MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ
MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ
FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ
FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ
Elşən Bağırzadə
Elşən Bağırzadə
iqtisad üzrə fəlsəfə doktoru
Bakı - 201
Bakı - 201
6
6
MÜSTƏQİLLİYƏ QƏDƏRKİ DÖVR...
MÜSTƏQİLLİYƏ QƏDƏRKİ DÖVR...
• XIX əsrin sonu XX əsrin əvvəlləri:
– Qurudan çıxarılan Azərbaycan nefti və “Bakı
kapitalizmi”nin formalaşması.
• Azərbaycan Xalq Cumhuriyyəti:
– Kapitalist münasibətlərinə əsaslanan milli
iqtisadiyyatın formalaşdırılması təşəbbüsləri.
• Sovet Azərbaycanı:
– Dənizdə də neftin çıxarılmağa başlanması və
iqtisadiyyatda neft sektorunun dominantlığı;
– Qeyri-neft sənayesində və aqrar sektorda müəyyən
potensialın formalaşması;
– Aşağı səmərəliyə malik sosialist (və ya planlı) və
müstəmləkə iqtisadiyyatı.
MÜSTƏQİLLİYİN ELAN EDİLMƏSİ...
MÜSTƏQİLLİYİN ELAN EDİLMƏSİ...
• “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında”
Konstitusiya Aktının qəbul edilməsi (25.05.1991).
• Konstitusiya Aktında iqtisadi müstəqilliyimizin aşağıdakı prinsiplər
əsasında qurulacağı qeyd edilmişdir:
– Respublika ərazisinin hüdudları daxilində torpaq, yerin təki, daxili sular və
ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi, hava hövzəsi üzərində
Azərbaycan Respublikasının mülkiyyəti;
– Xəzərin Azərbaycan Respublikası ərazisinə bitişik iqtisadi zonasının
ehtiyatlarına, beynəlxalq hüquqla təsdiq edilmiş hüdudlara sahiblik, istifadə
və sərəncam hüququ;
– Yaradılmış Ümumittifaq sərvətində payı olmaq;
– SSRİ-nin almaz və valyuta fondlarında, qızıl ehtiyatlarında öz payına
sahiblik, Respublikanın xeyrinə bu paydan istifadə və ona sərəncam
hüququ;
– Bütün mülkiyyət formalarının hüquq bərabərliyi və hüquqi müdafiəsi;
– Sahibkarlıq fəaliyyətinin sərbəstliyi;
– Tələb və təklifin bazar münasibətləri;
– İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi;
– Başqa dövlətlərlə iqtisadi ittifaqlara könüllü daxil olmaq və çıxmaq;
– Azərbaycan ərazisində xarici investisiyaların qorunması.
MÜSTƏQİLLİYİN ELAN EDİLMƏSİ...
MÜSTƏQİLLİYİN ELAN EDİLMƏSİ...
• “Azərbaycan Respublikasının Dövlət
müstəqilliyi haqqında” Konstitusiya
aktının qəbul edilməsi (18.10.1991):
– Aktın qəbulu ilə Azərbaycan Respublikasının
Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğu,
demokratik, müstəqil, dünyəvi və unitar dövlət
quruculuğuna başladığı dünyaya bəyan
edilmişdir.
– Aktda dövlətin, iqtisadi və siyasi qurluşun əsasları
müəyyən edilmiş və Azərbaycanın azad bazar
iqtisadiyyatı yolunu tutduğu və eyni zamanda da
sosial dövətin qurulmasını hədəflədiyi
göstərilmişdir.
MÜSTƏQİLLİK DÖVRÜ...
MÜSTƏQİLLİK DÖVRÜ...
• Əsas mərhələlər:
– İqtisadi böhran və tənəzzül dövrü (1991-1995);
– İqtisadi stabilləşmə və bazar islahatları dövrü
(1995-2003);
– Dinamik iqtisadi inkişaf dövrü (2003 və sonrası)
1991-1995-Cİ İLLƏR...
1991-1995-Cİ İLLƏR...
• İqtisadi vəziyyət:
– ÜDM istehsalının ildən ilə azalamsı;
– İşsizliyin ildən ilə artması;
– İşğal nəticəsində ölkənin 20% ərazisinin iqtisadi dövriyydən
çıxması;
– Maliyyə-bank sisteminin iflic vəziyyətdə olması;
– Büdcə kəsrinin ifrat həddə çatması;
– Pul emissiyasının ifrat həddə çatması (əhali gəlirlərinin 45%-
ə);
– Kreditlərin yüksək həddə (ÜDM-nin 60%-ə) çatması;
– İnflyasiyanın 3-4 rəqəmli səviyyədə olması;
– Mərkəzi Bankın faiz dərəcəsinin 250%-ə çatması;
– Milli valyutanın hədsiz dəyərdən düşməsi;
– Xarici ticarət dövriyyəsinin 40%-dən çox azalması;
– Əhalinin real pul gəlirlərinin hədsiz aşağı düşməsi;
1991-1995-Cİ İLLƏR...
1991-1995-Cİ İLLƏR...
1991-1995-Cİ İLLƏR...
1991-1995-Cİ İLLƏR...
• İslahat təşəbbüsləri:
– “Mülkiyyət haqqında” Qanunun qəbul edilməsi (09.11.1991) ilə ölkədə
mülkiyyət formaları və mülükiyyət hüquqları təsbit edilmişdir.
– “Qiymət və tariflərin sərbəstləşdirilməsi haqqında” Prezident
Fərmanının (02.01.1992) və “Qiymət və tariflərin sərbəstləşdirilməsi
haqqında” Nazirlər Kabineti Qərarının qəbul edilməsi ilə bəzilərinin
dövlət tərəfindən tənzimlənməsi nəzərədə tutulmaqla, digər bütün
məhsul və xidmətlərin qiymətləri sərbəstləşdirilmişdir.
– “Xarici investisiyaların qorunması haqqında” Qanunun qəbul edilməsi
(15.01.1992) ilə ölkədə xarici investisiya qoyuluşlarının iqtisadi və
hüquqi əsasları müəyyən edilmiş və xarici investorların hüquqlarının
müdafiəsinə təminat verilmişdir.
– “Milli Bank haqqında” və “Banklar və bank fəaliyyəti haqqında”
qanunların qəbul edilməsi (07.08.1992) ilə ölkədə ikipilləli bank
sisteminə keçilmişdir.
– Manat milli valyuta olaraq dövriyyəyə buraxılmışdır (15.08.1992).
– “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi (12.12.1992)
ilə azad sahibkarlıq fəaliyyətinin hüquqi əsasları formalaşdırılmışdır.
Həmçinin “Azərbaycanda Sahibkarlığın İnkişafı(1993-1995)” adlı dövlət
proqramı da qəbul edilmişdir.
1991-1995-Cİ İLLƏR...
1991-1995-Cİ İLLƏR...
– “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunun qəbul
edilməsi (07.01.1992) ilə ölkədə özəlləşdirmə prosesinin hüquqi
əsasları formalaşdırılmışdır.
– “AR-də Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Qanunun
qəbul edilməsi (26.01.1993) ilə mənzillər özəlləşdirilməyə
başlanmışdır.
– “Antiinhisar fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi
(04.03.1993) ilə ölkə iqtisadiyyatında sağlam rəqabət mühitinin
formalaşdırılmasının hüquqi əsasları təsbit edilmişdir.
– “Müəssisələr haqqında” (01.07.1994) və “Səhmdar cəmiyyəti
haqqında” (12.07.1994) qanunların qəbul edilməsi ilə firmaların
fəaliyyətinin təşkilti-hüquqi əsasları müəyyən edilmişdir.
– “Büdcə sistemi haqqında” Qanunun qəbul edilməsi (01.12.1992)
ilə büdcə sisteminin tənzimlənməsinə çalışılmışdır.
– “Valyuta tənzimlənməsi haqqında” Qanunun qəbulu (21.10.1994)
ölkədə valyutaların dövriyyəsi qaydaları müəyyən edilmişdir.
1991-1995-Cİ İLLƏR...
1991-1995-Cİ İLLƏR...
• “Əsrin müqaviləsi”nin imzalanması:
– 20 sentyabr 1994-cü ildə Azərbaycanın əsas
neft yataqları olan Azəri-Günəşli-Çıraq
yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin
11 məşhur neft şirkəti ilə imzaladığı “Hasilatın
Pay Bölgüsü” sazişidir.
– Saziş Azərbaycanda ictimai-siyasi sabitliyin
təmin olunması, ölkənin gələcək iqtisadi inkişafı
və dünya iqtisadiyyatına inteqrasiyası
baxımından fövqəladə əhəmiyyətə malik
olmuşdur.
1995-2003-CÜ İLLƏR...
1995-2003-CÜ İLLƏR...
• İqtisadi vəziyyət:
– İqtisadiyyatda stabillik əldə edilmişdir;
– Bazar iqtisadiyyatına keçid istiqamətində geniş miqyaslı islahatlar həyata
keçirilmişdir;
– Ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına
çıxarılması istiqamətində böyük layihələr reallaşdırılmışdır;
– İqtisadiyyata xarici sərmayələrin cəlbi sahəsində mühüm nailiyyətlər əldə
edilmişdir.
– 1995-2003-cü illər arasında ÜDM 90,1%, büdcə gəlirləri 3 dəfə, valyuta
ehtiyatları 85 dəfə, sənaye istehsalı 25,2%, kənd təsərrüfatı istehsalı
53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfə
artmış, iqtisadiyyata qoyulan investisiyalaırn həcmi isə 20 mlrd dolları
keçmişdir.
– 1998-1999-cu illərdə ilk dəfə olaraq deflyasiya baş vermiş, 1999-cu ilin
dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker
dünya bazarına çıxarılmış, 2000-ci ildən xarici ticarətdə müsbət saldo
ortaya çıxmışdır.
1995-2003-CÜ İLLƏR...
1995-2003-CÜ İLLƏR...
1995-2003-CÜ İLLƏR...
1995-2003-CÜ İLLƏR...
• İslahatlar:
– 1994-cü ilin sonlarında Beynəlxalq Valyuta Fondu ilə
razılaşdırılan stabilləşdirmə proqramı 1995-ci ildən tətbiq
edilməyə başlanılmışdır. Sərt pul-kredit siyasətinə əsaslanan
proqramın icrası nəticəsində:
• iqtisadi geriləməyə son qoyulmuş,
• inflyasiya cilovlanmış,
• büdcə kəsiri minimuma endirilmiş,
• maliyyə-bank sistemi nizama salınmışdır.
– Dövlət əmlakının özəlləşdirilməsi mühüm dərəcədə (kiçik və
orta) həyata keçirilmişdir. “1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”
(20.09.1995),”Dövlət əmlakının özəlləşdirilməsi II dövlət
proqramı”(10.08.2000), “Dövlət əmlakının özəlləşdirilməsi
haqqında” Qanun (16.05.2000) və “Dövlət müəssisələrinin
(obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi
haqqında” (09.02.1996) Prezident Fərmanı qəbul edilmişdir.
1995-2003-CÜ İLLƏR...
1995-2003-CÜ İLLƏR...
– Aqrar islahatlar həyata keçirilmişdir. “Aqrar islahatlar haqqında” və
“Kolxoz və sovxozların islahatı haqqında” (18.03.1995), “Torpaq
islahatı haqqında” (16.07.1996) və “Torpaq bazarı haqqında”
(07.05.1999) qanunlar qəbul edilmişdir. Nəticədə 1695,1 min
hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmış,
kolxoz və sovxozların bazasında fermer təsərrüfatları yaradılmışdır.
– Azad sahibkarlıq mühitinin formalaşdırılması yönündə islahatlar
həyata keçirilmişdir. “İnvestisiya fəaliyyəti haqqında” (13.01.1995),
“Haqsız rəqabət haqqında” (02.06.1995), “Reklam haqqında”
(03.10.1997), “Sosial sığorta haqqında” (18.02.1996), “Sığorta
haqqında” (25.06.1999), “Qiymətli kağızlar haqqında” (14.07.1998),
“Əmək miqrasiyası haqqında” (28.10.1999), “İmmiqrasiya haqqında”
(12.03.1999), “Beynəlxalq arbitraj haqqında” (18.11.1999) qanunlar,
“Gömrük məcəlləsi” (25.07.1997), “Vergilər məcəlləsi” (30.08.2000),
“Valyuta tənzimləməsini sərbəstləşdirmək haqqında” (25.02.1995) və
“AR-da xarici ticarətin daha da liberallaşdırılması
haqqında”(24.06.1997) Fərmanlar qəbul edilmişdir.Bunlarla yanaşı
“Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı
(1997-2000-ci illər)” da icra edilmişdir.
1995-2003-CÜ İLLƏR...
1995-2003-CÜ İLLƏR...
– “Milli Bank Haqqında” (10.06.1996) və “Banklar və Bank
Fəaliyyəti Haqqında” (14.07.1996) yeni qanunların
qəbulu ilə bank sistemi yenidən tənzimlənməyə
başlanmışdır.
– Azərbaycan neftinin dünya bazarına çıxarılması
marşurutları diversifikasiya edilmişdir. 1997-ci ildə Bakı-
Novorosiysk, 1999-cu ildə Bakı-Supsa neft ixrac
kəmərləri istifadəyə verilmiş, 2002-ci ildə əsas ixrac neft
kəməri olan Bakı-Tiflis-Ceyhan kəmərinin tikintisinə
başlanılmışdır. 1999-cu ildə “Çıraq” yatağından çıxarılan
neftin Supsa limanından ixraca başlaması ilə Azərbaycan
nefti ilk dəfə olaraq Şimala yox, Qərbə doğru istiqamət
götürmüşdür.
– Neft gəlirlərin idarə edilməsi məqsədilə 1999-cu ildə Neft
Fondu yaradılmışdır.
2003 VƏ SONRASI…
• İqtisadi vəziyyət:
– İqtisadi artım sürətlə davam etmişdir.
– Qeyri-neft sektorunun orta illik artım tempi 11% olmuşdur.
– Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin
70%-dən çoxuna sahib olmuşdur.
– Ölkə Dünya Bankının təsnifatına əsasən “yuxarı orta
gəlirli” ölkələr qrupuna daxil olmuşdur.
– Ölkə BMT İnsan İnkişafı Proqramının nəşr etdiyi İnsan
İnkişafı İndeksində “yüksək insan inkişafı” olan ölkələr
qrupuna daxil olmuşdur.
– Dünya İqtisadi Forumuna görə ölkə iqtisadiyyatı
rəqabətqabiliyyətlilik göstərəcisi üzrə MDB-də ilk
sıradadır.
– 2010-cu ildən keçid dövrü rəsmi olaraq başa çatmışdır.
2003 VƏ SONRASI…
• Həyata keçirilən iqtisadi siyasət tədbirləri:
– İkinci dövlət özəlləşdirmə proqramı həyata keçirilmişdir.
– Kiçik və orta sahibkarlığın inkişafı proqramları həyata keçirilmişdir.
– Sənayenin inkişafı proqramları həyata keçirilmişdir.
– Aqrar bölmənin inkişafı proqramları həyata keçirilmişdir.
– Turizmin inkişafı proqramları həyata keçirilmişdir.
– Yoxsulluqla mübarizə və davamlı iqtisadi inkişaf proqramları həyata
keçirilmişdir.
– Regionların sosial-iqtisadi inkişaf proqramları həyata keçirilmişdir.
– İnsan kapitalının inkişafı sahəsində dövlət proqramları həyata keçirilmişdir.
– İqtisadiyyatda şəffaflığın təmin edilməsi və korrupsiya ilə mübarizə
proqramları həyata keçirilmişdir.
– Dövlət investisiya proqramları həyata keçirilmişdir.
– Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı proqramları qəbul edilmişdir.
– Neft və qaz gəlirlərinin uzunmüddətli idarə olunması strategiyası qəbul
edilmişdir.
– Məşğulluq strategiyası qəbul edilmişdir.
– Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyət
göstərir.
2003 VƏ SONRASI…
• Hazırda hökumət qarşısında dayanan əsas
iqtisadi prioritetlər:
– Makroiqtisadi stabilliyin qorunması;
– İqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi;
– İqtisadi artımın keyfiyyətinin təmin edilməsi;
– İqtisadiyyatın diversifikasiya edilməsi;
– İnnovativ iqtisadiyyatın qurulması;
– Aqrar sektorun intensiv üsullara keçirilməsi;
– İqtisadiyyatın klasterləşdirilməsi;
– Enerji, ərzaq və ekoloji təhlükəsizliyin
gücləndirilməsi.
2003 VƏ SONRASI…
• “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf
Konsepsiyasında(29.12.2012) iqtisadi
hədəflər:
– 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaqdır.
– 2020-ci ildə adambaşına ÜDM 2 dəfə artaraq 13000
dollar olacaqdır.
– 2020-ci ildə adambaşına qeyri-neft ixracı 1000
dollar olacaqdır.
– 2020-ci ilədək qeyri-neft ÜDM-nin orta illik real artım
tempi 7%-dən çox olacaqdır.
– 2020-ci ilədək əhali hər il orta hesabla 1,1% artaraq
10,2 milyona çatacaqdır.
2003 VƏ SONRASI…
– Yüksək rəqabətqabiliyyətli iqtisadiyyat qurulması məqsədilə,
• səmərəli dövlət tənzimlənməsinə və yetkin bazar
münasibətlərinə əsaslanan iqtisadi model
formalaşdırılacaq;
• iqtisadi struktur təkmilləşdiriləcək və qeyri-neft sektoru
inkişaf etdiriləcək;
• elmi potensial və innovasiya fəaliyyətləri dəstəklənəcək.
– Nəqliyyat, tranzit və logistika infrastrukturu
təkmilləşdiriləcək;
– Bölgələrin tarazlı inkişafı təmin ediləcək;
– İKT-nin inkişafı və informasiya cəmiyyətinə keçid təmin
ediləcək;
– İnsan kapitalı inkişafı etdiriləcək və səmərəli sosial müdafiə
sistemi qurulacaqdır.
İSTİFADƏ OLUNAN MƏNBƏLƏR
İSTİFADƏ OLUNAN MƏNBƏLƏR
•
Aras O. N., Süleymanov E. (2010), “Azərbaycan iqtisadiyyatı”, Bakı:
Şərq-Qərb.
http://ebooks.azlibnet.az/book-qUreBt0n.html
•
“Azərbaycan” portalı.
www.azerbaijan.az
•
Azərbaycanın statistik göstəriciləri.
http://
www.stat.gov.az/menu/6/statistical_yearbooks/
•
“Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyası.
http://www.president.az/files/future_az.pdf
•
Bağırzade E. (2011), “Bağımsızlığının XX. Yılında Azerbaycan
Cumhuriyeti Ekonomisi”, Hacettepe Üniversitesi Türkiyat Araştırmaları
Dergisi, Güz (15), s. 277-312.
http://elsenbagirzade.files.wordpress.com/2011/03/bagimsizliginin-20-yi
linda.pdf
•
Bağırzadə E. (2003), “Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın
transformasiya olunmasının hüquqi əsasları”.
http://elsenbagirzade.files.wordpress.com/2011/03/bazar-iqtisadiyyati-s
eraitinde-iqtisadiyyatin-transformasiya-olunmasinin-huquqi-esaslari.pdf
.
Document Outline - MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ
- MÜSTƏQİLLİYƏ QƏDƏRKİ DÖVR...
- MÜSTƏQİLLİYİN ELAN EDİLMƏSİ...
- Slide 4
- MÜSTƏQİLLİK DÖVRÜ...
- 1991-1995-Cİ İLLƏR...
- Slide 7
- Slide 8
- Slide 9
- Slide 10
- 1995-2003-CÜ İLLƏR...
- Slide 12
- Slide 13
- Slide 14
- Slide 15
- 2003 VƏ SONRASI…
- Slide 17
- Slide 18
- Slide 19
- Slide 20
- Slide 21
- İSTİFADƏ OLUNAN MƏNBƏLƏR
Dostları ilə paylaş: |