Mühazirə Fəlsəfədə varlıq problemi p L a n: "Varlıq"



Yüklə 19,66 Kb.
səhifə4/4
tarix02.06.2023
ölçüsü19,66 Kb.
#115107
növüMühazirə
1   2   3   4
MUHAZIRE 2

F.Nitsşenin obrazlı dediyi kimi insan olmaq uçurumun kənarında rəqs etməyə bənzəyir. O, daim təkcə ətrafa deyil, həm də özünün sonsuz daxili aləminə nəzər salmalıdır. Ümumiyyətlə götürdükdə varlıq sabit deyildir.

  1. Dünyadakı əşya, hadisə və proseslər bir-birindən nə qədər fərqlənsələr də, on- ları müəyyən oxşar əlamətləri də vardır. Buradan çıxış edərək onları müəyyən qruplarda birləşdirirlər. Həmin qruplar varlığın formaları adlanır. Varlığın aşağıdakı dörd forması mövcuddur: 1) əşyaların və proseslərin varlığı; 2) insanın varlığı; 3) mənəvi (ideal) varlıq; 4) sosial varlıq.

  1. Birinci forma dünyada çox geniş yer tutur. Onun məzmununa aşağıdakılar daxildir; təbiətdəki ayrı-ayrı əşya, proses və halların varlığı; bütöv bir tam kimi götürülən təbiətin varlığı; insanın yaratdığı əşya və proseslərin varlığı. Sonunculara "ikinci təbiətin” varlığı da deyilir. Təbiətdəki ayrı-ayrı əşya, proses və halların varlığı bununla səciyyələnir ki, onlar insandan əvvəl yaranmışdır və ondan asılı olmayaraq mövcuddurlar. Hər bir insan öz təcrübəsində və gündəlik həyatında ayrı-ayrı təbiət hadisələrinin onun şüur və iradəsindən asılı olmadığını yəqin edir. Varlığın bu növünün digər bir səciyyəvi cəhəti odur ki, ona daxil olan ayrı-ayrı obyektlər müvəqqəti, keçici xarakter daşıyır. Yəni onlar yaranır, inkişaf edir və bir müddət keçdikdən sonra yox olurlar.

  2. İnsanın varlığı son dərəcə spesifik olması ilə səciyyələnir. Belə ki, o hər iki varlıq dünyasına (maddi və mənəvi) mənsubdur. Bir tərəfdən, insanın bədəni maddi, təbii və bioloji qanunlara tabedir. Bu mənada o, mexanika qanunlarının fəaliyyət göstərdiyi təbiət hadisələrindən demək olar ki, fərqlənmir. Eynilə də insan bədəni bioloji orqanizm kimi bitki və heyvanlara xas olan ümumi əlamətlərə malikdir. Digər tərəfdən insan varlığı təkrarolunmazdır. Onun şüuru, psixiki dünyası, düşünmə qabiliyyəti vardır. Məhz öz zəkası sayəsində insan bütün başqa canlılardan fərqli olaraq passiv şəkildə mövcud olmaqla kifayətlənmir. O, dünyanın varlığı haqqında, özünün orada özünəməxsus yeri haqqında düşünür, mühakimə yürüdür.

  3. Varlığın digər forması mənəvi varlıqdır. O da daxilən mürəkkəbdir, iki yerə ayrılır: subyektiv mənəvi varlıq və obyektivləşdirilmiş mənəvi varlıq. Birinciyə insanın daxili psixiki dünyası daxildir. Bu hər bir fərdin şüurunun məhsullarını və səviyyələrini əhatə edir. Onun tərkibinə ayrıca bir insanın bilik və baxışları, şüuru, qeyri-şüuri hadisələri, instinktləri və nəhayət mənlik şüuru daxildir.

  4. Nəhayət varlığın sıra etibarilə sonuncu növü sosial varlıqdır. O, cəmiyyətdə insanlar arasındakı çoxsaylı münasibətləri əhatə edir. Buraya şəxsiyyətlər, sosial birliklər və cəmiyyətdəki digər müxtəlif əlaqələr daxildir.

Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə