Cəfər Cabbarlının bir-birindən fərqli problemlərə həsr olunan, böyük mahiyyətə malik dram əsərləri 
Azərbaycan ədəbiyyatında xüsusi önəm kəsb edir. Qadın və evlilik ilə bağlı problemlər C.Cabbarlının dram 
əsərlərində xüsusi boyalarla təsvir olunmuş və fərqli qadın obrazları yaradılmışdır. Onun uğurlu dram 
əsərlərindən biri olan “Vəfalı Səriyyə” dramında Səriyyənin zorla və ondan xəbərsiz evləndirilməsi, onun bir 
söz demək iqtidarına malik olmaması və bu belə də olmalı imiş kimi qohumlarının ona münasibəti gənc 
qızın acınacaqlı taleyini bir daha sübut edir. “Səriyyə nə itdir ki, bir də ona məsləhət edək” - deyən Çimnaz 
xanımın ona etdiyi bu rəftar Səriyyənin düşdüyü mühitin necə dözülməz olduğunu göstərir (1,s.13). 
Səriyyəni bu qaranlıq taledən qurtaran obrazlar Cəfər Cabbarlı tərəfindən xüsusilə yaradılmışdır çünki o, 
əgər qadınları bu bəladan qurtaracaq insanlar varsa onların xoşbəxt olacağını düşünürdü. Solğun çiçəklər 
əsərində isə Saraya qarşı olunan vəfasızlıq, haqsızlıq onu ölümə sürüklədi və onu xilas edəcək yeganə şəxs 
Bəhram olmasına baxmayaraq o, var- dövlət hərisliyinə qapılıb Saranı unutdu, Bəhram onun saf sevgi 
hisslərini dəyər vermədi. “Oqtay Eloğlu” əsərində yaradılmış qadın obrazları, onlara olan münasibət və 
evlilik ilə bağlı qərarlar obrazların dili ilə aşkara çıxarılır. Qardaşı Aslan bəy Firəngizi istəmədiyi insanla 
evləndirmək istəyir,bacısını öz amallarına uğruna qurban verir. Hacı Zaman qızların təhsil almaq fikrinə 
müsbət baxmır,və qızını oxutdurduğuna görə daim gileylənməsi əsərdə diqqət çəkən məqamlardandır. 
“Sevil” dramı qadın emansipasiyasını əks etdirən ən dolğun əsərlərdən biridir. C.Cabbarlıya görə hüququ və 
azadlığı müəmmalı olan hər bir qadın özünü yetişdirməyi, dəyişməyi, döyüşməyi bacarmalı və bacarığına 


M.P.Vaqif və müasirlik 
162
görə də sevilməli, təqdir olunmalıdır. Əsərin əvvəllərində hüquqsuz, itaətkar, müti, avam bir qadın olan 
Sevil yavaş-yavaş öz hərəkəti, davranışı, biliyi ilə ətalətdən çıxır, dəyişir, dəyişə-dəyişə də hamı tərəfindən 
sevilməyə başlayır. "Sevil" pyesi Azərbaycan qadınının azadlıq tarixinin bir epoxada bədii əksi oldu. 
"Sevil"də qaldırılan məsələ bu gün üçün keçilmiş etap kimi görüsə də, bütövlükdə əsər öz aktuallığını 
itirməmiş, qadına köhnə münasibətin qalıqlarına qarşı bu günlə səsləşir. Qadındakı təkamül, inkişaf, dünyaya 
baxış, hüququnu və haqqını dərk məsələsini cəmiyyətin mövqeyindən həll etmək baxışından “Sevil” dramı 
bu gün də ədəbiyyatımızda öz üstün mövqeyini mühafizə etməkdədir. “Almaz” əsərində də qadın 
hüquqsuzluğu və evlilik problemi öz əksini tapmışdır. “Siz öləsiz,bir ay bundan qabaq arvadın ağzına ki, az 
danış. Mənə qayıdıb dedi ki, mənim hüququmu mənnəm neynirsən” - sitatı o dövrdə qadına olan münasibəti 
güzgü kimi əks etdirir (1, s.105). Yaxşı obrazının istəmədiyi surətdə ağa ilə evləndirilməsi onun söz demək 
haqqının əlindən alınması demək idi. Biz qadınlarımız qəfəsdə saxlayan əlləri qırmalı, qadını azadlığa 
çıxarmalıyıq deyən Almazı heç kəs ciddi qəbul etmir, arvad bizimdir özümüz bilərik şüarı ilə yaşayırlar. 
Cəfər Cabbarlı Şərq qadının vəziyyətini daim öz dərdi kimi düşünmüş, qadına yüksək qiymət vermiş, 
taleyini hər zaman diqqət mərkəzində saxlamış və bunu əsərlərində də əks etdirmişdir. Bu ruhda əsərlər 
yazmaqla dövrünün ictimai bəlalarını,qadınların vəziyyətini açıb göstərmişdir. C.Cabbarlının toxunduğu 
problemlər bu gün də öz aktuallığını qoruyub saxlamışdır. 
Ədəbiyyat 
1.Asif Rüstəmli. Cəfər Cabbarlı Seçilmiş əsərləri. Bakı: Çaşıoğlu, 2004, 568 s. 
2.Asif Rüstəmli.Cəfər Cabbarlı: Həyatı və mühiti. Bakı: Elm, 2009, 416 s. 
3.Arif Məmməd.Cəfər Cabbarlı: monoqrafiya. Bakı: Uşaqgəncnəşr, 1954, 123 s. 
MİRZƏYEVA AYTƏKİN 
Bakı Dövlət Universiteti 
ABDULLA ŞAİQ YARADICILIĞI AKADEMİK MƏMMƏD ARİFİN GÖZÜ İLƏ 
Açar sözlər: 
Abdulla Şaiq, məktub, xatirə, məqalə, ədəbiyyat 
Academician Mammad Arif of Abdullah Shaige 
The article reviews the articles of Academician Mammad Arif devoted to the work of the outstanding 
Azerbaijani writer and playwright Abdullah Shaig. Here we study not only the works of the writer, but also 
the evaluation of his personality. These articles act as a kind of memoir literature. In the memoirs is reflected 
such a form of social consciousness as the historical consciousness 
Keywords:
Abdulla Shaig, letter, remembrance, article, literature 
Yaradıcılıqda məktubdan, xatirədən fərqli olaraq məqalə yaradıcılıq növü kimi elmi fikirlərin əhatəsinə 
görə xüsusi xarakterik cəhətlərə malikdir. Məqalədə hər hansı bir obyekt üzərində elmi dəyərləndirmələr 
aparılır, səciyyəvi nəticələr əldə olunur. Abdulla Şaiqə həsr olunmuş məqalələrin də obyekti, predmeti Şaiqin 
eimi-nəzəri düşüncə səviyyəsi, elmi dünyaörüşüdür. Bu məqalələri yazanlar Şaiqin yaradıcılığına qiymət 
verməyi bacaran şəxsiyyətlərdir. 
A.Şaiq haqqında yazılan məqalələrin ümumi mövzusu onun yaradıcılığıdır. Bu belə də olmalıdır. 
Çünki bu məqalələrin müəllifləri ədəbiyyatçıdırlar. Onların da maraq dairəsi yaradıcılıq problemləri, qismən 
də yaradıcılığa təsir edən mühit, dövr, yazıçının həyatı məsələləridir. Bu yöndən Məmməd Arifin də 
məqaləsi A.Şaiqin həyatına, yaradıcılığına verilən ən böyük qiymətdir. 
Abdulla Şaiq Məmməd Arif üçün kimdir? Məqalənin giriş hissəsi Abdulla Şaiqin kimliyinə həsr 
olunmuşdur. Bu, ritorik bir sualdır. Çünki A.Şaiqin kim olduğunu oxucu da, Məmməd Arif də yaxşı bilir. 
Ona görə də M.Arif onun necə müəllim olmasını yaddaşından bərpa edir. «Nə gözəl sözdür müəllim sözü. 
Məlahətli və vüqarlı. Bu sözün lüğəti mənası öyrədən, bilik verən olsa da, onun təsəvvürümüzdə, ruhumuzda 
daşıdığı məfhum, xalq arasında malik olduğu məzmun və mündəricə daha böyük və genişdir, daha mötəbər 
və ülvidir. Şaiq müəllim!» (7, s. 112; 114). 
Məqalənin girişi xatirə tipindədir. Müəllifi bu xatirə-məqalədə bir sual düşündürür. Müəllim və yazıçı 
olan Şaiq müəllim bunlardan hansına üstünlük verir? Bu suala müəllif bütün xatirələrini oyatmaqla cavab 
verir. A.Şaiq bu suala cavab tapmaq üçün şagirdinə yadındakıları söyləyir. Onun son sözü bu olur ki, mən 
müəllimlikdən başlamışam, ömrümün axırına kimi də görünür ondan əl çəkməyəcəyəm (7, s. 113; 14). 
A.Şaiq deyir ki, mən yazıçılıqda da müəlliməm, yazıçılıqda müəllimliyin auditoriyası bütün cəmiyyətdir, 
xalqın həyatıdır. 


M.P.Vaqif və müasirlik 
163
Məqaləyə əsasən, A.Şaiqin fəaliyyət dövrlərini belə qruplaşdırmaq olar: Şaiqin dərslik sahəsində 
fəaliyyəti, Şaiqin müəllimlik fəaliyyəti, Şaiqin yaradıcılıq fəaliyyəti (uşaq mövzusu sahəsində), mənzum 
hekayələri, Şaiqin dramaturji fəaliyyəti, Şaiqin publisistik fəaliyyəti, Şaiqin lirikası. Şaiqin nəsri («Araz» 
romanı), Şaiqin alimlik fəaliyyəti. 
M.Arif A.Şaiqin fəaliyyət dövrlərinin hər birinin geniş təhlilini verir. Bu təhlili qısa olaraq fəaliyyət 
dövrləri üzrə aşağıdakı kimi göstərə bilərik. 
1. Dərslik problemi A.Şaiqi həmişə düşündürmüşdür. Bu məqsədlə o, Azərbaycan məktəblərində ana 
dilini tədris etmək üçün «Birinci il», «Uşaq gözlüyü», «İkinci il», «Üçüncü il» və ya «Yeni məktəb» 
dərsliklərini yaratmışdır. Bu dərsliklərdə A.Şaiq başqa şairlərin də uşaq şeirlərindən istifadə etmişdir. Sabirin 
«Ağacların bəhsi», «Uşaq və buz», «Cütçü», Səhhətin «Quşlar», «Tənbəl», «Bağça», «Köç», Şaiqin özünün 
«Quzu», «Əkinçi», «Keçi», «Əkin nəğməsi», «Payız» şeirləri bu dərsliklərdə yer almışdır. 
2. Müəllimlik A.Şaiqin sevimli peşəsi olmuşdur. Müəllimlik fəaliyyətinə o, Bakı realni məktəbindən 
başlamışdır. Bu məktəbin Azərbaycan sinfinin təşkilatçısı və rəhbəri olmuşdur. Onun sonrakı müəllimlik 
fəaliyyəti «Nümunə məktəbi»ndə, pedaqoji texnikumda və darülfünunda davam etmişdir. 
3. Dərslik yaratmaq problemi eyni zamanda burada özünə yer alacaq uşaq təfəkkürünə uyğun əsərlərin 
də yazılmasına ehtiyac doğurmuşdur. Şaiq yaradıcılığında romantizmin bədii ifadəsindəı ədibin uşaq 
şeirlərinin təsirini xüsusilə nəzərə almaq lazımdır. A.Şaiqlə kiçik oxucular arasındakı əlaqələr həm onun 
yaradıcılığına, həm də uşaqların psixikasına, dünyagörüşünə təsir etmişdir. Bir sözlə, onun müəllimlik və 
ədiblik fəaliyyəti qoşa olmuşdur. 
4. A.Şaiqin dramaturji fəaliyyəti isə böyüklər üçün, oxucu zövqü üçündür. Şaiqin dramaturgiyasında 
«Eloğlu», «Vətən», «Bir saatlıq xəlifəlik», «Xasay», «İldırım», «Nüşabə» kimi əsərlər bir çox teatrlarda 
tamaşaya qoyulmuşdur. 
Bu sahədə onun ilk fəaliyyəti məktəb səhnələri üçün bədii əsərlərin yazılmasından ibarət olmuşdur. 
Məktəbyaşlı uşaqlar üçün yazdığı «Gözəl bahar», «Ürək tikmək», «Çoban» əsərləri uşaqların özləri 
tərəfindən məktəb səhnəsində oynanılmışdır. Şaiq uşaqların tərbiyəsində səhnənin böyük rola malik 
olduğunu görüb bir neçə əsərini pyes halına salmışdır ( 4, 66-77). 
5. Şaiq publisistik fəaliyyətə hələ XIX əsrin sonlarından başlamışdır. Onun yaradıcılığa başladığı ilk 
dövrlərdə mətbuat orqanı olan «Həyat» qəzeti və «Füyuzat» jurnallarında ədəbi dilin osmanlı ləhcəsi 
əsasında inkişaf etdirilməsi barədə mühakimələr yürüdülür, Azərbaycan dilinin inkişafının qayğısına 
qalınmır, xalq dili məsələləri geriyə çəkilirdi. Bu qəzet və jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. O, 
Avropa təhsili almışdı, rus və Qərb ədəbiyyatını da gözəl bilirdi. Onun redaktorluğu ilə çap olunan 
orqanlarda Sabir, Səhhət, Hadi, Şaiq də çap olunurdu. Ancaq dil məsələsində onların arasında çox fərqlər var 
idi. Əli bəy Hüseynzadə Osmanlı dilinin, ədəbiyyatının, Qərb düşüncəsinin təsiri altında idi. Sabir. Səhhət, 
Hadi və Şaiq isə xalq dilinə meyl edən sənətkarlar idilər. Ona görə də onların yaradıcılığını Ə.Hüseynzadə 
ibtidai, kobud, biçimsiz bir yaradıcılıq hesab edirdi. Xüsusilə «Füyuzat» jurnalının dili, üslubu burjua ədəbi 
cərəyanının məhsulu kimi demokratik ruhlu ədəbiyyat həvəskarlarını narazı salırdı. 
Akademik M.Arif «Füyuzat» jurnalının A.Şaiqə təsirini jurnalın onun inkişafında nə dərəcədə rol 
oynamasından asılı hesab edir. «Molla Nəsrəddin» jurnalı isə xalq dilində çap olunan bir orqan idi. Dilinin, 
üslubunun sadə olması, xalqa yaxınlığı, Şaiqin dilini cilalamaq baxımından «Molla Nəsrəddin»in ona təsiri 
«Füyuzat»dan daha çox idi. Buna baxmayaraq M.Arif Abdulla Şaiqin 90 illik yubileyi münasibətilə qələmə 
aldığı məqaləsində onun «Füyuzat» jurnalına münasibətini belə xarakterizə edir: «Siyasi-ictimai bir cəbhə 
kimi «Füyuzat» Şaiqin yaradıcılğında böyük rol oynamışdır» (7, s. 117; 14). Lakin bu məqalədə M.Arif Şaiqi 
yaxşı və ya pis romantik olduğu üçün deyil, yaxşı realist olmadığı üçün tənqid etmişdir. Yaşar Qarayev onun 
fikrinə qarşı çıxaraq fikrini belə ifadə edirdi ki, «tədqiqatçılar heç bir romantiki pis romantik olduğu üçün 
ittiham etmirlər, əksinə, onları realist olmadıqları üçün tənqid edirlər… Halbuki belə yanaşma üsulunun özü 
elmi cəhətdən şikəst və qüsurludur» (5, s. 25).
XX əsrin ilk illərindəki ədəbi hərəkatdakı romantizmin mövqeyini M.Cəfər düzgün başa düşmüşdü. O, 
bu cərəyanın yaradıcılıq metodu kimi realizmdən fərqlənsə də, ona qarşı durmadığını, lakin ona rəğbət 
bəslədiyini, ondan müsbət mənada təsirləndiyini belə nəzərə çatdırırdı: «XX əsr Azərbaycan romantizmi ilə 
Azərbaycan realizmi arasında uçurum, Çin səddi olmamışdır» (3, s. 24 – 31). «Füyuzat» jurnalının XX əsrin 
ilk illərində mədəni, ictimai və ədəbi həyatımıza da böyük təsiri olmuşdur. Bu illərdə millətin soykökünə 
münasibətinin aydınlaşmasında füyuzatçılığın böyük tarixi xidmətləri vardır. A.Şaiq də mütərəqqi bir ziyalı 
olduğuna görə bu ədəbi hərəkata biganə qalmamışdır. Ə.Mirəhmədov «Abdulla Şaiqin mollanəsrəddinçilərlə 
ideya-yaradıcılıq əlaqəsi» məqaləsində bu məsələyə öz fikrini belə ifadə edir: «Şaiqin XX əsr 
ədəbiyyatındakı realist və demokratik meyllərlə… sıx qarşılıqlı münasibəti bizə onu büsbütün «Füyuzat» və 
füyuzatçılıq deyilən ictimai-ədəbi cərəyandan təcrid etməyə … haqq vermir» (7, s. 148).
A.Şaiqin «Füyuzat» və füyuzatçıların ideyalarından necə bəhrələnməsi də diqqətdən kənarda 
qalmamalıdır. A.Şaiqin yaradıcılığında Ə.Hüseynzadənin fəlsəfi-estetik prinsipləri, milli və ictimai tərəqqi 
ideyalarını mənimsəməsi, klassik irsə və folklora münasibəti öz həllini tapmışdır. Milli zəminə əsaslanan və 
bəşəri dəyərlərə malik xüsusiyyətlər Ə.Hüseynzadənin görüşlərində, füyuzatçılıq ədəbi cərəyanının 


M.P.Vaqif və müasirlik 
164
proqramında mühüm yer tutduğu kimi, A.Şaiqdə də füyuzatçılığın fəlsəfi-estetik prinsipləri, 
Ə.Hüseynzadənin ideyalarından bəhrələnmə və yararlanma onun ədəbi, elmi-pedaqoji fəaliyyətində öz əksini 
tapırdı. Ə.Hüseynzadə tənqidə həsr etdiyi məqaləsində tənqidin nə olduğunu, onun ideya istiqamətlərini 
aydınlaşdırmışdı. A.Şaiq də onun tənqid haqqındakı fikrini inkişaf etdirərək yazırdı ki, «Ədəbiyyatımız 
dilimizdən çox geridir; farsların tərzi-səqimi (saxta üslub) nüfuzu altında boğulmaqda davam etməmkdədir. 
Buna dəxi bir para tarixi səbəblər olduğu kimi, keçmiş böyük şairlərimizin də qüsurları görünməkdədir» (2, 
s. 123). «Hər millətin ədəbiyyatı tədqiq edilərsə, o millətin müxtəlif zamanlarda həyati-ictimaiyyə və 
tərəqqiyati-fikriyyəcə nə kimi inqilablara uğradığını və nə kimi şərait daxilində təkamül etdiyini apaçıq 
görmək və anlamaq mümkündür» (2, s. 136). 
Ə.Hüseynzadə yuxarıda qeyd olunan məqaləsində «Molla Nəsrəddin» jurnalını «ətrafdakı çirkabları» 
təmizləyən orqan adlandırır və bu qərara gəlir ki, çirkabları qurutmaq üçün mütləq onu daşa tutan, o 
çirkablara qayalar yuvarlatmağa qadir olan tənqidçilər, fədailər lazımdır (46). 
Abdulla Şaiq XX əsrin əvvəllərində «Füyuzat» ədəbi məktəbi ilə öz inkişafına başlayan romantizm 
ədəbi cərəyanı haqqında yüksək fikirdə idi və ilk əsərlərini bu bu üsulla yazırdı, ona görə də onu romantik 
sənətkar kimi tanıyırdılar. Lakin XX əsrin 50-ci illərində romantizmə münasibət pis olduğuna görə, A.Şaiqin 
bu yöndəki yaradıcılığına lazımi qiymət verilmirdi. (48) 
6. Bu məqalədə ən təsirli dil ilə təhlil edilən Şaiqin lirikasıdır. Şaiqin şeir yaradıcılığını iki dövrə 
ayırmaq olar: Yaradıcılığının ilk dövrlərində yazdığı mücərrəd mövzulu şeirlər; bu şeirlərin əsas mövzusu 
«Mahmud Əkrəm bəyə nəzirələr, vərəmli həyatlar, bəxtsiz rəfiqələr, qırıq rübablar, qış gecələri, zalım 
xəzanlar, şikayətlər, qorxular» (7, s. 117) idi. M.Arif onun ilk yaradıcılıq dövründəki şeirlərindəki mənanı o 
qədər də yeni, orijinal hesab etmir. Məsələn, «Həpimiz bir günəşin zərrəsiyiz» şeirini orijinallıq baxımından 
zəif, lirizmini isə güclü hesab edirdi. Bu şeirdə inqilabi romantika hakimdir, dövrünün ziyalılarını həyatın 
fırtına və dalğaları ilə ölüm-dirim mübarizəsinə çağırış vardır.
M.Arifin məqaləsinə əsasən qruplaşdırdığımız bu bölgüdə Şaiqin nəsr yaradıcılığı povest və 
romanlarında davam edir. Onun «Əsrimizin qəhrəmanları» romanında yerli burjuaziyanın içəridən çürüməsi, 
ailə-məişət qüsurları qələmə alınmışdır. «Araz» romanı isə Şaiqin yaradıcılığında ən bitkin əsərdir. 
Ədəbiyyat 
1.
Abdulla Şaiq. Seçilmiş əsərləri. Üç cilddə. Tərtib edəni Kamal Talıbzadə. Ön sözün müəllifi Alxan 
Bayramoğlu. I cild. Bakı, «Avrasiya-Press» 2005, 496 s. 
2.
Abdulla Şaiq. Əsərləri. 5 cilddə. IV cild. Bakı: Azərnəşr, 1977, 478 s. 
3.
Cəfər M. Azərbaycan ədəbiyyatında romantizm. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1963, 217 s. 
4.
Əsədli M. Abdulla Şaiq və teatr (1910-1958). Bakı, Nurlan, 2003, 154 s. 
5.
Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 s. 
6.
Müasirləri Sabir haqqında. Bakı, 1962. 
7.
Şaiqanə yad et (Xatirələr, məqalələr, bədii əsərlər). Bakı: Gənclik, 1981, 232 s. 
MUXTAROV ƏLİMUXTAR
filologiya üzrə fəlsəfə doktoru 
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi 
NİZAMİ GƏNCƏVİ YUBİLEYİNİN POEZİYADAKI TƏRƏNNÜMÜNƏ TƏSİRİ 
(1930-40-ci illər əsasında) 
Açar sözlər

Nizami Gəncəvi, xarakter, poeziya, tərənnüm
From the 30s to the '40s, the composition of Nizami Ganjavi's poetry in literature was related to the 
preparation of the poet's 800th jubilee 
In 1940, when poems were prepared for Nizami's 800th anniversary, poems were likewise devoted to 
poetry. The place where the poet's grave is called "Sheikh Steppe" was named after him and lived his 
memory for centuries. 
Key words:
Nizami Ganjavi, tomb, character, poetry, anniversary
Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun yubileylərini nəinki on ildən, 
beş ildən bir, hər il qeyd etmək lazımdır.(Ümumilli Lider, H.Əliyev) Vaxtında və məqamında deyilən bu 
ifadə bizə onu deməyə əsas veri ki, Şeyx Nizami yubileyindən asılı olmayaraq, poeziyada şairlərimizin, 
nəsrdə nasirlərimizin dramaturgiyada isə dramatruqlarımzın qələmindən heç vaxt düsməməlidir. 


M.P.Vaqif və müasirlik 
165
XX əsrin 30-40-cı illərindən etibarən Nizami Gəncəvi obrazının ədəbiyyatda vüsət alması daha çox 
şairin 800 illik yubileyinə hazırlıq məsələləri ilə bağlı idi. “Bu dönəmdə Nizami Yubiley Komitəsinin sədri 
M.T.Yaqubov “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı məqaləsini məhz bu məsələlərə həsr etmişdir” 
(9, 4). M.T.Yaqubov şairin yubileyi ilə əlaqədar görülən işlərdən bir qisminin də incəsənətin, elmin payına 
düşməsi haqqında yazırdı: “Nizami yubileyinə hazırlıq işləri 1938-ci ildən genişlənməyə başlamışdır.
Azərbaycanın elmi işçiləri, yazıçıları, kompozitorları, rəssamları Nizaminin həyatı, yaradıcılığı və epoxasına 
aid elmi, ədəbi və incəsənət əsərləri yaratmaq üzərində çalışmaqdadırlar” (9, 5). 
Nizami Gəncəviyə həsr olunan bədii əsərlərin və elmi, publisistik məqalələrin davamlı dərc olunması 
1939-cu ildən başlayır. Dahi şairə göstərilən bu münasibətin isə səbəblərini Z.Allahverdiyeva izah edərək 
yazır: “1939-cu ildə Stalinin imperiya əsarəti altında olan millətlərin gözündən pərdə asmaq naminə etdiyi 
“Milli ədəbiyyatların inkişafı haqqında” məruzəsi və 3 aprel “Pravda” qəzetində Nizami Gəncəvi irsinin 
təbliğ və tədqiqinin vacibliyi haqqında qərar Azərbaycan alimlərinin illərdən bəri çarpışdığı məqsədə 
çatmağa imkanlar açdı” (1, 15). Nizami irsinə dövlət tərəfindən qayğı göstərilməsi, tədqiqatçının qeyd etdiyi 
kimi, yalnız gözdən pərdə asmaq deyil, həm də milli ədəbiyyatı ideoloji rejimin nəzarəti altına almaq, 
idelogiyanın silahına çevirmək idi ki, mövcud siyasi rejim qarşısına qoyduğu məqsədə müvəffəqiyyətlə 
çatmağın yollarını da yaxşı bilirdi. Aparılan siyasət sayəsində Dahi Nizami sadəcə sovet ideologiyasının 
tribununa çevrilirdi. Nizami haqqında orta əsrlər mənbələrinin verdiyi məlumatların hər cəhdlə şübhə altına 
alınması yolu ilə təqdim olunması şairin yüksək ruhani-mənəvi dünyasından ayrılaraq, yalnız maddi, sosial 
münasibətlər səviyyəsinə endirilməsinə xidmət edirdi.
1939-cu ildə Nizami Gəncəviyə həsr olunmuş bədii əsərlər, əsasən, qısa şeirlərdən ibarət idi: 
H.Abbaszadə “Böyük sənətkar” (“Gənc işçi”, 24 noyabr), Ə.Cəmil “Bu yerlər” (“Ədəbiyyat qəzeti”, 10 
dekabr), Ə.Məlakə “Nizamiyə” (“Ədəbiyyat qəzeti”, 16 sentyabr), Ə.Tələt “Nizami” (“Ədəbiyyat qəzeti”, 10 
dekabr), Ə.Ülfət “Nizamiyə” (“Gənc işçi”, 24 noyabr), S.Vurğun “Nizami” (“Ədəbiyyat qəzeti”, 12 oktyabr). 
Adları çəkilən şeirlərin eyni başlığa malik olması, eyni zaman kəsiyində - 1939-cu ilin son aylarında və 
həmçinin eyni qəzetlərdə dərc olunması elə ilk baxışdan bu əsərlərin sifarişli olmasından açıq xəbər verirdi. 
1950-ci ilə qədər bədii ədəbiyyatda Nizami obrazının yaradılması təbliğ məqsədi daşıyan tərənnüm 
xarakterini davam etdirir. Bu isə Nizaminin təbliğindən daha çox şəxsiyyətə pərəstiş dövrünün tələblərindən 
irəli gələrək “dahi rəhbər”in – Stalinin şəxsiyyətinin tərənnümünə çevrilirdi.
Nizaminin 800 illik yubileyinə hazırlıq görüldüyü 1940-cı ildə də şairin şəninə oxşar motivlərdə 
şeirlər həsr olunurdu. Elə bu məqsədlə də çap olunan “Nizami” adlı məqalələr toplusunu əhatə edən ikinci 
kitabda Aşıq Əsəd Tavuzun “Nizami” adlı şeiri çap olunmuşdur. Aşıq Əsəd Tavuzun şeirində diqqəti çəkən 
bir məqam Ələsgəri xatırlayaraq ustad aşığın Nizamini tərənnüm etməsindən danışmasıdır: 
“Ələsgər sözündə Nizami dedi, 
Çox gözəl şairdi Nizami dedi. 
Şeirini söyləyib Nizami dedi, 
Qonmadı gülünə xar Nizaminin” (4, 147). 
Həqiqətən də, Aşıq Ələsgərin Nizamiyə həsr edilmiş bir təcnisi olmuşdur ki, bu da aşığın verdiyi 
xəbərdən bir il sonra – yəni 1941-ci ildə “Nizami” məqalələr toplusunun üçüncü kitabında işıq üzü 
görmüşdür. 
Mənbələr məlumat verir ki, “1947-ci il iyun ayının 3-də Azərbaycan SSR Elmlər Akademiyasının 
böyük salonunda Nizaminin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans açıldı” (4, 230). 
“Azərbaycan ziyalıları adından Stalin mükafatı laureatı şair Səməd Vurğun çıxış etdi. O, ziyalılar adından 
partiyaya, hökumətə və sovet xalqının rəhbəri Stalin yoldaşa söz verdi ki, Azərbaycan ziyalıları Nizaminin 
xatirəsini müqəddəs saxlayaraq sovet sosialist mədəniyyətini daha da inkişaf etdirəcəkdir. Səməd Vurğun öz 
çıxışını Nizamiyə həsr etdiyi ilhamlı bir şeirini oxumaqla qurtardı” (4, 231). Azərbaycan sovet ədəbiyyatında 
Nizami Gəncəvi obrazını öz dolğunluğu ilə tərənnüm etdirən şeirlərdən biri məhz Səməd Vurğunun 
“Nizami” şeiri idi. Səməd Vurğun yeddi beytlik bu şeirində şair məhəbbətini ifadə edir, sənətinin 
qüdrətindən, əsərlərinin əsrlərlə təsirindən, idrakın ölməzliyindən bəhs açırdı: 
“Keçdikcə nəsillər o sənin söz çəmənindən, 
Ellər, obalar dərs alacaqdır hələ səndən. 
Ölməz bu aləmə idrakla gələnlər, 
Məna evinin sirrini vicdanla bilənlər” (4, 193). 
Səməd Vurğun şairin dühasının nurunun hələ də dünyaya yayıldığını vurğulayaraq onu “xalqın gözü, 
qəlbi, vicdanı” adlandırırdı.
1950-ci ilə kimi mətbuatda “Nizami” (M.Əliheydər, Ə.Rəsulov, Ə.Ziyatay, Aşıq Əli), “Sənət usta-
dına” (Ə.Hacı), “Böyük Nizamiyə” (K.Qəhrəmanov, B.Seyidzadə, M.Bipərva), “Ölməz sənətkar” (M.Əli-
yeva, M.Yaqub) və s. kimi qəlib başlıqlar altında məzmunlar da qəlibləşirdi, bayağılaşırdı. Bu şeirlər “Kom-


M.P.Vaqif və müasirlik 
166
munist”, “Şərq qapısı”, “Gənc işçi”, “Kirovabad balşeviki”, “Revolyusiya i kultura”, “Ədəbiyyat qəzeti” ki-
mi mətbuat orqanlarında dərc olunurdu. Bu dövrdə qələmə alınan şeirlərin sırasında məzmunca daha zəngin 
şeirlər də vardır. Əhməd Cəmilin “Bu yerlər”, Ələkbər Ziyatayın “Nizami”, Seyidzadə Bədrinin “Böyük 
Nizamiyə” şeirləri yazarların şair haqqındakı ətraflı məlumatından, ziyalı yanaşmasından xəbər verir ki, bu 
da Nizaminin əsərlərinin ana dilinə tərcümə edilərək nəşr olunmasından, kütləviləşməsindən irəli gəlirdi. 
Nizami Gəncəvinin biblioqrafiyasından məlumat alırıq ki, 1941-ci ildə şairə bir poema da həsr 
olunmuşdir. O.Qoşqarlının Nizamiyə həsr etdiyi poemasının “Görüş” adlı bir parçası şeir şəklində 13 yanvar 
tarixində “Kirovabad bolşeviki”ndə dərc olunmuşdur. Şeir məzmunu yenidir və maraq doğurur. Şeirdə ifadə 
olunan lirik hisslər şairin məzarının dilindən söylənilir: 
“Üstümdən hər səhər əsən küləklər 
Nəğmələr oxuyur, sevinir keçir...” (6, 4). 
Şairin məzarı da Seyid Əzim, Mirzə Məhəmməd Axundov, Əliabbas Müznib, Məhəmməd Əmin 
Rəsulzadə kimi türbənin gözdən-könüldən kənar qalıb kimsəsizləşməsindən gileylənir: 
“Bilirlər yalqızam çox illərdir mən, 
Yanıma gələnim, gedənim də az. 
Ellərə deyirəm indi dərdimi, 
Könül şişədəndir, sınsa sağalmaz” (6, 4). 
“Görüş” şeirinin dərcindən üç ay əvvəl “Ədəbiyyat qəzeti”ndə O.Q. imzası ilə “Böyük şairin qəbri” 
başlığı altında bir məqalə çap olunmuşdur ki, burada da şeirlə səslənən mövzulardan bəhs olunur: “Qəbrin 
üstündə uçuq bir hissəsi yaxınlara kimi qalan bir hündür günbəz var imiş. Çox vaxt yolçular bu günbəzin 
içində gecələyirlərmiş. Buna kolxozçular hələ də “Şeyx günbəzi” deyirlər. Bu günbəzin kərpiclərinin üstü 
göy bir rənglə cilalanmışdır. Kərpiclərin qırıqlarını indi də qəbrin ətrafında asanlıqla tapmaq olur. Bir 
çoxlarının dediklərinə görə, böyük rus şairi Aleksandr Qriboyedov İrana gedərkən tikdiribmiş” (7, 3). 
“Böyük şairin qəbri” məqaləsində şairin məzarı ilə bağlı daha bir sıra yaddaqalan məlumatlar əldə 
edirik: “ ... rəvayətlərə görə, şairin qəbrini bir nəfər Naxçıvanlı polkovnik yeniləşdirmişdir. Son restavrasiya 
zamanı müəyyən edilmişdir ki, şairin sümükləri olan sərdabədə çinardan qayrılmış tabutda ipək şala 
bürünmüş bir qadın skleti dəxi vardır. Qəbrin ətrafında tapılan skletlərin çoxusunun xırda üzvləri çürüyüb 
torpağa qarışmışdır. Bir nəfərin skleti, başının tükləri durur. Nizaminin qəbri sonuncu dəfə 1930-cu ildə 
açılmışdır. Onun da başının tüklərinin qaldığını görənlər vardır. Onlardan Rza Qara Bayramov deyir: “Mən 
şıxı özüm gördüm, onun uzun bir tabutu var idi. Tabut bütöv bir sağ çinar ağacından yonulmuşdur. Başının 
altına mərmərdən bir daş parçası qoyulmuşdu. Həmin daş parçası üzərinə şıxın saçları tökülmüşdü” (7, 3). 
Həmin məqalənin əvvəlində Nizaminin məzarının restavrasiya olunacağı haqqında da danışılır: “1941-
ci ilin payızında Azərbaycan poeziyasının günəşi böyük Nizaminin anadan olmasının 850 illiyi tamam olur. 
Şairin yubileyini təşkil edən Xalq Komissarları Soveti yanındakı yubiley komiteti qəbrin restavrasiyası üçün 
Kirovabad şəhər sovetinin ixtiyarına 150 min manat pul vermişdir. Şəhər soveti bu vəsaitlə Nizaminin qəbri 
üstündə (Şıx düzündə) 14 metr hündürlüyü olan qabaq fasadı yazılı böyük bir məqbərə tikilişinə başlamışdır. 
Bu məqbərənin ətrafı çəpərlənməli, düzəlməli, oraya su çəkilməli və ətrafı yaşıllaşdırılmalıdır” (7, 3). 
M.Mübariz də Nizaminin məzarı haqqında maraqlı fikirlər söyləyirdi: “Nizamini yalnız müasirləri 
deyil, ondan sonrakı əsrlərdə yaşayan gəncəlilər də hərarətlə sevmişdir. Feodallar və ruhanilər tərəfindən 
təkfir olunub tərk edilən Nizami qəbrini xalq həmişə əziz və müqəddəs tanımışdır. 7 əsrdən artıq bir zaman 
boyu babalarımız bu qəbrin türbəsinə üz qoyaraq dərdini ona demiş, şikayətlərini ona demiş, arzularını ona 
bildirərək ondan kömək istəmişdir” (8, 6). 
Xalq şairin məzarı olan yeri onun adı ilə “Şeyx düzü” adlandıraraq onun xatirəsini əsrlərlə yaşatmış-
dır. Xalqımızın düşmənləri tərəfindən şairin qəbrinə etinasızlıq, tərk-hörmətliyə baxmayaraq xalq öz şairinin 
məzarının itkin düşməsinə yol verməmiş və ara-sıra öz imkanı dairəsində bu qəbri təmir etmişdir” (8, 6). 
M.Mübariz Nizaminin məzarının artıq təmir edilərək abadlaşdırılmasını da qeyd edirdi: “İndi bu 
xaraba məzarın yerində şairin adına layiq, bizim epoxamıza layiq əzəmətli mavzoley yüksəlir” (8, 6). 
Nizaminin yubileyi ərəfəsində qeyd olunan işlər reallaşdırılır və o zamandan etibarən ədəbiyyatda 
Şeyx Nizaminin dağılmış türbəsi yeni bir ziyarətgah obrazı ilə əvəz olunur. Məmməd Biriyanın şeirində 
artıq Nizaminin türbəsinin yerləşdiyi məkanın “çiçəklənən novbahar”, “Gəncə kimi laləzar” ifadələri ilə 
abadlığı əks etdirilirdi. Məmməd Biriya “Gəlmişəm” (Nizami Gəncəvinin məzarı qarşısında) şeirində şairin 
məzarının ziyarətinə gəlməsini böyük iftixarla tərənnüm edirdi:
“Çatdırdı arzumu başa təbiət, 
Əziz, yaxın dostlarımla, nəhayət, 
Nizaminin məzarını ziyarət 
Etmək üçün bu diyara gəlmişəm” (2, 2). 


M.P.Vaqif və müasirlik 
167
Nizaminin “əşarına könül bağlayan” Biriya böyük ustadın məzarı qarşısında “amalını nəşr etməyə 
cahanda varlığı ilə son qərara gəldiyinnə” (2, 2) söz verir.
Nizami obrazının təşəkkülü tarixinin üçüncü mərhələsi 1950-ci ildən etibarən başlaması qənaətinə 
gəlmək üçün yazılan bədii sənət nümunələri əsas vermir. Zəhra Allahverdiyeva nizamişünaslığın üçüncü
mərhələsi haqqında yazır:
40-cı illərə nisbətən, sonrakı 50-70-ci illər, ilk baxışdan, durğunluq, sakitlik dövrü kimi nəzərə çarpsa 
da, əslində, nizamişünaslıq artıq qurulmuş olan sxem əsasında geniş elmi təhlillərə keçmişdi” (1, 43). Lakin 
şairin bədii ədəbiyyatdakı vəziyyəti haqqında bunu demək olmur. 1981-ci ilə qədər mətbuatda və kitab 
səhifələrində Nizamiyə aid tək-tək kiçik mətnlərə təsadüf edilir. Bunlardan bəziləri də şairin əsərlərinin 
motivləri əsasında yazılmış hekayələrdir. Yalnız Əliağa Kürçaylının “Nizami” şeiri şairə həsr olunmuş sənət 
əsəridir və həmçinin qətiyyətlə deyə bilərik ki, sovet ədəbiyyatında ilk mükəmməl poeziya nümunəsidir. Şair 
səkkiz bəndlik şeirdə maraqlı bir bədii qarşılaşdırmadan istifadə etmişdir. Ə.Kürçaylı təbiət hadisəsi olan 
zəlzələ ilə Nizaminin doğumunu qarşılaşdırırdı. Sanki bu böyük dühanın dünyaya gəlməsi üçün ana ilə 
yanaşı təbiət də ağrı çəkirdi: 
“Gəncənin görkəmi dəyişdi bütün, 
Dedilər gözəllik gəldi cahana. 
Bir az aşağıda elə həmin gün 
Ağrılar çəkirdi boylu bir ana” (5, 372). 
Təbiətin ağrısı olan zəlzələ nəticəsində “Göygöl” sənət əsəri kimi yaranırsa, “Öz bari-həmlini Gəncə 
gəlini o gün qoydu yerə məşəqqət ilə” və nəticədə Göygöllə Nizami əbədi qardaş kimi dünyaya gəldilər: 
“O gün zəlzələli qoca aləmə, 
İlyas Yusif oğlu göz açıb baxmış. 
Göygöllə Nizami yurda sən demə, 
Həmin bir gün şöhrət yaranacaqmış” (5, 372). 
Şair zəlzələnin baş verməsi ilə Nizaminin doğumunun, tarixi həqiqəti təhrif edərək, eyni tarixə aid 
hadisə kimi təqdim edib, bunu da bir təsadüf kimi qəbul etmir, bu hadisələri inqilab adlandırır:
“İnqilab olurmuş təbiətdə də, 
Bu təsadüf deyil, haqq-hesab idi. 
Göygöllə Nizami həqiqətdə də, 
Yurdumda birinci inqilab idi” (5, 372). 
Həqiqətən də, zəlzələ Azərbaycanın gözəl guşəsində yeni bir əsrarəngiz gözəllik yaratdısa, Nizaminin 
dühasının parlaması ilə İntibah ədəbiyyatının əsası qoyuldu ki, Əliağa Kürçaylı da məhz bunlara işarə edirdi. 
Nizaminin doğumunun təsviri Məhəmməd peyğəmbərin təvəllüdü zamanı dünyada baş verən hadisələrin 
tarixdəki qeydləri ilə yaxından səsləşir: “Bu müqəddəs zühurun səhəri ruhu açan nəşəli bir sabah, bu ülvü 
doğuluşun saatı yeni bir dövr idi. Müvərrixlər məhdud hadisələri qeyd edərlər. Rəsuli Əkrəm doğulduğu 
gecə Kisranın sarayında on dörd sütun uçdu. Məcusilərin alovları söndü və Sava gölü qurudu. Həqiqət bu idi 
ki, yıxılan kisraların sarayı deyil, bütün İranın səltənət və ehtişamı. Bizansın şöhrəti və Çinin əzəməti idi. 
Sönən atəş məcusilərin atəşlərində parlayan alovlar deyil, bütün dünyadakı küfr və dinsizlik atəşi idi. Bu 
quruyan göl sava deyil, bütpərəstliyin təhəkkümü, Zərdüştlüyün qüvvəti, xristianlığın zorbalığı idi” (3, 41). 
Ədəbiyyat 
1. Allahverdiyeva Z. Azərbaycanda Nizamişünaslığın təşəkkülü və inkişafı (XX əsrin 40-cı illəri). Bakı: 
Yazıçı, 2007, 223 s.
2. Biriya M. Gəlmişəm (N.Gəncəvinin məzarı qarşısında). “Ədəbiyyat” qəzeti, 1945, 30 may 36 
3. Əli H.B., K.O. Xatəmül-Ənbiya: Həzrəti Məhəmməd və həyatı (Azərbaycan dilinə çevirəni R.Kaya). 
Ankara: 1993, 436 s.
4. Gəncəvi N. Məqalələr məcmuəsi. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1947, 193 s. 
5. Kürçaylı Ə. Nizami. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004, 400 s.
6. Qoşqarlı O. Görüş. (Nizami. Poemadan bir parça). “Kirovabad bolşeviki” qəzeti, 1941, 13 yanvar
7. Qoşqarlı O. Böyük şairin qəbri. “Ədəbiyyat” qəzeti, 1940, 27 sentyabr
8. Mübariz M. Nizami və Gəncə. “Kirovabad bolşeviki” qəzeti, 1941, 23 may
9. Yaqubov T. Böyük Azərbaycan şairi Nizami Gəncəvi. “Ədəbiyyat” qəzeti, 1941, 20 aprel 


M.P.Vaqif və müasirlik 
168
NƏBİYEVA ÜLKƏR 
filologiya üzrə elmlər doktoru 
Bakı Dövlət Universeti 
XALQ OYUNLARI SİVİL DƏYƏRLƏRİN ETNOLOJİ TƏZAHÜRÜDÜR 
Açar sözlər: 
xalq oyunları, sivil dəyərlər, problem, yaradıcılıq, etiqad 
Folk games are manifestation of civil value 
Folk games which are presented in the article are stutied in the context of civil values. Its concept, its 
origin, its types, the problems in fluenced on the world culture are included here. It is shown In the article 
stage that the creation of folk games and inital stape of development carry the zincrinic character.So it played 
an important ro le as the first means of communication among people. The formation of folk games primarity 
by different beliefs, language norms, the reflexion of civil values are especially shown before the creation of 
the culture of speech. 
Keywords:
folk games, civil values, beliefs, creation, problems
Milli mədəniyyətimizin tarixində xüsusi əhəmiyyətə malik xalq oyunlarının sivil dəyərlərə doğru 
inkişaf mərhələlərindəki mühüm rolu əhəmiyyətlidir. 
Oyunlar mərasim kompleksi kontekstində müxtəlif ayin və etiqadlarla yanaşı meydana gəlmiş, 
sonralar isə ovçuluq, əkinçilik, maldarlıq və s. bağlı silsilə oyunlar yaranmışdır. 
Tədqiqatçıların oyun anlayışı, onun mənşəyi, tipləri dünya mədəniyyətinə təsiri və s. barədə dəyərli 
mülahizələri yaranmışdır. 
Ə.Sultanlı oyunu hərəkətlə bağlı yatandığına görə, onu dramla əlaqələndirmişdir (7, s. 24). 
M.Allahverdiyev isə hesab etmişdir ki, oyun daha çox rəqs, tamaşa mənalarında işlənir. Həmçinin oyun 
sözünün etimologiyasında «oynamaq» kökünə də istinad edilməlidir (1, s. 46-47). Xarəzm özbəklərinin 
müsəlmanlığa qədər etiqadlarını araşdıran Snesarev Q.R. isə şamanların icra etdikləri ritualları oyun 
adlandırmışdır (8, s. 48). Türk dillərində «oynamaq» mənasını saxlayan «oyun», «ayin», «uyun» və s. bu 
gün də sözü gedən anlayış kimi qəbul olunur. Hesab edirik ki, ən doğru fikir də budur. Həmçinin uyğur 
türkcəsində işlənən «oymaq» sözünü tədqiqatçılar «oymaq», yəni «dəlmək» mənasında qəbul edir, lakin 
burada həmin söz, yalnız hərəkəti- oynamaq mənasını ifadə edir. «Oyman», «oynamaq» etimoloji kökü ilə 
bağlı yaranan oyunlar türk xalqları içərisində həm də ağıl, hikmət mənalarını ifadə edir (5, s. 372). 
Xalq oyunları haqqında ilk məlumat Mahmud Kaşğarinin «Divanu-lüğəti t-türk» əsərində verilmişdir
(4, s.386-481), burada «Buynuz-buynuz», «Ötüş» və s. oyunların özünəməxsus etnoqrafik xüsusiyyətləri və 
s. açıqlanmışdır. Azərbaycan xalq oyunları çox erkən yaranma və yayılma tarixinə malikdir. Hələ orta 
əsrlərdə Azərbaycana gələn səyyahlar- Övliya Çələbi, Cozefa Barbara və başqaları bəzi oyunların, o 
cümlədən «Qurd oyunu» «Çovkən» və b. oyunların canlı tamaşaçısı olmuşlar (2, s. 152). 
Milli oyunlarımızın ilk toplanma və nəşri işi XIX əsrdə SMOMPK məcmuəsi, «Kavkaz» və başqa 
mətbuat səhifələrində həyata keçmişdir. Dramatik növə aid olan xalq oyunları görkəmli ədib və yazıçıların, o 
cümlədən, Firudin bəy Köçərlinin, Hüseynqulu Sarabskinin, Yusif Vəzir Çəmənzəminlinin, Əbdürrəhimbəy 
Haqverdiyevin və b. əsərlərində geniş yer tapmış, onların erkən nümunələri oxuculara çatdırılmışdır. 
Azərbaycan xalq oyunlarının öyrənilmə və araşdırılma tarixi o qədər də qədim deyildir. Bu sahədə 
R.Tahirov, E.Aslanov, T.Fərzəliyev, M.Dadaşzadə, H.Ağayev, Ş.Quliyev, A.Nəbiyev və başqaları xüsusən 
xalq oyunlarının mənşəyi və onların yayılma arealı ilə bağlı dəyərli mülahizələr söyləmişlər. 
Xalq oyunlarının tarixinə nəzər salsaq, onlar əvvəlcə müxtəlif inanc və etiqadlarla bağlı sadə forma və 
məzmun əhatə etməklə meydana gəlmiş, dil normativləri, nitq mədəniyyətinin yaranmasından əvvəl sivil 
dəyərləri özündə ehtiva edərək etnosların mədəniyyət tarixinə daxil olmuşdur. Bu isə oyunların ilk ifadə 
formaları olan rəqslərdə özünə yer almışdır. 
İlk oyunlar xaotik hərəkətlər sistemində formalaşmış, sonradan onların müəyyən formaları ibtidai 
məzmun əhatə etməklə qayaüstü rəsmlər və daş kitabələrdə qorunub saxlanaraq müasir dövrümüzə gəlib 
çatmışdır. 
Aparılan araşdırmalar göstərir ki, xalq oyunlarının yaranma və inkişafının başlanğıc mərhələsi rəqslər 
sistemində sinkretik səciyyə daşımış, yəni insanlar arasında ilk ünsiyyət və informasiya rolunu oynamışdır. 
Bu baxımdan rəqslərin ibtidai nümunələrini özündə qoruyub saxlayan daş kitabələrin oxunması bu gün sivil 
dəyərləri qəbul edib onlara doğru inkişaf etmiş xalqların mədəni və mənəvi dəyərlərinin etnoloji istiqamət-


M.P.Vaqif və müasirlik 
169
lərini öyrənməyə imkan verir. Bu gün ibtidai dövr insanının məişəti, həyat tərzi, qədim təsəvvürləri haqqında 
müəyyən məlumat əldə etmək üçün bəzi abidələr, o cümlədən Qobustan, Çin qaya rəsmləri və s. dəyərli 
mənbələr hesab olunur. Həmin daş abidələr sivilizasiya laylarının erkən modellərini təzahür etdirdiyinə 
görə, onların oxunuşu və təsvir olunan rəqslərin ayrı-ayrılıqda məzmun aydınlığı bu gün istənilən səviyyədə 
deyil, lakin buna baxmayaraq gənc nəsildən tutmuş yaşlı nəslə qədər bütün insanlar bu ibtidai düşüncə 
tərzini maraqla qəbul edir və müasir sivil modellərlə müqayisəli şəkildə təqdim etməyə çalışır. Həkk olunan 
təsvirlər xaotik və kortəbii olsa da, ibtidai düşüncə tərzinin arxaikliyindən və zənginliyindən xəbər verir. 
Azərbaycan xalq oyunları forma və məzmun baxımından ayrı-ayrı tədqiqatçılar tərəfindən, eləcə də 
mövzuya fərdi yanaşma istiqamətində təsnif olunmuşdur. Bu təsnifatlar arasında A.Nəbiyevin, H.Ağayevin, 
İ.Musayevin, R.Qafarlının, A.Əliyevin və b. apardıqları bölgülər milli xalq oyunlarımızın öyrənilməsində 
mühüm əhəmiyyətə malikdir. Məsələn, A.Nəbiyev xalq oyunlarını rəqsdaxili, mərasim, məişət, ictimai- 
məzmunlu və uşaq oyunları kontekstində öyrənməyi təklif edir. Tədqiqatçı xüsusən rəqsdaxili oyunları , 
xalqımızın bizə gəlib çatmış ən qədim oyunları hesab etmiş və göstərmişdir ki, bu oyunlar daş kitabələrə 
həkk edilən rəqslər daxilində və bu gün xalq arasında yaşamaqda olan müxtəlif milli rəqslərin kollektiv ifa 
variantlarında özünü göstərir (6, s. 378). R.Qafarlının fikrinə görə, oyunlar uşaqların fərdi yaradıcılığıdır, 
oyun və tamaşa anlayışlarına folklorun uşaqlar tərəfindən yaradılan müxtəlif formaları- uşaqların fiziki, 
zehni, psixi və mənəvi inkişafına təsir göstərən nümunələr daxildir. O, oyunları formasına görə iki qrupa 
ayırır: mütəhərrik (hərəkətli) oyunlar və söz oyunları. Hərəkətli oyunları da tədqiqatçı iki yerə ayırır: 
əşyalardan istifadə olunmaqla yaranan oyunlar, əşyaların istifadə olunmadığı oyunlar. R.Qafarlı söz 
oyunlarını sonrakı dövrlərin məhsulu hesab edir (5, s. 325-326). 
A.Əliyevin təsnifatında oyunlar aşağıdakı kimi diqqətə çatdırılır : Atüstü oyunlar (cıdır oyunları-
«Çovkən», «Qız-quu», «Sürpapaq», «Baharbənd», «Papaq» və «Qəpəq»); Stolüstü oyunlar (şahmat, dama, 
nərd, beş daş və s.); Zorxana oyunları (milli güləş, yekbə, mil oyunu, yekbagır, yaxud səngi daşqaldırma, 
gəbədə və kəmənə oyunu, çərxi və ya təndövrə, cəngi oyunu; gözbağlıca) (3, s.49). Hesab edirik ki, bu 
axtarışların hər biri Azərbaycan milli xalq oyunlarının öyrənilməsi istiqamətində uğurlu addımlardandır. Bu 
təsnifatların müvafiq bölgülərində yer almış oyunlara diqqət yetirdikdə, həqiqətən də bu folklor və etnoqrafik 
nümunələrin sivil dəyərlərdən bəhrələnən etnoloji faktor kimi təsdiqləyə bilərik. Həmin oyunlar tarixin 
müəyyən zaman kəsiyində, sivilizasiyasının beşiyi olan Misirdə, Hindistanda və digər mədəniyyət 
mərkəzlərində intişar tapmışdır. Milli atüstü xalq oyunlarından olan Çövkən təqribən eramızın birinci 
minilliyində formalaşmış, Azərbayanda, Orta Asiyada, İranda, Türkiyədə və başqa ölkələrdə geniş 
yayılmışdır. Mənbələr göstərir ki, hələ XII əsrdə Bağdadda İslam ölkələri arasında ilk Çövkən yarışları 
keşirilib. Bu oyunun çox qədim dövrlərdən Azərbaycanda keşirilməsi ilə bağlı faktlar mövcuddur. 
Nizaminin “Xosrov və Şirin” poemasından, eləcə də “Kitabi- Dədə Qorqud”dan Çövkənin tarixinin qədim 
dövrlərə aid olması bir daha sübut olunur. 
Bu gün yaşadığımız qloballaşma və dünya mədəniyyətinə inteqrasiya dövründə sivil dəyərlərdən xəbər 
verən oyunların araşdırılması və Avropa mədəni dəyərləri kontekstində öyrənilməsi folklorumuzun daha 
geniş aspektlərdə tarixi-müqayisəli metoda istinad edərək dünya xalqlarının mədəniyyət çevrəsində 
əhəmiyyətli səviyyədə təqdim olunmasına xidmət edir. 
Oyunlar, xüsusən də uşaq oyunları ümumilikdə sivilizasiyanın etnoloji qənaətlər sisteminə daxildir. 
Uşaqlar böyüklərin etdiklərini təqlid etməklə improvizasiyadan istifadə edir, hətta bəzi tarixi məqamları da 
yada salırlar. Məsələn, bu gün azyaşlı uşaqların maraqlı oyunları arasında müxtəlif cür silahlardan, o 
cümlədən, qılınc ox, yay, nizə və sapanddan istifadəyə meyl göz qabağındadır. Bunun tarixi kökləri müxtəlif 
folklor örnəklərində, nağıl və dastanlarımızda geniş yer almışdır, məsələn, «Kitabi Dədə Qorqud»da demək 
olar ki, əksər boylarda ox, yay, nizə, qılınc, sapandla daş atmaq və s. kimi soyuq silahların adlarına və 
onlardan istifadə ilə bağlı məqamlara rast gəlirik. ...«Üç yerdə dəpə kibi taş yığdı, ala qollı sapanın əlinə al-
dı... Ərənlər əvrəni Qaracuq çoban sapanın ayasına taş qodı, atdı... Qaracıq, Çoban kafərin üç yüzini sapan 
taşılə yerə bıraqdı... Çobanın taşı dükəndi.Qoyun diməz, keçi diməz, sapanın ayasına qor, atar, kafəri yıqar 
...Çobanın üçyaşar tana dərisindən sapanın ayasıydı, üç keçi tüyindən sapanının qollarıydı.Bir keçi tüyündən 
çatlağucıydı. Hər atanda on iki batman taş atardı. Atdığı taş yerə düşməzdi. Yerə dəxi düşsə, toz kibi savrı-
lardı, ocaq kibi oyrulardı. Üç yıladaq taşı düşdigi yerin oti bitməzdi... (10, s. 43-44;48). ...Dərsə xan Qorqut 
sinirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı...Üc torundı, alca qanı şorladı ...(10, s. 37). 
…Oğuz zəmanında bir yigit ki evlənsə, ox atardı. Oxı yerdə düşsə, onda gərdək dikərdi ...(10, s. 57) . 
Müasir dövrdə nəinki Azərbaycanda, həmçinin bir sıra Avropa ölkələrində uşaq oyunları tarixi 
silahlar, ox, yay, nizə, sapanda, bumeranqa və s. əsaslanan oyun modellərindəndir. 
Məlumdur ki, müxtəlif epoxalarda, yəni vəhşilik dövrü, antik dövr və orta əsrlərdə adı çəkilən silahlar 
başlıca silah növləri hesab olunurdu. Hətta XV əsr Avropa şairləri əsgərlərə sapanddan məharətlə istifadə 
etməyi tövsiyə edirdilər (11, s. 68). 


M.P.Vaqif və müasirlik 
170
İngiltərədə uşaq oyunları içərisində həmçinin müxtəlif alətlərin, tüfəng, mişar, balta, güllə səslərinin 
təqlidi ilə bağlı yaranan oyunlar bəşəriyyətin mədəniyyət tarixinin müəyyən mərhələlərində ibtidai hərbi 
hazırlıqlar haqqında təsəvvür yarada bilər. Bundan əlavə, İngiltərə, İsveçrə, Almaniya və Fransada odla 
bağlı, odun yaranması ilə bağlı oyunlar da maraqlıdır. Hətta İsveçrədə ibtidai insanların əldə etdikləri odun 
ilkin mərhələdə taxta burğunun sürtünməsi nəticəsində süni şəkildə yaranmasını əks etdirən və odu yaradan 
oyuncağın olması da diqqəti cəlb edir. 
Fransada odla bağlı bir oyun maraq doğurur. Oyunun məzmunu belədir ki, bir neçə uşaq dairəvi 
şəkildə düzülür, bir nəfər bükülmüş kağızı yandırır və uşaqlar kağızı bir-birinə ötürərək deyir ki, «od hələ 
sağdır, hələ yaşayır». Həmin yanan kağız hansı uşağın əlində sönsə, deməli, o uşaq oyunda uduzur və elan 
olunur ki, «od söndü, od öldü». Avropa şairləri Almaniyada da buna oxşar oyunun mövcudluğunu qeyd 
etmişlər. Qallivel isə İngiltərədə bu oyun zamanı oxunan şeirdən bir parçanı belə qeyd etmişdir: 
Djek hələ sağdır, ehtiyatlı ol ki, 
Sənin əlində ölməsin (11, s. 70) 
Bu oyunun analoji variantı fikrimizcə, Azərbaycanda mövcud olan «odu közərtmək» oyunudur. Bu 
oyunun məzmunu belədir: meydanda çala qazılır və orada od saxlanır. Sağda və solda hər tərəfdə on nəfər 
olmaqla dəstələr «Yallı» gedir. Yallı gedənlər odun saxlandığı yeri yelpikləyib bir dəfə sağdan, bir dəfə 
soldan söyləyirlər: “Odu at, odu tut, Odu tut, odu at, yaxud, Odu sal odu al, Odu al odu sal...” Yağışlı, 
soyuqlu, çovğunlu havalarda belə dəstələr tez-tez bir-birinin yerini dəyişir, od közərir, onu sönməyə qoymur, 
odu qoruyurlar (4, s. 121). 
Yeni Zellandiyada «ti» adlanan, İngiltərədə uşaqlar arasında say və say sisteminə əsaslanan oyunlar da 
maraq kəsb edir, məsələn, uşaqlardan biri əlində müəyyən sayı göstərir və əlini tez gizlədir, digər oyunçu isə 
dərhal həmin sayı göstərməli olur. Oyunun analoji variantı Azərbaycan uşaq folklorunda sanama adlandırılır 
(7, s. 29-33). 
Göründüyü kimi, bütün bunlar dünya xalqlarının ortaq tarixi-mədəni dəyərləri, sivil etnoloji qənaətləri 
haqqında söz deməyə, onları ortaq cəhətlərə malik olduğunu bir daha təsdiqləməyə imkan verir. 
Ədəbiyyat 
1. Allahverdiyev M. Azərbaycan xalq teatrı tarixi. Bakı: Maarif, 1978, 233 s. 
2. Dadaşzadə M. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı: Elm,1985,216 s.
3. Əliyev A. Azərbaycan folklorunun aktual problemləri. Respublika elmi konf. mat. tezisləri (aprel 1991), 
BDU, 1991, s. 49-53
4.
Kaşqari Mahmud və onun “Divanü-lüğat-it-Türk» əsəri.Tərcümə və nəşrə hazırlayan Ramiz Əsgər. Bakı: 
MBM, 2009, 532 s.
5. Qafarlı R. Uşaq folkloru. Azərbaycan ədəbiyyatı tarixi. Birinci cild, Bakı: Elm, 2004, s. 310-327
6. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. (Təkrar nəşr), I hissə, Bakı: Apostroff, 2014, 592 s. 
7. Nəbiyev A. Azərbaycan uşaq folkloru. Bakı: Elm, 2000,76 s.
8. Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı: Azərnəşr, 1964, 300 s.
9. Снесарев Г.П. Реликты домусульманских верований и обрядов у узбеков Хорезма. Издательство 
Наука. Москва: 1969, 336 с. 
10. Kitabi-Dədə Qorqud (tərtib, transkr. sadələşmiş. variant və müqəddimə F.Zeynalov və S.Əlizadənindir). 
Bakı: Yazıçı, 1988, 265 s. 
11. Тайлор Э.Б . Первобытная культура. Москва: Политиздат, 1989, 573 с.
NƏSİROV NATİQ
Bakı Slavyan Universiteti 
DİVAN ƏDƏBİYYATINDA DİNİ SİMVOLİKA 
(Seyid Əbülqasim Nəbati və Seyid Nigarinin yaradıcılığı əsasında) 
Açar sözlər: 
simvol, poeziya, divan ədəbiyyatı, təriqət, ilahi eşq
Religious symbols in Divan literature
(based on the creativity of Seyid Nighari and Abulghasım Nabhati) 
This article deals with the religious symbolism of the 19
th
century classical Azerbaijani literature. The 
research was based on the creativity of Seyid Nighari and Abulghasım Nabhati. An eposide of XIX century 


M.P.Vaqif və müasirlik 
171
Divan literature is created by Seyid Abulgasim Nabati and Seyid Nigari. The article also focuses on 
investigating the creativity of these poets for a long time.
Keywords: 
symbol

poetry, divan literature, sectarian , divine love
XIX əsr divan ədəbiyyatının əsas qollarından birini də təriqət şeri təşkil edir.Bu mərhələnin təriqət 
şairləri arasında Seyid Əbülqasim Nəbati və Nigarinin də özünəməxsus yeri var. Çox təəsüflər olsun ki,bir 
çox sovet mənbələrində Seyid Əbülqasim Nəbatinin adı yalnız aşıq şeiri tərzində yazan sənətkar kimi 
çəkilmişdir.Nəbati yaradıcılığına belə birtərəfli yanaşılma akademik Feyzulla Qasımzadənin << XIX əsr 
Azərbaycan ədəbiyyatı tarixi >>adlı dərsliyində açıq-aşkar özünü göstərir. Kitabda Nəbatiyə həsr olunmuş 
oçerkdə onu aşıq şeir tərzində yazan şair kimi qiymətləndirmiş və klassik üslubda yazdığı şeirlərdə onun 
Füzuli, Nizami, Firdovsi, Sədi, Hafizin yaratdığı obrazlardan geniş istifadə etdiyi göstərilir. Feyzulla 
Qasımzadənin oçerk boyu önə çəkdiyi əsas cəhət Nəbatinin xalq aşıq şeiri tərzinə mənsubluğudur. Ancaq 
Nəbatinin yaradıcılığına dərindən diqqət yetirdikdə görərik ki, Nəbati xalq aşıq şeiri üslubundan daha çox 
divan ədəbiyyatına mənsubdur. Nəbatinin divan və qəzəllərində onun təsəvvüf görüşləri, təriqər şairi olması
geniş şəkildə öz əksini tapmışdır. Nəbatinin bir təsəvvüf şairi olması onun özünə götürdüyü Məcnunşah 
ləqəbində də öz əksini tapmışdır. Akademik Feyzulla Qasımzadə << XIX əsr Azərbaycan ədəbiyyatı tarixi 
>> adlı dərsliyində Nəbatinin Məcnunşah ləqəbinin izahında da bir növ dolaşıqlıq yaratmışdır. << Nəbati “ 
Məcnun “, bəzən də “Məcnunşah “ ləqəbi ilə məşhurlaşmışdır. Nəbatinin “ Məcnun “ ləqəbini qəbul etməsi, 
ehtimal ki, onun cavan yaşlarında bir məcnunanə eşq macərası keçirməsi ilə əlaqədardır >>. Daha sonra 
Feyzulla Qasımzadə Məcnunşah ləqəbinin Nəbatinin təriqət şairi olması ilə bağlayır. Əslində isə Nəbatinin 
özünə seçdiyi ləqəbində belə bir təsəvvüf simvolikası var. Onun Məcnunşah ləqəbinin sonluğu bir tərəfdən 
onun təriqət şairi olması ilə bağlıdır, digər tərəfdən onun məcnunların, ilahi eşqlə ağıldan keçənlərin şahı 
olduğunu göstərir. Nəbati qəzəllərində Şahi-Mərdan deyib öydüyü Hz.Əlinin yolundan gedənlərin şahı və 
yolçusudur. Onu da deyək ki, Nəbatinin mənsub olduğu deyilən Nemətullahiyə təriqətində Hz.Əlinin və 
Əhli-Beytin tərənnümü əsas yer tuturdu. Nəbatinin digər təxəllüsü olan Xançobani ilə də bağlı araşdırmalar 
aparılmışdır. Bəziləri bu təxəllüsün onun mənsub olduğu tayfa ilə bağlasalar da, professor Tahirə Məmməd 
özünün <> adlı kitabında bunu belə açıqlayır: << Nəbatinin digər bir 
ləqəbi Xançobani də təsəvvüf anlamlıdır. O, özünü Məcnunların şahı saydığı kimi, çobanların da xanı hesab 
edir. Sufizmdə çoban öz nəfsini, ehtirasını idarə edə bilən anlamındadır. Rəyazatdan keçə bilən sufi öz 
ehtiraslarını idarə etməyi bacarır >>. Göründüyü kimi Nəbatinin hər iki təxüllüsündə də təsəvvüf simvolikası 
var. Bundan başqa şairin qəzəllərində də Nəbatinin bir sufi şairi olduğu açıq-aşkar görünür: 
Ta ki, oldum aşinə ol rindi-sufirəngə mən, 
Badə verdim əqlimi, düşdüm xəyali-bəngə mən. 
Burda da şair bir daha özünün sufilərin yolunu tutduqdan sonra << əqlini bada verdiyini >>və 
təsəvvüfün onun ağlını eynən tiryəkin insanın ağlını başından alan kimi aldığını göstərir. Bu beyt bir daha 
Nəbatinin təriqətə, sufi ideyalarına, təsəvvüfə necə bağlı olduğunun bariz nümunəsidir. Nəbatinin << Mənim 
aləmdə sultanım Əlidir >> misrası ilə başlayan qəsidəsində Hz. Əlinin mədhi öz əksini tapmışdır.
Mənim kəştiyi-Nuhum Mürtəzadır, 
Mənim Musəyyi-İmranım Əlidir. 
Kəştiyi-Nuh Nuhun gəmisi deməkdir.Mürtəza isə Hz.Əlinin simvoludur. Bəyənilmişlərin bəyənilmişi, 
seçilmişlərin seçilmişi deməkdir. Nəbati Hz.Əlini özünün Nuh gəmisi adlandırır. Simvolik mənada nəfsin 
tufanından qurtarmağa işarədir. İkinci misrada Nəbati Hz.Əlini Museyi-İmran adlandırır. Museyi-İmran << 
Qurani-Kərim >> də adı çəkilən İmran peyğəmbərin oğlu Musa peyğəmbərə işarədir. Bəzi mənbələrdə İmran 
peyğəmbər həm Hz.Məryəmin, həm də Musa peyğəmbərin atası olduğunu qeyd edirlər. Ümumiyyətlə, 
Museyi-İmran klassik ədəbiyyatda tez-tez rast gəlinən dini simvoldur. Nəsiminin yaradıcılığında da bu dini 
simvola tez-tez rast gəlirik: 
Qaşınla kirpigin Turun dağında 
Necə bir Museyi-İmran irişdi. 
Nəbati isə Hz.Əlinin mədhinin hər adama qismət olmadığını öz qəzəlində dönə-dönə vurğulayır: 
Hər kimə düşməz edə mədhi-şahi-lafəta 
Vəsfi-gülüstan olub bülbüli-xoşxanə fərz 
Nəbati kimi XIX əsrin görkəmli təriqət şairi olmuş Seyid Nigari də uzun müddət tədqiqatçıların 
diqqət mərkəzində olmamışdır. Professor Tahirə Məmməd << XIX əsr Azərbaycan ədəbiyyatı >> adlı 
kitabında yazır: << Təriqətdə böyük bir yeri olan Nigari sənətkarlıq baxımından çox orjinaldır. Nigari 
Nəqşibəndilik təriqətinin hər hansı bir qolunun (tədqiqatlarda daha çox səslənən Xalidiyyə qolunun) sadəcə 
iştirakçısı, davamçısı yox, eyni zamanda müstəqil bir qolun, Nigariliyin təmsilçisidir >>. 


M.P.Vaqif və müasirlik 
172
Ya Əhməd, üftadəyəm, ya dəstgir, 
Ya Məhəmməd, ya Əli, ya Nəqşibənd. 
Seyid Nigarinin əsas yaradıcılığı, xüsusən, <<Çaynamə >> məsnəvisi təsəvvüfi məzmunlu bir əsərdir. 
Məsnəvidə samovarı vəfalı aşiqə bənzədən şair, onun ayrı-ayrı hissələrinə də dini məzmunla izah etmişdir. 
Şair samovarı ilahi eşqlə yanıb sovrulan bir aşiqə bənzədir, çayı isə mistik şərabla eyniləşdirir. Əsər on səkiz 
bölümdən ibarət tam orjinal bir məsnəvidir. Birinci bölüm 41 beytdən ibarətdir və
Aləmlərə ey verən nizamı 
Həmd sənədir şükr tamamı 
beyti ilə başlayır. Göründüyü kimi birinci beyt Allaha bəsmələ ilə başlayır. Şair 47 beytdən ibarət ikinci 
bölümü belə adlandırır: <asfiyadan bir güldəstə-i behcət əfsa-i dildir >>. Buradakı <<Şahənşahi-ənbiya>> Məhəmməd peyğəmbərin
(s.a.v) İslam tarixindən bildiyimiz və klassik ədəbiyyatda da tez-tez rast gəldiyimiz məxsusiyyətlərindən 
birinə işarədir. Mənası Peyğəmbərlərin şahənşahı, rəisi anlamına gəlir. Bölümün adı isə tam olaraq belə 
gedir: << bu peyğəmbərlərin şahənşahının cənnət bağçasından bir gül dəstəsi və sevinc çəmliyinin 
başçasından könül gözəlliyini artıran bir gül dəstəsidir >>. Pərvanə Bayramın << Qarabağlı Seyid Mir 
Həmzə Nigarinin həyatı, yaradıcılığı və türkcə divanının poetik strukturu >> adlı elmi araşdırmasında Seyid 
Nigarinin bu məsnəvisi barədə geniş məlumatlar öz əksini tapmışdır. Məsnəvinin üçüncü bölümündə Allaha 
yalvarış və dua əsasdır.
Yəni ki məni mükərrəm etdin 
İslam ilə şadü-hürrəm etdin 
Əvvəl ola axırım da belə 
Ey barı-Xuda belə eylə. 
Nigari artıq dödüncü bölümdə əsərin yazılış səbəbindən danışır. Beşinci bölümdə isə Nigari 
Mövləvilik təriqətindən söz açır. Bu bölümdə şair samovara tamamilə təsəvvüf mənaları yükləyir. Pərvanə 
Bayram öz elmi araşdırmasında bu bölümü belə izah edir: <səsləri neyin inləmələrinə, başındakı uzun tütkeşi isə Mövlanənin papağına oxşadır>>. Məsnəvidə şair 
Hz.Süleymanın Hüdhüd quşuna da işarə edərək samovarın qaynayanda ətrafa sıçrayan sularını ona bənzədir. 
Şair məsnəvidə samovarın dəmkeşini simvolik olaraq İsa peyğəmbərin nəfəsinə, hər aldığı nəfəsi isə 
Hz.Məryəmin qoxusuna bənzədir. Burada şair klassik ədəbiyyatda da tez-tez rast gəldiyimiz Hz.İsanın öz 
nəfəsiylə ölü diriltməsinə simvolik olaraq işarə etmişdir. Şair daha sonra onuncu bölümdə geniş şəkildə dini 
simvolikaya yer vermişdir.
Ey Bari-Xuda bə haqqı-Əhməd 
Şahənşahi ənbiya Məhəmməd 
İxlas ilə olsa ərzi-hacət
Əlbəttə niyaz olur icabət 
Burada şair Peyğəmbərimizin üzü suyu hörmətinə diyarına, vətəninə səlamətlik verməyi Allahdan 
diləyir. Ümumilikdə məsnəvi on səkkiz bölümdən ibarətdir. Hər bölümdə Seyid Nigari təsəvvüf ideyalrını 
geniş şəkildə əks etdirmişdir. Samovar kəlimə olarq rus sözüdür. Pərvanə Bayram <Həmzə Nigarinin həyatı, yaradıcılığı və türkcə divanının poetik strukturu>> adlı elmi araşdırmasında yazır: 
<Samovar və Əşari-digər adlı balaca bir əsəri vardır>>. Ancaq bunula bərabər qeyd etmək lazımdır ki, 
digərləri ilə müqayisədə Seyid Nigarinin <<Çaynamə>> si başdan-ayağa dini simvolika ilə əhatələnmişdir. 
Burada klassik ədəbiyyatda tez-tez rast gəldiyimiz Leyliyə, Məcnuna, Kərəmə işarə edilərək simvolik 
ümumiləşdirmə aparılmışdır. Bundan başqa bütün bölümlərdə <> dən misal gətirilir və 
müxtəlif peyğəmbərlərdən nümunə verilir. Nigari ömrü boyunca özünü təsəvvüfə həsr etmiş və bunu öz 
divanında da qeyd etmişdir : 
Cüra-i camı ləbin var ki, həft dad sənə 
Çəkmişəm leyk hənüz var başımda əsəri 
Bu beytdə şair <
deyərək hələ uşaqlıqdan ilahi şərabı içib onun təsirindən çıxmadığını göstərir. Pərvanə Bayram isə öz elmi 
araşdırmasında bunu şairə hələ uşaqlıqdan yuxuda buta verilməsi ilə izah edir. Firudin Bəy Köçərlinin 
<> adlı kitabının ikinci cildində onun Nigariyə həsr olunmuş hissəsində Nigarinin 
qəzəlindən bir beytini Firudin Bəy Köçərli belə izah edir : 
Sirati-müstəqim, rahi-qəvim, meraci-bitadır 
Hidayətdir, təriqi-Əhmədi-Muxtardır, sevda


M.P.Vaqif və müasirlik 
173
<“meraci-bita”, “hidayət”, “təriqi-Əhmədi-Muxtar” ibarələri ilə tövsif qılır və dili-viranəni müşəqqətsiz 
əmmar qılır. Bu vazehdir ki, bu sevdadan Şeyx Nigarinin məramı yenə məhəbbəti-ilahinin dərəcəsini 
göstərməkdir>>. Göründüyü kimi, Seyid Nigari burada da dini simvollardan istifadə edərək ilahi eşqin 
tərənnümünü vermişdir. Şairin divanını oxuduqca onun varlığını tamamilə haqqın ixtiyarına verən şair 
ölmədən öncə ölmüş, cismini ilahi eşq alovlarında yaxıb-yandırmış, ruhən öz nigarına, yəni Haqqa 
qovuşmuş, onunla bir olaraq müvəhhidlik məqamına yetmişdir: 
Bir xəyal eylə, könül, fərqi mənimlə, aya, 
Yayi-nisbiyyədən özgə nədir ad daşımda? 
Seyid Nigari dünyada ikən Haqqa qovuşan nadir insanlardan, seçkin qullardan idi: 
Müşkül deyil üqbadə nəzərbazlıq, əmma, 
Dünyada nəzər arizi-dildarə hünərdir. 
Ümumiyyətlə, Seyid Nigarinin bütün yaradıcılığı başdan-ayağa təsəvvüfi ideyaların tərənnümü ilə 
əhatələnmişdir. 
Ədəbiyyat 
1.
Bayram P. Qarabağlı Seyid Mir Həmzə Nigarinin həyatı, yaradıcılığı və türkcə divanının poetik 
strukturu . Bakı, 2008, s. 8-9 
2.
Əbülqasım S.N . Seçilmiş əsərləri . Bakı: <<Şərq-Qərb>>, 2004, s. 216 
3.
Köçərli F.B. Azərbaycan ədəbiyyatı. I cild, Bakı: Avrasiya Press, 2005, s. 450-453 
4.
Köçərli F.B. Azərbaycan ədəbiyyatı. II cild, Bakı: Avrasiya Press, 2005, s. 154-155 
5.
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Maarif, 1974, s. 86-90 
6.
Məmməd T. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. I hissə, Bakı: Apostrof, 2010, s. 71-80 
NƏSİROVA FATİMƏ 
Bakı Slavyan Universiteti 
NİZAMİ GƏNCƏVİ HUMANİST VƏ MÜTƏFƏKKİR ŞAİR KİMİ
Açar sözlər

insan, dünya, mənəvi dəyərlər, humanizm, fəlsəfi düşüncələr
Nizami Gandjavi as a humanist and well-known poet 
Greatest poet Nizami Gandjavi always preferred the principle of humanism in his creativity.He 
brought forward human values and set out from this point.Either in his country or in other countries he 
judged events and rules which happened injusticely.Everytime he was nearby oppressed people and triedto 
protect their rules.He approached events which happened in the world humanistly and analized it according 
his philosophic views 
Keywords

human, world, mental values, humanism, philosophical thoughts 
Dahi şair Nizami Gəncəvi istər lirik yaradıcılığında, istərsə də epik poemalarında humanist görüşlərə 
toxunmuşdur. O, yaradıcılığının lap əvvəllərində həmişə bir arzu ilə yaşamışdır. Bu arzu ondan ibarət idi ki, 
şair öz xalqını, öz vətənini həmişə azad və abadlıq içində görmək istəyirdi. İnsana,xalqa məhəbbət hissi 
ədalətsizliyə və rəhimsizliyə nifrətinsanın daxili aləminə dərindən nüfuz etmək, şəxsiyyətin arzu və 
istəklərini dərk etmək Nizaminin dahiyanə əsərlərini daha da gözəlləşdirmiş, onun yaradıcılığına 
insanpərvərliyin ən gözəl keyfiyətlərini gətirmişdir. Nizami Gəncəvi yaşadığı zəmanədəki ictimai, ölkədə baş 
verən hadisələri həmçinin təbəqələr arasındakı bərabərsizliyi müşahidə edirdi.O başa düşürdü ki, yaşadığı 
dövrdə insanları bir-birindən ayıran fərqlər həddindən artıq çoxdur və bu bərabərsizlik də 
insanların,bəşəriyyətin məhvinə səbəb olacaqdır. Şair “Sirlər xəzinəsi”ndə qeyd edirdi ki, bu zəmanədə 
bəzilərinin qarnı badamla və şirin şeylərlə dolub şişmişdir,lakin bəzilərini aclıq əridib şama 
döndərmişdir,bəzilərinin başının altındakı yastıq ətir qoxusu verir,başqalarının isə baş altına qoymaqçün bir 
kərpici də yoxdur (1, s. 122). 
Şair eyni zamanda yaxşı dərk edirdi ki, qarınları tox olan tüfeyli insanlar minlər və milyonlarla 
məzlum və zəhmətkeş insanları soyur,onların qanını içir və onları aclıq və səfalətə məhkum edirdilər. Nizami 
”Sirlər xəzinəsi”ndə deirdi ki,bu dünyada elə bir fil yoxdr ki,onun ayaqları altında minlərlə böcək əzilib 
məhv olmasın,ovucların vurduğu şirlərin arasında elə birisinə təsadüf etmək olmaz ki, o öz pəncəsi ilə 
yüzlərlə başqa heyvanların balasını yırtıb dağıtmasın (1, s. 122). Nizami öz zəmanəsindəki bütün bu 


M.P.Vaqif və müasirlik 
174
haqsızlıqları və ədalətsizliyi görüb duyur, lakin onların aradan qaldırılması yolları üzərində düşünərkən çox 
zaman həqiqətə aparan çıxış yolunu tapa bilmirdi.Buna səbəb olan amillər isə ondan ibarət idi ki, ədəbi 
fəaliyyətə hələ təzə başlayarkən cəmiyyətin quruluşu onun üçün tam aydın deyildi. Nizami ictimai həyatda 
baş verən haqsızlığın əsl səbəblərini dərindən görüb aydınlaşdıra bilmirdi, lakin buna baxmayaraq şair 
haqsızlıq və bərabərsizliyin törətdiyi fəlakətləri, insanlara olunan zülmləri görürdü. Nizami belə düşünürdü 
ki,bu zülmkarlığa son qoymaq üçün cəmiyyətdə müəyyən təbəqələri, hakim mövqeydə duran insanları 
nəsihət yoluyla, əxlaq və tərbiyə yolu ilə dəyişmək və onların qəlbində mərhəmət hissi oyatmaq mümkündür. 
Nizaminin həmin dövrdəki hakim təbəqələrə münasibətində diqqət yetirsək görərik ki, o, həmin 
təbəqələrin içərisində iki cür insan görürdü: onlardan bəziləri açıq zülmkardılar, bunlar saraydakı zadəgan 
təbəqəsinin qüvvəsinə arxalanaraq xalqı əzir və soyurlar.Nizami belələrini əliqanlı zülmkarlar hesab edir və 
onları nifrətlə təsvir edərək göstərirdi ki, belələri hər cür insanlıq sifətlərini itirmiş cəlladlardır. Nizaminin 
əsərlərində yaradılmış Sultan Səncər, Yezdəkürd, Dara və onun vəziri belə tip obrazlardandır. 
Nizaminin ikinci yaratdığı hakimlər isə tamamilə birincilərdən fərqlənir. İkinci qrupa daxil olan 
hakimlər ən yaxşı insani keyfiyyətə malik olanlardır.Belə hakimlər hər zaman xalqın yanında olub onların 
bütün problemləri ilə maraqlanıb arzu və istəklərini yerinə yetirməyə çalışırdılar. Nizami bu hökmdarların 
bütün müsbət xüsusiyyətlərini çox incə və geniş şəkildə təsvir etmişdir. Nizaminin əsərlərində təsvir 
olunmuş İskəndər, Şirin, Xosrov, Bəhram kimi qəhrəmanlarda belə xüsusiyyətlər vardır. 
Nizami yaradıcılığında humanizm çalarları çox geniş şəkildə əks olunmuşdur. Nizami yaradıcılığının 
mərkəzində insan konsepsiyası əsas yer təşkil edir. Dahi şair üçün insan bəşəriyyətin mərkəzində duran ən 
dəyərli varlıqdır,həyatın əsas mənasını və qiymətini insanda,onun fəaliyyətində və yaradıcı zəhmətində 
görür. Nizamidə bütün məzlumlara və zəhmətkeşlərə böyük bir acımaq hissi vardır. Bu xüsusiyyət Nizamini 
digər orta əsr şərq şairlərindən fərqləndirirdi. Lakin Nizami ədalətsizliyə, zülmkarlığa, xainliyə 
qarşıamansızdır. Nizaminin fikrincə ,zülmkara acımaqolmaz, ona bəraət qazandırmaq, əzilən xalqa xəyanət 
etmək deməkdir. 
Nizami üçün insan həyatın mənası deməkdir. İnsan təbiətin ən qüdrətli,ən kamil və ən gözəl varlığı 
deməkdir. İnsanın nəinki öz taleyi, habelə bəşəriyyətin də taleyi onun əlindədir. İnsanın məqsədi yaradıcılıq 
və fəaliyyətdir. Zəhmət hər bir insanın fəxridir. 
Nizaminin fikrincə, insanın bütün əsas keyfiyyətləri ictimai həyatın özündə yaranıb inkişaf edir. İnsan 
bu keyfiyyətləri öz həyat təcrübəsinin və aldığı ictimai tərbiyənin nəticəsində qazanır. Əgər hər hansı bir 
adamda insani keyfiyyətlər yoxdursa,deməli həmin adam öz həyati təcrübəsindən və tərbiyəsindən heç bir 
faydalı nəticə çıxarmamışdır. Belələri yalnız öz təbii keyfiyyətləri, yəni heyvani hissləriylə yaşayırlar. 
Nizaminin əsərlərində “həyat eşqi” və “həyat uğrunda mübarizə” anlayışları ölüm anlayışına qarşı 
qoyulur. Xüsusilə də “İskəndərnamə”əsərində biz buna tez-tez rast gəlirik. Nizami “İskəndərnamə”əsərində 
deyir: ”Bu dünyada qəm çəkməyə dəyməz,kim deyə bilər ki,bu dünya yalnız dərd-kədər üçün yaranmışdır? 
Belə deyən insan gərək bilsin ki,bizim dünyamız dərd-kədər üçün yox sevinc və şadlıq üçün yaranmışdır” (1, 
s. 127) 
“Həyat” və “ölüm” anlayışları sonrradan Renessans dövründə meydana çıxmışdır. O, özünü daha çox 
Şeksprin əsərlərində biruzə verirdi. Lakin bu anlayışlar bu dörün yazıçılarının əsərlərində bir-birinə zidd olan 
iki fəsəfi sistem kimi ortaya çıxırdı. Nizaminin yaradıcılığında bu vəziyyət onunla fərqlənir ki, Nizamidə 
həmin anlayışların, həyata iki fəlsəfi baxışın mubarizəsi daha dəqiq və müəyyən istiqamət almışdır. 
Nizaminin, demək olar ki, bütün əsərlərini gözəlləşdirən,ona poetik vüsət verən əsas fikirlərdən biri 
budur ki,həyaatın mənası bu dünyanın özündədir, bu dünyada aparılan mübarizədir. Nizaminin fikrincə, 
insan bu dünyanı işğal etməkçün yox, bu dünyada yaşamaq və başqalarını da yaşatmaq üçün yaranmışdır. 
Heçkəs bu dünyanın əbədi sahibi deyildir. 
Nizamini fəlsəfi baxışlarının səciyyəvi cəhətlərindən biri də onun fikirlərində həyata və hadisələrə 
dialektik baxışın elementlərinin olmasıdır.Bu ondan ibarətdir ki, Nizaminin dünyagörüşü və fəlsəfi fikirləri 
müəyyən dərəcədə antik fəlsəfə və qədim dünyanın elmi baxışları ilə əlaqədar olmuşdur. Nizami öz 
dövrünün qabaqcıl adamlarında biri idi, ərəb dilinin vasitəsi ilə o antik dövrün mədəniyyətini və fəlsəfəsini 
öyrənməyə qadir olmuşdur. Nizaminin əldə etdiyi antik dövr mədəniyyəti və elmi araşdırmaları onun 
yaradıcılığına özünü biruzə vermişdir. Onun antik biliklərə yiyələnməsinin nəticələrini biz 
“İskəndərnamə”poemasında görmüş oluruq. Nizami öz elmi və tarixə dair bilikləri ilə digər muasirlərindən 
əsaslı şəkildə fərqlənirdi. 
Nizami bir mütəfəkkir şair kimi klassik ədəbiyyatı və fəlsəfəni çox sevirdi, klassik antik müəlliflərin 
əsərlərini öyrənirdi, öz əsərlərində onlardan misallar çəkir və qədim filosofların,alimlərin fikirlərini öz 
mülahizələrini inkişaf etdirmək üçün bir əsas kimi qəbul edirdi. Nizaminin qədim yunan fəlsəfəsinə və 
elminə olan münasibəti bir də o cəhətdən nəzəri cəlb edirdi ki, Nizami heç bir zaman həmin filosofların 
görüşlərində dini məzmun axtarmamışdır. Halbuki Qərbi Avropa ölkələrində həmin dövrdə yetişmiş 
humanist yazıçıların əksəriyyətində vəziyyət başqa cürdür. ”İstər Dante, istər Petrarka antik dövrün 
fəlsəfəsinə və elminə müraciət edərkən ,hər şeydən əvvəl,həmin fəlsəfədə orta əsrlərin xristian dini 
görüşlərini əsaslandırmaq üçün səmərəli bir zəmin axtarmışlar. Buna görə də antik dövr filosoflarının 


M.P.Vaqif və müasirlik 
175
görüşləri Qərbi Avropa humanistlərinin izah və təfsirində müəyyən dərəcədə təhrif edilmiş,öz əsas mütərəqqi 
istiqamətini itirərək dini şəkilə düşmüşdür” (Wikipedia)Nizaminin antik dünya fəlsəfəsinə və elminə olan 
münasibəti bu cəhətdən daha da mütərəqqidir. Dante və Petrarkanın antik fəlsəfəyə qarşı bəslədiyi 
münasibətə görə, Nizaminin ümumiyyətlə antik dünyaya və fəlsəfəyə bəslədiyi münasibət daha çox obyektiv 
mahiyyət daşımışdır. 
Nizami,Şərq ölkələrinin ədəbiyyatı tarixində islam dininin dünyanın dəyişməz olduğu haqqındakı 
təlimindən kənara çıxan ilk şairlərdəndir. Nizaminin müsəlman dininin bu və ya başqa cəhətləri bir o qədər 
də barışmadığı onun əsərlərində islam dininin bilavasitə kəskin və açıq tənqidi şəkildə meydana çıxmasa da, 
Nizaminin həyatdakı daimi hərəkət və dəyişiklik haqqındakı təlimi mahiyyət etibarilə İslam dininin əsasları 
ilə düz gəlmir. Məsələn, ”Sirlər Xəzinəsi” əsərinin doqquzuncu fəslində Nizami insana müraciət edərək 
deyir: 
Nəzər sal gör hansıdır gedəcəyin o mənzil, 
Bu gəlib getməyinin yolunu öyrənib bil 
Öyrən ki,bu səfərə gəlməkdə məqsəd nədir? 
Nədir məna dönməkdə,ondakı hikmət nədir? 
Sonra Nizami deyir: 
Varlığın tərəddüdlər içindədir bu gün də 
Bəlli, dura bilməzsən sən bir ipin üstündə 
Beləliklə, Nizami təsdiq edir ki, həyatda baş verən hər bir hadisənin mənası hərəkətdədir, bu dünyada 
dəyişməz bir şey yoxdur, sükunət bu dünyaya yaddır. Nizami bu fikirlərini inkişaf etdirərək qeyd edir ki, 
dünyada hər şey daim dəyişdiyi üçün insan özü də heç bir zaman həyatda fəaliyyətsiz mövqe tuta bilməz. 
Məlumdur ki, həyatda hər şeyin dəyişdiyini və hərəkətdə olduğunu qədim yunan filosofu heraklit öz 
fəlsəfəsində əsas bir müddəa kimi irəli sürmüşdür. Nizaminin əsərlərinin ayrı-ayrı yerlərində deyilmiş bir 
sıra fikirlərdən aydın olur ki, o da Heraklitin ardınca dünyada hərşeyin dəyişdiyi, hərəkətdə olduğu 
haqqındakı mütərəqqi fikrə uyğun mülahizələr söyləmişdir. 
Heraklit deyir: ”Mən o şeyi üstün tuturam ki,onu görmək,eşitmək və tədqiq etmək mümkündür” (2, s. 
55) 
Nizami deyir:”Ağıllı adam o kəsdir ki,görmədiyini qəbul etmir” (3, s. 95) 
Bir humanist şair və öz zəmanəsinin hərtərəfli inkişaf etmiş qabaqcıl bir nümayəndəsi olmaq etibarı ilə 
Nizami, 12-ci əsrdə Azərbaycan mühitində mədəni intibahın ən yüksək zirvəsini təşkil edir. Həmin dövrdəki 
Azərbaycan mədəniyyəti çox dərin köklərə malikdir və bu köklər Azərbaycan xalqının ictimai-mədəni həyatı 
ilə ayrılmaz sürətdə bağlı olmuşdur 
Ədəbiyyat 
1. Ağayev Ə. “Nizami və dünya ədəbiyyatı”. Azərbaycan Dövlət Nəşriyyatı, 1964, 171 s. 
2. Fəlsəfə tarixi 
3. ”İsgəndərnamə”,”Lider nəşriyyat”, Bakı, 2004, 394 s. 
4. İnternet məlumatı (Wikipedia) 
ORUCOVA SƏHƏR 
filologiya üzrə elmlər doktoru, professor 
Bakı Dövlət Universiteti 
İRƏVAN ŞƏHƏRİ – TOPONİM VƏ ETNONİMİ FOLKLOR MATERİALI KİMİ 
Açar sözlər:
İrəvan, folklor, toponim, etnos, etnoqrafiya 
F
olklore materials
-
toponym and ethnonym of İravan
city 
The etymology of the name of the ancient city Iravan is investigated in the article. The article have 
mind of historians, ethnologists about Iravan city. When speaking folklore samples about this name, it is also 
referred to the works of researchers. The toponym and ethnonym of the city of Iravan were included in here

The
result of the study proves that this name is as old as the territory itself. 
Keywords:
Iravan, folklore, ethnicity, ethnography, place names 
Etnoqrafiya bir elm sahəsi kimi əsasən tarix elminə aid edilir. Lakin etnoqrafiya elə bir sahədir ki, 
burada bütövlükdə xalq həyatı öz əksini tapır. Azərbaycan xalqının təsərrüfat həyatı, maddi və mənəvi 
xəzinəsi, adət və ənənələri, ailə və məişəti, xalqın mənəvi dünyasını özündə ehtiva edən sözlər, istilahlar, 


M.P.Vaqif və müasirlik 
176
terminlər, adlar sistemi və s. bu anlayış altında – etnoqrafiya anlayışı altında cəmlənə bilir. Əslində bu 
anlayışa etnosa aid olunan hər bir şey aiddir... Bizim fikrimizcə etnoqrafiyada özünü mühafizə edən zəngin 
bir folklor layı da mövcuddur. Yəni, elə etnoqrafik faktlar vardır ki, bunlar həm də folklor materialı kimi 
böyük maraq doğurur. Çünki adlar da xalq yaradıcılığıdır, xalq təfəkkürünün məhsulu kimi “Coğrafi adların 
məna və məzmununu araşdırmaq bir sıra tarixi, mədəni, ictimai hadisələr haqqında təsəvvür əldə edilməsinə 
imkan verir. ...Bu adlar uzun müddət yaşayır və nəsildən-nəslə keçir. Qədimdə mövcud olan xalqların, 
tayfaların, müəyyən tarixi hadisələrin, mübarizələrin müjdəçisi olaraq qalır. ...Adların müəyyən əraziyə, 
yaşayış məntəqələrinə və s. şamil edilməsi ictimai kateqoriyadır, çünki onlar ərazinin, xalqın, dövlətin 
mədəniyyətinin, iqtisadiyyatının inkişafını, əhalisini, ayrı-ayrı millətlərin, tayfaların adət-ənənəsini, tarixi 
hadisələri əks etdirir” (2, 3). 
Göründüyü kimi, etnoqrafiyanın sərhədləri ilə folklor sərhədləri yuyulmuş sərhədlər qisminə aiddir və 
bunların arasında ciddi ayrıntılar qoymaq düz deyildir. Folklor materiallarında zəngin etnoqrafik informasiya 
olduğu kimi, etnoqrafik materiallarda da xeyli folkloristik informasiya mövcuddur. Adların estetikası, 
emosional fonu, bədii strukturu, xalq tərəfindən yaradılması, bunlarla bağlı əfsanə və rəvayətlər və s. 
etnoqrafiyada zəngin folklor layından xəbər verir.
Bu cəhətdən Qərbi Azərbaycandan, xüsusən İrəvan şəhərindən toplanmış və SMOMPK-da nəşr 
edilmiş etnoqrafik məqalələr xüsusi maraq doğurur. Bunlardan müxtəlif müəlliflər tərəfindən qələmə alınmış 
“İrəvan şəhəri” və “Dərəçiçək” məqalələr, “İrəvanın alınması (Qocaların dedikləri əsasında), “İrəvan 
quberniyası və Qara vilayətinə səyahət” (V.Devitski.); “İrəvan şəhərində bağçılığın inkişafı” (V.Devitski.), 
“İrəvan quberniyasının müsəlman-şiələrin matəm məhərrəm ayı”, “İrəvan quberniyası və Qars vilayətinin 
mineral bulaqları” (V.Devitski.) qəbildən etnoqrafik-folkloristik məqalələri göstərmək olar ki, bunlardan 
müəyyən bir qisminin təhlil və şərhini verməyə cəhd edəcəyik.
S.P.Zelinskinin “İrəvan şəhəri” («Городъ Эривань») məqaləsi əsasən iki hissədən ibarətdir və XIX 
əsrin 80-ci illərinin İrəvan şəhəri haqqında tam, obyektiv tarixi-etnoqrafik, folkloristik, kartoqrafik məlumat 
verir.
“Tarixi məlumat” («Историческия сведения») adlanan birinci hissədə müəllif İrəvan toponiminin 
yaranması barədə Nuh (Noy) əfsanəsini xatırladır. Guya Nuh peyğəmbərin gəmisi Ağrı dağının (mətndə 
Ararat) zirvəsindən ətrafa baxanda onun gözlərinə birinci torpaq sahəsi İrəvan təpələri görsənir və “erevume” 
– “görsənir” (yəni torpaq görsənir mənasında) sözünü deyir və guya bu sözdən də, Yerevan şəhərinin adı 
yaranır. Buradaca qeyd edək ki, Nuh peyğəmbərin özü və gəmisi barəsində Azərbaycanda, xüsusən 
Naxçıvan bölgəsində xeyli əfsanələr mövcuddur və bir sıra yer adları da, bu əfsanələrlə izah olunur... 
Məsələn, “Ağrı dağı” əfsanəsinin qısa məzmunu belədir: “İki qardaş varımış. Kiçik qardaş böyük 
qardaşı çox istəyirmiş. Onun yolunda ölümə getməyə hazır imiş. Böyük qardaş isə həmişə kiçiyə soyuq 
münasibət bəsləyərmiş. Bir gün kiçik qardaş gözəl bir qıza vurulur. Qız da onu sevir. Ancaq böyük qardaş 
kiçiyin sevgilisini görən kimi ona vurulur, amma açıb-ağarda bilmir. İstəyinə yetmək üçün yollar axtarır. 
Böyük qardaşın bəd xasiyyətinə görə düşmənli idi və bir gün eşidir ki düşmənləri onu öldürmək üçün yollar 
axtarır, qurğu qurur. Böyük qardaş bu fürsətdən istifadə edir, kiçik qardaşını düşmən qabağına göndərir, 
qardaşının sevgilisini isə götürüb qaçır... 
Kiçik qardaş düşmənə qalib gəlib geri qayıdanda bu bəd xəbəri eşidir və bu qara xəbər onu sarsıdır. 
Kiçik qardaşın qeyzdən sinəsi yarılır və dağa çevrilir. Dağın orta hissəsi yarıq olduğundan bu dağa 
Qarnıyarıq adı verilir. O gündən hamı Qarnıyarıq dağını ziyarətə gəlir. 
Bu xəbər böyük qardaşa da çatır. Əməlindən peşman olur, dünya ona dar görünür, ürəyində dəhşətli 
ağrılar baş qaldırır. O da dağa çevrilir və bu dağa Ağrı dağı adı verilir. Böyük qardaş kiçik qardaşa soyuq 
münasibət bəslədiyindən Ağrı dağın başında ilin bütün fəsillərində qar olur” (1, 33). Ağrı dağı barədə bu 
qəbildən bir neçə əfsanə və rəvayət mövcuddur ki, bunlar da toplanıb müxtəlif mənbələrdə dərc edilibdir... 
Müəllif elə buradaca qeyd edir: “Tatarlar bu şəhəri “İrəvan” adlandırırlar ki, bunun da “məscid” 
mənasını bildirən “Aya—Rəvan “ sözündən yarandığını güman edirlər” (3, 1 ). 
Müəllif belə bir məlumat da, verir ki, bu şəhər adını Zəngi çayının sol sahilində yerləşən qaladan 
götürmüşdür ki, bu da “Rəvan-Qulu xanın qalası” adlanır və bununla bağlı xalq arasında gəzən rəvayətlərin 
mövcud olması da məlumdur... Burada Zəngi çayının adının əmələ gəlməsi haqqında digər bir versiya da 
irəli sürülür ki, rəvayətə görə çayın buradakı hövzəsində vaxtilə Zəngi adlanan tayfa yaşayırmış və çaya da 
öz adlarını bu tayfa veribdir. Zəngi (Cəngi) sözünün etimologiyası isə sübut edir ki, bu qədim türk 
tayfalarından birinin adıdır... 
Burada bir tarixi məlumat da verilir ki, erməni tarixçilərinin (Katalikos Oqanes, Moisey Xorenski və s.) 
özlərinin boyunlarına aldığına görə VII əsrin yarısına qədər İrəvan adında şəhərə heç bir tarixi mənbədə rast 
gəlinmir. Bu da erməni hiyləgərliyidir... Çünki, tarixi mənbələrə yendikcə bu şəhərin də ən qədim türk 
şəhərlərindən biri olması üzə çıxması şübhəsizdir ki, bizim tarixçilər bu istiqamətdə axtarışlarını davam 


M.P.Vaqif və müasirlik 
177
etdirməlidir. Bizə elə gəlir ki, təkcə “Kitabi-Dədə Qorqud” boylarındakı hadisələrin baş verdiyi tarixi coğrafi 
ərazinin kartoqrafiyasının bərpası bu versiyanı sübut edə bilər... Və dastandakı folkloristik informasiya 
müəyyən gümanları doğrulda bilər... 
S.P.Zelinski, bunu da qeyd edir ki, erməni tarixçilərinin gətirdiyi bu faktları təsdiq edən heç bir 
inandırıcı mənbə mövcud deyildir (3, 2).
Məqalədə maraqlı məlumatlardan biri də, 1441-ci ildən 1827-ci ilə qədər, ardıcıl olaraq – 386 il İrəvan 
şəhərində (həmçinin, bütün Qərbi Azərbaycanın İrəvan xanlığında) hakimlik edən qırxdan çox Azərbaycan 
türklərinin – xan və bəylərinin adlarının siyahısının verilməsidir. Bu o demək deyildir ki, bundan əvvəlki 
dövrlərdə İrəvanı başqaları idarə etmişdir. İrəvan həmişə Azərbaycanın ayrılmaz bir parçası olmuşdur. Lakin, 
bu dövr, nisbətən müstəqil “xanlıq” dövrü kimi səciyyəvidir ki, S.P.Zelinski bu siyahını dəqiqliklə ardıcıl 
vermişdir. Bu adlar tarixi antroponimlər qismində olduqca maraqlıdır. Bu siyahıda birinci Cahan şahın 
İrəvana 1441-ci ildə hakim təyin etdiyi Yaqub bəydən tutmuş, məşhur hakimlərdən, məsələn, Uzun Həsən 
xan (1471), Ağun bəy (1557), Şah Xudabəndənin vaxtında Məhəmməd xan (1578), Sultan Muradın 
dövründə İrəvan qalasını tikdirən (bərpa etdirən, çünki İrəvan qalasının hələ Yezdegird dövründən /635-638/ 
İrəvan qalasının olması barədə fakt var) Fərhad paşa (1583), Şah İsmayılın vaxtında Kəlbəli xan (1636), 
sonralar Məhəmməd Qulu xan (1654), Məhəmməd Rza xan Naxçıvanlının oğlu Murtuza Qulu xan(1679-
1691), lap sonralar Mehrəli xan (1709), Həsənəli xan Qacar (1755) , Qulaməli xan (1778), sonuncu Hüseyn 
xana (1807 - 1827 ) qədər hakimləri göstərmək olar... Bu tarixi şəxslərə məxsus antroponimlərin verilməsi 
həm tarixilik baxımından, həm də Azərbaycanda xan, bəy kimi titulyar adların necə yaranması baxımından 
olduqca maraqlı faktlardandır. Və bu xanların bir çoxunun şəxsiyyətləri, tarixi fəaliyyətləri barəsində də xalq 
arasında müəyyən məzmunlu rəvayətlər dolaşmaqdadır...
Buradan belə bir həqiqət hasil olur ki, toponomiya-antroponimiya-hidronimiya, xüsusən etnotoponimlər 
və s. adlar sistemi tarixi mənbə olduğu kimi, həm də filololoji-folkloristik mənbədir... 
Aborigen əhalisi Azərbaycan türklərindən ibarət bu müstəqil İrəvan xanlığı müəllifin yozduğu kimi 
“işğal zonası” deyildi və Azərbaycan türkləri burada yerli – aborigen əhali və xanlıq da, qanuni tarixi 
hakimiyyət strukturu idi...
Müəllifin məqaləsində verilən bu regionda yaranan toponimlər – oykonimlər, oronimlər, hidronimlərin 
və bunlar barəsində məlum əfsanə və rəvayətlər bu tarixi həqiqəti təsdiqləyən danılmaz faktlardandır ki, 
ermənilər sonralar bu toponimləri qəsdinən ya öz dillərinə tərcümə edərək, ya da dəyişdirərək 
erməniləşdirdilər...
Məqalənin birinci hissəsində adları çəkilən və azərbaycanlıların min illər boyu yaratdıqları bu 
toponimlərdən Zəngi çayı, Axı təpəsi, Mübarək təpəsi, Alagöz dağı, Məmrin arxı, Dəlmə, Sərdar sarayı, Göy 
məscid, Zəngi körpüsü tarixi və filoloji fakt kimi qorunması müasir dövr üçün olduqca qiymətlidir. Bizim 
problemə uyğun gəlmədiyindən bu toponimlərdəki etnogenetik çalarlara, tarixi-etnik informasiyaya 
toxunmadan adlardakı poetikliyə, emosional yaradıcılığa diqqət yetirsək buradakı məna gözəlliyinə heyrət 
etməmək olmur!?
Zəngi (bəlkə də Cəngi) çayı və “Axı təpəsi” adlarındakı psixologizm (“axı belə olmaz”, “ah-uf” xalq 
deyimini yada salaq), “Mübarək təpəsi”, “Alagöz dağı” adlarındakı poetiklik, zəngin emosiya insanı 
duyğulandırır... Yüksək və zəngin bədii təfəkkürə, incə zövqə, təmiz, duyğulu ürəyə, səmimi etibara malik 
xalq, millət adi bir təpəyə “Mübarək”, dağa “Alagöz” adını qoya bilərdi... Xalqın yaratdığı toponimlərdə, 
əşyalara və ətrafında gördüklərinə verdiyi adlarda özünü qoruyan xalq yaradıcılığı, folkloristik informasiya, 
milli təfəkkür tərzindəki lirizm özünü bu şəkildə təkcə bir sözdə də ifadə edə bilir... Hətta dərinə getmək, 
axtarmaq mümkün olsa, şübhəsiz bu adların hər birisi barədə bir əfsanə, bir rəvayət tapmaq olar...
Belə rəvayət olunur ki, İrəvan şəhəri uğrunda 1735-ci ildə Təhməz xanla Abdulla Paşa arasında döyüş 
olub. Təhməz xan Axı təpəsinin üstündə mövqe tutur və onun qoşunu qələbə çalır. Qələbə xəbərini Axı 
təpəsində eşitdiyindən onun əmri ilə Axı təpəsinə Mübarək təpəsi adı verilir və bu təpənin üzərində isə 
Təhməz xanın şərəfinə eynən onun xan çadırının oxşarı olan abidə tikilir. Lakin, Təhməz xanın bir yanlış 
hərəkəti olubdur ki, Tiflis əyalətindən 800, İrəvan əyalətindən 300 azərbaycanlı-türk ailəsini şirnikləndirici 
hədiyyələr və pul verməklə Xorasan vilayətinə köçürübdür ki, bu cür köçmələr gəlmə ermənilərin xeyrinə 
demoqrafik tarazlığı pozurdu. 
S.P.Zelinskinin “İrəvan şəhəri” tarixi-etnoqrafik məqaləsinin ikinci hissəsi İrəvan şəhərinin “Görünüşü, 
yerləşdiyi ərazi, sərhədləri, böyüklüyü, havası, içməli suyu, suvarma (sistemi), bağçılıq, bostançılıq və 
sənayesi” adlanır və s. 8-dən 54-ə qədər böyük bir hissəni əhatə edir. Həmçinin, məqalə mövzuya görə 
yarımsərlövhələrə bölünür ki, birinci yarımsərlövhə “ Xarici görünüş” («Внешный видъ») adlanır.
Burada ayrıca qeyd edilir ki, şəhərin xarici görkəminə məscidlər və rus kilsəsi xüsusi yaraşıq verir. 
Deməli, şəhərdə məscidlər o qədər çox olubdur ki, bu abidələr şəhərin əsas görkəmini təşkil edibdir. Maraq 
doğuran qeydlərdən biri də, çökəklikdə yerləşən bu şəhəri müsəlmanlar “Bəxti gətirmiş İrəvan çökəkliyi” 


M.P.Vaqif və müasirlik 
178
adlandırsalar da (yenə addakı emosional fon diqqəti çəkir), belə rəvayət edilir ki, 1837-ci ildə buraya səfər 
edən rus İmperatoru Nikolay Pavloviç İrəvan şəhərini xüsusi bir ironiya ilə üfunətli çala mənasında “Gilli 
çala” adlandırmışdır... Göründüyü kimi, burada da milli xarakter özünü aydın bir şəkildə büruzə verir.
Ədəbiyyat 
1.
Azərbaycan xalq əfsanələri (Tərtibçi Paşayev S). BAkı: Yazıçı, 1985, 286 s. 
2.
Budaqov B.Redaktordan //Nəbiyev N. «Coğrafi adlar» kitabına müqəddimə. Bakı: Azərnəşr, 1982, 282 s. 
3.
Сборник материалов для описания местностей и племен Кавказа. В 46-ти вып. Вып.I., Тифлис: 
1881 
PİRƏLİYEVA ELNURƏ 
Bakı Dövlət Universiteti 
ƏHMƏDİ TƏBRİZİ VƏ ONUN “ŞEYX SƏNAN” MƏSNƏVİSİ 
Açar sözlər

Əhmədi Təbrizi, Şeyx Əbdürrəzzaq, sevgi fəlsəfəsi, poeziya, ilahi məhəbbət 
Ahmed Tabrizi and works is Sheikh Senan 
Ahmed Tabrizi is a poet of XV century. İnformation about him can be obtained from his works. It is 
believed that he wrote 3 works. One of these works is Sheikh Senan. In work is being preached divine love.
Keywords

Ahmadi Tabrizi, Sheikh Abdurrazaq, philosophy of love, poetry, divine love
XV əsr Azərbaycan ədəbiyyatının inkişafında Əhmədi Təbrizi xüsusi yer tutur. Onun doğulması, 
həyatı, əsərləri və vəfatı haqda təzkirə və bəyazlarda məlumatlar verilməmişdir. Əhməd Təbrizi haqda 
məlumatı yalnız onun əsərlərindən almaq mümükündür. Yaşadığı dövrü təxminin olaraq əsərlərində adı 
çəkilən hökmdarlara əsasən müəyyən etmək olar: 
Ĥōş nižāmda idi ‛ālem ser-te-ser 
Nevbet-i Ya‛kūb Ĥān-ıdı meger. ( 5, 73) 
Və yaxud 
Adı ol şāhuñ Ĥalílu’llāh idi, 
Fi‛li dāyim ģasbeten li’llāh idi. (5, 77) 
Bu beytlər şairin Sultan Yaqubun, Xəlilullahın dövründə yaşadığını göstərir. Buna əsasən müəyyən 
etmək olar ki, Əhmədi Təbrizi XV əsrdə yaşayıb yaratmışdır. Sufi şair olan Əhmədi Təbrizinin əsərlərində
aşiqanə pərəstişin zahidanə pərəstişi üstələdiyini görürük. Lakin daha çox şairin iki əsəri araşdırmalara cəlb 
olunmuş, “Şeyx Əbdür Rəzzaq” əsərinə isə toxunulmamışdır. Şairin “Yusif və Züleyxa” əsəri üzərində 
tədqiqat aparan S. Kayık da şairin iki əsərindən bəhs edir: “Əhmədi XV əsr Türk ədəbiyyatına 2 əsər 
(Əsrarnamə və Yusifi-Züleyxa) töhvə vermişdir” (5, 32). Şeyx Sənan əsərindən bəhs etməməsinin səbəbi isə 
bu əsərin uzun müddət Əhməd Rumiyə aid edilməsi olmuşdur. Ə.Təbrizinin əsəri Azərbaycan dilində ilk 
“Şeyx Sənan” dastanıdır. Bu əsərin Əhmədi Təbriziyə aid olub olmaması mübahisə doğurub. Lakin bu əsər 
vəzn, üslub xüsusiyyətlərinə, dilinin sadəliyinə və bədii xüsusiyyətlərinə görə də şairin “Yusif və Züleyxa” 
əsərinə yaxınlaşır. Ə.Təbrizinin “Şeyx Sənan” dastanı həzəc bəhrində, yəni digər iki əsərinin yazıldığı 
bəhrdədir. Dastanın ideyası məhəbbət uğrunda fədakarlıqdır. Dastanda surətlər aləmi çox kasaddır. Hətta 
demək olar ki, əsərdə epizodik surət yoxdur. Surətlər aləminin zəngin olmaması heç də əsərlərin bədii 
cəhətdən zəif bir əsər olmasına dəlalət etmir. Əsərləri oxuduqda hər bir surətin xüsusi önəm daşıdığını 
görürük. Şair hər iki əsərində də bu surətlərlə dərin bir məna ifadə etməyə çalışmış, bununla yanaşı ərəb, fars 
sözlərindən az istifadə etməklə əsərin daha anlaşılan olmasına çalışmışdır. Bir çox tədqiqatçılar Əhmədi 
Təbrizinin üveysi olduğunu hesab etmişlər. Üveysilər isə Məhəmməd peyğəmbəri özlərinə mürşid seçənlər 
idi. Sənanı eşq dərdindən xilas etmək üçün müridləri Məhəmməd peyğəmbərə üz tutur: 
Gümrah oldu Şeyximiz göstər yol. 
Müstafa aydır: əsirgədik səni, ( 5, 22) 
Və yaxud: 
Əhmədinin nəqdi sultan mövlana, 
Kəndi qəlb vurdu o uluyuna. (5, 26) 
Əsərin sonunda verilən bu parçada Əhməd adı da Məhəmməd peyğəmbərə işarədir. Bu da bir daha 
sübut edir ki, belə bir əsəri bir üveysi yaza bilərdi. 


M.P.Vaqif və müasirlik 
179
Dastanın orjinal əsər olub olmaması mübahisə obyekti olub. Firuz Refahi dastanla bağlı apardığı 
tədqiqatda əsərə sərbəst tərcümə kimi yanaşmış, əsərdəki birləşmə və cümlələri də buna sübut hesab 
etmişdir. Lakin bununla razılaşmaq o qədər də doğru olmazdı. Çünki əsərin tam orjinal mətni əldə deyil. 
Əsərin əldəki hissəsinin tam olmadığını göstərən bir sıra faktlar da var. Əvvəla əsərin ənənəvi girişlə 
başlamadığını görürük. Amma Əhməd Təbriziyə aid edilən digər iki əsərdə də (“Əsrarnamə” və “Yusif və 
Züleyxa”) ənənəvi giriş var. Baxmayaraq ki, şair “Əsrarnamə” əsərinin Əttardan tərcümə olduğunu əsərində 
qeyd edir, yenə də onu ənənəvi başlıqla yazır. Əgər “Şeyx Sənan” əsəri də tərcümə olsaydı belə şair onu da 
klassik üslub ənənəsinə uyğun olaraq ənənəvi girişlə başlamalı idi. Eyni zamanda əsərin hansı hökmdara həsr 
olunması, yazılma səbəbi haqda da əsərdə məlumat yoxdur. A. Gönül məsnəvi haqda doğru şəkildə qeyd 
edir: “Belli bir konuda, bağımsız eser olarak yazılmış mesnevilerin sağlam bir planları vardır. Giriş, konunun 
anlatıldığı bölüm ve bitiş; bütün mesnevilerde özen gösterilen bir sıralamadır. Giriş Bölümü; tevhit,
mün ā c ā t, na’t, mesnevinin sunulduğu kişiye övgü ve sebeb-i telif (eserin yazılma sebebi) başlıklarını 
ihtiva eder (8, 3)”. Deməli əsərin həmin hissələri bizə gəlib çatmayıb. 
Bununla yanaşı əsərdə uyğunsuzluqlar görürük. Məsələn: 
Eşq neçələr xərmənin verdi yelə, 
Eşq vəsfi xud haçan gələ dilə 
Aşiqə netmək gərək eşq bildirir, 
Mən nə deyim eşq işi müşkül durur. 
Var idi Kənan şəhərində bir ulu, 
Həm sahib kəramət ü ayu xulu. ( 9, 12) 
Əsərin hissələri arasında bu uyğunsuzluqlarla yanaşı əsərin bəzi hissələrində fikir təkrarlanmasına da 
rast gəlirik. Məsələn: 
O qız aydır:gerçək isən sən ey yar, 
Dörd işi qılmaq gərək sən ixtiyar. 
Bir ulu müridi Şeyxin Kəbəyə, 
Varmış idi , gör bulara nə deyə. 
Əbdi Rəhman adını derlər idi, 
Hamısından Şeyx onu yenlər idi. (9, 18) 
Burda kafər qızının Şeyx Sənana 4 şərt irəli sürməsi göstərilir və bundan sonra Əbdi Rəhman əhvalatı 
başlayır. Əbdi Rəhmanla müridlərin danışığı bitdikdən sonra isə yenidən əsərdə həmin hissə təkrar olunur və 
məntiqi uyğunsuzluq əmələ gəlir: 
O qız aydır:gerçəkisən sən ey yar, 
Dörd işi qılmaq gərəksən ixtiyar. 
Şeyx aydır: yüzmin kəz dersən şəha, 
Şənin ilə verəyim əhdi vəfa. (5, 18) 
Bu hal bir daha sübut edir ki, əsərin tam şəkli əldə deyil və əldə olan hissələr də əsas mətnin müəyyən 
hissəsidir. Şair əsərin tərcümə olması haqda heç bir məlumat vermir. F.Rifahinin tədqiqatına münasibətini 
bildirən S.İbrahimov əsərin orjinal olub-olmaması haqda haqlı olaraq belə qeyd edir: “Bu mənada, Əhmədi
Təbrizinin “Şeyx Əbdülrəzzaq” poeması da orijinal” (9, 145). Əgər eyni adlı əsərləri tərcümə əsəri 
adlandırsaydıq onda, Füzuli yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” əsərini də sərbəst tərcümə 
adlandırmaq lazım gələrdi. 
Dastanın baş qəhrəmanı Şeyx Sənandır. Ondan başqa əsərdə kafər qızı, müridlər, Sənanın sevimli 
müridi Əbdi Rəhman, keşiş surətləridir Əsərdə məhəbbətin hər bir insanı dəyişə biləcəyi təsəvvür olunur, 
lakin bu məhəbbət yalnız cismani deyil, eyni zamanda ilahi məhəbbətdir. Məhəbbət uğrunda hər şeydən 
keçən Şeyx Sənan əsər boyu kamilləşir və ən sonda ilahi məhəbbətə çatır və haqqa qovuşur. 
Ömrünün 80 ilini ibadətə sərf edən, 50 dəfə həccə gedən, şəriət mərhələsinin bütün şərtlərini yerinə 
yetirən Şeyx Sənan bir yuxu görür və bu yuxunu yozdurmaq üçün getdiyi səfərdə bir huriyə aşiq olur və
bununla da Sənanın eşq macərası başlayır: 
Çünki gördü Şeyx o qızın üzün, 
Ah qıldı, torpağa vurdu üzün. 
Eşq Şeyxin ğarət etdi canını, 
Küfrə dəyişirdi Şeyx imanını. ( 9, 14) 
Beləliklə, şeyx təriqət mərhələsinə qədəm qoyur. Təriqət mərhələsi isə şəriət mərhələlərinə əməl 
etməklə gedilən yoldur və bu yolda insan formal olan şeylərdən uzaqlaşaraq ilahi eşqə yönəlir. Y.Babayev
yazır: “Şəriət hökmün, göstərişin özü, təriqət isə onun əməli icrasıdır (1, 33). Şeyx kafər qızını görüb 
ona aşiq olduqdan sonra əsl eşqin nə olduğunu dərk etməyə başlayır. Burda kafər qızı vasitədir. Çünki 
təsəvvüfdə Allahın yaratdıqlarını sevmək Allahı sevməkdir. Bu haqda Yunus Əmrə də haqlı olaraq yazıb: 


M.P.Vaqif və müasirlik 
180
“Yaradılanı severiz yaradandan ötrü” (2, 82). Şeyxin bu qız üçün hər şeydən keçdiyini görən müridləri isə 
onu tərk etməklə sübut edirlər ki, onların şeyxə sevgisi heç də həqiqi sevgi deyil. Əsərdə bu haqda Əbdi 
Rəhmanın dilindən belə deyilir: 
O mürid ayıtdı ki, ey yalan ərən, 
Bivəfa övrətdən alı ol ərən. 
Yar gərək kim, düşmüş ikən ər ola, 
Yoxsa kim,tərk eyləyə nə ər ola? 
Şeyxə siz gerçəkin yar mı siniz? 
Kim , gərək o qıldığın qılaydınız. (5, 18) 
Burdan da anlaşılır ki, müridləri Sənana yar olmağı bacarmırlar. Buna görə də, Sənan həqiqi yarı, əsl 
eşqi axtarır. Çünki haqqa yalnız eşq ilə qovuşmaq olar. Eşqi üçün Şeyx Sənan hər şeydən , hətta dinindən 
belə dönməyə razı olur və belinə “zünnar” (xristianların bağladığı kəmər) bağlayır. Kəbəni deyrə (kilsə, 
monastr) dəyişir. Sənanın dinindən dönməsi əslində onun ilahi eşqə doğru getdiyini göstərir. S. Xəlilov 
yazır: “ İlahi eşqdə dinlər arasında sərhəd götürülür”(4, 14-15). Allah qarşısında müsəlman da, büdpərəst də, 
xristian da birdir. Əsərdə kafər qızı surətinin verilməsi də məhz bununla, yəni eşqin heç bir sərhəd 
tanımaması ilə bağlıdır. Eşq o qədər qüvvəlidir ki, Sənan sevgilisi üçün donuz otarmağa, insanlar içində 
rüsvay olmağa belə göz yumur. Eşq insanı rüsvay edir, ağlını başından alır, onu divanəyə çevirir. Amma bu 
divanəlik hikkə və şərabla olan divanəlik deyil, ilahi eşq yolunda, yaradan uğrunda olan divanəlikdir. Bu 
aşağıdakı beytlərdə öz əksini tapır: 
Eşqin əvvəl bunyadı rusvalıq durur, 
Qılanına görə o, bənlik durur. (9, 19) 
Lakin ilahi eşqə, yaradana qovuşmaq üçün Sənan maddi olan hər şeydən əl çəkməlidir. Çünki həqiqi 
gözəl ilahi eşqə aparan yolda bələdçi olsa da, aşiqi maddi dünyaya bağlayır. Bu zaman Sənanın sevdiyi qız 
onunla haqq arasında duran bir pərdə olur: 
Həqq ilə Şeyxin arasında yara, 
Vardı gərdü-ğubar yavlıq qara. 
O ğubarın qurtuldu onun canı, 
Qaranılıqda qoymadıq biz oni. (5, 21) 
Əsərin sonunda Şeyx Sənan onun üçün hər şeyi gözə alıb, bilmədiyi yerlərə tək başına gələn kafər 
qızını rədd edərək Məcnun səviyyəsinə yüksəlir: 
Mən qururam, sən yaşarısan paşa, 
Necə yoldaş olisər quru yaşa? 
O qız aydır : eyləsə qılgil dua, 
İndiki duan sənin göyə axa. (5, 26) 
Həqiqət mərhələsinə yüksələn Sənan Allahdan başqa yar tanımır, yalnız onu sevir və haqqa qovuşur. 
Həqiqət mərhələsində ikilik aradan götürülür. Bu mərhələdə aşiq məqsədinə çataraq yarına(yaradana) 
qovuşur. Nəimi həqiqət mərhələsi haqda haqlı olaraq yazır: “Təriqət bütün dünyəvi mənzil və 
məqamlardan uzaq qalaraq səni Mövlaya yaxınlaşdıracaq olan təqvaya yapışmaq və onu tutmaqdır. Həqiqət 
isə qayəyə çatmaq, təcəlli nurunu müşahidə еtmək dеməkdir” (7, 18). Sənanın sevgilisindən imtina 
etməsinin digər bir səbəbi də onun artıq yaşlanması və maddi, dünyəvi eşqə fiziki cəhətdən uyğun olmaması 
idi. 
Ədəbiyyat 
1.
Babayev. Y. Təsəvvüf ədəbiyyatı: Sufizm və hürufizm. Bakı, Nurlan, 2007 
2.
Çömlek . Y. Büyüklerin dilinden Tasavvuf.
3.
Xəlilov.B. Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi. Bakı, 2010
4.
Xəlilov.S.,Postmodernizmdə xarici notlar. 525-ci qəzet.- 2013.- 25 may. s. 14-15 
5.
Kayık. S, Tebrizli Ahmedi Yusuf u Zeliha( 1B-35B İnceleme-Metin-Dizin). İstanbul, 2007 
6.
Nağısoylu. M, Əhmədi Təbrizi və “Əsrarnamə” tərcüməsi. Bakı, 2012 
7.
Nəimi F. Vəsiyyətnamə. «Azərbaycan», № 5, 1970 
8.
Prof. Dr., Selçuk Üniversitesi, Eski Türk Edebiyatı Anabilim Dalı, gayan@selcuk.edu.tr . 2009 
9.
Təbrizi. Ə, Şeyx Əbdul-Rəzzaq dastanı, Tehran, 2016 
10.
Tərbiyyət. M. Danişməndani-Azərbaycan. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1987 
11.
Turan. M. Dini- Tasavvufi Halk Edebiyyatı.


M.P.Vaqif və müasirlik 
181
RƏHİMOVA GÜLNAR 
Bakı Slaviyan Universiteti 
SOVET DÖVRÜ VƏ MÜSTƏQİLLİK DÖVRÜ DRAMATURGİYASINDA AİLƏ-MƏİŞƏT 
MÖVZUSU (C.CABBARLI, İ.ƏFƏNDİYEV VƏ Ə.ƏMİRLİNİN YARADICILIQ 
MATERİALLARI ƏSASINDA) 
Açar sözlər:
İnsan, ailə, cəmiyyət, pul, azadlıq
Family-household theme in the Soviet and independence era”s drama. (According J Jabbarli,
İ. Afandiev and A. Amirli”s creative activity) 
İn my article I applied to family-household subject plays which included J. Jabbarli İ.Afandiev, and 
A.Amirli”s creative activity. Althougt periods are different , but family-household relations are always the
same. İt is clear that, plays are influenced by periodicity factor. And in this way , similar features of both
periods plays are appeared .Althought the size of these plays was so little, but the purpose was great. 
Keywords:
Human, family, society, money, freedom
Hər bir hadisənin mütləq ki, bir başlanğıcı olur.Bir hadisənin baş verməsi üçün mütləq buna səbəb olan
amillər vardır. Azərbaycan dramaturgiyasının bugunki yüksək mərhələyə çatmasına təkan verən hadisələr 
çox olmuşdur. Başlanğıcını Mirzə Fətəli Axundovun komediyaları üzərində quran Azərbaycan 
dramaturgiyası hazırda ədəbiyyatımız tarixində öz layiqli yerini tutmuşdur. 
XIX əsrin ortalarına qədər yalnız xalq yaradıcılığında, el bayramlarında ,dini mərasimlərdə ,ibtidai 
tərzdə yaşanan teatr M.Fətəli dühası ilə müstəqil sənət səviyyəsinə qaldırılmış,incəsənətimizdə yeni bir janr 
kimi təşəkkül tapmışdır. M.F.Axundzadə vaxtını çoxdan keçirmiş,köhnəlib əngələ çevrilmiş ənənələri rədd 
edir,zamanın tələbinə uyğun yeni müasir məzmunlu ədəbiyyat yaratmağa çalışır və yeni bədii ifadə üsulları 
axtarır. O, öz yaradıcılıq fəaliyyətində komediya janrına böyük üstünlük verir. “İnsanlar tənqidi əsər 
oxumağa həmişə həvəskardırlar”. İnsanların təbiətində olan pis və yaramaz əməlləri tənqid,istehza və 
məsxərədən başqa heç bir vasitə ilə məhv etmək olmaz (6, s. 9). 
Sosialist inqlabı nəticəsində Azərbaycanda Sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətininin 
qurulması ilə xalqımızın həyatında,incəsənətində,mədəniyyətində və ən əsası ədəbiyyatında yeni bir inkişaf 
dövrü başlamışdır. Bu dövr Azərbaycan dramaturgiyasında sənətin həyata yaxınlaşması, dramaturqların 
zamanın,əsrin çağrışına daha yaxından qoşulması ilə seçilir. 
Sosialist inqlabından sonrakı mərhələ yəni 20-ci illərin başlanğıcı teatrın və dramaturgiyanın qızğın 
fəaliyyət illəri olmuşdur. Azərbaycan daramaturgiyasında bundan sonra kiçik həcmli pyeslər yaranır. Bu 
pyeslərin mövzusu həyatın çox müxtəlif sahələrinə və məsələlərinə həsr olunmuşdur. Məqsəd böyüklüyü o 
vaxt yazılan kiçik həcmli pyeslərin əksəriyyəti üçün xasdır. Biz bunu hekayələrdə də görürük. Bəzən 
irihəcimli romanda olan fikirləri qısa və yığcam şəkildə hekayədə də vermək mümkündür. 
Kiçik formalı dramaturgiyanın yaxşı nümunələri sənətkarlıq keyfiyyəti, forma bitkinlliyi, özünəməxsus 
üslub xüsusiyyətləri ilə fərqlənir. Bu dramaturgiyanın ilk nümunələri olan pyeslərin bir xüsusiyyəti və 
əhəmiyyətli cəhəti də ondan ibarətdir ki, onların iştirakçılarının əksəriyyəti yenicə yaranmış Sovet 
Respublikasının vətəndaşları,sovet adamlarıdır.Bu iştirakçıların içərsində əhalinin bütün təbəqələrini təmsil 
edən şəxslər, fəhlə, kəndli, əsgər, müəllim, həkim, sovet idarələrində işləyənlər,evdar qadınlar,mənfi tiplər 
içərisində isə tacirlər,ruhanilər və qeyriləri vardır (6, s. 44) 
Sovet dramaturgiyasının yaranması, formalaşması və onbeşillik inkişaf yolu Cəfər Cabbarlının 
yaradıcılığı, fəaliyyəti ilə bağlıdır. Sovet dövrü Azərbaycan dramaturgiyasını Cəfər Cabbarlısız təsəvvür 
etmək mümkün deyil. 
Mən bu məqaləmdə Cəfər Cabbarlı, İlyas Əfəndiyev və Əli Əmirlinin ailə-məişət mövzusuna həsr 
olunmuş pyeslərinə müraciət etmişəm. C.Cabbarlı və İ.Əfəndiyevin pyesləri ilə Sovet dövrü Azərbaycan 
dramaturgiyasını və Əli Əmirlinin pyesləri vasitəsi ilə Müstəqillik dövrü Azərbaycan dramaturgiyasını 
müqayisəli şəkildə təhlil edəcəm. Və bu pyesləri təhlil etməklə hər iki dövrə məxsus dramaturgiyalara aid 
olan xüsusiyyətlər aydınlaşır. 
C.Cabbarlının yaradıcılığının ilk dövründə hələ bəsit və dumanlı şəkildə,ancaq köhnəliyin zəif tənqidi 
və həyatındakı ədalətsizliyə qarşı kövrək etiraz şəklində təzahür edir. 


M.P.Vaqif və müasirlik 
182
C.Cabbarlının ailə-məişət münasibətlərinə həsr olunmuş əsərlərdən biri “Sevil” pyesidir. Bu pyesdə 
nəinki ailə daxilində,ailədə olan insanların necə zidd xarakterə malik olması ilə yanaşı, dövrlə əlaqədar 
olaraq bir çox məsələlər aşkara çıxarılır. Ailə münasibətlərinin fonunda daha dərin problemlər üzə çıxır. 
Mehdi Məmmədov: “C.Cabbarlı köhnə dünyanı öz əsərlərində çox vaxt məzarıstana, ölülər dünyasına 
bənzədir”. Bu təşbehdən Sevil pyesində çox tutarlı və mənalı şəkildə istifadə olunmuşdur. Balaş öz atasını 
yüksək cəmiyyət adamları ilə görüşdürərkən ona ölü paltarı geyindirir. Çünki bu paltar əqidəcə geri qalmış 
,yalnız öz sərvətləri ilə öyünən insanların xoşuna gəlməyə bilməzdi (6. s. 58). 
Sevil pyesi günün aktual hadisələrindən birinə toxunurdu. Lakin günün hadisəsində dövrün mahiyyəti, 
əsrin keyfiyyəti açılırdı. “Qadın azadlığı” problemi qırmızı xətt kimi pyesdən keçdiyi aydın sezilir. 
Pyesin mövzusu hələ də patriarxal əlaqələrlə yaşayan bir ailə həyatından alınmışdır. Gənc Sevil əri 
Balaşdan təhqir və zülm görür. Lakin adət-ənənə,dini etiqad onu dözməyə məcbur edir. Balaş isə atasına və 
bacısına qarşı da sərtdir. O, əxlaq və vicdan tələblərini, haqqı və həqiqəti tapdalayaraq nəyin bahasına olursa 
olsun “Yüksək cəmiyyət”ə daxil olmağa, böyük vəzifəyə və dövlətə çatmağa çalışır. Gülüş və Atakişi Balaşa 
qarşı çıxır, ondan üz döndərirlər. Küçələrə atılmış Sevil bir neçə il əzab,ehtiyac içində yaşadıqdan sonra 
haqqını axtarıb üsyana qalxır. Çadrasını qəzəblə Balaşın üzünə çırpıb həyat meydanına atılır. Bu vaxta qədər 
zülmət içində, əsarət altında yaşayan bu adamlar indi yeniliyə qovuşur öz taleyini azadlığa çıxmış xalqın 
taleyinə bağlayıb xoşbəxt olurlar. “Sevil” pyesi Azərbaycanda, ümumiyyətlə, Şərqdə qadın azadlığı uğrunda 
aparılan mübarizədə çox əhəmiyyətli rol oynamış, çadra əleyhinə alovlu bir təbliğata çevrilmişdir. 
Obrazların keçdikləri həyat yolu, aqibətləri, pyesin sonunda gələcəyə inamın necə də sonsuz, ucsuz-
bucaqsız sevgi ilə dolu olduğunu göstərir. Dünyanı,kainatı öz uşaq ağlıyla dərk etmək istəyən, bunun üçün 
də dünyanı səyahət etmək istəyən, bunun xəyalı ilə yaşayan Gündüzün “Mən yol başına bütün çoçuqlardan 
tez çatacağam...Mən daima irəliyə doğru gedəcəyəm! Marsa, Yupiterə sonsuz fəzalara gedəcəyəm... sözləri 
ilə gələcəyə baxışın ,yeniliyə,gözəl işıqlı dünyaya olan ümidin simvolu kimi səslənir (2, s. 54). 
C.Cabbarlının ailə-məişət mövzusuna həsr olunmuş digər bir əsəri də “Vəfalı Səriyyə yaxud Göz yaşı 
içində Gülüş”pyesidir. “Vəfalı Səriyyə”də yeniliyə düşmən kəsilən ehkamlara,şər enerjili irticaya, naftalin 
qoxulu mühafizəkarlığa qarşı mübarizədə obrazların inadkarlığı onları fərqləndirən əsas xüsusiyyətlərindən 
biridir. Bu pyes cəmiyyətdəki ədalətsizlikdən bəhs edir. Haqsızlıqlara qəzəb və nifrət bildirirlir. Burjua –
mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətinn və avamlığın bir –birini təmiz, saf məhəbbətlə 
sevən gənclərin həyatlarına böyük maneə olduğunu göstərmişdir. “Vəfalı Səriyyə” pyesində keçmişdən gələn 
bir ənənəni görürük.Bu ənənə M.F.Axundovun dramaturgiyasına xas olan bir ənənədir. Sonda dövlət 
qulluqçularının, çinovniklərin gəlməsi ilə hər şey dəyişir, aydınlığa qovuşur. Səriyyənin məcburi olaraq 
başqasına ərə verilməsinin qarşısını alırlar. 
“Vəfalı Səriyyə yaxud Göz yaşı içində Gülüş” əsərindən sonra “Solğun çiçəklər pyesi yazılmışdır. 
Ailə-məişət mövusuna həsir olunan pyeslərdən biridir. Pyesdə dramaturq ictimai quruluşa öz etirazını 
bildirmişdir. “Solğun çiçəklər”də burjua-mülkədar cəmiyyətinin ziddiyyətləri əsas götürülərək bir ailə 
daxilində göstərilmişdir. Eyni zamanda həmin cəmiyyətdə pulun, sərvətin insanların əxlaqını pozaraq, daxili 
aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini görürük. 
Əsərdə C.Cabbarlı həyatı realist boyalarla təsvir edərək ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə 
bilmişdir. 
XX əsr ədəbi nəzəri fikrində formalaşmış - İlyas Əfəndiyev bədii fikir tariximizdə fenomendir.İlyas 
Əfəndiyevin müraciət etdiyi bütün janrların baş qəhrəmanı yazıçı özüdür və bu hekayə,povest.roman və 
dramlarının cəmliyində reallaşan yazıçı üslubudur. 
İlyas Əfəndiyevin ailə-məişət mövzusuna həsr olunmuş pyeslərdən biri “Büllur sarayda”dır. Bir ailə 
daxilində olan məsələlərin kökü cəmiyyətdən gəlir. Evlərinə gələn pulun haradan gəldiyini bilməyən Aynur 
atasının həqiqətən də vicdanla, zəhmətlə bu pullara sahib olduğunu düşünür.Sevdiyi oğlanla-Həbiblə 
gələcəkdə ailə həyatı qurmaq barədə xəyalları da həyata keçmir. Ondan ayrılandan sonra atasının ,analığının 
istəyi ilə başqa birinə ,imkanlı birisinə getsə də o xoşbəxt ola bilmir. Xoşbəxtlik onun üçün əlçatmaz 
olur.Atası kiməsə işi keçsin deyə ona lazım olan adama müəllim deyərək müraciət edir. Ağahüseyin: 
Məsələn işimin xatirinə Cumuya müəllim deyirəm. O, o dəqiqə müəllim olmadı ki?! Aynur: Ey müqəddəs 
müəllim sözü! Sən haradan düşdün bu adamların ağzına! Bu dialoqdan görürük ki, o dövrdə insana ancaq 
puluna görə hörmət edirmişlər. Pulun varsa həyatında hər şey olacaq xülyası ilə yaşayırdılar. Aynur pula 
həris olan birisi deyildir, sadəcə əvvəldən öyrəşdiyi rahatlıqdan uzaqlaşa bilmədi. Həbibin anası zavodda 
fəhlə işləyirdi.Aynur onların kasıb mənzilini görəndə sarsıntı keşirir. Belə bir evdə yaşamaq ona dəhşətli 
gəlir. Və məhz buna görə də, ondan ayrılır. Bir cəmiyyətdə ki, pul çox şeyi həllər edirsə , bu cəmiyyət 
ikiüzlülükdən, riyakarlıqdan uzaq ola bilməz. Həbib öz savadı ilə həyatını dəyişdi. Aynur isə səhvini anlasa 
da geriyə yol olmadığını anladı. Həbibin anasına yaşadığı evə münasibətini bildirəndə, ondan sonra Həbibə 
gedən bütün yolların qapısı onun üçün artıq bağlı idi. Atasının, Qədimin bütün gizlin işlərinin üstü 


M.P.Vaqif və müasirlik 
183
komissiyanın gəlişi ilə ifşa olunur.Qədim kimilər özlərini doğru çıxartmaq naminə,işdə qanunsuzluğa yol 
vermədiklərini sübut etmək üçün öz işçilərini – Sədaqəti belə acımadan yoxa çıxartdırır. Aynur: Uçub 
dağılmalı idi,bu büllur saray. Çürük sütunlar üzərində qurulmuşdur.Brilliyantlar gözlərini kor etmişdir.Xalqa 
xəyanaətin cəzası amansız olur... 
İ.Əfəndiyev qədər ailə münasibətlərini ustalıqla təsvir edə bilən bir dramaturq məncə, indiyə qədər də 
yoxdur. Sovet dövründə yaşayan insanın nəinki ailə münasibətlərini oxucuya gostərirdi, eyni azamanda da 
pyesdəki personajları bütün tərəflərdən həm sosioloji, həm də psixoloji cəhətdən təhlil etmək üçün şərait 
yaradır. Dramaturqun belə pyeslərindən biri də “Bizim qəribə taleyimiz”dir. Pyesi oxumağa başladığım 
andan hadisələr asta ardıcıllıqla irəliləyir. Məlum olur ki, Nərminlə Kamran bir vaxtlar bir-birilərini seviblər. 
Amma həyatda yollarını ayırmaq məcburiyyətində qalıblar. Ayrı olmaqlarına baxmayaraq bu sevgi hələ də 
onların qəlblərində gizlin şəkildə davam edir. Cəmillə evlənən Nərmin onu yalandan sevirəm də demir. 
Onların oğlu Samir isə Nərgizi sevir. Cəmil yüksək vəzifədə olduğu üçün ki, zavodda işləyən, kasıb 
təbəqənin nümayəndəsinin qızını almaq istəmir. Çox qəribədir sanki, Cəmil heç vaxt kasıb olmayıb, elə bil 
bu vəzifəyə hec nədən gəlib.Səhnədə tamaşa bitdikdən sonra Mələk, Cavanşir kef məclisi qururlar. Musa və 
Davud da onlara qoşulur. Sahə müvəkkilinin gəlişi və onlara xəbərdarlıq etməsi ilə onlar arasında mübahisə 
başlanır. Sahə müvəkkilinin əl-qolunu bağlayırlar. Samir gəlib sahə müvəkkilinin əl-qolunu açmaq istəyir 
,amma, oğlanlar buna icazə vermir. Samir şüşə ilə Cavanşirin başına vurur. Onların işlərinə Kamran 
Muradzadə baxır. Mələk danışdıqdan sonra məlum olur əslində onun bu vəziyyətə düşməsində həm içki 
içməsində, həm də narkotik vasitələrə qurşanmasında cəmiyyətdən çox ailəsinin rolu olub. Analığı 
Zərxanımın atasına olan xəyanətini qəbul edə bilmir və həyatdan ,hər kəsdən küskün şəkildə yaşayır.Burada 
ailə birinci dərəcəli ,cəmiyyət isə ikinci dərəcəli günahkardırlar. Musanın atası Fərişlə söhbəti zamanı məlum 
olur bu qədər pulu tələbələri imtahandan kəsərək əldə edib. Cavanşirin atası Ataxan ilə söhbətində məlum 
olur ki, o torpağı 100 hektar əvəzinə 300 hektar əkdirir və kəndliyə 100 hektarın pulun verir. Hamilə 
qadınları işlədirsiniz haradadır sizin vicdanınız. Kamran sovxoza komissiya göndərir. Ən sonda Samirin atası 
Cəmillə görüşür. Əslində Samirin heç bir günahı yoxdur. Cəmil Kamranı Moskvada gördüyünü, Nərminə isə 
heç nə bildirməmişdir. Nərmin ürək xəstəsidir. Onları təbrik üçün evinə yığılan yaltaqların hamısın qovur. 
Oğlunu Kamrana tapşırır. Biz xoşbəxt olmadıq, çalış Samirlə Nərgiz xoşbəxt olsunlar. 
Cəmil kasıb ailənin bir qızını almaq istəmirdi, amma şərəfin, namusun hər şeydən üstün olduğunu 
unudurdu. Əlinə daima pul gələn insanın gözü doymur. Bir dəfə gəldisə, mütləq ardı da gəlməlidir. 
Doğrudan da həyat qəribədir. Bu həyatda isə bir-birindən ayrı düşmüş, amma sonda hansısa bir səbəblə 
yenidən bir araya gələn Nərmin və Kamranın teleyi kimi qəribədir... 
İ.Əfəndiyevin digər pyeslərindən biri də “Qəribə oğlan”dır.Valehin Kamələyə vurulması, hər dəfə 
onun yanından keçərkən sadəcə salam veməsi, heç cür öz sevgisini bildirə bilməməsi və digər bu kimi 
məsələlər pyesdə öz əksini tapıb. Kəmalənin atası- Dadaş Rahimoviç yeni vəzifəyə keçəndən etibarən öz 
ətrafındakı insanları seçməyə başlayır. Valehin kasıb olduğunu biləndə qızını ona vermək istəmir. İlk elçiliyə 
Valehin dostlarının getməsi və onların hər birinin öz xalqlarına məxsus milli geyimdə gəlmələri pyesin ən 
maraqlı hissələrindən biridir. Bu hissədən də Azərbaycan da multikulturalizm dəyərlərinin Sovet dövründə 
də yaşadığını aşkar görmək olar . 
Valehin dostu xarici ölkələrə gedib-gələn jurnalist Muratovun uydurduğu kələk dramaturji strukturda 
həlledici rol oynayır. Guya Fransada mühacirətdə olan qocanın ölüm qabağı səkkiz milyon frank miqdarında 
pulu yaxın qohumu Valehə miras qoyması hadisələrin istiqamətini dəyişir. Kəmalənin var-dövlət hərisi olan 
valideynləri öz qızlarını məmnuniyyətlə Valehə ərə verməyə razı olurlar.Ailə həyatını yalanla qurmaq 
istəməyən Valehin xaricdə heç bir qohumu olmadığını gələcək qayınatası Dadaşa qəti şəkildə bildirməsi 
,üstəlik Muratovun da bu məsəlinin zarafat olduğunu təsdiqləməsi belə hadisələrin gedişinə təsir 
etmir.Kəmalənin: “Yadındadırmı ata ?.. Sən uşaqlıqda mənə şirin nağıllar deyərdin.Kəndinizdə yaşamış xəsis 
bir dövlətlinin acgözlülüyü ucundan necə gülünc vəziyyətlərə düşdüyü barədə məzəli əhvalatlar danışıb məni 
güldürərdin.Əgər Muratovun zarafatı doğru olsaydı belə öz vətənini atıb gedib yadların qucağına sığınan bir 
adamın milyonlarının mənim gözümdə bir qəpiklik dəyəri olmazdı” (3, s. 53) 
Azərbaycan müstəqillik etdikdən sonra səhnələrimizdə ən çox oynalılan tamaşalar məhz komediyalar 
olur. 1990-cı illərdə dramaturgiya sahəsində fərqlənən imzalardan biri Əli Əmirlidir. Əli Əmirlinin səhnə 
uğurunun başlıca sirlərindən biri dövrün, “zəmanəmizin qəhrəmanı”nı vaxtında görüb, dürüst analiz və 
təsvir etməsi tamaşaçı qarşısına çıxarmasıdır. Bütövlükdə Əli Əmirlinin pyeslərinin mövzu əhatəsi genişdir. 
Əli Əmirlinin 1990-ci illərdə qələmə aldığı pyeslər əsasən komediya və melodram janrındadır. 
Əli Əmirlinin ailə-məişət mövzusunda yazılmış pyeslərdən biri “ Köhnə ev”dir. Keçmiş neftçi olan 
Qüdrət Qurbanoviçin ailədə nüfuzu qalmamışdır. O, sovet dövrünün adamıdır. Evinin ondan xəbərsiz 
özünündə dediyi kimi, ölkəni düşünməyənlərin, Sahib kimi iş adamına satılması onun artıq heç bir hüquq 
sahibi olmadığını göstərir. Zəhra da atasına bənzəyir. Doğma evindən heç bir yerə getmək istəmir. Bütün 


M.P.Vaqif və müasirlik 
184
gərginliklər Qüdrət Qurbanoviçdən xəbərsiz qonaqlıq təşkil olunması ilə başlayır. Qonaq çağrılanlar isə
Zəhranın keçmiş dostu opera müğənnisi Kamran Qızılsəs və onun həyat yoldaşı Böcəkdir. Böcəyin Sahib 
bəy kimi bir biznesmenə qoşulub qaçması dramaturji gərginliyi mücərrədləşdirir. Sahibin Canaya evlilik 
təklif etməsi ilə vəziyyət bir qədər dəyişir. Sahib və Q.Qurbanoviç ayrı qütbləri, təbəqələri özündə əks 
etdirən iki xarakter olaraq qarşı-qarşıya qoyulur. Onların fikirləri heç bir zaman bir-birilərinin fikirləri ilə 
barışmayacaq. Qüdrət vətinini hədsiz dərəcədə sevən bir insandır. Sahib isə həyatı boyu işləyən əsl 
neftçilərin əməklərinin, əziyyətlərinin başqaları tərəfindən mənimsənildiyini gördükcə, onlara lazımınca 
dəyər verilmədiyini bildirir. Və onların sayəsində yüksək vəzifə tutanları da ifşa edir, bütün bunlara göz 
yummaq istəmir. 
Ə.Əmirlinin “Varlı qadın” pyesi həmin illərdə yaranan iqtisadi çətinliklərin ailədə yaratdığı vəziyyətin 
nəticəsində bir çox problemlər yaranır. Əslində bu problemlər Sarı və Həvvanın ailə qurduqları gündən 
ehtibarən var. Sadəcə daha da üzə çıxmasına səbəb Həvvanın bibisi tərəfindən ona qalan miras oldu. Ata və
ana maddi çətinlik üzündən intihar etmək dərəcəsinə belə gəlib çıxırlar . Vəkilin gəlişi və Həvvanı Almaniya 
aparması ilə vəziyyət dəyişir. Həvva xanımın qoyulan şərtə görə Zərlinskilər nəslindən kiməsə ərə getməyə 
hazırlaşması zamanı ziddiyətlərin daha da kəskinləşməsinin şahidi oluruq. Tapılan kişinin cılız və xrda boylu 
olması “Mişoppa”ya bənzəməsi adının Pəhləvan olmasına baxmayaraq, adı ilə görünüşü üst-üstə düşmür. 
Həbsxanadan çıxmış yekəpərin daha çox faiz istəməsi, əsas dramturji hadisə istiqamətində daha yeni bir 
ziddiyəti təqdim edir. Özünün belə xəbərinin olmaması və çətin vəziyyətə düşmüş Sarının da Zərlinskilər
nəslindən biri olduğunun aşkar olunması hadisələri xoş bir sonluğa çatdırır. 
Hadisələrin bu şəkildə sona çatdrılması isə milli dramaturgiyamızın sosrealizm mərhələsinə xas 
modeli kimi keçid dövründə də yaşamaq hüququna malikdir. (3, s. 52) 
Aydın Talıbzadə “Varlı qadın” pyesi haqqında yazır : Komediyanın əməl partiturasının mərkəzində “ 
Cənab Pul” dayanır . 
Qeyd etmək lazımdır ki, Ə.Əmirlinin “Varlı qadın” mövzu yeni olmasa da, dramaturji strukturn 
formalaşmasında modernizm ictimai üslubunun elementləri hiss olunur.Bəstəkar Qara Qarayev , jurnalist
Mirzə Xəzər və müəllimə Eftibida kimi real şəxslərin adlarının pyesdə çəkilməsi modernis ədəbiyyatda 
adi hal sayılıb əsərin dramaturji strukturunda əhəmiyyət daşımasa da, pyesin ən dəyərli cəhəti onun 
gözönü hadisəlilik prinsipi üzərində qurularaq sözçülükdən uzaq olmasıdır. (3, s. 53-54) 
Əli Əmirlinin “Səhnədə məhəbbət”əsəri daha çox musiqi üzərində qurulan, ailə-məişət münasibətlərinə 
həsr olunmuş pyeslərdən biridir. Amma musiqi səhnədə baş verən hadisələrə bir əlavə,ahəngdarlıq verir və 
baş verən hadisələrə maneə olmadığı görünür. Bu iki gənc aktyor və aktirisanın Rüstəm və Röyanın 
timsalında dramaturq dövrün psixoloji durumunu təsir edir. Rüstəm və Röya səhnədə tərəf müqabilidirlər. 
Onlar ikisi də bir-birilərini sevirlər. Lakin Rüstəm madii vəziyyətinin pis olması səbəbindən o heç cürə bu 
sevgini Röyaya deyə bilmir,ondan çəkinir. Röyadan çəkinməyinin səbəbi imkanının olmaması və və ona 
istədiyi həyatı yaşada bilməyəcəyinin qorxusudur. Röya xanımla evlənmək istəyən milyonçu ona görə öz 
arvadını boşayıb, ondan on yaş kiçik bir oğlana verdiyinin məlum olması,mövzunun daha çox hansı komik 
ünsürlər üzərində qurulduğunu oxucuya çatdırır. Röyanı milyonçunun varlı olması qane etsə də qoyduğu 
şərt onun sarsıdır. Bir aktirisadan necə tələb etmək olar ki, sən səhnədən uzaqlaş və yalnız evdə mənim 
üşün tamaşaları ifa et. Bunu səhnə adamından istəmək onun azadlığını, seçimlərini əlindən almaq kimidir 
.Röya və milyonçu arasında söhbət gertdikcə uzanır və o çatmalı olduğu axrıncı avtobusa gecikir.Röya 
rüstəmlə qarşılaşır. Və Rüstəmlə dialoqunda səhnə adamina verilən dəyərdən danışır. Rüstəm çox çarəsizdir. 
Sevdiyi qadının başqasına ərə getməsi xəyalı ilə barışa bilmir. Rejissor dostu Ayxanın təklifi ilə özünü
milyonçu Atəş Fəşanlı kimi təqdim edir.Bundan sonra əsər tamamı ilə dəyişir. Röyanın Atəşdən xoşu 
gəlməyə başlayır. Mən deyərdim ki, Atəşi Röyaya sevdirən onun qəlbi idi. Pulu olmağına qalsa , milyonçunu 
da sevə bilərdi, baxmayaraq ki, milyonçu ona səhnədə olmamaq qadağası qoymuşdu. Lakin o da xoşbəxt 
olmaq istəyirdi. Röya özünü yaxın hiss etsəydi, ona ərə getməyə razılıq verərdi. Atəşlə olan danşığından 
ona qarşı nələrsə hiss etməyə başlayır. Təbii ki, deyilən sözlər Rüstəmin qəlbindən gələn sözlər idi. Başqa 
birinin surətini xarici olaraq yaratmaq olar, lakin daxildən o insan elə Rüstəm olaraq qalacaqdı. Sonda bu 
kiçik oyunun üstü açılır, hər şey aydınlaşır və onlar bir birilərinə olan sevgilərini etiraf edirlər. 
Ədəbiyyat 
1. Cabbarlı C. Əsərləri dörd cilddə, II cild., Bakı, “Şərq-Qərb”, 2005, 360 s. 
2. Cabbarlı C. Əsərləri dörd cilddə, III cild., Bakı, “Şərq-Qərb”, 2005, 368 s. 
3. Dadaşov A. “Müstəqillik dövrünün dramaturgiyası”. Bakı, “Nağıl evi”, 2005, 216 s. 
4. Əfəniyev İ. “Seçilmiş əsərləri” yeddi cilddə, III cild, Bakı, “Çinar-çap”, 2002, 624 s. 
5. Əmirli Ə. “15 pyes”, Bakı, 2006. 
6. Məmmədov M. “Həyat və sənət yollarında”, Bakı, “Azərbaycan dövlət nəşriyyatı”, 1965, 236 s. 


M.P.Vaqif və müasirlik 
185
RZABƏYLI FİRUZƏ 
Bakı Slavyan Universiteti 
ŞEYX NƏSRULLAH OBRAZININ İSLAM DİNİ KONTEKSTİNDƏ DƏYƏRLƏNDİRİLMƏSİ 
Açar sözlər:
Dramaturgiya, Cəlil Məmmədquluzadə, ölülər, obraz, islam dini
Change Nasrullah obrazin's changing in islamic religious kontektics 
Jalil Mammadguluzadeh's creativity is a creative and innovative novelty. He enriched Azerbaijani 
literature with his journalistic, prose and drama works. The work "Dead" is dedicated to religious fanaticism. 
Here the issues that were settled against religion and the rotten traditions of the past were solved. The work 
was a logical consequence of the struggle against the whole of our classic literature in the face of ignorance 
and moral aggression. 
Keywords:
Drama, Jalil Mammadguluzadeh,deads,image, Islam 
XIX əsrdən Azərbaycan ədəbiyyatında dini ehkamlara qarşı ardıcıl mübarizə başlanır. Bu mərhələnin 
əsas mahiyyəti Axundovun yaradıcılığı ilə xarakterizə olunur. XX əsrdən isə streotiplərə, ifratçılığa, dini 
fanatizmə qarşı mübarizədə böyük mütəfəkkirb Cəlil Məmmədquluzadə və onun “molla nəsrəddinçi” 
məsləkdaşları fərqlənir. 
İctimai xadim, jurnalist, nasir və dramaturq kimi tanınan C.Məmmədquluzadə yaradıcılığı 
sənətkarlıq cəhətdən novator və demokratik mahiyyət daşıyır. XX əsr Azərbaycan dramaturgiyasında yeni 
səhifə açmış Cəlil Məmmədquluzadə dramaturgiyanın klassik ənənələrini, ideya istiqamətlərini davam və 
inkişaf etdirərək onu yeni bir mərhələyə qaldırmışdır. Yazıçı dramaturgiyasında tənqidi hədəfə münasibət 
çox ciddi və dərindir. Həmçinin, xalq ruhu da C.Məmmədquluzadə dramaturgiyasında hakimdir. Ədib 
həmişə xalqın geniş yoxsul təbəqələrinin nümayəndələrini – çobanları, nökərləri, hambalları onların 
istismarçılarına qarşı qoyur, haqqın və ədalətin, köməyin və arxanın yalnız zəhmətkeş adamların varlığında 
meydana çıxdığını göstərir. C. Məmmədquluzadə bu zümrədən olanların saf, səmimi dözümünə təəssüf 
edirdi, onların haqq-nahaq içərisində itib-batmalarının, öz vəziyyətlərini anlaya bilməmələrinin faciəsini 
görürdü və buna dözə bilmirdi. Başqa sözlə desək, ürəyinin qanı axa-axa onların nöqsanlarını göstərir, bu 
nöqsanları bir dost kimi məsxərəyə qoyur ki, adamların gözünü açsın. 
C.Məmmədquluzadənin təsvir etdiyi tiplərin ikinci qismi isə yenilik hissi ilə alovlanan, mübarizə 
imkansızlığından sarsılan adamlardır. Belə xarakterlərə yazıçı xoş münasibət bəsləyir və onlardan böyük 
işlər gözləyir. Yazıçının yüksək ideallarını, daima yeniliyə can atmasını, cəmiyyəti ictimai ədalətsizlikdən 
xilas etmək arzularını, mədəniyyət uğrunda mübarizə qətiyyətini bu adamlar ifadə edirlər (5, s. 16). 
C.Məmmədquluzadənin sənət və ədəbiyyat vasitəsilə qaldırdığı problemlə rdramaturgiyasında da 
yüksək həllini tapmış və bir dramaturq kimi öz ölməz komediyaları ilə bu prinsipləri bədii cəhətdən 
əsaslandırmışdır. 
Dramaturgiyamızın şah əsərlərindən olan “Ölülər” məhz dini fanatizmə, mənəvi durğunluğa, hər cür 
cəhalətə qarşı belə ciddi və geniş mübarizə yolu keçmiş mütəfəkkir bir sənətkarın qələmindən doğulmuşdur. 
Bu əsər, nəinki C.Məmmədquluzadənin öz yaradıcılığında, həmçinin, bütünlükdə klassik ədəbiyyatımızda
fanatizmə, cəhalətə və mənəvi istibdada qarşı aparılmış mübarizənin məntiqi nəticəsi idi.
Əsərin tədqiqi sovet ədəbiyyatşünaslığında əksər araşdırmalarda tam olaraq islam dininə qarşı yazılmış 
olması ilə dəyərləndirilmişdir. “Ölülər” islam fanatizminə, müsəlmançılığın dini ehkamlarına, “qadir allah” 
ideyasına görünməmiş ağır zərbə idi. Burada, artıq dinə qarşı mübarizə din daxilində müəyyən islahatlar, 
ruhanilərin və tərkidünyalıq meyillərinin tənqidi çərçivəsindən çıxaraq dinin ateist mövqelərdən ifşası və qəti 
inkarı səviyyəsinə qalxır. Bu əsərdə dinin ictimai-əxlaqi mahiyyətinə münasibət fəlsəfi anlayışa, fəlsəfi 
təfəkkürə əsaslanır” (1, s. 23). Lakin əsərin diqqətlə və müstəqillik mövqeyindən araşdırmalarında onun 
çürümüş və müqavimətini itirmiş cəmiyyəti bir neçə cəbhədən tənqidə məruz qoymasının şahidi oluruq. 
Bu əsər ədibin dini mövhumata, keçmişin çürük adətlərinə qarşı çevrilmiş ən ciddi və kəskin bir 
ittihamnamədir. Əsərdə qarşı-qarşıya qoyulan iki tərəf, iki cəbhə vardır. Bunlardan yeniliyin, müasirliyin 
carcısı olan İskəndər, digəri isə köhnəliyin, cəhalətin təmsilçisi olan Şeyx Nəsrullahdır. Dramaturq Şeyx 
Nəsrullahı qeyd-şərtsiz, təmtəraqla qəbul edən cəmiyyəti İsgəndərin dili ilə “ölülər” adlandırır. Şeyx 
Nəsrullah ölü dirildən yox, diri öldürəndir. O, “Ölülər” mühitindəki azacıq dirilik əlamətlərini də yox etmək 
istəyir (4, s. 156). 


M.P.Vaqif və müasirlik 
186
Şeyx Nəsrullah əsərdə özünü ölü dirildən kimi qələmə verir və özü gəlməmiş sorağını göndərir. Avam 
xalq isə artıq buna inanır və onun məhz Culfadan keçməyini bir şərəf sayırlar. Şeyx isə hiyləgərcəsinə 
hərəkət edərək qəbiristanlıq səhnəsinə kimi öz işini görür. Artıq ölülərin siyahısını istədikdə “canlı ölülərin” 
arasında böyük toqquşma baş verir və hər kəs düşünməyə gedir, beləliklə, Nəsrullah öz istəyinə nail olur. 
Çünki o, planı elə qurmuşdur ki, camaatın bu möcüzədən könüllü surətdə boyun qaçıraçağına əmin idi. 
İctimai mühitin ziddiyyətləri, mövhumat, fanatizm insanları elə bir bataqlığa salmışdır ki, müstəmləkiçilik 
siyasətinin çürütməyə, yox etməyə yönəlmiş proqramları insanlar arasında elə münasibət yaratmışdır ki, 
qardaş qardaşın, ər arvadın, ata oğulun, oğul atanın dirilməyini istəmir, çünki ya onunla mal-dövlət üstündə 
vuruşmuş, ya onun varisini öldürmüş, ya onun özünü döyə-döyə qəbrə göndərmişdir. Şeyx Nəsrullah 
cəmiyyətin bu ziddiyyətlərini, ictimai mühitin doğurduğu bu murdar xarakterləri çox yaxşı bilir və məhz 
bundan istifadə edir. Amma bura qədər o, şüuru, idrakı ölmüş hacıları, kərbəlayıları bütünlükdə ifşa etmək 
üçün İskəndərə kifayət qədər fakt vermişdir.Buna görə də Şeyx istər-istəməz onun zəhər kimi acı, qılınc kimi 
iti sözlərini dinləməli, öldürücü iztehzası altında əzilib geri çəkilməli olur: “Hamı getdi fikirləşsin. Bu 
meydanda qaldı bircə nəfər kefli İskəndər. Bu meydan pəhləvan meydanıdır.Hünər istər ki, İskəndər kimi bir 
igid gəlib dursun meydanda və desin: Cənab Şeyx, hər nə qədər ki, bu qəbiristanlıqda ölü basdırılıb, hamısını 
dirilt. Xa...Xa...Xa!...” (3, s. 415). 
Beləliklə, komediyanın üçüncü pərdəsində həm şeyxin, həm də başqa personajların mənəvi 
eybəcərlikləri açılır. Bu pərdədə hadisələr kuliminasya nöqtəsinə doğru inkişaf edir, lakin hələ zirvəyə 
çatmır. Şeyxin əsas keyfiyyətləri də bu pərdədə meydana çıxır. Bu pərdədə Şeyx Nəsrullahın hiyləgərliyi və 
fırıldaqçılığı,ictimai mühitin ziddiyyətlərindən, əxlaqdan məharətlə istifadə etməsi bütün çılpaqlığı ilə özünü 
göstərir. 
Şeyx Nəsrullah xalqı aldadıb öz arxasınca salan, sonda uçurumla üz-üzə qoyan yalançıları “şeyx”, 
yolgöstərən funksiyası ilə ifşaya məruz qoymuşçox mürəkkəb təbiətli bir tipdir. N.Vəzirov “Ölülər” in ilk 
tamaşasından sonra demişdir: “Ölülər”dən alınan təsir tamdır. Bu əsərdə olduğu kimi cahil şeyxlərin 
şarlatanlığı heç bir zaman qamçılanmamış və qamçılana da bilməz” (5, s. 27). 
Biz Şeyx Nəsrullah obrazına islam kontekstində yanaşdıqda onda şeyxlikdən əsər-əlamət olmadığını 
aydın görə bilirik. Təsadüfi deyil ki, Hz.Məhəmməd (s.a.s) buyururdu: “Əsl alim, insanlara Allahın 
rəhmətindən ümid kəsdirməyən, əzabından əmin qılmayan, Allahın haramlarına icazə verməyən şəxsdir. 
İçində elm olmayan ibadətdə xeyir yoxdur.İçində qavrayış olmayan elmdə xeyir yoxdur.”(Burada alim din 
xadimi mənsında göstərilmişdir.) Həmçinin, Qurani-Kərimdə də öz elminə əməl etməyən alimlər ulağa və itə 
oxşadılıb. “Əraf” surəsinin 176-cı ayəsində Allah-təala günahkar alimin haqqında belə buyurur: “Bu adamın 
itə oxşarı var: Onu qovsan da, sakit buraxsan da dilini çıxardıb elə hey ləhləyir”.
Əsərin əvvəlindən Şeyx adamlarla açıq ana dilində danışmaqdan imtina edir. Hətta bəzi yerlərdə avam 
kütləylə aydın şəkildə danışmaq istədikdə Şeyx Əhməd ona deyir: “Şeyxəna, ərəbcə de”. Şeyx Nəsrullahdan 
daha hiyləgər olan Şeyx Əhmədin bu sözü təsadüfi deyildir.Şeyx Əhməd yaxşı bilirdi ki, ana dilində 
danışdıqda kütlə onların hiyləsini başa düşə bilər. Bu yolla onlar özlərini elmli və əsl din xadimi kimi 
göstərməyə çalışırdılar. Müəllif bununla kütləni mahiyyətinə varmadığı hər hansı ideyadan, fikirdən uzaq 
durmağa səsləyirdi. 
Təsadüfi deyildir ki, C.Məmmədquluzadə qurana, ərəb dilinə və ərəb əlifbasına olan inamın 
müsəlman aləmində necə böyük fəlakətlərə səbəb olduğundan danışarkən ürək ağrısı ilə yazırdı: “Tehranda 
balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları, - gələcək üçün bir tarixdir” (1, s. 87). 
Şeyx Nəsrullah meydana gəldikdən sonra əsərdə elə bir hadisə, elə bir söz, söhbət yoxdur ki, onunla 
bağlı olmasın.Şeyxin özü görünməsə də, onun adı, vahiməsi hər yeri gəzir, hamının ürəyində, dodağında 
dolaşır. Onun həyat nemətlərini pislədikdən sonra dediyi “... o ki, qaldı mənkuhatın müəzzəm faydalarına 
burada mətləb bir az tüldür”, sözləri keçid xarakteri daşıyır. O, fanatiklərin gözünə kül atdıqdan sonra əsl 
mətləbə keçir, öz çirkin niyyətlərinə daha yaxşı zəmin yaratmaq üçün tədricən söhbətin mahiyyətini aparib 
siğə və evlənmə məsələsinə bağlayır. Şeyx bu işi də cənnət, cəhənnəm, axirət borcu ilə əlaqələndirir, ona 
əxlaqi, dini cəhətdən haqq qazandırmağa çalışır, özünü deyil, daha çox allahın, şəriətin adından danışıb 
hökm verir.Şeyx Nəsrullahın xəstəliyində, şəhvani hisslərə qapılmasında qəribə, qeyri-adi görünən heç bir 
şey yoxdur. Bu xəstəlik ona, öz çirkin hisslərini allah və şəriət adı ilə çoxdan streotipləşdirmiş əcdadlarından 
miras qalmışdır. Onun alçaq hərəkətləri fanatiklər aləmində, sadəcə olaraq “Allahın əmri ilə hər gecə 
intəhasız savaba nail olmaqdan” başqa bir şey deyildir. Şeyx elə bir mühitdə yaşayır ki, orada lotuluq, 
əxlaqsızlıq qəbahət sayılmır.Lakin bu mühitdə ona qarşı çıxan bir adam tapılır.Bu adam İskəndərdir.Şeyx 
Nəsrullah İskəndəri görən kimi tanımışdı və ondan “gözü su içməmişdi”.O, İskəndəriayıq və arif bir adam 
hesab etsə də, avam və cahil adamların ona mənfi münasibət bəslədiyini görüb, bu dünyada İskəndərin tək və 
ümidsiz olduğundan bəhrələnir, planlarından əl çəkmir. Hər kəsin “yenə içkilidir” – deyib cəmiyyətdən 


M.P.Vaqif və müasirlik 
187
təcrid etdiyi İskəndər ağıldan bəlaya düşmüş bir şəxsdir ki, nə imkanı, nə şəraiti, nə də o qədər gücü var ki, 
bu qorxunc dünyada nəyisə dəyişə bilsin. 
C.Məmmədquluzadə, öz riyakar fikirlərini məharətlə təbliğ edən Şeyx Nəsrullahın simasında yalan 
ideologiyalarla mühitə daxil olan ikiüzlülərin insan və maddi varlıq haqqındakı mürtəce anlayışlarına ağır 
zərbə endirir, təqdim etdiyi situasiya ilə Hacı Həsən ağaların, məşədi orucların mənən ölü vəziyyətə 
düşdüyünü göstərir. Burada, böyük ustalıqla əsrlərdən bəri gələn fanatizmlə yeni əsrin irtica metodologiyası 
əlaqələndirilir. 
“Ölü dirildən” yox, hər hansı başqa bir “peşə sahibi” də həmin cəmiyyətə daxil olub, istədiyini edə 
bilərdi. Lakin müəllif ən kəskin bir yol seçərək fikrini daha dolğun ifadə edir. Xalq o günə qalıb ki, 
tanımadıqları bir adam gəlib onların namusu ilə oynayır – ölülərini və qızlarını öz məqsədinə vasitə edir, ələ 
salır. Deməli, burada heç bir müqəddəsliyi qorumağa idrak, taqət qalmayıb. Əsrin sonunda hamını heyrətə 
gətirən “manqurtlaşma” faciəsini C.Məmmədquluzadə hələ əsrin başlanğıcında “ölüləşmə” formasında 
göstərir. Lakin Şeyx Nəsrullahda ruhanilik və gerilik tipikliyi axtaranlar həmin kəşfin mahiyyətini görə 
bilmədilər (4, s.148). 
Ümumiyyətlə, C.Məmmədquluzadə dramaturgiyası üçün cəmiyyətdə gedən prosesləri “ölüləşmə”, 
“danabaşlaşma”, “yadlaşma”, “dəliləşmə” kimi çevrilmələrlə göstərmə xarakterik vasitədir. Hələ “Ölülər”də 
ölüləşən cəmiyyətdə yaşayan, ayılmağa potensial imkanı olan obrazın- İskəndərin kefliliyi müəyyən 
dərəcədə ölülük, müəyyən dərəcədə isə dəlilik kimi səciyyələnə bilər. Ölülük üzvü olduğun cəmiyyətə 
doğmalaşmadırsa, dəlilik həmin cəmiyyətdən ayrılmadır (4, s.149). 
C.Məmmədquluzadənin “Ölülər” əsərinin ən böyük ictimai və ədəbi əhəmiyyati orasındadır ki,
yararsız quruluşun yaramazlıqlarını, müstəmləkəyə məruz qalmış cəmiyyətin daxili çirkinliklərini çox canlı 
səhnələrlə, yüksək bədii ümumiləşdirmə yolu ilə ifşa edir.
Ədəbiyyat 
1.
Əlimirzəyev X. Problemlər və xarakterlər dramaturgiyası, Bakı, Yazıçı, 1979, 354 s. 
2.
Qurani-Kərim 
3.
Məmmədquluzadə C.Seçilmiş əsərləri, dörd cilddə, I cild, Bakı, Öndər nəşriyyatı, 2004, 662 s. 
4.
Məmməd T. XX əsr Azərbaycan dramaturgiyasının poetikası (H.Cavid, C.Məmmədquluzadə və 
C.Cabbarlının dramaturgiyası əsasında). Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim 
edilmiş dissertasiya, Bakı, 2004, 288 s. 
5.
Vəliyev M. C/Məmmədquluzadənin dramaturgiyası

Bakı, Azərbaycan dövlət nəşriyyatı, 1954, 109 s. 
SƏFƏRLİ AYNUR
Bakı Dövlət Universiteti 
NURMƏHƏMMƏD QƏRİB ƏNDƏLİBİN YARADICILIĞINDA İSLAM KONTEKSTİ -
“SƏĞDİ VAQQAS” POEMASI ƏSASINDA 
Açar sözlər

islam dini, islam sərkərdəsi, səxavətli, oğlunun qanını 
N.Andalib`s "Səgdi Waqqas" poem 
The article is one of the Turkmen literary genius N.Andalib`s "Səgdi Waqqas" poem is about. The 
poem describes Islam respected the personal Səgdi Waqqaas his generosity, qualities such as generosity is 
reflected. In the article also spoke about Ali,which work of the prominent representative of Islam. There 
was common and different aspects in Azad`s "Vəgdi Azad" and Mhaqdumqulu Feraqi`s poem "Vagiz" 
which write in the article. 
Keywords
:
islam, Islam commander, generous. his blood 
Əndəlibin “Səğdi Vaqqas” poeması yalnız şairin öz poemaları arasında deyil, həmçinin bütünlükdə 
XVII-XIX əsrlərdə yazılan türkmən poemalarının arasında da xüsusi əhəmiyyətə malikdir. Poemada islamın 
hörmətli şəxsi Səğdi Vaqqas vəsf edilsə də, onda əsas məsələ-səxavətlilik, comərdlik bəyan edilir. Əsərdə adı 
çəkilən ikinci bir şəxs, islam dininin görkəmli nümayəndəsi Əlidir. Məhəmməd Peyğəmbərdən adamlar: “Ən 
səxavətli adam kimdir?, - deyə soruşanda, o, Səğdi Vaqqasın adını çəkir. Buna da Əli hirslənir:


M.P.Vaqif və müasirlik 
188
Bu sözü eşitdi Rəsuldan Əli, 
Hirsindən yandı canı, həm dili,
Pərt olub məsciddən çıxdı o vəli,
Evlərinə gedib, səna eylədi. (5. 1849-cu qovluq)
Evinə gələndə arvadı Fatimə ondan niyə hirsləndiyini soruşur. Əli Məhəmməddən bərk incidiyini 
sö yləyir: 
Mənim heç könlümə baxmadı həzrət, 
Elə bil ki, başıma düşdü qiyamət,
Bilməm nə təfsirdən oldu əlamət... 
Bu cür deyib, göz yaşın rəvan eylədi. 
Bu sətirlərdən məlum olur ki, Əli öz qaynatası Məhəmmədin ən comərd adam kimi öz adını 
çəkmədiyinə münasibət bildirir. Məhəmməd Səğdi Vaqqasın adını çəkən zaman ondan inciyib, Səğdi 
Vaqqasın şöhrətinə paxıllıq edir. Bu paxıllıq Məhəmmədin qızı, Əlinin arvadı Fatimənin iştirakında xüsusilə 
kəskinləşir: 
Fatimə dedi: - Çağır, qənbəri, gəlsin! 
Başına külah, əyninə cindəni geysin, 
Kudu bağlayıb belinə, əlinə şərid alsın,
Bir hikmət var-deyib, səda eylədi. (5. 1849-cu qovluq)
Sonra Əli ilə Fatimə qənbəri yazıq adam kimi geyindirib, ona Səğdi vaqqasın evinə getməyi, qızıl, 
gümüş versə almamağı, bütün qiymətli şeylərdən üz çevirməyi və onun böyük oğlunun qanını-dərman üçün 
istəməyi tapşırırlar: 
De ki: “Yeddi yaşlı nazənin oğlan, 
Adı abdulladır, hafizi-quran, 
Mənə gərəkli olar o oğlandan qan, 
Onun qanın mənə dəva eylədi” (5. 1849-cu qovluq) 
Qənbər həvalə olunan tapşırığı yerinə yetirmək üçün Səğdi Vaqqasın evinə gəlir. Səğdi Vaqqas qızıl-
gümüş təklif etsə də almır. Səğdi Vaqqas ondan nəyə ehtiyacı olduğunu soruşduqda, Qənbər dərman üçün 
ondan oğlununun qanını istəyir. Səğdi Vaqqas belə qorxunc istəyinə baxmayaraq qapısına gələnin istəyini 
yerinə yetirir.
Əndəlib bu poemasının vasitəsilə islam dininin ən hörmətli adamlarından biri hesab olunan Əli, 
həmçinin bu dinin banisi hesab olunan Məhəmməd Peyğəmbərin qızı Fatimə ilə bağlı rəvayəti bəyan etdi. 
Burada bir məsələni araşdırmaq lazım gəlir. Əndəlib XVIII əsrin nümayəndəsi kimi islam dinini, həmçinin 
onun hörmətli şəxslərindən biri olan Əlini inkar etmir. O yalnız şair kimi ədəbiyyatda ideallaşdırılıb gələn 
Əlini reallaşdırır, onu adi adam kimi təsvir edir. Əndəlib öz əsəri vasitəsilə Əlinin, onun arvadı Fatimənin, 
şöhrətpərəst xasiyyətlərini açıb göstərməyi də öz qarşısında məqsəd kimi qoymamışdır. Bizim fikrimizə 
görə, Əndəlib bu poeması vasitəsilə səxavətlilik, kömək üçün müraciət edən adamların xahişini yerinə 
yetirmək kimi insanpərvərlik, alicənablıq kimi fikirləri tərənnüm edir. Bu ideyanın tamam üzə çıxması da 
Əlinin, Fatimənin iştirakı əsasında həyata keçirilir. Ümumiyyətlə, səxavətlilik, comərdlik məsələsi türkmən 
ədəbiyyatında çox işlənən mövzuların biridir. Hümanizmin, böyük insanpərvərliyin bu yaxşı tərəfləri ilə 
bağlı müxtəlif dini məzmunlu rəvayətlər də yazılmışdır. Belə rəvayətlərin biri də Azadinin “Vəğzi Azad” 
poemasında göstərilir. Azadinin istifadə etdiyi rəvayət məzmun etibari ilə Əndəlibin “Səğdi-Vaqqas” 
poemasına oxşardır. Lakin Azadi onu Musa peyğəmbərin adı ilə bağlayır. Musa bir gün Tanrıdan “Sənin 
dostun kimdir?” deyib soruşur:
Həzrəti Musa Tanrıdan istədi, 
Sevən dostunu mən görsəm dedi.
Həqq dedi ona: “filan yol ilə getsən, 
Sevən dostum gələr, onu görərsən” (6. 82-ci qovluq) 
Musa deyilən yerə gedir. Bir adam gəlir və Musanı evinə qonaqlığa dəvət edir. Sonra hadisələr “Səğdi 
Vaqqas” poemasındakı kimi davam edir. Musa qabağına qoyulan yeməyi yemir. Ev yiyəsi ondan bu 
hərəkətinin səbəbini soruşanda, o, özünün sağlam olmadığını və adam qanının da ona dərman olduğunu 
deyir. Ev yiyəsi böyük oğlunu öldürüb, onun qanını qonağa dərman üçün verir. Azadi ev yiyəsinin adını 
qeyd etmir. Hətta Musa Tanrıdan onun dostunu soruşan vaxt da adı çəkilmir.
Göründüyü kimi, Azadi də, Əndəlib də oxşar rəvayətdən istifadə etmişlər. Amma Azadi bu rəvayət 
vasitəsilə qonağa izzət- hörmət etmək fikrini, başq cür desək, türkmən xalqının “Qonaq atandan böyükdür” 
dediyi fikri irəli sürür:


M.P.Vaqif və müasirlik 
189
Can verərmiş Tanrıya mehman üçün, 
Güllük eyləyərmiş o sübhan üçün (6. 82-ci qovluq) 
Əndəlib də öz poeması vasitəsilə səxavətliliyi tərənnüm edir: 
Səxavətlilər cənnətə gedər, dayanmaz,
Paxıllar cəhənnəmdə yanar, dayanmaz,
Əndəlib deyər, dünya ötər, dayanmaz,
Bu dünya kimlərə vəfa eylədi? (5. 1849-cu qovluq) 
Bu nöqteyi-nəzərdən Məxdimuqulu Fəraqinin “Vağız” poeması ilə “Səğdi Vaqqas”ın arasında 
ümumilik var. Bu ümumilik əsərlərin ikisində də bir qəhrəmanın – Əlinin adının çəkilməsində deyil, yalnız 
qoyulan məsələdə üzə çıxır. Məxdimuqulunun “Vağız” poemasında da Əlinin yanına ehtiyacı olan bir adam 
gəlir. Əli onun istədiyini yerinə yetirmək üçün oğullarını girov qoyur və axırda da istəyi yerinə yetirilir. Bu 
hər iki poemada da istəyin yerinə yetirilməsində qəhrəmanların oğulları iştirak edir. Bu dəlillər 
təsadüfidirmi? Yox, onlar XVIII əsr türkmən ədəbiyyatında qaldırılan məsələlərin biri olan hümanizm-
insanpərvərlik məsələlərindən irəli gəlir. Əndəlib də, Məxdimqulu da öz əsərlərinə məhz bu nöqteyi 
nəzərdən yanaşırlar. Onda nə üçün Məxdimqulu da, Əndəlib də belə mühüm fikir-ideyanı tərifləyən vaxt 
Əliyə, Səğdi Vaqqasa, başqa cür desək, islamın hörmətli nümayəndələrinə müraciət etmişlər, onlarda bir 
başqa adamın bədii xüsusiyyətlərini yaratmışlar? Bunun səbəbi, İsmixan Osmanlının fikrincə Əndəlibin 
dövründə də onların yaşadığı torpaqlarda islam dininə inamın çox güclü olması ilə əlaqədardır. Bunun üçün 
də varlı adamlarda insanpərvərlik, kiminsə istəyini yerinə yetirmək, kasıblara kömək etmək duyğusunu 
yaratmaq üçün başqa bir adamın bədii xüsusiyyətindənsə, islam dininin hörmətli şəxslərinin bədii 
xüsusiyyətləri güclü təsir edəcək. Məhz bu məqsədlə də Məxdimqulu və Əndəlib Əlinin, Səğdi Vaqqasın 
bədii xüsusiyyətlərinə müraciət etmişlər. 
Əndəlibin “Qisseyi – Firqun” adlı poemasının əsasında da qədim dövrlərdə yazılan dini məzmunlu 
rəvayətlər, əfsanələr dayanır. Poemada Firqun şahın taxt uğrundakı zalımlığı təsvir edilir. O, öz taxtından 
qorxub, minlərcə yeni doğulan körpənin qanına susayır. Şairin bu poemasının da təməlində yaxşılıq 
təriflənib, yamanlıq pislənir:
Kim yaxşıdır, axır yetər murada,
Yaman işdən yaman qalar yuvada. 
Əndəlib, Həqq ömrün etsin ziyada, 
Mömünlərə behişt rizvan yetirdi.
Mərkəzi Asiyanı ərəblərin işğal etməsi ilə bağlı orada yaşayan xalqlar islam dininə məcburən itaət 
etdirilmişlər. Bir müddətdən sonra islam dini həmin xalqların mədəniyyətinə, ədəbiyyatına da öz təsirini 
göstərmişdir. Türkmən ədəbiyyatında bu hadisənin nə vaxt başlandığını söyləmək çətindir. Qədim yazılı 
ədəbiyyatımızın ilk nüsxələrində bu təsir kəskin duyulur. Türkmən ədəbiyyatının qızıl əsrləri olan XVIII-
XIX əsrlərdə, onun ilk nümayəndələrinin biri olan Əndəlibin yaradıcılığında da belə təsiri duymaq olur. 
Şairin “Səğdi Vaqqas”, “Qisseyi Firqun” adlı poemaları, “Oğuznamə” və “Nəsimi” kimi poemaları bu fikri 
təsdiqləyir. Buna baxmayaraq, Əndəlib öz poemalarında əvvəllər işlənən məzmun sujetləri yenidən işlətsə 
də, müxtəlif rəvayətlərdən, əfsanələrdən faydalansa da, türkmən ədəbiyyatında əvvəllər yazılan bədii əsərlərə 
müraciət etsə də, həmin məzmun-süjetlərə, həmin qəhrəmanlara öz dövrünün ruhunu mənimsətməyi 
unutmamışdır. Çünki, dövr adamın xasiyyətinə və taleyinə daim öz təsirini göstərir. 
Bu poema 
dini səciyyəli əsərdir. Səəd Vəqqas məşhur islam sərkərdəsi və dövlət xadimi, öz səxavəti və xeyirxahlığı ilə 
əfsanəvi şöhrət qazanmış tarixi şəxsiyyətdir. Poemada onun mərdliyi və comərdliyi, bu yolda hətta oğlunu 
qurban verməsi belə təsvir olunur.
Ədəbiyyat
1. Nurməhəmməd Əndəlib. Şeirlər, poemalar, dastanlar. Bakı, MBM, 2011, 292 s. 
2. Nurməhəmməd Əndəlib. Seçilmiş əsərləri. I cild.Lirik şeirlər, poemalar. Bakı, Mütərcim, 2011, 296 s. 
3. Türkmən ədəbiyyatı tarixi. II c., 1-ci kitab, aşqabat, “Ilım” – 1975,
4. Elman Quliyev. Türk xalqları ədəbiyyatı. Bakı, Qismət, 2009, s. 261
5. Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutu, qovluq-1849 
6. Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutu, qovluq-82


M.P.Vaqif və müasirlik 
190
VƏLİYEV MƏHƏRRƏM 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
XIII-XVI ƏSR ANADİLLİ EPİK ƏSƏRLƏRDƏ AŞİQ-QADIN QƏHRƏMANLARI: 
HÜQUQSUZLUQ VƏ YA MENTALİTET 
Açar sözlər

Azərbaycan ədəbiyyatı, aşiq-qadın obrazları, poema, epik ədəbiyyat, mentalitet, 
hüquqsuzluq 
The Loving Women’s Characters In The Azerbaijani Epic Literature in the Native Language: 
Lawlessness or Mentality 
Since the XIII century creation and writing of the epic works in the native language has been one of 
the main problems of the literary process of that period. The main source of the ideas and themes of the 
written works were the Oriental literature and people’s creation. The original loving women’s character in 
these poems have both common and specific peculiarities. “Dastani-Ahmed Herami”, Y.Meddah’s poem 
“Varga and Gulshah”, M.Fizuli’s poem “Leili and Mejnun” enliven the women’s characters and are very 
significant from the standpoint of appraisal of women’s position in the literature in that period.
Keywords: 
loving women’s characters, native language, poems, epic literature, mentality, 
lawlessness
Azərbaycan epik şeirinin təşəkkül dövründə və sonradan yaranan əsərlərdə aşiq-qadın obrazlarının hər 
birinin özünəməxsus xüsusiyyətləri ilə yanaşı, ümumi, oxşar cəhətləri də mövcuddur. Əlimizdə olan geniş 
poetik material (“Dastani-Əhməd Hərami”, Y.Məhhadın “Vərqa və Gülşah”, Suli Fəqihin “Yusif və 
Züleyxa”, Qul Əlinin “Qisseyi-Yusif”, H.Təbrizinin “Leyli və Məcnun”, M.Zəririn “Qisseyi-Yusif”, 
M.Füzulinin “Leyli və Məcnun” əsərləri) bir çox maraq və mübahisə obyektinə çevrilən məsələlərin tam izah 
olunması üçün yetərlidir.
Ədəbiyyatşünas alimlər yuxarıda adlarını sadaladığımız hər bir əsəri araşdırmış, bu əsərlərdə olan 
mühüm cəhətlərə aydınlıq gətirmişlər. Lakin əsərlərin tədqiqində diqqət çəkən elə məsələlər mövcuddur ki, 
onlar üzərində ya çox durulmamış, ya da müxtəlif mülahizələr söylənilmişdir. Bu əsərlərdə bizi düşündürən 
ən əsas məqam aşıq-qadın obrazlarının ailə qurması - ərə verilməsində mentalitet və ya hüquqsuzluq kimi 
görünən faktorlara aydınlıq gətiməkdir. Bu məsələyə nəzər salmağı daha münasib və vacib hesab edirik.
XIII əsr anadilli ədəbiyyatın qiymətli örnəklərindən olan, anadilli epik şeirimizin ilk məsnəvisi kimi 
diqqəti cəlb edən “Dastani-Əhməd Hərami” poemasının aparıcı obrazı olan Güləndam surəti fiziki və mənəvi 
gözəlliyi ilə seçilən qəhrəmandır. 
Poemada qarşı tərəfin eybəcərliyi fonunda Güləndam surəti oxucunun sevimlisi statusunu qazanır. O, 
Əhməd Həraminin quldurluq planlarını pozur, atasının sarayına qarətə gələn oğrularla vuruşur, onları məğlub 
edir və Əhmədi də yaralayır. Fədakarlıq və qəhrəmanlıq göstərir. Əhməd kimi zalım, hərami bir şəxslə ailə 
həyatı qurmasına heç bir etiraz etmir. Dünya məsələlərinə açıq gözlə baxan, mənəvi-psixoloji cəhətdən 
kamilləşmiş Güləndamın bu davranışı oxucunu düşündürür. Onu bu hərəkəti hüquqsuzluğun ifadəsi və ya 
mentaliltetdir? Təbii ki, əsərdə Güləndamın dili ilə bu məsələ qismən də olsa çözülür:
Atasını dinlədi ol mehriban, 
Qızardı gül kibi bənizi, utanır ... 
Yanağı gül kibi öylə qızardı, 
Atasından utanır, həm qızardı. 
Sizə biz qarşu söyləmək eyibdir, 
Ulular bu sözü böylə deyiblər. 
Bizə söz söyləmək düşməz qatında, 
Həmin qulluq gərəkdir həzrətində. 
Nə deyəyim, ata, fərman sənindir, 
Əgər dərdli isəm, dərman sənindir 
(3, s. 56 ).
Güləndam bu cavabla atasına dərdli olmasını bildirsə də, “dərdli isəm dərman sənindir, fərman 
sənindir” deyir. Deməli, bu hərəkət Şərq xalqlarının xarakterindən irəli gəlir. Ata sözü qızlar üçün hər zaman 
fərman olur.
Bildiyimiz kimi, anadilli epik əsərlərin meydana gəlməsi və yazıya alınması o dövr ədəbi prosesinin 


M.P.Vaqif və müasirlik 
191
başlıca məsələlərindən olmuşdur. Qələmə alınan əsərlərin ideya-mövzularının əsas mənbəyi Şərq ədəbiyyatı 
və xalq yaradıcılığı olmuşdur. XIV əsrdə Yusif Məddah tərəfindən yazılmış “Vərqa və Gülşah” poemasında 
Gülşah obrazı da Güləndamın taleyini yaşayır. Nəzir-niyazla dünyaya gələn Gülşah əmisi oğluna göbəkkəsdi 
edilir, onlar birlikdə təhsil alır, böyüyürlər. Bir-birlərinə aşiq olan, dəlicəsinə sevişən aşiq və məşuqun 
qovuşmasına mane olan bir çox səbəblər içərisində Gülşahın digər bir insana ərə verilməsi məsələsidir. 
Valideynlərin var-dövlətə olan ehtirası məsələni daha da ağırlaşdırır. Maddi durumu ağırlaşan, müflisləşən 
Vərqaya Gülşahı vermək istəməyən ana həyat yoldaşını da yoldan çıxarır. Nəticədə Gülşah varlı, dövlətli 
hakim olan Möhsün şaha ərə verilir. Amma Gülşah da ağıllı davranır, valideynlərinin yalanını (guya 
ölməsini) ortaya çıxarmaq və sevgilisinə qovuşmaq məqsədilə Vərqanın yadigarı olan üzüyü sirdaşı olan bir 
qıza verir: 
Dedi: -Gülşah, aydur, ey gül yüzlü nigar, 
Saqlağıl uşbu yüzügü ki zinhar. 
Vərqanundur bu yüzük dinlə xəbər, 
Vərqa bunda gəlicək görgil nedər... 
Eşq odına yanə dünü gündüzin, 
Qoma anı kim yanura kəndözin. 
Eşqə məğlubə olursa, görəsən, 
Ğalib olursa, yüzügi verəsən 
(6, s. 152). 
Gülşah toy gecəsi qanuni həyat yoldaşı olan Möhsün şahı yaxınına buraxmır, onun hakimliyi, var-
dövlətin Vərqanın sevgisini unutdura bilmir. Gülşah heç bir varianta əl atmır. Möhsün şaha həqiqəti 
söyləməkdən çəkinmir. Böyük Nizaminin yaratdığı Leyli obrazından fərqli olaraq özünü öldürəcəyini 
bildirir. 
İslam aləmində, həmçinin Azərbaycan ədəbiyyatında geniş yayılan “Yusif və Züleyxa” mövzusunda 
yazılan əsərlər də Züleyxa obrazı öz istəyi və sevgisi naminə, mənəvi və fiziki saflığını qorumaq üçün toy 
gecəsi qanuni ərinin gərdəyinə getmir, başqa bir sirdaşını yollamaqla özünü xilas edir. Bu hal ana dilində bu 
mövzuda yazılmış bütün əsərlərdə öz ifadəsini tapmışdır.
Ədəbiyyat tariximizdə, eləcə də tədqiqatçıların həmişə diqqət mərkəzində dayanan mövzulardan biri 
də “Leyli və Məcnun” mövzusudur. Anadilli epik şeirimizin inkişafında bu mövzuda qələmə alınan əsərlər 
çox olsa da, dahi Füzulinin poeması istər ideya-məzmun, istərsə də bədii keyfiyyətlərinə görə xüsusi 
əhəmiyyətə malikdir. Ədəbiyyatşünaslığımızda geniş təhlil olunan və araşdırılan “Leyli və Məcnun” poeması 
olduğu üçün bu problemlə bağlı alimlərin fikir və mülahizələrinin bir neçəsinə diqqət yetirək. Görkəmli 
ədəbiyyatşünas H.Araslı Leyli surətinin təhlilində vacib olan bütün məsələlərə aydınlıq gətirmiş, lakin 
təəssüflər olsun ki, azad sevgi məsələsini Azərbaycanda 1920-ci ildə baş vermiş inqilabla (çevrilişlə - M.V.) 
əlaqələndirmişdir. O yazırdı: 
“Doğrudan da nəinki XVI əsr şəraitində, hətta inqilaba qədər Azərbaycanda 
qızın sevməsi, aşiq olması bir namussuzluq hesab olunurdu”
(1, s. 207). Bu münasibətlə razılaşmaq mümkün 
deyil. Ədəbiyyatşünasın qənaətinə görə, azərbaycanlı qızların ümümiləşmiş obrazı olan Leyli 
hüquqsuzluğunu dərk edən, mübarizə aparmaqda aciz olanlardan biridir. Onda hüquqsuz olan Leyli niyə 
ərinə tabe olmur, onu qorxudur? Deməli, Leyli heç də həmişə aciz, zəif, itəatkar deyil, yeri gələndə, özünü 
qorumağı bacaran bir insandır. Yadımıza böyük Nizaminin Leylisini salaq. Ər evinə təzə qədəm qoyan Leyli 
İbn Səlama şillə vurur, ona bir daha yaxınlaşmaması barədə xəbərdarlıq edir. Budurmu köləlik, 
hüquqsuzluq? 
Qeyd edək ki, prof. Y.Babayev bu məsələnin çözülməsində yeni fikir söyləsə də, problemin həllindən
yayınır. O, Leylinin sevmədiyi adama ərə verilməsini və davranışını belə dəyərləndirir: 
“O, (Leyli - M.V.) 
istəmədiyi İbn Səlama ərə veriləndən sonra məharətlə cin, pəri əhvalatını uydurur və beləliklə, pak qalır. 
Əslində məcazi eşq əhli İbn Səlamla ilahi məşuq xislətinə, həqiqi eşqin daşıyıcısı, etiva edicisi olan Leylinin 
vüsalı mümkün də deyil” 
(2, s. 495). Deməli, tədqiqatların heç birində bu məsələyə münasibət eyni olmadığı 
kimi, həm də dəqiq deyil. Təkrarçılıq olsa da, qeyd edək ki, bütun söhbət açdığımız və ya bəhs etmədiyimiz 
epik əsərlərdə qızın valideyn sözündən çıxa bilməməsi yazılmamış qanunlar silsiləsinə daxildir. Təbii ki, bu 
qanun bəşər tarixində Şərq xalqlarına məxsusdur, Şərq xalqlarının mentalitetidir. Amma o demək deyil ki, 
bu, qadın hüquqsuzluğudur. Hüquqsuz, kölə, aciz adlandırdığımız obrazlar əslində iradəli, mübariz, düşünən, 
çətin məqamlarda nəticə çıxarmağı məharətlə bacaranlardır.
“Dastani-Əhməd Hərami”də Güləndam (toy gecəsi öz yerinə sirdaşını yollaması), “Vərqa və 
Gülşah”da Gülşah (başqa birini sevməsini ailə qurduğu Möhsün şaha söyləməsi, özünü öldürəcəyini 
bildirməsi, “Yusif və Züleyxa” mövzusunda yazılan əsərlərdə Züleyxa (toy gecəsi öz yerinə başqasını 
göndərməsi), H.Təbrizinin “Leyli və Məcnun”unda Leyli (həyat yoldaşına onu sevmədiyini açıq şəkildə 
bildirməsi), Füzulinin “Leyli və Məcnun”unda Leyli (İbn Səlama cin, pəri əhvalatını danışması) obrazları 
mənəvi dəyərlərin, daşlaşmış ənənələrin girdabında olsalar da, azad düşünən insanlardır.


M.P.Vaqif və müasirlik 
192
Hazırda XXI əsrdə yaşayan Şərq xalqlarının düşüncəsində, milli mənəvi dəyərlərində bu daşlaşmış, 
beyinlərə yazılmış ənənə öz funksiyasını qorumaqdadır və bu, danılmaz həqiqət və əsrlərdən süzülüb gələn 
mentaliletdir
.
Ədəbiyyat
1.
Araslı H. Böyük Azərbaycan şairi Füzuli. Bakı: “Maarif”, 1958
2.
Babayev Y. Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər), Bakı: “Elm və təhsil”, 2014
3.
Dastani-Əhməd Hərami. Bakı: “Şərq-Qərb”, 2004
4.
Fəqih S. Yusif və Zuleyxa, 2008
5.
Qul Əli. Qisseyi-Yusif. Bakı, 2005
6.
Məddah Y. Vərqa və Gülşah. Bakı: “Azərnəşr”, 1988 
7.
Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı: “Azərnəşr”, 1958
8.
Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: “Maarif”, 2008
9.
Zərir M. Yusif və Zuleyxa. Bakı, 2006
VƏLİZADƏ AYSEL 
Bakı Slavyan Universiteti 
ELÇİNİN “BAŞ” ROMANINDA PERSONAJLAR ALƏMİ 
Açar sözlər: 
baş, obraz, qəhrəman, xarakter, tip 
World of caracter in Elchin's "Head" novel 
Elchin is a great writer, dramatist, literary critic, honored art worked who has an important place in the 
Azerbaijane literature. Elchin who has a multifaceted,wide artistic creativity, has given a stimulus to the 
development of Azerbaijani literature through his works in the field of both prose and drama. He has been 
playing a special role in enriching our literature in terms of ideas, contect and shape. The "Head" novel, 
which is remembered as an example of successful literature in the eyes of researchers is different from his 
other works, with its orijinality and artistic style that recently emerged in his work. In the novel, though the 
stories from the realities of life, a certain amount of history were reflected, the work has appeared as a 
product of the writer's imagination.
Keywords: 
head, image, hero, caracter, type 
Elçinin "Baş" romanı 2015-ci ildə nəşr edilmişdir. Əsəri təhlilə cəlb edərkən ilk növbədə onun surətlər 
aləminə nəzər salmaq, həm əsas, həm də yardımçı surətlərə diqqət yetirmək lazımdır. Romanda obrazlar 
aləmi haqqında professor, filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas-tənqidçi Nizami Məmmədov 
araşdırma aparmış, “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” adlı kitabında surətlər 
haqda geniş məlumat vermişdir. Burada əsas məqsəd personajlara yenidən diqqət yetirmək, surətləri daha 
dərindən təhlilə cəlb etməkdir. Əsərdə çoxsaylı obrazlara rast gəlmək mümkündür. Həmin obrazların 
əksəriyyəti tarixi şəxsiyyətlərdir. Yazıçı tarixi şəxsiyyətləri roman hüdudları çərçivəsində əsərinə qəhrəman 
olaraq seçmişdir. Əsərin əsas qəhrəmanı knyaz Sisianovdur. "Bütün əsər boyu "o", "onun şəffaf, çəkisiz 
varlığı" təsvir edilir. Məhz "o" Sisianovun fərdi cizgilərinin, özünəməxsus keyfiyyətlərinin açılmasında heç 
də az rol oynamır" (2, s. 8) 
Pavel Dmitriyeviç Sisianov sərdar, canişin, knyaz, generaldır. Əsərdə o, “Allahın yaratdığı imperi-
ya”nın-Rusiyanın xidmətçisi, Derjavanın məqsədlərini Qafqazda bacarıq və səriştə ilə həyata keçirən şəxs 
kimi təqdim edilir. Elçin romanda knyaz Sisianovun bütün xarakterini, şəxsiyyətini, mənəviyyatını, insanlara 
münasibətini, ümumiyyətlə, knyaza xas olan hər bir cəhəti bütövlükdə əks etdirmiş, oxucuda onun haqqında 
geniş təsəvvür yarada bilmişdir. Sisianov hər şeydən əvvəl mənsub olduğu imperiyaya olan sədaqəti, 
məsuliyyəti, istək və hədəflərində dəqiqliyi ilə diqqəti cəlb edir. O, daim öz vəzifəsini ləyaqətlə yerinə yetir-
mək barədə düşünür. Hətta Şirvanda olarkən insanlar arasında xəstəlik, qızdırma yayılır və bu, Sisianovdan 
da yan keçmir, tutmaları olur, qoşundan geri qalır. Xəstəliyə düçar olması və vəzifəsini tam şəkildə yerinə 
yetirə bilməməsi onun əhvalının pozulması ilə nəticələnir. Məhz bu məqamda Sisianovun öz vəzifəsinə necə 
məsuliyyətlə yanaşdığını, imperiyaya hər zaman xidmət etmək arzusunda olduğunu görə bilərik. 
"Həyatda Sisianova yad olan bir şey var idisə, oda işsiz, gücsüz istirahət idi". (1, s. 37) Pavel 
qoşunlarını Cənubi Qafqazdan geri çəkərkən Sisianovu düz dörd illik istefaya göndərir. Müharibə xəbərlərini 
yalnız qəzetlərdən alan Sisianov bu dörd illik istefa müddətini "qara istirahət günləri" adlandırır və vətəninə 
yenidən xidmət edəcəyi günləri səbirsizliklə gözləyirdi. Sisianovun xarakterik xüsusiyyətlərinin 
öyrənilməsində onun atına olan münasibəti də mühüm əhəmiyyət kəsb edir. "Sisianov Qarabağ atlarının ən 


M.P.Vaqif və müasirlik 
193
seçməsindən olan Pantera atına ürəkdən bağlı idi. Knyaz bu atın belinə minəndən etibarən Pantera adlı həmin 
atla onun arasında məhəbbət yaranır. Knyaz hər dəfə Panteraya yaxınlaşanda, onun yalını tumarlayanda atın 
məhəbbət və sevincini sanki cismani hiss edirdi. Sisianov düşünürdü ki, həyatda ona ən sədaqətli məxluq 
məhz bu atdır. Onu nə vaxtsa ölüm boğazlasa, bu at knyazı heç vaxt yalnız buraxmayacaq" (1, s. 33). 
Sisianov əsərdə qüdrətli, əzmkar şəxs kimi verilir. Onun mərdliyi, qorxmazlığı Hüseynqulu xan və 
Mahmud bəyin dialoqunda aşkara çıxır. Sisianova qarşı tədbir görülərkən Mahmud bəy deyir: 
- On dörd nəfər də mənim atlım var. 
Hüseynqulu xan açıq aşkar bir rişxəndlə Mahmud bəyə baxdı: 
- Pah!..Bunun on dördnəfəratlısı var.Gedib Sisianovun on minlik qoşununu darmadağın edəcək. 
Gəmilərini də batıracaq, toplarının da hamısını dənizə tökəcək. Əhsən! Bəlkə, Peterburqu da alasan?(1, s. 21) 
Hərçənd Mahmud bəy daim Hüseynqulu xanla müzakirələr aparırdı, bəzən hörmət əlaməti olaraq 
susmağı da yaxşı bilirdi. 
Hüseynqulu xan əsərin əsas personajlarından biri kimi idarə etdiyi xanlığın gələcəyi barədə düşünür, 
xalqın mənafeyini həmişə öz mənafeyinən üstün tuturdu. Əslində yazıçı onu əsərdə hövsələsiz bir adam kimi 
təqdim edir, lakin süjet xətti davam etdikcə aydın olurki, Hüseynqulu xan heç də hər məsələdə səbrsiz 
davranmır. Belə ki, Bakının taleyi həll olunanda o müşavirədə iştirak edən hərkəsin fikrini diqqətlə dinləyir, 
xanlığın taleyi ilə bağlı ən doğru qərarı qəbul etməyə çalışır. 
"Hüseynqulu xanın Qacar tərəfindən üç dəfə hüzuruna çağırılması, Qacarın onu satqın adlandırıb edam 
edəcəyini söyləməsi belə Hüseynqulu xana Bakının işğalı qədər əzablı görünmürdü" (2, s. 99) 
"Vəhşi heyvan ki meşədə öz balalarını necə qorumağa çalışırdı, onları gizlədirdi, tez tez yuvasını 
dəyişirdi ki, gecə, gündüz şikar axtaran başqa vəhşi heyvanlar bu balaları tapıb parçalamasın, Hüseynqulu 
xan da xanlığı eləcə qorumağa çalışırdı, ancaq bu, daha mümkün deyildi. Bakı xanlığı, görəsən, hansı 
günahın, bəd əməlin sahibi idi ki, Allah Taala ondan belə üz döndərmişdi.." (1, s. 13-14) Əsərdə biz 
Hüseynqulu xanı daim öz vətənini, xalqını düşünən mərd başçı kimi görürük. 
Elçin romanda bir-birinə zidd olan, tamamilə əks qütbləri təmsil edən insan surətləri də yaratmışdır. 
Bu baxımdan əsərdə dilmanc Şərif bəy və Mahmud bəyin bir-biri ilə olan dialoq və münasibətləri xüsusi 
maraq doğurur. Şərif bəy Rusiyada yüksək təhsil görmüş, Sank Peterburqda elmə, biliyə yiyələndikdən sonra 
Bakıya qayıtmışdı. Əsərdə onun Rusiyaya olan meyli özünü aydın şəkildə büruzə verir. "Həzərat, şər 
deməsən xeyir gəlməz, biz ruslarla dil tapmalıyıq. Bizim ruslarla birləşməyimiz bu gün dünyada elmə, 
maarifə aparan yoldur". Şərif bəyin bu fikirlərindən qəzəblənən Mahmud bəy onu rusların nökəri adlandırır: 
"Kaş sən o Peterburqdan qayıtmayaydın, biz də fəxr edərdik ki, orada ruslara nökərçilik edən həmşərimiz 
var" (1, s. 26) 
Mahmud bəy Hüseynqulu xanın bacısıoğlu idi. Hüseynqulu xan igidliyi, mərdliyi, xeyirdə, şərdə hər 
kəsə həyan olmağı ilə bütün xanlıqda ad çıxarmış Mahmud bəyi özündən sonra taxtda oturtmaq istəyirdi, 
lakin qəlbi millət sevgisi ilə alovlanan Mahmud bəy millətinin taleyindən savayı heç nə düşünmürdü. 
Mahmud bəy millət anlayışını bütün anlayışlardan üstün hesab edir. "O, millət dedikdə təkcə Abşeron 
camaatını yox, hətta xanlıqlar da daxil olmaqla, bütün Azərbaycan əhalisini yox, ümumiyyətlə, dünyada nə 
qədər türk varsa, hamısını nəzərdə tuturdu" (1, s. 22). 
Mahmud bəy türkə, türkçülüyə böyük önəm verirdi. Hüseynqulu xan bəzən onu "millət dəlisi" də 
adlandırırdı."Hüseynqulu xan əmin idi ki, bu dünyada övladları, həmçinin əyan, əşrəfləri arasında ona heç 
vaxt xəyanət etməyəcək bir insan varsa, o da Mahmud idi" (1, s. 22). 
Romanda Molla Müzəffər ağa surəti hadisələrin gedişində yaxından iştirak edən obraz kimi verilir. O, 
hər zaman doğrunu söyləyən xanın yaxın adamlarından biridir, xan ondan məsləhət alır. Molla Müzəffər ağa 
Allaha inanan bir adam idi, o, gördüyü hər əməldə, atdığı hər addımda Allahın adını zikr edər, hər zaman 
günahlarının bağışlanılması üçün dua edərdi. Bununla belə, maraqlısı onda idi ki, məhz Sisianovun qətlini də 
Hüseynqulu xana o təklif etmişdi. Molla Müzəffər ağa bu təklifi yalnız xanlığın gələcək taleyi üçün vermiş 
olsa da, onun iztirabları dinmək bilmirdi. Ancaq bəzən də yalvarışlarının tam əksinə, Sisianovun ölümündə 
elə onun özünü günahkar bilir, bu qətlin knyazın öz əməllərinin nəticəsi olduğu qənaətinə gəlirdi. 
Əsərdə iştirak edən müxtəlif surətlərin təhlilindən bu nəticəyə gələ bilərik ki, müəllif romanın hər bir 
personajının iç dünyasını onların arasında gedən dialoqlar, eyni zamanda daxili monoloqlar vasitəsilə açır və 
oxucuda obrazların bütün xarakteristikası haqqında dərin təsəvvür yaradır. Bu baxımdan Elçinin "Baş" 
romanı Azərbaycan ədəbiyyatında qiymətli əsər kimi diqqətəlayiqdir. 
Ədəbiyyat
1. Elçin "Baş" romanı. Bakı, "Qanun nəşriyyatı", 2015. 
2. N.Tağısoy. Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində, Bakı, «Təhsil», 2017. 
3. N.Şəmsizadə. “Baş” ın səyahəti. Xalq yazıçısı Elçinə ədəbi məktub. «525-ci qəzet» 19 dekabr 2015.


M.P.Vaqif və müasirlik 
194
DİLÇİLİK
ABADOVA SƏFA 
Gəncə Dövlət Universiteti 
FUNKSİONAL SİNTAKSİS PROBLEMLƏRİ 
Açar sözləri: 
struktur, sintaksis, sintaktik vahid, sintaktik əlaqə
Functional syntax problems of modern Azerbaijani literary language 
Different grammar categories are formed in languages depending on their general structure. For 
example, there are no categories in the Azerbaijani language, for example, if there are categories in the 
Russian language that are available for expressing live and lifeiless names. The style of verb’s skill is still 
unresolved in our language and remains a matter of controversy. 
Keywords

structure, syntax, syntactic, sentence, sentence members, relationships
Sintaksis sahəsi ilə bağlı məsələlər haqqında dilçiliyin inkişafının müxtəlif dövrlərində tədqiqatçı 
alimlərin müxtəlif fikirləri olmuşdur.Türkologiyada bu sahə ilə əlaqədar ilk mötəbər mənbələrdən biri 
Mahmud Qaşqarlının ikinci “Kitabi-cəvahirül nəhv fil luğatit-türk” əsəri olsa da, bu əsər zəmanəmizə qədər 
gəlib çatmamışdır. Sintaktik vahidlər, onların bir-biri ilə əlaqəsi, strukturu və funksional xüsusiyyətlərinin 
öyrənilməsi müasir dilçiliyin aktual problemləri sırasındadır. 
Struktur-semantik quruluş cümlənin zahiri görüntüsünə qarşı dayanan daxili formasını təşkil edir. 
Cümlədə sözlərin quruluşundakı nizam sintaktik vahidlərin arasındakı bağlılığın, əlaqənin əsasını təşkil edir. 
Bu əlaqələr birmənalı şəkildə izah edilə bilməz. çünki bir əsas tərəf bir neçə sintaktik vahidi özünə tabe edə, 
idarə edə bilər. Deməli, structural nizam daha genişmiqyaslı prosesdir (4).
XIX əsrin birinci yarısında dilçilikdə dilin struktur cəhətlərinin öyrənilməsi istiqamətində araşdırmalar 
aparılmağa başlanmışdır. İlk növbədə, həmin cəhdi ictimai elm hesab edilən dilçiliyin dəqiq elmlərə 
yaxınlaşdırılması cəhdi kimi qiymətləndirmək mümkündür. Bu cəhd dilin mürəkkəb quruluşu, dil 
vahidlərinin bir-birləri arasında əlaqələrin öyrənilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər. 
Dilə struktur cəhətdən yanaşma dilin ümumi quruluşu, fonetik vahidlərin funksiyalarının öyrənilməsinə həsr 
edilən fonologiyanın yaranması ilə nəticələnmişdir. 
Fonologiyaya nisbətən morfologiya və sintaksis sahəsində də müəyyən qədər struktur metoddan 
istifadə edilmişdir. Lakin sintaksis sahəsində bu prosesin öyrənilməsi müxtəlif səviyyələrdə çətinliklərlə 
üzləşmişdir. Sintaksisin tədqiqat obyekti olan cümlənin müxtəlif növləri artıq elm aləminə məlum olmuşdur. 
Cümlənin zahiri əlamətlərinin tədqiqi, öyrənilməsi morfologiyanın, daxili cəhətlərinin öyrənilməsi isə 
sintaksisin tədqiqat obyekti olur. Elə həmin xüsusiyyətinə görə də sintaksis morfologiyadan fərqlənir və heç 
bir halda ondan asılı deyil. Öz normaları, qayda-qanunları olan müstəqil dilçilik sahəsidir. Lakin sintaksisin 
müstəqil sahə olması fikrini bütün dilçilər qəbul etməmişlər. Avropada F. Boppun nəzəriyyəsindən sonra, 
geniş yayılmış və V. Humbolta məxsus olan müqayisəli qrammatika yalnız fonetika və morfologiya 
sahəsində geniş yayılmışdır (6). Məlumdur ki, funksiyalar-vəzifələr olmadan quruluş haqqında düşünmək 
olmaz. Buna əsaslanaraq demək olar ki, struktur sintaksis elə funksional sintaksis deməkdir. Eyni zamanda 
cümlənin mövcudluğunun səbəbi olan müxtəlif vahidlərin funksiyaları cümlə üçün ilk marağı təmin edir. 
Buna görə də funksional sintaksis müasir dillərin öyrənilməsində, eləcə də tədrisi işində mühüm rola 
malikdir. 


M.P.Vaqif və müasirlik 
195
Cümlədə əsas sözlər vasitəsilə cümlənin sxemi qurulur və həmin sözlər kateqorial sintaksisə aid olur. 
Bunun əksinə olaraq köməkçi sözlər funksional sintaksis məsələlərinə daxildir. Köməkçi sözlər əsas sözləri 
bir structural vahid , yəni cümlə şəklində formalaşdırır. 
Cümlənin formalaşmasında, fikrin ifadəsində mühüm rola malik olan dil vahidlərindən biri də 
köməkçi sözlərdir. Onların yalnız qrammatik mənası vardır və elə buna görə də funksional sintaksisə 
daxildir. Onların əsas vəzifəsi cümlənin quruluşunu dəyişərək onu müxtəlifləşdirməkdən ibarətdir. Bu 
sözlərin bir qismi cümlələri keyfiyyətcə, bəziləri isə kəmiyyət cəhətdən fərqləndirməyə xidmət edir.
Bu funksiyalardan birincisi cümlənin kəmiyyətcə quruluşuna təsir edən yunktivlərdir ki, onlar 
cümlənin komponentlərini, elementlərini sayca artırır, cümlənin nüvəsinə uyğun olan nəzəri cəhətdən sonsuz 
sayda nüvə komponentləri artırır. Köməkçi sözlərin keyfiyyət cəhətdən cümlənin quruluşunu dəyişən 
funksiyası translyativ funksiya adlanır. Həmin sözlər cümlənin komponentlərinin ayrılmasına, bir nüvə 
komponentinin tamamilə başqa kateqoriyaya daxil olan digər nüvə elementlərinə keçirilməsinə, 
dəyişdirilməsinə səbəb ola bilər. Cümləni formalaşdıran elementlərin, cümlə üzvlərinin vəzifəsindən 
danışarkən mücərrəd fikirlərin ifadəsindən, semantik cəhətlərdən, qrammatik kateqoriyalardan danışmamaq 
olmaz. 
Hər hansı bir fikri ifadə etmək üçün biz dil vahidlərinin müxtəlif funksiyalarından istifadə edirik. Elə 
bu zaman qrammatik kateqoriyalardan istifadə edirik. Lakin fikri hansı dildə ifadə etmək əsas şərtdir. Çünki 
bütün qrammatik kateqoriyalar bütün dillərdə yoxdur.
Hər bir dilin yaşaması üçün onun müxtəlif qrammatik kateqoriyalara əsaslanması vacibdir. Dildə 
həmin dilə uyğun olan kateqoriyalar qəbul edilir, möhkəmlənir. Həmin qrammatik kateqoriyaların tərkibinə 
nəzər salsaq, deyə bilərik ki, dildə o kateqoriyalar mövcudluğunu qoruyub saxlaya bilir ki, dilin mənsub 
olduğu dil daşıyıcılarına məxsus mürəkkəb kulturoloji cəhətləri əks etdirmiş olsun. 
Ümumi strukturundan asılı olaraq dillərdə müxtəlif qrammatik kateqoriyalar formalaşır. Məsələn rus 
dilində canlı və cansız isimləri ifadə etmək üçün mövcud olan kateqoriya (oduşevlyonnıy – 
neoduşevlyonnıy), ya da cins kateqoriyası olduğu halda, Azərbaycan dilində bu kateqoriya yoxdur. Feilin 
bacarıq təzini bildirmək məqsədilə işlədilən tərz kateqoriyası dilimizdə hələ öz həllini tapmamış və 
mübahisəli məsələ olaraq qalmaqdadır. 
Kateqoriyalar bir qədər statik və inert (ətalətdə) olduğu halda, funksiyalar aktiv və dinamik, 
hərəkətlidir. Nümunələrə baxaq: 
Leyla gülləri sulayır 
- cümləsinin formalaşmasında üç söz iştirak etmişdir. 
“Leyla”, “gülləri” sözləri qrammatik- kateqorial cəhətdən, isim, “sulayır” sözü isə feildir. “Leyla” sözü 
qrammatik cəhətdən isimdir, təkdədir, xüsusi isimdir, adlıq haldadır. “Gülləri” sözü isimdir, cəmdədir, 
təsirlik haldadır, cansızdır, ümumidir. “Sulayır” sözü isə feildir, indiki zamanda, quruluşca düzəltmədir, 
təsdiqdədir, məlum növdədir. Lakin bütün bu cəhətlər həmin sözləri-elementləri bir cümlə şəklində-bir 
orqanizm şəklində birləşdirməyə qadir deyil.
Funksional cəhətdən yanaşdıqda isə biz tamamilə başqa mənzərənin şahidi oluruq. Yəni 
Leyla
sözü bu 
zaman artıq işi icra edən-subyekt//mübtəda; 
güllər
i sözü üzərində iş icra olunan-obyekt// tamamlıq; 
sulayır
sözü isə görülən iş-hərəkətdir, yəni xəbərdir. Cümlədə feilin idarəsində- mərkəzdə gülləri sözü dayanır və 
feillə idarə olunur. Burada artıq hər şey yerini tapır.
Sintaktik əlaqələr müəyyənləşir, qrammatik kateqoriyaların funksiyaları məlum olur, cümlə semantik 
məna, məzmun kəsb edir. Göstərdiyimiz və digər bu tipli nümunələr onu deməyə əsas verir ki, qrammatik 
kateqoriyaların özlərinin və onların funksiyalarının öyrənilməsi sintaksisin vəzifəsidir. L.Tenerə görə, 
kateqoriyaları öyrənən dilçilik sahəsi statik sintaksis, onların funksiyalarını öyrənən sahə isə dinamik 
sintaksis adlanır (5). Dil vahidlərinin Dinamik nizamı dilin daxili forması ilə əlaqəlidir, məhz həmin nizam
sintaktik əlaqələrin yaranması və cümlənin sintaktik strukturunun formalaşması üçün zəmin yaradır. Bizim 
tədqiq etmək istədiyimiz sahə isə struktur və ya funksional sintaksis adlandırılır. Çünki biz qrammatik 
kateqoriyaların funksional cəhətlərini öyrənməyi qarşımıza məqsəd qoymuşuq. 
Rus dilində praqmatkaya daxil edilmiş cümlənin alqoritmik qurulması N.Xomskinin transformatik 
qrammatika ilə əlaqədar dilçilik görüşlərinə və L.Tenerin struktur sintaksislə bağlı özünəməxsus görüşlərinə 
əsaslanaraq yaradılmışdır(6). 
Ədəbiyyat 
1.Abdullayev K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: Maarif, 1998
2. Abdullayev K. Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər. Bakı, 2012 
3. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2004 
4.Veysəlli F. Struktur dilçiliyin əsasları. Bakı: Mütərcim, 2008, 308 s. 
5. Матезиус В. О так называемом актуальном членении предложения. М., 1967
6. Современный русский литературный язык. Минск: Высшая школа, 2012 


M.P.Vaqif və müasirlik 
196
ABBASOVA YEGANƏ 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC 
QƏDİM İNGİLİS DİLİNİN LÜĞƏT TƏRKİBİNDƏ BAŞ VERƏN SEMANTİK 
TRANSFORMASİYA VƏ DİL ƏLAQƏLƏRİ 
Açar sözlər:
lüğət tərkibli, ektranlinqvistik amillər
Semantic transformation and language connections in the vocabulary
of the ancient English language 
The article deals with the role of extralinquistik factors in change of the English vocabulary.The artic-
le the touches problem of changes in grammatical of the English language as a result of the English language 
as a result of extralingistic factors as well.The article deals üith the common situation of the ancient English 
language and the use of the borroioings in English also their comparison üith the contemporary Englishş 
Keywords:
vocabulary stock, extranlinguisitik factors
Məlumdur ki, heç bir dil təkcə fəaliyyət göstərmir. O, həmişə başqa dillərlə əlaqədə olur. Bu dillər 
müxtəlif vasitələrlə bir – birinin mədəniyyətinə, dilinə ədəbiyyat və həyat tərzinə təsir edir.Heç bir dildə bu 
əlaqədən, bu kontakdan yayına bilmir. Böyük alim V.V. Humboldta görə dil tamamlanmamış bir olmaqla
həm də daim hərəkətdə olan bir adətdir.Xarici amillər aramsız olaraq dilə təsir edir və onda öz izlərini qoyub 
gedir. Odur ki, ingilis dilinin tarixində xarici təsir məsələlərinə həmişə çox diqqət yetirilmişdir. 
Məlum olduğuna görə, dil ictimai hadisədir. İctimai hadisə olmaq minarilə o, başqa ictimai 
hadisələrlə, xalqın öz tarixi ilə sıx surətdə bağlıdır. Hər bir dil, yavaş – yavaş da olsa, daim və durmadan 
inkişaf edir, təkmilləşir.Qədim ingilis dilinin lüğıt tərkibi əsasən daxili amillər hesabına zənginləşmiş, inkişaf 
etmiş və təkmilləşmişdir.Qədim ingilis dilinin lüğət tərkibi, əsasən german mənşəli sözlərdən ibarət 
olmuşdur. Halbuki, orta və yeni ingilis dilinin lüğət tərkibi çoxlu miqdarda ekstalinqvistik təsirlərə məruz 
qalmışdır və onların lüğət tərkibində alınma sözlər çoxluq təşkil etmişdir. Çoxlu xarici sözlərin 
mənimsənilməsi nəticəsində doğma sözlərlə alınma sözlərin tarazlığı pozuldu. 
Qədim ingilis dilinin lüğət tərkibini nəzərdən keçirərkən ingilis tayfalarının Roma mədəniyyəti və 
romalılardan müəyyən əlaqələrin olması məlum olur. Roma dillərində qədim ingilis dilinə ən çox təsir edən 
dil latın dili olmuşdur. Hələ qitədə yaşayarkən german tayfaları romalılarla, uzunmüddətli ticarət əlaqələrinə 
girmiş, onlarla sıx ünsiyyətdə olmuş və bunun nəticəsində 50-yə qədər latın sözləri, onların dilinə daxil 
olmuşdur. Bu sözlər kənd təsərrüfatı, ev müxəlifatı və hərbi işlərlə bağlı olan sözlərdir. 
Eramızın birinci əsrində germanlarda kənd təsərrüfatı çox zəif inkişaf etmişdir. Buynuzlu heyvan əti 
və süd ən mühüm qida maddələrindən biri olduğuna baxmayaraq, germanlar yağ və pendir nə olduğunu 
bilmirdilər. Bir sıra meyvələri, o cümlədən armud, gavalı, gilas və s. bostan məhsullarından turp, çuğundur, 
noxud, istiot, nanə və s. tanımırdılar. Yeni əmtəələrin germanlar arasında yayılmasına roma tacirlərinin 
böyük rolu olmuşdur.Eramızın birinci əsrində Britaniyanı zəbt edən romalılar ölkəni öz müstəmləkələrinə 
çevirib, orada bir sıra hərbi düşərgələr, daş döşənmiş yollar-viastrata, istehkamlar və s. qurdular. 
Müdafiə və yaşayış məqsədilə tikilmiş bu cür tikintilər latınca “strata” - küçə; castra – düşərgə, 
vallum –kərpiç divar, vicus –yaşayış qəsəbəsdi və s. adlanırdı.O zaman İngiltərənin yerli sakinləri Keltlər 
idilər. Onlar həmin latın sözlərini mənimsədilər, öz dillərində işlətdilər. Kelt dili vasitəsilə V əsrdən sonra 
qədim ingilis dilinə keçmiş bu cür sözlər latın alınma sözlərinin ikinci qatını təşkil edir. Latın “strata” sözü 
qədim ingilis dilində “straet” formasında işlənmişdir. Bu söz əvvəlvə latın dilində olduğu kimi yol 
mənasında işlənmiş, sonralar isə yolun hər iki tərəfində yaşayış qəsəbələri tikildiyindən, həmin söz street 
küçə mənasını kəsb etdi.Romalıların müdafiə məqsədilə kərpic hasara verdikləri ad vallum- qədim ingilis 
dilində “weall” (wall) adlanmağa başladı. 
Qeyd etmək lazımdır ki, Keht-german leksik əlaqələri məsələsi germanistikada o qədər də aydın 
müəyyənləşdirilmişdir.Keht dilində qədim ingilis dilinə keçən sözlər təxminən aşağıdakılardan ibarətdir. Dry 
“istehkam” – təpə və s. bu sözlərin bəzilərinə coğrafi adlarda da təsadüf edilir. Britaniyaya , hərbi dəstələrlə 
yanaşı Roma tacirləri, Roma vətəndaşları axıb gəlməyə başladılar. Onların yaşadıqları qəsəbə “vicus” 
adlanırdı. Bu söz anglosakslar tərəfindən mənimsənildi və qədim ingilis dilində wic forması kəsb edir. “Wic” 
isimindən “wician” “yaşamaq, məskunlaşmaq” feili yarandı. Sonralar daha döğrusu, orta dövürdə wic siz 
fonetik dəyişikliyə məruz qalaraq wich forması aldı və bu söz aşağıdakı bir sıra yer adlarının tərkibində 


M.P.Vaqif və müasirlik 
197
işlənməyə başladı. Greenwich, woolwich, Norwich, samitdən sonra ”w” oxunmur.Latın sözləri əsasən, kilsə 
və dini sözlərdən ibarətdir. Eramızın VI-VII əsrlərində Rimdən göndərilmiş monarxlar, Britaniyada xristian 
dinini yaymağa və əhalini xristianlaşdırmağa başladılar. Xristian dinin ölkədə yayılması ilə əlaqədar olaraq 
ingilis dilinə dinlər bağlı yeni məlumatlar, yeni sözlər axıb gəlməyə başladı. 
Latın sözləri kimi qədim ingilis dilinə daxil olmuş sözlər mənşəcə əslində yunan sözləri idi. Tarixdən 
məlumdur ki, əvvəlcə dini kitablar yunanca yazılmış, sonradan isə latın dilində tərcümə edilmişdir. Latın dili 
kilsə dili olduğundan həmin dilin sözləri bir çox xalqların lüğətinə keçmişdir. Tədqiqatçıların 
hesablamalarına görə, qədim ingilis dilində təxminən 500-ə qədər din və təlimlə bağlı alınma latın sözlərinə 
rast təsadüf edilir.Kilsə ayinlərini icra etmək və müqəddəs mətnləri oxumaq savadlı dini xadimlərin olmasını 
tələb edirdi. Odur ki, VII əsrdən başlayaraq Britaniyadan monastr məktəbləri təsis edildi. Britaniyada 
məktəblərin açılması, adamların latın dilində savadlanması, qədim ingilis dilinn lüğət tərkibinə bir sıra latın 
sözlərin daxil olmasına səbəb oldu. Onlar din və təlimlə bağlı sözlər idi. 
O. E 
Mod. E 
Təlimlə bağlı olan sözlərə aşağıdakıları göstərmək olar: 
Latın 
O. E 
MOD. E 
Schola 
Scol 
Schol “məktəb” 
Scolare 
Scolere 
Scholar “şagird, alim” 
Magister 
Magister 
Master “müəllim, sahib” 
Qədim ingilis dilinin lüğət tərkibi din və təlimlə əlaqədar alınma latın sözlərində əlavə, kalka yolu ilə 
yeni latın sözlərinin hərfi tərcümə etməklə də zənginləşmişdir.
Buna misal olaraq hərfinin günlərinin adlarını göstərmək olar. 
Latın
O. E 
Mod. E 
Lunal dies (hərfi: Ay günü) 
Monan deaz tuvez deaz 
Monday “bazar ertəsi” 
Matris dies (hərfi Mars günü) 
Hərfi marsla 
Tuesday (çərşənbə axşamı) 
Mercuri (hərfi: Merkuri günü) Eyniləşdirilən Tuv müharibə Allahı Vedesday çərşənbə 
Xristian dini və təlimlə bağlı olaraq yaranan kalkalara misal olaraq aşağıdakıları göstərmək olar. 
Centuriton 
Hundred mann 
“Yüzbaşı” 
Astronomos 
Lunzolcaet 
“Astronomiya” (yeni ulduzları 
haqqında biliklər) 
Tericala 
Eor-pbizenza 
“Yer məskunları” 
Paganus 
Haepen 
“Bütpərəst, atəşpərəst” 
Centurion 
Hundrer mann 
“Yüşbaşı” 
Ekstralingvistik amillərin təsiri özünü məhdud da olsa, dilin qrammatikasında da göstərir. Lüğət 
tərkibinin intensiv şəkildə dolğunlanması, sözlərin axıb gəlməsi ingilis qrammatik quruluşunda xeyli 
dəyişikliklər baş verməsinə səbəb oldu. Adətən alinma sözlər onu mənimsəyən dilin inkişaf qanunlarina tabe 
olur, lakin onlar özləri də o dildə inkişaf etməyə meylli olan inkişaf proseslərini sürətləndirir.Bu zaman 
kəmiyyət dəyişmələri müəyyən keyfiyyət dəyişmələrinin yaranmasına gətirib çıxarır. İngilis dilində belə 
oldu. Məlum olduğuna görə qədim ingilis dili sintetik qrammatik quruluşa malik idi. Bu o deməkdir ki, 
sözlər arasındakı əlaqə söz formaları, hal şəkilçiləri və s. ilə ifadə olunurdu. Söz sırası bir növ müstəqil idi. 
Sabit deyildi. Yəni mübtəda feildən əvvəl gələ bilirdi və mübtədadan sonra yaxud cümlənin sonunda gələ 
bilirdi. Lakin orta dövrdə qədim ingilis dilinin sintetik qrammatik quruluşu analitik qrammatik quruluşla 
əvəz olunurdu: Yeni sözlər arasındakı əlaqələr artıq affikslər deyil, köməkçi sözlərlə, sabit söz sırası ilə ifadə 
olunmağa başladı.Bəzi dilçilər ingilis dilində sintetik qrammatrik quruluşun natiqlik qrammatik quruluşla 
əvəz edilməsini fransız dilinin təsiri ilə izah edirlər. Fransız dilinin təsirilə ingilis dili feillərdən dəyişikliklər 
baş verdi. Fransız dilində alınan təsirli və təsirsiz feillər mövcud idi. Lakin bu kateqoriyalar üçün marfoloji 
göstərici mövcud deyil. Eyni bir fransız feili həm təsirli, həm də təsirsiz feil kimi işlənirdi. Halbuki, qədim 
ingilis feilində təsirli feillər təsirsiz feil fərqlənirdi.
Orta dövrdə fransız “boil”, “change”, “continue”, “decline”, “join”, “sound”, “turn” və s. kimi alın-
malar həm təsirli, həm də təsirsiz mənalarını ingilis dilində saxlayırdılar.Fransız dilində “to recover” feili 
ancaq təsirli feil mənasına malik idi. Orta və yeni ingilis dilində isə həm təsirli, həm də təsirsiz feil mənası 
kəsb etdi. 


M.P.Vaqif və müasirlik 
198
Təsirli: She heat recovered the kingTəsirsiz: He will recover straight (Shakespeare, Othello, IV, 
I,58)Bu onu göstərir ki, İngilis dilində özündə feil əsasında ikimənalılığı inkişaf etməyə meylli idi. Fransız 
alınmaları buna maneə olmalıdırlar əksinə, qədim təsirli, təsirsiz feillərin dəyişəsi, prosesinə onun tezləşməsi 
prosesinə kömək etdilər. Dilin qrammatik quruluşunda dəyişmələr o zaman baş verir ki, ana dilinin öz 
rüşeymlərində bu xüsusiyyətlər mövcuddur. Məsələn: qədim ingilis dilində zəif dental şəkilçili keçmiş 
zaman feilləri çox məhdud idi. Lakin orta dövrdə fransız alınma feillərinin təsiri nəticəsində, onların təkanı 
nəticəsində əvvəlki zəif sözlərin təsrifi forması ən məhsuldar növə çevrildi. Fransız dilinin təsiri ilə ingilis 
dilində yaranan analitik quruluşla yanaşı sintaktik kalkalarda oldu. Bir şeyi qeyd etmək lazım bilirik ki, 
ümumiyyətlə sintaktik “yad” meyllərə qarşı çox sabitdir. Bu deyişməlrə o zaman baş verir ki, dogma dilin 
üzrüşeymində belə meyllər olsun. Fransız dili bu meylləri hərəkətə gətirib inkişaf etdirirdi. 
Yarseva kalkaların iki müxtəlif növünü ayırmaq lazımdır. Sintaktik model mənimsənilir, həmin fransız 
tərkibi sözdə söz ingilis dilində quruluşu saxlamaqla tərcümə edilir. Əgər qədim ingilis dilində sintaktik 
modellər, sintaktik kalkalar fransız dilində edilirsə, orta ingilis dili dövründə fransız dilində (sans kimi) 
mənimsənilirdi. İngilis dili ilə skandinav dillərinin çarpazlaşması A.İ göstərdiyinə görə ingilis dilində 
qrammatik quruluşunun dəyişməsinə səbəb oldu. Sintaktik quruluşu dil analitik qrammatik quruluşa 
əvəzedildi. Skandinav dili ingilis dilinin sintaksisinə də təsir etmişdir. Müasir ingilis dilində modal mənalı
“should” və “would” feillərinin köməyi ilə feilin analitik şəkil formasının yaranmasını (məs: İ should have 
spoken to him. Mən onunla danışmalı idim: Mən gərək onunla danışaydım). Feil – zərf birləşmələrinin (məs: 
to give up, to go on, to put out) geniş vüssət alınmasında Skandinav dilinin təsiri ilə izah edilrlər.Yarseva 
göstərir ki, ingilis dilinin qrammatik quruluşunda baş verən bəzi faktlar latın dilinin qismən yaxud taç təsiri 
ilə izah etmək olar. Məsələn:
1)
Acc + inf (İ want you to come and dine with me) konstruksizası: Non + inf (sara is said to 
resemble me) konstruksiyası 
2)
Absolute + participe (generally speaking, this novel is not very interesting) konstrukssiyası: 
3)
Sequence of Tenses: 
4)
Bir köməkçi to be feilləri analitik passivin işlədilməsi: 
5)
“Continuous” Tenses zamanların əmələ gəlməsi. 
Alınma prefikslər məhsuldar və qeyri məhsuldar və qeyri məhsuldar təkmənalı və çoxmənalı ola 
bilirlər. Məsələn: alınma “de” prefiksi, Müller lüğətinə əsasən yüzə leksik qrammatik sinifə aid etmək 
qabiliyyətinə malikdir.
ABDULLAYEVA XATİRƏ 
filolgiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Slavyan Universiteti 
AZƏRBAYCAN TÜRKCƏSİNİN CƏNUB QOLUNDA ƏNƏNƏDƏN 
NOVATORLUĞA KEÇİD 
(Feili frazeoloji birləşmələr əsasında) 
Açar sözlər
:
Şimal mühiti, Cənub mühiti, novatorluq, ənənə, ümumxalq dili, frazeologizmlər,
okkozionallıq, qrammatik kateqoriyalar, normativlik 
İn Azerbaijan's Turkish holiday Headed by novatorlug 
(Fei on the basis of frazeological compounds) 
The article deals with the frazeological associations located in the southern part of the Azerbaijani 
language. The common and distinctive features of frazeologisms, both recorded in both the North and South 
languages, are presented. It has been found that there are also frazeologisms that have come to the fore in 
addition to frazeological concoctions from the national language. It is a transition from tradition to 
innovation. The article is based on the language of the South Azerbaijani poets. 
Keywords:
Northern environment, Southern environment, innovation, tradition, national language, 
frazeologisms, ocozionality, grammatical categories, normative 
«Xalq» və «dil» istilahları həmişə yanaşı addımlayır və vəhdət təşkil edir. Çünki xalqın 
mövcudluğu ilə dilin fəaliyyəti başlayır. Xalqın hər bir nümayəndəsi bu dildən istifadə edir və istifadə 
etdikcə onu inkişaf etdirir. Xalqın yetirdiyi söz sənətkarları isə bu dilin poetik gücünü göstərir, ona bədii 


M.P.Vaqif və müasirlik 
199
siqlət verir. Bu poetikliyin müəyyənləşməsində, bədii təsir gücünün ifadəsində frazeologizmlər çox geniş 
əhatə dairəsilə iştirak edir. Ümumxalq dilinin əsasını təşkil edən frazeologizmlərin nominativlikdən 
uzaqlaşaraq məcazilik donu geyinməsi bu poetikliyi sərgiləyir və dilin xəlqiliyini nümayiş etdirir. 
Xəlqiliklə yanaşı nitqə ifadəlilik, canlılıq, emosionallıq gətirən frazeologizmlər daha çox məişət və bədii 
üslublarda işlək materiala çevrilir. Deməli, dilin daşıyıcısı olan hər bir şəxsin dilində belə frazeoloji 
vahidlərin iştirakına rast gəlinir. O cümlədən şimallı, cənublu söz sənətkarları da bu xalqın 
nümayəndələri, bu dilin aparıcıları olduğundan frazemlər onların da leksikonunda bir sistem təşkil edir. 
Hətta dilimizin tarixinə dönüş etsək, klassiklərimizin dilində işlənmiş frazeoloji vahidlərin əksəriyyətinin 
bu gün də işlək səviyyədə olduğunu qeydə ala bilirik. Düzdür, az da olsa, bəzi frazemlər okkozionallığı 
ilə də diqqət çəkir. 
Söz birləşmələri dilçiliyin iki bölməsinə istiqamətlənir. Əgər sərbəst söz birləşmələri öz təhlil 
əhatəsini dilçiliyin «sintaktsis» bölümündə tapırsa, sabit söz birləşmələri «frazeoloji birləşmələr» adı 
altında leksikologiyada öyrənilir. Çünki qrammatik birləşmələrin əsasında yaranan frazeoloji 
birləşmələrin tərkib hissələrindəki sözlər əlaqələnərək öz əvvəlki semantikasını itirir, məcaziliyə doğru 
gedir, beləliklə, hər hansı bir leksik vahidin ekvivalentinə çevrilir və məna bütövlüyünün istifadəçisi 
rolunda çıxış edir. Konkretləşdirsək, sözlər ilkin mənalarını itirərək birləşmələrin leksik-semantik 
ünsürlərinə çevrilir (8, s. 102; 11, s. 27). M.Mirzəliyevanın fikirlərinə söykənərək onu da deyə bilərik ki, 
elə «söz birləşmələrinin sabitliyi bu birləşmələri əmələ gətirən komponentlərin leksik-semantik 
xüsusiyyətlərindən doğur. Nəticədə isə frazeologizmləşmə baş verir (10, s. 18). Bu, həqiqətən də, belədir. 
Çünki frazeoloji vahidlərin sabitliyi yalnız leksik-qrammatik xüsusiyyətlərin sabitliyinə, dəyişilməzliyinə 
dəlalət etmir. Bu həm də o frazemlərin əmələ gəlməsində iştirak edən komponentlərin məcaziləşməsi 
nəticəsində meydana gələn obrazlılığın sabitliyi ilə müəyyənləşir (9, s. 205). 
Bu frazeologizmlərin aparıcı tərəfi feillə ifadə olunur və elə ümumi məzmun yükünə görə də feillə 
ekvivalent olur. Bu birləşmələr həmçinin feilə məxsus qrammatik kateqoriyaların xüsusiyyətlərini özündə 
əks etdirir. Frazeoloji birləşmələrin bu növü Azərbaycan türkcəsinin Cənub qolunda kəmiyyət bollüğu ilə 
qeydə alınır və türk mənşəli sözlər hesabına reallaşır. Bunların əsasını isə daha çox bədən üzvləri əsasında 
əmələ gələn frazemlər – somatik vahidlər təşkil edir. «Analitik dillərdən biri və ondakı sözlərdən feili 
ifadə və istilahları düzəltmək üçün çox yararlı olan fars dili eyni halda bu kimi söz tərkiblərinin düzəlişi 
və işlədilməsi etibarilə türk dilindəki imkan və dolğunluğa malik deyildir. Türk dilində təkcə insanın 
bədən üzvlərilə bağlı… yüzlərlə istilah və deyim vardır» (6, s. 34). 
Mühacir Cənubi Azərbaycan şairlərinin dilində bu frazeoloji birləşmələri izləmək xüsusi maraq 
doğurur. Qeydə alınan feili frazeoloji birləşmələri iki qrupa ayırmaq olar: 
1. Həm Şimal, həm də Cənub dil mühiti üçün ortaq olan feili frazeoloji birləşmələr. 
2. Şimal dil mühitindən fərqlənən feili frazeoloji birləşmələr. 
Mühacir Cənubi Azərbaycan şairlərinin dilində Şimal konteksti ilə uyğunluq təşkil edən frazeoloji 
vahidlər kifayət qədər kəmiyyət çoxluğu təqdim edir. Onlar eyni şəkildə bu gün də hər iki dil mühitində 
işlənməkdədir. Bunların işlənmə tarixini dəqiq müəyyənləşdirmək çətin olsa da, həqiqət budur ki, tayfa 
konsolidasiyanın xalqa çevrildiyi gündən ünsiyyətə xidmət edən bu frazeoloji birləşmələr uzun tarixi 
inkişaf prosesindən keçərək bu günümüzə qədər gəlib çıxmışdır. Bu frazeoloji birləşmələrin ümümxalq 
dilindən daşlaşmış şəkildə dəyişkənliyə uğramadan gəlib hər iki dil mühitində normativlik qazanması 
ənənənin payına yazılmalıdır. Amma fərqli xüsusiyyətləri özündə daşıyan feili frazeoloji birləşmələrə də 
rast gəlinir ki, bunlar xüsusi diqqət çəkir. Bu, xalqdan hazır şəkildə gələn frazeoloji birləşmələrlə yanaşı, 
insan təfəkküründə ya yeni yaranan, ya da köhnəni yeniləşdirərək az da olsa, fərqlənməyə imza atan 
okkozional frazeoloji birləşmələrdir. Yəni bu şairlər dilə hazır şəkildə gələn, yaddaşlarda bərkiyən 
frazeoloji birləşmələrlə yanaşı onlardan dəyişilmiş şəkildə də istifadə etmişlər. Həmçinin Şimal 
konteksində qeydə alınmayan yeni frazeoloji vahidləri də dilə gətirmişlər. Təbii ki, onlar fərdi-üslubi 
frazeologizmlərdir. Ümumiyyətlə, hər hansı bir söz ustadı dildə mövcud olan frazeoloji vahidlərə analoji 
frazeoloji birləşmələr də yarada bilər (12, s. 82). Odur ki, mühacir Cənub şairlərinin dilində Şimal dil 
mühitindən fərqlənən bu feili frazeoloji birləşmələri iki qrupa ayırmaq olar: a). Şimal kontekstində qeydə 
alınmayan frazeoloji birləşmələr. b) Dəyişilmiş şəkildə işlənən frazeoloji birləşmələr.
a) Şimal kontekstində qeydə alınmayan frazeoloji birləşmələr 
Mühacir Cənubi Azərbaycan şairlərinin dilində işlənən feili frazeoloji birləşmələrin bir qismi 
Azərbaycan ədəbi dilinin Şimal qolunda qeydə alınmır. Yəni yeniliyi, novatorluğu ilə diqqət çəkir. Bu da 
təbiidir. Çünki sənətkar hər zaman yeniliyə can atır və hər yerdə olduğu kimi, təzələşmə özünü 
frazeologizmlərdə də göstərir. Bu yeniləşmə isə həm frazemin fonetik cildində, eləcə də semantikasında 
büruzə verir. Deməli, bu halda frazem struktur-semantik dəyişkənliyə uğrayır. Mühacir Cənubi 


M.P.Vaqif və müasirlik 
200
Azərbaycan şairlərinin dilində qeydə aldığımız bir qrup frazem bu dəyişiklikləri özündə ifadə edir. Onları 
təqdim edirik: 
Not götürmək
– «məlumat almaq»: 
Kimsədən nə fikir, nə not götürdüm, Dastanam! Yad sözə sığa 
bilmərəm
(Əli Tudə). «Məlumat almaq» mənasının ifadəçisi olan 
not götürmək
frazemi Şimal 
kontekstində qeydə alınmır. İlk komponent «məlumat», «bilgi» mənası ilə uyuşur. Şimalda isə 
not
hər 
hansı musiqi səsinin yazıdakı qrafik işarəsi kimi bəllidir. Ayrılıqda 
götürmək
sözü Şimalda işlənsə də, 
ümumilikdə bu frazem qeydə alınmır. Türkiyə türkcəsində isə bu frazem 
not almak
,
not atmak
,
not 
düsmek
,
not kırmak

not tutmak

not vermek
şəklində işlənməkdədir. 
Not
leksik vahidi Türkiyə 
türkcəsində müxtəlif semantik məzmun ifadəçisi kimi yaşamını davam etdirməkdədir: 
1. Bir şeyi hatırlamak için yazılan kısa yazı. Məsələn: 
Kitaplardan birinin kenarına bir not 
yazmışsın
. 2. Okullarda ögrecinin dersle ilgili bilgi ve beceri düzeyini göstermek üzere ögretmenlerce 
verilen sayı, derece; 3. Bir şeyin niteliği üzerine edinilen kanı (14, s. 1481)
1
Abrını yonmamaq
– «ləyaqətini qorumaq, ona ləkə gətirməmək». 
İrzini sürtməmək
– «namusunu qorumaq, ona ləkə gətirməmək»: 
Şöhrətimə abidə ucaltmaq
xatirinə Abrımı yonmamışam, irzimi sürtməmişəm! 
(Əli Tudə). Bu frazemlərdə anlaşılmayan bir söz 
var ki, o da ərəb mənşəli
irz 
sözüdür ki, onun da mənası «namus», «qeyrət», «şərəfdir». Bu leksik vahid 
norma səviyyəsində dilimizin lüğət tərkibində yoxdur. Amma Türkiyə türkcəsində hələ də ümümişləklik 
nümayiş etdirir. Bu isə onu göstərir ki, söz qorunmaqdadır. Amma Azərbaycan türkcəsinin Cənub 
qolundə
irz
fonetik cildi ilə nitqə daxil olan bu lüğəvi dil nümunəsi Türkiyə türkcəsində [ı] başlanğıcı ilə,
yəni 
ırz
şəklində eyni məna tutumuna ekvivalent olaraq intensivliklə müşayət olunmaqdadır (14, s.914).
2
Digər sözlər (
abır

yonmaq
,
sürtmək
) isə ayrı-ayrılıqda Şimala yaxşı tanışdır. Fəqət tanış sözlərin belə 
paradıqmatik şəkildə əlaqələnib vahid məcazi məna daşıyıcısına çevrilməsi Şimal kontekstində yoxdur. 
Şimal dil mühitinin frazeoloji sistemində «yad» görünən bu frazeoloji vahidlər əslində yaxın məna 
göstəricilərinə görə sinonimlik təşkil edir. 
Buludu sağmaq
– «yağış yağdırmaq»: 
Rəssam fırçasına dünyanı yığır, Günəşi haylayır, buludu 
sağır
(Əli Tudə). Əslində bu misralarda bir rəssam məharəti ölçüyə gəlir. Ölçüsü bilinməyən Yer 
kürəsinin bir tabloya sığışdırılması, yeri, göyü işığa qərq edən Günəş planetinin bu rəsm əsərində 
yerləşdirilməsi, yağış yağmasının geniş əhatə dairəsinin kətana köçürülərək təqdim edilməsi, bir sözlə,
bütün bunların hamısı həmin ölçünün içindədir. İlk baxışdan elə bir yenilik yoxdur. Yəni haqqında 
danışılanların kiçildilmiş formalarından söhbət gedir. Əsas məsələ daha böyük obrazlılığı, ifadəliliyi, 
ekspressivliyi özündə toplayan 
buludu sağmaq
frazemidir ki, bu da Şimalda görünmür. Frazem 
Ə.Tudənin poetik dərki kimi meydana çıxır. Göründüyü kimi, hər iki söz öz ilkin mənasından uzaqda 
dayanır. Bu faktdır ki, «belə birləşmələri əmələ gətirən sözlər öz əvvəlki mənalarından az və ya çox 
dərəcədə uzaqlaşır, onların mənaları birləşmənin ümumi məna fonunda itir və beləliklə, bu sözlər 
birləşmənin leksik-semantik ünsürlərinə çevrilmiş olur» (102, 13, s. 155). 
Gözü tovdan düşmək
– «görmə qabiliyyətini itirmək, gücdən düşmək»: 
Tovdan düşsə iti göz də, 
Billur yaşlar donsa üzdə, Çən gəlməmiş dağda düzdə, Azacağam indən belə
(Əli Tudə); 
Sənə gözüm 
demərəm, Gözüm tovdan düşəcək. Sənə ömrüm demərəm, ömür-gün ötüşəcək
(Mədinə Gülgün). 
Fikrimizcə, frazemin tərkibində yer almış 
tov 
sözü ədəbi dil faktı deyil, bu, dialekt faktıdır. Fəqət bütün 
dialektoloji lüğətlərə nəzər yetirsək də, Cənub dilində işlənən bu sözün məna tutumuna rast gəlmədik. 
Tov 
sözünün aşağıdakı mənaları ilə qarşılaşdıq: 
1. Divarda əl çırağı qoymaq üçün bacası olan taxta. Məsələn: 
Çırağı tova qoy 
(Bakı).
2. Baca. Məsələn: 
Tovun içi qurum tututdu 
(Dərbənd) (12, 1, s. 504)

Azərbaycan dilinin izahlı lüğətində isə bu sözün «sığal», «sığallama» mənalarını qeydə aldıq: 
Yanağın yanında zülfə tov vermiş, Ucun sancmış tər duvağın üstündən
(3, s. 191). Göründüyü kimi, 
mənalarda uyğunlaşma yoxdur. «Ərəb və fars sözləri lüğəti»ndə isə ərəb mənşəli 
tov
lekseminin daha iki 
mənasını qeydə ala bildik: 
1. İtaət, itaət etmə. 2. Könüllü olaraq bir işi görmə, könüllü hərəkət etmə (7, s. 650). 
Mətnimizdə «güc», «qüvvə» mənalarının ifadəçisi olan 
tov
sözünə bu məna tutumlarından nisbətən 
birincisi («itaət», «itaətetmə») uyğun gəlir.Yəni gec-tez «göz də öz itaətini itirəcək» mənası Cənub 
şairlərinin dilindən təqdim etdiyimiz hər iki nümunədə qismən yerinə düşür. 
Çort vurmaq
– «mürgüləmək»: 
Qarnı tox, beyni məst, baxışı xumar Manqalın dibində çort vuran 
sərkar Susdurdu yazığın ilk avazını, Əlindən alaraq telli sazını
(Əli Tudə). Bu frazeoloji vahid də Şimal 
kontekstində işlənməyən sabit söz birləşmələrindəndir. 
Çort
sözünün nominativ mənasına gəlincə, 
1
Türkce sözlük. Ankara, 2005, s. 1481 
2
Türkce sözlük. Ankara, 2005, s.914 


M.P.Vaqif və müasirlik 
201
lüğətlərdə nə sözü qeydə ala bildik, nə də, təbii ki, mənasını. Əgər lüğətlərdə belə bir söz öz əksini 
tapmayıbsa, deməli, mənanın axtarılması da qeyri-realdır. Biz yalnız kontekstə əsasən təqdim etdiyimiz 
mənanı üzə çıxartdıq. 
Arzularla qucaqlaşmaq
– «gələcəyə ümid bəsləmək»: 
O tək qaldı, körpəsindən, evindən uzaq, 
Arzularla qucaqlaşıb yatdı bəzən də 
(Söhrab Tahir, 212, s. 15). S.Tahirin dilində bu məna tutumunu ifadə 
edən 
gözlərində ümid yanmaq
frazeminə (
Məhbusun da gözlərində bir ümid yandı
) də rast gəlmişik. Bu, 
Şimalda da işləkdir. Fəqət eyni məna tutumu ilə reallaşan 
arzularla qucaqlaşmaq
frazeoloji vahidi 
təzədir, güclü obrazlılıq da onun mahiyyətinə hakim kəsilib. Zindana salınan dustağın yeganə işi xəyala 
dönən istəklərinin əhatəsində özünün naməlum gələcəyini gözləməkdən ibarətdir. Şair bu xəyali dünyanı 
arzularla qucaqlaşıb
feili frazeoloji birləşməsi ilə reallığa çevirir. 
Soraqla qucaqlaşmaq
– «xəbərləşmək, məlumatlanmaq, xəbər almaq»: 
İnsanlar soraqla
qucaqlaşanda
Axan gözlərinin öz yaşı olur 
(Əli Tudə). 
Arzunu uda bilmək
– «gələcəyə ümid bəsləməmək, ürəyində arzu, istəkləri boğmaq»: 
Sanma 
sinəmdəki eldir səslənən, Xalqın arzusudur orda bəslənən. Zindan bu
arzunu uda bilərmi?
(Söhrab 
Tahir). Bu frazemlə antonimlik təşkil edən, həm Cənub, həm də Şimal kontekstində çox işlək olan 
arzu 
tutmaq
frazeoloji birləşməsi var. Əks mənanı göstərmək üçün şair yeni, çox orijinal, məzmunlu, obrazlı 
arzunu uda bilmək
frazeoloji vahidini yaradır. Əslində 
arzunu udmaq
bir insan ömrünü heçə endirmək 
deməkdir. Odur ki, şair öz poetik «Mən»ini dilemma qarşısında qoyur və onu düşündürür: 
«
Arzunu uda 
bilərmi?»
Həyat ummaq – «
güvənmək, nicat, qurtuluş yolu ummaq»:
Bəşər fəlakətə düşdüyü zaman Səndən
hər addımda həyat umurdu
(Əli Tudə). 
Həyat
və 
ummaq
sözləri bir çox frazemlərin yaradılışında iştirak 
edib: 
kömək ummaq, mərhəmət ummaq, həyat vermək, həyat bəxş etmək, həyata keçirmək, həyatın nəbzini 
tutmaq… 
və s. frazemlər buna nümunə ola bilər. Fəqət Şimal dil mühiti üçün 
həyat
və 
ummaq
sözlərinin 
paradiqmatik əlaqələnməsindən doğan 
həyat ummaq
frazemi təzədir. 
Tuta bilmək – «
qeyd etmək, keçirtmək»:
Bir istəyim də var qardaş, Kaş arzuma çata bilim. Sənin 
təvəllüd gününü Təbrizdə tuta bilim 
(Mədinə Gülgün). Bu frazemin də tərkibindəki sözlər (
tutmaq, 
bilmək
) hər iki dil mühitində kifayət qədər intensivliyi ilə xarakterizə olunsa da, onların qoşalaşması 
Şimalda qeyd edilən məna tutumu ilə uyğunlaşmır. Frazeoloji birləşmə bu mənanın ifadəçisi kimi təmiz 
Cənub deyim tərzidir. 
Qəlbini tuta bilmək
– «ürəyini fəth etmək»: 
O mənim qəlbimi tuta bilərmi
(Söhrab Tahir). Xüsusi 
bir spesifiklik təşkil etməsə də, bu frazem də yenidir. Çünki 
qəlb, tutmaq, bilmək
sözləri bir çox frazeoloji 
vahidlərin yaradılışına rəvac verib. Amma onların komponent olduğu bu frazeologizmlər içərisində 
qeydə aldığımız frazemə rast gəlinmir. Göründüyü kimi, Şimal kontekstində ayrı-ayrılıqda işləndiyi və 
anlaşıldığı bu sözlərin əlaqələnməsi məcazi bir ifadənin meydana gəlməsi ilə nəticələnib və Cənub dilinin 
frazem potensialını təşkil edən birləşmələrdən birinə çevrilib. 
Göz yaşını ümidlə qundaqlamaq
– «gələcəyə inam bəsləmək, ümidlə baxmaq»:
Sənsiz keçən hər 
günümü bir il sayıb, Çox ağladım ömrüm kimi talan günə, Göz yaşımı ümidlə qundaqlayıb, Saxlamışam 
görüşümüz olan günə
(Mədinə Gülgün). Şair nakam qalan sevgisinə göz yaşları axıdan gəncin gələcəyə 
nikbin baxışını çox orijinal məzmunla müəyyənləşən 
göz yaşını ümidlə qundaqlamaq
frazemi ilə real-
laşdırır və bununla da şair Cənub kontekstinin frazem potensialına yeni bir frazeoloji birləşmə bəxş edir. 
Qəlbini qəlbinə bağlamaq
- «əməkdaşlıq etmək»: 
Bir ildir ki, mən qəlbimi bağlamışam qəlbinə. Bu
məhəbbət dünyasında qalacaqdır izlərim
(Balaş Azəroğlu). İlk baxışdan B.Azəroğlunun dilindəki bu 
frazemin aşiqanə bir məzmunla kökləndiyi zənn edilir. Halbuki bu şeir «Şəfəq» jurnalının nəşrə 
başlamasının bir illiyinə həsr olunmuş bədii nümunədir. Deməli, söhbət B.Azəroğlunun qəlbi ilə 
«Şəfəq»in qəlbinin bir-birinə bağlanmasından gedir. Yəni şair çox böyük istək, çox böyük sevgi ilə bu 
jurnalla əməkdaşlıq etməyini ön plana çəkir. Yenə də həm forma, həm də məzmun yeniliyi ilə reallaşan 
bir frazem göz önünə gəlir. 
Qəlbini oynatmaq
– «zarafat eləmək»: 
Bu gecə Sanki ilk dəfə gördüm Ölümün soyuq üzünü. Mələk 
donuna girib Pərdələsə də özünü, Tanıdım yenə… Gah qəlbimi oynatdı, Gah fikirlərimi bir-birinə 
qatdı…
(Mədinə Gülgün). Söhbət mələk donuna girmiş ölümdən – əzrayıldan gedir. Şeirin poetik «Mən»i 
şairin özüdür – Mədinə Gülgündür. Şair müxtəlif donlara girən ölüm «mələyi»nin hər sifətini görür. O, 
gah şairin qəlbini ələ almağa çalışır, onunla zarafatlaşır, onun «qəlbini oynadır», bir uşaq oyuncağı kimi 
onun ürəyini atıb tutur, gah da fikirlərini pərən-pərən edir. Fəqət şair 
«nisgilini, arzusunu, ümidini qəzəbə 
çevirib»
onunla mübarizə aparır və qalib gəlir. Ölüm mələyinin yerini indi şairin «sabah doğulası 
nəğmələrinin səsi» tutur. Bax, belə bir kontekstdə şairin yaratdığı frazem uğuru ilə seçilir, dilin frazem 
sistemini zənginləşdirməyə xidmət edir. 


M.P.Vaqif və müasirlik 
202
Yol almaq
– «istiqamətlənmək»: 
Sənə çəmənləri verərəm dedin, Fikrim doğma evə yol alıb köçdü
(Mədinə Gülgün). Yenə də bir sadə, lakin orijinal frazeoloji vahidlə qarşılaşırıq. Məsələ burasındadır ki, 
Şimal kontekstində
yol
sözü ilə yaranan frazemlərə nəzər yetirdik və hədsiz dərəcədə zənginliyi ilə 
seçilən bu frazemlər (15, 4, s. 551-554) içində 
yol almaq
frazeoloji vahidinə rast gəlmədik. Şeir şairin 
Təbrizsizlikdən doğan həsrət duyğularını bu frazem vasitəsi ilə doğma elə – Təbrizə köçürür. Beləliklə, 
əslində danışıq dili faktı olan 
yol almaq
frazeoloji vahidi bir tərəfdən bədii məqsədin həllini ödəyir, 
digər tərəfdən dilin frazem potensialında özünə yer alır. 
Baxta qabarmaq
– «qalib gəlmək»: Bu frazeoloji vahid də (
Baxt mənə bozaranda, mən vaxta 
qabarmışam 
– Əli Tudə) Şimalda qeydə alınmayan frazemlər cərgəsindədir. «Qalib gəlmək», «güc 
göstərmək» məna tutumunun daşıyıcısı olan bu frazem mətn daxilində obrazın daxili aləminin 
müəyyənləşməsi baxımından uğuru ilə seçilir. 
Üstünü altına qısmaq
– «susmaq». Bu frazeoloji vahidin
(Üstünü altına qısıb danışmaz Sanki 
düşüncəyə dalar dodaqlar 
– Əli Tudə) tərkib komponentləri hər iki dil kontekstində anlaşıqlı sözlər 
cərgəsində olsa da, paradiqmatik əlaqələnmə nəticəsində yaranan bu sabit söz birləşməsi ümumən yenidir. 
Ölmədiril dolanmaq
– «bir təhər yaşamaq», «ac-yalavac yaşamaq»: 
Bu ellər tək min əzaba, əziyyətə 
qatlandı. Əkin əkdi, başaq yığdı, ölmədiril dolandı…
(Mədinə Gülgün). Bu frazeoloji birləşmə də tipikliyi 
ilə diqqət çəkir. Belə ki, Şimal kontekstində 
öldü
-
qaldı
(
…öldü-qaldısından da xəbərim yoxdur
–2, s. 
464), 
ölə-ölə yaşamaq 
(
Qonşumuz
ölə-ölə yaşayırdı
– danışıq dilindən götürülmüşdür) ifadələri qeydə 
alınır, amma haqqında danışdığımız sabit söz birləşməsinə rast gəlinmir. Şimalda danışıq dili faktı olan 
bu frazemin birinci tərəfi bir-birinə zidd leksik vahidlərin – antonim sözlərin birləşməsindən əmələ gəlib. 
Bu sözlər isə 
dolanmaq
lekseminə qoşularaq Cənub dil mühitini xarakterizə edən yeni bir frazemə 
çevrilib. Frazem obrazın daxili aləminin açılması, yaşam tərzinin daha qabarıq şəkildə verilməsi 
baxımından şairə çox şey verir. 
Qeydə aldığımız və təhlil əhatəsi ilə təqdim etdiyimiz bu frazeoloji birləşmələr Şimal dil 
məkanında qeydə alınmayan, yalnız Cənub üçün xarakterik olan frazeoloji vahidlərdir. Göründüyü kimi, 
onların sayı azdır. Fəqət dəyəri, daşıdığı məcazi yük, bədii dilə verdiyi obrazlılıq, emosionallıq, ifadəlilik 
kifayət qədər çoxdur. Bu frazemlərin komponentlərinin mənşəcə qruplaşdırılması da xüsusi maraq 
doğurur. Əgər 
not, abır, irz, tov, çort, arzu
2
, həyat, qəlb
4
, bəxt
kimi sözlər alınmalar sırasındadırsa, 
götürmək, yonmamaq, sürtməmək, sağmaq, düşmək, qucaqlaşmaq
2
, udmaq, tutmaq
2
, bilmək
3
, ummaq, 
qundaqlamaq, bağlamaq, oynatmaq, qabarmaq, dolanmaq, almaq, qısmaq, bulud, göz
2
, yaş, ümid, yol, 
üst, alt, ölmədiril
leksik vahidləri isə türk mənşəliliyi ilə diqqət çəkir. Deməli, Şimalla müqayisədə 
fərqlilik qazanan bu frazemlərdə alınma ilə türk mənşəli sözlərin nisbəti də (13:31) (alınma sözlər
13
– 
milli sözlər
31
)
millinin xeyrinədir. Bu leksik vahidlərin sırasında sadalanan 
ümid 
sözü fars mənşəli söz 
kimi təqdim olunur. Halbuki 
ummaq
feilindən əmələ gələn 
ümid
sözü təmiz türk mənşəlidir. Bu, Mahmud 
Kaşğarinin «Lüğəti»ndə də qeydə alınır. Danışıq dilində belə bu leksik vahid kökünə uyğun şəkildə 
işlənir: 
umud.
Cənub şairlərinin də dilində bu formanın (
umud
) işləndiyinin şahidi oluruq: 
Onun ala 
gözlərində umud yanır bax
(Mədinə Gülgün); 
Sovet himni dalğa-dalğa yayıldıqca şəhər-şəhər, Açır kiçik 
pəncərəni umud ilə bax şərqlilər
(Balaş Azəroğlu). 
b) Dəyişilmiş şəkildə işlənən frazeoloji birləşmələr. 
Bu dəyişmə əsasən həmin frazeoloji birləşmələrin tərkibindəki leksik vahidlərlə bağlıdır. Yəni bu, 
mövcud frazemin tərkibindəki bir sözün başqa bir sözlə əvəzlənməsi ilə əlaqədardır. Fikrimizin aydınlığı 
üçün həmin frazeoloji birləşmələrin təqdiminə ehtiyac duyulur: 
Gözləri yoluna dalmaq
(
Həmişə sinənə sərdiyim gül də Boynunu bükərək
əlimdə qalmış, Yenə də 
gözlərim yoluna dalmış
– Söhrab Tahir) frazemində 
dalmaq
sözü 
dikmək/dikilmək
sözləri ilə əvəzlənir. 
Yəni Şimalda bu frazeoloji birləşmə 
gözlərim yoluna dikilmişdi
şəklində işləkdir. S.Tahirin dilində bu 
frazemin bir qədər sadələşmiş forması da qeydə alınır: 
yola dalmaq
(
Məxmər gözləri də hey yol çəkərək 
Bilmirəm nədənsə açıq qalmışdı. Bəlkə də qardaşın son nəfəsədək Sənin gələcəyin yola dalmışdı
– Söhrab 
Tahir). 
Göz
sözünün 
yola dalmaq
frazemindən xeyli aralı düşdüyü aydın görünür. Hər halda 
dikilmişdi
sözünün yerində 
dalmışdı 
sözünün işlənməsi göz qabağındadır. 
Zindan kəsilmək
frazeoloji vahidində də (
Zindan kəsilmişdir ona bu diyar 
– Hökumə Billuri)
Şimalla müqayisədə bir söz fərqliliyi var. Şimal dil mühitində bu, 
düşmən kəsilmək
şəklində işlənir.
İmza basmaq
frazemi isə (…
Qarşınızda dayanansa Yalnız imza basıb, cənab!
– Əli Tudə, 192, s. 
127). Şimal kontekstində 
imza atmaq, imza qoymaq
şəkillərində qeydə alınır. Həm Cənub, həm də Şimal 
Сюзлярин цстцндяки рягямляр щямин лексик ващидлярин ишлянмя тезлийини эюстярир. 


M.P.Vaqif və müasirlik 
203
forması «imzalamaq» semantikasının ifadəçisi kimi diqqətimizi cəlb edir. Yəni formalar bir sözə görə 
fərqlənsə də, mənalarındakı eyniyyət özünü qoruyub saxlayır. 
Özünü oda vurmaq, özünü suya vurmaq
(
Bir parça çörəkçün özümü hər an Gah oda vururam, gah 
da ki, suya
– Əli Tudə) frazeoloji birləşmələri isə Şimal dil mühitində 
özünü oda-közə vurmaq // atmaq
şəklində işlənir. İlk baxışda Şimalla müqayisədə ikinci komponentin 
közə
sözünün düşdüyü dərk edilir. 
Halbuki burda hər hansı bir sözün düşümü baş verməyib. Yəni 
özünü oda-közə vurmaq
Şimala, 
özünü oda 
vurmaq
isə Cənuba xas frazemdir, Yəni frazeoloji vahidlər arasındakı fərqlilik yalnız bir sözlə bağlıdır. 
Özünü suya vurmaq
sabit söz birləşməsi isə Şimalda qeydə alınmır. Göründüyü kimi, II komponentin 
yerində 
suya
sözü işlənir ki, bu Şimal konteksti üçün xarakterik deyil. 
Fəraq çəkmək
(
Külək, ətirli külək Asta daraq çəkərdi. Çəkməyəndə elə bil O da fəraq çəkərdi
– Əli 
Tudə) frazeoloji vahidi Şimal dil məkanında 
dərd çəkmək, əzab çəkmək, fikir çəkmək
frazemləri ilə əvəz 
olunur. Əslində 
fəraq 
kimi dərd, əzab, fikir sözləri də alınma lüğəvi vahidlərdir. Məsələ burasındadır ki, 
dərd, əzab, fikir
sözləri əcnəbi sözlər nizamında dayansa da, Şimal dil mühitində, çox böyük işlənmə 
tezliyinə malikdir və əgər belə demək mümkündürsə, onlar artıq türkləşmiş ərəb-fars sözlərindən sayılır. 
Fəraq
sözü isə Şimalda ədəbi dil faktı deyil. 
Gərəyə gəlmək
(
Qardaş! Gərəyə gəlsəm Məni birinci yazdır!
– Əli Tudə) frazeminin tərkibindəki 
hər iki söz də Şimal kontekstində qeydə alınır. Fəqət bu frazeoloji vahidin paraleli kimi «lazım olsam» 
tərkibi feili işlənir. Ümumən frazemin daşıdığı məzmun «mənə ehtiyac olsa», yaxud «mənim köməyimə 
ehtiyac duyulsa» mənaları ilə üst-üstə düşür. 
Cənub şeir dilində elə feili frazeoloji vahidlərə də rast gəlinir ki, komponentlərindən biri arxaikliyi 
ilə seçilir: 
Gömülsün torpağa kədər, qüssə, qəm, Elin çöhrəsində görməyim ələm
(Hökumə Billuri). İlk 
baxışda «
torpağa basdırılsın
»
mənasının daşıyıcısı kimi nominativlik diqqəti çəkir. Fəqət söhbət «kədər, 
qüssə, qəmin torpağa gömülməsindən» gedirsə, onda məcazilik ön plana çəkilir. Frazemin tərkibindəki 
gömmək, gömülmək
sözləri öz fəallığını itirən və dilin qeyri-aktiv qatında – arxaik qatında yerləşən leksik 
vahidlərdəndir. Bu da qeyri-təbii qəbul edilməməlidir. Çünki frazemlərin komponentləri fəal sözlərdən 
təşkil olunduğu kimi, tərəflərdən hər hansı biri arxaik sözlərdən də ibarət ola bilər (21, 5, s. 72). Bu arxaik 
söz təbii ki, həm qədim türk sözlərindən, həm də alınma sözlərdən təşkil oluna bilər. Onu da xatırladaq ki, 
gömmək
sözü bu gün Türkiyə türkcəsində ədəbi dil faktı kimi öz fəaliyyətini davam etdirməkdədir. 
Dildən salmaq
(
Bizi dildən saldı, həvəsdən saldı, Heyvan öküzü də nəfəsdən saldı
– Söhrab 
Tahir) frazemi də Şimal kontekstində «əldən-dildən salmaq» //düşmək» şəklində işləkdir. Hər ikisində 
«yormaq» məna uyğunluğu qorunur. Burda ilk komponentin (
əldən
) düşümü ilə rastlaşırıq. Elə bu da 
həmin frazemin bir qədər dəyişilmiş formasını təzahır etdirir. 
Göründüyü kimi, Cənub-Şimal frazemlərinin müqayisəli qarşılaşdırılması elə böyük bir fərqliliyi 
ortaya qoymur. Zənnimizcə, bu ondan irəli gəlir ki, siyasi tələblər ucbatından müxtəlif coğrafi 
koordinatları paylaşsa da, hər iki dil mühitinin təmsilçiləri eyni bir dilin aparıcıları idi. Onu da vurğulasaq 
ki, Cənub şairləri sonradan Şimalda məskunlaşmış və artıq müstəqil Azərbaycan dili əhatəsində yaşamağa 
başlamışlar, onda fərqli cəhətlərin az olmasının səbəbi bir daha aydınlaşar. Bu həm də onu göstərir ki, 
frazeoloji birləşmələr əsasən ümumxalq dilindən hazır gəlsə də, yeniliyə imza atan fərdi-üslubi 
neologizmlər az da olsa, dilin lüğət tərkibində yer almaqdadır. Bu, birbaşa ənnənədən novatorluğa keçid 
deməkdir. 
Ədəbiyyat 
1.
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007, 568 s. 
2.
Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, III cild. Bakı: Elm, 1983, 555 s. 
3.
Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, IV cild. Bakı: Elm, 1987, 541 s. 
4.
Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, II cild. Bakı: Şərq-Qərb, 2006, 792 s. 
5.
Bayramov H.A. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı: Maarif, 1978, 176 s. 
6.
Cavad Heyət. İki dilin müqayisəsi. Bakı: Elm, 1991, 100 s. 
7.
Ərəb və fars sözləri lüğəti. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1967, 1036 s. 
8.
Коклянова А.А. О границах фразеологии тюркских языков /Вопросы фразеологии. Самарканд: 
Изд-во Самаркандского Университета, 1961, с. 100-112 
9.
Гак В.Г. Сопоставительная лексикология. Москва: Международные отношения, 1977, 264 с. 
10.
Mirzəliyeva M.M. Türk dilləri frazeologiyasının nəzəri problemləri. Bakı: Azərbaycan Ensiklopediyası, 
1995, 146 s. 
11.
Пюрбеев Г.Ц. Глагольная фразеология монгольских языков. Москва: Наука, 1972, 208 с. 
12.
Розенталь Д.Э. Практическая стилистика русского языка. М.: Высшая школа, 1977, 316 с. 
13.
Seyidov Y. Əsərləri. I cild. Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, 628 s. 
14.
Türkce sözlük. Baskı 4. Ankara, 2005, 2244 s. 


M.P.Vaqif və müasirlik 
204
ABDULLAYEVA MƏLAHƏT 
Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC 
NƏQLİ VƏ SUAL CÜMLƏLƏRİNİN FRANSIZ VƏAZƏRBAYCAN DİLLƏRİNDƏ 
LEKSİK-SEMANTİK VƏ MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər:
kommunikativ növ (funksiya), xüsusi suallar, ritorik suallar, alternativ suallar, 
intonasiya 
Transition and questionnaire in French invisible languages lexicic-sensitivity and
morphological features 
The scientific paper prsents theoretical and partical study of the interrogative sentence of Modern 
French and Azernaijani lanuguages along with detalied description of their similar and distinctive features. 
The sentences with certain degree of intonation basically used to get answer to the question and sometimes 
for the imperative expression in an emotional way or to induce an interlocutor for certain action are called 
the interrogative sentences. 
Keywords:
communicative type function, constituent questions, rhetorical questions, disjunctive 
questions, intonation
Məlum olduğu kimi, nitq vasitəs ilə ünsiyyət zamanı ifadə edilən məqsəddən asılı olaraq, hər hansı 
dilə xas olan cümlələr əsasən, üç şəkildə təzahür edir: nəqli, sual, əmr. Nəqli cümlələrdə obyektiv həqiqətlər 
haqqında müəyyən məlumat verilir. Sual cümləsində isə danışan ona məlum olmayan bir anlayışı alınacaq 
cavabla aydınlaşdırmaq istəyir. Əmr cümlələrində danışan şəxs müsahibini müəyyən bir işə təhrik edir.Sual 
ilk növbədə məlum olmayan öyrənmək, başqalarından cavab almaq məqsədi daşıyır. 
Müasir Azərbaycan və fransız dilində sual cümlələri probleminə dair bir sıra məqalə, dərslik və 
monoqrafiyalarda indiyədək geniş şəkildə tədqiqat işləri aparılmışdır. Bu baxımdan təqdim etdiyim bu 
məqalə sual cümləsinin ümumiyyətlə suallıq kateqoriyasının, digər tərəfdən sual cümləsinin formal, 
sintaktik-semantik və intonasiya cəhətdən obyektiv təbiətinin aşkar edilməsinə dəlalət edir.Sual cümləsinin 
sintaktik-morfoloji və intonasiya xüsusiyyətləri üzrə tədqiqindən sonra bu cümlələrin tərifinin aşağıdakı 
şəkildə verilməsini də bitkin və doğru hesab edirik:Bu və ya digər dərəcədə sual intonasiya olan, əsasən 
cavab almaq üçün, bəzən emosional tərzdə hökm ifadə etmək, bəzən də müəyyən iş görülməsinə təhrik 
etmək məqsədi ilə işlədilən cümlələrə sual cümləsi deyilir.Sual kateqoriyası dilçilikdə mübarizə doğuran bir 
sahəsidir. İndiyə qədər hələ sual cümlələrinin yaranması, növlərə ayrılması, təsnifat prinsipləri, onların 
intonasiya xüsusiyyətləri tam dəqiq edilməmişdir. Bu barədə müxtəlif mülahizələr, fikirlər, noqteyi-
nəzəriyyələr mövcuddur. Sual cümlələri müəyyən cavab almaq üçün müəyyən informasiya əldə etmək 
məqsədi ilə işlədilir. Belə ki, sual ilk növbədə məlum olmayanı öyrənmək, başqalarından cavab almaq 
məqsədi daşıyır. Sual cümlələrinin işlədilməsində məqsəd həmişə eynidir: danışana məlum olmayan şey və 
hadisələri, hal, hərəkət, əlamət və s. müəyyən etmək. Demək, sual cümlələri bilmədiklərimizi öyrənmək və 
ya təxmini bildiklərimizi dəqiqləşdirmək məqsədi ilə işlədilir. Sual cümlələrinin biri-digərindən həm 
qrammatik, həm də intonasiya, aksent-melodik struktur baxımından fərqlənir. Sual cümləsinin yaranmasında 
intonasiya çox üstünlüyə malikdir. Sual cümlələrinin özünəməxsus xüsusi sual intonasiyası olur. Bu 
intonasiya sual cümlələrini başqa cümlə növlərindən ayıran əsas vasitələrdəndir. Sözlər və qrammatik 
kateqoriyalar ünsiyyət vasitəsi üçün nitq prosesində fikir ifadə edən cümləni ayrı-ayrı 
komponentlərindəndir.Nitq prosesindəki cümlənin daimi və çox vacib komponentlərindən biri olan 
intonasiya, cümlədən ayrı müstəqil şəkildə mövcud deyildir. Dilçi alim F. Veysəlov “Alman dilinin 
fonetikası” kitabında intonasiyadan danışarkən bildirir ki, intonasiyasız cümlə olmadığı kimi, cümləsiz də 
intonasiya mövcud deyildir. 
Cümlələrdə yürüdülən məqsəddən asılı olaraq cümlənin tələffüz xüsusiyyətləri, aksent-melodik 
strukturun, bütövlükdə onun intonasiyası da dəyişir.Belə ki, hər bir cümlə məqsəddən asılı olaraq 
özünəməxsus intonasiyaya – deyiliş, xüsusiyyətinə, aksent-melodik qəlibə malikdir. Danışanın məqsədi və 
münasibəti intonasiyanın əsasıdır. İntonasiya isə, öz növbəsində, məqsədin, münasibətin, göstəricisi, 
müəyyənləşdiricisidir. Danışan öz nitqindəki cümlələri hansı münasibətlə, məqsədlə dediyini dinləyiciyə 
çatdırmaq üçün cümləni müəyyən aksent-melodik modellə ifadə etməli olur. Əgər cümlələr arasında 
intonasiya, aksent-melodik baxımdan fərq olmasaydı, dinləyici müxtəlif məqsədlə deyilmiş eyni leksik 
quruluşlu “Yağış yağır?” cümləsi arasında heç bir fərq qoyula bilməzdi. Odur ki, cümlənin bu cəhətdən 


M.P.Vaqif və müasirlik 
205
fərqlənməsində, onların kommunikativ növlərə ayrılmasında, eləcə də sual cümlələrinin özlərinin kommu-
nikativ növlərə bölgüsündə intonasiyanın çox böyük rolu vardır. İntonasiya bir çox hallarda sual cümləsinin 
əmələ gəlməsində yeganə vasitə kimi çıxış edir. Göründüyü kimi, sual cümlələri məzmunca zəngin, 
özünəməxsus intonasiya çaları olan kommunikativ bir növdür. Fransız dilçi alimi Ş.Balli sual cümlələrinin 
kommunikativ funksiyasından danışarkən qeyd edir ki, sualı da kommunikasiya hesab etmək lazımdır, çünki 
o, danışanın fikrində olan müəyyən təsəvvürlərin əlaqəsini təşkil edən müşahidələrdən biridir. Danışan öz 
müsahibələrindən bu əlaqənin həqiqiliyi haqqında təsdiq və ya inkar cavab gözləyir. Sual cümləsi insan 
təfəkkürünü genişləndirən üsullardan biridir. Bu cümlələrdə məqsəd olur ki, özünə yönəldilmiş nitqdə cavab 
almaq istəyir. Ünsiyyət prosesində qarşıya qoyulmuş məqsəd baxımından suallar müxtəlif olur. Sual bəzən 
ifadə edilən fikrə bütövlükdə, bəzən onun bir hissəsinə aid olur. Bir Sıra hallarda sual iki fikirdən hansının 
həqiqətə uyöun olmasını müəyyənləşdirmək məqsədi ilə verilir. Bəzən isə sual cavab almaq üçün işlənir. 
1. Sual cümlələrinin qrammatik quruluşuna görə növləri
. Sual cümlələrinin qrammatik quruluşu 
dedikdə, bir sual cümlənin əmələ gətirilməsində ilk növbədə elə qrammatik vasitələrə əsaslanmağı nəzərdə 
tuturuq ki, bunlarsız sual cümləsi qurmaq mümkün deyildir. Azərbaycan dilində sual əmələ gətirən belə 
vasitələr bir qism sual cümlələrində sintaktik-morfoloji, bəzilərində isə yalnız üsuldan ibarətdir. 
Dilimizdə işlənən bütün sual cümlələri sintaktik cəhətdən quruluşuna görə ya əvəzlikli, ya da 
əvəzliksiz olur. Bu cəhətdən dilimizdə başqa növ sual cümlələri mövcud deyildir. Əvəzlikli sual 
cümlələrində cümlə üzvlərindən biri, bəzən də bir neçəsi məlum olmur. Sualı verən alınacaq cavabla 
naməlum üzvü müəyyənləşdirir. 
Sualın mərkəzi belə cümlələrdə sual əvəzliyi və ya sual zərfliyi ilə ifadə olunmuş cümlə üzvündə 
özünü göstərir. Əvəzlikisz sual cümlələrində məntiqi vurğunun yeri sabit deyil, yəni hər dəfə konkret 
cümlənin ifadə məqsədindən asılı olaraq, o, istənilən cümlə üzvü üzərinə düşə bilər. 
2. Sual cümlələrinin ifadə məqsədinə görə növləri: 
Sual cümlələrinin ifadə məqsədi dedikdə, sual 
cümləsi vasitəsilə danışan kimdənsə cavab gözləyib, nəyi isə müəyyənləşdirməyi, emosional tərzdə hər hansı 
bir məlumatı təsdiq və inkar etməklə hökm verməyi, müsahibi bir iş görməyə təhrik etməyini nəzərdə 
tuturuq. İfadə məqsədinə görə sual cümlələri dörd əsas yarımqrupa bölünür. 
1) Ümumi suallar (question totale) 
2) Xüsusi suallar (Question partielle) 
3) Alternativ suallar (Question alternative) 
4) Ritorik suallar (Question ritorique) 
1) Bütövlükdə cümləyə aid olan “bəli” (oui) və “xeyir” (non) cavabları tələb edən sullara ümumi 
suallar deyilir. Bu tip sual cümlələrində sual intonasiyası əsas vasitə kimi iştirak edir. Məsələn: Siz bu adamı 
tanıyırsınız? 
Fransız dilində bu növ sualların ifadə vasitəsi olan cümlələri, bir qayda olaraq köməkçi və ya 
yarımköməkçi feillə, ya da modal feillə başlayır. Hər iki dildə bu növ sual cümlələrnə xas olan müstəsna 
xüsusiyyət ondan ibarətdir ki, istər müasir fransız dilində, istərsə də Azərbaycan dilində ümumi sual 
cümlələri cümlənin ümumi məzmununa aid olur və “bəli” və ya “xeyr” sözləri ilə cavab verilir. 
2) Cümlənin hər hansı bir üzvünə aid olan suallar xüsusi suallar deyilir, Bu qəbildən olan sual 
cümlələri adətən ya 1) sual əvəzliyi, ya da 2) sual zərfi ilə başlanır. Hər iki dildə çüşahidə edək, fransız 
dilində: Qui est-ce qui pu vous reconter ça? Azərbaycan dilində-Nə üçün mənə əvvəlcədən ac olduğunuzu 
demirdiniz? 
3) İki fikirdən birini müəyyənləşdirmək məqsədi ilə işlədilən suallar alternativ suallar deyilir. 
Alternativ sual öz bağlayıcısı ilə bir-birinə bağlanan iki və daha çox ümumi sualdan ibarət olur. Alternativ 
sualın quruluşu ümumi suallara oxşar olsa da, onlar da xüsusi suallar kimi tam cavab tələb edir. 
4) Cavab almaq üçün deyil, müraciət olunan şəxsi əmin etmək üçün işlədilən suallar ritorik suallar 
deyilir. Ən çox bədii ədəbiyyatda istifadə olunan sulaın bu növünə müqayisə olunan hər iki dildə rast gəlirik. 
3. Sual cümləsinin ümumi xarakterinə görə növləri. 
Sual cümləsinin ümumi xarakteri dedikdə 
sualın ilk dəfə verilə bilməsi ilə yanaşı, təkrar şəkildə verilə bilməsi nəzərdə tutulur. 
Təkrar sual cümlələri Azərbaycan dilində daha geniş yayılmışdır. C.Axunov “Azərbaycan dilində sual 
cümlələri” monoqrafiyasında təkrar sual cümlələri onlarar xas olan xüsusiyyətlərinə görə üç növə ayırır. 
1.
Xüsusi təkrar sual (Danışan özü öz sualını təkrar edir). 
2.
Nidalı təkrar sual (Müsahib danışanın bayaq dediyini ona təkrar etdirir). 
3.
Təkrar sorğulu sual (Müsahib danışanın əvvəldə dediyini ona təkrar edir). 
Qeyd etmək lazımdır ki, fransız dilində də təkrar sualların bir sıra maraqlı xüsusiyyətlər artıq 
öyrənilmişdir. Azərbaycan dilində isə zaqda C.Axunova qədər xüsusi tədqiqat işi aparılmışdır. 
Beləliklə, söylədiklərimizi yekunlaşdıraraq belə qərara gəlirik ki, müqayisə olunan müasir fransız və 
Azərbaycan dillərində sual cümlələrinin bir çox oxşar xüsusiyyətləri vardır. Hər iki dildə bu növ sual 


M.P.Vaqif və müasirlik 
206
cümlələrinə xas olan başlıca xüsusiyyət ondan ibarətdir ki, onlar adətən iki ümumi sualdan ibarət olur. Bu 
sual cümlələri “yaxud” bağlayıcısı ilə əlaqələndirilir: birinci hissədə qalxan, ikinci hissədə isə duşən ton 
işlədilir. Alternativ suallar həmişə müsahibdən tam cavab tələb edir. Bu sual cümlələrinin bəzlərinin 
xəbərləri eyni sözün iki dəfə təkrarından ibarət olur, bunlardan biri təsdiq, digəri isə inkarda işlənir. İstər 
müasir fransız dilində, istərsə də Azərbaycan dilində bəzi hallarda sual cümlələri əsas məqsədindən – cavab 
almaq məqsədindən kənara çıxır. Hər iki dildə ritorik suallar forma xüsusiyyətlərinə görə sual cümlələrindən 
ibarətdirsə, lakin onlar məzmunca təsdiq və ya inkar hökmü bildirilər. Belə sual cümlələrinə “cavab tələb 
etməyən sual”da deyilir. 
Beləliklə, sual cümlələrinin təsnifatından aydın olur ki, bu cümlələr öz mahiyyətinə görə həqiqətən 
çoxcəhətli, olduqca əhatəli və dinamikk kommunikativ növdür. Məlum olduğu kimi, sual eyni kateqoriya 
olaraq bütün dillərdə mövcud olsa da, onun vasitələri hər dilin öz daxili inkişaf qanunlarına müvafiq olaraq 
müxtəlif olur. Tədqiqat göstərir ki, Azərbaycan dilində də sual əmələ gətirən vasitələr müxtəlifdir. Dilimizdə 
elə cümlələr vardır ki, onlarda sual yalnız intonasiya ilə əmələ gəlir. Yuxarıdakı sual cümlələri nəqli 
cümlələrdən yalnız intonsaiya ilə fərqlənir ki, həmin cəhət də sual ifadə edilməsi ilə əlaqədardır. Əgər o 
cümlələrin intonsaiyasını dəyişsək, onlar asanlıqla nəqli cümlələrə çevrilə bilər. Yazıda isə onların axırında 
sual işarəsi deyil, nöqtə qoysaq, onlar nəqli cümlələr kimi oxunar. Həmin növ cümlələrdə sual 
kateqoriyasının yeganə vasitəsi sual intonasiyasıdır 
ABDULLAYEVA ÜLKƏR 
Bakı Dövlət Universiteti 
KOQNİTİV DİLÇİLİKDƏ KONSEPTİN MƏZMUN VƏ STRUKTURU İLƏ BAĞLI
MÜXTƏLİF YANAŞMALAR 
Açar sözlər: 
koqnitiv dilçilik, konsept, anlayış,paradiqma, linqvokulturologiya 
Different approaches belonging to the content and structure of the concept in cognitive linguistics 
There are extensive meaning of the concept comparing with notion in cognitive linguistics. Linguo 
culturology consists of the three component such as understanding, figurativeness and importance according 
to the opinion of many linguists. The terminology of “concept” uses in two new paradigms consisting of 
cognitive linguistics and linguo culturology right now. There are two approaches related with concept in the 
science of linguistics. These approaches give opportunity concluding that concept could perform such as 
collective understanding unite which expresses with the language, has ethno-cultural features and orients to 
the high worth. 
Keywords:
cognitive linguistics,
concept, notion, paradigm, linguo culturology 
Hal-hazırki yaşadığımız dövrdə koqnitivizm təkcə dilçilikdə deyil, bütün elm sahələrində özünü 
göstərməkdədir. Koqnitivizmin kökündə dayanan koqnisiya informsiyanın qəbulu , həzm edilməsi və 
yenidən təqdim edilməsi mənasında işlənir. Heç şübhəsiz informasiyanın yenidən təqdim edilməsi dildə baş 
verir. Koqnitiv istiqamət dilçiliyi bir nömrəli elm kimi dəyərləndirir. Koqnitiv dilçiliyin fundamental 
anlayışları sırasına təfəkkür, idrak, bilik, anlayış, konsept, konseptləşmə, konseptual sistem, koqnisiya, 
koqnitiv qəlib, koqnitiv sütun, dünyanın mənzərəsi, verballaşma, milli mentalitet, mədəniyyət və mədəni 
məkan daxildir. (8, s. 8-9) 
Koqnitiv dilçilik mədəniyyəti dillə, dili isə milli təfəkkürlə üzvi şəkildə nəzərdən keçirir. Koqnitiv 
dilçilik “konsept” anlayışını ön plana çəkir və bu zaman heç şübhəsiz konseptuallaşma prosesi koqnitiv 
araşdırmalarda xüsusi yer tutur. Konsept anlayışını məfhum anlayışı ilə eyniləşdirmək olmaz. Çünki bunlar 
kifayət qədər fərqli terminlərdir. Dilçilikdə sözün leksik mənasının əsas komponentləri kimi aşağıdakılar 
hesab olunur. 1.denotat. 2. siqnifikat. 3. konnotasiya. Xalqın kütləvi şüurunda ayrı-ayrı əşyaların və 
hadisələrin yaratdığı tipik obrazlar sözün leksik mənasının denotat hissəsini təşkil edir. Məfhumlar isə leksik 
mənanın siqnifikat adlandırılan komponentini təşkil edir. Leksik mənanın üçüncü komponenti olan 
konnotasiya dedikdə, konseptual nüvəyə əlavə edilən dəyərləndirici, emosional və obraz yaradan məna 
çizgiləri nəzərdə tutulur. Koqnitiv dilçilikdə konseptin məzmunu hər üç komponentin iştirakı ilə formalaşır. 
İstənilən konseptin təşkilində mədəni informasiya əsas rol oynayır. Azərbaycanlı dilçi alim E.Piriyev 
apardığı araşdırma əsasında belə nəticəyə gəlmişdir ki, koqnitiv dilçiliyin əsas termini və ya anlayışı 
“konsept”dir (8, s. 14). E.Piriyev yazırdı ki, “dilin semantik sistemini təşkil edən fundamental konseptlərin 


M.P.Vaqif və müasirlik 
207
təhlili sübut edir ki, məntiqi baxımdan da dillər fərqlənir. Başqa sözlə deyilsə, milli mentalitetlərin də 
mühüm fərqləri bir tərəfdən dildə əks olunur, digər tərəfdən isə dillə müəyyən olunur. Hər halda dil 
vahidlərinin təşəkkülü koqnitiv bazada baş verir. Bəzi hallarda bu koqnitiv baza müasir dil səviyyəsində dərk 
olunur, bəzi hallarda isə dərk olunmur, “oxunmur”. Koqnitiv baza bizə qaranlıq qalanda bu heç də onun 
olmaması demək deyil” (8, s. 65). 
Koqnitiv dilçilik hər şeydən əvvəl dərketmənin konseptual məzmununa diqqət yetirir. Bu zaman əsas 
məsələ ondan ibarət olur ki, insanlar dünya və özləri haqqında nə bilirlər və bunu haradan bilirlər? Koqnitiv 
dilçilik üçün dil ilə gerçəklik arasındakı əlaqə həmişə insanın özünün başa düşdüyü fəaliyyəti ilə müəyyən 
olunur.Y.S.Kubriyakovanın yazdığı kimi linqvistika getdikcə daha çox izahedici xarakter alır. Koqnitiv 
elmlər dilçiliyin imkanlarını genişləndirir. Belə ki, koqnitiv dilçilik metodu daima dil məlumatlarının digər 
təcrübi məlumatlara uyğunluğunu müəyyən edir. Bu zaman tədqiqat üsulu məsələyə daha geniş şəkildə 
sosioloji, bioloji və xüsusilə , psixoloji fonda baxılmasını təmin edir (6, s. 3). 
Qeyd etmək lazımdır ki, ən mühüm konseptlər dildə ifadə olunur. Konsept” və “ əhəmiyyət” koqnitiv 
mahiyyət daşıyır. Əhəmiyyət kimi konsept də gerçəkliyin dərk edilməsində əks olunan proseslərin 
nəticələrində ifadə olunur. Konsepti əhəmiyyətdən ayıran bəzi alimlər belə hesab edirlər ki, konsept yalnız 
etno-mədəni (kulturoloji, lonqvokulturoloji,milli) xüsusiyyətlərə malik olan kollektiv biliyin vahidi kimi 
çıxış edir (3, s. 52). 
Dilçi alim S.A.Vinoqradova konseptlə əhəmiyyətin qarşılıqlı münasibətləri ilə bağlı yazırdı ki, idrakın 
koqnitiv məkanı dil dərketməsi ilə kəsişəndə söz konseptə yol açır və bu zaman dilin semantik sistemi 
dərketmənin koqnitiv strukturu ilə üst-üstə düşür və yaxud uzlaşır (3, s. 54). Bütün bu yanaşmalar əsasında 
belə bir ümumi nəticəyə gəlmək olar ki, koqnitiv dilçilikdə konsept daha geniş anlayışdır və bu anlayışa dil 
vahidləri ilə yanaşı digər koqnitiv informasiyalar da daxildir. 
Keçmiş SSRİ və onun tərkibində olan Azərbaycanın dilçilik elmində daha çox “məfhum” və “anlayış” 
terminlərinə üstünlük verildiyindən konsept anlayışı bir qayda olaraq işlənməmişdir. XX əsrin 90-cı illərində 
postsovet məkanında, o cümlədən Azərbaycanda “konsept” termini linqvistika ilə məşğul olan alimlərin 
əsərlərində tədricən görünməyə və işlənməyə başladı. Qonşu Rusiyanın dilçilik elmində bu termin daha çox 
D.S. Lixaçov (7, s. 280-287) və Y.S. Stepanovun (9, s. 40-43) elmi əsərlərində yer almışdır.
“Konsept” sözü latın dilində “concipere” feilindən yaranmışdır. “Başlanğıc”, “rüşeym”, “cücərti” 
mənasını verir. Y.S. Stepanova görə “konsept” daha böyük həcmli hadisə olub, öz quruluşuna görə 
anlayışdan və anlayış haqqında çox zaman obrazlı şəkildə ifadə olunan təsəvvürdən ibarətdir (9, s. 40). 
Konsept yüksək dərəcədə mücərrəd və mental varlıq olub,daha çox sözlərlə bağlıdır. Konseptin 
semantik tərkibinə dil işarələrinin bütün praqmatik informasiyaları daxildir. Dilçi alim Teliyaya görə dil 
konseptinin semantikasının ən mühüm komponentlərindən birini sözün koqnitiv yaddaşı, həmin dilin əzəli 
təyinatı və dil daşıyıcılarının mənəvi dəyərlər sistemi ilə bağlı olan dil işarələrinin daşıdığı məna yükünün 
özünəməxsusluqları təşkil edir (10, s. 235). 
Konseptuoloji baxımdan təbii dilin semantik vahidlərinin özünəməxsusluqlarını təyin edən və həmin 
dilin daşıyıcılarının “dünya dil mənzərəsində” öz əksini tapan etnik-mədəni komponentləri daha vacib amil 
kimi çıxış edir.
Anlayış və ya məfhum kimi “konsept” də koqnitiv qaydanın vahidi hesab olunur. Lakin konseptin 
arxitektonikası struktur-məna baxımından anlayışın arxitektonikasından daha mürəkkəbdir. 
Dilçi alim S.Q.Vorkaçev linqvokultur konseptin quruluşca 3 tərkib hissədən ibarət olduğunu qeyd 
etmişdir. Birincisi, konseptin əlamətini və definisyon strukturunu əks etdirən başa düşülən hissə. İkincisi, 
obrazlılıq – dil dərketməsində
konseptə dayaq olan koqnitiv metaforalar. Üçüncüsü, əhəmiyyətlilik- konkret dilin leksik-qrammatik 
sistemində konseptin adının müəyyən olunmasını əks etdirir və bu tərkib hissəyə dilin etimoloji və assosiativ 
xüsusiyyətləri də daxildir (4, s. 115-117,124). 
Başqa bir dilçi alim V.İ.Karasuk da konseptə təxminən S.Q.Vorkaçev kimi yanaşmışdır. Onun fikrinə 
görə konsept başa düşünülən, obrazlı ifadə olunan və əhəmiyyətli - dəyərli kimi 3 əsas komponentdən 
ibarətdir.
Heç şübhəsiz anlayış konseptin lap dərinliklərində yer tutsa da, anlayışdan dan fərqli olaraq konsept 
nəinki təkcə düşünür, həm də yaşayır. Bundan belə nəticə çıxarmaq olar ki, konsept həcmcə anlayışdan daha 
geniş məfhumdur. 
Anlayış və məfhumdan öz fikir yükünün böyüklüyünə görə fərqlənən və daha geniş termin olan 
konsept rus alimi Y.S. Stepanovun mülahizəsinə görə 3 əsas komponentdən ibarətdir: 1. əsas, vacib əlamət. 
2. əlavə və yaxud passiv əlamət; bu əlamət vacib olmasa da, tarixi xüsusiyyət daşıyır. 3. daxili forma - adətən 
tam dərk olunmur və söz formasında ifadə edilir (9, s. 40-43). Birinci - əsas komponent hər hansı bir dilin və 
ya mədəniyyətin bütün daşıyıcılarına bəllidir, və hər hansı bir etnik birliyin – xalqın və ya millətin 


M.P.Vaqif və müasirlik 
208
nümayəndələri üçün ünsiyyət rolunu oynayır. İkinci, yəni əlavə hesab edilən əlamət etnosun bütün 
nümayəndələri üçün deyil, müəyyən sosial qrupların nümayəndələri üçün əlçatandır. Üçüncü komponent- 
daxili forma və ya etimoloji əlamət hər hansı bir dil və ya mədəniyyətin daşıyıcıları üçün daha az 
əhəmiyyətli hesab olunur.
Qeyd etmək lazımdır ki, dilçilik elminin bütün nümayəndələri arasında konsept, onun mahiyyəti və 
təsnifatı ilə bağlı hələ də vahid yanaşma mövcud deyildir. Rus alimi A.P.Babuşkin struktur-semantik 
tipologiyası baxımından konsepti 2 yerə bölür. 1. leksik. 2. frazeoloji (2, s. 12,50-53). Başqa bir rus alimi 
D.S.Lixaçov isə konsepti aşağıdakı şəkildə qruplaşdırmışdır: 
1. Universal ( məsələn: həyat və ölüm) 
2. Etnik (məsələn: yurd, ocaq) 
3. Qrup ( məsələn: aktyor və tamaşaçı üçün səhnə) 
4. Fərdi ( konkret bir şəxsin mədəni səviyyəsindən asılı olan) (7, s. 280-287) 
M.M.Angelova konseptlə bağlı müxtəlif yanaşmaları təhlil edərək belə bir nəticəyə gəlmişdir ki, 
konsept termini hal-hazırda 2 yeni paradiqmada istifadə olunur. 1.koqnitiv dilçilik. 2.linqvokulturologiya. 
Koqnitiv dilçilik istiqəmətinin nümayəndələri ( Y.S.Kubriyakov, N.A.Boldırev, İ.A.Sternin, 
A.P.Babuşkin) belə hesab edirlər ki, konsept gerçəklikdə mövcud olan faktı bütöv, bölünməz şəkildə əks 
etdirən operativ dərketmə vahididir. Ətraf aləmin hadisə və predmetlərinin dərk edilməsi prosesində yaranan 
bu konsept insanın bütün fəaliyyətinin nəticələrini, onun biliklərini, təcrübəsini və ətraf aləmin müəyyən 
vahidləri – bilik “kvantları” şəklində dərketməsinin nəticələrini özündə əks etdirir.
İkinci – kulturoloji istiqamətin nümayəndələri (A.Vejbiçskaya, D.S.Lixaçov,Y.S. Stepanov, 
L.O.Çeynenko, S.X.Lyapin, V.İ.Şaxovski və başqaları) konsept anlayışını bu və ya digər dərəcədə etno-
semantik xüsusiyyətləri olan mental yaranış hesab edirlər (1, s. 5). 
Dilçilik elmində konseptə 3 əsas yanaşma mövcuddur. Birinci yanaşmaya görə sözün geniş mənasında 
konseptə o leksemlər daxildir ki, həmin leksemlər milli dil dərketməsinin məzmununu özündə əks etdirir və 
belə konseptlər dil daşıyıcılarının sadə şəkildə olan dil mənzərəsini formalaşdırır. D.S.Lixaçova görə bu tipli 
dil konseptləri özündə millətin mədəniyyətini cəmləşdirir (7, s. 280-287). Bu cür yanaşmada əsas araşdırma 
metodunu konseptual model təşkil edir ki, onun köməyi ilə konseptin semantikasının baza komponentləri və 
onlar arasında davamlı, sabit əlaqələr üzə çıxarılır. İkinci yanaşma konseptin daha dar çərçivədə dərk 
edilməsini əks etdirir. Bu yanaşmanın müəllifləri Y.S.Stepanov və Neroznak müəyyən linqvokultur 
özünəməxsusluqları və semantik törəmələri sözün dar mənasında konseptə aid edirlər. Nəhayət, üçüncü 
yanaşmanın tərəfdarları konseptə yalnız sayı xeyli dərəcədə məhdud olan semantik törəmələri aid edirlər. 
Belə konseptlər milli mentalitetin dərk edilməsi üçün açar rolu oynayır (1, s. 5). 
Linqvistikada konseptlə bağlı müxtəlif yanaşmaların təhlili belə bir ümumi nəticəyə gəlməyə əsas 
verir ki, konsept - dillə ifadə olunan və etno-kultur xüsusiyyətlərə malik olan və yüksək dəyərlərə yönələn 
kollektiv dərketmə vahidi kimi qiymətləndirilə bilər. 
Ədəbiyyat 
1.
Ангелова М.М. «Концепт» в современной лингвокулътурологии/ М.М.Ангелова// Актуалъные 
проблемы английской лингвистики и лингводидактики. Сборник научных трудов. Выпуск 3.-М., 
2004.-С. 3-10. 
2.
Бабушкин А.П. Типы концептов в лексико-фразеологической семантике языка. Воронеж, 1996.С. 
Изд-во ВГУ, 1996. - 104 с.
3.
Виноградова С.А. Когнитивная лингвистика о значении и концепте – Вопросы когнитивной 
лингвистики. № 2. 2014 г. С. 50-55. 
4.
Воркачев С.Г. Безразличие как этносемантическая характеристика личности: опыт 
сопоставительной паремиологии // ВЯ. 1997. № 4. C.115-124 
5.
Кибрик А.Е. Лингвистическая реконструк-ция когнитивной структуры // Вопросы языкозна-ния. 
2008. № 4. С. 51-77. 
6.
Кубрякова Е.С. Семантика в когнитивной лингвистике (о концепте контейнера и формах его 
объективации в языке) // Известия АН. Серия литературы и языка. 1999. № 5-6. С. 3-12. 
7.
Лихачев Д.С. Логический анализ языка. Культурные концепты. М., 1991, 287 c. 
8.
Piriyev E. Koqnitiv dilçilik üzrə praktikum. Dərs vəsaiti. Bakı: Mütərcim, 2012 - 108 s. 
9.
Степанов Ю.С. Константы. Словарь русской культуры. Опыт исследования. М.: Школа «Языки 
русской культуры», 1997. - С. 824 
10.
Телия В.Н. Русская фразеология. Семантический, прагматический и лингвокультурологический 
аспекты. М.: Школа "Языка русской культуры", 1996, 288 с. 


M.P.Vaqif və müasirlik 
209
AĞAYEVA NƏTAVAN 
Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC 
ALMAN DİLİNİN LEKSİK SİSTEMİNDƏ TÜRK MƏNŞƏLİ SÖZLƏRİN İŞLƏNMƏSİNƏ DAİR 
Açar sözlər:
Alman dili, leksik sistem, türk mənşəli sözlər, dilin lüğət tərkibi. 
Turkish words in the contemporary german language 
The article deals with the use of the Azerbaijan and the other turkish words in the contemporary 
german language and their roles and meanings in modern phase of linguistics.Forming of metodic in modern 
German literary language process of reading and translating process as well as lexic material.While word-
formation of main parts of differet words,the mutual relation between these parts may be various. 
Keywords: 
German language, lexical system, turk of origin words, dictionary composition of 
language 
Müasir dillərin hər birinin lüğət tərkibini təşkil edən sözlər həmin dil sistemində bu və ya digər 
xüsusiyyətlərinə görə ümumiləşərək müəyyən qruplar əmələ gətirir,belə ki,qrammatik əlamətlərinə görə 
oxşar olan sözlər,yeni vahidlərin yaranmasında oxşar modellər təşkil edən sözlər,müəyən üslubi sahələrdə 
işlənmə imkanlarına görə oxşar sözlər və s. müvafiq söz qrupları yaradaraq dilin lüğət tərkibində məhz 
həmin əlamtləri ilə digər qrupa daxil olan sözlərdən asanlıqla seçilirlər. Belə qruplarla yanaşı dilin lüğət 
tərkibini təşkil edən sözlər bir-biri ilə sematik cəhətlərdən də müəyyən əlaqə və münasibətdə bulunaraq bu və 
ya digər söz qruplarının yaranmasına səbəb olur. Həmdə sözlərin lehsik mənalarına görə belə qruplaşması 
həmin sözlərin ifadə etdiyi anlayış və hadisələr arasında mövcud olan bu və ya digər əlaqənin təzahür 
forması kimi meydana çıxır.
Müasir alman dilinin lüğət tərkibində ifadə etdikləri anlayış və hadisələrin bir-birinə münasibətindən 
asılı olaraq,sematik cəhətdən yaxın və ya zidd mənalı,eləcə də eyni formalı, lakin müxtəlif mənalı sözlər 
mövcuddur ki, bu sözlər də həmin əlamətinə görə alman dilinin leksik sistemində müvafiq şəkildə sematik 
söz qruplarınin (sinonim, antonim, omonim) yaranmasına səbəb olur. 
Xarici dillərin öyrənilməsində, xüsusilə leksikanın tədrisində belə söz qruplarının əhəmiyyəti haqqında 
metodik ədəbiyyatda istənilən qədər məlumat verilmişdir. 
Bu məruzədə də alman dilinin lüğət tərkibində müəyyən təbəqə təşkil edir. 
Sinonimik söz qrupları və həmin dilin leksikasının tədrisində belə sinonimlərin rolu haqqında bəzi 
mülahizələr irəli sürülür. 
Dilçilik ədəbiyyatında “sinonim sözlər” adı altında formaca müxtəlif semantik cəhətdən bir-birinə 
yaxın olan eyni və ya oxşar mənalı sözlər başa düşülür ki, bu sözlər də öz növbəsində eyni və ya oxşar 
anlayışları ifadə edirlər. 
Alınma sözlərin söz olan dildə eyni mənalı və ya oxşar məna çalarına malik qarşılıqlı ekvivalentləri ilə 
sinonim olub-olmaması məsələsi isə dilçilikdə hələ tam həllini tapa bilməmişdir. Bəzi dilçilər yalnız 
terminləri və termin xarakteri daşıyan alınma sözləri daxil olduqları dilin oxşar mənalı sözləri ilə sinonim 
sayılırlar. Bu fikrin tərəfdarlarından olan Qalkina Fedoruk yazır: “ Özgə dilin və ana dili sözlərinin nə 
dərəcədə sinonim ola bilməsi məsələsi hələ həll edilməmişdir. Çətin ki,hər bir əcnəbi söz hər hansı bir rus 
sözünün sinonimi ola bilsin” .Digər bir qrup dilçilər isə belə bir fikirdədilər ki,alınma sözlər,onların keçdiyi 
dildə eyni və ya oxşar mənalı ekvivalentləri ilə sinonim ola bilər. S.Cəfərov sinonimlərin əmələgəlmə 
yollarından danışarkən,onları “daxili” və “xarici ” sinonimlər olmaqla iki qrupa bölür və ikinci qrupa daxil 
olan sinonimləri sözlərin başqa dillərdən alınması yolu ilə düzələn sinonimlər adlandırmışdır. Alman dilində 
də sinonim sözlərin yaranma yollarından bəhs edərkən A.İskoz və A.Lenkova yazırlar ki,dildə sinonim 
sözlərin əmələ gəlməsində dilin öz daxili vəsaitindən əlavə,başqa dillərdən alınan sözlər də xüsusi 
əhəmiyyətə malikdir. 
Biz də ikinci qrup dilçilərin sinonimlik haqqındakı fikirlərini əsas götürərkən belə hesab edirik 
ki,alman dilində işlənən,onun lüğət tərkibində müəyyən dərəcədə vətəndaşlıq hüququ qazanan türk 
sözləri,onların həmin dildə eyni mənalı və ya oxşar məna çalarına malik qarşılıqlı ekvivalenti olduğu 
təqdirdə bu ekvivalentlərin leksik sinonimi hesab edilə bilər. 
Məlumdur ki, alman dilində işlənən termin xarakterli “Almandin, Türkiş, Kaschalong, Karagöz, 
Kasatschok”, türk dilli xalqların adət-ənənəsini və həyat tərzini bildirən “Aul, Lurte, Horde, Kischlak, 
Kolym, Aryk, Kibite, Kismet” həmin xalqların adi məişətdə işlətdikləri alət və ərzaq məhsullarının adlarını 


M.P.Vaqif və müasirlik 
210
bildirən “ Tursuk, Burdjuk,Kumys,Kaviaz,Pekmez,Scherbet,Schaschlyk,Pilau ” müxtəlif geyim əşyalarının 
və digər toxuculuq məlumatlarının adlarını bildirən “Kolpak, Dolman, Kaftan, Fes, Taft, Musselin, 
Churdschin, yalnız turk xalqlarına xas olan mənsəb,rütbə,vəzifə,ictimai qrup bildirən “Agha, Bey, Pascha, 
Sultan və s. bu kimi bir çox türk mənşəli alınmaların yeni dil sistemində eyni mənalı və ya oxşar məna 
variantlarına malik qarşılıqlı ekvivalentləri – sinonimləri yoxdur. 
Bununla belə alman dilində işlənən türk sözlərinin müəyyən qismi bu dilin öz sözləri ilə eləcə də 
həmin dilə başqa dillərdən keçən alınma sözlərlə,bəzən də özləri iki türk mənşəli söz bir-biri ilə sinonimlik 
təşkil edə bilir. Bu baxımdan türk sözlərinin köməyi ilə qazanan sinonimlər qrupunu iki yerə ayırmaq olar: 
a) Türk sözlərinin alman dilinin öz sözləri ilə və ya başqa alınma sözlərlə təşkil etdiyi sinonimik 
qruplar. 
b) Türk sözlərinin alman dili zəmində bir-biri ilə öz aralarında təşkil etdiyi sinonimik qruplar. 
Birinci sinonomik qrupu təşkil edən cərgədə türk sözləri alman dilindəki qarşılıqlı ekvivalentləri ilə 
münasibətdə özünü müxtəlif tərzdə biruzə verir,belə ki,həmin sözlər məzmunca bir-birinə yaxın olan 
anlayışları ilə ifadə edə bilər,məs: Quark-Kase. 
Bildiyimiz kimi pendir və onun emalı hələ qədim dövrlərdən almanlara bəlli idi. Və bu anlayışın ifadə 
vasitəsi kimi dildə “justa” sözü işlədilmişdir. Sonralar romalılardan pendir emalının yeni üsulu öyrənilir. Və 
bunun nəticəsində alınan məhsul həmin dildə işlənən “casus” (kase) sözü ilə ifadə olunur. Daha sonra 
almanların Şərq ölkələri ilə yaranan əlaqələri nəticəsində süddən hazırlanan müxtəlif məhsullar və onların 
adları (Quark, Joghurt, Kefir) alman xalqının məişətdə və dilinə yol tapır. Beləliklə,bir müddət dilin öz sözü 
olan “justa” ilə sinonim kimi işlənən və sonralar onu sıxışdıraraq dildən tamamilə çıxaran “Kase” sözü 
müasir alman dilində türk mənşəli “Quark” leksik vahidi ilə sinonomik cərgə yaradaraq oxşar anlayışların 
ifadə vasitələri kimi paralel şəkildə fəaliyyət göstərir. 
Alman dilinin lüğət tərkibində artıq vətəndaşlaşmış sözlər dilin öz sözləri ilə sinonim cərgələr yaradır 
və mənaca bir-birindən çox da fərqlənməyən anlayışları ifadə edir. 
Bununla belə mənaca bir-birindən yalnız birincilərin qismən xüsusiliyi və ikincilərin qismən 
ümumiliyi ilə fərqlənən “ Dolmetscher-Übersetzor”, “Dolmetshen – übersetzen, Dolmetchung-Übersetzung 
sinonimləri işlənmə yerinə görə bir-birindən az və ya çox dərəcədə fərqlənir.Biri digərini həmişə əvəz edə 
bilmir və bununla da heç biri dildə artıq görünmür. Belə sözlər adətən,sözalan dilin özündə mövcud olan 
çozmənalı sözlə yalnız onun bir mənasında sinonimlik təşkil edərək həmin sözün yükünü qismən 
yüngülləşdirir və onun mənaca xeyli konkretləşməsinə səbəb olur. Rumelinin dediyi kimi “bir çox alınma 
sözlər dilin öz sözlərinin və ya əvvəllər başqa dillərdən alınan sözlərin ifadə etdiyi anlayışlara tabe olan 
anlayışları daha geniş məfhumların bir növünü və ya bir hissəsini bildirir. Belə xüsusiyyətə malik olan 
sözlərdən biri də türk dillərindən alınan “Tschadra” sözüdür. 
Alınma sözün sözolan dildə mənaca inkişafı da həmin dildə sinonomik qrupların yaranmasına səbəb 
olur.Sözün mənasının məhdudlaşması dildə əvvəlcədən mövcud olan sinonimlərin hesabına baş verdiyi 
halda,onun mənasının genişlənməsi müvafiq sematik sistemdə sinonimik cərgənin zənginləşməsinə,yeni 
sinonomik qrupun yaranmasına gətirib çıxardır. Bu cəhətdən türk mənşəli “Horde” sözünün mənbə dildəki 
mənası ilə yanaşı alınan dilində kəsb etdiyi yeni mənalar,həm də yeni sinonomik cərgələrin yaranmasına 
səbəb olur. Bəzən də türk sözləri alman dilindəki oxşar mənalı ekvivalentləri ilə sinonimlik təşkil edərək bir-
birindən çoz cüzi şəkildə fərqlənən anlayışları ifadə edir. Alman dilindəki mənalarına,eləcə də ifadə etdiyi 
anlayışların forma və məzmununa görə bir-birindən bəlkə də heç fərqlənməyən “Peitshe – Karbatshe – Knute 
– Kantshu” sözlərinin təşkil etdiyi sinonomik cərgə də məhz bu prinsipə əsaslanır. “Knute” sözünün alman 
dilində işlənmə xüsusiyətinə dair H.L.Karnovun yazır : “Knut” sözü əvvəllər alman dilində əsas tərəfi 
“Peitsehe” ifadə olunan mürəkkəb sözün “Knutputshe” təyinedici hissəsi kimi işlənirdi. Iki eyni mənalı 
sözün belə birləşməsində alman sözü hələ o vaxt almanlara yaxşı tanış olmayan “Knut” sözünü izah edirdi. 
Sonralar belə izaha ehtiyac qalmadığından, həmin mürəkkəb ismin də tərəfi atıldı və “Knute” sözü 
dildə sərbəst işlənmə funksiyası kəsb etdi. Göründüyü kimi, alman dilində tarixən mövcud olan və mənşəcə 
fars-türk dillərinə aid edilən “Peittsch” sözü ilə rus dilindən alınan “Knute” sözü eyni mənalıdır. Bunlarla 
sinonimlik təşkil edən türk sözlərinin mənaları isə həm bir-birindən, həm də birinci iki sözdən, demək olar 
ki, heç də fərqlənmir, belə ki, “Kantschu-türk. Lederpeitsche(mit mehreren Riemen)”, “Karbatsche-
aus.Lederriemen geflochtene Peitsche”, “Knute-geflochtene Riemen peitsche” mənalarında işlənən həmin 
sözlər bir-birinə tam sinonim ola bilər. Bu sözlərdən öz mənasına və ifadə etdiyi anlayışın formasına görə 
qismən fərqlənən digər bir türk mənşəli söz də “Nagaika”dır. 
Mit eingeglochtenen Kuglen beschwerte.Peitsche mənasında işlənən Nagaika sözü yuxarıdakı sözlərin 
ifadə etdiyi anlayışların xüsusi bir növüdür və bu cəhətdən həmin sözlərlə qismən sinonimlik təşkil edir. 
Məs: Als ich mich genötight sah,dem Pferdeknecht einige...Winke mit meiner Nagaika zu geben. 


M.P.Vaqif və müasirlik 
211
Alman dilində geniş sinonimlik yaradan türk sözlərinin bir qrupunu da “Telega-Ar(a) ba-Kibitke-
Tarantas-Drosche-Troika-Kalesche-Kutsche-Phaeton-Wagen” təşkil edir. Məzmunca bir-birinə çoz uyğun 
gələn,formaca bu və ya digər əlamətinə görə bir-birindən qismən fərqlənən anlayışların ifadə vasitəsi olan bu 
sözlər çox vaxt bir-birinə tam sinonim kimi işlənir və biri digərini əvəz edə bilir. Məs: 
1)
Der Postmeister hielt Wort,und gab uns sogar seine aller-beste Troika,drei prachtvolle. 
Rossen,denen die Telega ein Spielzeug schien. 
2)
Eine etwas geinessbarere Modifikation der Telega ist die Tarontas-Telega. 
3)
Die mitgenommenen Arbe und Wagen machten viele Verhinderungen. 
4)
Weilen uns die Arben und Tatarischen Karren sehr aufhielten...liess heute 5 Arben zerbrechen. 
5)
Die Wagen Waren das Vorzüglischste,Was ich je von Mietsfuhr werk gesehen habe;elegante 
Kaleschen mit vortrefflichen Pferden bespannt,selbest der tatarische Kutscher,sauber und fast elegant 
gekleidet. 
6)
Wir liessen unsor Gepöck auf dem Bahnhof,setzten uns in einen Phaeton-so heissen hier im 
Kaukasus die zweispönner mit Verdeck. 
Yuxarıda təhlil edilən sinonomik cərgələrdən göründüyü kimi,alman dilinin öz sözləri ilə müəyyən 
sematik münasibətdə bulunaraq onlarla yanaşı işlənən “Karbatsche-Kantschu”, “Telega-Araba-Kibitke”, 
“Tschibuke-Nargileh-Kaliun-Tabakspfeife”, “Sofa-Diwan-Ottomane” və s. bu kimi türk sözləri həm də öz 
aralarında eyni və ya oxşar məna çalarına malik olmaları ilə də səciyyəli xüsusiyyət kəsb edir və bir-birinə 
sinonomik cərgələr yarada bilir. 
Alman dilindəki “Pleife”, “Tabakspfeife” sözlərinin sinonimi hesab edilən türk mənşəli “Tschibuke” 
və “Nargileh” isimləri həm alman dilindəki ekvivalentlərindən,həm də özləri bir-birindən qismən 
fərqlənirlər. Belə ki, “Tschibuke” sözü alman dilindəki “Pfeife” isminə nisbətən daha məhdud mənada 
işləndiyi halda “Nargileh” sözü həm də ifadə etdiyi anlayışın məzmununa görə onların hər ikisindən fərqlənir 
və mənaca “Kaliun” sözünə uyğun gəlir. 
Tschibuke-türk,Tabakspfeife mit langem Kohr u.kleinem Kopf.Nargileh-orientalische Wasserpfeife; 
Kalian od. Kalium – die wasserpfeife der Perser. 
Məhz bu məna xüsusiyyətlərindən çıxış edərək həmin sözləri “Tehibuke-Tabakspfeife”, “Nargileh-
Kalium” sinonomik qruplara ayırmaq daha məqsədəuyğundur.Eləcə də,alman dilinə türk dillərindən gələn 
“Sofa-Divan-Ottomane-Kanapee” sözləri də ifadə etdiyi anlayışların bu və ya digər xüsusiyyətinə görə bir-
birindən qismən fərqlənsə də mənalarına görə demək olar ki,fərqlənmir və öz aralarında sinonimlər təşkil edə 
bilirlər. 
Alman dilində işlənən türk sözlərinin bir qismi də keçdikləri dildə heç bir oxşar əlamətlərinə görə bir-
biri ilə sinonim qruplar təşkil edir.Belə sinonomik cərgələrə “Schaschlyk-Kebab” və s. sözləri aid etmək olar. 
Bunlardan birinci iki cərgəni təşkil edən sğzlər həm mənalarına,həm də ifadə etdiyi anlayışlarına,əlamət və 
keyfiyyətinə görə bir-birindən fərqlənir və bununla da dildə paralel şəkildə fəaliyyət göstərməyə hüquq 
qazanmış olur. 
Kefir-Durch Zusatz von Kefirbakterien alkohdisch vergoren sauerliches Getrönk aus Stuten od. 
Kuhmileh Joghurt-dicke Milch,die infolge bakterieller Görung gesauert ist; Kebab-türk. Zammbraten mit 
zviebeln,pfeffer,eiern und Reis; schaschlyk-an kleinen Spiessen gebratene Fleischstückchen mit Zviebeln. 
Üşüncü cərgəni təşkil edən sözlərin işlənməsi isə qismən mənaları arasındakı fərqlə,qismən də 
işləndikləri kontekstin mövzusu ilə ifadə etdikləri milli koloritlə bağlıdır. Maraqlıdır ki,dildə bəzən sinonim 
sözlər həm dilin müxtəlif səviyyələrinin bir-birinə qarışıqlı təsiri nəticəsində yaranır 
AĞAYEVA SEVİNC
Azərbaycan Dillər Universiteti 
MÜSTƏQİLLİK İLLƏRİNDƏ AZƏRBAYCAN «TƏHSİL» KONSEPTOSFERİNDƏ 
YENİ KONSEPTLƏR MƏSƏLƏSİNƏ DAİR 
Açar sözlər:
konsept, konseptosfer, təhsil, alınmalar, kvazi-konsept 
Azerbaijan "education" conceptups in independence new concepts 
Modern Azerbaijan system of education had already integrated into the European system of education. 
This process made it possible to borrow concepts or some of their lexical meanings. At the same time, these 
borrowed concepts not always, but in most cases do not coincide with the original. This is primarily due to 
the emerging in the minds of the borrowing side of the concept, which is due to national specifics, 


M.P.Vaqif və müasirlik 
212
psychology, the current education system and others may not be identical to what is understood in the 
borrowing language.
Keywords:
concept, conceptual sphere, education, borrowings, quasi-concept 
XX əsrin sonundan həyatın müxtəlif sahələrində olduğu kimi, təhsildə də Qərbi Avropa dillərindən 
yeni konseptlərin və onlarla birlikdə sözlərin alınması prosesi gedir. Linqvomədəni konseptin alınması 
mədəniyyətlərarası kommunikasiyada linqvomədəni təcrübədə fərqlər olduqda meydana gələn konseptual 
lakunların doldurulmasıdır. Bu, müxtəlif yollarla gedə bilir. Aydındır ki, «İnsan konseptlərlə düşünür, 
onların kombinasiyası əsasında təfəkkür prosesində yeni konseptlər yaranır» (1, s. 136), verballaşır və «dil 
işarələri vasitəsilə ifadə olunaraq dilin semantik məkanının bir hissəsinə çevrilir» (1, s. 137). 
Konseptosfer tədricən formalaşanda və müəyyən tarixi inkişaf yolu keçəndə ona daxil olan 
«konsept»lərin adları da həmin dil zəminində formalaşır, yəni verballaşma doğma dil bazasında gedir. 
Hazırda Azərbaycan təhsil sistemində gedən proseslərdə «təhsil» konseptinin məna tutumunda baş verən 
dəyişikliklər dildə öz əksini bir neçə yolla tapır, yəni lakunların doldurulması müxtəlif üsullarla həyata 
keçirilir. Bunlardan biri hazırkı dövrdə alınma, mənimsəmə yoludur. Bu, məna tutumlu mətnlərin köməkliyi 
ilə başqa mədəniyyətin fenomeninin təsviri yolu ilə həyata keçirilir və başqa mədəniyyətin konseptinin adı 
qismində başqa dilin ifadəsinin mənimsənilməsi ilə müşayiət oluna bilir. Konseptuallaşan informasiyanın 
xarakterinə görə alınma linqvomədəni konseptlər predmetli, abstrakt-anlayış, ssenar və mətn konseptlərinə 
bölünür (4, s. 32). Başqa mədəniyyətin predmetli konseptləri predmetli obyektlərin və onların əlamətlərinin, 
o cümlədən başqa mədəniyyətin realilərinin mətn vasitəsilə obyektivləşmiş konseptlərinin alınmasıdır. Başqa 
mədəniyyətin realisinin alınması hallarında konsept vahid tamlıq kimi alınır. Alan linqvomədəniyyətdə 
alınan hadisəyə bənzəyən, lakin ondan müəyyən konseptual əlamətlərinə görə fərqlənən və ya hansısa 
əlamətlərin ümumiyyətlə olmadığı hadisə olduqda başqa mədəniyyətin konsepti onun milli-spesifik 
xüsusiyyətlərinə görə alına bilir. 
Alınmanın uğurlu olması başqa mədəniyyətin fenomeninin yadlıq dərəcəsindən, mənimsəyən 
linqvomədəniyyətdə oxşar konseptlərin olmasından, konseptin məzmun və (və ya) struktur mürəkkəblik 
dərəcəsindən asılıdır. Başqa mədəniyyətin ssenari konseptləri özgə linqvomədəniyyətinin onlar haqqında 
stereotipləri yaradan davranış ssenarilərinin təsvirindən ibarətdir. Alınma ssenari konseptinin stereotipliyi 
dərəcəsi, birinci növbədə, alınma prosesində vasitəçinin linqvomədəni kompetentliyindən, bir də 
mənimsəyən linqvomədəniyyət daşıyıcılarının onlara yad dəyərlər və ənənələri qəbul etməyə hazırlıq 
səviyyəsindən asılıdır. Ayrı-ayrı şəxslər üçün dəyərli olan və ya fövqəlşəxsi mədəni əhəmiyyətli bədii 
ədəbiyyat və başqa növ sənət əsərləri də mənimsəyən linqvomədəniyyətin daşıyıcılarının şüurunda başqa 
mədəniyyətin mətn konseptlərinin formalaşması üçün əsas zəmin ola bilər. Konseptin adı qismində başqa 
mədəniyyətin mətn konseptinin məzmunu, əsərin müəllifinin və ya qəhrəmanının adı çıxış edə bilir. 
Linqvomədəni konseptlərin alınması probleminin tədqiqi müxtəlif növ alınmaların tiplərinin nəzərdən 
keçirilməsini və dil-mədəniyyət kontaktlarının növlərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Dil-
mədəniyyət kontaktları probleminə, öz növbəsində, linqvomədəni qarşılıqlı təsir və bilinqvizm məsələləri 
daxildir. Müasir dünyanın problemləri bəşəriyyəti özünü vahid birlik kimi qavramağa məcbur edir. Amma 
qloballaşma prosesinə baxmayaraq, alimlər bu fikirdədirlər ki, vahid mədəniyyət ideyasını həyata keçirmək 
mümkün deyil. Milli identiklik problemi yenə də aktual olaraq qalır. Dünya miqyasında əhalinin miqrasiyası 
həm mədəniyyətlərin qarışmasına, həm də münaqişəsinə gətirib çıxardır. Hazırda nəsə bir ümumdünya 
mədəniyyətinin mövcudluğundan danışmaq mümkün olsa da, bəşəriyyətin mədəni və dil rəngarəngliyi 
dünyanın parallel mövcud olan müxtəlif obrazlarının məcmusunda ifadə olunur. 
İstənilən mədəniyyətin toplanılmış sosial təcrübəni nəsildən nəsilə ötürən və müəyyən həyat tərzinin 
təkrar istehsalını təmin edən universaliləri təbiət, insanın dünyada yeri, ictimai münasibətlər və mədəni 
dəyərlər haqqında ən ümumi təsəvvürlərdir ki, son nəticədə dil vasitəsilə reprezentasiya olunur və digər dil 
daşıyıcıları tərəfindən qavranılırlar. Belə olmasa insanlar arasında ünsiyyət mümkün olmazdı. «Müxtəlif 
dilləri bir-birindən fərqləndirən yalnız leksik vasitələr və qrammatik qaydalar deyil, onlardan istifadə edən 
dil daşıyıcısı üçün hər sözün arxasında açılan «aləm»dir» (2, s.210). Bu «aləm» isə bir deyil, ikitərəfli 
prosesin nəticəsində «yaranır». Konsepti çatdıran onda nə qədər dərin və geniş məna «şifrələsə» də, 
qavrayan onu, həmin konseptin arxasında duran dünyanın dil mənzərəsini yalnız öz hazırlıq səviyyəsindən 
çıxış edərək qəbul edə bilər. 
«Bu gün mədəniyyətlərarası ünsiyyət tərəqqipərvər bəşəriyyət həyatının ayrılmaz hissəsidir» (3, s. 22). 
Mədəniyyət yalnız başqa mədəniyyətlərlə dialoqda yaşaya və inkişaf edə bilər. Konseptlərin mənimsənil-
məsi, yəni alınması mədəni mübadilə şəklində gedir və dil-mədəniyyət kontaktına girməyi nəzərdə tutur. 
Mədəni kontakt dedikdə əlaqəyə girən tərəflərin müxtəlif ərazidə yerləşməsi və əlaqənin eyni zaman 


M.P.Vaqif və müasirlik 
213
kəsiyində getməsi nəzərdə tutulur. Mədəni kontaktlar əlaqədə olan tərəflərin çox vaxt eyni ərazidə, lakin 
müxtəlif zaman kəsiyində olduğu mədəni varislikdən bununla fərqlənirlər. Dil-mədəniyyət kontaktları 
qanunauyğun səciyyə daşıyırlar: tələbat bir dildə danışanları qonşu və ya mədəni üstün dillərdə danışanlarla 
bilavasitə və ya dolayısıyla əlaqəyə girməyə vadar edir. 
Hazırda Azərbaycan «təhsil» konseptosferini təşkil edən konseptlərin çoxu alınma mental mahiyyət-
lərdir. Bu alınmaların səbəbi, zənnimizcə, bütövlükdə təhsil sistemində gedən qloballaşma prosesləri və 
Boloniya sisteminə girmiş Azərbaycanın dünya təhsil standartlarına yaxınlaşmaq cəhdləri ilə şərtlənir. 
Alınan ingilis-amerikan konseptləri bir sıra əlamətlərinə görə təsnif oluna bilər. Bunlara formallıq 
əlaməti, dəyər komponentinin olması əlaməti, dəyər komponentinin müxtəlifliyi əlaməti və dəyər özəlliyi 
əlaməti daxildir. Hesab olunur ki, linqvistik səpkidə konseptin özgə mənşəli olmasını yalnız bu konseptin 
verbal təzahürlərinə əsasən müəyyənləşdirmək olar. Belə ki, hesab olunur ki, Azərbaycan dilindəki ingilis 
sözləri arxasında spesifik ingilisdilli konseptlər ya durur, ya da durmur. Bu kimi konseptləri 
müəyyənləşdirmək olarsa, onda ümumi qiymətləndirmə və fərdi qiymətləndirmə konseptlərini qarşı-qarşıya 
qoymaq olar. 
Birinci tip boş və parazit konseptlərə bölünür. Onlar insanların şüurunda məzmun oriyentirlərini 
dəyişməyib, dilimizdə məna differensiasiyası olmadan, yaxud dəb xətrinə istifadə edilən və ya danışanın 
«özünü göstərmək məqsədilə» işlətdiyi barbarizmlərdir. Azərbaycan dilində öz adı olan konseptlərin ingilis 
sözləri ilə adlandırması belə hallardandır. Bunu daha çox reklam yazılarında görmək olar. Məsələn, «sekond 
xend» («second hand»), yəni istifadədə olmuş mallar. 
İkinci tip iki formada təzahür edir: 
1) kvazi-konseptlər, yəni ingilis mədəniyyətindən alınan realiləri bildirən konseptlər. Bunlar 
azərbaycandilli mədəniyyətdə yoxdur və adi alınmaların əsasını təşkil edirlər, 2) yaxud da sözün tam 
mənasında yad olan fərdi qiymətləndirmə konseptləri olub, bizim mədəniyyətdə olmayan məna obyektlərini 
fərqləndirirlər. Bu baxımdan kvazi-konseptlərlə özgə konseptləri arasında müəyyən oxşarlıq var. 
Britaniya təhsil sistemində «strim» konsepti mövcuddur. Bunun arxasında şagirdlərin hələ orta 
məktəbin erkən mərhələlərində məktəblilərin zehni inkişaf səviyyəsinə görə qruplara bölgüsü durur. Bu 
bölgü hələ XIX əsrdən başlamış və XX əsrin ortalarına – Britaniya parlamenti şagirdlərin zehni inkişafa
görə bölgüsünün tövsiyə edilməməsi haqqında qərarı qəbul edənə qədər kütləvi olmuşdu. Britaniyadakı 
ümumtəhsil məktəbləri məhz bundan sonra yarandı. Amma ölkədə mərkəzləşmə olmadığından bu praktika 
ayrı-ayrı məktəblərdə və hətta bəzi qraflıqlarda qalmaqdadır. 
Azərbaycanda bu praktika kütləvi şəkildə özünə yer almasa da, onun bəzi təzahürlərini müşahidə 
etmək mümkündür. Məktəb-liseylərin şagirdləri imtahan edib götürməsi, son illərdə dövlət səviyyəsində ali 
məktəblərdə xüsusi qabiliyyətli tələbələrin xüsusi qruplarda cəmlənməsi məhz Britaniyanın özünün imtina 
etdiyi «diskriminasiya» xarakterli praktikanın əks-sədası kimi qavranılır. «Strim» bölgüsü Azərbaycan təhsil 
sistemində geniş yer almadığından və onun üçün səciyyəvi olmadığından həmin konseptin müəyyən 
təzahürlərini müşahidə etsək də, dilimizdə onun tam qarşılığı və onu bildirən milli termin yoxdur. 
Beləliklə, «strim»(«stream») konsepti alınma olduğundan Azərbaycan linqvomədəniyyətində onu 
kvazi-konsept kimi nəzərdən keçirmək olar. 
Daha bir alınma konsept «vahid dövlət imtahanıdır». Hazırda Britaniyada müşahidə olunan qeyri-
formal təhsilin inkişaf tempini ləngitmək üçün Britaniya hökuməti məktəb şagirdlərinin ümummilli 
səviyyədə baza biliklərinin testlər vasitəsilə yoxlanılmasını tətbiq etmişdir. Müəllimlər hesab edirlər ki, belə 
mexaniki test yoxlaması şagirdlərin fənləri real qavramasını müəyyənləşdirməyə imkan vermir. Britaniya 
müəllimlərinin və yerli təhsil orqanlarının bu sistemin əleyhinə olmasına baxmayaraq, Azərbaycan təhsil 
sistemində testləşdirmə təhsilin bütün mərhələlərində olduqca geniş tətbiq olunur. Böyük Britaniyada 
təhsildə vahid dövlət proqramı olmadığından, dövlət səviyyəsində baza biliklərinin yoxlanılması, bütün 
mənfi cəhətlərinə baxmayaraq, məcburi addım idi. Azərbaycan təhsil sistemində bütün mərhələlərdə (həm 
dövlət, həm də özəl təhsil müəssisələrində) vahid dövlət proqramı qüvvədə olduğundan, test imtahanlarının 
məqsədi Britaniyada və Azərbaycanda eyni deyil və buna görə də bu dillərdə konseptin məzmun tutumu 
fərqlidir. 
Azərbaycanın Boloniya prosesinə qoşulması nəticəsində bir çox konseptlər Azərbaycan 
linqvokulturoloji məkanına daxil olmuş və əksər hallarda konseptlə birlikdə dilimizə onların adları da 
gəlmişdir. Lakin bu konseptlər istənilən halda yeni linqvomədəni məkanda mütləq fərqli məna kəsb edir. 
Məsələn, sovet dövründən qalan «elmlər namizədi» və «elmlər doktoru» anlayışları «fəlsəfə doktoru» və 
«elmlər doktoru» anlayışları ilə əvəzlənsələr də, onların arxasında duran konseptosferlər tam üst-üstə 
düşmür. Bu mövzu seçimindən, dissertasiya işlərinə göstərilən tələblərə və s. qədər bütün səviyyələrdə özünü 
göstərir. 


M.P.Vaqif və müasirlik 
214
Yeni terminlərdən biri də «distant təhsil»dir. Bu termin ingilislərin «Distance learning», başqa 
varinatda «Distance education» söz birləşməsindən gəlir. Bir çox tədqiqatlarda onlar sinonim kimi 
işlədilsələr də, son dövrlərdə onları fərqləndirməyə, hər birinin öz işlədilmə dairəsini, yəni diskursunu 
müəyyənləşdirməyə meyl müşahidə olunur. Son vaxtlar distant təhsildən söhbət gedəndə əsasən «Distance 
education» termini işlədilir. Məsələ bundadır ki, «learning» sözü ingilis dilində «öyrənmək» mənası verir, 
yəni əsasən biliklərin müstəqil əldə edilməsini bildirir. 
Hətta diskursda daha sərbəst istifadədə belə «distance learning» termini ingilisdilli işlərdə əsasən təhsil 
alanların distant təhsil çərçivəsində tədris və idrak proseslərinin fəallığının müstəqil təşkil və idarə edilməsi, 
yəni bu təhsilin komponentlərindən biri haqqında söhbət gedəndə işlədilir. Amma qeyd etmək lazımdır ki, 
distant təhsilin bir çox növlərində təhsil alanın müstəqil tədris fəallığı onun mühüm komponentlərindən 
biridir. Məsələn, «open and distance learning» söz birləşməsində «éducation» deyil, daha çox məhz 
«learning» sözünün işlədilməsi bununla izah olunur: təhsil alanın tədris prosesinin təşkili və məzmununun 
müəyyənləşdirilməsində xeyli dərəcədə sərbəstliyini və müstəqilliyini nəzərdə tutan distant təhsil modeli 
nəzərdə tutulur. Bu təhsildə ənənəvi mənada dərs deyilməsi (teaching) praktik olaraq istisna olunur. Amma 
ümumiyyətlə müəllimin həlledici rol oynadığı distant təhsildən söhbət gedəndə «distance éducation» 
işlədilir. Bu baxımdan YUNESKO-nun «Open and distance learning. Prospects and Policy Considérations. 
UNESCO» (1997) məruzəsinin ingilis variantı əlamətdardır. 
Beləliklə, konseptlərin alınması ingilisdilli konseptosfer üçün səciyyəvi deyil, qloballaşmanın, ideoloji 
paradiqmanın dəyişməsi, vahid təhsil məkanının yaranmasının təsiri altında diffuzluluğu ilə səciyyələnən 
Azərbaycan təhsil konseptosferi üçün isə, xüsusilə də müstəqillik illərində, təhsil sahəsində islahatlar 
dövründə xeyli səciyyəvi hadisələrdəndir. 
Ədəbiyyat
1. Cahangirli T. «Konsept» və «konseptosfer» koqnitiv dilçiliyin əsas vahidləri kimi // Filologiya məsələləri. 
№ 6, AMEA. Bakı: Elm və təhsil, 2016, s.136-140 
2. Əhmədova Ü. İngilis frazeologizmləri və atalar sözlərində «qadın» konsepti // Pedaqoji Universitet 
Xəbərləri. Humanitar elmlər bölməsi. Bakı, 2015, № 2, s. 210-213 
3. Veliyeva N. Some Aspects and Peculiarities of Intercultural Communication in the Process of 
Globalization. Bakı: Elm və Təhsil, 2013. 
4. Карасик В.И. Языковой круг: личность, концепты, дискурс. Волгоград: Перемена, 2002 
ATAŞLI TƏHMİNƏ 
Bakı Dövlət Universiteti 
I TÜRKOLOJİ QURULTAYDA TERMİNOLOGİYA MƏSƏLƏSİ 
Açar sözlər: 
I Türkoloji qurultay, türk dilləri, terminologiya məsələsi, ortaq terminologiya, alınma 
terminlər
The problem of terminology on the first Turkological congress 
The first turkological congress was organized in 1926 in Baku and laid the big trace with its public, 
political, cultural, scientific, historical importance in Turkic people`s history. The alphabet of Turkic 
languages, spelling-orthography, teaching methods, the integration of relative and neighboring languages, the 
common literary language of Turkic languages, the history of Turkic languages and other problems were 
discussed in the congress and many decisions were made. The article deals with the problem of terminology 
of Turkic languages which discussed in the congress too.
Keywords:
the first Turkological congress, turkic languages, the problem of terminology, common 
terminology
,
the taken terms. 
I Türkoloji qurultay öz dövrünün ictimai, siyasi, mədəni, elmi, tarixi əhəmiyyəti ilə türk xalqları
tarixində dərin iz buraxmışdır. 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakı şəhərində təşkil edilən bu 
qurultayda türk dillərinin əlifba, imla-orfoqrafiya, termin, tədris-metodika, qohum və qonşu dillərin 
qarşılıqlı əlaqəsi və interferensasiyası, türk dillərinin ədəbi dil problemləri və ortaq ədəbi dil, ulu dil 
nəzəriyyəsi və türk dillərinin tarixi kimi problemli məsələlər üzrə müzakirələr aparılmış, qərarlar qəbul 
edilmişdi. Qurultay zamanı təşkil olunan 17 iclasdan 13-ü dil məsələlərinə həsr edilmişdi.


M.P.Vaqif və müasirlik 
215
Türk dillərinin terminologiyası üzrə problemli məsələlər 8-ci və 9-cu iclaslarda müzakirə edilir. Bu 
xüsusda A.R.Ziefeild, B.V.Çobanzadə, H.B.Zeynallı, H.Ə.Odabaş, Ə.B.Baytursun öz məruzələri ilə çıxış 
etmişlər. S.Ağamalıoğlunun sədrliyi ilə keçirilən 8-ci iclasda milliyətcə eston olan ədəbiyyatçı-tarixçi alim 
Artur Rudolf(iç) Zifeildin “Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri” adlı məruzəsi ilə 
terminologiya məsələsinin müzakirəsinə başlanılır. Zifeild dilin təkamülünü Darvinin təkamül nəzəriyyəsinə 
bənzədərək qeyd edir ki, məsuldar qüvvələrin inkişafı dövründə təkamülə əsaslanmaq düzgün deyil. 
Əvvəllər “zərif dil”- əməkçi kütlənin canlı dilinə ən az oxşayan, ərəb və fars varvarizmlərilə son dərəcə 
yüklənmiş dil sayılırdı. Əməkçi kütlənin hakimiyyətinin formalaşması ilə ədəbi dil sahəsində inqilabın vaxtı 
yetişdi. Alim ədəbi dilə münasibətdə türk xalqlarının böyük əksəriyyətində 4 əsas qrup fərqləndirir: 
panislamçılar, Avropalaşdıranlar, pantürkçülər və xalqçılar (demokratlar). “Panislamçılar ərəb, fars sözlərini
saxlamağa və türk dilinin yüklənməsini davam etdirməyə çalışanlardır. Avropalaşdıranlar daha müasir, 
mütərəqqi adamlardır, onlar mədəniyyət idealını orta əsrlərin müsəlman dünyasında yox, qabaqcıl xalqlar 
arasında axtarırlar, lakin rus və Avropa məktəblərində mənimsədikləri vərdiş nəticəsində dili amansızca 
Avropa varvarizmləri ilə doldururlar və burada kəmiyyət keyfiyyəti üstələyir. Pantürkçülər isə Osmanlı dilini 
süni şəkildə bütün türk xalqlarına qəbul etdirmək istəyən və dərhal ortaq ədəbi dil işləyib hazırlamağa can 
atanlardır. Nəhayət, xalqçı-demokratlar bütün terminləri xalq dilində axtarmaq, tapmadıqda isə rus dilindəki 
paravoz, samolet 
sözləri kimi xalq dilinin köklərindən süni şəkildə yaratmağın zəruri olduğunu sayırlar (1, s. 
175). Zifeild termin yaratmaq üçün xalq dilini kasad hesab edənləri qınayaraq qeyd edir ki, “anatomiya və 
tibb elmləri üçün qəssab, baytar və türkəçarələrdə, aqronomiya və botanika terminləri üçün bağban və 
əkinçilərdə, zoologiyaya dair terminlər üçün isə ovçu və balıqçılarda material tapmaq mümkündür. 
Ərəbşünasların gülüş hədəfinə çevirdikləri 
yer-bil
tipli terminləri rədd etmək yox, bu terminləri 
yer-bilik 
(coğrafiya),
yıldız-bilik 
(astronomiya),
su-bilik 
(hidrologiya) və s. islah etmək lazımdır” (1, s. 177). Alim 
həmçinin terminlərin alınma mənbələrinə də toxunaraq, birinci mənbə kimi türk dillərinin sözlərini, ikinci 
mənbə kimi isə rus və Qərbi Avropa dillərini göstərir. O, ərəb, fars terminlərinə qarşı çıxaraq, yalnız dini 
zəmində bu sözlərin saxlanılmasını qəbul edir. Fikrimizcə alim burada bir qədər ifrata varmışdır. 
Zifeildin ardınca çıxış edən prof. Bəkir Çobanzadə qeyd edir ki, Avropa xalqları artıq öz 
terminologiyalarını işləyib hazırlayıblar. “Avropada təhsil alan bir türk həkimi fransız bir həkimin yazdığı 
resepti anlayır, çünki onların latın əsaslı elmi terminlər sistemi var. Bu digər elm sahələrinə də aiddir” (1, s. 
179). Alim elmi terminologiyada bir sözün bir məna ifadə etməli olduğunu desə də, bir pilləli məktəblərdə 
yerli ifadələrin, ikinci pillədə isə Avropa mənşəli terminlərin işlənməsinə üstünlük verir. Çıxışının 
davamında o, türk xalqlarının birlikdə elmi terminologiya hazırlamalı olduğunu qeyd edir və bunun üçün 3 
mənbə göstərir: ərəb- fars, ümumtürk və Avropa. Avropa mənşəli terminlərdə alim bir mənbəyə əsaslanmağı 
düzgün hesab edir, yəni yunan əsilli sözlər qəbul olunursa, bunu bütün türk xalqları etməlidir. Çıxışının 
sonunda B.Çobanzadə iki maddədən ibarət təkliflə çıxış edir: 
1. İnzibati orqan və ya Xalq Maarif Komissarlığının nəzdində ümumtürk elmi tərcümə bürosu 
yaradılsın. 
2. Həmin idarə yerlərdəki işləri nizamlayaraq terminoloji plan və məsələlərin razılaşdırılmış şəkildə 
ortaya çıxarılmasına nəzarət etsin.
Prof. B.Çobanzadədən sonra prof. Hənəfi Zeynallıya söz verilir. O, “Türk dillərinin elmi terminolo-
giyasının sistemi barədə” adlı məruzə ilə çıxış edir. 1917-ci ilə qədər türk dillərinin nizamlı elmi terminolo-
giyasının olmadığını, terminlərinin müxtəlif müəlliflər tərəfindən müxtəlif şəkildə işləndiyini vurğulayan 
alim bir formada termonologiya yaratmağın vacıbliyini qeyd edir. Türk-tatar dillərinin vahid təsnifatı 
olmadığından sabit terminologiya sisteminin də yaradılmasını mümkünsüz görən alim, ilk öncə türk 
dillərinin dəqiq təsnif olunmasını və bu zaman iki prinsipə əsaslanmağı vacib sayır: 
1. Eyni siyasi, sosial və iqtisadi məziyyətlərə malik olan türk dilləri üçün termin və mənbələr təxminən 
eyni olmalıdır.
2. Yeni terminlər yaranmadan köhnə ərəb və fars terminlərini atmamalı, xalq tərəfindən anlaşılanları 
isəm saxlamalı (1, s. 189). 
Alim texniki və iqtisadi terminlərin (
motor, dinamo, sosializm
kimi) öz sözlərimizlə əvəzlənməsi 
düzgün hesab etmir, təsarrüfat terminlərinin İngiltərə, hüquq terminlərinin Fransa, fəlsəfə terminlərinin 
Almaniya və s. kimi ölkələrdən alınmasını daha məqsədəuyğun sayır. Mənimsəmənin isə iki yolunu; “1) 
olduğu kimi qəbul etmək (məsələn, 
metan, fenol, asetil
və s.), 2) alınan dilin qayda qanunlarına tabe etmək 
və ya tərcümə etmək” göstərir. Məruzəsinin sonunda alim sözlərdəki ixtisar və bir neçə sözün bir sözlə ifadə 
olunması məsələsinə də toxunaraq qeyd edir ki, bu tipli terminləri (məsələn, 
Azərittifaq, Azərneft, AzMİK
və 
s.) heç kim tək yaratmamalıdır, bütün bunlar komissiyaların işidir, ən yaxşısı bu qısaltmalardan uzaq 
olmaqdır.


M.P.Vaqif və müasirlik 
216
Daha sonra Krım tatarı H.Odabaş “Türk dillərində terminologiya” adlı tezis şəklində qurulmuş 
məruzə ilə çıxış edir. H.Odabaş dilin daxili qayda-qanunlarına riayət olunmaqla daxili leksik materiallara 
nəzər salınmasını, arxaizmləri və yeni söz yaratmanı önə çəkir. Alim həm köhnə, həm də yeni məna 
qazanmış arxaizmləri, həmçinin öz sözlərimizlə düzələn mürəkkəb sözləri təqdir edir. Yalnız zəruri hallarda 
alınmalara müraciət etməyi məsləhət görür. H.Odabaş çıxışı ilə B.Çobanzadəni və H.Zeynallını 
dəstəklədiyini bildirir. 
Daha sonra Qazaxıstandan olan nümayəndə Ə.Baytursun çıxış edir. Tezis şəklində öz fikirlərini 
çatdıran alim inkişafı mədəniyyətdə görür. O, islam dininin türk xalqlarında geriliyə səbəb olduğunu qeyd 
edir. Çıxışının davamında alim öz terminologiyalarını necə qurmalarından, Qazaxıstanda bu prosesə 
münasibətdən danışır. 1905-ci ilədək qazax dilində yazmaq qadağan olsa da, hazırda böyük irəliləyişlər əldə 
etdiklərini deyən Baytursun, ümumişlək beynəlxalq terminləri dillərinin qayda-qanunlarına tabe edərək 
mənimsədiklərini qeyd edir və digər türk xalqlarını da onlardan nümunə götürməyə səsləyir. Alim dilin 
terminologiya sistemini yaradarkən ilk növbədə varvarizmlərdən azad olmaq lazım gəldiyini, türk 
xalqlarından daha çox qırğızların bu xüsusda çalışmalarının vacib olduğunu qeyd edir.
Məruzələr dinlənildikdən sonra terminologiya məsələləri ilə bağlı yekun müzakirələr aparılır və 
B.Çobanzadə, A.Zifeild, H.Zeynallı, H.Odabaş, Ə.Baytursun, M.Geldiyev, Q.Maksudov, Ş.Rahimi, 
M.Nedim, H.Ayupov, Q.Sədinin iştirakı ilə türk dilləri üçün elmi terminologiyanın sistemi barədə qətnamə 
hazırlanır. Qətnamədə termin yaradarkən türk mənşəli sözlərə əsaslanma, mümkün olmadıqda türk dillərinin 
qrammatikasına uyğunlaşdırılmış ərəb, fars terminlərinin saxlanılması, yeni terminlərin seçilməsində 
ümumavropa istiqaməti tutulması və s. məsələlər öz əksini tapmışdır. 
Türkoloji qurultay mahiyyət etibarilə türk dillərinin terminologiya sistemi problemini həll etməsə də, 
bir sıra mübahisələr həllini tapa bildi. Ümumiyyətlə, hər hansı bir dilin terminoloji sistemini düzgün 
istiqamətə salmaq üçün müəyyən bir dövr keçməlidir. Qurultayın keçirilməsindən 91 il ötməsinə, qurultayda 
iştirak edən alimlərin repressiyaya qurban getmələrinə baxmayaraq I Türkoloji qurultayın izləri 
dilçiliyimizdən silinməmişdir. XX əsrin 20-30-cu illərindən başlayaraq terminologiya inkişafda yeni 
mərhələyə qədəm qoymuşdur. Hazırda dilimizdə terminlər həm daxili imkanlar, həm də alınma terminlər 
əsasında yaradılır. 
Ədəbiyyat
1. 1926-cı il I Bakı Türkoloji qurultayı. Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər. Ruscadan 
tərcümə, ön söz və şərhlərin müəllifləri: K.V.Nərimanoğlu, Ə.Ağakişiyev. Bakı: Çinar-çap, 2006, 571 s. 
2. Hacıyev T.İ. Azərbaycan ədəbi dil tarixi. 2 hissədə. 2-ci hissə. Bakı: Elm, 2012, 389 s. 
3. Hacıyev T.İ. Birinci Türkoloji qurultayda dil məsələləri // Bakı Universitetinin xəbərləri, humanitar elmlər 
seriyası. 2006, № 2, s. 18-27 
BAGİROVA SEVINDJ 
Azerbaijan State Economical University, UNEC 
PASSIVE CONSTRUCTIONS IN MODERN ENGLISH 
Açar sözlər: 
əlaqə, təsirli, təsirsiz, mübtəda, tamamlıq
Müasir ingilis dilində passiv konstruksiyalar 
The combination of the verb “to be” Participle Ii does not always form the voice; it may also be a 
nominal predicative. When the verb “to be” with Participle II comprises the idea of an action, when it shows 
that the subject is acted upon, it is the state that in which the subject is serving as a predicative, the verb “to 
be” is a link-verb and they both form a nominal prerdicative.
Keywords: 
relation, transitive, intransitive, subject, object 
Voice is a grammatical category of the verb which shows the relation between the action and its subject, 
indicating whether the action is performed by the subject or passes on to it.
The verb in Modem English has two voice forms: the Active Voice and the Passive Voice.
The Active Voice is widely used with all kinds of verbs, transitive and intransitive. The meaning of the 
active voice depends on the type of the verb and syntactical pattern of the sentence. The Active Voice shows 


M.P.Vaqif və müasirlik 
217
that the person or thing denoted by the subject is the doer of the action expressed by the predicate, i. e. the 
action is performed by its subject. 
The Active Voice is stronger and emphasizes the performer. The Active Voice of transitive verbs 
presents an action as directed from the subject and passing over to the objects, semantically speaking, from 
the doer of the action to its receiver.
Ex: The pupils were talking about the last football match.
The workers are building a new building.
Father bought a pair of shoes for his son.
Au gave his sister a pen.
The form of active voice of some transitive verbs, often accompanied by an adverbial modifier, does 
not indicate that the subject denotes the doer of the action. This specific use of the transitive verb is easily 
recognized from the meaning of the subject, which is a noun denoting a non person and by the absence of a 
direct object afier a monotransitive, non – prepositional verb. 
Ex: The window closed.
The lesson begins.
When the object of the action is more important than its subject, an active construction is turned into a 
passive one.
Ex: The delegation was met at the station.
Passive Voice shows that the person or thing denoted by the subject, here subject expresses a person or 
non – person who is the receiver of the action. it doesn’t act, but is acted upon and therefore affected by the 
action of the verb.
Ex. We were helped by our friends in our work.
The letter was posted.
The Passive Voice is an analytical form in Modern English.
Most of active tenses have passive equivalents. These are formed by means of the auxiliary verb “to 
be” in the appropriate tense and Participle II of the notional verb. 
The Passive Voice is used when it is more important to stress the thing done rather than the doer of it, 
or when the doer is unknown.
Ex: The President was killed yesterday.
The letter was posted.
Two hundred people were arrested.
Several people were hurl in the accident last night.
My car was damaged last night.
Verbs in the passive voice may acquire almost all tense and aspect forms that occur in the active voice, 
except for the Future Continuous and Perfect Continuous tense forms in the Passive:
1.
The Present Indefinite Passive;
2.
The Past Indefinite Passive;
3.
The Future Indefinite Passive;
4.
The Future Indefinite in the Past Passive;
5.
The Present Continuous Passive;
6.
The Past Continuous Passive;
7.
The Present Perfect Passive;
8.
The Past Perfect Passive;
9.
The Future Perfect Passive;
10.
The Future in the Past Passive;
1.The Present Indefinite Passive.
The Present Indefinite Passive is formed by means of the Present Indefinite forms of the auxiliary verb 
“to be (am, is, are)” and Participle II of the notional verb:
Ex.
The door is opened.
I am invited.
The letters are written.
The rooms are cleaned.
2. The Past Indefinite Passive.
The Past Indefinite Passive is formed by means of the Past Indefinite forms of auxiliary verb “to be 
(was, were)” and Participle II of the notional verb.
Ex. 
The door was opened.
I was invited.


M.P.Vaqif və müasirlik 
218
The rooms were cleaned.
3. The Future Indefinite Passive.
The Future Indefinite Passive is formed by means of the Future Indefinite of the auxiliary verb “to be 
(shall be, will be)” and Participle II of the notional verb.
Ex:
The doors will be opened.
The window will be closed.
I shall be invited
We shall be invited
4. The Future Indefinite in the Past Passive.
The Future Indefinite in the Past Passive is formed by means of the Future Indefinite in the past form 
of the auxiliary verb “to be (should/would he)” and Participle Ii of the notional verb.
Ex. 
The door would be opened.
The letters would be written.
I should be invited.
We should be invited.
5. The Present Continuous Passive.
The Present Continuous Passive is formed by means of the Present Continuous form of the auxiliary 
verb “to he (am/is/are being)” and Participle II of the notional verb.
Ex:
The door is being opened.
The letters are being written.
The rooms are being cleaned.
We are being invited.
6. The Past Continuous Passive.
The Past Continuous Passive is formed by means of the auxiliary verb “to be (was/were being)” and 

Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə