Mühazirə Fəlsəfədə varlıq problemi p L a n: "Varlıq"



Yüklə 19,66 Kb.
səhifə1/4
tarix02.06.2023
ölçüsü19,66 Kb.
#115107
növüMühazirə
  1   2   3   4
MUHAZIRE 2


Mühazirə 2. Fəlsəfədə varlıq problemi
P L A N:

  1. “Varlıq” anlayışı və onun dialektikası.

  2. Varlığın formaları.

1. Varlıq mövzusu fəlsəfədə mərkəzi yer tutur. Bu aşağıdakı səbəblərlə izah edilir: Əvvəla, bütöv bir tam kimi dünyanın varlığının və insanının varlığının öyrənilməsi fəlsəfənin əsas predmetidir. İkinci, varlıq haqqında təlim (ontologiya) fəlsəfənin ən mühüm tərkib hissəsidir. Nəhayət hər bir fəlsəfi cərəyan öz baxışlarını izah edərkən birinci növbədə varlıq anlayışına əsaslanır. Varlıq ətrafında gedən fəlsəfi axtarışlar öz mahiyyətinə görə müəyyən bir şəxsin və ya sosial qrupun mənafeyi ilə məhdudlaşmır. O, bütünlükdə cəmiyyəti düşündürən və narahat edən məsələdir. Əsrimizin böyük filosofu M.Haydegger bu axtarışları obrazlı şəkildə insanın öz evini axtarması, evsizliyə və yetimçiliyə son qoyması kimi qiymətləndirir. İnsanın təkcə maddi fəaliyyəti deyil, həm də mənəvi həyatı (elmlə, bədii yaradıcılıqla və incəsənətlə məşğul olması) onun varlıq haqqındakı təsəvvürləri ilə sıx bağlıdır. Bundan əlavə varlığın anlaşılması insanları xoşbəxtliyə, vicdanlı olmağa, öz borcunu başa düşməyə yönəldən cəhdlərin mənbəyidir. Varlıq – fəlsəfi kateqoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın – kosmos, təbiət və insanın mövcudluğudur. İnsanın həyat fəaliyyəti, adətən, qəbul olunan bə'zi sadə və anlaşıqlı ilkin şərtlərə əsaslanır. Onların içərisində birincisi və universal olanı insanın belə bir inamıdır ki, dünya vardır, o, müəyyən məkan və zamanda mövcuddur, onda nə kimi dəyişikliklərin baş verməsindən asılı olmayaraq, o həmişə saxlanılır. Bə'zi filosoflar bildirirlər ki, dünya hər yerdə mövcuddur, eyni zamanda əbədidir. Başqaları isə iddia edirlər ki, dünya məkan və zaman e'tibarilə sonludur, onun əvvəli və axırı vardır.
Varlıq anlayışı geniş və dar mənada işlənilir. Birinci halda dünyada mövcud olan hər şey (cansız təbiət, üzvi aləm, cəmiyyət. Yer kürəsi, bütövlükdə Qalaktika) varlığa daxil edilir. Sözün məhdud (dar) mənasında varlıq dedikdə isə insanların şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıq başa düşülür. Bu halda
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə