MühaziRƏ 1 giriş Kommunikasiya



Yüklə 124,37 Kb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü124,37 Kb.
#81302
  1   2   3   4
C fakepathmuhazire-1 2021
rikssss

MÜHAZİRƏ 1

GIRIŞ

Kommunikasiya dedikdə iki və ya daha çox subyekt arasında informasiya mübadiləsi prosesi başa düşülür. Kommunikasiyanın rolu ondan ibarətdir ki, o, daxili mühit sisteminin normal fəaliyyətini təmin etməklə yanaşı, həm də xarici mühitlə qarşılıqlı əlaqə yaradılmasını təmin edir.

Kommunikasiya avadanlıqları verilənlərin göndərilməsinə və alınmasına
kömək edir. Kommunikasiya avadanlıqları dedik də, ilk növbədə, fikrimizə
masaüstü kompyuterlər və modem gəlir. Lakin verilənləri göndərən və alan başqa
növ qurğular da var.

Bunlara misal olaraq iri kompyuterləri – superkompyuterləri, meynfreym
kompyuterləri və minikompyuterləri – əl və dizüstü kompyuterləri və hətta faks
maşınlarını və rəqəmli kameraları göstərmək olar. Fərdi istifadə üçün ən geniş istifadə olunan ötürücü qurğu modemdir.

Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz daşıma vasitələri, yaxud transmissiya vasitələri [transmission media] lazım olur. Fiziki vasitələr. Verilənləri daşımaq üçün fiziki vasitələrin bir neçə növü var:

Sarınmış - dolanmış cütlük kabeli [twisted-pair cable]. Telefon sistemlərinin əksəriyyə tində istifadə olunan bu kabel çox ucuzdur. Bu kabel bir-birinə sarınmış iki ayrıca izolyasiya olunmuş naqildən ibarətdir (şəkil 1). Naqillərdən biri siqnalı daşıyır, o biri naqil isə yerlə əlaqələndirilir. Yerlə əlaqələndirilmiş (torpaqlanmış) naqil radio-maneələri “udur” və bununla da o biri naqillə ötürülən siqnalı qoruyur.




Yüklə 124,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə