Mühazirə Fəlsəfədə varlıq problemi p L a n: "Varlıq"


varlığın iki əsas növü-obyektiv reallığın və subyektiv reallığın



Yüklə 19,66 Kb.
səhifə2/4
tarix02.06.2023
ölçüsü19,66 Kb.
#115107
növüMühazirə
1   2   3   4
MUHAZIRE 2

varlığın iki əsas növü-obyektiv reallığın və subyektiv reallığın bir-birindən fərqliliyi vurğulanır. Varlıq kateqoriyası özündə müəyyən ziddiyyətliliyi və fərqliliyi əks etdirir. Nəzərdə tutulmalıdır ki, bütöv bir tam kimi götürülən dünyanın varlığı burada mövcud olan konkret obyektlərin müvəqqəti varlığından ayrılmazdır. Başqa sözlə, onlar bir-birindən ciddi surətdə fərqlənirlər, lakin hamısı üçün ümumi olan mövcudluq əlaməti vahid bir tam kimi götürülən dünyanın vəhdətini yaradır.
Varlıq anlayışını izah edərkən ona çox yaxın olan gerçəklik və reallıq anlayışlarına da diqqət yetirmək lazım gəlir. Bu üç anlayış oxşar olduğundan çox vaxt eyni mənada işlənilir. Gerçəklik dedikdə keçmişdə mövcud olmuş, indi davam edən və gələcəkdə də olacaq bütün əşya, hadisə və proseslərin məcmusu başa düşülür. Təbiətdəki hadisə və proseslər, cəmiyyətdəki çoxsaylı münasibətlər, habelə insanların ideyaları, fikirləri və hissləri bu anlayışa daxildir. Gerçəklik anlayışına mənaca yaxın olan reallıq anlayışı isə daha çox varlığın iki mövcudluq üsulunu obyektiv və subyektiv tərəflərini nəzərə çarpdırır. Bu o deməkdir ki, varlığın insandan kənarda və ondan asılı olmayaraq mövcud olan hissəsi obyektiv reallıqdır. Təbiət və cəmiyyət hadisələri, elementar hissəciklərdən başlayaraq metaqalaktikaya qədər mövcud olan bütün maddi obyektlər bu anlayışı ifadə edir. Varlığın digər tərəfini subyektiv reallıq təşkil edir. Buraya insanların şüuru və təfəkkürünün məhsulları ideyalan, fikirləri, baxışları, hissləri və sair, bir sözlə onların daxili dünyası aiddir.
Varlıq anlayışının müasir məzmunu və mahiyyətini aydın bilmək üçün onun fəlsəfi fikir tarixində qoyuluşunu qısa da olsa nəzərdən keçirmək lazımdır. Fəlsəfə tarixində hələ qədimdən başlayaraq filosofların bir qismi belə hesab edirdilər ki, varlıq anlayışı dünyanın əsl əhəmiyyətini açır. Başqalarının fikrincə isə varlıq mənasız anlayışdır, linqvistik anlaşılmazlıqların məhsuludur. O, ən yaxşı halda zəkanın əks etdirdiyi şeyləri görmək imkanı verir. Antik fəlsəfədə onu dünyanın ilkin əsasında duran təbiət hadisələri kimi (su, hava, od və s.) izah edən baxışlar geniş yayılmışdı. Bundan əlavə varlığı ümumi universallıq, mücərrəd mahiyyət (apeyron, allah) hesab edən nöqteyi-nəzər də mövcud idi.
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə